Metodiki Tövsiyə
Cavab:Həsənova Pərişan özü dəfələrlə kafedrada bildirib ki, Qızlar Universtetində işlədiyi müddətdə cəmi bircə semestr bu fənni tədris etdikdən sonra özü imtına edib. Araşdırmaq üçün Qizlar Univerisitetinin tədris yüklərinə baxmaq kifayətdir.
Pedaqogika və insan tərbiyəsi
Pedaqogika yunan sözüdür. Bəzi tərcümələrdən fərqli olaraq hərfi mənası “uşağın doğulması”, “uşağın idarəolunması” və “tərbiyə sənəti” anlamlarını verir. Bu üç amili özündə ehtiva edən pedaqogikanın ilkin fikir və ideyaları insanlıq mövcud olduğu dövrdən meydana gələrək xalq yaradıcılığının bütün janrlarında, eləcə də Qədim Şərq filosoflarının görüşlərində təcəssüm edərək çağdaş günümüzdə müstəqil bir elm kimi formalaşmışdır. İnsanın yetişdirilməsi, onun təlim-tərbiyəsi, həyata, yaşayışa hazırlanması pedaqogika elminin təməl prinsiplərini təşkil edir.
Əsrlərin süzgəcindən keçən bu prinsiplərin kamil insan ideyasını irəli sürən Nizaminin, N.Tusinin, M.Füzulinin, A.Bakıxanovun və digər mütəfəkkirlərin əsərlərində bir sistem halını aldığını görürük. Nizaminin qəhrəmanları dərin biliyə malik olmaqla yanaşı özünüidarə, ədalətlilik, humanizm, əməksevərlik, davranış və ünsiyyət mədəniyyəti, cəsarətlilik kimi mənəvi-əxlaqi keyfiyyətlərə malik olmuşdur. XVI yüzillikdə yaşayıb yaratmış, zəngin pedaqoji irsə malik M.Füzuli əsərlərində təlim və tərbiyənin məqsədinə, məzmununa və üsullarına toxunmuş, orta əsr təlim-tərbiyə məktəbinin quruluşunu, onun təşkili formasını tənqid etmişdir. M. Füzulinin “Hər kəs ilə onların öz əqillərinin səviyyəsində danış” – deyə irəli sürdüyü pedaqoji fikri bu gün: “hər kəsə bilik, bacarığına görə yanaşmaq” müddəası kimi təlim-tərbiyədə pedaqogikanın ən əsas tələblərindən biridir. Maraqlıdır ki, M.Füzulidən 200 il sonra təbiətəmüvafiqlik nəzəriyyəsini müdafiə edən İsveç pedaqoqu, demokrat İohan Pestolotsi də “Hər bir uşaqda inkişaf üçün zəmin olan təbii imkan var” fikrini söyləyərək təlim-tərbiyə prosesində hər bir uşağın yaşının və fərdi xüsusiyyətlərinin nəzərə alınmasını irəli sürür. O, tərbiyənin məqsədini uşağın özünəməxsus harmonik, fiziki, əxlaqi, əqli inkişafını təmin etməklə “həqiqi insanlar” hazırlamaqda görürdü. “Böyük didaktika” əsərinin müəllifi Y.Komenski isə öz sələflərindən çox illər əvvəl insanı daim inkişafda olan varlıq kimi qiymətləndirmiş və tərbiyənin köməyi ilə “Hər uşağı insan etmək olar” fikrini irəli sürmüşdür.
XXI yüzillikdə bazar iqtisadiyyatının sürətlə dəyişən qaydaları, qloballaşmanın həyatımıza nüfuz etməsi insan kapitalının yetişdirilməsi istiqamətində bizim qarşımızda yeni vəzifələr qoyur. Minilliyin çağırışı olan insan kapitalının yetişdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas məqsədlərindən biridir. Belə ki, sənəddə insan kapitalının inkişafı perspektivləri ön plana çəkilərək mövcud vəziyyət təhlil edilmiş, təhsilin bu istiqamətdə məqsəd və vəzifələri müəyyənləşdirilmişdir. Pedaqoji – sosial əməkdaşlığın vəhdəti halında yerinə yetiriləcək bu vəzifələr ölkəni gələcəyə aparacaq, hər cür rəqabətə cavab verəcək mənəvi-intellektual dəyərlərə malik insanın yetişdirilməsində zəncirvari bir xətlə ailədən başlayaraq təhsil işçilərini və ümumiyyətlə, cəmiyyətin bütün təbəqələrini insan tərbiyəsində yüksək nəticələr əldə etmiş yeni model axtarışlarına sövq edir. Məsələn, bir sıra inkişaf etmiş ölkələrdə “İnsan mərkəzli təhsil” adlı proqramlar həyata keçirilir. Bu proqram çərçivəsində fərdin fasiləsiz öyrənmə potensialı yüksəldilir, öyrəndiklərini praktik tətbiq etmək vərdişləri formalaşdırılır, ona mənəvi dəyərlər kontekstində həyati bacarıqlar aşılanır. İkinci olaraq bu proqram cəmiyyətdə insanların sosial qütbləşməsinin demokratik prinsiplər əsasında formalaşmasında mühüm rol oynayır. İnsan yetişdirmənin bütün təsisatlarının: ailənin, məktəbin, universitetin və cəmiyyətin daşıdıqları məsuliyyət, görəcəyi işlər pedaqoji prinsiplərə əsaslanaraq mərkəzin fəaliyyətinin təməlini təşkil edir. Keçən əsrin 50-ci illərində Almaniya da demokratiyanın və hüquqi dövlətçiliyin təməli hesab edilən, azadlığın və sosial cavabdehliyin prinsiplərini özündə ehtiva edən sosial bazar iqtisadiyyatının verdiyi bütün imkanlardan istifadə edərək insan kapitalını yetişdirən institutlarını formalaşdırmışdır.
Zaman uşağa tərbiyə verən tərbiyəçidən də, valideynindən də, orta məktəb və universitet müəllimindən də, cəmiyyətin peşə və təhsilindən asılı olmayaraq hər bir üzvündən də pedaqogikanın nəzəri və praktiki cəhətdən öyrənilməsinə, tətbiqinə yeni yanaşmaları sərgiləməyi tələb edir. Çünki tərbiyə insanla bağlı hər bir prosesin alt yapısıdır. Onun açarı isə tərbiyə sənəti olan pedaqogika elmindədir.
Və bu elmin müasir tələblər baxımından məzmunundan, nəzəri öyrənilməsindən və praktiki tətbiqindən asılıdır.
