Press "Enter" to skip to content

Elcin Huseynov – Uzaq dur

© 2017 – 2023 CoolDJ.Club
site-dj@yandex.ru
ООО «АдвМьюзик» заключил лицензионные соглашения с крупнейшими российскими правообладателями на использование музыкальных произведений. Полная информация

Daş dövrünün xəstəlikləri: Qədim əcdadlarımız necə mübarizə aparıb?

Bəşəriyyət ilk dəfə genişmiqyaslı epidemiya ilə qarşılaşmır. Bir çoxu tarix dərsliklərində yazılıb, bir çoxu isə məlum deyil. Məsələn, Daş dövrü epidemiyaları haqqında çox az şeyi bilirik, ya da heç nə bilmirik. Əlbəttə, qədim insanların xəstəliklərlə necə mübarizə apardığı maraqlıdır.

Teleqraf.com xəbər verir ki, Rusiya Elmlər Akademiyasının akademiki, Tədqiqat İnstitutu və Moskva Dövlət Universitetinin Antropologiya Muzeyinin direktoru Aleksandra Buzilova bu barədə RİA “Novosti”nin suallarını cavablandırıb.

Mütəxəssisin sözlərinə görə, Daş dövrü insanlarının hansı infeksiyalara yoluxduğunu aşkarlamaq üçün araşdırmalar aparılır. Araşdırmalar nəticəsində Daş dövründən Tunc dövrünə keçid zamanı bəzi qədim Avrasiya cəmiyyətlərində vəba xəstəliyinin mövcudluğu ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

İnstitutun elm adamları beynəlxalq alimlər qrupu ilə birlikdə Baykal bölgəsinin qədim sakinlərində patogenlərin mövcudluğunu araşdırırlar. Əldə edilən nümunələrin laboratoriyadakı analizlərinə Maks Plank İnstitutundan professor İohan Krauz nəzarət edir. Nəticələr “Cell” jurnalında dərc olunub.

“Qlazkovo ətrafında (İrkutsk) əldə edilən iki nümunədə Yersinia pestis genomunun – vəbaya səbəb olan patogenin mövcudluğu bizim üçün tamamilə gözlənilməz oldu. Üstəlik, hər iki şəxsdə tapılan Yersinia pestis ştammı Baltikyanı ölkələrdən olan bir fərddə tapılan eyni dövrün ştammına yaxın olduğu ortaya çıxdı”, – mütəxəssis bildirib.

Yeni məlumatlar uzaq dövrlərdə vəba xəstəliyinin yayılmasının təbiətini daha detallaşdırmağa imkan verəcək. Aleksandra Buzilovanın sözlərinə görə, bu yaxınlarda elm adamları DNT analizindən istifadə edərək Avropanın şimal-qərbində Neolit ​​dövrünün sonunda vəba xəstəliyinin olduğunu sübut ediblər. O, çətin və çox həyəcanverici bir araşdırmanın başlanğıcında olduğuğumuzu söyləyib.

Buzilova qeyd edib ki, paleoantropologiyada sümük və diş sistemlərinin analizi üçün morfoloji metodlardan geniş istifadə olunur. Antropoloq üçün elmi mənbə skelet və dişlərin sümükləridir, çünki illərlə torpaqda qalır və çürümürlər.

Buzilovanın dediyi kimi, bəzi müasir texnologiyalar (əsasən patogenlərin DNT analizi) qədim insanlar arasında sürətlə yayılan infeksiyaların və spesifik bədxassəli şişlərin mövcudluğunu müzakirə etməyə imkan verir.

Mütəxəssisin fikrincə, Daş dövrü qədim bir insanın həyat tərzi və mövcudluğuna təhlükə yaradan məsələlər haqqında əlavə tarixi məlumatlar verir:

“Son illərdə əldə etdiyimiz bir sümükdən ibtidai insanların diş ağrıları və ya iltihabı azaltmaq üçün otlardan aktiv istifadə etdiyinə dair sübutlar aldıq. Diş xəstəlikləri Daş dövrü insanları üçün nadir bir hal idi. Bunlar sonrakı dövrlərin xəstəlikləridir”.

Bundan əlavə, mütəxəssis uzun illərdir ki, kəllə boşluğunun bir hissəsinin qazılması ilə aparılan cərrahiyyə əməliyyatlarının fəal müzakirə olunduğunu söyləyib. Daş dövründə (təxminən 8-9 min il əvvəl) bu cür əməliyyatlardan sonra sağ qalma faizinin yüksək olduğu qeyd olunur, halbuki xeyli sonra – XV-XVI əsrlərdə əməliyyat olunan avropalılar arasında ölənlərin sayı çox idi.

“Kəllə və skelet zədələrini sağaltmış daş dövrü ovçularının uğurlu nəticələrini qeyd etmək lazımdır. Bütün bunlar qədim insanların bütün mövcud vasitələrdən istifadə edərək necə şəfa tapdığını göstərir”.

