Press "Enter" to skip to content

Знаменитые учителя Карабаха – Мамед Аслан

Türkiyədə “kutlu doğum” həftəsi.

Kəlbəcərin özü olan şair

Dünən səhərimizi xoş olmayan xəbərlə açdıq – şair Məmməd Aslan dünyasını dəyişdi. İnternet səhifələrindən ilk oxuduğum xəbərlər də şairin ölümü ilə bağlı idi. “Məmməd Aslan itkisi yalnız Məmməd Aslan itkisi demək deyil. Kəlbəcərsiz günlərimizdə bizim üçün o, bir Kəlbəcər idi. Başdan-ayağa Kəlbəcər. Anadan necə doğulmuşdusa, eləcə də qalmışdı. Bizi Kəlbəcərsiz qoydu! Kəlbəcəri yenidən itirdik!”,- deyə Modern.az saytının baş redaktoru Elşad Eyvazlı yazır.

Onun haqqında yalnız xoş sözlərlə danışırlar. Onunla bağlı hamının yalnız xoş xatirəsi var. Bütün həyatı ədəbiyyatla, poeziya ilə bağlı olan bu insanın bircə qarışqanı əzə bilməyəcək qədər zərif ürəyinin olduğunu deyirlər. “Təbiətə, insanlara qarşı həssaslıqla, xeyirxahlıqla çırpınan bir qəlb sahibi yalnız bu qədər həssas və xeyirxah ola bilərdi” – söyləyirlər.

Məmməd Aslanın poeziyası gözəllikdən yoğrulmuşdu. Təbiətin gözəlliklərindən – dağların əzəmətindən, sərin sulu bulaqların saflığından, yamyaşıl meşələrdən, güllü çəmənlərdən rəng almışdı. Sonra bu şeirlər insanların qəlbinə axmışdı.
“Ulduz”, “Azərbaycan təbiəti” jurnallarından, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyalarından, “Yazıçı” nəşriyyatından, Azərbaycan Televiziyasından. keçən ömür yolunda həmçinin neçə-neçə kitabların müəllifi kimi yaşamaq, xalqın sevimlisi olmaq haqqı yer aldı.

Sözünün əvvəli də, axırı da Kəlbəcər idi Məmməd Aslanın. “Heç yuxumdan çıxmır, gözlərimin önündən getmir” deyirdi: “Şuşa Qarabağın üzük qaşıdır” deyirlər. Özü də bir qayanın başında yerləşir. Kəlbəcərdə 5 min elə qaya üstü var idi. 550 Turş su bulağı qaynayıb axırdı, altında qızıl mədənləri vardı Kəlbəcərin, zəngin mineralları, inşaat materialları vardı. Kəlbəcər mənim üçün bir özgə dünya, bir özgə aləm, bir özgə həsrətdir. Kəlbəcər təkcə sərvəti ilə, təbiəti ilə deyil, insanı ilə də gözlərimin önündədir. Sücayət vardı, Bəhmən vardı, Dədə Şəmşir vardı, heç biri gözlərimin önündən getmir. Aşıq şeirimizin ustadı Ələsgərin şeirlərinin 90 faizindən çoxu Kəlbəcərdə maya tutub. Kəlbəcər mənim üçün abır-həya, ismət örnəyi kimi qalıb”. Şair bir şeirində: “O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər. ” – deyə yazmışdı.

