Press "Enter" to skip to content

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları – MÜSAHİBƏ

– Yəqin ki, yol boyu rastlaşdığınız restoran və kafelərdə yemək yeyir, çay və su içirdiniz. Yoxsa, özünüzlə yemək götürürdünüz?

Fridrix Nitsşe

Fridrix Vilhelm Nitsşe – Yaradıcılığı ilə müasir fəlsəfəyə böyük təsir göstərən alman filosof, tənqidçi, filoloq, bəstəkar və şair.

  • Abır, abır, abır-budur insanın tarixi!
  • Abırsızlıq, bayağı ruhunsəmimi ruhla birləşdiyi yeganə formasıdır. Ali insan böyük və zərif həyasızlığın hər təzahüründə sayıq olmalı və abırsız təlxək və ya elmi satir onun qarşısında danışanda ali insan özünü təbrik etməlidir.
  • Aforizm cəsarətdir.
  • Aforizm düşüncələr zəncirinin halqasıdır. Oxucudan bu zənciri öz imkanları ilə yenidən qurmağı tələb edir. Aforizm bir ehtimaldır. — Yaxud Heraklitin bildiyi kimi ehtiyat tədbiridir. Aforizm həzz almaq istəyirsə, başqa materiallarla (nümunələr, izahatlar, hekayələr) təmasda olmalıdır. Çoxları bunu başa düşmür və bu səbəbdən risksiz nəyin riskli olduğunu ifadə etmək olar.
  • Aforizm yazan oxumaq deyil, əzbər öyrənmək istəyir.
  • Ağlım “Bunu etmə, bunu pis başa düşəcəklər” deyəndə, mən həmişə onun əksinəhərəkət edirəm.
  • Ağlımızın günahı ucbatından biz duyğu orqanlarımızın bizə təlqin etdiklərini təhrif edirik. Nə qədər ki, hisslərimiz təkamülü, dünyanın gərdişini, baş verən dəyişmələri göstərir, bizi aldatmır… Lakin Heroklit bu fikrində həmişə haqlıdır və dünya durduqca da haqlı olacaqdır ki, gerçəklik yalnız bir fiksiyadır. “Xəyali” dünya yeganə dünyadır: “gerçək” dünya isə nağıldan başqa bir şey deyildir.
  • Ağrımaq, zəif insanın bir xüsusiyyətidir və əxlaqsızlıqdır. Əxlaq da köləyə xasdır. Vicdanəxlaqı yerinə dahilik yəni iqtidara aparan əxlaqı qoymaq lazımdır.
  • Ağrıların bölüşülməsi deyil, sevinclərin bölüşülməsidir dostluğu yaradan.
  • Aktyorunruhu var, amma ruhunun vicdanı azdır. O, özünün inandığı şeylərlə başqalarını da inanmağa məcbur edir. O, özünə inanır!
  • Alim insan təkcə düşmənlərini sevməyi deyil, həm də dostlarına nifrət etməyi bacarmalıdır.
  • Allah bizə musiqini ona görə bəxş edib ki, biz onun köməyi ilə göylərə qalxaq.
  • Allah hansısa bir fərziyyədir.
  • Allah öldü: indi biz istəyirik ki, Fövqəlbəşər insan yaşasın.
  • “Allah”, “ruh”, “savab”, “günah”, “o dünya”, “həqiqət”, “axirət dünyası” – bütün bunlar yaramaz adamların xəstə instinktlərinin uydurduqları yalanlardır.
  • Allahdan ayrılan əxlaqa inamdan möhkəm yapışır.
  • Alov, başqa şeyləri işıqlandırdığı qədər işıqlandırmaz özünü. Müdrik də belədir.
  • Aristotel deyir ki, “Yalqızlıqda yaşamaq üçün, ya heyvan, ya da Tanrı olmaq lazımdır”. Burada üçüncü hal çatışmır: hər ikisindən – filosof olmaq.
  • . Artıq sevmək mümkün olmayan yerdə, oradan keçməlisən!
  • Ayaqlar və gözlər getdiklərini və gördüklərini deməlidirlər, yalan söyləməklə bir-birinin eyiblərini açmamalıdır. Kiçik adamlar daha çox yalan danışmalı olurlar.
  • Az bilən və az düşünən çox danışar.
  • Azadlıq özündən utanmaqdan azad olmaqdır.
  • Başqa cəhətləri bilmirəm, amma qisas və eşqdəqadın kişidən qat-qat üstündür..
  • Başqalarına bütöv bir kitabtələb olunan şeylər barəsində onlara təklif vermək mənim ən müqəddəsarzumdur.
  • Bədbəxtlik səndən yan keçdi. Bundan öz xoşbəxtliyin kimi həzz al!
  • Bəzən bircə söz də fırtına qopara bilər.
  • Bəzi insanlar öz günəşsistemlərində yaşayarlar; onları orada ziyarət etmək lazımdır. Öz atəşinlə yandırmağa hazır olmalısan özünü; əvvəl kül olmadan necə yeni ola bilərsən ki!
  • Bəziləri çox gec, bəziləri çoxtez ölürlər. “Vaxtında öl!” ifadəsi hələ ki, qəribə səslənir.
  • Bəzilərində ürək, digərlərində isə ağıl tez qocalır. Bəziləri gənclikdə qoca olurlar, amma gec gənc olan həmişə belə qalır.
  • Bəzilərində tənhalıq – xəstənin qaçışı, digərlərində isə xəstələrdən qaçışdır.
  • Bilərəkdən və könüllü surətdə yalan danışmaq zorən kor-koranədoğrunu deməkdən yaxşıdır – Platon bu yerdə haqlıdır. Hərçənd ki, qəbul olunmuş qiymətləndirmə meyarı tamam başqa cürdür: həqiqəti söyləyən insan daha çox rahatlıq tapır.
  • Bir dəfə də olsun pulu, şərəfi, nüfuzlu əlaqənin əldə edilməsini düşünməyən insan başqa insanları necə tanıya bilər?
  • Bir dəfə gedilmiş bir yola düşənlərin sayı çoxdur, hədəfə çatan az.
  • Bir dəfə insanlara uçmağı öyrədən sərhəd daşlarını yerindən tərpətdi.
  • Bir halda ki, zaman sonsuzdur, o zaman indiyə qədər bu sonsuzluq keçib gedib, yəni mümkün ola biləcək inkişaf həyata keçib. Deməli, müşahidə etdiyimiz inkişaf təkrarlanır.
  • Bir insana ediləcək ən pis şey onu utandırmaqdır.
  • Bir insanın həqiqətən ələ almış olduğu düşüncə azadlığı ilə, onun ehtirasları və hətta arzuları da gizli gizli öz üstünlüklərini göstərəcəklərini sanarlar.
  • Bir iranlı üçün mühüm olan şeylər bunlardır: sərrast atəş açmaq, at minmək, borc verməmək və yalan danışmamaq.
  • Bir işə başlamağa təşəbbüs edəcəksinizsə, qərarsızlıq qapılarını bağlayın.
  • Bir səbəbə zərər vurmağın ən hiyləgər yolu onu qəsdən səhv dəlillərlə müdafiə etməkdən ibarətdir.
  • Bir səhər Zərdüşt ürəyində güldü və istehza ilə dedi: “Xoşbəxtlik ardımca qaçır. Ona görə ki, mən qadınların arxasınca qaçmıram. Xoşbəxtlik isə qadındır”.
  • Bir şeyi qəbul edərkən laqeyd olun! Qəbul etdiynizlərə isə hörmət bəsləyin. Heç nə bağışlaya bilmədiyim adamlara bu cür məsləhət verirəm.
  • Birini günahlandırmaq üçün irəli uzatdığın əlinin 3 barmağının səni göstərdiyini unutma!
  • Biz arzu ediləndən çox arzulamağa aşiqik.
  • Biz çox az bilir və pis oxuyuruq. Ona görə də aldatmağa məcburuq.
  • Biz daha çox bizim sevimli olmağımıza mane olana yox, tam sevməyimizə mane olana nifrət edirik.
  • Biz hamımız, bəzən də heç xəbərimiz olmadan, az və ya çox dərəcədə özümüzü arsızlığa vururuq.
  • Biz həmişə yuxarılara- buludların səltənətinə can atırıq. Rəngbərəng müqəvvalarımızı da oralarda yerləşdirib onları Allahlar və Fövqəlbəşər adlandırırıq.
  • Biz insan xeyirxahlığının ölçüsündən kənara bir addım atan kimi əməllərimizə, hərəkətlərimizə inanmırlar. Fəzilət məhz “ortada” olur.
  • Biz özümüzdən çox başqaları ilə daha səmimiyik.
  • Bizə öz etibarlarını hədiyyə edən insanlar elə düşünürlər ki, bununla bizim etibarımızı qazanırlar. Bu yanlış bir bir nəticədir. Hədiyyələrlə etibar qazana bilməzsən.
  • Bizim geyə biləcəyimiz ən yaxşı maska – bizim öz üzümüzdür.
  • Bizim hər bir əməlimiz bizim özümüzü yaratmağa davam edır.
  • Bizim istifadə etdiyimiz yalanların dörddə üçü antitezalarla dünyaya gəlmişdir.
  • Bizim vəzifəmiz – bu, başqalarının bizim üzərimizdə olan hüququdur.
  • Bizlər arzu etdiyimiz şeydən daha çox, arzulamağa aşiqik.
  • Böyükborclar insanları dəyər bilməyə deyil, kin saxlamağa yönəldər.
  • Böyük sevgi əzablardan da böyükdür. Çünki, o sevməkdən başqa yaratmağı da arzulayır!
  • Böyüklüyə cəhd edən insanlar mahiyyətcə çox qəzəbli insanlardır. Bu, özünü təsdiqləməyin bir üsuludur.
  • Bu dünyada ən yaxşı sənət yalançılıqdır.
  • … Bu gün artıq dərk etmək zamanıdır ki, nə teoloq, nə keşiş, nə də papa vəd etdikləri ilahi kəlamla nəinki səhvə yol verir, həm də yalan danışırlar – daha “günahsızlıqdan”, yaxud cəhalətdən yalan danışıb-danışmamaq şəxsən onun ixtiyarında deyil. Adi bəndələr kimi keşiş də yaxşı bilir ki, “Allah” deyilən bir şey yoxdur, “günahkar” və “xilaskar” da boş şeydir. – onu da yaxşı bilir ki, “azad iradə”, “mənəviyyat qanunları” da əslində uydurmadan başqa bir şey deyildir.
  • Bu gün heç kim ölümcül həqiqətlərdən ölmür, antibiotiklər çoxalıb.
  • Bu qədim və əzəli və nəhayət zərif və ruhlandırıcı olan qorxu, mənə elə gəlir ki, indi elm adlanır.
  • Bu yalançı dünyada həqiqət pafosu haradan gəlir? Əxlaqdan… Yunanların fəlsəfə ilə baş qatmaları çox qəribədir. Gözəl yalan məşğuliyyəti. Lakin ondan da qəribə olan insanların həqiqət pafosunun dalınca düşməsidir. Platon dialektikanın hər şeyə hakim olduğu yeni bir dövlət arzulayır. O, gözəl yalanlar mədəniyyətini rədd edir.
  • Budda öldükdən sonra yüz illərdir ki, mağarada onun kölgəsini göstərirlər. Dəhşətli və qorxulu kölgəsini. Allah ölüb. Amma insanların təbiəti elədir ki, min illər boyunca kölgə göstərilən mağaralar mövcud olacaq. Ona görə də biz bir də onun kölgəsinə qalib gəlməliyik!
  • Bütün Allahlar şairlərin simvolu və məkrli dedi-qodularıdır!
  • Bütün böyüklər bazardan və şöhrətdən uzaqdırlar. Yeni dəyərlər ixtiraçıları həmişə bazardan və şöhrətdən kənarda yaşamışlar.
  • Bütün həqiqətlər sadədir. — Bunun özü ikiqat yalan deyilmi? Çarəmiz yoxdur, bu gərdişlə barışmalıyıq… Yalan danışmaq cəsarətli adamların işidir.
  • Bütün idealistlər, xidmət etdikləri iddiaların hər şeydən əvvəl dünyanın bütün o biri iddialarından üstün olduğunu düşünərlər. Öz iddialarının bir az olsun müvəffəqiyyətli olması üçün, bu iddianın bütün o biri insan cəhdlərinə lazımlı olan eyni murdar qoxulu gübrəyə açıqca ehtiyacı olduğuna inanmaq da istəməzlər.
  • Bütün mühakimə edənlərin gözündən bir cəllad baxar.
  • Canavarlarla döyüşənlər öz növbəsində canavar olmamağa diqqət yetirsinlər. Bir uçuruma uzun müddət baxdığınız zaman uçurum da sizə baxır.
  • Cavabsız qalmış sevginin bədbəxtliyi qarşılıqlı sevginin yox, böyük sevginin köməyi ilə aradan qaldırılır.
  • Cənnətdə bütün maraqlı insanlar əskikdir.
  • Cəsarət yalnız qorxunu ürəkdən hiss edənlərdə, uçuruma məğrurluqla baxanlarda olur.
  • Cəsuru qorxudan boş güllə ən böyük qorxağı qorxutmaya da bilər.
  • Çox uzun müddət bir qul və tiran bir qadının içində gizləndi. Buna görə də o, dostluqdan acizdir: o, yalnız sevgini bilir.
  • Çox şeyləri görmək üçün özünə baxmamağı öyrənmək lazımdır. Bu ciddilik dağlara qalxan hər kəs üçün zəruridir.
  • Çox yalan danışmağa ehtiyacı olmayan adamlar daha az yalan danışdıqlarına görə hələ öyünürlər də.
  • Daşlar nə eşidər, nə də görər bir şeyi,

Yenə də hıçqırar xəfifcə; Unutma məni, Unutma məni.

