Məli yazi nümunələri
Felin vacib şəkli gələcəkdə icra ediləcək işin zəruriliyini, vacibliyini bildınr, -malı²şəkilçisi ilə düzəlir: al+malı+yam, al+malı+san, al+malı+yıq, al+malı+sınız, al+malı+dır+lar; gəl+məli+yəm, gəl+məli+sən, gəl+məli+dir, gəl+məli+yik, gəl+məli+siniz, gəh-məli+dır+lər və s:
ƏMƏLİ YAZI: ANNOTASİYA, VƏKALƏTNAMƏ, MƏLUMAT
Latınca “annotamik”sözündən olub qeyd aparmaq, əlavə etmək deməkdir. ədəbi dildə annotasiyanın mənası kitab, jurnal və məqalənin məzmununu qısa şəkildə şərh etmək deməkdir. Annotasiyanın vasitəsi ilə şagirdhər hansı bir kitabın məzmunu ilə daha yaxından tanış ola bilir.
- kitabın adı, nəşriyyatın adı, harada nəşr edilməsi, həcmi;
- kitabın müəllifinin adı və soyadı;
- kitabda nələrdən bəhs olunması, ideya məzmunu ;
- kitabın nə məqsədlə, kimin üçün yazılması.
Vəkalətnamə qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımi şəxsə verilən xüsusi formada tərtib edilmiş sənəddir. Idarə və təşkilat onu etibar etdiyi şəxsin adına yazarkən imza qoyur və müəssisənin möhürü ilə təsdiq edir.
- vəkalətnamə kimə verilir, onun adı, atasının adı, soyadı və vəzifəsi
- vəkalətnaməni verən şəxs və ya təşkilat (onun adı, atasının adı, soyadı, vəzifəsi, yaxud müəssisənin adı yeri tam şəkildə göstərilməli)
- alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu
- vəkalətnamənin müddəti (həm rəqəm, həm də hərflə)
- vəkalətnaməyə məsul olan şəxsin imzası
- vəkalətnamənin verildiyi tarix
- vəkalətnaməyə məsuliyyət daşıyan şəxsin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, hansı daxili işlər şöbəsindən verildiyi və şəxsiyyət vəsiqəsinin verilmə tarixi.
1Nitq mədəniiyəti anlayışı. Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsidir.
Cəmiyyətdə onun hər üzvünün məişətdə, ictimai yerlərdə: müxtəlif məclislərdə, işdə, məktəbdə, küçədə . müəyyən qaydalara uyğun, bəzən yazılmamış ənənəvilikdən gələn qanunlarla tənzimlənən davranış normaları olduğu kimi, yazıda və şifahi ünsiyyətdə də müəyyən nitq mədəniyyəti olmalıdır. Siz aşağı sinifdən indiyə kimi dilimizin fonetik, leksik, qrammatik qayda – qanunları ilə məktəb proqramı çərçivəsində tanış olmusunuz. Bax həmin normalara düzgün əməl olunması hər birimizin borcudur. Lakin nitqin mədəni olması üçün hələ bunlar da kifayət deyil; mədəni nitq dilin daxili qaydalarını pozmadan ünsiyyətin (yazılı və şifahi) mövzusundan, kimə ünvanlanmasından, onun məqsədindən asılı olaraq fikrin ifadə edilməsidir, şifahi ünsiyyət zamanı [gəlmişdirlər] , [onlar da razıdırlar], [xoş gəlmişsiniz] kimi ifadələrin işlədilməsi dil norması ilə səhv deyil, ancaq canlı ünsiyyət üçün sünidir. Bu ifadələr belə tələffüz olunmalıdır: [gəlmişlər],[onnar da razıdılar], [xoş gəlmisiz//gəldiniz]. Göründüyü kimi, ikinci variant danışığı daha səmimi edir, onun təsirini artırır. Yazan və danışan zaman biz təkcə dil normalarını formal olaraq gözləməli deyilik, çalışmalıyıq ki, fikrimiz aydın, səlis, mümkün qədər ifadəli, dinləyənin səviyyəsinə və zövqünə uyğun şəkildə qurulsun, xüsusən şifahi nitqin təsirini artırmaq üçün dilimizin zəngin imkanlarından istifadə edilsin. Nitq elə qurulmalıdır ki, oxuyan, eşidən yorulmasın, diqqəti yayınmasın. Şifahi nitqin intonasiyası, tonu, fasiləsi elə təşkil olunmalıdır ki, dinləyici “yad səsdən bezməsin”. Yazılı nitqin də öz qayda – qanunları da var ki, oxucunun diqqətini səfərbər edə bilir.
Xüsusi natiqliklə yüksək nitq mədəniyyətinin eyniləşdirilməsi düz deyil. Natiqlik ayrıca sənət növüdür. Ancaq nitq mədəniyyətinə yiyələnmək o qədər də çətin deyil; bunu çox adam bacarar. Bu o demək deyil ki, hamı natiq ola bilər. Ana dilinin qaydalarına yerli – yerində əməl etməklə biz yüksək nitq mədəniyyətinə sahib ola bilərik. Özüünü mədəni hesab edən hər kəs danışığının mədəni səviyyəsinə də nail olmalıdır.
“Mədəniyyət ” sözü ərəbcə şəhər mənası verən “mədinə ” kəlməsindən yaranmışdır. Bu da onu deməyə əsas verir ki, şəhər özlüyündə insan cəmiyyətinin yüksək sivilizasiyası ilə seçilən yaşayış məskəni olmuşdur. XXəsrdə xalqımızın ümumi mədəni səviyyəsi yüksəlmiş, elmin, təhsilin inkişafı, yazılı mətbuatın, radio və televiziyanın, son vaxtlar isə internet şəbəkəsinin inkişafı nitq mədəniyyətində də müsbət dəyişikliklərə gətirib çıxarmışdır. Indi XXI əsrin vətəndaşı olan hər kəs mümükün qədər öz nümunəvi nitqi ilə seçilməli, nitq mədəniyyətinin prinsiplərinə bələd olmalıdır.
- dilin özünün səlisliyi, zənginliyi, gözəl nitq üçün lazım olan imkanların varlığı;
- həmin dildən istifadə edənlərin ümumi səviyyəsi ilə yanaşı, dildən istifadə imkanlarının genişliyi, dil sisteminə bələdliyi dərəcəsinin yüksəkliyi.
Dilimiz həm səs tərkibi, həm leksikası, həm də qrammatik quruluşu cəhətdən çox zəngindir. Onun vasitəsilə ən mürəkkəb insan hisslərini, fəlsəfi qanunauyğunluqları, ən incə daxili duyğuları ifadə etmək olur. Dilimizin bu imkanlarına bələd olan görkəmli şəxsiyyətlərimiz bunu yeri gələndə qeyd etmişlər. Məsələn, böyük müğənnimiz Bülbül italyancada 6, azərbaycan dilində 9 sait səsin olmasını əsas tutub şirin türkcəmizi musiqililik cəhətdən italyan dilindən üstün hesab etmişdir.
XIIIəsrdən bəri bu dildə yaranan zəngin yazılı əədəbiyyatımız dünyanın ən inkişaf etmiş xalqlarının ədəbiyyatı ilə müqayisə edilə bilər. Bunun,əlbəttə, əsas səbəbi zəngin dilimiz, o dildə yazanların yüksək nitq mədəniyyətidir. Insan öz dilini gözəl bilməlidir. Əgər o dil bizim gözəl, geniş imkanlı ana dilimizdirsə, hər kəsdən yüksək nitq mədəniyyəti tələb etməyə haqqımız vardır.
2 Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi. Nitq mədəniyyətinin ümumi və xüsusi məsələləri.
Nitq mədəniyyətinin əsas şərtləri bunlardır:
1) düzgünlük; 2) dəqiqilik; 3) ifadəlilik
Nitqin düzgünlüyü dilin fonetik, leksik və qrammatik qanunlarına əməl olunması ilə səciyyələnir. Bu, nitq mədəniyyətinin birinci şərtidir. Yəni, dilin sistemi pozulmamalıdır. Məsələn, “toyuq yumurta doğur” yox, “toyuq yumurtlayır”, “inək kişnədi” yox, “inək böyürdü” olar, yaxud “süz gəldüz?” yox, “ siz gəldiz?” olar və s. deməli, nitqi düzgün qurmaq əsasdır.
Nitqin dəqiqiliyi də əsasdır, yəni fikir dəqiq ifadə olunmalıdır, söz düzgün tapılmalıdır. “Toyuq qızın tökdüyü buğdanı yeyir, qorxaq quşlar uçub gedirdi” cümləsində fikir düzgündür, ancaq o qədər də dəqiq deyil; “Toyuqlar qızın səpdiyi dəni dənləyir, ürkək quşlar uçub gedirdi” variantı daha dəqiqdir. “inəkləri mal damından çıxarıb otluğa ötürdü ” cümləsini də bu cür redaktə etmək olar. “İnəkləri tövlədən çıxarıb örüşə ötürdü”.
Beləliklə, nitqin dəqiqliyi dedikdə fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini tapmaq nəzərdə tutulur. Nitqin dəqiqliyi məədəni nitq üçün nitqin düzgünlüyündən sonra ikinci vacib əlamət sayılır.
Nitqin ifadəliliyi dedikdə fikrin ifadəsi üçün bilavasitə tələb olunan ən uyarlı, üslub baxımdan ən məqsədəuyğun dil vəsaitini- variantını tapıb işlətmək nəzərdə tutulur. Bu daha çox fikrin bədii – emosional şəkildə ifadə olunması deməkdir. Yəni, nitq o qədər gözəl olsa, onun təsiri də bir o qədər güclü olar. Nitqin ifadəli qurulması üçün insanda müəyyən qbiliyyət olmalıdır. Ona görə də ifadəlilik prinsipi daha çox yazıçı dilindən tələb olunur. Məs: S. Vurğun “Komsomol poeması”nda Şahsuvarın öldüyünü əslində “ölüm” sözünü işlətmədən bu misralarla verir:
Endi Şahsuvarın göz qapaqları,
Bir daha baxmadı günəşə sarı
Bəzən nitqin ifadəliliyi əvəzinə, nitqin gözəlliyi ifadəsini də işlədirlər.
Nitq mədəniyyətinin göstərilən tələblərindən bəzisi daha ümumi xarakter daşıyır, məsələn, dilin qayda-qanunlarına əməl etmədən fikrin ifadə edilməsi qeyri – mümkündür. sözün yazılışı, onun ədəbi tələffüzü, leksik mənası, sözlərin dəyişməsi, cümlənin sintaktik quruluşu dil normalarına uyğun olmasa, sözsüz, bizi düzgün anlamayacaqlar. Ona görə də dil normalarına əməl etmək dil daşıyıcılarının hamısı üçün vacibdir. Deməli, nitq normaları ictimai əhəmiyyət daşıyır, hamı üçündür.
Nitq mədəniyyətinin elə məsələləri də var ki, xüsusi səciyyə daşıyır. Bu onunla bağlıdır ki, hamı eyni dərəcədə dəqiq ifadəli, emosional danışa və yaza bilmir. Dil vasitələrindən hərə öz fərdi qabiliyyəti dairəsində istifadə edir. Cəmiyyətdə insanların diqqətinin mədəni nitq vərdişlərinə yönəldilməsi, dilçilikdə ayrıca əməli bir sahənin- nitq mədəniyyəti bölməsinin mövcudluğu da bu cəhətlə bağlıdır.
3 Dil, nitq və nitq fəaliyyəti. Azərbaycan ədəbi dili
Dil ünsiyyət vasitəsi vəzifəsini yerinə yetirən şərti işarələr sistemidir. Dünyada mövcud olan 3500 – dən çox dilin hər birinin özünəməxsus səs və leksik tərkibi, qrammatik quruluşu, başqa sözlə daxili sistemi vardır.
Ünsiyyət vasitəsi olan dildən fərqli olaraq, nitq ünsiyyət prosesidir. Dil ümumi, nitq isə fərdidir. Dil hamıya eyni dərəcədə xidmət göstərir, nitq isə dil daşıyıcısının qabiliyyətindən səviyyəsindən asılı olaraq, hərədə bir cür meydana çıxır. Nitq hər hansı məlumatın çatdırılma üsuluna uyğun olaraq hər bir fərdin dilə bələdliyi səviyyəsində sırf özünəməxsus şəkildə əmələ gəlir.
Dil əsasdır, nitq ondan törəmədir. Bizim hər birimiz niyqimizi dil vasitəsilə qururuq. Dil nitq vasitəsilə bir növ “görünür”, faktlaşır, zahirə çıxır. Dil tarixən çox az dəyişir, dil sistem kimi möhkəmdir, nitq isə nisbətən dəyişikliyə uğrayır. Dilimiz əsrlər öncə də Azərbaycan dili (türkcəsi) idi, indi də Azərbaycan dilidir. Ancaq müasir nitqimiz o dövrdəkindən çox fərqlidir.
Nitq fəaliyyəti özünəməxsus fizioloji akt olmaqla, həm də nitqin reallaşmasına imkan verən ictimai və psixoloji aktların sistemidir. Nitq fəaliyyəti – ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesinə çevrilməsi mürəkkəb, çoxtərəfli hadisədir, ictimai, psixoloji və fizioloji aktların sistemidir. Biz nitqimizi bunların qarşılıqlı fəaliyyəti əsasında qururuq. Nitq dinləyib başa düşmə, danışma, görüb – oxuma, düşünüb – yazma formalarında təzahür edir.
ədəbi dil xalq danışıq dilinin cilalanmış, ciddi fonetik, leksik, qrammatik və üslubi normalarla cəmiyyətə yüksək səviyyədə xidmət göstərən formasıdır. ədəbi dil tarixən sabit ümumişlək qaydaları ilə məhdud ərazidə fəaliyyət göstərn, məhəlli danışıq dili olan dialektə qarşı durur və normallığı ilə ondan fərqlənir.
ədəbi dilin yazılı və şifahi formaları vardır. Çifahi ədəbi dil çox qədimdir, o, yazılı ədəbi dil hələ mövcud olmadığı uzun dövr ərzində xalq yaradıcılığının ifadə vasitəsi kimi işlənmişdir. Müasir dövrdə ədbi dilin şifahi forması radio və televiziyanın geniş tətbiqi sayəsində xeyli dərəcədə təkmilləşmiş və genişlənmişdir.
Yazılı dilin ilkin nümunələri rəsmi sənədlərin, dövlət başçılarının məktublarının, bədii əsərlərin, həmçinin dini mətnlərin dili olmuşdur. Cəmiyyət inkişaf etdikcə yazılı ədəbi dilin meydanı da genişlənmişdir. Indi elmi və bədii əsərlərlə, dövlət sənədləri ilə yanaşı, qəzet və jurnalların, müxtəlif məzmunlu kitabların, reklam və plakatların, divar lövhələrinin də dili yazılı ədəbi dil nümunəsidir.
4 Müasir Azərbaycan ədəbi dilinin normaları. Fonetik və leksik norma.
Ədəbi dilin birinci keyfiyyəti onun müəyyən normalara malik olmasııdır. Müasir Azərbaycan ədəbi dili dünyanın inkişaf etmiş dillərindən biri kimi mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Norma insan kollektivində, dil mühitində müəyyən tarixi zaman və məkan daxilində müəyyənləşmiş qayda – qanunlardır.
Bu normalar dilimizin dialekt və şivələrindək və xalq danışıq dilindəki qeyri – mükəmməl, sabit olmayan normalardan fərqlənir. Belə nprmalılıq ədəbi dilin sabitliyindən, əhatəli olmasından və dilimizin daxili quruluşunu əks etdirməsindən irəli gəlir. Norma ədəbi dil üçün çox vacib keyfiyyətdir. Qeyri – müəyyənliyə, variantlığa qarşı durur.
Dilin daxili quruluşunu onun fonetikası, leksikası və qrammatikası təşkil edir. ədəbi dilimizin normaları da bunlara uyğundur.
- fonetik norma;
- leksik norma;
- qrammatik norma.
Sözün ədəbi dildəki tələffüz variantı orfoepik norma adlanır. Bu normalar orfoepiya lüğətində əks olunur.
Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma adlanır. Bu normalar dövlət tərəfindən təsdiq olunur və orfoqrafik lüğətlərdə təsbit edilir. Bu normalar dilimizin fonetik hadisələrini , xüsusən ahəng qanununu nəzərə almaqla müəyyən olunur.
Fonetik normada dəyişmə gec baş verir. Ona əməl olunması insanın savadlılığının, dilə bələdliyinin göstəricilərindəndir. Sözü düzgün tələffüz etməyən və düzgün yaza bilməyən şəxsi, şübhəsiz, savadlı hesab etmək olmaz.
