Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətləri ilə bağlı qanunlara dəyişiklik edilir
Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına və.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 17-ci bəndlərini rəhbər tutaraq, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 120-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 612; 2002, № 5, maddə 250, № 6, maddə 328; 2004, № 3, maddə 133; 2005, № 12, maddə 1079; 2006, № 2, maddə 64, № 11, maddə 933, № 12, maddə 1005; 2007, № 6, maddə 560; 2008, № 4, maddə 252, № 6, maddə 462; 2010, № 3, maddə 172, № 6, maddə 487; 2011, № 4, maddələr 252, 268, № 11, maddə 989; 2014, № 2, maddə 88, № 7, maddə 764; 2016, № 2, II kitab, maddə 217) 10-cu maddəsinin IV hissəsinin 2-ci bəndində “cəzaçəkmə müəssisələrindən və ya həbsdən” sözləri “azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2016-cı il.
SƏNƏDLƏR Məktublar 25 mart 2023
11:00
Hörmətli xanım Prezident,
Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq.
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 24 mart 2023
09:05
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına və.
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 21 mart 2023
18:35
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə.
XƏBƏRLƏR 18 mart 2023
19:10
XƏBƏRLƏR 18 mart 2023
19:10
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
19:05
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm.
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
19:00
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər 18 mart 2023, 19:00
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
18:55
İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Suqovuşanda tam orta məktəbində yaradılan şəraitlə tanış olublar 18 mart 2023, 18:55
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
18:50
İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib 18 mart 2023, 18:50
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:21
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu.
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:19
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti.
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:17
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti.
© 2010-2023 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.
- FAQ
- Sayt haqqında
- 2007-2010-cu illərin materialları
Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətləri ilə bağlı qanunlara dəyişiklik edilir
Azərbaycanda “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanda “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, qanunlara edilən dəyişiklərin əsas məqsədi kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanununa uyğunlaşdırmaqdır.
Beləki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq keçirilməsi nəzərdə tutulur.
Mövcud qanunda olan həmin maddədə isə öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslərin öyrənilməsi qeyd olunub.
Əməliyyat axtaris fəaliyyəti haqqinda qanun
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair
12 fevral 2015-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə iclas katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Qəbələ rayon Məhkəməsinin sədri Vahid Sadıqovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati qanunvericilik sektorunun müdiri Fuad Məmmədovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının professor əvəzi, hüquq üzrə elmlər doktoru Midhəd Qəfərovun və müstəqil ekspert hüquq üzrə fəlsəfə doktoru Aydın Yusubovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Munis Abuzərlinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Baş istintaq idarəsinin şöbə rəisi Mahir Qasımovun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş cinayət axtarışı idarəsinin əməliyyat müvəkkili Ceyhun Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qəbələ rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertlərin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Qəbələ rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilən materiallara münasibətdə məhkəmə nəzarətini həyata keçirən məhkəmənin səlahiyyətlərini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsini xahiş etmişdir.
Müraciətdə göstərilmişdir ki, Qəbələ rayon Məhkəməsinin icraatına CPM-in 445.2-ci maddəsinin tələblərinə uyğun olaraq Qəbələ rayon polis şöbəsi tərəfindən “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 8 iyul 2014-cü il tarixli qərar və bu qərar əsasında həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı “Baxış keçirilməsi haqqında” iki protokol daxil olmuşdur.
Müraciətedənin fikrincə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların sübut kimi qəbul və istifadə edilməsinə yalnız həmin materialların cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun təqdim edilməsi və yoxlanılması şərti ilə yol verilir (CPM-in 137-ci maddəsi). Bu isə CPM-in 445.2-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəməyə sadəcə məlumatlandırmaq üçün təqdim edilməsini deyil, həm də məhkəmənin əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmiş materiallar üzrə müvafiq tədbirin keçirilməsinin qanuniliyini yoxlamaq səlahiyyətini nəzərdə tutur. Əməliyyat-axtarış materiallarının təqdim edilməsi və yoxlanılması qaydaları isə cinayət-prosessual qanunvericiliyində müəyyən edilməmişdir.
Qeyd edilənlərə əsaslanaraq, Qəbələ rayon Məhkəməsi CPM-in 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarətinin hədləri baxımından şərh edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi vacib hesab edir.
Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri də məhkəmə-hüquq islahatlarıdır. Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra – Konstitusiya) ali dəyər olan insan və vətəndaş hüquq və azadlıqlarının təminatında məhkəmələrin rolu xüsusi qeyd olunmuşdur. Hüquqi dövlətdə insan hüquqlarının məhdudlaşdırılması yalnız qanun əsasında mümkündür. İnsan hüquqlarının məhdudlaşdırılmasının qanuniliyinə, mütənasibliyinə və ədalətliliyinə nəzarəti isə məhkəmələr həyata keçirirlər.
Məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət-prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür.
