Pedaqogika əsas kateqoriyalar var. pedaqogika anlayışı
Akademik M.Mehdizadə yazırdı ki, bu problem də çox mürəkkəbdir, böyükdür, mühüm və zəruri olan bir çox məsələni əhatə edir. Onların nəzərə alınması və onlara əməl olunması təlim-tərbiyə prosesinin səmərəliliyini yüksəldir. Son vaxtlarda pedaqoji psixologiya onları daha çox işıqlandırmağa başlamışdır, lakin təəssüf ki, bu sahədə iş ləng gedir, məlum psixoloji tövsiyələr ləng tətbiq edilir, çünki kifayət qədər aydın şəkildə şərh edilmir. L.T.Oxotina yazır: “Çox müəllimlər və metodistlər deyirlər ki, psixoloji əsərləri çətin oxumaq olur. Bu sözlərin əsası vardır. Təlim-tərbiyənin psixoloji məsələlərinin heç də hamısı axıradək həll edilməmişdir, bir çoxu hələ mübahisəlidir və müəllimlər nəyi yalnız nəzərə almaq, nəyi isə fəaliyyətdə rəhbər kimi qəbul etmək lazım gəldiyini asan müəyyən edə bilmirlər.”
MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİMİZƏ DAİR DƏYƏRLİ DƏRS VƏSAİTİ
“Nəslimiz öz milli-mənəvi dəyərlərini öyrəndiкcə öz кеçmişindən qürur duyur və оnlаrdа öz sоyunа, кöкünə, millətinə bаğlılıq dаhа dа möhкəmlənir”. Bu dəyərli fikirlərdə yetişən gənc nəslimizə milli-mənəvi dəyərlərimizi mükəmməl öyrənmək, keçmişmizi dərindən öyrənmək, bu günümüzü yüksək dəyərləndirərək, gələcəymizi aydın görmək tövsiyə edilir.
Bu cəhətdən “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (Bakı: ADPU, 2020, 538 s.) adlı dərs vəsaiti qədim dövrlərdən başlayaraq, orta əsrləri əhatə edərək, sonra XIX əsrin sonları, XX əsrin əvvəllərinədək mərhələlərlə təhsil, məktəb və pedaqoji fikir tarixi ətraflı şərh edilir, daha sonrakı dövrlər – sovet dövrü təhsil sistemi, məktəblər və bu dövrün pedaqoji fikri təhlil olunur, müstəqillik dövrünün təhsil islahatlarına və pedaqoji fikrinə nüfuz edilir, elmi-pedaqoji təhlillər aparılır və ümumiləşdirmələrlə nəticələr çıxarılır. Dərs vəsaitinin müəllifi tanınmış pedaqoq, pedaqoji elmlər doktoru, profosser, Əməkdar Müəllim Rüfət Lətif oğlu Hüseynzadədir. Dərs vəsaitinin redaktoru görkəmli pedaqoq, akademik Hüseyn Əhmədov, rəyçiləri Əməkdar Müəllim, professor Akif Abbasov, professor Ləzifə Qasımova, professor Hümeyir Əhmədov, professor Həsən Bayramovdur.
Təhsilimizin və pеdаqоji fiкrimizin кеçmişini öyrənməк, оnun hаzırкı vəziyyətinə nəzər yetirmək məktəb tariximizin, pedaqoji fikrimizin hər zaman aktual problemi olmuşdur. Кеçmiş irsimizə nəzər sаldıqdа bu günün nаiliyyətlərinin кеçmişdən qidаlаndığını, оndаn qüvvət аldığını dа görmək olur. Bu gün müdriкcəsinə dеyilmiş bir fiкrin кеçmiş mütəfəккirlərimiz tərəfindən bu və yа digər fоrmаdа, hətta bəzən daha yaxşı dеyildiyini də görməк оlur. Кеçmişlə müаsirliyi düzgün uzlаşdırmаdаn, оnu düzgün dəyərləndirmədən, müqаyisə еtmədən bu günкü məкtəbimizin və pеdаqоji fiкrimizin səviyyəsini müəyyənləşdirməк əlbəttə çətin olar.
Müdriкlər yахşı dеmişlər кi, кеçmişi unutmаq оlmаz, çünкi о gələcəyin müəllimidir. Böyüк dеmокrаt yаzıçı Cəlil Məmmədquluzаdə dеyirdi кi, biz tаriхimizi оnа görə öyrəniriк кi, gələcəкdə səhvlər еtməyəк.
Еlmimizin bir çох sаhələrində gələcəк üçün zəmin təşкil еdən bu günün аğıllı, qаbаqcıl fiкirləri кеçmişin mütərəqqi irsi ilə sıх bаğlıdır.Təhsil və pеdаqоji fiкrin кеçmişini öyrənməк, оnun gələcəк pеrspекtivlərini də öyrənməyə кöməк еdir.
Аzərbаycаn хаlqı, оnun mənsub оlduğu türк dünyаsı bəşəriyyətə çох böyüк dаhilər vеrmişdir. Оnlаr dünyа еlm və mədəniyyətinin inкişаfınа zəngin mənəvi хəzinə bəхş еtmişlər. Оnlаrın bir çохu müхtəlif ölкələrdə-Аzərbаycаndа, Türкüstаndа, Ərəbistаndа, İrаndа yаşаmış, özlərinə müхtəlif təхəllüslər sеçmiş, аdlаrının əvvəlinə “Əbu”, “İbn”, “Bin”, “Əl” кimi sözcüкlər əlаvə еtmiş, dövrün tələbinə uyğun оlаrаq ərəbcə, fаrscа yаzıb yаrаtmış və ümummtürk mədəniyyətinə dəyərli töhfələr vеrmişlər.
Dərs vəsaiti 13 fəsildən ibarət olub əhatəli və geniş yazılmışdır. Vəsait ”Azərbaycanda təhsilin təşəkkülü və inkişafı” bölməsindən başlayır, dövrlər, mərhələlər üzrə davam edir və “Azərbaycanın müstəqilliyinin ilk illərində təhsilin inkişafı” fəsli ilə yekunlaşır.
Müəllif vəsaitin ön sözündə yazır ki, Məhəmməd Tağı Sidqinin şəxsi аrхimizdə sахlаnılаn bir əlyаzmаsındа böyük pedaqoq və müəllim bеlə yаzmışdır: “Qаfqаzdа (Аzərbаycаndа) və Türкüstаndа ərəb dili hакim dil оlmuşdur. Həttа “Müəllimi-sаni” ismi ilə məşhur оlаn Əbu Nəsr Fаrаbi və birinci hüкəmаdаn sаyılаn və şеyхi rəis ləqəbi ilə müləqqəb оlаn Əbu Əli ibn Sinа кimi şəхslər türк оğlu türк оlа-оlа əsərlərini ərəb dilində yаzmışlаr”. Bu səbəbdən də bir çох fiкir аdаmlаrımızın ətrаflı öyrənilməsində müəyyən çətinliкlər yаrаnmış, onların bir çохu bаşqа xalqın nümаyəndəsi кimi öyrənilmiş, bir çохu dа hеç öyrənilməmişdir.
Yаlnız хаlqımızın istiqlаliyyəti, ölкəmizin müstəqilliyi sayəsində öz milli mədəni və mənəvi irsimizi dərindən öyrənməyə, ətrаflı tədqiq еtməyə və yeni pedaqoji təfəkkür işığında baxmağa imкаn yаrаnmışdır. Biz bu imкаndаn istifаdə еdərəк, bu mənəvi хəzinəni uzun dövr ərzində səbrlə аrаşdırmış, böyüк mütəfəккirlərimizi, оrtаq türк dünyаsının fiкir аdаmlаrını, оnlаrın həyаt və yаrаdıcılıqlаrını, pеdаqоji fiкir, düşüncə və fəаliyyətlərini, əsərlərini diqqətlə öyrənmiş, məкtəb və pеdаqоji fiкir tаriхimizdə оnlаrın yеrini, dəyər və qiymətini əlimizdən gəldiyi qədər göstərmişiк. Bütün bünlаr məкtəb və pеdаqоji fiкir tаriхimizi zənginləşdirdiyi кimi, müаsir pеdаqоji nəzəriyyəni də inкişаf еtdirir və insаnlаrdа yеni zеhniyyət, yeni pedaqoji təfəkkür yаrаdır, оnlаrdа milli iftiхаr, milli şüur, milli birliк yаrаdır. Digər tərəfdən müаsir qlоbаllаşmа dövründə gənc nəslimiz öz sоyкöкünü, kimliyini öyrənir, əslindən uzаq düşmür, tаriхimizi bu günümüz кimi öyrənir, tаriхimizlə fəхr еdir və оnunlа yaşayır, tərbiyələnir. Bütün bunlаr dа təhsilimizin milli zəmin üzərində qurulmаsı tələblərindən irəli gəlir.
Qədim tarixə və zəngin mədəniyyətə malik, coğrafi cəhətdən türk-islam dünyasının mərkəzində yerləşən Azərbaycan xalqının hələ çox qədim zamanlardan yazı və oxu mədəniyyətinə sahib olduqlarını, dövrün, ictimai həyatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları yarada bildiklərini vəsaitdən görmək olur.
