Mən hardan bilə bilərəm ki, maşında hansı təkərlər var?
Kommunal xidmət və nəqliyyat
Azərbaycanda kimin müavinət almaq hüququ var: valideynlər, uşaqlar, pensiyaçılar, əlillər.
Ölkəmizdə kimin güzəştdlərən istifadə etmək və müavinət almaq haqqının olduğunu öyrəndik. Bu güzəştlərdən istifadə etmək hüququnuzun olduğu halda onlardan istifadə etmir və ya bu müavinətləri almaq hüququnuzun olduğu halda onları almırsınızsa, 142 telefon nömrəsilə Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinə zəng edin.
Əlilliyi olan şəxslər
Əlillər üçün aylıq pensiyar aşağıdakı kimi verilir:
- I qrup əlillik üçün – 150 azn;
- II qrup əlillik üçün – 130 azn;
- III qrup əlillik üçün – 110 azn.
Əlillərin daha hansı hüquqları var
- İldə bir dəfə Azərbaycanın sanatoriya və kurortlarında istirahət etmək və ya müalicə almaq.
- Əlillərin bərpa mərkəzlərində müalicəsi nəzərdə tutulmuşdur
- Əlil arabası
- Eşitmə cihazı
- İş yerində güzəştlər: qısaldılmış iş günü, daha uzunmüddətli məzuniyyət
- Radiasiyaya məruz qalmış şəxslər müalicə üçün ildə bir dəfə 237 manat məbləğındə pul vəsaiti alır
Yaşa görə sosial müavinət
Pensiya kapitalına malik olmayan işsiz şəxslərə yaşla əlaqədar aylıq 130 azn sosial müavinət verilir:
- Qadınlar – 62 yaşında
- Kişilər – 67 yaşında
- Üç və daha artıq uşaq (8 ilədək) və ya 1 məhdud fiziki imkanlı uşaq (8 ilədək) böyütmüş 57 yaşlı analar.
- Üç və daha artıq uşaq (8 ilədək) və ya 1 məhdud fiziki imkanlı uşaq (8 ilədək) böyütmüş 62 yaşlı atalar. Burada aşağıdakı məqam nəzərə alınmalıdır: Müavinət uşaqların anası dünyasını dəyişmiş olduqda və ya uşaqların atasından ayrılaraq uşaqların böyüdülməsində heç bir iştirakı olmadıqda, ata isə, öz növbəsində, yenidən ailə qurmadıqda verilir.
Ana və uşaq
- Kənd təsərrüfatı istehsalatının taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, bostançılıq, meyvəçilik, kartofçuluq, yemçilik, tingçilik, bağçılıq, südçülük, donuzçuluq, qoyunçuluq, quşçuluq, atçılıq, baramaçılıq, arıçılıq, xəzlik heyvan və dovşanların yetişdirilməsi və bağçılıq sahələrində bilavasitə çalışan qadınlara hamiləliyə və doğuma görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
- Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
- normal doğumda 140 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 70 təqvim günü);
- doğum çətin olduqda 156 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 86 təqvim günü);
- iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 110 təqvim günü).
- Yaşı 18-ə çatmamış beşdən çox uşaq doğub tərbiyə edən anaya hər bir uşaq üçün aylıq 55 azn müavinət verilir.
- Sağlamlıq imkanları məhdud uşaqlara 18 yaşınadək aylıq 150 manat müavinət verilir.
- Ailə başçısını itirmiş şəxslərə aylıq 80 az müavinət verilir.
- Uşağın anadan olmasına görə 200 azn birdəfəlik müavinat verilir.
- Təzə doğulmuş uşağa görə aztəminatlı ailələrə 55 azn müavinət təyin olunur. Bu müavinət uşağın 1 yaşına çatmasınadək verilir.
- Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına aylıq müavinət 100 azn təşkil edir.
- Müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) çatmamış uşaqlarına aylıq müavinət 15 azn təşkil edir.
- Çernobıl qəzası nəticəsində zərər çəkənlərin və Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının uşaqlarına aylıq 15 azn müavinət verilir.
Qəyyumlar
Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 18 yaşadək uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq 150 azn müavinət verilir.
I-ci qrup əlillərə qulluq edən və 18 yaşına çatmamış sağlamlıq imkanları məhdud şəxslərə aylıq 50 azn müavinət verilir.
Hərbi xidmət
Prezident pensiyası müharibə əlillərinə aşağıdakı kimi verilir:
- I-ci qrup əlilləri üçün – 250 azn;
- II-ci qrup əlilləri üçün – 230 azn;
- III-cü qrup əlilləri üçün – 210 azn.
Daha kimə və daha nə?
