Press "Enter" to skip to content

Məli yazi nümunələri

İctimai xarakter daşıyırsa, qorunub saxlanmalıdır.

Azərbaycan diLİ ÜZRƏ proqram (ba vəzifə qrupu üzrə)

Sözün leksik və qrammatik mənası. Sözün həqiqi və məcazi mənası.

Təkmənalı və çoxmənalı sözlər. Omonimlər. Onların çoxmənalı sözlərdən fərqi. Sinonimlər. Antonimlər. Ümumişlək

sözlər və ümumişlək olmayan sözlər. Terminlər. Dialekt sözlər. Köhnəlmiş sözlər, neologizmlər. Frazeoloji birləşmələr.

Sözün leksik təhlili.

Söz yaradıcılığı

Söz yaradıcılığının əsas üsulları. Leksik yolla söz yaradıcılığı. Düzəltmə sözlərin əmələ gəlməsi. Eyniköklü sözlər

Mürəkkəb sözlər. Mürəkkəb sözlərin əmələ gəlmə yolları. Mürəkkəb sözlərin yazılışı.

Sözün tərkibi: kök və şəkilçi.

Azərbaycan dilində söz kökünün lüğəvi mənaya malik olması.

Leksik və qrammatik şəkilçilər. Leksik və qrammatik şəkilçilərin sıralanma qaydası. Ön şəkilçilər.

Şəkilçilərin yazılışca növləri: bir, iki, dörd variantlı şəkilçilər. Sözün başlanğıc forması.

Morfologiya

Nitq hissələri.

Nitq hissəsi anlayışı. Nitq hissələrinin bölgüsü. Əsas və köməkçi nitq hissələri.

Əsas nitq hissələri.

İsim əşyanın adını bildirən əsas nitq hissəsi kimi. İsmin qrammatik əlamətləri. Konkret və mücərrəd isimlər. Ümumi

və xüsusi, tək və cəm, toplu isimlər. İsmin quruluşca növləri. Sadə isimlər. Düzəltmə isimlər və onların əmələ gəlməsi.

Mürəkkəb isimlərin əmələ gəlməsi və onların yazılışı. Mürəkkəb adlar. Mürəkkəb adlarla mürəkkəb isimlərin oxşar və

fərqli cəhətləri. Mürəkkəb adlar və xüsusi isimlər. Mürəkkəb adların yazılışı. Mürəkkəb adların ixtisarla yazılması

(abreviaturalar). Onlara şəkilçilərin artırılması qaydası. İsmin mənsubiyyətə görə dəyişməsi. Mənsubiyyət şəkilçilərinin

şəxs şəkilçilərindən fərqi. İsmin hallanması. Saitlə başlanan şəkilçi artırdıqda bəzi ikihecalı milli və alınma söz köklərində

(fəsil, şəkil, alın, beyin və s.) son saitin (qapalı saitin) düşüb

düşməməsi. İsmin cümlədə rolu.

Sifət

Sifət bir nitq hissəsi kimi; onun qrammatik əlamətləri. Sifətin quruluşca növləri. Sadə sifətlər. Düzəltmə sifətlər.

Mürəkkəb sifətlərin əmələ gəlməsi və onların yazılışı. Sifətin müqayisə dərəcələri: adi

dərəcə, azaltma dərəcəsi,

çoxaltma dərəcəsi. Sifətin cümlədə rolu.

Say bir nitq hissəsi kimi; onun qrammatik əlamətləri. Sayın quruluşca növləri. Sadə, düzəltmə, mürəkkəb saylar.

Sayın mənaca növləri: miqdar və sıra sayları. Miqdar saylarının növləri: müəyyən miqdar sayları, qeyri

sayları, kəsr sayları. Qeyri

müəyyən miqdar saylarından sonra gələn isimlərin cəmlənib

cəmlənməməsi. Miqdar sayları

ilə isimlər arasında numerativ sözlərin işlənə bilməsi. Sıra sayları. Sıra saylarının ərəb və

Roma rəqəmləri ilə yazılışı.

Sayların yazılışı. Sayın cümlədə rolu.

Əvəzlik.

Əvəzlik isim, sifət, say və digər əsas nitq hissələrinin yerində işlənən söz kimi. Əvəzliklərin mənaca növləri.

Şəxs əvəzlikləri. İşarə əvəzlikləri.

əvəzlikləri mübtəda vəzifəsində olarkən onlardan sonra vergülün işlənmə

məqamları. Sual əvəzlikləri. Qeyri

müəyyən əvəzliklər. Təyini əvəzliklər. Bəzi işarə, sual, qeyri

hallana bilməsi. Əvəzliyin cümlədə rolu.

Feil əsas nitq hissəsi kimi. Feilin quruluşca növləri: Sadə, düzəltmə, mürəkkəb feillər. Feilin təsriflənən formaları.

