Məliyyatlar tədqiqi
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Yashar Ahmadov
Bu yazıda Sənaye Mühəndisliyinin (SM) tarixi, bu günü, sənaye mühəndislərinin gördüyü işlər barədə məlumat verəcəyik. Eləcə də bu sahədə uğur qazanmaq üçün lazım olan bacarıqlar barədə danışacağıq. Sənaye Mühəndisləri özlərini zarafatca “hərşeyşünas” adlandırırlar, bu da təsadüfi deyil. Səbəblərini izah edəcəyik; ümid edirik bu yazı sizdə SM-ə qarşı maraq oyandıracaq.
Sənaye Mühəndisliyinin Tərifi və Tarixi
Mühəndisliyi nisbətən yeni sahədir, ilk addımlarını 1760-cı illər Sənaye İnqilabı ilə birlikdə atmağa başlamışdır. Müasir formasını isə İkinci Dünya Müharibəsindən sonra almağa başlamışdır. Gəlin əvvəlcə Sənaye Mühəndisliyinin qısa tərifi ilə başlayaq:
Sənaye Mühəndisliyi mürəkkəb proses, sistem və təşkilatların optimallaşdırılması (səmərəliləşdirilməsi) ilə məşğul olan elm sahəsidir. Səmərəliləşdirmə işləri limitli miqdarda olan insan, vaxt, pul, məlumat, avadanlıq, enerji və materialların elmi cəhətdən əsaslandırılmış ən effektiv formada istifadə edilməsi ilə aparılır.
Sadə dildə desək sahib olduğumuz məhdud miqdarda resurslardan mümkün olan ən yaxşı formada istifadə etmə sənətidir. Əslinə baxanda sənaye mühəndisliyinin prinsipləri olan səmərəliləşdirmə, işlərin düzgün və daha keyfiyyətli qurulması insanlıq tarixinin ilk günlərindən başlayır. Riyaziyyatın ilk addımlarını atmağa başladığı qədim dövlətlərdə, məsələn Misirdə insanlar məhsuldarlığı artırmağı, Nil çayından su şəbəkəsini ən optimal formada çəkməyi düşünmüşlər. Düzdür, o vaxt riyaziyyat çox primitiv formada olduğundan, imkanlar da zəif olub. Lakin bu düşüncələr insanları kvadratik riyazi tənliklər üzərində baş sındırmağa sövq etmişdir. Riyazi olaraq optimallaşdırma məsələləri Nyutonun vaxtından (17-18-ci əsrlər) başlayıb. O, qeyri-xətti funksiyaların maksimum və minimumlarını tapmaq üçün yollar axtarıb; bunu da sənaye mühəndisliyinin nisbətən daha yaxın başlanğıcı saymaq olar. Müasir sənaye mühəndisliyinin banisi isə Frederik Teylor (1856-1915) hesab olunur.
Sənaye mühəndisliyi ən interdisiplinar sahələrdən biridir. Bu sahə üzrə təhsil alan tələbələrə Riyaziyyat, İqtisadiyyat, Mexanika Mühəndisliyi, Kompyuter Mühəndisliyi və s. bölmələrin dərsləri də tədris olunur. Sənaye Mühəndisliyinin onurğa sütununu Əməliyyatların Tədqiqi (Operations Research) adlandırdığımız fənn təşkil edir. İkinci dünya müharibəsində ingilislər alman qırıcılarını vurmaq üçün artilleriyanı necə yerləşdirmək üzərində riyazi model düşünməyə başlayıblar ən az artilleriya sayı ilə düşmən qırıcıları necə vurmağın riyazi yolunu tapıblar. Daha sonra burada qazandıqları uğuru sualtı alman gəmilərini vurmaq üçün istifadə ediblər. Hansı ki, bu metodları inkişaf etdirən iki nəfər sonradan Nobel mükafatı qazanacaqdı. İkinci dünya müharibəsindən sonra sənaye bumu insanlarda artıq əvvəlki kütləvi istehsal (mass production) dediyimiz məfhumun çox da effektiv olmadığını göstərmiş oldu və sənaye mühəndisliyinin inkişafına zəmin yaratdı. Bundan sonra qısa müddət ərzində, 60-70-ci illərdə nəzəriyyə xeyli inkişaf etdirildi. Düzdür, o vaxtlar kompyuterin gücü imkan verməyib ki, elm insanları daha qəliz məsələləri həll etsinlər və bu problem 80-ci illərin sonlarına doğru kompyuterlərin müasirləşməsindən sonra öz həllini tapmağa başlayıb. Bu məsələlərin sürətli həll olunması artıq sənayedən, cəmiyyətdən gələn tələb idi, hansı ki, vaxtı ilə kiçik bir məsələni həll etmək üçün böyük bir maşına insanlar əllə və yaxud kartla inputları daxil edib, saatlarla, bəzən günlərlə gözləyirdilər ki cavab çıxsın. Kompyuterlərin gücünün inkişaf etməsi ilə sənaye mühəndisliyində ikinci bahar başladı. Kompyuterlərin inkişafından sonra elm adamları nəzəriyyəni daha da mürəkkəb məsələlər üçün inkişaf etdirməyə başladılar. Qısa olaraq sənaye mühəndisliyinin kökündə yatan məsələ işlərin səmərəli qurulmasıdır. Bu, xidmət sənayesi, istehsalat, dövlət idarələri, hər bir yerdə ola bilər.