  • Dayaz, yüngülməcaz adamlar həmişə yalan danışmağa məcburdur, çünki onların məzmunu yoxdur. Əsl tərbiyə: hər hansı bir şəraitdə yalana alışdırmaq tərbiyəsidir. Həqiqətpərəst adamsonnəticədəhəmişə yalan dediyinin fərqində olur. Yalan danışmaq yalnız bildiyinin əksini danışmaq deyil, həm də bilmədiklərinin əksini danışmaqdır.
  • Deməli, tarix keçmişin keşiyində duran və hörmət edən, sədaqət və məhəbbətlə baxışını hardan gəldiyinə, olduğu yerə çevirənə məxsusdur; bu ehtiramlı münasibəti ilə o, sanki, varlığının özü üçün minnətdarlıq borcunu ödəyir.
  • Despotlar, havanınəxlaqlı olduğu bölgələri sevərlər.
  • Dəlilik fərdlərdə nadir bir şeydir, lakin qruplarda, partiyalarda, xalqlarda və yaşlarda bu bir qaydadır.
  • Dərin olduğunu bilənlər aydınlığa can atır. Camaata dərin görünmək istəyənlər qaranlıqlığa can atırlar. Çünki camaat inanır ki, əgər bir şeyin dibini görə bilmirsə, onun dərinliyi olmalıdır. O, çox qorxaqdır və suya girməyi sevmir
  • Dərk edən həqiqət sularına o vaxt könülsüz baş vurur ki, su çirkli yox, dayaz olur.
  • Dərk etdiyimiz şeyi başqaları ilə bölüşəndə dərk etdiyimizə maraq azalır.
  • Dərrakəliadam nəinki öz düşmənlərini sevməli, eləcə də öz dostlarınanifrət etməyi bacarmalıdır.
  • Dinhökmranlıq əldə edən kimi onun rəqibləri ilk davamçıları olur.
  • “Dindarinsan”, “axmaq”, “dahi”, ”cani”, “zülmkar”- bütün bunlar hansısa adı çəkilməyəni əvəz edən pis adlardır.
  • Dindaradam öz təbiidüşməniniazad düşünən insanda yox, dindar adamda axtarır.
  • Dinləhəqiqielm arasında nə qohumluq, nə dostluq, nə də düşmənçilk var. Onlar müxtəlifplanetlərdə yerləşir.
  • Dirilmələr yalnız qəbir olan yerlərdə baş verir!
  • Dost üçün özünü bəzəməyə çalışma. Çünki, sən onun üçün öz səyi ilə Fövqəlinsan olmağa can atan olmalısan.
  • Dostlar, siz deyirsiniz ki, zövqlər haqqında mübahisə etmirlər. Amma, bütün həyat elə zövqlər haqqında mübahisədən ibarətdir!
  • Dostluqkədəri yox, sevinci bölüşməkdir.
  • Dostluğu planlaşdırmırlar, sevgi haqqında qışqırmırlar, həqiqəti sübut etmirlər.
  • Dostum, sevdiyin hər şey səni məyus edib: sonda məyusluq sənin vərdişin olub və sənin “həqiqətə” sevgi adlandırdığın sonuncu sevgin elə məyusluğa sevginin özüdür.
  • Dostun üçün təmiz hava, çörək, dərman ola bildinmi? Bəziləri öz zəncirlərindən azad ola bilmələrsə də, dostlarını xilas edirlər.
  • Dövlət ən qəddar və amansız adamyeyən kimidir. O heç nə olmamış kimi yalan danışır. Dövlət elə hey bəyan edir ki: “Mən dövlətəm, deməli, mən xalqın özüyəm”. Ağ yalan! Bir qrup baçkəsənlər insanları bir yerə toplayıb tələyə saldılar və bunu dövlət adlandırdılar… Əsl həqiqət bundan ibarətdir: hər bir xalq öz xeyir və şər dilində danışır, sadəcə olaraq qonşular bu dili başa düşmür.
  • Dövlət bütün şirin və zəhərli dilləri ilə dil-dil ötür, dediklərinin hamısı da yalan-palandır, — əldə etdiklərinin, topladıqlarının hamısı da oğurluq maldan başqa bir şey deyildir. Ey böyük insanlar, yazıqlar olsun ki, o bu gün də sizin qulaqlarınıza öz mənhus yalanlarını pıçıldamaqda davam edir.
  • Dövlətin qurtardığı yerdə insan önə çıxır. Yalnız orada, harada dövləti qurtarır, insan başlanır – artıq olmayan, amma lazım olan: orada kimin lazım olduğu barədə yeganə və təkraredilməz mahnı səslənir.
  • Döyüşçü şirin meyvələri sevmir. Ona görə də o, qadını sevir. Ən şirin qadında isə müəyyən bir acılıq vardır.
  • Dünya tarixi yalnız böyük cinayətkarlardan və böyük cinayətlərə qadir olan, lakin təsadüf nəticəsində bunu etməyənlərdən bəhs edir.
  • Dünya yeni səs-küy qaldıranların yox, yeni dəyərlər icad eləyənlərin ətrafında fırlanır. O, səssizcə fırlanır.
  • Dünyada ən böyük yalan insanların bərabərliyi haqqındakı yalandır.
  • Dünyada heç bir şey insanı kin saxlama duyğusu qədər çürütməz.
  • Dünyada xəyali varlıqla xərclənəcək kifayət qədər sevgi və fəzilət yoxdur.
  • Dünyanın ən yüksək taxtına da çıxsanız oturacağınız yer yalnızca öz ombanızın üstüdür.
  • Dürüstcə möhürlənmiş və qəliblənmiş aforizm biz onu oxuduqdan sonra hələ “deşifrə edilməmişdir”; daha doğrusu, onun təfsiri – bunun üçün təfsir sənətinə ehtiyac var – təzəcə başlamışdır.
  • Düşmənin həyatı. Kim düşmənlə döyüşmək üçün yaşayırsa, düşmənin sağ qalmasında maraqlıdır.
  • Düşmənləriniz yalnız elə olmalıdır ki, onlara nifrət edə biləsiniz, elə olmamalıdır ki, siz onlardan qorxasınız.
  • Düşün. Sənə səndən başqa kim zərər verə bilər. İstəməsən içindəki boşluğu kim doldura bilər. Özün buna hazır deyilsənsə, kim səni xoşbəxt edə bilər.
  • Düzgün insan sonda dərk edir ki həmişə yalan danışıb.
  • Ehtiras: bu ən böyükhəzzdir, alixoşbəxtlik və yüksəkümidinsimvoludur.
  • Ehtiras: bu, təravətini itirənlər üçün şirinzəhər, şir iradəsi olanlar üçün isə ürəyi möhkəmləndirib ona güc verən, hörmətlə qorunub saxlanılan şərabların ən yaxşısıdır.
  • Ehtiras: bütün azadürəklər üçün günahsız və sərbəst, yerin xoşbəxtlikbağı, bayram bolluğu və gələcəyin hədiyyəsidir.
  • Eninə-uzununa və bilə-bilə yalan söyləyən, həyatdakımövqelərinə görə yalan danışmaqları təhlükəli və qorxulu yalanlarla yaşayan insanlar (yalan danışmaq imkanı olmayan adamlar) həqiqətə qarşı fövqəladədərəcədəhəssas olurlar: idealistlər və xeyirxah görünmək istəyən adamlar öz istək və həvəsləri ilə daim bir duman içində yaşayır, əsl həqiqətdə heç vaxt doğru olanı söyləyə bilmirlər: onların “zövqü” buna imkan vermir.
  • Evlənərkən özünüzə bu sualı verin: Qocalığınıza qədər bu insanla yaxşı söhbət edə biləcəyinizə inanırsınızmı? Evlilikdə qalan hər şey keçicidir.
  • Evli filosofkomediya obrazıdır.
  • Evliliksevgi və ya dostluğa qadir olmayan, nə sevgidə, nə də dostluqda heç bir təcrübəsi olmayan və bu çatışmazlıq barədə özlərini və başqalarını aldatmaq istəyən insanlar üçün doğru görünə bilər və onlar bu evlilikdən məyus ola bilmirlər.
  • Evlilikləri bədbəxt edən sevgi yoxluğu deyil, dostluğun olmamasıdır.
  • Ey şərəflimüdriklər, sizin hamınız həqiqətə yox, xalqa, xurafataxidmət etdiniz!
  • Əgər Allah sevginin predmeti olmaq istəyirsə, o hər şeydən əvvəl ədaləti idarə edən hakim vəzifəsindən imtina etməlidir. Çünki, hakimlər, hətta ən mərhəmətli hakimlər sevgi predmeti deyildir.
  • Əgər Allahlar mövcud olsaydı, mən allah olmadığıma necə dözə bilərdim?
  • Əgər doğru hesab etsək və insan taleyində hər gün baş verən xoş dəqiqələri unutmasaq, dünyada tutqun, kədərli gözlərin gördüyündən də çox xoşbəxtlik var.
  • Əgər dost sənə pislik edirsə, ona belə de: “Mənə etdiklərini sənə bağışlayıram. Amma bu əməllə özünə etdiyin pisliyi necə bağışlayım?”
  • Əgər əsgərlər düşünməyə başlasaydı, orduda heç kim qalmazdı.
  • Əgər əzab çəkən, zülm edilmiş insan hakimiyyət əzminə nifrət etmə hüququna inamı itirirsə, o, ümidsizliyin ən ümidsiz zolağına daxil olur.
  • Əgər gözəl əməllərini məğrurluqla, adi əməllərini vərdişlə, xırda əməllərini isə qorxu ilə izah etsən, nadir hallarda səhv edərsən.
  • Əgər hərəkət etməyi qərara aldınızsa, şübhələr üçün qapıları bağlayın.
  • Əgər həyatda yüksəklik lazımsa, onun pilləkanların və onunla qalxanın ziddiyyətləri də olmalıdır! Yüksəlməyi həyat istəyir və yüksəlməyə özünü məcbur edir.
  • Əgər mütləq əxlaq mövcud olsaydı, o hökmən həqiqətin ardınca sürünən bir əxlaq olardı: və bu, nəticə etibarilə məni də, digər insanları da qarşısıalınmaz fəlakətlər girdabına, məhvə aparardı. – Mənim insanları əxlaqın buxovlarından azad etməkdəki marağım da bununla əlaqədardır. Yaşamaq və ucalara can atmaq üçün, iradənin hakimiyyət hərisliyini təmin etmək üçün mütləq olan hər bir şey yoldan kənarlaşdırılmalıdır. Qüdrətli insan üçün yalan icazə verilmiş bir vasitədir, lap yaradıcılıqda olduğu kimi: təbiət özü də beləcə hərəkət edir.
  • Əgər sən qulsansa, dost ola bilmzəsən. Əgər zülmkarsansa, sənin dostların ola bilməz.
  • Əgər sənin bir dənə də olsun nərdivanın yoxdursa, başınla dırmaşmağı öyrənməlisən. Yuxarıya başqa cür necə qalxmaq istəyərdin?
  • Əgər sənin əzab çəkən dostun varsa, onun əzabları üçün istirahət yeri ilə yanaşı, sərt yataq, yürüş çarpayısı ol. Bununla ona ən yaxşı kömək etmiş olarsan.
  • Əgər yaşamaq istəyirəmsə, mələk olmalıyam. Siz isə başqa şərtlərlə yaşayırsınız.
  • Əgər yüksəkliyə qalxmaq istəyirsinizsə, öz ayaqlarınızdan istifadə edin! Başqalarının başına çıxmayın,çiyinlərində oturmayın, sizi aparmalarına razı olmayın!
  • Əxlaq bəzi adamlar üçün fəzilət, çoxları üçün isə qüsurdur.
  • Əxlaq – bu, insanın təbiət qarşısında təkəbbürüdür.
  • Əxlaq kiməsə yükdürsə, ruhu çirkaba batıran və şəhvətə cəlb edən cəhənnəm yoluna çevrilən əxlaqı həmin şəxsə məsləhət görmək lazım deyil.
  • Əxlaq qaydaları vasitəsilə həqiqi olan hər şeyin saxtalaşdırılması bütün eybəcər görkəmi ilə qarşımızdadır: miskin psixologiya, — o, filosofu əyalət keşişinin səviyyəsinə endirir.
  • Əxlaq mütləq mənada başa düşüldükdə, məsələn, dini anlamda yalanın tamamilə qadağan edilməsi kimi, onda dərhal bütün əxlaq, eləcə də siyasət tarixi əhəmiyyətsiz bir şeyə çevrilir. Biz yalan və xəlvəti kəsilmiş qəlp pullarla yaşayırıq. Hakim təbəqələr daim yalanın gücünə arxalanmışlar.
  • Əxlaq yatanda düha fışqırar.
  • Əxlaqsızlıq həmişə əxlaq libasına bürünməyi xoşlayır.
  • Əjdaha ilə vuruşan əjdaha olmaqdan çəkinməlidir. Əgər sən uzun müddət dərin uçuruma baxırsansa, dərin uçurum da sənə baxır.
  • Əmin – amanlıqda mübariz insan özünə hücum edir.
  • Ən böyük hadisələr ən səs-küylü yox, ən sakit halda baş verir.
  • Ən çox kimə nifrət edirlər? Əlbəttə ki, uçmağı bacaranlara.
  • Ən çox yayılmış yalan, insanın özünü aldatmasıdır: başqalarını aldatmaq nisbətən nadir bir cinayətdir.
  • Ən insani davranış – bir insanın utanılacaq bir vəziyyətə düşməsinin qarşısını almaqdır.
  • Ən yaxşı şeyləri səhnədən kimin təqdim edəcəyi məlum olana qədər yaxşı şeylər hələ bir şey bildirmir. Kütlə bu təqdim edənləri böyük insanlar adlandırır.
  • Ən yaxşılar hökmranlıq etməlidir və ən yaxşılar hökmranlıq etmək istəyirlər! Bu nəzəriyyənin başqa cür səsləndiyi yerlərdə isə ən yaxşılar çatışmır.
  • Ən yaxşısı, gəlin sevinməyi öyrənək; beləcə başqalarına ağrı verməyi və ağrıları düşünməyi unudarıq.
  • Əsl kişi iki şey istəyər: təhlükə və oyun. Bu səbəbdən də ona ən təhlükəli oyuncaq kimi qadın lazımdır.
  • Əsl kişinin xarakterində oynamaq istəyən bir uşaq xisləti gizlənir. Qadınlar, kişilərdəki bu uşağı tapın!
  • Əsla eşq ağrısı çəkən birinə aşiq olmayın. O adam yaralıdır və yara sarğısı olaraq sizi istifadə edər.
  • Ətrafındakı məsafənin ölçüsü hörmət etdiyin şeylərin necəliyindən və nə cür edilməsindən asılıdır.
  • Əvvəllər səhralarda vicdanlı, azad düşünənlər yaşamışlar. Şəhərlərdə isə məşhur müdriklər- bəslənmiş yük heyvanları yaşayırlar. Onlar sanki eşşək kimi həmişə xalqın arabasını daşımışlar.
  • Əzablardan xilas olmağın iki yolu var: sürətli ölüm və uzunmüddətli sevgi.
  • Gəlin etiraf edək ki, biz hər şeyə görə yalana borcluyuq… Yalan gözümüz görə-görə həyati zərurətə çevrilmişdir.
  • Gizlədilən hər bir həqiqət zəhərli olur.
  • Görüb inanmamaq dərk edənin ən böyük məziyyətidir; görünüş onun ən böyük düşmənidir.
  • Görünməz tellər ən möhkəm tellərdir.
  • Gözəllik, xoşbəxtlik vədidir.
  • Gözəlliyin səsi çox sakit səslənir. Onu yalnız ən həssas qulaqlar eşidə bilər.
  • Gülə bilən yeganə varlıq insandır. O qədər çox əzab çəkib ki, gülməyi kəşf edib.
  • Güllər, lalələr, qərənfillər, bütün çiçəklər solar, polad və dəmir qırılar, ancaq həqiqi dostluq nə solar, nə də qırılar.
  • Gülməli deyilmi ki, hələ də müqəddəs, sarsılmaz bir qanunun varlığına inanırıq: “yalan danışmaq olmaz”, “öldürmək olmaz” – elə bir həyatda ki, onun mahiyyəti məhz əbədi yalan və insanların bir-birini durmadan məhv etməsi ilə xarakterizə olunur.
  • Günah və cəza məfhumları, “xilas”, “bağışlanma” haqqında rəhmdillik təlimi – bunlar hamısı təpədən dırnağa qədər yalandır, heç bir psixoloji reallığa əsaslanmayan bu yalanlar insanları mahiyyət haqqında düşünmək axtarışlarından yayındırmaq üçündür. – bunlar səbəb və hadisə anlayışlarına qarşı bir sui-qəsddir.
  • Gündə on dəfə həqiqəti tapmalısan, əks təqdirdə onu gecə də axtaracaqsan və ruhun ac qalacaq.
  • Günə yaxşı başlamaq üçün ən yaxşı vasitə oyandıqdan sonra bu gün heç olmasa bir nəfərə sevinc bəxş etmək barədə düşünməkdir.
  • Fərd nə qədər azad və güclüdürsə, onun sevgisi bir o qədər tələbkar olur.
  • Fəzilət ən əziz qüsurdur. Qoy o elə beləcə də qalsın!
  • Fəzilətə əsaslanıb fəzilətin hökmranlığını təsdiq etmək olmaz. Əgər fəzilətə əsaslanırlarsa, hakimyyətdən əl çəkir, hakimiyyət əzmini itirirlər.
  • Filosofluq edən adamları iki yerə bölürəm: bəziləri həmişə öz müdafiələri, digərləri isə düşmənlərinə hücum barəsində düşünürlər.
  • Hakimiyyət sevgisi insanların iblisidir. Onlara sağlamlıq, qida, ev, təhsil, bir sözlə, hər şey verin, onlar xoşbəxt olmayacaqlar. Çünki, iblis gözləyir, gözləyir və məmnunluq istəyir. Onlardan hər şeyi alıb iblislərini məmnun etsəniz, onlar xoşbəxt olacaqlar.
  • Hamı bilməlidir ki, Vyanada müharibənin gedişi ilə əlaqədar olan bütün məlumatlar (1866-cı il Avstriya-Prussiya müharibəsi nəzərdə tutulur) kütlələrdə ruh düşkünlüyünün qarşısını almaq məqsədilə saxtalaşdırılmış və təhrif edilmişdir.
