Məmməd əmin r sulzadə azərbaycan cümhuriyyəti
Birbaşa mətləbə keçərək bildirirəm ki, sadaladığım terminlərdən: lilk ikisi («Azərbaycan Xalq Cümhuriyyəti», «Azərbaycan Demokratik Respublikası») bütünlüklə yanlışdır; lüçüncüsü («Azərbaycan Respublikası») tərcümə xətasıdır; lyalnız sonuncusu – «Azərbaycan Cümhuriyyəti» doğrudur və tarixi gerçəkliyə uyğundur. İndisə birbaşa sübutlara keçirəm. YANLI ŞLIQ HARADAN QAYNAQLANIR ? «Azərbaycan Xalq Cümhuriyyəti» və «Azərbaycan Demokratik Respublikası» terminlərinin yanlışlığı Azərbaycan Milli Şurasının 28 may 1918 tarixli İstiqlal Bəyannaməsindən, daha doğrusu, bu Bəyannamənin düzgün yozulmamasından qaynaqlanır. «Azərbaycan Xalq Cümhuriyyəti»nin tərəfdarları iddia edirlər ki, Bəyannamədə ilk milli dövlətimizin adı məhz belə işlədilib. Aşağıda həmin Bəyannamənin «Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməi»ndən götürərək verdiyim mətnini oxuyursunuz: «…Arayi-ümumiyyə üzərinə (ümumi razılıqla – Ə.T.) seçilmiş Azərbaycan Milli Şurası şimdi ümumə elan ediyor ki: 1. Bu gündən etibarən Azərbaycan xəlqi həqqi-hakimiyyətə (hakimiyyət haqqına – Ə.T.) malik və Şərqi və Cənubi Mavərayi-Qafqasdan (Zaqafqaziyadan – Ə.T.) ibarət Azərbaycan kamiləlhüquq (tamhüquqlu – Ə.T.) müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycanın şəkli-idareyi-siyasiyyəsi (siyasi idarə forması – Ə.T.) xəlq cümhuriyyəti təyin olunur. 3. Azərbaycan xəlq cümhuriyyəti ümum münasibati-beynəlmiləl üzvləriylə, ələlxüsus həmhüdud millətlər və dövlətlərlə dostanə qomşuluq münasibatı hüsuluna səy edəcəkdir. 4. Azərbaycan xəlq cümhuriyyəti kəndi hüdudu daxilində bilafərqi-milliyyət, din, cins və vəziyyəti-ictimaiyyə bütün vətəndaşların mülki və siyasi hüququnu təmin ediyor. 5. Azərbaycan xəlq cümhuriyyəti kəndi ərazisində yaşayan ümum millətlərə azadə tərəqqi və inkişaf üçün geniş meydan verəcəkdir. 6. Məclisi-Müəssisan (Müəssislər Məclisi – Ə.T.) dəvətinə qədər bütün Azərbaycan idarəsi başında arayi-ümumiyyə üzrə seçilmiş Milli Şura və bu Milli Şura qarşısında məsul müvəqqəti hökumət duruyor» («Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməi», 15 təşrini-sani/ noyabr 1919, ¹1, ss.6-7). Göründüyü kimi, İstiqlal Bəyannaməsində dövlətimiz sadəcə “Azərbaycan” adlandırılıb və burada «xəlq cümhuriyyəti» ifadəsi dövlətin rəsmi adının tərkib hissəsi kimi yox, sadəcə, «şəkli-idareyi-siyasiyyə» (siyasi idarə forması) olaraq işlədilib. Dediyimizin düzgünlüyü bunlarla da təsdiqlənir: 1) 28 may 1918-də dövlət hələ yaradılmamışdı ki, onun qəti bir adı da olaydı; bu gün yalnız onun yaradılması bəyan edilib. İlk vaxtlar bu dövlət sadəcə «Azərbaycan» (İstiqlal Bəyannaməsindəki kimi), yaxud «Azərbaycan hökuməti» adlanıb. Məsələn, 21 iyun 1918-də hökumətin «Dövləti bayraq təyini haqqında» qərarında deyilir: «Azərbaycan bayrağı olmaq surətiylə qırmızı parçadan yarılmış, üzərində ağ aypara və ağ səkkizguşəli yıldız olan