Məmməd rahim seçilmiş əsərləri
Niyaz Eyvazov
“Könüllülər” Kitabxana İctimai Birliyinin sədri,
“Tərəqqi” medalçısı
Memmed Rahim – Wikipedia
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Məmməd Rahim Abbas oğlu Hüseynov (təxəllüsü: Məmməd Rahim; 7 (20) aprel 1907 , Bakı [1] – 6 may 1977 , Bakı ) — azərbaycanlı şair, dramaturq, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Ermənistan SSR əməkdar mədəniyyət xadimi (1970), Stalin mükafatı laureatı (1949).
Mündəricat
Məmməd Rahim 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş (1928-ci ildə), eyni zamanda Azərnəşrdə tərcüməçilik etmişdir (1928-1931). Pedaqoji fəaliyyətə 1-ci Bakı beşillik sovet məktəbində başlamışdır (1931-1935). 1926-cı ildə ilk şeiri “Gördüm”, 1930-cu ildə isə ilk şeir kitabı — “Arzular” çap olunmuşdur. Dövri mətbuatda fəal çıxış etmişdir. Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi(1938-1940) müdafiə bölməsinin rəhbəri (1941-1946), həm də İranda xüsusi ezamiyyətdə olmuşdur. 1946-cı ildən yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir (1947-1950; 1951-1952). Türkiyəyə və Aralıq dənizinə səfərə çıxmışdır. Xəstələndiyi vaxtadək yalnız yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. “Xaqani” (1955) mənzum dramını, “Sayat Nova” (1956), “Natəvan” (1962) poemalarını yazmışdır. Ş.Petefi, Beranje, A.Tvardovski, A.Blok, Şiller, Nekrasov, H.Tumanyan və b. tərcümələr etmişdir. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə edilmişdir. İki dəfə Lenin ordeninə (1945-1967), “Oktyabr inqilabı” (1977), “Qırmızı Əmək bayrağı” (1965) ordenlərinə və medallara layiq görülmüşdür. 1977-ci il mayın 6-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
- Arzular (şeirlər). Bakı: Azərnəşr, 1930, 72 səh.
- İkinci kitab (şeirlər). Bakı: Azərnəşr, 1933, 84 səh.
- Partizanın tüfəngi (şeirlər). Bakı: Azərnəşr, 1937, 26 səh.
- İldırımın kitabı. Bakı: Uşaqgəncnəşr, 1939, 14 səh.
- Nübar. Bakı: Azərnəşr, 1939, 196 səh.
- Arzu qız. Bakı: Uşaqgəncnəşr, 1940, 28 səh.
- Vətən sevgisi. Bakı: Azərnəşr, 1942, 37 səh.
- Səhərin nəğməsi. Bakı: Azərnəşr, 1943, 60 səh.
- Onu Don qucaqladı. Bakı: Azərnəşr, 1943, 10 səh.
- Ölməz qəhrəman. Bakı: Azərnəşr, 1946, 40 səh.
- Xəzər sahilində. Bakı: Azərnəşr, 1948, 282 səh.
- Leninqrad göylərində. Bakı: Uşaqgəncnəşr, 1949, 40 səh.
- İldırımın kitabı. Bakı: Uşaqgəncnəşr, 1951, 20 səh.
- Abşeron torpağında. Bakı: Azərnəşr, 1952, 110 səh.
- Sevgi (şeirlər). Bakı: Azərnəşr, 1954, 216 səh.
- Balaca bağbanlar. Bakı: Uşaqgəncnəşr, 1955, 36 səh.
- Seçilmiş əsərləri (iki cilddə). I c, Bakı: Azərnəşr, 1955, 316 səh.
- Seçilmiş əsərləri (iki cilddə). II c, Bakı: Azərnəşr, 1957, 416 səh.
- Məhəbbətin baharı. Bakı: Azərnəşr, 1957, 196 səh.
- Şeirlər və poemalar (şairin kitabxanası). Bakı: Azərnəşr, 1960, 328 səh.
- Arzular gül açanda. Bakı: Azərnəşr, 1965, 389 səh.
- Seçilmiş əsərləri (üç cilddə). Bakı: 407 səh.
- Seçilmiş əsərləri (üç cilddə). Bakı: 390 səh.
- Tonqal başında (şeirlər və poemalar). Bakı: Gənclik, 1968, 39 səh.
- Leninqrad göylərində. Bakı: Gənclik, 1975, 57 səh.
- Dayağım (şeirlər). Bakı: Gənclik, 1971, 153 səh.
- Limon və çay. Bakı: Gənclik, 1972, 12 səh.
- Məhəbbət dastanı (şeirlər və poemalar). Bakı: Azərnəşr, 1974, 260 səh.