Məlahət MÜRŞÜDLÜ,
pedaqogika üzrə fəlsəfə doktoru
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
4 Kasım 2015 Çarşamba
Pedaqoji tədqiqat və onun metodları
Paylaşıldı 12:16 by Leyla Bayramova
Pedaqoji tədqiqat və onun metodları
Digər elmlərdə olduğu kimi, pedaqogika da elmi-tədqiqatların nəticəsində inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir. Pedaqoji tədqiqatlar təlim-tərbiyə prosesini təkmilləşdirmək, müəyyən qanunauyğun əlaqələri üzə çıxarmaq məqsədi ilə planlı şəkildə aparılan axtarışlardır.
Tədqiqatlar müxtəlif metodların köməyi ilə aparılır. Tədqiqatın metodları onun metodologiyası ilə sıx bağlıdır. Tədqiqatın metodologiyası dedikdə, tədqiqat zamanı rəhbər tutulan metodoloji prinsiplərin məcmusu başa düşülür.
Ümumi metodoloji prinsip kimi pedaqoji məsələlərin öyrənilməsinə materialist-dialektik yanaşma prinsipi əsas götürülür. Bundan əlavə, pedaqoji tədqiqatlarda bəzi xüsusi metodoloji prinsiplər də tətbiq olunur: fəaliyyət prinsipi; şəxsiyyət baxımdan yanaşma prinsipi; sistemlilik prinsipi və s.
Tədqiqatın müvəffəqiyyəti onun metodlarını düzgün seçib tətbiq etməklə sıx bağlıdır.
Pedaqoji tədqiqatın metodları dedikdə, müəyyən elmi problemi həll etmək üçün istifadə olunan yol və vasitələrin məcmusu başa düşülür. Bu metodları şərti olaraq dörd qrupa bölmək olar: a) empirik tədqiqat metodları; b) nəzəri tədqiqat metodları; v) empirik-nəzəri tədqiqat metodları; q) pedaqoji tədqiqatda riyazi, statistik, sosioloji metodlar.
Empirik tədqiqat metodları müəyyən faktlar toplamağa xidmət edir. Bu metodlara daxildir: pedaqoji müşahidə, pedaqoji müsahibə, anket sorğusu, pedaqoji konsilium, pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi metodları.
Pedaqoji müşahidə – pedaqoji prosesi müəyyən məqsədlə və planlı şəkildə izləməkdir. Tədqiqatçı müşahidə zamanı nəyi, nə məqsədlə izləyəcəyini müəyyən edir, müvafiq faktlar toplayır, onları təhlil edib qruplaşdırır və nəticə çıxarır.
Pedaqoji müsahibə – müəyyən pedaqoji hadisənin mahiyyətini, səbəblərini, başvermə şəraitini aşkara çıxarmaq məqsədi ilə aparılan sual-cavab metodudur. Müsahibəyə hazırlıq zamanı onun nə məqsədlə, kimlərlə (müəllim, valideyn, məktəb işçiləri və ya şagirdlərlə), hansı suallar əsasında aparılacağı müəyyənləşdirilir. Müsahibə prosesində alınan cavablar dəqiq qeyd olunmalı (və ya lentə yazılmalı), sonra isə ciddi təhlil olunmalıdır.
Anket sorğusu – bu və ya digər pedaqoji məsələ (problem) barədə müəllim, şagird və ya valideynlərin mövqeyini, rəyini öyrənmək, hər hansı pedaqoji hadisənin tipikliyini müəyyən etmək məqsədi ilə aparılan yazılı sorğudur. Anket sorğusunda sualların düzgün seçilməsi və ifadə olunması mühüm şərtdir.
“Pedaqoji konsilium ” metodu – bu və ya digər pedaqoji fakt, hadisə və ya konkret şagirdlə bağlı pedaqoji işçilərin (müəllimlərin) kollektiv müzakirəsi, fakt və ya hadisənin qiymətləndirilməsi, çətinliklərin araşdırılması və optimal tədbirlərin müəyyən edilməsi metodudur.
Pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi – tədqiqatda bəzi zəruri faktları toplamağa xidmət edən metodlardır.
Məktəb sənədləri (jurnallar, hesabatlar, iş planları, şəxsi işlər və s.), habelə şagirdin fəaliyyət məhsulları (yazı, rəsm, əmək işləri, yaradıcılıq məhsulları və s.) təlim-tərbiyə işlərinin vəziyyəti, təlim müvəffəqiyyəti haqda müəyyən məlumat əldə etməyə imkan verir.
Nəzəri tədqiqat metodları nəzəri mənbələrin öyrənilməsi, təhlili və nəticə çıxarılması məqsədi güdür. Nəzəri tədqiqatlar praktik faktlar səviyyəsində yox, əsasən, pedaqoji anlayışlar səviyyəsində aparılır və pedaqogikanın köklü problemlərinə (məsələn, pedaqoji qanun və prinsiplərin tədqiqi, şəxsiyyətin formalaşması amillərinin öyrənilməsi və s.) həsr olunur.
Nəzəri tədqiqat metodlarına daxildir: təhlil və tərkib, induksiya və deduksiya, modelləşdirmə, müqayisəli-tarixi təhlil metodları.
Nəzəri təhlil metodu pedaqoji hadisələri tərkib hissələrinə bölməyi, başlıca əlaməti, xüsusiyyəti ayırmağı nəzərdə tutur. Təhlil həmişə tərkiblə (sintezlə) ayrı-ayrı hissələrin, əlamətlərin əlaqələndirilməsi, ümumiləşdirilməsi metodu ilə müşayiət olunur, onunla tamamlanır. Təhlil və tərkibin vəhdəti pedaqoji hadisələrin mahiyyətini dərk etməyə, ümumidə xüsusi, xüsusidə isə ümumi cəhəti tapmağa imkan verir.
Pedaqoji tədqiqatlarda çox vaxt induksiya (konkret faktlardan ümumi nəticələr çıxarmaq) və deduksiya (ümumi nəticəni konkret faktlara tətbiq etmək) metodlarına da müraciət olunur.
Modelləşdirmə – müəyyən pedaqoji sistemi xüsusi analoqlar (modellər) yaratmaq yolu ilə təsvir etmək metodudur. Bu metod əyani-obrazlı şəkildə (sxem, çertyoj, sözlə təsvir), öyrənilən pedaqoji prosesi xarakterizə etməyə imkan verir. Bu yolla, məsələn, dərsin quruluşunun, onun müxtəlif tiplərinin, şəxsiyyətin inkişafının səmərəli modelini qurmaq olar.
