Press "Enter" to skip to content

Məmməd n 1991 azərbaycan qəzəlləri

Sinəmdə tutmuş məkan!

Məmməd n 1991 azərbaycan qəzəlləri

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

Dövlət Bayrağı

Azərbaycan Respublikasının Dövlət Bayrağı

“Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan çıxarış:

Maddə 1. Ümumi təsvir

1.1. Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir.

1.2. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir.

Maddə 2. Rəngli və sxematik təsvir

2.1. Azərbaycan Respublikasının Dövlət Bayrağı ölçüsündən asılı olmayaraq, onun bu Təsvirə əlavə edilən rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.

2.2. Azərbaycan Respublikası Dövlət Bayrağının sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rəng koduna, qırmızı rənginin Pantone Red 032C rəng koduna, yaşıl rənginin Pantone 362C rəng koduna uyğunluğu təmin edilir.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası (indiki Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin binası) üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə – Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan parlamentinin binası üzərindən endirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Azərbaycan Respublikasının Dövlət Bayrağında mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.

2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı nəticəsində Azərbaycan bayrağını Lələtəpə yüksəkliyinə sancdı. Bundan sonra Dövlət Bayrağımız işğaldan azad edilmiş, insanların təhlükəsiz yaşaması mümkün olmuş Cocuq Mərcanlıda dalğalandı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Cocuq Mərcanlı qısa müddətdə bərpa olundu və məcburi köçkünlərin öz doğma torpaqlarına “Qayıdış Proqramı”nın icrasına başlanıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin Aprel qələbəsində Azərbaycan Ordusunun xidmətlərini yüksək qiymətləndirərək deyib: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı və hərbçilərlə görüşdə qeyd etmişdir: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi.

Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”.

Dövlət Gerbi

Azərbaycan Respublikasının Dövlət gerbi

Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir.

Müasir Dövlət Gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklər edilmiş formasıdır.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da Azərbaycanın Dövlət Gerbi haqqında müsabiqə elan edib və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarıb. Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində Dövlət Gerbi haqqında qərarın qəbulu mümkün olmayıb.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət Gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət Gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə müsabiqə elan olunub və 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən biri müəyyən dəyişikliklər edilməklə 1993-cü il yanvarın 19-da Konstitusiya qanunu ilə Azərbaycan Respublikasının Dövlət Gerbi kimi təsdiq edilib.

2018-ci il noyabrın 2-də “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir.

“Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan çıxarış:

Maddə 1. Ümumi təsvir

1.1. Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından və iki sünbüldən ibarət qövsvarı çələngin üzərində yerləşən şərq qalxanı şəklindədir.

1.2. Qalxanın üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri (8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı rəngdədir.

Maddə 2. Rəngli, rəngsiz və sxematik təsvir

2.1. Azərbaycan Respublikasının Dövlət Gerbi ölçüsündən asılı olmayaraq, onun bu Təsvirə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.

2.2. Azərbaycan Respublikası Dövlət Gerbinin sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı alovun qırmızı rənginin “Panton” rənglər kataloqunun Pantone Red 032C rəng koduna, palıd budaqlarının yaşıl rənginin Pantone 7729C rəng koduna, sünbüllərin sarı rənginin Pantone 7548C rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin Pantone 111C rəng koduna uyğunluğu təmin edilir.

Azərbaycan Respublikasının Dövlət Himni

“Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan çıxarış:

Musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilsin.

Musiqisi: Üzeyir Hacıbəyli

Sözləri: Əhməd Cavad

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üç rəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər!

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, şanlı Vətən!

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan olundu. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.

1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib olunmuş “Azərbaycan marşı” Azərbaycanın Dövlət Himni kimi təsdiq edildi.

Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli Qərarı ilə təsdiqlənib. 2000-ci və 2004-cü illərdə həmin Əsasnaməyə bir sıra əlavə və dəyişikliklər edilib.

2018-ci il noyabrın 2-də Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilmişdir. 2019-cu il fevralın 19-da 1512-VQ nömrəli “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir.

Bu Qanuna əsasən, Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:

• Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andiçmə mərasimində (and içdikdən sonra);
• Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;
• Azərbaycan Respublikası Milli Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;
• Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;
• Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
• Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;
• Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı;
• dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən);
• Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət Himni ifa edildikdən sonra).

Qanunla Azərbaycan Respublikasının Dövlət Himnindən istifadənin digər halları və qaydaları da müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə Azərbaycan Respublikasının vətəndaşları Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.

Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər.