Məhkəmə nəzarətinin hüquqi əhəmiyyəti Konstitusiya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr ilə müəyyən edilir.
Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyinin məhkəmələr tərəfindən həll edilməsi məhz Konstitusiyanın 71-ci maddəsinin VII hissəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın həmin normasına görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs əmin olmalıdır ki, dövlət orqanları tərəfindən hər hansı qanuni təqib həyata keçirilirsə, həmin fəaliyyətə müstəqil məhkəmə orqanı tərəfindən nəzarət mövcuddur.
Bununla yanaşı, ayrı-ayrı konstitusiya normalarında insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasında məhkəmə nəzarətinin vacibliyi xüsusi qeyd edilir. Məsələn, Konstitusiyanın 33-cü maddəsinin II hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsində azadlıq və toxunulmazlıq hüququnun təminatında məhkəmə nəzarətinin vacibliyi birbaşa vurğulanmışdır.
Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində məhkəməyədək icraat mərhələsində məhkəmə nəzarəti nisbətən yeni institutdur. Prokuror nəzarətindən fərqli olaraq, məhkəmə nəzarəti məhkəməyədək icraat mərhələsində ibtidai araşdırma subyektlərinin fəaliyyətinin insan hüquq və azadlıqlarına qanunsuz müdaxiləsinin qarşısının alınmasına yönəlmişdir. Prokuror nəzarəti ümumilikdə təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunçuluğa riayət edilməsinə yönəldiyi halda, məhkəmə nəzarəti əməliyyat-axtarış fəaliyyəti subyektləri tərəfindən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyi, əsaslılığı, mütənasibliyi, məqsədəmüvafiqliyi və təxirəsalınmazlığının yoxlanılması funksiyasını daşıyır.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli Qanununa (bundan sonra – “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun) əsasən əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti prokuror nəzarətindən fərqli olsa da, onlar arasında oxşar cəhətlər də mövcuddur.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin I hissəsində göstərilir ki, əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər. Həmin maddənin IV və V hissələrinə görə əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar prokuror nəzarətinin predmetinə daxil deyil və əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar onlara verilən sənədlərdə əks olunan məlumatların məxfiliyini təmin etməlidirlər.
Beləliklə, məhkəmə nəzarəti ilə prokuror nəzarəti arasında nəzarətin predmeti baxımından fərqlilik müşahidə olunsa da, əməliyyat-axtarış fəaliyyətinin spesifik xüsusiyyətlərini nəzərə alaraq, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin IV və V hissələrinin tələblərini məhkəmə nəzarəti fəaliyyətinə də aid etmək olar.
Məhkəmə prosessual funksiyaların bölüşdürülməsi prinsipini rəhbər tutaraq, əməliyyat-axtarış və ya ibtidai araşdırma subyektlərinin fəaliyyəti sahəsində bütövlükdə qanunçuluğa nəzarət etmək vəzifəsini daşımır. Belə ki, cinayət barədə məlumatların qeydiyyatı, ibtidai araşdırmanın başlanması haqqında qərar və ya digər insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı olmayan prosessual tədbirlər məhkəmə nəzarətinin predmeti ola bilməz.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 5 avqust 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası).
Beləliklə, prokuror nəzarətindən fərqli olaraq, məhkəmə nəzarətinin predmetini – insan və vətəndaş hüquq və azadlıqlarının təminatı ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı təşkil edir.
Qeyd edildiyi kimi, məhkəmə nəzarəti Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nisbətən yeni institutdur. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş CPM-in 442.2-ci maddəsi məhkəmə nəzarətinin obyektini müəyyən edərək göstərir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, bununla yanaşı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə.
Məhkəmə nəzarəti sahəsinə aid olan məsələlər, habelə onların həyata keçirilməsi qaydası CPM-in 443-454-cü maddələri ilə müəyyən edilir. Bu maddələr cinayət prosesində istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi halında mütləq qaydada məhkəmə nəzarətinin mövcudluğunu nəzərdə tutur.
Bununla yanaşı, əməliyyat-axtarış fəaliyyətinin əsasları “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun ilə tənzimlənir. Bu Qanun insanların konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələn hər hansı bir əməliyyat-axtarış tədbirinin yalnız məhkəmənin qərarı əsasında keçirilməsini və ya keçirildikdən dərhal sonra məhkəməni həmin tədbir haqqında məlumatlandırmağı nəzərdə tutur.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Xudobin Rusiyaya qarşı iş üzrə 26 oktyabr 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Eyni hüquqi mövqe Avropa Məhkəməsinin Klass və başqaları Almaniyaya qarşı iş üzrə 6 sentyabr 1978-ci il, Lüdi İsveçrəyə qarşı iş üzrə 15 iyun 1992-ci il tarixli Qərarlarında da ifadə edilmişdir.
