Pedaqogika elmiNİn məNBƏLƏRİ. Pedaqogikanin metodologiyasi və TƏDQİqat metodlari əhatə olunan məsələlər
fəaliyyəti məhsulları müxtəlifdir. Fənlər üzrə uşaqların icra etdikləri işlər,
Pedaqoji tədqiqat və onun metodları
Digər elmlərdə olduğu kimi, pedaqogika da elmi-tədqiqatların nəticəsində inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir. Pedaqoji tədqiqatlar təlim-tərbiyə prosesini təkmilləşdirmək, müəyyən qanunauyğun əlaqələri üzə çıxarmaq məqsədi ilə planlı şəkildə aparılan axtarışlardır.
Tədqiqatlar müxtəlif metodların köməyi ilə aparılır. Tədqiqatın metodları onun metodologiyası ilə sıx bağlıdır. Tədqiqatın metodologiyası dedikdə, tədqiqat zamanı rəhbər tutulan metodoloji prinsiplərin məcmusu başa düşülür.
Ümumi metodoloji prinsip kimi pedaqoji məsələlərin öyrənilməsinə materialist-dialektik yanaşma prinsipi əsas götürülür. Bundan əlavə, pedaqoji tədqiqatlarda bəzi xüsusi metodoloji prinsiplər də tətbiq olunur: fəaliyyət prinsipi; şəxsiyyət baxımdan yanaşma prinsipi; sistemlilik prinsipi və s.
Tədqiqatın müvəffəqiyyəti onun metodlarını düzgün seçib tətbiq etməklə sıx bağlıdır.
Pedaqoji tədqiqatın metodları dedikdə, müəyyən elmi problemi həll etmək üçün istifadə olunan yol və vasitələrin məcmusu başa düşülür. Bu metodları şərti olaraq dörd qrupa bölmək olar: a) empirik tədqiqat metodları; b) nəzəri tədqiqat metodları; v) empirik-nəzəri tədqiqat metodları; q) pedaqoji tədqiqatda riyazi, statistik, sosioloji metodlar.
Empirik tədqiqat metodları müəyyən faktlar toplamağa xidmət edir. Bu metodlara daxildir: pedaqoji müşahidə, pedaqoji müsahibə, anket sorğusu, pedaqoji konsilium, pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi metodları.
Pedaqoji müşahidə – pedaqoji prosesi müəyyən məqsədlə və planlı şəkildə izləməkdir. Tədqiqatçı müşahidə zamanı nəyi, nə məqsədlə izləyəcəyini müəyyən edir, müvafiq faktlar toplayır, onları təhlil edib qruplaşdırır və nəticə çıxarır.
Pedaqoji müsahibə – müəyyən pedaqoji hadisənin mahiyyətini, səbəblərini, başvermə şəraitini aşkara çıxarmaq məqsədi ilə aparılan sual-cavab metodudur. Müsahibəyə hazırlıq zamanı onun nə məqsədlə, kimlərlə (müəllim, valideyn, məktəb işçiləri və ya şagirdlərlə), hansı suallar əsasında aparılacağı müəyyənləşdirilir. Müsahibə prosesində alınan cavablar dəqiq qeyd olunmalı (və ya lentə yazılmalı), sonra isə ciddi təhlil olunmalıdır.
Anket sorğusu – bu və ya digər pedaqoji məsələ (problem) barədə müəllim, şagird və ya valideynlərin mövqeyini, rəyini öyrənmək, hər hansı pedaqoji hadisənin tipikliyini müəyyən etmək məqsədi ilə aparılan yazılı sorğudur. Anket sorğusunda sualların düzgün seçilməsi və ifadə olunması mühüm şərtdir.
“Pedaqoji konsilium ” metodu – bu və ya digər pedaqoji fakt, hadisə və ya konkret şagirdlə bağlı pedaqoji işçilərin (müəllimlərin) kollektiv müzakirəsi, fakt və ya hadisənin qiymətləndirilməsi, çətinliklərin araşdırılması və optimal tədbirlərin müəyyən edilməsi metodudur.
Pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi – tədqiqatda bəzi zəruri faktları toplamağa xidmət edən metodlardır.