Müqayisəli-tarixi təhlil metodu müxtəlif tarixi dövrlərdə, dünya təcrübəsində ayrı-ayrı pedaqoji sistemləri müqayisəli şəkildə öyrənməyə, bu əsasda müasir pedaqoji problemlərin həlli yollarını müəyyənləşdirməyə imkan verir.
Pedaqoji tədqiqatda bəzən empirik-nəzəri metodlar əlaqəli şəkildə tətbiq olunur. Belə metodlara eksperiment, təcrübi-eksperimental iş, sınaq metodları daxildir.
Pedaqoji eksperiment müəyyən pedaqoji fərziyyəni yoxlamaq metodudur. Onun məqsədi pedaqoji prosesdə səbəb-nəticə əlaqələrini, kəmiyyətlər arasındakı asılılığı öyrənməkdən, yeni forma və metodların səmərəliliyini aşkara çıxarmaqdan və s. ibarət ola bilər.
Məqsədinə görə pedaqoji eksperimentin bir neçə növü ayırd edilir: müəyyənedici, öyrədici və yoxlayıcı eksperiment.
Təşkili formasına görə eksperiment üç cür olur: təbii (adi, təbii şəraitdə keçirilir), laborator (laboratoriya şəraitində keçirilir) və kompleks (həm təbii, həm də laborator şəraitdə keçirilir) eksperiment.
Eksperimentin təşkili üçün iki paralel sinif (qrup) götürülür: bunlardan birində iş yeni qaydada təşkil edilir (eksperimental sinif və ya qrup), digərində isə ənənəvi qaydada aparılır (kontrol sinif və ya qrup). Müəyyən müddətdən (1 rüb, 1 il) sonra hər iki sinifdə (qrupda) işin nəticəsi yoxlanılır və bir-biri ilə müqayisə edilir. Eksperiment yaxşı nəticə verərsə, onu bir qədər geniş miqyasda keçirmək lazımdır.
Eksperimentin səmərəli nəticə verməsi üçün onu başqa metodlarla (müşahidə, müsahibə, anket sorğusu və s.) əlaqələndirmək mühüm şərtdir.
Pedaqoji tədqiqatlarda eksperiment metodu ilə yanaşı təcrübi-eksperimental iş, sınaq metodları da tətbiq olunur. Bu zaman müəyyən plan üzrə təcrübə işləri aparılır, onların səmərəliliyi öyrənilir.
Pedaqoji tədqiqatlarda yeri gəldikcə riyazi-statistik və sosioloji metodlara da müraciət olunur. Riyazi-statistik metodlar tədqiqatın nəticələrini kəmiyyət baxımından təhlil etməyə imkan verir. Sosioloji metodlar pedaqogikanın sosial məsələlərinin (təlim-tərbiyə işinə ailə və mühitin təsiri, kollektiv və fərdin münasibətləri, peşə seçmə və s.) həllində geniş tətbiq olunur. Sosioloji metodlara kütləvi sorğular, sosiometrik metodlar (şkala, sosioqramma və s.) daxildir.
Pedaqoji tədqiqatda nəzərdən keçirilən metodların kompleks tətbiqi tədqiqatın uğurlu və obyektiv olmasını təmin edən əsas şərtdir.
Paylaşıldı Elektron və online vəsaitlər, Pedoqogika və Psixologiya
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.
Məşhur Postlar
Tərcumeyi-hal təqdim etdiyi insan haqqında avtobioqrafik məlumatdır. Bu forma adətən dövlət orqanları, böyük şirkətlər və s. qurumlar tər.
Xasiyy ə tnam ə bar ə d ə m ə lumat yazın. “Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir .
Protokol haqqında geni s m ə lumat «Protokol» sözü yunancadan götürülüb: “protok”-ilk, birinci v ə r ə q, “kolos” – yapı s dırmaq m ə.
Əməli yazıların ən genis yayılmıs növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həya.
İ zahat haqqında m ə lumat verm ə kl ə nümun ə « İ zahat» sözü ə r ə bc ə «izah» sözünd ə ndir . “izah” ərəbcə açıq, aydın, ətraflı surə.
Alman dili (Azərbaycan bölməsi) Alman Dili(Rus Bölməsi) Azərbaycan Dili və Ədəbiyyatı Biologiya(Azərbaycan bölməsi) .
Akt haqqında ümumi m ə lumat “Akt” sözü latın dilində “aktus” hərəkət və “ aktum” sənəd mənalarında islənir. “Akt” çoxmənalı sözdür: 1).
Reklam v ə elan haqqında m ə lumat “Reklam” latın sözü olub «qı s qırmaq» m ə nasını verir. Bu söz dasıdıgı mənaya görə bir neçə anlamd.
Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdü.
Ssenari-Novruz bayramı Müəllif: S.Zülfiqarova 1. Himn 1-ci aparıcı:- Salam əziz uşaqlar. Hörmətli müəllimlər və validey.
İşdən çıxarılan alimlərdən ADPU-nun ittihamlarına sərt cavab- “Dekan plagiatlıq edib”- FOTO
Məlum olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) bir sıra KİV-lərdə dərc edilən “ADPU-da kütləvi narazılıq dalğası” sərlövhəli yazıya cavab verib. Həmin cavabı Azinforum.az olaraq biz də öz saytımızda “ADPU barəsində səslənən ittihamlara cavab verdi – “ƏSASSIZDIR!”” başlığı ilə dərc etmişik. Qey edək ki, universitet adından yayılan məlumatda həmin ali təhsil müəssisəsindən uzaqlaşdırılan elmi dərəcəli müəllimlər – Pərvin Cəfərova və Vəlimedova Olqa Viktorovnan daha çox bəhs olunur. Sözügedən hər iki müəllim Azinforum.az-ın redaksiyasına gələrək universitet adından yayılan məlumatda barələrində səslənən ittihamlara cavab verməklə bağlı haqqlarının təmin olunmasını istəyiblər. Sözügedən məqalə bizim də saytımızda dərc edildiyi səbəbindən ( başqa KİV-ə istinadən verilsə belə – red.) müəllimlərin cavab haqqını tanıyırıq. Müəllimlər universitetin barələrində səsləndirdiyi ittihamlara bənd-bənd cavab veriblər.
Pərvin Cəfərovanın cavabı
Universitetin cavabında deyilir: Pərvin Cəfərova qeyd edir ki, tanımadığı qruplarda nümunə dərsi aparıb.
