Azerbaycan dili metm toplusu 9 sinif
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.
Mmüllim kömk 9 sinif azrbaycan dili
Beynəlxalq elmi jurnal
İmpakt Faktor: 2.255
___________________________________________________
Jurnal elmin hər bir sahəsini əhatə edir
Məqalə çapı ödənişlidir.
Məqalə Azərbaycan və ingilis dillərində qəbul olunur.
Jurnalda çap olunan hər bir məqaləyə DOİ təyin olunur DOI: 10.36719
Jurnal “AZƏRBAYCAN ELM MƏRKƏZİ”nin https://aem.az saytında
və “CROSSREF” təşkilatının https://search.crossref.org bazasında yayımlanır.
Hər bir müəllifə «CROSSREF» təşkilatı tərəfindən
BEYNƏLXALQ SERTİFİKAT verilir.
Məqalə çapına dair tələblər
- Məqalə formatı: Məqalələr A4 formatda, 14 ölçüdə, 1,5 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boşluq buraxılmalıdır.
- Məqalənin həcmi: 10-25 səhifə olmalıdır.
- Müəllif: Məqalədə müəllifin adı, atasının adı və soyadı /məs.: Əli Məmməd oğlu Vəliyev/, iş yeri tam şəkildə, müəllifin elmi dərəcəsi, şəxsi elektron ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavriat, magistrant və doktorant olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif bu məlumatı qeyd etmədən yalnız yaşadığı şəhər və ölkəni qeyd etməlidir. Sadalanan məlumatlar, həmçinin i ngilis dilində yazılan Xülasənin əvvəlində ingilis dilində də verilməlidir.
- Xülasə: Məqalənin əvvəlində Azərbaycan və ingilis dillərində 7-8 cümlədən ibarət Xülasə yazılmalıdır.
- Açar sözlər : 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
- Giriş
- Nəticə
- Ədəbiyyat: Ədəbiyyat siyahısı 12 mənbədən çox olmalı, məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə həmin dillərdə yazılmalı, digər dillərdə olarsa latın qrafikasına transliterasiya edilməlidir.
- Ədəbiyyat siyahısı: Ədəbiyyat siyahısı istinad ardıcılığı ilə verilməli, müəllifin soyadı, adının baş hərfi, mötərizə daxilində əsərin nəşr ili, əsərin adı, nəşr olunduğu şəhər və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır.
- Nümunə: Rəcəbli, Ə. (2006). Qədim türk yazısı abidələrinin dili. Bakı: Elm, 214 s.
- İstinadlar məqalənin daxilində mötərizədə müəllifin soyadı, əsərin ili və səhifəsi qeyd olunmaqla göstərilməlidir. Nümunə: (Rəcəbli, 2006: 56)
- İstinadlar internet resursları olduqda təkcə mötərizə daxilində sıra nömrəsi ilə qeyd olunmalıdır. Nümunə: (8), (5) və s.
- Tərtibçi müəllif tərəfindən hazırlanan kitablar məqalə daxilində kitabın adının qısaldılmış forması, ili və səhifə nömrəsi ilə göstərilməlidir. Nümunə: (DTS, 1969: 56)
- Elmi dərəcəsi olmayan müəllif məqalənin sonunda göstərilən ardıcıllıqla rəyçinin elmi dərəcəsini, adını və soyadını qeyd etməlidir.
_______________________________________________________________
Ünvan: Bakı ş., Mətbuat pr., 529,
«Azərbaycan» Nəşriyyatı, 6-cı mərtəbə.
Azerbaycan dili metm toplusu 9 sinif
dersler heftede 2 defe 1.5saat olmaqla onlayn ve ya eyani kecirilir. qruplarda max 3 ve ya 4 usaq olur. muxtelif test ve metn vesaitlerinden istifade edirik.
Məktəbəqədər hazırlıq (Azərbaycan və rus bölməsi)
mektebeqeder azerbaycan ve rus bolmesi azerbaycan dili. riyyaziyat ve mentiq. mektebeqeder azerbaycan ve rus bolmesi . ibtidai sinif azerbaycan ve rus bolmesi . mekteb derslerinin hazirlanmasi. derslerinde ugursuz olan
Azərbaycan dili kursu
ze academy tedris merkezi ix x xi sinif sagirdler ve mezunlar ucun 1 ve 2 illik proqramlar esasinda azerbaycan dili uzre hazirliq kurslarina qebul elan edir. ● heftede 3 defe 1 saat ve ya heftede 2 defe 1.5 saat
Azərbaycan dili İbtidai hazırlıg
salam. 1-4cu ibtidai sinif hazirligi. azerbaycan dili bolmesi uzre derslerimiz kecirilir. •derslerheftede 2defe olmagla 1saat muddetinde kecirilir •dersler grup seklinde ve yaxud ferdi sekilde kecirilir. ovladinizi
Azərbaycan dilindən əyani və onlayn hazırlıq
azerbaycan dilinden eyani ve onlayn hazirliq miq sertifikasiya tekmillesme 5-8sinifler buraxilis kollec liseylere qebul dersler vatsap ve zoomla kecirilir. derslerin keyfiyyetine100faiz zemanet verilir.
Novruzda Azərbaycan Turu
-qebele -oguz -seki -gence -tovuz -gedebey -lenkeran -baki 4 gun 5 gece – qiymet – 395 azn turun tarixleri 20-24 mart 5 gun 4 gece qiymete daxildir guleruz tur rehberi. komfortlu neqliyyat. yol boyu musiqili eylence.
Nərd taxta.azerbaycan
nerd taxta satilir. el isidir.qoz agacindandir. diplomat cantasinda daslari ve zerleride var. whatsapp 0
Azərbaycan yeni layihə
hem xanimlara hemde beyler aid isdir. is tam resmidir. online sekilde idare olunur. artan maasdir. staj yazilir. qeydiyyat tam pulsuzdur. ayda 100.150.200azn dovriyyeye ehdiyyac yoxdur. etrafli melumat ucun whatsapp
Azərbaycanda yeni layihə
is tam resmidi artan maas elave melumat almaq ucun vatsap nomresine sms gonderin
11F Süleyman Vəzirov küçəsi, Bakı, Azərbaycan 2 otaq , Xətai rayonu
2 otaqli gunluk ev kiraye verilir. ev 16 mertebeli binanin 4-ci mertebesinde yerlesir. xetai metrosunun yaninda yerlesir. suretli muasir lifti var. evde ehtiyac olunan her sey var-kabel tv wifi paltar yuyan masin
Azərbaycanda onlayn biznes
sahibkar olmaq .isini evden idare etmek isteyen xanimlar sermaye qoymadan satis etmeden calismaq isteyirsinizse vhatsapp nomreye yaza bilersiz.
İngilis dili
7 yasdan 77 yasadek istenilen yas ve dil seviyyesinde olan her kese rus ve azerbaycan dillerinde ingilis dili dersleri teklif edirem. men azerbaycan dovlet xarici diller universitetini daha sonra ukraynada dragomanov
rus dili
online hazirliq kecilir. 0dan rus dili oyredilir hemcinin 5-11kimi siniflerde. elave olaraq ev tapsiriglari.
Rus dili kursu
rus dili kursu haqqinda melumat ● dersler heftede 2 defe olmaqla 1 5 saat 90 deqiqe kecirilir. ● ders oyretme ve sirf danisiq olmaqla 2 hisseden ibaret kecirilir. ders muddetinde qrammatikanin esaslari ve azerbaycan
1-4 siniflər üçün hazirliqlar
1-4 sinif sagirdlerine ibtidai sinif fennlerinden ve elece de mektebe qeder ve azyazsli usaqlara nitqin inkisafi zehnin acilmasi dersliklere maraq yaratmaq ucun hazirliq kecirem. hazirliq en yeni metodlarla asan ve
Rus dili kursu
ze academy tedris merkezi sizi yuksek keyfiyyetli rus dili kursuna devet edir. ● dersler heftede 2 defe o lmaqla 1 5 saat 90 deqiqe kecirilir. ● ders oyretme ve sirf danisiq olmaqla 2 hisseden ibaret kecirilir. oyretme
İbtidai siniflərə hazirlig
hormetli valideynler yeni ders ilinden hazirliqlara start verirem. mektebe qeder usaqlarin mektebe hazirligi. maraqli sekilli dersliklerle usaqlari derse celb etmekle yanasi qelemi duzgun tutma qaydasi duzgun yazi
Rus dili dersleri
kateqoriyaxarici dil kurslari rus dili qiymet30azn rus dili danisiq dersleri is adamlari ucun axsam dersleri kurs gunluk 1 saat olmaqla heftede 3 defe ve ya gunluk 1.5 saat olmaqla heftede 2 defe kecirilir. tecrubeli
1-4 sinif fənnlərindən hazirliq
d1-4 sinif sagirdlerine ibtidai sinif fennlerinden ve elece de mektebe qeder ve azyazsli usaqlara nitqin inkisafi zehnin acilmasi dersliklere maraq yaratmaq ucun hazirliq kecirem. hazirliq en yeni metodlarla asan ve
Ərəb dili dərsləri
xanimlar ucun ereb dili dersleri.sifirdan danisiq seviyyesine kimi. unvan hezi aslanov
Rus dili ve ingilis dili kurslari
magistr hazriligi. dovlet qulluguna hazirliq. sifirdan rus dili. sifirdan ingilis dili. ielts toefl gre gmat sat ingilis dili derslerimiz xaricde tehsil almis muellimler terefinden tedris merkezimize xas metodlarla
İtalyan dili
italyan dilinde sifirdan mukemmel seviyyede danismagi oyredirik. muellimlerimiz dersleri yeni ders metodikasi ile size en sade sekilde oyredecek. dersin keyfiyyetine tam zemanet verilir. metbexi var. cay kofe ve
Koreya dili
koreya dilinde sifirdan mukemmel seviyyede danismagi oyredirik. muellimlerimiz dersleri online sekilde yeni ders metodikasi ile size en sade sekilde oyredecek. dersin keyfiyyetine tam zemanet verilir. metbexi var. cay
Çin Dili Kursları
cin dili kurslari. yuksek seviyyede pesekar muellimler terefinden tedris olunur. tedrise reading writing speaking listening daxildir. her seviyyenin sonunda imtahan olunur. metbexi var. cay kofe ve konverseysen pulsuz
İngilis dili ve rus dili dərsi
magistr hazriligi. dovlet qulluguna hazirliq. sifirdan rus dili. sifirdan ingilis dili. ielts toefl gre gmat sat ingilis dili derslerimiz xaricde tehsil almis muellimler terefinden tedris merkezimize xas metodlarla
Ingilis dili dersleri.Rus dli
magistr hazriligi. dovlet qulluguna hazirliq. sifirdan rus dili. sifirdan ingilis dili. ielts toefl gre gmat sat ingilis dili derslerimiz xaricde tehsil almis muellimler terefinden tedris merkezimize xas metodlarla
İbtidai Sinif Şagirdlərinin Hazırlaşdırılması
mektebliler ucun rus dili kursulinqvistler filoloqlar metodistler bir sozle dilcilik sahesinde calisan her kes xarici dili mekteb illerinde oyrenmeyin daha yaxsi netice verdiyini qeyd edirler. eger siz de ovladinizin
İngilis dili dərsləri
dovlet qulluguna hazirliq. sifirdan rus dili. sifirdan ingilis dili. ielts toefl gre gmat sat ingilis dili derslerimiz xaricde tehsil almis muellimler terefinden tedris merkezimize xas metodlarla kecirilir.telebelerimiz
Məktəblilər üçün rus dili kursu
mektebliler ucun rus dili kursu linqvistler filoloqlar metodistler bir sozle dilcilik sahesinde calisan her kes xarici dili mekteb illerinde oyrenmeyin daha yaxsi netice verdiyini qeyd edirler. eger siz de ovladinizin
İngilis dili ve rus dili dersleri
magistr hazriligi. dovlet qulluguna hazirliq. sifirdan rus dili. sifirdan ingilis dili. ielts toefl gre gmat sat ingilis dili derslerimiz xaricde tehsil almis muellimler terefinden tedris merkezimize xas metodlarla
Digər elanları göstər
azerbaycan dili metm toplusu 9 sinif elanlari
Bakida azerbaycan dili metm toplusu 9 sinif qiymeti elanlari , azerbaycan dili metm toplusu 9 sinif elani 2023 ucuz qiymete azerbaycan dili metm toplusu 9 sinif satisi sərfəli qiymətə azerbaycan dili metm toplusu 9 sinif almaq. islenmis azerbaycan dili metm toplusu 9 sinif aliram, işlənmiş azerbaycan dili metm toplusu 9 sinif satılır. pulsuz azerbaycan dili metm toplusu 9 sinif elani yerlesdir. Azerbaycanda ucuz qiymete azerbaycan dili metm toplusu 9 sinif satilir. en ucuz qiymete azerbaycan dili metm toplusu 9 sinif tapmaq ucun Unvan.az sayti size komek edecek.
