Windows əməliyyat sistemləri
368 567 просмотров
Əməliyyatsistemi testler
Сервисы VK
Поиск видео Найти
Топ недели
Мы больше не будем рекомендовать вам подобный контент.
2 050 382 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
398 888 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
521 520 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
297 953 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
368 567 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
205 746 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
500 674 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
1 618 130 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
412 181 просмотр
Мы больше не будем рекомендовать вам подобный контент.
177 097 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
544 217 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
372 786 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
219 165 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
796 976 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
175 432 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
33 318 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
968 513 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
75 353 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
528 584 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
90 552 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
327 326 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
2 035 932 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
36 889 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
6 116 просмотров
Левая колонка
Следующее видео
Cú Đấm Ngọt Ngào – Ep5
1 168 просмотров
Lancet Anh
Похожие видео
3 класс занятие № 4 Предлоги. Закрепление
6 910 139 просмотров
Логопедическая помощь ГБОУ СО БШИ
cuu-chau-ep4
45 208 просмотров
Gene Green
3-Областные соревнование в Пензе по робототехнике 22.10.2014
3 453 293 просмотра
Cəbhədə şəhid olan əsgər və zabitlərimiz. (6-7 Aprel 2016) 3.
6 288 просмотров
۞ История Ǻзербสйджสнส в You Tube☾✵Official Group
43 777 просмотров
Thế Hà Trần
Cú Đánh Cực Đỉnh tập 32
4 690 просмотров
Minh Nguyen
Теперь мама может спокойно отдыхать!
398 888 просмотров
Музыкальные Клипы и Хорошее Настроение
Стрим Народного фронта // 24 марта 2023
219 165 просмотров
Народный Фронт
Nyusha feat Arash – Выбирать Чудо (Remake)
297 953 просмотра
Радио ENERGY – NRJ
Fall Out Boy или Kaiser Chiefs?
205 746 просмотров
Радио MAXIMUM
Дмитрий Маликов в Вечернем шоу Аллы Довлатовой
372 786 просмотров
«РУССКОЕ РАДИО»
С Казахстана наши братья казахи прислали❤️
488 907 просмотров
Ермурат Батыров
Повседневный макияж
119 430 просмотров
Магнит Косметик
Сплетница (выпуск 108)
175 432 просмотра
Журнал для женщин
Как производят полиэтилен?
968 513 просмотров
Вот у кого нужно учиться верности, и любви.
1 618 130 просмотров
Галина Сун
#Непровинция: Минеральные Воды: кавказское гостеприимство
169 483 просмотра
Made in Russia
Чылтыс Таннагашева — первая в России женщина-шорианка, котор.
327 326 просмотров
Изнанка. Женщины
Оживили руку за 7 секунд!
41 456 просмотров
Костоправ г Ульяновск
ЖАРА МАРТА
157 316 просмотров
МузКафе “ЖАРА”
Как приятно на них смотреть и слушать!
128 325 просмотров
Музыкальные Клипы и Хорошее Настроение
Əməliyyat sistemi **** 3-cü hissə
5 апр 2021 8 просмотров
Добавить в закладки
Пожаловаться
