Məhəmməd Əmin Rəsulzadə Əsrimizin Siyavuşu
“Şahnamə”nin ən ruhlu qismi, məlumdur ki, İran-Turan müharibələridir. Bu müharibələrin ən həyəcanlı və dəhşətliləri, şübhəsiz ki, Siyavuş qanı üçün aparılanlarıdır.
Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə (31 yanvar 1884 – 6 mart 1955) — Azərbaycanlı ictimai-siyasi xadim, publisist. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918) olub, Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindəndir.
Mündəricat
- 1 Azadlıq
- 2 Azərbaycan
- 2.1 Cümhuriyyətə “Azərbaycan” adının verilməsi
- 2.2 Bakı
- 8.1 Gəncliyə xitab
- 10.1 Vəsiyyətnamə
- 17.1 Milli birlik, solidarizm
- 20.1 A
- 20.2 B
- 20.3 Ə
- 20.4 F
- 20.5 H
- 20.6 Q
- 20.7 M
- 20.8 N
- 20.9 S
- 20.10 T
- 20.11 Z
- 25.1 İstinadlar
Azadlıq [ redaktə ]
- Ancaq dövlətçilik uğrunda öz mübarizəsində birləşmiş xalqlaristiqlaliyyət qazanacaqlar. Çünki ancaq onlar birlik və dəyanətdən doğan ideallarına və özlərinə inama malik ola bilərlər. [1]
- Azadlıq, cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət vaqii qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz! [2]
- Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir.[3]
- Azadlığınızı əlinizdən alanlar qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar səptərə (yarasa) kimidirlər, günəşdən qaçarlar. [2]
- Cəmaət istiqlala o qədər munis olmuş, hürriyyət və istiqlal fikri o qədər xalqın canına sinmiş ruhuna işləmişdir ki, indi artıq istiqlal bir firqənin, bir kütlənin arzusu deyil, bütün cəmaət vətəni istiqlalsız və dövləti hürriyyətsiz təsəvvür edəmiyor. [4]
- Coğrafi mövqe etibarilə Avropa ilə Asiya arasında yerləşən Qafqaz, milli ünsürlər və mədəni dəyərləri baxımından da iki aləmi təşkil edən bir keçiddir. XIX əsrin Avropasında hökm sürən, indi də XX əsr Asiyasını bürüyən böyük fikir, milli istiqlal fikri burada mütləq zəfər çalacaqdır.
- Demokratik idarəetmə hər cürə qorxudan və zorlamadan azad bir idarəetmə sistemidir.
- Gələcək – millətləri süngü gücü ilə yapma rejimə boyun əydirmənin deyil, milli hakimiyyətə, haqqa və hürriyyətə dayanan istiqlalçılığındır. [5]
- Fikri, milli və siyasi istiqlalın kökü iqtisadi istiqlaldadır. [5]
- Hürriyyətin bir əndazəsi var. [6]
İnsanlara hürriyət, millətlərə istiqlal! [7]
Azərbaycan [ redaktə ]
-
Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! [5]
Azərbaycan! Azərbaycan! Azərbaycan!
- Rəsulzadənin şəxsi həkimi Məhəmməd Kəngərli, Əmin bəy dünyasını dəyişəndə bir neçə dostla onun yanında olduğunu və ölməz şəxsiyyətin son məqamda bütün yaddaşını toplayıb bu sözləri söylədiyini demişdir.[13]
- Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1920-ci il 27 aprel tarixli son iclasındakı nitqindən
Cümhuriyyətə “Azərbaycan” adının verilməsi [ redaktə ]
- Azərbaycan yüz on il bundan qabaq həvadisi-ruzgardan təslim olundu və Araz çayının şimal tərəfində olan qitələri ruslar aldıqdan sonra Azərbaycan adını götürüb Zaqafqaziya adlandırdılar ki, Mavərayi-Qafqaz olsun. [6]
- Azərbaycan ismi cümhuriyyətimizə İran qəzetələrinin düşündügü kibi pək münasibətsiz bir “xam xəyal” nəticəsi olaraq verilməmişdir. Burada İran ərazisi həqqində heç bir suyiniyyət (pis niyyət) mövcud olmayıb, yalnız bu gün kəndisini bir millət olaraq bilən sabiq rus təbəələri – Azərbaycan türklərinin müqəddəratı (gələcəyi) düşünülmüşdür. [22][23]
- Bəzi İran mühərrirləri Azərbaycan Cümhuriyyətinin vücudunda İranın təmamiyyəti-mülkiyyəsindən ötrü “ələni” (açıq-aşkar) bir təhdid görüyorlarmış. Və Azərbaycan İranın bir vilayəti ikən bunu cümhuriyyətimizə “ələm” (bayraq) etdigimizə etirazları varmış. Biz bu xüsusda vəqtilə – bir münasibətlə – izahat vermişdik. Azərbaycan derkən qəsdimiz Şimali Azərbaycan və yaxud Qafqasiya Azərbaycanıdır ki, əski Aran ilə Şirvan və Muğanı ehtiva edər. Azərbaycan ismi isə coğrafi bir istilah olmaqdan ziyadə qövmi bir məna ilə işlənmişdir. Biz kəndimizi Azərbaycan dili ilə (ki türkcənin bir növüdür) mütəkəllim məxsus bir qövm ədd edəriz. Bu qövmün ismi nə Aran, nə Şirvan, nə də Muğandır. Yalnız Azərbaycandır. [24][25]
- Biz istərdik İran mətbuatı burasına diqqət etsin ki, Qafqasiyadakı azərbaycanlılar Azərbaycan kəlməsini coğrafi mənasından ziyadə (çox) qövmi bir mənada istemal ediyorlar(işlədirlər). Dünyada yalnız bir Azərbaycan qitəsi degil, bir də Azərbaycan cəmaəti vardır. Bu cəmaət kəndisinə (özünə) məxsus bir ləhcə ilə qonuşur (danışan) türk əqvamından (qövmündən) bir millətdir ki, “İran” rəfiqimiz bunlara “ətraki-müsəlmani-Qafqaz” (Qafqazın müsəlman türkləri) diyor. “Ətraki-müsəlmani-Qafqaz”ın bir ədəbiyyatı var ki, adına Azərbaycan ədəbiyyatı denilir. Şairləri o dildə, Azərbaycan dilində və yaxud təbiri-mərufilə (tanınmış söz ilə?), şivəsində yazarlar. Məktəblərində o dili tədris edərlər. Mətbuatları o dildə yazılır. Teatrları, operaları o şivədə tərtib edilir. “Ətraki-müsəlmani-Qafqaz” ilə azərbaycanlı təbirinin eyni mənanı ifadə elədiklərini coğrafiya nöqteyi-nəzərindən cərh eləmək (yalanlamaq) mümkün olsa da, qövmiyyat nöqteyi-nəzərindən bunu inkar etmək mümkün degildir. Zira İrəvan, Gəncə və Bakı quberniyalarındakı “ətrak” ilə Ərdəbil, Marağa, Xalxal, Təbriz və Qaraca Dağ mahallarındakı “ətrak”ın (türklərin) biribirindən nə ilə ayrıldıqlarını bən iyi fərq edəmiyoram. Eyni lisan, eyni adət, eyni məzhəb, eyni ənənat burada da, orada da hökmfərma, ortada yalnız yüz sənəlik digər bir həyati-siyasiyyə ilə yaşamanın təsiratı mövcud. “Ətraki-müsəlmani-Qafqaz”ın “ətraki-müsəlmani-İran” kibi daha məruf bir ismi vardır – Azərbaycan türkü. Əski Şirvan, Muğan, Aran, Bərdə, Albaniya, Bəqrcan, nəhayət, Gəncə, Bakı, İrəvan vilayətləri ilə adlanan bugünki Azərbaycan Cümhuriyyətinin coğrafiya nöqteyi-nəzərindən bu ismə haqlı olduğu inkar olunsa da, burada böyük bir əksəriyyətlə yaşayan türklərin Azərbaycan türkcəsi ilə mütəkəllim (danışan) bir millət olduqları cərh olunamaz(yalanlana bilinməz). [26][25][22]
- [İranlılar] Diyorlar ki, “isminizi dəgişin də biz sizi böyük bir qardaş kibi dərağuş edək” (qucaqlayaq). Yoxsa biz sizdən “mükəddər və zəniniz” (kədərli və şübhəliyik). Bizdən neçün zənindirlər? Təsəvvür etmək lazım gəlir ki, İranın bir vilayəti olan Azərbaycanın ismini aldığımız kibi müsəmmasına da gözümüz vardır. [27][26][22][23](müsəmma – adlandırılan; adlı, adlanan)
- Cümhuriyyətimizin, cümhuriyyətdən əvvəl Azərbaycan muxtariyyəti həqqindəki davamızın qətiyyən Araz nəhrinin cənubuna aid olmadığını dəfələrlə söyləmiş, bilfel dəxi isbat eləmişiz. Buna qarşı: “vəqtilə ermənilər dəxi məqsədimiz Türkiyə Ermənistanıdır diyorlardı” – deyə şübhələr bəyan ediyorlar. Bu misal, yəni Azərbaycan Cümhuriyyətinin İran Azərbaycanı ilə işi olmadığı həqqindəki bəyanatı ermənilərin Ermənistan həqqindəki bəyanları ilə müqayisə eləmək bizi ismdən ziyadə müsəmma üstündə dayanmaya vadar ediyor. [28][22]
Bakı [ redaktə ]
- Bakı, Azərbaycan atəşkədəsinin ocağı olduğu kimi Azərbaycan fikrinin də mənbəyi idi. [5]
- Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa Azərbaycanın həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür olunamaz. Bakı tarixən də, halən də bir türk şəhəri və müsəlman bələdəsidir. İstiqbalən də öylə olaraq Azərbaycanın paytaxtını təşkil edəcəkdir. Azərbaycan bugünkü milli və mənəvi işığını dəxi Bakıdan alıyor. Burası Qafqasiya islamlarının mərkəzi-ürfanıdır. Azərbaycanın qabiliyyəti-həyatiyyəsini təmin edən varidati-mühümmə buradan hasil oluyor. Burası məmləkətimizin yeganə limanıdır. Bakı Azərbaycanın qapısıdır. Bakı, əksəriyyət nüfuz etibarilə müsəlmandır. Bakıda mövcud bulunan ərazinin, əmlakın, əfar və müstəqfatın qismi-küllisi müsəlmanlardadır. Ətrafında bulunan köylər tamamilə müsəlman köyləridir, azəri türkləridir. Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə Azərbaycan üçün də Bakı ondan artıq olmasa da, odur.[6][29][30]
- Bu gün yalnız paytaxtımızın Qurtuluşu günü olmaqla deyil, doğma ordumuzun ilk dəfə olaraq bütün ərkan və rüsaləsilə (yüksək vəzifəli dövlət məmurları və sərkərdələri ilə) birlikdə xristian kilsəsinin nümayəndələri iştirak etmək surəti ilə paytaxtımızın üzərində parlaq bir surətdə rəsmi keçid etdiyi gündür. Bu etibarla Sentyabrın 15-i Qurtuluş Günüdür! [6]
Bayraq [ redaktə ]
-
Bayraq əgər yalnız müxtəlif rəngli qumaşlardan ibarətsə, Azərbaycan istiqlal bayrağı enmiş, parlaman caddəsindəki məclisi-məbusan binasının üstündə mavi, al və yaşıl rəngli və hilal sitarəli bir qumaş yoxdur. Yox, əgər maddətən əlaladə bir qumaşdan başqa bir şey olmayan bayraqlar mənən bir millətin hürriyyət və istiqlalını səciyyələndirən bir timsal isə, o halda hal-hazırda Bakı binalarının üstündə çəkiclə oraq əlamətini göstərən qırmızı qumaş Rusiya əsarətini örtməkdən başqa bir şey deyildir. [6]
Bir kərə yüksələn bayraq, bir daha enməz!
- XX əsr Azərbaycan Azadlıq Hərəkatının şüarı[31][7][32]
Dil [ redaktə ]
- Bir dil süni bir yolla xəlq oluna bilməz. Dil təbii bir məxluqdur. Onun xəllaqı (qurucusu) isə üdəba (ədib) və mühərrirlər (jurnalistlər) olmayıb, xalq özüdür. Bir şair ilə bir ədibin ərəb və yа fars qamuslarını (sözlüklərini) vərəqləyib də xoşuna gəldiyi bir sözü həmən mətbuata atmaqla dil islah deyil, xarab olar, pozular, indiki türkcənin halına düşər. Halbuki, xalq arasından götürülən lüğətlər yonulub da ədəbi bir şəkil alsa, o zaman ədəbiyyat milliləşər. [14]
- Bu gün bilatərəddüd (tərəddüdsüz) demək olar ki, heç bir tərəfdən müstəqil və əcnəbi dillərin nüfuzundan azad xalis bir türkcə yoxdur. İstanbuldan tutub Kaşğarə kimi hamımız, təbir caiz isə, pozuq bir dil ilə danışmaqda və daha qarışıq bir dil ilə yazmaqdayız. Bu qarışıqlıqdan qurtarıb da həqiqi bir dil istiqlalına nail ola bilmək üçün nəzəriyyələrin nə qədər müxtəlif olduğu məlumdur. [14]
- Dil millətin böyük hissəsidir. Onun zahiri və batinidir. Millətləri biri-birindən ayıran ən böyük əlamət, iştə bu dil damğasıdır.[14]
- “Formaca milli, məzmunca sosialist” proletariat kulturasından (mədəniyyətindən) sizə çox bəhs edirlər: formaca milli olacaq yazımız on beş ildir rus hərfləri ilə yazılır, yalnız hərflər deyil istilahlar (terminlər) da ruslaşdırıldı. İslami və Avropalı istilahlar işlətmək indi yasaqdır. Kommunizmin müqəddəs dili ruscanın istilahlarını işlətmək məcburidir. [14]
- Həqiqətən dil milləti hər şeydən daha gözəl təmsil edir. Millət dil vasitəsi ilə bütün məziyyət və mövcudiyyətini ərz edə bilir. Adəm oğlunun sözü bəzi riyazi və fənni məfhumları andıran əlcəbr və ya kimya əlamətləri kimi ölü hərflər deyildir. Onun qanı, canı vardır. Millətlə bərabər doğar, onunla bərabər yaşar, tərəqqi edər. [6]
- Mən təklif edirəm ki, bundan parlamentə gələn teleqraflar qabaqca türkcəyə tərcümə edilib oxunmalı və lazım gələrsə, rusca da oxunsun. Burası Azərbaycandır, lisanirəsmimiz türkdür. [6]
- Milliyyətin ümdə rüxnünü (əsas üzünü) təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Bir milləti məhv edib aradan götürmək qəsdində olan siyasətlər də əsil bunun üçündürki, təməssül (həzm etmə, assimilyasiya) əməliyyatı icra edərkən, ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər. Çünki dil həmən millət deməkdir. [6]
- Öz dilini bilməyib də sırf başqa bir dildə ziyalılaşan və təkəllüm edənlər (danışanlar), bir dərəcəyədək gülünc olurlar. Mənsub olduqları mühitə mərbutiyyətləri (bağlılıqları) az qalır. Bir mühitdən uzaqlaşıyor, digər mühitə də tamanülə iltihaq edəmiyorlar (birləşə bilmirlər). [6]
Din [ redaktə ]
- Axirət fikrilə yaşayanlar, bu dünyada da diri olun.[14]
- Bu dünyaya bir qələm çəkib də bütün diriliyi axirət diriliyindən ibarət bilmək, yeganə əmri din bilmək, səlim düşünülərsə, böyük bir xatadır. Çünki, bunun nəticəsi maddi və mənəvi bir fəlakətdir ki, dünyanı da, axirəti də bərbad edə bilər. Deyirlər, “Əddünya məzrəətul-axirə” (dünya axirətin tarlasıdır). Amma məzrəəni (tarlanı) abad etmək lazımdır. Buna da ancaq dirilər yarar. Dirilik isə elmən, ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir. [14][6]
- Ey əzadarlar! Məhərrəm ayında bir az özünüzü toxdadıb keçən illərə baxın. Orada Kərbəlaya bənzər bir çox hadisələr görəcəksiniz. Bu hadisələr haqda da düşünün, onlar da sizin diqqətinizi cəlb etsin! [35]
- Hər bir müsəlman milləti öz dili, tarixi, adət və ənənati ilə birləşib, mədəni bir qüvvət təşkil etməli. Hər bir müsəlman milləti öz-özlüyündə bir milliyyət “yasağı” vücuda gətirməli, tainki islamiyyət “dərz”i asanlıqla bağlana bilsin. İslamiyyət hər din kimi öz mədəniyyətlərində bir növ ümumilik tərbiyə ediyor ki, bu da millət deyil, beynəlmiləliyyətdir. Xristian beynəlmiləliyyəti olduğu kimi, müsəlman beynəlmiləliyyəti var. [6]
- Hüseyni məzlum bilib halına ağlaya-ağlaya hər bir müsibətdə ancaq ağlamağı öyrənmişik, onun yolunu getməyi xəyal belə etmirik. Bəlkə bu hal Kərbəla şəhidini qəbrində də rahatsız etməkdədir. [35]
- İman, iman! İştə bu günün ən qüvvətli müdafei, ən qüvvətli amili budur.[36]
- İran-Turan savaşlarında haqsız yerə axan qanların ən sonuncu təzahürü, şiəlik məsələsi üzündən icra edilmiş Osmanlı-İran müharibələri idi. [15]
- İştə 1500 sənədən bəri İbrahim, İsmayıl və Hacərin o sədaqətkaranə və fədakaranə hərəkətlərinin yadigarı olaraq müsəlmanlar hər il milyonlarca heyvan kəsməklə, bu hadisəni (Qurban bayramını) yad ediyorlar. Fəqət qurban kəsdikləri zaman etiqadini-diniyyə yolunda İbrahim və İsmayıl qədər fədakarlıq və mətanət lazım gəldiyini əcəba heç düşünüyorlarmı? Heç dərk ediyorlarmı ki, İsmayılın bu qədər şöhrət və ehtiramı ancaq etiqadı və etiqadı yolunda canına belə “of demədiyindən” irəli gəlmişdir? [37]
- Kərbəla hadisəsini, Əhli-Beytin oradakı məzlumluğunu çox eşitmişik, ancaq bu məsələdə ən az işlətdiyimiz bir şey var: Ağıl. Bu kimi ictimai-siyasi hadisələrdən səmərəli nəticələr almaq üçün duyğularımızdan çox ağlımızı işə salmalıyıq. [35]
- Qurban məlum olduğu üzrə ümumi bir müsəlman bayramıdır. Fəqət bu axırıncı illərdə İslam aləmini bürüyən ixtilafati-daxiliyyə və xariciyyədən dolayı bu bayram çox nadirətlə parlaq, hüzuri-qəlb və vicdan ilə keçmişdir. Keçən illərdə müsəlmanlar həzrəti İsmayıl qurbanı zibh edərkən dindaşlarından minlərcə bigünahların necə kəsildiklərini bir növ yaddan çıxara bilməmişdir. [37]
- Şiəlik İran türklərini elə farslaşdırmışdır ki, indi onlar özlərini türkləşmiş fars, yəni kökcə iranlı sayarlar! [38]
Dirilik [ redaktə ]
- Biz, yəni İslam aləmi və islam millətləri dinimizin sağlam əmrlərindən çox uzaqlaşaraq dünya diriliyinə qərib bir nəzərlə baxmağa başladığımız zamandan bəri başqalarından ruzəxari (oruc yeyən, orucsuz) və onlardakı tərəqqi və imranın əsir və dəstgiri (əsir, kölə) olduq, bunu etiraf etməliyiz. Bizcə, dünyanın diriliyi bir manqirə (qəpiyə) dəyməz. Beş gün dünyadan ötrü insan çalışmasa daha məqul bir iş görmüş oluyor. Çünki bu dirilik müvəqqətidir, burası da bir karvansaradan ibarətdir. Doğrudan da İslam aləmi ilə Avropa aləminin abadlığı müqayisə edilərsə, birincisinin xaraba bir karvansaradan ibarət olduğu həman anlaşılar. Bu kimi karvansaraların insanı yaşada biləcəyindən bəhs etməyəlim. Bunlar ölümü çarçeşm (dörd gözlə) ilə gözləyən bir abidin (qul, insan) hüzuri-qəlbilə razi-niyazına (raz- sirli; niyaz-yalvarış) da kafi gəlməz. [14]
- Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”i anladığımız kimi anlatmaq üçün halhazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan daha bəliğ (ifadəli, təsirli) bir bəyаn olamaz zənnindəyiz. [14]
- Diriliklərin ən qiymətlisi milli dirilikdir.[14]
- Dirilik üçün ölmək! Avropa diriliyi bu dərəcədə müəzziz tutuyor və ona bu qədər əhəmiyyət veriyor. Halbuki Şərqdə, ələlxüsus, Şərqi-İslamda yalqız olmaq üçün diriliyorlar. Başqalarında məqsəd dirilik isə, bizim məqsədimiz ölümdür. İştə diriliyi və dirilik fikrini avropalılar kimi anlayıb və anlada bilmək diriliyin məqsədini təşkil ediyor. [14]
- Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir. [14]
- Gərək bir insan və gərək bir millət, elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur. Yaşaya bilmək üçün icabında yaşamağı belə fəda edə biləcək qədər, rəşid olan millətlərdir ki, dünyada dirilik haqqı qazanıyorlar. [14]
- Hələ yalqız (yalqız millətlər) bununla qalmayıb dünyanın nemətlərini təqsim edərkən (bölüşdürərkən), diri millətlər özlərinə hər kəsdən ziyadə pay çıxarıyorlar. İştə bu xüsus, ümumi diriliyindən başqa insanlar arasında bir də xüsusi bir dirilik vücuda gətiriyor ki, bu xüsusi diriliklərin ən mütəkamil bir şəkli milli diriliklərdir. [14]
- Millətlər qüvvətli və tərəqqi etmədikcə diriliyin mənasını həqiqi və maddəsilə anlamadıqca, təbiətdən alınan qənimətlərdən hissələrinə ancaq bir qutlayəmut (mücərrəd, bəlli olmayan kiçik bir hissə) düşər. İştə bu qutlayəmutə qənaət edən millətlər kargahi bəşəriyyətdə (insanların işlədiyi yerlər, zavodlar nəzərdə tutulur) ən süfla (ən aşağı, cuzi) xidəmətlər ifa edən fəsil əmələlərdir (işçilərdir). Neft mədənlərində çalışan “çornı raboçilər” (“qara işçilər”) kimi. [14]
- Nəzərə bir az qərib gəlsə də demək istəyirəm ki, dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi xassı (əsas mənası) isə dünyapərəstlikdir. [14]
Erməni məsələsi [ redaktə ]
- Bəsdir, bəsdir içdiyiniz insan qanları, bəsdir iki milləti bir-biri ilə çalışdırıb, sonra hər ikisini də badi-fənaya verdiniz! [39]
- Bizcə və hökumətcə Qarabağ məsələsi yoxdur. Necə ki, Bakı məsələsi yoxdur. Buna görə də Qarabağ ünvanı ilə vaqe olan hər növ təklifi rədd ediriz. [6]
- Bu millət nə qədər talesizdir ki, rəisləri kəndisini qonşuları ilə vuruşdurdular. Rusiyaya güvəndilər. Hadisələrin faciəsi və fəlakətli cərəyanına tərk edildilərsə da, ayılmadılar. Yalnız türklərin deyil, gürcülərin dəxi ədavətini qazandılar. [40]
- Bu yolun erməni millətinə çox bahaya mal olduğu artıq bütün cahana məlumdur. Yanlış yolun nərəsindən dönülürsə kardır (xeyirdir)! [40][41]
- Çarizmin Qafqasyada istinad etdiyi millət ermənilər idi. Rus kapitalizminin, rus kolonizasyonunun yol başçısı erməni ürəfası və erməni möhtəkirləri idi. [40]
- Erməni hərəkatının tarixçəsi Rusiya hesabına çalışmaq, şimal istilasının cənubda kılavuzluğunu (bələdçiliyini) yapmaqdan ibarətdir. [40]
- Erməni-müsəlman qırğını da vətənimizə ariz olmuş bəladır, bir mərəzdir ki, aramızda said bir zəmin tapıb bu cür olan iləl və səbəblərdən nasıl şiddət etmişdir. İştə bu bəlanı rədd edib, qədimül əyyamdan, sülh və müsalimət (barış) ilə yaşayan iki milləti barışdırıb, əvvəlki halətə gətirməkdən ötrü bu illətləri (xəstəlikləri) arayıb tapmaq gərək. [6]
- Ənənəvi Daşnaksütyun siyasəti ilə aşina olanlar bu siyasətin ta ibtidadan iflasa məhkum olduğunu bilirlərdi. Rusiya imperializminin əzəmətinə güvənərək qonşuları hesabına “Böyük Ermənistan” xülyalarını daşıyan, bu əzəmətin çökdüyünü gördükdən sonra da qaynar bir həyat kibi fışqıran türk milliyyətpərvərliyini heçə sayıb Sevr muahədəsinə güvənən bu siyasətin sonu əlbət ki, iflasdı. [40]
- Heç bir vilayətdə orasına Ermənistan dedirdəcək qədər əhalinin əksəriyyətini təşkil edən bir vilayət yoxdur. [40]
- Hərgah “erməni məsələsi və panislamizm” kimi kitablar əvəzində, məhəbbət və qardaşlığa çağıran risalələr nəşr etsə idilər, bu qədər nahaq qanlar tökülməyib, bu qədər evlər, xanimanlar bərbad olub viran qalmaz idi. Bu qədər arvadlar dul, bu qədər uşaqlar yetim düşməz idi. Ey vətəndaşlar! Bəsdir bu qədər həlakət! Bəsdir bu qədər qəflət! [6]
- İki milləti bir-biri ilə vuruşdurub, nahaq qanlar içində inqilabı qərq etmək istədilər. [42]
- Qafqasiyalı mühərrirlərindən (jurnalistlərdən) biri rus imperializmini tərvic edən (inkişaf etdirən) erməni siyasilərinə pək yerində bir isim vermişdir – rus imperializminin könüllüləri! Böylələrinə, bizcə, eyni haqq və eyni müvəffəqiyyətlə “Rusiyanın kölələri” demək də caizdir. [40]
- Qarabağ, vətənimizin o gözəl bucağı həyati-iqtisadiyyəmizi parçalayan, sularımızın başını tutaraq bizi fəlc bir halə qoymaq istəyən inadlı qomşularımızın israrından qurtardı. Fəzlə qanlara məhəl vermədən erməni əhalisi məsələnin sülhən həllini iltizam edərək Azərbaycan hakimiyyətini qəbul etdilər. [43][44]
- Qarabağda Azərbaycan istiqlal və hürriyyətinin düşməni olan bir ünsür tərəfindən fəsad və üsyan qaldırılmışdır. [43]
- Martın 31-i bizə Azərbaycan tarix siyasətində unudulmaz üç günü xatırlatıyor. İctimai bir inqilab adı ilə və pərdəsi ilə ortaya çıxıb milli bir ədavət icra edilmişdı. Daşnaqlar intiqam alırdı. Həqiqətdir ki, martın 18-dən 21-nə qədər Bakı türk demokratiyasının başında partladılan toplar, müsəlmanların haqqında rəva görülən zülmlər Azərbaycan fikrini daşıyan, müxalifət və istiqlal əqidəsi ilə pərvərdə olan vücudları məhv etmək üçün idi. Fikir öldürülmək istənilirdi. Millət kəsilirdi. Fəqət özləri “inqilabçı” ikən inqilabın böyük düsturunu unudurdular: Azadlıq fikrinin məşəli qanla sönməz. Martda tökülən qanlar türklərdəki milliyyət və hürriyyət fikrini, Azərbaycan müqəddəs atəşini söndürə bilmədi! . Qanlar içində boğdurulmaq istənilən Azərbaycan fikri bu dəfə müstəqil bir hökumət şəklində parladı. Bakı bir qan və bir fitnə ocağı deyil, paytaxtımız oldu! [45]
- Anadolu Mehmetcikləri Bakıdakı şəhadətləri ilə türklüyə yeni bir vücud əta etdilər. Bu qəhrəman şəhidlər yalnız Bakıdadırlarmı? Naxçıvandan, Qarabağdan, Şamaxıdan, Gəncədən ta Bakıya qədər elə bir yer varmı ki, orada belə fədakarlar yatmasın?! Bəli, Azərbaycanın hər tərəfində şairin təsvir etdiyi “Sarmaşıqlı bir məzar” taparsınız ki, ziyarətgahlara çevrilən bu məzar qardaş imdadına gələn türk məzarıdır. [46]
- Millətlərindən ziyadə kəndi zövq və mənfəətləri saikilə hərəkət edən erməni siyasilərindən bir qismi millətdaşlarını, bərabər yaşamaq məcburiyətində bulunduğu qonşuları əleyhində macəracuyanə çıxmazlara sövq etməkdən sakınırlarsa, kəndi irqdaşları hesabına, çox ağıllı və çox həmiyətli bir hərəkətdə bulunmuş olarlar!
- Nədir bu erməni məsələsi? Bu, hər şeydən əvvəl bir ərazi məsələsidir. Bir yerdə ərazi bir millətə mənsub olanlarda olub, zərilər (tarlalar) digər bir milliyyətə mənsub olurlarsa, mütləq malik (sahib) ilə zəri (əkinçi) arasında təbii olan sinfi mübarizəsi milliyyət şəklini alır. [6]
- Yenə fitnə alıb meydan,
Müftinlər sürür dövran.
Gözəl Qafqaz olur viran,
Qalır hər kəs buna heyran.
Tərəhhüm eylə, ya sübhan,
Amandır, dada yet rəbbi!
Qədim qonşu, iki millət,
Dolanmış mehrlə hər vəqt.
Nə üz verdi ki, bu hörmət,
Mübəddəl oldu bər xirəd?- “Növhə”. “Dəvət” qəzeti, №14, 20 iyul 1906-cı il. (tərəhnüm – rəhm; mehr – sevgi; mübəddəl olmaq – dəyişdirilmək; bər – aparıcı; xirəd – ağıl, fikir, huş)
Gənclik [ redaktə ]
- Azərbaycanın bu qədər fəlakətlər nəticəsində əldə etdiyi bir qazanc varsa, o da bu istiqlal fikrinin rusuxudur. Şimdi istiqlal və hakimiyyəti-milliyyə sevdasilə yaşayan bir Azərbaycan gəncliyi vardır ki, ÇK-nın amansız edamlarına rəğmən, gecə-gündüz çalışıyor, ilk fürsət və imkanı bəkləyib duruyor. Bu fürsət gəlincə o, meydana çıxacaq və o zaman yanıq könlündə atəşin cizgilərlə mənən mənquş (nəqş) bulunan bayrağı maddətən yüksəldərək deyəcək: Bir kərə yüksələn bayraq, bir daha enməz! [5]
- Bir millətin yeni nəsli ondan əvvəlki nəsildən daha az mədəni və daha az təcrübəli olarsa, o millətin varlığı və istiqlalı təhlükəyə məruz qala bilər. [7]
- Bu durum qarşısında türk gəncliyinə düşən əsl vəzifə, bu ucsuz-bucaqsız türk kültürünü bütün özəlliklərilə tanımaq, öyrənmək, sevmək, mənimsəmək və tanıtmaqdır. [47]
- Ey millət, millət deyib bar-bar bağıranlar, ey öz elm və bilikləri ilə fəxr mübahat edən (öyünən) cavanlar, ey tələbəlik və studentlik faxir etibası ilə müzəyyən (bəzənmiş) ziyalarlar, ey cəmaət müəllimi adlanan zəvati-kiramlar (kərimli şəxslər), ey təbən (təbiətcə) hürriyyət və azadlıq məftunu (vurğunu) olan millət balaları! Biçarə füqarə (yoxsul) ürəyinin ən dərin guşəsindən gələn bu səda və fəryadı, millətimizin çox qismi olan bu füqarə və kəsəbənin yanğılı fəryadlarına, guş veriniz (qulaq verin). Giriniz bunların içinə, göstərin onlara o yolu ki, onunla mənzilə yetişə bilsinlər. [6]
- Ey millətin istiqbalını təmin edəcək türk gəncliyi, hardasan?! [14]
- Yeni nəsil əskisindən daha bilgili, daha kültürlü (mədəni) və daha olğun (yetkin) olaraq yetişmək zorundadır (məcburiyyətindədir). Çünki onu daha böyük və daha çətin vəzifələr gözləməkdədir. Bu isə yalnız təvazö və tükənməz bilgi və öyrənmək eşqilə təmin edilə bilər. [48]
- Uşaqlarımızı haman öz ruhumuzda tərbiyə etməliyik. [49]
Gəncliyə xitab [ redaktə ]
Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!
Sənin öhdəndə böyük bir vəzifə var.
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:
– Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “İrəli, irəli Azərbaycan əsgəri” – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi.
Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək.
– Ya qazi və ya şəhid olacaqsan. [15]- Məhəmməd Əmin Rəsulzadənin 1920-ci ilin iyul ayında Lahıcda yazdığı “Əsrimizin Siyavuşu” əsərinin sonluğu.
Həqiqət [ redaktə ]
- Haqq verilməz, alınır! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət! [5]
- Haqsız qan yerdə qalmaz! Necə ki, Siyavuş qanı qalmadı. Məzlum ahı ovunmaz – necə ki, Kərbəla zülmü ovunmur. Zalım əbədi olmaz – necə ki, Zöhhakın zülmü olmadı. İstiqlal nəşəsi fədailər yetişdirir. Necə ki, milli Türkiyə yetişdi. Fikir öldürülməz – necə ki, Neronun arslanları xristianlığı parçalaya bilmədi. Abidə iman yanmaz, necə ki, Nəmrudun atəşi İbrahimi yaka bilmədi. Konuşma və düşüncə susdurulmaz – necə ki, inkvizisiya hüzuruna çıxarılmış Qaliley susmadı. Haqq əsla qeyb olmaz – necə ki, Musa firondan qaçmağa müvəffəq oldu. [15]
- Gün geçdikcə dünya həqiqətləri qarşılaşmaqda, haqq ilə batil, yalan ilə doğru üz-üzə gəlməkdədir. [3]
- Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin əziz vətəndaşlar. [2]
İran [ redaktə ]
- Bu gün İranı keçirməkdə olduğu bu ən fəalakətli günlərdən “xilas” etmək üçün əlindəki istiqlal kölgəsindən də məhrum edib, başqa mütərəqqi bir millətin idarə və təmsili altına versəniz ehtimal ki, ənzəli bir neçə ilin zərfində Bakıya meydan oxuyacaq qədər tərəqqi edər. Və bəndər bu şəhər də Bombeydən heç də geri qalmaz. Fəqət bu səri (sürətli) tərəqqinin müqabilində əmin olunuz ki, İran bir daha nə Firdovsi yetirər, nə Sədi, nə Hafiz. [14]
- Bu türklər Azərbaycanı ikiyə bölən Araz nəhrinin iki tərəfində sakin olub və qismən İrana şu və ya bu surətlə bağlı nimmüstəqil bir halda yaşadıqları zaman məhkum bir millət deyil, hakim olaraq yaşıyorlardır. Çünki əsrlərdən bəri İranın hakim sinifini türklər təşkil ediyordu. Azərbaycan xalqı idarəcə gördüyü ağırlığı başqalarından deyil, öz cinsindən gördüyü üçün həqiqi məhkumiyyətini, mənəviyyatca başqa bir hərsin məhkumu olduğunu dərk etmiyordu. O get-gedə farslaşıyordu. Xəvas təhsilini farsca görüyor, fars tərbiyəsi alıyor, fars kibi düşünüyor və kəndisinin doğrudan-doğruya iranlı olduğuna qane oluyordu. Xalqın həll və əqdini əlində bulunduran bu xəvas kibi mənəviyyatına hakim olan üləma sinfi dəxi eyni ruhda, eyni tərbiyədə və eyni zehniyyətdə idi. Fars ədəbiyyatına Nizamilər, Xaqanilər, Məhsətilər kibi ustadlar bəxş edən bu torpaqda yetişən Azərbaycan xəvası pək təbii idi ki, bir zaman Süleyman Qanuninin belə az qala qəbul elədiyi Sədi lisanı qarşısında əriyib kəndiliyindən keçmiş, türk ilə türkcəyə xor baxmışlardı. [5]
- Ey iranlı qardaşlarımız. sizin məqsudə yetmənizdə hər kəs şəkk edirsə, etsin. Mən özlüyümdə şəkk etmirəm: Sizin əslafınızın (sələflərinizin) tarixi bunu göstərib əlaniyyə (indi) diyor ki, Zöhhaklar zülmünə düçar olduqda Gavələr, əfqanlar talanına giriftar (məruz) olanda Nadirlər olduğu kimi, bu dəfə dəxi istibdad bəlasına aludə varsınızsa da ittihadi-milliyyə, məhsusati-amiyyə sağ olsun! [50]
- “İran bahadırları türklərdir” – demək İran inqilabının əsası ilə, əsasi-elmiyyəsi ilə isbat edilmiş bir həqiqətdir ki, bu barədə heç danışıq belə olmaz. [6]
- İran türkü, başqa türk qardaşı kimi bir az mühafizəkardır. Azərbaycanlı bir türk, şirazlı bir farsdan daha təəssübkeşdir, türk, fars qədər azad fikirli deyil, fəqət onun qədər əzimsiz və laübali (səhlənkar) deyildir. Türk daha mətin və daha səbatkardır (sabit, mətanətli).[6]
- İranda türklər nə Rusiyada olduğu kimi tutsaq, nə də Türkiyədə olduğutək ağa ulus deyildir. [38]
- Məzlum millətin mətbuatı da məzlum olur. Bizim əzəmətli vətənimiz İran düşdüyü bu biçarə vəziyyətdə hər tərəfdən xarici və daxili tamahlara düçar olub, uzun müddətdir ki, ağır xəstələnib və indi də qansızlıq və gücsüzlükdən iztirablı, zəif haldadır. Şübhə yoxdur ki, biz – millətin dili adlanan jurnalistlər də zəif və aciz olacağıq. 15 milyon əhalisi olan bir ölkə bir neçə gündəlik milli qəzetini saxlaya bilmirsə, öz yeniləşməsi barədə hansı yaxşı fikirlər yarada bilər. Bu elə bir sualdır ki, onun cavabını səhv iş görən fəsad əhli verməlidir. [51]
- Neçə vaxt bundan iləri hürriyyət gününün tüluini İran üfüqündən görəcəyin, İrana hürriyyət – deyə bir bənd yazdıq. Şükr Allaha ki, İran hürriyyətpərvərləri bizi allatmadılar, indi də İranda inqilab – deyə yazmağa səbəb oldular. İnşallah vaxt gələr İranda qanuni-əsasi (konstitusiya) – namində bir bənd yazmağa dəxi müvəffəq olarız. Ürəyimizdə bəslədiyimiz arzu iştə bu… Yaşasın İran hürriyyətpərvərləri! [52]
- Təbriz İran inqilabının atəşlər yağdıran bir mənbəyi idi. Azəri türklərindən təşəkkül edən hürriyyət mücahidləri bütün İran zülmət pərəstanına qarşı mərdanə köks gərmiş, dayanmışdır. İranın ənvar və niyazisi Səttar xan ilə Bağır xanın komandası altında Təbrizin on bir aylıq bir mühasirəyə qarşı göstərdiyi qəhrəmanlıqların öylə şanslı səhifələri vardır ki, bu bahadır türklərin iranlılar arasında “övladı-qəyuri Azərbaycan” (Azərbaycanın qeyrətli övladları) – deməyə təməyyüz etmələri (fərqlənmələri) pək haqlıdır. [6]
- Türk inqilabçıları, türk məbusları, türk əncümənləri dediyimizdə bunların məhz türklük namına hərəkət etdikləri düşünülməsin. İran türk məşrutiyyətpərvərləri türklüklərini düşünmədilər; bütün fədakarlıqları ancaq iranlılıq və müştərək vətən namına icra etmişlər. [53][18]
Vəsiyyətnamə [ redaktə ]
1. Yüksək vəzifəyə layiq görmədiyiniz şəxsi həm özünüzü, həm də başqalarını aldadıb böyük tarixi şəxsiyyət fərz etməyin. Çünki, bu cür etsəniz öz təcrübəm əsasında deyirəm – öz başınıza bəla gətirərsiniz.
2. Əgər təzə təşkil edəcəyiniz məmləkətin əsasları köhnədirsə, labüd olaraq inqilabdan keçərək bir milli hökumət təşkil edin.
3. Siyasi nəzəriyyələr meydanında nə qədər bacarırsınız, fikir atınızı oynadın. Amma bu at oynatmaq irançılıq çərçivəsindən kənara çıxmamalıdır.
4. Siyasət meydanında nə qədər mühafizəkar olsanız da, orta yol seçin və ya həddə artıq qızğın olmayın, bir-birinizi ittiham etməyin.
5. Əgər nazir olsanız və ya İranda təzə yüksək vəzifəyə çatsanız, öz hərəkətlərinizdə mülahizəli olun. Elə etməyin ki, sizin məlumat və üzrxahlığınız məmləkətə və onun azadlığına xələl gətirsin.
6. Əgər millət vəkili olsanız, öz vəzifənizi bilin və heç vaxt ondan kənara çıxmayın.
7. Əgər Allah eləməsin, çətinliyə düşüb gözlədiyinizin əksinə olaraq jurnalist olsanız, ən azı sərxoş halda heç bir şey yazmayın, yoxsa öz milli mətbuatımızın bədnam olmağına bais olacaqsınız.
8. İdarəyə və ya Milli Məclisə vəkillər seçilən zaman elə adamı seçin ki, onun özünün müstəqil fikri olsun, vicdanla rəy versin. Gözləməsin ki, görək filankəs nə rəy verəcək, mən də onun əksinə rəy verim.