Unvan.Az
Unvan.az – Pulsuz elanlar saytı, alqı satqı sayti, Pulsuz elanlar ünvanı Azerbaycan Bakida evler, obyektlər, dasinmaz emlak, masin, avtomobil , telefon, komputer elanlari var. Məhsullar ucuz qiymete satilir. Elan yerləşdirmək çox asan və rahatdır.
Saytda yerləşdirilən məlumatlara görə sayt adminləri məsuliyyət daşımır.Hər hansı şikayət və iradlar üçün Bizimlə Əlaqə vasitəsilə bizə bildirin.
Privacy url | Email: info [@] unvan.azMəlumatlar
Untitled
Azərbaycan dili sözün əsl mənasında dövlətimizin rəsmi dilidir, geniş və şəriksiz ictimai ünsiyyət vasitəsidir. Bu dil qrammatik quruluşuna görə türk dillərinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Hazırda Azərbaycanda və ondan xaricdə – İran, Rusiya, Gürcüstan, Orta Asiya, Avropa ölkələri və b. yerlərdə 40 milyondan artıq adam bu dildən ünsiyyət vasitəsi kimi istifadə edir. Azərbaycan dili sabit qrammatik quruluşa, zəngin söz və ifadə ehtiyatına, zərif səslənmə sisteminə malikdir. Elmi, siyasi, fəlsəfi fikirləri ifadə etmək, bədii, publisistik təfəkkürün gözəl nümunələrini yarada bilmək baxımından dilimizin imkanları başqa dillərlə müqayisədə xeyli genişdir. Bu dildə müasir elmi-texniki proqresin ən incə və mürəkkəb anlayışlarını ifadə etmək mümkündür. Respublikamız yalnız dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilimiz həqiqi mənada, əməli şəkildə dövlət dili hüququnu qazandı. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kini öz layiqli statusunu aldı. Müstəqilliyimizin sonrakı illərində Respublika prezidenti H.Əliyev Azərbaycan dilinin Konstitusiya hüququnun həyata keçirilməsinə, onun inkişafına, tətbiq dairəsinin genişləndirilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. “Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dillə səlis danışmalı və bu dili sevməlidir” (H.Əliyev).
Azərbaycan Respublikasının səkkiz milyonluq əhalisinin (2001) gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.
Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyona yaxın adam yaşayır.
Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupunun oğuz-səlcuq yarımqrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və krım tatarlarının dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri ailəsinin cənub-qərb yarımqrupunu təşkil edir.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.
Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.
Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) sait vardır. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.
Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma’ – ‘alma. Omoqraflarda vurğu mənanı dəyişir: ‘alma-alma’, g’əlin-gəl’in.
Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.
Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.
İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir.
Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.
Fellər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.
Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər cümlə üzvü sonda, təyin təyin etdiyi sözdən qabaqda gəlir.
Azərbaycan dilində sözyaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.
Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.
İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili beş əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii, elmi və məişət üslubları. Azərbaycan ədəbi dilinin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir.
Ölkənin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına səbəb olmuşdur. Bu proses ədəbi dilin bütün üslublarında, özəlliklə, işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat üslubunda aydın müşahidə olunur.
Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir: 1) şərq qrupu (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu (Gəncə, Qazax, Qarabağ dialektləri və Ayrım şivəsi); 3) şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu (Naxçıvan, Ordubad, Cənubi Azərbaycan) – dialektlərdə.
2. “Nitq mədəniyyəti” elminin yaranması və inkişafı ( antik dövr ).
Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda, Ərəbistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, fəsahətli və bəlağətli danışığın, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur. Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx və b. kimi görkəmli natiqlik yetirmişdir. Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel 335-ci ildə “Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini və s. geniş şəkildə izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir: a) Nitqin tərtibi prinsipi; b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət; c) Nitqin texnikası, vasitələri və priyomları. Aristotel natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi. 1. Materialın icadı və onun hazırlanması. 2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması. 3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması. 4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi. 5. Nitqin söylənilməsi, orfoepiya, intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl olunması. Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər, mülahizələr söyləmişdir. Məsələn, ona görə, natiqlik sənətində aşağıdakı tələblərə əməl olunmalıdır: 1) materialın toplanması. 2) materialın məqsədəuyğun söylənilməsi üçün planın tərtibi. 3) nitqin məzmununun öyrənilməsi, mənimsənilməsi. 4) məzmunun dinləyicilər qarşısında söylənilməsi.
3. “Nitq mədəniyyəti” elminin yaranması və inkişafı ( müasir dövr ).
Azərbaycan şifahi xalq ədəbiyyatında söz, gözəl danışmaq qabiliyyəti bəşəriyyətin təməl daşı kimi qiymətləndirilmiş, xilqətin əzəlinin söz olduğu təlqin edilmişdir. Bizim çağdaş tariximiz sözün tarixidir. Hər hansı bir tarixi dövrü mənəvi aləmimiz, söz tariximizlə ölçür, qiymətləndiririk. Məsələn: Nizaminin dövrü, Füzulinin dövrü və s. Nizami dövründə yaşamış sərkərdələr, hökmdarlar ancaq Nizamiyə görə tanınır, yad edilirlər. Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biri olan Nəsrəddin Tusi özünün “Əxlaqi-Nasiri”, “Abad-ül-mütəllimin” və digər əsərlərində sözün qüdrə- tinə, natiqlik sənətinə yüksək qiymət vermişdir. XIX əsrdə Azərbaycanda M.Ş.Vazeh, M.F.Axundov, A.A.Bakıxanov, Q.Zakir kimi praktik natiqlər, bu sahənin nəzəriyyəçiləri yetişmişdir. M.F.Axundov özünün bədii və elmi yaradıcılığında mədəni nitq, natiqlik məharəti, fəsahətli kəlam, nitqin müxtəsərliyi və aydınlığı, səhnə dili, dilimizin orfoqrafiya və orfoepiya normaları və s. haqda elmi-nəzəri fikirlər, mülahizələr söyləmişdir. Ulu öndərimiz Azərbaycan dili ilə bağlı söhbətlərində nitq mədəniyyəti məsələlərinə xüsusi diqqət yetirirdi. H.Əliyev Azərbaycan dilini çox sevirdi və bu dildə danışmağı ilə fəxr edirdi. O, xalqla onun öz dilində danışırdı. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Ulu öndərin nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. 26 Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünə- məxsusluq daima nəzərə çarpardı. H.Əliyev görkəmli natiq, söz ustası kimi də tarixdə qaldı. Onun nitqləri, çıxışları, söhbətləri, natiqlik məharəti mütəxəssislər tərəfindən öyrənilmiş, bu barədə əsərlər də yazılmışdır. Lakin bu sahədə geniş axtarışlara yenə də ehtiyac vardır.
4. Dilimiz müstəqillik şəraitində.
Sovet hakimiyyəti illərində Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı böyük işlər görülmüşdür. Dilimizin ayrı-ayrı sahələri geniş, hərtərəfli tədqiq olunmuş, bu sahələrə aid monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və məqalələr hazırlanıb nəşr edilmişdir. Lakin bütün bunlara baxmayaraq xalqımızın müstəqillik və suverenlik əldə etməsinə qədər, xüsusən, Sovet hakimiyyəti dövründə Azərbaycan dili formal şəkildə dövlət dili hesab edilmiş, dilimiz konstitusiyada təsbit edilən hüquqa, imtiyaza malik olmamışdır. Rəsmi tədbirlərdə, qurultaylarda, məclislərdə, dövlət idarələrində, əsasən, rus dili işlədilirdi. Bu dili yaxşı bilməyənlər məsul vəzifələrə təyin olunmurdu. Hətta Azərbaycan dili problemlərinə həsr edilən və müdafiə olunan dissertasiya əsərləri belə rus dili mütəxəssisinin müsbət rəyindən verdikdən sonra təsdiq olunurdu. Respublikamız yalnız dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilimiz həqiqi mənada, əməli şəkildə dövlət dili hüququnu qazandı. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kini öz layiqli statusunu aldı. Müstəqilliyimizin sonrakı illərində Respublika prezidenti H.Əliyev Azərbaycan dilinin Konstitusiya hüququnun həyata keçirilməsinə, onun inkişafına, tətbiq dairəsinin genişləndirilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanları bu qayğının parlaq təzahürü olmaqla, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiqi dairəsinin genişləndirilməsi imkanlarını daha da artırmışdır.
5. “Nitq mədəniyyəti” fənninin digər elmlərlə əlaqəsi.
Hal-hazırda ali məktəblərin çoxunda “Nitq mədəniyyətinin əsasları” adlı fənn tədris olunur. Bu fənnin tədris məqsədi tələbələrdə öz fikirlərini həm yazılı, həm də şifahi formada düzgün, aydın, məntiqi, yığcam, səlis, zəngin, canlı, sadə, anlaşıqlı bir şəkildə ifadə edə bilmək bacarıq və vərdişləri yaratmaqdır. Nitq və dil, dil və təfəkkür, nitq və nitq şəraiti, dil sisteminin normaları, üslub normaları, nitqin üslubi bütövlüyü, dilin leksik vahidlərindən yerində və məqsədəuyğun istifadəetmə bacarığı, nitqin etik normaları və s. bu fənnin predmetini təşkil edir. Fənnin tədrisi prosesində tələbələrə nitq mədəniyyəti haqqında məlumat verilməli, mədəni nitqə yiyələnməyin daha effektli, səmərəli üsul və vasitələri şərh olunmalı, onlardan düzgün istifadə yolları göstərilməlidir. Nitq mədəniyyəti problemi ilə bağlı çoxsaylı elmi-tədqiqat işləri aparılmasına baxmayaraq hələ də bu sahəyə dair mükəmməl bir dərslik hazırlanıb istifadəyə verilməmişdir. Bunun başlıca səbəblərindən biri istər yazılı, istərsə də şifahi ədəbi dilimizin normalarının dilin müasir inkişaf səviyyəsinə uyğun əsaslı şəkildə işlənməməsi, dəqiqləş- dirilib təkmilləşdirilməməsidir. Bu, nitq mədəniyyətinin praktik cəhətdən işlənməsini və mənimsənilməsini çətinləşdirir. Yüksək nitq mədəniyyətinə sahib olmaq insanın şan-şöhrətini, ləyaqətini, izzət və hörmətini artıran amillərdəndir.
6. Mədəni nitqə verilən başlıca tələblər.
Xalqın müstəqillik qazandığı, Azərbaycan dilinin sözün həqiqi mənasında dövlət dili olduğu və geniş ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın, məntiqli, yığcam, canlı, sadə, dəqiq və təsirli danışa və yaza bilmək, başqa sözlə, yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşıya qoyulur. Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğun olaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadə edə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündə ehtiva edir: 1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməsi; 2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcud variantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən daha uyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika ilə üslubiyyatın vəhdətidir. “Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan”. Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyəti probleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir. Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu nitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə böyük uğurlar qazanırlar.
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tətkib hissələrində biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələn şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək imkanına malik olur.
Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik, orfografik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübi tədbirlər kompleksidir”. Bu tərəfi başqa bir şəkildə ifadə etmiş olsaq, deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək , zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir.
nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğun olaraq ədəbi dilin yazılı və şıfahi formalarından, ifadəlilik vasitələrindən istifadə edə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündə ehtiva edir: 1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməsi; 2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcud variantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən daha uyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika ilə üslubiyyatın vəhdətidir.
Böyük Britaniyada qadınların nitqi ilə bağlı aparılan sosioloji tətqiqatlar göstərmişdir ki, nə qədər nitq düzgündürsə qadın şəxsi və professional həyatda bir o qədər xöşbəxtdir. Bu nəticəni, şübhəsiz, dilin bütün daşıyıcılarına aid etmək olar.
Antik dövrün böyük filosofu Sokrat həmışə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əli buyururdu ki, hər kəs öz dilinin altinda gizlənib.
Bir latin atalar sözündə deyilir ki, şair anadan şair doğulur, natiqlər isə tədricə yetişir. Buradan aydın şəkildə bəlii olur ki, gözəl danışığa yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır. “Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan”. Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər vardır ki, bunlar nitqin normativliyidir. Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələbələr vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələbələr bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyəti probleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir. Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu nitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə böyük uğurlar qazanırlar.
