Mən geyəm və necə deyəcəyimi bilmirəm
Qədim Misirdə geyim insanın cəmiyyətdəki mövqeyinin göstəricisi idi. Belə ki, Qədim Misirdə qulları bel ətrafında bağlanmış parçadan, kəndliləri sadə, quldarları isə bəzəkli geyimlərindən və qızıl zinət əşyalarından tanımaq olardı.
Ən gülməli ad günü təbrik mesajları
Ən gülməli ad günü təbrik mesajlarını araşdırdıq. Dostlarınızın, əzizlərinizin doğum gününü fərqli formada təbrik etmək istəyirsinizsə aşağıdakı mesajlardan istifadə edə bilərsiniz.
Ən gülməli ad günü üçün təbrik mesajlarını bir yerə topladıq. Mesajları kopyalayaraq ad günü olan dostunuza göndərə bilərsiniz. Eyni zamanda gülməli doğum günü təbrik mesajı yazılı şəkilləri telefonunuza endirərək istifadə edə bilərsiniz.
Gülməli ad günü mesajları
Plasentanı tərk etdiyin gün mübarək olsun. Neçə gözəl illərə.
Yeni yaşın mübarək, köhnə yaşına bir təpik 🙂
Doğum günün mübarək dostum, xahiş edirəm bu mesajı saxla və gələn il məni yorma. Mən səni sevirəm, ad günün mübarək.
Bunu necə deyəcəyimi bilmirəm və uzatmaq da istəmirəm. Səni çox sevirəm, doğum günün mübarək əziz dostum.
Bu gün vacib bir gün idi, amma xatırlamıram. Ay düz deyir, əziz dostum bu gün doğuldu, şadam ki, doğuldu. Mən səni çox sevirəm, ad günün mübarək.
Şirin təbəssümlər, insani hərəkətlər, doğum gününə görə hədiyyələr səni gözləyir.
Elə oldu, belə oldu, doğum günün mübarək oldu.
Tanıdığım ən şirin insansan, tayı-bərabəri olmayan dostsan. Unutma, sən çox fərqlisən, Tarkanın dediyi kimi, “Sen başkasın. ” Doğum günün mübarək!
Hey, qalx, yaxşı hazırlaş. Bu gün sənin ad günüdür, özünə bir bax. Ad günün mübarək.
Ən qiymətli, sağlam ciyərli, bəzən şən, bəzən də kədərli dostum. Su kimi axan, şimşək kimi çaxan, səkidə gedərkən büdrəyən. Qəlbimin ən qiymətli küncündə saxladığım qiymətli varlıq. Ad günün mübarək.
Bu gözəllik, bu davranış, bu ağıl, xüsusən də məna dolu gözlər. Allah bütün gözəllikləri bir bədəndə toplayıb. Nəysə, özümdən çox danışdım, doğum günün mübarək əziz dostum.
Başqasının səni əzməsinə icazə vermə, çalış, sən onları əzəsən. Neçə gözəl illərə.
Gündüzün yaxtada, gecən barda keçsin, “Porsche” maşın sürəsən, gözəl villada olasan, olduğun yerdə hamı sənə heyran qalsın. Həpidi bötdi 🙂
Ayağa qalx, yaxşı hazırlaş, bu gün sənin günündür. Yeni yaşın mübarək olsun.
Doğum günün mübarək, sənə muncuqdan quş düzəltmişəm, uçub pəncərənə qonacaq.
Baş verənlər gözəldir, keçmişdə qalsa da. Doğum günü xüsusidir, hamı xatırlamasa da.
Ah, əzizim! Sən də yaşlandın! Qorxma, tanıdığım ən gözəl yaşlısan. Ad günün mübarək.
Bu gözəllik, bu zəka, bu ağıl, mənalı gözlərin. Tanrı bütün gözəllikləri bir yerə toplayıb. Nə isə, özümdən çox danışdım. Doğum günün mübarək, dostum.
Ad günün mübarək, əzizim.
Bunu necə deyəcəyimi bilmirəm. İntizarda saxlamaq da istəmirəm. Buna görə səni sevirəm və doğum gününü təbrik edirəm.
Dost bir dar gündə, bir də ad günündə tanınar. Səni unutmayan bir dost.
Doğum günün mübarək. Unutma, hər keçən gün ölümə yaxınlaşırsan. Yəni, ortada qeyd ediləcək bir şey yoxdur. Yenə də məndən əvvəl təbrik yazan olsa qan çıxar.
Ad günün mübarək. Bu mesajı gələn ilə də saxla.