Qlobal logistika şirkətlərinin timsalında bir nümunəni sizinlə bölüşmək yerinə düşər. DHL yük daşıma şirkətidir, dünyada hər gün 100 minlərlə insandan irili-xırdalı mal qəbul edirlər, minlərlə reyslər, təyyarələr, bir ölkədən başqa toplama məntəqələrinə gəlir, oradan başqa ölkələrə gedir. Bu qədər mürəkkəb sistemi optimallaşdırmasanız sizin xərciniz çox yüksək olar. Bu cür məsələlərin riyazi modelini, lazımdırsa riyazi simulyasiya modelini qururuq, kompyuterə yansıdırıq və orada məsələni həll edirik. Ümumilikdə hər hansı bir istehsalat və xidmət prosesi bu komponentlərdən ibarətdir: Girişlər (Inputs), Resurslar (Resources), Məhdudiyyətlər (Constraints), Fəaliyyət (Activity), Çıxışlar (Outputs).
Gəlin istehsalatdan bir nümunə ilə bunu açıqlayaq:
Girişlər: Sistemə daxil olanlar, yəni xammallar.
Resurslar: İşçi qüvvəsi, avadanlıqlar.
Məhdudiyyətlər: Bizim resurslarımız sonsuz miqdarda deyil. Sutka ərzində maksiumum 24 saat işləyə bilərik, eləcə də avadanlıqlarımızın müəyyən tutumu (sürəti) var.
Fəaliyyət: Avadanlıqlarda baş verən istehsal prosesi.
Çıxışlar: Hazır məhsullar.
Bu prosesdə insanlar işləyir, avadanlıq iştirak edir, enerji xərclənir və prosesdə müxtəlif komponentlər rol oynayır, yekunda son məhsul əmələ gəlir. Sənaye mühəndisliyinin rolu bunların koordinasiyasını və ən səmərəli şəkildə istifadəsini təşkil etməkdir. Yəni hansı məhsuldan nə qədər istehsal olunacaq, nə qədər işçi qüvvəsi cəlb olunacaq, hansı məhsuldan sonra hansı istehsal olunacaq, işlər necə koordinasiya olunacaq ki, bütün sifarişlər tələb olunan vaxtda müştəriyə çatsın kimi qərarları SM-lər verirlər. Eyni analogiya banklara və xidmət müəssisələrinə də aiddir. Sadəcə fərq ondadır ki, xidmət sahələrində məhsul görünən (tangible) deyil. Məsələn müştəriyə verilən kredit kimi.
Sənaye mühəndislərinin üstünlüyü odur ki, siz bankda, hansısa qurumda, istehsalatda, proses sənayesində, bir sözlə hər yerdə işləyə bilərsiniz.
Təhsil həyatı
Bakalavr illəri kifayət qədər intensiv keçir. Burada bəhs etdiklərim hansı universitetdə oxuduğunuza görə dəyişə bilər, amma ümumi fikir yaratmaq baxımından izah edirəm. Birinci kursda universitetlər əsasən təməl bacarıqların inkişafına fokuslanır. Ali Riyaziyyat, Xətti Cəbr, Fizika, Kimya kimi fənlər tədris olunur. İkinci kursdan etibarən artıq SM bölməsinin öz dərslərinin tədrisinə başlanılır. Bunlara Əməliyyatların Tədqiqi, Statistika kimi dərslər daxildir. Əlavə olaraq İqtisadiyyat, Termodinamika, AutoCAD kimi dərslər tədris olunur. Üç və dördüncü kurslarda məcburi dərslərdən əlavə tələbələrə istədikləri dərsləri seçmə şansı da verilir (elective courses). Bizdə məcburi kurslar Simulyasiya, Statistik Keyfiyyətə Nəzarət, Təchizat Zəncirlərinin İdarə Edilməsi, İstehsal və Xidmət Əməliyyatlarının İdarə Edilməsi, Mühəndis İqtisadiyyatı və Xərc Analizi kimi bölmə dərsləri idi. Sonda bakalavr tezisi yazmaq da tələb olunur. Bəzən fərdi, bəzən qruplar halında ola bilir. Tezisi real şirkətlərdə yazmaq üçün imkanlar yaradılır və bu da tələbələrin iş həyatındakı reallıqları görməyinə kömək edir.
