Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) – onların hüquq və vəzifələri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu sosial müavinətlər sisteminin daha da təkmilləşdirilməsinə yönəlməklə, həssas qruplardan olan vətəndaşların, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, ailə başçısını itirmiş ailələrin etibarlı sosial təminat sistemi ilə təmin edilməsində daha bir mühüm addımdır. Belə ki, Qanunda dəyişikliklərdən biri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ailə başçısını itirdikdə bununla əlaqədar olaraq sosial təminat növünə yaranan hüququnun, onların maraq və mənafeyinin tam təmin edilməsini nəzərdə tutur.
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı uğurla icra olunur
Naxçıvan Muxtar Respublikasında yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar dövlət qayğısı ilə əhatə olunublar. Onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, təhsil hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılır.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və təhsilə cəlbinin davamlılığının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı” təsdiq olunub. Proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq tədbirlər həyata keçirir, komitə tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə əlaqə saxlanılır, uşaqların diaqnostik göstəricisi və səbəbləri araşdırılır, onların potensialına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə yönləndirilmələri tövsiyə edilir.
Sağlamlıq imkanları məhdud 119 uşağın yaşadığı evlərdə monitorinqlər keçirilib, 54 uşaq təhsilə cəlb edilib
Proqramın icrası çərçivəsində uşaq bağçalarına, ümumtəhsil müəssisələrinə, musiqi, idman, şahmat məktəblərinə və digər məktəbdənkənar müəssisələrə sağlamlıq imkanları məhdud uşaqların cəlb olunması diqqətdə saxlanılır. Belə ki, ötən ildə komitə tərəfindən sağlamlıq imkanları məhdud 119 uşağın yaşadığı evlərdə monitorinqlər keçirilib, onlarla geniş maarifləndirici söhbətlər aparılıb, valideynlərə qanunamüvafiq izahat verilib, uşaqlar potensiallarına uyğun olaraq ümumtəhsil məktəblərinə və məktəbəqədər müəssisələrə yönləndirilib.
Monitorinqlərin nəticəsində 34 uşaq ümumtəhsil məktəblərinə, 18 uşaq məktəbəqədər müəssisəyə, 1 uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə, 1 nəfər isə Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə olmaqla, ümumilikdə, 54 uşaq təhsilə cəlb edilib.
Müvafiq komissiya tərəfindən tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı monitorinqlərin aparılması, müəssisə rəhbərliyi ilə maarifləndirici söhbətlərin təşkili ötən ildə də davam etdirilib. Ümumilikdə, ötən il ərzində muxtar respublika üzrə 770 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 12 məktəbəqədər müəssisə, 71 ümumtəhsil məktəbi, 2 lisey, 20 musiqi məktəbi, 9 məktəbdənkənar müəssisə olmaqla, ümumilikdə 114 uşaq müəssisəsində monitorinq keçirilib.
Əlamətdar günlərdə uşaqlarla görüşlərin keçirilməsi, həmin günlərin uşaqlar üçün yaddaqalan olması məqsədi ilə tədbirlərin hazırlanması davam etdirilib. Belə ki, 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib. Aksiyada hemofiliya və talassemiyalı uşaqlar üçün 16 litr qan ehtiyatı toplanıb.
Həmin tədbirlərin davamı olaraq iyunun 1-də Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin uşaqları iştirak edib, 15 sağlamlıq imkanları məhdud uşağa komitə tərəfindən hədiyyələr verilib.
Görülən işlərin davamı olaraq xüsusi kateqoriyadan olan uşaqların yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılıb, bu məqsədlə komitə tərəfindən müvafiq kateqoriyalardan olan, ümumilikdə 141 uşağın “Saat Meydanı” turistik istirahət mərkəzinə, muxtar respublikada fəaliyyət göstərən muzeylərə, tarixi abidələrə, “Badamlı Mineral Sular Zavodu”na ekskursiyaları təşkil edilib, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tamaşaların, Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda filmlərin nümayişi təmin olunub.