  • Harada canlı tapdımsa orada güc iradəsi tapdım, xidmət edənlərin iradəsində belə ağalıq etmək iradəsi gördüm.
  • Harada yaşayan bir varlıq gördümsə, orada güçlü olmaq istəyinə rast gəldim.
  • Heç bir qalib təsadüfə inanmır.
  • Heç kəs, heç zaman və heç yerdə bu həqiqətin doğruluğuna şübhə etməsin! – Yalanlar daim insanların həyatını müşayiət edir, ancaq sonradan heç düşünməyə də vaxt və həvəsləri olmur və baş verənlərə heç inanmaq da istəmirlər.
  • Heç kim fəlakətə düşmüşlər qədər yalana meylli olmur.
  • Heç kim hirsli insan qədər çox yalan söyləyə bilməz.
  • Həqiqət düşmənləri. – Həqiqətin ən qatı düşmənləri yalanlar yox, inamlardır.
  • Həqiqət üçün əminlik yalandan daha qorxuludur.
  • Həqiqətdə də həyatın mənası olmasaydı və ən mənasız şeyi seçməyə məcbur qalsaydım, ən seçiləsi mənasızlıq həyat olardı.
  • Həqiqətən, mən günəş kimi həyatı, bütün dərin dənizləri sevirəm. Və budur, mən bütün dərinliklərin mənim səviyyəmə qalxmasını idrak adlandırıram!
  • Həqiqətin budaqlarına ümidsizliklə çıxmaq qeyri-mümkündür.
  • Həqiqətin köməyi ilə sizi aldatmaq və istənilən yerə aparmaq olar.
  • Həqiqilik problemini hələ axıra qədər heç kəs dərk edə bilməmişdir. Yalan əleyhinə deyilən hər bir söz bir məktəb mirzəsinin sadəlövhlüyündən başqa bir şey deyildir. Xüsusilə “yalan danışmaq olmaz!” tələbkarlığa kimi.
  • Həmişə şagird qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir.
  • Hər bir böyük sevgi sevgi istəmir.O, sevgidən də artıq şey istəyir.
  • Hər bir əməl bizim özümüzü yaradır, bizim üçün rəngarəng libas toxuyur. Hər bir əməl azad olsa da, amma libas da zəruridir. Həyəcanımız bizim libasımızdır.
  • Hər bir kilsə Allah bəndəsinin qəbrindəki daşdır. O istəmir ki, o yenidən dirilsin.
  • Hər bir qələbə kimi əxlaqi idealın qələbəsi zorakılıq, yalan, böhtan, haqsızlıq kimi “əxlaqsız” vasitələrin köməyi ilə əldə edilir.
  • Hər cür xoşbəxtlik — ehtirasları boğmaq və iradəni susdurmaqla yaranır.
  • Hər halda biz sevəndə daha asanlıqla yalan deyirik, başqaları və özümüz haqqında: insan sanki yeniləşir, özünü daha güclü, daha məmnun, daha kamil hiss edir.
  • Hər yaş üçün qida rolunu oynayan yaxşı aforizm zamanın dişləri üçün çox çətindir və bütün əsrlər boyu yeyilmir, buna görə də ədəbiyyatda ən böyük paradoks, dəyişikliklərin, qidalanmanın ortasında çürüməzdir, dadını heç vaxt itirməyən duz kimi – həmişə qiymətlidir.
  • Hərəkət və vicdan ümumiyyətlə uyğunlaşmazlar. Hərəkət, ağacdan xam meyvələri yığmaq istəyərkən, vicdan onları gərəyindən çox yetişməsini gözləyər, ta ki yerə tökülüb əzilənə qədər.
  • Həssaslığın ruhaniləşməsi məhəbbət adlanır: bu, xristianlıq üzərində böyük zəfərdir.
  • Hətta Allahın da öz cəhənnəmi var. Bu, onun insanlara olan sevgisidir.
  • Hətta ən şirin sevgi badəsində bir acılıq var.
  • Hətta ölümünüzdə belə ruhunuz və fəzilətiniz axşam şəfəqi kimi alovlanmalıdır. Əks təqdirdə ölümünüz də sizin üçün uğulu olmayıb.
  • Hətta sizin ardınızca qaçsalar belə, sürüdə yaxşı bir şey yoxdur.
  • Həyat bəzilərinə müvəffəq olmur. Zəhərli qurd onların ürəklərini gəmirir. Onlar bütün səylərini ona cəmləməlidirlər ki, ölüm onlar üçün yaxşı olsun!
  • Həyat mənə belə bir sirrini açdı: “Bax, mən həmişə özümə qalib gələnəm”.
  • Həyat sevinc mənbəyidir. Amma kütlənin su içdiyi bütün bulaqlar zəhərlənib.
  • Həyata baxmağın maraqlı olması üçün onun oyunu yaxşı oynanılmalıdır və bunun üçün yaxşı aktyorlar tələb olunur.
  • Həyata qarşı məsuliyyətimiz ondan daha yaxşısını yaratmaqdır, daha əclafını yox.
  • “Həzz” deyib kef barədə, “hiss” deyib hissiyyat barədə, “bədən” deyib bədəndən aşağını fikirləşirlər və bununla da üç yaxşı şeyi biabır edirlər.
  • Həzz və günahsızlıq ən utanverici şeylərdir. Onlar istəmirlər ki, onları axtarsınlar. Onlara malik olmaq lazımdır. Axtarmaq isə günahı və iztirabları lazımdır!
  • Xalqgeriyə gedəndə də idealarxasınca qaçır və həmişə hansısa “irəli”yə inanır.
  • Xalq o zaman məhv olur ki, öz mənşəyindən törəməyən ideala doğru can atır.
  • Xeyir və şər, zənginlik və yoxsulluq, yüksək və aşağı və dəyərlərin bütün adlarısilaha çevrilib həyatın yenidən və yenidən özünü məcbur etməsini mübarizcəsinətəsdiq edəcək!
  • Xeyir və şərin yaradıcıları həmişə sevənlər və yaradanlar olub. Sevgi və qəzəbatəşi bütün fəzilətlərdə alovlanıb.
  • Xəstəinsanlar içərisində elələri var ki, əgər xəstəliklərimüalicə edilərsə, ölərlər. Çünki xəstəlikləri həyatdasahib olduqları tək şeydir.
  • Xristianlıqda, yalan söyləmək sənəti yəhudiliyin, yüz illərlə davam edən əzablıhəyat və mübarizələrtəcrübəsi özünün ən yüksəkkamillikhəddinə çatır. Xristianlar, bu zorən yalana uğramışlar (ultima ratio) elə əsl yəhudi özüdür, təpədən dırnağa qədər yəhudidir.
  • İbtidaimeşəninağacları bir-birləri ilə nəyə görə mübarizə aparırlar? Hakimiyyətə görə.
  • İdrak, asketizmin (zahidliyin, tərki-dünyalığın) formalarından biridir.
  • İki dağ arasındakı məsafə azdır, amma bu məsafəni qət etmək üçün ayaqlarında güc olmalıdır.
  • İki şey qoşadivar kimidir: yenilik və ənənə. Bunlar müqəddəsyalanların iki üzüdür. Bunları icad etmiş ziyalızümrəsi həmin anlayışları elə Platonun şərh etdiyi kimi başa düşürlər.
  • “İlluziyalarxoşbəxt olmaq üçün deyil, insanın mövcudluğunu qoruyub saxlamaq və onu ucaltmaq üçündür: illuziyasız heç bir inkişaf, təbədüllat mümkün deyildir: hətta idrakınirəliyə doğru hərəkəti də yalnız illuziyanın köməyi ilə mümkündür: Əgər biz dünyanı dərk etmək, düzgün hərəkət etmək və irəliyə getmək istəyiriksə, xəyalçeşməsinin keşiyində durmalıyıq”. Mən bir vaxtlar belə düşünürdüm.
  • İlham pərisi yalan söyləyir. – “Biz yaxşı bilirik ki, dilimizdə yalan gəzdiririk” – Bir vaxtlar ilham pəriləri Hesiodla söhbətdə bunu etiraf etmişlər. – Yalançılığın sənətkar üçün adi bir hal olduğunun fərqinə varmaqla yalan haqqında çox həqiqətlərikəşf etmiş olarıq.
  • İmkan vermə ki, özünün əldə edə biləcəyin bir hüququ sənə versinlər.
  • İnam, həqiqətəyalandan çox düşməndir.
  • İnamsızlıq, dünya üzərində heç vaxt olmamış, görünməmiş bir inamsızlıq, hər şeyə və hər kəsə qarşışübhə! Həqiqətə çatmağın yeganə yolu budur. Gərək sağ göz sol gözə etibar eləməsin və bir müddət işıq — qatı qaranlığa qərq olsun. Bu sizin getməli olduğunuz yeganə yoldur… Siz həmin yolun üstündə xırdaca, bərkimiş buğdadənləri görəcəksiniz. – bunlar həqiqətlərdir: on illər boyu acından ölməmək üçün ovuc-ovuc yalanlaqidalanmalı olacaqsınız və bunların heç birinin yalan olduğunu bilməyəcəksiniz.
  • İnanmaq bilmək istəməməkdir.
  • İnanclarhəqiqətdüşməni olaraq yalandan daha təhlükəlidir.
  • İncəruhun kiminsə ona minnətdarlıqborcu olduğunu, kobud ruhun isə kiməsə borclu olduğunu dərk etməsi ağrılıdır.
  • İncəsənəthəyatnövünütəmiz olmayan düşüncələrtüstüsünə bürüyərək onu dözümlü edir.
  • İncəsənətdə mənim ən sevimliqəzəbim ondan ibarətdir ki, mənim susmam özünü susma kimi göstərməməyi öyrəndi.
  • İndi musiqiçi (Vaqner kimi) bir aktyorrolunda çıxış edir, onun sənəti daha çox yalançılıqistedadı şəklində inkişaf edir.
  • İndiyə qədər insanı daha çox sevən ona həmişə ən güclüağrılar verib və bütün sevənlər kimi mümkün olmayan şeyi ondan tələb edib.
  • İnsancəmiyyəti – bu bir cəhd, uzun axtarışdır. O, əmr edəni axtarır!
  • İnsan da ağac kimidir. O nə qədər yuxarıya, işığa doğru can atırsa, kökləri də bir o qədər yerin pislikdən ibarət olan qaranlığına və dərinliyinə gedir.
  • İnsan heç olmasa, öz arzularındatəvazökar olmağı bacarmalıdır.
  • İnsan, heyvanlafövqəlinsan arasında çəkilmiş kəndirdir- uçurum üzərindən çəkilmiş bir kəndir. İnsanındəyərihədəf olmasında yox, məhz körpü olmasındadır.
  • İnsanqəhqəhələrlə güldüyü zaman, kobudluğu ilə bütün heyvanlarıgeridə buraxır.
  • İnsan o qədər acı çəkər ki, bütün canlılar arasında tək o, gülməyi icad etmək məcburiyyətində qalmışdır.
  • İnsanruhu etdiyi seçimlərlə müəyyənləşir.
  • İnsan sadəcə Allahınsəhvidir? Yoxsa Allah sadəcə insanın səhvidir?
  • İnsansəhvini bir başqasına etiraf etdiyində unudar onu; amma çox zaman o biri adam bunu unutmaz.
  • İnsantaleyindəhökmranların öz təbəələri arasında birinci olmamasından böyükbədbəxtlik yoxdur. O zaman hər şey yalan, səbatsız və dəhşətli olur.
  • İnsanıbədbəxt və ya xoşbəxt edən yalnız düşüncələrdir, xarici şərtlər deyil. Düşüncələrini idarə edən, xoşbəxtliyinə nəzarət edir.
  • İnsanı yaratmaqmı tanrınınböyükxətasıdır, tanrını yaratmaqmı insanın?
  • İnsanın ən çox istifadə etdiyi yalan onun öz-özünü aldatdığı yalanlardır. Başqalarına yönəlmiş yalan bunların yanında heç nədir.
  • İnsanınhəyatını ala biləcəyimiz bir hüquqmövcuddur. Amma ölümü ondan almağa heç bir hüquqmövcud deyil.
  • İnsanın onu sevmək tələbi bütün təkəbbürlərin ən böyüyüdür.
  • İnsanın təklifsizliyi güclü insanı qıcıqlandırır. Çünki, ona qarşı eyni cür hərəkət etmək olmaz.
  • İnsanın yerişi onun öz yolu ilə gedib-getməməsini aşkar edir, – baxın, mən necə gedirəm! Ancaq, kimsə öz məqsədinə yaxınlaşırsa, o rəqs edir.
  • İnsanlarbərabər deyillər.
  • İnsanlarçirkin bir şey düşünməkdən utanmırlar, amma bu çirklifikirlərin onların adına yazılmasını fərz edəndə utanırlar.
  • İnsanlar ən ağırcəzanıbayağıhəqiqətləri saya almadığlarına görə çəkirlər.
  • İnsanlar işığın ətrafında toplanarlar – daha yaxşı görmək üçün yox, daha yaxşı parıldamaq üçün.
  • İnsanlar nə üçün adi – gündəlikhəyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvəyalanıqadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaştələb edir. Bir də ona görə ki, adimünasibətlərdəsözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaqailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqətduyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür.
  • İnsanlarınağızları asanlıqla yalan danışır, amma bu zaman onların qıc olmuş sifətləri yenə də həqiqəti deyir.
  • İnsanlarınmövcud olduqları vaxtdan üzü bu yana insan çox az sevinir. Mənim qardaşlarım, bizim ilk günahımız yalnız bundadır! Əgər biz daha çox sevinməyi öyrənsək, başqalarını incitməkdən və insanlara pislik etməkdən daha tez uzaqlaşarıq.
  • İnsanlarlamünasibətdə özümü heç vaxt yaxşı hiss etmirəm. Mən hər dəfə düşmənimə o öz günahını yumazdan qabaq gülürəm. Ancaq mən affekt vəziyyətində asanlıqla qətl törədə bilərəm.
  • İnsanlarlaünsiyyətdəşərəf hissini gözləməkdən böyükağılsızlıq yoxdur. Bundan da pisinəzakətləyalan danışmaq vərdişinə yiyələnməməkdir.
  • İntiqam və sevgidəqadınkişidən daha barbardır.
  • İtaətkarlığın üzü çox sərtdir.
  • Keşişlərin qurduğu bu çadırlara baxın! Onlar şit bir ətirlə ətirlənmiş bu daxmalarıkilsə adlandırırlar!
  • Kilsə və dövlət də daxil olmaqla, yalan üzərində qərar tutan hər şey ölümbayquşlarının xidmətçiləridir.
  • Kim ki, öz zəmanəsinin hücumuna məruz qalır, o ya zəmanəni qabaqlaya bilməyib, ya da zəmanədən geri qalıb.
  • Kim namus və əxlaqcəngavərliyi edirsə, bilin ki, ən əxlaqsız odur!
  • Kiminə görə təklik, xəstəadamın qaçışıdır; kiminə görə də, xəstə kəslərdən qaçışdır.
  • Kimsənsə, o ol!
  • Kişi qadın sevəndə ondan ehtiyat etməlidir: çünki o zaman o, hər cür fədakarlığa hazırdır, qalan hər şeyin onun gözündə heç bir dəyəri yoxdur.
  • Kişi nifrət etdiyi zaman qadından ehtiyat etməlidir: çünki o, ruhunun dərinliklərində yalnız qəzəblidir, amma qadın murdardır.
  • Kişinimüharibə etmək üçün bacarıqlı, qadınınəsil artıran kimi görmək və onların birlikdə ayaqları ilə yox, başları ilə rəqs etmələrini istəyirəm.
  • Kişinin xoşbəxtliyi: “Mən istəyirəm”. Qadının xoşbəxtliyi: “O istəyir”.
  • Kütlənin su içdiyi bulaqların hamısı zəhərlənib.
  • Qaliblər şansa inanmırlar.
  • Qadın- Allahın ikinci səhvidir. [1]
  • Qadın ən çox kimə nifrət edir? Dəmir maqnitə belə deyirdi: “ Mən ən çox sənə ona görə nifrət edirəm ki, məni özünə tərəf çəkə bilirsən, amma arxanca aparmağa gücün çatmır”.
  • Qadın haqqında ancaq kişilərlə danışmaq lazımdır.
  • Qadın həlli analıq adlanan bir tapmacadır.
  • Qadın xarakterində bir qul, bir də zülmkar gizlənir. Ona görə də onun dostluq etmək bacarığı yoxdur. Qadına ancaq sevgi xasdır.
  • . Qadın namus haqqında az şey bilir. Qoy həmişə onu sevdiklərindən daha güclü sevmək onun şərəfinə çevrilsin və heç vaxt sevgidə ikinci olmayın.
  • Qadın nifrət edəndə kişi ehtiyatlı olmalıdır. Çünki, qəlblərinin dərinliklərində kişi qəzəbli, qadın isə pisdir.
  • Qadın uşaqları kişidən daha yaxş başa düşür, amma kişilərdə uşaqlıq hissi qadınlardan daha çoxdur.
  • Qadın yanına gedirsənsə, özünlə qamçı götür.
  • Qadında hər şey bir tapmacadır. Və bu hər şeyin hamiləlik adlanan bir cavabı var.
  • Qadınlar barəsində kişilərlə danışmaq lazımdır.
  • Qadınların yanına gedəndə qırmancı unutma. [2]
  • Qardaşlar, hətta ən geniş qəlb necə miskin bir yerdir!
  • Qarşına çıxa biləcək ən pis düşmən, hər zaman sən özün olacaqsan, sən özün pusquda gözləyəcəksən özünü.
  • Qatı yalançılığın “təmiz vicdan” adlandırılan dərəcəsi var.
  • Qeyri-əxlaqi hərəkətlər bizim əxlaqa əsaslanan həyat tərzimizin ilikin şərtlərini yaradır. Onlar ruhumuza, daxili varlığımıza hakim kəsilmişlər. Biz heç vaxt heç kəsə rəva bilmədiyimiz dərəcədə öz-özümüzə qəsd edir, oğurluq və ikiüzlülük edir, cilddən-cildə giririk.
