Press "Enter" to skip to content

Məktəbəhazırlıq qruplarında işin təşkili – CƏDVƏL

DİM-də işçi qruplarının iclasları keçirilib

Məktəbəqədər təhsil illik

2021-08-12 12:15:00

9 illik təhsil bazasından kolleclərə qəbul ŞƏRTLƏRİ-DİQQƏT

Bütün qruplar üzrə qəbul imtahanlarının nəticələri elan olunub. DİM tərəfindən ilk olaraq ali təhsil müəssisələrinə, daha sonra isə kolleclərə ixtisas seçiminin aparılması planlaşdırılır. Bu mövzu ilə bağlı abituriyentləri maraqlandıran suallardan biri də 9 illik bazadan kolleclərə qəbulun hansı şərtlərə əsasən aparılmasıdır. AzEdu.az bu suallarada cavab olaraq Dövlət İmtahan Mərkəzinin qəbul şərtləri ilə bağlı məlumatını təqdim edir. 9 illik bazada kolleclərin ixtisas seçiminә ümumi balı 50-dәn, Azәrbaycan dili vә ya rus dili fәnni üzrә balı 20-dәn vә riyaziyyat fәnni üzrә balı 10-dan az olmayan abituriyentlәr buraxılırlar. Xüsusi qabiliyyәt tәlәb edәn ixtisasların müsabiqәsinә ümumi balı 50-dәn az olmayan (fәnlәr üzrә bal mәhdudiyyәti qoyulmur) vә müvafiq komissiya tәrәfindәn keçirilәn qabiliyyәt imtahanlarından “mәqbul” alan abituriyentlәr buraxılırlar. Eyni zamanda “Xoreoqrafiya sәnәti” vә “Rәqs müәllimliyi” ixtisaslarının müsabiqәsindә isә ümumi balı 30-dan (fәnlәr üzrә bal mәhdudiyyәti tәtbiq edilmir) az olmayan abituriyentlәr iştirak edә bilәrlәr. Qeyd edək ki, ixtisas seçimlərinə avqustun sonlarından etibarən start veriləcək.

Ayşən Mustafa

Bu bölməyə aid digər xəbərlər

DİM-də işçi qruplarının iclasları keçirilib

2023-03-17 16:29:00

“Abituriyentlərə ixtisas seçən ekspertlər peyda olub” – DİM sədri

2023-03-17 12:36:00

İmtahanlarda zəif nəticə göstərənlər aşağı qiymətlərlə oxuyanlardır

2023-03-17 12:22:00

Riyaziyyat fənninə aid yazılı cavablar araşdırılacaq – DİM

2023-03-17 11:51:53

İmtahanın çətinliyi ilə bağlı iddialar əsassızdır – DİM sədri

2023-03-17 11:39:00

Sənəd verə bilməyənlərə yenidən imkan yaradılacaq – Abituriyentlərə ŞAD XƏBƏR

2023-03-17 11:37:00

İmtahanda qayda pozanlar özləri məsuliyyət daşıyacaq – XƏBƏRDARLIQ

2023-03-17 11:21:52

Məleykə Abbaszadə: Bu il abituriyentlərin sayı artıb – STATİSTİKA

2023-03-17 11:06:33

Şagirdlərin imtahanla bağlı narazılığı əsassızdır – DİM

2023-03-17 10:08:00

DİM TKT imtahanına qeydiyyat elan edir

Məktəbəhazırlıq qruplarında işin təşkili – CƏDVƏL

Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

“Məktəbəhazırlığın təşkili Qaydaları” 8 yanvar 2010-cu ildən qüvvəyə minmişdir.Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanıb və məktəbəhazırlığın təşkili məsələlərini tənzimləyir.

Beş yaşlı uşaqlar üçün məktəbəhazırlıq zəruridir (“Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən 2020-ci ilədək mərhələli şəkildə 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə cəlb edilməsi 90 faizə çatdırılmalıdır).

16 iyun 2017-ci ildə Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir.

Beşyaşlıların məktəbə hazırlığı “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu) (3-6 yaş)” əsasında həyata keçirilir. (Sənəd təhsil nazirinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq edilib.) 2017-ci ildə Məktəbəqədər Təhsil Kurikulumunun təkmilləşdirilmiş variantı Təhsil Nazirliyinə təqdim 3 Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası edilmişdir.

Beşyaşlıların məktəbəhazırlığı məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçalarında), məktəblərdə, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər.

Məktəbəhazırlığın məqsəd və vəzifələri

Məktəbəhazırlığın əsas məqsədibeşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.

Məktəbə hazırlığın vəzifələri:

– uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi,

– uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

Fiziki hazırlıq:

– uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi (yəni bədən hissələrinin öz funksiyasını yerinə yetirmək qabiliyyəti);

– hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın (xırda motorika əllər və barmaqların dəqiq və xırda hərəkətlər toplusudur; sinir, əzələ, dayaq-hərəkət və görmə sistemlərinin birgə fəaliyyəti nəticəsində yaranır) koordinasiyasının inkişafı;

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

İyulun 18-i saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilir. Proses sentyabrın 14-dək davam edəcək.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, uşaqların qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçiriləcək. Belə ki, valideynlər sistem üzərində qeyd edilən tarix və saatdan etibarən elektron kabinet yaratmaq imkanı əldə edəcəklər.

İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), iyulun 26-dan Bakı şəhəri, avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.

Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Qeyd edək ki, elektron qəbul sistemi 15-21 sentyabrda qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.