Məktəb sənədləri (jurnallar, hesabatlar, iş planları, şəxsi işlər və s.), habelə şagirdin fəaliyyət məhsulları (yazı, rəsm, əmək işləri, yaradıcılıq məhsulları və s.) təlim-tərbiyə işlərinin vəziyyəti, təlim müvəffəqiyyəti haqda müəyyən məlumat əldə etməyə imkan verir.
Nəzəri tədqiqat metodları nəzəri mənbələrin öyrənilməsi, təhlili və nəticə çıxarılması məqsədi güdür. Nəzəri tədqiqatlar praktik faktlar səviyyəsində yox, əsasən, pedaqoji anlayışlar səviyyəsində aparılır və pedaqogikanın köklü problemlərinə (məsələn, pedaqoji qanun və prinsiplərin tədqiqi, şəxsiyyətin formalaşması amillərinin öyrənilməsi və s.) həsr olunur.
Nəzəri tədqiqat metodlarına daxildir: təhlil və tərkib, induksiya və deduksiya, modelləşdirmə, müqayisəli-tarixi təhlil metodları.
Nəzəri təhlil metodu pedaqoji hadisələri tərkib hissələrinə bölməyi, başlıca əlaməti, xüsusiyyəti ayırmağı nəzərdə tutur. Təhlil həmişə tərkiblə (sintezlə) ayrı-ayrı hissələrin, əlamətlərin əlaqələndirilməsi, ümumiləşdirilməsi metodu ilə müşayiət olunur, onunla tamamlanır. Təhlil və tərkibin vəhdəti pedaqoji hadisələrin mahiyyətini dərk etməyə, ümumidə xüsusi, xüsusidə isə ümumi cəhəti tapmağa imkan verir.
Pedaqoji tədqiqatlarda çox vaxt induksiya (konkret faktlardan ümumi nəticələr çıxarmaq) və deduksiya (ümumi nəticəni konkret faktlara tətbiq etmək) metodlarına da müraciət olunur.
Modelləşdirmə – müəyyən pedaqoji sistemi xüsusi analoqlar (modellər) yaratmaq yolu ilə təsvir etmək metodudur. Bu metod əyani-obrazlı şəkildə (sxem, çertyoj, sözlə təsvir), öyrənilən pedaqoji prosesi xarakterizə etməyə imkan verir. Bu yolla, məsələn, dərsin quruluşunun, onun müxtəlif tiplərinin, şəxsiyyətin inkişafının səmərəli modelini qurmaq olar.
Müqayisəli-tarixi təhlil metodu müxtəlif tarixi dövrlərdə, dünya təcrübəsində ayrı-ayrı pedaqoji sistemləri müqayisəli şəkildə öyrənməyə, bu əsasda müasir pedaqoji problemlərin həlli yollarını müəyyənləşdirməyə imkan verir.
Pedaqoji tədqiqatda bəzən empirik-nəzəri metodlar əlaqəli şəkildə tətbiq olunur. Belə metodlara eksperiment, təcrübi-eksperimental iş, sınaq metodları daxildir.
Pedaqoji eksperiment müəyyən pedaqoji fərziyyəni yoxlamaq metodudur. Onun məqsədi pedaqoji prosesdə səbəb-nəticə əlaqələrini, kəmiyyətlər arasındakı asılılığı öyrənməkdən, yeni forma və metodların səmərəliliyini aşkara çıxarmaqdan və s. ibarət ola bilər.
Məqsədinə görə pedaqoji eksperimentin bir neçə növü ayırd edilir: müəyyənedici, öyrədici və yoxlayıcı eksperiment.
Təşkili formasına görə eksperiment üç cür olur: təbii (adi, təbii şəraitdə keçirilir), laborator (laboratoriya şəraitində keçirilir) və kompleks (həm təbii, həm də laborator şəraitdə keçirilir) eksperiment.
Eksperimentin təşkili üçün iki paralel sinif (qrup) götürülür: bunlardan birində iş yeni qaydada təşkil edilir (eksperimental sinif və ya qrup), digərində isə ənənəvi qaydada aparılır (kontrol sinif və ya qrup). Müəyyən müddətdən (1 rüb, 1 il) sonra hər iki sinifdə (qrupda) işin nəticəsi yoxlanılır və bir-biri ilə müqayisə edilir. Eksperiment yaxşı nəticə verərsə, onu bir qədər geniş miqyasda keçirmək lazımdır.
