Əməliyyatın təsdiqini necə saxlaya bilərəm k&h
Təzə meyvə və tərəvəzlərin qəbulu ürək əzələsinə və qan damarlarına çox müsbət təsir edir, onların sağlamlığını qoruyur. Çuğundur və çuğunduq şirəsi, sitrus meyvələri, sarımsaq, qara qarağat, itburnu dəmləməsi damarlar üçün xüsusilə xeyirlidir.
Təzyiqi dərmansız necə salmaq olar? HƏKİM TÖVSİYƏLƏRİ
Arterial təzyiqin xroniki qalxması orqanizmə ciddi ziyan vurur və bir çox pozulmalara yol açır.
Bu səbəbdən özünüzdə tez-tez arterial təzyiqin artmasını müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin. Həkim arterial təzyiqin qalxmasının səbəbini araşdıracaq və bu səbəbdən asılı olaraq sizə lazım olan müalicə təyin edəcək.
İnsanda arterial təzyiqin qalxmasına bəzi xəstəliklər səbəb ola bilər. Bu xəstəliklər arasında:
– Böyrək xəstəlikləri (piyelonefrit, qlomerulonefrit).
– Qalxanvari vəzi xəstəlikləri (tireotoksikoz).
– Böyrəküstü vəzilərin şişləri.
– Bəzi ürək və damar xəstəlikləri (ürək qüsurları və s.).
– Baş və onurğa beyini xəstəlikləri və travmaları və s.
Lakin bəzən tam sağlam insanlarda arterial təzyiq tez-tez səbəbsiz olaraq qalxır. Belə insanlar həkimlərə müraciət edir, müayinələrdən keçir və s., ancaq təzyiqin qalxmasına səbəb olan amil aşkar olunmur. Həkimlərin müşahidələrinə görə, bir çox hallarda belə insanlara heç bir xüsusi müalicə tələb olunmur. Sadə qaydalara əməl etməklə onlar təzyiqini normaya sala bilərlər.
Həkimlərin tövsiyələrini sizə təqdim edirik:
1. Duzun qəbulunu azaldın!
Müasir insanlar həddən artıq çox miqdarda duz qəbul edir. Duz böyrəklərin fəaliyyətini çətinləşdirir və orqanizmdə mayeni saxlayır ki, bu da ödemlərə və təzyiqin qalxmasına səbəb olur.
Bu səbəbdən təzyiqiniz qalxırsa, duzun qəbulunu azaldın. Duzlu, hisə verilmiş qidalar, müxtəlif şorabalar, konservlər, kolbasa-sosis, fast-fud qidaları, çipsi qidalanmadan çıxarılmalıdır. Qidalara daha az miqdarda duz əlavə edin (qida şit olmalıdır). Bir müddətdən sonra siz belə qidalara öyrəşəcəksiniz. Gün ərzində 1 çay qaşığı duzla kifayətlənin.
Nəzərinizə çatdıraq ki, duzdan tam imtina etmək olmaz. Bu da sağlamlığımız üçün ziyanlıdır.
2. Axşam saatlarında qida, çay və spirtli içkiləri qəbul etməyin!
İnsan qidanin əsas hissəsini səhər və günorta saatlarında qəbul etməlidir. Bu halda qida ilə orqanizmə daxil olan kalorilər daha tez sərf olunur, həzm prosesləri normal gedir, orqanizm isə yüklənmir. Axşam saatlarında qəbul olunan qida isə (xüsusilə yatmazdan əvvəl) yalnız artıq çəki və arterial təzyiqinin qalxması kimi problemlərə səbəb olacaq. Şam yeməyi mümkün qədər yüngül olmalıdır (məsələn, salat və ya sıyıq, yoqurt, meyvələr, kefir və s.).
Axşam saatlarında çayın, suyun həddən artıq qəbulu təzyiqin artmasına səbəb olur. Artıq maye böyrəkləri yükləyir ki, bu da təzyiqin artmasına səbəb olur.
3. Daha çox hərəkət edin!
Həkimlərin müşahidələrinə görə, azhərəkətli həyat tərzi hipertoniyanın əsas səbəblərindən biridir. Əgər insan günün bir çox hissəsini oturursa, qanın damarlarda hərəkəti çətinləşir, qan daha “ağır” hərəkət edir, damarlar gərginləşir və bu da təzyiqin artmasına gətirib çıxardır.
Bu səbəbdən insan gün ərzində daha çox hərəkət etməlidir – piyada gəzməli, bədən tərbiyəsi ilə məşğul olmalı, daha az uzunmalı və oturmalıdır.