#EmeliyyatSistemi #ƏməliyyatSistemi #OperatingSystems Sistem proqram təminatı (SPT) kompüterdə informasiyanın emalı prosesinin təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün normal mühiti təmin edir. SPT kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bəzən onu kompüterin bir hissəsi də hesab edirlər. Əməliyyat sistemləri SPT-nın əsas tərkib hissəsidir. Əməliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti – mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa düşülür. Əməliyyat sistemləri informasiya emalının idarə olunmasını və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirilməsinə nəzarət edir. Əməliyyat sisteminin nüvəsi onun əsas hissəsi hesab olunur. ƏS-ni nüvəsi kompüter işə salındıqda əməli yaddaşa yüklənir və əməliyyat sistemini, yaddaşı, tətbiqi proqramların icrasını və onların qurğularla qarşılıqlı əlaqəsini təmin edir. Bunlarla yanaşı, proqramların prosessorlarla iş ardıcıllığını və vaxtını, aparat və proqramların nasazlığını təyin edir. Müasir əməliyyat sistemlərinin əksəriyyəti çox məsələlidir. Çoxməsələlik o demək deyil ki, istənilən sayda məsələni yükləmək olar. Nə qədər çox məsələ yüklənərsə, sistem bir o qədər yavaş işləyəcək. Əməliyyat sistemləri və proqramlar əməli yaddaşda mübadilə buferi və ya sadəcə bufer yaddaşı yarada bilərlər. Mübadilə buferi əməliyyat sisteminin bir hissəsi olmaqla bərabər, əməliyyat sistemi tərəfindən mühafizə olunur və surəti çıxarılmış fraqmenti əməli yaddaşda saxlayır. Kompüterin əsas problemlərindən biri əməli yaddaşın çatışmazlığıdır. Bu problem yaddaşın idarə edilməsi texnologiyası olaraq virtual (həqiqətdə olmayan) yaddaş vasitəsilə həll edilir. Virtual yaddaş əməliyyat sistemi tərəfindən yaradılır, əməli yaddaş və sərt diskdə müvəqqəti saxlanılan sahəni qarşılıqlı əlaqələndirir. Virtual yaddaş əməli yaddaşda məsələnin həlli üçün ayrılan virtual sahənin bir hissəsində qismən, dinamik şəkildə yerləşməklə bərabər, qalan hissəsi isə disk yaddaşında yerləşir. Virtual yaddaşla təmin olunma, eyni zamanda çoxlu sayda proqramların açılışına imkan verir. Təbii olaraq, bu məhsuldarlığı aşağı salır. Hər hansı konkret qurğunun əməliyyat sistemi ilə qarşlıqlı əlaqəsini yaratmaq üçün qurğunun drayveri adlanan xüsusi proqramlardan istifadə olunur. Qurğuların drayverləri müxtəlif firmalar tərəfindən buraxılır və mümkün qurğuların siyahısı ƏS-nin instalyasiya olunması üçün istifadə olunan kompakt diskində və həmin firmanın Veb-səhifəsində olur. Bu mənada, əməliyyat sistemi özü sərbəst olaraq, konfiqurasiyası fayllarını dəyişdirir, konkret texniki qurğunun avtomatik təyin olunmasını aydınlaşdırı və onun avtosazlanmasını təmin edir. Sanki istifadəçiyə lazım olan peşəkar bilikləri öz öhdəsinə götürür. Bu cür texnologiya “Plug and Play” (qoş və işlə) adlanır.
Windows əməliyyat sistemləri
1) Windows əməliyyat sisteminin təyinatı və xarakteristikası. 2) Windows –un baş menyusu və onun elementləri. 3)Windows pəncərələri ilə iş. 4)Windows –un obyektləri. 5)Sənədlərlə iş. 6)Sənədlərin tərtibatı.
1. Windows əməliyyat sisteminin təyinatı və xarakteristikası.
Windows əməliyyat sistemi MS DOS bazasında yaradılmışdır. Bu əməliyyat sistemi bir sıra üstünlüklərə malikdir. MS DOS –a nəzərən Windows daha mükəmməl istifadəçi interfeysinə malikdir. MS DOS iş zamanı proqramı yükləmək və ya digər əməliyyatları aparmaq üçün klaviatura vasitəsi ilə əmrlər yazılmalı idi. Windows –da istifadə olunan qrafik istifadəçi interfeysi bu baxımdan daha əlverişlidir.
Windows- da : – MS DOS- un əmrlər sətri ilə işinin xüsusiyyətlərini ətraflı öyrənməyə ehtiyac yoxdur. – əməli yaddaşla işin üsullarını xüsusi olaraq öyrənmək lazım deyil. Çünki MS DOS –un əsas drayverlərinin yüklənməsi avtomatlaşdırılmışdır. – Sənədlərlə və lokal şəbəkədə iş imkanları genişlənir.
Windows əməliyyat sistemi faktiki olaraq kompüterin aparat giriş-çıxış baza sistemini ( BİOS ) tamamlayır. Bunun üçün onun öz BİOS proqramı vardır. O tətbiqi proqramlara icra mühiti , istifadəçilərə isə sistemlə dialoq mühiti ( əməliyyat sisteminin örtüyü ) yaradır . Windows əməliyyat sistemi bir qayda olaraq möhkəm diskdən yüklənməlidir . Komputeri işə qoşmaq üçün maşının korpusunda xüsusi düymə var. Həmin düyməni basıb gözləmək lazımdır , Windows əməliyyat sistemi yüklənsin.