- Böyük Vətən Müharibəsi iştirakçılarına, eləcə də “Leninqradın Müdafiəsi” medalına və “Mühasirəyə alınmış Leninqradın sakini” döş nişanına layiq görülənlərə aylıq 150 azn müavinət verilir;
- Hərbi əməliyyatlar zamanı zərər çəkmiş 1-ci qrup əlillərə aylıq müavinət – 100 azn;
- Çernobıl qəzasının ləğvində iştirak edən şəxslərə verilən aylıq müavinət 100 azn;
- 20 Yanvar hadisələrinin qurbanlarının ailələrinə verilən aylıq müavinət 300 azn;
- Azərbaycanın Milli Qəhrəmanlarına verilən aylıq müavinət – 1500 azn;
- Əfqanıstanda hərbi xidmət zamanı şəhid olan əsgər ailələrinə aylıq müavinət – 300 azn;
- Şəhid ailələrinə birdəfəlik müavinət – 11 min azn.
Müavinətlərin verilməsinən savayı daha hansı imtiyazlar var?
Şəhid ailələri, Böyük Vətən Müharibəsi veteranları, Qarabağ müharibəsi veteranları, 20 Yanvar hadisələri əlilləri, eləcə də Çernobıl qəzasının ləğvində iştirak edənlər mənzillə təmin olunur.
Müharibə əlilləri, 20 Yanvar hadisələri əlilləri və Çernobıl hadisələri əlilləri psixiki sağlamlıq arayışı təqdim etdikdən sonra avtomobil almaq hüququna malikdir. Əlilliyi olan şəxs nəqliyyat vasitəsini idarə edə bilmədiyi təqdirdə onu idarə etmək hüququ sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. Avtomobil miras kimi ailənin digər üzvünə ötürülə bilər.
İşsizlər və işaxtaranlar
İşsizlik müavinəti
İşsiz kimi tanınan vətəndaşlar işsizlik müavinəti almaq hüququna malikdir. Qeydiyyatdan keçmək üçün Məşğulluq Mərkəzlərinə müraciət etmək lazımdır. İşsizlik müavinəti yalnız işdən çıxarılan və ya ixtisara düşənlərə verilir. Öz istəyi ilə işdən çıxanlara müavinət verilmir.
“İşsizliyə qarşı sığorta haqqında” qanuna uyğun olaraq Azərbaycan Respublikası vətəndaşının işlədiyi təşkilat və ya hüquqi şəxs ləğv edilərsə, o, sığorta müavinəti almaq hüququna malikdir. Bu Qanun vətəndaş ixtisar edildikdə də qüvvəyə minir. Qeyd etmək lazımdır ki, qanun yalnız işəgötürənlə əmək müqaviləsi bağlamış işçilərə şamil olunur.
Müavinət iş stajından asılı olaraq aşağıdakı kimi hesablanır:
- İş stajı 3-5 il olduqda – son əmək haqqının 50 faizi (hər ay);
- 5-10 il olduqda – son əmək haqqının 55 faizi (hər aylıq)
- 10 ildən artıq olduqda – son əmək haqqının 60 faizi (hər ay)
- İşsizlik müavinətini nə müddət almaq olar?
- 6 ay ərzində. Bu müddət ərzində heç bir işin tapılmadığı təqdirdə, Azərbaycan Respublikası vətəndaşı minimal əmək haqqı, yəni 180 azn məbləğində 3 ay müavinət alır.
- İşi harada axtarmalı?
- AR vətəndaşı hələ də işsizlər sırasında deyilsə, o, “Məşğulluq” alt sistemindəki elektron formanı dolduraraq Məşğulluq Mərkəzinə müraciət etmək hüququna malikdir. İş axtaran və ya işsiz kimi qeydiyyatdan keçmək olar.
- İş tapılmasa nə etməli?
- Beş gün ərzində ərizəçiyə uyğun bir iş təklif edilmir və ya işəgötürən onu işlə təmin etmirsə, sistem onu işsiz kimi qeyd edəcək. Təklif olunan işdən imtina etmək olar, lakin bu halda bunun səbəbinin göstərilməsi zəruridir.
Vəziyyətdəki heç bir dəyişikliyi elektron sistemdən gizlətmək olmaz: özünüz bir iş tapmısınızsa, bunu mütləq profilinizdə qeyd etməlisiniz. Bütün amilləri də qeyd etmək lazımdır: sağlamlıq vəziyyətindəki dəyişiklik və imkanların məhdudlaşdırılması və s. - Peşə təhsili nədir və onu kim ala bilər?
Namizəd uyğun peşə bacarıqlarına malik deyilsə və ya əvvəlki peşəsində işləyə bilmirsə, Məşğulluq Mərkəzi onun üçün peşə təlimi təşkil edəcək. Beləliklə, mövcud ixtisası artırmaq və ya tamamilə yeni peşə sahibi olmaq mümkündür.
İş qabiliyyətinin itirilməsinə görə müavinət
İş yerində qəza zamanı xəsarət almış işçiyə aylıq müavinət təyin olunur. Öldüyü təqdirdə zərərçəkənin ailəsinə 77 azn müavinət ödənilir. İş qabiliyyətini itirilməsi faizlərlə hesablanır:
- 29%-dək – 33 azn;
- 30-dan 59%-dək – 44 azn;
- 60-dan 79%-dək – 55 azn;
- 80%-dən artıq – 66 azn.