Azərbaycan dilində çox sözlər var ki, onlar necə yazılırsa, elə də tələffüz olunur. Dilimizdə yazıldığı kimi deyilməyən sözlər də vardır. Məs: “dovğa” kimi yazılan sözü o cür də tələffüz etmək düz deyil, [do:ğa] kimi, “qızlar”ı [qızdar], “anaya” sözünü [anıya] kimi demək lazımdır.
Beləliklə, fonetik norma həm yazılışı, həm də tələffüzü müəyyən edir.
Dilimizin lüğət tərkibi çox zəngindir. Onda əsl türk sözləri ilə yanaşı, həm formasına , həm də mənasına görə türkləşmiş və ya hələ türkləşməmiş ərəb, fars, rus və digər dünya dillərindən keçən sözlər də var.
Dünyanın başqa inkişaf etmiş ədəbi dilləri kimi, Azərbaycan ədəbi dilində də leksik normanın keyfiyyətini milli sözlərimiz müəyyən edir. Alınma sözlərin səs tərkibi və məzmunca milliləşməsi doğma sözlərimizin təbiətinə uyğun baş verir. Fonetikaya və qrammatikaya nisbətən leksikada dəyişikliklər daha çox olur. Dilimizin öz sözləri alınmalara nisbətən daha fəaldır, onların işlənmə tezliiyi daha yüksəkdir. Ikinci yerdə milliləşmiş alınma sözlər gəlir. Elə alınmalar da var ki, ədəbi dilin müəyyən üslubu üçün səciyyəvidir. Məsələn, elmi üslubdakı termin xarakterli sözlərin çoxu alınmalardır ki, bunlar da, əsasən,elm sahəsinin adamlarının leksikasında işlənir, cəmiyyət isə həmin sözləri demək olar ki, işlətmir, bədii və publisist üslublarda az təsadüf olunur.
Leksik norma hər kəsdən sözün mənası ilə yaxşı tanış olmağı, onu yerində, düzgün işlətməyi tələb edir.
Aşağıııdakı cümlələrə diqqət edək: quşlar gedib ağaca oturdular. Alma hələ göy idi, yeməli deyildi. Qız südü iri teştdə yaydı. Bu cümlələrdə getmək , oturmaq, süd yaymaq sözləri yerinə düşməmişdir. Əslində bu cümlələr belə qurulmalı idi: Quşlar uçub ağaca qondu. Alma hələ dəyməmişdi, yeməli deyildi. Qız südü iri teştə sərdi. Göründüyü kimi, əvvəlki cümlələrdə leksik norma bu və ya başqa şəklidə pozulmuşdur.
Ədəbi dildə loru, kobud söz və ifadələr işlədilməməlidir.
Sözdən düzgün istifadə ilə yanaşı, onun dəqiq, yerinə görə ifadəli və emosional işlədilməsi də leksik normanın tələblərindəndir. Dilimizdəki sözlərin böyük çoxluğu müstəqim məna ilə yanaşı, məcazi mənalara da malikdir. Bunu hər kəs nitq fəaliyyətində nəzərə almalıdır.
5 Dilimizin tərkibində özləşmə meylləri.
Müasir Azərbaycan ədəbi dili XX yüzillikdə özünəməxsus inkişaf yolu keçmişdir. Dilimiz bu dövrdə bir sıra mənfi və ya müsbət təsirlərə məruz qalmış, sonda mütərəqqi meyillər üstünlük təşkil edərək, dilimizin qənaətbəxş hesab edilən mənzərəsini yaratmışdır. Bu meyillərdən biri dilimizdəki özəlləşmə prosesidir. Dildə onun sistem – sturuktur təbiətinə uyğun gəlməyən sözlərin həmin dilin öz vahidləri hesabına əvəzlənməsinə özəlləşmə deyilir ki, bu, hər bir milli dil üçün xarakterikdir. Bizim dilimizdə də bu proses 30 –cu illərdən başlamış, görkəmli söz ustadlarımızın səyi ilə bir sıra yeni leksik vahidlər işləklik statusu qazanmışdır. Buna qurultay, bildiriş, arayış, görüntü, seçki, ildönümü, zərbəçi, beşillik və s kimi onlarca sözü nümunə gətirmək olar. Həmin proses 60 – cı illərdə də hiss olunurdu.
- cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı “söz partlayışı ” vasitəsilə söz yaranması; 3) başqa türk dillərinin təsiri ilə dilə sözün gəlməsi.
Çimərlik, duracaq, yüzillik, saxlanc, utanc, əyləc, dönəm, çağdaş, nəfəslik, vərəqçə, özəl, bölgə, bilgisayar, soyad və s.
Bəzən dildən çıxmış sözlər də yenidən istifadəyə gətirilir. Məsələn, çavuş, yarlıq, ulu, nəsnə, dürlü və s.
Xalqımızın müstəqil dövləti dilin özləşmə prosesinə xüsusi imkan və şərait yaratmış, dilimizin öz sözləri görünməyən işləklik meydanı qazanmışdır.
6 Qrammatik norma. Nitq normalarının tarixiliyi.
Müasir Azərbaycan ədəbi dilinin qrammatik norması ümumxalq dilinin iltisaqilik prinsipinə əsaslanan qrammatik quruluşunu əks etdirir.
Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını tələb edir, onu normaya salır. Bu əlaqələr düzgün qurulmadıqda nitqdə qrammatik səhvlər meydana çıxır. Qrammatik normanın gözlənilməsi nitq mədəniyyətinin mühüm şərtlərindən biridir.
Müasir ədəbi dilimizin qrammatik normalarını təxminən aşağıdakı kimi qruplaşdırmaq olar.
- təyini müəyyən miqdar sayı olan isim təkdə işlənməlidir. Beş kitab, on iki əsgər.
- Adlara (isim, sifət, say və s) əvvəl kəmiyyət, sonra mənsubiyyət, hal və xəbərlik əlaməti artırılır. Dost-lar-ımız-dan-dır, adət-lər-in-dən-dir
- Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə səxs şəkliçiləri artırılır: sön- dür- ül- məli- dir.
- Mübtəda ilə xəbər arasında şəxsə, qismən də kəmiyyətə görə qismən uzlaşma gözlənilir: sən tələbəsən. onlar şagirddirlər. Siz getməlisiniz.
- Adi intonasiya ilə deyilməli olan, yaxud deyilən cümlələrdə əvvəl mübtəda sonra tamamlıq və zərflik, sonda xəbər gəlməlidir. Təyin öz təyinolunanından əvvəl gəlməlidir. Bu sıralanma yalnız müəyyən üslubi məqsəd və situasiyadan asılı olaraq pozula bilər. Bu sadalanan qaydalara əməl olunmaması, yəni sözlər arasında sintaktik əlaqələnmənin düzgün qurulmaması qrammatik normanın pozulması ilə nəticələnir.
Norma tarixi kateqoriyadır. Illər, əsrlər keçdikcə ədəbi dilin normalarında əvvəlkindən fərqli əlamətlər, keyfiyyətlər əmələ gəlir. Məsələn: 30 – cu illərə qədər ədəbi dilimizdə sağur “n” (nun) deyilən səs var idi. əlifbada bu səs xüsusi hərflə göstərilirdi. 30 – cu illərdən sonra həmin səs öz normativliyini itirdi. Və ya 2004 – cü ilin 5 avqust tarixli orfoqrafiya qaydalarına görə indi nəqarət, buynuznari, super – market, meyil, sanatori, profilaktori və s. yazılır. Halbuki əvvəllər məhz orfoqrafiya normalarına görə başqa cür yazılırdı.
Başqa bir misal: XX əsrin 80 – ci illərinə kimi fəal olan sosializm, sovet, kolxoz, komsomol, pioner kimi yüzlərlə leksik vahid qısa bir vaxtda öz işləkliyini itirdi.
Müəyyən sözlər dildən, lüğət tərkibindən şıxdığı kimi, xeyli söz də dilimizə daxil olmuş, işləklik qazanmışdır. Artıq bu yeni sözlərin (açıqlamaq, toplum və s.) işlədilməsi bir leksik normadır.
7 Nitq istisnaları. Natiqlik sənəti. Nitq etiketləri
ədəbi dildə sabit qaydalarla yanaşı həmin qaydalarla uyuşmayan dil hadisələri də olur. Bunlara nitq istisnaları deyilir. Dildə istisnaların olması müəyyən tarixi, ictimai təsirlərlə bağlı olur və bu, hər bir dil üçün təbii haldır.
Müasir ədəbi dilimizdə istisnalar – müəyyən dövr üçün qeyri – normativ hallar normanın tarixi hərəkətinin- təkamülünün , inkişafının nəticəsi kimi ortaya çıxır.
Nitq istisnaları iki halda yaranır.
- öz dövrünü keçirmiş nitq vahidləri bu və ya digər üslubda “ilişib” qalır;
- yeni daxil olmuş dil vahidləri bir müddət normativləşmir.
- düzgün, dəqiq və gözəl danışmaq;
- dinləyicilərin səviyyəsini nəzərə almaq, yəni auditoriya üçün anlaşıqlı danışmaq;
- nitqin intonasiyasına və ritminə uyğun bədən, üz, baş və əl – qol hərəkətləri etmək;
- mümkün qədər yığcam danışmaq, mətləbdən kənara çıxmamaq;
- nitqə əvvəlcədən hazırlaşmaq, onun əsas mərhələlərini müəyyənləşdirmək, nəyə nail olacağını əvvəlcədən konkretləşdirmək.
Natiqliyin müxtəlif sahələri vardır:
- Bədii natiqlik – burada bədii ədəbiyyatın süsusi məlahətlə, emosional, həm də professional ifası nəzərdə tutulur.
- Akademik natiqlik – burada elmi – fəlsəfi məzmunlu rəvan nitqlə söylənən canlı danışıq meyar sayılır. Müəllimin danışığı akamedik danışığa nümunə ola bilər.
- Siyasi natiqlik – siyasi mövzularda siyasət adamlarının, dövlət xadimlərinin, beynəlxalq icmalçıların, diplomatların nitqidir.
- Inzibati – idarə natiqliyi – idarə başçılarının, vəzifə sahiblərinin öz işləri haqqında peşəkar danışığı mənasında başa düşülür.
- Işgüzar natiqlik – biznes adamlarının iqtisadi – idarəçilik mövzusunda peşəkar danışığıdır.
Daha çox yayılmış etiket formaları bunlardır:
- müraciət etiketləri – müsahib yaşca böyük olduqda, yaxud ortada tanışlıq olmadıqda ona “siz” deyə müraciət olunur. Bundan başqa, Xanım!, Cənab!, Müəllim! və s. kimi müraciət formaları da vardır.
- Görüşmə etiketləri – Salam!, Salaməleyküm!, Xoş gördük!, Xoş gəlmisiniz!
- Ayrılma etiketləri – Xudahafiz!, Salamat qalın!, Allah amanında! və s.
- Təbrik etiketləri – Təbrik edirəm!, Mübarəkdir!, Gözünüz aydın və s.
8 Morfologiya.Əsas nitq hissələri.İsim, sifət, say.
Qrammatika dilin qrammatik quruluşunu öyrənən bir elmdir.Morfologiya da qrammatikanın bir hissəsidir.Morfologiyanın obyekti sözdür.Morfologiya leksikologiyadan fərqli olaraq, sözün vahid leksik mənasını yox, onun (sözün) geniş qrammatik mənalarını öyrənən bir elmdir.
Isim əsas nitq hissələrindən biridir.İsimlər dildə olan bütün sözlərin ən mühüm bir qismini təşkil edir.İsimlər bütün varlıqların adlarını bildirən sözlərdən ibarətdir.İsimlər bizi əhatə edən bütün maddi varlıqların şüurumuzdakı müxtəlif təzahürlərinin adlarını bildirən sözlərdir.İsimlər yalnız maddi varlıqların deyil, bütün mənəvi və mücərrəd anlayışların da adlarını bildirir.
Müxtəlif məfhumları ifadə edən bütün isimləri məna növlərinə görə 3 qismə ayırmaq olar.
1.konkret və mücərrəd varlıqların adlarını bildirən isimlər
2.xüsusi və ümumi isimlər
3.təklik və topluluq bildirən isimlər
Konkret və mücərrəd varlıqların adlarını bildirən isimlər.Canlı və cansız varlıqların adlarını bildirən bu isimlərin məzmununda əşya anlayışı vardır.Belə isimləri ifadə edərkən insanın şüurunda müəyyən bir varlıq dərk edilir: adam, ağac, da., balta, su və s.Mənşə etibari ilə də konkret məfhumları bildirən isimlər mücərrəd məfhumları bildirən isimlərdən əvvəl yaranmışdır.Çünki insan hər şeydən əvvl konkret varlıqları dərk etmişdir.Mücərrəd məfhumları bildirən isimlər əşyadan xaricdə dərk edilir: forma, uzunluq, ağırlıq, yaxşılıq, gözəllik və s.
Xüsusi isimlər isimlər varlığı tək olan, yəni bir-birinin eyni olmayan əşyanın adını bildirir.Həzi Aslanov, Füzuli, Bakı, Kəpəz, Mars və s. daxildir.
Ümumi isimlər müəyyən bir qrupa daxil olan eynicinsli varlıqların ümumi adını bildirmək üçün işlədilir.Varlığına görə çox olan adlar ümumi isim hesab olunur: insan, da., ağac, kitab və s.
Təklik və topluluq bildirən isimlər.Ümumi isimlərin çoxu tək bir sözdən ibarət olub, ayrı-ayrı varlığın adını bildirdiyi halda, bir qismi də cəmlik şəkilçisi qəbul etmədən tək bir sözlə varlığın topluluğunu bildirir: adam, quş, inək, at (təklik bildirir), xalq, el, ordu, sürü, naxır (topluluq bildirir).
İsmin quruluşca 3 növü vardır.
1.sadə isimlər heç bir sözdücəldici şəkilçi qəbul etmədən əşyaların adlarını bildirən isimlərdir.Meşə, su, balıq və s.
2.düzəltmə isimlər sadə sözlərin üzərinə sözdücəldici şəkilçi artırmaqla müxtəlif nitq hissələrindən düzəltmə isimlər əmələ gətirilir.Gözəllik, dəftərçə, yaylaq, musiqiçi, şəhərli, mənəviyyat və s.
Mənsubiyyət kateqoriyası.
Sahib şəxs və mənsub əşya arasındakı münasibəti bildirmək üçün morfoloji əlamətdən mənsubiyyət şəkilçilərindən istifadə olunur.Əşyanın hansı şəxsə aid olduğunu bildirmək üçün sözə aşağıdakı mənsubiyyət şəkilçiləri artırılır.
Yiyəlik hal iki cür olur. 1. müəyyən yiyəlik hal 2. qeyri- müəyyən yiyəlik hal.
Müəyyən yiyəlik hal şəkilçi qəbul edir, qeyri- müəyyən yiyəlik hal isə heç bir hal şəkilçisi qəbul etmir. Müəyyən yiyəlik halın şəkli əlaməti ın (in, un, ün) şəkilçisindən ibarətdir. Kitabın, elmin, dostun, buğdanın və s.
Qeyri- müəyyənlik bildirən yiyəlik hal şəkil və məzmunca müəyyənlik bildirən yiyəlik haldan fərqlənir. Bu hal şəkilçi qəbul etmədiyi üçün öz müəyyənlik məzmununu itirir, qeyri- müəyyənlik anlayışı verir.: el bayramı, sel gücü, göz qaydası və s.
Təsirlik hal. Ismin təsirlik halı üzərində təsir icra olunan əşyanı bildirdiyi üçün o, təbii olaraq, cümlənin feli xəbəri ilə bilavasitə bağlı olur. Onu da əlavə etmək lazımdır ki, təsirlik halda işlənən sözlər bütün fellərlə deyil, yalnız təsirli fellərlə əlaqədar olur. Təsirlik halın şəkli əlaməti ı (i, u, ü) şəkliçisidir: dəftəri, ordunu, körpünü və s. obyektin məzmununda heç bir müəyyənlik nəzərdə tutulmursa və qeyri- müəyyənlik ifadə olunursa, həmin hal şəkilçisiz işlənir və qeyri- müəyyən təsirlik hal adlanır. Məs: Rahim kitab oxudu. Rahim kitabı oxudu.
Yönlük hal bir tərəfdən iş, hərəkət və əşyanın istiqamətini, digər tərəfdən iş, hərəkət və ə.yanın çatacağı son nöqtəni bildirir.Yönlük halın şəkli əlaməti –a, -ə şəkilçisidir.Məsələn, tələbələrə təqaüd verilir.Əşrəf Moskvaya gedir.
Yerlik hal.İsimlərin bu halı başlıca olaraq yer məzmunu ifadə edir.Yerlik halın şəkli əlaməti –da, -də şəkilçisidir.Kitabda gözəl şəkillər var.Qəzetdə maraqlı bir məqalə dərc olunmuşdur.
