Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanununa aid 22 TEST və CAVABLARI
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı üçün ciddi addımlar atılıb, söz, fikir azadlığının təmin olunması istiqamətində əsaslı nailiyyətlər əldə edilib. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi media sektorunun inkişafını sürətləndirdi. Bu addım Azərbaycan jurnalistlərinin həvəslənməsi, peşələrinə daha sıx bağlanması ilə nəticələndi. Jurnalistlərin fərqlənməsi, onların əməyinin qiymətləndirilməsi gənc nəsil jurnalistlərinin ruhlanması və daha səmərəli çalışmasına xüsusi töhfə verdi. Fond fəaliyyəti dövründə fikir, söz və məlumat azadlıqlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməklə bu sahəni daha da inkişaf etdirdi.
Mlumat azadlığı haqqında
��� Mətbuat azadlığı haqqında azad düşüncə
��� Yaşı 135-i haqlasa da Azərbaycan mətbuatının müstəqilliyinin və azadlığının ömrü elə də uzun deyil . 1991-ci ildə imperiya rejiminin əsarətindən qurtulub xalqımızın uzun illər həsrətində olduğu müstəqil dövlətçiliyimizə qərar veriləndə, insanların söz azadlığı haqqına nə kommunist rejimindən qalan hakimiyyət, nə də azadlığı bütün nemətləri ilə vəd edib iqtidara yiyələnən “müstəqillik mücahidləri” hökm çıxarmağa tələsmədilər. Səbəb bəlli idi . Həmin illərdə milli azadlıq hərəkatının ən kəskin və güclü silahı söz idi . Onu azadlığa buraxmaq , uğrunda vuruşduqları hakimiyyətə şərikin vətəndaşlıq hüququnu tanımaq kimi bir şey idi .
��� Lakin xalqı, milləti və dövləti üçün azadlıq qazanmaq savaşında təcrübəsi olan mətbuat özünə azadlıq qazanmaq mübarizəsindən bir addım belə geri çəkilmədi. 1993-cü ildə azad , ancaq başı bəlalar içində olan müstəqil Azərbaycanda çevrilişlərin xronikası davam etməkdə ik ən, ölkənin dövlətçiliyini qorumaq və xilas etmək kimi mühüm vəzifə qarşıya çıxanda milli maraqları və mənafeyi üstün tutan milli mətbuat orqanları bu mübarizəni arxa plana keçirdilər.
��� Təkcə postsovet məkanında deyil , bütün dünyada mahir və uzaqgörən siyasətçi kimi tanınan ümummilli lider Heydər Əliyevin xalqın təkid və tələbilə hakimiyyətə qayıdışı ölkədaxili çəkişmələrə, xaos və anarxiyaya son verdi . Bu isə az vaxt istəmədi. Azərbaycanda güclü dövlətçiliyin olmasını istəməyən qüvvələr bütün vasitələrlə quruculuq prosesinə mane olmağa çalışırdılar. Etiraf etmək lazımdır ki , bu məqamlarda dağıdıcı qüvvələrin maraqlarına uyğun fəaliyyət göstərən mətbu orqanlar da az deyildi . Lakin milli mənafeyi və milli maraqları üstün tutan kütləvi informasiya vasitələri bu məqamlarda üzərlərinə düşən məsuliyyəti dərk edir və ən doğru yolu – xalqa səhih, düzgün və qərəzsiz informasiya verməyə çalışırdılar.
��� Ölkədə siyasi gərginliyin zaman-zaman sabitliklə əvəz olunmasına baxmayaraq , Azərbaycan artıq eyni vaxtda üç mühüm vəzifəni yerinə yetirmək zəruriyyəti qarşısında qalmışdı: dövlətçiliyi qurmaq , demokratik institutları yaratmaq və bazar iqtisadiyyatını formalaşdırmaq. İnkişaf etmiş ölkələrdə buna bir neçə onillikl ərdən iki yüzilliyə qədər vaxt sərf olunmuşdur . Azərbaycana isə bu qədər vaxtda daha böyük işlər görmək lazım gələcəkdi.