Windows-la işləmək üçün əsas funksional orqan “mouse”- dur. Mouse-un sol düyməsi “Enter” , sağ düyməsi ilə əlavə imkanlar düyməsidir . Sol düyməyə 1 dəfə toxunanda obyekt seçilir , 2 dəfə dalbadal toxunanda isə obyekt aktivləşir. Windows yükləndikdən sonra ekrana “ işçi stol “ çıxır . İşçi stolun sol sütununda Windows –un obyektləri (qovluq ,sənəd ,yarlıq ) yerləşir.
İşçi stolun özü qovluqdur və ona uyğun alt kataloq Windows kataloqunda yerləşir. İşçi stolunda ixtiyari obyekt ola bilər. Bunlara aşağıdakılar aiddir : mənim komputerim (My computer), portfel (səbət), şəbəkə mühiti və s. Bu elementlər istifadəçinin plan və məsələlərindən asılı olaraq dəyişə bilər. İşçi stolun aşağı hissəsindəki , üfüqi şəkilli hissə (Taskbar ) məsələlər paneli adlanır. Məsələlər panelindəki buraxılış (Start ) düyməsinin köməyilə lazım olan proqram seçılib yüklənir.
2.Windows –un baş menyusu və onun elementləri.
“Start” (buraxılış) üzərində mouse-un sol düyməsini (bundan sonra sadəcə sol-sağ düymə işlədəcəyik )basan kimi ekrana “Baş Menyu” (Star Menu) açılır. Tətbiqi ,xidməti proqramlara ,sənədlərə müraciaət imkanı yaranır . Bunlara aşağıdakılar aiddir: Proqramlar(Programs), Sənədlər(Documents), Sazlanma(Settings), Axtarış(Find ) , Arayış(Help ),İcra etmək (Run),İşin sonu (Shut down)
Menyunun hər hansı bir əmrini seçməklə ,istifadəçi sistemə hansı əmrin icra olunması haqqında məlumat verir.Bu zaman dioloq pəncərəsində əlavə parametrlər təyin olunur.Hər hansı bir məsələnin icra olunması Start (buraxılış) düyməsinin sıxılması və həmçinin Windows sisteminə işin başlanması haqqında məlumatın verilməsi ilə başlayır.Bu düymənin sıxılması ilə əmrlər siyahısından ibarət Start ( buraxılış) menyusu açılır.Əmrlər siyahasından lazım olan əmr seçilir. Əgər əmrin adından sonra ,sağ tərəfə istiqamətlənmiş ox olarsa ,onda bu onu göstərir ki ,növbəti menyu var. Start(buraxılış ) menyusunun təsviri aşagıdakı kimidir :
Proqramlar (Programs )-Bu əmrdə kompüterdə olan müxtəlif tətbiqi proqramlar ,məsələn:Explorer,Microsoft word ,Excel,Word pad,Paint və s . işə salmağa imkan verir.
Sənədlər (Documents)-Bu əmr bir az əvvəl müraciət olunmuş sənədləri açmağa imkan verir.Burada müraciət olunmuş axırıncı 15 sənədin adı yadda saxlanılır.
Sazlanma (Settings )-Sazlanma idarəetmə panelinin qovluqlarını və printerləri qaçıran əmrləri əhatə edir.Buraya həmçinin məsələlər paneli (Taskbar ) punktu da aiddir ki ,həmin punkt məsələlər panelinin xarici görünüşünü dəyişdirir , baş menyuya əmrlər əlavə edilir.
Axtarış (Find)-Bu əmr lazım olan proqramın axtarışında və işə salınmasında istifadə olunur.Əmr proqramın adını dəqiq bilmədikdə də onun axtarışını həyata keçırir.Axtarış dioloq pəncərəsi 3 dərəcədən ibarətdir : 1)ad və yerləşmə , 2)dəyişilmə tarixi , 3)əlavə
Arayış (Help)-Bu əmrin köməyi ilə Windows haqqında lazım olan məlumatlar məzmun (contents )bölməsində yerləşir.Xüsusi suallara uyğun informasiyanı fənn göstəricisi (İndex ) vasitəsilə tapmaq mümkündür .Arayışda arayışların məzmunu kitab başlıqları kimi təşkil olunub.Mövzunu və ya başlığı göstərməklə buraya daxil olan mövzuların siyahısına baxıb seçmək mümkündür.Bir çox başlıqlarda “əlavə imkanlar “ xüsusi bölməsi var ki , burada da effektiv işləməyin üsulları təsvir olunub.