118 uşağa məktəbli forması və dərs ləvazimatları, xüsusi qayğıya ehtiyacı olan 87 uşağa isə qış geyimləri verilib
Hər il olduğu kimi, 2021-ci ildə də xüsusi kateqoriyadan olan uşaqlar məktəbli forması və dərs ləvazimatları, həmçinin qış geyimləri ilə təmin olunublar. Belə ki, muxtar respublikada yaşayan 10-u sağlamlıq imkanları məhdud olmaqla, ümumilikdə, 118 uşağa məktəbli forması və dərs ləvazimatları, 8-i sağlamlıq imkanları məhdud olmaqla, ümumilikdə, xüsusi qayğıya ehtiyacı olan 87 uşağa isə qış geyimləri verilib.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin uşaqları olmaqla ümumilikdə, 14 sağlamlıq imkanları məhdud uşağa təşkilatçılar tərəfindən hədiyyələr təqdim edilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Proqramın icrasını bundan sonra da diqqət mərkəzində saxlayaraq müvafiq tədbirləri davam etdirəcək.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) – onların hüquq və vəzifələri
Xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs sağlamlıq imkanları məhdud şəxs, xüsusi şərait yaratmaqla sağlamlıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ixtisas təhsili isə xüsusi təhsil adlanır.
Xüsusi şərait dedikdə, sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, so- sial və digər xidmətləri alması üçün yaradılmış şərait başa düşülür. Xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir.
1.1. Xüsusi təhsil sahəsində dövlətin vəzifələrinə daxildir:
– sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları nəzərə alınmaqla dövlət hesabına təhsil almalarına təminat verilməsi;
– xüsusi təhsil sahəsində məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
– xüsusi təhsilin dövlət standartlarının müəyyən olunması;
– xüsusi təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi;
– sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanların a uyğun peşələr üzrə hazırlıq almalarına şərait yaradılması;
– sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili almalarına təminat verilməsi;
– xüsusi təhsil sahəsində kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılmasına təminat verilməsi;
– xüsusi təhsili həyata keçirən müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi.
1.2. Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində hüquqları aşağıdakılardır:
psixoloji-tibbi-pedaqoji komissiyada və tibbi-sosial komissiyada pulsuz müayinə olunmaq;
psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə uyğun olaraq fiziki çatışmazlığı (insanın fiziki inkişafında və (və ya) bədən üzvünün (üzvlərinin) fəaliyyətində çatışmazlıqlar, xroniki somatik və yolxucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi çatışmazlıq), əqli və (vəya) psixi ləngimələri (əqli çatışmazlıq mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaşda olan çatışmazlıqdır; psixi ləngimə psixi inkişafın ləngiməsi, o cümlədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və autizm başa düşülür) olanların pulsuz psixoloji- tibbi- pedaqoji korreksiyası;
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən xüsusi təhsilin müvafiq tədris proqramları üzrə məktəbəqədər və ümumi təhsil almaq;
müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada xüsusi təhsil almaq;
təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olunmaq.
1.3. Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində hüquq və vəzifələri aşağıdakılardır:
psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə, müayinə nəticələrinin müzakirəsində və xüsusi təhsil müəssisəsinin tipinin müəyyənləşdirilməsində iştirak etmək;
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarından qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət etmək;
fərdi tədris proqramları ilə tanış olmaq və onların həyata keçirilməsində iştirak etmək;
xüsusi təhsil müəssisələri ilə bağlı məsləhətlər almaq;
sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya digər qanuni nümayəndələri onların ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaları üçün qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarına və təhsil müəssisələrinə müraciət etməyə borcludurlar.
