Press "Enter" to skip to content

Yusifov Marif Bitkiçilik

Tarla təcrübələrində ayrı – ayrı aqrotexniki tədbirlərin müqayisə edilməsi yolu ilə ən əlverişlisi müəyyən edilir . Tarla təcrübələrində müxtəlif sortlar da müqayisəli öyrənilir və ən yaxşı sort seçilir . Tarla təcrübələri bir və ya çox faktorlu ola bilər . Tarla təcrübələrində hər hansı aqrotexniki tədbirlərin ən əlverişlisi olduğunu müəyyən etdikdən sonra istehsalat təcrübələri aparılır . Elmi – tədqiqat müəssisələri və k / t institutlarının əməkdaşları tərəfindən aparılan istehsalat təcrübələri yeni elmi nailiyyətin təsərrüfatda tətbiq edilməsinə xidmət edir .

Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi

Bitkiçiliyin əsas obyekti yaşıl bitkilərdir. Yaşıl bitkilər insanlar tərəfindən qədim dövrlərdən bu günə qədər becərilərək cəmiyyətin bitkiçilik məhsullarına olan tələbatını ödəyirlər. Yaşıl bitkilər yarpaqlarında qeyri-üzvi maddələrdən üzvi maddə yaratmaqla insanların ərzağa, sənayenin xammala, heyvanların yemə olan tələblərini ödəyirlər. Ona görə də bitkiçilik məhsullarının artırılmasına ehtiyac çoxdur. Bunu nəzərə alaraq hökumətimiz və xalqımız bitkiçilik məhsullarının artırılmasına xüsusi fikir verir.

Bitkinin səmərəsini yüksəltmək üçün bitkiçilik elminin nailiyyətlərindən istifadə edilməklə becərilən tarla bitkilərinin inkişafına daha əlverişli şərait yaradılır. Buna nail olmaq üçün sələflərin düzgün seçilməsinə, bitkilərin növbələndirilməsinə, torpağın daha əlverişli üsullarla becərilməsinə, səpinin daha mütərəqqi üsullarından istifadə edilməsinə, əkinlərin suvarılması, gübrələnməsi, alaqlar, zərərverici və xəstəliklərə qarşı mübarizə aparılmasına, yığımın daha mütərəqqi üsullarla həyata keçirilməsinə nail olunmalıdır.

Bitkiçilik qədim tarixə malik olan elmdir . İnsanlar bitki becərmək vərdişinə yiyələnməklə yanaşı , onların daha yüksək məhsul verən sortlarını yaratmış , həm də becərmə texnologiyasını təkmilləşdirmiş və bitkilərin məhsuldarlığını artırmaqla yanaşı onların keyfiyyətini də yüksəltmişlər .

Kənd təsərrüfatı bitkiləri digər əmək alətləri kimi cəmiyyətdə əmək məhsuldarlığının inkişafına da müsbət təsir göstərir. Məsələn, şəkər çuğunduru və günəbaxan əkinlərinin genişləndirilməsi ölkədə şəkər və yağ istehsal edən zavodların yaranmasına səbəb olmuşdur.

Bitkiçiliyin əsas xüsusiyyətlərindən biri onun mövsümi xarakterdə olmasıdır. İnsanlar bitkiçiliklə məşğul olarkən həmişə xarici şəraitin müxtəlifliyi ilə qarşılaşır. Ona görə də hər bir konkret şəraitdə bitkinin inkişafına əlverişli şərait yaratmaq üçün tədbir görülür. Bu tədbir toplanmış təcrübə nəticələrinə və elmi nailiyyətlərə əsaslandıqda daha səmərəli olur. Bitkinin həyat şəraitini yaxşılaşdıran tədbir gecikdirilərsə və ya aşağı keyfiyyətdə yerinə yetirilərsə, həm onun məhsuldarlığı azalır, həm də məhsulun keyfiyyəti aşağı düşür. Odur ki, məhsuldarlığa təsir edən amillərin hamısına diqqətlə yanaşmaq və onların hər birinin bitkinin bioliji tələbatını optimal dərəcədə ödəməsini təmin etməsinə nail olmaq lazımdır.

Bitkiçilik heyvandarlıqla əlaqəli inkişaf etdirilir. Belə ki, heyvandarlığın yemə olan tələbi bitkiçiliyin hesabına ödənilir. Heyvandarlıqdan alınan peyin isə üzvi gübrə kimi bitkiçilikdə istifadə olunur. Münbitliyi az olan torpaqlarda peyinin hesabına bitkilərin məhsuldarlığını daha çox artırmaq mümkün olur.

İnsanlar qədimdən (eramızdan 10-12 min il əvvəl, daş dövründə) bitki becərməklə məşğul olmuşdur. Bunu arxeoloji qazıntılar nəticəsində tapılmış əmək alətləri də mədəni bitki toxumlarının qalıqları sübut edir.

Mədəni əkinçiliyin məskənlərinə köhnə dünya əraziləri (Hindistan, Çin, İran, Suriya, Misir) və yeni dünya əraziləri (Meksika, Peru, Boliviya və s. dövlətləri) daxildir. Orta Asiya və Zaqafqaziya əraziləri də bitkiçiliyin qədim məskənləri hesab edilir.

İnsan cəmiyyəti inkişaf etdikcə onların bitkiçilik məhsullarına tələbi artmış və onu ödəmək üçün insanlar bitkiçiliklə daha çox məşğul olmağa başlamışlar. Tədricən bitki növlərinin daha çoxu mədəni şəkildə becərilmiş və insanlar bitkiçilikdə işlətdiyi əmək alətlərini təkmilləşdirmişlər. Ona görə də yeni istehsal sahələri yaradılmışdır.

Dünyanın 149 milyon km 2 quru sahəsinin 12%-ni əkin sahələri, 20%-ni çəmən və örüşlər, 30%-ni meşəliklər tutur. Yer kürəsində mədəni şəkildə becərilən 20 minə qədər kənd təsərrüfatı bitki növləri vardır.

Hazırda bitkiçiliyin tarlaçılıq, çəmənçilik, tərəvəzçilik, meyvəçilik, üzümçülük, gülçülük, meşəçilik sahələri inkişaf etmişdir.

Akademik P.P. Vavilova görə mədəni bitkilərin 20 min növündən 640 növü daha əhəmiyyətlilərdir.

F. X. Baxteyevə görə onların 190 növü daha çox becərilənlərdir. Buraya 78 növ taxıl və paxlalı, 53 növ yağlı və lifli, 60 növ köküyumrulu və kökümeyvəli bitkilər daxildir.

Bitkiçilikdə 90 növ bitki öyrənilir. Tarla bitkilərinin dünya üzrə əkin sahəsi 1375500 min hektardır. Onun 60%-i və ya 710-750 mln. hektara yaxını dənli-taxıl bitkiləridir. (buğda, çəltik, qarğıdalı, arpa, çovdar, sorqo, vələmir, darı,)

Bunların orta məhsuldarlığı 20 sentner ümumi məhsul istehsalının həcmi isə 1500 mln. tondur.