Bu gün unutduğumu düşündün, eləmi? Dostum heç unudarammı. Elektrik ixtirasının 25 illiyi mübarək!
Həyatın sənə verdiyi ən yaxşı hədiyyəni aldın, yəni məni. Hadi yenə yaxşısan, ad günün mübarək əzizim.
Sənə mənə yazdığın mesajlar qədər ömür arzulayıram sevgilim. Ümid edirəm ki, bu ad günündən sonra mesajlarınız çox olacaq. Ad günün mübarək mən səni sevirəm.
Həyatda həmişə mənimlə onlayn olmağı arzulayıram. Bütün günlərini mənimlə keçir. Ad günün mübarək əzizim, səni çox sevirəm.
Milli geyimlərimiz
Geyimlər hər bir xalqın tarixilə sıx bağlıdır. Xalqın maddi mədəniyyətini, na xas xüsusiyyətləri əks etdirir geyimlər. Adət-ənənələr, milli təfəkkür, xalq yaradıcılığı geyimlərin müxtəlifliyində, rəngarəngliyində, hətta naxışlarda, ayrı-ayrı detallarda üzə çıxır. Yüzilliklər ərzində formalaşan, milli dəyərlərə söykənərək uzun inkişaf prosesi keçən geyimlərimiz özünəməxsusluğu ilə seçilir. Bugün həmin geyimlər aktuallığını itirsə də, tariximizin, milliliyimizin təcəssümü olan dəyərli xəzinə kimi yaşadılır.
İbtidai geyimlər
Ən qədim insan geyimləri insanların ov zamanı əldə etdikləri heyvan dəriləri idi. İbtidai insanlar ucu sivri daşlarla bu dəriləri üzüb geyim kimi istifadə edirdilər. Bu geyimlərin əyinlərinə ola bilməsi üçün heyvanların sümüklərini nazikləşdirərək dəriyə keçirib sap əvəzi istifadə edirdilər. Həmçinin gil və quş lələkləri də bəşər tarixinin ilkin geyimləridir.
İnsanlar öz bədənlərini soyuqdan və həşəratlardan qorumaq məqsədi ilə gil və quş lələkləri ilə bəzəyirdilər. Sonradan ibtidai insan otdan parçalar hörməyə başlamışdır. Beləliklə də ilk parçalar meydana gəldi. Sonrakı dövrlərdə Hindistanda istehsal olunmuş ilk kətan parçayla isə dəbin tarixində çevriliş oldu.
Qədim Misirdə geyim insanın cəmiyyətdəki mövqeyinin göstəricisi idi. Belə ki, Qədim Misirdə qulları bel ətrafında bağlanmış parçadan, kəndliləri sadə, quldarları isə bəzəkli geyimlərindən və qızıl zinət əşyalarından tanımaq olardı.
Əgər qədim dövrdə geyim insanı hər hansı xarici təhlükədən qorumaq məqsədini daşıyırdısa, artıq antik dövrdən başlayaraq geyimin estetik funksiyası ön plana keçir. Yunanlar və romalılar ibtidai insanlardan fərqli olaraq, öz bədənlərini gizlətmək üçün deyil, əksinə, bədənlərinin gözəlliyini daha da qabarıq şəkildə göstərmək məqsədilə gözəl geyimlərdən, müxtəlif bəzək əşyalarından istifadə edirdilər.
İlk olaraq ətəklər meydana gəlib. Ətəklərdən həm qadınlar, həm də kişilər istifadə edirdilər. Lakin kişilər, xüsusilə də vavilonlular, assuriyalılar və digər xalqların nümayəndələri əksər vaxtlarını at üzərində, qonşu torpaqları ələ keçirmək uğrunda mübarizədə və daim müharibədə keçirdiklərinə görə ətəklər onlar üçün əlverişli deyildi. Beləliklə də ilk hərbi geyimlər kimi şalvarlar meydana gəldi.
Orta əsrlərdə kişilərin zövqlə geyinmələrinə yaxşı baxılmırdı. Elə hesab edilirdi ki, kobud geyimlər əsl kişilərə xasdır, bəzəkli geyimlər isə qadınlara məxsusdur. Cəmiyyətdə bu cür düşüncələr İntibah dövrünə qədər mövcud idi. Kişi dəbinin çiçəklənməsi İntibah dövrünə aiddir. Fransa kralı III Anri, kardinal Çezare Borciya dövrün zövqlə geyinən kişilərdən idi.