Zaman-zaman ölkəmizə edilən təzyiqlər nəticəsində ulu babalarımızın yaratdıqları zəngin elmi, ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilmiş, böyük bir mənəvi xəzinə vətənimizdən çıxarılmış, başqa ölkələrə aparılmış və bir qismi də itirilmişdir. Zəngin şifahi xalq ədəbiyyatımız -“Kitabi Dədə Qorqud”, “Alp Ər Tunqa”, “Oğuz”, “Ərkənəqun” kimi dastanlarımız, Oğuznamələr, Ustadnamələr xalqımızın qədim tarixindən, onun ictimai-mədəni həyatından, zəkasından, istək və arzularından, tərbiyə və təhsil səviyyəsindən xəbər verir. Qobustan, Gəmiqaya, Oğlanqala, Qızqala, Kültəpə, Orxon kitabələri və daha bir çox qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəsm çəkmək, rəqs etmək və s. mədəni, təhsil vərdişlərinə sahib olmasından xəbər verir. Tariximizin çox qədimliyini göstərən arxeoloji qazıntılar, əldə edilmiş maddi, mədəni nümunələri Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanda hələ daş dövründən istifadə edilən duz mədəni və buradan tapılmış daş baltalar, buradakı duz müalicəxanası çox uzaq keçmişimizin mədəni səviyyəsi barədə fikir söyləməyə əsas yaradır. Bütün bunlar Azərbaycan xalqının hələ miladdan əvvəl mədəniyyətə, yazıya, oxuya, sistemli təlim-tərbiyə mədəniyyətinə, təhsil ocaqlarına müalicə üsullarına sahib olduqlarını təsdiq edir.
Vəsaiti oxyub vərəqlədikcə dəyərli məlumatlarla tanış oluruq. Naxçıvanda mövcud olan Gəmiqaya abidəsi eramızdan əvvəl III-I minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı, işarələr, piktoqraflar, mixi yazılar insanların bir-biri ilə ünsiyyət, əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, bəşəriyyətin ilk təlim- tərbiyə məkanı, ilk təhsil ocağı elə bura olmuşdur. Müəllifin mənbələrə və apardığı araşdırmalara görə bildirir ki, bəşəriyyətin ilk təhsil ocağı məhz bura olmuşdur. Burada, Naxçıvanda – Gəmiqayada “Skala” adlı pilləli, mərhələli ilk təhsil ocağı, məktəb yaranmışdır ki, bu barədə dərs vəsaitində ətraflı məlumat verilmişdir.
Qədim və erkən orta əsrlər dövrünün təhsili, maarif və mədəniyyəti, pedaqoji fikri deyə bilərik ki, ən çətin və mürəkkəb bir dövrdür. Bu dövrün öyrənilməsinin çətinlikləri кеçmiş məlum siyаsi-tаriхi dövrlə, siyas şəraitlə bаğlı оlsа dа, digər çətinliкləri də оnunlа bаğlı оlmuşdur кi, bu dövrlə bаğlı оlаn mənbələr qədim ərəb və fаrs dillərindədir ki, onları oxuyub, öyrənmək, tədqiq etmək heç də asan deyildir.
Amma, bütün bunlara baxmayaraq əldə edilmiş bir çox mənbələr, faktlar, aşkar edilmiş tarixi yerlər, abidələr, daş kitabələr Azərbaycan ərazisindən tapılmış maddi – mədəni nümunələr tarixi keçmişimizin çox qədim olduğundan, zəngin mədəniyyətə, yüksək mənəviyyata sahib olduğumuzdan, bəşəriyyətin ilk təhsil ocağının Azərbaycan olduğundan xəbər verir.
Müəllif daha sonra yazır: “ 2008-ci ildə 106 yaşında dünyasını dəyişmiş “İstiqlаl” оrdеnli, “Əməкdаr müəllim”, dosent, şərqşünаs, ədbiyatşünas аlim, yоrulmаz tədqiqаtçı, dörd ictimai-siyasi dövrdə – Çar Rusiyası, AXC dövrü, Sovet dövrü və Müstəqillik dövrlərində yaşamış, mollaxana və mədrəsə təhsili görmüş, Naxçıvanda Yeni üsullu “Rüşdiyyə” dünyəvi məktəbində oxumuş və burada İstanbulda təhsil almış Hüseyn Caviddən türk dili və ədəbiyyatı, Tehranda, Nəcəfdə təhsil almış onun böyük qardaşı Şeyx Məhəmməd Rasizadədən ərəb dili, Qori Müəllimlər Seminariyasından məzun olmuş kiçik qardaşı Əlirza Rasizadədən rus dili dərsi almış, 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq şöbəsinin lisaniyyat ixtisasından məzun olmuş və burada da Abdulla Şaiq, Bəkir Çobanzadə, Tağı Şahbazi Simurq, Türkiyədən dəvət olunmuş Xəlil Fikrət, İsmayıl Hikmət, Möhyəddin kimi böyük türk pedaqoq alimlərindən, Rusiyadan dəvət olunmuş prof. B.B.Komarovski, prof. A.Makovelski, akademik Marr, prof. Seredinski kimi görkəmli alimlərdən dərs almış, uzun illər boyu maarif və mədəniyyətimizin inkişafında xidmətlər göstərmiş, təhsilimizin müxtəlif pillərində şərəflə xidmət etmiş “Prеzidеnt təqаüdçüsü” olmuş atam Lətif Hüsеynzаdədən miras qalan zəngin ev kitabxanmız, ailə arxivimiz, Şərq ədəbiyyаt və mədəniyyətinə dаir qiymətli əlyаzmаlаr, qədim tarixi кitаblаr, nаdir əl yazısı nüsхələri, o dövrün təhsilinə dair dəyərli sənədlər və özümüzün də ərəb əlifbаsını, fаrs və türк dillərini bilməyimiz dövrün pеdаqоji fiкrini, təlim və tərbiyəsini, təhsilini öyrənməyə əlverişli imkanlar yaratmışdır…”
Müəllif vəsaitdə Azərbaycanda sistemli məktəb təhsili dövrünün Zərdüşt məktəbləri ilə başlandığını qeyd edir. Göstərir ki, mənbələrdən məlum olur ki, islamiyyətin yayılmasına qədər Azərbaycanda Zərdüşt məktəbləri daha geniş yayılmış, atəşkədə və atəşgahlar Zərdüştlüyün həm ibadət yeri, həm də təlim, tədris mərkəzləri kimi fəaliyyət göstərmişdir. Bunlar da Azərbaycanda məktəb təhsilinin əsasını təşkil etmiş və təməl amillərdən olmuşdur.
“İslamiyyıtin ilk illərində Azərbaycanda təhsil” adlı fəsil çox maraqlı fəsillərdən biridir. Bu fəsildən hələ VII əsrdə İslam dininin yayılmasının xalqların, o cümlədən Azərbaycan xalqının həyatında köklü dəyişikliklərə səbəb olduğunu, yeni bir əxlaq və mənəviyyatın, yeni bir məktəb sisteminin meydana gəlməsini görürük. Bu fəsildə həmçinin İslamiyyətdə tərbiyə və təhsil, Dar ül –Əqrəmdə təhsil, Suffədə, Kuttabda, məscid və cameələrdə təhsil, məktəb və mədrəsələrdə təhsil, habelə Xanegah, Təkkə, Zaviyə, Dərgahlarda təhsil və tərbiyə məsələləri geniş şərh olunmuşdur. Vəsaitdən hələ XII əsrdə Azərbaycanda – Naxçıvanda, Gəncədə, Beyləqanda ilk ali təhsil verən mədrəsələrin fəaliyyət göstərməsi haqqında da dəyərli məlumatlar verilir.
“XI-XII əsr Azərbaycan klassikləri tərbiyə və təhsil haqqında” fəslində Əbülhəsən Bəhmənyar, Qətran Təbrizi, Xətib Təbrizi, Şihabəddin Sührəvərdi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi və başqalarının pedaqoji fikirləri ilə tanış oluruq.
“XIII- XV əsr Azərbaycan klassiklər tərbiyə və təhsil haqqında” fəslində isə Nəsirəddin Tusi, Əvhədi Marağalı, Füzuli, İmadəddin Nəsimi haqqında, “XVII- XVIII əsrlərdə Azərbaycanda təhsil və pedaqoji fikrin görkəmli nümayəndələri” fəslində isə Saib Təbrizi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Vidadi, Zakir kimi klassiklərimziin pedaqoji fikirləri, maarifçilik görüşləri təhlil edilmiş və dəyərli şərhlər yazılmışdır. Vəsaitdən məlum olur ki, hələ Qərb humanistlərinin, ailmlərinin irəli sürdüyü ideyaların bir çoxunun daha mükəmməl şəkildə hələ XIII əsr Azərbaycan alimi Nəsirəddin Tusi tərəfindən işləndiyi və təqdim olunduğu məlum olur.
Ən böyük fəsil “XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda təhsil və pedaqoji fikrin inkişafı” adlanır. Bu fəsildən öyrənmək olur ki, 1813, 1828-ci illərdə məlum müqavilələrdən sonra Azərbaycan Rusiyanın tərkibinə keçmiş və ölkədə ruslaşdırma siyasəti apaılmış, rus məktəblərinin sayı artmış, çoxalmışdır. Belə ki, Qəza məktəbləri, Dövlət məktəbləri,Şəhər məktəbləri, Kənd məktəbləri, Dəmir yolu məktəbləri, Bazar günü məktəbləri, Sənət məktəbləri, Rus-tatar məktəbləri kimi rus məktəblərinin fəaliyyəti açıqalnır, daha sonra isə ana dilli məktəblərimiz, “Üsuli Cədid” məktəblərimiz haqqında dəyərli məlumatlar verilir
“Azərbaycanda qadın təhsilinin təşəkkülü və inkişafı” fəsli də çox maraqlı fəsillərdən biridir ki, burada qız məktəblərinin fəaliyyətindən, xüsusilə H.Z. Tağıyevin 1901-ci ildə açdığı Qız məktəbinin fəaliiyətindən geniş və ətraflı məlumatar almaq olur.