7. Nitqin aydınlığı.
Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməmişdir. Düzgün olmayan tələffüz – səslərin öz məxrəcində deyilməməsi, qarışdırılması, bəzən də səslərin, hecaların tələffüzdən düşməsi, məzmuna, məqsədə uyğun intonasiyaya əməl olunmaması və s. də nitqin aydınlığına xələl gətirən səbəblərdir. Kütlə qarşısında, auditoriyada çıxış edən nitqinin aydın olması üçün aşağıdakılara əməl etməlidir: 1) Danışılacaq mövzu ətrafında əvvəlcə düşünmək, lazımi material və faktlar toplamaq; 2) Həmin materialı sistemləşdirmək; 3) Mətn yazılıdırsa, dönə- dönə oxumaq, oradakı əsas fikri ifadə edən sözləri (məntiqi vurğulu sözləri) aydın və nəzərəçarpacaq dərəcədə tələffüz etməyə nail olmaq; 4) Söz və qrammatik formaları düzgün və aydın tələffüz etmək; 5) Məzmuna uyğun intonasiya seçə bilmək; 6) Mətndə qarşıya çıxa biləcək mənası çətin sözləri (alınma sözləri, terminləri, neologizmləri, köhnəlmiş sözləri və s. izah etmək; 7) İstinad olunan mənbəni (əsər, məqalə, radio və televiziya verilişləri və s.) göstərmək; 8) Fikri, çıxarılan nəticəni misallarla əsaslandırmaq; 9) Auditoriya ilə (eləcə də müsahiblə) əks əlaqəni yaratmaq – sual vermək, cavab almaqla deyilənlərin başa düşüldüyünü, mənimsənildiyini müəyyənləşdirmək, lazım gələrsə əlavə şərh vermək; 10) Dinləyicilərin mənafe uyğunluğu, şəxsi maralarını nəzərə alınmaq. Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca dictio sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması deməkdir. Aydın və oxunaqlı xətt yazılı nitqin asan anlaşılmasına nə dərəcədə şərait yaradırsa, düzgün diksiya da şifahi nitqin başa düşülməsi, qavranılmasını o dərəcədə təmin edir.
8. Nitqin yığcamlığı.
Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur. Böyük sənətkarlar yığcamlığın istedadla bağlı olduğunu göstərirlər. Kamil adamlar həmişə deyəcəklərini ölçüb-biçmiş, geniş mətləbləri yığcam şəkildə ifadə etməyə, başqalarının vaxtını almamağa, onları yormamağa çalışmışlar. Nitq həm də dəqiq olmalıdır. Bu, nitqdə yığcamlığı yaradır. Dəqiqlik sözün öz istinad nöqtəsi, yəni onun ifadə etdiyi məfhumla bağlandığı zaman mümkün olur. Bunun üçün danışanın, yazanın nitqin predmetinə yaxşı bələd olması, fikrə uyğun münasib sözlər, ifadələr işlədə bilməsi, çoxmənalı sözlər, omonim, sinonim, antonimlərdən yerində istifadə etməsi əsas şərtdir. Sözlər seçilərkən sözün mənası, emosional-ekspressiv rəngi, üslubi səciyyəsi, işlənmə dairəsi, qrammatik tərkibi də nəzərə alınmalıdır. Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır. Bu, nitqdə sözçülüyə, uzunçuluğa qarşı qoyulan bir anlayışdır. Sözçülük, əsasən, iki formada özünü göstərir: a) nitqdə artıq, lüzumsuz sözlərin, ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə dəfə ifadə olunması; b) çox danışmaq, uzunçuluq, çərənçilik. Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və başqasının danışığına bu cəhətdən tənqidi münasibət bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı bacarmalıdır.
9. Nitqin təmizliyi.
Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir. Bu o deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri nitqdə işlədilməməlidir. Nitqin təmizliyi digər mədəni keyfiyyətlər kimi, danışanın təhsili, mədə- niyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır. Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır: 1) Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir. Məlumdur ki, əhalinin böyük hissəsi ədəbi dildən, müəyyən qismi isə dialekt və şivələrdən istifadə edir, ayrı-ayrı dialekt şəraitində yaşayanlar sözləri həmin yerin danışıq tərzinə uyğun işlədirlər. Çox halda bu danışıq savadlı təbəqənin – ziyalıların da nitqində özünü büruzə verir. 2) Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Bəzi hallarda natiqlər heç bir ehtiyac olmadan nitqlərini çətin, mənası çoxları üçün aydın olmayan terminlərlə doldururlar ki, nəzərdə tutulan fikir, məzmun bu terminlərin kölgəsində itib-batır, mətləb dinləyici üçün aydın olmur. 3) Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Bəziləri danışıq zamanı qurmaq istədikləri cümlələri tamamlaya bilmir zəruri sözləri tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən danışan yersiz fasilələr etmək məcburiyyətində qalır, mətnlə əlaqəsi olmayan sözlər, ifadələr işlətməli olur. 4) Jarqon sözlərin və ifadələrin işlədilməsi nitqin təmizliyinə xələl gətirir, onun keyfiyyətini aşağı salır. 5) Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə yer verilməməlidir. Belə sözlərlə ifadə olunan alçaldıcı ekspressiyanı ünvanlanan adamlar təhqir kimi qəbul edirlər. İctimai yerlərdə belə sözlərin işlədilməsi heç bir mənada xoş təsir bağışlamır. Vulqarizmlər dili zibilləyir, onların nitqdən kənarlaşdırılması uğrunda həmişə ciddi iş aparılmalıdır.
10. Nitqin düzgünlüyü.
Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox zaman göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin nitqin düzgünlüyü üçün təkcə qrammatik qaydaları gözləmək kifayət deyildir. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Nitqin düzgünlüyü üçün başlıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, gerçəkliyin hadisə və predmetlərini olduğu şəkildə əks etdirməsidir. Nitqə verilən tələblərdən biri də onun səmimiliyidir. Natiq öz çıxışı ilə onu dinləyənləri inandıra, onların ürəyinə yol tapa bilməlidir. Bu baxımdan ulu öndərimiz H.Əliyevin çıxışlarını, söhbətlərini nümunə kimi göstərmək olar. Dərin məntiqə, mənaya əsaslanan bu çıxışlar cazibəli, sadə, səmimi idi. O, xalqla onun öz dilində danışardı. Çıxışlarında “xalq hər şeyi bilməlidir, xalqdan heç nəyi gizlətmək olmaz” kimi prinsipləri rəhbər tutaraq dinləyiciləri inandıra, qəlblərə yol tapa bilir, izahedici nitqi ilə insanları müstəqilliyimiz uğrunda mübarizə aparmağa, nailiyyətlər əldə etməyə səsləyir və buna nail olurdu. Nitqdə reallıqdan uzaqlaşma, əsasən, iki səbəbdən irəli gəlir: birincisi, mühazirəçinin bilərəkdən faktları, hadisələri, onların səbəb və nəticələrini təhrif olunmuş şəkildə şərh etməsi. Natiq öz cümlələrində şey, zad, uje, mejdu proçim və s. kimi artıq sözlər işlətməkdən çəkinməlidir. Eləcə də deməli, haradasa, mənə belə gəlir, elə bil ki, məsələ burasındadır ki, təbii ki, göründüyü kimi söz və ifadələr təkrar-təkrar işləndikdə nitq ağırlaşır, dinləyicinin diqqəti fikrin məzmunundan yayınır. Belə danışıq tərzi çox vaxt rişxəndə və gülüşə səbəb olur. Şifahi nitqin qüsurlarından biri də cümlələrin məntiqi, qrammatik baxımdan düzgün qurulmamasıdır. Cümlə qurmaqla bağlı qüsurun bir səbəbi də nitqdə, xüsusən məruzə və mülahizələrdə həcmcə böyük cümlələrin işlədilməsidir, Belə cümlələr çox zaman 50 nitqi ağırlaşdırır, məzmunun dinləyiciyə çatmasını çətinləşdirir. Cümlələrdə sözlərin yeri dar, fikirlərin yeri isə geniş olmalıdır.
11. Nitqin zənginliyi.
Bu, nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur. Nitqin zənginliyi üçün başlıca meyar danışanın geniş söz ehtiyatına malik olmasıdır. Hər bir savadlı və mədəni şəxs daima öz lüğət ehtiyatının artırılması qayğısına qalmalıdır. Bunun üçün ən səmərəli vasitə radio və televiziya verilişlərini dinləmək və mütaliəni genişləndirməkdir. Lüğətin artırılması üçün digər və ən səmərəli yollardan biri də mütaliədir. Bədii, elmi-kütləvi, publisistik, fəlsəfi və s. əsərlərin müntəzəm şəkildə mütaliəsi söz ehtiyatının artırılmasına səbəb olur. Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən bir də intonasiyadır. Bu o deməkdir ki, söylənilən fikirlər, onlara münasibət insanın keçirdiyi hissi hallar uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik olsun, danışan intonasiya elementlərindən düzgün istifadə etməyi bacarsın və s. Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun məzmun cəhətdən dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ yeni olsun, həm də hərtərəfli şəkildə, sübutlarla, dəlillərlə, həyati misallarla, dinləyicini qane edəcək bir formada şərh edilsin. Nitqin zənginliyindən danışarkən bu keyfiyyəti yaradan digər vasitələri – dilin qrammatik və üslubi imkanlarından səmərəli şəkildə istifadə olunması, danışanın intellektuallıq səviyyəsi, təfəkkürünün fəallığı və sairəni də nəzərə almaq lazımdır.
12. Nitqin sadəliyi, təbiiliyi.
“Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Nitqin sadəliyinin pozulma hallarından biri sözçülük, ağır və uzun cümlələr işlətmək, cümləpərdazlıq, yaxud ibarəpərdazlıqdır. Sözçülük, eyni fikrin təkrar-təkrar ifadəsi daha geniş yayılmış nöqsandır. Nitqin sadəliyinin pozulma səbəblərindən biri də anlaşılmayan və ya az anlaşılan söz və terminlərin işlədilməsidir. Burada da natiq öz bilik və hazırlığının yüksək səviyyədə olmasını nümayiş etdirmək məqsədilə ehtiyac olmadığı halda terminlərdən, mürəkkəb tərkiblərdən istifadə edir ki, bu nitqi bayağılaşdırır, onun anlaşılmasını çətinləşdirir. Natiq dinləyicinin başa düşəcəyi bir dildə danışmalı, mənası çətin anlaşılan söz və söz birləşmələrini işlətməkdən çəkinməlidir.
13. Nitiqin orijinallığı.
Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur, bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır. Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki, bunlardan birincisi fərdi tələffüz tərzidir. Nitqin tələffüz baxımından fərqlənməsi, nəzərə çarpması aşağıdakı amillərlə daha çox bağlı olur: 1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü. 2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü. 3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq. 4. Bir qədər astadan danışmaq, nitq fasilələrində daha münasib sözlər fikirləşib tapmaq və nitqini davam etdirmək. 5. Danışıq və xüsusən oxu prosesində intonasiya çalarlarından daha bacarıqla, məzmuna uyğun şəkildə istifadə edə bilmək. 6. Danışanın səciyyəvi söz, ifadə, sitat, sintaktik konstruksiyalar, frazeoloji ifadələr, aforizmlər, atalar sözü, zərb-məsəllər və s. işlətməsi, nitqin xüsusi tərzdə qurulması. İctimai yerdə çıxış edən öz məqsədini aşkarlamaq, fikirlərini dinləyicilərə asan, aydın, ifadəli, həm də maraqlı bir şəkildə çatdıra bilmək üçün daha münasib, işlədilməmiş sözlərdən, ifadələrdən istifadə etməyə, cümlələr qurmağa çalışır. Bu orijinallıq nitqin qurulmasında daha çox nəzərə çarpır. Nitqin orijinallığına xələl gətirən səbəblərdən biri mühazirəçinin hazır, basmaqəlib ifadələr işlətməsidir. Natiq bu tipli ifadələri işlətməkdən mümkün qədər çəkinməli, bunun əvəzinə daha uyarlı ifadələrdən istifadə etməklə nitqini aktuallaşdırmalıdır.
14. Nitqin münasibliyi.
Dil ünsiyyəti müxtəlif şəraitdə, müxtəlif tərzdə və məzmunda olur. Nitq məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə və s. görə müxtəlif şəkildə təzahür edir. Şəraitə uyğunluq gözlənilməzsə, nitq fikri ifadə edə, ona adekvat ola bilməz. Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır: Ünsiyyət neçə şəxs arasındadır?; Danışan kimdir?; Dinləyən kimdir?; Nitqin məzmunu, məqsədi, istiqaməti necədir?; Danışan nə haqda məlumat verir?; Nəyi sübut etmək istəyir?; Qarşıya qoyulan məqsəddən, dinləyicilərin tərkibindən və səviyyəsindən və s. asılı olaraq nitqdəki sözlər, ifadələr, sintaktik konstruksiyalar müxtəlif olur. Natiqlik praktikasında nitqin şəraiti, münasibliyi həmişə nəzərə alınmalıdır. Televiziya verilişlərində çıxış edənlər bəzən vaxtın azlığından gileylənir və təəssüflənirlər ki, çox şeyi deyə bilmədilər. Burada, şübhəsiz, günah natiqin özündədir. Nitq şəraitinin müəyyənləşdirilməsi, ona müvafiq mühazirə oxumaq və digər praktik işləri həyata keçirmək hamıdan çox müəllimə lazımdır. Bəzən ali, həm də orta məktəb həyatında tələbələrin məşğələlərdə passivliyindən, etinasızlığından, laqeydliyindən, intizamsızlığından şikayətlənirlər. Mitinqlərdə, geniş kütlə qarşısında çıxış edən natiqin danışıq tərzi, xüsusən sintaksisi digərlərindən fərqlənir. Belə natiqin cümlələri, əsasən, qısa olur, o, danışığında mübariz şüarlara, çağırışlara, sual və nida cümlələrinə, canlı sözün təsirini, effektliyini artıran digər vasitələrə daha çox üstünlük verir.