Çıxışlıq hal.İsmin bu halı həm iş və hərəkətin, həm də əşyanın çıxış, yəni başlanğıc nöqtəni bildirir.İsmin çıxışlıq halının şəkli əlaməti –dan, -dən şəkilçidir.
Sifət əşyanın əlamət və keyfiyyətini bildirən nitq hissəsidir.Müasir Azərbaycan dilində sifətlər quruluşca 3 qismə ayrılır.
Sadə sifətlər.Sadə bir söz öz vəzifəsi, mənası vasitəsilə əşyanın həcmini, keyfiyyətini, xasiyyətini, müxtəlif cəhətdən ölçüsünü bildirir:Ağ (kağız), Yaxşı (adam), kiçik (ev), qarı (nənə) və s. sadə sifət hesab olunur.
Düzəltmə sifətlər.Müasir azərbaycan dilində işlənən düzəltmə sifətlər yaranmalarına görə müxtəlifdir.Onlar həm xalis Azərbaycan söz və şəkilçilərindən düzəlmiş sifətlər, həmdə başqa dillərdən keçmiş düzəltmə sifətlərdir: Ağıllı (uşaq), bacarıqsız (adam), zarafatcıl (adam), səhərki(iclas), basəfa (yer), namünasib (hərəkət) və s.
Mürəkkəb sifətlər iki sözün birləşməsindən əmələ gəlir.Mürəkkəb sifətlər bir neçə yolla əmələ gəlir
1.iki sadə sifətin təkrar edilməsilə mürəkkəb sifət əmələ gəlir.Yaşıl-yaşıl (çəmənlər)
2.İsimdən düzəlmiş iki sifətin yanaşı işlənməsilə mürəkkəb sifətlər əmələ gəlir.Dadlı-dadlı (meyvələr)
3.Bir sadə sifət və bir isimdən düzələn sifətdən mürəkkəb sifətlər düzəlir.Ucaboylu (oğlan)
4.Bir say və bir düzəltmə isimdən əmələ gələn mürəkkəb sifətlər. Beşillik (plan)
5.Birinci tərəfi mənsubiyyət şəkilçisi ilə işlənən isimdən, ikinci tərəfi sadə və ya düzəltmə sifətdən ibarət mürəkkəb sifətlər.Dilişirin (uşaq)
Sifətin dərəcələri.Azərbaycan dilində sifətin 3 dərəcəsi vardır.
1.Adi dərəcə həm məzmun, həm də şəkilcə başqa dərəcələrdən onunla fərqlənir ki, o bütün dərəcələr üçün meyar hesab olunur.Ağ kağız, yaxşı adam, uzun yol.
2.Çoxaltma dərəcəsi vasitəsilə bir keyfiyyət, rəng, əlamət və s. adi dərəcədən çox olduğunu göstərir.Bu dərəcə üstünlük və şiddətləndirmə növlərini özündə birləşdirir.Üstünlük növü analitik yolla formalaşır.Belə ki, bu mənanı ifadə etmək üçün sifətlərin əvvəlində ən, lap, çox, olduqca sözləri işlədilir.Ən gözəl, lap yaxşı, çox böyük və s. Çoxaltma dərəcəsinin şiddətləndirmə növü rəngin, keyfiyyətin adi vəziyyətdən qat-qat artıq olduğunu göstərir.Sifətin ilk hecası və ya birinci saitindən sonra m, p, r, s samitlərindən biri artırılaraq həmin sifətlə birgə işlədilir.Qıpqırmızı, bomboş, dopdoğru və s.
3.Azaltma dərəcəsi onun təyinlik dərəcəsini adi haldan qismən az göstərir.Sarı adi bir rəngi sarımtıl isə adi sarılıqdan xeyli az sarı bir rəngi bildirir.Sifətin azaltma dərəcəsi sintetik və analitik yolla əmələ gəlir.
1.Sintetik yolla.a)ımtıl, imtil, umtul, ümtül və mtraq şəkilçilərini sifət köklərinə artırmaqla: qırmızımtıl, göyümtül
b)raq, rək şəkilçisini sifətlərə artırılmaqla: gödərək, yastıraq
c)sifətlərə sov şəkilçisini artırmaqla:uzunsov, dəlisov
2.Analitik yolla.a)sifətdən avvəl ala sözünü işlətməklə: ala-yarımçıq, ala – çiy
b)sifətdən sonra təhər sözünü əlavə etməklə:qırmızıtəhər
c)sifətin əvvəlinə açıq sözünü artırmaqla:açıq- sarı, açıq – qırmızı
Say da əsas nitq hissələri sırasına daxildir.Ümumi qrammatik mənasına görə əşyanın miqdarını və sırasını bildirən əsas nitq hissəsinə say deyilir.Müasir Azərbaycan dilində sayları mənaca 2 qrupa ayırmaq olar.
- müəyyən miqdar sayları bütün say növlərinin əsasını təşkil edir.On beş kitab, iyirmi tələbə və s.
- Kəsr sayları müəyyən miqdarın bir hissəsini bildirir.Bunlar da müəyyən miqdar saylarından əmələ gəlir.Kəsr saylarını əmələ gətirmək üçün bütövü bildirən bir sayla hissəni bildirən başqa bir sayın birgə işlənməsi lazımdır.Üçdən bir, beşdə üç
- Qeyri müəyyən miqdar sayları.Azərbaycan dilində qeyri-müəyyən miqdar sayları, əsasən, az, çox, xeyli sözlərindən ibarətdir.Çox kitab, xeyli yaxşı, az adam
Şəxs, əşya ,əlamət, kəmiyyət, hərəkət bildirən sözləri ümumi və ya qeyri – müəyyən şəkildə əvəz edən, yaxud sadəcə olaraq onlara işarə edən sözlərə əvəzlik deyilir.
.Əvəzliklərin bir nitq hissəsi kimi özünəməxsus morfoloji əlamətləri yoxdur. Əvəzlik hansı nitq hissəsinin əvəzində işlənirsə, onun morfoloji əlamətlərini də bu və ya digər dərəcədə qəbul edir. Məsələn, isimləri əvəz etdikdə isim kimi hallanır, isim kimi kim?, nə? suallarına cavab verir. Necə? sualı ilə sayın əvəzində işlənir, sıra saylarının şəkilçisini qəbul edir (Neçənci sinifdə oxuyursan?). işarə əvəzlikləri işarə məqsədilə işləndikdə sifəti xatırladır, hansı? sualına cavab verir. Hərəkəti müəyyənləşdirmək üçün işləndikdə universal etmək, eləmək felləri ilə birlikdə zaman, şəkil əlamətləri qəbul edir və şəxslərə görə dəyişir: nə edir?, nə etməlidir? nə edəsidir? Nə etsə?
Əvəzliklərin aşağıdakı məna növləri var:
- şəxs əvəzlikləri
- qeyri – müəyyənlik bildirən əvəzliklər
- sual əvəzlikləri
- işarə əvzlikləri
- təyini əvəzlikləri
- ci və 2 – ci şəxslərin tək və cəmi yalnız şəxs əvəzlikləri ilə, 3 – cü şəxsin təki və cəmi isə həm şəxs əvəzliyi, həm də isimlərlə ifadə olunur.
O (uşaq) onlar (uşaqlar)
Şəxs əvəzlikləri isimləri əvəz edir. Isimləri əvəz etdiyi üçün şəxs əvəzlikləri isim kimi hallanır.
Şəxs əəvəzlikləri də isimlər kimi qoşmalarla əlaqələnə bilir. Üçün, ilə qoşmaları adlıq halda olan isimlərə qoşulur, lakin bu qoşmalar əvəzlikləri yiyəlik halda tələb edir: sənin üçün, sənin ilə, onun üçün, onun ilə.
Şəxs əvəzlikləri -lik və -li şəkilçilərini qəbul edərək isim və sifət kimi işlənir: mənlik, sənlik, bizlik, sizlik , mənli, sənli və s. – cığaz, -ciyəz şəkilçisi ilə əzizləmə,nəvaziş, kinayə çaları qazanır.
Qeyri –müəyyənlik bildirən əvəzliklər. Isimlərin yerində işlədilən və qeyri – müəyyən əşyanı bildirən əvəzliklərə qeyri – müəyyən əvəzlik deyilir. Qeyri – müəyyən əvəzliklər bunlardır. Kimsə, kim isə, nəsə, nə isə, biri, kimi, hərə, hamı, hər kəs, heçnə, heç kəs, heç biri, hər kim, hər nə, filankəs, bəzi.
Kimsə, hərə, kim, hamı, hər kəs, heç kim, heç nə, heç kəs, heç biri, filankəs qeyri – müəyyən əvəzlikləri hallana bilir.məsələn: kimi belə düşünür, kimi də başqa cür. Kiminə iş tapşıırı, kiminə yox. Kiminin arxası var, kiminin yox.
Qeyri – müəyyən əvəzliklərin bir qismi (hamı, hərə, bəzi), məhdud şəkildə də olsa mənsubiyyət şəkilçilərini qəbul edə bilir.
Kimsə əvəzliyi iki mənada işlənir.
- kim isə, qeyri – müəyyən şəxs mənasında: Kimsə (kim isə) qapını döyürdü. Kimsə (kim isə) mənə işarə edəcək.
- heç kim (heç kəs) inkar sözü kimi: Kimsə (heç kəs) yaxın gəlməsin.
Sual əvəzlikləri bunlardır: İsmi əvəz edən sual əvəzlikləri – kim?, nə?, hara?
Sifəti əvəz edən sual əvəzlikləri – necə?, nə cür?, hansı?
Sayı əvəz edən sual əvəzlikləri – neçə?, nə qədər? (həm sdə zərfin sualıdır), neçənci?
Zərfi əvəz edən sual əvəzlikləri – necə?, nə cür? (bu sual əvəzlikləri həm də sifətin suallarıdır) , nə qədər? (həm də sayın sualıdır), nə vaxt?, haçan?, hara?
Işarə əvzliyi. Işarə məqsədilə işlədilən əvəzliklərə işarə əvzliyi deyilir. Işarə əvəzlikləri aşağıdakılardır. O, bu, elə, belə, həmin, həmən.
O, bu, həmin, həmən işarə əvəzlikləri sifəti əvəz edir. Elə, belə işarə əvəzlikləri isə həm sifəti, həm də zərfi əvəz edə bilir.
O əvəzliyi cümlənin təyini kimi işlənərək hansı? sualına cavab verdikdə işarə əvəzliyi olur. Bu əvəzliyi isə işlənmə məqamından asılı olmayaraq, həmişə işarə əvəzliyidir. O, bu əvəzlikləri mənsubiyyət şəkilçilərini qəbul etmir.
Təyini əvəzliklər. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklərə təyini əvəzlik deyilir. Təyini əvəzliklər cümlədə isimlərdən əvvəl gələrək onları təyin edir. Təyini əvəzliklər bunlardır. Öz, hər, bütün, filan, eyni. Təyini əvəzliklər sifət kimi hansı? sualına cavab verir, cümlədə təyin vəzifəsini daşıyır.
Fel – əşyanın hərəkətini bildərən sözlərə deyilir. Fel ərəb sözü olub, iş, hərəkət, əməl deməkdir və şəxsin, əşyanın işini, hərəkətini, hal – vəziyyətini bildirən söz qrupudur. Zəngin kateqoriyalar sisteminə malikdir və bu cəhətdən heç bir nitq hissəsini onunla müqayisə etmək olmaz. Təsirli və təsirsiz olur. Işin icra olunduğunu bildirdiyi kimi icra olunmadığını da bildirir. Növ şəkilçiləri qəbul edərək subyektlə obyekt arasındakı əlaqə və münasibəti üzə çıxarır. Müxtəlif təsrif formaları vardır: zamana, şəkil əlaməətlərinə və şəxsə görə dəyişir. Məsdər şəkilçisi qəbul edərək hərəkətin adını bildirir. Feli sifət şəkilçiləri ilə atributivlik, feli bağlama şəkilşiləri ilə adverbiallıq qazanır.
Fellər quruluşca sadə,düzəltmə və mürəkkəb olur. Sadə fellər ya bir kökdən, ya da kök və qrammatik şəkilçidən ibarət olur. Yaz, apar, aldı və s.
Düzəltmə fellər həm sadə, həm də düzəltmə sözlərə leksik şəkilçilər artırmaqla düzəlir. Adlardan fel düzəltmək üçün aşağıdakı şəkilçilərədən istifadə olunur: la², laş², lan², ar², al²
Feldən fel düzəltmək üçün , əsasən, aşağıdakı şəkilçilərədən istifadə olunur:ıl², dır², ış, iş, uş, üş, ın,in, un, ün, ıt, it, ut, üt, ır, ir, ur, ür və s.
Mürəkkəb fellər iki və daha artıq sözün birləşməsindən yaranır. Mürəkkəb fellər demək olar ki, bitişik yazılmır. Bir neçə söz istisnadır: sağollaş(maq), xudahafizləş(mək) və s.
Mürəkkəb fellər daha çox aşağıdakı yollarla yaranır:
- Mürəkkəb fellərin başqa bir qismi etmək, eləmək, olmaq köməkçi fellərini digər nitq hissələrinə artırmaqla, eləcə də – a² (-ya²) şəkilçisi qəbul etmiş felə bilmək sözünü artırmaqla düzəlir: qohum olmaq, yaxşı olmaq, yaza bilmək və s.
Inkar fellər təsdiq fellərin kökünə və ya başlanğıc formasına -ma² şəkilçisi, bəzən də deyil inkar hissəciyi artırmaqla düzəlir; almalı, satmayacaq, qorxmayan və s.
Əgər fel özündən asılı olan, yəni idarə etdiyi sözün təsirlik halda olmasını tələb edirsə, belə fellərə təsirli fellər deyilir. Məsələn, şeiri əzbərləmək, tar çalmaq və s.
Əgər fel özündən asılı olan, idarə etdiyi sözün təsirlik halda olmasını tələb etmirsə, belə fellərə təsirsiz fellər deyilir. Məsələn ,pəncərədən baxmaq, divanda oturmaq.
- məlum növ
- məchul növ
- qayıdış növ
- şəxssiz növ
- icbar növ
- qarşılıq – birgəlik növ
Məchul növ fellərdə subyekt məlum olmur. Bu növ təsirli fellərə -ıl, -il, -ul, -ül, -ın, -in,- un,- ün (-n) şəkilçiləri artırmaqla düzəlir. Məktub ünvana çatdırıldı. Divara mismar çalındı. Stollar işəri daşındı. Məchul növ fellər təsirlidən düzəlsə də, nəticədə təsirsiz olur.
Qayıdış növ fellərdə subyekt işi öz üzərində icra edir. Bu növdə subyekt və obyekt eyni şəxs olur. Məchul növdə olduğu kimi, qayıdış növ də təsirli fellərə -ıl, -ın, (-n) şəkilçiləri artırmaqla düzəlir. Sofi bu dəm geriyə çəkilsəydi, yaşamamalı idi. Bu zaman dünyanın görünməmiş bir hadisəsi baş verdi. Yaylığın ucları titrəyirdi, yellənirdi.
Şəxssiz fellər işlənən cümlənin mübtədası olmur. Onu bərpa etmək də qeyri – mümkündür. belə fellər təsirsiz fellərə ıl, ın şəkilçisini artırmaqla düzəlir və yenə də təsirsiz olaraq qalır: yeni bir arxiv sənədinə təsadüf edildi. Yenə əlyazmalara nəzər salındı. Şəxssiz fellər yalnız 3 – cü şəxsin təkində olur.
İcbar sözü ərəb sözü olub, məcbur sözü ilə eyni kökdəndir. Bu növ fellərdə işi nə hadisəni danışan, nə də haqında danışılan yox, başqa bir şəxs icra edir. Icbar növ fellər təsirli fellərə -dır, -t şəkilçilərini artırmaqla düzəlir, təsirli olaraq da qalır. Ölməsə, Əmir Teymur bu türbəyə biət eyləyəcək, onu dağıtdırmayacaqdı.
Qarşılıq – birgəlik növ fellərində hərəkətin icrası üçün ən azı iki subyekt iştirak etməlidir. İş ya qarşılıqlı şəkildə, ya da işi görənlərin hamısı tərəfindən birgə eyni vaxtda görülməlidir. bu növ fellər – ış, (- ş) şəkilçisi ilə düzəlir. Biz tez – tez görüşürük. Uşaqlar gülüşdülər.
Fellər şəxsə və kəmiyyətə görə dəyişib, dəyişməməsinə görə iki qrupa bölünür:
1. Təsriflənən formalar
2. Təsriflənməyən formalar
Felin şəxsə və kəmiyyətə görə dəyişən formalarına felin təsriflənən formaları deyilir. Felin təsriflənən formalarına felin sadə və mürəkkəb şəkilləri daxildir.