Magistratura üzrə isə sırf SM üzrə proqramlar demək olar yoxdur, əvəzində daha spesifik bölmələr var. Məsələn, mən Sənayenin İdarə Edilməsi (Industrial Management) üzrə magistr təhsili aldım. Başqa əlaqədar magistr proqramlarına bunları nümunə göstərmək olar: Logistika, İstehsalatın İdarə Edilməsi, Təchizat Zəncirlərinin İdarə Edilməsi, Analitika və s. SM elə bir sahədir ki, azca modifikasiya və şəxsi inkişaf ilə bir çox başqa sahələrə yönələ bilərsiniz. Eləcə də magistratura tezisi özünüzü istədiyiniz sahəyə yönləndirmək üçün əla imkandır. Əgər sizin diqqətinizi Data Analitika çəkirsə, tezisi həmin sahə ilə bağlı yaza bilərsiniz. Bu, sizə həm əlavə bacarıqlar qazandıracaq, həm də iş həyatına hazırlayacaq. Ən azından iş intervyularında bəhsi edəcəyiniz real layihəniz olacaq.
Əksər bakalavr tələbələrini maraqlandıran sualdır, görəsən magistraya davam edimmi, etməyimmi? Bu, tamamilə şəxsi seçimlərdən asılıdır, amma, mənim şəxsi fikrimi soruşsanız, mən bu qənaətə gəldim ki, bu mənə lazımdır və xeyrini sonradan gördüm. Məsələn, bizim şirkətə işçi qəbul olunanda bir yerdə müzakirə edirdik, bizim müdirlər gələn CV-lərə baxırdılar, əgər, magistr dərəcəsi varsa digərlərindən bir addım irəlidədir, onları daha qabaqda qoyurdular, yəni, işə götürmə prosesində buna fikir verirlər. Mən tələbələrə məsləhət görərdim ki, davam etsinlər. O ki qaldı ölkələrə, sənaye mühəndisliyinin kökləri İngiltərədən başlayır, ona görə də onlar bu işin eksperti sayılırlar. Dünyada dinamika o qədər sürətlə dəyişir ki, məsələn, İngiltərə vaxtı ikən dominant idi, birdən Hollandiya universitetləri bu məsələyə maraq göstərməyə başladı, sonra Amerika sənaye mühəndisliyi sahəsində ümumiyyətlə hamısını geridə qoydu, hazırda Şərq Univetsitetləri (Çin, Yaponiya, Koreya, Tailand Universitetləri) dayanmadan irəliləyirlər reytinqdə. Dünya həddindən artıq sürətlənib, əvvəl 10 ilə baş verən proses artıq bir həftənin içində baş verir. Bu hər sahədə belədir, siyasət, iqtisadiyyat və s. Ona görə də, ölkə seçimi prosesində məncə elə böyük prioritet olmamalıdır. Sırf universitetə baxmaq lazımdır. Fənn üzrə reytinqlərdə (subject rankings) sənaye mühəndisliyi üzrə hesabatlar çap olunur, oraya baxmaqda fayda var.
Sonra tələbələri maraqlandıran maddi məsələlərdir, məsələn, mən top universitetə qəbul oluram, amma, oraya getməyə imkanım yoxdur. Təqaüd proqramları var, məsələn Almaniyanın DAAD proqramı var, Türkiyə üçün proqramlar var, yaxında İsveç Visby proqramı açıb. Düzdür, onlar bu il sadəcə sosial elmlərə verdilər, mənim üçün anlaşılmaz qaldı, mühəndislik tələbələrinə çox stipendiya vermədilər. Dediyim kimi, əgər, reytinqə baxsanız Amerikan universitetləri irəlidədir, amma hazırki gəlir səviyyəmizlə gedib orada oxumaq çətin görünür. Əgər, bu qədər məbləği tapa bilirsinizsə, köməklə gedə bilirsinizsə ən əlası odur, amma, işin maddi tərəfinə baxdıqda Avropada uyğun yerlər tapmaq olar. Məsələn, Cənubi və Şərqi Avropa ölkələrində İtaliya, Macarıstan, Estoniya, Polşada proqramlar var. Problem ondan ibarətdir ki, ingiliscə proqram azdır, amma orta statistik azərbaycanlı üçün güc çatan proqramlar var. Uzun müddət Finlandiya təhsil sistemi pulsuz idi, artıq onlarda da universitetləri özləri scholarship proqramlar açırlar, yoxlamaq olar.