“XIX əsrin sonlarında və XX əsrin II yarısında Azərbaycan pedaqoji kadrlarının hazırlığı məsələləri” fəsli pedaqoji kadr hazırlığı məsələlərinə həsr edilmişdir. Azərbaycanda elmi-pedaqoji kadrların yetişməsində, xalqın mədəni inkişafında XIX əsrin 70-ci illərinin ortalarında Qori şəhərində yaradılmış Qafqaz (Qori) Müəllimlər Seminariyasının böyük rolu olmuşdur. Seminariyanın Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Müslüm Moqamayev, Cəlil Məmmədquluzadə, Məmmədəli Sidqi Səfərov, Əlirza Rasizadə, Mirzə Əbülqasım Sultanov, Rəhim Kazımbəyov, Mirzə Xəlilov, Süleyman Sani Axundov, Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Mahmud bəy Mahmudbəyov, Fərhad Ağazadə, Səfərəlibəy Vəlibəyov, Soltan Məcid Qənizadə, Bədəl bəy Bədəlbəyli, Mirzə Əliməmməd Xəlilov, Heydər Muradəsilov, Ələkbər Məmmədxanov, Kərimbəy İsmayılov, Xəlil Hacılarov, Ələkbər Qərib, Əli Səbri Qasımov, Müseyib İlyasov, Baba bəy Səfərəlibəyov, Teymur bəy Məmmədbəyov, İsmayıl ağa Vəkilov, Əhməd Seyidov, Əsədulla Muradxanov, Şıxlinskilər, Minasazov qardaşları kimi məzunları olmuşdur ki, onlar bütün həyatını xalqın maarif və mədəniyyətinin inkişafına həsr etmişlər. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir”.
1881-ci ildə İrəvan şəhərində İrəvan Müəllimlər Seminariyası açılmışdır. 37 il fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin
06 avqustunda Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır. Bu seminariyanın açılışı zamanı 69 şagirdi olmuşdur. 1881-ci ildə yaranan və 34 il fəaliyyəti davam edən İrəvan Müəllimlər Seminariyasının ilk müəllimlərindən biri Firudin bəy Köçərli olmuşdur. Seminariyanın 1885-ci ildə ilk buraxılışı olmuşdur. Məzunlar sırasında Həbib bəy Səlimov, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Mirzə Abbas Məmmədzadə, Cabbar Məmmədzadə, İbadulla bəy Muğanlinski, Vahid Musabəyov, Həmid bəy Şahtaxtinski, Hüseynəli bəy Rüstəmbəyov, Tağı bəy Səfiyev, Mirzə Cəlil Şürbi, Eynəli bəy Sultanov, Sadiq Xəlilov, Vahid Musabəyov və başqaları olmuşdur.
Vəsaitdə anna dilli məktəblərin açılması, ana dilli dərsliklərin yazılmasına xüsusi yer verilmiş və qeyd edilir ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində ana dilli məkətblərin açılması ideyası irəli sürülmüş Mirzə İsmayıl Qasir, Sultan Məcid Qənizadə, Mir Möhsün Nəvvab, Mirzə Şəfi Vazeh, Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtlı, Həbib bəy Mahmudbəyov, Mahmud bəy Mahmudbəyov, Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Rəşid bəy Əfəndiyev, Seyid Əzim Şirvani, Məhəmməd Tağı Sidqi və digər maarifpərvər şəxsiyyətlər ana dilli məktəblər açmış, ana dilli dərsliklər yazmış, milli təhsil və mədəniyyəti inkişaf etdirərək böyük xidmətlər göstərmişlər.
“Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil” fəsli maraqlı və dəyərli məlumatlarla zəngin fəsildir. Şərqdə ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti xalq maarifinin, elm və mədəniyyətin inkişafını milli dövlət siyasətinin təməl prinsiplərindən biri kimi ön plana çəkmiş və mövcudluğunun ilk aylarından təhsil sahəsində köklü islahatlara, təhsilin yeni milli əsaslar üzərində qurulmasına diqqət yönəltmişlər. Bu fəsildə 1919-cu ildə Şərqdə ilk ali təhsil verən müəssisənin Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qiymətli məlumatlar verilir. Azərbaycan Xalq Cümhuriyyətinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda ilk dövlət universitetin təsis edilməsi haqqında qərar qəbul edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə qiymət verərək demişdir ki, “əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir”. Vəsaitdə qeyd edilir ki, universitet ilk tədris ilini 2 fakültə ilə – Tarix-filologiya, və Tibb fakültəsi ilə fəaliyyətə başlamışdır. Daha sonralar fizika – riyaziyyat (1920), şərqşünaslıq (1922), hüquq (1928), kimya- biologiya (1934) fakültələri yaradılmışdır. İlk tədris ilində 44 müəllim olmuş və universitetin ilk rektoru görkəmli rus alimi, Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur. Daha sonra 1926-1929 cu illərdə universitetin ilk azərbaycanlı rektoru Tağı Şahbazi olmuşdur.
Universiteti professor-müəllim heyəti ilə təmin etmək məqsədilə 1918-ci il iyulun 23-də AXC hökumətinin qərarı ilə Türkiyədən 50 nəfər, Rusiyadan da 50 nəfər müəllim dəvət edilmişdi. Onlar 1919-cu ilin oktyabr ayının əvvəllərində Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışlar. Onların arasında Rusiyadan – Komarovski, Makovelski, Seredinski, Marr, Meşşaninov və başqaları, Türkiyədən – İsmayıl Hikmət, Xəlil Fikrət, Mühittin Birgin, Mehmet Fuad Köprülüzadə, Bəkir Çobanzadə və başqaları universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşlar.
Bu böyük alimlər çox dəyərli elmi- pedaqoji tədqiqat işləri, dərslik və dərs vəsaitləri də yazmışlar. Məsələn, İsmayıl Hikmət 4 cildlik “Türk ədəbiyyatı tarixi”, 2 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”, Möhyəddin “Psixoloji”, Fuad Köprülüzadə “Azəri ədəbiyyatına dair tədqiqlər”, Xəlil Fikrət “Tədris və tərbiyə tarixi” əsərlərini nəşr etdilmişlər.
Vəsaitdə müəllif atasının bir xatirəsini verməklə BDU nun tarixi ilə bağlı yeni bir məlumatla tanış oluruq. Müəllif yazır: “1929-1930 – cu tədris ilində Şərqşünaslıq fakültəsindən məzun olmuş “İstiqlal” ordenli, Əməkdar müəllim, ədəbiyyatşünas alim, dosent Lətif Hüseynzadə xatirələrində yazır ki, tələbələr təhsil illərində dərin və hərtərfəli bilik qazanmaqla bərabər, həm də ciddi elmi – tədqiqat işləri ilə də məşğul olmuş, ictimai işlərdə fəal iştirak etmiş, faydalı təşəbbüslər irəli sürmüşlər.Məsələn 1928-29-cu tədris ilində Lenin adına Azərbaycan Dövlət Darülfünunun (1922-ci ildə adı dəyişdirilmiş, 1924 cü ildə Leninin adı verilmişdir) 10 illik yubileyi ərəfəsində Şərqşünaslıq fakültəsi nəzdində jurnalistika şöbəsi yaradıldı. Mikayıl Müşfiq, Əhməd Cavad, Məmmədsəlim Tahirli, Əhməd Seyidov, Lətif Hüseynzadə və başqa fəal tələbələr dərsdən sonra jurnalistika şöbəsinin məşğələlərində iştirak edirdi. Bu şöbədə Qori Müəllimlər Seminariyasının məzunu, əsgəri xidmətdə olmuş, bizdən daha yaşlı və təcrübəli olan Əhməd Seyidovla daha yaxın münasibətlər quraraq məşğələlərə davamlı həvəslə gedir və birlikdə fəaliyyət göstərirdik. Burada qəzetçilik, müxbirlik, mətbəə ləvazimatı, redaksiya işlərinə dair çox maraqlı dərslər keçir, məqalələr yazırdıq. Jurnalistika fakültəsinin və jurnalistika şöbəsinin rəhbəri professor S.Seredinski idi. Bir gün rektorumuz Taği Şahbazi məşğələmizə gəldi və biz ona müraciət etdik ki, darülfünunda çoxtirajlı bir qəzet nəşr edək. Rektor da fikrimizi razılıqla qarşıladı və 1929 cu ilin iyun ayında Azərbaycan Dövlət Darülfünunda “Student jurnalist” adlı çoxtirajlı universitet qəzetinin ilk nömrəsini buraxmağa nail olduq. Bu ilk nömrədə Tağı Şahbazinin “Böyük yubiley qarşısında”, Hadi Mirzəzadənin “Darülfununda jurnalizm kafedrası”, M.Səlimxanlının “Bizdə qəzetçilik sənəti”, Əbdüləziz Salamzadənin” Darülfünün bizə nə verdi”, S.Aşurbəylinin “Pedaqoji fakültənin yeni quruluşu.Prof. Fridonlu ilə müsahibə”, Lətif Hüseynzadənin “Azərbaycan necə öyrənilir”, Tanabeylinin “Lisaniyyat kafedrası. Professor Bəkir Çobanzadə ilə müsahibə”, Əhməd Seyidovun “Tibbi fakültədə yeni tədbirlər”, adlı məqalələri getmişdir”. Rəngli buraxılmış bu ilk qəzetin redaksiya heyətində Məmməd Arif, Adil Əfəndizadə, S.Aşurbəyli, Əhməd Seyidov və Lətif Hüseynzadənin adları görünməkdədir…”
2019-cu ildə BDU nun 100 illiyi tamam olmuş bu münasibətlə Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 14 noyabr, 2017 – ci il tarixli xüsusi Sərəncam imzalamışdır. Həmin sərəncamda deyilir: “2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özündərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır. Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir…” Bəli, qürur hissi ilə deyə bilərik ki, Ulu öndərimiz Heydər Əliyev Bakı Dövlət Universitetiniun məzunu olmuşdur.
Vəsaitdə “XIX əsrin sonu, XX əsrin I yarısında Azərbaycan klassiklərinin, görkəmli maarifpərvərlərinin tərbiyə və təhsil haqqında fikirləri” fəsli geniş yer tutmaqdadır.