Elcin Huseynov Uzaq dur

Elcin Huseynov Sarisinim 2015

Elcin Huseynov Dusdum Yollara

Elcin Huseynov Esmira

♫ Elcin Huseynov Balaca

Elcin Huseynov Qaragoz

Elcin Huseynov Qara zulfun darayim

Elcin Huseynov Sarisinim 2014(

Elcin Huseynov Cavanliq

Elcin Huseynov Daglara Gedek 2016

Elçin Hüseynov Zalim

Муз жанры

Песни

Исполнители

© 2017 – 2023 CoolDJ.Club
site-dj@yandex.ru
ООО «АдвМьюзик» заключил лицензионные соглашения с крупнейшими российскими правообладателями на использование музыкальных произведений. Полная информация

0:00 0:00

CoolDJ.Club Elcin Huseynov – Uzaq dur №41889494

Məmmədəli Hüseynovun Daş dövrü arxeologiyasına verdiyi töhfələr

Professor Məmmədəli Hüseynov dünya əhəmiyyətli tədqiqatları ilə arxeologiya elmini zənginləşdirib. Bu fikir 5-6 dekabrda Bakı Dövlət Universitetində (BDU) görkəmli alimin 100 illik yubileyinə həsr edilmiş “Məmmədəli Hüseynovun Daş dövrü arxeologiyasına verdiyi töhfələr” mövzusunda beynəlxalq elmi konfransda vurğulanıb.

BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov bildirib ki, Azərbaycan arxeologiya elmində paleolit məktəbinin banisi tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun arxeologiya elminin inkişafında əvəzsiz xidmətləri olub. 1953-cü ildə Məmmədəli Hüseynovun iştirakı ilə Qazax rayonundakı Damcılı mağarasında Azərbaycanda ilk qədim Daş dövrü düşərgəsi aşkarlanıb.

Onun ən mühüm elmi nailiyyətlərindən biri Qarabağda, Quruçay dərəsinin Tuğ çökəkliyində yerləşən, zəngin stratiqrafiyaya malik unikal Azıx Paleolit mağara düşərgəsini dünya arxeologiyasının qızıl fonduna daxil etməsidir. Bu arxeoloji abidə sivilizasiyanın ən qədim məskənlərindən birinin məhz Azərbaycan olduğunu isbatlayır. Alim həmin tədqiqatlara əsaslanaraq Azərbaycanın, bütövlükdə Qafqazın bəşəriyyətin formalaşma xəritəsində yer aldığını, 1,2 milyon il və daha əvvəl Azıx mağara düşərgəsində ibtidai insanların “homo erectus” (dik yeriyən adam) tipli nümayəndələrinin yaşadığını sübut edib.

Görkəmli alim 1976-1992-ci illərdə Arxeologiya və etnoqrafiya kafedrasına rəhbərlik etməklə BDU-da arxeologiya elminin inkişafına da töhfələr verib. Məmmədəli Hüseynovun BDU-nun Tarix fakültəsində təşkil etdiyi Arxeologiya və etnoqrafiya muzeyinin eksponatları Daş dövründən Orta əsrlərədək geniş xronoloji çərçivədə arxeoloji materiallardan, müxtəlif təyinatlı etnoqrafik nümunələrdən ibarətdir.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov məruzəsində qeyd edib ki, Məmmədəli Hüseynovun tədqiqatları Qazax-Gəncə və Qarabağ bölgələrinin Daş dövrü düşərgələri ilə məhdudlaşmır. Onun 30 ilədək rəhbərlik etdiyi ekspedisiya respublikamızda hazırda mövcud olan Paleolit düşərgələrinin xəritəsini müəyyənləşdirib. O, Azərbaycan tarixinin xronoloji çərçivəsinin 2 milyon illə ölçüldüyünü təkzibedilməz faktlarla sübut edib.

Konfransda akademik Yaqub Mahmudov, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Daş dövrü şöbəsinin müdiri Əsədulla Cəfərov, institutun aparıcı elmi işçisi Azad Zeynalov, Gürcüstanın İlya Dövlət Universitetinin Arxeoloji Tədqiqatlar Mərkəzinin direktoru Nikoloz Zuşabramişvilinin məruzələri dinlənilib.

Xalq şairi Nəriman Həsənzadə, alimin qızı Rəhilə Babayeva Məmmədəli Hüseynovla bağlı xatirələrini bölüşüblər.

Konfransın ikinci günü Azərbaycan, ABŞ, Yaponiya, Almaniya, Gürcüstan və Qazaxıstandan alimlərin məruzələri dinlənilib. “Professor Məmmədəli Hüseynovun elmi irsi”, “Daş dövrü arxeologiyası”, “Qafqazın geoarxeologiyası”, “Azərbaycanın Daş dövrü arxeologiyasının nəzəri məsələləri”, “İşğaldan azad edilən ərazilərin tarixi, maddi mədəniyyət abidələri və onların bərpası məsələsi” mövzularında müzakirələr aparılıb.

Qeyd edək ki, Məmmədəli Hüseynovun 100 illik yubileyi münasibətilə BDU-nun Tarix fakültəsi tərəfindən onun elmi məqalə və monoqrafiyaları toplanaraq iki cilddə çap edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.