1.4. Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər təhsil aldıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, internat tipli xüsusi təhsil müəssisələrində, o cümlədən ümumi tipli internat məktəblərin xüsusi təhsil bölmələrində tam dövlət təminatındadırlar; karlar və zəif eşidənlər; korlar və zəif görənlər; ağır nitq qüsurları olanlar; dayaq hərəkət aparatının funksiyaları pozulanlar; əqli cəhətdən geri qalanlar (debillər, imbisillər); emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar; psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər; mürəkkəb çatışmazlıqları (fiziki çatışmazlığın, əqli və (və ya) psixi ləngimələrin məcmusu) olanlar.
2. Xüsusi təhsilin təşkili.
Xüsusi təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində, xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş formalarda həyata keçirilir.
2.1. Sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrində təhsil almaq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi vasitəsilə evdə təşkil edilir.
Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
2.2. Sağlamlıq imkanları məhdud şəxslər tibb müəssisələrində uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarsa, müvafiq icra hakimiyyəti orqanı psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir. Stasionar şəraitdə təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
2.3. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ vardır. Təhsil müəssisələrinin rəhbərliyi sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmət təşkil etməlidir.
2.4. Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisədə sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiya təlimli təhsil təşkil edilir. İnteqrasiya təlimli təhsil müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onların qəbuluna etiraz edə bilməz. İnteqrasiya təlimli təhsil müəssisələrində təh- silin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
2.5. Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər üçün yaradıla bilər:
– nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonematik ləngliyi, kəkələmə və ya ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar;
– eşitmə pozulmaları olanlar (karlar, zəif eşidənlər və sonradan karlaşanlar);
– görmə pozulmaları olanlar (korlar, zəif görənlər, çəpgözlər və s.);
– əqli (psixi) pozuntuları (əqli cəhətdən geri qalanlar, psixi inkişaf ləngliyi, ağır əqli geriliyi) olanlar;
– dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi olanlar;
– ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar;
– emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;
– xroniki somatik xəstəlikləri olanlar.
Tədris proqramlarının uğurla mənimsənilməsinə maneçilik olmadıqda müxtəlif fiziki çatışmazlıqları və (və ya) psixi ləngiməsi olanlar üçün təhsil eyni xüsusi təhsil müəssisəsində həyata keçirilə bilər. Xüsusi təhsil müəssisələri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
2.6. Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri yaradılır. Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi sağlamlıq imkanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdir.
Reabilitasiya mərkəzlərində məşğələlər fərdi və qrup təlim proqramlarına əsasən, hər qrupda 10, mürəkkəb çatışmazlığı olanlar üçün isə 6 nəfərdən çox olmayaraq təşkil edilir. Reabilitasiya mərkəzləri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
2.7. Tərbiyəvi xarakterli tədbirlərə ehtiyacı olan 11 yaşdan 14 yaşına qədər sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qapalı tipli xüsusi təhsil bölmələri yaradılır.
Həmin şəxslər bu təhsil müəssisələrinə psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi nəzərə alınmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada göndərilirlər. Azadlıqdan məhrum etmə yerlərində psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş şərtlərə əməl etməklə ictimai təhlükəli əməllər törətmiş sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsili qanunvericilikdə müəyyən olunmuş qaydada təşkil edilir.
3. Xüsusi təhsilin dövlət standartları.
Fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar üçün xüsusi təhsilin dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi təhsil dövlət standartları mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir.
4. Xüsusi təhsil sisteminin idarə olunması.
Xüsusi təhsil həyata keçirilən dövlət müəssisələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur. Müvafiq icra hakimiyyəti orqanı xüsusi təhsil üzrə proqramlar, o cümlədən əlaqəli proqramlar hazırlayır və həyata keçirir, sağlamlıq imkanları məhdud şəxslərin sağlamlığının mühafizəsinə, onların çatışmazlıqlarının koreksiyasına, sosial adaptasiyasına, tibbi-sosial reabilitasiyasına, əlilliyin profilaktikasına yönəlmiş birgə tədbirlər görür.
Mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsil müəssisəsinin akkreditasiyası, xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsil alanların yekun attestasiyası və xüsusi təhsilin keyfiyyətinə nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Xüsusi təhsil müəssisəsinin, xüsusi təhsil bölməsinin və inteqrasiya təlimli təhsil müəssisəsinin maddi-texniki bazasına xüsusi təhsil müəssisəsinin tipindən asılı olaraq binalar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibb, korreksiya və reabilitasiya kabinetləri, idman, qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu daxildir. Xüsusi təhsili həyata keçirən müəssisənin maddi-texniki bazası müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır. Xüsusi təhsil üçün dərslik, dərs vəsaitləri və elmi-metodik vasitələrin hazırlanması müvafiq icra hakimiyyəti orqanı, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən həyata keçirilir.
Xüsusi təhsil sahəsində pedaqoji və tibbi fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılır. Xüsusi təhsil üçün kadrların hazırlnması orta və ali-peşə-ixtisas təhsili müəssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidənhazırlanma müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Xüsusi təhsil müəssisələ- rində çalışan işçilərin sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün ŞAD XƏBƏR
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlar ölkəmizdə vətəndaş rifahının təminatı, eyni zamanda, həssas qruplara yönələn dövlət qayğısının artırılması sahəsində atılan ardıcıl addımların uğurla davam etdirilməsinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu sosial müavinətlər sisteminin daha da təkmilləşdirilməsinə yönəlməklə, həssas qruplardan olan vətəndaşların, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, ailə başçısını itirmiş ailələrin etibarlı sosial təminat sistemi ilə təmin edilməsində daha bir mühüm addımdır. Belə ki, Qanunda dəyişikliklərdən biri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ailə başçısını itirdikdə bununla əlaqədar olaraq sosial təminat növünə yaranan hüququnun, onların maraq və mənafeyinin tam təmin edilməsini nəzərdə tutur.
Belə ki, mövcud qanunvericiliyə görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq ailə başçısını itirdikdə, yaxud ailə başçısını itirmiş uşaq sağlamlıq imkanları məhdud hesab edildikdə iki müavinət növündən (yəni sağlamlıq imkanları məhdudluğa, yaxud ailə başçısını itirməyə görə müavinət növlərindən) birini seçə bilər. Qanuna yeni dəyişiklik isə həmin uşaqlar üçün bu məhdudiyyəti aradan qaldırır. Onlar müvafiq hallarda hər iki növ müavinəti eyni vaxtda ala biləcəklər. Bu da həmin uşaqların sosial müdafiəsinin gücləndirilməsində mühüm önəm kəsb edir.
“Sosial müavinətlər haqqında” Qanunda əsas dəyişikliklərdən biri də ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Belə ki, bəzi hallarda ailəyə hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının adambaşına düşən aylıq məbləği ailə başçısını itirməyə görə aylıq sosial müavinətin məbləğindən aşağı olur. Lakin buna baxmayaraq, qanun əmək pensiyası hüququ yarandığı üçün yalnız pensiyanı almağa icazə verirdi. “Sosial müavinətlər haqqında” Qanunda yeni dəyişiklik nəticəsində belə hallarda ailənin maddi durumunun yaxşılaşması məqsədilə bundan sonra ailəyə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət seçmək hüququ veriləcək. Yəni ailə başçısını itirmiş ailə onun üçün nəzərdə tutulan sosial təminat növlərindən hansı (pensiya və ya müavinət) daha çox məbləğdədirsə, onu seçəcək. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik də ailə başçısını itirmiş ailəyə bu seçim hüququnu verir.
Qanunda əsas dəyişikliklərdən biri də yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinin artması nəticəsində yaşa görə əmək pensiyası və sosial müavinət almaq hüququ verən yaşlar arasında yaranmış ciddi uyğunsuzluğun aradan qaldırılmasına yönəlib. Belə ki, dəyişiklik yaşa görə müavinət hüququ yaranan yaş həddinin pensiya yaşı həddi ilə eyniləşdirilməsini nəzərdə tutur.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.