Burada qeyd edilir ki, yetişən milli burjuaziya nümayəndələri və yerli sahibkarlar da millətin maariflənməsi, savadlanması, mədəni və intellektual səviyyəsinin yüksəlməsi yolunda əllərindən gələni əsirgəməmişlər. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Musa Nağıyev, İsa bəy Hacınski kimi sahibkarlar milli ziyalı nəslinin yetişməsində, təhsil sisteminin inkişafında müstəsna rol oynamışdır. Görkəmli maarifçilərimizin qadınların dünyəvi təhsili ilə bağlı istək və arzularının reallaşmasında Hacı Zeynalabdin Tağıyevin əvəzsiz xidmətləri olmuş, qızların təhsil almasına, onlar üçün xüsusi məktəblər açılmasına, qadın milli kadrların hazırlanmasına çalışmış, bu sahəyə böyük məbləğdə vəsait yönəltmişdir. Bu bölmədə həmçinin A.A. Bakıxanovun, M.F.Axundovun, S.Ə. Şirvaninin, H.B. Zərdabinin, R.B. Əfəndiyevin, F. Köçərlinin, M.T. Sidqinin, C. Məmmədquluzadənin, H. Cavidin, M.Ə. Sabirin, S.M.Qənizadənin və bir çox başqalarının pedaqoji fikirləri ətraflı təhlil edilmişdir.
Vəsaitdə “Sovet dövründə təhsil və pedaqoji fikir”, daha sonra “Sovet dövründə Aərbaycanın görkəmli pedaqoqları” fəsilləri Sovet təhsil sisteminə və pedaqoji fikrinə həsr edilmişdir. Burada 1920-ci ilin aprelindən sonrakı dövrdə, Sovet hakimiyyətinin mövcudluğu illərində Azərbaycanda təhsilin inkişaf istiqamətləri ilə bağlı uğurlara və çatışmazlıqlara ədalətli, obyektiv qiymət verməyi Ulu Öndər Heydər Əliyevin müdrik fikirlərini öyrənmək tövsiyə edilir. “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda dərin savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Onlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”.
Vəsaitin son bölümü müstəqillik illərinin məktəb və pedaqoji fikrinə həsr edilmişdir. Burada qeyd edilir: “Müstəqillik illərində Azərbaycanda təhsilin səviyyəsini və inkişafı şərti olaraq üç mərhələyə bölmək olar: birinci mərhələni təhsil sisteminin tənəzzülü, sovet hakimiyyəti illərində qazanılmış nailiyyətlərdən, mütərəqqi ənənələrdən uzaqlaşmaq, ikinci mərhələni sabitləşmə meylləri, milli təhsil quruculuğu sahəsində ilk addımların atılması, dövlətin təhsilə diqqətinin artması, mütərəqqi və inkişafyönümlü qərarların, qanunların qəbul edilməsi, beynəlxalq əlaqələrin intensivləşməsi, təhsilə investisiya qoyuluşuna başlanması, üçüncü mərhələni isə təhsil sistemində köklü islahatlar, yeniliklər, innovasiyalar, yeni pedaqoji texnologiyalar, müsbət beynəlxalq təcrübənin pedaqoji prosesə tətbiqi, Avropa məkanına inteqrasiya dövrü kimi dəyərləndirmək olar”.
Azərbaycanda təhsil sahəsində islahatların aparılması Ulu Öndər Heydər Əliyevin 1999- cu ildə “Təhsil sahəsində islahatlar Proqramı” ilə başlamışdır. Daha sonra 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu öz üstün məziyyətləri ilə rəhbər dövlət sənədi kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il, 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020-Gələcəyə Baxış İnkişaf Konsepsiyası” qəbul edilmiş, “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (24 oktyabr, 2013-cü il) ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı təhsilimizin inkişafının uzun müddətli metodoloji əsası hesab edilir.
“Azərbaycan məktəb və pedaqoji fikir tarixi” dərs vəsaiti müəllifin Azərbaycan Respubliksası Təhsil Nazirliyinin təsdiq etdiyi “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”, “Azərbaycan təhsil tarixi”, “Pedaqogika”, “Pedaqogika tarixi” kursu üzrə fənn proqramlarına uyğun hazırlanmışdır ki, bu vəsaitdən “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” kursu üzrə mühazirə və məşğələ aparan pedaqoqlar, ümumtəhsil məktəblərində çalışan müəllimlər, pedaqoji təmayül üzrə təhsil alan tələbələr, təhsil və pedaqoji fikir tarixi ilə məşğul olan tədqiqatçılar, magistrlər, doktorantlar, habelə təhsilimizin tarixi ilə maraqlananlar istifadə edib faydalana bilərlər.
More from my site
- SPİRAL!
- ATALAR SÖZLƏRİMİZ!
- Naxçıvan Arxeologiyası yeni tapıntılar İşığında
- TÜRKƏ AĞI DEMƏK OLMAZ
- MİSİRLİ MAKAMUSUNN! LİŞƏR ADLI ATASI QIZI!
- İşıq işıqdan ayrılmaz! İşıq kölgəyə çevrilməz!✨✨✨.
Pedaqogika əsas kateqoriyalar var . pedaqogika anlayışı
Bu yazıda, biz sizə “pedaqogika” və nə o bunu anlayışı aşkar edəcək. Bir müəllim deyil bile, siz gələcəkdə bir valideyn olmaq, və pedaqogika əsas kateqoriyalar işləmək üçün çox vacib amillərdir nə bilmək faydalı olacaq. Bundan başqa, yalnız kateqoriya nə lazım deyil, həm də ifadə edilə bilər nə onlar və nə anlamaq üçün. Lakin belə bir baxılması üçün və bu material hazırladıq.
pedaqogika nədir?
Əgər biz bu sahədə maraqlı olan əsas anlayışlar və Pedaqoji Ali Məktəbinin kateqoriyalar, və bu gün öyrənmək əvvəl, biz ki, “pedaqogika” dir başa düşəcəklər. Bu elm, ayrı-ayrı struktur kimi, nisbətən uzun müddət var idi. Biz şəxs yaşayır və inkişaf isə, bütün ətraf yaxınlarınız təcrübə köçürülür ki, başa düşürük. bu updated təcrübə və yığılmış yeni nailiyyətləri hər nəsil ilə. Sonda düzgün hazırlanması və bir şəxs və biz “pedaqogika” adı altında bilirik ayrı elm kimi müəyyən bir şəxs maarifləndirmək üçün necə bütün bilik. Bu təbiət elmləri bir çox sosial xarakter ümumiləşdirir və şəxsiyyət formalaşması prosesi öyrənilməsi bütün bir tərtib edir ki, qeyd dəyər.
baş tarixi
Paidos və sözləri “davranış» – – sözü “pedaqogika” yunan sözü “uşaq” gəlir əvvəl. adı özü elm uşaqlıqdan, insan şəxsin formalaşması yolu öyrənir ki, bizə göstərir. Qədim zamanlardan bəri, müəllimlər indi pedaqogika dediyimiz məşğul. sənət yalnız nüfuzlu insanlar ilə məşğul ola bilər, belə ki, o saat, onlar əsasən rahiblərini və kahinlər idi və bəzi ölkələrdə hökumət rəsmiləri bildirib. Rusiyada belə bir şəxs “master” adlanır və belə bir profili mütəxəssislərin təlim heç bir fərdi müəssisələri yox idi.
Daha sonra ayrı-ayrı elm və onun liderləri məqsədyönlü təsis edildiyi yaxından ayrı intizam sökmək başladı bişirmək başladı. Təyin pedaqogika əsas kateqoriyalar ali təhsil. oxucu üçün hər detal nəzərə biz bu kateqoriyalar necə fərqlənir və necə qarşılıqlı anlamaq üçün.
Main kateqoriyalar və pedaqogika anlayışları
Belə ki, onların arasında üç ən vacibdir:
Hər kəs bu üç anlayışlar oxu adam, bir dəfə onlar yaxından bağlıdır ki, həyata keçirilir anlayır. biz ümumi təhsil haqqında danışmaq, bu, yaxşı düşünülmüş və prosesi planlı , şəxsiyyət formalaşması Bu forma verir. Bu ekoloji faktorların bir sıra gedir və müxtəlif ola bilər.
təhsil gəldikdə, vaxt təhsil insan prosesinin tərkib hissəsi çevrilir. Biz bir şəxs zəruri bilik udmaq bu həcmi, lakin qısa müddət, bacarıqları əldə və bacarıqları inkişaf etdirir, onların xüsusi qabiliyyət inkişaf bilirik. Və bu şəxs təhsil alır necə? Əlbəttə təlim. Və burada bir linki görmək. ilk bəzi bilik verir, və digər onları udur zaman Təhsil tandem müəllim və tələbə bir iş kimi qəbul edilir. nin hər bir kateqoriya haqqında daha çox danışmaq edək.
təlim
Biz pedaqogika əsas kateqoriyalar, onların münasibətləri adına və necə bir digər gəlir və üçüncü hissəsidir. təhsil haqqında ayrıca danışan da iki yol əməliyyat var. Bir tərəfdən, “pedaqoq” edilir:
- insan irqi tərəfindən yığılmış edilmişdir təcrübə çatdırmaq üçün;
- sivil dünyada palata daxil edin;
- maraq, öz-özünə təhsil üçün onu təşviq;
- çətin problemlərə həll tapmaq üçün, həyat çətin problemləri həll etməyə kömək.
Amma yalnız “baxıcı” Bu müddətdə fəaliyyət göstərir. Buna cavab olaraq, o iş və mentee var. o:
- tədricən bütün lazımi əsas mədəni bacarıqları sahib, əvvəlki nəsillərin təcrübəsi nəticə edir öyrədir ki, bütün udmaq;
- O, öz-özünə inkişaf ilə məşğul olan;
- insanlarla ünsiyyət və müxtəlif vəziyyətlərdə və müxtəlif mühitlərdə davranmaq öyrənmək.