İş Həyatı və Karyera İmkanları
Birbaşa “sənaye mühəndisliyi” deyilən pozisiya, vəzifə demək olar ki yoxdur. Amma, siz özünüzü mühəndis kimi görürsünüzsə, riyazi-statistik bacarıqlarım güclüdür deyirsinizsə onda mən sizə əməliyyatların tədqiqi, təchizat zəncirinin idarə olunması, satınalma və s. kimi işlərə başlamağı məsləhət görərdim. Logistika və Təchizat Zəncirlərinin İdarə Edilməsi SM-lərin işlədiyi əsas sahələrdən biridir. Hər hansı bir məhsul bizə çatana qədər uzun bir yoldan keçir. Xammallar müxtəlif şirkətlərdən alınır, emal olunurlar, sonra distribyutorlara göndərilirlər. Pərakəndə satıcılar onlardan alırlar və son müştərilərə satırlar. Məhsulun və onun komponentlərinin keçdiyi bu uzun yol səmərəli idarəetmə tələb edir. Ona görə də SM-lərə bu sahədə ciddi ehtiyac duyulur. Təchizat Zəncirləri özü də müxtəlif fazalara bölünür: satınalma, anbar, çatdırılma kimi. Bunların hər birində SM-lər müxtəlif vəzifələr tuta bilirlər. Əgər, siz rəqəm və ədədlərlə işləməyi bacarırsınızsa və sevirsinizsə “data analitik” vəzifəsində işləyə bilərsiniz. Hazırda Amerikada ən çox maaş alan sahələrdən biridir, özünüzü o yöndə də inkişaf etdirə bilərsiniz. Əgər, sizdə riyazi bacarıqlar alınmırsa onda özünüzü menecment üzrə inkişaf etdirib, daha çox idarəetməyə üstünlük verə bilərsiniz.
SM gələcəyi olan sahədir, insanların cəmi 3%-i bu işi robotların görə biləcəyini düşünür ( https://willrobotstakemyjob.com/17-2112-industrial-engineers ) . Artıq sənayenin özü də öz daxilində inqilab keçirir. İlk olaraq buxar mühərriklərinin işə başlaması ilə dünyada sənayeləşmə böyük vüsat almışdır. Növbəti dalğa elektrikin yayılması ilə gəldi. O vaxt kəndlərdə elektrik yox idi, şəhərlərdə az yerlərdə idi və yayılması ilə ikinci dalğa başladı. Üçüncü dalğa isə kompyuterlərin inkişafı ilə, həyatımıza girməsi ilə başladı. Biz artıq Sənaye 4.0 deyilən bir dövrə qədəm qoymağa başlamışıq. Bu, süni intellektin inkişafı, əşyaların interneti (artıq əşyalar da bir-birlərinə internet vasitəsilə məlumat ötürür), müxtəlif simulyasiya proqramları (hansı ki, bir prosesi kompyuterdə sizə daha real şəkildə qurmağa imkan verir) sayəsində reallaşır. Alman mütəxəssislər düşünürlər ki, biz sənayedə 4-cü inqilabın içindəyik, hansı ki, buna uyğunlaşa bilməyən şirkətlər dünya səhnəsindən silinəcəklər. Bu faktorları nəzərə alıb şirkətlər özlərini vəziyyətə uyğunlaşdırmalıdırlar. Mənim hal-hazırda Amazondakı işimi birbaşa bunlarla bağlıdır. Biz ən son elmi yanaşmaları və alqoritmləri istifadə edərək şirkətin Avropa Birliyi ərazisindəki əməliyyatlarını idarə edirik. Bu cür yanaşma sayəsində Amazon gəlirinə görə dünya nəhəngləri sırasındadır.
Sənaye mühəndisliyi yeganə mühəndislik növüdür ki, insan faktorunu nəzərə almalıdır. Elektronika mühəndisi hansısa cihaz düzəldir, onun işi demək olar ki, onunladır, amma, sənaye mühəndisliyinin ayrılmaz tərkib hissəsi insanlarla işləmək, dil tapa bilməkdir. Bunun üçün də əlavə xarici dil(lər) öyrənmək hər zaman faydalıdır. Bu gün şirkətlərdə yüzdən çoxlu millətlərin nümayəndələri işləyir, siz onların kültürünü, mədəni xüsusiyyətlərini bilməsəniz sizə çətinlik yaradar. Qlobal şirkətlərə sənəd verəndə onlar dil və kommunikasiya bacarıqlarına hökmən baxırlar. Bu sizin CV-niz üçün də yaxşı əlavədir, sən bu qədər dil bilirsənsə tənbəl insan ola bilməzsən, deməli çalışqansan və haqqınızda özünüz də bilmədən müsbət rəy formalaşdırır.