İcra etmək(Run)- Bu əmr proqramları işə salmaq üçün istifadə olunur.Bunun üçün proqramları işə salma “Run” dioloq pəncərəsindəki daxil etmək sahəsində proqramın yolu və adı göstərilir, sonra isə “OK” düyməsi sıxılır.Bu halda proqram işləyir. İşin sonu (Shut down)-Bu əmr Windows əməliyyat sistemi ilə iş sona çatdıqdan sonra istifadə olunur.Bu əmri “mouse” ilə sıxdıqda aşağıdakı şəkildə dioloq pəncərəsi açılır: Əgər komputeri söndürmək (shut down the computer)sahəsini seçib “Yes” düyməsini sıxdıqda Windows aktiv proqramların sona çatmasını tələb edir və Windows sistemi ilə işin sona çatmasını tələb edir .Sonra isə ekranda “ kompüteri söndürmək olar “ məlumatı görünür. Komputeri bundan sonra söndürmək olar .Komputerin istənilən vaxt söndürülməsi müəyyən verilənlərin itməsinə səbəb ola bilər.Əgər “No” düyməsi sıxılmırsa,onda (shut down) işin sonu dioloq pəncərəsi bağlanır və Windows sistemi ilə işi davam etdirmək olar.
Restart the computer(komputeri yukləmə )- sahəsi seçilirsə ,Windows yenidən yüklənir. Restart the computer in MS DOS mode (MS DOS rejimində komputeri yukləmə )- sahəsi seçilirsə sistem qrafiki örtüksüz yenidən yüklənir. Bu rejim Windows qrafiki mühitində işləməyin proqramların yüksəlməsində istifadə olunur.Windows –a qayıtmaq üçün “Exit “ və ya “ Win” əmrləri daxil edilir və “Enter “ düyməsi basılır.
3.Windows pəncərələri ilə iş.
Hər bir icra edilən proqram üçün ayrıca pəncərə açılır. İstənilən pəncərəni böyüdüb- kiçiltmək və sürüşdürmək mümkündür. Pəncərənin yuxarısı sərlövhə üçün ayrılır. Pəncərəni sürüşdürmək üçün mouse-un kursorunu ( ) sərlövhə nişanının,məsələn, “W” –nun üstünə gətirib sol düyməni sıxmaq və mouse hərəkət etdirmək kifayətdir. Sərlövhə sətrinin altında menyu sətri (Menubar) yerləşir.Menyunun istənilən bəndində sol düyməyə toxunulsa,həmin bəndin içi açılır. Bəndin içində də sol düymə ilə işləmək lazımdır.Nəyisə redaktə etmək üçün File (fayl ) və Edit (düzəliş) bəndləri olmalıdır. Pəncərə ilə işi bitirmək üçün sol düyməni pəncərədən kənarda şıqqıldatmaq kifayətdir.Pəncərənin sərhədlərində mouse-un kursoru iki istiqamətli oxa çevrilir.Bu zaman sol düyməni sıxıb pəncərəni böyüdüb- kiçiltmək olar:
-mümkün kiçiltmə düyməsi
-maksimum böyütmə düyməsi( pəncərəni erkran boyu böyütmək )
-bərpa düyməsi.Düymənin sıxılması ilə pəncərə baglanır və məsələlər panelindəki pəncərənin ad düyməsi yox olur.Bununlada pəncərədə icra olunan proqramın işi sona çatır. Pəncərənin aşağısında və sağ tərəfində “ fırlatma “düymələri var ki, bunların köməyi ilə pəncərəyə sığmayan informasiya pəncərəyə gətirilir. Yuxarı sol küncündəki nişan üzərində sol düyməyə toxunulub pəncərə menyusunu açmaq olar. Menyuda : Restore (bərpa), Move (yerdəyişmə), Suze (Ölçüdəyişmə), Minimize (sıxma), və həmçinin Close (bağlama) əmrləri vardır.
4. Windows –un obyektləri.
My computer qovluğunda lokal komputerin disk qəbul edənlərinin , şəbəkə disklərinin,idarəetmə panellərinin,printerlərin nişanları vardır.