Sosial uyğunlaşma üçün müavinət
- Cəzaçəkmə müəssisəsindən çıxmış sosial uyğunlaşmaya ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinət 720 azn təşkil edir.
Müəyyən bir yaşayış yeri olmayan insanlar
- Sənədlər olduqda yaşayış yeri olmayan vətəndaşlar polisə və ya rayon bələdiyyəsinə müraciət edərək evsizlər üçün (6 ayadək) sığınacaqda yaşamaq hüququndan istifadə edə bilər. Bunun üçün psixiki sağlamlıq haqqında arayış tələb olunur.
Kommunal xidmət və nəqliyyat
- Valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan 18 yaşa çatmamış uşaqlara kommunal xidmətlər və nəqliyyat xərcləri üçün ayda 5 azn ödənilir;
- Bu məqsədlə şəhid ailəsinin hər bir üzvünə 12 azn ödənilir.
Güzəştlərdən necə yararlanmaq olar?
- Güzəşt əldə etmək və lazımi sənədlər barədə məlumat almaq üçün yaşayış yerinə uyğun əhalinin sosial müdafiəsi mərkəzinə müraciət edilməlidir. Sənədlərin siyahısı, həmçinin nazirliyin rəsmi veb saytında da mövcuddur
- Azərbaycan Respublikası Sosial Müdafiə və Əmək Nazirliyinin rəsmi saytı.
- Azərbaycan Respublikası Sosial Müdafiə və Əmək Nazirliyinin qaynar xətti – 142.
- Şikayət və təkliflər üçün qaynar xətt nömrələrinin siyahısı.
Mən hardan bilə bilərəm ki, maşında hansı təkərlər var?
Bakıdakı yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə birmənalı münasibət yoxdur. Onlara inamsızlığa səbəb satdıqları benzinin keyfiyyətinin aşağı olmasından, avtomobil sahiblərinin satışda aldadılmasındam və digər səbəblərdən irəli gəlir. Maraqlıdır avtomobil sahibləri hansı yanacaqdoldurma məntəqlərinə üstünlük verirlər? Həmin məntəqələrdəki benzinin keyfiyyəti onları qane edirmi? Modern.az saytı müxtəlif sahələrdən olan maşın sahiblərinin fikirlərini öyrənib: Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (Cascfen) rəhbəri Azər Həsrət deyir ki, təxminən 15 gün öncə maşınında problem yaranıb, bunun səbəb isə benzinin keyfiyyətilə bağlıymış: “Poblem xeyli vaxt idi ki, hiss olunurdu, amma çox da bənd olmurdum. Səhər mühərriki işə salanda “güllə atırdı”. Partapart aləmi başına götürürdü. Sonra sürəndə də pedala ha basırdım, sürət yığa bilmirdi. Düşündüm ki, nəsə ciddi problemi yaranıb. Ona görə də daimi ustam olan Rüstəmin yanına getdim. Diaqnostikadan keçirdi, dedi ki, maşında heç bir problem yoxdur. Elə isə problem nədir? Maşın ən azı 89 tələb etdiyi halda 92 oktan benzindən istifadə edirəm. Normaldır yəni. Rüstəm usta hardan, necə benzin aldığımı soruşdu. Dedim. Cavabı bu oldu ki, get, “Azpetrol”dan hələlik 95 oktanlı benzin al, bir az sür, problem keçib gedəcək. Elə də etdim. Doğrudan da problem həllini tapdı. Bir neçə gün öncə düşündüm ki, 92-nin durumunu yoxlayım. Ona görə də “Azpetrol”a yanaşdım. İşçidən 92-nin durumunun necə olduğunu soruşdum. Təəccüblə üzümə baxdı: axı şikayət edən yoxdur. Anladım ki, məsələ başqadır. 20 manatlıq 92 alıb yoluma davam etdim. Heç bir problem yaranmadı.
İndi soruşacaqsınız ki, problem nədə idi? Problem onda idi ki, bir nəfərin tərifinə aldanıb benzini “LukOil”dan alırdım. Problem, sadəcə “LukOil”un benzinində imiş. Forsaj belə, işləmirdi o benzinlə. İndi isə yenidən “Azpetrolda”yam və forsaj da necə lazımdır işləyir…”.
Vətəndaşların Əmək Hüquqlarını müdafiə Liqasının sədri Sahib Məmmədov: “Benzinin keyfiyyət problem zamanla yanacaqdoldurma məntəqələrinin hamısında olur. Mən SOCAR, “Azpetrol”, elə həmin “Lukoil”dən aldığım benzinlərə görə xeyli xərc çəkməli olmuşam. Filtir dəyişməlidir, benzini çəkib yenisini vurmaq lazımdır və s. Sadəcə, bəzən bunlar qatqılarda ağını çıxarırlar. Mən heç bir yanacaqdoldurma məntəqəsindən razı deyiləm. Səbəbi isə onunla bağlıdır ki, benzinin həm keyfiyyəti çox aşağıdır, həm də maşının çəninə vuranda aldadırlar, az vurular. Beləliklə həm adamın cibinə, həm də avtomobilin hissələrinə ciddi xələl gəlir. Bir sözlə, yanacaqdan da narazıyam, məntəqələrdən də”.