Eksperimentin səmərəli nəticə verməsi üçün onu başqa metodlarla (müşahidə, müsahibə, anket sorğusu və s.) əlaqələndirmək mühüm şərtdir.
Pedaqoji tədqiqatlarda eksperiment metodu ilə yanaşı təcrübi-eksperimental iş, sınaq metodları da tətbiq olunur. Bu zaman müəyyən plan üzrə təcrübə işləri aparılır, onların səmərəliliyi öyrənilir.
Pedaqoji tədqiqatlarda yeri gəldikcə riyazi-statistik və sosioloji metodlara da müraciət olunur. Riyazi-statistik metodlar tədqiqatın nəticələrini kəmiyyət baxımından təhlil etməyə imkan verir. Sosioloji metodlar pedaqogikanın sosial məsələlərinin (təlim-tərbiyə işinə ailə və mühitin təsiri, kollektiv və fərdin münasibətləri, peşə seçmə və s.) həllində geniş tətbiq olunur. Sosioloji metodlara kütləvi sorğular, sosiometrik metodlar (şkala, sosioqramma və s.) daxildir.
Pedaqoji tədqiqatda nəzərdən keçirilən metodların kompleks tətbiqi tədqiqatın uğurlu və obyektiv olmasını təmin edən əsas şərtdir.
Pedaqogika elmiNİn məNBƏLƏRİ. Pedaqogikanin metodologiyasi və TƏDQİqat metodlari əhatə olunan məsələlər
3. Pedaqoji tədqiqat metodları və onların səciyyəvi xüsusiyyətləri.
4. Pedaqoji tədqiqatların texnologiyası (və ya tədqiqatın metodoloji
1. Pedaqoji elmin mənbələri
Pedaqoji elmin mənbələri və tədqiqat metodları bir-biri ilə əlaqədardır.
Pedaqoji tədqiqat metodları pedaqoji metodologiyaya dayanaraq pedaqoji elmin
mənbələrinə uyğun olaraq seçilir. Odur ki, öncə pedaqoji elmin mənbələri barədə
fikirlərimizi bölüşək, sonra pedaqoji texnologiya və tədqiqat metodları
anlayışlarına elmi şərh verməyə çalışaq.
Pedaqoji elmin mənbələri müxtəlifdir: pedaqoji proses, pedaqoji sənədlər,
pedaqoji mövzuda yazılar, klassiklərin əsərləri və pedaqoji fikirləri, şagirdlərin (və
digər tərbiyə olunanların) fərdiyyəti, şifahi xalq yaradıcılığı nümunələri, dövlət
sənədləri, canlı söz, müqəddəs kitabımız “Qurani-Kərim” və s. Xüsusi qeyd
olunmalıdır ki, tədris və tərbiyə müəssisələrində həyata keçirilən pedaqoji proses
pedaqoji elmin və pedaqoji biliklərin əsas mənbəyidir. Sadalanan mənbələri iki
qrupa ayırmaq olar: 1) geniş mənada pedaqoji prosesinin özü; 2) şifahi və yazılı
mənbələr. Birinciyə praktika, ikinciyə təlim-tərbiyə haqqında əsaslandırılmış
fikirlər, mülahizələr, dövlət sənədləri, pedaqoji sənədlər, mütəfəkkirlərin pedaqoji
ideyaları və s. daxildir.
Dövlət sənədləri. Respublikamızda təhsil Azərbaycan dövlətinin müvafiq
qanunları əsasında təşkil olunur və inkişaf etdirilir. Ən əvvəl Azərbaycan
Respublikası Konstitusiyası (Əsas Qanunu), sonra təhsil sahəsində dövlət
qanunvericiliyinin əsasları, təhsillə əlaqədar qəbul olunan qanunlar və digər rəsmi
sənədlər nəzərdə tutulur. Bu cür sənədlərin tələblərini, təlim və tərbiyə qarşısında
qoyduğu vəzifələri pedaqoji proseslə məşğul olan, pedaqoji problemləri tədqiq
edən şəxslər öyrənməlidirlər.
Pedaqoji sənədlər. Hər bir tədris və ya tərbiyə müəssisəsinin özünəməxsus
sənədləri vardır. Bu sənədlər həmin tədris və ya tərbiyə müəssisəsində aparılan işin
xüsusiyyətlərini əks etdirir. Məktəbin necə işlədiyini öyrənməkdə həmin sənədlər
tədqiqatçıya zəngin məlumat verir.