Windows-un obyektləri qovluq,proqram,sənəd və yarlıq hesab edilir.
Hər hansı obyekti açmaq üçün müvafiq nişanə maus vasitəsilə iki dəfə işarə verilməsi və ya Enter düyməsi basılır.Açılan qovluq adi pəncərədir və burada menyu,alətlər paneli və digər zəruri vasitələr əks olunur.
Qovluğun pəncərəsində istənilən obyekti açmaq üçün mausun ikili işarəsi verilməli və ya “Enter” düyməsi basılmalıdır. Qovluğun pəncərəsini açan zaman “Shift “ düyməsi basılarsa bələdçi çağırılır. Eyni işi File/ Explore /Fayl /Bələdçi / əmri ilə də görmək olar . Windows –un bələdçisi adi pəncərədən daha geniş imkanlara malikdir.
View | Refresh | Görünüş | Təzələmə | əmri və ya F5 düyməsinin basılması ilə qovluğun məzmunu oxunur. Cari ( kursorla ayrılmış) obyekt haqqında informasiya pəncərənin aşağı hissəsindəki sətirdə əks olunur.Cari qovluğun bütün obyektlərinin ayırmaq lazımdırsa,(1-2 obyekt istisna olmaqla )həmin
1 -2 obyekti maus vasitəsilə ayırmaq və “İnvert selection” əmrini vermək lazımdır. Mausun sağ düyməsinin işarəsi ilə istənilən obyektin komtekst menyusu çağırılır.Müxtəlif obyektlərin kontekst menyusu çağırılır.Müxtəlif obyektlərin kontekst menyusunda müxtəlif əmrlər olur. Obyektlərin nişanlarının yerini dəyişmək üçün ən əlverişli üsul mausun sağ düyməsindən istifadə etməkdir.Bu halda aşağıdakı menyu ekrana çıxır; -Move Here (yerdəyişmə) -Copy Here (surət çıxarma ) -Create Shortcut(s) Here ( yarlıq yaratmaq ) -Cancel ( imtina ) Yarlıq işçi stolda fayla müraciəti sürətləndirmək üçün yaradılır və bu halda faylın özü deyil , nişanı işçi stola köçürülür. Obyektin surətini çıxarmaq üçün qovluğun pəncərəsinin menyusu ayırması və müvafiq mövqe işarələnməlidir.Bu məqsədlə Ctrl+C düymələr kombinasiyasını da yığmaq olar. Obyekti kənarlaşdırmaq üçün qovluğun pəncərəsinin menyusu ayrılmalı və müvafiq mövqe işarələnməsi və ya DEL düyməsi sıxılmalıdır. Yeni qovluq yaratmaq üçün qovluq pəncərəsinin menyusunun File /New /Folder/ Fayl /Yaratmaq /Qovluq əmri verilməlidir.Yuxarıda göstərilən yerinə yetirmək üçün digər üsullarda vardır. İstənilən ekran obyektinin adının dəyişdirilməsi üçün əvvəlcə maus vasitəsilə obyektin nişanına ,sonra isə yazısına işarə verilməlidir.Nişan dərhal yazının redaktə olunması rejiminə keçir.