Futbol veteranı, keçmiş məşqçi Ağasəlim Mircavadov deyir ki, onun üçün bütün yanacaqdoldurma məntəqələrindı keyfiyyət eyni dərəcədədir. “Mənim üçün hardan rahatdırsa, oradan da maşınıma yanacaq doldururam. Amma daha çox “Azpetrol” və “SOCAR”dan istifadə edirəm”.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, heç bir yanacaqdoldurma məntəqəsindəki keyfiyyət onu qane etmir. “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səhlənkarlığı ucbatından son vaxtlar yanacaqdoldurma məntəqələri özbaşınalıqlara yol verirlər. Kimlərsə qazanc qazanır. Amma bizlər həmin keyfiyyətsiz yanacağa görə əlavə xərclər çəkirik. Əvvəllər “SOCAR”ın yanacaqdoldurma məntəqələri yaxşı idi. Son vaxtlar isə həmin məntəqədəki keyfiyyətdən heç bir əsər- əlamət qalmayıb. Mən indi “Lukoil”dən istifadə edirəm. Ona görə ki, orada yanacağın keyfiyyəti başqalarına nisbətən çox yaxşıdır”.
Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikrincə, bütün yanacaqdoldurma məntəqələri onu qane edir. “Orada insanlara çox yaxşı xidmət göstərilir. “Lukoil”də isə benzinin keyfiyyəti digərlərinə nisbətən daha yaxşıdır. Ona görə də daha çox oradan istifadə edirəm”.
Mügənni Nadir Bayramlının sözlərinə görə “Lukoil”də daha keyfiyyətli benzin var. “Ustalar mənə “Lukoil”i tövsiyə etdiyinə görə, oradan istifadə edirəm. Çünki həmin yanacaqdoldurma məntəqəsi maşınıma daha az ziyan vurur. Amma ara-sıra digərlərindən də istifadə edirəm”.
Xalq artisti, mügənni Gülyaz Məmmədova deyir ki, o, daha çox “Azpetrol”dan istifadə edir. “Çünki evimizin yanındadır və mənə daha rahatdır. Məni də oranın benzinin keyfiyyəti qane edir”.
Media eksperti Ələsgər Məmmədli bildirib ki, “İsoil” və “Azpetrol”dan daha çox istifadə edir. “Çünki yolumun üstündədir. Şəhərdən kənara çıxdıqda isə “SOCAR”dan istifadə edirəm. Mən seçim qarşısında qalsam, “SOCAR”ı seçərəm. Çünki oranın benzini mənə daha çox yol qət etmək imkanı verir. Bəzi yanacaqdoldurma məntəqələrində yanacağı kəsirlər, sürücüləri aldadıb çənə az vururlar. Biz də bunu sübut edə bilmirik. Amma ümumiyyətcə, keyfiyyətə gələndə heç biri arasında o qədər də fərq yoxdur”.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlının sözlərinə görə, “SOCAR” yanacaqdoldurma məntəqələri təzə açılanda oradan istifadə edirmiş: “ Onlarda əvvəllər benzinin keyfiyyəti yaxsi idi. Sonra isə yanacaq havaya sovruldu. Basqa yerdən eyni həcmdə vurduğum benzinlə nisbətdə az olurdu. Ona görə demək olar ki, 1 ildir “SOCAR”dan benzin almıram. “Lukoil” yaxsi idi. Onun da zayı cıxdı. Oradan benzin alırsan, baxırsan ki, benzin çəni yarıyacan dolub. Maşını gətirib saxlayırsan həyətdə, səhər durub görürsən ki, yanacaq xeyli azalıb. Bilmirsən maşını gecə kim sürüb. Deməli benzinə nə qatırlarsa, buxarlanıb uçur. “ABUpetrol”da da kəsirlər. “Azpetrol”da da eyni mənzərədi. Bayılda “Azpetrol”la üzbəüz BNQ adlı yanacaqdoldurma məntəqəsi var. “Azpetrol”dan 20 manatlıq benzin alıram, yarım çən dolmur. Amma keçib o birindən alıram çən yarıyacan dolur. Bir də təzə yaranan “Tosoil” yanacaqdoldurma məntəqələri var. Onların benzini başqalarına nisbətən daha keyfiyyətlidir. Yəqin ki, yeni olduğu üçün kəsmirlər.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, onun üçün yanacaqdoldurma məntəqələri arasında fərq yoxdur. “Çünki bütün yanacaqdoldurma məntəqələrində keyfiyyət eynidir.Yolum hardan keçirsə, qarşıma çıxan yanacaqdoldurma məntəqələrindən də istifadə edirəm”.
