Məktəb Psixoloqunun əmək funksiyası
“Azərbaycan Respublikasının Təhsil Qanununu, insan hüquqları və azadlıqları qətnaməsini, uşaq hüquqları haqqında konvensiyanı, uşaq və yeniyetmələrin təlim və tərbiyəsi haqqında normativ sənədləri, əməyin mühafizəsi, sağlamlığının qorunması, ümumi psixologiyanı, pedaqoji psixologiyanı və ümumi pedaqogikanı, şəxsiyyətin psixologiyasını, sosial psixologiyanı, uşaq və yaş psixologiyasını, fərdi və qrup məsləhətinin müasir metodlarını, uşağın normal və anormal inkişafının diaqnostikası və korreksiya metodlarını.
Məktəb psixoloqu məlumat
Daha çox (30) Gizlə
Daha çox (137) Gizlə
KORONAVİRUSA YOLUXANLARIN SAYI – CANLI STATİSTİKA
19:58 18.02.2021
- Şikayət et
Məktəb psixoloqları niyə qıraqda qalıb?
Ümumtəhsil məktəblərində çalışan, diaqnostik qiymətləndirmədən keçmiş məktəb psixoloqları ədalətsiz, qeyri-qanuni və qeyri-adi bir problemlə üz-üzə qalıblar.
2014-cü ildən ölkədə təhsil işçilərinin diaqnostik qiymətləndirmə imtahanı keçirilir. 2015-ci ilin yanvarından diaqnostik qiymətləndirmədən keçmiş bütün müəllimlərin və digər təhsil işçilərinin əməyi stimullaşdırılıb və əmək haqları artırılıb.
Məktəb psixoloqları da qalan təhsil işçiləri kimi 2019-cü ilin dekabrında diaqnostik qiymətləndirmə imtahanından keçiblər. Onların imtahan nəticələri Təhsil Nazirinin 07 yanvar 2020-ci il tarixli 12 saylı əmri ilə təsdiqlənib.
Təhsil Nazirliyinin rəsmiləri bu nəticələri yüksək dəyərləndiriblər. Məktəb psixoloqları istisna olmaqla diaqnostik qiymətləndirmədən keçmiş bütün müəllimlərin əmək haqları 2020-ci ilin yanvarından artırılıb.
Təsəvvür edin, məktəb psixoloqları ilə eyni ildə – 2019-cu ildə diaqnostik qiymətləndirmədən keçmiş musiqi müəllimlərinin əmək haqları bir ay fərqi ilə iki dəfə artıb: 2019-cu ilin sentyabrında minimum əmək haqqı artımına görə, bir ay sonra – oktyabrda diaqnostik qiymətləndirmədən keçdiklərinə görə. Amma keçmiş təhsil naziri bu məsələdə birtərəfli mövqe tutaraq məktəb psixoloqlarına bildirib ki, minimum əmək haqqı artırıldığına görə hələ gözləməlidirlər. Halbuki minimum əmək haqqının artması nəticəsində maaşları artmış və diaqnostik qiymətləndirmədən keçmiş başqa müəllimlərin əmək haqları 2020-ci ilin yanvarında yenidən stimullaşdırılaraq artırılıb. Artıq neçə vaxtdır gözləyən məktəb psixoloqları daha nə qədər və niyə gözləməlidirlər?
Pandemiya və müharibə şəraitini nəzərə alaraq məktəb psixoloqları həssas dönəmdə bu problemi gündəmə gətirməyiblər, ictimailəşdirməyiblər. Müharibənin qələbə ilə bitməsi və hazırda pandemiya ilə mübarizədə müsbət tendensiyanın müşahidə edilməsi psixoloqları problemin həllinə nail olmağa ruhlandırıb. Məktəb psixoloqları problemlə bağlı Təhsil Nazirliyinə müraciət ediblər, heç bir rəsmi açıqlama gəlməyib. Nəticədə psixoloqlar Azərbaycan Respublikasının Prezidentinə, Birinci Vitse-prezidentə və müvafiq dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalıblar.
