Press "Enter" to skip to content

Məktəbəqədər Hazırlıq | Təhsil Müəssisələri – Elektron Qeydiyyat – 2023

Hər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi keçirilir.

Məktəbə hazırlığın təşkili Qaydaları

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və məktəbə hazırlığın təşkili məsələlərini tənzimləyir.

1.2. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir.

1.3. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir.

1.4. Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir.

1.5. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır.

1.6. Beşyaşlıların məktəbə hazırlığı “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı” əsasında (məktəbəqədər təhsil üzrə kurikulum) həyata keçirilir. Eyni zamanda yeni alternativ proqramlardan da istifadə oluna bilər.

1.7. Beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər. Uşaqları məktəbəqədər təhsil müəssisələrinə getməyən valideynlər üçün uşaqlarını məktəbə hazırlamaq istiqamətində maarifləndirilmək məqsədi ilə müxtəlif xidmətlər təşkil edilə bilər.

1.8. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli və psixoloji cəhətdən məktəbə hazırlığını müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata keçirilməlidir.

2. Məktəbə hazırlığın məqsəd və vəzifələri

2.1. Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.

2.2. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

3. Məktəbə hazırlığın təşkili üçün qoyulan tələblər

Məktəbə hazırlığın təşkili üçün aşağıdakı tələblər qoyulur:

məktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətlərinin öyrənilməsi;

məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsaslarının müəyyənləşdirilməsi;

gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;

uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəliklərinin aparılması;

istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlərin aparılması;

uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onun aşağıdakıları əhatə edən fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır:

fiziki hazırlıq:

uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi;

hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın koordinasiyasının inkişafı;

fiziki və əqli qabiliyyətin inkişafı;

şəxsiyyətyönümlü hazırlıq:

müstəqillik, məsuliyyətlilik, fəallılıq, təşəbbüskarlıq;

başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq;

müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq;

ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması;

intellektual hazırlıq:

obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı;

idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlar) yiyələnmək;

prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq.

sosial hazırlıq:

yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı;

böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsi;

öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması.

4. Uşaqların məktəbə hazırlığının təşkili

4.1. Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim məşğələlərində didaktik oyunların tətbiq edilməsi faydalıdır. Tərbiyəçi uşağın oyuna olan marağından istifadə edərək, didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Didaktik oyunlar təlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur.

4.2. Məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında həftəlik məşğələlərin sayı 12 olmalıdır.

O cümlədən:

Hər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi keçirilir.

4.3. Gün rejimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı”na uyğun olaraq təşkil olunur.

Məktəbəqədər Hazırlıq | Təhsil Müəssisələri – Elektron Qeydiyyat – 2023

Məktəbəqədər təhsil müəssisələri məktəb yaşına çatmamış uşaqlar üçün açılmış, oyun və tərbiyənin birgə verildiyi müəssisələridir və ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrinə 3-6 yaş arası uşaqlar qəbul edilir.

Məktəbəqədər təhsil müəssisələri uşaqları ibtidai təhsilə hazırlayır və eyni zamanda, zəka inkişafının və öyrənmə bacarıqlarının ən sürətlə irəlilədiyi yaş olan 0-7 yaş arası uşağa öz töhfəsini verir. Ölkəmizdəki ailələrin bu mövzuda bir az da məlumatlı oması lazımdır. Bütün dünyada uşaq bağçası təhsil həyatının ilk addımı olduğu üçün son dərəcə vacibdir.

Məktəbəqədər təhsil niyə vacibdir?

Uşaqlar ibtidai məktəbə başlayanda bir çox faydalı şeyləri öyrənmələri üçün məktəbəqədər təhsil vacibdir. Araşdırmalar göstərir ki, bağçaya gedən uşaq getməyən uşaqdan daha yüksək qiymətlərlə orta məktəbi bitirir, amma məktəbəqədər təhsilin faydası təkcə bunda da deyil. Bu məqaləmizdə məktəbəqədər təhsilin uşaqlar üçün düşündüyünüzdən də vacib olmasının səbəbini bir neçə başlıq altında sadaladıq…

Uşaqların sosial bacarıqlar qazanmasına yardımçı olur

Sosial bacarıqların əldə edilməsi 2 yaşdan 5 yaşa qədər uşaqlar üçün çox vacibdir. Məktəbəqədər təhsilə gedən uşaq müxtəlif tədbirlərdə iştirak edərək, digər uşaqlarla ünsiyyət quraraq buna nail olur və növbə gözləmək, müxtəlif göstərişlərə əməl etmək, digər uşaqlarla oyun oynamaq, birlikdə musiqi dinləmək, mahnı oxumaq və s. bir çox sahədə təcrübə qazanırlar.

Məktəbəqədər təhsil uşaqları məktəb həyatına hazırlayır

Məktəbəqədər təhsilə getməyən uşaqlar ibtidai təhsilə başlayanda analarından ayrılmaqda çətinlik çəkir və məktəb-ailə-uşaq üçbucağında problemlər yaranır. Bundan əlavə, uşaqların ibtidai təhsildə etməli olduqları təlimatları, qaydaları və müxtəlif nizamnamələri öyrənməkdə və onlara əməl etməkdə çətinlik çəkdikləri müşahidə edilir. Məktəbəqədər təhsildə müəllimlər uşaqları ictimailəşməyə, yaxşı davranış etdirməyə və göstərişlərə əməl etməyə öyrədirlər və beləliklə, uşaqlar məktəb həyatına daha hazırlaşır və asanlıqla uyğunlaşa bilirlər.