Üzgüçülük, yoqa təziyiqi çox yaxşı salır.
4. Kifayət qədər yatın və dincəlin!
Normal gecə yuxusu insanın sağlamlığı üçün olduqca önəmlidir. Əgər insan gecələr müxtəlif səbəblərə görə (iş, təhsil, yuxusuzluq və s.) yatmırsa, onun endokrin sisteminin fəzliyyəti pozulur. Hormonal pozulmalar isə bir çox hallarda təzyiqin qalxmasına səbəb olur.
Həkimlər müşahidələrinə görə, gecə vaxtı 6 saatdan az yatan insanlarda hipertoniyanın riski artır.
Müasir insanların bir çox hissəsi həddən artıq çox işləyir, yorulur, daim gərgin olur. Gərgin insanın orqanizmində damarlar da gərginləşir və bu da təzyiqin artmasına səbəb olur. Gün ərzində dincəlmək üçün vaxt tapın – mütaliə edin, uzanıb sakit müsiqiyə qulaq asın, açıq havada gəzin və s. Bu gərginliyin azalmasına kömək edəcək.
5. Neqativ xəbərlərdən uzaq olun!
Televizor, İnternet və s. kütləvi informasiya vasitələri gün əzrində insana çoxlu sayda neqativ məlumatları təqdim edir (qətl hadisələri, qəzalar, müharibələr və s.). Belə məlumatlar insanın sinir sistemində gərginlik yaradır, onu daim stress vəziyyətdə saxlayır. Bu isə, təbii ki, təzyiqin artmasına səbəb olur.
6. Düzgün qidalanın, artıq çəki yığmayın!
Piylənmə hipertoniyanın və bir çox digər pozulmaların əsas səbəblərindən biridir.
Təzə meyvə və tərəvəzlərin qəbulu ürək əzələsinə və qan damarlarına çox müsbət təsir edir, onların sağlamlığını qoruyur. Çuğundur və çuğunduq şirəsi, sitrus meyvələri, sarımsaq, qara qarağat, itburnu dəmləməsi damarlar üçün xüsusilə xeyirlidir.
Bundan əlavə insanın qidalanmasında kalium və maqnezium mineralları ilə zəngin olan qidalar olmalıdır. Bu iki mineral ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Qarabaşaq, yulaf yarmasından sıyıqlar, lobya, ərik və qara qavalı qurusu, xurma, badımcan, göyərti, qoz-fındıq bu minerallarla zəngindir.
Nəzərinizə çatdıraq ki, sadaladığımız qaydalara daim əməl etmək lazımdır. Yalnız bu halda təzyiqiniz normal səviyyədə olacaq.
Saglamolun.Az
Ukrayna
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatlarının kulminasiya nöqtəsi Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Füzuli və Cəbrayılın düşməndən təmizlənməsi Azərbaycan tərəfinə yenidən qruplaşma həyata keçirməklə əsas zərbəni Hadrut-Şuşa istiqamətində endirməyə imkan yaratdı.
Ermənistan ordusu Azərbaycanın növbəti hücumunu Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsindən Şuşa istiqmətinə gözlədiyi üçün əsas qüvvələrini bu qəsəbədən keçən maqistral yolun müdafiəsinə cəmləşdirmişdi. Ədalət naminə demək lazımdır ki, bu ərazidə müdafiə olunan erməni qüvvələri kifayət qədər itkiyə məruz qalsalar da, mövqelərindən geri çəkilmirdilər. Belə olan vəziyyətdə daim prosesləri nəzarətdə saxlayan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev növbəti qeyri-standart qərarı ilə sonradan hər kəsi heyrətləndirəcək bir qərar qəbul etdi.
Bu qərar düşməni daha geniş coğrafiyada müdafiə olunmağa vadar etməkdən ibarət idi. Hadrutun azad olunmasından sonra Azərbaycan qoşunları hücumlarını daha çox rayonların ərazisində həyata keçirməklə buna nail ola bildilər. Nəticədə Zəngilan və Qubadlı şəhərləri işğaldan azad edilməklə Laçın, Hadrutdan isə Sığnaq-Şuşa istiqamətində hücumlarımız üçün münbit şərait yarandı. Meşə və sərt dağlıq relyefdə ermənilərin müdafiəsini yarmaq üçün artilleriya qoşunlarımızın hissə və bölmələri “şahmat” atəş metodundan istifadə etməklə motoatıcıların irəliləməsini təmin etdilər.