  • Qəhrəmanlıq, özünü məhv etməyin xoş iradəsidir.
  • Qərar verdiyiniz işlərdə tərəddüd etməyin.
  • Qəribədir! Elə ki, hansısa bir fikir barəsində susuram və ondan uzaq olmağa çalışıram, bu fikir o dəqiqə insan cildində yanıma gəlir və bu “Allahın mələyi” ilə xoş davranmağa məcbur oluram.
  • Qəsdən yalan danışanlarla oturub-durmaq daha yaxşıdır, çünki yalnız onlar şüurlu şəkildə səmimi ola bilirlər. Adi həqiqətpərəstlik şüurlu şəkildə maskalanmaq, gözdən pərdə asmaqdır.
  • Qəzet dünyanın bir gün ərzindəki tarixçəsidir. [3]
  • Qəzəblə yox, gülüşlə öldürürlər.
  • Qısqanclıq, ən ağıllı ehtiras, eyni zamanda ən böyük axmaqlıqdır.
  • Qoy insan qisas hissindən azad olsun. Budur, yüksək ümidə aparan körpü, tutqun havadan sonra mavi səma.
  • Qoy insanlar min bir körpülərlə, yollarla gələcəyə can atsınlar və onlar arasındakı düşmənçilk və bərabərsizlik daha da güclənməlidir. Mənim böyük sevgim məni məhz bu cür inandırır. Qoy onlar xəyali obrazlar, simvolları öz düşmənçilklərində kəşf etsinlər və o zaman onlar arasında böyük bir savaş baş verəcək.
  • Qoy qadın hələ yaradılmamış dünyada fəzilətin işıqlandırdığı qiymətli daş kimi saf və zərif bir oyuncaq olsun.
  • Qoy sevən qadından kişi qorxsun.Çünki, o sevərkən hər şeyi qurban verməyə hazırdır və onun üçün başqa bir şeyin qiyməti olmur.
  • Quş olmayanın uçurumlar üzərində yuva qurması düzgün deyil.
  • Ləyaqətli insan yalan danışmaz.
  • Mahiyyətcə qeyri-əxlaqi olan hisslərimiz gerçək dünya haqqında bizə heç də etibarlı bilik vermir. Əxlaq budur: hisslərimizin aldanışından, dünyanın gərdişindən, tarixdən, yalandan mümkün qədər uzaq olmaq. Tarix hisslərə sadiqlikdən, yalana inamdan başqa bir şey deyildir.
  • Mədəniyyət, bu yalnız xaos üzərindəki nazik alma qabığıdır.
  • Məgər həyat qiymət vermək, üstün tutmaq, ədalətsiz olmaq, məhdud, hər şeydən fərqli olmaq arzusundan ibarət deyilmi?
  • Mən aldadıcılardan qorxmamaq üçün özümün aldanmasına razı oluram.
  • Mən altı il xoşagəlməz həqiqətlərin filosofu olmaq istəyirəm.
  • Mən bağışlamağı bacarmayan insanlara nifrət edirəm.
  • Mən başa düşmürəm ki, niyə qeybətlə məşğul olurlar. Əgər kiməsə pislik etmək istəyirsənsə, onun haqqında hər hansı bir həqiqəti söyləmək kifayətdir.
  • Mən bir iradənin gücünü onun nə qədər müqavimətə, ağrıya, işgəncəyə dözdüyünə və öz xeyrinə necə dönəcəyini bildiyinə görə qiymətləndirirəm.
  • Mən cəsur insanları sevirəm. Amma qılınc olmaq hələ kifayət deyildir. Kimi vurmağı da bilməlisən! Çox vaxt cəsurluq özünü saxlamaqdan və yan keçməkdən ibarət olur. Özünü daha layiqli düşmən üçün saxlamaq!
  • Mən heç də bu gerçək və fani dünyanın təzadlarını dilə gətirmirəm: Bizim bu dünyada yalnız bir dünyamız var: yalançı, amansız, keşməkeşli, işvəkar, mənasız bir dünya. Belə qurulmuş bir dünya bizim gerçək dünyamızdır. Yalansız bu reallıq, bu “həqiqət” üzərində qələbə çalmaq qeyri-mümkündür.
  • Mən həmişə pis ər-arvad cütlüyünün ən qisasçıl adamlar olduğunun şahidi olmuşam. Onlar artıq ayrıla bilmədikləri üçün bütün dünyadan qisas almağa hazırdılar.
  • Mən xalqın arasında gözlü açıq gəzirəm. İnsanlar onların fəzilətlərimə həsəd aparmadığımı mənə bağışlamırlar.
  • Mən xristianlığı ittiham edirəm. Mən xristian kilsəsinə qarşı ittihamçının indiyə qədər irəi sürdüyü ittihamdan daha dəhşətli bir ittiham irəli sürürəm. Mənim fikrimcə, bu, mümkün olan təhriflərdən ən böyüyüdür. O, mümkün olan ən son pozğunluq iradəsi idi. Xristian kilsəsi öz cadusu ilə toxunulmamış bir şey qoymadı, hər bir dəyəri qiymətdən saldı, hər bir həqiqətiyalana, hər bir düzgünlüyü ruhi alçaqlığa çevirdi. Hələ o, “humanitar” xeyir-dualar haqqında danışmağa da cürət edir.
  • Mən krallara, kilsələrə, illərin ağırlığından əldən düşmüş və fəzilətdə zəifləmişlərin hamısına “özünüzü dəf edin!” və nəticədə yenidən həyata qayıdacaqsınız, fəzilətiniz yenidən sizə qayıdacaq məsləhətini verirəm.
  • Mən – iki insanın daha böyük həqiqəti tapmaq üçün, bir ehtirası paylaşdığı eşq düşünürəm.
  • Mən istəyirəm ki, bir-birinizə səmimi olaraq deyəsiniz: “ Biz bir-birimizi sevirik və baxaq görək bundan sonra da sevə biləcəyikmi? Yaxud bizim vədimiz səhvdir? Həqiqi ittifaqa yararlı olub-olmadığımızı görmək üçün bizə vaxt və qısa bir ittifaq verin! Həmişə birlikdə olmaq böyük şeydir!”.
  • Mən meşşanlığa günahdan daha çox nifrət edirəm.
  • Mən nə vaxtsa vicdan əzabı çəkmişəmmi? Yaddaşım bu barədə susur.
  • Mən nikahı iki nəfərin iradəsi ilə yaradılan vahid bir şey hesab edirəm. Nikah, hər iki insanın bir-birinə qarşılıqlı hörmət və ehtiram bəsləməsidir.
  • Mən onların arasında gözü açıq gəzirəm. İnsanlar cılızlaşır və getdikcə daha çox cılızlaşırlar. Buna səbəb isə xoşbəxtlik və fəzilət barəsində onların elmidir. Fəzilətə münasibətdə mülayimdirlər və rahatlıq istəyirlər. Rahatlıq isə yalnız mülayim fəzilətə uyğundur.
  • Mən ölərəm, amma bu həqiqətdən imtina etmərəm: yarpaqların töküldüyü, qürubun, ölümün olduğu yerdə həyat hakimiyyət naminə özünü qurban verir!
  • Mən özümü var-yoxu oğurlanmış, qarət edilmiş kimi hiss edirəm. Amma hiss edəndə ki, hər şey məni aldatmaq üçün edilir, o zaman məndə bir eqoizm hissi baş qaldırır.
  • Mən sizə kömək etmək üçün gəldim. Siz isə şikayət edirsiniz ki, niyə sizinlə ağlamıram.
  • Mən təmiz, işıq saçan səmanı coşan dəniz üzərində görəndə, şimşəkdən başqa bir işıq tanımayan bütün günəşsiz, buludlarla tarıma çəkilmiş ehtiraslara dözə bilmirəm.
  • Mən yalnız rəqs etməyi bacara bilən ilahiyə inanardım.
  • Mən yalnız yalanı yalan kimi dərk etdikdən sonra həqiqətin nə olduğunu anladım.
  • Məncə, siz hələ yetərincə iztirab çəkmirsiniz. Çünki siz ağrı-acını çəkirsiniz, insanların iztirabını çəkmirsiniz.
  • Mənə elə gəlir ki, ən kobud söz, ən kobud məktub səssizlikdən daha xeyirxah, daha şərəflidir.
  • Mənə xas olan ayrıca bir affektdən ölə bilərdim. Mən onları həmişə bir-birinə qarşı qoymuşam. Mənim ən güclü xüsusiyyətim- özünütəyindir. Amma o, həm də mənim ehtiyacımdır – mən həmişə uçurumun kənarında dururam.
  • Mənə köməklik edən nədir? Hamiləlik. Çünki, hər əsərimi dünyaya gətirəndə həyatım tükdən asılı olur.
  • Məni daha çox sənin aldatmağın yox, sənə daha inanmadığım sarsıtdı.
  • Məni öldürməyən şey məni gücləndirər.
  • Mənim almanlara bağışlamayacağım bir şey varsa, o da budur ki, onlar nə etdiklərini bilmirlər, niyə yalan danışdıqlarını bilmirlər.
  • Mənim arzum başqalarının bir kitabda başa saldıqlarını on cümlədə anlatmaqdır.
  • Mənim ayaqlarda sürünən xoşbəxtliyim kədərlə gülümsəyir. Mənim yalan xəyallarım da rişxəndlə gülümsünür. Sən hara, yaranmaq hara? Mən həyatda heç vaxt ixtiyar sahibləri qarşısında sürünmədim: yalanı da sevgidən etdim, sevə-sevə yalan danışdım”.
  • Mənim dənizimin dərinliyi sakitdir. Heç kimin ağlına gəlmir ki, o özündə hansı əyləncəli əjdahalar gizlədir!
  • Mənim gözlərim başqa insanların ideallarını görür və bu mənzərə tez-tez məni valeh edir. Siz isə uzağı görməyənlər, elə bilirsiniz ki, bu mənim ideallarımdır.
  • Mənim güya insan olmağım xurafatdır.
  • Mənim xəyalımdakı eşq, iki insanın bir-birini sahiblənmə duyğusundan daha çox uzaq bir şeydir.
  • Mənim qardaşım, əgər xoşbəxtlik səni müşayiət edirsə, sənin bir fəzilətdən artıq fəzilətin yoxdur və o zaman körpünü keçmək sənin üçün asan olacaq.
  • Mənim qardaşlarım, eninə-boyuna inkişaf edin və evlilik bağı bu işdə sizə kömək edər!
  • Mənim qardaşlarım, mən sizi yaxınınızı yox, uzaqdakını sevməyə çağırıram.
  • Mənim narahatçılığım… bundadır ki, aktyor təbii, ilkin olana xəyanət etməsin. Musiqi yalan yaymaq peşəsinə çevrilməsin.
  • Mənim üçün çox ağır bir itki oldu ki, bu yalan-palan ustası, bu alçaq böhtan xadimi mənim yolumdan tez çəkilib getdi.
  • Mənim üçün nifrət və kin bəsləyəcəyim adam olmamalıdır.
  • Möminlərə baxın! Onlar ən çox kimə nifrət edirlər? Onların dəyərlərini məhv edib dağıdanlara. Buna baxmayaraq, o yaradandır.
  • Mövcud olan yeganə dünyanı qiymətdən salmaq üçün “o biri dünya”, “həqiqi dünya” ifadələri uydurulub.
  • Musiqi, ehtirasların özündən zövq alması üçün bir vasitədir.
  • Musiqi, səsin tədricən azalmasıdır.
  • Musiqi təməldə bizdə müəyyən bir nisbətdə güc qazanan həyat duyğusunun özündə gizli olan ağrını izah edər; musiqinin verdiyi həyəcanın quruluşundada bu ağrıdan uzaqlaşıb onu uzaqdan izləmə düşüncəsi vardır.
  • Musiqini sevirəmmi? Bilmirəm: mən ona çox tez-tez nifrət edirəm. Ancaq musiqi məni sevir. Kimsə məni tərk eləyəndə o bir anda mənə can atır və mənim sevimlim olmaq istəyir.
  • Musiqisiz keçən həyat bir səhvdir.
  • “Müasir ideyalar” insanı- özündən son dərəcə narazı, məğrur bir meymun. Bu inkar edilməzdir. O əzab çəkir və onun şöhrətpərəstliyi istəyir ki, o “əzab çəksin”.
  • Müdrik insan ona görə təhlükəlidir ki, o, düşüncəsizliyə aludə olmağa hamıdan çox meyillidir.
  • Müdrik insanın qorxusu ondadır ki, o, düşüncəsiz şeylərə hamıdan çox aludə olmağa meyillidir.
  • Müəllimlər tacirlər kimi qaçılmaz bəladır, mümkün qədər onlara olan zərurəti azaltmaq lazımdır.
  • Müharibə həyatın qaçılmaz qanunudur. Sülh isə iki müharibə arasında qurulan xoşbəxtlik körpüsüdür.
  • Müqəddəs yalanı doğuran səbəb də amirlik iradəsidir.
  • Mümkün olmayan şeyi tələb edən sevənlər kimi insanları sevənlər də həmişə onları ən ağır iztirablara düçar etmişlər.
  • Mütəfəkkir öz hərəkətlərini təcrübələr və suallar kimi görür – nəyisə tapmaq cəhdləri kimi. Uğur və uğursuzluq onun üçün hər şeydən əvvəl cavablardır.
  • Nailiyyətinsonu yalnızlıqdır.
  • Natəmizvicdanın öhdəsindən gəlmək, axmaqreputasiyanın öhdəsindən gəlməkdən asandır. [4]
  • Necə olur ki, bir yalançıyanlışı bizə həqiqət kimi sırıyır? Ağlının gücü hesabına.
  • Nə qədər yüksəlirsək yüksələk, uçmaq bilməyənlərə o qədər balaca görünürük.
  • Nə Manu, nə Platon, nə Konfutsi, nə də yəhudi və xristianalimləri heç vaxt özlərinin yalan demək hüquqları olduğuna şübhə etməmişlər. Onlar digər başqa hüquqlarından da bol-bol istifadə etmişlər… Bunu belə bir düsturla ifadə etmək olar: Bəşəriyyətin indiyə qədər insanlarınəxlaqtərbiyəsindəistifadə etdikləri vasitələr kökündən qeyri-əxlaqi olmuşdur.
  • “Nə üçün şairlərinyalan danışdıqlarını deyirdin?” “Nə üçün?” – deyə Zərdüşt soruşdu. – “Sən hələ soruşursan da? Mən “nə üçün”, “niyə” suallarınacavab verməkdən xoşlanan adam deyiləm. Yadındadırmı, bir dəfə Zərdüşt sənə nə demişdi! Demişdimi ki, şairlərin dilinə düz söz gəlmir. Axı Zərdüşt özü də şair tayfasındandır. Sən elə bilirsən ki, o bunu deməklə həqiqəti söyləyirdi? Niyə belə fikirləşirsən? Amma orası da var ki, kimsə bütün ciddiyyəti ilə şairlərin yalançı olduqlarını deyir: o düzünü deyir. Bizim gün-güzaranımız yalan danışmaqla keçir. Biz çox az bilirik və bilmədiklərimizi öyrənməyə çox az səy edirik: ona görə də yalan danışmağa məcburuq.
  • Nə vaxt ki, tərifdən və məzəmmətdənyüksəkdə olursunuz və sevən iradə kimi sizin iradəniz hər şey üzərində hökmran olmaq istətyirsə, o zaman sizin fəzilətiniz yaranır. Və nə vaxt ki, siz yumşaq yatağa və bütün xoş şeylərə nifrət etsəniz də, amma ən dəbdəbəli yatağın yanında yatanda sizin fəzilətiniz yaranır.
  • Nə zaman dindar bir insanla danışsam, ardından əllərimi yumaq istəyirəm.
  • Nəhayət ki mən öz ömrümdə yeganədüzgünnəticəyə gələ bildim: insanlar haqqında yalan danışmamaq həyatınməntiqi ilə daban-dabana ziddir.
  • Nəsənsə o ol!
  • Nəyisə arzulamaq və ona nail olmaq güclüxarakterinəlaməti hesab olunur. Ancaq heç nə istəməsə də, yenə də istəmədiyi şeyə nail olmaq, özünü qismətintəcəssümü hesab edən güclülərə xasdır.
  • Nihilizm nədir? Bütün dəyərlərin yenidən dəyərləndirilməsi!
  • Nikah bağlayarkən çalışın ki, bu nikah sizin üçün həbsxana olmasın! Nikah bağlamağa çox tələsirsiniz. Nəticəsi isə o olur ki, nikah düyünü qırılır!
  • Nikah, cinsihəyatın ən yalançıformasıdır.
  • “Niyə yaşamalı?” sualınacavab verən şəxs “Necə yaşamalı?”sualının istənilən cavabına dözə bilər.
  • O emalatxanalar ki, oralarda ideallar quraşdırılır, onları görəndə dalağım sancır – burnuma kəsif yalan qoxusu dəyir.
  • O qədər böyük ideyalar var ki, onların təsiri dəmirçi körüyünə oxşayır. İnsan onların təsirindən şişir və daha da boş olur.
  • O, sabah bir cür, birisi gün isə başqa cür inanır. Onun hissləri kütlənin hissləri kimi sürətli, əhval-ruhiyyəsi isə dəyişkəndir.
  • O şey ki, faydalıdır, deməli, yaxşıdır. Yaxşı olan hər bir şey heç vaxt yalan ola bilməz – çıxardığımız amansız nəticə bundan ibarətdir. Yaxşı qurtaran hər şey doğru kimi qəbul olunur: həqiqətin başqa meyarı yoxdur.
  • Odisseyin nəyi yunanları məftun edirdi? Hər şeydən əvvəl yalan demək qabiliyyəti, bir də hiyləgər və qorxunc qisas həvəsi.
  • Oh, bu saxta işıq, pis hava! Burada ruhun yüksəkliyə qalxmasına icazə verilmir! Amma inam onlara belə əmr edir: “Günahkarlar, diz çökün, pilləkanları bir-bir qalxın!”
  • Ölüm, həyatdan qorxmayacağınız qədər yaxındır.
  • Öz əxlaqsızlığına utanmaq – bu, zirvəsində əxlaqına görə utanacağın nərdivanın birinci pilləsidir.