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul nə vaxt başlayır?

18 iyul 11:00-dan etibarən 2022-2023-cü il tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilmişdir və proses 14 sentyabr tarixinədək davam edəcəkdir. Uşaqların qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” vasitəsilə həyata keçiriləcəkdir. Belə ki, valideynlər sistem üzrəində qeyd edilən tarix və saatdan etibarən elektron kabinet yaratmaq və qeydiyyatdan keçəm imkanı əldə edəcəklər.

İyulun 22-dən etibarən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), iyulun 26-sı tarixindən etibarən isə Bakı şəhəri, avqustun 2-dən etibarən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.

Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcəkdir. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 iş günü ərzində sənədləri müvafiq təhsil müəssisə təqdim etməlidir, əks halda sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşaqların qəbulu aparılacaqdır.

Qeyd edək ki, elektron qəbul sistemi komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam edəcəkdir.

Məktəbəqədər hazırlıq

Məktəbəqədər hazırlıq Kitablar bəlkə də bizim ən dəyərli sirdaşımızdır. Onlar mənəviyyatımızın əsas qida mənbəyidir. Kitab oxumaq insanı şəxs olaraq formalaşdırır, təfəkkürümüzə və yaşamımıza istiqamət verir. Kitabların qeyri-adi aləmi oxuyan insanlara başqa heç yerdə görə bilməyəcəyi gözəllikəri və informasiyaları ötürür. Onlar bizə bir böyük kimi yol göstərir, həyat yollarımıza işıq tutur. Kitab oxumağınOxumağın üstünlüklərini siyahıya almaqla sonlandırmaq olmaz. UniMall’da kiçikdən böyüyə ayrı-ayrı düşüncə sahibi demək olar hər bir insanın diqqətini cəlb edə biləcək kitab əldə etmək çox asandır. Bir qrup insanlar bədii kitablar oxumağı çox xoşlayarkən, digərləri qeyri-bədii janra daha çox önəm verirlər. Sözsüz ki, bütün bu janrlar təsəvvürlərimizi və həyatı anlamağımızı gücləndirir. Kitab oxumaq vərdişlərinə daha uşaq vaxtlarından başlamaq olduqca vacibdir. İnsanlar üzərində aparılan araşdırmalar nəticəsində məlum olur ki, müxtəlif peşə sahələrində nailiyyətlərə imza atmış şəxsiyyətlər əsasən kitab oxumağı sevənlərdi.

Məktəbəqədər hazırlıq Azərbaycanda

  • Fərqli markalar tərəfindən saytda satılan 100% orijinal məhsullar – Məktəbəqədər hazırlıq.
  • Məktəbəqədər hazırlıq – Bakı Azerbaycan 2017 elanlari endirimli qiymətlər, online kataloq, alisi satisi və sifarisi.
  • Kredit kartı ilə və ya nağd şəkildə ünvana çatdırıldıqda ödəmə imkanı. Bakı daxili pulsuz ünvana çatdırılma.
  • Azərbaycanın rayonlarına isə sürətli və minimum qiymətlərlə çatdırılma

İstirahət edərək alış-veriş və hər zövqə uyğun təkliflər

Hamı bilir ki, ticarət obyektlərində arenda, satıcıların aylıq əməkhaqqı, kommunal, təmizlənmə, təmir-bərpa və sair kimi məsrəflər var. Bu xərclər birbaşa satışdakı malın qiymətinə təsir edərək onun bahalaşmasına səbəb olur. Bunu diqqətə alsaq nəyə görə web səhifədə satışdakı məhsulların alış-veriş mərkəzlərində satılan mallardan təklif olunduğunu aşkara çıxarmaq sadədir.

Məsələyə başqa gözlə baxsaq fərqli satış məntəqələrinin oxşar məhsullarını tapmaq və onların qiymətlərini qarşılaşdırmaq səhifəmizdə yetəri qədər rahatdır. Özü də bunu etmək qısa vaxtda baş verir. Mağazaya gedərkən alış-veriş zamanı məkanlarda yerləşmiş çolu sayda mağazanın oxşar məhsullarının qiymətlərini qarşılaşdırmaq az vaxtda baş verə bilməz. Ancaq UniMall’da malların qiymətlərini müqayisə edərək ən sərfəli məhsulu müəyyən etmək çox asandır. Fərqli mağazalar tərəfindən malların UniMall.az-da olması alıcılar üçün minlərlə məhsul çeşidi arasından seçim etmə şansı yaradır. Heç bir fiziki dükanda və ya ticarət mərkəzində bu qədər çeşid görmə imkanı əldə etmək mümkün deyil. Səhifəmizdə məkan darlığı olmadığı üçün stokda mövcud bütün məhsullar təqdim edilir. Deməli şirkətlər stokda mövcud məhsullarının tamamını təklif etmə imkanı əldə edir . Həm də alıcılar zamanından və köhnə kolleksiyadan olmasını nəzərə almayaraq satış qiymətindən xeyli aşağı mallar içərisindən özlərinə uyğun olanı tapıb əldə edə bilirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.