Windows-dı obyektin adı 255 simvola qədər ola bilər. Window-un örtük vasitələri isə obyektlər üzərində aparılan əməliyyatlardan imtina etmək mümkündür.Bunun üçün qovluğun menyusunun və ya bələdçinin Edit /Undo/ Düzəliş/Təxirəsalma / “← “ düyməsi ilə yerinə yetirmək olar. Bir disketin məzmununun bütövlükdə digər disketə köçürməsi üçün File / Copy Dick / Fayl /Diskin surətinin çıxarılması / adlı kontekst menyusu əmrindən istifadə etmək olar. Bu zaman alınan dioloq cədvəlində ,ilkin məqsədli disk daxildən qurğu seçiləndən sonra Star düyməsi basılır. Disklərdən istifadə etmək üçün onları formalaşdırmaq lazımdır Bundan əlavə diskləri işçi vəziyyətdə saxlamaq üçün müntəzəm olaraq Yenidən formalaşdırmaq lazımdır. Diskin formalaşdırılması üçün File/Format/Fayl/Formatlaşdırma/menyusu və ya kontekst menyunun Format əmri istifadə olunur.Formalaşdırma pəncərəsi üç üsul təqdim edir. Quick (erase)/Diskin başlığının surətli təmizlənməsi /surətli formalaşdırma .Bu üsulla diskinməzmunu silinir. Full – disketin cığır və sektorlarının tamamilə yenidən nişanlanması. Copy System files only /sistem fayllarının köçürülməsi /köçürmənin formalaşdırma olmadan həyata keçirilməsi
5. Sənədlərlə iş. Windows-un köməyi ilə sənədlərin yaradılması və onların üzərində işləmə imkanı vardır.Windows-un mühitində sənəd redaktə olunduqdan sonra,printerdə alınacaq təsvir ekranda təsvir olunur . By what you see is what yo get – dəqiq inikas prinsipi adlanır. wysiwyg-vasitəsilə sənədin ən yüksək poliqrafik səviyyədə keyfiyyətini təmin etmək olar.Bu məqsədlə miqyaslaşdırılan (ölçüsü dəyişdirilə bilən ) şriflərdən istifadə olunur . Sənədlərin redaktə olunması üçün hazırda geniş istifadə olunan mətn prosesoru Microsoft firmasının Word prosesorudur ….Bu mətn prosesoru yüksək imkanlı proqram məhsulu olub ,sənədin yaradılması üçün çox geniş imkanlar açır .Onun köməyi ilə cədvəlləri redaktə etmək ,başlıqlar yaratmaq , orfoqrafiya və qrammatikanı yoxlamaq, poçt göndərişlərinihazırlamaq ,çox saylı fayllardan mürəkkəb sənədlər yazmaq olar.Word 7.0 ilə iş zamanı başlıqlar yazıldıqdan sonra Enter düyməsi iki dəfə basılmalıdır .Bu halda başlıqlar avtomatik olaraq formalaşdırılır. Mətnin simvolları çox böyük və ya çox xırda olduqda View | Zoom | Görünüş / Miqyas / menyusu istifadə edilməklə inikasın miqyası dəyişdirilir. Redaktə zamanı alət panelinin hər hansı düyməsi üzərinə maus kursoru gətirildikdə ,düymənin adı və ekranın aşağısında izahat görünür .Enter düyməsinin hər bir dəfə yığılması yeni abzas əlavə edir.Artıq boş sətirlər Del – düyməsi ilə yox edilir .Cari abzası sonrakı abzasla birləşdirmək üçün cari abzasın sonu kursorla qeyd edilərək Del –düyməsi basılır .Bir abzası iki yerə bölmək üçün Enter -düyməsi lazımı yerdə yığılır.Redaktə zamanı “→”,” ←”,”↓”,”↑ ” düymələrindən istifadə olunur .Səhv simvollar iki üsulla ləğv edilir. Kursor simvoldan sağda olanda Bakspace ,solda olanda Del – düyməsi basılır . Əgər bir neçə sözü və ya sətri ləğv etmək lazımdırsa ,kursor həmin fraqmentin əvvəlinə gətirilir.Shift –düyməsi saxlamaqla ( basılmaqla) Kursor fraqmentin sonuna aparılır və fraqmentin rəngi dəyişilir. Del- düyməsi basıldıqda fraqment ləğv edilir.