9. Əgər bir hadisə zamanı siz öz millətinizə layiqli xidmət etsəniz və məşhur qəhrəman olsanız çalışın ki, hərəkətləriniz ad-sanınıza uyğun olsun. Belə olmazsa, sabah xidmətiniz bir qara qəpiyə dəyməz.
10. Öz çalışqanlığınıza görə bir yerə hakim təyin olunsanız, elə etməyin ki, sizə baxıb zalımlara rəhmət oxusunlar.
- “İrane-nou” (Yeni İran) qəzeti, 1910, 17 may, №206. [6]
Kommunizm və SSRİ haqqında [ redaktə ]
- Bolşevizm elmi sosializmin təsvir etdiyi avropasayağı bir istiqamət olmaqdan ziyadə rus xəyalpərvərliyi ilə anarxizmindən mütəvəllid (doğmuş) bir cərəyandır. Bu cərəyana qüvvət verən ictimai varlıqlar yalnız əmələ (fəhlə) hərəkatı deyil, ictimai hər türlü məmnuniyyətsizliklərdir. [6]
- Fəhlə ilə kəndli ittifaqından bəhs edən sovet hökuməti düçar olduğu müşkülatda ən çox bu ittifaq yoxsulluğundan ziyan çəkdiyi kimi, bu hökumətin millətlər arasında həmrəylik vücuda gətirdiyindən bəhs edən propaqandaları da göz boyacığından başqa bir şey deyildir. [6]
- Kommunizm nə yaparsa yapsın, Rusiya imperializmi hangi rəngə girirsə-girsin, meydanda bir həqiqət var: millətlər kəndilərini tanımışlar. [5]
- Kommunizm rejimi süqut etmək məcburiyyətindədir. [5]
- Kommunizm təhlükəsi deyilən şey, dünya üçün hər zaman təhlükə təşkil etmiş olan qaba və təcavüzçü Rus imperializminin yeni həmləsindən başqa bir şey deyildir. Bu təhlükə yalnız bolşevik istibdadı və qızıl süngüsünə dayanan Sovet hakimiyyətinin çökdüyü və oradakı millətlərin, uğrunda vuruşduqları istiqlallarına ərişdikləri gündür ki, ortadan qalxar. [6]
- Tarixin ən qəddar bir istibdadını quran bolşeviklər sovet rejiminə utanmadan demokratiya deyirlər. Sovetlərlə həqiqi demokratiya arasında yerdən göyə qədər fərq vardır, vətəndaşlar! [54]
- Üsyan və qanla sərkarə (başa) gələn bir qüvvət üsyan və qanla da gedəcək. [6]
- Zühur edəcək hər hansı bir böhranda sovet rejimi çox böyük bir imtahan keçirəcək və Sovetlər İttifaqı ən əvvəl zəif olduğu nöqtələrindən heç şübhəsiz partlaq verəcəkdir. Qafqaz bu zəif nöqtələrin birincisidir.[6]
Qadın [ redaktə ]
- Ailə əsarəti və ailə istibdadı (zülmü) üzərinə təşkil edilən millətlər heç bir vaxt ailə hürriyyəti və ailə səadəti məbnaları (özülü) üstündə qurulan millətlərlə mübarizə edə bilməzlər. Qadın bir millətin nisfi-mühümmünü (mühüm yarısını) təşkil edir. O, aciz isə, hüquqsuz və mərifətsiz olursa, millətin yarısı xəstə və məflucdur (iflicdir) – deməkdir.[55]
- Arkadaşlar! Arvad məsələsində cahilanə təəssüf etməyiniz. Çünki, bu təəssüf nəinki müsəlmançılığımıza və millətimizə xidmət etməz, bəlkə bizi seçkidə əgəliyyətdə (azlıqda) buraxmaq ilə ixtiyarımızı əlimizdən alar ki, bu da ki, nə şəriətə və nə də millətə müavinət (kömək) degil, zərər yetirər və bu da bizi şəriət və milliyyətimiz qarşısında məsul və xəcil edər. Biz də böylə məsuliyyətli və tarixi zamanda bu məsuliyyəti və bu xəcaləti öz öhdəmizə götürməməliyiz. Arvadlı – kişili seçkilərdə iştirak etməli və öz işlərimizin ixtiyarını öz əlimizə almalıyız. [6]
- Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadını dustaqlıqda qala bilməz və qalmamalıdır. [1]
- Millətimiz yarın bir fəlakətə uğrarsa, səbəb qadınlardır. Qadınlardakı məarifsizlikdir. Türk övladı yarın cəval (yüyrək), fəal addımlarla şəhrahi-tərəqqi və mədəniyyətdə ilərilərsə, yenə səbəb qadınlardır. Onlardakı məarifpərvərlikdir. Milli və mədəni işlərimizdə hər hanki məsələyə ətfi-nəzər etsək (nəzər yetirsək) – əmin olmalı ki, – ilk baxışda, ilk addımda analarımızı görəcəgiz. Onunçun hər şeydən əvvəl qadın məsələsinə, tərbiyəsinə, qadın məarifinə baxmalı, xanım qızlarımızı ciddi, sabit, sarsılmaz bir fəaliyyətlə məarif və tərəqqi üfüqlərinə doğru sövq etməli, yüksəltməli və hürriyyət günəşindən kəcbi-nur etmələrinə daima səy və qeyrət etməlidir (çalışmalıdır). [56]
- Sənə məğrurluq yaraşır, qürur sənin haqqındır, xanım qadın! Məmləkətimiz sənin kimi qadınların çiynində yüksələcək! [mənbə göstərin]
Mədəniyyət [ redaktə ]
- Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı. [5]
- Bütün insanlığa şamil təbiət bayramı Novruzun Azərbaycan xalq ənənəsində sarsılmaz bir yeri vardır. Gerçək bir təbiət, yenidən doğuş, qurtuluş və yeniləşmə simvolu olan bu gün Azərbaycan folkloruna bir mal olmuş, həqiqi bir ənənə halını almış və xalq bayramı olmuşdur. Bir millətin təşəkkülündə dil, din, tarixi qədər ənənələrin də önəmli rolu vardır; hətta bəzi sosioloq və filosoflar bu sonuncuya xüsusi əhəmiyyət verirlər. [57][58]
- Bütün mədəniyyətlər üç böyük amilin qarşılıqlı təsirlərindən doğarlar: coğrafi amil – vətən, etnoqrafi amil – millət və mənəvi amil – mədəniyyət! [6]
- Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? – Maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər.[59]
- Cümə gecəsi Üzeyir Hacıbəyovun “Arşın mal alan”ına baxdıq, bu da olduqca gülməli idi. “Arşın mal alan”ın mövzusu arvad məsələsinin bizdəki şəkli-hazirinə bağlı “görmədən evlənməyi” istehza üçün intixab olunmuşdur (seçilmişdir). Cavan bir tacir evlənmək istəyir. Yoldaşı Süleyman bəyin məsləhəti üzərinə özünə qız bəyənmək üçün qoltuğuna arşın mal alıb qapı-qapı gəziyor. Nəhayət Sultan bəyin qızını görüyor, bəyənir. Sonra operettalara məxsus bir taqım (qisim) sərgüzəştlər keçirdikdən sonra qızı alıyor. Bizcə mövzu olduqca ciddidir. [6]
- Çarizm Azərbaycanda ruslaşdırma siyasətini iki istiqamətdə həyata keçirməyə başladı: birincisi, üləmaları, mollaları və əfəndiləri idarələrdə məmur vəzifəsinə təyin edərək öz xidməti qulluqçularına çevirirdi, ikincisi isə azərbaycanlı uşaqları rus məktəblərində oxudub onlardan rus təbiətli “uçitellər” hazırlayırdı. Beləliklə, doğma klassiklərimiz əvəzinə, Güney Azərbaycandakı “mirzələr” Firdovsini, Sədini, Şimali Azərbaycandakı “uçitellər” isə Puşkini, Lermontovu, Tolstoyu və başqalarını təbliğ etməyə başlayırdılar. Nə farslaşmış “mirzələr”, nə də ruslaşmış “uçitellər” xalqın istək və arzularını başa düşürdülər. Tədricən “uçitellər” anladılar ki, xalqımızın övladlarına Puşkin, Tolstoyla yanaşı, Füzuli, Şirvani, Sabir, Hüseyn Cavid, Əhməd Cavadı öyrətmək lazımdır. [5][49]
- Ey millətin “lisanülğeybi” olan şairlər, ədiblər millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz. [60]
- Ədəbiyyat rəhbərdir. Rəhbərin nöqsanı həqiqət yolunu tutanların nöqsanına mövcib (səbəb) olur. Buna görə də mütəməddin (mədəni) millətlərdə ədəbiyyat həyatın bütün vəqəələrini (hadisələrini) tənqid etdiyi kimi özünü də tənqid edir. Çünki, özü də həyatın bir vəqəəsidir. İnsanlara tənqidi-nəfs öyrədən ədəbiyyat özünü tənqid etməsə idi alimi-biəməl məqamında qalan idi. [6]
- Əgər mümkün olsaydı, qalxıb xalqa deyəcəydim ki, görünüz milli aşıqlarımızın havası nə qədər dilrübadır, nə qədər cazibədardır. Aşıq Kərəm, Koroğlu nəğmələrində o qədər ülvi hisslər vardır ki, onu ancaq saz nəğməsilə oxunduğu zaman saf və pak ürəkləriniz anlaya bilər. [7]
- Həqiqi millətçilərin üzərinə tərəddüb edən qutsal qayə uzun sürəkli tarixin məhsulu olan milli varlığı bütün fəzilətləri, gələnək və görənəkləri, kültür və ədəbiyyatı ilə qorumaq, yaşatmaq və gəlişdirməkdir. [47]
- İran-Turan ənənələrini özündə birləşdirən Novruz bayramı Azərbaycandakı özəlliyi ilə həddən ziyadə gerçək bir təbiət, həyat və hürriyyət bayramı olaraq, xalq kütlələrinin adət və ənənələrində yer almaqda və əsil dəyəri də bu nöqtədədir. [6]
- Qabağımıza gələn ilk mühəndisi tutub da “al bizə bir bina yаp” – deyiriz. O da götürür bir az “qotik”dən, bir az “renesans”dan, bilməm nədən, cüziyyətcə də “mavr” (məğrib) tərzi-memarisindən qarışıq bir kompazisiyon yapar. Daşı-daş üstə qalar, müdhiş bir bina, ali bir imarət vücuda gətirir. Bu əzəmət, bu böyüklük əlbəttə ki, bizi fərəhləndirir, qəlblərimizə bir şadlıq gətirir, fəqət bir çox xərclərlə hasil olan təzyinat bizə türklüyün, müsəlmanlığın keçmişdəki əzəmət və ehtişamını andıra bilsəydi, bizim də özümüzə məxsus memarlıqda bir üsula, həm də gözəl, ali təqlidaşayan bir üsula malik olduğumuzu bütün tamaşakaranə bildirsəydi; əlbəttə ki, binanın maddi əzəmətilə mütənasib mənəvi bir böyüklüyü də olardı və həqiqətən də bu böyük əməlin möhtəşəm bir abidəsi kəsilərdi. [14]
- Məncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalqız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor. [14]
- Musiqimiz kəndinə məxsus bir xüsusiyyəti mühafizə eləməklə bərabər əsas etibarilə İran musiqisidir. Böylə ikən opera və operettalarımız vasitəsilə biz bu xüsusda dəxi müqabil bir təsir yapmaqla borcumuzu verməkdəyiz. [24][25]
- Müxtəlif millətlərin əməyi sayəsində hüsula gələn və hələ hər millətin damğasını üzərində daşıyan bir dünya kültür mənzuməsi və ya məcmuəsi vardır. [47]
- Müstəqil Azərbaycan hökuməti zamanında Novruz milli bir bayram olaraq rəsmən qeyd olunurdu. O gün bütün millətlə bərabər dövlət müəssisələri də işləməzdi. Hökumətcə mərasim keçirilərək, ordunun rəsmi keçidi icra olunurdu. [57][61]
- Naməlum müəlliflərin yaratdığı “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və sair bu kimi dastanlar ürək yaxan aşıq sazlarının ruhnəvaz ahəngləri altında Azərbaycan türk kütləsinin qəlbinə elə sinir, elə yerləşirdi ki, onunla farsın “Nuş afərin”i, “Fərhad və Şirin”i, hətta, Firdovsi ilə Hafizi belə rəqabət edə bilməzdi. [5]
- Təhsilin demokratikləşdirilməsi ideyasının əsasını, xalqın ədəbiyyatını, tarixini, mədəniyyətini dərindən öyrəmək və bu biliklərin dünya mədəniyyətinə körpü salmaq təşkil edir. [7]
- Vətən müdafiəsi xatirinə hər şey fəda edilsə də, vətən məfhumunun bir cüzisini təşkil edən milli adət və qaidələr fəda edilməməlidir. Çünki vətən deyincə bu adətlər də ona daxildir. [62]
- Yaşasın maarif! Var olsun əhli-maarif![63]
Mətbuat [ redaktə ]
- “Əkinçi” adını daşıyan bu qəzetə Rusiya müsəlmanları arasında çıxan ilk qəzetə idi. Mirzə Fətəlinin oyandırıcı fikirləri Zərdablı Həsən Bəyin bu qəzetəsində davamlı bir surətdə müdafiə olunurdu. [14]
- Hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun. [6]
- Qəzet camaata və tək-tək adamlara öz vəzifəsini göstərib başa salır, vətəni sevməyi onlara öyrədir, lazım olanda parlaman və hökumətə kömək edər. Qəzet bir çıraqdır ki, əyri və düz yolu millətə göstərir, onu sərvət və sahman yoluna yönəldir. [6]
- Qəzet inanılmış bir qoruyucudur ki, hökumətin iş və hərəkətlərini görür, onların səhv və xətalarını açıb göstərir, milləti hökumətin səhv və xəyanətlərindən xəbərdar edir. [6]
- Qəzet millətin danışan dilidir. Bir millətin ki, qəzeti yoxdur, elə bil ki, o millətin dili yoxdur. [6]
- Mətbuat azadlığı insan azadlığının əsas sütunudur, çünki o, əqlin, təfəkkürün əsas qüvvəsidir. [6]
- Mətbuat azadlığına əl qaldırmaq insan azadlığına təcavüz etməkdir. [6]
- Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbiyəçisidir. [6]
- Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır, bu isə insanların zehninin işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan millətin zehni, fikri də işıqlı olur. İnkişaf etmiş millət o millətdir ki, onun mətbuatı azaddır, ciddidir.[6]
- Mətbuatın əsarəti əxlaq pozğunluğu törədir, əxlaq gözəlliyi və yaxşı xüsusiyyətləri aradan çıxarır, yalan danışmağı, oğurluğu, əyrilik və casusluğu yayır, ədəbi və qələm pozğunluğu meydana çıxarır. [6]
- Mətbuat xalqın milli nümayəndəliyini öhdəsinə götürən, onun görüşlərini ifadə edib yayan ictimai nəzarətçidir. [6]
- Mətbuat millət fərdlərinin, jurnalistlərin şəxsi fikirlərini cəmiyyətə çatdırandır. O, dövrünün mədəniyyət carçısıdır, öz dövrü, başqa dövrlər barədə lazımi məlumatı camaata çatdıra bilir. [6]
- Mətbuat o zaman öz vəzifəsini yerinə yetirə bilər ki, öz işində tam azad olsun. Öz məqsədinə çatmaq üçün mətbuat azad olmalıdır. Mətbuat azadlığı onun öz işində – yazmaqda, nəşrdə, yaymaqda, insani fikirləri çatdırmaqda tam azad olmasından ibarətdir. [6]
- Mətbuatı sıxmaq degil, azad buraxmaq lazımdır. Mətbuatı azad buraxmaq demək bir yazı anarşisinə meydan vermək demək degildir. Mətbuat yazar. Qanunun kəndisinə vermiş olduğu səlahiyyətindən çıxarsa, cəzasını görər. Qanunun ədalətlə tətbiqindən yaxşı senzor olamaz. [62]
- Mətbuatın rolu çox böyük və əhəmiyyətlidir. Mətbuat mühüm milli qüvvələrdən biridir. O, milli iqtidarda dördüncü yerdə durur. Yəni iqtidarın üç qüvvəsi, birincisi – qanunvericilik, ikinci – icraedici, üçüncü – hüquq orqanları. Bundan sonra mətbuat gəlir. [6]
- Mətbuatın tərifi və xüsusiyyətləri haqqında demək olar ki, mətbuat ümumi məsələlərin yazılı şərhidir, bir ümumi mənafeyə xidmət edir, onu bütün xalqın nəzərinə çatdırır. Mətbuat üçün üç şərt lazımdır: birinci – yazmaq, ikinci – ümumi mənafe, üçüncü – yaymaq. Əgər bunların biri yoxdursa, mətbuat da yoxdur. [6]
- Vətən dərdlərinə mətbuat dərman olur. İstibdadın yurd-yuvasını qəzetlər dağıdıb və dağıdır. Qəzet həmişəlik qaravuldadır, qoymur ki, ölkənin inkişaf yolu bağlansın. [6]
- Zülm, istibdad və mütləqiyyətin davamı həqiqətləri gizlətməklə bağlıdır.[64]
Millət [ redaktə ]
- Bir millətin öz tarixini bilməsi qədər qüvvətli bir ittihad (birlik) və təməddin (inkişaf) amili təsəvvür oluna bilməz. Mütəməddin (mədəni) millətlərin milli və mədəni həyatlarının nə yolda tərbiyə edildiyinə diqqət olunarsa, bu mətləbin həmən nə dərəcədə doğru olduğu asanlıqla görünər. Mədəni millətlərdə tarix, həm də vətən və milliyyət tarixi, ən mühüm dərslərdən birini təşkil edər. [6]
- Bəşər topluluğunda fərdlər üçün olduğu kimi, millətlər üçün də müəyyən və sabit bir takım əxlaq qaydaları vardır. [48]
- Böyük dünya müharibəsi böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya inqilabı isə millət hüququnu bütün genişliyi ilə meydana atdı.
- Heç şübhə yoxdur ki, dünyanın millətlərə bölünərək qərar tutması mədəniyyəti-bəşəriyyə nöqteyi-nəzərindən bir zaiddir(müsbətdir). [14]
- Hər millət öz müqəddəratını özü həll etməyə səlahiyyətdardır. [3]
- Lisanları, adətləri, tarixləri, dinləri, vətənləri və s. bir olan insanlar bir milliyyət təşkil edərlər, fəqət, bir milliyyətin millət halına keçməsi ümumi şüur və kollektiv – məşəri iradənin təəssüsünə bağlıdır. [47]
- Millət, bu günkü məfhumuyla bir qan və irq təsirindən ziyadə müştərək bir bilikdən ibarətdir.[15]
- Millət ölmüyor. Milli ideal, milli istiqlal fikri daima yaşıyor. Ölmüş, bitmiş millətlərin təkrar dirildiyi də uzaq deyil. Yaxın tarix də şahiddir. Dirilmək və bir millət şəkil və heyətinə girmək, hələ millətin ən kamil şəkli-xariciyyəsi olan müstəqil bir hökumət təşkil etmək təsəvvüründən olduqca uzaq olan yəhudilik belə “ərzi-moyud”ini özünə qaytarmaq ümidindən qalmayır. [6]
- Millətlər ailələrdən təşəkkül edər. Sağlam olmayan ailələrdən təşəkkül edən millətlər sağlam millət ola bilməzlər.[6]
- Millətlər cahani bəşəriyyətin birər övladıdır. Hər övladın sinni-səbavət (uşaqlıq dövrü), səbab (gəncliyi) və bülügi (yetkinliyi) olduğu kimi, millətlərin də səbavət, səbab və bülügi vardır. El ədəbiyyatı bir millətin səbavət dövrünün ədəbiyyatıdır. Bir uşaq necə dil açır və nə surətdə təkmil ediyorda, ən nəhayəti qoca bir alim oluyorsa, bir millət də öylədir. Əvvəlcə uşaqlıq aləmində oluyor. Get-gedə təcrübələr keçiyor və nəhayət mütəməddin (mədəni) və mütəfənin (bilikli) bir millət oluyor. [6]
- Milliyyət dövlətdən çox böyükdür. Hətta demək olar ki, milliyyət dövlətdən daha dərin və daha şümüllüdür (əhatlidir). Milliyyətlər bəzən olur dövləti qeyb edərlər, sonra yenidən onu qazanarlar. Fəqət dövlət millətdən daha geniş, daha vüsətlidir. Bəzən bu vüsət o qədərdir ki, onun daxilində bir çox milliyyətlər birləşib böyüyürlər və bundan dövlət heç də zəifləşmiyor. İngilis, Amerika və İsveçrə “dövlətxanələri” göstəriyor ki, orada bir çox millətlər azadlıqla yaşaya bilərlər və bir qorxu olduğu zaman yan-yana olaraq dövləti müdafiə də edirlər. [6]
- Milliyyət müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş statik – mustəqər bir varlıqdır, millət isə bu statik varlığın şüurlaşan dinamik – fəal bir şəklidir. Statik bir keyfiyyət ərz edən milliyyət baxımından vətən coğrafi bir anlamdır. Halbuki şüur və iradəyə malik olan millət baxımından vətən, siyasi bir məna ifadə edər. [65]
- Zamanımız milliyyət əsridir. Milli bir ruh və məslək sahibi olan gənc cəhalətdə və qəflətdə yaşayan millətimizin xilaskar qurdudur. [62]
- Özlüyündən çıxarılıb da başqa bir milliyyətə təmsil etdirilən şəxs təmsil edən mühitə böyük bir fayda verə bilmədiyi kimi, əslindən mənsub olan mühitə də böyük bir fayda yеtirə bilməz. Çünki aldığı hal və tərbiyəsilə özünkülərdən uzaqlaşmış olar. Onlar bunu, bu da onları anlamaz. [14]
- Özünü lüzumunca bilib də istiqbal üçün müəyyən bir ideal bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvə təşkil edər. [62]
- Özünə naümid olub, başqalarından kömək diləyən millət öz varlığını heç vaxt qoruya bilməz. [mənbə göstərin]
- Özünə naümüd olub, bütün diləklərini və tələblərini başqalarından və düşmənlərindən gözləyən millət millət olaraq yaşaya bilməz. [mənbə göstərin]
Milli birlik və azadlıq mübarizəsi [ redaktə ]
- Azərbaycanlılar Mehdi zühuruna inanırlar. Bolşeviklərin bütün sərvət və zənginliyi dağıdaraq hər kəsi bir loxma çörəyə möhtac etmək siyasətinin, bir əlində silah, bir əlində çörək tutan bir şeytani siyasətin xalqı nə kimi vasitələrlə bolşevik etdiyini görüncə Azərbaycan xalqı həmin Dəccalın gəldiyini görür, bundan sonra tab edib Mehdinin gəlməsini gözləyir.