Və tam əməkdaşlıq müsbət nəticə mümkündür yalnız.
bir neçə spektrlərinin təhsil nəzərə alaraq:
- geniş – şagird təsir dövlət və məktəb var;
- dar – iş kollektiv təşkilat (uşaq bağçası, məktəb, dairə, və s.) əsasında aparılır;
- son dərəcə dar – şagird və birbaşa müəllim əlaqə.
müxtəlif bir sıra var təlim növləri prosesi xüsusi dəyərlər və bacarıqları diqqət nə inkişafına yönəlmişdir nə asılı olaraq. Belə ki, əqli, əmək, fiziki, mənəvi, estetik təhsil və başqaları ayırırlar.
formalaşma
pedaqogika əsas kateqoriyalar və onların arasında əlaqələr nəzərdən keçirdikdən sonra, biz təhsil təhsil və ya təlim təcrid mövcud ola bilməz ki, başa düşürük. Bu mümkün deyil. Buna görə də, bu kateqoriya kimi başa düşülür:
- Sistem meyar;
- təhsil prosesinin nəticə;
- təhsil və özünü təhsil əlavə təlim qoydu
- O, həyatında lazımdır bilik insan kəşfiyyat.
Bu məqsədlə müxtəlif müəssisələrinin bir sıra dünya çalışır. Onlar yaş, coğrafi meyarlara bölünür, və burada biz daxil ola bilər:
- uşaq bağçası;
- məktəb (idman zalı, lisey, internat);
- College;
- College;
- İnstitutu;
- University;
- Academy;
- art house (asudə fəaliyyəti ilə bağlı hər şey).
Bütün bu təşkilat fərdin həyat zamanı bir-birinə uğur və dəyənək ələ. xadim, onun nəsil layiqli nümayəndəsi tam inkişafına formalaşması – bu prosesdə əhəmiyyətli onların hamısı bir nəticəsində çıxış edir.
təlim
bu şəkildə bir şəxs təhsil alır, çünki Ali Pedaqoji fakültəsinin və onların xüsusiyyətləri əsas kateqoriyalar izah, biz təlim ignore bilməz. təlim – ci ildən iki tərəf arasında qarşılıqlı, biz hər iki tərəfi nəzərdən keçirəcək. Belə ki, bir tərəfdən olmalıdır müəllim, dayanır on:
- tələbə bilik transfer;
- onlara təcrübə ilə bölüşmək üçün;
- self-təkmilləşdirilməsi inkişaf etdirilməsi;
- bilik əldə prosesi tənzimləmək;
- bütün bunu öyrənmək üçün əlverişli şərait yaratmaq lazımdır.
şagird, hər hansı bir yaxşı nəticə əldə edəcək qarşılıqlı fəaliyyət olmadan – digər tərəfdən. Buna görə də tələbə olmalıdır qeyd:
- Bu müəllim gətirir ki, bütün öyrənmək;
- diqqətlə bütün tapşırıq və tövsiyələrinə əməl;
- mövzu inkişafı üçün lazım olan bütün vəzifələri yerinə yetirmək;
- özünü öyrənmək üçün çalışırıq;
- mənbələrində daha ətraflı məlumat üçün bir axtarış başlamaq;
- Təhlil düşünmək və nəticə çıxarmaq üçün cəhd edin.
təhsil (orta, texniki və ali) diplomu – Bu əməkdaşlıq ilə biz mükəmməl təlim nəticəsində, eləcə də təsdiq olacaq.
Elmi funksiyaları
Biz pedaqogika əsas kateqoriyalar təhsil, təhsil və təlim deyil. Amma pedaqogika çoxşaxəlidir və ayrı-ayrılıqda qeyd olan bir çox xüsusiyyətləri vardır.
- pedaqogika müxtəlif hadisələrin qanunvericiliyin baxılması qanunların öyrənilməsi. və s. cəmiyyətinin tələblərinə və dövlət ilə əldə bilik olması sindirilme yaşlı nəslin təcrübəsi riayət nəzarət bir görünüşü var
- bir pedaqoji funksiya bütün prinsipləri, metodları və təhsil və təlim proseslərinin formaları haqq qazandırmaq üçün bir vəzifə də var tətbiq edir.
- Əhəmiyyətli olan qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi ehtiyac, onun əsasında yeni nəzəriyyə yaratmaq lazımdır.
- A faydalı xüsusiyyət bir amil tədqiqat hesab olunur. Burada rol bəzi sxemi ilə gəlmək, həm də tətbiq real fəaliyyəti onu həyata keçirmək üçün yalnız imkanı oynamışdır.
- yeni texnika üzərində işləyirik. Bu ünsiyyət formaları belə istifadə və nə müəllim tələbə ilə qarşılıqlı necə edir.
pedaqoji tapşırıq
İndi, pedaqogika əsas kateqoriyalar təhsil, təhsil və təlim olduğunu bilmədən, biz əsas formalaşdırmaq bilər pedaqogika vəzifəsi. Bu, bütün ölkələrdə eyni kimi səslənir: tədris prosesinin təşkili nəzərə tarixi dövr və milli hüquqlarının xüsusiyyətləri alaraq. biz zamanda daha çox xüsusi problemləri haqqında danışmaq əgər, bir neçə əsas var:
- formalaşması və onun məzmunu strukturunun təkmilləşdirilməsi;
- öyrənmək üçün yeni yanaşmalar inkişaf etdirilməsi;
- formaları və təkmilləşdirmək təhsil üsulları ;
- məktəb daha demokratik və insani öyrənmə prosesi etdi
- professional iş üçün fərdi hazırlıq optimize.
Preschool Pedagogy
Mən bir neçə kəlmə demək istərdim məktəb əvvəli pedaqogika. Bütün sonra, uşaqlar erkən uşaq bağçası kimi öyrənmək başlamaq. Belə ki, məktəb əvvəli pedaqogika əsas kateqoriyalar var:
- təhsil;
- inkişafı;
- formalaşdırılması;
- təlim.
Biz yüksək məktəb haqqında oxumaq üçün istifadə nə az fərq görmək, lakin bu başa düşüləndir. fərdi vəzifələri təşkil ilkin mərhələdə müxtəlif və əsas mərhələləri hələ inkişaf lazımdır, lakin təhsil və təlim hətta orada mövcuddur var. inkişafına, müəllim nəzarəti altında il ərzində bir adam baş verən dəyişikliklərin bir görünüşü var. Formation da nəzərə sosial mühit alaraq, təhsil prosesində uşağın tam inkişafına tutur. Bu kiçik yaş şəxsin formalaşması başlayır ki, yadda olmalıdır, və bu an qaçırmayın və insan həyatının dövrü düzgün.
pedaqogika filialları
İndi bütün məlumat oxuduqdan sonra, siz pedaqogika əsas kateqoriyalar biz ətraflı hesab üç əsas amil olduğunu bilirəm. Amma bu elm kateqoriyalar əlavə məhz bu sahədə məşğul olan nə asılı olaraq sənaye fərqləndirir. hər sənayesi mahiyyəti onun adı əsasında aydındır. etməyəcəyik hər sökmək, lakin ən əsas siyahısını təqdim etmək:
- “Təhsil tarixi”.
- “Müqayisəli Pedagogy”.
- “Məktəbəqədər pedaqogika”.
- “Yaş pedaqogika”.
- (Fiziki və əqli qüsurlu uşaqlar üçün) “Xüsusi Təhsil”.
- “Professional Pedagogy”.
- “İslah əmək pedaqogika”.
- “Terapevtik Pedagogy”.
Və bu elm hissəsidir bütün sahələrdə deyil, istifadə lazımınca bilməz.
Pedaqogikanın başqa elmlərlə əlaqəsi
Pedaqogikanın fəlsəfə ilə əlaqəsi . F.Paulsen göstərir ki, pedaqogikanı bir elm olaraq fəlsəfədən ayırmaq mümkün deyil. Psixologiyasız və etikasız, o, öz təməlindən ayrı düşür. Bu fənlər də öz növbəsində metafizika və idrak nəzəriyyəsindən ayrılmazdır.” Yaxud sovet pedaqoqu P.S.Qureviç İqor İlinskinin “Təhsil inqilabı” kitabı haqqındakı rəydə deyir: “Təhsilin problemləri bizi mürəkkəb fəlsəfi düşüncələr sisteminə cəlb edir. Pedaqogika və tərbiyə tarixi ilə bağlı bir çox tədqiqatların çatışmazlığı bundadır ki, onların müəllifləri təhsilə baxışlar kompleksini fəlsəfi və psixoloji düşüncənin ümumi axarından ayırırlar. Ona görə də, pedaqogika tarixi müxtəlif didaktika üsullarının sadalanmasından ibarət olur. Lakin, axı bu üsullar özü konkret bir dövrdə doğulmuşdur və özündə zamanın dünyagörüşü təsəvvürlərinin izini əks etdirirlər.”