15. Nitqin rabitəliliyi.
Natiq fikrini sərbəst, aydın, ardıcıl, yığcam və təsirli ifadə edə bilmək üçün ədəbi tələffüz qaydalarını gözləmək, cümlələri düzgün qurmaq, sözləri yerli-yerində işlətməklə yanaşı, nəzərdə tutduğu məzmunu özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. Başqa sözlə, nitq həm də rabitəli olmalıdır. Nitqin rabitəliliyi üçün aşağıdakılara əməl edilməlidir: 1. Nitq məzmunca dolğun olmalıdır. Bunun üçün natiq nitqin predmetini – haqqında danışacağı əşyanı, hadisəni, əhvalatı və sairəni yaxşı mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk etməlidir. 2. Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır. Başqa cür desək, fikrin izah olunması ardıcıllığı məntiqə əsaslanmalıdır. Məsələn, tutaq ki, mühazirəçi Azərbaycan dilinin orfoepiyası barədə danışmağı (yazmağı) planlaşdırmışdır. O, fikirlərini belə bir ardıcıllıqla şərh etməlidir. 1) Orfoepiya haqqında məlumat, orfoepiya anlayışı, 2) Orfoepik qaydalara əməl olunmasının vacibliyi. 3) Orfoepiyanın orfoqrafiya ilə əlaqəsi. Onların oxşar və fərqli cəhətləri. 4) Azərbaycan dili orfoepiyasının tarixi, onun formalaşması və inkişafı. 5) Müasir Azərbaycan dili orfoepiyasının əsas qaydaları: a) saitlərin tələffüzünə aid qaydalar; b) samitlərin tələffüzünə aid qaydalar; c) bəzi qrammatik formaların tələffüzünə aid qaydalar. 3. Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır. Natiq şərhində əsas məsələ üzərində xüsusi dayanmalı, söhbətin mahiyyətini dinləyiciyə çatdırmalıdır. 4. Natiq öz sözü, cümləsi, düşüncəsi, üslubu ilə danışmalıdır. Özgə dili ilə, hazır cümlələrlə danışmaq nitqin keyfiyyətini aşağı salır, onu canlılıqdan məhrum edir.
16. Nitqin ifadəliliyi.
Natiq fikrini düzgün, aydın, məqsədəuyğun ifadə etməklə yanaşı, onu cazibəli, təsirli, emosional bir formada verməyi, dinləyicinin qəlbinə, zehninə nüfuz edə biləcək inandırıcı dil vasitələrindən istifadə etməyi də bacarmalıdır. Parlaq, kəskin, orijinal, ifadəli nitq dinləyicilərin hisslərinə təsir edir, marağını artırır, diqqətini cəlb edir, fikrin məzmununu yaxşı dərk etməyə kömək göstərir. Dinləyicilər natiqin mühazirələrindən ona görə razılıq edirlər ki, onun danışığı aydın, məzmunludur. Nitqdə ifadəlilik, emosionallıq müxtəlif vasitələrin köməyi ilə yaranır. Bura daxildir: intonasiya(melodiya, temp, tembr, vurğu, pauza, ritm, səsin gücü, səsin diapazonu), leksik vahidlər: sinonim və antonimlər, frazeoloji birləşmələr, atalar sözü, zərbi-məsəllər, məcazi mənalı sözlər, birləşmələr, təkrarlar, ritorik fiqurlar, emosional nidalar və s. Sözlərin əsas mənasına əlavə rəng, çalarlıq verən bu ifadəlilik vasitələrinin köməyi ilə natiq ən incə mətləbləri dinləyicilərə çatdırır. Dilimiz intonasiya cəhətdən olduqca zəngindir. Bu dil nitq prosesində rəngarəng məna çaları kəsb edir. İntonasiya çalarları vasitəsilə müxtəlif emosional vəziyyətlər: qorxu, qayğı, qərəz, qəm, məğrurluq, əsəbilik, dəhşət, etinasızlıq, məftunluq, məyusluq, nigarançılıq, nəşə, həyəcan, təlaş, təşviş, təskinlik, təntənə, pərtlik, lovğalıq, laqeydlik, coşqunluq, həya, sevinc, acıq, şübhə, təkəbbür və s. ifadə olunur. ntonasiya həm danışıq, həm də oxu prosesi ilə bilavasitə əlaqədar olan ən xarakterik tələffüz hadisəsidir. Ünsiyyət prosesində danışan məqsədinə müvafiq şəkildə nitqinə müxtəlif səs tərtibatı verir.
17. Nitqin intonasiyası.
İntonasiya həm danışıq, həm də oxu prosesi ilə bilavasitə əlaqədar olan ən xarakterik tələffüz hadisəsidir. Ünsiyyət prosesində danışan məqsədinə müvafiq şəkildə nitqinə müxtəlif səs tərtibatı verir. Başqa sözlə, danışıq prosesində təfəkkür fəaliyyətinin nəticəsi olan nitq rəngarəng intonasiya çalarına, boyalığına malik olur. İntonasiya nitqdə elə incə emosional münasibətlər yaradır ki, heç bir formal əlamət onu yarada bilməz. İntonasiya cümlənin, ifadənin, ayrıca götürülmüş sözün təsir qüvvəsini nəinki artıra, onun əslində ifadə etdiyi mənanı təhrif edə, ya da tamamilə əks mənada başa düşülməsinə səbəb ola bilər. Natiq oxusu üzərində aparılan müşahidələr göstərmişdir ki, danışıq, xüsusən mətnlərin qiraəti zamanı intonasiya qaydalarının pozulması ilə bağlı qüsurlara yol verilir. Normal intonasiyadan uzaqlaşmanın bir halı danışıq və oxuda sürətin həddindən artıq olmasıdır. İnformasiyanın aşıb-daşdığı indiki zamanda sürətli danışıq və oxuya üstünlük verilir. Lakin belə oxu sürəti normal oxu, natiqin, müəllimin oxusu baxımından o qədər də xarakterik deyildir. Sürətli danışıq və qiraətdə oxunanları və söylənilənləri tutmaq, anlamaq, mənimsəmək bir qədər çətin olur.
18. Nitqdə vurğunun rolu.
Vurğu intonasiyanın əsas ünsürlərindəndir. Dilçilik ədəbiyyatında onun üç növündən – söz vurğusu, məntiqi vurğu və həyəcanlı vurğudan bəhs olunur. Söz vurğusu. Söz vurğusu nitqdə, əsasən, iki vəzifəni yerinə yetirir: a) sözlərdə forma gözəlliyi yaradır; b) yeni məna əmələ gətirir. Bunlardan birincisi fonetik, ikincisi fonosemantik vəzifədir. Vurğunun düzgün tələffüzü alınma sözlərin deyilişində xüsusi əhəmiyyət kəsb edir. İşlətdiyimiz alınmalar vurğunun yerinə görə üç qrupa bölünür: a) vurğusu birinci hecada olan sözlər; b) vurğusu orta hecada olan sözlər; c) vurğusu son hecada olan sözlər; Məntiqi vurğu. Cümlənin ayrı-ayrı hissələri, cümlə üzvləri kommunikativ yüklənmə əsasında düzülür. Cümləni təşkil edən sözlərin hecaları vurğuya görə fərqləndiyi kimi, cümlədəki müəyyən bir söz – kommunikativ yüklü söz də başqalarına nisbətən fərqli deyilir. Həyəcanlı vurğu. Nitqin emosionallığını artıran vasitələrdən biri də həyəcanlı vurğudur. “Məntiqi vurğu ilə danışan şəxsin əvvəlcədən xüsusiləşmiş halda nəzərdə tutduğu məna ifadə olunur. Həyəcanlı vurğu ilə isə daha çox danışıq prosesində yaranan duyğular, hiss-həyəcan ifadə olunur”. Bu zaman sözün bir səsi – saiti, yaxud samiti daha gərgin, daha güclü və uzadılaraq tələffüz edilir. Dilçilikdə həyəcanlı vurğunun iki şəklindən bəhs olunur: a) samitin həyəcanlı tələffüzü; b) saitin həyəcanlı deyilməsi.
19. Nitqin melodikliyi.
Nitq zamanı səs gah alçalır, gah da yüksəlir. Səsin müəyyən intervalda alçalıb qalxması musiqidə olduğu kimi, nitqdə də melodikliyi əmələ gətirir. Nitqin bu keyfiyyəti hissi halların ifadəsi kimi meydana çıxır. Həyatda temperamentsiz, hissiz adamların nitqi melodiklik baxımından zəif olur. İnsanın emosional həssaslığı nə qədər çox olarsa, onun nitqinin melodik ifadəliliyi bir o qədər zəngin olar. Cümləyə məxsus melodiya məntiqi və psixoloji olmaqla iki funksiyanı yerinə yetirir. Məntiqi funksiyalı cümlə melodiyasında melodik dəyişikliyin hamısı bir cümlə daxilində baş verir, yəni cümlənin əvvəlində fikrin inkişafı ilə əlaqədar səs tonu yüksəlirsə, cümlənin sonuna doğru alçalmağa başlayır. Melodiya ilə durğu işarələri arasındakı münasibət fasilə ilə durğu işarələri arasındakı münasibətin demək olar ki, eynidir. Belə ki: 1. Vergül bütün hallarda nitq tonunun yüksəlməsini tələb edir. 2. Nöqtədə səs tonu aşağı enir. 3. Nöqtəli-vergülün melodiyası nöqtənin melodiyasına yaxındır. Bu işarə qoyulan yerdə səs tonu bir qədər aşağı enir. 4. İki nöqtədə səsin tonu alçalır. 5. Tire və mötərizə ilə cümlənin digər üzvlərindən ayrılan sözlər enən intonasiya ilə oxunur. Bu işarədən sonra gələn söz mötərizədən, tiredən əvvəlki sözün intonasiyasına uyğun şəkildə deyilir və oxunur. Cümlə melodiyası psixoloji funksiya da daşıyır. Bu melodiya danışanın daxili hisslərini vermək üçün əsas və başlıca vasitədir. Melodiyanın psixoloji funksiyası, bir növ, onun məntiqi funksiyasını tamamlayır. Başqa sözlə, nitq prosesində insan ağlının səsi onun hisslərinin səsi ilə birləşir.
20. Sintaktik quruluşların tələffüzü.
Nitqimizi təşkil edən sözlər, birləşmələr və cümlələr rəngarəng intonasiya çalarına, deyiliş tərzinə malikdir. İntonasiyadan söhbət gedərkən, adətən, sintaktik quruluşların, xüsusən cümlələrin deyilişi, tələffüzü nəzərdə tutulur. Nəqli cümlənin tələffüzü. Nəqli cümlənin əvvəlində səs tonu yüksəlir müəyyən sözlərdən sonra çox da böyük olmayan fasilə edilir, cümlənin sonunda səs tonu alçalır. Bu cümlələr arasında davamlı fasilə edilir. Sual cümlələrinin tələffüzü. Sual cümlələrinə məxsus intonasiya elə böyük əhəmiyyət kəsb edir ki, çox halda o, sual cümləsini yaradan yeganə vasitə olur. Bu intonasiya daha çox məntiqi vurğu ilə əlaqədardır. Nida cümləsinin tələffüzü. İntonasiya təkcə səs tonunun qalxması və enməsi ilə deyil, səsin müxtəlif rənglər, çalarlar üzrə dəyişməsi ilə də xarakterizə olunur. Səsdəki bu cür rəngarəngliyin toplusu nida intonasiyasını əmələ gətirir. Həmcins üzvlərin tələffüzü. Həmcins üzvlərin də özünəməxsus intonasiya çalarları vardır. Aralarında bağlayıcı olmayan həmcins üzvlər sonuncudan başqa, sadalama intonasiyası ilə söylənilir. Xitabların tələffüzü. Ünsiyyət zamanı kommunikativ əlaqəni yaradan başlıca vasitələrdən biri xitablardır. Xitablar adi danışıqda, məruzə, mühazirələrdə və s. çox işlənən sözlərdir. Danışan xitab vasitəsilə müəyyən hədəfə özünün məhəbbət, mərhəmət, kin, qəzəb və s. hisslərini ifadə edir. Ara sözlərin deyilişi. Ara sözlər xitablar kimi cümlə üzvlərindən müəyyən fasilə ilə ayrılır. Bu fasilənin müddəti, əsasən, xitablarda edilən fasiləyə bərabər olur.