Avropa Məhkəməsi öz qərarlarında göstərir ki, əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti sui-istifadənin qarşısının alınmasına və qüvvənin mütənasib istifadəsinə nəzarət edir. Avropa Məhkəməsi Uzun Almaniyaya qarşı işi üzrə 2 sentyabr 2010-cu il tarixli Qərarında bildirmişdir ki, şübhəli şəxslərin avtomobilində quraşdırılan və güdmə funksiyasını daşıyan GPS (qlobal təsvir sistemi) hazırlanan cinayətin qarşısının alınması məqsədi ilə məhkəmə nəzarəti altında istifadə edildiyinə görə adekvat və effektiv təminatlarla aparılıb. Bu isə istifadə olunan əməliyyat-axtarış tədbirlərinin aparılmasında sui-istifadənin qarşısının alınması üçün faydalı vasitədir.
Məhkəmə nəzarətinin mövcudluğu, ilk növbədə, əməliyyat-axtarış fəaliyyətinə qərəzsiz orqanın nəzarətinin mövcudluğunu ifadə edir. Avropa Məhkəməsi Avropaya inteqrasiya və insan hüquqları naminə Assosiasiya və Ekimciyeva Bolqarıstana qarşı iş üzrə 28 iyun 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, məxfi müşahidənin tətbiqinə ümumi nəzarətin bilavasitə xüsusi vasitələrin tətbiq edilməsini həyata keçirən daxili işlər orqanlarına həvalə edilməsi nəticə etibarı ilə əməliyyat-axtarış fəaliyyətinə qərəzsiz orqanın nəzarətinin olmadığını bildirir, bu isə Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulduğunu göstərir.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət prosesində istifadə olunan əməliyyat-axtarış fəaliyyətinin nəticələri iki yolla əldə oluna bilər: 1) məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində; 2) əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan həmin tədbir barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində.
Birinci halda, məhkəmə qərarının əvvəlcədən alınması qaydasında əməliyyat-axtarış fəaliyyətinin aparılmasına məhkəmə nəzarətinin həcmi (həddi) problemi təcrübədə hər hansı mübahisə yaratmır. CPM-in 446.4-cü maddəsindən görünür ki, istintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinin və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyini təsdiq edən materiallar vəsatətə əlavə edilməlidir. Həmin materiallar kifayət etmədikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakim onların tamamlanmasını tələb etmək hüququna malikdir.
Qanunverici əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın rəhbərinin vəsatətinin əsaslandırılması üçün bir sıra tələblər irəli sürür. Məsələn, vəsatətdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyi əsaslandırılmalı, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəticəsində hansı nəticənin əldə edilməli olduğu və nə üçün həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin mümkün olmaması, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin hansı müddətdə, harada və hansı üsullarla nəzərdə tutulduğu və digər əhəmiyyətli məlumatlar göstərilməlidir.
Əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın vəsatətində qeyd olunan müddəalar əsaslandırılmaqla prokurora təqdim edilir. Prokuror öz növbəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında materialları nəzərdən keçirməklə müvafiq qərar qəbul edir, yəni vəsatətin müdafiə edilməsindən imtina haqqında əsaslandırılmış qərar çıxarır, yaxud zəruriliyini təsdiq edən materialları vəsatətə əlavə etməklə müvafiq qərarın qəbul edilməsi üçün məhkəməyə təqdimat göndərir.
Beləliklə, məhkəmənin razılığı ilə aparılan tədbirlərə dair məhkəmə nəzarətini həyata keçirən hakimin qanunvericiliklə müəyyən edilən səlahiyyətləri kifayət qədər genişdir. Əvvəla, məhkəmənin razılığını almaq məqsədi ilə qaldırılan vəsatətə istintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinin və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyini təsdiq edən materiallar əlavə edilməlidir. Həmin materiallar kifayət etmədikdə, hakim onların tamamlanmasını tələb etmək hüququna malikdir.
Göründüyü kimi, CPM-də əməliyyat-axtarış tədbirləri keçirilərkən şəxsi toxunulmazlıq, yazışma, telefon danışıqları, poçt, teleqraf və poçt rabitəsi şəbəkələri ilə ötürülən digər məlumatların sirri, eləcə də mənzil toxunulmazlığı barədə hər bir kəsin konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair materiallara məhkəmə qaydasında baxılması nəzərdə tutulmuşdur. Məhkəmə nəzarəti qaydasında daxil olan əməliyyat-axtarış sənədlərində göstərilən məlumatların məxfiliyinin təmin edilməsi üçün məhkəmədə şərait yaradılır.