Orta əsrlərin sonrakı dövrlərinin estetik idealı səlibçilər idi. Yenidən ətəklər kişilər arasında populyarlıq qazandı. Elə səlib yürüşlərinin nəticəsində bir çox Şərq geyim üslubları, parçalar və bəzək əşyaları Qərbə yol tapdı.
Milli geyimlər
Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar.
Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır.
XVII əsrdən etibarən Azərbaycan ipəkçilik və parçaçılıq sahəsində məşhur idi. Azərbaycan Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdi. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.
Azərbaycanda istehsal olunub geniş işlənən və başqa yerlərə ixrac olunan parçalar sırasında zərbafta, xara, atlas, tafta, qanovuz, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. qeyd etmək lazımdır. Bu parçalardan bəziləri xalq arasında «Hacı, mənə bax», «gecə-gündüz», «gendə dur», «alışdım yandım», «küçə mənə dar gəlir» və s. adlar altında məşhur idi. Qadın paltarları əsas etibarilə ipək parça və məxmərdən tikildiyi halda, kişi geyimləri əksər hallarda mahuddan və evdə toxunan şal parçadan hazırlanırdı.
XVI — XVII yüzilliklərdə Azərbaycan geyimləri zəngin inkişaf yolu keçmiş, milli geyim məktəbi yaradılmışdır. Geyimlə şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub olmasını bilmək olurdu. Geyimin forması onun yiyəsinin ailə vəziyyətini də əks etdirirdi. Subay qızların geyimləri evli qadınlardan fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər.
Bu dövrdə Azərbaycanda ənənəvi libas sayılan üst geyimi — əba çox yayılmışdı. Qabaqkı dövr əbalarından fərqli olaraq, bunlar bədəndə kip oturur, qollar nisbətən dar olurdu.
Kişilər ayaqları dar, yuxarı getdikcə enlənən şalvar geyinirdilər. Şalvarların rəngi çox vaxt göy və ya tünd-sarı olurdu. Bu dövrdə qadınlar da dabana qədər uzanan şalvarlar geyinirdilər. Kişilərdə olduğu kimi, qadınların da şalvarları ayaq tərəfdən çox dar, yuxarısı enli olurdu.
XVIII əsrdə qadın geyimləri — üst köynəyi, çəpkən, arxalıq, kürdü, küləcə, ləbbadə, eşmək və baharıdan ibarət idi. Yaşlarından asılı olaraq qadınların geydikləri köynəklərin rəngi də müxtəlif olurdu. Qızlar və gəlinlər sarı, qırmızı, yaşıl, qoca qadınlar isə ağ və ya qara rəngdə köynək geyərdilər. Qızlar və yaşlı qadınlar bəzək şeylərindən az istifadə edirdilər. Cavan gəlinlər isə daha gözəl və zəngin geyinirdilər.
Kişi geyimləri isə köynək, arxalıq, çuxa və şalvardan ibarət olurdu. Qeyd etmək lazımdır ki, xalq geyimlərinin çox geniş yayılmış olan bu dəsti cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan ərazisi üçün səciyyəvi idi. Bir sözlə, geyimlər onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi.
Ləyaqət rəmzi papaqlar
Qadınların baş geyimləri rənginə, gözəlliyinə və rəngarəngliyinə görə seçilirdi. Bura ipək kəlağayılar, çalmalar, naz-nazı, təsək, ləçək, örpək, çadra və s. daxil idi.
Kişilərin isə əsas baş geyimi qoyun xəzi və ya qaragüldən hazırlanan papaqlar idi. Azərbaycanlılarda papaq cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Onu itirmək böyük rüsvayçılıq hesab edilirdi. Kiminsə papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi.
Kişinin başından papağı vurub salmaq onu və bütün nəslini təhqir etmək demək idi. Papağın formasına görə onun sahibinin sosial vəziyyətini müəyyənləşdirmək olardı.
Kişilər istənilən halda papağı başlarından çıxarmırdılar (hətta yemək yeyərkən), namazdan əvvəl dəstəmaz zaman istisna olmaqla. İctimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq hesab edilirdi.
P.S. Tarixən bütün Şərq ölkələrində insanı geyiminə görə qarşılayıblar. Günümüzdə də bu ənənə bir çox ölkələrdə mövcudluğunu saxlayır. Yalnız bunu nəzərə alsaq, geyimin nə qədər mühüm bir vasitə olduğunu düşünmək yetər.