Felin sadə şəkilləri
Felin şəkilləri danışan (haqqında danışılan) şəxsin görülən işə, hərəkətə münasibətini büdirir. felin altı sadə şəkli var:
1.Əmr şəkli
2.Xəbər şəkli
3.Arzu səkli
4.Vacib şəkii
5.Lazım şəkli
6.Şərt şəkli
Felin əmr şəkli əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirir. Əmr şəklinin xüsusi şəkilçisi yoxdur. fel kökünə və ya başlanğıc formasına aşağıdakı şəxs şəkilçilərini (II şəxsin təkindən başqa) artırmaqla düzəlir:
I şəxs tək: -ım4 (-yım4), cəm: -aq² (-yaq²)
II şəxs tək: – , cəm: -ın4 (-yın4)
III şəxs tək: -sın4, cəm -sın4 +lar²
Məsələn:
Mən yaz-ım, gəl-im, oxu-yum, gör-üm və s.
Sən yaz, gəl, oxu, gör və s.
O yaz-sın, gəl-sın, oxu-sun, gor-sun və s.
Biz yaz-aq, gəl-ək, oxu-yaq, gör-ək və s.
Siz yaz~ın, gəl-in, oxu-yun, gör-ün və s.
Onlar yaz-sın-lar, gəl-sin-lər, oxu-sun-lar, gör-sün-lər və s.
Felin əmr şəkli məzmunca indiki, yaxud gələcək zamanı bildirir.
Felin xəbər şəkli işin nə zaman və kim tərəfindən gorüldüyünü bildirir. Xəbər şəklinin də xüsusi şəkilçisi yoxdur.Zaman və şəxs şəkilçiləri ilə düzəlir: al-dı-m, al-dı-n, al-dı, al-ır-am, al-ır-san, al-ır və s. Fel xəbər şəklində keçmiş, indiki və gələcək zamanlara və şəxsə görə dəyişir.
Keçmiş zaman
İş və hərəkətin danışılan vaxtdan əvvəl baş verdiyini bildirir. Keçmiş zamanın iki növü van şühudi keçmiş zaman və nəqli keçmişzaman.
Şühudi keçmiş zamaniş və hərəkətin keçmişdə icra olunub-olunmadığını qəti şəkildə (şahidlik yolu ilə)bildirir. Fel kökünə və ya başlanğıc formasına -dı4 şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir: yaz-dı-m, yaz-dı-n, yaz-dı, yaz-dı-q, yaz-dı-nız, yaz-dı-lar və s.
Nəqli keçmiş zamaniş və hərəkətin keçmişdə icra olunub-olunmadığının nəticəsini nəql-nağıl etmə yolu iləbildirir.
Nəqli keçmış zaman -mış şəkilçisi ilə düzəlir: gəl-miş-əm, gəl-rniş-sən, gəl-miş-dir, gəl-miş-ik, gəl-miş-siniz, gəl-miş-lər. Nəqlı keçmiş zaman II və III şəxslərdə -ıb4 şəkilçisi ilə də düzəlir: al-ıb-san, al-ıb-sınız, gəl-ib-sən, gəl-ib-lər və s. II şəxsin təkində və cəmində -mış4 şəkilçisinin son samiti bəzən buraxılır: al-mış-san = al-mı-san, al-mış-sınız = al-mı-sınız və s.
İndiki zaman
İş və hərəkətin danışılan zaman baş verdiyini bildirir. Fel kökünə və ya felin başlanğıc formasına -ır4 (-yır4) şəkilçisıni və şəxs şəkilçilərini artırmaqla düzəlır: yaz-ır-am, yaz-ır-san, yaz-ır. yaz-ır-ıq, yaz-ır-sınız, yaz-ır-lar, oxu-yur-am, oxu-yur-san, oxu-yur, oxu-yur-uq, oxu-yur-sunuz, oxu-yur-lar və s.
Gələcək zaman
lş və hərəkətin danışılan zamandan sonra icra olunacağını bildirir.Gələcək zamanın iki növüvar:qəti gələcək zaman və qeyri-qəti gələcək zaman.
Qəti gələcək zamaniş və hərəkətin gələcəkdə icra olunub-olunmayacağını qəti şəkildə bildirir, -acaq²şəkilçisi ilə düzəlir: al-acağ-am, al-acaq-san, al-acaq-dır, al-acağ-ıq, al-acaq-sınız, al-acaq-lar; gəl-əcəy-əm, gəl-əcək-sən, gəl-əcək-dir, gəl-əcəy-ik, gəl-əcək-siniz, gəl-əcək-lər və s.
Qeyri-qəti gələcək zamandaiş və hərəkətin gələcəkdə icrası qəti şəkildo bildirilmir. Fellərə -arJ (-yar1) şəkilçisini artırmaqla düzəlir: yaz-ar-am, yaz-ar-san, yaz-ar, yaz-ar-ıq, yaz-ar-sınız, yaz-ar-lar; oxu-yar-am, oxu-yar-san, oxu-yar, oxu-yar-ıq, oxu-yar-sımz, oxu-yar-lar və s.
Qeyd 1: -la2 şəkilçisi ilə bitən fellətin qeyri-qəti gələcək zamanında bəzən -ar1 şəkilçisinin saiti düşür:bas-la-r-am, göz-lə-r-sən, işlə-r-ik və s.
Qeyd 2: Yuxarıda qeyd olunduğu kimi, qeyri-qəti gələcək zaman II və III səxsin təkində və cəmində inkarda işlənərkən -ar3 şəkilçisinin tərkibindəki r samiti z samitınə keçir. Məşələn:alar-almaz. gələr — gəlməz, oxuyarsan — oxumazsan və s.
Felin arzu şəkli işin gələcəkdə icrasının arzu olunduğunu bildirir.
Arzu şəklinin özünəməxsus şəklçisi vardır: -a². Bu şəkilçi fel köklərinə (və ya fellərin başlanğıc formasına) artınlır:vaz+a+m. yaz+a+san, yaz+a, yaz+a+q, yaz+a+sınız, yaz+a+lar; oxu+ya+m, oxu+ya+san, oxu+ya, işlə+yə+k, işh+yə+lər və s. Oxu, islə kımi saitlə bitən fellərdə bu şəkilçinin əvvəlinə y bitişdirici samiti artırılır. Arzu şəklində çox vaxt gərək, kaş sözləri işlənir: gərək (kaş) bil+ə+m. gərək (kaş) ged+ə+siniz və s.
Felin vacib şəkli gələcəkdə icra ediləcək işin zəruriliyini, vacibliyini bildınr, -malı²şəkilçisi ilə düzəlir: al+malı+yam, al+malı+san, al+malı+yıq, al+malı+sınız, al+malı+dır+lar; gəl+məli+yəm, gəl+məli+sən, gəl+məli+dir, gəl+məli+yik, gəl+məli+siniz, gəh-məli+dır+lər və s:
Felin lazım şəkli gələcəkdə icra ediləcək işin lazım oiduğunu bildirir, fellərə -ası² şəkilçisini artırmaqla düzəlir:yaz+ası+yam, yaz+ası+san, yaz+ası+dır, yaz+ası+yıq, yaz+ası+sınız, yaz+ası+dır+ lar; gəl+əsi+yəm, gəl+əsi+sən, gəl+əsi+dir, gəl+əsi+yik, gəl+əsi+siniz, gəl+əsi+dir+lər və s.
Yuxarıda qeyd olunduğu kimi, felin lazım şəklinin inkarı deyilsözü ilə işlənir: alası deyiləm, gələsi deyilik və s.
Felin şərt şəkli gələcəkdə icra olunacaq iş, hərəkətin müəyyən şərtlə bağlılığını bildirir, -sa² şəkilçisi ilə düzəlir:al+sa+m, al+sa+n, al+sa, al+sa+q, al+sa+mz, al+sa+Iar; gəl+sə+m, gəl+sə+n, gəl+sə, gəl+sə+k, gəl+sə+niz, gəl+sə+lər və s.
Felin bu şəklində bəzən əgər bağlayıcısı da işlənır: əgər oxu+sa+m, əgər gəl+sə+n və s.
Felin təsriflənən sadə şəkillərinə yekun olaraq yadda saxlamaq lazımdır ki, yuxarıdakı fel şəkillərindən yalnız ikisinin: əmr və xəbər şəklinin özunəməxsus şəkilçisi yoxdur. Bunlardan birincisi yalnız şəxs şəkilçilərinin, ikincisi isə (xəbər) zaman və şəxs şəkilçilərinin köməyi ilə düzəlir. Felin qalan dörd şəklinin (arzu, vacib, lazım, şərt) hər birinin özünəməxsus şəkilçiləri vardır. -a1 (arzuşəklinin), -malr (vacibşəklinin), -ası (lazımşəklinin) və -sa (sərtşəklinin).
Fel köklərinə, eləcə də fellərin başlanğıc formalarına artırılan bu şəkilçilər şəxs şəkilçiləri ilə birgə işlənir; Ümumiyyətlə, şəxs şəkilçilərimüəyyən fərqli forrnalarda (bunuyuxarıdakı nümanələrdə görmək olar) felin bütün şəkillərində işlənir. Çünki felin təsriflənməsi onun şəxsə və kəmiyyətə görə dəyişməsi deməkdir.
Qeyd: Fel şəkillərinin əlamətləri (şəkilçiləri) qrammatik şəkilçilərdir.
Zərf hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsidir. Necə?, nə cür?, nə zaman?, nə vaxt?, hara?, nə qədər?, neçə – neçə? və s. suallarına cavab verir. Məsələn: O, cəld otaqdan çıxdı.
Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə zərflər bir kökdən ibarət olur və sözdüzəldici şəkilçisi olmur. Dilimizdə olan sadə zərflər, əsasən, bunlardır: əvvəl, sonra, indi, irəli, alt, üst, daim, bayır, bura və s. məsələn: Qabaqlar ziyarətə gələnlər buradan keçərdilər.
Düzəltmə zərflər, əsasən, adlardan aşağıdakı şəkilçilərlə yaranır: -casına², -la², -ən, -yana, -yanə, -anə, -dan², -akı² və s.
- bitişik yazılan mürəkkəb zərflərin əmələ gəlməsi:
- -ba² bitişdiricisinin köməyi ilə: günbəgün, dalbadal
- Müxtəlif mənalı sözlərin birləşməsi yolu ilə: kəlməbaşı, gözaltı, birdəfəlik.
- Eyni sözlərin təkrarı ilə: yavaş – yavaş, iti – iti, bir – bir.
- Biri və ya hər ikisi şəkilçi qəbul etmiş eyni sözlərin təkrarı ilə: gündən – günə, sonradan – sonraya, üz – üzə
- Antonim sözlərin köməyi ilə: gec- tez, alt – üst, başdan – ayağa
- Yaxınmənalı sözlərin köməyi ilə: arada – bərədə, səssiz – səmirsiz, dinməz – söyləməz
- Tərəflərindən biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin köməyi ilə: tələm – tələsəm, az – maz
- Yönlük halda işlənmiş bir sayına digər sayların qoşulması yolu ilə: birə – beş, birə – on
- Tərzi – hərəkət zərfləri
- Zaman zərfləri
- Yer zərfləri
- Miqdar zərfləri.
Zaman zərfləri hərəkətin və ya hadisənin zamanını bildirir. Nə vaxt?, nə zaman?, haçan? suallarına cavab verir. Məs: Qabaq burada böyük hovuz var idi.
Yer zərfləri hərəkətin və ya hadisənin yerini bildirir. Hara?, haraya?, harada?, haradan? Suallarına cavab verir. Məs: O, qıraqda dayanmışdı.
Miqdar zərfləri hərəkətin və ya əlamətin kəmiyyətini və dərəcəsini bildirir. Nə qədər?, neçə?, nə dərəcədə? Suallarına cavab verir. Məs: Çox bilib, az danışmaq məsləhətdir.
10 Köməkçi nitq hissələri. Qoşma , bağlayıcı, ədat
Köməkçi nitq hissələri müstəqil lüğəvi mənaya malik olmaması, yalnız ümumiləşmiş qrammatik məna daşıması ilə əsas nitq hissələrindən fərqlənir. Əsas nitq hissələri nominativ mənaya malik olduğu halda, köməkçi nitq hissələri nə əşya adı, nə əlamət, nə kəmiyyət, nə də hərəkət bildirir. Bunlar yalnız sözlər, ifadələr, cümlələr və bəzən də mətnin hissələri arasında müxtəlif əlaqələr yaradır. Sözlərin ifadə və cümlələrin mənasına müxtəlif çalarlar əlavə edir. Köməkçi nitq hissələrinə qoşma, bağlayıcı, ədat, modal söz və nidalar daxildir.
Hallana bilən nitq hissələrinə qoşularaq adlarla adlar və adlarla fellər arasında əlaqə yaradan sözlərə qoşma deyilir. Qoşmalar cümlə daxilində hallana bilən sözlərə qoşularaq onları adlar və fellərlə əlaqələndirir. Məs: Uzun Həsən qırğı kimi ayğırın yalına yatmışdı.
Qoşmaların ən mühüm xüsusiyyətlərindən biri özündən əvvəlki sözü, yəni qoşulduğu nitq hissəsini ismin bu və ya digər halında tələb etməsidir. Qoşmaların lüğəvi mənası olmasa da, qoşulduğu sözlə birlikdə müəyyən məna ifadə edir. Sintaktik vəzifəsinə gəlincə qeyd etdiyim kimi, qoşma başqa köməkçi nitq hissələrindən fərqlənir və qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur.
- yalnız ismin adlıq halı ilə işlənən, adlıq halda olan sözlərə qoşulan qoşmalar. Bu qrupa içrə, üzrə, haqda, barədə, halda qoşmaları daxildir. Məsələn, Mən onun arvadı – uşağı olduğunu bildiyim barədə heç nə hiss etdirmədim.
- Həm adlıq, həm də yiyəlik halda olan sözlərə qoşulanlar: üçün, ilə, la², tək, təki, haqqında, barəsində. Məsələn, Mədəniyyət üçün birinci növbədə şərait lazımdır.
- Yönlük hal ilə işlənən qoşmalar. Bu qrupa: görə, qarşı, tərəf, doğru, sarı, aid, dair, nisbətən, -dək qoşması daxildir. Məsələn, O, yaşına görə çox cavan idi.
- Adlıq, yiyəlik, yönlük halda olan sözlərə və birləşmələrə qoşulanlar. Bu qrupa kimi, qədər, -can² qoşmaları daxildir. Məsələn, Qarşımda iyirmiyə qədər sağıcı qadın oturmuşdu.
- Çıxışlıq halda olan sözlərə qoşulanlar: əvvəl, qabaq, sonra, bəri, başqa, qeyri, özgə, savayı, ötrü. Məsələn, Ağsaqqal kişi oturandan sonra söhbəti özü açdı.
Sintaktik vəzifəsinə görə bağlayıcılar iki qrupa ayrılır. 1) Tabesizlik bağlayıcıları; 2) Tabelilik bağlayıcıları
- Birləşdirmə bağlayıcıları. Bu qrupa və, ilə, həm, həm də , həmçinin, da, də ,nə ,nə də bağlayıcıları daxildir. Məsələn, qabiliyyətli və intizamlı adamlar bu məsələnin həllində uduzmazlar.
- Qarşılaşdırma bağlayıcıları. Bu qrupa amma, ancaq, lakin, fəqət, halbuki, yoxsa bağlayıcıları daxildir. Məsələn, Ana soyuqdan, şaxtadan donmuşdu, uşaq isə sağ salamat idi.
- Bölüşdürmə bağlayıcıları: ya , ya da, yaxud da, gah, gah da, gah da ki, istər, istərsə də. Məsələn, Şəhərdən bir atlı və ya piyada gəldimi, həsən onu sorğu suala tutardı
- Aydınlaşdırma bağlayıcıları: yəni , yəni ki. Məsələn, mən dostumu, yəni Şamili gözləməliyəm .
Tabelilik bağlayıcılarının aşağıdakı növləri var.
- Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Məsələn, bu elə işdir ki, sən onun öhdəsindən gələ bilərsən.
- Səbəb bağlayıcıları: çünki, ona görə ki, buna görə ki, ondan ötrü ki, bunun üçün ki və s. Məsələn, quşları elektik cərəyanı vurmur, çünki quş tükü elektrik keçirmir.
- Şərt bildirən bağlayıcılar: əgər, hərgah, madam, madam ki, indi ki, bir halda ki. Məsələn, bir halda ki, bu yazı səni qane etmir, yenidən yazaram.
- Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki. Hərçənd ki onu görməyi çox istəyirəm, amma getməyə vaxt tapmıram.