bayraq qəbul edilsin» [«Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməi, 15 təşrini-sani (noyabr) 1919, ¹1, s.11]. Göründüyü kimi, burada dövlətin adı yalnız «Azərbaycan» kimi verilib. Hökumətin qərarlarında dövlətin rəsmi adıyla 27 iyun 1918-dən başlayaraq üzləşirik. Həmin tarixli «Post və teleqraf müamilatını ödəmək üçün Gəncə post və teleqraf kantorasına vəsait buraqılması haqqında» qərarda ilk dəfə olaraq «Azərbaycan Cümhuriyyəti» adını oxuyuruq (bax: «…Məcmə», 1919, ¹1, s.17), ancaq dövlət dəftərxanasında hələlik «Azərbaycan hökuməti» ifadəsi daha çox işləkdir; «Azərbaycan Xalq Cümhuriyyəti» və «Azərbaycan Demokratik Respublikası» isə yerli-dibli yoxdur. 2) Bəyannamədəki «xalq» sözü «demokratik» anlamındadır və dövlətin idarə formasının demokratikliyini bildirir. Bunu sənədin rusca mətnindən də görürük: «II. Formoy politiçeskoqo ustroystva nezavisimoqo Azerbaydjana ustanavlivaetsə Demokratiçeskaə Respublika. III . Azerbaydjanskaə Demokratiçeskaə Respublika stremitsə ustanovitğ dobrososedskie otnoşeniə so vsemi çlenami mejdunarodnoqo obheniə, a v osobennosti s sopredelğnımi narodami i qosudarstvami…» (Sobranie uzakoneniy i rasporəjeniy pravitelğstva Azerbaydjanskoy Respubliki. 15 noəbrə 1919, ¹1, s.5). Yeri gəlmişkən, «Azərbaycan Demokratik Respublikası» söz birləşməsinin tərəfdarları da məhz rusca bu mətndəki «Azerbaydjanskaə Demokratiçeskaə Respublika» ifadəsinə söykənirlər ki, burada da dövlətin adı yox, onun siyasi idarə forması bildirilib. Belə olmasaydı bu söz birləşməsi hansı sənəddəsə dövlətin adı kimi bircə dəfə də varsa yenə üzə çıxardı! 3) M.Ə.Rəsulzadə «Əsrimizin Səyavuşu» əsərinin «Azərbaycan Cümhuriyyəti» bölümündə yazır: «Burada (Azərbaycanda – Ə.T.) Avropada tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu. Azərbaycan xalq cümhuriyyətində vətəndaşlar arasında siyasi bərabərlik bərqərar olmaqla bərabər, sosial ədalətsizliyin zərərli nəticələri də aydın tərzdə dəyişdirilirdi» (Bakı: «Gənclik», 1991, s.41). Sanki İstiqlal Bəyannaməsini oxuyursan! Buradakı «Azərbaycan xalq cümhuriyyəti» də dövlətin rəsmi adı kimi yozulacaq?! 4) 28 may 1918-dən üzübuyana ilk milli dövlətimizin gerbini əvəz edən (gerbə vaxt çatmamışdı) möhür və ştamplarda, dövlət əhəmiyyətli rəsmi sənədlərdə heç yerdə «Azərbaycan Xalq Cümhuriyyəti» (rusca mətnlərdəsə: «Azerbaydjanskaə Demokratiçeskaə Respublika») adı işlədilməyib! Bircə örnək varsa ortaya qoyulsun!! Ancaq onların hamısında 1918-in iyunundan 1920-nin aprelinədək yalnız «Azərbaycan Cümhuriyyəti» (rusca mətnlərdə: «Azerbaydjanskaə Respublika», fransızca mətnlərdə: «Republique d’Azerbaidjan») işlədilib. Yenə bildiririk ki, rəsmi sənədlərdə «Azərbaycan hökuməti-cümhuriyyəsi» («Azərbaycan Cümhuriyyəti hökuməti») və «Azərbaycan hökuməti» ifadələri özəlliklə Cümhuriyyətin ilk çağlarında sıx-sıx işlədilib, ancaq onları da dövlətin rəsmi adı kimi götürmək olmaz. DÖVLƏTİN