Azərbaycanda heç bir sosial layihə dayandırılmayıb, belə olan halda diaqnostik qiymətləndirmədən keçmiş məktəb psixoloqları dövlətin onlar üçün yaratdığı stimullaşdırıcı əmək haqqı layihəsindən niyə kənarda qalmalıdırlar? Şübhəsiz, bu problemi pandemiya və müharibədən əvvəl, vaxtında həll etmək lazım idi. Yəni 2019-cü ildə diaqnostik qiymətləndirmədən keçmiş digər müəllimlər kimi məktəb psixoloqlarının da əmək haqları 2020-ci ilin yanvar ayından stimullaşdırılmalıydı.
Psixoloqlara qarşı ayrı-seçkilik göstərilsə də, bu, onların istər pandemiya, istərsə də müharibə dövründə professional səviyyə və humanist mövqe sərgiləməsinə mane ola bilmədi. Məktəb psixoloqları Vətən müharibəsi iştirakçılarına, qazilərə ödənişsiz psixoloji yardım etdilər, onlara mənəvi dayaq oldular. Onlar Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin xətti ilə də bu proseslərdə aktiv iştirak ediblər.
Bu sosial müdafiə sahəsinin aktuallığını, şagird şəxsiyyətinin formalaşmasında, təhsilinin səmərəliliyində və psixoloji sağlamlığında əhəmiyyətini, bütün ümumtəhsil sistemini əhatə etməsini nəzərə alaraq son illər təhsildə psixoloji xidmətin və yardımın təkmilləşdirilməsi ilə bağlı dövlət başçısı, Milli Məclis və Nazirlər Kabineti çox vacib qərarlar qəbul edib. Nazirlər Kabineti 2020-ci ilin aprel ayında “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nı da təsdiqləyib. Şagird sayı çox olan məktəblərdə psixoloq ştatının sayı 3 vahid ştatına qədər artırılıb, artıq həmin məktəblərin əksərində yeni psixoloqlar işə götürülüb.
Göründüyü kimi, dövlət ümumtəhsil məktəblərində təhsilalanlara, onların valideynlərinə, təhsilverənlərə psixoloji, pedaqoji-psixoloji xidmət, ödənişsiz psixoloji yardım kimi geniş və əhəmiyyətli bir fəaliyyət sahəsini tamamilə qanuni fəaliyyət göstərən təhsil (məktəb) psixoloqlarına tapşırıb. Amma məktəb psixoloqu texniki işçilərə yaxın, müəllimlərdən 50 faiz, bir dəfə, məktəb müdiriyyətindən isə təqribən üç dəfə aşağı əmək haqqı alır. Üstəlik, məktəb psixoloqu dərs saatı, “kabinet pulu” kimi digər əlavə ödənişlərə və gəlir mənbələrinə malik deyil.
Təhsil Nazirliyi artıq uzun illərdir məktəb psixoloqları üçün professional təlimlər keçirir. Məktəb psixoloqları özləri də maarifləndirici və ödənişli təlimlərdə iştirak edərək peşəkar səviyyələrini təkmilləşdirirlər. Amma məlum ayrı-seçkilik və təhsil işçisi kimi maddi hüquqlarının pozulması onların məktəb daxilində aktiv, məhsuldar və motivasiyalı fəaliyyətinə mane olur.
Təhsil Nazirliyi “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nı layiqincə icra etmədiyinə görə ümumtəhsil məktəblərimizin əksərində hələ də təminatlı “Psixoloji xidmət kabineti” yaradılaraq məktəb psixoloqlarının ixtiyarına verilməyib.
Üstəlik, Təhsil Nazirliyi 2019-cu ilin dekabrında diaqnostik qiymətləndirmədən keçmiş məktəb psixoloqlarının əmək haqlarının stimullaşdırılaraq artırılmasına nail ola bilməyib. Ümumiyyətlə, Təhsil Nazirliyi bu problemlə bağlı Nazirlər Kabinetinə və digər qurumlara rəsmən müraciət edibmi? Bu sualın cavabı da hələlik məktəb psixoloqlarına bəlli deyil. Ona görə də onlar problemi ictimailəşdirməyi, dövlət başçısına və dövlət, hökumət qurumlarına rəsmi müraciətlər göndərməyi davam etdirəcəklər.
Şükran Dədəyev, psixoloq, psixoterapevt
Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
Məktəb Psixoloqunun əmək funksiyası
]PSİXOLOQ (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası: Psixoprofilaktik və psixodiaqnostik iş prosesində, təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənir, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq edir.