Ümummilli lider Heydər Əliyev Dövlət Himnimizin məziyyətlərindən danışarkən deyib:“Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir!”.

© 2010-2023 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.

  • FAQ
  • Sayt haqqında
  • 2007-2010-cu illərin materialları

Azərbaycan dövlətləri

Azərbaycan xanlıqları — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20-30-cu illərində mərhələ-mərhələ Qacar İran dövlətinin və Rusiya İmperiyasının nəzarəti altına keçmişlər.

Şimali Azərbaycan ərazisində

  • Bakı xanlığı — XVIII əsrdə Azərbaycanın şərq hissəsindəki xanlıqlardan biri. XVIII əsrdə Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar, o cümlədən Bakı xanlığı yaradıldı. Bakı xanlığına Mirzə Məhəmməd xan (1747-1768-ci illər) başçılıq edirdi.
  • Cavad xanlığı — bir çox Azərbaycan xanlıqları kimi İran şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. İndiki Azərbaycan Respublikasının ərazisində Qarabağ xanlığı ilə Şamaxı xanlığının və Salyan sultanlığının arasında yerləşirdi.
  • Dərbənd xanlığı — XVIII ərdə indiki Azərbaycan ərazisində mövcud olan xanlıqlardan biri. Azərbaycanın ən qüdrətli xanlıqlarından biri sayılan Dərbənd xanlığı 1918-ci ildə Rusiyaya birləşdirilib. Rusiyaya birləşdirilərkən Dərbənd xanlığının sahəsi 7 min kv. km. idi.
  • Gəncə Xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan Xanlıqlarından biridir. Şimali Azərbaycan ərazisində yaranmış xanlıqlar arasında Qarabağ və Gəncə xanlıqları özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi imperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə) bəylərbəyiliyi ərazisində meydana çıxmışdı.
  • Irəvan xanlığı (ingiliscə: Erivan khanate) — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır vilayətini əhatə etmişdir.
  • Lənkəran xanlığı və ya Talış xanlığı — Azərbaycan xanlıqlarından biri olmuşdur.
  • Naxçıvan xanlığı — 1747-1828-ci illərdə Azərbaycan ərazisində mövcud olmuş feodal dövləti. 18-ci əsrin ortalarında Azərbaycanın şimalında yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı olmuşdur. Xanlığın ərazisi Zəngəzur dağlarından Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi. İrəvan, Qarabağ və Maku xanlıqları ilə həmsərhəd idi.
  • Qarabağ xanlığı — 1748-1805-ci illərdə müasir Azərbaycan ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olmuş feodal dövlət, xanlıq. Digər Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranmış və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilmişdir.
  • Quba xanlığı — XVIII əsrin ortalarında yaranmış, Azərbaycan xanlıqlarından biri. Quba xanlığı Azərbaycanın şimal-qərbində yerləşirdi. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü.
  • Şamaxı xanlığı — XVIII əsrdə indiki Azərbaycan ərazisində feodal dövlət olmuşdur. Şamaxı xanlığında iihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.
  • Şəki xanlığı — paytaxtı Nuxa (Şəki) şəhəri olmaqla, 1445-ci ildə yaranmışdır.

Cənubi Azərbaycan ərazisində

  • Ərdəbil xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin əvvəlləri). Ərazisi Talış, Qaradağ, Təbriz, Marağa və Gilan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri.
  • Marağa xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin 20-ci illəri). Cənubdan Saqqız mahalı, şərqdən Miyanə, şimaldan Təbriz, qərbdən Urmiya gölü və Sulduz mahalı ilə hüdudlanırdı. Mərkəzi Marağa çəhəri.
  • Maku xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — 1922-ci il). Mərkəzi Maku çəhəri. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı.
  • Qaradağ xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, Şərqdən Lənkəran xanlığı, cənubdan Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi.
  • Sərab xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin əvvəlləri). Ərazisi Ərdəbil, Qaradağ, Təbriz, Marağa xanlıqları və İranla hüdudlanırdı. Mərkəzi Sərab çəhəri.
  • Təbriz xanlığı – mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan xanlıqlarından biridir. Ən görkəmli xanlarından biri Əmir-Aslan Xan olmuşdur. Onun hakimiyyəti dövründə Təbriz xanlığı Ərdəbili, Xalxalı, Azərbaycanın cənub torpaqlarının bir hissəsini tutmaqla sərhədlərini xeyli genişləndirdi. Lakin çox keçmədi ki, Təbriz xanlığı Fateh-Əli xan Əfşar tərəfindən ələ keçirildi və Təbriz onun ölkəsinin paytaxtına çevrildi. Təbriz xanlığının idarə edilməsi Nəcəf-Qulu xana tapşırılır. Fateh-Əli xanın ölümündən sonra Təbriz xanlığı yenidən müstəqillik əldə edir.
  • Urmiyə xanlığı (ingiliscə: Khanate of Urmia) – XVIII əsrin ortaları və 1868/1869-cu illər arasında, mərkəzi Urmiyə şəhəri olmaqla, Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri olmuşdur.
  • Xoy xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin ortaları — sonları). Mərkəzi Xoy şəhəri. Naxçıvan, Maku, Urmiya, Təbriz xanlıqları və Türkiyə ilə hüdudlanırdı.