Dünyada dənli taxıl bitkiləri ilə yanaşı digər bitkilərdən pambıq, kartof, şəkər qamışı, raps, araxis, yağlıq kətan, günəbaxan, küncüt, soya və s. əhəmiyyətli dərəcədə becərilirlər.

Tarla bitkilərinin 80-dən artıq növü köhnə, 100 növü isə yeni dünya ölkələrində meydana gəlmişdir.

Avropa və Asiyadan Amerika qitəsinə buğda, çovdar, arpa, vələmir, çəltik, göy noxud, soya, xaş-xaş, yonca, Amerikadan Avropa, Asiya və Afrika ölkələrinə isə kartof , pambıq, qarğıdalı, günəbaxan, tütün, lobya, araxis, qabaq gətirilmişdir.

Çəltik, çumiza, nut, soya, kəndir, kənaf ən çox Çində və Hindistanda, qarpız, sorqo, Sudan otu, gənəgərçək, küncüt Afrika ölkələrində, şəkər çuğunduru, ağ xardal, üçyarpaq, taxıl otu, gülül Avropa ölkələrində meydana gəlmişdir.

Hal-hazırda dünya əkinçiliyində buğda 240, çəltik 150, qarğıdalı 130, darı və sorqo 120, arpa 100, vələmir 30, çovdar 17, qarabaşaq 4, kartof 20-23, günəbaxan 15, şəkər çuğunduru 12-16 milyon hektar sahədə becərilir.

Bitkiçilik elminin predmeti tarla bitkiləridir. Bu elm mədəni şəkildə becərilən tarla bitkilərinin əhəmiyyətini, coğrafi yayılmasını, məhsuldarlığını onun keyfiyyətinin idarə olunmasını bitkilərin morfoloji quruluşunu bioloji xüsusiyyətlərini, becərmə texnologiyasını məhsulun yığılmasını öyrənir.

Tarlaçılıqda məhsul istehsalının həcmi bitkilərin becərilmə texnologiyasını təkmilləşdirməklə daha məhsuldar sortların becərilməsinə keçməklə bitkilərin əlverişsiz həyat şəraitinə qarşı daha səmərəli mübarizə tədbirləri işləyib həyata keçirməklə artırılır . Elmi – texniki tərəqqinin son nailiyyətlərindən istifadə edilməsinə əsaslanan intensiv texnologiya hesabına buğda , şəkər çuğunduru , günəbaxan , qarğıdalı və s . bitkilərin məhsuldarlığı xeyli yüksəldilmişdir . Son dövrlərdə ölkədə yaşayan əhalinin hər nəfərinə (0,55) hektar əkin sahəsi düşürdü . Ona görə də intensiv əkinçilik sisteminə keçməklə , becərilən bitkilərin məhsuldarlığı xeyli yüksəldilməlidir . Taxıl istehsalı sahəsində qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün ixtisaslaşdırılmış taxılçılıq təsərrüfatları yaradılacaq . Bərk və qüvvəli buğdalar , çəltik , arpa , vələmir , qarğıdalı , soya , noxud və s . bitkilər üzrə dən istehsalının həcmi məhsuldarlığın yüksəldilməsi hesabına artırılacaq . Taxılçılığın inkişafı əhalinin heyvandarlıq məhsullarına olan tələbinin də daha yaxşı ödənilməsinə səbəb olur .

Bitkiçilik məhsullarının tədarükü, daşınması, saxlanması, emalı, yüksək keyfiyyətlə istehlakçıya çatdırılması sahəsində də xeyli iş görüləcəkdir.

Bitkiçilik bir elm kimi Bu elm tarla bitkilərinin növlərini, onların biologiyasını, ekologiyasını və onlardan yüksək miqdarda keyfiyyətli məhsul götürülməsini təmin edən səmərəli becərmə üsullarını öyrənir.

K.A. Timiryazev göstərmişdir ki, həyat amillərinin hamısı bitkinin tələbatına uyğun olmaqla optimal miqdarda olduqda ondan ən yüksək məhsul əldə etmək mümkündür. D.N. Pryanişnikov isə qeyd etmişdir ki, hər hansı xarici şərait amillərinin təsiri başqa amillərin miqdarından və intensivliyindən asılıdır. Yəni bitkiyə xarici şərait amillərinin hamısı birlikdə təsir etmişdir. Bitkilərin böyümə və inkişafını idarə etmək üçün müasir elmi biliklər dəqiq tədqiqat nəticələrinə əsaslanır və obyektiv qanunauyğunluq müəyyən edir. Xarici şərait amillərinin biri digərini əvəz edə bilmir. Bitkinin məhsuldarlığını artırmaq üçün minimumda olan faktora təsir etməklə və onların hamısının optimum həddə çatmasına nail olmaq lazımdır. Hər hansı faktorun həddən artıq olması da bitkinin inkişafına və məhsuldarlığına mənfi təsir göstərir.

Tarla bitkilərinin məhsuldarlığı bitkinin böyümə və inkişaf xarakterindən asılıdır. Bu isə bitkinin bioloji xüsusiyyətləri ilə əlaqədardır. Ona görə də bitkiləri becərərkən onların xüsusiyyətlərinə uyğun texnoloji tədbirləri həyata keçirmək lazımdır.

Bitkinin fərdi inkişafı dövründə yeni orqanların əmələ gəlməsi və dəyişməsi prosesi gedir . N . N . Kuleşova görə toxumlu bitkilərin inkişafını beş dövrə bölmək olar . 1. Embrional inkişaf dövrü ; 2. Vegetativ orqanların əmələ gəlməsi dövrü ( cavanlıq dövrü ); 3. Çoxalma orqanlarının əmələ gəlməsi dövrü ; 4. Çoxalma ( cinsi və vegetativ ) dövrü . 5. Yetişmə ( toxum və meyvə ) dövrü .

F . M . Kuperman isə bitkinin həyatını üç dövrə : cavanlıq , yetişkənlik və qocalma dövrlərinə bölmüşdür . Bitkinin həyatında orqanogenezin 12 etapının hər birində böyümə və inkişafın xarakteri dəyişir .

Bitkilərin inkişafının və məhsuldarlığının idarə edilməsi , bitkiçiliyin tədqiqat üsulları və metodu .

Bitkilərin inkişafını idarə etmək üçün onların bioloji tələbatını bilmək lazımdır . K . A Timiryazev göstərmişdir ki , bitkilərin inkişafı ən çox istilik rejimindən asılıdır . Hər bitki öz vegetasiyası dövründə müəyyən qədər fəal temperatur yekunu tələb edir . Meteoroloji məlumatlara əsasən istənilən zonada hər hansı bitkinin inkişaf fazalarına keçmə müddətini qabaqcadan söyləmək mümkündür . Fəal temperatur yekununa tələbinə görə bitkilərin və ya sortların nəzərdə tutulan zonada yetişə biləcəyini də müəyyən etmək mümkündür . Bu isə mühüm təsərrüfat əhəmiyyətli məsələdir .