Bildiririk ki, müəllimin auditoriyanı tanıyıb-tanımamğının keyfiyyətli dərs demək üçün heç bir əhəmiyyəti yoxdur. Burada müəllimin fənni mükəmməl bilməsi və tədris etməsi əsasdır.
Cavab: Universitet rəhbərliyinin xəbəri olsun ki,1-ci kurs tələbələrinə məktəbəqədər pedaqogika fənni tədris edilmir. Ümumi pedaqogikanı yeni keçməyə başlayan qrupa bu fənnin tədris olunması Cəfər müəllimin fənnindən misal göstərsək 5-ci sinif Ata Yurdunu keçməkdə olan şagirdə 7-ci sinif Tarixindən “Naxçıvan xanlığını “ keçməyə bərabərdi.
Universitetin cavabında deyilir :P.Cəfərova dərsi lazımi səviyyədə apara bilmədiyi ittihamına. Ümumiyyətlə, dərsin mühazirə və ya seminar məşğələsi olması aydın olmadı. Halbuki o, mühazirə məşğələsi keçməli idi.
Cavab:Görünür ki, universtet rəhbərliyinin müasir interaktiv təlim metodlarından xəbəri yoxdur. Bildirilən fikirdən belə nəticə çıxartmaq olar ki, rəhbərlik üçün ideal mühazirə tribunadan dayanıb mühazirə mətnini üzündən oxumaqdan ibarətdir. Əgər belədirsə onda dərsin qiymətləndirmə meyyarlarında hansı səbəbə “Tələbələri fəallığa və yaradıcılığa sövq edilməsi(tələbələrin dərs prosesinə qatılmasını təmin etməsi)”, “Auditoroyada əməkdaşlıq şəraiti yaratmaq bacarığı” və s. meyarlar əks olunub.
Universitetin cavabında deyilir: Öyrədici–texniki mühitin yararsız olmasının bəhanə gətirən P.Cəfərova bununla dediyi dərsdəki çatışmazlıqları ört-basdır etməyə çalışır. Onun dərsi nəzəri-metodik cəhətdən düzgün deyildi və təkrar müzakirə zamanı bu nöqsanlar bir daha qeyd edildi.
Cavab:Dərsə mövzunun slaydı və şəxsi noutbukumla gəlmişəm. Bundan başqa universitetimizin maddi texniki bazasının aşağı olmasını düşünərək “flip chartlarda” slaydların əsas hissəsinin öncədən hazırlamışam.
Universitetin cavabında deyilir: Müsabiqədə P.Cəfərova ilə iştirak edən Səmədzadə Fəridə Oqtay qızı “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə magistr təhsili almışdır, doktorantdır. P.Cəfərovanın özünün də baza təhsili “Məktəbəqədər təlim və tərbiyə” ixtisası deyildir. İbtidai təhsil fakültəsini bitirmişdir.
Cavab:Bildirirəm ki, Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun məktəbəqədər tərbiyə üzrə
AB-II № 021376 ixtisas diplomunuuniversitetə təqdim etmişəm. Əgər yenidən cənab rektor və onun ixtisası pedaqoji universitetlə əlaqədar olmayan gətirdiyi komandası bu diplomu görmək istəyirsə İsan resursları şöbəsindən bunu tələb edə bilər. Bundan başqa, Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcə aldığım dissertasiya işi bu ixtisasla bağlıdır.
2-il Magıstr təhsili almaq bir elmin nəzəri-metodik biliklərini öyrənməyə kifayət edirmi? Nəzərə alsaq ki, magistr təhsilində uşaq bağçalarında hec bir praktika aparılmır demək ki, bu elmin praktik metodikasına bələd olmaq şansı sifra bərabərdir. Müasir təhsil isə sirf nəzəriyyə üzərində tələbələrə ötürülməli deyil, bağça reallığı ilə əlaqələndirilməlidir.
Məkətəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasına rəhbəri Müseyib İlyasov özü ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirib və elmi fəaliyyətinin əsası ümümi pedaqogika, peşə təhsiliylə bağlıdır. Məktəbəqədərlə yaxından-uzaqdan heç bir əlaqəsi olmuyan birinin bu kafedraya rəhbərlik etməyi acınacaqlı bir faktdır. Özü qeyri-ixtisasçı olduğu üçün bakalavr ixtisası qeyri fənnlər olan insanların ora cəlb olunmasına maraqlıdır.
Universitetin cavabında deyilir: P.Cəfərovanın qeyd etdiyi kimi, Fəridə Səmədzadənin atası Oqtay Səmədzadə Müseyib İlyasovun həyat yoldaşının işlədiyi məktəbin direktoru yox, Sabunçu rayonundakı 279 nömrəli tam orta məktəbin direktorudur. P.Cəfərovanın yazdığı “Fakültə seçki komissiyasının sədri” (belə bir vəzifə mövcud deyil) Müseyib İlyasovun həyat yoldaşı isə 82 nömrəli tam orta məktəbin müəllimidir. Burada da başqalarını saxtakarlıqda günahlandıran P.Cəfərova özü saxta danışmaqla insanları aldatmağa çalışır.
Cavab:Univerisitet cavab versin ki, bəs hər bir fakültədə yaradılan seçki komissiyasına rəhbərlik edən şəxs bu iş çərçivəsində hansı vəzifəni daşıyır? Müseyib İlyasovun Fəridə Səmədova ilə qonşu olma faktı yalandır?!
Universitetin cavabında deyilir: P.Cəfərovanın “bu fənni heç bir zaman tədris etməyən” adlandırdığı Həsənova Pərişan Məhərrəm qızı “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə ali təhsil almışdır, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllimdir. Uzun müddət Bakı Qızlar Univeritetində kafedra müdiri işləmiş və bu fənni tədris etmişdir.Yüksək hazırlılı müəllimdir.
Cavab:Həsənova Pərişan özü dəfələrlə kafedrada bildirib ki, Qızlar Universtetində işlədiyi müddətdə cəmi bircə semestr bu fənni tədris etdikdən sonra özü imtına edib. Araşdırmaq üçün Qizlar Univerisitetinin tədris yüklərinə baxmaq kifayətdir.
Universitetin cavabında deyilir: P.Cəfərova təkrar müzakirə vaxtı Qarabağ münaqişəsini dərsdə qeyd etdiyi üçün ona irad tutulduğunu bildirir. P.Cəfərovanın müraciətində Qarabağ münaqişəsini və Təhsil Strategiyasının ona irad tutlmasını ön plana çəkməsi əslindədərsinin aşağı səviyyədə olmasını gizlətmək üçün bir vasitədir. Onun gətirdiyi arqument dərsin səviyyəsinin yüksək olması demək deyildir.
