Press "Enter" to skip to content

Məliyyat sistemləri

1 Əməliyyat sistemlərinin təsnifatı. Ms DOS və fayl sistemi
Səadətbəyim Dadaşova İTM (II kurs)

Əməliyyat sistemlərinin təsnifatı. Ms DOS və fayl sistemi

. konulu sunumlar: “Əməliyyat sistemlərinin təsnifatı. Ms DOS və fayl sistemi”— Sunum transkripti:

1 Əməliyyat sistemlərinin təsnifatı. Ms DOS və fayl sistemi
Səadətbəyim Dadaşova İTM (II kurs)

2 SOFTWARE (proqram təminatı)

4 Proqram təminatı – aşağıdakı hissələrə bölünür

6 Əməliyyat sistemi – kompüteri idarə edən, kompüterin qurğularını bir-birinə bağlayan, kompüterlə istifadəçi arasında əlaqə yaradan proqramlar toplusudur.

7 ƏMƏLİYYAT SİSTEMİNİN TƏSNİFATI
Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur: -Sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili; -Sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli; -Prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;

8 ƏMƏLİYYAT SİSTEMİNİN TƏSNİFATI
-Prosessorun mərtəbələrinin sayına görə: 8-mərtəbəli, 16- mərtəbəli, 32-mərtəbəli, 64- mərtəbəli; -İnterfeysin tipinə görə: əmrli və obyektyönlü; -İnformasiya emalı rejiminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı; -Resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

9 MS DOS MS-DOS (Microsoft Disk Operating System — Microsoftdan disklər üçün yaradılmış bir əməliyyat sistemi). MS_DOS – DOS ailəsinə aid olan ən məşhur əməliyyat sistemidir, əvvəllər İBM PC – kompyuterlərində istifadə edilirdi. Zamanla dəyişdirilərək Windows 9x və Windows NT-yə uyğunlaşdırılır.

10 MS DOS haqqında MS_DOS 1981-ci ildə yaradılmışdır. Öz inkişafı mərhələsində onun 8 əsas versiyası buraxılmışdır (1.0, 2.0 və s.)və 20 ədəd başqa versiyası (3.1, 3.2 və s.). MS-DOS sisteminin çatışmayan cəhətlərindən biri istifadəçi interfeysinin həddən artıq primitiv olmasıdır. Yə’ni hər hansı proqramı yükləmək və ya digər əməliyyatları aparmaq üçün istifadəçi klaviaturada uyğun əmrləri yığmalıdır ci ildə kompaniya onun istehsalını dayandırdı.

11 sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 kbayt).
MS DOS haqqında DOS ailəsinin əməliyyat sistemləri birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir: istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyilə intefeys həyata keçirilir; sistemin IBM tipli müxtəlif kompüterlərdə işləməsini tə’min etmək uçün struktur modulluğu; sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 kbayt). DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatış­mazlığı fərdi kompüter resurslarına və ƏS-nə icazəsiz müra­ciətdən mühafizə vasitələrinin olmamasıdır.

12 MS DOS əsas komponentləri
giriş-çıxış baza sistemi -BIOS (Basic Input/Output System); başlanğıc yükləmə blokunda (Boot Record) yerləşən sistem yükləyici SB (System Bootstrap); gizli IO. SYS faylında yerləşən BIOS-un genişlənmə modulu; kəsilmələrin emalı modulundan təşkil edilmiş MSDOS.SYS gizli faylı;

13 MS DOS komponentləri əmrlər prosessorundan təşkil edilmiş command.com faylı; MS-DOS-un xarici əmrlərini (genişlənməsi .com olan fayllar) yerinə yetirən utilitlər; diskdə fayl şəklində yerləşən qurğuların drayverləri; MS-DOS-un quraşdırılması parametrləri haqqında informasiyadan təşkil olunmuş config.sys konfiqurasiya faylı; MS-DOS-un konfiqurasiyasını və quraşdırılması parametrlərinin yerinə yetirilməsi üçün autoexec.bat əmrlər faylı.