Azərbaycanda karyera barədə danışarkən onu nəzərə almaq lazımdır ki, Azərbaycanda əsas neft sənayesi inkişaf edib. Günümüzün reallığı budur ki, əsas gəlirimiz neft üzərində qurulub, amma az da olsa başqa şirkətlər də var. Azərbaycanda McKinsey, P wC , KPMG və s. kimi konsaltinq şirkətlərinin nümayəndəlikləri var. Bir neçə istehsalat şirkətləri də var ki, sənəd vermək olar. Amma qlobal düşünmək daha doğru olar. SM üzrə tipik başlanğıc pozisiyalara bunları nümunə göstərmək olar: anbar üzrə mütəxəssis, istehsalat üzrə mütəxəssis, layihə mühəndisi, təchizat zənciri analitiki, istehsalın inkişaf etdirilməsi üzrə mütəxəssis, data analitik, keyfiyyətə nəzarət mühəndisi, logistika işçisi, sistem mühəndisi. Mənim təhsil aldığım ODTÜ-də əsasən istehsalata yönləndirirlər, ona görə də, bizlə bitirən əksər məzunlar istehsalatda işləyir. Məsələn, bir məhsul 5 manata başa gəlirsə onun üzərində düşünürük ki, bunun xərcini necə aşağı sala bilərik. Bunun üçün sistemləri, maşınları, insanları necə quraşdırmaq, necə idarə etmək lazımdır kimi suallar üzərində düşünürük. Amma məsələn, Kanada da oxuyan yoldaşlar var, onları tibb sistemində, xəstəxanalarda, hospitallarda işləri necə düzgün qurmaq olar, oradakı sistemi necə səmərəliləşdirmək olar bunlarla bağlı yönləndiriblər, o sahədə işləyirlər. Amma, dediyim kimi burada siz özünüz seçə bilərsiniz, məsələn, layihələrin idarə olunması sizi daha çox maraqlandırırsa özünüzü o sahədə inkişaf etdirə bilərsiniz. Sənaye mühəndisliyini bitirən insan həm diskret (telefon, maşın istehsalı kimi), həm də proses (kimyəvilər, neft emalı) sənayesində işləyə bilər və siz özünüzü hansı tərəfə, hansı gələcəyi daha yaxın görürsünüzsə o yöndə inkişaf etdirə bilərsiniz. Yekun olaraq nəzərə almaq lazımdır ki, SM güclü riyaziyyat və statistika bacarıqları tələb edən sahədir. Əgər bu fənlərdə çətinlik yaşayırsınızsa, dərslər başlamadan ən azından orta məktəb Cəbr dərsliklərini nəzərdən keçirməkdə fayda var.
Son olaraq özünüinkişaf barədə. Tələbələrə məsləhət görərdim özlərini inkişaf etdirsinlər, dərsdən əlavə fəaliyyətlərlə məşğul olsunlar. Onlayn kurslar götürsünlər, tək müəllimin tədrisi ilə kifayətlənməsinlər. Dünya sürətlə dəyişir, daim yenilikləri izləmək və xəbərdar olmaq lazımdır. Edx, coursera, onlayn dərslər var hansı ki, siz girib pulsuz və ya pullu olaraq keçə bilərsiniz. Bizim sahədə populyar olan Lean Six Sigma (LSS) deyilən konsept var. Yapon şirkəti Toyota çox inqilabi bir metod inkişaf etdirdi və bu yanaşma sürətlə dünyaya yayılmağa başladı. Və bu, bir növ Şərq fəlsəfəsi üzərində qurulmuş idarəçilik fəlsəfəsi və sistemidir. Bütün bunlar öyrənmək üçün gözəl sahələrdir.
Bu yazıda sizə Sənaye Mühəndisliyi barədə ətraflı məlumat verməyə çalışdıq. Ümid edirik faydalı oldu. Vaxt ayırıb oxuduğunuz üçün təşəkkürlər.
Hazırladı: Yaşar Əhmədov
İş yeri və vəzifəsi: Amazon EU, Biznes Analitik (Lüksemburq)