Cavab: Dərsim aşağı səviyyədədirsə niyə 1 illik müqavilə təklifi edilir.
Universitetin cavabında deyilir: P.Cəfərova qeyd edir ki, təkrar müzakirə zamanı “ən gülünc irad” komissiya üzvlərinin dərsi təlimçi kimi aparmağımı irad tutmaları idi.
Cavab: P.Cəfərova 40 nəfərlik və 40 kvadrat metrlik auditoriyada əlini yuxarı qaldıraraq “uşaqlar, məni görürsünüz?”- deməsi kurslarda təlim aparan təlimçi kimi təəssürat yaradırdı. P.Cəfərova mühazirəçi müəllim kimi deyil, özünü təlmçi kimi aparırdı. Başa düşmürdü ki, o bağça uşaqları ilə deyil, tələbələrlə işləyir.
Mən təcrübəmdə bağça uşaqları ilə yanaşı, Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan məktəbəqədər sahədə bir çox təlimlərdə təlimçi,mentor və monitorinq rəhbəri olaraq fəaliyyət gəstərmişəm. Təlim keçdiyim qruplar peşəkar-təcrübəli tərbiyəçilər, metodistlər, müəssisə rəhbərləri və ibtidai sinif müəllimləri olmuşdur. İrad kimi qeyd olunan metodika beynəlxalq təlimlərdə xarici mütəxəssislər tərəfindən təlimin idarə olunması və diqqətin toplanması üçün bizə öyrədilmiş kiçik, amma ən effektiv üsullardandır
Universitetin cavabında deyilir: P.Cəfərova müsabiqə və apellyasiya müddətində qeyri-obyektivliyə, qərəzli münasibətə yol verildiyini iddia edir.
Müsabiqə və apellyasiya müddətində heç bir qeyri-obyektivliyə, qərəzli münasibətə, məkrli idarəçiliyə yol verilməmişdir. Bütün dərslərin videoçəkilişi vardır. Fakültə dekanı Şəhla Əliyeva heç kimə təsir göstərməmiş və xahiş etməmişdir. Komissiyanın tərkibinə bu sahənin tanınmış mütəxəssisləri, görkəmli alimlər və fakültənin ən yaxşı müəllimləri daxildir. Onlara təsir və ya təzyiq olunmamışdır. Əgər P.Cəfərova özünü həqiqətən bacarıqlı müəllim hesab edirsə, niyə birillik müqavilə ilə işləməkdən və yenidən seçkiyə getməkdən imtina etdi? İkinci dəfə seçkiyə girib özünü sübüt edə bilərdi.
Cavab:Video çəkilişlər var amma müqayisəli təqdimata aparılmır. Əgər rektor öz seçkisini şəffaflığına inanırsa seçdikləri müəllimlərin dərslərinin video görüntülərini niyə gizlədir?!
Komissiyanın tərkibinə seçkilərin hansı şəraitdə aparılması və ora kimlərin necə seçilməsi hərkəsə cox aydın məlumdur.
Mənim birillik müqavilə ilə işləməkdən və yenidən seçkiyə getməkdən imtina etməyimin səbəbi özümə və dərsimə əminliyimdən, bu saxtakarlığa göz yummağı peşəkarlığıma sığışdırmadığımla əlaqəlidir.
Universitetin cavabında deyilir: P.Cəfərova iddia edir ki, kafedra müdiri M.İlyasov tərəfindən ona birillik müqavilə üçün ərizə yazmaq təklif olunub. Guya M.İlyasov qeyd edib ki, müqaviləyə qol çəkməsə, işdən azad olunacaqdır və onu 14 sentyabr 2017-ci il tarixdə işdən azad edib.Əslində, belə bir şey olmamışdır. Bu P.Cəfərovanın növbəti yalanıdır. Ona topladığı ballın müqabilində birillik müqavilə bağlamaq təklif olunmuşdur. O isə bundan özü imtina etmişdir.
Cavab:Hər ikisi arasında fərq nədən ibarətdir? İddia olunur ki, M.İlyasov tərəfindən bu təklif bildirilməyib. Mən İnsan resursları şöbəsinə getmədiyim halda bu təklifi kim bildirib? Bir daha qətiyyətlə bildirirəm ki, bu təklifi “Əsas binaya gedin, ərizə yazın bir illiyə yoxsa işdən cıxarilacaqsiz” şəklində Müseyib İlyasovdan almışam.
Universitetin cavabında deyilir: P.Cəfərova qeyd edir ki, xəstələnib və büllütendə olduğu halda işdən çıxarılıb. Onun müqavilə müddəti aprel ayında başa çatmış, müqavilə müddəti sentyabrın 15-dək uzadılmışdır. Birillik müqavilədən imtina etdiyi üçün işinə xitam verilmişdir. Büllüten təqdim olunmamışdır.Xəstə olması barədə heç kimə məlumat verməmişdir.
Cavab:11.09.2017 tarixində tabelçi (o zaman 4-cü korpusda oturan) Ayşən Arif qızı Bayramova(İşə davamiyyətə nəzarət bölməsi nəzarətçi) mobil telifon vasitəsiylə zəng vurub bildirmişəm.14.09.2017 tarixində onun şəxsi nəmrəsindən mənə zəng gələrək əmrin verildiyini və büllüten pulunun ödənilməyəcəyini bildirdi.(Zənglər Azercell Məhkəmə yoluyla lazım gəldikdə açılacaq).
Cəfər Cəfərov Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndini pozduğuna bəraət qazandırmaq istəyir.
Universitetin cavabında deyilir: Bunu da qeyd etmək istəyirik ki, P.Cəfərovanın 2016-2017-ci tədris ilində Davamlı təhsil və təlim şöbəsində dinləyicilərdən sərbəst iş üçün 20 AZN pul alaraq onlara qiymət yazması haqqında 3 nəfər tələbənin ərizəsi vardır.
Cavab: Rektor Cəfər Cəfərov gəldiyi müddətdən bu günədək univerisitet idarəçiliyindən daha çox böhtan siyasətiylə məşğuldur. Bu əsasız, faktlara söykənməyən şər və böhtan xarakterli iddiaların bu günədək üzə çıxardılmamasının səbəbi nədir?!