Azərbaycan Mehdisi xalqının idealından, milli istiqlalından ibarətdir.
Bolşevik Dəccalının müdhiş zalımlığından bezən xalq, duyuram ki, yanıq ürəklə:
– Ah, Mehdi nə vaxt gələcək? – deyə soruşur.
Çox diqqətlə dinləyirəm, yuxarıdan ilahi bir səs cavab verir ki:
– Azərbaycan Bayrağı təkrar açıldığı, təkrar dalğalandığı gün!
Əvət, o gün, o böyük gün!
Fəqət indilik biz ümidimizi qırmayaq, o bayrağı qaldıracaq dəmirçiləri hazırlayaq.
Bunun üçün hər şeydən əvvəl:
Yalan söyləməyin ruhumuza verdiyi qorxunu: “iş düzəldən yalan, fitnə çıxaracaq doğrudan daha yaxşıdır” – fəlsəfə əxlaqının xarakterimizə verdiyi dözümü, ölüm qorxusunun iradəmizə verdiyi zəifliyi uzaqlaşdırıb bədbəxt olmayaq! [15] - Azərbaycanlılar türkdürlər: türklər də Ergenekon tilsimində iki yüz il qaldılar. Nə qədər çalışdılarsa bir yerə çıxa bilmədilər. Geniş dünyaya həsrət qaldılar. Fəqət bir dəmirçinin yaxşılığı kifayət idi ki, türklər dəmir dağları əridib geniş dünyaya çıxsınlar. Əsrimizim Siyavuşu ölmüşsə də onun doğurduğu istiqlal fikri ölməmişdir. Bu fikrin tərəfdarları indiki halda dağlarda, vətənlərindən uzaq məmləkətlərdə, həbsxanaların qaranlıq və rütubətli guşələrində qaçaq, qaçqın, köməksiz bir halda yaşayırlar. İstiqlal və hürriyyətimizin kövrək əlaməti – o üç rəngli istiqlal bayrağı zahirən yoxsa da, qorxudan bolşeviklik ifadə edən gözlərin önündə olub, ürəklər onun eşqi ilə çırpınmaqdadır. [15]
- Belçikalılarca: yanmaq, dağılmaq, ölmək, qərq olmaq, amansız düşmənin rəhmsiz həmlələrinə məruz qalmaq – bunlar hamısı məmləkəti müdafiəsiz bir surətdə düşmənə təslim etməkdən uludur. Bu kiçik qitəli, fəqət böyük qəlbli millətin düsturu iştə budur: Vətən yolunda ölmək var, dönmək yoxdur![6]
- Biz buraya millətin iradəsi və arzusu ilə gəldik, bizi buradan yalnız qüvvə və süngü çıxarmalıdır.[6]
- Bizim kəndi hüdudları daxilində qalan rus millətinə qarşı ədavətimiz yoxdur. Biləkis ona bu xüsusda hər dürlü iyi təmənnilərdə bulunuruz. Fəqət bununla bərabər bizi istədiyimiz şəkildə həyatımızı qurtarmaqdan və mədəni həyatımıza istədiyimiz istiqaməti verməkdən mənilə, kəndi kərdunəsinə taxaraq, istismar və istila əməlində bulunan hər hanki rus imperializminə bütün varlığımızla düşmanız. Bunu biz bu imperializmin keçmişinə və halinə olduğu kibi, gələcəyinə də təşmil etməkdən zərrə qədər çəkinməyiz! Və əminiz ki, cahan əfkarı ümumiyyəsilə bərabər, tarix də Avstriya imperatorluğuna qarşı “ihanət”lə Rusiya cəbhəsinə iltica edən çexoslavakları ittiham etmədiyi kibi, bizi də ittiham etməz! [41]
- Çörək istəyən ac xalqa topla, tüfənglə cavab verdilər. [15]
- Daşnaqların Qarabağdakı xəyanətlərindən istifadə edib höküməti yıxmaq istəyirsiniz. [43][66]
- Dövlətlər, millətlər və cəmiyyətlər ancaq “canlarını canlarına fəda edə bilən” bu kimi əzaya (üzvlərə) malik olduqları zaman paydar (uzunömürlü, davamlı) ola bilirlər.
- Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor. [7]
- Hərəmiz bir küncdə bir xüsusi cəmiyyət qayırıb da müxtəlif yollar ilə getməkdənsə birləşməli, öz fikir və fellərimizdən bir-birimizi halı etməliyiz. [6]
- Gedəcəyimiz yol əski zaman şairlərinin iftixar etdikləri kimi gedilməyən yol deyildir. Əksinə, bu yol çox müşkül və tikanlı olmaqla bərabər, gedilmiş şanlı bir yoldur. Bu haqq yolu və millət yoludur. Bir yol ki, müasir şərq hal-hazırda o yolla getməkdədir. Bir yol ki, sabit Rusiya imperatorluğu daxilində yaşayan məhkum millətlər, dəxi o yola girmişlərdir. Bir yol ki, milliyyət hədəfi istiqlaldır. [6]
- Həmişə zillətdə qalmaqdansa birdəfəlik ölmək yaxşıdır.
- İlahi, havaxtacan bizlər – millətimizin dərdini və dalda qalmağını özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə maneə vardır? Bəli, vardır! Nə şeydi bizə mane olub? Hümmətsizlik, təkəbbür və qürur. [9]
- İrəlidə olan bir çox müşkülləri və maneələri də nəzərə almalıyıq. Bu maneəli yollarda firqə ehtirasları, şəxsi qərəzlər və bütün bu kimi vətən və millət qayəsi qarşısında səfil qalan qərəzlər atılmalı, vətən qayəsi və millət duyğusu hər şeydən yüksək tutulmalıdır. [7]
- İstər ölmüş olsun, istər həyatda bulunsun, istər yaşlı olsun, istər gənc olsun, istər əski mühacir, istərsə yeni mühacir olsun bütün azərbaycanlıların bu müəzzəm (böyük əhəmiyyətli) hərəkatdakı mövqe və şərəfləri, əsas ideolojiyə göstərdikləri və göstərəcəkləri sədaqət, bağlılıq və hizmətləriylə mütənasibdir. [14]
- İstibdad bir nəfərin, yaxud bir dəstənin ölkəni kefi istədiyi kimi idarə etməsi deməkdir.[9]
- İstiqlal və hürriyyət yolunun qəhrəmanları, hər dürlü təhlükəni gözə alaraq, mücadilələrinə davam edəcək, kəndilərinə ilham qaynağı olan böyük ideal tam bir zəfərə ərmədikcə müqəddəs savaşdan əsla vaz keçmiyəcəklərdir. [14]
- Qalileyə “Ah nə edim ki, bu lənətə gəlmiş dünya fırlanır!” – iddiasınnı başı üzərində duran cəlladlara qorxmayaraq söylədən, Sokrata imkanı varkən cismani ölümü mənəvi ölümə tərcihlə acı ölüm zəhərini içirdən, Həzrəti Hüseynə bütün dost və qoruyucularını itirdiyi halda təslim olmamaq cəsarətini verən, Həsən Səbbahın fədailərinə dağ başından atılmaq öfkəsini verən və nəhayət Anadolu hərbinin o şanlı qəhrəmanı Fəthi bəyə komandanını əmrini bir neçə dəqiqə yubatdığı üçün, qalibkən belə intihar etmək igidliyini göstərən bir vəzifə hissi ilə silahlanaq! Bilək ki, çoxdan öldürüldüyü zənn olunan millətlərin birər-birər dirildiyi, bu böyük məhşərdə ölmək istəməyən millətləri diri-diri gömmək qətiyyən mümkün deyil. Bunun ən böyük misalı qardaşımız Türkiyədir! [15]
- Mücadilə bütün şiddəti ilə davam edir. Bu mücadilənin nə zaman bitəcəyini qətiyyətlə söyləmək mümkün olmasa da, zəfərlə bitəcəyini qətiyyətlə deyə bilərik. [7]
- Milli Azərbaycan istiqlal davasının səsi! – Budur bizə həyəcan verən bir nida.[48]
- Milli hakimiyyəti itirmək qədər böyük fəlakət yoxdur. [7]
- Milli varlıqları qoruyan və bu varlığın ayrılmaz haqqı olan siyasi istiqlaliyyəti üçün çarpışan məhkum millətlətdə olduğu kimi, Azərbaycan millətçiliyi də ümumi hüriyyət prinsiplərinə bağlıdır. [7]
- Mirzə Davudlara söylərsən ki, son qızıl rus nəfəri Poylu stansiyasını keçincə “Yeni Qafqasya”nın da son nüsxəsi çıxacağını sizə təmin edərim.
- O vaxt Azərbaycandan göndərilən bir şəxs ona “Yeni Qafqasya” jurnalının nəşrini dayandırdığı və bolşeviklər əleyhinə çalışmadığı təqdirdə mühacirlərin Azərbaycana qayıtmasının mümkün ola biləcəyini söyləmişdi.[67]
Siyasi baxışı [ redaktə ]
- Avropada sosialist adlanan ictimaiyyun elə bir firqədir ki, yalnız Avropanın konservatorları (mühafizəkarları) deyil, hətta onların demokratlarını, liberallarını və radikallarını da “etidaliyyun” (mühafizəkar) sayaraq, onlarla mübarizə aparırlar. Bunlar elə firqədir ki, təkcə siyasi bərabərlik deyil, ictimai-iqtisadi bərabərlik də tələb edirlər. Bunlar Avropa məişətinin bütün kiçik və böyük məsələlərində nüfuzu olan kapitalizm üsul-idarəsinin əleyhinə çıxıb onu Avropa, Amerika, Yaponiya və s. yerlərdə dağıdıb, sosializm idarə-üsulunu bərqərar etmək istəyirlər. [6]
- Azərbaycanı ümumtürk mədəniyyətinin qucağında saxlamaqdan ötrü Rusiyanı Qafqazdan qovmaqdan daha doğru yol yoxdur. Bu isə yalnız bir halda mümkündür – Qafqazın bütün xalqları birləşərsə. [69]
- Biz minillər boyu mütləqiyyət rejimi şəraitində yaşamışıq. Həmişə başımızın üstündə ağalar, hakimlər olub. Millət itaətkarlıq ruhunda tərbiyə olunub. İtaətkarlıq milləti həmişə məhkum edən şeydir… Başı yalnız mədəsinə qarışır. Amma cümhuriyyət quruluşu gərək milləti dövlət işinə cəlb edə. Yəni millət dövlətini idarə etməyi bacara. Bir var adamın öz övladı ola, bir də var millətin övladı ola. Öz övladımıza cani-dildən qulluq edirik. Amma dövlətimizə cani-dildən qulluq edirikmi? Milləti öz övladımız sayırıqmı? Bizdə prezidentlik olsa, bir neçə ildən sonra həmin prezident ətrafına dost-aşnasını, qohum-qardaşını, yerlilərini yığacaq və bir azdan özünü diktator elan edəcək! Forma dəyişəcək, sistem əvvəlki qalacaq. Ona görə bizə xalq cümhuriyyəti lazımdır, seçilmişlərin cümhuriyyəti yox! [20](Sitat Şirməmməd Hüseynovun dediyi kimi yazılıb.)
- Bundan sonra müstəqil və milli Azərbaycanın müqəddaratını sövqi tarixlə idarəyə məmur olacaq firqənin adı Müsavat olmaya bilər, fəqət o firqənin müsavatçı olması zəruridir. Çünki, müsavatçılıq – millətçilik, türkçülük, vətənçilik, azərbaycançılıq, milli dövlətçilik, istiqlalçılıq, cümhuriyyətçilik, deməkdir.
- Daxildə xaricdəki düşmənlərinin qənaətincə, Hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş.
- “Davamız”ı anladırkən onu hali hazırda yalnız “üç kişi”nin baqi (əbədi) qaldığı bir listəyə (siyahıya) bağlamaq və bu yaşayanları o ölənlərin siyasi biricik varisi kimi görmək salim (sağlam) bir düşüncənin əsəri sayılamaz, təbii. [14]
- “Davamız”ın yaxın tarixini, tariximizdəki fikir müəssəsələrindən təcrid edərək izaha qalxışanlar, bilərək və ya bilməyərək, tarixi təhrif edənlərin ta özləridir. [14]
- Demokratiya şəxsə hürriyyət ilə xalqa aid hakimiyyət əsaslarının tərkibindən doğma hüquqi müsavatdan (bərabərlikən) ibarətdir. Hüquqi hürriyyət dediymiz şey də cəmiyyətin şəxsiyyət üzərindəki təsir və təzyiqini təhdid (hədd) və bunların mütəqabil münasibətlərini təyin edən bir müqayisədir. Liderin hürriyyətini səlb (rədd) etməmək şərtiylə vətəndaşın hürriyyətini təmin edən demokratiya bu hüququ hürriyyət adına der ki, siyasi müxtəlif əqidə və sistemlərin, eyni hürriyyət və hüquqla, eyni cəmiyyət daxilində mütəvazi olaraq yaşamalarına təhəmmül edər. [6]
- Demokratiya hər hansı bəşəri bir cəmiyyətin idarəsinə məxsus sistem adıdır. Demokratiya, bizcə, müxtəlif təbəqəti-ictimaiyyəni haiz olub (əhatə edib), daima haldan hala keçərək, təkamüldə olan cəmiyyətin, vaxt və zamanının təsiriylə, istehsal işlərini tənzimdəki rolları dəyişmiş mütərəqqi zümrələrin sərkarə (başa) gəlməsini kolaylıqla (asanlıqla) təmin edən idarə sistemidir. [6]
- Dilimizdə millət anlamını ifadə edən milliyyət və millət sözləri vardır. Bunlardan birincisi lisani (dil), dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edər. İkincisi isə bu topluluqda doğan ümumi bir iradəni anladır. [65]
- Dünkü panturanizm düşünüşü ilə bugünkü türkizm arasında çex məfkurəçilərindən Palatskinin anladığı panslavizm ilə Gavliçekin anladığı panslavizm arasında olduğu qədər böyük bir fərq vardır. Palatski böyük qardaş Rusiyanın idarəsi altında böyük bir slav imperatorluğu təsəvvür ediyor və çexlərin xilasını ancaq Rusiyadan bəkliyordu. Halbuki Gavliçekin bu yüksəkdən uçan xəyala müqabil təlim etdiyi məfkurə, islavlığa sadiq qalmaqla bərabər, bir realitə olmaq üzrə, çexlərin bizzat kəndi qüvvətlərilə xilas olacaqları ümdəsini ortaya qoydu ki, bugünkü Çeko-Slovak Cumhuriyəti iştə bu realist məfkurənin təhəqqüqü deməkdir. [41]
- Dünya inqilabat və müharibələrində axan qanlar daima yeni məfkurələrin tövlidinə səbəb olmuş deyilmidir? [5]
- Dünyada internasional, kosmopolit və ya qeyri-milli kültür deyə bir şey yoxdur.[47]
- Dünyanın idarəsi, nə çoxluğun ağalığından ibarət olan zorbalıq, nə də azğınlığın itaətsizliyindən başqa bir şey olmayan səlahiyyətlədir.[15]
- Fəqət Cümhuriyyətdən – cümhuriyyətə də fərq var. Cümhuriyyət elə xalqlar üzərinə qurula bilər ki, yenə cümhuriyyəti – ənam məhkum millətlərin hüququnu tamamilə təmin etməyib xalqın mümtaz (imtiyazlı) qismi mənafeyinə uydurulsun, biistilah cümhuriyyəti-xass olsun. Var olsun Cümhuriyyəti-ənam (xalq cümhuriyyəti)!
- Fərdin mənəvi mənliyini təşkil edən ortaqlı bütün qiymətlərin qaynağı milli cəmiyyət, onu təmsil edən də dövlətdir. [65]
- Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün üç əsasa istinad etmək məcburiyyətindədir: Dil, din və zaman. Dilcə biz türküz, türklük milliyyətimizdir. Binaənileyh müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədniyyətinə malikiyyətimiz məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızımızdır. Dincə-müsəlmanız. Hər bir din öz mütədəyyinləri (inananları) arasında məxsusi bir təməddün (mədəniyyət) vücuda gətirmişdir ki, bu təməddün də bir beynəlmiləliyyət səbəbi təşkil edər. Müsəlman olduğumuz üçün biz türklər beynəlmiləliyyəti-islamiyyəyə daxiliz. Bütün islam millətlərilə şərikli bir əxlaqa, dini bir tarixə, müştərək bir yazıya, xülasə ortaq bir təməddünə malikiz. Qəlblər bir Allaha mütəvəcce və dilimiz müəyyən virdlər (zikrlər) və dualarla mütəzəkkir olduğundan bütün müsəlmanlarla şərik bir ruha sahibiz. Bu şəriklik islamiyyətə daxil olan zərərli təsirlərdən bizi mütəzərrər etdigi kibi, bu yolda olacaq islahat feyzlərindən (nemətlərindən) də bizi nəsibsiz qoymaz. Zamanca da biz texnikanın elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək, mütləqa əsrimizdəki elmlər, fənnlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənasıyla zəmanə adamı olmalıyız. Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu iqtiza ediyor – mütləqa üç əsasa sarılmalıyız: Türkləşmək, İslamlaşmaq və müasirləşmək.[62]
- Hər şey millət uğruna – bax, həqiqi vətənsevərlərin yeganə şüarı bu olmalıdır. Millətin birliyini və bütünlüyünü qorumaq, milli əxlaqın başlıca ümdəsidir. Türklük və milli istiqlal prinsiplərinə mütləq sədaqət, milli əxlaqın ikinci böyük ümdəsidir. Bu ümdənin qəti və zəruri icabı olaraq düşmən və müstəvli (işğalçı) hər hankı bir qüvvətlə milli istiqlal bəhsində açıq və ya qapalı heç bir bazarlıq edilə bilməz. Verilən sözə və yapılan sərbəst anlaşmalara riayət milli əxlaqın üçüncü ümdəsidir. Haqqı, hürriyyəti, sülhü və demokratiyanı qoruma və savunma, zülmə və təcavüzə qarşı sərih (aydın) bir cəbhə alma milli əxlaqın dördüncü ümdəsidir. Milli səviyyəni daim yüksək tutma, gerilik və cəhalətdən savunma milli əxlaqın beşinci ümdəsidir. [47]
- Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasıa qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir. [6]
- Hüdudsuz liberalizmin təzadlarla dolu, özünü içindən gəmirən anarxik kapitalist sisteminə döndüyünü müasir liberallardan və liberal demokratiya ideoloqlarından bir çoxu belə etiraf etməkdədirlər. [6]
- Xalqların milli müstəqillik uğrunda mübarizəsi bizim yüzilin bir özəlliyidir. Başqa bir özəllik də odur ki, milli-suveren dövlətlər iqtisadi və siyasi səciyyəli ortaq və aktual maraqlarını qorumaq üçün öz aralarında anlaşaraq, federativ bağlarla birləşirlər. [69]
- İnternasionalist və kosmopolit nəzəriyyələrlə ortaya atılan marksizm, kommunizm və anarxizm kimi doktrinlərin əsl qayəsi milli birlik və bütünlüyü sarsmaq, parçalamaq və pozmaqdır. İctimai sinif və zümrələr arasında ixtilaf və ziddiyyət təhriki və hüsumət ihdası bu məqsədlə edilir. [47]
- Kültür və tarix bağları ilə mənəvi birlik təşkil edən bir millətin fərdləri, topluluğun ortaq mənfəətlərini qorumaq üçün öz şəxsi hırs (sonsuz arzu) və mənfəətlərini hüdudlandırmaq məcburiyyətindədirlər. [65]
- Qafqasiyalılar qafqasiyalı qalıb da özlərinə mədəni, məmur və tərəqqi bir istiqbal (gələcək) arzu edirlərsə, mütləqa biri-birilə anlaşıb birləşməli, barışıb görüşməlidirlər. Hər kəs öz hüquq və mənafeyini gözləsin. Fəqət, əql və məntiqdən uzaqlaşmamaq şərtilə! [6]
- Liberal dövlət şəxsən öz sisteminin məhsulu olan kapitalizmin doğurduğu böhranla mücadilədə acizdir. [65]
- Liberalizm mədəniyyətin ruhunu fərdin yaradıcı eqoizmində görür. Kommunizm isə bunu sinfi eqoizmilə təbdil edər(dəyişdirər). [65][6]
- Məsələyə dərindən baxmalı, “Müsavat” qələbəsinin səbəbləri daha dərinlərdədir. Bir dəfə deyil, min dəfə seçki edilərsə, qalibiyyəti yenə “Müsavat” qazanar. Çünki bu təbiidir. Çünki müsəlman əmələsi (fəhləsi) əksəriyyətdədir. Çünki bu əksəriyyəti təşkil edən müsəlman və türk əmələsi “Müsavat”a etibar edir. Ancaq ona inanır. Bunu dərk etməli. Yaşasın türk-müsəlman demokratiyası! Yaşasın bütün demokratiyanın ittihadı, var olsun Müsavat! [6]
- Millət hiziplərin (fraksiyaların), zümrələrin və siniflərin fövqündə olduğu və bunların hamısını içində barındırdığı və qoynunda bəslədiyi üçün heç bir dəstə, zümrə və sinif mənfəətlərinə və ya qayələrinə fəda edilməz. Hələ milli varlığın şəxsi təmayüllərə və qərəzlərə alət və vasitə edilməsi ağla, xəyala belə gətirilə bilməz.