Feilin şəkilləri feilin təsriflənən formaları kimi. Əmr şəkli. Xəbər şəkli feilin zamana, şəxsə və kəmiyyətə görə dəyişməsi

ilə səciyyələnən forması kimi. İndiki zaman. Keçmiş zaman: şühudi keçmiş, nəqli keçmiş. Gələcək zaman: qəti gələcək,

qəti gələcək. Feilin vacib, lazım, arzu və şərt şəkilləri. Təsdiq və inkar feillər. İnkar şəkilçisinin isim düzəldən eyni

formalı şəkilçi ilə omonimliyi (

Əməli yazi nümunələri

Ərəbcə «ərz» sözündən olub müraciət, ərz etmək mənasını verir. Bəzən rəsmi şəkildə yazılan müraciət də ərizə hesab edilir, lakin bu müraciət müəyyən formaya malikdir.

Ərizənin məzmuna görə iki növü vardır:

Şikayət xarakteri daşıyan ərizə.

Xahiş məqsədilə yazılan ərizə.

Ərizəyə verilən tələblər:

Kimə və kim tərəfindən yazılır.

Məzmun qısa, faktlar konkret olmalıdır.

Ərizəçinin öz xətti ilə yazılmalıdır.

Sonda imza və tarix: il, ay, gün göstərilməlidir.

Ali və orta ixtisas məktəblərinə daxil olarkən, işə girərkən, müəyyən bir təşkilata üzv olarkən, rəhbər vəzifəyə çəkilərkən, mükafata təqdim olunarkən yazılır.

Tərcümeyi-hala verilən tələblər:

Şəxsin doğulduğu il, ay, gün, yer dəqiq göstərilir.

Faktlar ardıcıl sadalanmalıdır.

Şəxsin öz xətti ilə yazılmalıdır.

Sonda imza və tarix göstərilməlidir.

Ərəbcədir, «izah» sözünün cəmidir və müəyyən hərəkəti aydınlaşdırma mənasını verir. Yazılı və şifahi, sadə və müfəssəl olur.

İzahata verilən tələblər:

Kimə və kim tərəfindən yazılır.

Məzmunu aydın olmalıdır.

Şəxsin öz xətti ilə yazılmalıdır.

Sonda imza və tarix: il, ay, gün göstərilməlidir.

Elan çap olunmuş xəbər mənasını bildirir. Müəyyən məlumatın əvvəlcədən çatdırılması nəzərdə tutulur.

Elana verilən tələblər:

Məzmunu aydın qeyd olunmalıdır.

Vaxtı dəqiq göstərilməlidir.

Tədbirin keçiriləcəyi yer yazılmalıdır.

Tədbirin təşkilatçısı qeyd olunmalıdır.

Elanın aşağıdakı növləri vardır: bildiriş, reklam, afişa, anons.

Bildiriş — əsl Azərbaycan sözüdür: bir məsələ barədə əvvəlcədən verilən xəbərdir.

Reklam — latıncadır: qışqırmaq mənasını verir.

Afişa — fransızcadır: tamaşa, konsert, idman yarışı haqqında elan deməkdir.

Anons — fransızcadır: müəyyən bir məsələ ilə bağlı radioda, televiziyada və mətbuatda əvvəlcədən verilən elandır.

Arayış əsl Azərbaycan sözüdür. Hər hansı bir şəxsin kimliyini təsdiq etmək üçün müəyyən bir təşkilat tərəfindən verilir.

Məzmununa görə sadə (şəxsə aiddir) və mürəkkəb (təşkilatlara aiddir) olur.

Arayışa verilən tələblər:

«Arayış» sözü vərəqin ortasında yuxarıda yazılır.

Aşağıda sol tərəfdə ştamp üçün yer buraxılır, sağ tərəfdə isə şəxs haqqında əsas məlumat verilir.

Təqdim olunduğu yer göstərilir.

Sonda imza və möhür

Protokol yunancadır, «protok» ilk vərəq, «kolos» isə yapışdırmaq deməkdir. İkiyə qədər (az) məsələni əks etdirən sadə, ikidən çox məsələni əks etdirən mürəkkəb protokol hesab edilir.

Protokol üç halda yazılır:

iclasdakı çıxış və qərarları əks etdirmək üçün;

qaydanın pozulmasını bildirmək üçün;

dövlətlərarası münasibətlər zamanı yazılır.

Protokola verilən tələblər:

Yuxarıda vərəqin ortasında «Protokol» sözü vənömrə böyükhərflə yazılır.

Təşkilatın adı, tarixvə yer göstərilir.

İştirakçıların sayı göstərilir, sədrvə katib seçilir.