Əməliyyatlar tədqiqi
2. XVIII əsrdə sənayenin inkişafı nəyi tələb edirdi.
A) variyasiyalı tədqiqatları
B) təcrubi tədqiqatı
C) optimal məsələlərin tədqiqi
D) xətti proqlaşdırma
E) qeyri-xətti proqlaşdırma
3. XX əsrdə sənayenin inkişafı nəticəsində nəyin məhdud olması dərk edildi.
A) yer planetinin resurslarının
B) neft yataqlarının
4. Məhdudiyyətdən irəli gələrək sənayedə hansı məsələlər meydana gəldi.
A) enerjinin optimal istifadəsi
B) neftin istifadəsi
C) elektrik enerjinin istifadəsi
D) neft-qaz enerjinin istifadəsi
5. Məhdudiyyətdən irəli gələrək sənayedə hansı məsələlər meydana gəldi.
A) materialların optimal istifadəsi
B)elektrik enerjinin istifadəsi
C) neftin istifadəsi
E) neft-qaz enerjinin istifadəsi
6. Məhdudiyyətdən irəli gələrək sənayedə hansı məsələlər meydana gəldi.
A) işçi vaxtının optimal istifadəsi
B) neftin istifadəsi
C) elektrik enerjinin istifadəsi
D) neft-qaz enerjinin istifadəsi
7. Optimallıq məsələsində ən vacib olan fiziki proseslərin, texnikanın, iqtisadiyyatın idarəedilməsində.
A) ən yaxşı və ən düzgün variantın seçilməsidir
8. Tədqiqatçılar bütün əməliyyatların, eksperimentlərin nəticəsi kimi nəyi seçirlər?
A) ən yaxşı variantı
B) sonuncu variant
9. Ekstremal məsələlərin həllində bir kəmiyyətdən asılı funksiyanın minimallaşdırma metodu hansıdır?
A) düz xətt parçasının ortadan bölünməsi
B) qabarıq metod
C) çökəklər metodu
D) dinamik metod
E) əməliyyat metodu
10. Resursların verilən sərflərində maksimal gəlir əldə etmək məqsədilə sənayenin təşkili məsələsi aiddir.
B) dinamiki proqramlaşdırma
C) differensial proqramlaşdırma
D) xətti proqramlaşdırma
E) qeyri-xətti proqramlaşdırma
11. İstehsal prossesində texnoloji sahələrin inkişafınin əsas səbəbi aşağidakılardan hansıdır?
A) riyazi əməliyyatların avtomatlaşdırılması
B) tələblərin inkişafı
C) informasiyanın inkişafı
D) texnoloji prosseslər
E) AİS-lərin funksiyaları
12. Enerjinin az sərf olunması ilə daha sürətli kosmik uçuşların yerinə yetirmək məsələsi aiddir.
A) optimal idarəetmə məsələsinə
B) dinamiki proqramlaşdırma
C) differensial proqramlaşdırma
D) xətti proqramlaşdırma
E) qeyri-xətti proqramlaşdırma
13. Maksimal enerjini almaq məqsədi ilə su anbarlarının və hidrostansiyaları sistemlərinin idarə olunması məsələsi aiddir.
A) optimal idarəetmə məsələsinə
B) dinamiki proqramlaşdırma
C) qeyri-xətti proqramlaşdırma
D) xətti proqramlaşdırma
E) differensial proqramlaşdırma
14. Ekstremal məsələlərin həllində bir kəmiyyətdən asılı funksiyanın minimallaşdırma metodu hansıdır?
A) qabarıq funksiyalar metodu
B) düz xətt parçasının ortadan bölünməsi
C) əməliyyat metodu
D) optimal metod
E) kəsiklər metodu
15. Ekstremal məsələlərin həllində bir kəmiyyətdən asılı funksiyanın minimallaşdırma metodu hansıdır?
A) toxunanlar metodu
B) düz xətt parçasının ortadan bölünməsi
C) əməliyyat metodu
D) qabarıq funksiyalar metodu
E) simmetrik metod
16.Tədqiqatçılar bütün əməliyyatların, eksperimentlərin nəticəsi kimi nəyi seçirlər?
A) ən yaxşı variantı
B) sonuncu variant
17. Optimal idarəetmə məsələləri aşagıdakılardan hansı birinin inkişafına təkan verdi.
A) idarəetmə əməliyyatlarının tədqiqi
B) fizika elminə
18. Hesablama-riyaziyyatının inkişafının tələbi nəyin zəruriliyini ortaya çıxardı.
A) minimum və maksimum tədqiqini
B) riyaziyyatın inkişafını
C) funksiyanın axtarışını
19. Funksiyanın ən yaxşı yaxınlaşması, iterasiyalı proseslərin parametrlərinin optimal seçimi, tənliklərin uzlaşmasının minimizasiyası adlanır.