- Millətlərin tabe olduqları bir dövlətdən ayrılmağa belə haqlı olduqlarını elan edərkən bolşeviklər şübhəsiz ki, səmimi deyildilər. Onlar bu haqqı millətin təbiətindən nəşət edən bir qiymət kimi dəyərləndirməyir. Zamanın ən təsirli bir şüarı olan bu fikri öz məqsədlərinə xidmət etdirmək üçün hiyləgər bir manevrə ilə istifadə edirlərdi. [6]
- Millətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini bilməli, müəyyən fikir və amallar ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyala hədəf olacaq o işıqlı yıldıza sahib olmalıdırlar. [62]
- Milli sahədəki hər müvəffəqiyyətin başı və əsas şərti milli fəzilətdir. [47]
- Milli böyük bir davanı şəxslərə bağlamaq və onu parlament və ya hökumətdə bulunmuş olan bir düzinə (dəstə) münfərid (təkbaşına) insanların vərəsəlik malı kimi ədd etmək (aid etmək) çox xətalı bir anlayışdır.[14]
- On doqquzuncu əsr Avropa millətlərinin doğulduğu və böyüdüyü əsrdir. İyirminci əsr də Asiya millətləri üçün belə bir əsr olacaqdır.
- Rusiyanın idarə forması demokratik respublika olmalıdır. Yer kürəsinin altıda birini tutan, Kamçatkadan Qara dənizə qədər və Arxangelskdən İranla sərhədə qədər uzanan, 170 milyon əhalisi olan çoxmillətli bir dövlət bir mərkəzdən idarə oluna bilməz. Ona görə də Rusiya dövlətinin idarə forması federasiya olmalıdır. [70]
- Sosializm Marksdan başlamaz. İnsan mədəni bir cəmiyyət halında yaşadığı andan etibarən, sosializm fikri ilə aşina olmuşdur. Daha qədim Yunanıstan sosializm məfkurəsini bilirdi. Yunan filosoflarından Əflatun (Platon) ideal dövləti xüsusi mülkiyyətdən azad bir iştirak əsası üzərinə təsəvvür edirdi. Ondan sonra cahan müttəfiqləri arasında sosializm fikri ilə məşğul olan nəzəriyyəçilər çox olmuşdur. Bununla bərabər sosializm Marksın zühuruna qədər cahanşümul (dünyada tanınan) bir mahiyyəti iktisab (kəsb) etmiş, sosializm mütəkidlərinə xəyal ilə uğraşan utopistlər kimi baxılmışdı. Marksın bütün qiyməti bu xəyala elm süsü (bəzəyi) verməkdir. O, buna müvəffəq oldu. [6]
- Şərqdəki milli hərəkatın bir növü kimi panturanizm Qərbdə irticaçı sayılan və çox vaxt şovinizm adlandırılan millətçilərindən bir qədər fərqlənir. Şovinizm – təcəvüzkar hərəkatdır və əsasən, artıq milli birliyə malik kapitalist dövlətin öz hakimiyyətini gücləndirməyə və ərazi sahəsini genişləndirməyə can atan dövlətin ekspansiyası amilinə bir hadisədir. Avropa millətçiliyi – siyasi cəhətdən təcavüzkar ideologiya; Şərqdəki millətçilik isə – siyasi cəhətdən müdafiə, sosioloji cəhətdən isə mütərəqqi hadisədir.
- Tarixi müəyyən şərtlərin təsirilə milliyyət halından millət halına gələn topluluqların müstəqil bir dövlət qurmaq və ya istilaya uğrayan vətənlərinin istiqlalını geri almaq uğrunda mücadilə edənlərə mütləq Avropa terminlərilə bir ad lazımsa, bunlara milliyyətçi – nasionalist deyil, millətçi – patriot, hərəkatlarına da milliyyətçilik – nasionalizm deyil, millətçilik – patriotizm demək lazımdır! [47]
- Yeni nəsil, əski nəslin savunduğu (müdafiə etdiyi) idealı mənimsər və bu ideal uğrunda çalışmış başlıca fikir müəssəsə (qurum) və şəxsiyyətlərini idealizə edərsə bunu, dava namına, müsbət bir hadisə olaraq qəbul etməliyik. [14]
- Yıxıcı və sarsıdıcı imperialist və kosmopolit fikirlərin önünə ancaq milli təməli qüvvətləndirmək və sağlamlaşdırmaqla keçilə bilər. Milliyyətçilik fikri ən təbii, ən mədəni və ən irəli bir fikirdir. Elm və mədəniyyətin inkişafının və yayılmasının qarşısını almaq bir yana dursun, bu, inkişaf və yayılmanın ən təsirli və qüvvətli bir amilidir. Həm də mədəniyyətin ən təbii və normal inkişaf yoludur. [47]
Milli birlik, solidarizm [ redaktə ]
- Liberal cəmiyyətdə qeyri düşünmək – alturizm qəhrəmalıqdır. Solidarizmdə isə bu bir vəzifədir. [65]
- Madam ki, milliyyətçiyik deyirik, madam ki, milli dövlət istiqlalını müdafiə edirik, o halda bizim üçün nə kosmopolit liberalizmə, nə də kommunizmə təkamül mümkün ola bilməz. Bizcə, müdafiə ediləcək yeganə sosial sistem milli birlik sistemidir. [71]
- Millətlər üzərində hakim çağdaş ruhun həqiqi adı milli təsanüddür. Bu ideoloji sistemində ixtilafları ilə insaniyyət faciəsini iki fikir mənşəyi təklif olunur. Şəxs ilə kollektiv arasındakı mücadilə ilə bu cəmiyyətə mənsub siniflər arasındakı vuruşma, mövqelərini milli barış və anlaşmaya tərk etməlidirlər. Küllün – millət-dövlətin mənfəətləri digər bütün mənfəətləri tənzim edərlər. [6]
- Müdafiə ediləcək yeganə sosial sistem milli birlik sistemidir. [71]
- Nə fərdi hürriyyətlə şəxsi mülkiyyətin mütləqiyyətindən doğan kapitalist anarxiyası ilə sərmayə istibdadı, nə də insanları mənliyindən çıxararaq bir kölə və maşın halına gətirən kommunizm əsarəti! Nə mütləq liberalizm, nə də mütləq kollektivizm! O halda: ikisini təlif edən (uzlaşdıran) solidarizm – təsanüd. [65]
- Nə mərkəziyyət, nə də özünüidarə, nə cəmiyyətlik, nə fərdiyyətçilik – bəlkə ikisi arasında bir şey: federasyon, ittifaq. [15]
- Solidarizmdə, dövlət millətin təmsilçisi və cəmiyyətdəki münasibətlərin nizamlayıcısıdır. [65]
- Solidarizm mədəniyyəti fərd eqoizmilə cəmiyyət mənfəətləri arasındakı ahəngdən ibarət bilir. [65]
Türklükə əlaqəli olan fikirləri [ redaktə ]
- Almanlar ariya irqindən olan birini axtarırdılar. Mən isə türk idim. [16]
- Bir çox zaman azərbaycanlılar kəndi türklüklərini, türk soyundan gəldiklərini bilməyərək, xalis iranlı kimi kəndilərin hiss etdilər. iranlı kimi düşünüb, iranlı kimi yaşadılar. [15]
- Biz qafqasiyalılar, Türküstanı, o baba yurdunu sevəriz. Biz o böyük yurdun parlayacağına ümidlər bağlarız. Biz biliyoruz ki, Uluqbəy rəsədxanası kimi abdat (məlahətli,axıcı, iti) fənninə malik olan yurd fənn (elm) düşməni olamaz. Biz düşünüyoruz ki, Fərabi ilə İbn Sina kimi filosoflar yetirən ölkə elm və fənnə qarşı çıxamaz. Biz biliyoruz ki, yasası ilə dəmir ordular, tüzüyü (Teymur tərəfindən tərtib olunan məcmueyi-qəvanini-mülkiyyət (mülki qanunlar toplusu)) ilə mətin qanunlar vəz edən Çingiz və Teymur övladı zamanın yasası ilə tüzügünü anlamaqdan mərhum bir hala gələməzlər. [6]
- Bizi əsl sevindirən və isidən hərarət qardaş türk ölkələri arasındakı hərarətdir. [6]
- Dil baxımından biz türkük, din baxımından biz müsəlmanıq. Bir müsəlman və türk kimi biz islamın yaratmış olduğu beynəlmiləlçiliyin tərkib hissəsiyik. [1]
- Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsil milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmiş, həman ”müsəlman” adına qənaət eləmiş idik. Hələ də etməkdəyiz. Hələ bu qənaətlə də qalmamışıq, başqaları bizə “tatar” və “persiyan” demişlər, ona da etiraz etməmişik. [14][18]
- Türkçülük bu günkü vəziyyətində Qafqaz üçün heç bir təhlükə yaratmır, əksinə türkçülük rus imperializminə qarşı bir ideya olması etibarı ilə Qafqazın müttəfiqidir. [6]
- Müxtəlif millətlərin arasında bir-birini qanmaq və qandırmaq üzrə ümumi olaraq türk dili işlənir. Türk dili burada (Urmiyada) beynəlmiləl bir dildir. Onu hər kəs biliyor. Erməni, kürd, rus, fransız, ingilis, fars, aysor, alman hamısı türkcə danışar. Bu qədər müxtəlifül-cins bir heyətin hamısı ilə danışa bilirəm. Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss ediyoram.[72][9]
- Türklər xasiyyətcə olduqca mütədəyyin (dindar) bir millətdirlər. Bu tədəyünləri sayəsində islamiyyəti qəbul etdikdən sonra o qədər etiqadati-diniyyəyə (dini etiqatlarına) mərbut (bağlı) olmuşlardır ki, adətən türklüklərini belə itirmişlərdir. [14]
28 May [ redaktə ]
- Azərbaycan türk xalqının tarixi gəlişmə seyrində 28 Mayıs 1918, siyasi bir olqunluğunun (yetkinliyinin) mühüm bir mərhələsidir. [14]
- Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 mayısı kimi yenidən doğacaqdır.[3]
- Demokratik Azərbaycan topluluğunda bu millət olmaq iradəsi, sözün əsrimizdəki mədəni mənası ilə 28 May istiqlal hadisəsi və bəyannaməsilə təəssüs etdi (yarandı). 32 ildən bəri dünya tarixinin ən qorxunc bir istilası altında bulunmasına, ən amansız totalitar bir rejimin məhkumu olmasına rəğmən, Azərbaycan topluluğu bu iradəyə sadiq qaldığını hər fürsətdə izhar etməkdə, milliyyət dövründən çıxaraq millət olduğunu, 28 May fikrinə bağlılığını hər vasitə ilə isbat etməkdədir. [47]
- Dünkü idealist nəsil ilə bu künkü idealist nəsli bir birinə bağlayan, bundan 36 il öncə, 28 mayıs 1918-də, istiqlal bəyannaməsini intaç etdirən (nəticələnən) böyük fikir hərəkatıdır. [14]
- Yeni bir 28 Maya qovuşa bilməmiz üçün, şübhəsiz, hissən və mənən qüvvətli olduğumuz kimi, təşkilatlanmada da yararlı olmamız gərəkdir ki, bunun ilk şərti mənəviyyatları qüvvətli aydın yurddaşların milli ənənələrə sadiq qalaraq, istiqlal bayrağı altında birləşmələridir. [73]
- 28 Mayda Azərbaycan üfüqlərində açılan milli bayraq təkrar o doğma yurd üzərində açılacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq, hürriyətə qovuşacağıq. [7]
- 28 May 1918-ci il – Milli Azərbaycan hərəkatının ən böyük günüdür. Bundan 34 il əvvəl Milli Şura tərəfindən Azərbaycanın istiqlalı elan olunmuşdu; bu tarixdə türk və müsəlman aləmində ilk dəfə milli xalq hakimiyyətinə dayanan bir cümhuriyyət qurulmuşdur. [6]
- 28 Mayı yaşadarkən ümumi may günlərini yaşatdığımızı unutmayaq. Bilək ki, sadə təbiətin deyil, tarixin də dünyagörmüş bir mövsümü olan May bizim üçün bir külldür! [74]
Digər sitatlar [ redaktə ]
A [ redaktə ]
- Ağlamaq adətim deyildir. Çox güləyən deyiləm də ağlağanlığım da yox kimidir. Biz ifadeyi-cəbriyyə ilə anlatmaq lazım gəlsə, zənn edirəm ki, yenə gülüşüm zaidli (artıq, lazımsız) çıxar. Hətta uşaqlığımı xatırlayanlar belə mənim sakit və samit (səssiz) bir bala olduğumu söylərlər. [6]
- Ağlamaq dini vaqiələrdə, ruh və imanın paklıq və istirahəti üçün lazımi bir şey isə də, dünya işlərində fayda gətirməz. Təbiət olduqca qəddar və rəhmsizdir. O, göz yaşlarına zərrə qədər əhəmiyyət verməz. O, gülməyə, ağlamağa qarşı laqeyddir. Hələ ağlamaqdan bir az da zəhləsi gedər. Çünki ağlamaq acizlik əlamətidir. Acizlərin isə təbiət ən birinci düşmənidir. Qüvvətli olanı saxlar, zəif olanı əzər – budur, onun rəftarı. Siz, gəlin də, bu xasiyyətindən ötəri ona kəcmadər (istək və arzuya qarşı çıxan) deyiniz. Fəqət, bu, onun getdiyi doğru bir yoldur. Fələyin kəcmadər olduğunu anlayalım və böylə bir zalimə qələbə çala bilmək üçün insanı boşaldan göz yaşlarından deyil, fikir istiqaməti və əqidə səbatı ilə əməlpərvərlikdən kömək gözləyəlim. [6][75]
- Amandır arkadaşlar, araq içməyə öyrənməyiniz, öz səadətinizi içməyiniz! [9]
- Azərbaycan millətinin ürəyində gürcü millətinə qarşı həmişə gözəl və səmimi hisslər bəslənmişdir. [6]
B [ redaktə ]
- Bir hambal millioner olmaq əməlinə düşər və bu çətin məqsədə nail olsa belə, bu əmələ böyüklük namı verilməz. Fəqət bir fərd öz mühitinin faydasını düşünərək şəxsi üçün deyil, qövmi və yаxud milləti üçün bir əməl bəslərsə, buna böyük əməl demək olar, bu kimi adamlara da böyük əməlpərvərlər, yаxud məfkurəçi ismi verilər. Öz şəxsi məqsədi xaricində mühitinin ehtiyacı ilə məşğul, onun səadəti naminə əməl bəsləyən və o əməllərə öz şəxsi əməlləri kimi xidmət edənlər həmən böyük əməlpərvərlərdəndirlər. [14]
- Biz bu vaxta qədər bütün ümumi və milli işlərdə ancaq zahirə baxmış və qalibi təqlid etməyə çalışmışıq. [14]
- Biz qafqasiyalılar bir nöqteyi-nəzərdən tərəqqiyati-madiyyəmizcə iranlılardan da, osmanlılardan da irəlidəyiz. Bununla belə dəftəri ixtiraati-aləmdə cüzicə də olsa da nə bir ismimiz var, nə də bir rəsmimiz. [14]
- Biz, Şərqi atıb da, Qərbi almırıq. Qərbin vaxtı ilə etdiyi kimi, Şərq də Orta çağ zehniyyət və şərtlərinə doğru yüksəlir. Bugünkü Şərqdə görülən devrimlər (inqilablar) bir kavramın (konsepsiyanın), bir uymanın deyil, bir yüksəlmə, bir qalxınmanın (inkişafın) əsəridir. [48]
Ə [ redaktə ]
- Əcələ bir surətdə maddətən tərəqqi edib mənəviyyatca məhrum qalmaqdansa, maddətən gec tərəqqi edib, mənəviyyatca müstəqil qalmağı təcrih edirəm. Çünki millətin də, bəşəriyyətin də faydası bundadır. [14]
- Əgər Avropa bu gün göz qamaşdıracaq qədər tərəqqi etmiş, parlamış isə, ancaq mütəxəssisləri sayəsində parlaya bilmişdir. Avropada hər kəs edadi dərəcəsində ümumi məlumata dara (sahib) olduqdan sonra özünə müəyyən bir bilik xətti seçir və o yolda ixtisas peyda edər. Avropalı yalqız bir şey öyrənər. Fəqət öyrənmək kimi öyrənər. Onu tamamailə təkmil edər. Halbuki, Şərqdə, ələlxüsus biz müsəlmanlarda bu böylə deyildir. Biz Krılovun ördəyi kimi dənizdə üzmək, yerdə gəzmək və havada süzmək istərik. Çox peşə ediniriz. Fəqət bilgimiz pis olur. Halbuki, avropalılarca “çox peşə, pis bilik nə hacətdir (nəyə lazımdır), birini yaxşı bil kifayətdir. [6]
- Əqidə, amal və məsləki yolunda ölümünə hazır olub da nəfsini fəda edən kim olur-olsun böyükdür. [11]
F [ redaktə ]
- Fərd, digər fərdlərlə ortaq olduğu bu mənəvi mənliklə özünəməxsus mənfəətlərdən ibarət maddi mənlik arasında ixtilaf çıxınca, maddiliyini mənəviliyinə fəda etmək məcburiyyətindədir. [65]
H [ redaktə ]
- Hər şeydən əvvəl özümüzü öyrənməliyik. Kimiz, nə millətiz, haradan gəlmişiz? Özümüz nə, mahiyyətimiz nə olduğunu bilməliyiz. Sonra da bilməliyiz ki, biz heç də həyatından qəti ümid etmiş bədbəxtlər deyiliz. Biləks (əksinə) anlamalıyız ki, böyük tarixə malikiz. [6]
Q [ redaktə ]
- Qaranlıqdır bana dünya,
Bütün dünyavü mafiha,
Diyorlar cümləsi guya:
Çəkil bir yanə, sakitləş!
Təhəmmül, səbr mümkünmü?!
Həyatə cəbr mümkünmü?!
Zəvali-qəhr mümkünmü?!
Çəkil bir yanə, sakitləş!- “Həsbi-hal”. “Füyuzat” jurnalı, №30, 12 oktyabr 1907-ci il (Həsbi-hal – söhbət, ürəyini boşaltma; dünyavü mafiha – dünya və onun içindəkilər; təhəmmül – rəhm; cəbr – zülm; zəval – əziyyət)
M [ redaktə ]
- Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi Avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar. [76]
- Möhtərəm Millət vəkilləri! Azərbaycan Milli Cümhuriyyətinin ilk Parlamentosunu açmaq səadətinin, siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm!
