Yaşa uyğun normal təzyiq neçə olmalıdır? Uşaqlar və böyüklər üçün CƏDVƏL
Həmyaşıdları ilə tez-tez aralarında problem vəziyyətləri ilə əlaqədar müzakirə edərlər. Yeni fikir və tutumların dəstəklənməsi və təsdiqlənməsi üçün qrupa böyük bir bağlılıq meydana gələr. Qrup təzyiqinə uyma 10-11 yaşlarında daha üst nöqtəyə çatır və bu hal qızlarda daha çoxdur.
10 yaşlı uşaqlar necə olurlar?
Day.Az представляет новость на азербайджанском языке.
İlk uşaqlıq illəri 5 yaşında, orta uşaqlıq illəri isə 10 yaşında bitər.
Bunun üçün uşağınızın davranışları, daha üst səthdə olmaqla birlikdə, 5 yaşında göstərdiyi xüsusiyyətləri də təkrarlayar. İçində olduğu vaxtı və yeri yaşayan xüsusiyyətləri vardır. Fiziki inkişaf əvvəlki yaşlara görə daha yavaş gedir. Dəyişmələr yavaş olduğu üçün də uşaq hərəkət bacarıqlarını daha yaxşı şəkildə istifadə etməyi və nəzarət etməyi öyrənər.
Oğlan uşaqları idmandan xoşlanar, yaxşı bir şagird və yaxşı bir yoldaş olarlar. Xüsusilə, ana və atalarının sözlərinə qulaq asarlar. Ancaq qız uşaqları üçün bu ərəfə bir qədər çətindir. Oğlan uşaqlarına nisbətən daha əsəbi və nadinc olurlar. Uşaqlar ailələri ilə olduğu müddətdə xoşbəxt, ayrı olduqları zaman sanki, vasvası olurlar.
İnkişaf prosesi. 10 yaşlı uşaqlarda dil qabiliyyətində diqqətə çarpan dəyişmə olmamaqla bərabər, inkişaf etmiş bir tələffüz və daha geniş bir söz dağarcığı vardır. Ana-atalarından daha çox müstəqillik istəməyi və yaşıdları ilə daha çox bir yerdə olmağı davam etdirərlər. Zamanlarının böyük bir hissəsi məktəbdə keçdiyi üçün daha maraqlı, daha ictimai, daha işbirlikçi və daha etibarlı olarlar. Oxuma, yazma, riyaziyyat kimi qabiliyyətləri inkişaf edər.
Həmyaşıdları ilə tez-tez aralarında problem vəziyyətləri ilə əlaqədar müzakirə edərlər. Yeni fikir və tutumların dəstəklənməsi və təsdiqlənməsi üçün qrupa böyük bir bağlılıq meydana gələr. Qrup təzyiqinə uyma 10-11 yaşlarında daha üst nöqtəyə çatır və bu hal qızlarda daha çoxdur.
Bu dövrdə uşaqlarda idrak prosesləri inkişaf etdiyi üçün qorxuları xəyali olanlardan həqiqidir. Oğrular, heyvanlar və ölüm ən məşhur qorxularıdır. Xüsusilə, ölüm və məktəb fobisi bu dövrdə xarakteristikdir.
Bu yaşda qızlar və oğlanlar arasında ictimai fərqlər yaranır. Qruplar qız – oğlan olaraq ayrılır və qarşı cinsə istiqamətli olaraq sataşmalar, lağ etmələr sıx hal alır.
Bütün fiziki və ruhi sistemlərin dinamikası və yetkinliyi baxımından bu yaş uşağı, 9 yaş uşağından daha inkişaf etmiş olur. Maraqları daha müxtəlif olur. 9 yaşında olan gərginlik gedərək, yerini itaətlilik və uyğunluğa verir. 10 yaşlı uşağın ictimai əlaqələrində, müəllimi, yoldaşları və anası ilə qurduğu yaxın əlaqələr ön plana keçir. Bu əlaqələr uşağın digər əlaqələrinə də təsir edir. Evdə ana atasının yaxınında olduğu zaman özünü daha güclü hiss edər.
Bu yaş dövründə uşaqlarda idrak prosesinin inkişafı ilə birlikdə, yumor hissləri də inkişaf edər. Əsassız hadisələr (gözlənilməz, əcaib) uşaqların ən çox güldüyü mövzulardır. Tapmaca öyrənmək, yanıltmacları təkrar etmə də bu dövrdə onların marağı çəkər. Şəkilli hekayələr, kino, televiziya ən böyük əyləncələridir.