Bitkilərin nəmliyə tələbi onların transpirasiya əmsalına görə təyin edilir . Payızlıq buğdanın transpirasiya əmsalı 400-500, qarğıdalınınkı 230-370, şəkər çuğundurununku 240-500 arasında olur . Bitkinin nəmliyə olan tələbini ödəmək üçün inkişafının müxtəlif dövrlərində nəmliyə tələbatını da bilmək lazımdır . Bitkinin nəmliyə daha çox tələbat göstərdiyi dövr böhran dövrü adlanır . Bu dövrdə bitkinin nəmliyə tələbi ödənilməzsə məhsuldarlığı kəskin surətdə azalır . Buğda , çovdar , arpa , vələmir boruya çıxma – sünbülləmə , sorqo , darı süpürgələmə – dənin dolması , qarğıdalı çiçəkləmə – süd yetişmə , günəbaxan səbətciyin əmələ gəlməsi – çiçəkləmə , kartof çiçəkləmə – yumru əmələ gətirmə dövrlərində daha çox nəmlik tələb edirlər . Bitkilərin nəmlik rejimini nizamlamaq üçün ayrı – ayrı bitkilər üzrə 1 ton məhsul əmələ gətirilməsinə suyun sərfini də ( kub metrlə ) bilmək lazımdır .

İstehsalat şəraitində bitkinin suya tələbini torpağın nəmliyinə görə təyin edirlər . Yüksək məhsul almaq üçün süni suvarmalar aparmaqla köklərin yayıldığı üst qatda torpağın nəmliyini maksimal tarla rütubət tutumu qabiliyyətini 60-80% həddində saxlayırlar .

Bitkiçilikdə qida rejiminin nizamlanması da mühüm məsələdir . Bu məqsədlə bir sentner əsas və əlavə məhsulla bitkinin mənimsədiyi əsas qida elementlərinin ( N , P , K ) miqdarını ( kq ) bilmək lazımdır . Gübrə norması müəyyən edilərkən planlaşdırılmış məhsula görə mənimsəniləcək qida maddələrinin miqdarı və bitkilərin torpaqdan və gübrədən qida maddələrinin mənimsənilmə əmsalı nəzərə alınır . Gübrələr , bitkinin qida elementlərinə tələbinə uyğun dövrlərdə verildikdə daha səmərəli olur . Bitkilərin inkişafının və məhsuldarlığının tənzim edilməsində vacib tədbirlərdən biri də onların əlverişli sələflərdən sonra becərilməsi və düzgün növbələndirilməsidir . Məhsulun miqdarı və keyfiyyətini idarə edərkən sortların düzgün seçilməsi də mühüm əhəmiyyət kəsb edir .

Məhsuldarlığın yüksəldilməsində ən vacib məsələlərdən biri də bitkilərin günəş enerjisindən istifadə əmsalının yüksəldilməsidir . Hazırda bitkilər günəş radiasiyasından 1,0-1,5 % istifadə edir . Nəzərdə tutulur ki , bunu 5-6 %- ə çatdırsınlar .

Bitkiçilikdə ən vacib məsələlərdən biri məhsuldarlığın və məhsulun keyfiyyətinin idarə olunmasıdır . Həm də istehsal edilən məhsul mümkün qədər ucuz başa gəlməlidir . Buna nail olmaq üçün daha məhsuldar sort və hibridlər yaradılaraq becərilməlidir . Növbəli əkində bitkini əlverişli sələflərdən sonra becərməklə də məhsuldarlığı artırmaq və məhsulun keyfiyyətini yaxşılaşdırmaq mümkündür . Məhsulun miqdar və keyfiyyətini yüksəltmək üçün torpağın becərilməsinin , gübrələmənin , suvarmanın , səpin və əkinə qulluq işlərinin ən əlverişli variantlarından istifadə edilməlidir .

Bitkiçilik digər elmlərin – fizika , kimya , botanika , bitkilərin fiziologiyası , geologiya , torpaqşünaslıq , meteorologiya , əkinçilik , aqrokimya , meliorasiya , seleksiya , toxumçuluq , k / t maşınları , entomologiya , fitopatologiya , iqtisadiyyat və s . nailiyyətlindən də istifadə etməklə öz nəzəri əsaslarını yaradır .

Bitkiçilik elmi öz tədqiqatlarını tarla və vegetasiya təcrübələri qoymaqla aparır .

Tarla təcrübələrində ayrı – ayrı aqrotexniki tədbirlərin müqayisə edilməsi yolu ilə ən əlverişlisi müəyyən edilir . Tarla təcrübələrində müxtəlif sortlar da müqayisəli öyrənilir və ən yaxşı sort seçilir . Tarla təcrübələri bir və ya çox faktorlu ola bilər . Tarla təcrübələrində hər hansı aqrotexniki tədbirlərin ən əlverişlisi olduğunu müəyyən etdikdən sonra istehsalat təcrübələri aparılır . Elmi – tədqiqat müəssisələri və k / t institutlarının əməkdaşları tərəfindən aparılan istehsalat təcrübələri yeni elmi nailiyyətin təsərrüfatda tətbiq edilməsinə xidmət edir .

Bitkiçilikdə bəzi məsələlər ( fizioloji , aqrokimyəvi və bioloji ) vegetasiya evlərində , istixanalarda qoyulan təcrübələrdə ( vegetasiya təcrübələri ) öyrənilir .

Bitkilərə xarici şərait amillərinin təsirini öyrənmək üçün süni iqlim kameralarından ( fitotrin ) istifadə edilir . Fitotronda istilik , nəmlik və s . avtomatik idarə edilməklə istənilən tərzdə dəyişdirilə bilər . Tarla və vegetasiya təcrübələrində alınan nəticələri dərindən təhlil etmək üçün məhsulun kimyəvi tərkibi , torpağın nəmliyi , torpaqda qida maddələrinin miqdarı laboratoriyada təhlil edilir .

Bitkilərin təsnifat prinsipləri . Vegetasiya müddətlərinin uzunluğuna və çoxalma orqanlarına formalaşma xüsusiyyətlərinə görə kənd təsərrüfatı bitkiləri iki bioloji qrupa bölünürlər . Qısa və uzun müddətdə inkişafını başa vuranlar . Qısa gün bitkiləri sürətlə böyüyərək böyümələrini çisəkləmə fazasından sonra dayandırır və böyümə nöqtəsinin diferensiasiyası ( bölünmə ) nəticəsində çiçək qrupu əmələ gətirirlər ( qırtıckimilər ailəsi ). Uzun gün bitkiləri ( paxlalılar , əmənkömənci kimilər , qarabaşaq və s .) Vegetasiya dövründə böyümələrini davam etdirərək çiçək qruplarını yarpaq qoltuqlarında əmələ gətirirlər , eyni zamanda çiçəkləmənin sonunadək vegetativ və generativ orqanlar əmələ gətirə bilirlər .

Həyatının uzunluğuna görə bitkiləri birillik , ikiillik və çoxillik qruplara bölürlər . Nəsil vermə xarakterinə görə isə bitkiləri monokarp və polikarp qruplara ayırırlar . Bu bölgü şərti xarakter daşıyır və bitkinin becərildiyi şəraitdən asılıdır . Məsələn : pambıq birillik bitki kimi becərilir öz vətənində isə çoxillikdir .