ÖZÜNÜ VƏ TAR İXİNİ YARADANLAR YALNIZ «AZƏRBAYCAN CÜMHURİYYƏTİ»Nİ TANIYIRLAR Yeni qurulmuş Azərbaycan dövlətinin müstəqilliyiniDünya birliyinin tanımasında həlledici rol oynamış Azərbaycan Parlamanının sədri Əlimərdan bəy Topçubaşov (1862-1934) 1918-in noyabrında İstanbuldan Antanta dövlətləri nümayəndələrinə göndərdiyi məşhur Memorandumunu «Azərbaycan Cümhuriyyəti hökumətinin üzvü, fövqəladə nazir-səfir» kimi imzalamışdı. Birinci milli dövlətimizin ilkin tarixini yaradanlar elə bu dövləti quranların özləri oldu, onlarsa həm dövlətdə, həm də özlərinin tarix əsərlərində «Azərbaycan Cümhuriyyəti» adını əbədiləşdirdilər. Cümhuriyyətin fəal qurucularından olan Rəhim bəy Vəkilov’un (1897-1934) «Azərbaycan Cümhuriyyətinin yaranma tarixi» adlı oçerki ilk milli dövlətimizin ilk tarixidir. «1920-ci il üçün Azərbaycan Cümhuriyyətinin ünvan-təqvimi. Bakı, 1919» adlı rusca sorğu kitabında verilən və 1998-də Bakıda «Azərbaycan Respublikasının yaranma tarixi» adıyla ana dilimizdə də nəşr edilən bu oçerkdə dövlətin rəsmi adı yalnız «Azərbaycan Cümhuriyyəti» (rusca: «Azerbaydjanskaə Respublika») kimi çəkilib. Milli dövlətçiliyimizin banisi və Cümhuriyyətin azman qurucusu – böyük Məhəmmədəmin Rəsulzadə’nin (1884-1955) «Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti» adlı kitabı Cümhuriyyət tarixini işıqlandıran ikinci mühüm əsərdir. İlk milli dövlət quruluşumuzu yalnız «Azərbaycan Cümhuriyyəti» adlandıran M.Ə.Rəsulzadə Türkiyədə (1923, 1990) və Azərbaycanda (1990) bir neçə yol nəşr edilmiş həmin «Azərbaycan Cümhuriyyəti» kitabında, məsələn, yazır: «…Azərbaycan Cümhuriyyəti düvəli-müttəfiqənin (müttəfiq dövlətlərin – Ə.T.) və bütün dünyanın nəzəri-diqqətini cəlb ilə beynəlmiləl bir həyatə giriyordu. 12 kanuni-sani (yanvar – Ə.T.) 1920 tarixində iniqad edən (yığılan, gerçəkləşən – Ə.T.) düvəli-müttəfiqə Şurayi-Alisi Azərbaycan Cümhuriyyətini bilfel (felən, de-fakto – Ə.T.) tanıdı» (Bakı: «Elm», 1990, s.57). Xatırladım ki, bu xəbər Azərbaycanda bayram edilmiş, 14 yanvar Azərbaycanda qeyri-iş günü elan olunmuşdu. Baş nazir Nəsib bəy Yusifbəyli (1881-1920) «Azərbaycan vətəndaşlarına» müraciətində bu münasibətlə demişdi: «Müstəqil həyata və kəndisini idarəyə müqtədir olduğunu göstərən millət kəndi iradəsiylə hürr və demokratik yeni Azərbaycan Cümhuriyyətinin təsis və davamına təntənəli surətdə müvəffəq oldu» (Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində. 1918-1920. Bakı: Azərnəşr, 1993, ss.326-327). Bunu da bildirməliyəm ki, ilk milli dövlətimizin rəsmi adı onun mətbuat orqanı olan türkcə «Azərbaycan» qəzetindəki bütün rəsmi sənədlərdə «Azərbaycan Cümhuriyyəti», rusca «Azerbaydjan» qəzetindəkilərdəsə «Azerbaydjanskaə Respublika» kimi göstərilib. Burayadək yazdıqlarımızdan oxucunun özü də artıq nəticə çıxara bilər ki, «Azərbaycan Respublikası» termini də məhz rusca sənədlərin yanlış çevrilməsindən qaynaqlanır. İLK PULLARIMIZIN