21. Nitqin növləriI dialoji, monoloji.
Dialoji nitq. Bu nitq fəaliyyətinin bir forması olaraq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır. Burada danışan, daha doğrusu, fikri ifadə edən şəxs əvvəlcə daxilən öz-özünə düşünür, sonra isə xarici nitqə keçir, demək istədiyini sözlə ifadə edir. Fikri qəbul edən əvvəlcə dinləyir, sonra düşünür, daxili nitqdən xarici nitqə keçərək müsahibinə müvafiq cavab verir. Nitqin dialoji forması mükalimə də adlanır. O, danışıq dili üçün səciyyəvi, yığcam və ixtisar olunmuş nitqidir. Orada ifadələr bir qədər qısa, sintaktik quruluşlar sadədir. Yarımçıq cümlələrdən daha çox işlədilir. Nitqin bu növündə digər vasitələrdən də – jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur. Dialoji nitqdə intonasiya mühüm rol oynayır. Monoloji nitq. Dialoji nitqlə müqayisədə monoloji nitq struktur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın müsahibi ilə əks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Nitqin bu formasında danışan fikrən və ya yazılı şəkildə plan tutur, şərh edəcəyi məzmunu vermək üçün ona, necə deyərlər, dil donu geyindirir. Hansı sözlərdən, ifadələrdən istifadə edəcəyini, nitqini necə başlayacağını və quracağını və s. özü üçün müəyyənləşdirir.
22. Yazılı və şifahi nitq.
Nitq mədəniyyətindən söhbət gedəndə, adətən, onun (nitqin) şifahi forması nəzərdə tutulur, yazılı nitq bu anlayışa daxil edilmir. Ədəbi dilin şifahi və yazılı formalarının hər birinin özünəməxsus xüsusiyyətləri, bu səbəbdən irəli gələn fərqli cəhətləri vardır. Həmin fərqlər dilçilik ədəbiyyatında aşağıdakı şəkildə göstərilir: 1. Yazılı nitqin ifadə vasitələri hərf və yazı, şifahi nitqin ifadə vasitələri səs və sözdür; 2. Yazılı nitq sərbəst və müfəssəl bir ünsiyyət formasıdır. Burada həmsöhbətlə əks əlaqə olmur. 3. Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə geniş yer verilir, yazılı ədəbi dildə isə elmi, texniki, siyasi və digər terminlər daha çox işlədilir. 4. Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur, yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə edilir. 5. Şifahi ədəbi dildə yarımçıq cümlələrə, qısa replikalara, yazılı ədəbi dildə isə bütöv, mürəkkəb cümlələrə daha geniş yer verilir. Buna görə də yazılı dilin sintaksisi daha mürəkkəb olar. 6. Şifahi ədəbi dil fikrin əsas incəliklərini, müxtəlif intonasiya çalarlarını özündə əks etdirən canlı dildirsə, yazılı nitq bir növ sünidir, bu keyfiyyətə istənilən səviyyədə malik deyildir. 7. Ədəbi dilin şifahi formasında fikrin ifadəsi üçün yardımçı vasitələrdən – mimika, jest və bədən hərəkətlərindən istifadə olunur. 8. Şifahi ədəbi dil müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək nəslə çatdıra bilmir. 9. Şifahi ədəbi dilin tempi sürətli, yazılı ədəbi dilin tempi isə aşağıdır, zəifdir. Deyilənlərdən aydın olur ki, yazılı nitq tam, dəqiq, subyekt və predikatı olan nitqdir, müfəssəl və böyük quruluş mürəkkəbliyinə malikdir.
23. Təşkil olunmuş nitq.
Təşkil olunmuş nitq deyəndə monoloji nitq nəzərdə tutulur. Adından məlum olduğu kimi, əvvəlcədən planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir. Bu nitq üçün hazırlaşmaq, plan tutmaq, ədəbiyyat oxumaq, mövzunun əhatə edilməsi, fikrin ardıcıllığına nail olmaq üçün qeydlər aparmaq, ifadə olunacaq məzmunu dərk etmək, onun dinləyiciyə daha yaxşı çata bilməsi üçün münasib sözlər seçmək, cümlələr qurmaq, müvafiq söyləmə tərzi – intonasiyanı müəyyənləşdirmək və s. lazım gəlir. Məlumatı səthi, lüğət ehtiyatı zəif olan adamlar danışıq prosesində qurmaq istədikləri cümlələri tamamlamaqda, zəruri sayılan sözləri seçməkdə çətinlik çəkirlər və lüzumsuz fasilələrə yol verirlər. Belə fasilələrdən can qurtarmaq üçün danışan çox zaman mətləbə heç bir dəxli olmayan tüfeyli söz və ifadələr işlədir. Natiq belə bir vəziyyətlə qarşılaşmamaq üçün söyləyəcəyi fikri qeydlər şəklində yazıya köçürməli, sonra onu şifahi şəkildə ifadə etməlidir. Bu cür təşkil olunmuş nitqdə aşağıdakılar nəzərə alınmalıdır: a) söhbətə maraqlı, cəlbedici, yığcam giriş verə bilmək; b) məzmun ilə bağlı faktlar, misallar, nümunələr toplamaq, onları nitqdə məqamına görə işlətmək; c) nitqin məzmununu yazmaq; ç) nitqi yaddaşına köçürmək, dəfələrlə məşq edib, söyləmək; d) mövzunu dinləyicilərin qarşısında şərh etmək. Mühazirəçi nitqin göstərilən hər iki formasından istifadə bacarığına yiyə- lənməlidir. Xüsusən, spontan nitqə daim hazır olmalı, hər hansı bir şəraitdə öz fikrini toplamağı, sistemləşdirməyi, onu münasib sözlərlə, ifadələrlə başqalarına çatdırmağı bacarmalıdır.
24. Fonetik norma.
Ədəbi dilin səs sistemi də normalar əsasında tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son hecasının ahənginə uyğun olaraq onlara qoşulur. Əgər binalar, anam, almaq, gəlmək kimi sözlərdə şəkilçilər bunalər, anəm, almək, gəlmax şəklində işlədilirsə, bu, fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi tərkibində e, o, ö saitləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, gəler, alacek kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər o`xu, da`ha, ba`şla, a`rzu, i`sim, si`fət kimi tələffüz olunursa, yaxud mənəvi, mavi, vadar kimi sözlərin birinci hecasındakı qısa tələffüz olunursa bu da fonetik normadan uzaqlaşmadır. Dilimizin orfoepik qaydaları fonetik normalara əsaslandığından təkrara yol verməmək üçün bu barədə ədəbi tələffüzlə bağlı hissədə bir qədər geniş söhbət açmağı lazım bildik.
25. Leksik norma.
Leksik normalar sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş işlənməsi, mənasının asan dərk olunması və s. baxımından uyarlısının müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir. Bu normalara görə sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul sayılmır: a) sözlərin yerli şivə və dialektlərdə işlənən və ümumiyyət tərəfindən az anlaşılan variantları: məs.: cəviz (qoz), sərək (ağılsız), soruq (döşəkağı), qəlbi (hündür), tumo (zökəm) və s. b) köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər daxildir. Məsələn, çuxa, əba, xış, badya (qab), dünğ, kəndxuda, suç, çuar (su çuarı) və s. c) loru sözlər və ifadələr. Məsələn, zırpı (böyük), lələş, qağa, fışqırıq, dürtmək, anqırmaq, bağırmaq, böyürmək və s. ç) sözlərin yerində işlənilməməsi. Məsələn, Azərbaycan xalqı yaxşı yaşamağa məhkumdur (layiqdir əvəzinə); Biz bunlara müdaxilə göstərməyə (etməyə əvəzinə) çalışdıq; Adama necə də həzz verirdi (ləzzət verirdi əvəzinə). Bu il havaların pis keçməsilə bağlı qəbahət (çətinlik əvəzinə) yaranmışdır; İcazə verin sizdən bir sual soruşum (sual verim əvəzinə) və s. e) söyüş xarakterli sözlər, ifadələr.
26. Qrammatik norma.
Dilin qrammatik quruluşunun nitq prosesində fəaliyyətini nizamlayır. Bu normalara dilin öz təbiəti, qanunauyğunluğu, dildə axıcılıq, rəvanlıq, ardıcıllıq və s. tələblərin gözlənilməsi baxımından məqbul sayılan əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin sıralanması, qrammatik kateqoriyaların işlənməsi və s. ilə bağlı qaydalar daxildir. Bir qrammatik qaydaya görə cümlədə və ya abzasın əvvəlində işlənilən isimlər sonra gələn cümlədə şəxs əvəzlikləri və ya münasib sözlərlə, ifadələrlə əvəz olunmalıdır. Deyilənlərdən əlavə digər kateqoriyaların, məsələn, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və sairənin ədəbi dildə işlədilməsi ilə bağlı qrammatik normalar mövcuddur. Həm yazılı, həm də şifahi nitqdə qrammatik normalardan uzaqlaşma halları tez-tez müşahidə olunur. a) Uzlaşma əlaqəsinin pozulması ilə bağlı qüsur: Bir neçə maşın torpaqları həyətə tökdülər. b) İdarə əlaqəsinin pozulması ilə bağlı qüsur: Ustalar 1400 oturacaq stullar təmir etdilər. c) Yanaşma əlaqəsinin pozulması ilə bağlı qüsur: Azərbaycanın bütün həyatının sahələri Avropaya inteqrasiya olunur
d) Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı qüsur: Ona müvəffəqiyyət uğuru arzu edirəm.
27. Tələffüzün üslubları.
Nitq ünsiyyəti onun şəraitindən asılı olaraq müxtəlif şəkillərdə qurulur. Nitqin şəraiti deyiləndə aşağıdakılar nəzərdə tutulur: a) müraciət edilən adam kimdir?; b) müsahibin miqdarı bir adama, iki və daha çox adama, böyük bir auditoriyaya müraciət olunur. c) danışıq harada gedir?; ç) söhbət nə haqdadır?; d) söhbət nə məqsədlə aparılır?. Yuxarıda qeyd olunan şəraitdən, məqsəddən və digər amillərdən asılı olaraq yaranan müxtəliflik nitqin həm leksikası, həm sintaksisi, həm də tələffüzündə özünü göstərir. Normativ üslub. Ədəbi tələffüz normaları əsasında yaranan üslub normativ üslub adlanır. Normativ üslub orfoepiyanın əsasını təşkil edir. Kitab üslubu. Bu üslubda danışanlar, oxuyanlar sözlərin yazılışını, hərf tərkibini əsas götürür və belə başa düşürlər ki, sözlər nə cür yazılırsa, elə də tələffüz olunmalıdır. Adi danıĢıq üslubu. Dil ünsiyyətinin geniş forması bu üslubda aparılır. Adi danışıq üslubunun özünəməxsus xüsusiyyətləri vardır. Məsələn, normativ üslubda mənimçün, bizdən ötrü, stəkan, bacarmaq kimi tələffüz olunan sözlər adi danışıq üslubunda məmcün, bizzənötrü, istəkan, başarmaq kimi tələffüz edilir.
28. Nitqin üslubları. Fonetikanın üslubi imkanları.
Mədəni nitqə yiyələnmək üçün dilin yalnız leksik-qrammatik normalarını gözləmək kifayət etmir. Bunun üçün nitq üslubi cəhətdən də düzgün qurulmalıdır. Yəni danışarkən elə sözlər seçilməli, cümlələr elə qurulmalıdır ki, fikir dəqiq və aydın ifadə oluna bilsin. Natiq Azərbaycan dilinin fonetik, leksik və qrammatik imkanlarını həm nəzəri, həm də praktik cəhətdən öyrənməli, nitqin dəqiqliyi, yığcamlığı, ahəngdarlığı, bədiiliyi üçün üslubi imkanlardan yerində, ünsiyyətin tələblərinə uyğun istifadə etməyi, ədəbi dilimizin ifadə vasitələrindən konkret şəraitlə bağlı yararlanmağı bacarmalıdır. Fonetikanın üslubi imkanları. Fonetik vasitələr nitq prosesində işlənmə yerinə, məqamına görə müəyyən üslubi mahiyyət kəsb edir ki, onlardan ən başlıcası ahəngdarlıqdır. Ahəngdarlıq nitqin səlisliyi, gözəlliyi, onun dinləyənə xoş təsir bağışlamasıdır. Dilimizdəki təkhecalı, eləcə də çoxhecalı sözlərin müəyyən bir qismi son hecadakı səsə görə həmqafiyə olur. Məsələn: Təkhecalı sözlər: Aş, baş, daş, yaş, qaş; Çoxhecalı sözlər: dəniz, əkiz, bəniz, bəyaz, Araz; Bəzən söz birləşmələrinin tərəfləri də eyni səslə başlayıb həmahəng olur. Məsələn: taxıllı tarlalar, yamyaşıl yamaclar və s.