İşığa və istiliyə tələblərinə görə tarla bitkilərini iki qrupa bölürlər . 1. Mülayim qurşağın bitkiləri , 2. Cənub qurşağın ( tropik və subtropik ) bitkiləri

Mülayim qurşağın bitkiləri tarixi inkişaflarını ilin isti və soyuq fəsilləri ilə növbələşdiyi şəraitdə keçirmişlər . Ona görə də onlarda istiliyə və soyuğa davamlıq xassələri yaranmışdır . Şimala doğru getdikcə onların inkişafı sürətlənir yaxud da gün uzunluğuna zəif reaksiya göstərirlər . Bu qrupa uzun gün bitkiləri da deyirlər . Uzun gün bitkilərinə çovdar , buğda , arpa , vələmir , göy noxud , mərcimək , lərgə , gülül , paxla , lüpin , kökümeyvəlilər , günəbaxan , kələmkimilər , kətan , saflor , çoxillik və birillik taxıl otları və paxlalılar fəsiləsinin yem otları daxildir .

Tropik və subtropik qurşağın bitkiləri qısa gün bitkiləridir . Onların inkişafı yüksək istilik şəraitində keçir . Bu qrupa qarğıdalı , darı , çəltik , lobya , kartof , pambıq , bostan bitkiləri və s . bitkilər daxildir .

Bitkiçilikdə tədris edilən bütün bitki növlərinin (90 növ ) öyrənilməsini asanlaşdırmaq üçün onları ən xarakterik əlamətlərinə görə də qruplaşdırırlar .

D . N . Pryanişnikov , İ . V . Yakuşkin , İ . P . Podqornıy bitkiləri becərilmə prinsiplərinə görə qruplaşdırmağı məsləhət görmüşdür . İ . P . Podqornıy becərildiyi məqsəddən asılı olaraq tarla bitkilərini dörd qrupa bölmüşdür .

Taxıl bitkiləri , Texniki bitkilər , Bostan bitkiləri , Yem bitkiləri .

Hazırda mədəni bitkilər əsas məhsulunun istifadə xarakterinə və botaniki-bioloji xüsusiyyətlərinə görə qruplaşdırılır. Məhsulun istifadəsinə görə bitkilər 6 qrupa bölünür.

Yusifov Marif Bitkiçilik

Dərslik ümumdünya əkinçiliyində istifadə olunan mülayim qurşaqların və bir sıra tropik və subtropik plantasiya bitkilərindən olan vacib tarla bitkilərini əhatə edir. Bitkiçilik kursunun belə geniş götürülməsinə səbəb müasir beynəlxalq iqtisadi və mədəni əlaqələrin inkişaf etməsi nəticəsində yaranmış tələblərdir. Ona görə də bu dərslik yalnız kənd təsərrüfatı və başqa ali məktəblərin tələbələrinin deyil, həmçinin geniş aqronomluq qrupunun, bioloqların, coğrafiyaşünasların, əmtəəşünasların və başqa ixtisas sahələri mütəxəssislərinin suallarına cavab verə bilər.

Dərs olunmuş bu dərslikdə baxdan və şərh olunan mədəni bitkilər tədris-metodiki baxımından istehsalat əlamətlərinə görə qruplaş dirilmişdir.

Müəllif imkan çərçivəsində hər bitki üzrə izahatları verərkən iimumi bir qaydaya – ardıcıllığa riayət etmişdir: təsərrüfat əhəmiyyəti və istifadə olunması, becərilmə tarixi, mənbəyi və yayılması (bəzən də müasir istehsalı) botaniki təsnifatı, bioloji xüsusiyyətləri, aqrotexnikasının əsasları.

Dərsliyin əvvəlində bitkiçiliyin ümumi aqrobioloci əsasları kimi kənd təsərrüfatı bitkiləri üzrə çox qısa, konkret şəkildə torpaq-iqlim şəraiti, bioloci xiisusiyyələri, həmçinin növbəli əkin sistemləri və sairə haqqında məlumatlar verilmişdir.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu

Texniki bitkilər çox qədim tarixə malikdir. Əsas texniki bitkilərdən hesab edilən pambığın nə vaxtdan becərildiyini heç kim dəqiq bilmir. Alimlər Meksikada mağaralarda tədqiqat apararkən orada pambıq qozasının və pambıq parçaların qalıqlarına rast gəlmişlər. Bu qalıqların 7000 il yaşı olduğu müəyyən edilmişdir. Onlar həm də müəyyən ediblər ki, o vaxtlar becərilən pambıqlar indi Amerikada becərilən pambıqlara çox oxşayırmış. Hindistanda və Pakistanda çay kənarlarında pambıq bitkisinin bizim eradan 3000 il əvvəl becərildiyi məlumdur. Elə təxminən o vaxtlardan Misirdə Nil çayı ətrafında yaşayan insanlar da pambıq parçalar hazırlayır və bu parçalardan paltar geyirdilər. Ərəb tacirləri pambıq parçaları Avropaya bizim eradan 800 il əvvəl gətirmişlər. X. Kolumb 1492-ci ildə Amerikanı kəşf edəndə Baham adalarında pambığın əkilib- becərildiyini görmüşdür. 1500 – cü ildən sonra pambıq bitkisi bütün dünyaya məlum olmuşdur.

Texniki bitkilər fənni əsasən yaşıl halda tarlada becərilən texniki bitkiləri (lifli, yağlı, efiryağlı, şəkərli, narkotik, dərman və s. bitkiləri) öyrənir. Texniki bitkilər sahəsinə aparılan tədqiqatlar laboratoriya, tarla və vegetasiya tədqiqatları yolu ilə aparılır və əldə olunmuş nəticələr riyazi – statistik metodla yaxud da dispersiya üsulu ilə analiz edilib nəticələrin dürüstlüyü yoxlanır. Texniki bitkilər sahəsindəki bəzi məsələlər (fizioloji, aqrokimyəvi və bioloji) vegetasiya evlərində, istixanalarda, fitotronlarda və lizimetrlərdə qoyulan təcrübələrdə öyrənilir.

Tədqiqatlarda həmçinin öyrənilən amillərin bir-birindən asılılığı korrelyasiya və reqressiya tənlikləri qurmaqla da yoxlanıla bilir.

İnsanlar kənd təsərrüfatı bitkilərinin becərilməsinə milyon illər bundan əvvəl başlasalar da zaman dəyişdikcə bitkilərdə məhsuldarlığı artıran istehsal texnologiyası da dəyişir və daim təkmilləşir. Belə dəyişmə texnologiyası aqrar bölmədəki dəyişikliklərə müvafiq olmalıdır. Müstəqilliyə yeni qədəm qoymuş ölkəmizin aqrar bölməsi üçün dünya əkinçiliyində uzun illərin sınaqlarından çıxmış iqtisadiyyatın bazar münasibətləri formasında tətbiq edilən əkinçilik texnologiyasından istifadə etmək çox faydalıdır.