Noyabrın 2-dən sonra Şuşanın bir neçə kilometrliyində şiddətli toqquşmaların baş verdiyi məlum oldu. Azərbaycan Ordusunun hissə və bölmələri başqa XTQ olmaqla, Şuşa hücumunu yol infrastrukturunun olmadığı Topxana meşəsinin ərazisindən həyata keçirirdi. Ermənistanın Şuşa yaxınlığında qadağan olunmuş ağ fosfor mərmilərindən istifadə etməsinin məqsədlərindən biri də meşədəki Azərbaycan qüvvələrini yandırmaq və zəhərləmək idi.
Oktyabrın 20-dən sonra Laçın dəhlizinin 10 km-də yerləşən Azərbaycan Ordusu Ermənistanın Qarabağdakı separatçı rejimlə əlaqəsini təmin edən sonuncu maqistral yolu bağlamaqla, düşmənin “arteriya damarını” kəsməyə hazırlaşırdı. Bu yolun bağlanması əslində Müharibənin taleyini əvvəlcədən təyin edə bilən əsas faktor idi. Laçın dəhlizinin bağlanması təhdidini aradan qaldırmaq üçün düşmən çətin keçilən meşə və dağlıq ərazilərdə əks-hücumlara cəhd edirdi. Azərbaycan qoşunlarının əsas təminat yolları boyunca pusqulara rast gəlinirdi.
Bu vaxt Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev sonradan hər kəsi heyrətləndirəcək növbəti qeyri-standart qərarı qəbul etdi. Digər hissə və bölmələrin Şuşaya hücumunu ləngitməmək və qoşunu 5 günlük yolsuzluq şəraitində yormamaq üçün Böyük Tağlar kəndindən Şuşaya sıx Topxana meşələrindən yeni yol çəkildi. Mühəndis texnikasının köməyilə 3 gün ərzində Xocalının Çanaxçı və Sığnax kəndlərinə qədər 42 kilometr uzunluğunda yol açıldı. Bundan sonra isə Artilleriya hissə və bölmələri Çanaxçı ətrafında yerləşdirildi.
Oktyabrın son günlərində, tam 28 il 3 həftə sonra Laçın dəhlizi Ordumuz tərəfindən təkrar azad edildi. Bundan sonra Şuşa ətrafında hərbi təzyiqlərimizi artırmaqla Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin 400 nəfərə qədər şəxsi heyəti Şuşa-Laçın yolundan istifadə etməklə gizli şəkildə Şuşanın yerləşdiyi ərazinin əks tərəfinə keçə bildi. 5 gün ərzində sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyən XTQ bölmələri daha kiçik qruplara bölünərək, Şuşaya sızdılar və şəhərdə yerləşən 3000 nəfərə (erməni mənbələrə görə 2000 nəfərə) qədər işğalçı kontingenti malik olduğu artilleriya və zirehli vasitələrilə birlikdə məhv etdilər.
XTQ-nin uğurlu və gözlənilməz hücumu noyabrın 8-də Şuşanın azad edilməsilə nəticələndi. Hərb tarixində ilk dəfə sıldırım qayalar üzərində yerləşən, ağır artilleriya və tanklarla müdafiə olunan qala-şəhər atıcı fərdi silahlara malik, həm də sayca 7 dəfə az qüvvə ilə azad edildi.
Azərbaycanın Şuşanı azad etməsinə mane ola bilməyəcəyini anlayan Ermənistan rəsmiləri və generalları noyabrın 5-nə qədər şəhəri tərk etmişdilər. Azərbaycan XTQ-si noyabrın 7-də artıq Şuşada idi. Həmin gün səhər 09.00-da Ermənistan tərəfindən Şuşaya “İsgəndər-M” ballistik raketinin atılması bunu sübut edir. Sadəcə şəhərin tam azad edilməsi və müqavimət ocaqlarının ləğvi noyabrın 8-də başa çatdı.
Dumanlı hava qüvvələrimizə həm kəşfiyyat aparmağa imkan vermir, həm də PUA və aviasiya dəstəyini mümkünsüz edirdi. XTQ-nin heyəti şəhərə daxil olduğu ilk saatlarda düşmən qüvvələrini duyuq salmamaq üçün onları əlbəyaxa döyüşlə zərərsizləşdirirdi.
Şuşanın azad edilməsindən sonra noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi düşməndən təmizlədi. Səhərisi gün isə birgə Bəyanat imzalandı və Ermənistan təslim oldu. Bu günlərdə minlərlə erməni hərbçisi geyimini dəyişərək, Şuşa və Xankəndi şəhərlərindən çıxan mülki əhaliyə qoşularaq, Qarabağı tərk etdi. Şuşa-Xankəndi yolunda 3 kilometrlik tıxac yarandı, lakin Azərbaycan tərəfi 32 illlik işğal ərzində soyqırım da daxil, bizi incitmək üçün əllərindən gələni edən ermənilərə maneə yaratmadı. Bu karvanlarla hərəkət edən Erməni hərbçiləri Ordumuz üçün legitim hədəf idilər, lakin biz növbəti dəfə humanistlik göstərdik. Buna görə Azərbaycana təşəkkür etmək isə hələ heç bir erməninin ağlına gəlməyib.