Fraqmenti bir yerdən başqa yerə köçürmək üçün aşağıdakı əməliyyat aparılır:
-fraqment ayrılır -shift +del \ və ya ctrl +x , \düymələr kombinasiyası basılır -kursoru fraqmentin köçürüləcəyi yerə köçürmək -shift +ins \ və ya ctrl +v \ düymələr kombinasiyası yazılır və ayrılmış fraqment yeni yerə köçür Əməliyyat zamanı kursoru maus vasitəsilə hərəkətə gətirmək əlverişlidir .Fraqmentin yeni yerdə surətinin çıxarılması üçün aşağıdakı əməliyyat aparılır -fraqmentin ayrılması -ctrl +ins \ və ya ctrl + c düymələr kombinasiyası yığılır -kursoru fraqmentin surətinin göndəriləcəyi yerə köçürmək -shift +ins və ya ctrl + v düymələr kombinasiyası yığılır və surət yeni yerdə yerləşdirilir. Başqa üsulda vardır .fraqmentin maus vasitəsilə “köçürülərək“lazımı yerə köçürülür və bu zaman CTRL düyməsi basılır və saxlanılır. Sənədi mühafizə etmək üçün File \ Save \ Fayl \Mühafizə etmək\ menyusu ilə ctrl + s düymələr kombinasiyasından istifadə edilir. Hazırda faylın yüklənməsi üçün File \ open \ fayl \ açmaq \ menyusu , Ctrl+ o düymələri istifadə edilir və Open dioloq pəncərəsində kursorla tələb olunan faylın adı seçilir . Başqa qaydada həmin əməliyyat aparılır. Mausun kursoru ilə müvafiq nişan ayrılır və iki dəfə işarə verilir və ya Enter düyməsi basılır. Yeni fayl üzərində işə başlamaq üçü File \ view \ fayl \ yaraşmaq menyusuna əmr vermək və ya Ctrl +IV düymələrindən istifadə etmək lazımdır. File \ Print \fayl \Çap və ya Ctrl + p düymələr kombinasiyası sənədin ayrılmış hissəsini printerə çap etməyə imkan verir. File \ Print \ prevew\ Fayl \nəzərdən keçirmək \ menyusu ilə mətnin printerdə necə çap olunacağını dəqiq şəkildə görmək olar
6. Sənədlərin tərtibatı.
Cari abzası yenidən formalaşdırmaq üçün Format / Paraqraph /Format / Abzas / menyusu ayrılır. Əgər bir neçə abzası yenidən formalaşdırmaq lazımdırsa , onların hamısı ayrılmalıdır .
Paraqraph dioloq pəncərəsi abzasın yeni sətirlərarası intervallar , addımların ölçüsü və s dəyişməyə imkan verir.
View / Ruler / Görünüş /Xətt / əmrilə ekrana çıxan abzas xətkeşi abzas sətrinin tənzimlənməsinə xidmət edir. File / Parameters / Fayl / Sətirlərin parametrləri / menyusunun köməyi ilə mətnin kağız üzərində yeri müəyyənləşdirilir.Mətn sətirlərinin ölçüsü Paper size / Kağızın ölçüsü / dioloq pəncərəsində , boş sahələrin ölçüləri / eni / Maqdins / sahə / dioloq pəncərəsində müəyyənləşdirilir. Mətnin qəzet / jurnal sütunları kimi tərtibatı üçün Format / columns / Format / Sütunlar / menyusu istifadə olunur . Mətnlərin işlənməsi üçün lazım olan kontekst axtarışı və əvəzləmə imkanları Microsoft Word – də nəzərdə tutulmuşdur .Bu imkanlar Edit / Find /Düzəliş / tapmaq /menyusu ilə reallaşdırılır. Redaktə olunan mətndə “ örtük “ sözü tapılır . Find dioloq pəncərəsində və Find Next / Növbəti / düyməsi basılır. Find next düyməsinin təkrar yığılması bütün mətn üzrə “örtük “ sözünün tapılmasının təyin edir. Replace / Əvəz et / düyməsi mətndə rast gəlinən bütün “ örtük “ sözlərinin “ proqram örtüyü “ sözü ilə əvəz etməyə imkan verir .
Sənədin tərtibatı şəkillərdə zənginləşdirildikdə keyfiyyət yüksək olur . Ən sadə üsul Word proqramı və Windows sistemi ilə birlikdə verilən şəkillər kolleksiyasından istifadə etməkdi .Şəkili sənədin kazımi yerinə insert / Picture / Yerləşdirmək / Şəkil / menyusunun əmri ilə yerləşdirmək olar .İnsert / Picture dialoq pəncərəsinin köməyi ilə Clouds . Bmp faylı tapılır. Və Ok düyməsi basılır şəkil mətnin lazımi yerində əks olunur Preview / Baxış / düyməsilə şəkil əvvəlcədən nəzərdən keçirilə bilər .Şəkil mətnin digər hissələri kimi yeni qaydada göçürülə, ləğv edilə və sürəti çıxarıla bilər .Şəkili ayırmaq üçün mausdan işarə vermək lazımdır.Ayrılmış şəklin ölçülərini dəyişmək mümkündür.Bunun üçün mausla şəklin “küncündən “ dartmaq lazımdır .Bu halda şəkil mütənasib olaraq böyüyəcəkdir.Şəklin üfüqi tərəfindən v “dartdıqda “ şaquli ölçülər , şaquli tərəfindən dartdıqda üfüqi ölçülər böyüyəcəkdi .Sənədlərin hazırlanması üçün istifadə olunan bütün Windows proqramlarda çap file / Print / Fayl / Çap menyusunun əmri ilə icra olunur.Sənədin bütövlükdə və ya bir hissəsini çap etmək olar .