� �� 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi və müstəqil dövlətimizin bu ali sənədi ölkəmizdə demokratik quruluşa və vətəndaş cəmiyyətinin bərqərar edilməsinə təminat verməklə, “hər kəsin fikir və söz azadlığını, məlumat azadlığını və kütləvi informasiya azadlığını” da rəsmən bəyan etdi . Bununla da cəmiyyətin, kütləvi informasiya vasitələrinin hər hansı hakimiyyətdən və şəxsiyyətdən asılılığı aradan qalxdı. Çünki , Konstitusiyamızın mühüm cəhətlərindən biri ondan ibarətdir ki , digər qanunvericilik aktlarına münasibətdə, Konstitusiya normaları, onların aliliyi birbaşa t əsir gücünə malikdir .
��� Nə qədər qəribə olsa da bu , Azərbaycan mətbuatının yalnız hüquqi müstəvidə qazandığı azadlıq idi və senzura ləğv olunmayana qədər, söz azadlığının hər hansı formada bərqərar olmasına kimsəni inandırmaq mümkün deyildi . Ulu öndər yaxşı bilirdi ki , Azərbaycan demokratik ölkə anlamına dövlət başçısının demokratik şəxs olması ilə gəlmir. Ölkənin demokratik quruluşunu , cəmiyyətin demokratik dəyərlərə söykənərək yaşamasını qanunların demokratiya üçün verdiyi imkanlar müəyyənləşdirir. Milli Konstitusiyamızın qəbulundan üç il sonra – 1998-ci il avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycan Respublikasında söz , fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı söz və mətbuat azadlığını rəsmən pasportlaşd ırdı. Bu , insanların Azərbaycan respublikasında əzəli haqqının tanınması ilə yanaşı, həm də azad mətbuatın qarşısındakı geniş imkanlara bir qapı açdı.
��� Bir neçə il sonra , Azərbaycan milli mətbuatının 125 illiyində ümummilli lider Heydər Əliyev jurnalistlərlə görüşündə, verdiyi qərarların məramını açıqlayaraq deyir : ” Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq verməkdir. Söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir. Sözlər deyil , bu mənim geniş siyasətimin bir hissəsidir”.
��� Çox az bir zamanda bu siyasətin davamı özünü “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə göstərdi. Təbii ki , bu qanun artıq ölkədə demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına və formalaşmasına təsir göstərən qanunlardan oldu . Burada artıq mətbuat azadlığı və jurnalistlərin öz mövqeyini qorumaq hüququ çox dəqiq əksini tapır. Digər tərəfdən “KİV haqqında” Qanun artıq başqa hüquq və azadlıqlardan asılı olmayaraq , mətbuat azadlığının hüquqi mexanizmini yaratdı. Bu da redaksiyalara və jurnalistlərə müstəqil peşəkar fəaliyyət üçün geniş imkanlar açdı. Məhz bu Qanun 1999-cu il dekabrın 7-d ə qəbul edildikdən sonra Azərbaycanda xüsusilə mətbu nəşrlərin sayı sürətlə artmağa başladı. Təbii, bura XX əsrin sonu və XXI əsrin əvvəllərində KİV-in maddi-texniki bazasının gücləndirilməsi, söz , fikir və mətbuat azadlığının imkanlarını genişləndirmək üçün dövlət başçısının verdiyi sərəncam və fərmanları da əlavə etsək, bütövlükdə mətbu nəşrlərin artımnın səbəbi daha aydın görünər.
��� Şübhə yoxdur ki , Azərbaycanda KİV-in inkişafı və formalaşması bütövlükdə dövlət sisteminin demokratikləşməsi və plüralizmləşməsi ilə yanaşı getmişdir . Nahaq deyil ki , bu gün informasiya baxımından Azərbaycan regionun ən açıq ölkələrindən sayılır. KİV sürətlə inkişaf edir , kommunikasiya proseslərinin intensivliyi artır. Masmedia insan və cəmiyyət həyatında daha böyük əhəmiyyət daşıyır, sosial proseslərə və eləcə də insan həyatına fəal təsir göstərməyə başlayır.
��� Mətbuat informasiya çatdırmaqdan daha çox sosial nəzarət sisteminə çevrilir . Bu günün gerçəkliyi ondan ibarətdir ki , kütləvi mətbuat orqanları müxalifətin də, hökumətin də, ayrı-ayrı yüksək çinli məmurların da fəaliyyətləri haqqında kifayət qədər tənqidi materiallar dərc edirlər. Ulu öndər azad Azərbaycan mətbuatını perspektivdə məhz belə görmək arzusunda idi : “Mətbuat, ya müstəqil mətbuat, yaxud da müxalifət mətbuatı, təbiidir ki , cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid etməklə həm iqtidara , həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə kömək etməlidir “.