14 MS DOS əmrləri 1. CLS – ekran təmizləyir
2. DATE – tarix və zamanın dəyişilməsinə xidmət edir 3. DİR – kataloq və faylların siyahısına baxmağa xidmət edir 4. CD – Hər hansı kataloqa daxil olmaq 5. CD.. – Kataloqun bir yuxarı səviyyəsinə keçmək 6. CD/ – Baş kataloqa keçid 7. MD – Yeni kataloq yaratmaq

15 MS DOS əmrləri 8. RD –Kataloqu diskdən silir
9. COPY – Faylın köçürülməsini təmin edir 10. COPY CON – Yeni faylın yaradılması 11. DEL – Faylların silinməsi 12. REN – Faylların adının dəyişdirilməsi

16 MS DOS əmrləri 13. FDİSK – Diskin məntiqi hissələrə bölünməsi
14.TYPE – Faylın ekrana çıxarılması və kataloqun içinə baxış 15. COPY. PRN – Faylın çap edilməsi

17 ƏMƏLİYYAT SİSTEMLƏRİNDƏ FAYL SİSTEMİ

18 Diskin fayl strukturu

19 FAYL Məlumatın saxlandığı yerə və yaxud diskin adlandırılmış oblastına fayl deyilir. Başqa sözlə, xarici yaddaşda yerləşən və müəyyən məntiqi strukturu olan verilənlər fayl adlanır.

20 Fayl ingilis sözü olub “sənəd” deməkdir
Fayl ingilis sözü olub “sənəd” deməkdir.Faylın adı iki hissədən ibarətdir: əsas hissə və genişlənmə. Faylın genişlənməsi 3 simvoldan çox ola bilməz. Ad və genişlənmə arasında nöqtə qoyulur. Genişlənmə faylın tipini göstərir.

22 Kompüter faylları yaradıldığı və istifadə olunduğu proqramlardan asılı olaraq aşağıdakı kateqoriyalara ayırmaq olar: Sistem faylları – Əməliyyat sisteminin və istifadə elədiyi daxili fayllardır. Genişlənmələri-.sys, :ini, :dll, :com və s. Proqram faylları – Proqramları işlətmək üçün lazım olan daxili fayllardır. Genişlənmələri: :exe, :bat Sənədlər – mətn, şəkil, təqdimat(prezentasiya), elektron cədvəlləri, musiqi, video, və digər fayllardan ibarətdir. Genişlənmələri – :doc, :bmp, :jpg, :xls, :ppt, :wav, :wm2, :mp3, :mid, :gif, :swf və s.

24 Faylın ATRİBUTLARI Faylın atributları. Faylın aşağıdakı atributları mövcuddur: R (Read-only)”yalnız oxunan”. Bu faylları sistem vasitələri ilə yeniləşdirmək və ya silmək mümkün deyil. H (Hidden) “gizli fayl”. S (System) “sistem fayl”. Bu fayllar əməliyyat sistemlərində istifadə olunur. A (Archive) “arxivləşdirilməmiş fayl”. Bu atribut hər bir faylın yaradılmasında tə’yin olunur.

25 Diskin fayl strukturuna baxış
Fayla müraciətdə istifadəçi onun yalnız yolunu və adını göstərməlidir. ƏS əvvəl fayl-kataloqa müraciət edərək faylın diskdə yerləşməsi haqqındakı mə”lumatı tapır, sonra isə tələb olunan əməliyyatı yerinə yetirir.

26 Diskdəki verilənlərə müraciətdə ƏS burada yerləşən faylların yerləşmə cədvəlindən-FAT (File Allocation Table), baş kataloq və altkataloqdan istifadə edir. Başlanğıc sektor (yükləyici yazı), faylların yerləşmə cədvəli, baş kataloq və diskin boş yaddaş sahəsi birlikdə verilənlər sahəsi adlanmaqla diskin fayl strukturunun elementlərini təşkil edir.

27 Verilənlər sahəsi diskin baş kataloqunun sonundan sonuncu sektora kimi olan böyük bir sahəni tutur.Yaddaş verilənlər sahəsindən bir və ya bir neçə ardıcıl sektorlar qrupunu ayırır ki, bu da klaster adlanır. Sektorun ölçüsü 512 bayt təşkil edir. Klasterin ölçüsü, yə”ni sektorların sayı məntiqi diskdən asılı olaraq ƏS tərəfindən tə”yin olunur.