- Qüvvətləndirici ədatlar: axı, ən, lap, daha, olduqca, da, də ,ki, artıq, nə, necə, ha, ca², hətta. Məsələn, Axı günü günə satmaq da olmaz
- Dəqiqləşdirici ədatlar: elə, belə, məhz, əsl. Məsələn, Elə bu saat çağırtdır gəlsin
- Məhdudlaşdırıcı ədatlar: yalnız, ancaq, tək, təkcə, bir, bircə. Məsələn, Bunu bircə onlar bilir.
- Sual ədatları: bəs, məgər, yəni, mı,mi,mu,mü. Məsələn, Bəs bağbanın səsini eşitmədiniz?
- Əmr ədatları: di, qoy, bax, gör, görün, gəl, gəlin, gəlsənə, sana², ha. Məsələn, Gəlsənə o barədə sonra danışaq
- Təsdiq və inkar ədatları: bəli, hə, xeyr, yox, heç. Məsələn, Bəli, atam Muğanda doğulmuşdur.
- Arzu ədatları: kaş, kaş ki, təki ,barı, gərək və s. Məsələn, Təki evimizdə uşaq səsi gəlsin.
12 Əməli yazı: hesabat, protokol, referat
Hesabat məzmunca müxtəlif formalara malikdir. Məktəbdə (V-IX siniflər üzrə onun iki forması üzərində şagirdləri işlətmək məsləhətdir.
- ayrı-ayrı ədəbi materiallara aid hesabat yazmaq.
- tədrislə bilavasitə əlaqədar görülən işlərə dair hesabat
yazmaq.
- Hesabat ilk növbədə inandırıcı olmalıdır.
- Hesabatdakı faktlar və rəqəmlər düzgün verilməlidir.
- Hesabatda təkrarlara, yorucu fikirlərə, yersiz sitatlara yol verilməməlidir.
- Hesabat yazılı olmalı və ictimai xarakter daşıyırsa, qorunub saxlanmalıdır .
- Hesabatın əvvəlində onu yazan şəxsin adı, atasının adı və soyadı göstərilir, sonunda isə imza qoyulur.
Hesabat necə yazılmalıdır? Bu suala cavab vermək üçün aşağıdaki nümunəyə nəzər salmaq kifayətdir.
V sinfinin nümayəndəsi Z. A. Ağayevanın I rübdə gördüyü işlərə aid
Sinfimizdə 32 şagird var. Onlardan 18-i əlaçı, 10 nəfəri dörd və beşlə, 4-ü isə zəif oxuyur. Zərifə Səlimova, Rövşən Əkbərov, Eldəniz Vəliyev və İlqarBağırov I rübdə riyaziyyatdan və ədəbiyyat yazıdan iki qiyməti almışlar. Yeganə, Vüsal, Vüqar və Kamran tətil müddətində hazırlaşacaqlarına söz vermişlər.
I rübdə sinfimizin şagirdləri üç dəfə ekskursiyada olmuşdur. Sentyabrın 22-də Şəhidlər xiyabanında şəhidlərin qəbri üstə gül dəstələri qoymuşlar. Tarix müəllimi Ə. İsmayılovun rəhbərliyi altında şagirdlər tarix muzeyinə getmiş və oradakı qədim abidələrlə tanış olmuşlar. Sinif rəhbərimiz Solmaz Rəhimova bizi Nizami parkına aparmışdır.
I rübdə sinfimizin təlim-tərbiyəsini əks etdirən “Sancaq” adlı satirik divar qəzeti üç dəfə buraxılmışdır. Qəzetin redaksiya heyəti pis oxuyanşagirdləri tənqid etmiş və əlaçı şagirdləri tərifləmişdir.
Sinfimizin şagirdləri məktəbin idman və rəsm yarışlarında feal çıxışediblər. Xüsusən, Kamran və Ruslan Rəsulzadə qardaşları siniflərarası idman yarışlarında birinci yeri tutmuşlar. Ən yaxşı cəhət budur ki, rüb ərzində sinfimizin dərsə davamiyyəti çox yüksək olmuşdur.
İmza: (Z. A. Ağayeva)
- İclasda, müşavirədə, plenumda söylənilən çıxışları və çıxarılan qərarları təzahür etdirmək üçün protokol tərtib edilir.
- Hər hansı bir ictimai qaydanın, qanunun pozulması ilə əlaqədar (yol hərəkəti qaydasının)protokol tərtib edilir.
- Dövlətlərarası saziş, müqavilə və s. bağlanan zaman da protokol yazılır.
Çıxışların və çıxarılan qərarların sayının az olduğu protokol sadə, ikidən çox məsələni özündə əks etdirən protokol mürəkkəb quruluşlu protokoldur.
- Vərəqin ortasında protokol və onun nömrəsi böyük hətflə yazılır.
- Təşkilatın adı, tarix və yığıncağın keçirildiyi yer qeyd olunur.
- Iclasda iştirakçıların sayı göstərilir.
- Yığıncağı idarə etmək üçün sədr və katib seçilir.
- Gündəlik məsələlər (ayrı – ayrı bəndlər üzrə yazılır)
- Vərəqin ortasında böyük hərflə Eşidildi sözü yazılır, müzakirə edilən məsələnin yazılı mətni protokola əlavə edilir.
- Çıxışlar sözü böyük hərflə vərəqin ortasında yazılır, edilən çıxışların qısa məzmunu qeyd olunur.
- Qərar. (bu, iclasın məqsədini əhatə etməli, növbəti hadisənin, işin yerinə yetirilməsi üçün hökm verilməlidir. qərar bəndlər üzrə yığcam şəkildə əmr cümlələri formasında öz əksini tapmalıdır)
- Protokolun sonunda sədr və katib imza atır.
Referat incəsənət, elm, texnika və təsərrüfatın ən aktual problemləri ilə əlaqədar olan məsələləri işıqlandırdığı kimi, məktəb həyatının ciddi hadisələrini də əks etdirə bilər. Şagirdlər referatın köməyi ilə həm ədəbi materialları, həm də elmi – publisistik xarakterli məsələləri yazılı şəkildə formalaşdırmaq bacarığına yiyələnirlər. Referatın mahiyyətindən aydın olur ki, şagirdlər bu tip əməli yazıda ən çoxmühakimə yürüdürlər. Müəllim “bədii ədəbiyyatda vətənpərvərliyin tərənnümü”, “sülh və müharibə” və s kimi mövzularda referat yazdıra bilər.
Referatın yazılma forması belədir: vərəqin əvvəlində ortada “Referat” sözü, onun altında isə mövzunun adı qeyd olunur. Abzasdan referatın planı verilir, sonra məzmunu yazılır. Yazının sonunda isə referat müəllifinin adı, atasının adı və soyadı, habelə yazılma tarixi qeyd edilir.
13 Söz birləşməsi. Cümlə
İki və daha artıq müstəqil sözün mənaca və qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir. Məsələn: ağıllı uşaq, ana laylası, dağ çiçəyinin ətri, Vətəni sevmək, Vətəni qoruyan əsgər, Vətəni qorumaq şərəfi, Vətəni şərəflə qoruyanda və s.Söz birləşmələrinin quruluşu. Söz birləşmələri quruluşca iki cürdür: sadə söz birləşmələri, mürəkkəb söz birləşmələri.
Sadə söz birləşmələri iki müstəqil sözdən ibarət olur. Məsələn: doğma yurd, əlaçı şagird, dəniz havası, yaz ayları, məktəb illəri, məktəbin həyəti, oxumaq həvəsi, kitabı oxumaq və s.
Mürəkkəb söz birləşmələri üç və daha artıq müstəqil sözdən ibarət olur. Məsələn: qədim torpağın övladları, doğma yurdun gözəl mənzərələri, Vətənin azadlığı yolunda şəhid olanlar, Füzuli qəzəllərinin yeni şərhi və s.
Söz birləşmələri və sözlər
Söz birləşmələri və sözlər (xüsusilə də mürəkkəb sözlər) arasında həm oxşar, həm də fərqli cəhətlər var.
1. Söz birləşmələri də sözlər kimi ad bildirir. Məsələn: bağ, küçə, məktəb, meşə, göl və s. sözləri əşyaların adlarını bildirir. Nar bağı, enli küçə, peşə məktəbi, palıd meşəsi, duzlu göl birləşmələri də əşyaların adlarını bildirir.
2. Həm mürəkkəb sözlər, həm də söz birləşmələri sözlərdən təşkil olunur. Məsələn: boşqab – boş qab, Ağdaş – ağ daş, günəbaxan – günə baxan və s.
1. Sözlər səslərdən, söz birləşmələri isə sözlərdən düzəlir. Məsələn: dərs, kitab, vətən, torpaq, azad, ölkə sözlərini əlaqələndirib söz birləşməsi düzəltmək olur: dərs kitabı, vətən torpağı, azad ölkə və s.
2. Söz ümumiyyətlə ad bildirir. Məsələn: daş, ağac, su və s. Söz birləşməsinin tərkibində isə sözlərin mənası konkretləşir, dəqiqləşir. Məsələn: çay daşı, alma ağacı, bulaq suyu və s.
3. Söz birləşmələrinin mürəkkəb sözlərdən iki əsas fərqi var:
a) Söz birləşmələrinin tərəfləri müstəqil leksik mənasını saxlayır və onlara ayrılıqda sual vermək olur. Məsələn: incə (necə?) sənət (nə?), üç (neçə?) bucaq (nə?) və s. Mürəkkəb sözlərin tərəfləri isə bütövlükdə bir anlayışı bildirir və onlara ayrılıqda sual vermək olmur. Məsələn: incəsənət (nə?), üçbucaq (nə?) və s.
b) Söz birləşmələrində tərəflərin hər birinin öz müstəqil vurğusu olur. Məsələn: qara göz, uzun saç və s. Mürəkkəb sözlər isə bir vurğu ilə deyilir. Məsələn: qaragöz (inək), uzunsaç (qız) və s.
Söz birləşməsi və cümlə
Söz birləşmələri ilə cümlələr arasında da bir neçə oxşar və fərqli cəhət var.
1. İstər söz birləşmələri, istərsə də cümlələr sözlərin birləşməsi yolu ilə yaranır. Məsələn: Yazın gəlişi – Yaz gəldi. Gözəl vətən – Vətən gözəldir və s.
2. İstər söz birləşmələrində, istərsə də cümlələrdə sözlərin müəyyən sıralanma qaydası var. Məsələn: Sular durulanda – Sular duruldu. Maraqlı kitab – Maraqlı kitabdır. Fəhlələrin iş günü – Fəhlələrin iş günüdür və s.
1. Söz birləşmələri bitmiş fikir ifadə etmir və onda intonasiya bitkinliyi olmur. Məsələn: uşaqların səsi, qarlı dağlar, şagirdlərin oxuması və s. Cümlələrdə isə hökmən bitmiş fikir və intonasiya bitkinliyi olur. Məsələn: Uşaqlar gəlirlər. Dağlar qarlıdır. Şagirdlər oxuyurlar və s.
2. Söz birləşməsi bir sözdən ibarət ola bilmir. Dilimizdə bir sözdən ibarət olan cümlələr isə vardır. Məsələn: Axşamdır. Sakitlikdir. Istidir və s.
3. Ümumiyyətlə, cümlə söz birləşməsindən daha böyük dil vahididir. Belə ki, söz birləşmələri cümlənin tərkibinə daxil olur.
Söz birləşmələrində əsas və asılı tərəflər
Söz birləşməsinin tərkib hissələrindən biri əsas söz, o biri isə asılı söz olur. Asılı söz əsas sözə tabe olur və onu müxtəlif cəhətdən izah edir. Dili-mizdə, bir qayda olaraq, əvvəl asılı söz, sonra isə əsas söz işlənir. Məsələn: çalışqan şagird, məktəb həyəti, vətənini sevən birləşmələrindəki birinci tərəflər asılı tərəflərdir. Həmin tərəflər ikinci tərəfə tabe olaraq onları müxtəlif cəhətdən izah edir. Bu xüsusiyyətinə görə asılı söz əvəzinə daha çox birinci tərəf, əsas söz əvəzinə isə ikinci tərəf ifadələri işlənir. Bəzən birinci tərəf əvəzinə tabe tərəf, ikinci tərəf əvəzinə tabeedici tərəf terminləri işlənir.
Söz birləşmələrinin növləri
Söz birləşmələri ikinci (əsas) tərəfin ifadə vasitəsinə görə iki növə bölünür: ismi birləşmələr, feli birləşmələr.
İsmi birləşmələr
İkinci (əsas) tərəfi adlarla (əsasən, isim, sifət, say və isimləşmiş başqa sözlərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir.
Məsələn: demokratik ölkə, azad seçki, insanların yaxşısı, uşaqların çoxu, gecənin istisi, şagirdlərin oxumağı və s.
Dağlardan uca, hamıdan böyük, ürəyi qəmli, gözləri yaşlı və s. söz birləşmələri təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələrdir.
İsmi birləşmələrdə, adətən, birinci tərəflər ikinci tərəfləri təyin (izah) etdiyi üçün həmin birləşmələrə təyini söz birləşmələri də deyilir. Təyini söz birləşmələri formasına və məna xüsusiyyətlərinə görə üç növə bölünür. Birinci növ təyini söz birləşmələri, ikinci növ təyini söz birləşmələri və üçüncü növ təyini söz birləşmələri.
Feli birləşmələr
Əsas (ikinci) tərəfi felin təsriflənməyən formaları (məsdər, feli sifət və feli bağlama) ilə ifadə olunan söz birləşmələrinə feli birləşmələr deyilir.
Məsələn: məktubu yazmaq, yaxşı oxumaq, vətəni sevmək (əsas tərəflər məsdərdir);
məktubu yazan, yaxşı oxuyan, vətəni sevən (əsas tərəflər feli sifətdir);
məktubu yazarkən, yaxşı oxuyanda, vətəni sevəndə (əsas tərəflər feli bağlamadır).
Feli birləşmələrin əsas (ikinci) tərəfləri fellə ifadə olunur, buna görə də hərəkət bildirir. Birləşmələrin asılı (birinci) tərəfləri isə hərəkəti müxtəlif cəhətdən izah edir və əsasən, aşağıdakı mənaları bildirir:
1. Hərəkətin subyektini (iş görəni): biz gələndə, o danışdıqca, uşaq gülərkən və s.
2. Hərəkətin obyektini (üzərində iş görülən əşyanı): qonaqları qarşılamaq, sərgiyə baxmaq, kitabdan öyrənmək və s.
3. Hərəkətin yerini: şəhərdə yaşamaq, kəndə getmək və s.
4. Hərəkətin kəmiyyətini: çox oxumaq, dəfələrlə təkrar etmək və s.
5. Hərəkətin tərzini: gülə-gülə demək, ucadan gülmək və s.
14 Cümlə üzvləri: Mübtəda. Xəbər
Mübtəda cümlədə haqqında danışılan şəxsi, əşyanı bildirən baş üzvdür. Kim?, nə? bəzən də hara? suallarından birinə cavab verir, ismin adlıq halında olan sözlərlə və söz birləşmələri ilə ifadə olunur. Məsələn: Uşaq (kim?) evdədir. Bulaq suyu (nə?) sərin olur. Bərdə (hara?) qədim şəhərdir və s.
Mübtəda daha çox isimlə və əvəzliklə ifadə olunur. Məsələn: Anar Quba Özəl Türk Liseyində oxuyur. O, əlaçı şagirddir. Biz onunla bir yataq-xanada yaşayırıq və s.
Məsdər və isimləşmiş sifət, feli sifət və say da cümlədə mübtəda ola bilir. Məsələn: Yaşamaq gözəldir. Qocalar dayağımızdır. Yaşayan yaratmalıdır. Onuncular irəlidədirlər və s.
Mübtəda söz birləşmələri və mürəkkəb adlarla da ifadə olunur. Məsələn: El gücü (nə?) böyük qüvvədir. Bizim arzumuz (nə?) xalqın xoşbəxtliyidir. Meşəyə gedənlər (kim?) qayıtdılar. El yolunda şəhid olanlar (kim?) unudulmur. Xalça toxumaq (nə?) qədim peşədir. Qız qalası (nə?) ulu keçmişimizin yadigarıdır. Mirzə Ələkbər Sabir (kim?) satira ustasıdır və s.
Mübtəda quruluşca sadə və mürəkkəb olur.
Nitq hissələri ilə ifadə olunan mübtədalar sadə, söz birləşmələri və mürəkkəb adlarla ifadə olunan mübtədalar isə mürəkkəb olur.
Mübtəda qrammatik cəhətdən cümlənin ən müstəqil üzvüdür, yəni heç bir cümlə üzvünə tabe olmur. Mübtəda cümlədə ən çox xəbərlə bağlı olur. Mənsubiyyət və cəm şəkilçiləri qəbul etmiş sözlər də cümlədə mübtəda olur. Məsələn: Atam (kim?) müəllimdir. Şagirdlər (kim?) məktəbə gedirlər. Kitablarımız (nə?) çantatadır. və s.
