Məktəbəqədər və ibtidai təhsil jurnalı
Azərbaycandakı bəzi nazirliklərin və komitələrin sahə mətbuat orqanları oxuculara yaxşı tanış olsa da, bunu dövlət orqanlarının hamısına şamil etmək mümkün deyil. Buna görə də qərara aldıq ki, dövlət qurumlarının mətbu nəşrlərini sizə tanıdaq. Bu işdə Modern.az-a dövlət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri kömək etdilər.
“Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasında dəyirmi-masa keçirilib
Dəyirmi-masada öncə jurnalın baş redaktor əvəzi Böyükağa Mikayıllı son illər jurnalın məzmun və formatındakı yeniliklərdən, jurnalın beynəlxalq indekslənməsi, xüsusi buraxılışların hazırlanması, saytın yaradılması və nəşrin fəaliyyəti ilə bağlı digər məsələlərdən bəhs edib.
Bildirib ki, məktəbəqədər təhsil sahəsində tədqiqat aparan mütəxəssislərlə yanaşı, tərbiyəçi-müəllimlərin, bağça müdirlərinin də öz iş təcrübələri ilə bağlı elmi-metodik yazılarla jurnalda çıxış etmələri çox yaxşı olardı. O, qeyd edib ki, belə yazılarla çıxış edənlər var, amma azdır. Təcrübənin yayılması üçün onun geniş auditoriyaya çatdırılması vacibdir. B.Mikayıllı onu da diqqətə çatdırıb ki, son illər Elm və Təhsil Nazirliyi sistemində müxtəlif layihələr həyata keçirilir. “Məktəbəqədər və ibtidai təhsil” jurnalı Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrin elmi-metodik əsaslandırılmasına həsr olunmuş xüsusi buraxılışlar çap etməyi nəzərdə tutur. O, buna nümunə olaraq 2022-ci ilin aprelində “Sağlam təhsil, sağlam millət” xüsusi buraxılışının çap olunduğunu dəyirmi-masa iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı vurğulayıb ki, jurnalın redaksiyası ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2022-ci ildə 140 illiyi qeyd olunan İrəvan Müəllimlər Seminariyasına da “İrəvan Müəllimlər Seminariyası” adlı xüsusi buraxılış həsr edib. B.Mikayıllı qeyd edib ki, məktəbəqədər təhsil sahəsi üzrə mütəxəssislərin bu kimi görüşlərinin təşkil olunması bu sahədə çalışanlar üçün praktik və nəzəri problemləri müzakirə etmək, təcrübə mübadiləsindən bəhrələnmək üçün faydalı olmaqla bərabər, jurnala aktual mövzulu məqalələrin cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu gün dövrün tələb etdiyi aktual tədqiqat işlərinə ciddi ehtiyac duyulur.
Dəyirmi-masa məktəbəqədər təhsil sahəsi üzrə mütəxəssislərin maraqlı, aktual təqdimatları, eləcə də təqdimatlar ətrafında müzakirələrlə zəngin keçib. Öncə Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Laləzar Cəfərova məktəbəqədər təhsil sahəsində həyata keçirilən işlərin elmi-nəzəri təhlilini verib. O, məktəbəqədər təhsil müəssisələrinin bu ildən etibarən Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməsinin bu sahəsinin inkişafı üçün əsas olacağını vurğulayıb. ARTİ-nin əməkdaşı Fərqanə Seyidlinin “Məktəbəqədər təhsildə uşaq mərkəzli təhsil”, Kəlbəcər rayon 6 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Mənzər Mustafayeva və Vüsalə Abbasovanın “Məktəbəqədər təhsildə oyun fəaliyyətinin təşkili üçün vəsaitlər” mövzusunda təqdimatı maraqlı nüanslarla dəyirmi-masa iştirakçılarının diqqətini cəlb edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Musayeva, “Cahan” körpələr evi-uşaq bağçasının metodisti Səbinə Rəhimova, Zülfiyyə Lazımlı, ARTİ-nin şöbə müdiri İlahə Tağıyeva, Sumqayıt şəhər 60 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Leyla Bayramova, Sumqayıt şəhər 39 saylı körpələr evi-uşaq bağçasının müdiri Esmira Musayeva, 34 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Gülbəniz Əfəndiyeva, 49 saylı körpələr evi-uşaq bağçasının metodisti Gülşən Cabbarova, Abseron rayon Xırdalan şəhər 24 saylı korpələr evi-usaq bağçasının müdiri Leyla Bayramova, Gəncə şəhər 3 nömrəli korpələr evi-usaq bağçasının tərbiyəçi-müəllimi Nailə Abdullayeva və başqaları təqdimatlara münasibət bildirdilər, maraqlı mülahizələr, təkliflər irəli sürdülər.