A) ekstremum axtarışı
B) məsələnin optimal həlli
C) dinamik idarəetmə
E) qeyri-xətti proqramlaşdırma
20. U çoxlugunda J(u) funksiyaların maksimumu, -J(u) funksiyaların minimumu ilə.
D) çox fərqlidir
21. Differensial tədqiqatlar metodu nəyə görə EHM-də həlli çətin olur.
A) məhdud olduğuna görə
B) sərhədsiz olduğuna görə
C) proqramına görə
D) alqoritminə görə
22. Minimallaşdırma məsələsinin qoyuluşunda tərif 1 əsasən J(u*) kəmiyyəti necə adlanır ?
A) minimal qiymət
C) maksimum qiymət
D) ən böyük qiymət
23. Bu formula nəyi göstərir ?
A) min nöqtələr çoxluğunu
B) max nöqtələr çoxluğunu
24. Minimizasiya məsələsinin qoyuluşu zamanı verilən çoxluq aşağıdakılardan hansıdır [a,b]=?
E) yarım interval
25. Ekstremal məsələlərdə nəyə görə minimallaşdırma məsələsi ilə kifayətlənirlər.
A) ekvivalentliyə qörə
C) az fərqə qörə
D) çox fərq olduğuna qörə
26. Aşağıdakılardan hansı “Eksperimental məsələlər” nəzəriyyəsinin fundamental nəticələridir?
A) xətti proqramlaşdırma
B) qabarıq funksiya
C) differensial tədqiqat
E) qeyri qabarıq funksiya
27. Aşağıdakılardan hansı “Eksperimental məsələlər” nəzəriyyəsinin fundamental nəticələridir?
A) qeyri xətti proqramlaşdırma
B) qabarıq funksiya
C) differensial tədqiqat
D) inteqral tədqiqat
E) qeyri qabarıq funksiya
28. Tərif 2-yə əsasən J(u) funksiyası aşağıdan məhduddur U çoxluğunda və elə bir M ədədi vardır ki, aşağıdakılardan hansınısa ödəyəcək uЄU çoxluğunda?
E) heç bir şərtsiz
31. Aşağıdakılardan hansı “Eksperimental məsələlər” nəzəriyyəsinin fundamental nəticələridir?
A) dinamik proqramlaşdırma
B) qabarıq funksiya
C) differensial tədqiqat
D) inteqral tədqiqat
E) qeyri qabarıq funksiya
32. Aşağıdakılardan hansı “Eksperimental məsələlər” nəzəriyyəsinin fundamental nəticələridir?
A) optimal idarəetmə
B) qabarıq funksiya
C) differensial tədqiqat
D) inteqral tədqiqat
E) qeyri qabarıq funksiya
33. Təcrübələrin tələbinə görə ekstremal məsələlərin hansı həlləri geniş istifadə olunur?
34. Optimallıq məsələsində ən vacib olan fiziki proseslərin, texnikanın, iqtisadiyyatın idarəedilməsində.
A) ən yaxşı və ən düzgün variantın seçilməsidir
35. Verilənlərdən hansı aşağı sərhədi yazılışıdırır?
36. Çox çətin tədbiqi ekstremal məsələlər nəyin inkişafı sayəsində öz həllini tapdı?
C) xətti proqramlaşdırma
D) qeyri xətti proqramlaşdırma
37.Minimallaşdırma məsələsinin nəticəsindən belə çıxır ki, J(u) funksiyasının . vardır?
A) aşağı sərhədi
38. Qoyulmuş məqsədə çatmaq üçün istiqamətlənmiş bütün hərəkətlərin cəminə nə deyilir?
39. Minimallaşdırma məsələsinin I tipində vacib deyil?
40. Əməliyyatların son məqsədinə çatmaq üçün nəzarətçilərdə olan faktorlar necə adlanır?