Azərbaycanın müasir tarixi

  • Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) 1918-1920
    Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) — Yaxın Şərqdə ilk demokratik dövlət. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.
  • Azərbaycan SSR (1920-1991)
    Azərbaycan Sovet Sosialist Respublikası
  • Azərbaycan Milli Hökuməti (1945-1946)
    Azərbaycan Milli Höküməti (AMH; ingiliscə: Azerbaijan People’s Government; rusca: Азербайджанское народное правительство) və ya 21 Azər Hərəkatı — 1945-ci ilin noyabr ayından 1946-cı ilin noyabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist hökümət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına və bilavasitə Sovet İttifaqının İrana qarşı siyasi, ideoloji və hərbi müdaxiləsi nəticəsində yaranmasına baxmayaraq, AMH tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur. Sovet ordusu İrandan çəkildikdən sonra, dekabr 1946-da İran ordusunun hissələri Təbriz şəhərinə daxil olaraq Azərbaycan Milli Hökümətinə son qoymuşlar.
  • Müstəqil Azərbaycan (18 oktyabr 1991-ci il)-hazırda mövcud olan bu ölkədə yaşayırıq.
  • Teqlər:
  • Azərbaycan tarixi
  • , Azərbaycan

Məmməd n 1991 azərbaycan qəzəlləri

Ötən ilin sonunda “qış yuxusu”na gedən Brüssel prosesi Novruza doğru oyanmağa başlayıb. Azərbaycan-Ermənistan sülh danışıqlarına Qərbin himayədarlığı – Brüssel prosesi ötən il oktyabrın 6-da Praqada İlham Əliyev, Nikol Paşinyan və Aİ Ş.

Analitika

2 Mart 2023, 16:02

Abırsız diplomatiya: Lavrov getdi, suallar qaldı

Lavrov Bakıdan getdikdən bir gün sonra Qarabağda yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs, Milli Məclisin deputatı Ramin Məmmədov yerli ermənilərin təmsilçiləri ilə Xocalıda görüşdü. Yeni formatda keçirilən ilk görüş zamanı, ilkin məluma.

Media

25 Fevral 2023, 22:15

Rusdilli Boz Qurd.

Bu gün Azərbaycanın tanınmış televiziya jurnalisti, çox erkən itirdiyimiz Samir Əsgərxanovun 60 yaşı tamam olur… Samirlə dost idim, amma onunla dostluq edə bilməmişdim. Necə edəydim, harda edəydim – Samir dünyasını dəyişəndə cəmi 3.

Analitika

25 Fevral 2023, 19:24

Kremldə taxt oyunları: Don-donun qiyamı

Ötən il oktyabrın 5-də Putin Ramzan Kadırovun ad gününü ona general-polkovnik rütbəsi verməklə təbrik etmişdi. Bu il fevralın ortalarında “Don-don Ramzan” Çeçenistan Respublikasının Konstitusiyasına dəyişiklik edərək özünə “xalqın a.

Aktual

24 Fevral 2023, 17:54

“Tanrının cinsi” və ya Putinin “İncili”

Putinin fevralın 20-də Ruisyanın Federal Məclisinə müraciətini Yozef Göbbelsin (Paul Joseph Goebbels) 1943-cü ilin 18 fevralında etdiyi məşhur çıxışa bənzədirlər. Üçüncü reyxin təbliğat nazirinin Vermaxtın 6-cı ordusunun Stalinqrad döyüşündə məğlubiy.

Aktual

24 Fevral 2023, 09:30

Haaqa-Xankəndi-Laçın.

22.02.2023. Haaqa. BMT-nin Hollandiyada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi (Dünya Məhkəməsi) Ermənistanın Azərbaycana qarşı vəsatətini qismən qəbul etdi. Məhkəmənin qərarında deyilir: “Ermənistan Azərbaycana qarşı” işi üzrə yekun qərar .