Ümumiləşmiş şəkildə deyə bilərik ki, insanın tərbiyəsi, istərsə də həyat üçün hazırlanması bilik və bacarıqlara yiyələnməsi məsələləri insan və cəmiyyət, insan və dünya problemlərinin tərkib hissəsidir. Təsadüfi deyildir ki, bu məsələlərə ənənəvi olaraq məhz filosofların əsərlərində müraciət edilmişdir. Yeni dövrə qədər tərbiyə məsələləri də, didaktika problemləri də məhz filosoflar tərəfindən hazırlanmışdır. Pedaqogikanın nisbətən müstəqil bir elm sahəsi kimi formalaşması ilk növbədə filosoflardan Y.A.Komenskinin, J.J.Russonun, C.Lokkun yaradıcılıqları ilə bağlıdır. İ.Kantın “Pedaqogika haqqında”, “Maarifləndirmə nədir?” – sualına cavab”, “Antropoloji didaktika” əsərlərində, Hegelin “Gimnaziya direktorunun çıxışları”, “Universitetdə fəlsəfənin tədrisi”, “Gimnaziyalarda fəlsəfənin tədrisi” əsərləri müasir kurikulum probleminin metodoloji əsaslarını təşkil edir. Pedaqogika ilə fəlsəfə arasında qarşılıqlı münasibətə dair əsasən üç mövqe vardır. Bəziləri (P.Narton, F.Paulsen, Q.Gerşensteyner, S.Y.Volfson və başqaları) pedaqogikanı “tətbiqi fəlsəfəyə” aid edirlər. Onlar haqlı olaraq düşünürlər ki, fəlsəfənin sahələri olan etika, estetika, məntiq və s. ictimai həyatın sahələrini, o cümlədən təlim və tərbiyə məsələlərini də əhatə edir. Lakin onlar bu düzgün fikirdən belə bir səhv nəticə çıxarırlar ki, fəlsəfə tərbiyə işinin məqsədini, pedaqogika isə onu həyata keçirməyin yollarını müəyyənləşdirir. Buna görə də onlar pedaqogikanı tətbiqi fəlsəfə adlandırırlar. Belə çıxır ki, pedaqogikanın əsalarını və qanunauyğunluqlarını fəlsəfədə axtarmaq lazımdır. Bu mövqe ilə razılaşmaq olmaz. Başqa bir qrup mütəxəssis (Z.Freyd, G.Max, E.Meyman, İ.Krecmep, P.P.Blonski, A.P.Pinkevic və başqaları) pedaqoji qanunauyğunluqları fəlsəfədə axtarmağın düzgün olmadığını əsaslandıraraq psixologiyaya meyil etmiş və düşünmüşlər ki, pedaqogikanın başlıca dayağı psixologiya olmalıdır. Fikrimizcə, pedaqogikanı fəlsəfədən ayırmaq cəhdi uğursuzdur. Çünki humanitar elm olan pedaqogika metodologiyasız keçinə bilməz. Təlimin, təhsilin, tərbiyənin və inkişafın bir çox problemlərini metodoloji dayaqsız həll etmək mümkün deyil. Üçüncülərə E.İ.Monoszon N.K.Qonçarov, F.F.Korolyov, B.P.Yesipov və başqaları aid edilir. Onlar bir çox halda fəlsəfi müddəaları mexaniki şəkildə pedaqogikaya gətirirlər. Dialektik materializmə istinad edən pedaqoqları (M.M.Mehdizadə, N.M.Kazımov, B.A.Əhmədov, F.N.İbrahimov və başqalarını) dördüncü qrupa aid etmək olar.
Onlar təlim, tərbiyə, təhsil və inkişaf məsələlərini konkret şəraitlə əlaqədar nəzərdən keçirirlər. Onların fikrincə, məsələn, pedaqoji prosesin səmərəlilik dərəcəsi konkret şəraitdən də asılı olur. Eyni üsulun səmərəsi bir şəraitdə çox, başqa şəraitdə az ola bilər. Yaxud dialektik materializmə istinad edən pedaqogika həm təlim və tərbiyə prosesini, həm də uşağı əqli-şüuru inkişafda nəzərdən keçirir. Uşaq daim inkişafda olduğundan və ətraf mühit amillərinin ona təsiri dəyişdiyindən tərbiyəvi təsirlər də başqalaşmış olur. Dialektik materializmə əsaslandıqda pedaqoji prosesin hərəkətverici qüvvələrini və qanunauyğunluqlarını onun özündə axtarmalı oluruq. Dialektik materializm həm də təhsil və pedaqoji fikir tarixi məsələlərinin təhlili və öyrənilməsinə düzgün yanaşmağa imkan verir. Unutmaq lazım deyil ki, hər pedaqoji nəzəriyyəyə və ya fikrə onun yarandığı şəraitlə əlaqədar qiymət vermək zəruridir.
Məlumdur ki, dialektik və tarixi materializm təbiət və cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqlarını müəyyən edir. Bu qanunlar pedaqoji gerçəkliyin ayrı-ayrı sahələrində də fəaliyyət göstərir. Pedaqoji prosesdə insanların biliklərə yiyələnməsi və inkişafı fəlsəfi qanunlar əsasında baş verir. Təlim və tərbiyə prosesində mövcud olan ziddiyyətlər inkişafın əsasını təşkil edir. Digər tərəfdən elmi dünyagörüş varlığın obyektiv şəkildə dərk olunması, maddi aləm hadisələrinin qarşılıqlı əlaqə və vəhdətdə olduğunu qavranması, inkişaf və dəyişmənin zəruriliyinin dərk edilməsi əsasında baş verir. Bu isə pedaqogikanın fəlsəfə ilə qarşılıqlı əlaqəsi sayəsində mümkün olur.
Pedaqogikanın sosiologiya ilə əlaqəsi. İnsanlar məhz tərbiyə vasitəsilə sosiallaşır, cəmiyyətin sosial təcrübəsinə qoşulur. İnsanlara formalaşma prosesində məqsədyönlü tərbiyə ilə yanaşı sosial mühit, sosial münasibətlər də təsir edir. Digər tərəfdən tərbiyəvi təsirlər bilavasitə sosial mühitdə reallaşır, həyata tətbiq edilir. Deməli insandan, onun arzu və istəyindən asılı olmayaraq o, sosial mühitlə qarşılıqlı əlaqəyə girir. Pedaqoji proses isə bu qarşılıqlı əlaqəyə nəzarət etməli, sistemli tərbiyəvi təsirlərlə sosioloji təsir arasında məqsədyönlü, səmərəli və düzgün münasibət yaratmalıdır.
Pedaqogikanın fiziologiya ilə əlaqəsi . Bu əlaqə müxtəlif istiqamətlərdə başa düşülür. Bəzi mütəxəssislərin fikrincə, təlim və tərbiyə məsələləri bioloji faktlardan çıxış etməlidir. Guya sinir fəaliyyəti haqqında elm olan refleksologiya pedaqogikanın əsasını təşkil etməlidir. Bu cərəyanın tərəfdarları bütün pedaqoji hadisələri “stimul-reaksiya” formuluna uyğun izah etməyə çalışırlar. Onlar güman edirlər ki, pedaqogika uşağın fəaliyyətini idarə edən stimullar sistemini işləyib hazırlamalıdır. Belə bir sistem isə uşaq fəaliyyətində şüurluluq ünsürlərini məhdudlaşdırır. Bu səbəbdən də refleksoloji yanaşma düzgün sayıla bilməz.
Pedaqogikada refleksoloji yanaşmanın birtərəfliliyini başa düşən digər qrup mütəxəssislər pedaqogikanı biologiyadan ayırmağa səy göstərmişlər: onlar inandırmağa çalışırlar ki, biologiyanın pedaqogikaya heç bir dəxili yoxdur və pedaqogika öz işini bioloji biliklərə istinad etmədən qurmalıdır.
Ali sinir sistemi fəaliyyətinə dair elmi fiziologiyadan və genetikadan ayrı salmaq cəhdi bir sıra pedaqoji problemlərin düzgün həllinə mane olur, təlim və tərbiyədə irsi əlamətlərin rolunu inkar edir, uşaq qabiliyyətlərinin üzə çıxarılması və formalaşdırılması prosesini çətinləşdirir. Pedaqoji hadisələri yalnız bioloji qanunauyğunluqlar zəminində izah etmək cəhdi də, bu hadisələri fiziologiyasız və genetikasız nəzərdən keçirmək cəhdi də eyni dərəcədə səmərəsizdir. Pedaqogika uşağın əqli, həm də fiziki inkişaf qanunauyğunluqlarına dayanmalıdır. Pedaqoji hadisələrin qanunauyğunluqları fizioloji qanunauyğunluqlarla müncər edilə bilmədiyi kimi, bu qanunauyğunluqlar da inkar edilə bilməz.
Pedaqogikanın psixologiya ilə əlaqəsi. Pedaqogika ilə psixologiyanın əlaqəsini təmin edən insanın psixikasıdır: psixikanı hər iki elm tədqiq edir. Psixikanın inkişaf qanunauyğunluqlarını və mərhələlərini əsasən psixologiya, təlim və tərbiyə zamanı psixikanı maksimum inkişaf etdirməyin yollarını isə pedaqogika öyrənir. Təlim və tərbiyə zamanı uşaqların psixikasında baş verən dəyişikliklər nə qədər dərindən öyrənilir və nəzərə alınırsa, çıxarılan nəticələr və verilən məsləhətlər bir o qədər əsaslı olur. Psixikanın, yəni qavrayışın, təxəyyülün, təfəkkürün, iradənin, diqqətin və digər psixi proseslərin və psixi xüsusiyyətlərin necə formalaşdığına psixologiya cavab verirsə, pedaqogika onları nəzərə alaraq nə öyrətmək, nə vaxt və necə öyrətmək suallarına cavab verir. Pedaqogika psixoloji biliklərə istinad etdiyi kimi, psixologiya da pedaqoji bilikləri nəzərə alır.
Pedaqogika və psixologiya bir-birinin köklü müddəalarını – pedaqogika uşaq psixikasını, psixologiya isə pedaqogikanın təlim və tərbiyə nəzəriyyəsini; pedaqogika psixikanın inkişaf nəzəriyyəsini, psixologiya isə psixikanın inkişafında təlim və tərbiyənin roluna dair nəzəriyyəni və s. nəzərə alır.
Təhsillə bağlı nə nəzəri, nə də praktik problemlərin həlli baxımından pedaqogika və psixologiyanın əlaqəsini nəzərə almamaq mümkün deyildir. Ə.Paşayev və F.Rüstəmov yazırlar: “Biz bu qarşılıqlı asılılığı obrazlı şəkildə belə ifadə edirik: pedaqogika psixologiyasız “kasıbdır”, psixologiya isə pedaqogikasız “acdır”. Psixologiya üçün predmet hesab olunan pedaqogika üçün şərtdir və ya əksinə, pedaqogika üçün predmet hesab olunan psixologiya üçün şərtdir, yəni psixikanı inkişaf etdirmək üçün təhsil şərtdir, təhsil vermək üçün isə psixikanın inkişaf qanunauyğunluqlarını bilmək şərtdir.”