CPM-in 448-ci maddəsinə görə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məsələlərinə dair məhkəmə iclasının nəticələri üzrə hakim müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verir və ya onun keçirilməsindən imtina edir, bu barədə əsaslandırılmış qərar qəbul edir. Həmin qərar əməliyyat-axtarış tədbirinin keçirilməsinin təşəbbüskarına verilir və təqdim olunmuş materiallar geri qaytarılır. Eyni zamanda, məhkəmə nəzarəti qaydasında qəbul edilən qərar hakim tərəfindən tam əsaslandırılmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Qəbələ rayon Məhkəməsinin müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, təxirəsalınmaz tədbirlərin keçirilməsindən sonra məhkəmə nəzarəti qaydasında keçirilmiş tədbirlər barəsində məhkəməni məlumatlandırmaq qaydası təcrübədə fərqli tətbiq edilir. Bunun səbəbi isə ilk növbədə, qanunu tətbiq edən subyektlərin normanın tələblərinə tam formal yanaşmasıdır. Belə ki, CPM-in 445.2-ci maddəsinin tələblərinə görə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda CPM-in 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir.
CPM-in qeyd edilən norması əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqandan məhkəmə nəzarəti qaydasında, formal olaraq müvafiq tədbir keçirildikdən sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə yalnız əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təqdim etməsini tələb edir.
Məsələyə formal cəhətdən yanaşıldığı təqdirdə məhkəmə yalnız həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin zəruriliyini və qanuna uyğun aparıldığını yoxlamaqla müvafiq qərar çıxarmalıdır. Bu qərarın surəti əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana və ibtidai istintaqa rəhbərlik edən prokurora göndərilir. Gələcəkdə işə mahiyyəti üzrə baxılarkən bu əməliyyat tədbirinin nəticələrinə ümumi qaydada baxılır. Yəni digər sübutlar kimi əməliyyat-axtarış tədbirlərinin nəticələri də yoxlanılıb qiymətləndirilir.
Məhkəmə nəzarətinin formal olması məhkəmə nəzarəti funksiyasını “passiv legitimləşdirmə” fəaliyyətinə oxşar edə bilər. Bu terminin izahı ətraflı olaraq Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarında verilmişdir. Lakin məhkəmə qarşısında məhkəməyədək mərhələdə nəzarətə dair xüsusi prosessual vəzifə – insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilənin qarşısının alınması vəzifəsi qoyulmuşdur.
Nəzərə alınmalıdır ki, məhkəmə nəzarətinin obyekti iki əsas elementdən ibarətdir: 1) konstitusiya hüquq və azadlıqlarının qorunması; 2) həmin hüquq və azadlıqların qorunması ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı. Bu elementlərə nəzarətin təminatı üçün məhkəmələrin kifayət qədər məhkəmə nəzarəti funksiyalarını həyata keçirmək səlahiyyətləri olmalıdır.
CPM-in 143.2-ci maddəsində qeyd edilir ki, məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır.
Məhkəmənin bu səlahiyyətləri sübutların toplanması prosesinə aiddir. Əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti altında aparılması isə sonda həmin tədbirin nəticələrinin cinayət-prosessual qaydada sübut qismində istifadəsinə əsas verir. Beləliklə, məhkəmələr sübutların gələcək məhkəmə prosesində faydalı və obyektiv istifadəsini təmin etmək məqsədi ilə məhkəməyədək mərhələdə məhkəmə nəzarəti funksiyasının geniş və hərtərəfli aparılmasında səlahiyyətli olmalıdırlar.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hakim məhkəməyə qədər mərhələdə məhkəmə nəzarətini həyata keçirən zaman aşağıdakı səlahiyyətlərə malikdir:
– əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə vermək və tədbirin keçirilməsinə dair qaldırılan vəsatəti təmin etmək və ya etməmək;
– şəxsin konstitusiya hüquq və azadlıqlarının qanuni məhdudlaşdırılması haqqında qərarın güvədə olma müddətini uzatmaq;
– əməliyyat-axtarış tədbirinin keçirilməsinin əsaslarına dair əlavə materialları tələb etmək;
– hüquq və azadlığı məhdudlaşdırılan şəxsi dinləmək və ehtiyac olduğu halda (əməliyyat-axtarış tədbirlərinin gizli və ya aşkar keçirilməsindən asılı olaraq) ərizəçini ona qarşı aparılan əməliyyat-axtarış tədbirlərinin səbəbləri haqqında məlumatlandırmaq;
– şəxsin konstitusiya hüquq və azadlıqlarının təminatı məqsədi ilə digər tədbirlər görmək.
Nəzərə alınmalıdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər.
Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
– CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər;
– əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər.
2. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
«Konstitusiya Məhkəməsi haqqında» Qanunun 64-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 12 fevral 2015-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsilə tam və nəticə hissəsilə isə qismən razı deyiləm.
Qəbələ rayon məhkəməsi Azərbaycan Konstitusiya Məhkəməsinə (bundan sonra-Konstitusiya Məhkəməsi) müraciət edərək keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilən materiallara münasibətdə məhkəmə nəzarətini həyata keçirən məhkəmənin səlahiyyətlərini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 137 və 445.2-ci maddələrinin 137-ci maddədə nəzərdə tutulmuş “. təqdim edildikdə və yoxlanıldıqda. ” müddəasına aydınlıq gətirməklə əlaqəli şərh edilməsini xahiş etmişdir.