V Ə MARKALARIMIZIN ÜSTÜNDƏ DƏ «AZƏRBAYCAN CÜMHURİYYƏTİ» YAZILIB D övlətin rəsmi adının göstərildiyi ən inanılmış sənədin pul və poçt markası olduğunu kimsə dana bilməz. İlk Cümhuriyyətimiz çağında buraxılmış bütün əskinas və poçt markaları üzərindəsə yalnız bir ad oxuyuruq – türkcə (ərəb qrafikasında) «Azərbaycan Cümhuriyyəti», rusca «Azerbaydjanskaə Respublika», fransızca «Republique d’Azerbaidjan»! Onların heç birində «Azərbaycan Xalq Cümhuriyyəti», yaxud «Azərbaycan Demokratik Respublikası» adıyla üzləşmirik. Dediyimin gerçəkliyini Cümhuriyyətin buraxdığı pul və markaların yuxarıdakı şəkilləri əyani təsdiqləyir. (Cümhuriyyət pullarının özünü mənə təqdim etmiş Rəhim Rəhimli’yə və onların hamısının şəkillərini tapmaqda yardımçım olmuş İsmayıl Calallı’ya minnətdarlığımı bildirirəm). Beləliklə, yazılanlara yekun vururuq: 1918-1920-ci illərdə yaşamış ilk milli dövlətimizə rəsmən yalnız «Azərbaycan Cümhuriyyəti» deyilib və başqa adlandırmaların hamısı yanlışdır!
Məhəmməd Əmin Rəsulzadə (1884 – . )
Azərbaycan xalqı böyük bir imperiyayla çoxillik çarpışması və axıtdığı çoxlu şəhid qanları bahasına 18 oktyabr 1991-də qurtuluşunu yenidən qazandı və yaratdığı ikinci respublikasını 28 may 1918-də qurulmuş və 28 aprel 1920-də rus XI ordusu süngüləriylə yıxılmış ilk milli dövlətimizin varisi elan etdi. Bəs bu ilk milli dövlətimizin rəsmi adı necə olub? Nüfuzlu çoxcildlik nəşrlərdə və dövlət sənədlərində bu ad ən müxtəlif biçimlərdə: «Azərbaycan Xalq Cümhuriyyəti (AXC)», «Azərbaycan Demokratik Respublikası (ADR)», «Azərbaycan Respublikası (AR)», «Azərbaycan Cümhuriyyəti»… kimi işlədilməkdədir. Özümüzü varisi elan etdiyimiz bir dövlətin adını indiyədək doğru-düzgün öyrənməməyimiz və onu hərənin istədiyi kimi adlandırması bizə ayıbdır. Ona görə də, gec də olsa, bütün yanlışlıqlara son qoya biləcək danılabilməz tutarqaları heç kəslə dartışma-çəkişməyə girmədən və mövzunu siyasiləşdirmədən sevimli oxucularımıza təqdim edirəm.
Birbaşa mətləbə keçərək bildirirəm ki, sadaladığım terminlərdən: lilk ikisi («Azərbaycan Xalq Cümhuriyyəti», «Azərbaycan Demokratik Respublikası») bütünlüklə yanlışdır; lüçüncüsü («Azərbaycan Respublikası») tərcümə xətasıdır; lyalnız sonuncusu – «Azərbaycan Cümhuriyyəti» doğrudur və tarixi gerçəkliyə uyğundur. İndisə birbaşa sübutlara keçirəm. YANLI ŞLIQ HARADAN QAYNAQLANIR ? «Azərbaycan Xalq Cümhuriyyəti» və «Azərbaycan Demokratik Respublikası» terminlərinin yanlışlığı Azərbaycan Milli Şurasının 28 may 1918 tarixli İstiqlal Bəyannaməsindən, daha doğrusu, bu Bəyannamənin düzgün yozulmamasından qaynaqlanır. «Azərbaycan Xalq Cümhuriyyəti»nin tərəfdarları iddia edirlər ki, Bəyannamədə ilk milli dövlətimizin adı məhz belə işlədilib. Aşağıda həmin Bəyannamənin «Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməi»ndən götürərək verdiyim mətnini oxuyursunuz: «…Arayi-ümumiyyə üzərinə (ümumi razılıqla – Ə.T.) seçilmiş Azərbaycan Milli Şurası şimdi ümumə elan ediyor ki: 1. Bu gündən etibarən Azərbaycan xəlqi həqqi-hakimiyyətə (hakimiyyət haqqına – Ə.T.) malik və Şərqi və Cənubi Mavərayi-Qafqasdan (Zaqafqaziyadan – Ə.T.) ibarət Azərbaycan kamiləlhüquq (tamhüquqlu – Ə.T.) müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycanın şəkli-idareyi-siyasiyyəsi (siyasi idarə forması – Ə.T.) xəlq cümhuriyyəti təyin olunur. 