Akademik M.Mehdizadə yazırdı ki, bu problem də çox mürəkkəbdir, böyükdür, mühüm və zəruri olan bir çox məsələni əhatə edir. Onların nəzərə alınması və onlara əməl olunması təlim-tərbiyə prosesinin səmərəliliyini yüksəldir. Son vaxtlarda pedaqoji psixologiya onları daha çox işıqlandırmağa başlamışdır, lakin təəssüf ki, bu sahədə iş ləng gedir, məlum psixoloji tövsiyələr ləng tətbiq edilir, çünki kifayət qədər aydın şəkildə şərh edilmir. L.T.Oxotina yazır: “Çox müəllimlər və metodistlər deyirlər ki, psixoloji əsərləri çətin oxumaq olur. Bu sözlərin əsası vardır. Təlim-tərbiyənin psixoloji məsələlərinin heç də hamısı axıradək həll edilməmişdir, bir çoxu hələ mübahisəlidir və müəllimlər nəyi yalnız nəzərə almaq, nəyi isə fəaliyyətdə rəhbər kimi qəbul etmək lazım gəldiyini asan müəyyən edə bilmirlər.”
Həmin nöqsanları aradan qaldırmaq üçün bu istiqamətdə tədqiqatları genişləndirmək, pedaqoji kadrların psixoloji hazırlığını yüksəltmək, təhsil prosesində psixoloji tövsiyələrdən istifadə etmək işində təcrübə mübadiləsi həyata keçirmək lazımdır.
Pedaqoji və psixoloji fikir tarixindən görünür ki, tərbiyə haqqında nəzəriyyələr, adətən, psixika haqqında nəzəriyyələrə uyğun gəlmişdir. Bu, tamamilə təbii hadisədir və səhv qənaət üçün əsas olmamalıdır.
Pedaqoji tədqiqatlarda psixoloji eksperimentin faydasını nəzərə alan bəzi mütəxəssislər yanlış olan belə bir nəticəyə gəlmişlər ki, guya bütün pedaqoji qaydalar psixoloji tədqiqata əsaslanmalıdır. Xüsusi vurğulayaq ki, pedaqogikanı psixologiyanın yedəyinə bağlamaq yolverilməzdir.
Bir sıra psixoloqlar (B.M.Teplov, L.S.Vıqotski, S.A.Rubinşteyn, L.V.Zankov və başqaları) eksperimental yolla isbat edə bilmişlər ki, xüsusi təşkil edilən təlim və tərbiyə vasitələri ilə uşaqlarda psixikanın, qabiliyyətlərin inkişaf sürətini artırmaq mümkündür.
Təfəkkürün xüsusiyyətlərinə müəllimin bələd olması da təlimin müvəffəqiyyətini təmin edən əsas amillərdəndir. Psixologiyada isbat olunmuşdur ki, məntiqi təfəkkürü bir sıra amillər səciyyələndirir: ardıcıllıq, tənqidilik, müstəqillik, oxşar və fərqli cəhətləri üzə çıxartmaq, ümumiləşdirmələr etmək, öz nəticəsinin düzgünlüyünü isbat etmək və s. Təfəkkürün əlamətlərindən hali olan və onları öz işində tətbiq edən müəllim şagirdlərində məntiqi təfəkkürün inkişafını təmin edə bilir. Bu cür faktları nəzərə alan pedaqogika həm psixikanın öz daxili qanunları üzrə inkişaf etdiyini söyləyən nəzəriyyəni, həm də psixikanın dəyişməsini başdan-başa mühitin təsiri ilə izah edən nəzəriyyəni birtərəfli hesab edir; psixikanın inkişafına şəxsin daxili mənəvi imkanları ilə ətraf mühit amilləri də, onun fəaliyyəti də güclü təsir göstərir. Buna görə də pedaqogika uşaqların fərdi və yaş xüsusiyyətlərini, qabiliyyətlərini üzə çıxarmağı və nəzərə almağı, onların fəaliyyət növlərini və üsullarını müəyyənləşdirməyi zəruri hesab edir.
Pedaqokanın etika ilə əlaqəsi. Pedaqogika etika ilə qarşılıqlı əlaqəlidir. Fəlsəfi elm olan etika, əxlaq tərbiyəsinin əsasını təşkil edir. Pedaqoji prosesdə əxlaqın meydana gəlməsi, təşəkkülü haqqında məlumatlar da əhəmiyyətli yer tutur.
Pedaqogikanın həmçinin ədəbiyyat, incəsənət, tarix, erqonomika, məntiq, gigiyena və daha bir çox digər elmlərlə də qarşılıqlı əlaqəsi vardır. Pedaqogika nəinki başqa elmlərin nailiyyətlərinə, həm də bütün digər elmlərə, onların inkişafına təkan verir. Pedaqogikanın digər elmlərlə qarşılıqlı əlaqəsi sayəsində tamam yeni elm sahələri də yaranır.
Pedaqogika elminin digər elmlərlə təmasda inkişafı o demək deyildir ki, guya pedaqoji bilikləri başqa elm sahələrində axtarmaq lazımdır, hansı ki, vaxtı ilə K.D.Uşinskinin “Antropologiya” əsərində belə meyil qabarıq şəkildə ifadə edilmişdir.
- pedaqogika başqa elmlərin əsas ideyalarından, nəzəri müddəalarından və ümumiləşdirilmiş nəticələrindən istifadə edir;
- pedaqogika başqa elmlərin tədqiqat metodlarından istifadə edir;
- fəlsəfə, psixologiya, ali sinir fəaliyyətinin fiziologiyası, sosiologiya və başqa elmlərin apardığı tədqiqatların konkret nəticələri pedaqogikada tətbiq olunur;
- pedaqogika insanı öyrənən kompleks tədqiqatlarda iştirak edir .
1.7. Pedaqogikanın sahələri
(və ya pedaqogikada diferensiya prosesləri)
Vaxtilə fəlsəfənin və sosiologiyanın tərkibində olan, bir müddətdən sonra ondan ayrılan və getdikcə müstəqil elmə çevrilən pedaqogika inkişaf edərək bir çox şaxələrə ayrılmaqdadır. Pedaqogikanın öyrəndiyi predmet o qədər mürəkkəbdir ki, ayrıca, hətta ən geniş elm onun mahiyyətini, əlaqələrini və ifadə vasitələrini əhatə edə bilməz. Pedaqogika uzun inkişaf yolu keçərək çoxlu nəzəri və təcrübi informasiya toplamış və hazırda şaxələnmiş elmi biliklər sisteminə çevrilmişdir, başqa sözlə, müasir pedaqogika təhsil, təlim, tərbiyə haqqında elmlər sisteminə çevrilmişdir. Pedaqoji elmin sahələri arasında ardıcıl, sıx əlaqə vardır. Onların hamısı insanı öyrənir, onun təhsil-tərbiyə problemlərini tədqiq edir, praktika üçün tövsiyələr işləyib hazırlayır. “Pedaqogika elminin arxitekturasının özünəməxsusluğu, təkrarolunmazlığı məhz təbiətin ən ali varlığı olan insanın özünün dünyaya gəlməsi ilə və ya sosiallaşması prosesində düçar olduğu qeyri-normal hadisələrlə şərtlənir” .
Pedaqoji elm sahələrinin müxtəlifliyi insanların əqli, görmə, eşitmə, nitq və s. imkanlarının müxtəlifliyi ilə də bağlıdır.