- Seçilmiş əsərləri (üç cilddə). III c. Bakı: Yazıçı, 1978, 264 səh.
- Seçilmiş əsərləri (üç cilddə). I c. Bakı: Azərnəşr, 1988, 263 səh.
Tərcümələri
- Nizami Gəncəvi. Yeddi gözəl. Bakı: Azərnəşr, 1946, 356 səh.
- Şota Rustaveli. Pələng dərisi geymiş pəhləvan (I hissə). Bakı: Azərnəşr, 1937, 284 səh.
- A.S.Puşkin. Ruslan və Lyudmila. Bakı: Uşaqgəncnəşr, 1949.
- Avetik İsahakyan. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1951, 260 səh.
- M.Y.Lermontov. Seçilmiş şeir və poemalar. Bakı: Azərnəşr, 1939, 218 səh.
- M.Y.Lermontov. Mtsıri. Bakı: Uşaqgəncnəşr, 1939, 44 səh.
- M.Y.Lermontov. Çar İvan Vasilyeviç, cavan opriçnik, qoçaq tacir Kalaşnikov haqqında nəğmə. Bakı: Usaqgəncnəş, 1939, 30 səh.
- M.Y.Lermontov. Çar İvan Vasilyeviç, cavan opriçnik, qoçaq tacir Kalaşnikov haqqında nəğmə. Bakı: Usaqgəncnəş, 1961, 20 səh.
- Aleksandr Blok. On ikilər. Bakı: Azərnəşr, 1932.
- Nizami Gəncəvi. Yeddi gözəl. Bakı: Yazıçı, 1983, 356 səh.
- Şota Rustaveli. Pələng dərisi geymiş pəhləvan. Bakı: Azərnəşr, 1966, 300 səh.
İstinadlar
- ↑ Рагим Мамед // Большая советская энциклопедия (rus.) : [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Məmməd rahim seçilmiş əsərləri
Yazdığı nəgmələrin əks-sədasını arzulayan, “Biz gedərik, qoca dünya qalandır” –deyib misralarını qoca dünyaya vəsiyyət edən bir şairin -XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli, qüvvətli klassiklərindən olan ustad sənətkarın, Xalq şairi, Dövlət mükafatı laueratı Məmməd Rahimin 110 illik yubiley tədbirləri respublikada böyük cosqu ilə, təntənə ilə qeyd olunur.
Dərin lirika, hiss və duyğularla səciyyələndirilən M.Rahim Azərbaycan ədəbiyyatında daha çox lirik şair, epik əsərlərin ustadı, mahir bədii tərcüman, nəğməkar şair kimi tanınır, sevilir. Şairin ilham rübabı coşğun, təntənəli, əzəmətli olmaqla, onu lirika xəzinəmizin bələdçisinə çevirib. Sonsuz məhəbbətlə vətənini, torpağını, elini sevən ədib sözün əsl mənasında vətənpərvər şair kimi özünü təsdiq edə bilib. Akademik Məmməd Arif Dadaşzadə Rahim yaradıcılığına belə qiymət verib. Öz şeirləri, nəğmələri, poemaları ilə şeirimizə yeni hiss, duyğular, yeni motivlər gətirmişdir.
Bəli, bu yüksək yaradıcı keyfiyyətlərin sahibi olan Məmməd Rahim haqqında ən dəyərli fikirlər bu günlərdə “Könüllülər” Kitabxana İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Mühəndislik Universitetinin akt zalında gerçəkləşən şairin 110 illik yubileyinə həsr olunmuş Xatirə gecəsində səsləndirildi.
Tədbirin ssenaristi və aparıcısı, əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə giriş nitqində ölməz söz ustadının sənətinin böyüklüyündən, onun Azərbaycan ədəbiyyatındakı yerindən söz açaraq, ədibin yaradıcılığına nəzər saldı. Şairin vətənpərvərlik və müharibə mövzusundakı əsərlərinə toxunan natiq bu əsərlərin gənc nəslin hərbi-vətənpərvərlik və milli məfkurə ruhunda tərbiyə olunmasındankı rolundan danışdı.
Respublika Təhsil Şurasının sədri pedaqogika elmləri doktoru , professor, şair Əjdər Ağayev Məmməd Rahimlə bağlı xatirələrindən söz açdı, onun şeirlərinin hikmətindən, uşaqların və gənclərin tərbiyəsindəki rolundan, onun ölməz sənət nümunələrinin orta məktəb dərsliklərinə salınmasının vacibliyini vurğuladı.
Bakı Mühəndislik Universitetinin baş müəllimi Rəhman Quliyev Məmməd Rahimin şeirlərinin onun həyatında buraxdığı izlərdən söz açdı, gənc nəsli onun və ümumiyyətlə, ədiblərin yaradıcılığına tez-tez müraciət etmələrinin vacibliyini önə çəkdi.