Univerisitetimizdə bu iddalarla bir neçə əməkdaş işdən uzaqlaşdırılib. 2016-2017-ci tədris ilində bu fakt, ərizələr mövcud idisə həmin anda mən niyə işdən uzaqlaşdırilmamışam? Hətta seçkidə iştirak etməmə şərait yaradılıb və birillik müqavilə bağlamaq təklif olunmuşdur.
İddialaraıma cavab verilərkən məni yalançı, heç bir fakt olmadan-rüşvətə yol verən biri kimi göstərildim. Bu bir Azərbaycan vətəndaşını şərəf və ləyaqətinin alçaldılmasdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 46 Maddəsinin II bəndinin pozulmasıdır.
Korrupsiya faktının təsbit və təsdiq olunmadığı halda böhtan xarakterli bu cavab Cəfər Cəfərovun qanun qarşısında cavab verməsi ilə nəticələnəcək. Korrupsia aktını təsdiq etməyin şərtlərini bilməyə univerisitet rəhbəri bu göstərdiyi 20 AZN- ni mənim əlimdəmi tutub və ya bu halı təsdiq etməyə qanunla belə fakt kimi qəbul edilməyən video, audio və ya başqa faktlar var? Varsa, mən hətta bu qanunsuz faktları belə, görməyə hazıram. Bu gün iddalarıma görə meydana çıxarılan, haçan yazılması ekspetizasiz təsdiq olunmayacaq, heç bir sübut, əsası olmayan bu ərizələr nə zaman yazılması məlum deyil.Üstə gəl, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq (Rüşvət vermə) rüşvət verənlər də cinayət məsuliyyətinə cəlb olunurlar. Əgər dekanın əlində belə faktlar olsaydı, o, dərhal Universitet rəhbərliyinə çatdırıcaqdı.
Olqa Vəlimedovadan cavab
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən “Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması bir qayda olaraq elm, təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir”. Yəni dosentin rəqibi ondan aşağı dərəcəli olmaz.
Əlbətdə də fakültə dekanı Şəhla Əliyeva müsabiqə prosesindəki yol verdiyi nöqsan və qayda-qanunların ciddi pozuntularını müəllimi savadsızlıq və bacarıqsızlığında əsassız günahlandıraraq gizlətmək istəyir. Əvvəla, xüsusi qeyd etmək lazımdır ki, Psixologiya – psixikanın qanunauyğunluqlarının, faktlarının, müxanizmlərinin öyrənən elmdir. Müsabiqədə apardığım Eksperimental psixologiya fənni isə – psixi proses, hal və xassələr haqqında eksperimentləşdirmə yolu ilə əldə olunmuş biliklər sistemidir. Ona görə də psixologiya eiminin mahiyyəti, yaranması, inkişafı tarixi, üsulları bilavasitə psixologiyanın ümumi məsələləri ilə sıx bağlıdır. Müsabiqə üçün açıq dərs 27 aprel 2017-ci ildə olmuşdur. Həmin gün tədris-metodik işçisi tərəfindən açıq dərs verməyimi planlaşdırılmırdı. Amma sənəd verən başqa iştirakçısının gəlmədiyi üçün dərsin başlamasından on beş dəqiqədən sonra həmin nəzarətçi ilə fakültə dekanı Şəhla Əliyeva sinifə gəlib açıq dərs verəcəyimi elan edirlər. Mənə fənn sillabusundan mövzu göstərilib və dekan sinif otağının sol tərəfdə ikinci partanın arxasında əyləşərək kamera çəkən oğlana “Məni burada çəkmə” komandasını verərək dərsimi izləməyə başlayıb. Bütün dərs zamanı o, mənə baxanda gülümsəyirdi, qəribə əl-qol hərəkətləri edərək psixoloji təzyiq göstərirdi, diqqətimi yayındırırdı. Mən isə dəfələrlə nə olduğunu soruşsam da o, məni dərsimi davam edib-etməməyim baradə sual verirdi. Bütün maneçiliklərinə baxmayaraq, dərsim uğurla başa çatdı. Dərsə interaktiv sisteminə əsasən motivasiya verilib, sual-cavab keçirilib, tələbələrin aktivliyi də müşahidə olunurdu. Dərsimdə dekan oturmuşdur. Onu hamı görür və bilir, kafedra müdiri professor Ərəstun Baxşəliyev də olub. Çox acınacaqlı faktdır ki, Şəhla Əliyeva dərsimdə iştikak edə-edə onu inkar edir. Yalan heç vaxt insanı ucaltmaz! Buna çoxlu sübutlar da var. Şəhla xanım görünməyən adam (nevidimka) deyil və və yaxşı olardı ki, o, öz əməllərini, o cümlədən neqativ, boynuna alsın və nəticə çıxarsın.
2016/2017-ci tədris ilində “Eksperimental psixologiya” fənnindən dərsi olmayıb. İkinci semestrdə mənim ancaq “Kliniki psixologiya” və “Psixofiziologiya” fənlər üzrə dərsləri tədris edirdim. Bunun sübutu – 2016/2017-ci ilin iş sənədləri və dərs yükümdür ; onu asanlıqla yoxlamaq olar. Açıq dərs verdiyim qruplarda üçüncü kurs tələbələri idi və onlarda “Eksperimental psixologiya” fənni birinci kursda tədris olunurdu. Lakin müsabiqəmə görə açıq dərsim bu fənnindən idi. Açıq dərsin mövzusu qabaqcadan elan olunmalıdır. Mövzunu mən seçməmişəm, müsabiqədən əvvəl bilməmişəm və videogörüntülərdə onu iki va ya üç dəfə qeyd etmişəm. Disk var, qoy bir də diqqətlə baxsınlar həqiqətsiz sözlər danışmaqdansa.
Müəllimlər P.Cəfərova və S.Salamova məndən fərqli olaraq öz fənnlərindən açıq dərs verirdilər. Qoy baxsınlar mənim 2016/2017 tədris ilində “Eksperimental psixologiya” birinci və ikinci semestrlərdə varmı? Sillabus da Edison Quliyevin idi. Bəs rəqibim Gülnarə Əlixanova mövzunu qabaq bilirdi.
Açıq dərsimin qiymətləndirilməsi qeyri-obyektiv və qərəzli aparılıb. Yaxşı olardı ki, həm mənim, həm də rəqibimin dərsləri müqayisəli şəkildə müstəqil elmi-pedaqoji komissiya və ya ekspert tərəfindən baxılıb qiymətləndiriləcərdir.