3. Azərbaycan xəlq cümhuriyyəti ümum münasibati-beynəlmiləl üzvləriylə, ələlxüsus həmhüdud millətlər və dövlətlərlə dostanə qomşuluq münasibatı hüsuluna səy edəcəkdir. 4. Azərbaycan xəlq cümhuriyyəti kəndi hüdudu daxilində bilafərqi-milliyyət, din, cins və vəziyyəti-ictimaiyyə bütün vətəndaşların mülki və siyasi hüququnu təmin ediyor. 5. Azərbaycan xəlq cümhuriyyəti kəndi ərazisində yaşayan ümum millətlərə azadə tərəqqi və inkişaf üçün geniş meydan verəcəkdir. 6. Məclisi-Müəssisan (Müəssislər Məclisi – Ə.T.) dəvətinə qədər bütün Azərbaycan idarəsi başında arayi-ümumiyyə üzrə seçilmiş Milli Şura və bu Milli Şura qarşısında məsul müvəqqəti hökumət duruyor» («Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməi», 15 təşrini-sani/ noyabr 1919, ¹1, ss.6-7). Göründüyü kimi, İstiqlal Bəyannaməsində dövlətimiz sadəcə “Azərbaycan” adlandırılıb və burada «xəlq cümhuriyyəti» ifadəsi dövlətin rəsmi adının tərkib hissəsi kimi yox, sadəcə, «şəkli-idareyi-siyasiyyə» (siyasi idarə forması) olaraq işlədilib. Dediyimizin düzgünlüyü bunlarla da təsdiqlənir: 1) 28 may 1918-də dövlət hələ yaradılmamışdı ki, onun qəti bir adı da olaydı; bu gün yalnız onun yaradılması bəyan edilib. İlk vaxtlar bu dövlət sadəcə «Azərbaycan» (İstiqlal Bəyannaməsindəki kimi), yaxud «Azərbaycan hökuməti» adlanıb. Məsələn, 21 iyun 1918-də hökumətin «Dövləti bayraq təyini haqqında» qərarında deyilir: «Azərbaycan bayrağı olmaq surətiylə qırmızı parçadan yarılmış, üzərində ağ aypara və ağ səkkizguşəli yıldız olan bayraq qəbul edilsin» [«Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməi, 15 təşrini-sani (noyabr) 1919, ¹1, s.11]. Göründüyü kimi, burada dövlətin adı yalnız «Azərbaycan» kimi verilib. Hökumətin qərarlarında dövlətin rəsmi adıyla 27 iyun 1918-dən başlayaraq üzləşirik. Həmin tarixli «Post və teleqraf müamilatını ödəmək üçün Gəncə post və teleqraf kantorasına vəsait buraqılması haqqında» qərarda ilk dəfə olaraq «Azərbaycan Cümhuriyyəti» adını oxuyuruq (bax: «…Məcmə», 1919, ¹1, s.17), ancaq dövlət dəftərxanasında hələlik «Azərbaycan hökuməti» ifadəsi daha çox işləkdir; «Azərbaycan Xalq Cümhuriyyəti» və «Azərbaycan Demokratik Respublikası» isə yerli-dibli yoxdur. 2) Bəyannamədəki «xalq» sözü «demokratik» anlamındadır və dövlətin idarə formasının demokratikliyini bildirir. Bunu sənədin rusca mətnindən də görürük: «II. Formoy politiçeskoqo ustroystva nezavisimoqo Azerbaydjana ustanavlivaetsə Demokratiçeskaə Respublika. III . Azerbaydjanskaə Demokratiçeskaə Respublika stremitsə ustanovitğ dobrososedskie otnoşeniə so vsemi çlenami mejdunarodnoqo obheniə, a v osobennosti s sopredelğnımi narodami i qosudarstvami…» (Sobranie uzakoneniy i rasporəjeniy pravitelğstva Azerbaydjanskoy Respubliki. 