Müşəxxəs (tanınmış) ideya və şəxsiyyətləri çürütmək qeyrətilə meydana atılanlar, bilərək və ya bilməyərək, böyük davanı kiçildənlərdir. [14]
N [ redaktə ]
- Nə qədər böyük məqsədlə də olsa, namus sərf olunmaz! [62]
S [ redaktə ]
- Sadəcə hökumət və ya parlament üzvü olmaq, insana özəl bir imtiyaz və şərəf verməz. Əsil imtiyaz, əsil şərəf ideyaya sədaqətdə və ona hüsnüniyyət və səmimiyyətlə bağlı qalmaqdadır. [14]
- Sağlam ruh sağlam bədəndə olduğu kimi, inkişaf bir həyat da zəngin bir yerdə ola bilər. [15]
- Siyasət və ya hər hansı digər bir sahədə sivrilmiş vətəndaşların həyatını obyektiv bir qavrayışla təsvir və təqdir etmək – tarixçinin vəzifəsidir. [14]
T [ redaktə ]
- Tarixdə dəyər və əhəmiyyət kəsb edən şəxslər, işdə, müəyyən fikir cərəyanlarına və müəssəsələrinə (qurumlarına) bağlanan, onlara simvol olan şəxsiyyətdir. [14]
Z [ redaktə ]
- Zaman ağır, keçəcəyimiz yol tikanlı və əzablıdır.[7]
Bəzi tanınmış adamlar haqqında dedikləri [ redaktə ]
- Azərbaycanın böyük oğlu Nizami Gəncəviyə can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir 16 müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi.
- Klassik İran ədəbiyyatının Firdovsidən sonra ən böyük ustadı Azərbaycan şairi Nizamidir. [6]
- Azərbaycan dramının daha da inkişaf etdiyini Əbdürrəhman Haqverdilinin yaradıcılığı sübut edir. [6]
- Azərbaycan tarixinin, Nizami kimi böyük şairlər yetişdirmiş dövrünün Şirvanlı Xaqani seçkin ustadlardandır. Qəsidədən başqa o, ədəbi dəyərləri yüksək olan digər parçalar da yazmışdır. “Mədain Xərabələri” şeiri, çökən insanlıq kültürü ilə yıxılan mədəniyyət abidələrinə ağlayan, qüvvətcə, dünya ədəbiyyatında bərabəri olmayan bir şah əsərdir. Nizami, Əbül-Üla Fələki və sairə kimi, XII əsr böyük şairlərin yanında, Şirvanlı Xaqani, Azərbaycan yaradıcılığna şərəf verən bir şəxsiyyətdir. [6]
- Azərbaycanın yeni şairi, bir müddət əvvəl bolşevik rejimindən qaçmış Almas İldırım Azərbaycanı Qafqazdan ayrı düşünmür. O “nadir bir qiymətli cənnəti İrandan, Hindistandan, Əfqanıstandan, Çindən yox, məhz Qafqazdan” tapmışdır. Və bu “Şamilin Qafqazıdır!” Kaş ki, o da onun kimi mübarizə apara biləydi! Göylərə ucalan və azadlıqla nəfəs alıb mübarizəyə səsləyən bu dağları olan Qafqazı o, heç nəyə, heç bir kommunistlərin dünya inqilabına, mələklərin cənnətinə dəyişməz! [6]
- Baxmayaraq biz vaxtı ilə dost olmuşuq. Lakin İosif Stalin türk-tatar xalqlarının qəddar və quduz düşməni idi. [77]
- Stalin XII yüzil məsələsində təsvir olunan bu “qızıl çar”ın XX yüzildə rus şərtləri daxilində yetişən real bir yarısıdır. Dünyanın böyük bir parçasını şəxsi iqtidar və kontrolu altına alan bu qorxunc adamın ehtirası bütün dünyanı hakimiyyəti altına almaq həddində idi. Onun yeganə qayəsi insanı hər cür ideyalardan uzaq qalaraq yuxarıda adı keçən fəhlə Peterburjetsin dediyi kimi hakimiyyətə ancaq hakimiyyət üçün gəlmək və bütün dünyaya yaymaq idi. O, rus imperializminin tarixi seyrinə hakim olan cahangirlik ənənəsinin ən qəddar bir nümayəndəsi idi! [78]
- Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə nüfuzunu hər kəsə tanıtmış bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş (istismar etmiş) və verdiyi bir taqım (neçə) rəsmi və siyasi vəzifə ünvanlarla onu mənimsəmişdir. Fəqət beyhudə, dəmir pərdənin arxasında özünə süni marşlar yazdılsa da, Moskvada çiyni diktatorun əliylə oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və azəri-türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri (dayaqları) arasında qalacaq ayrılmaz bir dəyərdir! [6]
- Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyov musiqimizin Füzulisidir. Məhəmməd FüzulininAzərbaycan ədəbiyyatı sahəsində gördüyü işi, Üzeyir Hacıbəyov milli musiqimizdə həyata keçirmişdir. [7]
- Şübhəsiz ki, türk sənaye-nəfisə (incəsənət tərifi) tarixini yazacaq olan müvərrix (tarixçi) musiqi bəhsinə gəlincə, Qafqasiya türklərinə bir çox səhifələr ayırmalı və bu səhifələrin başında arkadaşımız Üzeyir bəy Hacıbəyov cənablarının fotoqrafını qoymalıdır. [6]
- Başqa istedadlı şair və yazıçılar arasında “Hop – Hop” təxəllüsü ilə yuxarıda qeyd etdiyimiz məşhur jurnal olan “Molla Nəsrəddin”lə əməkdaşlıq edən xalq şairi – satiriki Sabirin ulduzu parladı. Onun “Hop – Hopnamə”adlı şerlər məcmuəsi tez bir zamanda hər bir savadlı azərbaycanlının yalnız şəhərlərdə deyil, eyni zamanda bütün kəndlərdə stolüstü kitabına çevrildi. Füzulidən sonra Sabir Azərbaycanın ikinci ümumxalq şairidir. Sabir özünün sadə formalı, dərin məzmunlu satirik şeirlərində amansızlıqla müasiri olduğu cəmiyyətin çatışmazlıqlarına gülürdü. [6]
- Bizə deyirlər ki, Qarabağ asilərini təfrik etmək üçün Sovet Rusiyasının Qırmızı ordularını buraya gətirməlisiniz. Bu nədir? Bunu söyləyən kimdir? Bunu deyən Azərbaycan nümayəndəsidirmi, yaxud Məclisi-Məbusan üzvü sifətilə guya bizimlə Azərbaycanın müqəddəratı məsələsində şərik görünən Rusiya vəkilidir? Öz içərimizdən bizə ultimatum verir, bizi Qırmızı Rusiyanın orduları ilə təhdid edir? Bu, Azərbaycan Məclisi-Məbusan üzvü deyil, bir Rusiya agentisidir. Səslər: Ar olsun! [79]
- Əliheydər Qarayevin Ermənistana toplanan Ağ ordu generalı Anton Denikinin qüvvələrinə qarşı Qızıl Ordu ilə danışığa girmək haqqında təklifinə cavabı.
- Gürcü şairi və yazıçısı Akaki Sereteli haqqında
- Əlirza Turan xatirələrində qeyd etdiyinə görə, Məhəmməd Əmin Rəsulzadə, “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində “vətənpərvərliyə rəvac verən şair” adlandırdığı Səməd Vurğunun “İyirmi altılar” poemasında şəxsiyyətinə qarşı səsləndirdiyi xain və şarlatan olması haqqında iddialara bu cavabı vermişdir.[21][82][83]
Dialoqları [ redaktə ]
1920-ci ildə Məhəmməd Əmin Rəsulzadə ilə İosif Stalinin dialoqu: [78] [13]
Stalin: Yaxşı, fərz edək istədiyiniz şərtlər mövcuddur və öz qüvvələrinizlə hərəkət etmək imkanındasınız, o halda bizə qarşı nə edərdiniz? Rəsulzadə: Heç düşünmədən, həmən sizə qarşı qiyam qaldırardıq. Stalin: Yaxşı, amma siz kiçik bir məmləkətsiniz, öz başınıza müstəqil olaraq özünüzü idarə edə bilməzsiniz; başqa böyük bir dövlətlə, necə də olsa, anlaşmaq lazımdır. Rəsulzadə: Bu məqamda biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq, fəqət Nərimanın anlaşdığı tərzdə yox. Stalin (gülərək): Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla anlaşdıq?!
Məhəmməd Əmin Rəsulzadənin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” kitabından: [78]
Stalin bizi yemək otağında qəbul etdi. Orconikidze də orada hazırdı. Masada çoxdan görmədiyimiz və heç bir tərəfdə tapılmayan ağ çörək, nəfis Gürcüstan şərabı, Azərbaycanın qara kürüsü və sairə vardı.
Həm yeyir, həm də danışırdı. Söhbətin təşəbbüsü Stalinin əlində idi. Bir vaxt bizə xitabla:
– Azərbaycanda bir az hökumət etdiniz. Fəqət çox dərin bir iziniz qalmışdır. Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə aradan qaldırmaq üçün daha uzun zaman və daha çox işləmək lazımdır. Xüsusilə ziyalılar millətçilik ruhu ilə aşılanmışdır, – dedi və sonra üzünü şəxsən mənə çevirərək:
– Sizcə, bu millətçilik təsirinin əsas amili nədir? Deyə soruşdu.
– Millətçilik deyilən başqa bir insan birliyinin öz varlığını müdafiədən başqa bir şey deyildir. Fərdlərlə müdafieyi-nəfs təbii və qanuni olduğu kimi milli kollektivin öz özəlliklərini müdafiəsi də təbii bir hadisədir,
– Yox, – dedi, – məsələ daha çox bəsitdir. Millətçilik deyilən hadisə yerli ziyalıların öz mənfəərlərini qısqanmaqdan başqa bir şey deyildir, – dedi.
Bu əsnada otağın birindən o birinə telefon başına keçən Kalinin (o zamankı Sovet İttifaqı prezidenti) peyda oldu və Stalin dərhal ona:
– Yoldaş Kalinin, Azərbaycanı Azərbaycana birləşdirmək istəmirsiniz?! – deyə xitab etdi. O isə dayanmadan əli ilə sərt bir jest edərək:
– Yox, yox, istəmirəm, – dedi.
Bu dialoq hər halda o vaxtlar Qafqaz Azərbaycanı kimi İran Azərbaycanının da sovetləşdirilməsi planlarından bəhslə ortada dolaşan söyləntilərin çox da səbəbsiz olmadığına bir dəlildi. Bu, dialoq məsələsinin hər necəsə Sovet yuxarı dairələrində müzakirə edilmiş olduğunu göstərirdi.Məhəmməd Əmin Rəsulzadə ilə əlaqələndirilən sitatlar [ redaktə ]
Diləkləri öz dilində diləmək; istədiklərini öz dilində istəmək;. ağzından çıxan sözlərin nə mənada sözlər olduğunun özünü də bilmək bizcə daha məqbul görünüyor. Duaların mənalarını anlamaqla xalqda islamın ruhunu, fikrini anlamaq daha da irəlilər… Bu gün islam aləmində olan zahiri birlik o zaman ruhi və mənəvi birliyə mübəddəl olar (çevrilər).
- Bu sitat Rusiyanın Sankt-Peterburq şəhərinin ali məktəblərində oxuyan türkdilli tələbələrin “Şura” qəzetinin baş redaktoru, başqırd-tatar din xadimi Rizaəddin bin Fəxrəddinə göndərdiyi sualnamədə yazılmışdır. Sualnamə Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə “Açıq söz” qəzetinin 1917-ci il 27 fevral tarixli 413-cü nömrəsində dərc edilmişdir.[86][87]
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan!- Məhəmməd Əmin Rəsulzadə bu misraları 28 may 1953-cü ildə “Amerikanın Səsi” radiosu vasitəsi ilə Azərbaycan xalqına müraciət edərkən Əmin Abid Gültəkinin “Can Azərbaycan” şeirindən sitat gətirmişdi.[2][88][89][90][91]
Haqqında deyilənlər [ redaktə ]
- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Azərbaycanın bütün vətəndaşları – biz Azərbaycan Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik. [7]Heydər Əliyev
- İlk Azərbaycan Demokratik Respublikasının yaradıcıları, onun rəhbərləri Məmməd Əmin Rəsulzadə, Fətəli bəy xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyov və başqaları Azərbaycan xalqının tarixində böyük xidmətlər göstərmişlər və Azərbaycana ilk dəfə müstəqilliyin, müstəqil dövlətçiliyin, demokratiyanın əsaslarını qoymuşlar. [92]Heydər Əliyev
- 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan tarixində böyük ictimai-siyasi hadisədir. Belə bir demokratik dövlətin mövcud olması və müəyyən qədər fəaliyyət göstərməsi Azərbaycanın sonrakı dövrlərinə təsir edibdir. Düzdür, bu respublika cəmi 23 ay fəaliyət göstərdi, sonra isə təslim oldu. Biz tariximizi həmişə obyektiv təhlil etməliyik və bugünkü nəslə, gələcək nəsillərə düzgün çatdırılmalıyıq. Təəssüf ki, əvvəlki dövrlərə aid tariximizdə çox faktlar təhrif olunubdur, indi də təhrif olunur. Tarixçilərimizin borcudur ki, bu qüsurları aradan götürsünlər. Ancaq biz deməliyik ki, Demokratik Respublika, onun liderləri Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib Yusifbəyli, Məmmədhəsən Hacınski və başqaları çox böyük işlər görüblər. Onlar Azərbaycanı müstəqil dövlət kimi dünyanın bir qisminə tanıtdılar, bir sıra tədbirlər gördülər. Mən yenə deyirəm Məmməd Əmin Rəsulzadə və başqaları Azərbaycan Respublikasının böyük şəxsiyyətləri, XX əsrin əvvəlində və xüsusən 1918-ci ildə AXC-ni qurarkən böyük sücaət göstərmişlər, böyük iş görmüşlər və bu şəksiz-şübhəsizdir. [93]
- Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyev
- Azərbaycanlı rəssam Rais Rəsulzadə
- Krım Xalq Cümhuriyyətinin (1917-1918) Müdafiə və Xarici İşlər Naziri Cəfər Seyidəhməd Krımər
- Azərbaycanlı tanınmış tarixçi Şirməmməd Hüseynov
- Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi Məhəmməd Kəngərlinin onun ölümündən sonrakı vəziyyəti haqqında dediyi sözlər.
- Polyak əsilli amerikan tarixçi, qafqazşünas və azərbaycanşünas Tadeuş Svetoxovski
- Azərbaycanlı tanınmış tarixçi Aydın Balayev
- Azərbaycanlı yazıçı, dramaturq, ədəbiyyatşünas Elçin Əfəndiyev
- İndi xəbər verim oxucuma mən
O “millət rəhbəri” Rəsulzadədən;
Toplamış məclisdə müsəlmanları,
Yağlı vədələrə tutmuş onları;
Deyir: “Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun qılınc çəkərək.
Parlasın ədalət, mehri-hürriyyət,
Ucalsın göylərə şərəfi-millət.
– Şarlatan!
– Afərin!
– Rəhbərə bir bax.
– Vətəni yadlara bunlar satacaq.
– Bir dayan!
– Nə dedin?– O bir xaindir.
Sözünün pərdəsi millətdir, dindir. [97]- Azərbaycanın görkəmli xalq şairi, dramaturqu və ədəbiyyatşünası Səməd Vurğun
- Azərbaycanlı şair, dramaturq, publisist Teyyub Qurban
- Azərbaycan Respublikasının ikinci Prezidenti Əbülfəz Elçibəy
- Azərbaycan Respublikasının dördüncü Prezidenti İlham Əliyev
- Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk
- Azərbaycanın görkəmli xalq şairi Süleyman Rüstəm(Şair 1966-cı Türkiyəyə səfər edərkən uzun söz-söhbətdən sonra Məhəmməd Əmin Rəsulzadənin məzarına getməyə nail olur və başdaşının yanında oturub, uzun müddət ağlayır.[101])
- İranlı siyasətçi və diplomat Seyid Həsən Tağızadə
- Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi olan bəstəkar Üzeyir Hacıbəyov
- Azərbaycanlı ədəbiyyatşünas Pənah Xəlilov
- Azərbaycanlı tanınmış tarixçı Nəsiman Yaqublu
- XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, tanınmış mətbuat xadimi Əli bəy Hüseynzadə
- Sovet Sosialist Respublikaları İttifaqının ikinci dövlət başçısı İosif Stalin 1920-ci ildə həbsxanada Məhəmməd Əmin Rəsulzadə ilə görüşəndə.
Mənbə [ redaktə ]
- “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait” (PDF) . 11 dekabr 2015 tarixində arxivləşdirilib (PDF) .
- “Məhəmməd Əmin Rəsulzadə – Əsrimizin Siyavuşu” (PDF) (azərb.). 23 noyabr 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- “Məhəmməd Əmin Rəsulzadə Milli Dirilik; Azərbaycan Davası; Məqalələr, Nitqlər 1914-1954”. 18 sentyabr 2021 tarixində arxivləşdirilib.
- “Nəsiman Yaqublu. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. səh.504” (PDF) . 2013. 28 mart 2022 tarixində arxivləşdirilib (PDF) .
İstinadlar [ redaktə ]
- ↑ 1,01,11,21,31,4Azərbaycan istiqlal mücadiləsinin görkəmli xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi qarşısında
- ↑ 2,02,12,22,3Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciəti
- ↑ 3,03,13,23,3 Məhəmməd Əmin Rəsulzadənin Amerikanın Səsi radiosundan 1953-cü 28 may tarixli Azərbaycan xalqına müraciəti
- ↑Məhəmməd Əmin Rəsulzadə – Məqalələr
- ↑ 5,005,015,025,035,045,055,065,075,085,095,105,115,125,135,145,155,16″Məhəmməd Əmin Rəsulzadə AZƏRBAYCAN CÜMHURİYYƏTİ” (PDF) . 14 fevral 2019 tarixində arxivləşdirilib (PDF) .
- ↑ 6,0006,0016,0026,0036,0046,0056,0066,0076,0086,0096,0106,0116,0126,0136,0146,0156,0166,0176,0186,0196,0206,0216,0226,0236,0246,0256,0266,0276,0286,0296,0306,0316,0326,0336,0346,0356,0366,0376,0386,0396,0406,0416,0426,0436,0446,0456,0466,0476,0486,0496,0506,0516,0526,0536,0546,0556,0566,0576,0586,0596,0606,0616,0626,0636,0646,0656,0666,0676,0686,0696,0706,0716,0726,0736,0746,0756,0766,0776,0786,0796,0806,0816,0826,0836,0846,0856,0866,0876,0886,0896,0906,0916,0926,0936,0946,0956,0966,0976,0986,0996,1006,1016,1026,1036,1046,1056,1066,1076,1086,109″Nəsiman Yaqublu. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. səh.504″ (PDF) . 2013. 28 mart 2022 tarixində arxivləşdirilib (PDF) .
- ↑ 7,007,017,027,037,047,057,067,077,087,097,107,117,127,137,147,157,167,177,187,197,207,217,227,23″Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait” (PDF) . 11 dekabr 2015 tarixində arxivləşdirilib (PDF) .
- ↑Həşəmətli bir gün – M.Ə. Rəsulzadə
- ↑ 9,09,19,29,39,4Məhəmməd Əmin Rəsulzadə əsərləri I cild 1903-1909
- ↑ “Bəsirət” qəzeti, 7 iyun 1914-cü il, №9.
- ↑ 11,011,1″Dövlətçilik Azərbaycan xalqının qanında vardır” M.Ə.Rəsulzadə
- ↑ 12,012,1″Müsavat firqəsi və bolşeviklər”. 15 oktyabr 2018. 15 sentyabr 2021 tarixində arxivləşdirilib.
- ↑ 13,013,113,2’100-ə nə qaldı?’: Rəsulzadə – müstəqil dövlət yaradan adam (7-ci yazı)
- ↑ 14,0014,0114,0214,0314,0414,0514,0614,0714,0814,0914,1014,1114,1214,1314,1414,1514,1614,1714,1814,1914,2014,2114,2214,2314,2414,2514,2614,2714,2814,2914,3014,3114,3214,3314,3414,3514,3614,3714,3814,3914,4014,4114,4214,4314,4414,4514,4614,4714,48″Məhəmməd Əmin Rəsulzadə Milli Dirilik; Azərbaycan Davası; Məqalələr, Nitqlər 1914-1954″. 18 sentyabr 2021 tarixində arxivləşdirilib.
- ↑ 15,0015,0115,0215,0315,0415,0515,0615,0715,0815,0915,1015,1115,1215,1315,1415,1515,1615,1715,1815,1915,20″Məhəmməd Əmin Rəsulzadə – Əsrimizin Siyavuşu” (PDF) (azərb.). 23 noyabr 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ 16,016,1“Rəsulzadənin Hitlerlə görüşü və münasibəti olmayıb. ”
- ↑ Nəsiman Yaqublu “Müsavat Partiyasının tarixi” Bakı, 1997. Səhifə 85
- ↑ 18,018,118,2Məhəmməd Əmin Rəsulzadənin «İran türkləri» əsəri kitab şəklində nəşr edilib
- ↑ Cəmil Həsənli – Ağ ləkələrin qara kölgəsi
- ↑ 20,020,1’100-ə nə qaldı. ‘: ‘İstiqlal Bəyannaməsi’ kimin əsəridir?