Adlıq halda olan sözlər cümlədə mübtəda olur.
Əməli yazi nümunələri
Ərəbcə «ərz» sözündən olub müraciət, ərz etmək mənasını verir. Bəzən rəsmi şəkildə yazılan müraciət də ərizə hesab edilir, lakin bu müraciət müəyyən formaya malikdir.
Ərizənin məzmuna görə iki növü vardır:
Şikayət xarakteri daşıyan ərizə.
Xahiş məqsədilə yazılan ərizə.
Ərizəyə verilən tələblər:
Kimə və kim tərəfindən yazılır.
Məzmun qısa, faktlar konkret olmalıdır.
Ərizəçinin öz xətti ilə yazılmalıdır.
Sonda imza və tarix: il, ay, gün göstərilməlidir.
Ali və orta ixtisas məktəblərinə daxil olarkən, işə girərkən, müəyyən bir təşkilata üzv olarkən, rəhbər vəzifəyə çəkilərkən, mükafata təqdim olunarkən yazılır.
Tərcümeyi-hala verilən tələblər:
Şəxsin doğulduğu il, ay, gün, yer dəqiq göstərilir.
Faktlar ardıcıl sadalanmalıdır.
Şəxsin öz xətti ilə yazılmalıdır.
Sonda imza və tarix göstərilməlidir.
Ərəbcədir, «izah» sözünün cəmidir və müəyyən hərəkəti aydınlaşdırma mənasını verir. Yazılı və şifahi, sadə və müfəssəl olur.
İzahata verilən tələblər:
Kimə və kim tərəfindən yazılır.
Məzmunu aydın olmalıdır.
Şəxsin öz xətti ilə yazılmalıdır.
Sonda imza və tarix: il, ay, gün göstərilməlidir.
Elan çap olunmuş xəbər mənasını bildirir. Müəyyən məlumatın əvvəlcədən çatdırılması nəzərdə tutulur.
Elana verilən tələblər:
Məzmunu aydın qeyd olunmalıdır.
Vaxtı dəqiq göstərilməlidir.
Tədbirin keçiriləcəyi yer yazılmalıdır.
Tədbirin təşkilatçısı qeyd olunmalıdır.
Elanın aşağıdakı növləri vardır: bildiriş, reklam, afişa, anons.
Bildiriş — əsl Azərbaycan sözüdür: bir məsələ barədə əvvəlcədən verilən xəbərdir.
Reklam — latıncadır: qışqırmaq mənasını verir.
Afişa — fransızcadır: tamaşa, konsert, idman yarışı haqqında elan deməkdir.
Anons — fransızcadır: müəyyən bir məsələ ilə bağlı radioda, televiziyada və mətbuatda əvvəlcədən verilən elandır.
Arayış əsl Azərbaycan sözüdür. Hər hansı bir şəxsin kimliyini təsdiq etmək üçün müəyyən bir təşkilat tərəfindən verilir.
Məzmununa görə sadə (şəxsə aiddir) və mürəkkəb (təşkilatlara aiddir) olur.
Arayışa verilən tələblər:
«Arayış» sözü vərəqin ortasında yuxarıda yazılır.
Aşağıda sol tərəfdə ştamp üçün yer buraxılır, sağ tərəfdə isə şəxs haqqında əsas məlumat verilir.
Təqdim olunduğu yer göstərilir.
Sonda imza və möhür
Protokol yunancadır, «protok» ilk vərəq, «kolos» isə yapışdırmaq deməkdir. İkiyə qədər (az) məsələni əks etdirən sadə, ikidən çox məsələni əks etdirən mürəkkəb protokol hesab edilir.
Protokol üç halda yazılır:
iclasdakı çıxış və qərarları əks etdirmək üçün;
qaydanın pozulmasını bildirmək üçün;
dövlətlərarası münasibətlər zamanı yazılır.
Protokola verilən tələblər:
Yuxarıda vərəqin ortasında «Protokol» sözü vənömrə böyükhərflə yazılır.
Təşkilatın adı, tarixvə yer göstərilir.
İştirakçıların sayı göstərilir, sədrvə katib seçilir.
Gündəlikməsələlər, Eşidildi, Çıxışlar, Qərar yazılır.
Sonda sədr və katibin imzası
Rəy ərəbəcədir, fikir, mülahizə mənasını verir. Əsər, tamaşa, kurs işi, dissertasiya işi haqqında mülahizə, fikir, resenziya deməkdir.
Rəyə verilən tələblər:
Kimə və nə haqdayazıldığı göstərilir, səhifənin ortasında «rəy» sözü yazılır.
Nə barədədirsə, onun müsbətvə mənfi cəhətləri göstərilir.
Rəyçi tərəfindən irəli sürülən təklifvə tövsiyələr yığcam şəkildə ifadə olunur.
Sonda rəyçinin adı, soyadı və atasınınadı yazılır vəimza qoyulur, tarix — gün, ay, ilbütöv şəkildə göstərilir.
Teleqram yunancadır, «tele» uzaq, «qramma» yazmaq deməkdir. Teleqramın iki növü vardır:
Müəyyən bir hadisə barədə məlumat vermək.
Teleqrama verilən tələblər:
Şəxsin adı, soyadı və ünvan dəqiq göstərilməlidir.
Teleqram yığcam və aydın olmalıdır, çalışmaq lazımdır ki, az söz işlədilsin.
Burada rəqəmlər hərflə yazılır və hər bir söz, rəqəm ayrıca pul hesablanır.
Annotasiya latıncadır, «annotomik» sözündəndir və «qeyd aparmaq», «əlavə» deməkdir. Əsas mənası kitab, jurnal və məqalələrin məzmununun qısa şəkildə şərhidir. Annotasiyanı, əsasən, müəllifin özü yazır.
Annotasiyaya verilənt tələblər:
Müəllifin adı və soyadı verilir.
Kitabın adı, nəşriyyatı, çap olunduğu şəhər və həcmi göstərilir.
Kitabın nə haqda yazıldığı bildirilir.
Nə məqsədlə və kimin üçün yazılması öz əksini tapır.
Akt latıncadır, «aktos» sözündəndir və hərəkət, hadisə, cinayət işi deməkdir. Müxtəlif növləri vardır:
cinayət aktı — cinayət işi ilə bağlı olur
dövlət aktı — dövləti əhəmiyyəti olan fərman, qərar
müəyyən faktı açmaq üçün olan akt-yararsız işin sübutu
mürəkkəb (xüsusi) akt — bir neçə faktı əks etdirir.
Akta verilən tələblər:
«Akt» sözü vərəqin yıxarı hissəsində, ortada və böyük hərflə yazılır.
«Akt» sözündən sonra sol tərəfdə aktın tərtib edildiyi yer, sağ tərəfdə isə tarix — gün, ay, il göstərilir.
Aktı tərtib edənlər göstərilir.
Yoxlama haqqında dəqiq məlumat verilir və müddəti həm rəqəm, həm də hərflə göstərilir.
Sonda aktı tərtib edənlərin imzası
Məktub ərəbcədir, əməli yazının ən geniş yayılmış və sərbəst formasıdır. Məktublar iki cür olur: rəsmi və qeyri-rəsmi şəxslərin yazdıqları.
Məktub aşağıdakı hissələrdən ibarətdir:
Müraciət hissəsi — başlıq sayılır.
Ümumi hissə — şəxslərin əhvali-ruhiyyəsi və vəziyyəti öz əksini tapır.
Fərqləndirici hissə — məktubun əsas məzmununu əhatə edir.
Yekunlaşdırıcı hissə — sonluq.
Vəkalətnamə ərəbcə vəkalət və farsca namə sözlərindən ibarətdir, vəkillik kağızı deməkdir. Həm təşkilatlara, həm də müəyyən şəxsə aid ola bilər. Təşkilatlara aid vəkalətnamə mətbəədə xüsusi formada hazırlanır.
Vəkalətnaməyə verilən tələblər:
Vəkaləti verən və verilən şəxslərin adı, atasının adı, soy adı və vəzifəsi göstərilməlidir.
Alınacaq və ya etibar ediləcək malın məzmunu və vəkalətnamənin müddəti həm rəqəm, həm də hərflə göstərilir.
Vəkalətnaməyə məsul olan şəxsin imzası və şəxsiyyət vəsiqəsinin göstəriciləri.
Əmr ərəbcədir; hökm, göstəriş və sərəncam mənalarını verir. Rəsmi sənədlərə aiddir.
Əmrə verilən tələblər:
Vərəqin yuxarı hissəsində müəssisənin adı, təzə sətirdə əmrin nömrəsi yazılır ( Əmr N® 1).
Sol tərəfdə tərtib edildiyi yer, sağ tərəfdə isə tarix -gün, ay, il göstərilir.
Əmrin məzmunu dəqiq və aydın ifadə olunur.
Sonda təşkilat rəhbərinin adı, soyadı, atasının adı yazılır və möhürlə təsdiq edilir.
Etiket fransızcadır, yarlıq mənasını verir. Satılacaq malın, yaxud eksponatın üstünə yapışdırılan və onu səciyyələndirən mətn.
Hesabat ərəbcədir, «hesab» sözünün cəmidir və görülmüş işin nəticəsi haqqında rəsmi məlumat mənasını bildirir.
Hesabata verilən tələblər:
Faktlar və rəqəmlər dəqiq verilməlidir.
Təkrarlara yol verilməməlidir.
İctimai xarakter daşıyırsa, qorunub saxlanmalıdır.
Əvvəlində onun yazan şəxsin adı, atasının adı və soyadı göstərilməlidir, sonda imza qoyulmalıdır.
Referat latıncadır, məruzə etmək, məlumat vermək mənalarını bildirir. Referatda elmi əsərin, kitabın xülasəsi verilir. Ədəbi yaradıcılığa həsr edilmiş məruzə mənasında da işlədilir.
Referata verilən tələblər:
Vərəqin əvvəlində ortada «Referat» sözü, onun altında isə mövzununadı qeyd olunur.
Planı verilir və sonra məzmunu yazılır. (Bəzən plansız da ola bilər.)
Sonda müəllifin adı, atasının adı, soyadı və tarix yazılır.
Əməli yazılara aid nümunələr
Əməli yazılara aid nümunələr.
Ərizə. İdarə və ya təşkilat başçısına müəyyən bir xahiş üçün edilən rəsmi
müraciətdir. Ərizəçi öz müraciətində idarə və ya təşkilatdan nəyi xahiş etdiyini
müxtəsər və yığcam şəkildə göstərməlidir. Ərizənin sonunda tarix və imza
qoyulmalıdır.
Nümunə:ADPU-nun filologiya fakültəsinnin dekanı,
professor B.Xəlilova 401-ci qrup tələbəsi
Məmmədova Dilarə Qasım qızından2013-cü il mayın 15-də ailəmiz yeni mənzilə köçəcəkdir. Həmin gün
mənə icazə verməyinizi xahiş edirəm.İmza: (D.Məmmədova)
19.05.2013
“Kəpəz” mebel firmasının direktoru cənab
A.M.Vəliyevə199
Bakı şəhəri, Atatürk küçəsi, 27-ci evin 56-cı
mənzilində yaşayan Kərimova Aygün Qədir
qızındanMəni mühasib vəzifəsinə keçirməyinizi xahiş edirəm.
İmza: (A.Q.Kərimov)
25.06.2013Arayış. İdarə, məktəb, ictimai təşkilat və s. tərəfindən müəyyən bir şəxsin
kim olduğunu və eləcə də digər faktları təsdiq etmək üçün verilən əməli yazı
növüdür. Arayışda aşağıdakılar olmalıdır: sol tərəfin üst küncündə idarənin
ştampı, ortada sərlövhə, məzmun, arayışı təsdiq edən idarə rəhbərinin imzası və
möhürü.Nümunə
A R A Y I ŞAbdullayev Mehman Firudin oğlu Bakı şəhərində Azadlıq prospekti, 48-
ci evin 12-ci mənzilində yaşayır.
Arayış Rabitə Nazirliyinə təqdim etmək üçündür.3 saylı Mənzil İstismar
İdarəsinin sədri İ.Q.İsmayılov200
A R A Y I ŞMəhərrəmov Abbas Həmid oğlu 1984-cü ilin sentyabr ayından Səbail
rayonundakı 49 saylı məktəbdə müəllim işləyir. O, mənzil növbəsində
dayanmışdır.
Arayış Səbail Rayon İcra Hakimiyyətinin başçısına təqdim etmək
üçündür.Məktəbin direktoru: Z.T.Məmmədov
Elan ( nümunə)
E L A N
15 iyun 2013-cü ildə, saat 14
00
-da akt zalında fakültə elmi şurasının iclası
olacaqdır.
G Ü N D Ə L İ K
1. 2011-2012-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr.
2. Cari məsələlər
3. Seçki
DekanlıqTərcümeyi-hal (nümunə)
Mən, Qədirov Xəlil İslam oğlu, 1961-ci ildə Mingəçevir şəhərində anadan
olmuşam. 1968-ci ildə şəhərdəki 4 saylı məktəbin I sinfinə daxil olub, 1978-ci ildə
orta məktəbi bitirmişəm. Həmin ildə Azərbaycan Politexnik İnstitutunun I kursuna
qəbul olunmuş, 1983-cü ildə inşaatçı ixtisası ilə ali təhsilimi başa vurmuşam.
1983-1985-ci illərdə orduda xidmət etmişəm. 1995-ci ildə Bakı şəhərinə
köçmüşəm. O vaxtdan indiyə qədər Bakı evtikmə kombinatında iş icraçısı
işləyirəm.201
Atam Qədirov Müslüm Oruc oğlu təqaüdçüdür.
Anam Qədirova Gülövşə Rəcəb qızı həkim işləyir
Evliyəm. Həyat yoldaşım Qədirova Məsmə Əli qızı müəllimdir. Oğlum
Qədirov Mahmud Xəlil oğlu Azərbaycan İqtisadiyyat Universitetinin IV kurs
tələbəsidir. Qızım Təranə Bakı Ali Pedaqoji Qızlar Universitetində oxuyur.İmza: X.İ.Qədirov
16.02.2012
Protokol
İclaslarda, konfranslarda və s. kimi ictimai yerlərdə müəyyən hadisəni,
faktı, qəbul olunmuş qərarı özündə əks etdirən əməli yazı növüdür. Protokol
quruluşuna görə sadə və mürəkkəb olur. Sadə protokol geniş müzakirə
aparılmayan kiçik yığıncaqlarda yazılır. Bu, əsasən, “eşidildi” və “qərara alındı”
bölmələrindən ibarət olur.
Mürəkkəb protokollarda “eşidildi” və “qərara alındı” sərlövhəsi ilə
verilmiş bölmələrin arasında çıxış edənlərin familiyası, hər çıxışın qısa məzmunu,
məruzəçiyə verilən suallar, alınan cavablar və s. qeyd olunur. Bu cür protokolda
müzakirə zamanı irəli sürülən fikirlərin ən mühüm məsələləri qısa şəkildə öz
əksini tapır.
(nümunə) P R O T O K O L (mürəkkəb forma)10 sentyabr 2012-ci ildə 36 saylı məktəbdə valideyn iclası keçirildi.
İştirak etdi: 110 nəfər valideyn, 12 sinif rəhbəri, məktəb rəhbərliyi, məktəb
şurasının sədri H.Quliyev, 53 saylı mənzil-istismar idarəsinin rəisi K.İbrahimov,
sahə polis müvəkkili Q.Tahirov.202
Gündəlik məsələ: Azərbaycan Respublikasında təhsil islahatlarının
həyata keçirilməsində valideynlərin vəzifələri.
Dinlənildi: Məsələ haqqında məktəb şurasının sədri H.Quliyev
məruzə etdi (Məruzənin mətni protokola əlavə
olunur).
ÇıxıĢlar:
1. T.Mahmudov – valideyn komitəsinin sədri: məruzədə təhsil islahat-
larının mahiyyəti, məzmunu, əsas istiqamətləri ətraflı şərh edildi. Bu işdə
valideynlərin üzərinə mühüm vəzifələr düşür. Biz uşaqların ailədə tərbiyəsi ilə
ciddi məşğul olmalı, məktəb ümumxalq köməyinin təşkilində fəallıq göstərməli,
bunun üçün bütün imkanlardan istifadə etməliyik.
2. Z.Məmmədov – məktəbin direktoru: islahat uzunmüddətli proqramdır.
Müasir dövrdə təlim-tərbiyə şagirdlərin və valideynlərin tələbatına müvafiq
şəkildə yerli şərait və milli xüsusiyyətlər nəzərə alınmaqla qurulmalıdır. Əhali
arasında pedaqoji təbliğatı, valideynlərin maariflənməsi işini yüksəltmək üçün
müəllim və tərbiyəçilər ailələrlə ciddi iş aparmalıdırlar.