15 noəbrə 1919, ¹1, s.5). Yeri gəlmişkən, «Azərbaycan Demokratik Respublikası» söz birləşməsinin tərəfdarları da məhz rusca bu mətndəki «Azerbaydjanskaə Demokratiçeskaə Respublika» ifadəsinə söykənirlər ki, burada da dövlətin adı yox, onun siyasi idarə forması bildirilib. Belə olmasaydı bu söz birləşməsi hansı sənəddəsə dövlətin adı kimi bircə dəfə də varsa yenə üzə çıxardı! 3) M.Ə.Rəsulzadə «Əsrimizin Səyavuşu» əsərinin «Azərbaycan Cümhuriyyəti» bölümündə yazır: «Burada (Azərbaycanda – Ə.T.) Avropada tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu. Azərbaycan xalq cümhuriyyətində vətəndaşlar arasında siyasi bərabərlik bərqərar olmaqla bərabər, sosial ədalətsizliyin zərərli nəticələri də aydın tərzdə dəyişdirilirdi» (Bakı: «Gənclik», 1991, s.41). Sanki İstiqlal Bəyannaməsini oxuyursan! Buradakı «Azərbaycan xalq cümhuriyyəti» də dövlətin rəsmi adı kimi yozulacaq?! 4) 28 may 1918-dən üzübuyana ilk milli dövlətimizin gerbini əvəz edən (gerbə vaxt çatmamışdı) möhür və ştamplarda, dövlət əhəmiyyətli rəsmi sənədlərdə heç yerdə «Azərbaycan Xalq Cümhuriyyəti» (rusca mətnlərdəsə: «Azerbaydjanskaə Demokratiçeskaə Respublika») adı işlədilməyib! Bircə örnək varsa ortaya qoyulsun!! Ancaq onların hamısında 1918-in iyunundan 1920-nin aprelinədək yalnız «Azərbaycan Cümhuriyyəti» (rusca mətnlərdə: «Azerbaydjanskaə Respublika», fransızca mətnlərdə: «Republique d’Azerbaidjan») işlədilib. Yenə bildiririk ki, rəsmi sənədlərdə «Azərbaycan hökuməti-cümhuriyyəsi» («Azərbaycan Cümhuriyyəti hökuməti») və «Azərbaycan hökuməti» ifadələri özəlliklə Cümhuriyyətin ilk çağlarında sıx-sıx işlədilib, ancaq onları da dövlətin rəsmi adı kimi götürmək olmaz. DÖVLƏTİN ÖZÜNÜ VƏ TAR İXİNİ YARADANLAR YALNIZ «AZƏRBAYCAN CÜMHURİYYƏTİ»Nİ TANIYIRLAR Yeni qurulmuş Azərbaycan dövlətinin müstəqilliyiniDünya birliyinin tanımasında həlledici rol oynamış Azərbaycan Parlamanının sədri Əlimərdan bəy Topçubaşov (1862-1934) 1918-in noyabrında İstanbuldan Antanta dövlətləri nümayəndələrinə göndərdiyi məşhur Memorandumunu «Azərbaycan Cümhuriyyəti hökumətinin üzvü, fövqəladə nazir-səfir» kimi imzalamışdı. Birinci milli dövlətimizin ilkin tarixini yaradanlar elə bu dövləti quranların özləri oldu, onlarsa həm dövlətdə, həm də özlərinin tarix əsərlərində «Azərbaycan Cümhuriyyəti» adını əbədiləşdirdilər. Cümhuriyyətin fəal qurucularından olan Rəhim bəy Vəkilov’un (1897-1934) «Azərbaycan Cümhuriyyətinin yaranma tarixi» adlı oçerki ilk milli dövlətimizin ilk tarixidir. «1920-ci il üçün Azərbaycan Cümhuriyyətinin ünvan-təqvimi. Bakı, 1919» adlı rusca sorğu kitabında verilən və 1998-də Bakıda «Azərbaycan Respublikasının yaranma tarixi» adıyla ana