- ↑ 21,021,1Məhəmməd Əmin Rəsulzadə – Çağdaş Azərbaycan ədəbiyyatı (1950)
- ↑ 22,022,122,222,3Əsərləri – V cild (1918 – aprel 1920)
- ↑ 23,023,1Bakı və Azərbaycan tarixinə dair əsərlər (davamı)
- ↑ 24,024,1 “Azərbaycan” 8 nisan (aprel) 1919, №152
- ↑ 25,025,125,2525-ci Qəzet: Bakı və Azərbaycan tarixinə dair əsərlər (14.10.2013)
- ↑ 26,026,1 “Azərbaycan”, 28 nisan (aprel) 1919, №168
- ↑ “Gülşən”, nömrə 85
- ↑ “İran”, nömrə 414
- ↑ Azərbaycan №5 “Bakı məsələsinə dair mülaqaat” 1918-ci il oktyabr
- ↑Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır
- ↑”Məhəmməd Əmin Rəsulzadə kimdir?”. 12 dekabr 2015. 26 fevral 2018 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 12 dekabr 2015 .
- ↑”Məhəmməd Əmin Rəsulzadə – Həyat yolu”. 12 dekabr 2015. 20 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ “Azərbaycan” qəzeti 9 dekabr 1918-ci il
- ↑Üçrəngli bayrağımızın mənası
- ↑ 35,035,135,235,3Cumhuriyyətin qurucusu M.Rəsulzadənin Aşura dəyərləri barədə dedikləri – Video
- ↑ 36,036,1Birlik lazımdır
- ↑ 37,037,1Rəsulzadənin Qurban bayramı ilə bağlı maraqlı fikirləri
- ↑ 38,038,1 Türk Yurdu 2. Cilt. Sayı 6 (18). İstanbul: Tanin Matbaası, 1912, sayfa 551—556.)
- ↑ 20 iyul 1906-cı il “Dəvət” qəzeti “Bəlayi-əzim” adlı məqaləsi
- ↑ 40,040,140,240,340,440,540,6Rəsulzadənin ermənilər əleyhinə yazıları – Nəsiman Yaqublunun araşdırması
- ↑ 41,041,141,2Rusiya köləliyində
- ↑ “Dəvət-Qoç” qəzeti “Mərəzimizin çarəsi” məqaləsi 19 iyul 1906-cı il
- ↑ 43,043,143,2Məhəmməd Əmin Rəsulzadənin əsərlərində Qarabağ tarixinə nəzər
- ↑ “Məhəmməd Əmin Rəsulzadənin əsərləri V cild(1918- aprel 1920)” Bakı, Qanun nəşriyyat,2014. 402-ci səhifə
- ↑ “Azərbaycan” qəzeti, 31 mart 1919-cu il
- ↑ Sitat səhvi: Invalid tag; no text was provided for refs named :222
- ↑ 47,0047,0147,0247,0347,0447,0547,0647,0747,0847,0947,10″Məhəmməd Əmin Rəsulzadənin nəzərində milliyyətçilik və millətçilik 2-ci hissə”. 12 dekabr 2015. 15 sentyabr 2021 tarixində arxivləşdirilib . İstifadə tarixi: 12 aprel 2018 .
- ↑ 48,048,148,248,3″Məhəmməd Əmin Rəsulzadə. Milli birlik. 176 səh” (PDF) . 12 iyun 2022 tarixində arxivləşdirilib (PDF) .
- ↑ 49,049,1Məhəmməd Əmin Rəsulzadə irsində təlim – tərbiyə məsələləri
- ↑ Irshad, 20 fevral 1906
- ↑ “İrane-nou” qəzeti, №113, 17 yanvar 1910-cu il.
- ↑ Irshad, 21 iyul 1906
- ↑ Yenə orada, səhifə 30
- ↑ Məhəmməd Əmin Rəsulzadənin “Amerikanın Səsi” radiosu ilə 26 avqust 1951-ci tarixli Azərbaycan xalqına müraciətidən
- ↑”Məhəmməd Əmin Rəsulzadə Əsərləri II cild (1909-1914)” (PDF) . 12 iyun 2022 tarixində arxivləşdirilib (PDF) .
- ↑ “Açıq söz”, 19 may 1917, №477
- ↑ 57,057,1 Resulzade Mehmet Emin. Nevruz bayramı / «Azerbaycan» (Ankara), 1954 mart, yıl 3, sayı 12
- ↑Mühacirət folklorşünaslığı Novruz bayramı haqqında
- ↑Azkurs
- ↑Ərazi məsələsindəki müvəffəqiyyətimiz – M.Ə. Rəsulzadə
- ↑Cümhuriyyətin Novruzu – Tağıyevin səxavəti
- ↑ 62,062,162,262,362,462,562,6525-ci qəzet.- 2011.- 24 dekabr.- S.26-27
- ↑ Məhəmməd Əmin Rəsulzadə Əsərləri (1903-1909). I c., II cilddə, Bakı: Azərnəşr, 1992, 470 s
- ↑Mətbuat azadlığı (III hissə)
- ↑ 65,0065,0165,0265,0365,0465,0565,0665,0765,0865,0965,10″Məhəmməd Əmin Rəsulzadənin nəzərində milliyyətçilik və millətçilik 1-ci hissə”. 11 aprel 2018. 14 sentyabr 2021 tarixində arxivləşdirilib.
- ↑ “Məhəmməd Əmin Rəsulzadənin əsərləri V cild(1918- aprel 1920)” Bakı, Qanun nəşriyyat,2014. 462-ci səhifə
- ↑ Resulzade M.E. Şefibeyçilik. İstanbul, 1934, s. 56
- ↑M.Ə Rəsulzadənin Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin qətli münasibətilə nitqi
- ↑ 69,069,1M. Ə. Rəsulzadənin «Qafqaz problemləri» məqaləsi
- ↑ Azərbaycan” qəzeti, № 41, 1918-ci il
- ↑ 71,071,1 Məhəmməd Əmin Rəsulzadə Milli Birlik. Bakı. “Çıraq” nəşriyyatı, 2009. 176 səh.
- ↑ Urmiyə. 15 iyun Məhəmməd Əmin “Tərəqqi” qəzeti. № 144. 30 iyun 1909
- ↑’Məhəmməd Əmin Rəsulzadənin otuz məktubu’ çap edilib
- ↑ Varşava, 15.05.1931-ci il Məhəmməd Əmin Rəsulzadə Qafqaz xatirələri
- ↑ İqbal qəzeti 14 noyabr 1914
- ↑Məhəmməd Əmin Rəsulzadənin ömür yolu
- ↑Rəsulzadənin Atatürklə münasibətləri; Stalinlə əlaqələri
- ↑ 78,078,178,278,3M.Ə Rəsulzadə — Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri
- ↑Məhəmməd Əmin Rəsulzadə azad mətbuata qarşı? – QIZIL SƏHİFƏLƏR
- ↑ Qurtuluş” jurnalı. Berlin, 1934, №2.
- ↑”Məhəmməd Əmin Rəsulzadə. Bolşeviklərin Şərq siyasəti. 65 səh. Bakı- “Sabah”- 1994″ (PDF) . 2013. 11 iyun 2022 tarixində arxivləşdirilib (PDF) .
- ↑Rəsulzadədən onu “Şarlatan” adlandıran Səməd Vurğuna CAVAB – FAKT
- ↑Səməd Vurğunun təhqirinə Rəsulzadənin reaksiyası
- ↑ 1927-ci ildə (?) Azərbaycan Gəncləri Birliyi yığıncağında etdiyi çıxışdan
- ↑Məhəmməd Əmin Rəsulzadə – Çağdaş Azərbaycan tarixi
- ↑”Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild (1917-aprel 1918)” (PDF) . 4 dekabr 2021 tarixində arxivləşdirilib (PDF) .
- ↑”Məmməd Əmin soruşur: “Namazı öz dilimizdə qıla bilərikmi? ” “. 21 oktyabr 2020 tarixində arxivləşdirilib.
- ↑”Əmin Abid Gültəkin kimdir?”. 18 oktyabr 2019. 16 avqust 2021 tarixində arxivləşdirilib.
- ↑Əmin Abid Gültəkin – Can Azərbaycan
- ↑«Sən bizimsən, bizimsən, durduqca bədəndə can…» kimin qələmindən çıxıb?
- ↑Yeni Kafkasya Dergisi’nde Emin Abid üzerine bir inceleme. Səhifə 25
- ↑Heydər Əliyev Fətəli xan Xoyskinin qəbirüstü abidəsinin açılışında VİDEO
- ↑O deyirdi: “Özümüzü tanıyaq”
- ↑N. Yaqublu: Bu bayramı İstiqlal günü kimi qeyd etmək lazımdır
- ↑Cümhuriyyətin banisi
- ↑28 May Rəsulzadənin əsəridir!
- ↑ Səməd Vurğun – “26-lar” poeması, Bakı, 1986, səh. 59
- ↑Əbülfəz Elçibəyin 31 yanvar 1999-cu ildə Novxanı kəndində M.Ə.Rəsulzadənin doğum gününə həsr edilmiş mitinqdə nitqi VİDEO
- ↑“Jurnalistlərin dostu” mükafatı təqdim etmə mərasimində İlham Əliyevin nitqi
- ↑O üçrəngli bayrağısa, görməyəcək gözləriniz! – Süleyman Rüstəm haqqında Maraqlı Faktlar
- ↑Qulu Məhərrəmli: “Süleyman Rüstəm Rəsulzadənin məzarı üstündə dizi üstə ağlayıb” – VİDEO
- ↑ “Sühən” jurnalı, Tehran, №4, 1955-ci il
- ↑ 103,0103,1 “Azərbaycan” qəzeti 9 dekabr 1918, №60
- ↑Rəsulzadənin anım mitinqi keçirildi (VİDEO)
Məhəmməd Əmin Rəsulzadə Əsrimizin Siyavuşu
MilliAzərbaycan nəşriyyatının ikinci sayısını təşkil edən burisaləmizin özünə məxsus bir macərası vardır. Bu macəra özü– özülüyündə bir mövzu təşkil etməklə birlikdə,əsrimizdə görülən həyəcan və təsirləri izah baxımından dadiqqətə layiqdir. ―Əsrimizin Səyavuşu müəyyən bir məqsədlə,vətənimizin, ictimai – fikrimizin və inanımızın düşmənlərinəqarşı xüsusi bir düşmənlik yaratmaq məqsədiylə, əvvəlcədəndüşünülmüş bir əsər deyildir.
Nəşriyyatımızınilk sayısını təşkil edən ―Azərbaycan CümhuriyyətiniTürkiyənin mətbuat aləmində gördüyümüz bir əksikliyiqüdrətimiz daxilində ortadan qaldırmaq məqsədiylə, nəzərdətutulmuş bir planla yazmışdıq. Halbuki ―Əsrimizin Səyavuşubelə bir müəyyən məqsəd və planla yazılmamışdır.
Bizonun necə yazıldığını, nə kimi şərtlər içində vücudagəldiyini qısa da olsa, anlatmasaq da, əsərin nə üçün vəhansı hədəflə yazıldığını aydınlaşdıra bilməyəcəyimizihiss edirik. Bunun üçün möhtərəm oxucularımızın icazəsi iləmacəra həyatımızdan bir qismini nəql edəlim:
Bolşevikistilası kədərli – ələmli bir fakt idi. Bir aya qədər Bakıdasaxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş,Gürcüstana keçmək üçün yola çıxmışdıq.
Hadisələrvə təsadüflər bizi bir çox dağları və dərələrigəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmışbir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı. Lahıcdabir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik birkitabxana vardı.
Birqismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab vədərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətəlayiq cildi Firdovsinin ―Şahnaməsi idi. ―Şahnaməni razılıqalıb oxumağa başladım.
Şərqinən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istilaetdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə,qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necədastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunlarınyanında marağımı ən çox cəlb edən və ruhumun ən həssasnöqtələrinə qədər nüfuz edən bir hekayəydi: ―Siyavuşdastanını oxudum.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Məhəmməd Əmin Rəsulzadə ƏSRİMİZİn siyavuşU Ön söZ
ÖN SÖZ
Milli Azərbaycan nəşriyyatının ikinci sayısını təşkil edən bu risaləmizin özünə məxsus bir macərası vardır. Bu macəra özü-özlüyündə bir mövzu təşkil etməklə birlikdə, əsrimizdə görülən həyəcan və təsirləri izah baxımından da diqqətə layiqdir.“Əsrimizin Siyavuşu” müəyyən bir məqsədlə, vətənimizin, ictimai fikrimizin və inanışımızın düşmənlərinə qarşı xüsusi bir düşmənlik yaratmaq məqsədiylə, əvvəlcədən düşünülmüş bir əsər deyildir. Nəşriyyatımızın ilk sayısını təşkil edən “Azərbaycan Cümhuriyyəti”ni Türkiyənin mətbuat aləmində gördüyümüz bir əksikliyi qüdrətimiz daxilində ortadan qaldırmaq məqsədiylə, nəzərdə tutulmuş bir planla yazmışdıq. Halbuki “Əsrimizin Siyavuşu” belə bir müəyyən bir məqsəd və planla yazılmamışdır.
Biz onun necə yazıldığını, nə kimi şərtlər içində vücuda gəldiyini qısa da olsa, anlatsaq da, əsərin nə üçün və hansı hədəflə yazıldığını aydınlaşdıra bilməyəcəyimizi hiss edirik. Bunun üçün möhtərəm oxucularımızın icazəsi ilə macəra həyatımızdan bir qismini nəql edəlim:
Bolşevik istilası kədərli – ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı.
Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətə layiq cildi Firdovsinin “Şahnamə”si idi.
“Şahnamə”ni razılıq alıb oxumağa başladım. Şərqin ən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necə dastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunların yanında marağımı ən çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəydi: “Siyavuş” dastanını oxudum. Əvvəlcə aşina olduğum dastanı ilk dəfə oxuyurmuş kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar etdim. Yüksəkdən oxudum. Arkadaşıma dinlətdim. Heç şübhə yoxdur ki, ilham almışdım. “Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Siyavuşunu yazacağam” – dedim.
O, buna, heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı.
Fəqət mən başladım. Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi. Ikinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi. Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdman çayının gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o, anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi.
Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. Iki günlüyünə bizi başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirdim.
Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı. Bir an əvvəl Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib ovalığa gəlmişdik. Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan “Siyavuş”un üzünü köçürtdüm. Təmizə çıxarılan nüsxəni qonağı olduğumuz kəndliyə verib, qaralamasını özümlə götürdüm. Qəzaya uğramayacağımızdan əmin ola bilməzdim. Tələf və ya yaxalanacağı təxmin olunan yanımdakı nüsxədən başqa digər nüsxəsi də olsun deyə bir tədbirə lüzum görmüşdüm. Burası arkadaşlarıma xitabən əlavə etdiyim vəsiyyətnamədə daha açıqca görülməkdədir. Qorxduğum bir əmr vaqe olmuş, bulunduğumuz yer təsadüfən kəşf edilmiş, evimiz basılaraq, həbs olunmuşduq.
Təslim olmazdan qabaq, yanımdakı nüsxəni təbii ki, tələf etmişdim.
Bir çox qəza və qədər keçirdikdən sonra Moskvaya aparıldım. Iki il mənfi bir həyat keçirdim. Bu iki il müddətində “Siyavuş”un ikinci nüsxəsinin əmanət verdiyim kəndlidə sağ-salamat qaldığına aid içıqca bir məlumat ala bilmədim. Nüsxə, arkadaşların da əlinə keçməmişdi. Kəndli, xəbərdarlıq etdiyimə görə kağızımı almadan kitabı kimsəyə verməyəcəyini anlatmışdı.
Iki illik mənfi həyatdan sonra daha az macəralı olmayan bir təşəbbüslə qurtularaq Finlandiyaya keçdim. Nəhayət, buraya (İstambul nəzərdə tutulur – M.Ə.) gəldim. Tam üç il sonra itirdiyimi buldum. “Əsrimizin Siyavuşu” bir çox müşkülat və macəralara məruz qaldıqdan sonra bolşevik çəpərini yararaq İstambula qədər gəlmiş, yazarının özünə aid üzüntüsünü yox etmişdir.
Arkadaşlardan bəziləri itirdiyim bu əsərə görə duyduğum üzüntünü gördüyü zaman, “madam ki, mövzu məlumunuzdur, yenidən yazarsınız” – deyə təsəlli verirdilər.
Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı və vəziyyət bir daha geri gələməz. 1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan Əli Əhmədoğlunun 1 əsəri ilə 1923-cü ildə İstambulda yaşayan Məhəmməd Əmin Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək.
“Əsrimizin Siyavuşu” Türklə başlayan iki tarixin də həzin bir vaqeə və hadisənin yanğılı bir ağısıdır. Yazılan vaqeədə iştirak etmış bir fərd sifətiylə və ətdən, qandan, sinirdən yaranmış bir canlı olmaqla hisslərinin təsirinə qapılmış, fəqət adı çəkilən şərtlər içərisində təsadüfən, bəlirli bir qayə güdmədən, o anda duyulan çox dərin bir təsiri hekayə edən bu əsərin səmimiyyəti, əlbəttə, inkar olunamaz. Təsadüf edilən qüsurların xoş niyyətli qarşılanması rica olunur.
Belə ki, əsər yazılarkən bir çox istiarə və misalları etibarı ilə Azərbaycan ədəbi mühitini nəzərə almışdır. Bu qədər macəraların sonunda özünü İstambulda nəşr etmək qismət olmuşdur. Bu qismət özünə bir şivə təshihi ilə bir bölük yaxın adamların əlavəsindən başqa itkiyə uğramamışdır.
“Siyavuş”, meydana gəlməsi ilə Lahıcdakı kitabxana sahibi, bizi bir ata kimi bəsləyən o sevimli ixtiyar və nəhayət, ölüm təhlükəsinə qarşı əmanəti şahid kimi göstərən o mərd kəndlilərə borcludur. Burada onlara mənən təşəkkür etməyi vəzifə sayıram. Bolşeviklərin qəhrinə məruz qalmasınlar deyə adlarını açıq göstərməmək zərurəti ilə üzgünəm. İnşaallah, onun da növbəsi gələr.
MƏMMƏD ƏMİN RƏSULZADƏ
“Millət yoludur, haq yoludur tutduğumuz yolEy haq, yaşa, ey sevgili millət, yaşa, var ol!”
T.F.
Azərbaycan istiqlalı yolunda can verən şəhidlərin ruhuna ithafdır.ƏSRİMİZİN SİYAVUŞU
Əvvəlcə tarixin Siyavuşuna bir göz gəzdirək:İran romantizminin mahir şairi Firdovsi Tusinin dəyərli adını dünyalar durduqca qalan və şairanə
“Nəmirəm əz in pəs ki, mən zindəəm” 2
deyə öyünməsini kamal, cəsarət və ithaflarla söylədən “Şahnamə”nin, məncə ən şah əsər dastanı – Siyavuş hekayə – xəzinəsidir.
“Şahnamə”nin ən ruhlu qismi, məlumdur ki, İran-Turan müharibələridir. Bu müharibələrin ən həyəcanlı və dəhşətliləri, şübhəsiz ki, Siyavuş qanı üçün aparılanlarıdır.
Firdovsi – savaş və şənlik aşiqi, boylu-buxunlu və ilahi əzm və hünər şairidir. Qüvvətlə gözəlliyi hər yerdə tam görən bu şairin ən qüvvətli və ən gözəl insanı Rüstəmdir. Firdovsi ilhamından doğulmuş bu Sistan pəhləvanından başqasını tanrı yaratmamış, nə möcüzədir ki, göstərməmişdir. Fəqət Rüstəm pəhləvan belə ən böyük möcüzələrini “Siyavuş qorxusunun” intiqamını almaq üçün vuruşduğu meydanlarda göstərmişdir.
SİYAVUŞUN QISACA ƏHVALI
1 – Siyavuşun doğulması, 2 – Siyavuşun tərbiyə və düşüncəsi, 3 – Siyavuş Turanda, Əfrasiyabın röyası və Siyavuşu yaxşı qarşılaması, 4 – “Siyavuş Gərd” – Siyavuş şəhəri, 5 – Siyavuşun bəxtsizliyi. Gərsivəzin hekayəsi. Siyavuşun öldürülməsi. Siyavuşun son sözü.Xalq arasında məşhur olanı belədir ki:
Kəyanilərdən Keykavusun oğlu Siyavuş, ögey anası Südabənin eşqi və atası Keykavusun vəfasızlığından bezar olub Turana qaçdı. Turan xaqanı Əfrasiyab tərəfindən səmimi qəbul gördü. Xaqanın qızı Firəngislə evləndi. Nəhayət, Əfrasiyabın qəzəbinə gəlib başı kəsildi. Haqsız tökülən bu qan üçün İranla Turan bir-birinə qarışdı və əsrlər uzunu qan axdı.
Fəqət İran “İliada”sının bu həzin dastanını mifologiyadakı rümuzu sezərək oxuyanda görünür ki, Siyavuş həqiqətdən çox şerə qarışmış bir rəmz tarixidir. Bu bir simvoldur.
Mifologiya, tarizin Huşəngdən əvvəlki qədim əsrlərinin vəziyyətini xəyanət ilə qarışdırılmış bir şəkildə nəql edər. Bu kimi nağıllar “Əz zəmane qəblul–tarix” deyilən əski zamanın bir təqvimidir.