29. Leksikanın üslubi imkanları.
Danışıq zamanı üslubi effekt və səlislik yaratmaq, lüzumsuz təkrarlara yol verməmək, fikin daha təsirli, ifadəli və dəqiq ifadə edilməsi məqsədilə rəngarəng sinonimlərdən istifadə olunur ki, onlar nitqin təsir gücünü artırır, emosionallıq və ekspressivlik yaradır ki, onlar incə məqamları ifadə etmək üçün geniş və rəngarəng üslubi imkanlara malikdir. ksik vasitələrdən, o cümlədən sinonimlərdən istifadə şifahi nitqə bir növ yaradıcı xarakter verir. Natiqlər, müəllimlər və başqaları hərə öz bacarığı, nitq tutumu və lüğət ehtiyatının səviyyəsi dairəsində sinonimlər işlətməyə çalışırlar. Nitqdə sinonimlərdən aşağıdakı məqsədlərlə istifadə olunur: Nitqdə sinonimlərdən aşağıdakı məqsədlərlə istifadə olunur: a) nəzərdə tutulmuş fikrin daha təsirli, emosional, dəqiq və incə məna çalarında dinləyiciyə çatdırılması; b)məzmundan asılı olaraq müəyyən məna koloriti (məsələn, komiklik, liriklik və s.) yaratmaq; c) nitqin etik normalarını gözləmək, dil vahidlərindən ictimai nəzakət qaydalarına uyğun istifadə etmək, kobud, qaba, eyibli sözlərin (vulqarizmlərin) işlənməsinə yol verməmək; ç) nitqdə lüzumsuz təkrarlardan qaçmaq. Sinonimlərdən istifadə, hər şeydən əvvəl, sözlərin yersiz təkrarından yaranan nitq qüsurunun qarşısını alır.
30. Bədii təsvir vasitələrinin üslubi imkanları.
Antonim sözlər. Nitq prosesində təzadlı, ziddiyyətli hadisə və əşyaları qabarıq, obrazlı bir şəkildə təsvir etmək, qiymətləndirmək, nəzərə çarpdırmaq məqsədilə antonimlərdən istifadə olunur. Bədii təsvir vasitəsi kimi antonimlər nitqdə lakoniklik, konkretlik, obrazlılıq yaradır. Frazeoloji birləşmələr. Nitqin emosionallığını, obrazlılıq və ifadəliliyini yaradan ən təsirli vasitələrdən biri frazeoloji birləşmələrdir. Məcazi məna kəsb edən bu birləşmələrin nitqdə yaratdığı canlılıq, obrazlılıq onların qarşılığı olan leksik sinonimlərdən qat-qat qüvvətlidir. Bu birləşmələr nə qədər yerli-yerində işlədilsə, nitq bir o qədər zəngin, əlvan və rəngarəng olar. Ulu öndərimiz Heydər Əlıiyevin nitqi bu baxımdan nümunəvi idi. Atalar sözü, zərbi-məsəllər, aforizmlər. Xalq zəkasının, müdrikliyinin ümumiləşdirilmiş bədii ifadəsi olan atalar sözü, zərbi-məsəl və aforizmlərdən ünsiyyət prosesində geniş istifadə olunur. Bu yığcam, müdrik, obrazlı ifadələr öz dərin mənaları ilə yanaşı, gözəl səslənməyə də malikdir. Ritorik sual. Müasir Azərbaycan dilində sual cümləsinin elə bir forması işlədilir ki, bu cümlələr cavab almaq deyil, nitqin təsirini artırmaq, dinləyicini düşünməyə sövq etmək məqsədi daşıyır. Metafora. Metafora yunan sözü olub mənası “məna keçirilməsi” deməkdir. Metafora müxtəlif əşyalar arasında əlaqə – (bənzətmə, oxşarlıq, müqayisə) kimi dərk edib, onları eyni səs tərkibli sözlər adlandırmaqdır.
31. Morfologiyanın üslubla əlaqəsi.
Nitq hissələri dilimizin üslubi cəhətdən zənginləşməsində geniş imkanlara malikdir. Onlar cümlədə həm öz morfoloji funksiyasını yerinə yetirir, həm də nitqin aydınlığını, yığcamlığını, səlisliyini, təsirliliyini təmin edir. Bu baxımdan ismin imkanları daha genişdir. Bu nitq hissəsinin yaratdığı üslubi çalarlıq onun leksik məna növləri, mənsubiyyət, hal, kəmiyyət, xəbərlik kateqoriyaları üzrə dəyişməsində özünü göstərir. İsmin çıxışlıq halı öz morfoloji əlıaməti ilə yanaşı, nəticə məzmununu da ifalı edir. Eyni məzmun müxtəlif hallarla ifadə oluna bilir: Söhbət atamdan gedirdi. Söhbət atam barəsində idi. Söhbət atama aid idi. Sifətin üslubi imkanları digər nitq hissələri ilə müqayisədə genişdir. Bu nitq hissəsinə məxsus sözlər müxtəlif üslubi məqamlarla işlənərək nitqdə dəqiqlik, düzgünlük, ahəngdarlıq yaradır, həm də onu yığcam, obrazlı, təsirli edir. Məsələn: zərif-xəfif, incə- lətif; gözəl-göyçək-yaraşıqlı; bəd-pis-uğursuz və s. Əvəzliklərin məqsədəuyğun işlədilməsi də nitqdə üslubi çalarlıq yaradır. Nitqdə, adətən, üçüncü növ təyini söz birləşməsindəki yiyəlik halda şəxs əvəzliyi ilə ifadə olunub sahiblik anlayışı bildirən birinci tərəf işlənmir. Fel ilə bağlı bir sıra üslubi məqamlar da vardır ki, nitq praktikasında natiq bu incəliklərdən yararlanmağı bacarmalıdır. Məsələn: felin zamanları qrammatik mənaları ilə yanaşı, bəzən üslubi məqamlara da xidmət edə bilir. Qədər və kimi qoşması zaman, məkan və müqayisə hüdudu mənasını yaradır. Axı ədatı sual məzmununu gücləndirməklə bir neçə mənada işlənərək üslubi çalarlıq yaradır.
32. Sintaksisin üslubla əlaqəsi.
Dilin üsluibiyyatla bağlı olan bölmələrindən biri də sintaksisdir. Elə bir sintaktik vahid, quruluş yoxdur ki, nitqin üslubca zənginləşməsində bu və ya digər dərəcədə iştirak etməsin. Bu baxımdan sadə cümlənin məqsəd və intonasiyaya görə növlərinin imkanları genişdir. Əmr cümlələrinin işlədilməsində də fərqli məna çalarları, üslubi məqamlar vardır. Nida cümlələri də danışanın məqsədinə uyğun məna çalarları yaradır ki, bunlar nitqin ekspressivliyini, emosionallığını artırır, təsirini gücləndirir. Nidalar müxtəlif hissi halları – ağrı, təəccüb, təlaş, iztirab, yorğunluq, qorxu, kədər, həsrət, çağırış, müraciət, yalvarış və s. ifadə etməklə fərqli intonasiyalarla söylənilir. Feli sifət, feli bağlama və məsdər tərkiblərinin də fikrin effektli çatdırılması, mənanın qabarıq verilməsi, emosionallığın artırılmasında müəyyən üslubi əhəmiyyəti vardır. Xəbərin mübtəda ilə yerini dəyişməsi. Dağılın buludlar, kəsilin gurultular, sakit olun ildırımlar; Sızlar yada düşəndə ürəyimin telləri, O mehriban, o əziz tələbəlik illəri; Lalə, bəsdir! Onu gəl gözləmə sən, Keçdi üstündən o dəhşətli bulud. Tamamlığın xəbərlə yerini dəyişməsi. Dərdi verək küləklərə, ağlamayaq için-için. Toxum səpək küləklərə, xeyirxahlıq göyərtməkçin. Təyinin təyin olunan sözlə yerini dəyişməsi. Ürək böyük, arzular çox, yollar uzun, səbrimsə az; Buludlar don geydi sarı, qırmızı.
33. Funksional üslublar.
Azərbaycan dilinin müxtəlif inkşaf dövrlərində ünsiyyətin hansı şəraitdə baş verməsi onu şəraitə uyğun formalarda qurmaq, dil vasitələrindən məqsədəuyğun şəkildə istifadə edə bilmək tələbatından dilin üslubları yaranmışdır. Nitqin funksional üslublarından bəhs edərkən bir amili həmişə nəzərdə saxlamaq lazımdır ki, onlar məhz fərdi üslubun hüdudları çərçivəsində fəaliyyət göstərir və bu mənada obyektiv şəkildə mövcud olan müvafiq dil üslublarından fərqlənirlər. Dilçilik ədəbiyyatında onların bir sıra növündən bəhs olunur ki, bunları iki növ üzrə qruplaşdırmaq olar: 1) Kitab üslubu – bura daxildir: bədii üslub, elmi üslub, ictimaipublisistik üslub, rəsmi üslub, şəxsi yazışma – epistolyar üslub; 2) Danışıq üslubu – bura danışıq, məişət, əməli danışıq, sadə danışıq üslubları aiddir. Birinci qrupa daxil olan funksional üslublar, əsasən, yazılı olur. Lakin onlar şifahi ifadə formasında da özünü göstərir. Danışıq üslubu, adından məlum olduğu kimi, nitqin şifahi formasına aiddir. Bu üslubda əsas məqsəd ünsiyyət yaratmaq, müəyyən məlumat vermək və ya almaq, insanlara, şeylərə, hadisələrə, deyilənlərə və s. münasibət bildirməkdir. Azərbaycan dili tədrisinə dair yazılmış metodik ədəbiyyatda danışıq üslubunun aşağıdakı xüsusiyyətləri qeyd olunur: 1) Nitqin məzmunu konkret və müəyyəndir. Abstraksiya bu üslubun təbiətinə yaddır. 2) İfadə, şərhetmə sərbəstdir, sadə və təbiidir; 3) Nitqin predmetinə, deyilənlərə müəllifin subyektiv münasibəti ifadə olunur. Nitq, əsasən, dialoqlar şəklində qurulur. 4) Danışıq nitqinin emosionallığı nitqin qurumuna təsir edir, beləliklə, bu üslub da özünəməxsus cümlə tipləri, sintaktik konstruksiyaların seçilib işlənməsini şərtləndirir. 5) Dil vasitələrinin işlənməsi baxımından müəyyən konkret şəraitdə standartlıq, şablon ifadələr seçilməsi də danışıq üslubunda özünü göstərən üslubi xüsusiyyətlərdən biridir.
34. Bədii üslub.
Bu üslubda yazıçının həyatla bağlı fikir və düşüncələri bədii şəkildə, müxtəlif təsvir vasitələri ilə ifadə olunur. Bədii üsluba bədii dil də deyilir. Bu üslubun tarixi digər üslublarla müqayisədə qədimdir. Bədiilik, müxtəsərlik, yığcamlıq, lakoniklik bədii üslubun əsas xüsusiyyətlərindəndir. Bədii üslubda insanı, onun yaşadığı həyatı təsvir etmək üçün dilimizdəki sözlərin müxtəlif məna qruplarından – omonimlərdən, sinonimlərdən antonimlərdən, məcazların müxtəlif formalarından, hətta vulqar leksika, jarqon, köhnəlmiş və ya dilə yenicə gəlmiş sözlərdən məqamına görə istifadə olunur. Bədii dil iki üsluba bölünür: nəzm və nəsr üslubu. Nəzm üslubunda müəyyən ölçülər: söz və ifadələrin heca tərkibi, bölgü, qafiyə, ritm, sətirdəki sözlərin mütənasib şəkildə növbələnməsi və s. gözlənilir. Daha çox yığcam, mənalı, təsirli, ahəngdar, müsiqili söz və ifadələr işlədilir. Nəsr üslubunda yazılan əsərlərin dili sərbəstdir. Oradakı sətirlərin həcmi və ya xüsusiyyətləri barədə şərtlər qoyulmur. Nəsr üslubunda şeir dilinə nisbətən həqiqi və müstəqim mənalı sözlərə daha çox üstünlük verilir.