Zövqü gözəl söz adamı

Məmməd Aslanın vəfatı xəbərindən kədərlənən qələm dostları şairlə bağlı xatirələrində də onun Kəlbəcər həsrətindən danışdılar.
Xalq şairi Sabir Rüstəmxanlı dedi ki, Məmməd Aslanı tələbəlik illərindən, Bakıya ilk gəldiyi günlərdən tanıyır: “O, bizə Yazıçılar İttifaqında, institutda oxuduğumuz illərdə şeirlər oxuyurdu. Kəlbəcərdə yaşayanda biz onunla məktublaşırdıq. Sonra Bakıya köçüb gəldi və burada da dostluğumuz davam elədi. Kəlbəcərin bütün təbiət gözəllikləri onun şeirlərində əks olunmuşdu”. Kəlbəcərdə Aşıq Şəmşirin, Məmməd Aslanın şeirlərini dinlədiklərini deyən Sabir Rüstəmxanlı oradan Göyçəyə keçib getdiklərini, Aşıq Ələsgərin yurdunu gəzdiklərini xatırlayır: “Şeir bayramlarımız olmuşdu. Kəlbəcər sonra düşmən işğalında qaldı. Biz ondan sonra Yardımlıya bərabər getdik. Məmməd Aslan Kəlbəcər dağlarında itirdiklərini Yardımlı dağlarında tapırdı. Məmməd son dərəcə zövqü gözəl söz adamı idi”. Sabir Rüstəmxanlı qələm dostunu Azərbaycanın böyük şairlərindən biri, mükəmməl qələm sahibi adlandırır: “Onun publisistikası da, uşaq şeirləri də – qələmindən nə çıxırdısa, hamısı dəyərli idi. O, dilimizi sevirdi. Azərbaycan türkcəsini onun qədər mükəmməl bilən ikinci adam tapmaq çətin idi. Onun televiziyada hazırladığı uşaq verilişləri bütün evlərdə sevilirdi. Məmməd Aslan əslində Azərbaycan televiziyasında bir məktəb yaratdı. Əvvəlcə Kəlbəcər onun əlindən çıxdı, sonra televiziyadakı həmin verilişini əlindən aldılar. O, bir növ yetimləşdi”. Sabir Rüstəmxanlının fikrincə, Kəlbəcər düşmən əlində olmasaydı, Məmməd Aslan bəlkə 15 il bundan sonra da yaşayardı: “Dağlar gedəndən sonra o, bir növ yetim qaldı. Sumqayıtda binanın 5-ci mərtəbəsində yaşayırdı. Ağrıyan ayaqları ilə həmin mərtəbədəki mənzilinə çıxmaq onun üçün çətin idi. Ağır şərtlər bir növ onun həyatını qısaltdı”.

Sabir Rüstəmxanlının sözlərinə görə, Məmməd Aslanın “Ərzurumun gədiyinə varanda” kitabı Azərbaycanla Türkiyə arasında körpü yaradan nəşrdir: “Bu kitab həm Türkiyədə, həm də ölkəmizdə böyük oxucu kütləsi cəlb etmişdi. O, Türkiyəyə gedən ilk şairlərdən biri idi. Onun ardınca da Türkiyədən Azərbaycana böyük bir ziyalı dəstəsi gəlmişdi. Məmməd Aslan şərəfli bir ziyalı və şair həyatı yaşadı və haqq dünyasına qovuşdu. Təəssüf ki, o, Kəlbəcər torpağında deyil, Abşeron torpağında dəfn olundu”.

Təbiəti duyan şair

“Məmməd Aslanla həmişə aramızda yaxşı münasibət olub” – deyən tanınmış yazıçı Seyran Səxavət mərhumla bağlı bir xatirəsini dilə gətirdi: “1979-cu il idi. Novruz bayramı axşamı keçmiş Lenin adına muzeyin yanından keçirdim. Birdən Məmməd Aslanın trolleybusa mindiyini gördüm. Üzü Qaraşəhərə tərəf gedirdi. Trolleybusun dalıyca qaçdım. Növbəti dayanacağa təxminən trolleybusla eyni vaxtda çatdım. Tələsik trolleybusa minərək Məmməd Aslanı aşağı düşürdüm. “Məmməd, hara gedirsən?” – deyə soruşanda: “Nə bilim, gedirəm də” – deyə cavab verdi. “Amma mən bilirəm, bir yer var, ora gedə bilərik” – dedim. “Hara?” – deyə soruşanda: “Bu gün bayram axşamıdır, bizə gedək” – dedim. O zaman Məmməd Aslan tək yaşayırdı. Mənsə onda Yuxarı Dağlı küçəsində yaşayırdım. Məmməd Aslanı evimizə gətirdim. Mən, yoldaşım və Məmməd Aslan Novruz bayramı axşamını bir yerdə keçirdik. Ağzının dadını bilən adam idi. Bir xasiyyəti var idi: süfrəyə yeməyə nə qoyurdunsa: “Tamah güc gələcək yeyəcəyəm, amma bilirəm, bu, məni öldürəcək” – deyirdi. Amma belə deyə-deyə, maşallah, 76 il yaşadı”.