Uşaqların məktəbə psixoloji cəhətdən hazırlığını diaqnostika edərək, onların birinci sinfə qəbul edilməsində iştirak edir, şagirdlərin yaş və inkişaf səviyyələrini müəyyən edərək onları ibtidai məktəbdən natamam orta, natamam orta məktəbdən orta ümumtəhsil və peşə məktəblərinə keçərkən psixoloji müayinə edir və müəllim, valideyn və ustalarla birlikdə uşaqlarla fərdi iş proqramını işləyib hazırlayır.
Psixodiaqnostik iş zamanı psixoloq psixi cəhətdən inkişaf edən uşaqları, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan uşaqları, habelə ümumi və xüsusi istedadı olan uşaqları üzə çıxarır.
Peşəyə yararlığı üzə çıxarmaq və peşə seçməkdə kömək etmək məqsədi ilə psixoloq xüsusi olaraq şagirdlərin maraq və meyllərini öyrənir.
Alkoqolizmin, narkomaniyanın cəmiyyətə zidd davranış formalarının qarşısını almaq üçün yeniyetmələrlə, onların valideynləri və müəllimləri ilə profilaktik iş aparır.
Aparılmış psixodiaqnostik tədqiqatların əsasında psixoloq şagirdlərin inkişafı, təlimi və davranışında aşkara çıxarılmış çatışmazlıqları təhlil edir və səbəblərini müəyyənləşdirir; psixoloq əqli geriliyi, psixi inkişafın ləngliyini, pedaqoji cəhətdən özbaşına buraxılmış, psixogen məktəb dezadatasiyası (didaktogen və didaskapoken) olan uşaqları müəyyən edərək məktəbdə müvəffəqiyyətsizliyin arxasında duran konkret səbəbləri aşkara çıxarır. Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında psixoloq uşaqlarla, valideyn və müəllimlərlə həm fərdi, həm də qrup şəklində aparılacaq korreksiya işinin proqramını hazırlayır. Buraya təlimlə (məktəb müvəffəqiyyətsizliyi, disleksiya, disqrafiya və s.) şəxsiyyətlərarası və emosional pozulmalarla (qorxu, yüksək həyəcanlılıq, depressiya və s.) sosial dezaptasiya və pis davranışla (yüksək təcavüzkarlıq, yalançılıq, oğurluq, proqullar və s.) bağlı müxtəlif növ çətinliklərin aradan qaldırılmasına yönəldilmiş kompleks tədbirlər daxildir.
Məktəbdə, sinifdə sosial-psixoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə şagirdlər, müəllimlər və məktəbin müdiriyyəti ilə treninq keçirir.
Uşaqların və istedadlı şagirdlərin daha optimal inkişafı məqsədi ilə psixoloq müəllimlərlə birgə şagirdlərin fərdi keyfiyyətlərini nəzərə alan konkret proqram işləyib hazırlayır və onun həyata keçirilməsini təmin edir.
Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı məktəbin müdiriyyətinə, müəllimlərinə, valideynlərinə və tərbiyəçilərə məsləhətlər verir; uşaqlarla ayrı-ayrılıqda təlim, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı məsləhətlər verir. Pedaqoji şuranın iclaslarında, metodbirləşmələrdə, ümum-məktəb və valideyn yığıncaqlarında iştirak edir.
Tibbi-pedaqoji komissiyaların, uşaqların və yeniyetmələrin sosial-hüquqi müdafiəsi üzrə komissiyaların işində iştirak edir; müvafiq instansiyaların valideyn hüququndan məhrum etmə, uşaqların xüsusi məktəblərə və s. göndərilməsi zamanı daha əsaslandırılmış qərar verməsi məqsədi ilə xalq məhkəməsi, himayə və qəyyumluq orqanlarının, həddi-buluğa çatmamış uşaqlarla işləyən komissiyaların, rayon polis şöbələrinin həddi-buluğa çatmamışların işi üzrə müfəttişliyinin tələbnamələri üzrə uşaqların psixi vəziyyətini, ailə tərbiyəsi şəraitini müəyyən edən psixoloji ekspertiza keçirir.