Pedaqoji mövzuda yazılar. Pedaqoji biliklər müvafiq kitablarda, jurnal və
qəzetlərdə şərh edilir. Bu cür mənbələr keçmişdə tədris müəssisələrinin
vəziyyətindən, oradakı təlim və tərbiyə işinin məzmunundan, üsulları və təşkili
formalarından, pedaqoji fikrin tarixindən xəbər verir. Təhsilin, təlim və tərbiyənin,
habelə inkişafın müasir problemlərini, qabaqcıl məktəb və müəllimlərin iş təcrübə-
sini, mövcud olan nöqsanları və onların aradan qaldırılması yollarını təhlil edən
kitablar və məqalələr vardır.
Tərbiyə olunanların fəaliyyət məhsulları. Pedaqoji bilik mənbəyi olan uşaq
fəaliyyəti məhsulları müxtəlifdir. Fənlər üzrə uşaqların icra etdikləri işlər,
sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı onların yerinə yetirdikləri
tapşırıqlar buraya daxildir. Məsələn, dil üzrə uşaqların yazdıqları imla, inşa və ya
rəy mətnləri, ayrı-ayrı fənlərdən həll etdikləri məsələ və misallar, tərtib etdikləri
planlar və xəritələr, quraşdırdıqları modellər, düzəltdikləri əyani vasitələr,
becərdikləri bitkilər, hazırladıqları fotomontaj və fotostendlər, çıxardıqları divar
qəzetləri və bülletenlər, muzey üçün topladıqları eksponatlar, tikdikləri paltarlar,
hörmələr, çəkdikləri şəkillər, onların istehsal etdikləri müxtəlif məhsullar və s.
şagirdlərin bacarıqları və qabiliyyətləri barədə, təlim və tərbiyənin necəliyi haq-
qında fikir söyləməyə əsas verir.
Şifahi xalq yaradıcılığı nümunələri. Xalq təlim və tərbiyə haqqında, elm və
bilik haqqında öz fikirlərini, istək və arzularını atalar sözlərində və zərb
məsəllərdə, nağıl və dastanlarda, bayatı və tapmacalarda ifadə etmişdir. Bunların
hamısı tərbiyəçilər üçün, xüsusən valideynlər üçün zəngin pedaqoji bilik
mənbəyidir. Hər kəs ondan bəhrələnə bilər.
Canlı söz. Təlim, tərbiyə və təhsil iştirakçılarının söylədikləri fikirlər də
pedaqoji bilik mənbələrindən biridir. Burada müəllimlərin və digər tərbiyəçilərin,
şagirdlərin və valideynlərin, habelə pedaqoji prosesin digər iştirakçılarının dedikləri
fikirlər nəzərdə tutulur .
2. Pedaqogikanın metodologiyası
Elmin digər sahələrində olduğu kimi, pedaqogika üzrə tədqiqatlar da
metodoloji əsasa istinad edir, ondan istiqamət alır. Bunsuz pedaqogikanı
müvəffəqiyyətlə inkişaf etdirmək olmaz. Hər bir didaktik, metodik axtarışlar
metodoloji əsasla idarə olunur. Bir sözlə, metodologiyaya əsaslanmadan həqiqi
elmi tədqiqat aparmaq mümkün deyil.
“Metodologiya” yunan dilində “metodlar haqqında elm” deməkdir. Meto-
dologiya anlayışının hamı tərəfindən qəbul olunmuş tərifi yoxdur. Pedaqoji
ədəbiyyatda metodologiya bəzən tədqiqatın metodik priyomlarının məcmusu,
bəzən xarici aləm haqqında biliklərin əldə edilmə qaydaları, aləmin dərk olunması
və yeniləşdirilməsi metodları haqqında nəzəriyyə hesab olunur. Əslində çox geniş
məzmuna malik olan metodologiya rəhbər prinsiplərə istinad edən elmi tədqi-
qatların silahı, elmi təhlilin və sintezin tələblərinin yerinə yetirilməsinin konkret
vasitəsi rolunu oynayan nəzəri biliklər sistemidir. Pedaqoji metodologiya elmi-
Pedaqogikanın mənası
Videonuz: Pedaqogika – Dərs 1. Pedaqogikanın obyekti, predmeti, vəzifə və sahələri.