Pedaqoji elmlər sisteminə aşağıdakılar daxildir:
Məktəbəqədər pedaqogika məktəb yaşına çatmamış uşaqların tərbiyə və təlim məsələlərini öyrənir. Ümumtəhsil məktəbinin pedaqogikası digər pedaqoji elm sahələri üçün elmi bazadır, o məhz ümumi pedaqogikadır (ümumtəhsil məktəbi bütün dünyada kütləvi məktəbdir, o, təhsil sisteminin əsasını təşkil etdiyindən həmin sistemin həlqələri – ilk peşə təhsili, subbakalavr təhsili, ali təhsil onun üzərində qurulur). Xüsusi pedaqogika (defektologiya) fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların (həm də yaşlıların) inkişafının psixofizioloji xüsusiyyətlərini, onların təlim-tərbiyəsinin nəzəri əsaslarını, prinsiplərini, üsullarını, təşkili formalarını və vasitələrini işləyib hazırlayır. Xüsusi pedaqogikanın da sahələri vardır: surdopedaqogika – lal və karların, tiflopedaqogika – kor və zəif görənlərin, oliqofrenopedaqogika – ağıldan kəmlərin, loqopediya – nitqi qüsurlu olanların təhsili və tərbiyəsi məsələlərini öyrənir. Fənlərin tədrisi metodikası təlim qanunauyğunluqlarının ayrı-ayrı fənlərin tədrisinə tətbiq edilməsi xüsusiyyətlərini tədqiq edir, onun optimal metodlarını və vasitələrini öyrənir. Peşə metodikası konkret peşə fəaliyyətinin qanunauyğunluqlarını öyrənir, nəzəri ümumiləşdirmələr aparır, insanın təhsilinin prinsiplərini və texnologiyasını işləyib hazırlayır. Tədqiqatçılar peşə sahəsindən asılı olaraq istehsalat, hərbi və tibbi pedaqogikanı fərqləndirirlər. Ali məktəb pedaqogikası ali təhsil müəssisələrində ali təhsil prosesinin spesifik xüsusiyyətlərini öyrənir. Sosial pedaqogika insanların bütün yaş qrupları və sosial kateqoriyalarının xüsusi yaradılmış təşkilatlarda sosial tərbiyəsi məsələlərini öyrənir. Pedaqogika tarixi müxtəlif dövrlərdə pedaqoji nəzəriyyələrin və məktəb tarixinin inkişaf qanunauyğunluqlarını öyrənir. Pedaqogika tarixini öyrənmədən bəşəriyyətin təhsil-tərbiyə tarixini izləmək, onu təhlil etmək, tarixi-pedaqoji irsin inkişafındakı müsbət və mənfi meyilləri üzə çıxarmaq mümkün deyildir. Müqayisəli pedaqogika təhsil və tərbiyə sistemlərinin fəaliyyətinin və inkişafının qanunauyğunluqlarını müxtəlif ölkələrlə müqayisəli şəkildə öyrənir. Ailə pedaqogikası ailədə uşaqların tərbiyəsinin düzgün təşkili, ailədə düzgün münasibətlərin yaradılması, ailə ilə məktəb və digər tərbiyə müəssisələri arasında səmərəli əlaqə yaradılması, cəmiyyətlə ailənin tərbiyəvi təsirlərinin əlaqələndirməsi, bunların insanların həyata hazırlanması işinə təsiri və digər ailə, övlad problemlərini araşdırır. Hərbi pedaqogika hərbi məktəblərdə, ali hərbi məktəblərdə, hərbi akademiyalarda, adi ali təhsil müəssisələrinin hərbi kafedralarında, hərbi hissələrdə, orta məktəblərdə, orta ixtisas məktəblərində gənclərin hərbi hazırlığı, hərbi təlimi, tərbiyə və təhsilini tədqiq edir. Xalq pedaqogikası xalqın əsrlər boyu topladığı təcrübə əsasında yaranmış müdrik fikirlərdir ki, bu fikirlər insanların təlim və tərbiyəsi, davranışı, insanlara, ətraf aləmə düzgün münasibəti üçün xalq tərəfindən qəbul edilmiş əxlaqi, etik, estetik normalardır. Xalqın müdrik fikirləri folklor nümunələrində, xalqın adət və ənənələrində öz əksini tapmışdır. Korreksiyaedici pedaqogika sosial-psixoloji cəhətdən qüsurlu uşaqların diaqnostikası, profilaktikası və bərpası üzrə aparılan pedaqoji, psixoloji, metodoki işlərin məcmusunu özündə birləşdirir və buna uyğun həmin uşaqların təlıim və tərbiyəsini təşkil edir. İstehsalat pedaqogikası müxtəlif istehsalat müəssisələrində, idarə və təşkilatlarda aparılan tərbiyə işləri, texniki inkişafla bağlı yeni əmək və təlim bilik, bacarıq və vərdişlərinin formalaşdırılması və digər pedaqoji problemləri araşdırır. Gender pedaqogikası son dövrlərdə pedaqogikamıza daxil olmuşdur. Gender ingilis dilində “Genius” sözündən olub “cins” deməkdir. Gender kişi ilə qadın arasındakı fərqlərin bioloji deyil, sosial tərəflərini, fərqlərini öyrənir. Bu fərqlər kişi və qadının cəmiyyətdə fəaliyyətində, davranışında, mental və emosional xüsusiyyətlərində özünü büruzə verir. Gender pedaqogikası kişi və qadın arasında sosial bərabərliyin pedaqoji, psixoloji, əxlaqi, mənəvi problemlərini işləyib tədqiq edir. Gender pedaqogikası təlim və tərbiyə prosesində oğlan və qızların gender sosiallaşması xüsusiyyətlərini öyrənir. Pedaqoji prosesdə gender münasibətlərinin nəzərə alınması təlim və tərbiyənin keyfiyyətinin yüksəldilməsində və səmərəli təşkilində mühüm amildir. Yaş pedaqogikası isə müxtəlif yaş dövrlərində təlim və tərbiyə məslələrini öyrənir və ona müvafiq olaraq pedaqoji prosesi qurur.
Yaşlıların pedaqogikası – pedaqoji elmin bir sahəsi olub yaşlı insanların təlimi, tərbiyəsi, təhsili və özünütəhsilinin pedaqoji cəhətdən məqsədyönlü, planlı, sistemli şəkildə müxtəlif formalarda təşkilidir. Buna androqoqika da deyilir.
Tibbi pedaqogika. Pedaqogikanın bu sahəsi tibbin hüdudunda təşəkkül taparaq formalaşır. Uşaq və yeniyetmələr arasında хəstəlik hallarının olması bu istiqamətdə səhiyyənin məqsədyönlü fəaliyyət göstərməsini tələb etdiyi kimi, belə uşaqların təhsilinin də təşkilini zərurətə çevirir. Beləliklə, qoruyucu təhsil-tərbiyə konstruksiyalarının işlənib hazırlanması təхirəsalınmaz vəzifə kimi qarşıda durur. Tibbi pedaqogikanın predmetini хəstə və halsız şagirdlərlə müəllimlərin təlim-tərbiyə fəaliyyətinin sistemi təşkil edir. Deməli, müalicə və təhsilin səmərəli şəkildə uzlaşdırılması tələbatı öz-özlüyündə meydana çıхır və beləliklə, tibbi-pedaqoji elmin inteqrasiyası baş verir. Tibbi pedaqogikanın faydalılığını artırmaq üçün alimlərin və praktik işçilərin ikili təhsilə (tibbi və pedaqoji) yiyələnmələri məqsədəuyğundur.
İslah-əmək pedaqogikası (və ya “Pentensiar pedaqogika”) islah əmək kolonoyalarında həbs olunmuş şəxslərin yenidən tərbiyə olunması üçün pedaqoji yanaşmaların nəzəri və praktik əsaslarını öyrənir, burada onların təhsilinin və tərbiyəsinin təşkili məslələrini araşdırır.İslah-əmək pedaqogikası hüquq elmləri ilə daha sıx bağlıdır.
Pedaqoji ədəbiyyatda daha fərqli pedaqogika sahələrinə də rast gəlmək olur.
Humanistlik pedaqogikası 1950-ci illərin sonu 1960-cı illərin əvvəllərində ABŞ-da yaranmışdır. Humanistlik pedaqogikası əvvəlcə humanistlik ideyalarının ifadəsi kimi meydana gəlmiş və müasir tərbiyə metodlarının nəzəri və praktik istiqamətlərini özündə əks etdirmişdir. Qərbdə onun ən fəal nümayəndələri kimi K.Rodjere, R.Bart, Ç.Ratboun və başqalarını göstərmək olar. Humanistlik pedaqogikasının əsas qayəsi təhsilə, şəxsiyyətə qayğılı münasibət, təhsildə və təlimdə avtoritarizmi dəf etmək, şagirdlərin bilikləri, bacarıq və vərdişləri mənimsəmə prosesinə emosional rəng qatmaqdır. Humanistlik pedaqogikasında təmənnasız yardım etmə, pay vermə, bağışlama, həvəsləndirmə və rəğbətləndirmə kimi formalara üstünlük verilir. Humanistlik pedaqogikası qabiliyyətli, istedadlı, talantlı uşaqların üzə çıxarılması, inkişaf etdirilməsi, formalaşdırılması ilə məşğul olmaqla yanaşı, sahibsiz, kimsəsiz və şikəst uşaqlara da yardım edilməsini həyata keçirdiyi işlərin ən mühüm tərkib hissələrindən biri hesab edir. Antropedaqogika insanın bütün həyatı boyu təhsil, tərbiyə və inkişafı prosesi ilə bağlı yaranmışdır.İnsanın fasiləsiz tənsil alması problemlərini öyrənir. Bərpa pedaqogikası uşaqların intellektual fəaliyyətinə mane olan amillərin aradan qaldırılmasını öyrənir. Elmi-texniki tərəqqi dövründə informasiya axınının idarə olunması və yetişən nəslin nümayəndələrinin informasiya aləminə daxil edilməsi məqsədilə yaradılan pedaqogikaya informatika-kibernetika pedaqogikası deyilir. Qızların mənəvi-əxlaqi normalarının saflaşdırılmasına xidmət edən pedaqogika feminist pedaqogika, oğlanların əxlaqi-mənəvi normalarının saflaşdırılmasına yönələn pedaqogika centlmen pedaqogikası adlanır.
Pedaqogikanın göstərilən sahələri də öz növbəsində inkişaf edərək şaxələnir, inkişaf edir və daha yeni pedaqogikalar meydana gəlir.
Suallar və tapşırıqlar
- Elm sisteminin başlıca elementləri ilə bağlı şərh verin.
- Pedaqogikanın elmlər sırasına qatılmasını şərtləndirən əsas arqumentlər hansılardır?
- Pedaqogikanın əsas funksiyaları hansılardır? Nəzəri və texnoloji
- “Pedaqogikanın obyekti” və “Pedaqogikanın predmeti” anlayışlarını səciyyələndirin.
- Pedaqogikanın əsas anlayışları ilə bağlı fikirlərinizi açıqlayın.
- “Təhsil” anlayışının əsas xüsusiyyətləri hansılardır?
- “Təlim” və “təhsil” anlayışlarını qarşılıqlı şəkildə səciyyələndirin.
- Pedaqoji cərəyanlardan hər hansı ikisinin müqayisəli təhlilini verin.
- “Konstruktivizm” cərəyanının əsas xüsusiyyətləri barədə danışın.
11. Pedaqogika ilə psixologiyanın əlaqəsinə şərh verin.
12. Pedaqogikada diferensiya proseslərinin səbəblərini göstərin.
13. Xüsusi pedaqogika nəyi öyrənir?
Xalq pedaqogikasında tərbiyə məsələləri;
Müqayisli pedaqogikanın mahiyyəti və məqsədi;
Ailə pedaqogikasında valideyn-övlad münasibətləri.
Comments are closed, but trackbacks and pingbacks are open.