Qeyd etdilər ki, alimlərlə praktik məktəbəqədər təhsil işçilərinin elmi-metodik nəşr ətrafında bir araya gəlməsi yeniliklərin öyrənilməsi baxımından əhəmiyyətlidir və belə görüşlərin davamlı olaraq keçirilməsinə ehtiyac var.
Like this:
Like Loading.
Related
- ← Paytaxt məktəblərində OCEP çərçivəsində tədbirlər keçirilib
- ADU-da “Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə Günü keçirilib →
Ən çox oxunanlar
- 281 nömrəli tam orta məkt. Suraxanı rayon Vaqif Mirzəliyev adına 281 nömrəli tam.
- Ekspert Nadir İsrafilovda. Təhsil üzrə tanınmış ekspert Nadir İsrafilov son günlə.
- 323 nömrəli tam orta məkt. Yeni Qala qəsəbəsində yerləşən Xəzər rayonu, 323 nömrəl.
- BDU-da “Kağız qəbir” film. Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 2.
- 335 abituriyent elektron. İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabi.
- 192 tələbə kollec, 960 tə. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhs.
- ADNSU-da millət vəkili El. Fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Univers.
- 278 saylı orta məktəbdə k. mektebgushesi.az xalqxeber.az-a istinadən verdiyi məlum.
- Vakant direktor vəzifələr. Dövlət ümumi təhsil müəssisələrində vakant direktor və.
- Bu gün Beynəlxalq Təhsil. UNESCO-nun baş direktoru Odri Azule 24 yanvar – Beynəl.
- ADPU-da Xocalı soyqırımın. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU.
- 34041 abituriyent II və I. Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2017/2018-ci.
- Kamran Əsədov: Müəllimlər. Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli v.
- 220 nömrəli məktəb-liseyd. “Dolu” filminin məşhu aktyoru “Drakon” obrazını.
- 298 nömrəli məktəbdə Əlia. Paytaxtdakı 298 nömrəli tam orta məktəbdə Əliabbas Müzn.
- “Gender bərabərliyi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Q.
- 230 nömrəli məktəbdən vıı. Bakıdakı 230 nömrəli tam orta məktəbin 8-ci sinif şagi.
- Bakı Ali Neft Məktəbində. Bakı Ali Neft Məktəbində (BANM) məşhur şotland.
- “Macara” barədə iddialar. Bu günlərdə “Rövnəq Abdullayev və Mikayıl İsm.
- SDU-da Elektron İdarəetmə. Sumqayıt Dövlət Universitetində ali təhsil ocağının pro.
- 321 nömrəli məktəbdə şagi. 321 nömrəli tam orta məktəbdə şagirdin müəllimi tərəfi.
- 2068-ci ildə asteroid Yer. 2068-ci ildə “Apofis” asteroidi Yerlə toqquşacaq. M.
- 1941-1945-ci illər Böyük. 1941 – 1945 – ci illər Böyük Vətən müharibəsində qazanı.
- Rövşən Ağayev:- “280. “İl ərzində 2 dəfə tələbə olmaq istəyənlərə şans tanıma.
- Uşaqlara işgəncə verilən. Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı idd.
Arxiv
VOEN 1303384232
12.08.2013 – cu ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Mətbu nəşrləri reystrinə daxil edilmə nömrəsi: N3782
Məktəb guşəsi saytı 2016 – cı ildən fəaliyyət göstərir.
Bütün hüquqlar qorunur ©
Əlaqə
- Bakı şəhəri, H. Əliyev küç ev 92a mən 31
- [email protected]
- +994 070 320 38 51
- +994 55 774 84 44
Məktəbəqədər və ibtidai təhsil jurnalı
Azərbaycandakı bəzi nazirliklərin və komitələrin sahə mətbuat orqanları oxuculara yaxşı tanış olsa da, bunu dövlət orqanlarının hamısına şamil etmək mümkün deyil. Buna görə də qərara aldıq ki, dövlət qurumlarının mətbu nəşrlərini sizə tanıdaq. Bu işdə Modern.az-a dövlət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri kömək etdilər.
Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Cavadlı bildirib ki, nazirliyin 1 qəzeti, 5 jurnalı və iki məcmuəsi çap olunur: “Bunlar “Azərbaycan müəllimi” qəzeti, “Kurikilum”, “Təhsil”, “Azərbaycan məktəbi”, “Azərbaycan dili və ədəbiyyatı”, “Sənətkar” jurnalları, “Fizika, riyaziyyat və informatika” məcmuəsi, “Məktəbəqədər və ibtidai təhsil” məcmuəsidir”.
Onun sözlərinə görə, “Azərbaycan müəllimi” qəzeti həftədə bir dəfə nəşr olunur, abunə yolu ilə satılır: ““Azərbaycan dili və ədəbiyyatı” jurnalı isə ildə 4 dəfə nəşr olunur, həm abunə yolu, həm də “Qasid” firmasının xəttilə qismən Bakıda yayılır. Qiyməti 2 manatdır. “Azərbaycan məktəbi” jurnalı ildə 6 dəfə, “Kurikilum” və “Təhsil” jurnalları ayda bir dəfə, “Sənətkar” jurnalı ildə 4 dəfə, “Fizika, riyaziyyat və informatika”, eyni zamanda “Məktəbəqədər və ibtidai təhsil” məcmuələri ildə 4 dəfə nəşr olunur, abunə yolu ilə satılır, azad satışları yoxdur”.
Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən verilən məlumata görə, nazirliyin “Vergilər” adlı həftəlik qəzeti və “Azərbaycan vergi xəbərləri” adlı aylıq dərc olunan elmi jurnalı var. Hər iki mətbu nəşr həm abunə yolu ilə yayılır, həm də köşklərdə satılır. “Vergilər” qəzetinin qiyməti 30 qəpik, “Azərbaycan vergi xəbərləri” elmi jurnalının isə qiyməti 6 manatdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova bildirib ki, nazirliyin yalnız “Tibb qəzeti” nəşr olunur və rəsmi saytı da fəaliyyət göstərir. Ayda 3 dəfə dərc olunan qəzet həm abunə yolu ilə yayılır, eyni zamanda onu köşklərdən də almaq olar. S.Məmmədova onu da qeyd edib ki, jurnalda dərc olunan bəzi məqalələr çox zaman saytda da yayımlanır. Qəzetin qiyməti 50 qəpikdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə bu qurumun ayrıca mətbu nəşrinin olmadığını deyib. Onun sözlərinə görə, “Abituriyent” redaksiyası var ki, orada müxtəlif səpkili vəsaitlər, o cümlədən jurnallar, elektron disklər, test kitabçaları, dərs vəsaitlər və s. çap olunur”.
Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev qeyd edib ki, “Maliyyə və uçot” jurnalı dərc olunur. Ayda bir dəfə nəşr olunan jurnal həm abunə yolu ilə paylanılır, həm də köşklərdə satılır. Bir aylıq qiyməti 10 manatdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov “aparıcı mətbu nəşrimiz “Mədəniyyət” qəzetidir deyib: “Həftədə 2 dəfə nəşr olunur. Respublika üzrə abunə yolu ilə paylanılır, eyni zamanda köşklərdən də qəzeti almaq mümkündür. Daha sonra “Mədəni maarif”, “Azərbaycan revyu” və “Pəncərə-mədəniyyətə baxış” jurnalları da işıq üzü görür. Jurnallar ildə 4 dəfə nəşr olunur, qiymətləri isə 1-2 manatdır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirliyin məlumatları yalnız internet saytları vasitəsilə yayılır. Heç bir qəzet və jurnalları yoxdur. “Sadəcə ayrı-ayrı departamentlərin buraxdığı bülletenlər var”.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib ki, nazirliyin özünün konkret mətbu nəşri yoxdur, amma qurumlarının var: “İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun “İqtisadi inkişaf” jurnalı nəşr olunur. Burada elmi məqalələr dərc olunur. Jurnal institutun əməkdaşlıq etdiyi elmi təşkilatlarda paylanılır. Rübdə bir dəfə nəşr olunur”.