35. Elmi üslub.
Bu üslub elmi əsərlərin üslubudur. Elmi üslub bədii üslubdan aşağıdakı xüsusiyyətlərə görə fərqlənir:
1. Terminlərə geniş yer verilir. Məsələn, müasir Azərbaycan ədəbi dilinə aid yazılan əsərdə fonetika, assimilyasiya, dissimilyasiya, qrafika, orfoqrafiya, orfoepiya, leksika, onomalogiya, semasiologiya, frazeologiya, derivatologiya və s.; ədəbiyyatşünaslığın əsasları fənninə dair əsərdə kompozisiya, lirik növ, epik növ, satira, yumor, metafora, sinekdoxa, klassizm, sentimentalizm və s. terminlərdən istifadə olunur. 2. Mücərrəd mənalı sözlər çox işlənir. Məsələn, məfhum, təkamül, quruluş, mitinq, tərbiyə, həyat, kütlə, məğlubedilməz, tərəqqi və s. 3. Beynəlmiləl sözlər və terminlərə daha çox təsadüf olunur. 4. Şərh olunan fikirlər konkret, dəqiq və birmənalıdır. 5. Mürəkkəb cümlə tipinə daha çox üstünlük verilir. 6. Sual və əmr cümlələri, demək olar ki, işlədilmir. 7. Xüsusi yazı işarələrindən istifadə olunur. Məsələn, dilimizin səs sisteminin, dialektlərin tədqiqi zamanı transkripsiya işarələri, eləcə də digər elm sahələrində müvafiq işarələrdən istifadə edilir.. 8. Məsələlər səbəb və nəticə əlaqələribnin müəyyənləşdirilməsi, ümumiləşdirmələr aparılması və nəticə çıxarılması istiqamətində şərh olunur. 9. Elmi üslub yığcamlıq və dəqiqlik tələb edir. Yəni mətləbə dəxli olmayan fikirlərə, yayğın mühakimələrə, uzunçuluğa, ehtiyac olmadan haşiyəyə çıxma hallarına və s. yol verilmir. Deyilənlərdən heç də belə bir nəticə çıxarılmamalıdır ki, elmi üslubda danışan və ya yazan digər üslubların elementlərinə müraciət etməməlidir. Elmi məsələləri şərh edən natiq ehtiyac duyduqda məqsədlərlə bədii dilə məxsus vasitələrdən – obrazlı ifadələr, aforizm, atalar sözü və sairdən istifadə edə bilər.
36. İctimai – publisistik üslub.
İctimai-publisistik üslubda fikirlər ümumən quru, rəsmi dillə ifadə olunur. Emosionallığı, obrazlılığı yaradan dil vasitələrinə – epitet, metafora, inversiya, nida, sual və sairəyə bədii üsluba nisbətən az yer verilir. Lakin bununla belə, qəzetlərdə, jurnallarda oçerk, felyeton və hekayə- lərdən də nümunələr gətirilir ki, bunlar maraqla oxunur, oxucuya yaxşı təsir bağış- layır. Mətbuat üslubunun başlıca xüsusiyyəti dilinin sadəliyi, aydınlığı, mənalılığı, hamı tərəfindən başa düşülməsidir. Dil kasıblığı, söz məhdudluğu bu üslubdakı yazıların oxunması işini çətinləşdirir. Kütlələrə təsir göstərmək, problemlərin həllinə insanlarda maraq oyatmaq, onları bu işə cəlb etmək məqsədini qarşıya qoyan mətbuatın dili, hər şeydən əvvəl, canlı, aydın və anlaşıqlı olmalıdır.
37. Rəsmi üslub.
Rəsmi sənədlər, təlimatlar, qanunvericilik aktları və s. bu üsluba uyğun yazılır, tərtib olunur. İfadə düzgünlüyü, fikir dəqiqliyi, yığcamlıq rəsmi üsluba xas olan xüsusiyyətlərdir. Bu üslubda ümumişlək sözlərlə yanaşı, rəsmi üsluba məxsus leksikadan da istifadə olunur ki, onlar müxtəlif məzmunlu sənədlərin dilinə müvafiq üslubi-semantik çalar, kolorit verir. Dilçilik ədəbiyyatında rəsmi sənədlərin dili aşağıdakı şəkildə səciyyə- ləndirilir: a) hər bir məsələ aydın və olduqca qısa izah edilir; b) artıq, lüzumsuz sözlərə, təkrarlara, bədii ifadələrə yol verilmir; c) ikimənalılığa, dolaşıqlığa yol verməmək üçün hər bir anlayışa dair dəqiq terminlər seçilir; d) hər hansı bir məfhumun izahı üçün ədəbi dilin qrammatik normalarına düzgün riayət olunur; e) ştamp xarakterli xüsusi tərkiblərdən, ifadələrdən geniş istifadə edilir. Rəsmi üslub əsasında qurulan nitqdə əməli nitq, əməli yazı da deyilir.Əməli nitq həyatın praktik tələbləri ilə bilavasitə bağlıdır. O, dövlət və ictimai idarələrin bir-biri ilə, həm də idarələrin, müəssisələrin əhali ilə əlaqəsini yaradır, təmin edir. Nitqin bu formasından rəsmi sənədlərin tərtibi, ayrı-ayrı faktların hesaba alınması üçün istifadə olunur.
38. Əməli yazı nümunələrinin tərtibi.
Əməli nitq qədim bir tarixə malikdir. Hələ Şah İsmayıl Xətai öz hökmranlığı zamanında Azərbaycan dilində bir sıra fərmanlar vermişdir. Hökmdarların sarayında, sonralar ayrı-ayrı xanların, bəylərin divanxanalarında hazırlanmış belə fərman, sərəncam və digər rəsmi sənədlər zaman-zaman təkmilləşmiş, onların müxtəlif növləri yaranmışdır. Belə rəsmi sənədləri, adətən, xüsusi mirzələr tərtib edərdilər. Bu sənədlər vasitəsilə dövlət başçıları və xanlar bir-biri ilə məktublaşar, müqavilələr bağlayardılar. Ticarət işləri ilə bağlı əlaqələr genişləndikcə əhali, sadə adamlar da bu ünsiyyət vasitəsindən, əməli yazıların müxtəlif növlərindən istifadə etməyə başlayırlar. Vaxtilə həmin kağız-lara verilən adların bir çoxu indi də dilimizdə işlənir. Məsələn, “etimadnamə”, “etibarnamə”, “dəvətnamə”, “qəbz”, “təliqə” və s. Əməli yazılar öz məzmununa görə aşağıdakı qruplara ayrılır: 1. Bilavasitə yazışma məqsədi daşıyan yazılar: teleqram, anket, təliqə, ərizə, məruzə, yazılı məlumatlar. 2. Müəyyən faktı təsdiq etmək üçün istifadə edilən yazılar: vəsiqə, arayış, vəkalətnamə və s. 3. Müəyyən hadisə və faktları əks etdirən kağızlar: akt, protokol, müqavilə və s. 4. İclas, müşavirə, yığıncaq, konfrans, qurultay və s. tərəfindən qəbul olunmuş qərarları əks etdirən əməli yazılar: protokol, stenoqrafik hesabat və s.
39. Nitqin etik məsələləri.
Dil mədəniyyətinin başlıca müddəalarından biri də danışığın etikasıdır. Mənşəcə latın sözü olan etika termini adı altında insanların bir-birinə, cəmiyyətə, cəmiyyətin insanlara münasibətini tənzimləyən mədəni, nəzakətli danışıq, əxlaq normaları nəzərdə tutulur. Bu normalar uzunmüddətli tarixi dövr ərzində formalaşmışdır. Əxlaq etikanın tədqiqat obyektidir. Lap qədim dövrlərdən başlayaraq etika “insan necə hərəkət etməlidir?” sualına cavab axtarır, əxlaqın mənşəyi və mahiyyəti məsələləri ilə məşğul olur. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Ölkə prezidenti İ.Əliyevin “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnformasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanaları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2012-ci il iyulun 13-də imzaladığı sərəncamda göstərilən xidmətlərin daha keyfiyyətli həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanları əməkdaşları üçün etik kursların təşkili, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarığının yaradılması və təkmilləşdirilməsi məqsədilə treninqlərin həyata keçirilməsinin təşkili kimi məsələlər mənəviyyatımızın bu sahəsinin inkişaf etdirilməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. “Doğrudan da, hamı bir-biri ilə nəzakətlə dolansa, bir-birinə qayğıkeşlik göstərib başqalarının suallarına diqqətlə cavab versə, məmnuniyyətlə bir-birinə hörmət və kömək etsə, xəstələri və qocaları çətinliklərdən qurtarmağa çalışsa, təsəvvür edin ki, yaşayış nə qədər asan və gözəl olar”
40. Diskussiya mədəniyyəti.
Adamlar gündəlik nitq praktikasında başqaları ilə dialoqa, fikir mübadiləsinə, diskussiyaya girirlər. Fikir mübadiləsi müxtəlif məqsədlərə xidmət edir. “Dialoq” termini yunanca “dialoqos” sözündən götürülmüş, iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi mənasını ehtiva edir. Geniş mənada dialoq müxtəlif əqidələrə, mədəniyyətlərə, siyasi görüşlərə, düşüncələrə mənsub insanların bir araya gələrək, mədəni ölçülər səviyyəsində bir-biri ilə danışması, müəyyən məsələlərin müzakirə edilməsi yoludur. Dialoq, əsasən, iki şəraitdə aparılır: a) ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda, məişət məclislərində, çayxanalarda və s.; b) ictimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda, iclaslarda, tədris auditoriyalarında, radio və televiziya verilişlərində və s. Diskussiya zamanı dialoqun tələb olunan qaydada səmərəli keçməsi üçün aşağıdakılar nəzərə alınmalıdır: 1. Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır. 2. Müzakirədə müdafiə olunacaq mövqe və ideyalar dəqiq müəyyənləşdirilməlidir. Müzakirə olunan məsələdən yayınmaya yol verilməməlidir. 3. Diskussiyaya hazırlaşarkən bütün mümkün məlumat mənbələri nəzərdən keçirilməlidir. 4. Fikir ayrılığının yaranacağı gözlənilərsə tərəflər öz mövqeyinin müdafiəsi üçün dəlillər, sübutlar hazırlamalıdır. Sübutlar məntiqi təfəkkürə əsaslanmalı, inandırıcı olub qarşı tərəfi qane etməlidir. Dəqiq və aydın faktlar ən yaxşı təkzib üsuludur. Əsaslandırma dəqiq faktlar üzərində qurulmalıdır. 5. Rəqib opponentini diqqətlə dinləməli, onun fikrinin doğru məqamları ilə razılaşmalıdır. 6. Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf opponentinin haqlı olduğunu etiraf etməyi bacarmalıdır. 7. Adamlar deyil, yalnız onların ideyaları tənqid olunmalıdır. 8. Tənqid zamanı emosiyaya qapılmamalı, qəzəblənməməli, təhqir və istehzaya yol verilməməlidir. 9. Diskussiyanın məqsədi qalibi müəyyən etmək deyil, ümumi razılığa nail olmaqdır. 10. Çıxışların sonunda yekun nəticələr qeyd edilməlidir.
41. Mədəni nitqin etiketləri.
Adamlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin işlətdiyi bir sıra ifadələrdən istifadə edirlər ki, onların böyük bir qismini mədəni danışığın etiketləri təşkil edir. Etiket fransızca etiquette sözündən olub mənası mərasim, təsrifat deməkdir. Vaxtilə monarx saraylarında, diplomatik dairələrdə və s. davranış qaydaları etiket adlanırdı. Hal-hazırda hər hansı bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət formalarına da etiket deyilir. Xalqımızın milli təfəkkürünə, etnoqrafiyasına, ənənələrinə uyğun işlənilən bu ifadələr, hazır nitq modelləri bütün hallarda adamları razı salır, onlarda xoş ovqat yaradır, müsahibin fəaliyyətini istiqamətləndirir, qarşılıqlı anlaşmanı təmin edir. Dilimiz belə ifadələrlə zəngindir. Adamların gündəlik nitq fəaliyyətində onların dünyagörüşü, savad dərəcəsi, dilə şüurlu münasibətindən irəli gələn rəngarəng ifadələr tez-tez işlədilir.
42. Heydər Əliyevin natiqlik məharəti.
H.Əliyev Azərbaycan dilini çox sevirdi və bu dildə danışmağı ilə fəxr edirdi. O, xalqla onun öz dilində danışırdı. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Ulu öndərin nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. H.Əliyev bir natiq kimi zəngin söz ehtiyatına malik idi. Danışarkən duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. O, nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən, yerində işlədilən ifadəlilik vasitələri – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik suallar və s. onun nitqini təsirli edir, estetik cəhətdən gözəlləşdirirdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir” deyən Heydər Əliyevə bu dil əziz idi, müqəddəs idi. O bu dilə mükəmməl yiyələnmişdi. Bu dildə, demək olar ki, hamıdan yaxşı danışırdı. Heydər Əliyevin nitqində bir məntiq, rabitə vardı. O, heç bir qeydə baxmadan danışar, faktlar, sübutlar gətirər, dinləyiciləri qaneedəcək şərhlər verərdi. İti yaddaş və güclü hafizəyə malik olan H.Əliyevə dinləyicilər böyük maraqla qulaq asar, onu bütövlükdə anlayar və qəbul edərdilər. H.Əliyev yüksək nitq mədəniyyətinə sahib idi. O öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası və s. ilə auditoriyanı ələ alar, öz ideyalarını dinləyicilərə aşılayardı.