Gənc şair Günəş Hüseynov ustad sənətkara sevgisini onun şeirinə yazdığı bir nəzirə ilə tədbir iştirakçılarına çatdırdı.
Bakı şəhəri, Səbail rayonundakı Məmməd Rahim adına 7№ li tam orta məktəbin şagirdləri-Rahimçilər ustad sənətkara sevgilərini şairin şeirlərin söyləməklə bildirdilər.
Əməkdar artist Hüsniyyə Mürvətova və əməkdar jurnalist Qafar Əsgərzadə şairin gözəl sənət əsərlərindən nümunələri qiraət etdilər.
Şairin sözlərinə yazılmış mahnıların müğənnilərin ifasında canlı səslənməsi isə tədbirə daha da rəng qatdı. Əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Vasif Məhərrəmli, Vüsal Hacıyev, Elşən Cəfərzadə, Sərxan Bünyadzadə öz gözəl ifaları ilə ustad sənətkarın ruhunu ehtiramla yad etdilər.
Sonda Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov tədbirin əhəmiyyətini qeyd etdi, şairin Azərbaycan ədəbiyyatında və gənclərin həyatında oynadığı rolu vurğuladı və təşkilatçılarına öz minnətdarlığını bildirdi.
Xatirə gecəsi eksklyuziv olaraq, “Mədəniyyət” kanalı vasitəsilə bütövlükdə video lentə alındı.
Yubiley tədbirləri davam edir.
Niyaz Eyvazov
“Könüllülər” Kitabxana İctimai Birliyinin sədri,
“Tərəqqi” medalçısı
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Xalq şairi Məmməd RAHİM.Seçilmiş şeirlər
İpəkdir, qumaşdır sən işlədiyin,
Yarın xəncəridir – gümüşlədiyin.
Hərdən acıqlanıb o dişlədiyin
Qızarmış dodağın olaydım, ay qız.
Rahim əl çəkərmi öz diləyindən,
Ölüb-qurtarmadıq yar gileyindən,
Hərdən asılmaqçün ağ biləyindən
Bir qızıl qolbağın olaydım, ay qız.
Son Yazılar
- Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
- 21 Mart-Novruz bayramıdı!
- 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
- 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
- 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü
Arxivlər
Blogroll
Kateqoriyalar
- “Açık Kara” dergisi
- “Alkış” dergisi
- “Ədəbi Körpü” dərgisi
- “Güzlek”
- “Güzlek” dərgisi
- “Hece Taşları” dergisi
- “Kümbet” dergisi
- “Mevsimler” dergisi
- “Türkay” dərgisi
- “Usare” dergisi
- “Yarpuz” dergisi
- “Yeni nəşrlər”
- “Zərif kölgələr”
- “Zərrələr”
- “Kardelen” dergisi
- AJB Sumqayıt şəhər təşkilatı
- Ana səhifə
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan Prezidenti
- Dilçilik İnsitutu
- Ədəbiyyatşünaslıq
- Haqqımızda
- Mədəniyyət
- Müsabiqə
- Müsahibə
- Pakistan ədəbiyaytı
- Prezident Mükafatçıları 2022
- Publisistika
- Ruskaya literatura
- SOCAR «Azərikimya» İB
- Sumqayıt RMTİ
- Türk xalqları ədəbiyyatı
- Türkiyə Cümhuriyyəti
- Türkiyə ədəbiyyatı
Təqvim
BE | ÇA | Ç | CA | C | Ş | B |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Son Yazılar
- Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 19 Mart 2023
- 21 Mart-Novruz bayramıdı! 19 Mart 2023
- 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü 19 Mart 2023
- 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü 19 Mart 2023
- 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü 19 Mart 2023
- Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var 17 Mart 2023
- Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!” 17 Mart 2023
- Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman” 17 Mart 2023
- Xəyalə SEVİL.”Üstümdə” 17 Mart 2023
- Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni” 17 Mart 2023
- Arzu HÜSEYN.”Ən gözəl çiləm” 17 Mart 2023
- Arzu HÜSEYN.”Hər şey səni xatırladır” 17 Mart 2023
- Nigar ARİF.”GEDƏK ÜZÜ KÜLƏYƏ?” 17 Mart 2023
- Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın məqaləsi “Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
- Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun şeiri Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
- Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib 16 Mart 2023
- Prezident cənab İlham ƏLİYEVƏ Xalq yazıçısı ANARdan təşəkkür məktubu 16 Mart 2023
- Milli Kitabxanada “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası hazırlanıb 16 Mart 2023
- Xalq Yazıçısı Anarın 85 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edilir 16 Mart 2023
- Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində 16 Mart 2023
Comments are closed, but trackbacks and pingbacks are open.