Bunu nəzərə alan ölkə prezidenti İ. H. Əliyev respublikamızda gedən aqrar islahatlara bilavasitə rəhbərlik etməklə yanaşı, indi torpağın tam sahibi olan Azərbaycan kəndlisinə yeni texnologiya tətbiq etməklə onu öz xalqının xeyrinə işlətməyi tövsiyə edir və qeyd edir ki, bunsuz kənd təsərrüfatında inkişafa nail olmaq olmaz. Aqrar bölmənin yüksəldilməsi, xalqımızın rifah halının yaxşılaşdırılması üçün tətbiq ediləcək texnologiyada ali təhsilli kadrların da rolu həmişə böyük olmuşdur. İqtisadiyyatın bazar münasibətlərinə keçməsi ilə əlaqədar ali təhsil sistemində də yeni problemlər meydana çıxmışdır. Bunu nəzərə alaraq müasir istehsal texnologiyası ehtiyatlara qənaət etməklə, ekoloji təmiz, torpaq münbitliyini get-gedə artırıb sabitləşdirən, keyfiyyətli və yüksək məhsul istehsalını təmin edən texnologiyalar öyrənilməlidir. Qeyd edilən texnologiyalarla hər hansı hava şəraitində bitkilərdən lazımi miqdar məhsul almaq mümkündür.

Texniki bitkilər kursunda ölkəmizin münbit torpaq-iqlim şəraitinin necə dəyərli məhsullar istehsal etməyə imkanı olduğu, yeni becərmə texnologiyasının tətbiq qaydaları, ali məktəb tələbələrinin bilik səviyyəsinə və dünyagörüşünə uyğun təsvir edilmişdir. Texniki bitkilər kursunda istehsal texnologiyasının və kənd təsərrüfatı bitkilərinin ümumi məsələləri ilə yanaşı, hər bitkinin özünəməxsus becərilmə atrotexnikasının müasir metod və ya qaydaları öyrənilir. Texniki bitkilər kursunda respublikamızda becərilən əksər texniki bitkilər barədə Azərbaycan dilində geniş, səlis məlumatlar verilmişdir. Qeyd edək ki, bu vaxta qədər Azərbaycanda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində Azərbaycan dilində “Texniki bitkilər” adlı sərbəst dərslik və ya dərs vəsaiti olmamışdır. Texniki bitkilər bitkiçilik kitablarında təsvir olunan yığcam və bəsid formada öyrənilmişdir. Texniki bitkilər kursunda bir sıra yeni texniki bitkilər və onların istehsal texnologiyası barədə də geniş məlumat verilir. Qiymətli texniki bitkilərdən biyan, efiryağlı qızılgül, şəkər qamışı, amarant və s. də bu qəbildəndir.

Xalqa xeyir verən və ölkəmizdə yetişdirilməsi mümkün olan hər bir texniki bitki barədə materiallar texniki bitkilər kursunda öyrədilir. Yerfındığı (araxis) gündən- günə respublikamızda inkişaf edən qənnadı sənayesi üçün əsas məhsul olduğundan, onun da becərilmə və çoxaldılma texnologiyası barədə geniş məlumat verilir.

İnsan qidalarının əksəriyyətini bitkilər verdiyindən, onlar yarandıqları dövrdən bitkiçiliklə məşğul olmağa başlayıblar. İnsanın çoxəsrlik təsərrüfat fəaliyyəti prosesi nəticəsində o, ətraf təbiətdən çoxlu xeyirli bitki növlərini seçib becərmiş və qoruyub saxlamışdır. Bu bitkilərdən həyat üçün ən vaciblərini insan öz yaşayış yerinin yaxınlığında sistematik becərməklə bu günə kimi gətirib çıxarmışdır. Bitkilərin becərilmə üsulları milyon illərdir ki, təkmilləşdirilir və indi də davam etdirilir. Hətta onların bəziləri hazırda da yabanı halda bitir. Bu faydalı bitkilər seçilib mədəniləşdirilir. Dünyanın bitki ehtiyatlarının tərkibi yeni-yeni növ və formaların tapılıb mədəni əkinçiliyə daxil edilən faydalı bitkilər hesabına daim zənginləşdirilir. Kənd təsərrüfatı bitkilərinin ehtiyatları xüsusən introproduksiya və seleksiya işi nətiçəsində daimi artır.

Hazırda dünyada kənd təsərrüfatı bitkilərinin 1500-ə qədər növü geniş istehsalat şəraitində becərilir. Bunlardan 1200 növü bilavasitə kənd təsərrüfatında istifadə olunur ki, o da ümumi bitkiçiliyin 83 %-ni təşkil edir. Bunların ancaq 250 növü kənd təsərrüfatında daha böyük əhəmiyyət kəsb edir.

Lap qədimdən bu günə qədər daimi becərilən kənd təsərrüfatı bitkilərinin əksəriyyəti o dövrkü əkinçilikdən bu günkü nəsillərə vərəsə kimi ötürülmüşdür.

Kənd təsərrüfatı bitkilərinin boy atmasını və inkişafını öyrənməyi asanlaşdırmaq məqsədilə onları qruplara ayırıb təsnifat tərtib edirlər. Bunsuz həmin bitkilərdən yüksək və keyfiyyətli məhsul almaq yollarını, araşdırmaq çətin olur. Kənd təsərrüfatı bitkilərinin tarla bitkiləri adlanan qrupu özünün botaniki, bioloji və təsərrüfat nişanə-lərinə, məhsul növünə, becərilmə xüsusiyyətlərinə və nəhayət növbəli əkindəki yerinə, məhsul yığımının mexanikləşdirilmə texnologiyası və s. əlamətlərinə görə bir-birindən kəskin surətdə seçilir. Ona görə də müxtəlif miqdarda çoxlu tarla bitkilərinin öyrənilməsini asanlaşdırmaq üçün kənd təsərrüfatı bitkilərini istehsalatda istifadə xüsusiyyətlərinə görə taxıllar, texniki bitkilər, yem bitkiləri və bostan bitkiləri kimi dörd böyük qrupa bölürlər.

Texniki bitkilər Azərbaycan Respublikasında geniş yayılmışdır. Bu səbəbdən Azərbaycanı texniki bitkilər laboratoriyası adlandırsaq heç də yanılmarıq. Respublikamızın aparıcı texniki bitkisi pambıqdır. Bundan sonrakı yerləri tütün, şəkər çuğunduru, günəbaxan, biyan, efir yağlı qızılgül və s. tutur.

Texniki bitkilərin xalq təsərrüfatı əhəmiyyəti böyükdür. Birinci növbədə bu bitkilərin məhsulları yüngül və yeyinti sənayeləri üçün xammaldır. Bunların emalından alınan bəzi məhsullar qüvvəli yem kimi istifadə edilməklə, digər sahələrdə də istifadə edilir. Azərbaycanda 2013-cü ildə 42207 ha sahədə texniki bitkilər əkilmişdir. Aqrotexniki nöqteyi-nəzərdən də əhəmiyyətli olan texniki bitkilər əsasən cərgəaraları becərilən (toxavi) bitkilər olduqlarından vegetasiya ərzində cərgələrarası becərilir və intensiv gübrələnir, beləliklə əkinçilik mədəniyyətinin yüksəldilməsində əvəzsiz rol oynayır.