Mənbə: «Discovery Azərbaycan» jurnalı
Nəyi və necə geyinməli? – REPORTAJ – FOTO
“Mən geyim seçərkən pis vəziyyətə düşürəm. Aldığım paltarların heç birini yaxınlarım bəyənmir. Çox vaxt məni ələ salırlar. Lakin mən geyim alarkən hansısa paltarı səhv aldığımı hiss etmirəm. Aldıqdan sonra isə peşmançılıq hissi keçirirəm. Səbəb isə bədən ölçülərimin istədiyim kimi olmamasıdır”, – 24 yaşlı həmsöhbətim Leyla Həmidova deyir.
L.Həmidova gənc olmasına baxmayaraq, mağazadan paltar almaq onun üçün işgəncədir.
Fəsil dəyişdikcə geyimlərimiz də dəyişir. Geyimlərə xüsusilə də yaz və yay aylarında daha çox diqqət yetirirlər. Lakin bu gün xanımlarımızın əksəriyyəti geyim seçimində çətinlik çəkir. Bəziləri isə nəyi və necə geyinməyi belə bilmirlər.
Bəzi qadınlar bədən ölçülərinə uyğun geyinmirlər
Stilist Samir Əliyevin fikrincə, kök xanımlar geyim seçərkən hər şeyi əksinə edirlər:
“Qadınlarımız elə bilirlər ki, onlar dar geyinməklə arıq görünəcəklər. Bu, səhv fikirdir. Kök insan dar geyindikdə lap pis görünür. Artıq çəkini gizlətməyin düzgün yollarından biri də rahat paltarlar geyinməkdir. Bədənə yapışan paltar insanı olduğundan da kök göstərir.
Düzdür, qara rəng istənilən şəxsi arıq göstərir. Amma bu o demək deyil ki, hamı qara geyinsin. Onsuz da nədənsə əksəriyyətimiz bu rəngə üstünlük veririk. Sanki rəngarəng geyinməkdən qorxuruq. Kök insanlar bilməlidirlər ki, onlar doğru geyinərlərsə, paltarlarını bir-birinə uyğunlaşdırarlarsa, heç də kök görünməzlər. Hər şey düzgün seçimdən asılıdır. Misal üçün, ağ şalvar və qısa köynək istənilən şəxsi kök göstərəcək. Amma bu şalvarı uzun bir köynəklə geyindikdə artıq ətlər görünməyəcək.
Xanımların etdiyi səhvlərdən biri də hündürdaban ayaqqabı seçimində olur. Dolu xanımlar hündür ayaqqabılarda bir az kobud görünürlər. Yaxşı olardı ki, xanımlarımız ayaqqabı seçərkən diqqətli olsunlar”.
Rənglərin rolu olduqca önəmlidir
Bəzən kök qadınlar qara rəngə üstünlük verərək bu rəngdə daha incə göründüklərini düşünürlər. Əslində, bu düzgün deyil. Stilistlərin fikrincə, elə rənglər var ki, insan düzgün geyinərkən arıq görünə bilər. Sadəcə, rəngləri düzgün kombinasiya etmək lazımdır.
Bu ilin ən dəbdə olan rəngləri isə bunlardır: zümrüd yaşılı – bu rəng bu il dəb aləminə öz damğasını vuracaq. Stilistlərin fikrincə, 2013-cü il yaz-yay kolleksiyalarında narıncı rəngə xüsusi önəm veriləcək. Bu iki rəngi xüsusən pencək və bluzlarda görmək olacaq.
Kök qadınlar üçün dəb yoxdur?
Brend mağazalardan birinə daxil olub, 11 ildir satıcı işləyən Vüsalə Xəlilova ilə söhbət etdik. Onun sözlərinə görə, mağazaya gələn xanımların əksəriyyəti brend sözünün mənasını heç bilmir.
“Elə müştərilərimiz var ki, dəbdə olan paltarı nə olursa-olsun, almaq istəyir. Amma başa düşmür ki, bu onun bədən ölçüsünə görə deyil. Mən demirəm ki, kök qadınlar üçün dəb yoxdur. Sadəcə, insan hər şeyin həddini bilməlidir.
Qadınlar geyim seçərkən daha diqqətli olmalıdırlar. Bəzən dəbə uyğunlaşmaq üçün qadınlar onlara yaraşmayan geyimlərə üstünlük verirlər. Lakin bu düzgün deyil. İnsan ona yaraşanı geyinməlidir. Bəzən mağazamıza gələn xanımlar onlara yaraşmayan paltarlar alırlar. Sanki özlərini güzgüdə görmürlər. Dəbə uyğunlaşmaq olar, amma bu o demək deyil ki, yaraşmayan paltarları geyinməlisən”.