Qəbələ rayon məhkəməsinin icraatına CPM-nin 445.2-ci maddəsinin tələblərinə uyğun olaraq Qəbələ rayon Polis şöbəsinin rəis müavininin “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair” 08 iyul 2014-cü il tarixli qərarı və bu qərar əsasında həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı “Baxış keçirilməsi haqqında” iki protokol daxil olmuşdur.
Müraciətedənin fikrincə CPM-də əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilən materialların təqdim edilməsi və yoxlanılmasının qaydası müəyyən olunmamışdır.
Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə öz qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktları qəbul edərkən hüquqi dövlətin ali prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipinin təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin Amann İsveçrəyə qarşı iş üzrə qəbul etdiyi 16 fevral 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır.
Müəyyənlik, aydınlıq, hüquq normalarının birmənalı və ardıcıl olması tələbləri cinayət-prosessual qanunvericiliyi çərçivəsində xüsusi əhəmiyyət kəsb edir. Əməliyyat-axtarış fəaliyyətinin əsas prinsipləri kimi qanunçuluq, humanistik, insan hüquq və azadlıqlarına hörmət və onları gözləmək, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması qanunvericilik tərəfindən müəyyən edilmişdir. Əməliyyat-axtarış fəaliyyəti hüquq fəaliyyətinin bir növü olmaqla, cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən müdafiəsinə, həmçinin əməliyyat-axtarış orqanlarının üzərinə qoyulmuş müəyyən vəzifələrin həllinə yönəlmişdir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun) 1-ci maddəsinin II bəndinə əsasən əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət və hərbi sirrini habelə, milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir. Əməliyyat-axtarış fəaliyyəti çox vaxt qeyri aşkar metodlar, qüvvə və vasitələrin tətbiqi ilə həyata kecirildiyi ücün o, vətəndaşların hüquq və azadlıqlarının, dövlət və qeyri dövlət qurumlarının qanuni mənafelərini məhdudlaşdırma təhlükəsini özündə saxlayır.
Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri aşağıdakılar kimi müəyyən edilmişdir:
1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;
2) törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;
3) cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;
4) məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması;
5) naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.
Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icra edilməsi zamanı insanların həyatını, sağlamlığını, əmlakını və qanuni mənafelərini təhlükə altına alan hərəkətlərə yol vermək; hər hansı şəxsi qanun pozuntularına təhrik etmək; zor işlətmək, hədələmək və şantaj etmək, habelə insan və vətəndaşların hüquq və azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər qanunsuz tədbirlərə əl atmaq; səlahiyyətindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olunur (Qanunun 8-ci maddəsi).
Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər və əsaslar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsi ilə müəyyən edilmişdir.
Qanunvericinin tələbinə görə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır (12-ci maddənin II hissəsi).
28 oktyabr 1999-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarəti nəzərdə tutulmamışdır. Lakin 5 mart 2004-cü il tarixdə bu Qanuna “Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti” adlı 19-1 maddəsi əlavə edilməklə qanunda olan boşluq aradan qaldırılmışdır.
CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
Əməliyyat-axtarış fəaliyyətin nəticəsində əldə edilmiş materiallar dedikdə, bu barədə prokurorun əsaslandırılmış vəsadətində və yaxud təhqiqat orqanının səlahiyətli şəxsinin əsaslandırılmış qərarında Qanunun 10-cu maddəsinin IV hissəsində nəzərdə tutulan hərəkətlərin icrası nəticəsində əldə edilən məlumatların Qanuna və CPM-nə müvafiq olan normalara uyğun prosessual sənədlərdə öz əksini tapması başa düşülməlidir.
Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti, Qanunun 10-cu maddəsinin IV hissəsində nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi prosesində Konstitusiya və qanunlarda nəzərdə tutulan insan və vətəndaş hüquq və azadlıqların pozulub-pozulmamasını müəyyən etməkdən ibarətdir.
Bu fəaliyyət nəticəsində toplanmış materiallarda ibtidai araşdırma orqanları üçün maraqlı olan faktların və məlumatların CPM-nin müvafiq normalarının tələbinə əsasən yoxlanılaraq sübut kimi qəbul edilməsi vəzifəsi isə ibtidai araşdırmanı aparan şəxsə məxsusdur.
СPM-nin 137-ci maddəsinin yuxarıda qeyd edilən müddəası əməliyyat-axtarış fəaliyyəti nəticələrinin əldə edilməsi məsələlərini qanunaltı tənzimlənmənin səlahiyyətinə aid edir, həmin nəticələrin istıfadə edilməsi məsələlərinin həllini cinayət-prosessual qanunvericiliyinin digər normalarının dispozisiyasına yönəldir.
Qanun əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallara münasibətində “qəbul edilə bilər” ifadəsini nəzərdə tutur. Deməli, onlar həm qəbul oluna, həm də qəbul olunmaya bilər.