Seyran Səxavət deyir ki, Məmməd Aslan Azərbaycanın gözəl şairlərindən biri idi – təmiz, saf: “Dilimiz uğrunda da həmişə mübarizə aparan möhtəşəm kəlbəcərli balası idi. Məmməd Aslan ədəbiyyatımızda elə Kəlbəcər boyda yer tuturdu”.
Tənqidçi Vaqif Yusifli də Məmməd Aslanı Kəlbəcər torpağının yetirdiyi ən görkəmli sənətkarlardan biri sayır: “Azərbaycanın digər bölgələri ilə müqayisədə Kəlbəcər ədəbi mühiti daha zəngindir. Aşıq Şəmşir də o torpaqda yetişib. Məmməd Aslan da o şairlərdən biri olub. Qoşma, gəraylı, heca vəzni onun poetik dünyasında tamamilə yeni səslənib. O, təbiəti gözəl duyan şairlərdən biri idi”. Vaqif Yusifli hesab edir ki, təbiəti duyan çox az şairlər var. Hüseyn Arif, Nəbi Xəzri, Hüseyn Kürdoğlu, Musa Yaqub kimi şairlərlə yanaşı, Məmməd Aslan da təbiət şairi olub: “Təbiəti hamı görür, amma onu duymaq, gözəlliyi sözə çevirmək fərqlidir. O, elə bil təbiətin bir parçası idi. Təbiətin rənglərini, aləmini yaxşı bilirdi. Əgər Kəlbəcər bölgəsinin təbiəti ilə tanış olmaq istəyiriksə, Məmməd Aslanın şeirləri bizə kömək edər”.

1990-cı ilin 20 Yanvar günlərində Məmməd Aslanın qələmindən çıxan “Ağla qərənfil, ağla” şeiri də xalq üçün təsirsiz ötüşməyib: “Həmin illərdə iki şeir dillər əzbəri idi. Qabilin “Mərsiyə” şeiri və Məmməd Aslanın bu şeiri”.
Məmməd Aslanın ölüm xəbərinin ona pis təsir etdiyini deyən Vaqif Yusiflinin fikrincə, şair hələ ilhamının qurumayan dövrünü yaşayırdı: “Mən Sumqayıtda onun evində də olmuşam. Şeirlərini öz dilindən eşitmişəm. Haqqında bir yazı da yazdım. Mənə öz təşəkkürünü bildirdi. O, ömrünün son günlərinə qədər yazırdı. Yenə həmin Məmməd Aslan idi”.