��� Bütün bunlara baxmayaraq , bu gün demək olarmı ki , Azərbaycanda KİV – bütövlükdə söz azadlığına və seçim azadlığına nail olub ? KİV təkcə ümumdövlət səviyyəsində birbaşa ümumdövlət maraqlarına toxunaraq işləmir, həm də regional , şəhər və hətta şəxsi səviyyələrdə də çalışır. Buradan görünür ki , KİV-in azadlığı sonsuza qədər genişlənir. Lakin gəlin etiraf edək ki , bu gün KİV-də azadlıqla cavabdehlik arasında çox böyük uçurum var . Məhz ona görə, cəmiyyətdə jurnalistlərin söz və mətbuat azadlığından sui-istifadə haqqında ən müxtəlif fikirlər dolaşmaqdadır. Bu sui-istifadə halları aşağı və orta hakimiyyət nümayəndələrini öz aralarında bu qərara gətirib ki , onlar üçün arzu olunmayan informasiyanın yayılmasının qarşısını almaq üçün jurnalistləri təqib etməyin məhkəmə metodlarından istifadə etsinlər.
��� Əslində ” söz azadlığından sui-istifadə” anlayışının özü hüquqi yox , siyasi kateqoriyadır. Azadlıq ya var , ya heç yoxdur . Əgər söz azadlığından cəmiyyətin ziyanına istifadə olunarsa , onda buna günahkar söz azadlığı yox , konkret insanlar , şəxslərdir.
��� Axı qanunda hər şey xırdalıqlarına qədər yazıla bilməz. Bunun üçün mənəvi qadağalar , etik çərçivələr var . Bunlar qorunmursa , onlara əməl olunmursa söz dəyərini, peşə hörmətini itirir . Axı biz peşəkarların söz azadlığı hüquqi məsələsində sadə insanlardan elə bir fərqimiz yoxdur . Fərq sözün ifadəsində aydınlaşır. Biz onu peşəkarlıqla, etika çərçivəsində, faktın gerçəkliyini yoxlayıb deyirik , sadə, qeyri peşəkar isə onu düşüncəsinə uyğun səviyyədə ifadə edir .
��� Xatırlatmaq yerinə düşər, 90-cı illərin əvvəllərində auditoriya uğrunda mübarizədə bəzi mətbu orqanlarımız müdafiəsiz qalmış milli-mənəvi dəyərlər üzərində bir-birinin ardınca “qələbələr” qazanırdılar. Qara piarın qarşısında həqiqət aciz idi . Söz və informasiya azadlığı çox tez-tez indulgensiya kimi istifadə olunaraq öz əhəmiyyətini itirirdi .
��� KİV ümumiyyətlə bu gün nə çap etməlidir? Bu çox mürəkkəb sualdır. Ekspertlər bəzən belə qənaətə gəlirlər ki , bu gün informasiya yayan , keyfiyyətli mətbuatın “saralması” tendensiyası müşahidə olunur . Real faktların, gerçək hadisələrin işıqlandırılmasından daha çox mətbuat “psevdofaktların” ətraflı təsviri ilə məşğuldur. Bu ” psevdofaktlar ” üçün yeganə əsas isə ya şaiyələrdir, ya da jurnalistin özünün son dərəcə subyektivləşdirilmiş baxışı.
��� Unutmaq olmaz ki , informasiya axını ictimai proseslərin idarə edilməsində, elə bir qüvvədir ki , ondan hakimiyyətdə olanlar da , siyasi hakimiyyətə yiyələnmək istəyənlər də yararlanmağa çalışırlar. Bununla yanaşı biznesin qanunları informasiyaların istehsalı, işlənməsi, qorunması və yayılmasında öz qaydalarını və normalarını diktə edirlər. Siyasi proseslər mürəkkəbləşdikcə KİV-ə sosial sifarişlərin ötürülmə prosesi də mürəkkəbləşir.
��� Doğrudur , dünyanın bütün demokratik ölkələri kimi , Azərbaycanda da birbaşa diktatlıq və senzura artıq keçmişdə qalıb. Lakin unutmaq olmaz ki , bu günün özündə belə müxtəlif siyasi qüvvələr və biznes nümayəndələri ictimai rəyə nəzarət etmək naminə KİV-i çox ustalıqla manipulyasiya edirlər.