Sübutların əldə edilməsinə yönələn hərəkətlərin tənzimlənməsi Konstitusiya və beynəlxalq hüquqi aktlara zidd olmamalı, sübutetmə nəzəriyyəsinin ümumi prinsiplərindən irəli gəlməli və həyata keçirilən hərəkətlər nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsinə təminat verməlidir.
Gizli (qeyri-aşkar) mənbələrdən əldə olunmuş dəlillər sübut kimi qəbul edilə bilməz. CPM-nin 86.5-ci maddəsində müəyyən edildiyi kimi, təhqiqatçı öz icraatında olan işlə əlaqədar qeyri-aşkar üsullarla əməliyyat-axtarış tədbirləri keçirməyə haqlı deyil. Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, ədalət mühakiməsi həyata keçirilərkən şübhəli və mənbələri naməlum olan məlumatlardan istifadə edilməsi yolverilməzdir. Əldə etmənin prosessual qaydası materialın əldə edilmə vasitələrinin və mənbələrinin məlum olmasını nəzərdə tutur. Öz növbəsində, sübut materiallarının etibarlılığının müəyyən edilməsi onların əldə edilməsinin mənbə və vasitələrinin də yoxlanılmasını ehtiva edir. Əks halda, sübut materiallarının prosessual çərçivədə qanuniliyini yoxlayan və etibarlılığını müəyyən edən məhkəmə gedişatı ittiham tərəfini çətin vəziyyətə salardı. Məhz bu səbəbdən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların yoxlanılması və qiymətləndirilməsi zamanı onların mənbə və etibarlılığı böyük əhəmiyyət kəsb edir. Yalnız əldə edilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulmasının yol verilmədiyi, vətəndaş və təşkilatların qanuni maraqları pozulmadığı, əsassız və qanunsuz zorakılıq tətbiq edilmədiyi, bütün iştirakçıların hüquqlarının həyata keçirilməsi təmin edildiyi təqdirdə əldə olunmuş materiallar etibarlı hesab edilə bilər.
Bunlarla yanaşı hesab edirəm ki, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, araşdırma-təsdiqedici fəaliyyəti kəşfiyyat fəaliyyətindən fərqləndirmir, məlumatların əldə edilməsinə yönəlmiş ayrı-ayrı əməliyyat-axtarış hərəkətlərinin aparılması qaydalarını müəyyən etmir, onların kim tərəfindən və hansı qaydada həyata keçirilməsini, icraatın gedişatı və nəticələrinin sənədləşdirilməsi qaydalarını və prosesin digər iştirakçılarının hansı hüquqlara malik olmaları məsələsini tənzimləmir və tənzimləməməlidir, çünki qanunverici təhqiqat orqanlarının spesifik fəaliyyətinin metodlarının məxfiliyini gözləməkdə məcburdur.
CPM-nin 445.1-ci maddəsində müəyyən edildiyi kimi aşağıdakı əməliyyat- axtarış tədbirləri məhkəmənin qərarı əsasında həyata keçirilir: telefon danışıqlarına qulaqasma; poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; binaya, o cümlədən, yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi; insanların güdülməsi.
CPM-nin 446.1.3-cü maddəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinin məhkəmədə baxılmasında əsas kimi əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı göstərilmişdir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununun 11-ci maddəsinin III hissəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslarlar sırasında məhkəmənin (hakimin) qərarları ilə yanaşı istintaq orqanlarının qərarları və əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları müəyyən edilmişdir.
Qanunverici Məcəllənin 445.2-ci maddəsində «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin IV hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirlərin məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilməsini müəyyən etmişdir. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Eyni müddəa «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 10-cu maddəsinin V hissəsində də göstərilmişdir.
“Təqdim etmək” azərbaycan dilinin izahlı lüğətində “vermək üçün əlində tutaraq birinin hüzuruna gətirmək, ona vermək” kimi göstərilmişdir.
Əməliyyat-axtarış fəaliyyətinin nəticəsində əldə edilmiş materialların məhkəməyə verilməsi üsulları (poçt vasitəsi ilə göndərmə, əldən-ələ verilmə və s.) hər bir konkret halda əməliyyat axtariş fəaliyyətini həyata keçirən orqan tərəfindən seçilir (kargüzarlığın təşkil edilməsini tənzimləyən normativ hüquqi aktların tələblərini nəzərə almaqla).
Təqdimedilən materiallara əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı əldə edilən foto şəkillər və neqativlər, kinolentləri, diopozitivlər, fonoqramlar, kassetlər, videoyazılar, kompyuter məlumatının daşıyıcıları, hüsnxətt materialları, planlar, sxemlər, aktlar, arayışlar, digər sənədlər, habelə cinayət- prosessual qanunvericiliyinə görə maddi sübut həsab edilə biləcək digər maddi sübutla əlavə oluna bilər.
Əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan:
1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması məqsədi üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər;
2) cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən, yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər.
Məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir (CPM-nin 442.1-ci maddəsi).
CPM-nin 442.2-ci maddəsinin tələbinə görə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır:
– hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə, dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara;
– cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə.
Qanunverici CPM-nin 442.2-ci maddəsində məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında vəsatət, təqdimat və şikayətlərə məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəmənin hakimi tərəfindən təkbaşına baxılmasını nəzərdə tutmuşdur.
CPM-nin 445.2-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması proseduru cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilməmişdir. Belə olan halda Mülki Prosessual Məcəllədə olduğu kimi (Məcəllənin 13-cü maddəsinin 4-cü bəndi), cinayət-prosessual münasibətlərin tətbiq edilməsi zamanı qanun analogiyasının, hətta, hüquq analogiyasının tətbiq edilməsinin mümkünlüyünü qeyd etmək məqsədə uyğundur.
Cinayət prosesində analogiya mümkün represiyaları genişləndirmir, o, cinayət-prosessual münasibətlərə və onları yaradan hüquqi faktlara dinamizm verməklə pozitiv rol oynayır. Cinayət-prosessual münasibətlərin tənzimlənməsində analogiyanın mahiyyəti ondan ibarətdir ki, məhkəmə və ya müstəntiq CPM-nin oxşar hallarda tətbiq edilən hüquq normalarını tətbiq edir.
Rusiya Konstitusiya Məhkəməsi cinayət-prosessual münasibətlər sahəsində analogiyanın tətbiq edilməsinin mümkünlüyünü vurğulamışdır. Bir sıra hallarda RKM qərarlarında birbaşa bunu qeyd edir, digər hallarda birbaşa göstərməsə də analogiyanı nəzərdə tutur.
Bununla belə qeyd edilməlidir ki, cinayət prosesində analogiya müəyyən çərçivələrdə və bir sıra şərtlərə riayət edildiyi təqdirdə tətbiq edilə bilər.
Bunlara aşağıdakılar aiddir:
1) cinayət-prosessual münasibətləri tənzimləyən qanunvericilikdə boşluq olduqda;
2) qanunla tənzimlənən oxşar hal olduqda;
3) cinayət prosesinin konstitusion prinsiplərini rəhbər tutaraq;
4) cinayət prosesində iştirak edən tərəflərin prosessual hüquqlarını təmin etməklə;
5) yalnız CPM-nin normaları çərçivəsində hərəkətlərin həyata keçirilməsi və qərarların qəbul edilməsi.
Belə olan təqdirdə məhkəmələr cinayət-prosessual qanunvericiliyə müvafiq dəyişiklər edilənə qədər, CPM-nin 445.2-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlayaraq CPM-nin 448-ci maddəsinə istinad edərək müvafiq qərar qəbul etməlidirlər.
Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyətli şəxsinin qərarında aşağıdakılar göstərilməlidir:
1) onun tərtib edildiyi tarix, vaxt və yer;
2) onu tərtib edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;
3) cinayət işinin olduğu halda, o nə vaxt, kimin tərəfindən və nə ilə əlaqədar başlandığı;
4) əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəticəsində törədilən, qarşısı alınan və ya xəbərdar edilən cinayət haqqında məlumatlar;
5) əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəticəsində kimin və hansı hüquq və ya azadlıqlarının məhdudlaşdırılması;
6) həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin zəruriliyinin əsaslandırılması;
7) əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəticəsində hansı nəticənin əldə olunduğu və nə üçün həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin mümkün olmaması;
8) həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin müddəti, yeri və üsulları;
9) həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin sonunda əldə edilmiş nəticə və həmin nəticənin hansı üsulla rəsmiləşdirilməsi;
10) həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin kimə həvalə edilməsi;
11) məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün zəruri olan digər məlumatlar.
Məhkəmə nəzarətini həyata keçirən məhkəmənin qərarında əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyətli şəxsinin əsaslandırılmış qərarının bu Məcəllənin və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunun müddəalarının tələbərinə uyğun olub-olmaması əsaslandırılmaqla müəyyən edilməlidir.
Hakimin qərarında aşağıdakılar göstərilməlidir:
1) qərarın tərtib edildiyi tarix, vaxt və yer;
2) hakimin soyadı, adı, atasının adı və vəzifəsi;
3) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi;
4) qərarın mahiyyəti: əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarına məhkəmənin münasibətinin dəqiq göstərilməsi;
5) məhkəmənin möhürü ilə təsdiq edilmiş hakimin imzası.
Məhkəmənin qərarı ibtidai araşdırma materiallarına əlavə edilməsi üçün müvafiq orqana göndərilir.
CPM-nin 446.4-cü maddəsində göstərildiyi kimi, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyini təsdiq edən materiallar vəsatətə əlavə edilməlidir. Həmin materiallar kifayət etmədikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakim onların tamamlanmasını tələb etmək hüququna malikdir.