Apellyasiya şikayətim iştirakım olmadan keçirilmişdir, çünki mənə təyin olunan gün dəyişilib (bir gün qabaq ediblər) və mənə zəng vurduqlarını təsdiq edirlər. Saxta nəticə həqiqət kimi izah etmək bacarmadıqları üçün məni oraya çağırmağım onların maraqlarında deyil. Apellyasiya niyə təyin olunmuş gündə olmayıb? Bu baxış mənim üçün vacibdir və ora mütləq gələcəydim. Onların dediklərinə görə, insan özün özünə düşməndir.
Mənim sınaq dərs kənar mövzuda danışmağım iddiası da sadəcə böhtandır. Disk var, baxın, hər kəsin qulaq və gözləri vardır. Bu diski baxıb reallıq görmək istəmirlər.
Son on ildə mən əsas iş yerimdən daha iki Ali məktəblərdə əvəzçilik üzrə işləmişəm. Psixologiya başqa elmlərdən fərqli olaraq çoxsahəli elmdir (35 akademik sahə mövcuddur) və mən iş fəaliyyətim zamanı ümumi sayda 27 fənnindən tədris edirdim. Bütün sillabuslar, həm elektron, həm də çap formada mövcuddur və göstərə bilərəm. Əgər bu kiminsə üçün bu inandırıcı deyilsə, öz gözü ilə baxıb inanmağa məcbur qalacaq.
ADPU-nun cavab məktubunda saysız-hesabsız şər, böhtan, qarayaxma sözlərinin işlənilməsi ilə seçilir. Amma onları dəfələrlə işlətmətdənsə, heç olmasa, bir sübüt gətirmək yaxşıdır.
Mən kafedranın yekun iclasında iştirak edərək ədalətsiz seçilmiş namizədlərinin əleyhinə səs vermişdim. Başqa cürə olmaz! Əgər mən iştirak etmişəmsə, mütləq “lehinə” olmalıyam?!
Bir illik əmək müqaviləsinə gəldikdə, bu müqavilə mənə verilməmişdir. Mənə, digər müəllimlərə kimi, bir illik işləmək üçün rektorun adına ərizə yazmağı təklif olunub. Müqavilə mən görməmişəm, əgər imtina etmişəmsə, “qol çəkməkdən imtina edirəm” yazı olardı. Amma ərizədən imtina etdim, çünki Müəllimlər İnstitutu bağlanandan sonra, cənab Prezidentin Sərəncamına baxmayaraq, bizimlə, qanunsuz olaraq, bir illik əmək müqaviləsi bağlanılıb. Müsabiqə tamamilə saxtalaşdırılıb; dərslərimizi təzədən baxıb qiymətləndirmək mümkündür. Əgər videoçəkilişə baxmayaraq, dekan tərəfindən idarə olunan komissiya tərəfindən obyektiv qiymətləndirilmirsə, mən niyə ora yenə getməliyəm və ərizə də yazmalıyam? Üstə gəl, dekanın təqdimatına əsasən, dərs yüküm saat-hesabı fondundan ödəniləcək (təqdimat varımdır). Beləliklə, elmi dərəcəli müəllimlər əksəriyyətdə ştatdan çıxarılıb, elmi dərəcəsi olmayan işçilərlə əvəz olunurlar. Bu hal dərəbəylikdən başqa dəyərləndirmək olmaz.
Elmi məqalələrimin sayı 40-dır. Siyahı təqdim etdiyim zaman 36 idi, dördü çapda idi, indi hazırdır. Yenə bir-bir çıxır, mən həmişə elmi-axtarış yollarındayam. Dövlət qrifli olan “Psixologiya” adlı dərs vəsaitim (rus dilində), metodik vəsaitlərim və başqa kitablarım var, həvəslə göstərə bilərəm. Mənə 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən dosent elmi adı verilmişdir. Necə ola bilər ki, dərslik olmadan belə ciddi qurumdan diplom almaq olar? Redaksiya üçün cavab məktubu çox yegin ki, bu işlər xəbəri olmayan adam hazırlayırdı. Amma rəqibim Gülnarə Əlixanovanın məqalələrin sayı güya 39 ola-ola, siyahıdan başqa kimsə görmüşdür, onlar hardasa müzakirə olunmuşdur və onların nəticələri haradasa tətbiq olunmuşdur? G.Əlixanova heç hansı əcnəbi dil danışa bilməməyinə görə, öz məqalələri o dillərdə yazıb, təqdim edə bilər?
Gülnarə Əlixanova müsabiqəyə müəllim kimi gəlmişdir, onun əmək kitabçasında “baş müəllim” yazısı yoxdur. Burada tətil vaxtı birdən “baş müəllim” oldu. “Baş müəllim” almaq üçün müəyyən prosedurlardan keçmək zəruridir, baş müəllimlik aldığı yerində 3-5 il işləməlidir, kafedra şurası, fakültə şurası və universitetin elmi şuralarından keçib protokollaşdırılmalıdır. O özü deyirdi ki, dərsi zəifdir, əmanət verib və əgər delə deyilsə, niyə bu adama üstünlük veriblər? Reallığını təhrif edərək, dərsimə “zəif” deyirlər, amma Əlixanovanın seminar dərsi əsl biabırçılıqdır və bunu etiraf etmək istəmirlər. O, maaşa əlavə olaraq yüz manat da alır. Dövləti aldatma deyil bu?
Tutduğum vəzifə mənim şəxsi yerim deyil. Mən bir də vurğulayıram, bu müsabiqə müqayisəli şəkildə obyektiv baxılıb qiymətləndirilsəydi, elmi dərəcə və nailiyyətlərim nəzərə alınsaydı, mənim əvəzinə Gülnarə Əlixanova olmayacaqdır.
Müəllimlər İnstitutundan gələndən sonra ADPU-da son bir ildə işlədiyim zaman bir dəfə də olsun dərsə gəlməməyim yox idi. Təkcə bir dəfə martın 3-də praktikada olan tələbələrin yerləşdirilməsi ilə bağlı problem yarandıqdan sonra dekan Şəhla Əliyeva məni məktəbə göndərib. Qayıdanda isə niyə belə çox olduğum barədə izahat yazmağımı tələb etdi və rektorata təqdimat yazdı. Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov araşdırandan sonra mənə irad bildirməyib və dekanla söhbət etdi.