  • Öz tarixinin yozumunu qonşu gözü ilə dərk edən millət heç vaxt yaşaya bilməz.
  • “Öz yaxınını sev” – bu hər şeydən əvvəl onu bildirir ki, “Öz yaxınını sakit burax!”. Fəzilətin məhz bu detalı ən böyük çətinliklərlə bağlıdır.
  • Özü haqda danışmamaq çox əsilzadə bir riyakarlıqdır.
  • Özü-özündən utanmaq çox nəcib bir əməldir. Çünki, yalnız sənin özün ona maliksən.
  • Özü-özünlə tək qalanda tək olmursan. Bir nəfər artıq olur, bu da ki, çoxdur,- deyə tərki-dünya düşünür. Təkbətəklik sonda iki nəfərdən ibarət olur!
  • Özümüz tərəfindən yazılmış kitab qədər bizi çox şeyə öyrədə bilən kitab tapmaq asan deyil.
  • Özün ala biləcəyin haqqı buraxma sənə versinlər.
  • Özün haqqında çox danışmaq özünü gizlətmək üçün bir üsuldur.
  • Özündən heç danışmamaq çox soylu bir ikiüzlülükdür.
  • Özünə inamı olmayan insanlar bir an da olsa belə özlərinə inanmağı bacarmaq üçün sevməkdən çox sevilməyi istəyirlər.
  • Özünə tabe ola bilməyənlərə əmr edirlər.
  • Özünü elmə həsr edən insanın təkcə düşmənini sevməsi yetməz, o dostuna da kin duya bilməlidir.
  • Özünü müdafiədə, məcburi yalanda nəsə gizli bir həzz, fərəh doğuran mistik bir şey var: o, fərdi xilas etməyə yönəlir… Bütün yalanlar ehtiyacdan doğur. Yalan oyunu xüsusi qabiliyyət tələb edir. Əslində yalnız həqiqət ehtirası gerçək həzz doğura bilər. Ən böyük ehtiras sənət ehtirasıdır ki, həqiqəti bütünlüklə yalan qiyafəsində təqdim edir. Şəxsiyyət məfhumu, hətta mənəvi azadlıq üçün zəruri olan illuziyalar da belədir, bizim bütün həqiqət ehtiraslarımız da yalan üzərində qərar tutur.
  • Özünü öz alovunda yandırmalısan. Yanıb kül olmasan, başqa cür necə yenilənərdin!
  • Özünüzə sadiq qalmağınız, özünüzü itirməmək üçün sağlam, müqəddəs sevgi ilə özünüzü sevməyi öyrənin. Həqiqətən, özünü sevməyi öyrənmək nə bu gün, nə də sabah üçün bir hökm deyildir. Əksinə, o, bütün incəsənətlərdən ən incə, ən müdrik, ən ali və ən səbr tələb edən incəsənətdir.
  • Pis iş irinə oxşayır: o sızıldayır, qaşınır və irinləyir. O açıq biruzə verir.
  • Platon da daxil olmaqla yunanlar və yunan filosofları ehtiraslı, daş ürəkli, mahir insanlar olub.
  • Protestantizmin tərifi: Xristianlığın bədəninin və ağılın iflici.
  • Rəqs edən ulduz yaratmaq üçün özünüzdə xaos daşımalısınız.
  • Ruh axtaranda ruh yoxdur.
  • Ruh həyatın bağrına saplanan həyatdır.
  • Sağalmaq üçün yataqdan istifadə edən xəstə kimi hər cür kiçik xoşbəxtlikdən də istifadə etmək lazımdır. Başqa cür ola bilməz.
  • Sağalmaz xəstələrin həkimi olmağı arzulamayın.
  • Saxta bir mühitdə yaşamaq və öz həyati əhəmiyətli vəzifələrindən yayınmaq, — filoloq kimi çalışdığım və universitetdə müəllimlik etdiyim dövrdə olduğu kimi, — fiziki cəhətdən məni aramsız olaraq fəlakətə sürükləyir.
  • Sevdiyiniz hər şey səni məyus etdi. Məyusluq sənin vərdişin oldu və deməi, “həqiqət sevgisi” adlanan son sevgin də məyusluq sevgisi olmalıdır.
  • Sevən qadından kişi ehtiyatlanmalıdır. Çünki, belə vəziyyətdə qadın hər cür qurban verməyə hazırdır və onun gözündə bütün başqa şeylərin heç bir dəyəri olmur.
  • Sevgi naminə edilən şeylər xeyir və şərdən kənarda edilir.
  • Sevgidə həmişə dəlilik var. Ancaq dəlilikdə həmişə bir səbəb var.
  • Sevgidəki miskinlik ondakı ləyaqətin yoxluğu ilə maskalanır.
  • Sevginlə get təkliyinə, qardaşım, yaratmanla get. Mənim gözyaşlarımla get təkliyinə, qardaşım. Özündən kənar yaratmaq istəyəni xoşlayıram mən və beləcə yox olanı.
  • Sevgiyə, dostluğa qadir olmayan ən düzgün yol olan nikahı seçir.
  • Sevilmək istəyi ən dəhşətli eqoizmdir.
  • Sevmək və ölmək. Bu uyğunluq əbədidir. Sevgiyə əzm ölümə hazır olmağı bildirir.
  • Sevməyin bir daha mümkün ola bilməyəcəyi yerdən yan keçmək lazımdır!
  • Sən gəncsən və nikah haqqında, uşaq barəsində düşünürsən. Ancaq mənə cavab ver: uşaq istəməyə sənin haqqın varmı. Sən özünə qalib gəlmisənmi, hissiyyatlarına hakimsənmi, fəzilətlərinin ağasısanmı. Yoxsa, sənin arzun heyvani hissiyyatdan və təbiət tələbkarlığından irəli gəlir? Yaxud tənhalıqdan və ya özündən razı olmamağından?
  • Sən istəyirsən ki, səni hərəkətlərinə görə yox, fikirlərinə görə qiymətləndirsinlər? Amma sənin fikirlərin haradan yaranıb? Əlbəttə ki, hərəkətlərindən!
  • “Sən yalan deməməlisən”: düzgünlük tələb olunur. Lakin məhz gerçək olanın etirafı (aldadılmamaq ideyası) yalançılarda həmişə daha güclü olmuşdur: məhz onlar bu populyar “həqiqinin” gerçək olmadığını daha yaxşı dərk etmişlər… (Yalan həmişə güclünün yol yoldaşı olur. Lakin burası da var ki, yalan danışmaq o qədər də asan başa gəlmir)
  • Sən yenidən uşaq olmalısan ki, utancaqlıq sənə mane olmasın. [5]
  • Səni sevirəmsə bundan sənə nə?
  • Sənin öz yolun var. Mənim isə öz yolum var. Düzgün, doğru və yeganə yola gəldikdə isə, bu mövcud deyil.
  • Səthi insanlar həmişə yalan danışmağa məcburdur. Çünki, onlar məzmundan məhrum edilmişlər.
  • Sivilizasiya tərəfindən məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan sivilizasiyada yaşayırıq.
  • Siz çoxlu qısa ağılsızlıqları sevgi adlandırırsınız. Və sizin nikahınız böyük və uzun axmaqlığı ilə çoxlu qısa axmaqlıqlara hüdud qoyur.
  • Siz ey kölgəsindən qorxan zavallılar! Siz rəngbərəng vəhşi heyvan xəz-dərilərinə məftun olmuş adamlar kimi gəlişi gözəl sözlərin təsirindən ayıla bilmirsiniz: sizin ayaqlarınız yalnız və yalnız yumşaq yalan xalıları üzərində gəzişməyi bacarır.
  • Siz ey idrak sevənlər! İndiyə qədər idrak üçün nə etdiniz? Oğrunun, qatilin ruhunun necə olmasını bilmək üçün heç oğurluq etdinizmi, qatil oldunuzmu?
  • Siz qalxmaq istəyəndə yuxarı baxırsınız, mən isə aşağı baxıram.Çünki, mən artıq qalxmışam.
  • Siz məni tapanda özünüzü hələ axtarmadınız. Bütün dindarlarda da bu cür olur. Ona görə də dua etmək hələ heç nə bildirmir.
  • Siz uçuruma baxanda uçurum da sizin içinizə baxar.
  • Siz yüksəlmək istəyəndə yuxarı baxarsınız. Mən isə aşağı baxıram. Çünki mən yüksəlmişəm.
  • Sizin sevgi adlandırdığınız çoxlu qısa ağılsızlıqlar var. Və sizin nikahınız bir böyük və uzun axmaqlıqla qısa ağılsızlıqlara sərhəd qoyacaq.
  • Sözlərlə hətta öz düşüncələrimizi belə dolğun şəkildə ifadə edə bilmirik.
  • Susuzluqdan ölmək istəməyən hər cür qabdan su içməyi öyrənməlidir. Təmiz qalmaq istəyən insan çirkli suda yuyunmağı bacarmalıdır.
  • Sürüyə can atmaq özünün “Mən”ini təsdiqləmədən də qədimdir. Nə qədər ki, yaxşı vicdan sürü iradəsini bildirir, axmaq vicdan “Mən” deyəcək.
  • Şərəf məsələsində qadının bir o qədər anlayışı yoxdur. Qoy onun şərəfi onu sevənlərdən də güclü sevməkdən və sevgidə ikinci olmamasından ibarət olsun.
  • Şöhrət düşgünü vaxtında bu həvəsindən uzaqlaşmalı və vaxtında getmək mədəniyyətini öyrənməlidir.
  • Şöhrətpərəst adama başqalarının rəyi deyil, onların rəyi haqqında öz rəyi əhəmiyyətlidir.
  • Şübhə deyil, qətilikdir insanı dəli edən.
  • Şübhə günah kimi. — Xristianlıq dairəni bağlamaq üçün əlindən gələni etdi və hətta şübhəni günah elan etdi. İnsan heç bir səbəb olmadan, bir möcüzə ilə inandırılmalı və bundan sonra ən parlaq və ən qeyri-müəyyən elementlərdə olduğu kimi orada üzməlidir: hətta quruya bir baxış belə, hətta başqa bir şey üçün mövcud olduğu düşüncəsi belə. Üzgüçülük kimi, suda-quruda yaşayan təbiətimizin ən kiçik təkanları belə günahdır! Diqqət yetirin ki, bütün bunlar inancın təməli və onun mənşəyinə dair bütün təfəkkürün də eyni şəkildə günah olduğunu istisna edir. İstənilən şey korluq və məstlikdir və ağlın boğulduğu dalğalar üzərində əbədi nəğmədir.
  • Şüurlu qadın sevgisində bir anilik, bir ildırım, işıq yanında bir qaranlıq vardır.
  • Tamahkar olmaq üçün insanların əksəriyyət həddindən çox axmaqdır.
  • Tale biz fəth etməmiş, uşağın əlindən tutub apardığımız kimi onun əlindən tutub aparmaq və qamçılamaq lazımdır. Yox, əgər o bizi fəth edərsə, o zaman onu sevmək lazımdır.
  • Tanrı öldü, onu biz öldürdük!
  • Tarix, nə qədər ki, həyatın xidmətindədir, qeyri-tarixi gücə tabedir və ona görə də öz tabeliyində olan mövqeyinə görə, məsələn, riyaziyyat kimi xalis bir elm ola bilməz və olmamalıdır.
  • Tarixi yalnız güclü insanlar daşıya bilər, zəifləri isə o tamamilə boğur.
  • Tarixi yalnız təcrübəli və görkəmli ağıllar yazır.
  • Tarixin on iki böyük insanlarından on biri hansısa böyük işlərin nümayəndələri idilər.
  • Tarixin özü tarix problemini həll etməlidir.
  • Təbiətdə heç bir dəqiq düz xəttin, həqiqi çevrənin, mütləq böyüklüyün olmadığını əvvəldən bilsəydi, riyaziyyat, şübhəsiz ki, yaranmazdı.
  • Təcrübəsiz qızlar, kişini xoşbəxt etmək onların əlindədir deyə düşünərək özlərini aldadırlar; sonradan öyrənirlər ki, bir kişinin xoşbəxt olması üçün qızın kifayət olduğunu güman etmək ona çox aşağı qiymət verməkdir. [6]
  • Uca dağlarda buz içində könüllü yaşamaqdır fəlsəfə..
  • Uçmağı bacarmırsansa, uçurumun qırağında yuva qurma.
  • Uçmağı öyrənmək istəyən əvvəlcə ayaq üstə durmağı, yeriməyi, qaçmağı, dırmaşmağı, rəqs etməyi öyrənməlidir. Birdən-birə uçmağı öyrənmək olmaz!
  • Uçuruma uzun müddət baxsan, o uçurum sənin içindən baxar.
  • Uğursuz an! – Müdrik insanlar yalnız bir anlığa yalan danışırlar.
  • Uzunmüddətli və böyük iztirablar insanı zulmkar edir.
  • Ümid, əslində, bütün pisliklərin ən pisidir, çünki insanın əzabını uzadır.
  • Varlıq hər an başlayır. “Burada”hər kəsin ətrafında “orada” halqası fırlanır. Orta hər yerdədir. Əbədilik yolu isə əyridir.
  • Varlığa haqq qazandırmaq istəyən şeytan qarşında Allahın vəkili də olmağı bacarmalıdır.
  • Və Zərdüşt dedi. “Bəs qadın xoşbəxtliyi”.
  • Vicdanın buyruğu ilə hərəkət edən adamlarda yalan və hiyləgərliyə qarşı təbii bir nifrət olur; qorxu anlarında buna bənzər nifrət motivləri ola bilər, çünki yalan ilahi bir hökmlə qadağan edilmişdir.
  • Vicdanın səsi ilə hərəkət etmək ağlın səsi ilə hərəkət etməkdən rahatdır. Çünki, pis nəticədə vicdan həmişə özünə bəraət qazana və təskinlik tapa bilər. Ona görə də vicdanlı insanlar çox, ağılsız insanlar isə azdır.
  • Yaxınlarınızı özünüz kimi sevin, amma əvvəlcə böyük sevgi ilə, böyük nifrətlə özünü sevən olun!
  • Yaxşı adamların öyüd-nəsihəti nifrətə, pis adamların öyüd-nəsihəti isə qorxuya səbəb olur.
  • Yaxşı insan olduğun üçün hamının səninlə ədalətli davranacağını gözləmək, vegeterian olduğun üçün öküzün sənə hücum etməyəcəyini düşünmək kimi bir şeydir.
  • Yaxşı nədir? İnsanın hakimiyyət hissini, əzmini yüksəldən hər şey. Pis nədir? Zəiflikdən baş verən hər şey.
  • Yaxşı nikah dostluq istedadı ilə bağlıdır.
  • Yaxşı və pisin nə olduğunu qiymətləndirə bilməyən xalq sağ qala bilməz. O, sağ qalması üçün hətta qonşusundan fərqli bir qiymət verməlidir. Bəzi xalqlarda yaxşı adlandırılan şey digər xalqlarda rüsvayçılıq və təhqir hesab olunur. Burada pis adlandırılan şey orada hörmətə layiq şey sayılır.
  • Yalan danışa bilməmək qabiliyyəti heç də həqiqət sevgisindən irəli gəlmir. Hər bir məhəbbətdə yalan demək istedadı gizlənir, hətta həqiqətə olan məhəbbətdə də.
  • Yalan danışmaq üçün cəsarət tələb olunur.
  • Yalan danışmaq – yalnız yalan danışmaq naminə yalan danışmaq bütün vulqar cəmiyyətlərdə primitiv bir istək olmuşdur. Hökm etmək naminə hökm etmək… Həyatdan zövq almaq naminə yox.
  • “Yalan danışmaq yaramaz” – bunun təmiz almancası gərək ki, belə olar: cənab filosof, həqiqəti söyləməkdən özünüzü qoruyun.
  • Yalan danışmağı bacarmayan həqiqətin də nə olduğunu bilməz.
  • Yalan insanın xarakterinə uyğun olanda yalançılıq daha asan bir peşəyə çevrilir.
  • Yalan söyləmək azadlığını yasaq etmək – mən burada teoloqun məkirli niyyətini görürəm.
  • Yalançı qeyri-həqiqini həqiqi kimi göstərməyə çalışır, bu o deməkdir ki, o, insanlar arasındakı mövcud konvensiyanı pozur.
  • Yalanı günahsızcasına dodaqlarında gəzdirən bədgümanların pıçıltı ilə mənim haqqımda dediklərini eşidirəm. Bəzi fırıldaqçıların da yavaş-yavaş mənim müdriklik süfrəmin kənarına yaxınlaşdıqlarını görürəm [. ]. Siz əvvəlcə yalan danışmağı öyrənin ki, həqiqəti söyləməyin nə olduğunu anlayasınız.
  • Yalanın dərk olunması insana təbii sevinc və fərəh bəxş edir… Almanın toxumu onun öz içində qərar tutduğu kimi.
  • Yalnız bilərəkdən, qəlbən yalan deyən şair əsl həqiqəti də söyləyə bilər.
  • Yalnız insan qravitasiya istiqamətinə qarşı müqavimət göstərir: o həmişə yuxarı yıxılmaq istəyir.
  • Yalnız məntiqlə hərəkət etmək yalana gətirib çıxarır. Məntiq hələ hər şeyi həll etmir.
  • Yaratmaq üçün oxumalısınız!
  • Yarpaqlar saralırsa bunda şikayət edəcək nə var. Burax düşsünlər və getsinlər. Hətta onların altına sərt bir külək üflə. Üflə ki bütün saralmış və solmuşlar səndən daha tez uzaqlaşsınlar.
  • Yer kürəsinin qabığı var və bu qabıq xəstəliklərə yoluxmuşdur. Bu xəstəliklərdən birinin adı “insandır”.
  • Yıxılanı itələ.
  • Yorulduğumuz zaman çoxdan fəth etdiyimiz ideyaların hücumuna məruz qalırıq.
  • Yüksəlmək üçun ancaq öz gücünüzdən istifadə edin, başqasının sizi yüksəltməyinə icazə verməyin, ya da belinə və başına dırmanmayın.
  • Zaman və təşəkkül haqqında yüksək simvollar danışmalıdır. Onlar bütün keçiciləri tərifləməli və ona haqq qazandırmalıdırlar!
  • Zəiflər bizi öz gücümüzdən utanmağa məcbur etdikləri üçün bizə qalib gəldilər.

