Mən bildirçin yumurtasını hardan bilirəm
Bir çox kosmetik vasitələrin (müxtəlif kremlər, şampunlar) tərkibinə bildirçin yumurtası daxil edilir. Bu yumurta dəriyə və saçlara çox yaxşı təsir edir, dərini cavanlaşdırır, dərinin rəngini yaxşılaşdırır, saçları daha parlaq və sağlam edir. Ev şəraitində hazırlanan müxtəlif üz üçün olan maskalara bildirçin yumurtasını əlavə etmək olar. Məsələn, cavanlaşdıran maska: çiy bildirçin yumurtasını yaxşı çalın, 1 çay qaşığı zeytun yağı, 1/2 limon şirəsini əlavə edin, yaxşı qarışdırın və dəriyə çəkin. 20 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.
Bildirçin yumurtasının faydaları
Bildirçin yumurtası bioloji aktiv maddələrlə zəngindir, tərkibində olan A, B1 və B2 vitamini toyuq yumurtasında olan vitaminlərdən daha çoxdur. Müntəzəm olaraq bildirçin yumurtasının istifadəsi mədə xorasının, qastritin, qan azlığının, bronxial astmanın, sətəlcəm, baş ağrısı kimi xəstəliklərin qarşısını almağa kömək edir. Bildirçin yumurtası orqanizmi radiasiya şüalarına qarşı daha dayanıqlı edir. Potensiyaya və qadınlarda normal şəkildə hamiləliyi keçirməyə imkan yaradır. Araşdırmalara görə, bildirçin yumurtası mastopatiya – süd vəzisinin xərçəngindən qoruyur. Məlumdur ki, bəd xassəli şişlər immunitetin zəifliyindən yaranır.
Bildirçin yumurtasının ən qiymətli hissəsi onun qabığıdır. 90 % karbonat turşusundan ibarət bildirçin yumurtası çox gözəl şəkildə insan orqanizmi tərəfindən mənimsənilir. Bundan əlavə tərkibində 27 mikroelement mövcuddur: flüor, maqnezium, dəmir, kükürd, molibden, sink və s. İçindəki silisium və molibden normal biokimyəvi reaksiyanın inkişafı üçün çox gərəklidir. Bundan əlavə bu yumurtanın qabığı unikal şəkildə bədənimizə daxil olan suları ağır metal və xoradan təmizləyir.
Uşaqlar üçün faydası
Uşaqların intensizv surətdə əqli inkişafında bu zərif yumurtanın xeyri əvəzsizdir. Həftədə 2-3 dəfə yeyilən bildirçin yumurtası 1 yaşından 18 yaşına qədər olan uşaqların fiziki və intelektual səviyyəsinin normal şəkildə inkişafına kömək edir. Uşaqlarda zəif immunitet bir sıra xəstəliklərin aradan qaldırılmasına səbəb olur. Antibiotik əvəzinə uşaqların rasionuna vitaminlərlə dolu tərəvəz, meyvə və bildirçin yumurtası əlavə etmək lazımdır. Bildirçin yumurtası ilə qidalanan uşaqlara əlavə kalsium qəbuluna ehtiyac qalmır, onlar bu zaman daha aktiv olurlar, az yorulurlar və dərsləri ilə rahat şəkildə məşğul olurlar.