Windows -un aparat vasitələri ilə aşağıdakı minimal tələbatı vardır. -mikroprosessor 80386 -4 Mbayt yaddaş -30 -40 Mbayt sərbəst yaddaş ( möhkəm disk üzərində ) -maus
Əgər Windows komputerdə tam əməliyyat sistemi kimi yerləşdirilərsə ( Ms Dos –iştirak etmədən ),onda komputeri Windows komplektinin Boot Disk Disketindən yükləmək lazımdır.Ms Dos la birlikdə Windows – u yükləmək üçün Setup . Exe faylı əl ilə işə salmalıdır.Bu fayl 1 –ci diskdə və ya distributun CD –ROM da ola bilər. Windows –un qurulması / yüklənməsi / proqramı Wizard | usta | firmasında həyata keçirilir.Wizard prosesi bir neçə addıma bölür.Və həmin sadə addımların hər birinə qayıtmaq nəzərdə tutulur.Hər addımda dioloq pəncərəsində zəruri şərhlər verilir.Addım əlverişlidirsə ,Next / Sonda /düyməsi basılır.Əvvəlki addıma qayıtmaq üçün Back / Geri / düyməsi , işi yarıda saxlamaq üçün Cancel / imtina | düyməsi basılır. Windows interfeysinin sazlanması üçün Control Panel –nin ( idarə etmə paneli)
vasitələri geniş imkan verir.
Control Panelin –in vasitələrinin funksiyaları: 1.xüsusi imkanlar → hiss üzvləri pozuntuları olan istifadəçilər üçün nəzərdə tutulur. 2.Add New Hairdware → avadanlıqları n qruplaşdırılması 3.Add / Remove Programs →proqramların qurulması və kənar edilməsi 4.Date / Time → tarix və vaxt 5.Display →ekran 6.Fonts →şriflər 7.Keybord→klviatura 8.Mail and Fax →poçta və faks 9.Modems →modemı 10.Mouse →maus 11.Multimedia →multimedia .Səs ,vidio , musiqi alətlərinin interfeysi vasitələri 12.Network →şəbəkə 13.Passwords →parollar 14.Power→qidalanma 15.Printers →printerlər 16.Regional settings →dillər və standartlar 17.Sounds →səslər və s
Əməliyyat sistemləri
Əməliyyat sistemi (en. Operating System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasıni təmin edən proqramlar toplusundan ibarətdir.
Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir.
Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır.
Funksiyaları
- Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi
- Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilmasi
- Kompüterin əməli yaddaşının idarə edilməsi
- Kompüterin sabit yaddaşının idarə edilməsi
- İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradılması
- Bir neçə əməliyyatın parallel olaraq yerinə yetirilməsi
- Proseslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması
- Kompyuterlər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması(şəbəkə)
- Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci şəxsin əlnə keçməsinin qarşısının alınması
- Qoşulmaların idarə edilməsi
Əməliyyat sistemlərinin təsnifatı
- sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;
- sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;
- prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
- prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli, 32 – mərtəbəli, 64 – mərtəbəli;
- interfeysin tipinə görə: əmrli və obyektyönlü;
- informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı;
- resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.
Növləri
Kompyuterlərdə bir neçə tip əməliyyat sistemlərindən istifadə edirlər: UNİX, DOS, MS DOS, OS/2, Windows 9x, Windows 95/98/Me/2000/XP/Vista/7. Fərdi kompüterlərdə əsasən Windows 9x (1995-ci ildə yaradimışdır) əməliyyat sistemi proqram təminatından geniş istifadə olunur. Windows 9x çoxməsələli əməliyyat sistemi olub, qrafiki pəncərə istifadəçi interfeysinə malikdir.
- MSDOS(QDOS) əsasında: Microsoft Windows(+1993 Windows NT 3.1, NT 3.5, Windows 95, NT 3.51, NT 4.0, Windows 98, Windows 2000, Windows ME, Windows XP, Windows Server 2003, Windows Vista. )
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©atelim.com 2016
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.