3. Q.Tahirov – polis sahə müvəkkili: uşaqların tərbiyəsində valideynin
rolu böyükdür. Buna görə də islahatın həyata keçirilməsində ailə ön plana çəkilir.
Bu işdə məktəb, ictimaiyyət, mənzil istismar idarələri, əmək kollektivləri ailə ilə
bağlı fəaliyyət göstərməlidirlər.1. Azərbaycan Respublikasında təhsil islahatının həyata keçirilməsində
valideynlərin fəaliyyəti ilə əlaqədar tədbirlər planı təsdiq edilsin.
2. Uşaqların tərbiyəsində ailənin rolunun yüksəldiyi indiki şəraitdə
valideynlərin məsuliyyəti artırılsın.
3. Mənzil istismar kontoru, polis sahə müvəkkilliyinin əməkdaşları
yaşayış yerlərində uşaq, yeniyetmə və gənclərin tərbiyəsi, onların asudə vaxtının
səmərəli təşkili işində ailələrlə birgə tədbirlər həyata keçirsinlər.203
4. Ailələrlə işin canlandırılması, valideynlərin pedaqoji cəhətdən
maariflənməsi, onlara metodik köməyin gücləndirilməsi pedaqoji kollektivdən
tələb edilsin.
5. Qərarla əlaqədar görülən işlər barədə valideyn komitəsinin sədri
T.Mahmudovun məlumatı dinlənilsin.
6. Qərarın icrasına nəzarət məktəb şurasına (H.Quliyeva) və məktəb
rəhbərliyinə (Z.Məmmədova) tapşırılsın.S ə d r: (imza) R.Babaxanov
K a t i b: (imza) H.HacıyevaAkt müəyyən bir faktı və hadisəni, məsələn, idarəni, müəssisəni və sairəni
başqasına təhvil verdikdə və yaxud aparılmış yoxlamanın nəticəsini və s. dəqiq
surətdə təsvir etmək lazım gəldikdə tərtib edilir. Aktda aşağıdakı məsələlər əks
olunur: sərlövhə şəklində akt sözü, tərtib olunma tarixi, aktı tərtib edən şəxslərin
ad və familiyası, aktda qeyd olunan hadisəyə dair faktik məlumatlar, nəticə və
aktı tərtib edənlərin imzası.
AKT (nümunə)
2011-ci il mart ayının 15-də pedaqoji fakültədə auditoriyaların vəziyyəti
yoxlanıldı. Yoxlama zamanı aşağıdakılar müəyyənləşdirildi:
1. 137 və 139 №-li otaqlarda pəncərələr sınmışdır.
2. 129 və 147 №-li auditoriyaların qapıları bağlanmır.
3. Auditoriyadakı bəzi stolların üstü yazılmışdır.
Bu nöqsanlar həmin auditoriyalarda məşğələ keçən bəzi tələbələrin
intizamsızlığı, təsərrüfat işlərinə baxanların məsuliyyətsizliyi nəticəsində baş
vermişdir. Həmin nöqsanların üç gün ərzində aradan qaldırılması üçün fakültə
dekanlığı və təsərrüfat işləri üzrə prorektor tədbir görsünlər:
Aktı tərtib etdilər:
1. (imza) İ.İsmayılov – fakültə həmkarlar ittifaqı
komitəsinin sədri204
2. (imza) G.Əliyeva – 403-cü qrupun təşkilatçısı
3. (imza) H.İbrahimov – müəllim
Akta tanış edildilər:
1. (imza) C.Əzizov – fakültə dekanı
2. (imza) F.Seyidov – təsərrüfat işləri üzrə prorektorTəliqə (məktub forması): müəyyən bir idarənin başqa bir idarəyə və yaxud
vəzifəli bir şəxsə rəsmi xarakterdə müraciət etməsidir. Təliqənin sol tərəfinin üst
küncündə idarənin ştampı, həmin ştampda isə idarənin adı, ünvanı, tarix və
göndərilmə nömrəsi qeyd olunur (nümunə).
T Ə L İ Q Ə
Ağsu Xalq Təhsili şöbəsinin müdiri H.Əliyev cənablarına.
Sizin 23 mart 2013-cÜ il tarixli 312 №-li məktubunuza cavab olaraq
bildiririk ki, ADPU-nun riyaziyyat fakültəsinin qiyabi şöbə üzrə IV kurs tələbəsi
Quliyeva Mahirə Əsəd qızı xəstə olduğu üçün qış sessiyasında iştirak edə
bilməmiş, təkrar IV kursda saxlanılmışdır. Hal-hazırda həmin kursda oxuyur.
Quliyeva Mahirə Əsəd qızı yaxşı oxumaqla bərabər, fakültənin ictimai
işlərində yaxından iştirak edir.
Riyaziyyat fakültəsinin dekanı: (imza) S.Məcidov30.03.2013
Qəbz. İdarələrdən və ya xüsusi şəxslərdən birinin pul, qiymətli şey,
müəyyən bir material, kitab və s. aldığını təsdiq edən sənəddir. Nümunə:
Mən, filologiya fakültəsinin V kurs tələbəsi Alıyeva Sənubər Qurban
qızı, tələbələrə paylamaq üçün universitetin nəşriyyat şöbəsindən 400 (dörd yüz)
ədəd metodik vəsait aldım.(imza) S.Əliyeva
25.02.2013205
Etibarnamə (Vəkalətnamə). Müəyyən bir idarə tərəfindən başqa bir
idarəyə təqdim olunmaq üçün xüsusi şəxslərə verilən sənəd. Belə vəkalətnamələr,
adətən, xüsusi formada, mətbəədə çap olunur. NümunəE T İ B A R N A M Ə
(Vəkalətnamə)Mən, Qasımov Muxtar Məcid oğlu Şamaxı rayonunun Göylər kəndindən
mənə göndərilmiş 500 (beş yüz) manat pulu qrup yoldaşım Hüseynov Kamil
Nemət oğluna (şəxsiyyət vərəqəsi_________№__________) almaq ixtiyarını
verirəm.(imza) V.Vəliyev
12.02.2013
Muxtar Qasımovun imzasını təsdiq edirəm
Coğrafiya fakültəsinin dekanı: (imza) M.Z.Məmmədov
15.02.2013ADPU-nun pedaqoji fakültəsinin V kurs, 503-cü
qrup tələbəsi Bayramova Ülkər Xıdır qızının
“İbtidai siniflərdə qiraət vərdişlərinin inkişafı
üzrə aparılan işlər” mövzusunda buraxılış işinəİbtidai təhsilin qarşıya qoyduğu vəzifələrdən biri şagirdlərin nitq, o
cümlədən ifadəli qiraət vərdişlərini inkişaf etdirməkdir. Bu vəzifənin həyata
keçirilməsində ibtidai siniflərdə tədris olunan Azərbaycan dili və oxu dərsləri
mühüm rol oynayır. Bu fənlərin tədrisində şagirdlər ədəbi dilin tələffüz206
qaydalarını və intonasiya normalarını praktik şəkildə mənimsəyir, danışıq və
oxularında həmin qaydalardan istifadə etmək bacarığına yiyələnirlər. Bu iş hansı
yollarla aparılır? Bu məqsədlə hansı üsullardan və vasitələrdən istifadə olunur?
Ü.Bayramova haqqında bəhs etdiyimiz buraxılış işində yuxarıdakı suallara cavab
tapmağa çalışmış, bu işin öhdəsindən istənilən səviyyədə gələ bilmişdir. İş giriş,
iki fəsil, nəticə və kitabiyyatdan ibarətdir.
Girişdə ibtidai qiraətin ədəbi tələffüzlə əlaqədar məsələlərindən danışılır,
mövcud vəziyyət təhlil olunur.
Birinci fəsildə poeziya dilində orfoepik normalar, onların ifadəli oxuda
canlılıq və ahəngdarlıq yaratmaq baxımından əhəmiyyəti və s. bədii parçalar
üzərində izah olunur, aydınlaşdırılır, oxu dərslərində orfoepik bacarıqların
yaradılması ilə əlaqədar aparılacaq işlərdən söhbət açılır.
İkinci fəsil oxu dərslərində intonasiya qaydalarının öyrənilməsi
məsələsinə həsr olunmuşdur. Orada məktəb təcrübəsindən konkret nümunələr
gətirilir.
İşin sonunda verilən nəticədə deyilənlər ümumiləşdirilir.
Söylənilən elmi və metodik fikirlər, mülahizələr, konkret məktəb
təcrübəsinə əsaslanan nümunələr, ümumən, qənaətləndiricidir. Bunlar, hər şeydən
əvvəl, tələbənin tədqiq etdiyi mövzunu yaxşı mənimsədiyini göstərir. Yüksək
səviyyədə yerinə yetirilən bu buraxılış işi əla qiymətə layiqdir.R ə y ç i: prof.N.Abdullayev
207
VII F Ə S Ġ L
NĠTQĠN ETĠK MƏSƏLƏLƏRĠHəzrət Əli: İnsan dilinin altında gizlənir. Danışmayınca onun ağıllı və
ağılsız olduğu bilinməyir.
Dil mədəniyyətinin başlıca müddəalarından biri də danışığın etikasıdır.
Mənşəcə latın sözü olan etika (ehtica) termini adı altında insanların bir-birinə,
cəmiyyətə, cəmiyyətin insanlara münasibətini tənzimləyən mədəni, nəzakətli
danışıq, əxlaq normaları nəzərdə tutulur. Bu normalar uzunmüddətli tarixi dövr
ərzində formalaşmışdır. Etika termini ilk dəfə Aristotelin “Nikomaxın etikası”,
“Böyük etika”, “Evlem etikası” əsərlərində işlənmiş, əməli nəsihət xarakterli
fikirləri özündə ehtiva etmişdir. Aristotelin etikası ilk əxlaq nəzəriyyəsi olmuşdur.
Bu dahi mütəfəkkirə görə, etikanın vəzifəsi insanı mənasız və qeyri-təbii
ehtiraslardan uzaqlaşdırmaq, ona cəsurluq və ədalətlilik keyfiyyətləri aşılamaqdır.
Əxlaq etikanın tədqiqat obyektidir. Lap qədim dövrlərdən başlayaraq
etika “insan necə hərəkət etməlidir?” sualına cavab axtarır, əxlaqın mənşəyi və
mahiyyəti məsələləri ilə məşğul olur. Etikaya görə, əxlaq cəmiyyətdə, insanlar
arasında qarşılıqlı münasibətləri tənzim etmək tələbatından doğmuşdur. O özünün
funksiyalarını yerinə yetirərkən ictimai rəyə, könüllülüyə əsaslanır. Etika
dünyagörüşü elmidir, ictimai münasibətlərin tənzimlənməsi və təkmilləş-
dirilməsində bilavasitə iştirak edir. Etika mövcud adət və ənənələrə tənqidi
yanaşmaqla şəxsiyyətə cəmiyyətdə fəal əxlaqi mövqe tutmaq keyfiyyəti aşılayır.
Mənəvi aləmin nə dərəcədə fərdi, bənzərsiz və məhrəm olduğu bəllidir.
Lakin bir insan mənəviyyatı fərdi olmaqla bərabər, həm də yurddaşları ilə nədəsə
ortaqdır, yəni milli-etnik səciyyəlidir, toplum mənəviyyatı ilə ümumidir – xalqın
tarixi inkişafı, özünüdərki boyu insan psixologiyasının milli çalarları, etnik-etiket
və mənəvi dəyərlər formalaşır, bunlar milli xarakteri təşkil edir. Xalqın yaratdığı
bu etik qaydaların insanların əlaqə və münasibətlərinin tənzim olunması, normal
həyat tərzinin yaradılması sahəsində rolu böyükdür. Etik normalar xalqın lap208
qədimdən yaratdığı və qoruyub saxladığı adət-ənənələrindən, müsbət əxlaqi
keyfiyyətlərindən yaranmış, islami dəyərlərdən formalaşmışdır. Ta qədimdən
yazıb-yaradan ədiblər, zəka sahibləri, dövrünün tanınmış ictimai xadimləri,
maarifçilər və başqaları danışıq etikası, nəzakətli hərəkət və nitq barədə dəyərli
fikirlər söyləmiş, bu normaları gözləməyin insanların mədəniyyətinin ümumi
inkişaf səviyyəsinin yüksəldilməsinə, dil ünsiyyətinin keyfiyyətcə yaxşılaşmasına
göstərdiyi müsbət təsiri dönə-dönə vurğulamışlar. Hələ erkən orta əsrlər dövründə
Azərbaycanda məktəblərdə tarix, ədəbiyyat, məntiq, ritorika və s. kimi dünyəvi,
“Quran”, “Təfsir” (Quranın açıqlanması), “Hədis” (peyğəmbər (s) sözləri və
onunla bağlı hekayə və rəvayətlər), “Təcvid” (Quranın düzgün oxunması),
“Təftil” (Quranın mənasının başa düşülməsi) və ilahiyyat elmlərinin tədrisi
prosesində şəxsiyyətin inkişafı, təhsili və təlimi, tərbiyəsi, o cümlədən də əxlaqi-
mənəvi dəyərləri ilə bağlı bu gün belə aktual olan qiymətli fikirlər, məlumatlar
verilmişdir. Həmin təhsil ocaqlarında Biruninin, Əbu Əli İbn Sinanın, Əbu Nəsr
Farabinin, Sədi Şirazinin əsərləri, daha sonralar Ruminin “Məsnəvi”si, Füzulinin
“Divan”ı, “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi əxlaqi-mənəvi dəyərli əsərlərdə
nəzakətli danışıq və hərəkətlərdən də bəhs olunmuşdur.”Dədə Qorqud” dastan-
larında digər dəyərlərlə yanaşı, insanların mənəvi-əxlaqi, etik-estetik keyfiy-
yətlərinin inkişafı ilə bağlı söylənilən fikirlər bu gün də böyük əhəmiyyət kəsb
etməkdədir. Böyük mütəfəkkir N.Tusinin “Əxlaqi-Nasiri” əsərində bu baxımdam
söylədiyi aşağıdakı fikirlər, mülahizələr xüsusilə dəyərlidir, ibrətamizdir: “Çox
danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi
hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına
imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən
sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə
məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü
qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir.
Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq
asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır.209
Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan,
mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla
izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı
kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra
qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə
gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar
lazım olduqda tərəddüd göstərməməlidir. Nəlayiq sözlər işlətməməli, dilini söyüşə
öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı,
məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə
münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü
oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli
və gözəl bir tərzdə göstərmək olar.
Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir
etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu
gördükdə üstünlüyü ona verməlidir.
Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca
uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli,
danəşıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona-
buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır”.
Şifahi xalq ədəbiyyatı nümunələrində, klassik, eləcə də müasir yazıçıların
əsərlərində, maarifçilərin tərtib etdikləri dərslik və vəsaitdə Xaqani, Nizami,
Nəsimi, Xətai, Füzuli, Vaqif, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə,
M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun və başqaların\ın əsərlərində N.Tusinin “Əxlaqi-
Nasiri”, A.Bakıxanovun “Nəsihətnamə”, Mir Mövsüm Nəvvabın “Nəsihətnamə”,
M.T.Sidqinin “Həkimanə sözlər”, M.S.Yusifzadənin “Ata-baba nəsihətləri” kimi
didaktik yazılarda danışıq etikasına dair xalqın təfəkkür tərzindən, etik görüşlə-
rindən yaranan qiymətli fikirlər, mülahizələr, nümunələr olduqca çoxdur, onların
əksəriyyəti təkrarolunmazdır, orijinaldır. Lakin çox təəssüf ki, onlar tədqiq olunub
oxucuların, xüsusilə bu sahə ilə məşğul olanların istifadəsinə verilməmişdir.
Həmin nümunələr əsasında tarixən işlənib hansı səbəbdənsə arxaikləşən ifadə-210
lərin, nitq etiketlərinin bugünkü baxımdan yararlı və uyarlı sayılanları ortaya
çıxarılsa, danışıqda işlədilsə, bu, nitqin etik normalarının zənginləşməsinə səbəb
olardı.
Nəzakətli danışıq, eləcə də onu tamamlayan hərəkətlər də başqa normalar
kimi müəyyən sistemə malikdir. Bura nitqin müraciət, dinləmə, sualvermə,
söhbətəqoşulma, suala cavabvermə, şad və bəd xəbəri çatdırma və s. qaydaları
kimi komponentlər daxildir. Nəzakətli nitq, hərəkət, davranış mədəniyyətimizin
çox mühüm amillərindəndir. Bu hərəkətlər şəxsiyyətlərarası münasibətlərin
tənzimlənməsi, nizamlanması və inkişafında həmişə mühüm əhəmiyyət kəsb
etmiş, insanların mədəniyyətinin və mənəviyyatının ümumi səviyyəsi haqqında
təsəvvür yaratmışdır.