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları – MÜSAHİBƏ

O, Qarabağda gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı bir neçə dəfə yaralanaraq Qarabağ qazisi olan Şahid Qurbanov el arasında “Peşkom Hacı” kimi tanınır. 1967-ci il təvəllüdlü Ş.Qurbanov 39 yaşında Bakıdan Məkkəyə qədər Həcc marafonunda iştirak edib. O, Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanını və Küveyti keçməklə, ümumilikdə 9,2 min kilometr məsafəni piyada qət edərək Məkkədə Kəbə evini ziyarət edib. Yol boyu başına gələn əhvalatları, üzləşdiyi təhlükələri bizimlə bölüşən “Peşkom Hacı” İnterpress.az-a müsahibəsində marafon haqqında bəzi gizlinlərə aydınlıq gətirib. O, Bakıdan Məkkəyə qədər piyada səfərinin səbəbindən tutmuş məqsədinə qədər danışıb, eyni zamanda, növbəti dəfə həyata keçirəcəyi daha bir piyada turdan da söz açıb.

İnterpress.az “Peşkom Hacı” kimi tanınan Şahid Qurbanovun müsahibəsini oxuculara təqdim edir:

– Şahid bəy, necə oldu ki, həcc ziyarətinə piyada getmək qərarına gəldiniz?

– 2006-cı il idi, Mən bir dəfə yatdım yuxuda gördüm ki, müqəddəs Kəbənin ziyarətinə piyada gedirəm. Piyada səfərim boyu isə Qarabağ deyə-deyə qışqırıram və Qarabağın haqq səsini getdiyim yolun boyunca insanlara çatdırıram. Yuxuda Bakıda öz evimdən çıxıb ta Səudiyyə Ərəbistanına qədər piyada qət elədiyim yolun yolçusu olmaq hissini necə yaşamışdımsa, yuxudan oyandıqdan sonra hadisələrin real olduğunu düşünürdüm. Bu real olmayan səfər mənə o qədər müsbət təsir etmişdi ki, yuxumun gerçəkləşməsinə çalışdım. Dost-tanışlarla məsləhətləşdim və getməmişdən öncə Azərbaycanın işğal altında olan Qarabağ torpaqlarına həsr olunmuş bir tədbir hazırladıq.

“Heydər Əliyev – İslam dünyası – Qarabağı unutma”

– Həmin günü bəs piyada səfərinə hardan başladınız?

– Yuxumdan sonra Həcc ziyarəti üçün niyyət etmişdim ki, elə Bakıda yaşadığım evimdən çıxan kimi Məkkəyə qədər piyada gedəcəm. Ona görə də, yol azuqəsini götürüb evdən çıxan kimi səfərim başladı və evdən çıxan kimi ilk piyada səfərimi Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət etməklə başladım. Bununla da “Heydər Əliyev – İslam dünyası – Qarabağı unutma” adlı səfərimə start verdim. Səfərimin adını ona görə belə etdim ki, Heydər Əliyevin İslam dünyasında çox böyük rolu olub. Eyni zamanda, şərqdə H.Əliyevi demək olar ki, hər kəs çox yaxşı tanıyırdı. Mən bir məsələni sizin diqqətinizə çatdırım ki, piyada səfərim zamanı ərəb ölkələrində elə şəhərlərdən keçirdim ki, soruşanda ki, sən haralısan? Azərbaycan deyəndə tanımırdılar, amma Heydər Əliyevin adını çəkəndə dərhal bilirdilər ki, hansı ərazidən söhbət gedir. H.Əliyev bir fenomen idi ki, dünyada hamı onu tanıyırdı. Çünki H.Əliyev həqiqətən də dahi şəxsiyyət olub. Mən onun dahi olduğunu Azərbaycanı tərk edib başqa ölkələrdə olarkən təsdiqlədim.

– Marafon səfərinizin adını da yuxuda görmüşdünüz, yoxsa sonradan fikirləşdiniz?

– Yox, yuxuda görməmişdim. Mənə çoxları sual verir ki, səfərin adını niyə “Heydər Əliyev – İslam dünyası – Qarabağı unutma” qoymusan. Bu sualın cavabı mənim şəxsi həyatımla bağlıdır. Mən iki dəfə ali təhsil almışam. 1983-cü ildə birinci təhsilimdə ali məktəbdən qovulmaq üzrə idim. H.Əliyevin müdaxiləsi ilə mən bərpa olundum. O, mənim təhsilimi başa vurmağım üçün şans verdi. O şansın hesabına mən sonradan birçox nailiyyətlər qazandım. O zamandan o insana qarşı məndə böyük simpatiya yaranmağa başladı. Ona görə də mən marafon səfərimə H.Əliyevin adını verməklə ona mənə etdiyi yaxşılığın çox cüzi bir hissəsini ödəmiş oldum.

Zəhərli heyvanlara qarşı keçi tükü və sarımsaqdan istifadə qaydaları…

– Səfərə çıxdığınız zaman özünüz ilə nə aparmışdınız? Yəni qət edəcəyiniz uzun bir məsafə boyu sizin üçün zəruri olan yemək, içmək, pal-paltar və s götürmüşdünüzmü özünüzlə?

– Səfərdən bir gün əvvəl evdə hazırlıq gördüm. Evdən çıxanda cəmi 4 şirvan pulla səfərə başlamışdım. Əlavə pul götürməmişdim. Düşünürdüm ki, pulmənim nəyimə lazımdır. Mənim üçün ən əsası dövlətimizin bayrağı idi. Ona görə özümlə birlikdə aparacağım ilk yol yoldaşı olan bayrağımızı götürdüm. Digər tərəfdən də bilirdim ki, Azərbaycan bayrağı ilə digər dövlətlərin ərazisinə keçmək mənim üçün problem yarada bilər. Amma ən azından mənim hansı dövlətin vətəndaşı olmağımı əks etdirməsi üçün lazım idi. Evdən çıxarkən üzərimdə 30 kiloqramlıq yük var idi. Əynimdə hərbi geyimlə səfərə başlamışdım. Yük çantamda isə uzaq yol səfərinə lazım olan bütün ləvazimatlar var idi. Düzdür çox çətin idi, o qədər yüklə uzun səfər etmək. Amma yuxumu gerçəkləşdirməli, arzumu reallaşdırmalı idim. Yük çantamı belimdən asıb, Azərbaycan bayrağını da çiynimdən başımın üzərinə qədər qaldırıb getmişdim. Çantamda isə əsas olan çadır idi, yerə sərilən xüsusi döşəkçə idi. Geyim dəstləri idi, soyuqdan və yağışdan qorunmaq üçün plaş idi. Eyni zamanda, zəhərli heyvanlara qarşı bəzi hazırlıqlar görmüşdüm. Keçi tükündən hazırlanmış kəndir və sarımsaq da uzaq səfər zamanı bəzi zərərli heyvanların təhlükəsindən sovuşmaq üçün vasitələrdir.

– Hacı, dediyiniz vasitələrdən zəhərli heyvanlara qarşı necə istifadə edirdiniz ki?

– Çox asan şəkildə. Çadırımı qururdum və döşəkçəmi də sərirdim yerə. Çadırımın ətrafı boyunca keçi tükündən olan kəndiri dairəvi şəkildə yerə qoyurdum. Onun da ətrafına sarmısaqları düzürdüm. Zəhərli heyvanlar – ilan, əqrəb, həşəratlar, hörümçəklər də keçə bilmirdilər, iyin təsirindən geri qayıdırdılar. Mənim əsas qorxum bayraq idi. Çünki bir ondan narahat idim ki, bayrağımı oğurlamasınlar. Ona görə də, bayraqı yük çantama bağlayıb yatanda da ürəyimin üzərində saxlayırdım ki, oğurlaya bilməsinlər.

– Keçdiyiniz ölkələrdə yol boyu yerli əhalidən sizinlə maraqlanan olurdumu? Ən azından yol adamı və turist idiniz. Yerli əhalinin sizə münasibəti necə idi?