A) nəzarət olunan
E) ilkin məlumat
41. Minimallaşdırma məsələsinin I tipində əsas nəyi təyin etmək lazımdır?
A) aşağı sərhəddi
42. Maksimallaşdırma məsələlərinin neçə tipi var?
43. Maksimallaşdırma məsələlərinin tiplərinin birində nə axtarılır?
44. Minimallaşdırma məsələsinin II tipində əsas nəyi təyin etmək lazımdir?
45. Tədqiqatlar bütün əməliyyatların, tədqiqatların nəticəsi kimi nəyi seçirlər?
A) ən yaxşı variantı
B) sonuncu variant
E) minimum
46. Differensial tədqiqatlar metodu nəyə görə EHM-də həlli çətin olur.
A) məhdud olduğuna görə
B) sərhədsiz olduğuna görə
C) proqramına görə
D) alqoritminə görə
47. XX əsrin 90 illərində yaranmış yeni metodlar EHM-in istifadəsini asanlaşdırmış və hesablama əməliyyatlarının.
A) həcmini azaltmış
B) həcmini artırmış
C) proqram təyinatı çətinləşib
E) heç nə etməyib
48. Optimal metodla tərif 1 əsasən məsələnin həlli zəmanətli dəqiqlik adlandırılır, hansı halda?
49. Ekstremal məsələlərin həlli zamanı bir kəmiyyətdən asılı funksiyanın minimallaşdırma metodu hansıdır.
A) klassik metod
B) qabarıq metod
C) çökəklər metodu
D) dinamik metod
E) əməliyyat metodu
50. Ekstremal məsələlərin həlli zamanı bir kəmiyyətdən asılı funksiyanın minimallaşdırma metodu hansıdır.
A) düz xətt parçasının ortadan bölünməsi
B) qabarıq metod
C) çökəklər metodu
D) dinamik metod
E) əməliyyat metodu
51. Minimallaşdırma məsələsinin I tipində vacib deyil?
52. Maksimallaşdırma məsələlərinin II tipində nəyi axtarmaq lazımdır ?
A) J * və U * nöqtəsi
53. Optimal metodla tərif 1 əsasən məsələnin həlli zəmanətli dəqiqlik adlandırılır, hansı halda?
54. Hesablama-riyaziyyatının inkişafının tələbləri nəyi zəruri etdi?
A) minimum və maksimum tədqiqini
B) riyaziyyatın inkişafını
C) funksiyanın axtarışını
55. Ekstremal məsələlərin həlli zamanı bir kəmiyyətdən asılı funksiyanın minimallaşdırma metodu hansıdır?
A) simmetrik metod
B) düz xətt parçasının ortadan bölünməsi
C) əməliyyat metodu
D) dinamik metod
E) çökəklər metodu
56. Ekstremal məsələlərin həlli zamanı bir kəmiyyətdən asılı funksiyanın minimallaşdırma metodu hansıdır?
A) optimal metod
B) düz xətt parçasının ortadan bölünməsi
C) əməliyyat metodu
D) dinamik metod
E) simmetrik metod
57. Verilən J(u) = sin 2 (π/u), u ≠0-dır, J(u) funksiyası neçə minimum qiymət alır, əgər U =
63. Ekstremal məsələlərin həlli zamanı bir kəmiyyətdən asılı funksiyanın minimallaşdırma metodu hansıdır?
A) toxunanlar metodu
B) düz xətt parçasının ortadan bölünməsi
C) əməliyyat metodu
D) qabarıq funksiyalar metodu
E) simmetrik metod
64. Minimizasiya məsələsinin qoyuluşu zamanı verilən çoxluq aşağıdakılardan hansıdır [a,b]=?
E) yarım interval
65. Sistem – vahid məqsədə xidmət edən müxtəlif nələrin vəhdətindən ibarətdir?
A) təyinatlı element və qurğuların
B) tənzim sistemindən
C) hesablama sistemindən
D) avtomatik elementdən
E) hidravlik elementdən
66. Nəyə görə minimallaşdırma məsələsi ilə kifayətlənirlər.
A) ekvivalentliyə qörə
C) az fərqə qörə
D) çox fərq olduğuna qörə
E) xətti olduğuna qörə
67. “Eksperimental məsələlər” nəzəriyyəsinin fundamental nəticələridir hansıdır?
A) xətti proqramlaşdırma
B) qabarıq funksiya
C) differensial tədqiqat
D) inteqral tədqiqat
E) qeyri qabarıq funksiya
68. Minimizasiya məsələsinin qoyuluşu zamanı verilən çoxluq aşağıdakılardan hansıdır [a,b]=
D) J(u*) 2 (π/u), u ≠0-dır, J(u) funksiyası neçə minimum qiymət alır, əgər U = -sə?
79. Optimal idarəetmə məsələləri nəyin inkişafınına gətirdi?
A) idarəetmə əməliyyatlarının tədqiqi
B) fizika elminə
80. Ekstremal məsələlərin hansı həlləri təcrübələrin tələbinə görə geniş istifadə olunur?
81. Ekstremal məsələlər nəyin inkişafı sayəsində öz həllini tapdı?
C) xətti proqramlaşdırma
D) qeyri xətti proqramlaşdırma
82. Sistem – vahid məqsədə xidmət edən müxtəlif nələrin vəhdətindən ibarətdir?
A) təyinatlı element və qurğuların
B) tənzim sistemindən
C) hesablama sistemindən
D) avtomatik elementdən
E) hidravlik elementdən
83. Məqsədə çatmaq üçün istiqamətlənmiş bütün hərəkətlərin cəmi necə adlanır?
84. Bütün əməliyyatların, tədqiqatların nəticəsi kimi nəyi seçirlər?
A) ən yaxşı variantı
B) sonuncu variant
85. Verilən J(u) = sin 2 (π/u), u ≠0-dır, J(u) funksiyası neçə minimum qiymət alır, əgər U =
E) heç bir şərtsiz
90. Nəyə görə differensial tədqiqatlar metodunun EHM-də həlli çətin olur.
A) məhdud olduğuna görə
B) sərhədsiz olduğuna görə
C) proqramına görə
D) alqoritminə görə
91. Yeni metodlar EHM-in istifadəsini asanlaşdırmış və hesablama əməliyyatları isə necə olmuş?
A) həcmini azaltmış
B) həcmini artırmış
C) proqram təyinatı çətinləşib
E) heç nə etməyib
92. Tərif 1 əsasən minimallaşdırma məsələsinin qoyuluşunda hansı şərt ödənilir?
D) infJ(u) = minJ(u) = maxJ(u)
99.Tərif 5 əsasən ρ(uk,U)=0 –şərtindəki ρ(uk,U)-nədir?
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Əməliyyatların tədqiqi
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS Excel və Eviews proqram paketlərində həlli: nəzəriyyə və praktika
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.