Ölkə

23 Fevral 2023, 11:35

İcra başçılarının xüsusi poza verməkləri.

Son aylarda bir sıra rayon İcra hakimiyyətləri bəh-bəhlə başçıların səyyar qəbulları barədə məlumatları sosial media üzərindən paylaşırlar. Demək olar ki, paylaşılan şəkillərdə və məlumatın mətnlərində elə ciddi fərq olmasa da, bəzi icra başçılarının.

Analitika

22 Fevral 2023, 23:10

İran: situasiya var, inqilab yox.

İranda vəziyyət Leninin dediyi kimidir: yuxarılar əvvəlki kimi idarə edə bilmir, aşağılar isə əvvəlki kimi yaşamaq istəmirlər. Yəni, inqilabi situasiya var. Amma inqilab yoxdur. Molla rejimi ağacda quruyub qaxa dönən, qışı keçirib yaza kimi sallanan .

Analitika

22 Fevral 2023, 23:03

Missiyalı təxribat və təhdid

Avropa İtifaqının missiya qrupunun Ermənistanda yerləşməsi erməni silahlı birləşmələrini hərbi təxribatlara həvəsləndirir Bütövlükdə dünyanın hərb tarixinə öz damğasını vuran Vətən müharibəsindən sonra Ermənistan bir neçə dəfə təxribatlara əl atsa.

Aktual

22 Fevral 2023, 09:18

Putinin suyu quruyub.

Qəzənfər Həmidoğlu Patriotik komada ekstaz: Ukrayna olmasın, Belarus olsun! Putin Rusiya Federal Məclisinə müraciətində təzə bir şey demədi. Nitqində nə əvvəlki pafos vardı, nə alovlu-ehtiraslı patetika, nə də bir inandırıcılıq. Tribunada başın.

Mədəni̇yyət

21 Fevral 2023, 10:50

Çilləsi kiçik, çiləsi böyük boz gödək.

Qəzənfər Həmidoğlu Fevralı sevərdim çox-çox əvvəllər. Qısadır, tez bitir, həm də anamın doğulduğu aydı. Sonra heç sevmədim – anamı itirdiyim aya döndü qara fevral. Srağagün kiçik çillə bitdi, dünəndən boz ay başladı. Bu gün sevimli ak.

Ədəbi̇yyat

20 Fevral 2023, 11:36

Əkbər Qoşalı kimdir?

Mahir Qabiloğlu Əkbər Qoşalı bu il aprelin 3-də 50 yaşını qeyd edəcək şəxs – şair, tərcüməçi, ictimai xadim, Türk dünyası yazıçıları ilə Azərbaycan arasında körpü, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən vətənpərvərdir.

Ədəbi̇yyat

20 Fevral 2023, 09:24

Xuduoğlu və Putin.

Qəzənfər Həmidoğlu Şahbaz Xuduoğlunun “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik” çağırışı yadıma Rusiya prezidenti Vladimir Putinin 2021-ci ilin yayında dərc etdiyi “Rusların və ukraynalıların tarixi birliyi haqqında&r.

Mədəni̇yyət

20 Fevral 2023, 09:16

Ala Çillə və ya Boz Ay

İbrahim Nəbioğlu Bu gün Kiçik Çillə bitir. Üçüncü və sonuncu – Ala Çillə başlayır. Ala Çillədə havalar çox dəyişkən olur: gündüz isti, axşam soyuq və yaxud bir gün isti, bir gün soyuq. Elə bu dəyişkənliyə görə də xalq arasında A.

Aktual

16 Fevral 2023, 15:28

Zəlzələ, tarixi seçki və Ərdoğanın şansı.

Qəzənfər Həmidoğlu Zəlzələnin Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident və parlament seçkilərinin nəticələrinə ciddi təsir edəcəyini təxmin etmək çətin deyil, amma seçikilər elan edilən tarixdə baş tutacaqmı? İndiki situasiyada.

Aktual

13 Fevral 2023, 16:46

Qəza qədərdirmi?

Qəzənfər Həmidoğlu Rəcəb Tayyib Ərdoğan zəlzələnin yerləbir etdiyi Qəhrəman Maraşda dağıntıları seyr etdi, fəlakətdən ziyan görən ailələrə 10 min lirə veriləcəyini açıqladı və dedi: “Bunlar qədər planının içərisində olan şeylərdir”. .