43. Nitq mədəniyyətinin dilçiliklə əlaqəsi.
Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik, leksik və qrammatik qayda — qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir. Nitq mədəniyyətində dilçiliyin nəzəri fıkirləri əməli şəkildə həyata keçirilir.Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik, orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübi tədbirlər kompleksidir”. Bu tərifi başqa bir şəkildə ifadə etmiş olsaq, deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir.
44. Dil və nitqin oxşar və fərqli cəhətləri.
Dil və nitq eyni bir hadisənin nitq fəaliyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan iki cəhətidir. Nitqin aydınlığı və təsirli ola bilməsi üçün dil, öz növbəsində dilin mövcudluğu üçün – nitq zəruridir. Hər hansı dilin sistemini yalnız nitqdəki təzahürünə görə müəyyənləşdirmək olur. Nitq nəinki dili təzahür etdirir, həm də onu inkişaf etdirir, formalaşdırır. Nitq fəaliyyətdə, yəni öz funksiyasını yerinə yetirməkdə olan dildir, nitq aktıdır. Nitq dilin konkret ünsiyyət şəraitində realizə olunması, informasiyanın ötürülməsi və əldə edilməsidir. Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin özüdürİsveçrə dilçisi məşhur F.de Sössürün “Ümumi dilçilik kursu” adlı əsərində dil və nitqin oxşar və fərqli cəhətləri ilk dəfə ətraflı şəkildə şərh olunmuşdur. O, dil və nitqi iki müxtəlif hadisə hesab etmiş, göstərmişdir ki, dil qrammatik sistem və lüğət tərkibindən, yəni dil vahidlərindən, nitq həmin vahidlərdən ünsiyyət məqsədilə istifadədir. Nitq fərdi danışıq və eşitmə faktorlarından ibarətdir. Sonralar bu tezislə bağlı müxtəlif nəzəriyyələr meydana gəlmiş, fikirlər söylənilmişdir. Bu fikirlər nəticə etibarilə belə ümumiləşdirilmişdir ki, dil və nitq fərqli kateqoriyalar olsa da, bu iki anlayış bir-birinə bağlıdır, bir-biri ilə dialektik vəhdətdədir. Dilin funksiyaları nitqin də funksiyalarıdır. Dil nitqin hesabına, nitq də dilin hesabına zənginləşər. Dil nitqdə fəaliyyət göstərir. Nitqdən təcrid olunanda o mücərrəd bir mahiyyət daşıyır, ünsiyyət, anlama üçün yararsız olur. Nitq ünsiyyət prosesi olduğundan nitq və dil arasındakı qarşılıqlı əlaqələr bu prosesdə baş verir.
45. Nitq fasiləsinin funksiyaları.
İntonasiyanın digər ünsürü fasilədir. Nitq müəyyən dayanacağa malikdir. Tənəffüs məqsədilə danışıq və oxu prosesində edilən bu dayanacaq fasilə adlanır. Nitq zamanı zəruri fizioloji tələbatın nəticəsi kimi baş verən tənəffüs – fasilə həm danışanın, həm də dinləyənin nitq orqanlarının müəyyən sakitliyi, rahatlığıdır. Sintaqmaların sərhədində fasilə edildiyi halda, çox zaman durğu işarəsi qoyulmur. Bu cəhət ifadəli oxu və əzbər söyləmədə xüsusilə nəzərə alınmalıdır. Belə halın bir neçəsini göstərək: 1. Mübtəda qrupu ilə xəbər qrupu arasında fasilə edilir, lakin durğu işarəsi qoyulmur. 2. Qarşılaşdırma bildirən bağlayıcılar özündən sonra gələn sözlə müəyyən fasilə ilə ayrılır. 3. Səbəb bildirən çünki bağlayıcısından sonra fasilə edilir. 4. Bir sıra ədat və qoşmadan sonra da fasilə edilir. 5. Axırıncı həmcins üzvdən sonra. 6. Müxtəsər cümlədə mübtəda ilə xəbər arasında. Durğu işarələri bəzi hallarda oxunmur: a) cümlənin daxilində və axırında gələn xitablar özündən əvvəlki sözlə birlikdə deyilir. b) ara və modal sözlər özündən qabaqkı sözlə birlikdə deyilir.
46. Orfoqrafiyanın fonetik prinsipi.
Fonetik prinsip – Orfoqrafiyanın əsas və başlıca prinsipidir. Bu prinsipə görə sözlər eşidildiyi kimi, tələffüzə uyğun şəkildə yazılır. Dilimizdəki sözlərin böyük bir hissəsinin yazılışında bu prinsip əsas götürülür. Məs.: qardaş, bacı, adam, idman, qərənfil, qalın, qırmızı, yaşıl, altı və s. Fonetik prinsip yazıda həm asanlığı, həm də demokratikliyi təmin edən prinsipdir. Ona görə asandır ki, yazan tələffüzü əsas tutur, sözü necə eşidir və ya deyirsə, elə də yazır. Demokratikdir, ona görə ki, bu prinsip yazını canlı dilə, xalq dilinə yaxınlaşdırır, yazılışla deyiliş arasındakı ayrılığa, uyğunsuzluğa yol vermir. Lakin bununla belə, təkcə fonetik prinsipə əsaslanıb söz və qrammatik formaları tələffüzə uyğun, səsləndiyi kimi yaza bilmərik. Çünki bir sıra söz, yaxud şəkilçi dildə müxtəlif şəkildə tələffüz olunur. Məs.: asan, asand, hasan, hasant; ev, əv, öy; pendir, pəndir, pənir; deyil, degil, dögül, dəyil; pəncərə, pencərə; darvaza, dərvaza və s. Eləcə də bəzi şəkilçilər adi danışıq dilində yazıldığından fərqli şəkildə tələffüz edilir. Məs.; – lar/-lər şəkilçisi: -zar/-zər (qızzar, dənizzər); -dar/-dər (atdar, işdər); -nar/-nər (adamnar, gəlinnər) və s. Bu cür söz və şəkilçilər müəyyən bir orfoqrafik qaydada deyil, hər kəsin tələffüz etdiyi şəkildə yazılarsa, bu, yazıda hərc-mərcliyə, anarxiyaya gətirib çıxarar.
47. Orfoqrafiyanın morfoloji prinsipi.
Morfoloji prinsip yazıda sözlərin qrammatik tərkibini əsas götürür, sözün və ya şəkilçinin bir tələffüz forması yazı üçün düzgün sayılır, qalan formalar ona tabe edilir, sözün kökü və şəkilçisi vahid bir formada yazılır. Məs.: adi danışıq dilində ayaq-əyaq, qəbul-qabul, kənar-kanar, xəmir-xamır, pencək-pəncək, bıçaqpıçaq, bütöv-pütöv və s. kimi iki variantda işlənilən sözlərin birinci tələffüz forması orfoqrafiyada düzgün sayılır. Yaxud, -lar/-lər, -dar/-dər, -zar/-zər, -nar/ -nər formalarında işlənən kəmiyyət şəkilçisinin bir şəkli –lar/-lər yazılı dildə əsas götürülür. Orfoqrafik qaydaların tərtibində nəzərə alınan başqa bir prinsip tarixi- ənənəvi prinsipdir. Bu prinsipə görə sözün müasir danışıq dilində səslənməsindən asılı olmayaraq, onun vaxtilə mövcud olduğu yazılış şəkli saxlanılır, əsas götürülür. Dilimizdə yazılışı ədəbi tələffüzündən fərqli olan sözlərin müəyyən bir qismi tarixi-ənənəvi prinsip əsasında yazılır. Belə sözlərin vaxtilə ola bilsin ki, yazılışı ilə tələffüzü arasında fərq olmamışdır.
48. Tarixi – ənənəvi prinsip.
Tarixi-ənənəvi prinsipin başqa bir tələbinə görə alınma sözlər mənbə dilin orfoqrafiya qaydalarına uyğun şəkildə yazılmalıdır. Məsələn, protokol, motor, konsert, komanda, orfoepiya və s. kimi sözlər alındığı dilin orfoqrafiya qaydalarına uyğun şəkildə yazılır. Əslində isə bu sözlər şifahi nitqdə həm alındığı dilin orfoepik qaydası, həm də dilimizin ümumi ahənginə müvafiq olaraq yazıldığından fərqli şəkildə tələffüz edilir. Lakin bununla belə bir sıra alınmalar dilimizin fonetik sisteminə – tələffüzünə uyğun olaraq mənbə dildən fərqli şəkildə yazılır. Məsələn, vokzal – vağzal, nomer-nömrə, stakan-stəkan, çemodan-çamadan, metall-metal, şosse-şose, proqramma-proqram və s. Nitqin yazılı formasından istifadə ilə bağlı bir sıra qüsurlar vardır ki, onların böyük bir qismi düzgün tələffüzün təsiri ilə baş verir, başqa sözlə, yazılışı düzgün tələffüzündən fərqli olan sözlər, qrammatik formalar deyildiyi kimi yazılır. Bu qüsurları aşağıdakı şəkildə qruplaşdırmaq olar: a) düzgün tələffüzün təsiri ilə baş verən orfoqrafik səhvlər; b) qüsurlu tələffüzün – adi danışıq dili və yerli şivəyə məxsus tələffüzün təsiri ilə baş verən səhvlər.
49. Danışıq etikası və nəzakətli hərəkətlər.
Nəzakətli danışıq, eləcə də onu tamamlayan hərəkətlər də başqa normalar kimi müəyyən sistemə malikdir. Bura nitqin müraciət, dinləmə, sualvermə, söhbətəqoşulma, suala cavabvermə, şad və bəd xəbəri çatdırma və s. qaydaları kimi komponentlər daxildir. Nəzakətli nitq, hərəkət, davranış mədəniyyətimizin çox mühüm amillərindəndir. Bu hərəkətlər şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi, nizamlanması və inkişafında həmişə mühüm əhəmiyyət kəsb etmiş, insanların mədəniyyətinin və mənəviyyatının ümumi səviyyəsi haqqında təsəvvür yaratmışdır. Müstəqillik qazandığımız, adamların öz ana dilində ünsiyyət saxladığı indiki dövrdə nəzakətli danışıq qaydalarına əməl etmək xüsusilə vacib sayılır. Vətənimizi, ölkəmizi, xalqımızı sivil, mədəni bir ölkə, xalq kimi dünyaya tanıtmaqda digər amillərlə yanaşı, mədəni danışığın, yüksək nitq mədəniyyətinin də rolu böyükdür. Bu baxımdan respublikamızın prezidenti İ.Əliyevin çıxışları, nitqləri hamıya nümunədir. İ.Əliyev cənabları Avropa Şurası Parlament Assambleyasının 2004-cü il yay sessiyasının iclasında çıxış etdikdən sonra Şuranın sədri Piter Şuder dinlədiyi nitqlə bağlı demişdi: “Cənab Prezident, olduqca gözəl çıxışınıza görə sağ olun. Assambleya və Avropa Şurasına ünvanladığınız nəzakətli sözlərə görə sağ olun”.
50. Mürəkkəb cümlələrin tələffüzü.
Tabesiz mürəkkəb cümlələrin deyilişi. Tabesiz mürəkkəb cümlələrin bir qismində onu əmələ gətirən sadə cümlələr yalnız intonasiya ilə bir-birinə bağlanır. Başqa sözlə, tabesiz mürəkkəb cümlənin müəyyən tipində məna əlaqələrini yaradan yeganə vasitə intonasiyadır. Bağlayıcısız tabesiz mürəkkəb cümlənin deyilişində intonasiyanın bir çox növlərindən: sadalayıcı, xəbərdarlıqlı, aydınlaşdırma, ziddiyyət-qarşılaşdırma, səbəb-nəticədən istifadə olunur Sadalayıcı intonasiyanın tərkib hissələri zaman və ardıcıllıq əlaqələri əsasında bağlanan tabesiz mürəkkəb cümlələrin deyilişində özünü göstərir. Bu, bir növ həmcins üzvlər arasındakı intonasiyanı xatırladır. Tabeli mürəkkəb cümlənin də özünəməxsus intonasiyası, deyim tərzi vardır. Bu, budaq cümlənin yerindən asılı olaraq müxtəlif şəkildə özünü göstərir. 1. Budaq cümlə baş cümlədən sonra gəlirsə, baş cümlənin sonunda səs tonu bir qədər yüksəlir, ondan sonra müəyyən fasilə edilir, budaq cümlə isə alçalan tonla, nəqli cümlə tonu ilə ifadə olunur. 2. Budaq cümlə baş cümlədən əvvəl gəlirsə, budaq cümlə yüksələn, baş cümlə isə bir qədər alçalan səs tonu ilə deyilir. Bu tipli cümlələrdə budaq cümlə ilə baş cümlə arasında davamlı fasilə edilir. 3. Budaq cümlə baş cümlənin içərisində gələrsə, baş cümlənin birinci hissəsi bir qədər yüksək, budaq cümlə isə nəzərə çarpacaq yüksək tonla tələffüz olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.