“Məmməd Aslan qədər folkloru, xalq ədəbiyyatını bilən şair tapmaq çətindir. Çox qəribə adam idi” – deyə yazıçı Aqil Abbas xatırlayır: “O, danışanda saatlarla ona qulaq asmaq istəyirdim. Mən hələ onu instituta qəbul olmamışdan əvvəl tanıyırdım. İnstituta daxil olandan sonra isə münasibətlərimiz dostluğa çevrildi. Kəlbəcərlə Ağdam bir ev sayılır – oradakı adamlar bir-birinə “əmioğlu” deyərdilər. Orada yaşayanların çoxu bir-biri ilə qan qohumu idi. Mənim uşaqlığım Kəlbəcərdə keçib. Yay aylarında Kəlbəcərin dağlarında çadır qurardıq. Mən o zamanlardan Məmməd Aslanı tanımışam. Məmməd Aslan ailəmizin bir üzvü kimi olub”. Aqil Abbas deyir ki, Məmməd Aslan Xalq şairi Məmməd Arazın ən yaxın dostu olub. Onlar uzun illər “Azərbaycan təbiəti” jurnalında birgə çalışıblar. “Mən Məmməd Arazla qohum olandan sonra demək olar ki, onunla hər gün görüşürdük. Məmməd Aslan elə bil Kəlbəcərin özü idi. Kəlbəcəri görməyən adam Məmməd Aslanı görəndə elə bilərdi ki, həmin yurdu gəzib gəlib. O, Kəlbəcərin simvolu idi. Onun yaradıcılığı da, xarakteri də Aşıq Şəmşirdən qaynaqlanırdı. Elə bil onu görəndə Aşıq Şəmşiri görürdün. Mənə görə o, Aşıq Şəmşirin varisi idi. Son zamanlar Məmməd Aslan bir qədər içinə çəkilmiş adam idi. Qarabağın taleyi, Kəlbəcərin düşmən əlində olması onu bir qədər sarsıtmışdı. Mənə elə gəlir ki, son zamanlar o, bir az küskünləşmişdi, yaradıcılığa da bir qədər meyli azalmışdı”.
Yazıçı Elçin Hüseynbəyli Məmməd Aslanın yaradıcılığını sevə-sevə oxuduğunu, televiziyadakı verilişlərini mütəmadi izlədiyini bildirir: “Məmməd Aslan xalq yaradıcılığı, folklor üstə köklənmiş koloritli şairlərdən biri idi. Heç şübhəsiz, onun həyatdan getməsi həmin zənginliyi özü ilə aparması, bu rəngarəngliyin ədəbiyyatımızda azalması deməkdir. Doğrudan da Məmməd Aslanın həyatdan köçməsi Kəlbəcərin ikinci dəfə itirilməsinə bərabərdir. Böyük əksəriyyət də onu Kəlbəcərlə eyniləşdirirdi. Çünki o, Kəlbəcərin və ümumən Vətənin təbiətindən yazırdı. Vətənin gözəllikləri onun qoşma və gəraylılarında öz əksini tapmışdı”.

Məmməd Aslan doğulub boya-başa çatdığı, onu şair olmağa məhkum edən Kəlbəcəri görmək arzusu ilə dünyadan köçdü. Yazar Şərif Ağa son müsahibəsində söylədiyi arzu ilə: “Heç olmasa bir anlığa Murovun zirvəsindən Kəlbəcərə baxım”- deyə həyatla vidalaşdı.

“Знаменитые учителя Карабаха” – Мамед Аслан

Продолжается проект Министерства образования Азербайджана “Знаменитые учителя Карабаха”. Как сообщили Report в министерстве, очередной выпуск посвящен Мамеду Аслану. Мамед Аслан родился 24 декабря 1939 года в селе Лачин Кельбаджарского района. Трудовую деятельность начал преподавателем азербайджанского языка и литературы в сельских школах в Яншаге и Истису. В своих стихах Мамед Аслан воспевал красоту Кельбаджара. За искреннюю любовь к этому живописному краю, друзья прозвали его кельбаджарцем. “Он всегда перед моими глазами, не покидая меня даже во снах. Кельбаджар для меня совершенно иной мир, щемящая тоска. Кельбаджар остался в моем памяти образцом благочестия и праведности”, – отмечал М.Аслан. В стихотворении, посвященном Кельбаджару, поэт восклицал: “Не воротить тот Кельбаджар, хоть сотни Кельбаджаров воротятся”. Однако, спустя 27 лет тоски и томительных ожиданий, Кельбаджар вернулся. Этот живописный край Азербайджана освобожден от армянской оккупации.