Sosial – Duygusal İnkişaf
• Bu yaşda olan uşaqlar böyüklər tərəfindən fərq edilməkdən xoşlanarlar.
• Təriflənmək, güvənilmək və səylərinin təqdir edilməsi onlar üçün əhəmiyyətlidir.
• Yaxşı bir dinləyicidirlər, Eyni zamanda, danışmağı və izah etməyi də sevərlər. Danışarkən
zaman- zaman bir-birlərinə və ya böyüklərə qarşı tənqidi ola bilirlər.
• Tez motivasiya olurlar. Bundan başqa, xəyal qırıqlığına yaşamaqdan qorxarlar.
• Uşaqların müvəffəqiyyətsizliklərini çox tez ifadə etmələri, onlarda mənlik qəbulunu və
özünə inamın inkişafına təsir edər.
• Ətrafındakıların duyğularını anlama və paylaşma bacarığı artar. Şifahi ifadələri (bədən dili, baxış və s.) təqib etməyə başlarlar.
• Bir qrupa aid olma şüuru meydana gələr və aid olduğu qrupda seçilən biri olmaq uşaqlar üçün əhəmiyyətli olar.
• Ədalət duyğusu inkişaf edər. Haqsızlıqdan xoşlanmazlar, hər kəsə bərabər davranılmasını gözləyərlər, cəzanın ədalətli və cinayətə uyğun olmasını istəyərlər.
Təməl qaydalar. Övladınızın sizə kömək etmək və müstəqil olaraq iş görmək üçün göstərdiyi səyi gözdən qaçırmayın. Onu daha çox həvəsləndirin. Onun bu təcrübələrində meydana gələn səhvlərini isə görməyin, ya da tənqid etməyin. Onun daha yaxşı nətivələr göstərməainə yardımçı olun. Uşağınız daha böyük işlər görmək istədikdə, ona “sən hələ balacasan, edə bilməzsən” kimi sözlər işlətməyin. Ona qarşı heç vaxt cəza tətbiq etməyin. Gördüyü işlərər gprə, uşağınızı tərifləyin. Ancaq bu tərifin də səmimi olduğuna inandırın.
Övladınıza dost olun. Valideyn olaraq, uşaqlarınızla dost olmağınız, ana və atalığı bir kənara qoymaq demək deyil. Onlarla dostluq içinde olmağınız vacibdir. Gözü yaşardığı zaman gözünü silən bir əl, yıxıldığı zaman, onu tutub qaldıran bir qol, çətinliyə düşdüyü zaman, dayana biləcəyi bir çiyin və ən önəmlisi, sevgi ilə qucaqlayan bir ürəyə sahib olan ana, ata ola bilmək, bunu övladınıza dost kimi hiss etdirməyiniz onun üçün də önəmlidir.
Həyatı onunla paylaşın. Uşağınız böyüyür və sizin bunu qəbullanmağınız lazımdır. Ona görə də onu həyata daxil etməli həyatı onunla paylaşmalısınız. Ailəvi şəkildə ediləcək bir səyahət, onunla aranızda dostluq yaradar. Uşaqlarınıza daima yeni duyğu və anlayış aşılaya bilərsiniz. Ən azından həftədə bir dəfə də olsa, ailə saatınız olmalıdır. Heç bir bəhanə sizi ailənizlə keçirə biləcəyiniz ailə saatınızdan saxlamamalıdır. Bununla övladınızın inkişaf prosesini daha yaxından izləməyə imkanınız olar. Siz övladınızı nə qədər anlamağa çalışsanız, o da sizə o qədər haqq qazandıracaq. Uşağınıza verəcəyiniz ən dəyərli nəsihət davranışla izah edilən nəsihətdir.
/Modern.az/
Yaşa uyğun normal təzyiq neçə olmalıdır? – Uşaqlar və böyüklər üçün CƏDVƏL
İnsanların səhhətləri barədə ən çox şikayət etdikləri şey qan təzyiqinin yüksək olmasıdır. Qan təzyiqi ən çox orta yaşdan yuxarı adamlara meydana gəlir və orqanizmdə bir çox narahatçılıqlara səbəb olur.
Bu patoloji əlamət insanın əhval ruhiyyəsini, sinir sistemini və uzun müddət davam etdikdə daxili orqanlıarını da sıradan çıxarır. Arterial təzyiqi olan adamların halı gündə bir-neçə dəfə dəyişilir və onlar özlərini pis hiss edirlər.