Bilməlidir:
“Azərbaycan Respublikasının Təhsil Qanununu, insan hüquqları və azadlıqları qətnaməsini, uşaq hüquqları haqqında konvensiyanı, uşaq və yeniyetmələrin təlim və tərbiyəsi haqqında normativ sənədləri, əməyin mühafizəsi, sağlamlığının qorunması, ümumi psixologiyanı, pedaqoji psixologiyanı və ümumi pedaqogikanı, şəxsiyyətin psixologiyasını, sosial psixologiyanı, uşaq və yaş psixologiyasını, fərdi və qrup məsləhətinin müasir metodlarını, uşağın normal və anormal inkişafının diaqnostikası və korreksiya metodlarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
10-cu dərəcə (psixoloq) – baza psixoloji təhsili olan (staj tələb olunmamaqla) psixoloq;
11-ci dərəcə (psixoloq) – baza psixoloji təhsili olan, müvafiq ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş və ya ixtisası üzrə 1 ildən az olmayaraq iş stajına malik olan;
12-ci dərəcə (psixoloq) – baza psixoloji təhsili olan, ixtisası üzrə 1 ildən 3 ilədək stajı olan.
13-cü dərəcə (II kateqoriya psixoloq) – baza psixoloji təhsili olan, ixtisası üzrə 3 ildən 5 ilə qədər stajı olan psixoloq. Testləşdirməni və diaqnostikanı, psixotreninq və korreksiya işlərinin mürəkkəb formalarını həyata keçirilməsinə xüsusi icazəsi olan.
14-cü dərəcə (I kateqoriya psixoloq) – baza psixoloji təhsili olan ixtisas üzrə 5 ildən az iş stajı olmayan psixoloq. Psixoloji təhsildən əlavə xüsusiləşdirilmiş elmi-praktiki psixoloji mərkəzlərin birində əlavə hazırlıq keçmiş, şəxsiyyətin psixoemosional inkişaf korreksiyası, qruplarda psixotreninq keçirilməsi ilə, sosial psixoloji təsir və təhsil müəssisələrinin fəaliyyətinin optimallaşdırılması ilə bağlı metodlardan istifadə üçün mürəkkəb növlü psixokorreksiya işlərini aparmağa icazə verən sertifikatı olduqda.
15-ci dərəcə (ali kateqoriya psixoloq) – baza təhsilli, ixtisası üzrə 5 ildən 10 ilə qədər stajı olan psixoloq. Əlavə, xüsusiləşdirilmiş hazırlıq keçmiş (aspirantura, doktorantura), psixodiaqnostik, konsultativ və psixokorreksion işlərin mürəkkəb formalarının aparılmasına xüsusi icazə olduğunu sübut edən sertifikatı olduqda, elmi və praktiki psixologiya sahəsində elmi işləri, elmi adları p.e.n. və ya p.e.d.
Məktəb Psixologiya Karyeraları
Bir məktəb psixoloqu, emosional, sosial və akademik mövzularda olan uşaqlara kömək etmək üçün təhsil sistemində çalışan bir psixoloq növüdür. Məktəb psixologiyasının məqsədi valideynlər, müəllimlər və tələbələrlə uşaqların ehtiyaclarına diqqət yetirən sağlam bir tədris mühitini təşviq etmək üçün əməkdaşlıq etməkdir.
Məktəb psixologiyası hələ də nisbətən gənc bir peşədir.
1968-ci ildə Amerika Psixoloji Assosiasiyası (APA) tərəfindən Məktəb Psixologiyasının Milli Assosiasiyası (NASP) yaradılıb və rəsmi olaraq doktorluq ixtisasına qəbul edildi. ABŞ Xəbərləri və Dünya Hesabatı mütəmadi olaraq məktəb psixologiyasını ən yaxşı yüz peşə kimi adlandırır və sahə böyüməsi gözlənilir.
Məktəb Psixoloqları nədir
Məktəb psixoloqları fərdi tələbə və tələbə qrupları ilə davranış problemləri, akademik çətinliklər, maneələr və digər məsələlərlə məşğul olurlar. Ev və sinif davranışı ilə məşğul olmaq üçün texnikanı inkişaf etdirmək üçün müəllimlər və valideynlər də çalışırlar. Digər vəzifələr şagirdlərə, valideynlərə və müəllimlərə böhran vəziyyətləri və maddə asılılığı problemlərini necə idarə etmək barədə məlumat verməkdir.