Gündəlikməsələlər, Eşidildi, Çıxışlar, Qərar yazılır.

Sonda sədr və katibin imzası

Rəy ərəbəcədir, fikir, mülahizə mənasını verir. Əsər, tamaşa, kurs işi, dissertasiya işi haqqında mülahizə, fikir, resenziya deməkdir.

Rəyə verilən tələblər:

Kimə və nə haqdayazıldığı göstərilir, səhifənin ortasında «rəy» sözü yazılır.

Nə barədədirsə, onun müsbətvə mənfi cəhətləri göstərilir.

Rəyçi tərəfindən irəli sürülən təklifvə tövsiyələr yığcam şəkildə ifadə olunur.

Sonda rəyçinin adı, soyadı və atasınınadı yazılır vəimza qoyulur, tarix — gün, ay, ilbütöv şəkildə göstərilir.

Teleqram yunancadır, «tele» uzaq, «qramma» yazmaq deməkdir. Teleqramın iki növü vardır:

Müəyyən bir hadisə barədə məlumat vermək.

Teleqrama verilən tələblər:

Şəxsin adı, soyadı və ünvan dəqiq göstərilməlidir.

Teleqram yığcam və aydın olmalıdır, çalışmaq lazımdır ki, az söz işlədilsin.

Burada rəqəmlər hərflə yazılır və hər bir söz, rəqəm ayrıca pul hesablanır.

Annotasiya latıncadır, «annotomik» sözündəndir və «qeyd aparmaq», «əlavə» deməkdir. Əsas mənası kitab, jurnal və məqalələrin məzmununun qısa şəkildə şərhidir. Annotasiyanı, əsasən, müəllifin özü yazır.

Annotasiyaya verilənt tələblər:

Müəllifin adı və soyadı verilir.

Kitabın adı, nəşriyyatı, çap olunduğu şəhər və həcmi göstərilir.

Kitabın nə haqda yazıldığı bildirilir.

Nə məqsədlə və kimin üçün yazılması öz əksini tapır.

Akt latıncadır, «aktos» sözündəndir və hərəkət, hadisə, cinayət işi deməkdir. Müxtəlif növləri vardır:

cinayət aktı — cinayət işi ilə bağlı olur

dövlət aktı — dövləti əhəmiyyəti olan fərman, qərar

müəyyən faktı açmaq üçün olan akt-yararsız işin sübutu

mürəkkəb (xüsusi) akt — bir neçə faktı əks etdirir.

Akta verilən tələblər:

«Akt» sözü vərəqin yıxarı hissəsində, ortada və böyük hərflə yazılır.

«Akt» sözündən sonra sol tərəfdə aktın tərtib edildiyi yer, sağ tərəfdə isə tarix — gün, ay, il göstərilir.

Aktı tərtib edənlər göstərilir.

Yoxlama haqqında dəqiq məlumat verilir və müddəti həm rəqəm, həm də hərflə göstərilir.

Sonda aktı tərtib edənlərin imzası

Məktub ərəbcədir, əməli yazının ən geniş yayılmış və sərbəst formasıdır. Məktublar iki cür olur: rəsmi və qeyri-rəsmi şəxslərin yazdıqları.

Məktub aşağıdakı hissələrdən ibarətdir:

Müraciət hissəsi — başlıq sayılır.

Ümumi hissə — şəxslərin əhvali-ruhiyyəsi və vəziyyəti öz əksini tapır.

Fərqləndirici hissə — məktubun əsas məzmununu əhatə edir.

Yekunlaşdırıcı hissə — sonluq.

Vəkalətnamə ərəbcə vəkalət və farsca namə sözlərindən ibarətdir, vəkillik kağızı deməkdir. Həm təşkilatlara, həm də müəyyən şəxsə aid ola bilər. Təşkilatlara aid vəkalətnamə mətbəədə xüsusi formada hazırlanır.

Vəkalətnaməyə verilən tələblər:

Vəkaləti verən və verilən şəxslərin adı, atasının adı, soy adı və vəzifəsi göstərilməlidir.

Alınacaq və ya etibar ediləcək malın məzmunu və vəkalətnamənin müddəti həm rəqəm, həm də hərflə göstərilir.

Vəkalətnaməyə məsul olan şəxsin imzası və şəxsiyyət vəsiqəsinin göstəriciləri.

Əmr ərəbcədir; hökm, göstəriş və sərəncam mənalarını verir. Rəsmi sənədlərə aiddir.

Əmrə verilən tələblər:

Vərəqin yuxarı hissəsində müəssisənin adı, təzə sətirdə əmrin nömrəsi yazılır ( Əmr N® 1).

Sol tərəfdə tərtib edildiyi yer, sağ tərəfdə isə tarix -gün, ay, il göstərilir.