Bir-birləri ilə münasibətləri əskidə qurulmuş, hələ İran ilə Turan kimi bir-biri ilə əsrlərcə çəkilmiş, bu səbəblərin mifoloji fonu və əfsanələri çox qarışmışdır. Bu qarışıq mifologiyanın bəzən türklərdə batır, ruslarda boqatır, farslarda bahador sözünün bənzərliyi kimi, bir qisim qəhrəmanlara da bənzərliyi və ya ortaqlığı olur.
“Siyavuş” hekayəsinin ifadəsindən görünür ki, o, həm batır, həm də bahadır olub İranla Turan arasında ortaq bir qəhrəmandır.
Əlbəttə, Siyavuş məşhur olduğu kimi bir iranlı, daha doğrusu, xalis bir iranlı deyil. Onun nə dərəcədə doğruluğunu Firdovsi belə nağıl edir.
İran bahadırlarından iki sərkərdə – Tusla Kiv Turan hüdudunda ova çıxmışdılar. Ov əsnasında, orman içində evdən qaçmış bir qıza rast gəldilər. Qızın gözəlliyi hər iki pəhləvanın ürəyini bir anda oxladı. Ikisi dağ keçisi ovunda ikən, bu orman pərisinin kirpiklərinin oxuna hədəf oldular. Saçları ağarmış qoca pəhləvanlar “ceviz bulmuş cocuqlar” 3 kimi bu tapılmış pəri üçün münaqişə etdilər. Biri qızı daha əvvəl gördüyünü, digəri isə daha əvvəl tutduğunu deyərək, haqq üstünlüyü arayır, heç biri güzəştə getmək istəmirdi. Nəhayət, iki dostu bir-birinə düşürən bu gözəli Keykavusun yanına gətirib davanın həllini onun öhdəsinə buraxdılar. O da eynən cocuqlar üçün ceviz bölən qoca kimi, qızı özünə götürməklə məsələni həll etdi.
Firdovsinin anlatdığına görə, pəhləvanlara bəla olan bu qızın əsli Turanlı olub, nəsli Əfrasiyabın qardaşı Gərsivəzə qədər varıb gedirmiş.
Bu minvalla Əfrasiyab sülaləsindən olan bir Turan gözəli İran şahı ilə qovuşdu və nəticədə:
Cüda şüd əz u küdəki çün pəri
Be çöhrə besani-büti-Azəri 4
Bu Azəri heykələ Siyavuş adı verdilər.
Siyavuşun tərbiyəsini Rüstəm pəhləvana tapşırmışdılar. Rüstəm onu özü kimi bir igid eləmişdi. O, zəmanəyə uyğun hərb üsullarına təmamilə aşina, silah oynatmağı, qurşamağı çox yaxşı bilən bir pəhləvan kimi yetişmişdi. Buna baxmayaraq, o, savaşdan çox barışığa tərəfdar idi.
Firdovsi gözəlliyi qüvvətdən ayırmır. Siyavuş, qadınları çıldıracaq bir gözəlliyə sahib idi. Fəqət vücudu kimi onun ruhu da gözəl idi: müqəddəs bir təmizliyə sahib idi.
Bu mərd xasiyyəti ilə o, yaşadıgı namərd mühit içində pək çox müşkülata, təhlükəli macəralara uğradı. Özünə ilk macəranı açan ögey anası Südabə olmuşdu. Südabə, gözəlliyi ilə məşhur, müstəsna və ehtiraslı bir qadın idi. Gənc Siyavuşa ögey oğlu olmasına rəğmən eşq, təklif etdi, rədd cavabı aldıqda ondan Keykavusa şikayət etdi. Cırmanmış bir üzlə hüzuruna çıxıb: “oğlun mənə təcavüz etmək istədi, baş və üzümü cırdı” – deyə iftira etdi. Siyavuş sorğu suala tutularkən Südabənin ona fəna bir təklif etdiyini söylədi. Xanımı ilə oğlu arasında qalan padşah, hakimlərin tövsiyəsi ilə günahkarla məsumu ayırd etmək üçün, özlərinin müqəddəs oddan keçmələrini əmr etdi 5 . Siyavuş oddan keçərək, günahsız olduğunu isbat etdi.
Ikinci macəra nəticə etibarilə daha mühüm idi. Turan xaqanı İran torpağının əsas qismini hakimiyyəti altına almışdı. Keykavus Turana qarşı hərb elan edərək, komandanlığa oğlu Siyavuşu təyin etdi. Rüstəm də Siyavuşun əmrinə verildi. Siyavuş müharibəni bacarıqla idarə etdi. Turanlılar İran torpağını tərk etdilər. İndi müharibə müdafiə xarakterindən çıxaraq, hücum forması alırdı. İran ordusu Turan torpağına keçəcəkdi. Bu əsnada Əfrasiyabdan elçilər gəldi. Əfrasiyab barışıq təklif edirdi. Siyavuş barığıq təklifini qəbul etdi, hərbi bitirmək üçün atasına xəbər yolladı.
Keykavus, Siyavuşdan gələn bu təklifə qızdı – onu sərkərdəlikdən çıxardı, yerinə digər birisini təyin edib müharibənin davamını hökm etdi. Siyavuş isə barışıq təklifini atasının inadından üstün tutduğundan İranı tərk edib bir neçə seçmə süvarisiylə Turanda sığınacaq tapdı.
Bu sığınacaqla Siyavuş böyük məqsədinə yetmək fürsətini gözləyirdi. Məqsədi isə özündə qarışmış olan iki irqin qanını artıq boş yerə axıtmamaq idi. Bunun üçün İranla Turanı barışdırmaq lazım idi. Belə bir barışıq təklifini qəbul etmədiyi üçün atasına qarşı çıxmış və yenə belə bir barışıq təklifində olduğu üçün Əfrasiyaba sığınmışdı. Turana keçərkən atasına yazdığı məktubda bu məqsədini belə anladır. Deyir ki:
“Mən gənc olmağımla yanaşı, ağıl və mühakiməmi idarə etdim. Öz nəfsimə sahib oldum. Şahın hərəmi mənim ilk dərdim oldu. Oddan keçmək qarşısında qaldım. Bu haldan bezərək hərbə atıldım, müzəffər oldum. Nəhayət, sülh bağladım. Elə bir sülh ki, iki aləm buna məmnun oldu, yalnız şahın qəlbi daş oldu, polada döndü.
Nəyaməd zimən hiç kari pəsənd
Koşadən həman o həman niz bənd
Çu çeşməş zi didari mən gəşti sir.
Bər sir gəşte nəbaşəm dəlir 6 .
Əfrasiyab Siyavuşu yuxusunda görmüşdü. Yozuçular ona demişdilər ki, “Bu cavan ilə hərb etsə və ya bu gənc onun əlində ölsə, təxt və tacı devrilərək Turan xaraba qalacaq, dünyada qan qurşağa çıxacaq”. Bunun üçün də o, Siyavuşun könlünü hər vasitə ilə ələ almağa çalışırdı.
Siyavuş da Əfrasiyabı sevirdi. Bunun üçün də o, sərkərdə Piranın 7 ata kimi tövsiyəsi ilə Əfrasiyabın qızı Firəngislə evləndi.
Əfrasiyab, damadının həyat və rifahını təmin etmək üçün ona Turanın ən gözəl bir bölgəsini ayırdı. Siyavuş barışıqsevər olduğu üçün burada gözəl və nümünəvi bir saray tikdirdi. Bu saray iki böyük aləmin gözəlliklərini, şahlığa layiq bütün mədəniyyəti əks etdirən şəkildə idi. “Siyavuş gərd” (Siyavuş sarayı) adını daşıyan bu tikilini “Şahnamə” belə tərif edir:
. Nə gərmaş gərm və nə sərmaş sərd
həmə cayi – şadi və aramu hərd
nə bini dər an şəhr – bilmar kəs,
Yəki bostan əz behiştəst və bəs
Həmə abha ruşən və xuşguvar
Həmişə bərri yomu o çün bəhar 8
Əfrasiyabın əmri ilə dünyadan xərac almağa çıxmış. Piran geri dönəndə padşahın söylədiyi xəbərlər əsnasında ən əvvəl “Siyavuş gərd”dən bəhs ilə deyir ki:
Siyavuş yeki cayəki saxt nəğz
Nə binəd çinan kəs be Turan zəmin 9 .
Günün yarısı gündüz, yarısı gecədir. Ayın yarısı aydınlıq, yarısı qaranlıqdır. İlin yarısı isti, yarısı soyuqdur.
Dünya ta ilk yaradılışından bəri iki üz-üzə qüvvənin, iki qarşı nöqtənin çarpışmalarına savaş meydanı olmuş, insanlıq tarixi adətən bu çarpışmaların, macəraları, avantüraları ilə bu çarpışmaların alın yazısından ibarət olmuşdur.
Təbiətin hər şeyində dualizm olduğu kimi, gəlib keçici tarix də bu ikilikdən yaxa qurtara bilməmişdir. Bu dualizm, bilxassə İranın dini Zərdüştlükdə özünü göstərir. Hər Hürmüzdə qarşı bir Əhrimən 10 vardır. Bunlar daima vuruşur, qələbə gah onun, gah o birinin olub çarpışma dünyalar durduqca davam edir.
Firdovsinin fəlsəfə olayları, başdan ayağa Hürmüzd ilə Əhrimən ikiliyindən ibarətdir. Onun Rüstəm pəhləvanın diliylə söylətdiyi:
Cinin əst rəsmi-sərayi-dürüşt
Gəhi püşt bezin və gəhi zinbe püşt
Hikmətli “Şahnamə”nin hər səhifəsində hər hansı bir pəhləvanın vəziyyəti “Səadət rütbəsindən zəlilliyə”, düşüncə, həmən bu sözü təkrar edib durur. “Çinin əst” fələyin gərdişidir – deyə yazələr.
Bu fəlsəfə yalnız qatı bir iranlı olan Firdovsinin Rüstəmi ilə “Ağ dev”ində deyil, Qərb ədəbiyyatı ustadlarından olan alman şairi “Götenin Faustu ilə Mefistofelində də görünür.
Siyavuş, rəhmli fikirlərlə dolu dünyanı cənnətə döndərmək istəyən padşah sifətli bir Faust ikən, Gərsivəz özünə müqabil şeytani bir qərəzlə Mefistofel rolunu oynayır. O, “mühacir bir İran şahzadəsinin” Turan xaqanlarına uyğunlaşmasını götürə bilmir. Siyavuş Əfrasiyaba şikayət edərək deyir ki,
Fürüstadə aməd zi Kavus şah
Nehani bənəzdiki u çəndgah
Zi Rum vəz Çin nizəş aməd piyam
Həmi yadi Kavus girəd becam 11 .
Xain – qorxaqdır – deyərlər. Bunu tərsinə söyləsək, “qorxaq xain olur”. Əfrasiyabın Siyavuşa olan hörməti qorxusundan idi. “Qorxan gözə çöp düşər” zərbi – məsəli məşhurdur. Gərsivəz, Şekspir qəhrəmanlarından Yaqo kimi Otello yaradılışlı Əfrasiyaba vasvası təlqinlər verməyə başladı. Gərsivəz bu təlqinlərlə Əfrasiyabı yoldan çıxarmağa müvəffəq oldu. Halbuki, bir az əvvəl ən yaxın, ən mötəbər adamı qoca dindardan Siyavuş haqqında
Be din zib in ki, damadi – tüst
Be xubi bexan dilşadi tüst 12 .
tərifini eşidən Əfrasiyabın ürəyi nə qədər şən və nə dərəcədə rahat olmuşdu.
“Yaqo”nun dəsmal intriqasını bilirsinizsə, Əfrasiyabla Siyavuş da Gərsivəzin belə məlul bir hiyləsinə qurban olurlar.
Əfrasiyab qəfil əsgər yığıb “Siyavuş gərd” şəhərini alır. Siyavuşla dostları mühasirə olunur.
Siyavuş, bəxtinin döndüyünü və başına gələcək fəlakəti hiss etmiş və hiss etdiklərini Pirana demişdi:
“Çu xurrəm şəvəd cayi – arəstə
Nəbayəd məra şad budən bəsi
Nəşinəd bərin gah digər kəsi” 13
Belə bir hissi həyatda görməkdən öncə duyan Siyavuş, Əfrasiyabın hərb etmək üçün gəldiyi xəbərini alınca, qaçmağa qərar verdi. Hər tərəf mühasirə edilmişdi. Özünü belə bir vəziyyətdə görüncə, alın yazısına təslim oldu. Dost vəfasını yada salıb son anda olsa da qarşı-qarşıya gəlmək istədilər. Fəqət:
Çi qoft an xirədməndə barəyu huş,
Ke ba əxtəri – bəs be mərdi – məkuş 14
Siyavuş Əfrasiyabla üz-üzə gəldi:
Çera cəng çü amədi ba sipah
Çera küst xaki – mera bi günah 15
deyə sordu. Əfrasiyabı xəbərdar etmək istədi, fəqət məlun Gərsivəz fürsət verməyib elə bil arxadan dəsmal götürürmüş kimi Siyavuşa:
Gər idər çənin bi günah amədi
Çera ba zireh nəzd şah amədi.
Pəzirə şudən zin pişan rah nist
Kaman və zireh hədiye şah nist 16
deyə iblisanə bir əda ilə xitabb etdi. Artıq hər şey bitmiş, Əfrasiyabın ürəyi dostluqdan dönmüş, Gərsivəzin hiyləsi ağlını çalmış hakim bilicilərin özünə:
Əqər ba Siyavuş künəd şah cəng
Çu diba şəvəd ruyi giti be rəng
Və gər u şəvəd bər dəsti – şah
Be Turan namənd səru təxt və gah
Sərazir aşub gərdəd zəmin
Zibehri- Siyavuş be cəng o be kin 17
dediklərini təmamilə unutmuşdu. Artıq hiddət və qəzəb gözlərini bürümüş, heş bir şey görmür, Siyavuşun “Azəri heykəlinə bənzər başını” kəsmək cəllada əmr verildi.
Bu qorxunc anda Əfrasiyabın qızı Firəngis gəldi. Siyavuşun günahsız olduğunu yana-yaxıla söylədi, atasına rica etdi. Onun əfv edilməsini istədi. Fəqət bu ricalarla o, heç bir şeyə müvəffəq ola bilmədi, əksinə az qaldı özünü öldürsünlər. Yalnız bəzi nəsihatçilərin yol göstərməsi ilə ölüm təhlükəsindən sovuşub edamı həbslə əvəz etdilər. Cəlladlıq vəzifəsini Gərv adlı bir sərkərdə yerinə yetirirdi. Bu adam vaxtiylə müsabiqələrin birində Siyavuşdan acı bir məğlubiyyət dadmışdı. Indi əlinə keçən fürsətdən istifadə edərək Siyavuşu öldürməkdən xüsusi bir zövq alırdı. Kərvin intiqamı, xəncərlə Siyavuşun məsum boğazında acı bir kinlə işlərkən, İran Turan barışığının o məzmum böyüyü (təşəbbüsçüsü – M.Ə.) son olaraq dedi ki:
Əz İran və Turan bər ayəd xuruş
Cihani – zaxiri mən ayəd be cuş 18
SIYAVUŞLA BAĞLI NÖQTƏLƏR
1 – Siyavuş bir simvoldur. 2 – Federasyon nəzəriyyəsi. 3 – Siyavuş sülhsevər federalistdir. 4 – Firdovsidə qan hikməti.Firdovsinin düşüncəsinə görə, qanı iki millətdən qarışmış olan qəhrəmanlar, mütləq bu iki millətin sahib olduğu kimi düşünüb, bir fikir və həddət bəslərlər.
Biz bu hikməti Siyavuş hekayəsinin hər beytində görürük. Siyavuş, yarısı Turanlı, yarısı iranlı olduğundan bu iki aləmi məsud görmək, onları birləşdirmək istəyir.
Söhrab da belədir: o da bir turanlı xanımdan doğulduğu üçün İran şahını öldürmək, Turan xalgını ucaltmaq, atası Rüstəmi birləşmiş İran-Turan taxtına oturtmaq, anası Təhminəni də “Banu cihan” elan etmək xəyalı ilə dolaşır.
Makedoniyalı böyük İskəndər belədir. O, Rum sarayı Filokusun Darab şaha getmiş qızından doğulduğu üçün deyir ki, Rum ilə İrana sahib olub böyük bir imperatorluq vücuda gətirə bildi.
Başqa bu kimi misal və mühakimələri Firdovsidə bulmaq daima mümkündür.
Yalnız Siyavuşun digər “Birlikçi”lərdən fərqi budur ki, o, birliyi düşmənlik və zorlamayla deyil, barış və ittifaqla meydana gətirmək istəyirdi.
Dönən dövran hər zaman iki mühüm axının ahəngi ilə tənzim edilir, ixtilafı ilə pozulur. Bir qüvvə, bütün səbirsizliklə ağrı-acıları mərkəzə doğru çəkər, digər qüvvə də səbirsizliklə sızlanmaları mərkəzdən dəf edər. Mərkəzlə dairə arasında müvazinət olmuşsa, “çərxi-fələk” aləmin arzusunca dönmüş, tərsi olmuşsa, dünya və aləmə fəsad və ixtilafların çıxmasıyla həyatın nizamı pozulmuşdur.
Dünyanın idarəsi, nə çoxluğun ağalığından ibarət olan zorbalıq, nə də azğınlığın itaətsizliyindən başqa bir şey olmayan səlahiyyətlədir.
“La cəbra və la təfvizə, bel ətrun beynəl ətrin”
“Nə cəbr, nə də səlahiyyət – ancaq bu iki imkandan birinə tərcihlədir”.
Dönən dövran və ya çərxi-fələk təbiri fələyə aid sözlərdən olsa da, bu yoldakı təbii qanunlar sosiologiyada da qəbul edilən bir ölçüdür.
Bir qüvvə insanları bir arada toplayıb bir mərkəzə tabe tutaraq, fərdi cəmiyyətə, məhkum edən bir şəkildə istibdad, mərkəziyyət, digər şəkildə – cəmiyyətçilik, kollektivizm adını alır. Digər qüvvə də hürriyyətdir. Şəxsiyyəti hər şeyin üstündə görərək, fərdi cəmiyyətin əsarətindən qurtarıcı bir şəkildə özünüidarə, digər şəkildə də istiqlal və ya muxtariyyət (avtonomiya) adını alır.
Çərxi-fələk hərbə-zorba və səlahiyyətlə dönmədiyi kimi, insan toplusu nə sırf cəmiyyətçiliklə mərkəziyyət, nə də sırf yalnızlıq və muxtariyyətlə idarə olunur.
Nə mərkəziyyət, nə də özünüidarə, nə cəmiyyətlik, nə fərdiyyətçilik – bəlkə ikisi arasında bir şey: Federasyon, ittifaq.
Bu surətlə gül ilə göz muncuğu kimi cəmiyyətlə fərdin çeşidli şəxsinin, hökümətlə millətin vəzifələri konkret olub, biri digərini əksildici deyil, bilavasitə bir-birlərini tamamlayıcıdır.
Öylə bir nəzəriyyə gözəl şəkildə hazırlandıqdan sonra Siyavuş əsrindəki İran-Turan vəziyyətini seyr edək.
Əfrasiyab Turanı, Keykavus isə İranı mərkəzi birlikdən qaçıran bir qüvvədir. Söhrab ilə Keyxosrov 19 bilavasitə əda üçün haqq bilməyən birlikçilərdir. Siyavuş isə İranınkını İrana, Turanınkını Turana vermək şərtiylə orta yol tutmuş Federasyonçu, federalist bir birlikçidir.
Bu xarakteriylə Siyavuş, mifoloji və xəyalçı tip olsa da, İran-Turan federasionunun klassik bir işarətidir.
Siyavuşun siyasi hərəkət tərzi də əsrimizin siyasi ədalət idealı ilə tamam uyğundur: Turan işğalındakı torpaqlarını xilas edib İrana verincəyə qədər, o, düşmən və hərbçidir.
Əfrasiyab İranın haqqını təslim və barışmaq təklif edəndə, görürük ki, o, dost və barışdırıcıdır. Barışmaq təklifini, o, cani-dildən qəbul edirdi: çünki belə bir sülhlə iki aləmi şad etmək onun idealı idi.
Bu idealın xətrinə idi ki, o, yurdunu da atdı, atasını da tərk etdi.
Firdovsi zehniyyətində qan hikmətinin hakim olduğunu söyləmişdik. Bu hikmətə görə qəribə işarələr zühur edir.
Xalis Turan qanlı Əfrasiyab.
Xalis İran qanlı Keykavus.
Iki qan qarışanda Siyavuş hasil olur. Yenə bu hikmətin səbəbindəndir ki, vətən padşahı üçün zərurət gələndə gözünü yumaraq qan tökən pəhləvanlardan İranda Rüstəm, Turanda Piran var ki, qarşı tərəfin haqqını tanıdığı halda yenə qan tökür, padşahlarına müxalıf ola bilmirlər. Halbuki Siyavuş elə deyildir. O, iki tərəfin üstün cəhətlərini özündə topladığı üşün, yaxşı bir niyyətin (yəni ittifaqın), daşıyıcısı, hərbin deyil, barışığın geri dönməz bir qəhrəmanıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.