Тexniki bitkilər sənaye üçün əsas xammal mənbəyi hesab olunur. Onları təsərrüfatlarda istifadəsinə görə aşağıdakı qruplara ayırmaq olar:

I. Lifli bitkilər: Lifli bitkilər 3 böyük qrupa bölünür:

1. Meyvəsi və toxumu lifli bitkilər. Meyvəsinin üzərində lif olan bitkilərdən kokos palmasını göstərmək olar. Toxumunun üzərində lif olan bitkilərə isə adi pambıq və pambıq ağacı (seyba) misal göstərilə bilər. Bu bitkilərdən Azərbaycanda ən geniş becəriləni adi pambıq bitkisidir.

2. Gövdəsi lifli bitkilər. Gövdəsində lif olan bitkilərə lutya və ya toxuculuq bitkiləri də deyilir. Bunlara cut, gicitkən, rami (çin gicitkəni) uzunlifli kətan, kənaf, çətənə, kəndir otu, krotalariya və s. aiddir.

3. Yarpağı lifli bitkilər. Yarpağı lifli olan bitkilərdən irikəkilli ananas, lifli banan, aqava, sizal,Yeni Zelandiya kətanı, sanseviera, furkreya və s. göstərilə bilər.

II. Şəkərli bitkilər: Şəkər çuğunduru, şəkər qamışı, biyan və s.. Şəkərli bitkilərdən respublikamızda çox istifadə ediləni şəkər çuğundurudur. Hələlik istifadə edilməyəni isə şəkər qamışıdır.

III. Yağlı bitkilər: Günəbaxan, soya, gənəgərçək, yağlı kətan, göy xardal, ağ xardal, payızlıq raps, yazlıq raps (kolza), turpəng, yağçiçəyi, araxis (yer fındığı), küncüt, saflor, perilla (sudza), lalemantiya, yağlı lalə və s. bitki növləri.

IV. Efir yağlı bitkilər: Keşniş, acı nanə, efiryağlı qızılgül, sürvə, lavanda, reyhan, cirə, zirə, razyana və s.

V. Narkotik tərkibli bitkilər. Tütün, tənbəki, tiryək xaş-xaşı (lalə) və s.

VI. Dərman əhəmiyyətli texniki bitkilər. Çaytikanı, sığırquyruğu, jen-şen, dərman adaçayı, boyaqotu, kəndir və s.

VII. Rəng verən texniki bitkilər. Həna (xına), basma ( indiqofera), zəfəran və s.

VIII. Tərkibində aşılayıcı maddələr olan bitkilər. mayaotu (xmel), sumaq, sarağan və s.

IX. Yemlik texniki bitkilər. Amarant, topinambur (yerarmudu) və s.

MÖVZU: 2. LİFLİ BİTKİLƏR. TOXUM ÜZƏRİNDƏ LİFİ OLAN BİTKİLƏR. PAMBIQ BİTKİSİNİN BECƏRİLMƏSİ

Mühazirənin planı:

  1. Lifli bitkilər, toxumu üzərində lif olan bitkilər
  2. Pambıq bitkisinin xalq təsərrüfatı əhəmiyyəti
  3. Pambıq bitkisinin tarixi, yayılması və məhsuldarlığı
  4. Pambıq bitkisinin botaniki və bioloji xüsusiyyətləri
  5. Pambıq bitkisinin növbəli əkində yeri
  6. Torpağın becərilməsi
  7. Pambıq bitkisinin gübrələmə sistemi
  8. Pambıq toxumunun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.
  9. Pambıq əkinlərinə qulluq işləri (alaqlara, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri, suvarma).
  10. Məhsulun yığılması
  1. Aslanov H. Ə., Vəliyeva M. A. Pambıq bitkisi ilə aparılan tarla təcrübələrinin metodikası, Bakı: 2013, 310 s.
  2. Aslanov H. Ə., Vəliyeva M. A. Pambıqçılıq. Bakı: “Elm” 2014, 520 s.
  3. Belousov A.S.Pambıq növbəli əkinlərin münbitliyə və məhsuldarlığa təsiri, Bakı,1977, 80 s.
  4. Cəfərov M. İ., Quliyev R. M., Səfərov N.Ə. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası. Bakı, «Maarif» 2000, 364 s.
  5. Güləhmədov X. O. Güləhmədov A. X. Pambıqçılıqdan təcrübə məşğələləri. Bakı: “Maarif” 2000, 174 s.
  6. Güləhmədov X. O. Pambıqçılıq Bakı: “Agah” 2000, 241 s.
  7. Güləhmədov X. O. Pambıqçılıq Bakı:“Maarif”1976, 275 s.
  8. H. S. Hümbətov, X. Q. Xəlilov. Pambıq lifinin texnologiyası. Bakı: “Nurlan”, 2012, 230 s.
  9. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.
  10. Q. Y. Məmmədov, M. M. İsmayılov. Bitkiçilik, Bakı, “şərq-qərb” nəş., 2012, 356 s.
  11. Qərib Məmmədov, Azər Cəfərov, Zemfira Mustafayeva. Əkinçilik və bitkiçiliyin əsasları (qısa kurs), Bakı, “Elm”, 2008, 324 s.
  12. M. A. Yusifov Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s.
  13. П. П. Вавилов «Растениеводства»., Москва, 1986, 512 с.
  14. Г. С. Посыпанов и др. «Растениеводства», Москва, «Колос», 2006, ст. 498-506
  15. Г. С. Посыпанов и др. «Растениеводства», Москва, «Колос», 1997, ст. 389-397.
  16. Технические культуры / Под р. Я. В. Губанова М. Агропромиздат, 1986, 287 с.

LİFLİ BİTKİLƏR. TOXUM ÜZƏRİNDƏ LİFİ OLAN BİTKİLƏR. PAMBIQ BİTKİSİNİN BECƏRİLMƏSİ

Lifli bitkilər sənaye üçün əsas xammal mənbəyi hesab olunur. Onları təsərrüfatlarda istifadəsinə görə aşağıdakı qruplara ayırmaq olar:

1. Meyvəsi və toxumu lifli bitkilər. Meyvəsinin üzərində lif olan bitkilərdən kokos palmasını göstərmək olar. Toxumunun üzərində lif olan bitkilərə isə adi pambıq və pambıq ağacı (seyba) misal göstərilə bilər. Bu bitkilərdən Azərbaycanda ən geniş becəriləni adi pambıq bitkisidir.

2. Gövdəsi lifli bitkilər. Gövdəsində lif olan bitkilərə lutya və ya toxuculuq bitkiləri də deyilir. Bunlara cut, gicitkən, rami (çin gicitkəni) uzunlifli kətan, kənaf, çətənə, kəndir otu, krotalariya və s. aiddir.