  • Азербайджан
  • нагорный карабах
  • карабахские учителя
  • кельбаджар
  • деоккупация

Məmməd aslan

Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməyib. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatdıb. Kəlbəcər qəsəbəsində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitunun Filologiya fakültəsində təhsil alıb (1957-1962).

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı “Yenilik” qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada “Ulduz”, “Azərbaycan təbiəti” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədabiyyat və incəsənət” qəzeti redaksiyalarında çalışıb, “Yazıçı” nəşriyyatında böyük redaktor olub.
Bədii yaradıcılığa 1960-cı ildə “Azərbaycan müəllimi” qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb. Zülfiyyənin “Torpağa səcdə”, qazax şairi Qədir Murzalıyevin “Bu bağda bülbüllər ötər” (1980) şeirlər məcmuələrini şərikli tərcümə edib.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. “Şöhrət” ordeni ilə təltif edilib (2000). Saysız-hesabsız şeirlərin müəllifi olan Məmməd Aslanın dekabırın 23-də 73 yaşı tamam olur.

Təxminən V sinifdə oxuyurdum. Bərdənin Qəhrəmanlı kəndində yaşayırdıq.

Orta məktəbdə oxuyarkən. Məktəbi gümüş medalla bitirmişəm. O zamanlar arxanca gedən olmasa, qızıl medalı verən olmurdu. Allah bilir ki, mən qızıla layiq bitirmişdim.

5-ci sinifdə oxuduğum vaxtlardır. Ya dərsə gedirəm, ya da dərsdən qayıdıram.

Bunlar tələbə dostlarımdır. İnsan nə qədər kasıb, xəstə olsa da, tələbəliyi çox böyük həyəcanlarla yaşayır.

Fərman Kərimzadə və mən. Birinci kursda çəkilib.

İnstitutda oxuyarkən. 1960-cı ildə çox bəlalar, sürgünlər görmüş Ərəbistanın bir şairidir. Mənim oxuduğum şeirə görə döşümə gümüşdən göyərçin nişanı sancır.

Bu isə anam Xədicədir.

Xuruşşov Azərbaycana gəlirdi. Bizi keçmiş hava yollarının kassaları yaxıınlığında dayandırmışdılar. Yanımdakı yaşdaşım şair Salman Ramazanovdur. Nəsə atüstü bir söhbət edirik.

Saçları dağınıq Məcnuna oxşayan o cavan, o bəxtəvər Məmməd Aslandır. Təxminən 1959-cu illərdə tələbə yoldaşlarımla birlikdə çəkilib. Qonşu fakültələrin uşaqları bizim qızlardan soruşurdular ki, o Məcnun hara getdi, nə etdi. İndi isə boş-bekar adam başımdakı tükü 50 saniyəyə sayıb qurtarar .

Çox maraqlı bir şəkildir. Soldan Qəmbər Şəmşiroğlu, başı papaqlı Hüseyn, Ələsgərin oğlu Açıq Talıb, onun oğlu İslam Ələsgərov, Haqverdi Ələsgərov, mən, yanımdakı Haqverdigilin bacısı uşaqlarıdır, dastançı Əli, qalan iki nəfəri də tanımıram.

Qoluma girən qız Laura xanımdır. O Memarlar Cəmiyyətinin başçısı idi. Burada hamının üzündə bir gülüş var. Süleyman Rəhimov bir qıza, bir də mənə baxıb dedi ki, “Laura xanım siz də dulsunuz, bu Məmməd də duldur. Elə bir-birinizə bənd olun, burdan birbaşa çıxaq gedək sizin toyunuzu qeyd edək”. Hamı ona gülüşürdü.

Mən ilk dəfə canlı Dədə Şəmşiri gördüm.