Məktəb Psixologiya Milli Assosiasiyasına əsasən, məktəb psixoloqlarının xidmət göstərdiyi 10 domain vardır:
- Məlumatlara əsaslanan qərar qəbul edilməsi və hesabatlılıq
- Məsləhət və əməkdaşlıq
- Akademik bacarıqları inkişaf etdirmək üçün müdaxilələr və təlimat dəstək
- İctimai və həyat bacarıqlarını inkişaf etdirmək üçün müdaxilələr və psixi sağlamlıq xidmətləri
- Öyrənməyi təşviq etmək üçün məktəbdə tətbiqlər
- Önləyici və cavab verən xidmətlər
- Ailə məktəbi əməkdaşlıq xidmətləri
- İnkişaf və öyrənmədə müxtəliflik
- Araşdırma və proqram qiymətləndirilməsi
- Hüquqi, etik və peşəkar təcrübə
Məktəb psixoloqları başqalarının uşaq inkişafı , davranış problemləri və davranış idarəetmə üsulları haqqında daha çox başa düşmələrinə kömək etməklə müəllim kimi çıxış edirlər.
Məktəb Psixoloqlarının İşə Alındığı Yer
İbtidai və orta məktəblərdə ən çox iş olsa da, məktəb psixoloqlarının məşğulluq tapa biləcəyi bir sıra müxtəlif sahələr var. Şəxsi klinikalar, xəstəxanalar, dövlət qurumları və universitetlər məşğulluq sektorlarıdır. Bəzi məktəb psixoloqları da xüsusi təcrübə keçirdilər və xüsusilə də məktəb psixologiyasında doktorluq dərəcəsi alan məsləhətçilər kimi xidmət edirdilər.
Mənfəət və Outlook
ABŞ Əmək Nazirliyi tərəfindən nəşr olunan “İşəgötürənlər üçün təlimat kitabına” əsasən orta məktəbdə və ya orta məktəbdə çalışan bir psixoloq üçün orta əmək haqqı 72,910 dollardır. Məktəb psixoloqları üçün iş dünyagörüşü 2016-cı ildən 2026-cı ilə qədər sahənin orta hesabla daha sürətli olduğu üçün 14 faiz artacağı gözlənilir.
Dərəcənin növü lazımdır
İki və ya üç il məzun olan məktəb ən dövlətlərin tələb etdiyi minimum səviyyədədir. Lakin, hər bir dövlət məktəb psixoloqları üçün fərqli tələblərə malikdir. Siz də işləyən dövlətdə sertifikatlaşdırma və ya lisenziyaya ehtiyacınız olacaq.
Bir məktəb psixologiya məzunu proqramı seçməzdən əvvəl, dövlətinizdəki xüsusi lisenziya tələblərini yoxlamaqdan əmin olun.
Məktəb Psixologiyasında Karyera Artıq və Eksiler
Məktəb psixologiyasında bir karyeranın bəzi faydaları bunlardır:
- Şagirdlərə müvəffəq olmağa kömək edə bilmək.
- Bir məktəb gündüz proqramının saxlanılması, əksəriyyəti məktəb psixoloqlarının ibtidai məktəbdə orta məktəb yerlərində işləməsi.
- Məsləhətçilər, müəllimlər, valideynlər və tələbələr daxil olmaqla müxtəlif cəmiyyət üzvləri ilə əməkdaşlıq edir.
Bir məktəb psixoloq kimi karyera bəzi çatışmazlıqlar daxildir:
- Tələbə və ya valideynlər ilə çətinliklər yüksək stres səviyyəsinə səbəb ola bilər.
- İşlə bağlı stress və məyusluq tükənməyə səbəb ola bilər.
- Məktəb psixoloqları tez-tez cazibədar cədvəllər və müştərilərin həddən artıq yüklənməsi ilə qarşılaşırlar.
Əmək Statistikası Bürosu. İşəgötürən Outlook El kitabı: Psixoloqlar. ABŞ Əmək Nazirliyi. 24 oktyabr 2017-də yeniləndi.
> Məktəb Psixoloqlar Milli Assosiasiyası. NASP Təcrübə Modelinin 10 Domenləri.
Comments are closed, but trackbacks and pingbacks are open.