3. Yarpağı lifli bitkilər. Yarpağı lifli olan bitkilərdən irikəkilli ananas, lifli banan, aqava, sizal,Yeni Zelandiya kətanı, sanseviera, furkreya və s. göstərilə bilər.
Toxumunun üzərində lif olan bitkilərdən Azərbaycanda ən geniş becəriləni adi pambıq bitkisidir.

Pambıq bitkisinin əhəmiyyəti. Pambıq liflilər sinfinə aid olan çox qiymətli texniki bitkidir. Onun ən qiymətli məhsulu mahlıcıdır. Strateji əhəmiyyətə malik bitki kimi pambıq ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır.

Müxtəlif növ parçaların toxunulmasından başqa, pambıq mahlıcından tikiş sapı, kəndir, balıq toru, müxtəlif qayışlar, rezin borular elektrik örtükləri, süni ipək, partlayıcı maddələr və s. hazırlanır.

Pambıq çiyidi liflərdən təmizləndikdən sonra toxum materialı və müxtəlif məhsullar almaq üçün işlədilir. Çiyidin tərkibində 17-25% yağ, 25%-ə yaxın zülali maddə, 33% azotsuz ekstraktiv maddələr (yağlar, karbohidratlar nişasta, şəkər və s.) 21% sellüloz və 10-20% su vardır. Pambığın tərkibində 74-ə qədər kimyəvi element var. Çiyid yağından qənnadı və konserv sənayesində, süni piy və marqarin hazırlanmasında istifadə edilir, texniki emalından qliserin, stearin (şam istehsalı üçün ağ piy maddəsi), yağın tullantılarından sabun bişirmədə və sürtgü materialı kimi istifadə olunur. Toxum sıxılaraq yağ alındıqdan sonra yerdə qalan kütlə jmıx (cecə) adlanır. Jmıxdan zərərvericilərə qarşı aldadıcı yemlərin hazırlanmasında istifadə olunur.

Çiyidin nüvəsindən zəhərli maddə qossipol ayrılır ki, ondan polimer birləşmələr, laklar, istiyə davamlı örtüklər, dərmanlar, boyalar və digər məhsullar hazırlanır. Zavod tullantısı qossipol mazutundan (qudron) sənayedə yüksək temperatura davamlı formalar, dişli çarxlar və s. hazırlanmasında istifadə olunur.

Çiyidin üzəri tüksüz və ya tüklə yarımörtülür, bəzi növlərdə bir və ikiqat lifaltlığı ilə tam örtülü olur ki, bu lifaltlığına pəmbəaltı deyilir. Birinci növ pəmbəaltı lifdən tənzif toxunur və mahlıc əldə edilir. Digər növlərdən isə asetat ipəyi, maqnit sarğıları, plastik kütlə, lak, sellofan, ebonit, partlayıcı maddə və yumşaq mebel materialı hazırlanır.

Qısalifli pəmbəaltı hidroliz edilərək qlükoza və sorbit şəkəri alınır ki, bundan da şəkər xəstəliyinə tutulmuş insanlar istifadə edirlər. Eyni zamanda qiymətli kağız da hazırlanır.

Çiyidin üzərindən çıxarılmış şeluxa (qabıq) mal-qara üçün əla yem hesab olunur. Pambığın gövdəsindən yanacaq və tikinti materialı, üzvi gübrə kimi istifadə edilir. Pambıq qozasının qərzəklərindən kəndir, texniki spirt, aşı maddələri və üzvi sirkə turşusu istehsalı üçün geniş istifadə edilir. Müəyyən edilmişdir ki, pambıq bitkisinin müxtəlif orqanlarında 17 üzvi turşular vardır. Ümumiyyətlə pambığın ayrı-ayrı orqanlarında çoxlu vitaminlər və boy stimulyatorları vardır.

Pambıq bitkisinin mahlıcından, çiyidindən və orqanlarından 120–dən artıq müxtəlif növ məmulat hazırlanır.

Tarixi və yayılması. Pambığın becərilməsi çox qədim dövrlərdən məlumdur. Bizim eradan 3000 il əvvəl Hindistanda və Çində pambıq becərilib və onun lifindən ip hazırlanıb. Bizim eradan 500 il əvvəl Çindən Misirə və IV-V əsrlərdə Orta Asiyaya və İrana yayılıb. Artıq IX və X əsrlərdə pambıq lifindən yüksək keyfiyyətli parçalar toxunub. Zaqafqaziyada pambığın becərilməsinə XIII əsrdə başlanılıb.

XVIII əsrin ikinci yarısında pambıq lifinin sənaye üsulu ilə emalı, pambığın maşınla təmizlənməsi və lifin əyrilməsi genişlənməyə başladı.

Pambığın yer kürəsində əkin sahəsi 35 mln. hektar xam pambıq məhsulu isə 45 mln. tondan çoxdur. Əsas pambıq əkən ölkələr Çin, Hindistan, Pakistan, ABŞ, Orta Asiya respublikaları, Braziliya, Meksika, Misir və Türkiyədir. Yer kürəsində istehsal olunan məhsulun 80%-i bu ölkələrin payına düşür.

Ən qədim yazılar salnaməsində – hindlilərin Rinqividlər himnində (eramızdan əvvəl 6000-1500-ci illərdə) pambığın istifadəsindən yazılmışdır. Sonralar «Mann» qanunlarında (eramızdan 800 il əvvəl) və digər bir çox əsərlərdə həbəş, ərəb, çinli və avropalı müəlliflər tərəfindən pambıq bitkisinin məhsulundan hazırlanan maddələr, onun lifi, toxumu və s. haqqında qeydlər edilmişdir.

Eramızdan 600-700 il əvvəlki Sanqərib dövrünün gil əlyazmalarında pambıq haqqında göstərilir ki, padşahın təcrübə tarlasında becərilən bitki «yun» verir.

X əsrdə pambıq ərəblər tərəfindən İspaniyaya gətirilir və birinci olaraq burada toxuculuq sənayesi (Barselona şəhəri) yaradılır.

Azərbaycanda ən çox pambıq əkini 1982 – ci ildə olub 305,9 min hektar, ən çox pambıq istehsalı 1981- ci ildə olub 831,2 min ton, ən çox məhsuldarlıq isə 1979 – cu ildə əldə edilib 30,8 s/ha.

Azərbaycanda 2010 – 2013 – cü illərdə pambıqçılığın vəziyyəti

Əkin sahəsi, min ha-la Məhsul istehsalı, min tonla Məhsuldarlığı, s/ha – la
İ l l ə r
2010 2011 2012 2013 2010 2011 2012 2013 2010 2011 2012 2013
30,2 42,8 29,2 23,4 38,2 66,4 57,0 45,1 12,7 15,5 19,5 19,3

Botaniki təsviri. Pambıq əmənkömənci ( Malvaceae) fəsiləsinin (Gossypium L.) cinsinə daxildir. Hazırkı təsnifata görə 35 növü əhatə edir. Onlardan 5 növü mədənidir. Təsərrüfat əhəmiyyətinə malik olan mədəni növlər aşağıda qeyd edilənlərdir:

1. Tüklü pambıq (Meksika pambığı) – gossypium hirsutum L.

2. Misir pambığı – gossypium barbadense L. (G. Peruvianum Gav.) (vətəni Barbados adalarıdır)

3. Ağacvarı pambıq – gossypium arboreum L.(vətəni Hindistan və Çin hesab edilir)

4. Otvari pambıq – gossypium herbaceum L. (vətəni Afrika və cənubi Asiyadır)

5. Qərbi Hindistan pambığı – gossypium trycuspitatum Lam.

  1. Orta və uzun lifli sortlar (tüklü pambıq); 2) Zərif lifli sortlar (Misir pambığı);
  1. Lifi rəngli sortlar.

Gövdəsi dikduran, möhkəm, tükcüklərlə örtülü aşağı hissəsi odunlaşmış olur. Hər bir yarpaq qoltuğunda 2-3 tumurcuq olur.