��� Adətən belə iddia edirlər ki , kütləvi informasiya vasitələrinin redaktorları tamamilə sərbəst hərəkət edirlər. “Mətbuatın sosial məsuliyyətlilik konsepsiyasına uyğun olaraq ” “xalqın və demokratiyanın maraqlarından çıxış edirlər”. Ancaq bir reallığı da nəzərə almaq lazımdır ki , mülkiyyət forması mətbu orqanın məzmununa və fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu gün azad KİV-in əsas problemi iqtisadi sferadadır. Mətbuat sponsorların, biznes adamlarının və ya siyasi qüvvələrin hesabına yaşamağa başlayanda , şübhəsiz, deformasiyaya uğramağa başlayır. Ona görə də bəzi mətbuat orqanları insanların, cəmiyyətin sosial və informasiya marağını nəzərə almadan siyasi və biznes dairələrinə xidmət edirlər. Rus yazarı Sergey Kovalyov bunu özünəməxsus şəkildə belə ifadə edir : “Jurnalistlər və kütləvi informasiya vasitələri azaddırlar, ancaq müstəqil deyillər”. Əgər söz azadlığı pərdəsi altında həqiqətə oxşayan bir şey demək və yazmaq nəzərdə tutulursa , bu , əsla belədir.
��� Təbii ki , qeydlərimizdə söz və mətbuat azadlığının daha çox narahatlıq doğuran müəyyən problemlərinə toxunduq . Bu istiqamətdə mövcud olan təkcə problemlər deyil , bütövlükdə 135 yaşlı mətbuatın azadlıq dünyasında ulularımızın ruhunu sevindirən uğurlarımız da az deyil . Strateji istiqamətlərdən biri pozitiv qüvvələrin birləşməsidir ki , artıq bu istiqamətdə Azərbaycan mediasında müəyyən addımlar atılıb. Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondu , Teleradio Şurası və digər jurnalist təşkilatları söz və kütləvi informasiya azadlığının verdiyi imkanların bütövlükdə Azərbaycanda demokratik dəyərlərin qorunması, vətəndaş cəmiyyətinin formala şması və insan hüquq və azadlıqlarının müdafiəsinə yönəltməyə və Azərbaycan mətbuatının problemlərini həll etməyə səy göstərirlər.
��� Biz jurnalistlərə isə həqiqət hissini , məşhur rus filosofu İvan İlinin dediyi kimi , – ” göz bəbəyi kimi qorumaq lazımdır. Özümüzdən və insanlardan həqiqət hüququmuzun olduğunu tələb etməliyik, yoxsa həqiqət hissi olmadan biz yalançını tanımarıq, həqiqətə h üquqsuz isə biz istənilən haqqı, istənilən əqidəni, hər hansı sübutu və həyatda nə varsa hamısını məhv edərik”.
��� Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
�� Xalq qəzeti.- 2010.- 30 iyun.- S. 5.
Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanununa aid 22 TEST və CAVABLARI
1. Məlumat azadlığı Azərbaycan Respublikasının Konstitusiyasının neçənci maddəsində təsbit olunmuşdur?
A) 50-ci maddəsində
B) 57-ci maddəsində
C) 94-cü maddəsində
D) 55-ci maddəsində
2. Azərbaycan Respublikası Konstitusiyasına əsasən kimlərin və hansı məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır?
A) hər bir şəxsin
B) hər bir şəxsin
C) hər kəsin
D) Hamının
3. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kimlərin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır?
A) hər bir şəxsin
B) hər bir şəxsin
C) hər kəsin
D) hər bir vətəndaşın
4. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının həyata keçirilməsi nəyə səbəb olmamalıdır?
A) heç kəsin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalı
B) fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalı
C) fiziki və hüquqi şəxslərin hüquq və qanuni maraqlarının pozulmasına səbəb olmamalı
D) vətəndaşların hüquq və mənafelərinin pozulmasına səbəb olmamalı
5. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanun hansı məsələləri tənzimləyir?
A) məlumat azadlığının həyata keçirilməsi sahəsində dövlətlə vətəndaş arasında yaranan münasibətləri tənzimləyir
B) məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir
C) məlumat azadlığının müəyyən edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir
D) məlumat azadlığının inkişaf etdirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir
6. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat münasibətlərinin subyektləri kimlərdir?