– Düzdür, İran ərazisində bir neçə dəfə təqib olundum. Bəzi yerli sakinlərlə aramda mübahisələr də yaranırdı. İranda barbarların hücumuna məruz qalmışdım, bayrağımızı alıb qırmaq istəyirdilər. Canımı zorla qurtara bildim. Mən Qarabağ həqiqətlərini, Xocalı soyqırımını ərəb dünyasında tanıtdıracaqdım deyə, bu istiqamətdə özümlə aparacağım bəzi maarifləndirici fotolar və məlumatlar qeyd olunmuş kağızlar var idi. Həm də düşündüm ki, ərəb ölkələri kimi Azərbaycan əhalisi də müsəlmandır. İslam dinində də belə bir fikir var ki, əgər bir şəxs zülmə məruz qalırsa, ona susanlar da zülmkarlar kimidir. Ermənilər də Azərbaycan xalqına qarşı tarixən zülmkarlıq ediblər. Düşündüm ki, müsəlman ərəb ölkələrinə Azərbaycan həqiqətlərini çatdırım, görüm susacaqlarmı? Çünki mən o boyda yol qət etdim və yol boyu hər məni görənin diqqətini turist kimi cəlb edirdim. Yerli əhali gəlib mənimlə maraqlanırdılar ki, nəyəsə ehtiyyacım olar bəlkə. Mən isə onlarla həmsöhbət zamanı Qarabağla bağlı yazılmış vərəqələri onlara paylayırdım.

“Peşkom Hacı”nın Həcc marafonuna hərbi geyimdə çıxmasının sirri…

– Şahid bəy, bayaq dediniz ki, piyada həcc səfərinə hərbi formada başlamısınız. Niyə məhz hərbi geyimdə?

– Mən əslində, adi geyimlə getməyi düşünürdüm. Amma sonradan düşündüm ki, bir halda ki, minlərlə kilometrlik bir səfərə çıxıram və yol boyu həyata keçirəcəyim bir sıra ideyalar var, ona görə səfərimin mahiyyətini biraz da artırmağı düşündüm. Hərbi geyimlə səfərə çıxmağım isə subliminal mesaj idi. Ki, biz hələ də müharibə şəraitində yaşayırıq və torpaqlarımız hələ də işğal altındadır. Məhz bu məqsədlə geyinmişdim.

– Hacı, səfərinizin istiqamətindən danışardınız biraz da. Məkkəyə çatana qədər hansı əraziləri – şəhərləri keçdiniz?

– Deməli, istiqamət belə idi. Azərbaycan, İran, Küveyt, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı istiqaməti üzrə 9 min kilometrlik yol üzrə hərəkət etməli idim. Xəritə ilə Bakıdan çıxıb piyada Astaraya qədər oradan da İrana keçdim. İran ərazisinə keçən kimi Tehran yolu ilə mənzil başına doğru istiqamət aldım. İranın şimalından cənubuna doğru hərəkət etdim. Ərdəbil və Təbriz şəhərlərini ziyarət etdim. Cənubi Azərbaycanda soydaşlarımızla salamlaşa-salamlaşa.

– Çox maraqlıdır ki, 9 min kilometrlik bir məsafəni piyada, həm də tək-tənha qət etmisiniz. Gecə-gündüz yol getməkdən bezmirdiniz?

– Çox adam deyir ki, mən Məkkəyə piyada gedərəm. Təbii ki, qədim zamanlarda nəqliyyat vasitələrinin olmadığı bir dövrdə insanlar səfərlərini piyada və minik vasitələri kimi istifadə olunan heyvanlarla həyata keçirirdilər. Ayaqla uzun bir məsafəni qət etmək isə olduqca çətindir. Təsəvvür edin ki, yüzlərlə kilometr uzunluğunda səhradır və qumdan başqa heçnə yoxdur. Ucsuz-bucaqsız bir səhranın yeganə sakini sənsən. Mən yol boyu elə günlər olub ki, ac da qalmışam, susuz da qalmışam. Hətta bəzən elə bir çarəsiz vəziyyətdə qalırdım ki, Allahdan ölüm də arzu edirdim ki, ölüm daha bu səfər bitsin. İranı keçdikdən sonra hiss etdim ki, ayaqlarım şişib artıq yeriyə bilmirəm. Özüm də ac və susamışdım. Bununla yanaşı, tək tənha səfər etmək də adamı yorur. Çünki insan fitrətən elədir ki, həmsöhbətə daim ehtiyyaclıdır. Amma bəzən olurdu ki, yolda yerli əhali ilə rastlaşdıqda onlarla həmsöhbət olurdum. Qarabağ həqiqətləri barədə şəkilli foto-albomu və müxtəlif dillərdə yazılmış məlumatları həmsöhbətlərimə verirdim. Özümün də başım qarışırdı. Yol boyu bəzilərinin mənə turist kimi qayğılı münasibət göstərmələri də mənə stimul verirdi. Bir də görürdün ki, bir maşın saxladı və içərisindən qadın, kişi və azyaşlı uşaqlar düşdü. Yaxınlaşıb mənlə şəkil çəkdirmək istəyirdilər.

Məscidlərdə Qarabağ həqiqətlərini belə təbliğ edirdi…

– Gecələr daha çox haralarda gecələyirdiniz?

– Səhra yollarında gecələr məcbur olub elə səhralarda yatırdım. Amma bəzən getdiyim yolun üstündə iaşə obyektləri olduğunu görəndə yorularkən həmin iaşə obyektlərində gecələyirdim. Getdiyim hər 5 kiolemtrdən bir 10 dəqiqəlik istirahət edirdim. 10 kilometr gedirdimsə, 20 dəqiqə istirahət edirdim. O qədər yol getmişdim ki, ayaqlarımın altı yara olmuşdu. Səhv özümdə olmuşdu ki, ayaqqabımı düzgün seçməmişdim. Sonradan ayaqqabı ilə bağlı problemimi aradan qaldırdım. Bəzən gecələr məscidlərdə gecələyirdim. Məscidlərdə olarkən ərəb dilində yazılmış bukletləri Quran kitablarının arasına qoyurdum. Səhər məscidə gələn dindarlar Quran açıb oxuyanda ilk olaraq Qarabağ və Xocalı həqiqətlərindən bəhs olunan bukletləri oxuyub daha sonra Quran tilavət edirdi.

– Evdən çıxarkən yol boyu başınıza gələcək təhlükələri gözə almışdınızımı? Düşünürdünüzmü sizi minlərlə kilometrlik bir məsafə boyu vəhşi heyvanlar, zəhərli həşəratlar, müxtəlif iqlimə malik olan ərazilərin təbiət hadisələri gözləyir?

– Mənim üçün həyatda qorxu deyilən bir şey yoxdur. Mən heç vaxt güllədən qorxmamışam. Həmişə özümü inandırmağa çalışmışam ki, gülləyə belə dik baxmaq lazımdır. İnsan ki, ölümdən qorxdu və ya ölümdən qaçdısa, ölüm harda olsa, onu tez bir zamanda yaxalayacaq. İnsan təkcə bir olan Allahdan qorxmalıdır və özünü Ona təslim etməyi bacarmalıdır. Hər şey Onun əlindədir çünki. Səni saxlayan da Odur. Mən bilirdim ki, mənim başıma çox işlər gələ bilər, məni öldürə də bilərlər. Mən vəhşi heyvanların caynağından xilas olmaya da bilərəm. Amma hər şeyi Allaha təvəkkül edib çıxmışdım.

– Bəs, heç təhlükəli və qorxulu hadisələrlə rastlaşdığınız oldumu?

– Mən ümumilikdə səfər çərçivəsində bir neçə dəfə ölümlə üzləşdim. İranda gecə ikən gedərkən təsadüfən dağlıq ərazidə İran hərbçilərinin təlim keçdiyi əraziyə daxil olmuşdum. Yanımda top, silah səsləri eşidilir və düz yanıma güllələr atılırdı. Mən isə çadırımı qurub çökəklik bir yerdə təlimin nə vaxt qurtaracağını gözləyirdim. İlk dəfə onda ölümlə üz-üzə qalmışdım. Atılan güllələrin hər an mənə dəymə ehtimalı var idi. İkinci dəfə ölümlə yol qəzası nəticəsində üzləşdim. Deməli, ayaqqabımın içərisinə balaca bir daş daxil olmuşdu və ayağımı dəhşətli dərəcədə əzirdi. Oturmuşdum yolun kənarında. Birdən elə bil məni kimsə durğuzdu ki, yolun digər tərəfinə keç. Ayaq üstə durub tək ayaqla hoppana-hoppana yolun digər tərəfinə keçdim ki, oturum və ayaqqabımı çıxarıb içindəki daşı götürüm. Elə təzə oturmuşdum ki, böyük bir Kamazın təkəri çıxdı və kamaz mənim əvvəlki oturduğum yerə aşdı. Əgər, mən yolun bu tərəfində keçməsəydim, o, mənim üzərimə aşacaqdı. Daha sonra İranın Əhvaz şəhəri ətrafında gecələrin birində canavarların hücumuna məruz qaldım. Çör-çöp tapıb od qaladım ki, isinim biraz. Ocağın alovunun şölələri arsında bir də onda gördüm ki, 4 dənə parıldayan göz mənə baxır. İki canavar oturduğum yerdə üzərimə şığıyıb məni parçalamaq istəyirdi. Çox yaxın bir məsafə ilə sifətimə baxıb elə mırıldayırdılar ki, sanki məni hansı hissədən parçalamağı düşünürdülər. Mən də artıq düşündüm ki, istəsəm də bunların yaxasından canımı qurtara bilməcəyəm. Odur ki, üzərimdən Quranı çıxarıb bunlara göstərdim və dedim ki, ay canavarlar, məni də Allah yaradıb, sizi də. Amma məni sizə yem olmaq üçün yaratmayıb axı. Ya əl çəkin məndən, ya da parçalayın işim bitsin. Bir də onda gördüm ki, canavarlar başını aşağı salıb getdilər. Daha sonra Türkiyədə çoban itlərinin hücumuna məruz qalmışdım. Azı 20 it üstümə cumdular. Biri qolumdan, biri ayağımdan tutdu. Axırda çoban gəlib itləri məndən zorla ayırdı. Bir dəfə də Türkiyədə Van şəhəri ətrafında “Qanlıdərə” deyilən ərazidə atışmaya düşmüşdüm. Kürdlərin silahlarının gülləsinə tuş gələcəkdim az qala. Türk hərbçiləri məni saxlayıb özümü təqdim etməyimi xahiş etdilər. Mən də özümü təqdim etdim. Şəxsiyyətimi təsdiq edən sənədimi və həccə ziyarətə getdiyimi dedim. Özləri də təəccüb içində idilər ki, mən bu yolu necə keçmişəm. Sən demə, mən 3 kilometrlik minalı ərazini keçibmişəm. Allah burda da məni saxladı. Məlum oldu ki, həmin yol gecələr bağlanır, gündüzlər isə yalnız müşahidə ilə hərəkətə icazə verilir. Həccə gedərkən mən bir şeyin şahidi oldum ki, sanki hansısa bir gözəgörünməz səni yol boyu qoruyur.

“Peşkom Hacı”nın 9 min kilometr ərzində necə qidalanmasının sirrləri

– Yəqin ki, yol boyu rastlaşdığınız restoran və kafelərdə yemək yeyir, çay və su içirdiniz. Yoxsa, özünüzlə yemək götürürdünüz?

– Olub ki, günlərlə ac və susuz qalmışam. Kimsəsiz səhrada mən nə restoran tapa bilərdim, nə də kafe. Nə də adam olmurdu ki, kimdənsə nəsə umum. Bəzən aclığımı aradan qaldırmaq üçün əlimə keçən müxtəlif həşəratlar yeyirdim. Ən çox yediyim isə, səhradan tutduğum çəkirtkə və kərtənkələlər olurdu. Amma gündüzlər səhrada avtomobillə gedən yerli əhali ilə rastlaşanda mənə yemək verirdilər. 55 dərəcə istidə yeməyi saxlamaq da mümkün deyildi deyə, alıb aparmaq da alınmırdı. Mədəmin öhdəsindən gəmək çətin deyildi, idarə edirdim yəni. Sağolsunlar, kömək edən yol adamları da olurdu. Qonağı olduğum restoranlarda isə piyada zəvvar olduğuma görə məndən heçnə ummurdular. Hətta yol adamları olurdu ki, mənim turist olduğumu görüb yemək-içmək alıb verirdilər. Bunlardan əlavə yol boyu o qədər meyvə ağacları olurdu ki, hərəsindən bir-iki dənə yeyib doyurdum. Səudiyyə Ərəbistanında xurma bağlarına girib bir günlük azuqəmi orda təmin etmişdim.

– Getdiyiniz şəhərlərdə yerli əhali arasında sizə yardım etmək istəyən olurdumu?

– Olurdu, bəli. İnsanlar avtomobillərini saxlayıb məni hara qədər lazımdırsa, aparmağa hazır olduqlarını bildirirdilər. Başa düşürdüm nə demək istədiklərini. Niyyətimə, vədimə xilaf çıxmamaq üçün razı olmurdum. Təbii ki, mən İranda bəzi sakinlərlə qarşılaşanda səfərim haqqında məlumat verirdim. Onlar elə bilirdilər ki, mən Həcc ziyarətinə maddi imkansızlıqdan piyada gedirəm. Ona görə də, məni dəfələrlə bilet alıb təyyarə ilə Səudiyyə Ərəbistanına göndərməyi təklif edirdilər. Amma mənim niyyətimin olduğunu biləndə daha heçnə demirdilər, sadəcə qeyri-adi baxırdılar. Təbii ki, hər yerin əhalisinin pisi də var, yaxşısı da var. Amma ümumilikdə götürəndə məni getdiyim bütün şəhərlərdə yaxşı qarşıladılar.

– Həmin ölkələrdə Azərbaycan səfirlikləri ilə əlaqə saxlayırdınızmı?

– Səfər zamanı getdiyim bütün ölkələrdə yerləşən Azərbaycan səfirliklərində qonaq oldum. Hamısı məni çox xoş qarşıladılar. Narahatlıqlarım və problemlərim səfirlikdə soruşulur, lazım olardısa, səhhətim yoxlanılırdı. Mənim qayğıma olduqca yüksək səviyyədə qalırdılar. Bu da Allahın inayətindən irəli gəlir, təbii ki. Hətta Küveytdə olanda Küveytin Vəqf naziri, Asiya Müsəlmanları Komitəsinin sədri Adil əl-Fələh mənim piyada səfərimdən xəbər tutub məni görüşünə çağırdı. Uzun bir məsafə qət etməyimlə bağlı məni təbrik etdi və mənə stimul verdi. Səfirliklər də eləcə məni yola salır və gedəcəyim növbəti ölkədəki səfirliyimizə məlumat göndərirdilər ki, piyada zəvvarı biz yola saldıq siz də qarşılayın. Eyni zamanda, hər səfirlikdə mənə əlaqə saxlamaq üçün mobil telefon verirdilər. Ona görə də, tez-tez mənimlə əlaqə saxlayır və problemimin olub-olmadığını soruşurdular. Mən Qarabağ həqiqətlərindən ibarət məlumatverici bukletlərin bir hissəsini Azərbaycanda hazırladıb yola çıxmışdım. Amma bukletlərin sayı az olduğundan yolda o qədər paylamışdım ki, bitmişdi. Ona görə də onların sayını artırmaq üçün getdiyim hər səfirliklərimizdə onların üzlərini çıxartdırırdım. Bu işdə mənə səfirliklərimizin də çox köməyi dəydi.

“Getməmişdən öncə Şeyx mənə dedi ki…”

– Həcc səfərinə çıxmamışdan öncə Qafqaz Müsəlmanları İdarəsinə məlumat vermişdinizmi?

– Əlbəttə, məlumat vermişdim. Hətta məni QMİ-yə çağırdılar. Şeyxulislam Hacı Allahşükür Paşazadə şəxsən məni qəbul etdi və bildirdi ki, QMİ məni təyyarə ilə həcc ziyarətinə göndərməyə hazırdır. Hətta çox təkid etdi. Mən isə Şeyxə arzumu və niyyətimi yuxuda gördüyüm kimi həyata keçirməyi xahiş etdim.

– Şahid bəy, bu uzun səfər yolçuluğunun müddəti nə qədər çəkdi?