Budaqları boy (monopodial) və bar (simpodial) budaqlarına ayrılır. Monopodial budaqlar gövdənin aşağı hissəsindən iti bucaq altında ayrılaraq düz xətt boyunca inkişaf edir və simpodial budaqlardan güclü olur. Bar budaqları boy budaqlarından hündürdə yerləşir. Simpodial budaqlar çiçək daşıyan, meyvə verən budaqlardır.

Buğumaralarının sayına görə bar budaqları hədsiz və hədli tipə ayrılır. Üzərində birdən çox dirsək və ya buğum əmələ gətirən budağa hədsiz tip, yalnız bircə buğum əmələ gətirən budağa isə hədli tip deyilir.

Hədsiz simpodial budaqlar buğumaralarının uzunluğuna görə 4 qrupa bölünür.

I – buğumarası qısa 3-5 sm, II – buğumarası orta 6-15 sm, III – buğumarası uzun 16-25 sm, IV – buğumarası çox uzun 25 sm və daha çox.

Hədli tip budaqlanmaya bəzən «sıfır» tipli bar budaqları da deyilir. Belə budaqda yalnız bir buğumarası əmələ gəlməklə, onun inkişafı dayanır və buğumarasının sonundakı tumurcuq və yan tumurcuqlar meyvə üzvünə çevrilir. Adətən budaqların axırında 3-4 meyvə orqanı da əmələ gələ bilər.

Rüşeym torpaqda kök atdıqdan sonra, ləpə yarpaqaltı dirsək torpaqda böyüyüb yay kimi əyilərək torpağa müqavimət göstərir, ləpəyarpaqaltı dirsək partlamış toxumun qılafını ləpə yarpaqları ilə birlikdə torpaq səthinə çıxarır. Böyrəkşəkilli ləpə yarpaqlarının vəzifəsi cavan cücərtini ehtiyat qida maddəsi ilə təmin etməkdir. Əsl yarpaqlar əsas gövdədə spiralvarı xətt üzrə növbə ilə əmələ gəlir. Birinci 4-6 yarpaq bir-birinə yaxın, iki-iki yerləşir.

İlk əmələ gələn yarpaqlar tamkənarlı, sonrakılar isə dilimli olur. Yarpaqda dilimlərin sayı 3-5 bəzən 7-8-ədəd olur. Rəngi açıq-yaşıl, yaşıl, bəzən qırmızı yarpaqlı pambıqlar da olur. Yarpaqların alt və üst tərəfləri tükcüklərlə örtülü olur.

Çiçək qönçənin inkişafından əmələ gəlir. Qönçə əmələ gəldikdən 25-30 gün sonra çiçək açır. Çiçək iri, cəlbedici, iki cinsiyyətli və aktinomorfdur (müntəzəm). Çiçəyin elementləri 5 dairədə yerləşir. 1-ci xarici dairədə 3 iri çiçəkyanlığı, 2-ci dairədə bir-biri ilə birləşmiş 5 kasacıq, 3-cü dairədə 5 ədəd sərbəst ləçək, 4-cü dairədə çoxlu sayda erkəkciklər, 5-ci dairədə isə dişicik yerləşir. Çiçəkyanlığı çiçək kasacığının alt tərəfini örtərək meyvənin qidalanmasında iştirak edir. Pambıq öz-özünü tozlayan bitkidir.

Kasacığın kənarları dişli və dalğavarı olmaqla, çiçək tacını alt tərəfdən bürüyür.

Tac 5 iri ləçəkdən əmələ gəlib, rəngi ağ, sarı, açıq-sarı və s. olur. Ləçək yarpaqları bir-birinə sıx düzülərək, yumurtalığı aşağı tərəfdən bürüyürlər. Odur ki, pambıq çiçəyinin yumurtalığı yuxarı yumurtalıq adlanır. Yumurtalıqda 3-5 yuva və hər yuvada 7-11 ədəd toxum kisəsi yerləşir.

Çiçəyin dişiciyi 3 hissədən – ağızcıq, sütuncuq və yumurtalıqdan ibarətdir.

Erkəkcik iki hissədən – erkəkcik gövdəsi və nazik tellərlə birləşmiş nəzərə çapmayacaq dərəcədə xırda, sarı rəngli, tikanlı tozcuqlardan ibarətdir.

Pambığın meyvəsi qozadır. O, inkişaf edir, yetişərək açılır. Qozalar yumurtavarı, konusvarı, yumru-yastı, kürəşəkilli və s. ola bilər. Qozanın diametri 5-6 sm, bir qozadan alınan xam pambığın kütləsi yabanı növlərdə 0,2-1,1 qr. mədəni növlərdə 3-12 qr. olur. Orta liflilərdə isə 5-8 qr. arasında dəyişir. Qozanın yuvasında dilimlər vardır ki, onları bir-birindən arakəsmələr ayırır. Belə dilimlər 3, 4, və 5 ədəd olur. Qozanın hər dilimində 5-11, orta hesabla bütün qozada isə 25-30 toxum olur.

Qozanın inkişaf dövrü iki mərhələyə bölünür. 1-ci mərhələdə qozalar böyüyür, 2-ci mərhələdə də 25-30 günə qozaların içərisindəki liflər və çiyid tam yetişir

Çiyid (toxum) – yumurtavarı və ya uzun olmayan armud formalı olub, eni və uzunu müxtəlif ölçüdə olur. Çiyid rüşeymdən və onu örtən iki qat pərdədən daxili xarici möhkəm qatdan ibarətdir. Xarici qat odunlaşır ki, ona çiyidin qabığı deyilir.

Çiyidin qalın tərəfi halaza, incə tərəfi isə mikropil adlanır.

Toxumun uzunluğu 6-12 mm, eni 5-8 mm olur. Bir çiyidin kütləsi 50-200 mq, yabanı formalarda isə 10 mq ola bilir. Mütləq kütləsi 80-160 q-dır. Çiyidin rüşeymi onun nüvəsi adlanmaqla 2 ləpə yarpağından (yarpaqda tünd rəngli ləkələr – qossipol) və boy tumurcuğundan ibarətdir.

Pambıq çiyidi qabığının epidermis hüceyrələrinin uzununa böyüməsi nəticəsində əmələ gələn liflər mahlıc adlanır.

Comments are closed, but trackbacks and pingbacks are open.