A) Dövlət orqanlarının və bələdiyyələrin
B) Fiziki və hüquqi şəxslərin
C) Hər bir vətəndaşın
D) Hər bir şəxsin
7. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının məhdudlaşdırılmasına hansı hallarda yol verilir?
A) Bu Qanunda nəzərdə tutulmuş hallarda yol verilir.
B) Beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir.
C) Azərbaycan Respublikasının Konstitusiyasında və qanunda nəzərdə tutulmuş hallarda yol verilir.
D) Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir.
8. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığından istifadə edilmə qaydası hansı qanunvericilik aktı ilə müəyyən edilir?
A) Azərbaycan Respublikasının Konstitusiyası ilə
B) Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə
C) Yalnız Azərbaycan Respublikasının Qanunları ilə
D) Bu Qanunla
9. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının həyata keçirilməsinin neçə əsas prinsipi müəyyənləşdirilmişdir?
A) 5
B) 4
C) 6
D) 3
10. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən deyil?
A) məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı
B) məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi
C) məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi
D) hər bir vətəndaşın əldə etdiyi məlumatların qorunması
11. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən deyil?
A) hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması
B) şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması
C) məlumat azadlığının təmin edilməsi
D) məlumatın ədalətliliyi, tamlığı və düzgünlüyü
12. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın əldə edilməsi hansı yollarla təmin edilmir?
A) dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə
B) kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməsi ilə
C) normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə
D) vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə
13. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansılar məlumat mənbələri hesab edilmir?
A) qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar
B) kütləvi informasiya vasitələrinin məlumatları
C) məzmunundan və formasından, əldə edilmə üsulundan asılı olmayaraq əldə edilmiş sənədlər və başqa daşıyıcılar
D) açıq çıxışlar
14. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat əldə edilməsi qaydasına görə neçə yerə bölünür?
A) 2
B) 3
C) 5
D) 4
15. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın əldə edilməsi hansı necə həyata keçirilir?
A) bu qanunla müəyyən edilmiş qaydada və üsullarla
B) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla
C) Konstitusiya ilə müəyyən edilmiş qaydada və üsullarla
D) beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada və üsullarla
16. Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər hansı qanunvericiliyə uyğun olaraq tənzimlənir?
A) mülki qanunvericiliklə
B) müvafiq qanunvericiliklə
C) dövlət sirri haqqında qanunvericiliklə
D) Konstitusiya ilə
17. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın verilməsi barədə müqavilə hansı qanunvericiliyə uyğun bağlanır?
A) mülki
B) inzibati
C) beynəlxalq
D) müvafiq
18. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın verilməməsi barədə kimlərə şikayət edilməsi nəzərdə tutulmamışdır?
A) Azərbaycan Respublikasının İnformasiya məsələləri üzrə müvəkkilinə
B) məlumat sahibinin yuxarı orqanına
C) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)
D) məhkəməyə
19. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi kimin üzərinə düşür?
A) məlumat sahibinin
B) iddiaçının
C) cavabdehin
D) dövlət orqanın
20. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsiyyət barədə məlumatlara aiddir?
A) şəxsiyyət haqqında açıq elan edilmiş xəbər
B) şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər
C) şəxsiyyət haqqında sənədləşdirilmiş xəbər
D) vətəndaş haqqında açıq elan edilmiş xəbər
21. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsiyyət haqqında hansı məlumatlar və hansı halda dövlət orqanları tərəfindən toplana bilər?
A) şəxsiyyətin şəxsi və ailə həyatı barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə
B) şəxsiyyətin lazım bildiyi məlumatlar yalnız onun tərəfindən könüllü təqdim edildikdə
C) şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə
D) şəxsiyyət haqqında məlumatlar yalnız onun tərəfindən könüllü təqdim edildikdə
22. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanun nə vaxt qəbul edilmişdir?
A) 19 iyun 1998-ci il
B) 19 iyun 1997-ci il
C) 29 iyun 1998-ci il
D) 19 iyul 1998-ci il
CAVABLAR
1. A
2. C
3. C
4. B
5. B
6. B
7. D
8. B
9. C
10. D
11. D
12. B
13. C
14. A
15. B
16. B
17. A
18. A
19. C
20. B
21. C
22. A
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Bunu Azərbaycanda yaşayan hər bir azərbaycanlı bilir. Təhsilindən, savadından, peşəsindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir. Təbii ki, bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına səbəb olub.