Vətən Müharibəsinin Qələbəmizlə başa çatmasından sonra Ali Baş Komandan İlham Əliyev dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncam imzaladı. Sərəncama əsasən Vətən Müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il Şuşanın azad edildiyi 8 Noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi qərara alındı. Bu, son əsrlərdə Dövlətimizin, Ordumuzun və Xalqımızın qazandığı ən böyük Qələbə, Misilsiz Tarixi Zəfər idi. Bu qələbə bizim Böyük Gələcəyə yolumuzu açırdı.
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün
Qan xərçənginin əlamətləri hansılardır? – Müsahibə
Son zamanlar qan xəstəlikləri insanların qorxulu yuxusuna çevrilib desək, yanılmarıq. Bəs bu xəstəliklərin vaxtında aşkar edilməsi və düzgün diaqnoz qoyulması üçün nələr etmək lazımdır?
Bu və digər suallarla bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının hematologiya şöbəsinin müdiri Valeh Hüseynov AzNews.az-a müsahibə verib.
– Valeh doktor, son vaxtlar daha çox yayılmış qan xəstəlikləri hansılardır?
-Ümumiyyətlə, qan xəstəlikləri iki böyük qrupa bölünür: bədxassəli qan xəstəlikləri (buna xalq arasında qan xərçəngi də deyilir) və qanın bədxassəli olmayan digər xəstəlikləri. Qanın ikinci qrupa aid edilən xəstəliklərini də bir neçə qrupa bölmək olar. Bunlara irsi (talassemiya) və qazanılmış qan xəstəlikləri, qanın laxtalanma problemi, müxtəlif mənşəli qan azlığı və s. aid edilir.
Son zamanlar bizə qan azlığı problemi ilə üz tutan xəstələrin sayı daha da çoxalıb. Qan azlığının yaranmasının əsas səbəbləri çox müxtəlifdir. Qanda dəmirin və bəzi vitaminlərin çatışmaması nəticəsində yaranan qan azlığı ilə yanaşı, qanaxma və digər xəstəliklərlə əlaqədar yaranan qan azlığına da çox rast gəlinir. Qanın tərkibində bəzi maddələrin əmələ gəlməsi nəticəsində qanda parçalanma dediyimiz “hemolitik” anemiyalar yaranır. Hemolitik anemiyalar irsi və qazanılmış ola bilər.
Qan azlığı olan xəstələrdə hemoqlobinin səviyyəsi aşağı olur, buna anemiya deyilir. Hemoqlobinin səviyyəsi aşağı olduğu halda, həmin xəstələr həkimə müraciət etməli, onlarda bunun əsas səbəbi aşkar edilməlidir. Bəzən bu xəstəliyin səbəbi digər xəstəliklərdən də qaynaqlana bilir. Məsələn, qaraciyər, böyrək, mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet, həmçinin yoluxucu xəstəliklər nəticəsində də qan azlığı yaranır.
Ona görə də qan azlığı aşkar edilən xəstələrdə mütləq yanaşı əlamətləri də yoxlamalıyıq. Əsasən də limfa düyünlərinin və dalağın böyüyüb-böyümədiyinin müayinəsi aparılmalıdır. Əgər xəstədə göstərilən problemlər varsa, bu zaman mütləq qanın bədxassəli xəstəlikləri araşdırılmalıdır.
Qan azlığı ilə müraciət edən xəstələrdə ən çox rast gəldiyimiz, dəmir defisitli anemiyalardır. Bu zaman mütləq qanda dəmirin miqdarı, eyni zamanda “depo dəmiri” deyilən ferritinin miqdarı yoxlanılmalıdır. Əgər göstərilən komponentlərin səviyyələri aşağıdırsa, belə xəstələrdə dəmir defisitli anemiya səbəbi ilə bir neçə ay müalicə olunmalıdırlar.
Bəzən dəmirin səviyyəsi normal olur, amma xəstələrdə “mikrostar” deyilən, qan azlığı meydana çıxır. Bu da talassemiya daşıyıcılığına işarə verə bilər. Ona görə bu növ xəstələrdə mütləq irsi xəstəliklərin olub-olmadığı yoxlanılmalıdır.