İstisu. Haqverdi Talıboğlu (Ələsgərin nəvəsi), Həbib Hacıyev, Məmməd Aslan, digərini isə unutmuşam .

Süleyman Rəhimovun yanındakı ağsaçlı gözəl oğlan Qorxmaz Bayramov Cəbrayıl rayonunda maarifin müdiri idi. Digəri isə Kəlbəcər ziyalısı, şair Vəlyəddin və mən, bir də maqintofon kimi bütün şairləri əzbər bilən Həsən. Süleyman Rəhimovun başına yığışmışıq.

Sağ təfdən birinci Qəmbər Şəmşiroğlu, mən, 3-cü Qazaxdan Əli Əliyev (partiya məktəbinin müəllimlərindən olub). Axrıncı isə mənim tələbəm Cəlaldır, indi Çexiyada işləyir.

Rəhmətə getmiş jurnalist Feyzi Mustafa, mən, o birisinin isə adını xatırlamıram.

İlk dəfə müəllim təyinatımı alıb Kəlbəcərin Yanşaq kəndinə getmişəm, qohumlardan birinin ailəsi ilə birgə çəkilən fotodur .

Kəlbəcər. Məmməd Aslan, Aşıq Şəmşir, Məmməmd İsmayıl, Ənvər Rza, şair Şücaət, Kəlbəcərin katibi Zahid İsmayılov, Qənbər Qurbanov-(Aşıq Şəmşirin oğlu).

Mən, Qəşəm Aslanov, Aşıq Şəmşir, rəssam Şamil. 1970-ci il olar. “Azərbaycan gəncləri” qəzetində Aşıq Şəmşirlə görüş.

Kəlbəcərin prokuroru Şahmalı və mən. Ömrümün yaxşı vaxtlarıdır.

Kəlbəcərin Məmmədsəfili kəndinin yaxınlığında bir qayanın üstündəyik. Süleyman Rəhimov Kəlbəcərə gəlmişdi. Bir nəfərin həyətində 7 bulaq 3 şəlalə var idi. İndi görün nələr itirmişik.

Bu institutdan bir xatirədir. Vilayətlə orta məktəbi bir oxumuşduq.

Aşıq Ədalətlə birgə. Füzulinin işığına yığışmışıq. Füzuli oldusa, ondan başqa heç kəs yoxdur. Biz elə-belə adamlarıq.

Əlimi çiyninə qoyduğum adam Haqverdi Talıboğludur. O aşıq Ələsəgərin kiçik oğlu aşıq Talıbın kiçik oğludur. Körpəlik dostuyuq. Digəri isə İsmixan Didərgindir. İsmixandan sağ tərəfdə birinci olan isə aşıq Ələsgərin böyük oğlu Bəşirin nəvəsidir.

Türkiyədə “kutlu doğum” həftəsi.

Göyçənin Zər kəndindən Həbib müəllimdir. Biz dost idik. Keçmiş millət vəkili Arzu Səmədbəylinin atasıdır. Arzunun iki yaşda olduğu vaxt yaxşı yadımdadır.

Tələbə yoldaşlarımla birgə Tərtərin qırağında. Biz orta məktəbi bitirməyimizin 20 illiyini qeyd edirdik.

Türkiyədə. Türkiyənin çox böyük şairi Əbdürrəhman Qaraqoç, Türkiyədə çox böyük işlər görən yazıçı və jurnalist Ömər Kayir.

Müxbir: ”Təxminən neçə yaşınız olardı?”. Məmməd Aslan : ”Mən heç doğuldum ki, yaşımd a ola”.

İranın prezidenti Rəfsəncani qırğın-qiyamətin möhkəm vaxtında Elmlər Akademiyasında ziyalılarla görüşə gəlib. Çıxış üçün yazıçılar arsından məni seçmişdilər .

Bu da pis poza deyil.

Kəlbəcər, İstisu, Musa və mən (60-cı illərdə MTN-də işləyib).