29 NTFS NTFS-də verilənlərin strukturu Active Direktory xidmətinin reallaşmasına imkan verir. NTFS-ə həmçinin korporativ fayl-serverlər və yuxarı sinifli fərdi kompüterlər üçün mühafizə funksiyaları daxil edilib. WS dən etibarən istifadə edilir. Hər yazı burada 1 kbayt həcm tutur. Və daha çox NT Ə-S də istifadə olunur.

30 Fayllar üzərində əməliyyatlar
1.Yaradılması 2.Açılması 3.Bağlanması 4.Adının dəyişdirilməsi 5.Silinməsi (müvəqqəti və birdəfəlik) 6.Köçürülməsi (surətinin yaradılması) 7.Yerinin dəyişdirilməsi 8.Göndərilməsi 9.Çapı 10.İkonun dəyişdirilməsi və s.

31 ARDI VAR.. Windows Ə-S

32 Diqqətiniz üçün təşəkkürlər
Fevral 29 / 2016

Əməliyyat sistemləri

KMSAuto Net 2016 1.5.3 / Lite 1.4.0 / KMSAuto Helper 1.1.8 / Helper XP v1.0.2

KMSAuto.Net aktivatoru üstündə yenidən işlənilmiş və əlavə funksiyaların silindiyi yeni aktivatoru sizə təqdim edirəm.KMSAuto Lite – redaksiyaların Windows VL əməliyyat sistemləri üçün KMS-aktivatordur: Vista, 7, 8, 8.1, Server 2008, 2008 R2, 2012, 2012 R2 həmçinin Office 2010, 2013. Windows XP-da Office 2010 VL aktivləşdirməsi mümkündür. Çeviricilər açarların GVLK-ı quraşdırılmasına və məsələlərin planlaşdırıcısının qurmasına girişi açır. .NET Framework-un heç bir versiyası proqrama tələb olunmur.

  • Əməliyyat sistemləri / Digər sistem proqramları / Ofis proqramları
  • 2018-10-04
  • 10 275

Pullu [Açar mövcuddur]

YUMI 2.0.5.5

YUMI (Your Universal Multiboot Installer) – bu pusuz proqram vasitəsilə siz asanlıqlaВ birdən çox əməliyyat sistemi olan usb fleşkart hazırlaya bilərsiniz. Bundan əlavə bu proqram vasitəsilə siz kompyuterinizdəki virusarı silmək üçün fleşkarta adları göstərilən antiviruslardan birini yazıb kompyuterinizi viruslardan təmizləyə bilərsizniz.(AVG Rescue CD, Acronis Rescue CD, AVIRA AntiVir Rescue CD, BitDefender Rescue Disk, Dr.Web Live CD, Panda SafeCD, Kaspersky Rescue Disk). Bundan başqa siz bu proqram vasitəsilə adları göstərilənВ (CloneZilla, EASUS Disk Copy, FreeDOS, GParted, Memtest86+, Parted Magic, Ultimate Boot CD) və.s kimi sistem utilitləri də yaza bilərsiniz və iso faylı da həmçinin dəstəkləyir.

  • Sistem proqramları / Əməliyyat sistemləri / Digər sistem proqramları
  • 2018-04-25
  • 2 342

5.27 MB Pullu [Açar mövcuddur]

WinToUSB 3.9 Release 3 – Format diski yaratmaq

WinToUSB 2.2 Final – WinToUSB .ISO formatlı Windows ƏS-ni bootable şəkildə HDD və USB-yə yazmağa yardımçı olur.

  • Əməliyyat sistemləri / Disk və Fayl
  • 2018-04-15
  • 4 160

860 MB RePack [Açar tələb etmir]

Microsoft Windows XP Professional SP3 VL v.5

Microsoft Windows XP Professional SP3 VL paketi original versiya əsasında hazırlanmışdır. Xüsusəndə son zamanlar yayılmış viruslara qarşı Micrasoft bəzi təhlükəsizlik yenilənmələri həyata keçirmişdir Bütün bu yenilənmələr ən son düzəlişlərlə birgə qarşınızdadır.