AvtoStop, AvtostopAZ, AVTOSTOP.AZ, AvtoStop sual-cavab, Sual-Cavab, Suallar, Cavablar, Prava almaq, DYP, YPX, Cerime yoxlanisi, DYP cerime odenisi, onlayn cerime odenisi, BNA cerime odenisi, DYP Cərimə ödənişi, Cerimeni oyren, Cerimeni oyrenmek, Cerime yoxlamaq, DYP cerime, BNA cerime, dyp cerime yoxla, MMX cerime, radar cerime, Cərimə yoxlanışı, Gomruk kalkulyatoru, Avtomobilin gomruk rusumu, masinin gomruk rusumu, gomruk rusumunu yoxlamaq, gomruk rusumu yoxla, avto gomruk kalkulyatoru, rastamoska rusumu, raztamoska rusumu, gomruk rastamowka rusum, Gömrük rüsumu kalkulyatoru, Avtomobilin gömrük rüsumu yoxlanışı, Cerime yoxlanisi, DYP cerime odenisi, onlayn cerime odenisi, BNA cerime odenisi, DYP Cərimə ödənişi, Cerimeni oyren, Cerimeni oyrenmek, Cerime yoxlamaq, DYP cerime, BNA cerime, dyp cerime yoxla, MMX cerime, radar cerime, Cərimə yoxlanışı, DYP muraciet, Dovlet Yol Polisine muraciet, DYP sikayet, DYP-ne wikyet, qai wikayet, qai sikayet, yol polisine sikayet, cerime sikayeti, mmx sikayeti, cerimeden sikayet dyp, ypx sikayet, YPX muraciet, YPX müraciət, YPX Şikayət, DYP Müraciət, Icbari sigorta, avtosigorta, avtomobil icbari sigortasi, masin sigortasi, sigorta almaq, icbari avto sigorta, icbari sigrota, Icbari sığorta, Avto İcbari Sığorta, Maşın, Nəqliyyat vasitəsi, Imtahana hazirliq, Suruculuk imtahanina hazirliq, DYP imtahanina hazirliq, Onlayn derslik, Sürücülük imtahanına hazırlıq, DYP imtahanına hazırlıq, Onlayn dərslik, Suruculuk vesiqesi, Sürücülük vəsiqəsi, DYP imtahanında verilen suallarç İmtahanda verilən suallar – cavablar
salam. yeni 0 km avtomobil alınarkən ağ rəngdə, damı isə qara rəngdə idi. (istehsaldan sonra da rənglənmiş ola bilər). əgər texniki pasportda maşın ağ olaraq qeydiyyatdan keçirilibsə, bu halda yol polisi saxlayıb üzərinin (damının) qara olmasına görə cərimə edə bilərmi? mövzudan qeyri digər bir sual isə, əgər qara avtomobil ağ olaraq qeydə alınıbsa bunun maksimal cəriməsi nə qədər olmalıdır? öncədən təşəkkür.
22:51 – 24.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Əgər avtomobilin damının çox hissəsi panorama lyukudursa və şüşəsi qara rəngdədirsə, qala kiçik bir dəmir detalı ağrdırsa, onu qara rəngə rəngəməklə problem yaranmaz. YPX əməkdaşı buna görə cərimə yazmaz. Ancaq yenə də ixtisaslaşdırılmış rənglənmə sexində avtomobil rəngləndikdən sonra arayış alınmalı və DYP İdarəsinin Qeydiyyat şöbəsinə təqdim edilərək, dövlət xəzinəsinə 60 manat (30 manat – qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsinə, 30 manat isə texniki müayinəyə görə) rüsumu ödəməklə qanuni olaraq, avtomobilin yeni qeydiyyat şəhadətnaməsində iki rəng göstərmək olar. Buna görə DYP əməkdaşları sizə imtina edərlərsə, DİN-ə şikayət edə bilərsiniz.
10 iş günü ərzində isə avtomobil təkrar qeydiyyatdan keçirilməlidir.
Avtomobilin rəngi qeydiyyat şəhadətnaməsində yazılı olan rəngdən fərqli olduğu təqdirdə isə, avtomobili YPX əməkdaşı yoxladığı təqdirdə sənəddə olan fərqi aşkarlasa, avtomobil bir başa müvəqqəti saxlama duracağına yerləşdirəcək.
Yol Hərəkəti haqqında Qanun,
Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı
III. Xarici işıq cihazları
1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda.. nasazlıq aradan qaldırılır.
İnzibati Xətalar Məcəlləsi, Maddə 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
– Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.
İ.X.M. 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə – 50 (əlli) manat cərimə tətbiq olunur. (Cərimə balı mövcud deyil.)
23:48 – 24.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
Salam,
Bu gün məni DYP əməkdaşı telefondan istifadə etdiyimə görə saxlayıb, ondan video material istədikdə isə məsələni arxa stopların rənglənməsinə görə saxladığını bildirdi.