MəZmun
- Pedaqogika nədir:
- Uşaq pedaqogikası
- Psixopedaqogiya
- Kritik pedaqogika
- Konseptual pedaqogika
- Ənənəvi pedaqogika
- Waldorf pedaqogikası
Pedaqogika nədir:
Pedaqogika təhsil haqqında elmdir. Əlavə olaraq, Pedaqogika tədris metodudur. Pedaqogika Sosial və Humanitar Elmlərə aiddir və Psixologiya, Sosiologiya və Antropologiya kimi digər elmlərlə əlaqəlidir.
Ümumi bir şəkildə Pedaqogikanın məqsədi tədris və öyrənmə proseslərini planlaşdırmaq, təhlil etmək, inkişaf etdirmək və qiymətləndirməkdir. Fərqli sahələrdə təhsil reallığını yaxşılaşdırmağı hədəfləyir: ailə, məktəb, sosial və iş. Bu söz yunan dilindən gəlir παιδαγωγία. yunan dilindən παιδιον (payos, ‘balaca oğlan’) Y γωγος (gogos, ‘Bələdçi’, ‘rəhbərlik’).
Təhsil sisteminə də baxın.
Uşaq pedaqogikası
Uşaq pedaqogikasının tədqiqat obyekti uşaqların tərbiyəsidir. İnkişaf xüsusiyyətlərinə görə təkamül faktorları nəzərə alınır. Bu mərhələdə təməl həyat bacarıqları əldə edilir, buna görə də müəllimlərin işi çox vacibdir.
Psixopedaqogiya
Psixologiya ilə pedaqogika arasındakı əlaqə, öyrənmənin psixoloji proseslərinə yönəlmiş yeni bir elm meydana gətirir. Daha spesifik bir şəkildə inkişaf etdirildiyi sahələr, başqaları arasında tədris planlarının və təhsil proqramlarının dizaynı, peşə rəhbərliyi və öyrənmə pozğunluqlarıdır.
Psixopedaqogiyaya da baxın.
Kritik pedaqogika
Kritik pedaqogika, ənənəvi təhsil sistemini dəyişdirmək və şagirdlərdə tənqidi düşünməyi inkişaf etdirmək olan kritik paradiqmaya əsaslanan nəzəri və praktik təhsil yanaşmasıdır. Paulo Freire tənqidi pedaqogikanın ən böyük göstəricilərindən biridir.
Eləcə də Kritik Pedaqogika.
Konseptual pedaqogika
Konseptual pedaqogika, tələbələri düşüncə, bacarıq və dəyərlərini yaşlarına (düşüncə, konseptual, formal, kategorik və elmi düşüncə) əsaslanan düşüncə növünə əsasən inkişaf etdirmək olan pedaqoji bir modeldir. Elmi və intellektual biliklərin öyrənilməsini və eyni zamanda duyğulu zəkanı da əhatə edir. Konseptual pedaqogikanı üç mərhələyə bölmək olar: affektiv, idrak və ifadəli.
Ənənəvi pedaqogika
Ümumiyyətlə, ənənəvi pedaqogika akademik metodlara və məzmunun ötürülməsinə əsaslanan biri sayılır. Öyrənmə, kritik və ya yansıtıcı əks prosesi baş vermədən, mexanikləşdirilmiş şəkildə baş verir.
Waldorf pedaqogikası
Waldorf pedaqogikası, antroposofiyanın banisi Rudolf Steiner tərəfindən Stuttgartda (Almaniya) yaradılan pedaqoji bir modeldir. İnsanın ayrılmaz təhsilinə, muxtariyyətinə və fərdi azadlığına, bədii və yaradıcılıq qabiliyyətinə xüsusi vurğu ilə fənlərarası şəkildə əsaslanır. Bir təhsil sistemi olaraq üç səviyyədə qurulmuşdur. 6 yaşına qədər fəaliyyətlər hiss və duyğuların inkişafına yönəldilir. 7 ilə 13 arasında hədəf dünyanın kəşfidir. Son mərhələdə, 21 yaşına qədər muxtar düşüncə və anlayış inkişaf edir.
Comments are closed, but trackbacks and pingbacks are open.