Aktual

13 Fevral 2023, 15:52

Məsuliyyət həmrəyliyi – Fazil Mustafa yazır

Türkiyədə zəlzələdən öncə böyük bir faciənin baş verəcəyi barədə həyəcanlı çağırışları sosial şəbəkədən diqqətimizə çatdırırlar. Bilavasitə Qəhrəmanmaraşda bu risqin böyük olduğu barədə təfsilatı ilə danışan şəxsin açıqlamasına diqqətlə qulaq asdım. .

Analitika

10 Fevral 2023, 17:16

Laçın dəhlizinin içində və çölündə.

Qəzənfər Həmidoğlu Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının, Laçın dəhlizi üzərində “hibrid nəzarət”in iki ayı tamam olur. Dəhlizin “içində” problem yoxdur. Ekoloqlar, ictimai fəallar və başqaları sərt qışı orda .

Media

8 Fevral 2023, 13:56

Azərbaycanlı jurnalistdən Türk dünyasına ÇAĞIRIŞ

Elşad Eyvazlı Bu məktubu sonadək oxumağınızı xahiş edirəm 2023-cü ilin fevralı Türk tarixinə qanla yazıldı. Zəlzələ Türk toplumuna soyqırımı yaşatdı. Nə yazıq ki, bu tarixə düzəliş etmək, gedənləri geri qaytarmaq mümkünsüzdür və gücümüzdə deyil.

Analitika

7 Fevral 2023, 17:40

Türkmənçay triggeri – 200 il əvvələ doğru irəli!

Qəzənfər Həmidoğlu Fevralın 10-da Türkmənçay müqaviləsinin – Qacarlarla Rusiya imperiyası arasında Azərbaycanı iki əsrdir paramparça edən sülh traktatının imzalanmasının 195-ci ili tamam olur. Türkmənçay müqaviləsi 100 ildən artıqdır kağı.

Aktual

18 Yanvar 2023, 12:14

Arvad hesabına dolanmaq.

Qəzənfər Həmidoğlu Deyirik ki, adam kişi olar! Bunun alt anlamından absurd bir şey çıxır – yəni, adam qadın olmaz! Düzdür, bu ifadədə subyekti (adam) azərbaycanca, obyekti (kişi) Türkiyə türkcəsində anlasaq, “ortaq türkcə”də norm.

Dünya

17 Yanvar 2023, 18:38

Postimperiya sindromu: Putinin resentimenti.

Qəzənfər Həmidoğlu Rusiyanın Sverdlovsk vilayətində Serov adlı bir əyalət şəhəri var. Putinin aşpazı Yevgeni Priqojinin “Vaqner” özəl hərbi bandasının Ukraynada gəbərdilmiş döyüşçüsü Molodsovun həmin şəhərdə dəfn mərasimi keçir.

Aktual

16 Yanvar 2023, 10:14

İcra başçılarının vətəndaş qəbulları – Pis və yaxşı məqamlar.

Vüqar Tofiqli İcra başçılarının vətəndaş qəbulları, habelə səyyar görüşləri barəsində müəyyən zaman kəsiyində fikirlərimi ötəri də olsa bildirmişəm. Ancaq indi sizə təqdim etdiyim yazıda bu mövzuya bir qədər geniş mənada toxunacağam. Belə.

Analitika

12 Yanvar 2023, 16:39

Brüssel prosesi “rəhmətə getdi”.

Qəzənfər Həmidoğlu 2023-cü ilin postsavaş narrativləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Zəfərin 3-cü ilində və sonrakı illərdə postsavaş meydanında atılacaq addımların, hərbi-siyasi və diplomatik “yol xərit.

Təhsil

12 Yanvar 2023, 13:44

“Əsrin kəndi”, təhsil və ayaqyolu

Qəzənfər Həmidoğlu 4 min nəfərlik Aranlı Azərbaycanın ən məşhur və tarixi kəndləri arasında özünə əbədi yer etdi. Bundan sonra İmişlinin bu kəndində XXI əsrin ən müasir məktəb binası tikilsə və ya Zəngilanın Ağalı kəndi ilə yarışa girib .

Mədəni̇yyət

4 Yanvar 2023, 08:26

Üzeyir bəyə, Məhəmməd Əmin bəyə ayaqqabı atan nəsil.

Fazil Mustafa Üzeyir bəyə ayaqqabı atan nəsil yetişdi. O, yəni ayaqqabını atan Azərbaycan gənci Üzeyir bəyi tanımırdı. O, heç müstəqilliyi də tanımırdı. O, 44 günlük savaşda qazanılan qələbənin də nə olduğunu bilmirdi. O, Üzeyir bəyin vaxtilə Şuşa.

Comments are closed, but trackbacks and pingbacks are open.