Mənə talıbovun kitabında olan maddəni göstərib ki stopların rənglənməsi qadağandır və buna görə, maşını cərimə meydançasına aparıb. Melumat ucun bildirim ki, arxa stoplarda vinil yoxdu (15% rəng ilə tündləşib)
Burada iki sualım olacaq:
1. işıq keçirmə cihazı ilə yoxlanmalı idi? çünki uzaqdan baxıb deyir stoplar rənglənib, lakin heç bir fakt yoxdur. Yani stopun öz rəngi dəyişməyib elə qırmızı rəngdədi.
2. buna görə maşın cərimə meydançasına aparılmalı idi yoxsa yerində protokol tərtib oluna bilərdi?
Onuda vurgulayım ki, heç bir protokol tərtib olunmayıb, mənə dedi yaxınlaşarsan 23 cü otağa, buna görə nəsə edə bilərəm və ya harasa şikayət edə bilərəm?
17:21 – 03.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Arxa stoplar (tormoz işıqları) ön yan və ya ön şüşələr deyil ki, onların tündlüyü tuametrlə ölçülsün. Əgər avtomobil zavod istehsalı vəziyyətində stopların içində parlaq, qırmïzı rəngdə işıqqaytarıcıları olubsa, onu tündləşirdirərək işıqqaytarıcıları yararsız vəziyyətə gətirirsinizsə, bəli sizə İnzibatı Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə 50 (əlli) manat cərimə tətbiq olunmalıdır.
İ.X.M. Maddə 342.5.
Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı
Habelə, İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsinə əsasən avtomobil bu şəkildə istismarına icazə verilmir.
Buna görə də, avtomobil müvəqqəti saxlama duracağına yerləşdirilir və ya yerindəcə həmin nasazlıq aradan qaldırılarsa, avtomobilin cərimə meydançasına aparılmasına ehtiyac qalmır.
İ.X.M. Maddə 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.
Avtomobilin stoplarını sumbata (najdak) kağızı ilə sürtərək, (yerindəcə) standart vəziyyətə gətirmək mümkün olardı.
Protokolun tərtib olunmasına qaldıqda isə, cərimə protokolu oradaca tərtib olunmalı və nasazlıq yerindəcə həll olunmadığı təqdirdə, protokol tərtib olunduqdan sonra müvəqqəti saxlama duracağına yerləşdirilməli idi. Əks halda YPX əməkdaşının protokolsuz hər hansı hərəkəti qanunsuz sayılır. Bununla bağlı DİN-nə və ya BDYPİ-nə şikayət edə bilərsiniz.
Sizdən qeyri-qanuni tələb olunan (və çox güman ki, rüşvət olaraq tələb olunacaq) 150 (yüz əlli) manat isə İ.X.M. 342.2.2-ci maddəsi ilə nəzərdə tutularaq deyilmişdi. Bu maddənin iss sizin törətdiyiniz inzibati işə aidiyyəti yoxdur.
21:05 – 03.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
Salam . men ozume id 6 getizdirmiwem yoldadir . indi surduyum avtomobilin dovlet qeydiyyat nisanin hemen avtomobilin ustune vurdmag isteyirem ve bu prosesi hansi qaydalar cercivesinde ede bilerem?(menden buna gore ortalama 700-900 azn pul isteyibler dyp da)
12:13 – 01.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Yeni avtomobil gəldikdən sonra DYP-də qeydiyyatdan keçirərkən, indiki idarə etdiyiniz avtomobili təkrar qeydiyyatdan keçirirsiniz. Köhnə avtomobili yeni qeydiyyat nişanı verilməsini (30 manat) tələb edirsiniz. Həmçinin köhnə avtomobilin qeydiyyat şəhadətnaməsi (30 manat rüsum ödənilərək) də dəyişdirilir. Köhnə dövlət qeydiyyat nişanı isə brona verilir və yeni avtomobil qeydiyyatı zamanı köhnə qeydiyyat nişanı yeni avtomobilə qeydiyyata alınır. Köhnə qeydiyyat nişanı üçün isə rüsum ödənilmir.
Rüsumdan əlavə rüşvət istənildiyinə görə isə DİN-nə şikayət edə bilərsiniz.
14:40 – 01.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
salam, ön faraları kənar təsirlərdən qorumaq üçün faraya çəkilmiş 100% keçiriciliyə sahib tam şəffaf örtüyə icazə var? yoxdursa bu hansı maddəni pozur? və cəriməsi nə qədərdir? təşəkkürlər.
18:49 – 27.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Qanunda belə bir qadağa mövcud deyil.
Avtomobilin optik cihazının üzərinə 100% şəffaf qorucu vinil vura bilərsiniz.