Müstəqillik qazandığımız, adamların öz ana dilində ünsiyyət saxladığı
indiki dövrdə nəzakətli danışıq qaydalarına əməl etmək xüsusilə vacib sayılır.
Vətənimizi, ölkəmizi, xalqımızı sivil, mədəni bir ölkə, xalq kimi dünyaya
tanıtmaqda digər amillərlə yanaşı, mədəni danışığın, yüksək nitq mədəniyyətinin
də rolu böyükdür. Bu baxımdan respublikamızın prezidenti İ.Əliyevin çıxışları,
nitqləri hamıya nümunədir. İ.Əliyev cənabları Avropa Şurası Parlament Assam-
bleyasının 2004-cü il yay sessiyasının iclasında çıxış etdikdən sonra Şuranın sədri
Piter Şuder dinlədiyi nitqlə bağlı demişdi: “Cənab Prezident, olduqca gözəl
çıxışınıza görə sağ olun. Assambleya və Avropa Şurasına ünvanladığınız nəzakətli
sözlərə görə sağ olun”.
Adamlar həmişə, hər yerdə mədəni ünsiyyətinə, nəzakətli danışığına görə
təqdir olunmuş, müsahibinin (və ya müsahiblərinin) nəzakətli sözləri, ifadələri ilə
“mükafatlandırılmışlar”.
Nitqin etik qaydalarından danışılarkən bu məsələ ilə bağlı olan, onu
tamamlayan nəzakətli hərəkətlər barəsində də bəhs açmağa ehtiyac duyulur.
Nəzakətli hərəkət, rəftar, davranış mənəviyyatımızın çox mühüm komponent-
lərindən biridir. İctimai-mədəni irsimizin nəsildən-nəslə keçən, qorunub saxla-
nılan davranış normaları, ənənələri şəxsiyyətlərarası münasibətlərin tənzim
olunmasında, nizamlanmasında və inkişafında həmişə mühüm əhəmiyyət kəsb211
etmiş, korrekt davranış xalqın mənəviyyatının ümumi səviyyəsi haqqında təsəvvür
yaratmışdır.
İnsanlar nəzakətli hərəkətləri görmüş və əxz etmişlər. Bu hərəkətlərlə
(böyük gələndə ayağa durmaq, nəqliyyatda və digər yerlərdə böyüyə, uşağa,
qadına yer vermək, danışanı axıracan dinləmək, ictimai yerlərdə – məclisdə, süfrə
başında, yığıncaqlarda özünü aparmağı bacarmaq, ağsaqqalların, valideynlərin
yolunu gözləmək, böyüyün üzünə ağ olmamaq, əlilə, xəstəyə, şikəstə kömək
etmək, salam vermək və salam almaq, böyük olan yerdə siqaret çəkməmək,
yayılıb oturmamaq və s. hər kəs başqalarına hörmət etdiyini nümayiş etdirməyə
çalışır.
Adamların şüurluluğu və mədəni səviyyəsinin yüksəldilməsi, şəxsiyyət-
lərarası münasibətlərin inkişaf etdirilməsi, insanın əhvali-ruhiyyəsi, bunun əmək
fəaliyyətinə təsiri və s. kimi məsələlər daima cəmiyyətin, dövlətin diqqət
mərkəzində olmuşdur. Ölkə prezidenti İ.Əliyevin “Azərbaycan Respublikası
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnformasiyalar üzrə Dövlət
Agentliyinin yaradılması və dövlət orqanaları tərəfindən vətəndaşlara göstərilən
xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2012-ci il iyulun 13-də
imzaladığı sərəncamda göstərilən xidmətlərin daha keyfiyyətli həyata keçirilməsi,
vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi,
vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanları əməkdaşları üçün etik
kursların təşkili, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarığının yaradıl-
ması və təkmilləşdirilməsi məqsədilə treninqlərin həyata keçirilməsinin təşkili
kimi məsələlər mənəviyyatımızın bu sahəsinin inkişaf etdirilməsi baxımından son
dərəcə mühüm əhəmiyyət kəsb edir. “Doğrudan da, hamı bir-biri ilə nəzakətlə
dolansa, bir-birinə qayğıkeşlik göstərib başqalarının suallarına diqqətlə cavab
versə, məmnuniyyətlə bir-birinə hörmət və kömək etsə, xəstələri və qocaları
çətinliklərdən qurtarmağa çalışsa, təsəvvür edin ki, yaşayış nə qədər asan və gözəl
olar” (40, 32).212
Müraciət formalarından düzgün istifadə olunması. Azərbaycan nitq
etiketində bir çox müraciət formaları vardır ki, onlardan yerində və düzgün isti-
fadə nitq mədəniyyəti baxımından mühüm əhəmiyyət kəsb edir.
İnsanlara müraciət məqsədilə işlədilən sözlər – xitablar dinləyənin
diqqətini cəlb etmək, onu çağırmaq, nəyəsə sövq etmək, nədənsə çəkindirmək
və s. məqsədi daşıyır. Qohumluq əlaqələrinə, yaşa, cinsə, ictimai mövqeyinə,
vəzifəyə və sairəyə görə ümumiyyətin qəbul etdiyi sözlər (bunlara vokativ sözlər
deyilir) müraciət olunanları razı salır, onları hərəkət etməyə, fəaliyyət göstərməyə
sövq edir. İnsanlara edilən müraciət formaları müxtəlifdir, rəngarəngdir. Bunların
bir qismi qohumluq münasibətini bildirən adlardır. Məsələn, ana, anacan, atam
balası, atacan, qardaş, bacı, baba, anam-bacım, bala, bacıqızı, bacıoğlu, qardaş,
oğlum, qızım, gəlinbacı, xalagəlini, qardaşoğlu, xala, xalaoğlu, qaqaş, bibi,
bibiqızı, dayı, dayıcan, dayıoğlu, dayıqızı, əmi, əmioğlu, əmiqızı, əmican,
Nərgizcan və s. Bu cözlərlə həm qohumlara, həm də yadlara müraciət olunur.
Müraciət bildirən baş sözlərə “ay” vokativ sözü də əlavə olunur: ay dayı, ay bacı,
ay qız, ay ana və s. Bu müraciət formalarının bir çoxu adlarla da işlənir. Məsələn,
Səfər dayı, Həqiqət xala, İslam əmi, Sənəm bacı, Nadir əmi və s.
Müraciət bildirən sözlərin digər qismi şəxsin cəmiyyətdəki mövqeyi,
vəzifəsi, peşəsi, milli və yaş mənsubiyyətini, insanların qarşılıqlı əlaqə və
münasibətini ifadə edir. Müəllim, həkim, sürücü, satıcı, mühəndis, biznesmen,
fermer, direktor, dekan, müdir, professor və s. belə sözlərdəndir. “Müəllim” sözü
ünsiyyətdə geniş şəkildə işlənən müraciət formasıdır. Bu söz iki şəkildə işlədilir:
həm ayrı, həm də xüsusi vokativ sözlə – adlarla. Təlim-tərbiyə ilə məşğul olan
adama, həm də rəsmiyyət və hörmət əlaməti olaraq digər sənət sahiblərinə
(müəssisənin direktoru, nazirliyin işçiləri, hökumət rəhbərləri və başqalarına)
müraciət zamanı müəllim sözü şəxs adı ilə işlədilir (məsələn, Aslan müəllim,
Sərvər müəllim, Həsən müəllim və s.). Müəllim sözünün əvvəlinə cənab, yoldaĢ
kimi sözləri artırıb, cənab müəllim, yoldaş müəllim də demək olar. Bütün bunlarla
bərabər müəllim sözü öz ilkin “təlim edən, öyrədən” anlayışından uzaqlaş-
mamalıdır.213
Yeri gəlmişkən qeyd edək ki, “müəllim” müraciət formasından bəzən
uyğun olmayan məqamlarda, yersiz istifadə olunur, işindən, peşəsindən və s. asılı
olmayaraq istənilən adama bu adla müraciət edilir. Məsələn, ANS-in “İç xəbər”
verilişlərində demək olar ki, hamıya “müəllim” deyə müraciət olunur.Sərnişin
qatarında bələdçi işləyən Səfər adlı bir nəfərin mənzil problemi ilə bağlı məsələsi
müzakirəyə çıxarılmışdı. Aparıcı “Səfər müəllim” deyə dəfələrlə ona müraciət
edirdi. Belə uyğunsuz müraciət həmin sözün ehtiva etdiyi mənaya, məzmuna,
şübhəsiz ki, xələl gətirir, tamaşaçını, dinləyicini narazı salır.
Həkim, sürücü, satıcı kimi sözlər həm ayrılıqda, həm də ümumi vikativ
sözlərlə (yoldaş, vətəndaş, cənab) işlənir: yoldaş həkim, cənab həkim, yoldaş
sürücü, vətəndaş Elxan və s.
Nazir, mühəndis, fermer, direktor, dekan kimi adlar təklikdə müraciət
forması kimi işlədilmir. Onlara cənab, yoldaş
1
sözlərindən biri əlavə olunur:
cənab mühəndis, yoldaş direktor, cənab nazir, cənab dekan və s. “Rəis” ayrılıqda
müraciət forması kimi işlənir.
Bəzən fikir adamları arasında “ustad” müraciət formasından da istifadə
olunur.
Dinləyicilərə edilən müraciət formasının əvvəlinə əziz, əzizim, hörmətli,
möhtərəm sözlərini də əlavə etmək olar. Məsələn, hörmətli Qabil, möhtərəm
İsmayıl müəllim, əziz tələbələr, əziz dinləyicilər, hörmətli xanımlar və s.
Ünsiyyət prosesində yaşca böyük adamlara, tanış olmayanlara (bəzən də
qohum və tanışlara), vəzifə sahiblərinə, qadınlara və başqalarına “siz” deyə
müraciət olunur. Bu hörmət və ehtiram formasını bəziləri rus etiketinin təsiri
sayırlar. Halbuki “hələ XI əsrdə M.Kaşğari yazırdı ki, türklər özlərindən yaşca və
vəzifəcə kiçiklərə sən, böyüklərə siz deyirlər (“Divan”, I c., “Daşkənd” nəşri,
s.326). Azərbaycan yazılı abidələrində də bu diferensiallaşmanın tarix boyu
mövcudluğunu təsdiqləyən faktlar istənilən qədərdir. Ona görə də müasir Azər-
baycan etiketində “siz” müraciət formasının işlənməsi heç bir təsirin nəticəsi1
“Yoldaş” sözü hazırda müraciət etiketləri sırasından çıxmaqdadır. Onun əvəzində vəzifəli şəxslərə “cənab” deyə
müraciət olunur.214
deyil, əksinə, tam milli xüsusiyyətdir” (17, 166). Yuxarıda qeyd etdiyimiz
situasiyalarda “sən” deyə müraciət olunması bütün hallarda adamlar tərəfindən
onlara qarşı hörmətsizlik və nəzakətsizlik kimi qiymətləndirilir. Rus nitq
etiketində “siz” ehtiram forması o qədər əhəmiyyət kəsb edir ki, çox zaman “sən”
deyə müraciət edənlərə cavab belə verilmir. Rəhbər işçi əməkdaşlarla təmas
zamanı “siz” müraciət formasını işlətməlidir. Həmçinin o, qadın işçilərinə adını
bilirsə xanım əlavə etməklə (məsələn, Sona xanım, Ayna xanım və s.), bilmirsə
elə sadəcə olaraq, “xanım” deyə müraciət etsə, qarşı tərəf razı qalar.
Özündən yaşlı adamlara (bir qədər ağsaqqal sayılan adamlara) adı ilə
müraciət etmək qəbahət sayılır. İctimai yerlərdə aşna, lələ, ay arvad, a gədə,
qağa, canciyər və s. kimi müraciət formalarının işlənməsi başqalarına hörmət-
sizlik kimi qiymətləndirilməlidir. Məhəmməd Peyğəmbərin kəlamlarının birində
göstərilir: “Kim birisini öz adı ilə deyil, onun xoşlamadığı bir adla çağırırsa,
mələklər ona lənət oxuyur”. Yazıçı, publisist Həsən Mehdiyev öz xatirələrində
yazırdı ki, “. müsahibim mənə “qəqəni” deyə müraciət etdi. Bu sözün rayon
yerində gədə-güdəyə, əl altında qalana deyildiyini bilirdim. Söz məni yaman bərk
tutdu. Bir mülahizəyə görə özümü saxladım. Müsahib bunu hiss etdi, məndən üzr
istədi” (“Musavat”, 15 may 2001). Bu həyati misal müraciət formasının
ünsiyyətdə, qarşılıqlı münasibətlərdə nə qədər əhəmiyyətli rol oynadığına əyani
bir sübutdur.
Müəllimlər şagird və tələbələrə adından başqa oğlum, qızım, bala, əzizim
kimi sözlərlə də müraciət edə bilərlər. Valideynlər öz uşaqlarına müraciət edərkən
gülüm, əzizim, gözümün işığı, quzum, oğlum, sonam, ceyranım, evimin yaraşığı,
maralım, bülbülüm, canım-ciyərim, şəkərim, evim-eşiyim, dilbərim, qurban
olduğum, ömrüm-günüm, qurban kəsim, başına dönüm, qadanı alım, qoçaq balam
və s. kimi oxşama və əzizləmə mənalı söz və ifadələri işlətsələr, daha yaxşı olar.
Əzizləyici can ünsürünün isimlərə qoşulması yolu ilə müraciət bildirən
sözlər yaranır: məs.: anacan, xalacan, nənəcan, Orxancan və s.
Qadınlara və kişilərə müraciət zamanı rəsmiyyət və hörmət əlaməti olaraq
xanım, bəy, ağalar, xanımlar sözləri də işlədilir. Bu sözlərdən iki formada istifadə215
olunur: a) təklikdə, sadəcə olaraq xanım, bəy formasında; b) adlardan sonra. Məs.:
Leyla xanım, Rəşad bəy və s. Adamların tez-tez işlətdikləri ağsaqqal, oğlum,
qızım, eloğlu, elli, dədə, elqızı, bibi, nənə, qohum kimi müraciət formaları nəzakət
və hörmət baxımından məqbul sayılır.
Son zamanlar ağa, bəy, əfəndim müraciət formalarının işlənməsinə də
təsadüf edilir. Ağa müxtəlif mənbələrdə mülkədar, bəy, zadəgan, sahib, böyük
qardaş, əmi, ata, yaşlı, savadlı adamlara müraciət forması olaraq kişilərə aid
edilmişdir. Bəzən mədəni ailələrdə bacılardan böyüyünə “ağa bacı” deyə
müraciət olunma halı da mövcuddur. Tarixən hökmdar, başçı, hakim, böyüklük
mənasını ifadə edən bəy sözü, titulu türk dillərində bek, bəy, biy, bey şəkillərində,
əsasən, hakim təbəqəyə müraciət forması kimi işlənmişdir. Hazırda bəy forma-
sından məsləkdaşlar bir-birinə müraciət məqsədlilə (çox geniş yayılmasa da)
istifadə edirlər. Nitqdə hörmət əlaməti olaraq cənab, cənablarına, zati-aliləri kimi
yeni müraciət formaları da işlənilir. Məsələn, cənab Şeyx, cənab səfir, cənab
hakim və s.
Qeyd: Nitq mədəniyyəti məsələləri ilə məşğul olan görkəmli dilçi alim
H.Həsənov cənab və cənablarına müraciət formasını ünsiyyət üçün yararlı
saymır. “Cənab və cənablarına sözünün müraciət forması kimi işlədilməsi
xalqımızın milli müraciət və ənənəsinə zidddir. Bu, təqlidçilik, modabazlıq
təsiridir, ənənəvi, milli müraciət formalarını unutdurur, onlara kölgə salır,
ünsiyyət mədəniyyətini özgələşdirir”. Amma nə etmək olar? Həsrət müəllimin
özünün etiraf etdiyi kimi bu müraciət forması artıq dəbdədir. Xüsusən rəsmi
məqamlarda (daha çox yazılı nitqdə) geniş şəkildə işlənilir.
Müraciətlərdən, xitablardan televiziya, radio verilişlərində də istifadə
olunur ki, tamaşaçının, dinləyicinin diqqətini cəmləşdirmək, verilən informasi-
yaya, göstərilən təsvirə, hadisəyə diqqətli olmaq məqsədini daşıyır. Ən əsası odur
ki, bu xitablar xoş, lirik, ürəkaçan bir əhvali-ruhiyyə yaratmaq, səfərbəretmə,
ruhlandırma, qürur və fəxr məzmunu bildirmək üçün ən zəruri nitq elementləridir.
Onlardan bəzilərini nümunə kimi göstərək: əziz dostlar, əziz və hörmətli televiziya
tamaşaçıları, hörmətli radio dinləyiciləri, əziz analar, bacılar və s.
Comments are closed, but trackbacks and pingbacks are open.