Anemiyaların digər səbəblərindən biri də qeyd etdiyimiz kimi, bədxassəli qan xəstəlikləridir. Bu zaman qana xas olmayan və nadir görünən hüceyrələrin (atipik hüceyrələr) qanda olub-olmadığı müəyyən edilir. Həmin xəstələrdə limfa düyünlərinin, daxili orqanların (xüsusilə də dalağın) və sümük iliyinin müayinəsi aparılmalıdır.
Bildiyimiz kimi, qanda olan ana hüceyrələri və onların yaranması sümük iliyində olur. Ona görə də sümük iliyində nə baş verdiyini bilmək üçün sümük iliyini “biopsiya” və ya “aspirasiya” deyilən müayinələrlə yoxlamaq lazımdır. Xəstənin diaqnozunun düzgün qoyulması sümük iliyinin dəqiqliklə müayinəsindən birbaşa asılıdır.
– Bəd xassəli qan xəstəliklərinin əlamətləri nədir?
– Bu xəstələrdə daha çox səbəbsiz hərarətin olması, çəkinin azalması, qan azlığının yaranması, dalağın böyüməsi, bədəndə qansızmaların olması, bəzən isə bir bölgədə böyümüş limfa düyünü bu xəstəliyin əsas əlamətləri ola bilər. Yorğunluq, halsızlıq, sümük ağrıları da bəd xassəli qan xəstəliklərində rast gəlinir.
Bu xəstəliklər zamanı insanların böyük əksəriyyəti immun sisteminin zəifləməsi nəticəsində infeksiya hallarına yoluxma halları ilə müraciət edirlər. Məsələn, müraciət edən çox insan var ki, onlar uzun müddət boğaz ağrısından, sümük ağrılarından, tez-tez qripə yoluxma hallarından əziyyət çəkirlər. Onlar buna qarşı müalicələr edirlər, amma nəticədə sağalmırlar. Bunu araşdıran zaman immun sistemini zəiflədən hallar ortaya çıxır.
Bəzən qan azlığı və sümük ağrıları olan xəstələr, revmatik və infeksion xəstəliklər kimi uzun müddət müalicə olunur və gecikmiş halda artıq hematoloqlara müraciət edirlər. Mənim məsləhətim odur ki, insanlar dəqiqləşdirilməmiş diaqnozla müalicə almasınlar. Bu bizim tez-tez rastlaşdığımız mənzərədir. Bu hal xüsusilə bölgələrimizdə daha geniş yayılıb. Ona görə də insanlar arasında bu xəstəliklə bağlı maarifləndirmə işləri genişləndirilməlidir. Çünki, düzgün və vaxtında qoyulmuş diaqnoz xəstənin şəfası deməkdir.
-Qan azlığı olan xəstələrin ilkin müalicəsi hansı şəkildə aparılır?
-Əgər xəstə müayinə olunub və diaqnoz dəqiqləşibsə, ilkin müalicələrə başlamaq lazımdır. Amma qan azlığının profilaktikasından danışırıqsa (söhbət ən çox rast gəlinən “dəmir defisitli” anemiyalardan gedir), bu zaman mütləq qidalanmaya fikir vermək lazımdır. Dəmirlə zəngin olan qidalar (ət məhsulları və meyvələr) gündəlik qida rasionunun əsas tərkib hissəsini təşkil etməlidir.
-Belə xəstələr ən çox nələrə diqqət etməlidir?
-Onlar qidalanmaya, düzgün şəkildə istirahətə və yuxunun normal olmasına önəm verməlidirlər. Bir çox qan xəstəliklərinin yaranmasında şüalanmanın, radiasiyanın, immun sisteminin zəifləməsinin, bəzi virusların, kimyəvi maddələrin və s. rolu böyükdür. Ona görə də insanlar öz həyat tərzinə, qidalanmasına fikir verməlidir. Bu, təkcə qan xəstəliklərinin deyil, bir çox xəstəliklərin qarşısının alınmasında çox böyük əhəmiyyət kəsb edir. Ən önəmli məsələlərdən biri də xəstələrin mütəmadi olaraq həkim müayinəsindən keçmələridir. Hər bir şəxs heç olmasa ildə bir dəfə bütün müayinələrdən keçərək orqanizmində nələrin baş verdiyindən xəbərdar ola bilər.
Onu da xüsusi qeyd edim ki, xərçəng xəstəliyində nə qədər tez diaqnoz qoyularsa, müalicə daha effektiv olar və müsbət nəticə əldə edilər. Təbii ki, düzgün edilən müalicə ən vacib amildir və bu da xəstəlikdə uğurlu nəticənin təminatıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.