21:15 – 27.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
Salam. Avtomobili öz adıma ölkəyə idxal eləmişəm. Yol müşayət sənədləri əsasında avtomobilin gömrük rəsmiləşməsi bitmiş və yük gömrük bəyənnaməsi mənə təqdim olunmuşdur. Mənə təqdim olunan yük gömrük bəyənnaməsi və dövlət rüsümlarını ödədikdən sonra avtomobilin ilkin qeydiyyata alınması üçün BDYPİ Qeydiyyat imtahan idarəsinə yaxınlaşmışam. Lakin, DYP nin əməkdaşı avtomobili ilkin qeydiyyata almaq üçün yük gömrük bəyənnaməsinin kifayət olmadığını, bunun üçün avtomobilin yol müşayət sənədlərinin (semeer, invoy, texpasport və.s) natarial qaydada tərcümə olunmasını tələb etmişdir. Bunun hansı qanunla, hansı şəkildə tənzimlənməsi barədə sualıma cavab verməyinizi sizdən xahiş edirəm.
Avtomobilin ilkin qeydiyyatı üçün tələb olunan sənədlər hansılardır?
13:27 – 27.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Tələb olunanlar əsaslıdır. Sənədlər xarici dildədirsə, Azərbaycan dilinə notarial qaydada tərcümə edilərək DYP İdarəsinin Qeydiyyat şöbəsinə təqdim edilməlidir. Xaricdə avtomobillərin qeydiyyat şəhadətnaməsi “title” adlanan vərəqlər olur.
Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə
2.8. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir:
1) ərizə;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd;
5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.
14:06 – 27.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
Salam. Bizim video çəkiliş ilə məşğul olan şirkətə digər yükdaşıma şirkəti müqavilə əsasında xidmət göstərir. (Çəkiliş avadanlıqların bir məkandan digər məkana və geri daşınması) Belə olan halda “yol vərəqi” sürücüyə təqdim olunmalıdırmı? Əgər verilməlidirsə onda kim tərəfindən və nümunə hardan əldə etmək olar? Təşəkkür.
21:36 – 26.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Yol vərəqini avtomobilin (mülkiyyət) sahibi olan hüquqi şəxs (şirkət) həmin avtomobili idarə edən sürücü üçün verir. Sizin şirkətə xidmət göstərən hüquqi şəxs (şirkət) avtomobilin sahibi olduğuna görə, sürücüyə yol vərəqini onlar verməlidir, sizin şirkət deyil.
“YÜK AVTONƏQLİYYATI ÜÇÜN YOL VƏRƏQİ – FORMA № YV-2 – FORMA VƏ REKVİZİTLƏRİ VƏ ONLARDAN İSTİFADƏ QAYDALARI”nı saytın Qanunlar, Sənədlər, Cərimələr və Rüsumlar menyusundan – Yol vərəqi bölməsinə keçid edərək tanış ola bilərsiniz.
P.S. Yük nəqliyyatı üçün olan forma və qaydalar Sərnişindaşıma üçün olan qaydaların aşağı hissəsindəki.
22:20 – 26.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
Salam. Mən dostuma öz avtomobilimi idarə etmək üçün verdim. Onun sürücülük vəsiqəsidə yoxdur avtomobilə aid etibarnaməsidə yoxdur. Onu YPX işıqforun qırmızı işığında keçdiyinə görə saxlayıb heç bir sənədinin olmadığı məlum olduqda avtomobili cərimə meydançasına aparıb. Zəhmət olmasa deyərdiz. Proses necə olmalıdır? Mən hansı cərimələri hara ödəyib avtomobili cərimə meydançasından çıxara bilərəm? Birdə cərimə meydançasından çıxanda orada şlaqbaumu açan adam pul tələb etsə bu qanunidir?
21:50 – 22.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsə verdiyinizə görə siz 60 (altmış) manat, dostunuz isə sürücülük vəsiqəsi sahibi olmadığı halda avtomobil idarə etdiyinə görə 100 (yüz) manat cərimə olunub.
İnzibatı Xətalar Məcəlləsi,
Maddə 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi – 100 (yüz) manat;
Maddə 335.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi – fizi şəxslər – 60 (altmış) manat;
Cərimələri saytın “Cərimə ödənişi” bölməsində (və ya hər hansı ödəniş terminallarında) ödəyərək, Regional və ya Bakı şəhər Baş Yol Polisi İdarəsinə yaxınlaşaraq, oradan buraxılış talonu alıb, cərimə meydançasına təhvil verməklə və müvəqqəti saxlama duracağının gündəlik (avtomobilin orada qalma müddəti 1 günün qiyməti) 1 (bir) manatdan hesablamaqla ödəyib, avtomobilinizi təhvil ala bilərsiniz.
Müvəqqəti saxlama duracaqları DYP Siqnal İdarəsinin nəzdində fəaliyyət göstərir və duracaq ödənişlidir. Günlük ödəniş 1 (bir) manatdan artıq olmamaq şərti ilə hesablanmalıdır.
01:05 – 23.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
Dünən dyp əməkdaşı məni nömrələrimin rənginin solduğuna görə saxlayıb və maşınımı duracağa qoyub.Hazırda gedirəm respublika dyp-də yeniləməyə nömrələri.