Dekanın məni əsassız olaraq fakültə dəhlizlərində dövlət əleyhinə danışmağımda və dərslərdə anti-pedaqoji söhbətlər və hərəkətlər, ağzıma nə gəldi danışmaqda ittiham etməkdənsə əyani sübut təqdim etməyə zəruridir. Əgər belə faktların yeri yoxdursa və ola da bilməz, Şəhla xanım onları utanmadan necə göstərə bilər? Ayıbdır axı! Hər insan danışığına fikir verməlidir və böhtan atmamalıdır. Göründüyü kimi, damğa vurma və böhtan atma Şəhla Əliyevanın fəaliyyətinin ayrılmaz hissəsidir. Mən həmişə müəllimliyə uyğun formada həqiqət tələb edirdim və dekanın qeyri-normal işlərində iştirak etməmişəm.
Mən şəkər və ürək-damar xəstəliklərdən əziyyət çəkməyim üçün idmanla məşğul olmuram. Təngənəfəs və ürək çatışmazlığı olan adama idman olmaz. Ona görə də idman formam yoxdur. Necə ola bilər ki, mən dərslərə idman formasında gəlmişdim? Mənim idman formalı dərsdə olan şəkil, videosu və ya başqa sübut varmı? Şəhla xanım sabah mənim dərsə çimərlik paltarımda gəldiyimdən danışsa da təəccüblənmərəm.
Mənim digər fakültələrdə saxtakarlıqla məşğul olduğum barədə ittiham da həqiqətə uyğun deyil. Mənim 2016/2017 tədris ilin 1semestrdə “Müsiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq” fakültəsində çalışdığım 201 qrupda iki tələbə Əliyeva Günay və Həzrətli Nisəxanım tələbələrə kollokviumda yeddi ball qiymətini doqquz balla düzəliş apardım və izahat yazdım. Bu tələbələr əlaçı və idmançı olaraq universitetin voleybol üzrə idman komandasında çıxış edir. Onlarda “sıfır” yoxdur. İzahat və jurnal var, görmək olar, ona görə də, yalan şeyləri uydurmağa ehtiyac yoxdur. Amma bu cinayət deyil, işdə səhv olar. Şəhla xanım fakültədə olah ciddi nöqsanları gizlədərək müəllimlərin işində qüsur axtarmağa çalışır.
Ermənistan qaçqınlığına gəldikdə, Şəhla Əliyeva onu özü qabardır. Rişxənd etmişəmsə, konkret əyani sübut görmək istəyərdim. Yoxdursa, üstümə adam qaldırmaq son dərəcə nalayiqdir. İndi isə deyir ki, qaçqın deyil. Plagiat edib. Məndə əyani sübut var, bir dəfə onun özünə göstərmişəm. Mən xətta rus alimi Babunova Tamara Mixaylovnaya yazaraq onun “Doşkolnaya pedaqogika” dərs vəsaitini sözbəsöz azərbaycan dilinə köçürüb öz əsəri kimi professor almaq üçün təqdim edir. Əsl müəllif T.M.Babunovanın Ş.Əliyevadan qanuni təzminat tələb etməyə haqqı var. Qoy ictimaiyyət bilsin, çünki belə alimlər cəmiyyətə və elmə lazım deyil! Onu göstərə bilərəm və sözlərimə görə cavab verirəm. O, 2014-cü ildə “Məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsinin elmi-pedaqoji əsasları” (5804.01) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu dissertasiya M.F.Axundov adına kitabxanasında var. Professor diplomunu alıb-almadığını bilmirəm, amma fevral ayından dekanlığın giriş qapısının lövhəsindəki “professor Şəhla Əliyeva” göstərilmişdir. Dekan onu yaxşı bilir. Camaat onun professor diplomunu hələ almadığından və yazı asmağın tələsməkdən danışıqlar aparırdı. Amma iddia olunur ki, onun professorluğu həll olunmuş məsələdir və bu yaxınlarda diplom almalıdır. Ola bilər indi lövhəni çıxardıb.
20.Şəhla Əliyeva 1997-2001-cü illərdə ADPU-nun Pedaqogika və psixologiya fakültəsinin dekanı olub və işdə baş verdiyi nöqsanlarına görə dekanlıqdan ayrılmışdır. İkinci dəfə isə o, 2011-ci ildə dekan vəzifəsinə təyin olunmuşdur.
Şəhla xanım “Müəllimlərin etik davranış qaydaları”na da geniş danışır ki, mənə az qala əxlaqsız deyəcək. Amma tələbələrdən rüşvət almaq, həmcins “ağrı-acıya” məruz qalan insanlardan, kobud danışmaq, saxtakarlıqla məşğul olmaq, yalan danışmaq, şər, böhtan atmaq, plagiat etmək, müəllimləri ələ salmaq, başına oyun açmaq, qarayaxma kompaniyanı yığmaq hansı qayda-qanun çərçivəsinə sığır? Vətənpərvər adam elə edərmi? Niyə onun törətdiyi qanunsuzluqdan danışanda terrora əl atır? Dekanın mənim əlimdə fakt olsaydı, müvafiq orqanlara ötürmüş olardım iddiasına Şəhla xanımdan “müvafiq” orqanlarından qorxacağı yoxdur? Bütün ADPU və hətta kənarlarında onun əməllərindən bilirlər. Bu danılmaz faktdır! Anonim sorğu edib camaatın fikirlərini öyrənmək məqsədəuyğun olardı. Əgər məzlum tələbələr hamısı ona qarşı ayağa duracaqlarsa, ona ömürlük həbs cəzası verə bilərlər. Onsuz da bu qaçılmaz olaraq haçansa olacaq, çünki bu qədər haqsıqlıq nə Allah, nə də bəndə götürməz. Və ona görə də, Mülki Məcəlləsinin 23-cü maddəsi üzrə Ş.Əliyeva məndən əvvəl cavab verməlidir.
Müsabiqə komissiyanın üzvləri hamısı bizim fakültə işçiləridir, sədr isə Müseyib İlyasov – kafedra müdiridir. İki həftə əvvəl müsabiqənin bütün protokolları dəyişirdilər, fakültədə xəngamə olub. Komissiyanın üzvü Lamiyə Qurbanova – metallurqdur. Onun diplomu insan resursları şöbəsində var və yoxlamaq olar. Heç hansı şər və böhtan burada yoxdur! Necə oldu ki, pedaqoji ixtisasın sahibi olmayan adam bir mövzudan müdafiə edərək pedaqoji ixtisaslarında dərs deyir, özü seçkiyə gedə-gedə komissiyanın üzvü təyin olunur. Əgər “Mühəndislik psixologiya” dan tədris etsəydi, başadüşülən olardı. Bir neçə kitabları var, iki kitabın rus analoqları mövcuddur.
Comments are closed, but trackbacks and pingbacks are open.