Qərarda məhkəmə və prokuror nəzarətlərinin qarşılıqlı analizi edilmiş və fərqli xüsusiyyətləri müəyyən edilmişdir. Lakin, daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən “Polis haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra-“Polis haqqında” Qanun) nəzərdə tutulan vəzifələri ilə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda əks olunan vəzifələrin fərqli xüsusiyyətləri göstərilməmişdir.
Yuxarıda qeyd edildiyi kimi, qanunverici əməliyyat-axtarış fəaliyyətinin vəzifələrini hazırlanan və törədilən cinayətlərin qarşısının alınması, törədilmiş cinayətlərin aşkar edilməsi və açılması, cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi, məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması və naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi kimi müəyyən etmişdir.
“Polis haqqında” Qanunun 2-ci maddəsində polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaq kimi müəyyən edilmişdir.
Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının vəzifələri sırasında cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görmək, qanunvericilik ilə müəyyənləşdirilmiş hallarda və qaydada cinayət işlərini başlamaq, təhqiqat və istintaq aparmaq, qanunvericilik ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək kimi vəzifələri qeyd etmək olar.
Qanunverici ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşını bir sıra hüquqlarla təmin etmişdir. Bunların arasında inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi baxış keçirmək, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq; hüquqi və fiziki şəxslər tərəfindən odlu silahın, döyüş sursatının, zərərli maddələrin və digər zərərli materialların saxlandığı və istifadə olunduğu yerlərə, habelə onların dövriyyədə olduğu obyektlərə (hərbi obyektlər istisna olmaqla) baxış keçirmək və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər tədbirləri görmək hüququnu önə keçirmək olar (“Polis haqqında” Qanun, m.18).
Qanunun 21-ci maddəsinin III hissəsinə əsasən polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutulmasına yalnız aşağıdakı hallarda yol verilə bilər:
2) hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət və ya inzibati xəta törətdiyini göstərdikdə;
3) şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya mənzilində cinayətin və ya inzibati xətanın izləri tapıldıqda.
Qeyd olunmalıdır ki, şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.
Göründüyü kimi, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşı qanunvericilik ilə müəyyənləşdirilmiş qaydada baxış və şəxsi baxış keçirmək hüququna malikdir, hətta məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin polis tərəfindən təxirəsalınmadan tutulması müəyyən edilmişdir. Sadalanan hərəkələrin, məsələn polis əməkdaşı tərəfindən cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi vəzifəsin yerinə yetirərkən həyata keçirilməsinin mümkünlüyü qanunverici tərəfindən birmənalı şəkildə göstərilmişdir. Baxış tədbirinin əməliyyat-axtarış fəaliyyəti vəzifəsi (“Polis haqqında” Qanun, m. 15) müstəvisində həyata keçirilməsi məhz «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin IV hissəsində nəzərdə tutulmuş hallarda mümkündür.
Qeyd etməyi zəruri hesab edirəm ki, cinayət törətmiş şəxsin şəxsiyyəti, olduğu yeri, habelə törətdiyi cinayətin aşkarlığı bəlli olduğu və onun heç bir xüsusi qüvvə və texnika cəlb edilmədən və əməliyyat keçirilmədən polisə gətirilərək şübhəli şəxs kimi (CPM-nin 90, 147 maddələri) tutulması, baxışa və şəxsi axtarışa məruz qalması “Əməliyyat-axtarış fəaliyyəti” hesab edilə bilinməz.
“Əməliyyat-axtarış fəaliyyəti” yalnız müstəsna hallarda eyni adlı Qanunun 11-ci maddəsində göstərilən səbəblər və əsaslar əsasında həyata keçirilir.
Plenumun iclasındakı çıxışlardan məlum oldu ki, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanun qüvvəyə mindiyi gündən indiyədək, səlahiyyətli şəxsin əsaslandırılmış qərarı əsasında aparılan əməliyyat-axtarış fəaliyyətlərinin əksəriyyəti məhkəmə nəzarətindən kənarda qalmışdır. Bu sahədə olan nöqsanların aradan qaldırılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini ümumiləşdirilməsi zəruri və faydalı olardı.
Həmçinin, bu mövqeni müdafiə edirəm ki, Azərbaycan Respublikası Milli Məclisinə tövsiyyə edilsin ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-i maddəsi və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin V hissəsinin mövcud müddəası “bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 24 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə məhkəmə nəzarətini həyata keçirən məhkəməni mütləq xəbərdar etməlidir. Əməliyyat-axtarış tədbirinin başlandığı andan 48 saat ərzində onu həyata keçirən orqan həmin əməliyyat-axtarış tədbirinin aparılması barədə məhkəmə qərarı almalı və ya həmin tədbirin həyata keçirilməsini dayandırmalıdır ” məzmununda müddəası ilə əvəz edilsin.
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin hakimi: İ sa Nəcəfov
Comments are closed, but trackbacks and pingbacks are open.