Milli.Az-a açıqlama verən modelyer Fəxriyyə Xələfova isə qadınların geyimi haqda bunları dedi:
“Hər yerin öz geyimi olduğu kimi, hər ilin, hər mövsümün öz dəbi var. Psixoloji amildir ki, yeniliyə daxildən gələn bir istək var. Çağırış var. Buna görə də xanımlar yeniliyə üstünlük verirlər. Geyim, təbii ki, hər zaman köhnəlir, heç bir geyim yeni qalmır. Və ya zaman keçdikcə bədən ölçüsünə uyğun gəlmir, dəblə uyğunlaşmır. Bu səbəbdən də geyimlər hər zaman seçilir və qarderob yenilənir.
Geyim seçərkən ilk növbədə onun təyinatını müəyyən etmək lazımdır. Yəni bu geyim alındıqdan sonra harada istifadə olunacaq. Əsasən xanımlar burada səhvə yol verirlər. Geyimi aldıqdan sonra düşünürlər ki, bunu haraya geyinmək olar. Əslində, bu düzgün deyil. Biz aldığımız paltarı həvəsimizi öldürmək üçün deyil, onu hansısa bir məqsədlə almalıyıq.
Elə geyim ala bilərsiz ki, onu ümumiyyətlə heç yerə geyinə bilməzsiniz. Geyimin öz funksiyası var. Bunu unutmaq olmaz”.
Geyinərkən stili unutmaq olmaz
Modelyerin fikrincə, bir neçə stil var ki, xanımlar onlara üstünlük verirlər. Bunlar klassik, romantik və idman üslubudur. Bu üç üslub ən populyar üslublardır ki, xanımlarımız onlara üstünlük verirlər. Stil dedikdə bu zaman xanımlar öz həyat tərzlərini fikirləşməlidirlər. Özlərinə elə paltar almalıdırlar ki, onların həyat tərzinə uyğun gəlsin, özlərini rahat hiss edə bilsinlər.
Geyimin estetik funksiyası da var. Yəni görünüşü. Bütün bunlar üst-üstə düşməlidir. Bu isə estetik görünüş, paltarın düzgün seçilməsi, onun zövqlü görünüşü, hər şeylə uyğunlaşması deməkdir.
Xanımlar yaşlarına uyğun geyinmirlər
Unutmaq lazım deyil ki, paltar zahiri görünüşə uyğun, yaşa uyğun olmalıdır. Bu gün dəb aləmində yaş məsələsi artıq problemə çevrilib. Xanımlarımız çalışırlar ki, yaşlarını qabartmasınlar, buna görə də bir çoxu geyimləri ilə cavan görünmək istəyir və bununla da gülünc vəziyyətə düşür. İnsan geyinərkən yaşı nəzərə alanda daha gözəl gürünür. Geyimin həm funksional baxımdan, həm də estetik görünüşcə düzgün seçilməsi onu mükəmməl edir. Hər hansısa bir funksiyanı qeydə almadıqda isə artıq yalnış geyim çıxır ortaya.
Geyimlərin üstündə etiket başqa dildə yazılır
“Geyim etiketində yazılar var, yəni ölçülər. Bəzən geyimlər üzərində yazılan ölçülər müştərilər tərəfindən heç nəzərə alınmır. Bədən ölçüsü mütləqdir. Ölkəmizdə istifadə olunan geyimlərin 90 faizi xaricdə istehsal olunduğuna görə geyimin üstündə yazılan ölçülər xarici dildə olur. Əslində, bu bir problemdir. Necə ki, qida məhsullarının üzərində etiketlər Azərbaycan dilinə tərcümə olunur, eynilə də geyimlərin üzərində hər şey ətraflı yazılmalıdır ki, alıcı nə aldığını bilsin. İstifadəçi məcbur deyil axı xarici dili bilsin. İstifadəçilərin özləri də geyimlərin üzərindəki etiketlərə biganə yanaşırlar. Çox zaman elə olur ki, geyimlərin üzərindəki etiketlərdə belə məlumat səhv olur. Bilmirəm, bunu bilərəkdən belə edirlər, yoxsa yazanlar məlumata sahib deyillər. Lakin bütün bu sadaladıqlarım geyimlərdən istifadə edən müştərilərə problem yaradır”, – Fəxriyyə Xələfova dedi.
Türkan Nadirqızı
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Comments are closed, but trackbacks and pingbacks are open.