Azərbaycanda azad sözün təməli – Heydər Əliyev siyasəti
Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması ümummilli lider Heydər Əliyevin səyi nəticəsində başa gəlib. Bu, danılmaz bir faktdır. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi.
Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk növbədə bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılmasına çalışdı və ciddi addımlar atdı. Müstəqillik qazanan Azərbaycanda xaos, özbaşınalıq hökm sürdüyü halda Azərbaycanı qısa müddətdə müstəqilliyini itirməkdən qurtaran Heydər Əliyev ölkənin inkişafı ilə yanaşı, müstəqil fikir, söz azadlığı, insan hüquqlarının qorunması istiqamətində də ardıcıl addımlar atdı və bu addımlar tez bir zamanda bəhrəsini verdi. Ulu öndərin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, həmçinin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaratdı. 2000-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoydu. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi də kütləvi informasiya vasitələrini cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevirdi. Dövlət başçısının 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı. Ümummilli liderin söz və mətbuat azadlığının təmin olunması istiqamətində atdığı ən mühüm və tarixi addım senzuranın ləğv edilməsi ilə bağlı oldu. Senzuranın ləğvi Azərbaycanda söz azadlığına möhtəşəm təkan verdi. Müstəqil media orqanlarının təsis edilməsinə törədilən əngəllərin aradan qaldırılması bu sahədə əməlli-başlı dirçəlişə səbəb oldu. Nəticədə Azərbaycanda söz və mətbuat azadlığı hər gün sürətlə inkişaf etdi.
Bu gün demək olar ki, Azərbaycan mətbuatının inkişafı ilə bağlı heç bir problem yoxdur.
Azərbaycanın söz azadlığı və 10 yaşlı KİVDF
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı üçün ciddi addımlar atılıb, söz, fikir azadlığının təmin olunması istiqamətində əsaslı nailiyyətlər əldə edilib. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi media sektorunun inkişafını sürətləndirdi. Bu addım Azərbaycan jurnalistlərinin həvəslənməsi, peşələrinə daha sıx bağlanması ilə nəticələndi. Jurnalistlərin fərqlənməsi, onların əməyinin qiymətləndirilməsi gənc nəsil jurnalistlərinin ruhlanması və daha səmərəli çalışmasına xüsusi töhfə verdi. Fond fəaliyyəti dövründə fikir, söz və məlumat azadlıqlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməklə bu sahəni daha da inkişaf etdirdi.
2009-cu ildə yaradılmış adıçəkilən fond Azərbaycan mediasının inkişafında böyük rol oynayıb. Fonda hazırkı dövrə qədər dövlət büdcəsindən ayrılan vəsaitlərlə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Fondun ən uğurlu layihələrindən biri peşəkar jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması və ictimai fikrə təsir edə biləcək media qurumlarına maliyyə yardımı verməsidir. Bu layihələr nəticəsində ağır mənzil şəraitində yaşayan yüzlərlə peşəkar jurnalist təmirli və yüksək keyfiyyətli mənzillə təmin edildi və çapını dayandırmaq üzrə olan media orqanlarına maliyyə yardımı edilərək onların peşəkarlıq səviyyəsinin daha da artırılmasına şərait yaradıldı. Hətta bu layihələrin reallaşması ağır maddi vəziyyətdə yaşayıb-yaradan və bu durumdan əziyyət çəkdiyi üçün jurnalistikadan getmək istəyən bəzi peşəkar jurnalistlərin fəaliyyətini davam etdirməsinnə şərait yaratdı.
KİVDF dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayırır.
Bu gün artıq KİVDF-nin yaranmasından 10 il ötür. Bu qurumun 10 il ərzində gördüyü işlər, Azərbaycanda söz və fikir azadlığının təmin olunmasındakı xidmətləri həqiqətən danılmazdır. Qurumun təkcə ölkə mediasında çalışan insanların problemlərini vaxtında qabartması, onların sosial problemlərinin həllinə dəstək verməsi faktı Azərbaycan jurnalistikasına, fikir və söz azadlığına ən böyük töhfələrdəndir.
Azərbaycanda söz azadlığı modeli
Artıq indi Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Artıq kütləvi informasiya vasitələri də məhz bu imkanlardan yararlanaraq öz müstəqil, azad fəaliyyətlərini davam etdirir, dövlətçilik, milli maraqlar prizmasından çıxış edirlər.
Comments are closed, but trackbacks and pingbacks are open.