Kosmetologiyada bildirçin yumurtasının istifadəsi
Tərkibində üz dərisinin təravəti və cavan qalması üçün vacib mikroelementlər, amin turşuları, lesitin var. Bildirçin yumurtasından hazırlanan maskalar cilddəki qırışları açır, hamarlaşdırır, şişkinliyi götürərək dərini normallaşdırır. Yağlı dəri üçün yumurtanın ağı, quru dəri üçün isə sarısı yaxşı kömək edir. Bildirçin yumurtasının ağı yağlı dərini qurudur, dartır və məsamələri daraldır. Yumurtanı üzə çəkin, quruduqdan sonra ilıq su ilə yuyun. Yumurtanın sarısı daha yumşaldıcı effektə malikdir, o, dərini qidalandırır və dartır. Yumurtanın sarısının üzərinə yulaf unu və 1 ç.q. bal əlavə edilib, 15 dəq. üzə çəkilir və ilıq su ilə yuyulur. Bu maraqlı yumurtanın saçlar üçün də faydası var. Bundan ötrü 6 ədəd bildirçin yumurtasının üzərinə 1 fincan zeytun yağı, 50 qr bal qatılıb qarışdırılır. Saçlara 3 saatlıq çəkilən bu maska, saçları parıltılı və möhkəm edir. Saçalrın qidalanması üçün 3 ədəd bildirçin yumurtasının üzərinə 1 x. q. gənəgərçək yağı, 4 damcı rozmarin yağı əlavə edib qarışdırılır və 2-3 saatlıq saçlara yaxılıb, ilıq su ilə yuyulur.
Mən bildirçin yumurtasını hardan bilirəm
Alimlər sübut edir ki, bildirçin yumurtası immuniteti möhkəmləndirən ən yaxşı vasitələrdən biridir.
Bildirçin yumurtasının tərkibi çox zəngindir. Belə hesab olunur ki, digər quşların yumurtaları ilə müqayisədə bu yumurtaların tərkibində B1, B2, B12, A vitaminləri daha çoxdur. Bundan əlavə bu yumurtalar maqnezium, kalium, kalsium, ftor, sink, marqans, fosfor, dəmir kimi mikroelementlər və əvəzolunmaz aminoturşularla olduqca zəngindir.
Bildirçin yumurtası sinir sistemin fəaliyyəti çox müsbət təsir edir. B qrupu vitaminlərlə zəngin olan bu yumurta nevrozlar, əsəbilik zamanı yaxşı kömək edə bilər. Alimlərin fikirinə görə, bildirçin yumurtası insanın əqli fəaliyyətinə çox müsbət təsir edir. Bu səbəbdən əqli fəaliyyəti ilə məşğul olan insanların, məktəblilərin, tələbələrin rasionunda bu faydalı məhsul mütləq olmalıdır.
Uşaqlar, hamilə qadınlar, yaşlı insanlar üçün bildirçin yumurtası olduqca xeyirlidir. Qeyd etdiyimiz kimi, bildirçin yumurtası immuniteti gücləndirir. Bu isə məhz bu qrup insanlar üçün xüsusilə vacibdir.
İmmuniteti möhkəmləndirən bildirçin yumurtası şişəleyhinə olan profilaktik vasitə kimi də effektli sayılır.
Hesab olunur ki, bu yumurta kişilərdə cinsi zəifliyi ardan qaldırmağa, potensiyanı gücləndirməyə kömək edir.
Hipertoniyadan, qan azlığından, bronxial astmadan, şəkərli diabetdən əziyyət çəkən insanlar üçün də bildirçin yumurtası çox xeyirlidir.
Bir çox kosmetik vasitələrin (müxtəlif kremlər, şampunlar) tərkibinə bildirçin yumurtası daxil edilir. Bu yumurta dəriyə və saçlara çox yaxşı təsir edir, dərini cavanlaşdırır, dərinin rəngini yaxşılaşdırır, saçları daha parlaq və sağlam edir. Ev şəraitində hazırlanan müxtəlif üz üçün olan maskalara bildirçin yumurtasını əlavə etmək olar. Məsələn, cavanlaşdıran maska: çiy bildirçin yumurtasını yaxşı çalın, 1 çay qaşığı zeytun yağı, 1/2 limon şirəsini əlavə edin, yaxşı qarışdırın və dəriyə çəkin. 20 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.
Bildirçin yumurtasından fayda almaq üçün bu məhsulu daim qəbul etmək lazımdır (həftədə bir neçə dəfə). Gün ərzində 2-3 belə yumurta yemək olar. Bu yumurtaları bişmiş, qızarmış şəkildə yemək, salatlara əlavə etmək olar.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.