Daxili İşlər Nazirliyinin Analitik informasiya şöbəsinin rəisi Orxan Mansurzadə nazirliyin “Mübariz keşikdə” qəzetinin, Daxili Qoşunların “Əsgər” qəzetinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin isə “Polis” qəzetinin çap olunduğunu söyləyib. Onun sözlərinə görə, hər üç nəşr həftəlikdir, həm abunə yolu ilə satılır, həm də satışa çıxır. Qiymətləri isə 20-30 qəpikdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, qurumun rüblük “Ölkəm” jurnalı və komitə ilə əməkdaşlıq edən Ümumrusiya Azərbaycanlıları Konqresinin “Azerbaydjanskiy konqress” adlı həftəlik qəzeti dərc olunur. “Qəzet Moskvada nəşr olunur. Jurnal isə müxtəlif diaspor təşkilatlarına göndərilir və satışda yoxdur. Bundan əlavə, mütəmadi olaraq diasporun fəaliyyəti ilə əlaqədar kitablar çap olunur, sənədli filmlər çəkilir”.
Sırada digər dövlət qurumlarının mətbu nəşrləri barədə xəbərlər olacaq.
Məktəbəqədər və ibtidai təhsil jurnalı
“Məktəbəqədər və ibtidai təhsil” yeni formatda oxucuları ilə görüşə gəlir
“Məktəbəqədər və ibtidai təhsil” yeni formatda oxucuları ilə görüşə gəlir. Jurnalın məsul katibi Böyükağa Mikayıllı Mövqe.az-a bildirib ki, elmi-pedaqoji prosesin səmərəliliyini yüksəltmək məqsədi ilə ayrı-ayrı fənlər üzrə yeni məcmuələrin yaranmasına hər zaman ciddi ehtiyac olmuşdur. 1970-ci ilə qədər məktəbəqədər və ibtidai təhsilin elmi-nəzəri, metodiki problemləri ilə bağlı yazılar, əsasən, “Azərbaycan məktəbi” jurnalında, eləcə də metodik vəsaitlərdə, pedaqoji qəzetlərdə çap olunurdu. Bu sahədə elmi-metodiki məqalələrin müvafiq jurnalda nəşrinə ehtiyac var idi. Ona görə də Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə 1970-ci ilin fevral ayında “Azərbaycan məktəbi” jurnalına əlavə olaraq, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalı çap olunmağa başladı. 6 çap vərəqi həcmində ildə 6 dəfə nəşr edilən bu məc¬muənin ilk baş redaktoru pedaqogika elmləri doktoru, professor Yəhya Kərimov oldu. Jurnal yarandığı dövrdə məktəbəqədər təhsil işçilərinin və ibtidai sinif müəllimlərinin metodiki dəstəyə ehtiyaclarını nəzərə alaraq ildə 25-28 min tirajla çap edilərək respublikanın bütün müvafiq təlim-tərbiyə müəssisələrinə göndərilirdi. Jurnalın səhifələrində görkəmli maarifpərvərlər, elm xadimləri Nəsirəddin Tusi, Mahmud Kaşğari, Tağı Şahbazi Simurq, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Hüseyn Cavid, Süleyman Sani Axundov, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mir Cəlal, Mehdi Mehdizadə və başqaları haqqında verilmiş yazılar müəllim və tərbiyəçi-lərimizi təhsilimizin, məktəbimizin, elmimizin, incəsənətimizin görkəmli şəxsiyyətləri, onların ideya və fikirləri ilə tanış edir. Jurnal 50 illik fəaliyyəti dövründə məktəbəqədər və ibtidai təhsil sahəsində aktual problemləri, görkəmli alimlərin, metodistlərin, müəllimlərin və tərbiyəçilərin elmi-nəzəri, metodiki məqalələrini, müasir xarici təcrübəni dərc etməklə bu sahə üzrə mütəxəssislərin ən yaxın metodik köməkçisinə çevrilib. Jurnal 2009-cu ildən “Məktəbəqədər və ibtidai təhsil” adlandırılıb.
Comments are closed, but trackbacks and pingbacks are open.