Mənə 80 manat 4 bal cərimə olunacağımı dedi.Və bakı şəhər dyp-ə yaxınlaşmaı dedi.
Belədirmi bu?
13:05 – 20.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Əgər qeydiyyat nişanları standartlara uyğun deyilsə, bayrağın rəngi, rəqəm və hərflər pozulduğu təqdirdə dəyişdirilməlidir. Vaxtında dəyişdirilmədiyi təqdirdə, İXM-nin 342.7-ci maddəsi ilə cərimə tətbiq olunur.
İnzibatı Xətalar Məcəlləsi,
Maddə 342.7.
Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etmə – 60 (altmış) manat + 4 bal cərimə tətbiq olunur.
Lakin, sizə yerindəcə protokol tərtib olunmaması və harasa gedilməsi tələb olunması qanuni hərəkət deyil. DİN-nin 102 qaynar xəttinə bu barədə şikayət edin. Protokolun tərtib olunmayacaq, idarəyə getməniz tələb olunduğunu bildirin və bunun da qanuni yolla cərimənin dövlət xəzinəsinə ödənməsi deyil, hansısa məmurun rüşvət alması üçün qurulmuş olan olduğunu bildirin.
Daha sonra isə BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin Qeydiyyat şöbəsindən öz qeydiyyat nişanınızın yenisini vermələrini tələb edin. Öncədən qeydiyyat nişanlarının cütünə görə 30 (otuz) manat ödəyin və çekini müfəttişə təqdim edin.
13:43 – 20.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
Salam, mənim etibarnamə ilə idarə etdiyim avtomobili MMC-yə ( fiziki şəxsdən hüquqi şəxsə) qeydiyyata almaq üçün hansı proses olur və rüsum ne qeder ödənilir ?
10:29 – 20.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin
Fiziki şəxslə hüquqi şəxs arasında alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqavilə notarial qaydada və ya hüququ şəxs tərəfindən (möhürlənmiş şəkildə) tərtib edilə bilər.
Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi üçün hər iki tərəf Baş DYP və ya Regional İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinə yaxınlaşmalıdırlar.
Qeydiyyat şöbəsində hər iki tərəfin (hüquqi şəxsdə əlavə olaraq VÖEN də) sənədləri – şəxsiyyət və sürücülük vəsiqələri, avtomobilin qeydiyyat şəhadətnaməsi təqdim olunur.
Avtomobilin girovda olmaması təyin olunduqdan sonra blank verilir, blank doldurulduqdan sonra notariat kontoruna yaxınlaşılır və alqı-satqı müqaviləsi bağlandıqdan sonra dövlət rüsumları ödənilir və çeklərlə birlikdə sənədlər əməkdaşlara təqdim olunur.
Avtomobili satan şəxs avtomobilin üzərində olan qeydiyyat nişanından imtina edərək qeydiyyat nişanının avtomobilin üzərində qalmasını və ya qeydiyyat nişanından imtina etməyərək özündə saxlamaq (digər avtomobilə qeydiyyat aparma) hüququ var.
Alqı-satqı müqaviləsi notariat kontorunda (və ya Asan xidmətdə) tərtib edildikdə, dövlət rüsumu 70 manat + 10.50 manat xidmət haqqı təşkil edir.
Bundan əlavə avtomobilin mühərrik həcminə görə dövlət rüsumu – məs.: 2000 sm/kub üçün 100 manat tələb olunur.
Qeydiyyat şəhadətnaməsinə görə 30 manat, yeni qeydiyyat nişanına ehtiyac olarsa da 30 manat rəsmi rüsum ödəməlisiniz. Habelə, avtomobil texniki müayinədən keçməyibsə, avtomobilin texniki müayinəsinə görə də 30 manat rüsum verilməlidir.
Avtomobil texniki müayinə talonu varsa və texniki müayinə müddəti bitməyibsə, rüsum ödəməyə ehtiyac yoxdur. Sadəcə olaraq, avtomobilə texniki baxış – ban və mühərrik nömrələrini eyniləşdirmək üçün yoxlama keçirilir. Bu eyniləşdirməyə görə rüsum tələb edilə bilməz, edilərsə – rüşvətdir. Dərhal DİN-nin 102 xidmətinə şikayət edin.
Daha sonra ərazi üzrə müfəttişin yanına göndərilirsiniz və yığılan sənədlərdə, rüsum ödənişlərində, texniki baxış zamanı eyniləşdirmədə problem yoxdursa sizin zalda gözləməniz və sonda yeni qeydiyyat şəhadətnaməniz alacağınız söylənəcək.
Hüquqi şəxs avtomobili satın aldığına görə sizə əlbə-əl pul vəsaiti verə bilməz. Yalnız nağdsız hesablaşma qaydası ilə alqı-satqını həyata keçirə bilər və ödənişin çekini də Qeydiyyat şöbəsində olan müfəttişə təqdim etməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.