  • Sistem proqramları / Əməliyyat sistemləri
  • 2017-11-17
  • 6 830

3.72 GB \ 2.98 GB

Windows 10, Version 1607 with Update [14393.970] (x86-x64) AIO [32in2] adguard (V17.03.23) [ENG/RUS]

Paket original MSDN əməliyyat sistemlərinin əsasında hazırlanmışdır. İngilis və Rus dil paketləri əlavə olunmuşdur və son yenilənmə tarixləri 22.03.2017-ci ildə həyata keçirilmişdir. Paketə Net Framework 3.5 (.NET 2.0 və 3.0) əlavə edilmişdir. Quraşdırlma qaydası və digər düzəlişlər originaldakı kimi saxlanılmışdır. Aktivləşdirilmə kənar proqramlar vasitəsi ilə həyata keçilməlidir.

  • Sistem proqramları / Əməliyyat sistemləri
  • 2017-03-30
  • 6 724

Microsoft Windows 7 Rus 11in1 (x86-x64)

Orjinal disqdən köçürülmüş Windows 7 əməliyyat sistemin 11 versiyası 32-bit və 64-bit dəstəkli sistemləri tək paket.

  • Sistem proqramları / Əməliyyat sistemləri
  • 2017-03-29
  • 8 144

Windows 10.0.14393.0 Version 1607 -20in1- (AIO) by m0nkrus

Windows 10 əməliyyat sisteminim 20 versiyasını özündə birləşdirən paketdir. Rus və İngiliscə dil seçim edə biləcəyiniz əməliyyat sistemi istər x64 bitli istərsədə x86 bitli sistemlərdə çalışacaqdır. Arxivdə həmçinin aktivləşdirmək üçün açarda mövcuddur.

  • Sistem proqramları / Əməliyyat sistemləri
  • 2017-01-18
  • 5 805

3.6 GB RePack [Açar tələb etmir]

Windows Server 2016 Build 14393 by adguard

Windows Server 2016 — Server əməliyyat sistemi şirkətinizin infrastruktunu yaxşılaşdırmaq və təhlükəsizliyini artırmaq üçün Microsoft tərəfindən yenilənərək inkişaf etdirilmişdir.

  • Sistem proqramları / Əməliyyat sistemləri
  • 2016-09-27
  • 3 669

374.56 Mb Pullu [Açar mövcuddur]

Windows Server: Windows 2000 Professional SP4

NT texnologiyasına əsaslanan Windows 2000 Professional sistemi işçi stansiyaların inzibatçılıq etməsini sadələşdirərək yüksək etibarlılığı və yaxşılaşdırılmış idarə oluna bilməni təmin edir. Web imkanının bu əməliyyat sisteminə birləşdirilmişlər, həmçinin mobil kompüterlərin və aparat qurğularının geniş dəstəyi, biznes-istifadəçilərə icazə verirlər İnternetə qoşulmaq və istənilən yerdə işləmək asan və istənilən vaxtda mümkündür.Windows® 2000 Professional əməliyyat sisteminin imkanları müasir stolüstü kompüterlər və istənilən tipin müəssisələrində istifadə edilən Notebook kompüterləri üçün əsas əməliyyat sistemi kimi ondan istifadə etməyə icazə verir. Bu sistemin yaradılması vaxtı Microsoft korporasiyası Windows 98-in bütün faydalı imkanlarını saxladı — Plug and Play texnologiyasını, sadə və aydın istifadəçi interfeysi, idarə etmənin geniş imkanları — və onları yaxşılaşdırdı.

  • Sistem proqramları / Əməliyyat sistemləri
  • 2016-07-04
  • 2 059

bdrnk

Əməliyyat sistemi (en. Operating System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasıni təmin edən proqramlar toplusundan ibarətdir.

Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir.

Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır.

Əsas funksiyalar:
Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi
Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilmasi
Kompüterin əməli yaddaşının idarə edilməsi
Kompüterin sabit yaddaşının idarə edilməsi
İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradılması

Əlavə funksiyalar:
Bir neçə əməliyyatın parallel olaraq yerinə yetirilməsi
Proseslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması
Kompyuterlər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması(şəbəkə)
Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci şəxsin əlnə keçməsinin qarşısının alınması
Qoşulmaların idarə edilməsi
Əməliyyat sistemlərinin təsnifatı

Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:
sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;
sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;
prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli, 32 – mərtəbəli, 64 – mərtəbəli;
interfeysin tipinə görə: əmrli və obyektyönlü;
informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı;
resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

Şəbəkə ƏS-ləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-ləri lokal sayılır və ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də istifadə oluna bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.