dilimizdə də nəşr edilən bu oçerkdə dövlətin rəsmi adı yalnız «Azərbaycan Cümhuriyyəti» (rusca: «Azerbaydjanskaə Respublika») kimi çəkilib. Milli dövlətçiliyimizin banisi və Cümhuriyyətin azman qurucusu – böyük Məhəmmədəmin Rəsulzadə’nin (1884-1955) «Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti» adlı kitabı Cümhuriyyət tarixini işıqlandıran ikinci mühüm əsərdir. İlk milli dövlət quruluşumuzu yalnız «Azərbaycan Cümhuriyyəti» adlandıran M.Ə.Rəsulzadə Türkiyədə (1923, 1990) və Azərbaycanda (1990) bir neçə yol nəşr edilmiş həmin «Azərbaycan Cümhuriyyəti» kitabında, məsələn, yazır: «…Azərbaycan Cümhuriyyəti düvəli-müttəfiqənin (müttəfiq dövlətlərin – Ə.T.) və bütün dünyanın nəzəri-diqqətini cəlb ilə beynəlmiləl bir həyatə giriyordu. 12 kanuni-sani (yanvar – Ə.T.) 1920 tarixində iniqad edən (yığılan, gerçəkləşən – Ə.T.) düvəli-müttəfiqə Şurayi-Alisi Azərbaycan Cümhuriyyətini bilfel (felən, de-fakto – Ə.T.) tanıdı» (Bakı: «Elm», 1990, s.57). Xatırladım ki, bu xəbər Azərbaycanda bayram edilmiş, 14 yanvar Azərbaycanda qeyri-iş günü elan olunmuşdu. Baş nazir Nəsib bəy Yusifbəyli (1881-1920) «Azərbaycan vətəndaşlarına» müraciətində bu münasibətlə demişdi: «Müstəqil həyata və kəndisini idarəyə müqtədir olduğunu göstərən millət kəndi iradəsiylə hürr və demokratik yeni Azərbaycan Cümhuriyyətinin təsis və davamına təntənəli surətdə müvəffəq oldu» (Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində. 1918-1920. Bakı: Azərnəşr, 1993, ss.326-327). Bunu da bildirməliyəm ki, ilk milli dövlətimizin rəsmi adı onun mətbuat orqanı olan türkcə «Azərbaycan» qəzetindəki bütün rəsmi sənədlərdə «Azərbaycan Cümhuriyyəti», rusca «Azerbaydjan» qəzetindəkilərdəsə «Azerbaydjanskaə Respublika» kimi göstərilib. Burayadək yazdıqlarımızdan oxucunun özü də artıq nəticə çıxara bilər ki, «Azərbaycan Respublikası» termini də məhz rusca sənədlərin yanlış çevrilməsindən qaynaqlanır. İLK PULLARIMIZIN V Ə MARKALARIMIZIN ÜSTÜNDƏ DƏ «AZƏRBAYCAN CÜMHURİYYƏTİ» YAZILIB D övlətin rəsmi adının göstərildiyi ən inanılmış sənədin pul və poçt markası olduğunu kimsə dana bilməz. İlk Cümhuriyyətimiz çağında buraxılmış bütün əskinas və poçt markaları üzərindəsə yalnız bir ad oxuyuruq – türkcə (ərəb qrafikasında) «Azərbaycan Cümhuriyyəti», rusca «Azerbaydjanskaə Respublika», fransızca «Republique d’Azerbaidjan»! Onların heç birində «Azərbaycan Xalq Cümhuriyyəti», yaxud «Azərbaycan Demokratik Respublikası» adıyla üzləşmirik. Dediyimin gerçəkliyini Cümhuriyyətin buraxdığı pul və markaların yuxarıdakı şəkilləri əyani təsdiqləyir. (Cümhuriyyət pullarının özünü mənə təqdim etmiş Rəhim Rəhimli’yə və onların hamısının şəkillərini tapmaqda yardımçım olmuş İsmayıl Calallı’ya minnətdarlığımı bildirirəm). Beləliklə, yazılanlara yekun vururuq: 1918-1920-ci illərdə yaşamış ilk milli dövlətimizə rəsmən yalnız «Azərbaycan Cümhuriyyəti» deyilib və başqa adlandırmaların hamısı yanlışdır!