Sonxeber.az immunitet.az-a istinadən xəbər verir ki, qan təzyiqi dedikdə arterial təzyiq nəzərdə tutulur. Bu qanın arteriya damarlarında işini və hərəkət sxeminin ölçüsüdür. Qan təzyiqiqni artması isə arteriyalara birlikdə kapillyarlarda da dəyişikliklərin baş verməsinə səbəb ola bilir.
Qan təzyiqinin yüksəlməsi ilk növbədə ürək əzələsinin sıxılmasından və qanın oraya 1 dəqiqədə axınından asılı olur. Qanın oraya hansı miqdar və sürətlə axması isə birbaşa ürəyə öz təsirini göstərir.
Qan təzyiqi normal olmadıqda xəstədə pis əhval-ruhiyyə, yuxusuzluq, əmək qabiliyyətinin aşağı düşməsi müşahidə edilir.
Arterial təzyiqin nə qədər olması cinsiyyətdən, yaşdan və xəstəliklərdən asılı olaraq dəyişkən olur.
Arterial təzyiqin normativləri aşağıdakı qaydada olmalıdır:
* Sistolik arterial təzyiq – qanın vurulmasının ən yüksək həddidir. El arasında buna təzyiqin yuxarısı deyillir. Yəni təzyiq ölçən aparatdakı birinci rəqəm.
* Diastolik arterial təzyiq – ürək damarlarının pauzalar arası yığılmasını bildirən ən aşağı həddir. BUna təzyiqin aşağı rəqəmi deyilir, ikinci göstərici.
Normal arterial təzyiq 120/80mm.c.süt. olmalıdır. Amma, insanlar müxtəlif olduqları kimi onların təzyiqləri də müxtəlif olur. Aşağıdakı cədvəl yaşına görə normal təzyiqin neçə olduğunu göstərir.
20-30 126/79 120/75
30-40 129/81 127/80
40-50 135/83 137/84
50-60 142/85 144/85
70 + 142/80 159/85
Uşaqlarda arterial təzyiq normaları
Yaş Sistolik döyüntülərin sayı Diastolik döyüntülərin sayı
2 həftəyə qədər 60-96 40-50
2-4 həftə 80-112 40-74
2-12 ay 90-112 50-74
2-3 yaş 100-112 60-74
3-5 yaş 100-116 60-76
6-9 yaş 100-122 60-78
10-12 yaş 110-126 70-82
13-15 yaş 110-136 70-86
Cədvəldən göründüyü kimi insanın yaşı artdıqca onun qan təzyiqi də yüksəlir. Bu göstəricilərin fərqli olması isə insanda müxtəlif xəstəliklər səbəbindən baş verir. Bu zaman isə yeganə çıxış yolu həkimə müraciət eləmək və təzyiqin dəyişməsinə səbəb olan amili aradan qaldırmaqdan ibarətdir.
Sosial Baxılıb: 3416 Tarix: 23 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DİGƏR MARAQLI XƏBƏRLƏR
Saç tökülməsinə ÇARƏ TAPILDI!
Məhsul haqda ətraflı. Sifariş:055 239 54 49. Hörmətli dostlar nəzərinizə türkiyə istehsalı olan BLACK SERUM saç losyonunu təqdim etmək istərdim:. ⚜️Saç tökülməsinin qarşısını alır. ⚜️Yeni tüklər əmələ gətirir. ⚜️Saçlar daha tez uzanır. ⚜️Saçda kəpəyin qarşısını alır. ⚜️Saç yağlığını arada
SAATLARA 1+1 KAMPANİYASI!