1990-cı il 20 yanvar qətliamından sonra çoxları saqqal saxlayırdı. Mən və şair dostum Məmməd İsmayıl uzun müddət saqqal saxladıq. Çoxları bizə irad tutdu ki, niyə saqqal saxlayırsınız, biz məğrur olmalıyıq. Amma nə dəxli var. Nə dəxli var ki, insanlarımız əldən gedib, vətən əldən gedib.

Gündüz Əlizadə və mən 20 Yanvar qırğınından sonra. İndi Almaniyda işdəyir. Yüksək səviyyəli rəssamdır.

Məmməd İsmayılla hardasa söhbət edəndə çəkilib.

Türkiyədə Taksim meydanı, Hidayət Orucovla birlikdə .

Türkiyə həyatımdır. Sol tərəfimdə duran adam Nuru Paşanın bacısı oğludur. Digər şəxs isə Əhməd Kabaklıdır. Çox yaxın dostum idi. Bir də Türkiyənin məşhur şairlərindən Səid Başərdir. O birisini isə xatırlamadım.

Qulu Məhərrəmli və mən.

Yaxın dostum Paşa Qəlbinurla.

2002-ci ildə çəkilib.

Soldan Sabir Rüstəmxanlı, ortada Hümmət Süleymanov (vəkillər kollegiyasının üzvü idi), bu da kollegiya üzvü olmayan Məmməd Aslan.

Bəxtiyar Vahabzadə ilə birgə.

Burası Ərzurumdur. Sağdan aşıq Ədalət Dəlidağlı, sonra Bahəddin Qaraqoç, Türkiyənin prezidenti Abdulla Gülün dayısı Abdullah. Çox gözəl kitabları olan bir şairdir .

Şəki mədrəsəsinin önündə ucalan çinar və mən. 100 yaşlı Çinarın pöhrəsi istəyib müstəqil yaşasın, görüb baltalar var, kəsilsə yox olacaq, qayıdıb girib ağacın içinə, o ağaca sığınıb.

Azərbaycan Televiziyası mənim haqqımda film çəkirdi. Burası Murovun Ömər zirvəsidir. Bu rəhmətlik Mahir Cahangirlidir, bu biri isə rejissorumuz rəhmətliik Miri idi .

Solda operator Mahir Cahangirli, ekologiya və təbii sərvətlər naziri naziri Hüseyn Bağırov, mən, alman mütxəssisi, eyni zamanda Şirvan qoruğunun direktoru olmuş Edmund Müller. Direktorun adını ilk dəfə tanış olanda deyə bilmədim. Mənə dedilər ki, bəs bunu necə çağıracaqsan, mən də dedim “Xartut”. Bu sözü eşidən nazir Hüseyn Bağırov ürəkdən güldü.

Hansısa dini mərasimdə. Allahşükür Paşazadə də iştirak edir.

Mən, Rauf Zeyni, Vəlyəddin İsmayılov.

Bir məclisdə jurnalist Azad, İsmayıl Ömərov və müavini Çingiz Aslan, bir də mən.

Cavid Qurbanov, Şahlar Əsgərov, mən, o biriləri də bağışlasın ki, xatırlamıram.

Haqverdi Talıboğlu (Aşıq Ələsgərin nəvəsi) ilə.

Bu da möhtəşəm Zəlimxan Yaqub. Onunla dostluğumuz çox uzaqlara gedib çıxır.

Burası Gədəbəydə Haçaqaya deyilən bir yerdir. Təxminən 15 il əvvəlin şəklidir.

Şəkidə Xan yaylağı. Yaxın illərdə çəkilib.

Bunlar isə mənim nəvələrimin balacalığıdır. Firuzə indi Qafqaz Universitetində oxuyur. Adımı daşıyan Məmməd isə Kitabxanaçılıq və informasiya fakültəsində təhsil alır.


Modern.az

Comments are closed, but trackbacks and pingbacks are open.