Əmrin məzmunu dəqiq və aydın ifadə olunur.

Sonda təşkilat rəhbərinin adı, soyadı, atasının adı yazılır və möhürlə təsdiq edilir.

Etiket fransızcadır, yarlıq mənasını verir. Satılacaq malın, yaxud eksponatın üstünə yapışdırılan və onu səciyyələndirən mətn.

Hesabat ərəbcədir, «hesab» sözünün cəmidir və görülmüş işin nəticəsi haqqında rəsmi məlumat mənasını bildirir.

Hesabata verilən tələblər:

Faktlar və rəqəmlər dəqiq verilməlidir.

Təkrarlara yol verilməməlidir.

İctimai xarakter daşıyırsa, qorunub saxlanmalıdır.

Əvvəlində onun yazan şəxsin adı, atasının adı və soyadı göstərilməlidir, sonda imza qoyulmalıdır.

Referat latıncadır, məruzə etmək, məlumat vermək mənalarını bildirir. Referatda elmi əsərin, kitabın xülasəsi verilir. Ədəbi yaradıcılığa həsr edilmiş məruzə mənasında da işlədilir.

Referata verilən tələblər:

Vərəqin əvvəlində ortada «Referat» sözü, onun altında isə mövzununadı qeyd olunur.

Planı verilir və sonra məzmunu yazılır. (Bəzən plansız da ola bilər.)

Sonda müəllifin adı, atasının adı, soyadı və tarix yazılır.

İzahat Forması

Ən geniş yayılmış əməli yazı növlərindən bir də izahatdır.

İzahat sözünün kökü olan izah, ərəbcə açıq, aydın, ətraflı surətdə anlatma, ifadə etmə deməkdir.

“İzahat” isə “izah” sözünün cəm formasıdır və bir işi, məsələni, hadisəni “açıqlama”, “məlumat vermə” anlamında işlədilir. Baş vermiş hər hansı bir hadisəni açıqlamaq, aydınlıq gətirmək, ətraflı şəkildə anlatmaq üçün izahat tələb olunur.
İzahat müdiriyyətin, vəzifəli şəxsin tələbi əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi ola bilər.
Bəzən izahatın yazılı formasına izahatnamə də deyilir, ancaq ən çox izahat şəklində işlədilir.

İzahat necə yazılır? İzahat yazmaq

izahat formasi numune

İzahat yazan düşünərək, öz fikrini düzgün və məntiqi ardıcılıqla verməlidir. Bundan əlavə, izahatın yazılma qaydalarına da əməl edilməli, məlumatlar tam və doğru bir şəkildə yazılmalıdır.

Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın ünvanlandığı şəxsin vəzifəsi, adı və soyadı göstərilir. Yeni sətirdən abzasdan izahat verənin kimliyi, adı və soyadı qeyd olunur. Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə “İzahat” sözü yazılır. 2 sm yer buraxmaqla sətirbaşından iş, hadisə haqqında ətraflı açıqlama verilir. Sonda izahat verən imzasını qoyur, altından isə tarixi qeyd edir.

“Bakı Dövlət Universitetinin dekanı
Aynur Əliyevaya həmin fakültənin
III kurs 303-cü qrup tələbəsi
Səbuhi Quluzadədən

İZAHAT

11 Sentyabr 2022-ci ildə baş verən zəlzələ ilə əlaqədar olaraq bizim yaşadığımız yataqxana qəzalı vəziyyətə düşmüşdür. Sakinlərin köçürülməsi və ev əşyalarının daşınmasına kömək etdiyim üçün 12 sentyabr tarixində dərsə gələ bilməmişəm. Yazdıqlarımın doğruluğunu tələbə yoldaşlarım və qonşular təsdiq edə bilər.

İmza: Səbuhi Quluzadə
12 sentyabr 2022-ci il

Qeyd: Adlar təmsilidir.

Ərizə və izahatın fərqi

İzahatın forması ərizəyə oxşayır. Hər ikisinin başlığının eyni olması, sonunda imza və tarix göstərilməsi onların oxşarlığını bildirir. Ərizə ilə izahatın fərqi onların məzmunundadır. Belə ki, ərizə xahiş və ya şikayət məqsədi ilə yazıldığı halda, izahat hər hansı bir hadisə və məsələni aydınlaşdırmaq üçün tərtib edilir. Ərizə bir və ya bir neçə şəxsin şikayət və ya arzularından doğan xahişlərini rəsmi və səlahiyyətli təşkilat və ya şəxslərə göndərilən (təqdim edilən) aktiv işlənmə səviyyəsinə malik yazı nümunəsidir.

  • Tərcümeyi hal necə yazılır? Tərcümeyi hal nümunəsi
  • Ərizə formaları haqqinda

Comments are closed, but trackbacks and pingbacks are open.