Məmməd əmin r sulzadə azərbaycan cümhuriyyəti
Məmməd Əmin Rəsulzadə
Məmməd Əmin Rəsulzadə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin banilirənidən biri olmuşdur. Azərbaycan xalqına ilk dəfə müstəqil yaşamaq və dövlət idarəçilik ənənəsini məhz o öyrətmişdir. M.Ə.Rəsulzadə siyasi çəkili yazıları ilə tanınmağa başlayır. Lakin siyasi fəaliyyətinə görə 24 yaşında vətənini tərk edərək İrana yola düşür. O, Təbrizdə xalq qəhrəmanı Səttərxanla və onun silahdaşları ilə görüşür. Daha sonra isə Türkiyəyə gedərək Əlibəy Hüseynoğlu, Əhmədbəy Ağayev kimi görkəmli azərbaycanlılar ilə görüşür. Hökümət mühacirləri bağışladıqdan sonra o, Azərbaycana qayıdır və siyasi fəaliyyətinə davam edir. 1918-ci ilin mayın 28-də Fətəli Xan Xoyski ilə birlikdə Azərbaycan Demokratik Respublikasını qurur. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süquta uğrayır. Azərbaycanın ilk universiteti olan Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. O, Azərbaycan Parlamentində çıxışlar edərək universitetin açılmasını tələb etmişdir. Onun səyləri nəticəsində Parlamentin 1 sentyabr 1919-cu il qərarı ilə Bakı Dövlət Universitetinin təsis edilmişdir. Universitet ilk tədris ilində tarix-filologiya və tibb fakültələri ilə fəaliyyətə başlamışdır. O, universitetin tarix-filologiya fakültəsində “Osmanlı adəbiyyatı tarixi”ndən dərs demişdir.
Bakı Dövlət Universiteti
Məmməd Əmin Rəsulzadənin Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə tanışlığı olmuşdur. Onun “Stalin ilə inqilab” adlı silsilə xatirə-məqaləsinə əsasən fəhlələri tətilə dəvət etdiyi üçün varlılar Stalini neft quyusuna atmaq istəyərkən Rəsulzadə onu ölümdən xilas etmişdir. O, həmçinin Stalinin Bayıl həbsxanasından qaçırılmasının təşkilatçılarından olmuşdur. 1920-ci ildə Oktaybr inqilabının ildönümü ilə bağlı Bakıda olan Stalin M.Ə.Rəsulzadənin həbsdə olduğunu öyrənmiş və onu azad etdirmişdir. M.Ə.Rəsulzadə Azərbaycana saysız xidmətlər göstərmiş və onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi Azərbaycan xalqının şüarına çevrilmişdir. Ömrünün son illərini Türkiyədə keçirən dövlət xadimi vəfat edərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini demişdir. Hər il Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarix – 28 May Azərbaycanda Respublika günü kimi qeyd edilir.
Məmməd Əmin Rəsulzadə – 28 May çıxışı
Məhəmməd Əmin Rəsulzadə – Azərbaycan Cümhuriyyəti
Oxuculara təqdim olunan bu kitabda tariximizin ağ səhifələri—1918-20-ci illər—dövrün ictimai-siyasi hadisələri fonunda işıqlandırılmış, Azərbaycan xalqının ADR-dən əvvəlki nə sonrakı taleyi, güzəranı yığcam şəkildə əks etdirilmişdir. Təsadüfi deyildir ki, 1923-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən «Kitab bayramı»nda yenicə nəşr olunmuş «Azərbaycan Cümhuriyyəti» Atatürk mükafatına layiq görülmüşdür.
Kitabın ayrı-ayrı fəsilləri və ya konkret məsələlərə münasibət bəzi oxucular üçün mübahisəli görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, 70 il ərzində ünvanına bircə kərə də xoş söz söylənməyən bu kitabın müəllifini indiki fikir plüralizmi şəraitində kənar təsirlərə qapılmadan dinləməliyik. Kitabda qeydlər və çətin anlaşılan sözlərin lüğəti verilmişdir. Əsər geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.
(M. Ə. Rəsulzadə Azərbaycan, hürriyyət və istiqlal haqqında).
Böyük dünya müharibəsi böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya inqilabı isə millət hüququnu bütün genişliyi ilə meydana atdı.
İnsanlara hürriyyət, millətlərə istiqlal!
Ah, Azərbaycan! Biz sənin həqqini tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! Azərbaycan muxtariyyəti deyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.
Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istəyoruq: bizə Moskvada yanacaq «məşəli» nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istəyoruq: bizə Ərəbistanı göstəriyorlardı.
Comments are closed, but trackbacks and pingbacks are open.