SAATLARA 1+1 KAMPANİYASI!. Anne Klein dəsti saatları alana CRRJU brendi HƏDÌYYƏ!. İki brend saat birgə 80 azn!. Əlaqə:055 239 54 49
Çörək artıq kaloridir, yoxsa faydası var? – Xarici ekspertdən GÖZLƏNİLMƏZ CAVAB
Arıqlamaq istəyənlərin bir çoxu çörəyin faydasız olduğunu düşünüb ondan tamamilə imtina edir. Lakin mütəmadi olaraq çovdar çörəyindən istifadə etmək ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək edir. xəbər veri ki, bu barədə Çörək Sənayesi Tədqiqat İnstitutunun direktoru Marina Kostüçenko “Moskva"
Əyləc əvəzinə qaza basan sürücü piyadanı vurdu – VİDEO
İstanbul şəhərinin Şişli rayonunda dayanacaqdan çıxmağa çalışan sürücü əyləc əvəzinə qaza basaraq yaşlı piyadanı vurub. “İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, görüntülər ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. İnsident nəticəsində xəsarət alan yaşlı kişi təcil
Canavarın başını qataraq həyatı bahasına sahibini xilas edən it – VİDEO
Canavarın başını qataraq sahibinin həyatını xilas edən iti ölümündən sonra “Mənim şəfqətli və zərif heyvanım” beynəlxalq mükafatına namizəd göstərmək istəyirlər. Bu barədə 360 TV xəbər yayıb. Bildirilir ki, hadisə Rusiyanın Komi vilayətində baş verib. Bununla bağlı kadrlardan aydın olur ki
Tatlısəs özündən 43 yaş kiçik sevgilisiylə görüntüləndi
Bir neçə gün öncə yeni imici ilə diqqət çəkən İbrahim Tatlısəs indi də gənc sevgilisi ilə gündəmə gəlib. “Haber Global” məlumat verir ki, tanınmış müğənninin sevgilisi özündən 43 yaş kiçik Gülçin Qaraqaya adlı gənc xanımdır. O, məşhurla birlikdə təyyarədə Bodruma uçarkən selfi çəkərək “Instagram”d
Ac qalan pişik ölən sahibinin əlini yedi
Şəhər mənzillərindən birində 83 yaşlı qadının və 59 yaşlı oğlunun cəsədlərinin tapılması Naberejnıye Çelni sakinlərinin qarşısına dəhşətli bir mənzərə çıxarıb. -ın xəbərə görə, mənzil sahiblərinin ölüm səbəbi hələ ki məlum deyil. Lakin məhkəmə ekspertləri cəsədlərin artıq çürüməyə başladığını müəyyənləşdiriblər
Yük maşını kafeyə girdi, müştərilər son anda ölümdən xilas oldular – VİDEO
Kafedə sakit şəkildə şam edən üç kişi möcüzə sayəsində sağ qalıb. 360 TV bununla bağlı görüntülər yayıb. Hadisə Rusiyanın Voronej vilayətində baş verib. Kadrlardan görünür ki, yük maşını düz onların oturduğu yerin yaxınlığında divardan keçir. Xoşbəxtlikdən zərərçəkən yoxdur
Arıqlamaq istəyənlər, DİQQƏT: Heç bir pəhriz sizə kömək etmir?
Sizlərə Fransa istehsalı olan FATZORB kapsullarını təqdim edirik. 1 İştahı kəsir . 2 metobalizmani gücləndirir. 3 piy qatlarını əridir. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. MƏHSUL HAQDA ƏTRAFLI. Bir kurs ərzində orqanizmdən asılı olaraq 5-12 kg arıqlamaq mümkündür. Sifariş və suallarınız üçün 05
Mktbqdr yaşlı uşaqların xlaq trbiysi
Əhmədli Ayşən İntiqam qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti
MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA ƏXLAQ TƏRBİYƏSİNİN YOLLARI VƏ ƏSAS VƏZİFƏLƏRI
Açar sözlər: tərbiyə, əxlaq, davranış, uşaq, norma
Key words: upbringing, morals, behavior, child, norm
Ключевые слова: воспитание, нравственность, поведение, ребенок, норма
Tədqiqatlar göstərir ki, məktəbəqədər yaşlı uşaqların əxlaqi davranışlarında şüur həlledici qüvvəyə malik olduğunda şüur çox vaxt uşağın pis rəftara yol verməsindən sonra fəaliyyətə başlıyır. Uşağın nəyin pis, nəyin yaxşı olması haqqında təsəvvürləri onun təcrübəsi, həyəcanları ilə sıx əlaqəlidir. Uşağın müşahidə etdiyi faktlar, obrazlı təəssüratlar və s. ilə bağlı olan hərşey əsasən ona anlaşıqlı olur. Uşaq üçün xarakterik olan təfəkkür konkretliyi bununla izah edir. Respublikamızda 1998-ci ildə qəbul edilən “Məktəbəqədər müəssilərdə tərbiyə və təlim proqramı”nda uşaqların əxlaq tərbiyəsinə verilən tələblər xeyli təkmilləşdirilmiş, uşaqlarda milliyin, insanpərvərliyin, qarşılıqlı xeyirxahlıq münasibətlərinin, kollektivçiliyin əsası üzrə tərbiyə işinin məzmunu dəqiqləşdirilmiş, onlarda yüksək mənəvi keyfiyyətlərin formalaşması üçün normaların məzmunu konkretləşdirilmiş, uşaqların və aparılan işlərin qrupdan-qrupa zənginləşməsi, inkişafı nəzərə alınmışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.