– Təxminən, Bakıdan çıxıb gedib Səudiyyə Ərəbistanının Məkkə şəhərinə çatmağım 4 aya başa gəldi.

– Ümumiyyətlə, özünüzdən başqa Həcc ziyarətinə piyada səfər edən azərbaycanlı tanıyırsınızmı? Yəni, əgər belə biri olsaydı getməmişdən öncə ondan bəzi məsləhətlər də ala bilərdiniz…

– Mən Həcc ziyarətinə piyada gedən azərbaycanlılar barədə məlumat topladım. Son 100 ildə Azərbaycandan Həcc ziyarətinə piyada gedən zəvvar olmayıb. Gedənlər də İrana qədər gedib. Ordan da birbaşa Təyyarə ilə Məkkəyə gediblər. 2006-cı ildə vəhşi itlərin əlindən Bibiheybətdən Qaradağa keçmək mümkün deyildi. Çox çətinliklə ilk mərhələni mən elə öz ölkəmizdə adladım.

– Həcc ziyarətində həmyerlilərimizi gördünüzmü?

– Həcc ziyarətində təbii ki, azərbaycanlılar var idi. Amma mən sizə bir maraqlı məqamı danışım. Deməli, hələ Məkkə şəhərinə çatmamışdım yol gedirdim. Bir də gördüm ki, bir avtobus saxladı və içərisindən həmyerlilərim düşüb mənimlə görüşdü. Onlar da ziyarətə gedənlər idi, çiynimdə bayrağımızı görüb saxlamışdılar. Biraz hal-əhval tutduqdan sonra sağollaşdıq. Çox xahiş etdilər ki, mən də onların avtobusu ilə gedim. Amma təbii ki, razı olmadım. Minlərlə kilometr yol qət etdikdən sonra mənzil başına çatmağa bir neçə yüz kilometr qalmış niyyətimi poza bilməzdim.

“Peşkom Hacı”nın növbəti turu

– Səudiyyə Ərəbistanında ərəblərin sizə münasibəti necə idi?

– Ərəblərə qəribə gəlirdi ki, mən axı niyə Azərbaycandan Məkkəyə qədər piyada gedim? Onlar mənim bu səfərimin mahiyyətini həzm edə bilmirdilər. Məkkə onların şəhəri olduğu üçün və Kəbəni hər gün gördükləri üçün başqa ölkə müsəlmanlarının Kəbəyə bu qədər maraq göstərdiklərini müşahidə edəndə təəccüblənirdilər. Ona görə də mən onların diqqətini cəlb etmişdim. Mənə çox ehtiram göstərirdilər.

– Sonuncu sualımızı da verim, bununla da müsahibəmizi yekunlaşdıraq. Siz yenidən Həcc ziyarətinə piyada getməyi planlaşdırırsınızmı?

– Mənim həyatda ən böyük üç arzum olub. İki dəfə həcc ziyarətinə, bir dəfə də dünya turuna piyada çıxmağı arzu etmişəm. Arzularımdan ikisi reallaşıb. Bir dəfə həcc ziyarətinə getmişəm. Müsahibə əsnasında sonda da olsa bunu deyim ki, biləsiniz. Mən 2007-ci ildə ikinci dəfə Həcc ziyarətinə piyada səfər etmişəm. İordaniyaya qədər piyada getdikdən sonra səfərim baş tutmayıb. Viza məsələsnə görə İordaniyadan Səudiyyə Ərəbistanına keçə bilmədiyim üçün geri qayıtmalı olmuşam. İnşallah, növbəti hədəfim dünyanı piyada gəzməkdən ibarətdir. Tezliklə, dünya turuna çıxmağı düşünürəm. İstəyirəm ki, bütün dünyanı piyada gəzim.

Nazir kimi çox şeyi danışa bilmirəm – Fərid Qayıbov

Çox adamın nitqi özünü qane etmir: Niyə səlis danışa bilmirik? – ARAŞDIRMA + FOTO

“Ətrafımızda gözəl, axıcı nitqə sahib olan nə qədər adam var” sualına yəqin ki əksəriyyətimiz “çox az” cavabı verəcəyik. Bəs özümüz necə danışırıq? Bu sualın cavabından gələcəyimiz qənaət də o olacaq ki, çox adamın nitqi özünü qane etmir. Ancaq hər kəs gözəl danışmaq istəyir.

İstəkdən də əlavə, bu, bir çox iş elanlarında tələb olaraq da qarşımıza çıxır: “Aydın və səlis nitqə sahib olmalı”. İş elanında belə bir qeyd yazılmasa belə, bu, seçim zamanı fikir verilən nüans olur.

Türkiyə, Rusiya təcrübəsinə baxsaq, bu ölkələrdə yaşayan insanların uşaqlarının da nitqi gözəldir, böyüklərinin də.

Bəs niyə biz məktəb, universitet dövrü keçirik, iş həyatına atılırıq, amma səlis nitqə sahib deyilik?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Nitq təlimçisi Cəlalə Nəzəroğlu deyir ki, uşaqların gözəl nitqə sahib olmamasına səbəb böyüklərin özündə bu bacarığın olmamasıdır:

“Harada yaşamasından asılı olmayaraq, uşaqların duyma, qavrama, onu nitqində, davranışlarında göstərmək bacarıqları demək olar ki eynidir. Əqli qüsuru yoxdursa, bütün uşaqlar gördüklərini, eşitdiklərini rahat formada təqlid edə bilirlər. Azərbaycanda uşaqların yaxşı danışmamasının səbəbi gözünü açdığı, qulağının eşitdiyi mühitdir. Türklərin, rusların uşaqları ona görə gözəl danışır ki, böyüklərinin nitqi səlisdir. Eyni zamanda, uşaqlara hələ bağça yaşlarından düzgün danışmağı öyrədirlər. Səhnəciklərlə, hərəkətlə danışırlar. Yəni danışığın təməli möhkəm qoyulur”.

C.Nəzəroğlunun sözlərinə görə, evdəki mühitlə yanaşı, bağça və məktəb də uşaqların nitqinə böyük təsir göstərir:

“Elə uşaq var ki, valideynlərinin nitqi gözəldir, evdə bunu öyrənir. Amma məktəbə, bağçaya gedir, müəllimi ləhcə ilə danışır, yaxud hansısa hərfi qüsurlu tələffüz edir. Təbii ki, bu da uşağın dilinə düşür. Əgər mühitdən uzaqlaşırsa, valideynləri kimi danışır. Amma o mühitdə çox qalırsa, necə deyərlər, dilinə yapışır. Nitqimizin gözəl olması üçün müəllimlərimiz də yaxşı danışmalıdır”.

Təlimçi bildirdi ki, nitqin gözəl olmasının iş həyatında yaratdığı fərqi bəzən insan özü də hiss etmir:

“Kim olursan ol, harada, hansı vəzifəni icra edirsən et, yaxşı danışmalısan. Pinəçi, dərzi, astroloq, aktyor və s. olmağının fərqi yoxdur. Cəmiyyətdə yaşayırsan, duyğularını, düşüncələrini, reaksiyalarını ancaq danışaraq, ünsiyyət quraraq təmin edəcəksən. Əks halda səni nə görəcəklər, nə də eşidəcəklər. Məsələn, həm orta, həm ali məktəbdə yaxşı oxumuş insan iş yerində başa düşür ki, nəsə problem var. Necə olur ki, ən yaxşı layihəni mən hazırladığım halda, iş yoldaşımı alqışlayırlar, mən kənarda dururam? Çünki onlar var olan bacarıqlarını gözəl danışıqları ilə daha da cəlbedici təqdim edirlər, qabiliyyətlərini satmağı bacarırlar”.

Mütəxəssis bildirir ki, kiçik yaşlarda uşaqları idman, rəqs, rəsm kimi kurslara apardığımız kimi, onların nitqi haqqında da düşünməliyik:

“Azərbaycanda valideynlər övladları üçün əlindən gələni edirlər. Onları müxtəlif kurslara yazdırırlar. Bunların hamısı yaxşıdır. Amma valideyn birinci yerə uşağın nitqini qoymalıdır. Bütün fənləri öyrənir, savadlı olur. Bəs bu savadını necə çatdıracaq? Belə nümunələr var ki, adamın təhsili yaxşıdır, xarici dil biliyi var, amma iş müsahibələrindən keçə bilmir. Çünki iş görüşündə özünü təqdim etmədə problem yaşayır”.

C.Nəzəroğlu qeyd etdi ki, uşaqlıqda bu bacarıq bizə aşılanmayıbsa, hər yaşda üzərində işləyərək, bu bacarığı özümüzdə formalaşdıra bilərik:

“İnsan hər yaşda hər şeyi öyrənə bilər. Biz çox bacarıqlı varlıqlarıq. Yeni vərdişlər əldə edə bilirik. Xarici dil öyrənə biliriksə, öz doğma dilimizi təkmilləşdirmək daha rahatdır. Var olanı cilalayırıq. Hər gün mütaliə etmək, oxuduğumuzun müəyyən qismini danışmaq, nitqinə güvəndiyimiz adamları dinləyib təqlid etmək, düzgün tələffüz qaydalarını öyrənmək lazımdır”.

Psixoloq Gülarə Rüstəmova da bildirdi ki, uşağın danışıq təməlinin yaxşı qoyulması üçün anasının nitqi gözəl olmalıdır:

“Dilin inkişafına ən önəmli faktorlardan biri anadır. “Ana dili” yanaşması boşuna yaranmayıb. Ana necə danışır? Uşaqla hansı cümlələrlə ünsiyyət qurur? Hansı kitabları oxuyur? Bunlar çox önəmlidir. 3 yaşına qədər uşaqla ünsiyyət quran anadır. Sonra bağçaya qoyulur. Oradakı tərbiyəçilərin çoxunun nitqi yaxşı deyil. Məktəbə gedəndə müəllimlərin danışığı təsir göstərir. Uşağın öyrəndiyi adamların gözəl nitqi olmalıdır ki, o da gözəl olanı görüb götürsün”.

G.Rüstəmovanın sözlərinə görə, danışıq təməlinin gözəl qoyulması üçün Azərbaycanın öz təcrübəsi olub:

“Məsələn, ruslar uşaq dil açmadan onunla danışmağa başlayırlar. Bunun böyük rolu var. Əslində, bizim mədəniyyətdə də uşaqlarla elə anadan olan vaxtdan danışmaq təcrübəsi olub. Uşağa laylalar oxunub, bayatılar deyilib. Sadəcə olaraq, bu, artıq unudulub. Nə qədər ana layla bilir? Uşaq bir neçə aylıq olandan artıq valideyn onunla danışmağa başlamalıdır. Şeirlər, tapmacalar, atalar sözləri, hekayələr, qısa nağıllarla uşağın danışığı üzərində işləməlidir. Bağça, məktəb dövründə də müəllimlərin rolu önəmli olur”.

G.Rüstəmova qeyd etdi ki, uşaqların nitqinin gözəl olması üçün onlara kitab oxumağı aşılamalıyıq:

“Bir çox ana 5-6 ayından sonra uşaqların başını telefonla qatmağa başlayır. Uşaqlar telefonda nə izləsələr, onu mənimsəyirlər. Təbii ki, izlədikləri bəzən öz dilində olmur, yaxud öz dilində olur, amma gözəl nitq deyil. Uşaqda telefon deyil, kitab alışqanlığı yaradılmalıdır. Ruslar uşağın kitab oxumasına çox önəm veriblər. Nəticəsi də danışıqlarında görünür. Azərbaycanda övladlarına kitab oxuyan valideyn az olur. Valideyn kitab oxumalıdır, uşaq da bunu görməli, onda həvəs, istək yaranmalıdır. Məktəbdə də müəllim uşaqlara ədəbiyyatı, kitabları sevdirməlidir ki, oxusun, dili inkişaf etsin. Oxumaq nitqi formalaşdırır”.

Adımı bilirəmsə onunla necə danışa bilərəm?

11:18 Bakıda ruhi xəstə itkin düşdü

11:02 Gün ərzində tox saxlayan 5 səhər yeməyi

10:49 Masazırda evdən 10 minlik qızıl oğurlandı

10:47 Bakıda 24 yaşlı oğlan küçədə BIÇAQLANDI

10:33 Üz skrabından QAÇIN: Heç bir xeyri yoxdur

10:18 Tovuzda 13 yaşlı qız itkin düşdü

10:13 Qəbələdə kişini maşın vurub öldürdü

10:09 Kənddən İkinci Dünya Müharibəsindən qalan bomba tapıldı

10:04 Borca görə axtarılan 73 nəfər saxlanıldı

09:52 “Kia” “Camry” ilə toqquşdu, 3 nəfər öldü

09:35 “Varlılar da ağlayır” serialının qəhrəmanları illər əvvəl və indi

09:30 Günün hava proqnozu

09:23 İrandan narkotik gətirib satmaq istəyənlər tutuldu – FOTO

09:09 Həftə sonu bürcləri nə gözləyir?

09:00 Günün ulduz falı

08:30 Günün məzənnəsi

08:09 Azərbaycandakı Türkiyə vətəndaşları üçün səsvermə başladı – FOTO

07:47 Bu ölkədə dağıdıcı zəlzələ oldu

07:00 III qrup üzrə qəbul imtahanı keçiriləcək

05:49 Məşhur müğənni maşında elə fotosunu paylaşdı ki. – FOTO

05:22 “Real” finala yüksəldi

04:55 Keçmiş Baş nazir səkkizinci dəfə ata olacaq

04:15 Baydendən Ukraynaya 375 milyonluq YARDIM

03:34 Kəndə HÜCUM: 20 nəfər öldü

02:43 Kiyevdə partlayışlar baş verib

01:22 İnəklər polisə cinayətkarı tutmaqda kömək etdi

01:05 Bakıda “KamAZ” minik maşınına çırpıldı – FOTO

00:33 Bayden Prezident İlham Əliyevi təbrik etdi

23:17 Praqa-Bakı təyyarəsində problem yaşandı

22:51 Tanınmış müğənni orta yaş böhranı keçirdiyini deyib

22:27 “Jiquli” ağaca çırpıldı, sürücü öldü – FOTO – YENİLƏNİB

22:03 Parlamentdə nazir çıxış etdi, deputatlar dava

21:37 “Gənclik” massivində ustanı “tok” vurub öldürdü

20:58 “Kuru otlar üstüne” filmi Kann Festivalında

20:30 Sabahın hava proqnozu

20:15 Niyə ad günümüzdə tort kəsib şam üfürürük? – MARAQLI FAKTLAR

19:53 Yaxın günlərdə bu bürclər inanılmaz uğurlarla üzləşəcək

19:42 Bakıda KÜTLƏVİ DAVA: Gənc oğlanın çənəsini sındırdılar

19:31 Qalmaqallı tennisçi soyğun zamanı yaralandı. Anası evin ətrafında qaçırmış

19:22 Ərdoğan Sinan Oğanla görüşdü – FOTO

19:20 Dostunun evində meyiti tapıldı

19:11 “Harri Potter”in ulduzu sevgilisindən ayrıldı

19:00 Onunla “Real” və “Mançester Siti” maraqlanır

18:50 İki dost intihar etdi, biri belinə ŞƏHİD KƏMƏRİ BAĞLADI

18:39 Bu içki insult riskini AZALDIR

18:28 Bu mövsüm daha oynamayacaq

18:19 Conni Depp və Ember Herdin ailə qalmaqallarından film çəkiləcək

18:07 Bakıda ŞOK: 13 yaşlı uşaq adam bıçaqladı

17:57 Berluskoni 40 gündən sonra xəstəxanadan çıxdı

17:48 Bakıda bu yol bağlanır

17:39 Bakıda usta faciəvi şəkildə öldü

17:29 Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başladı

17:24 10 ildə bir dəfə baş verən səmada “Da Vinçi parıltısı”

17:15 Benites “Napoli”yə qayıda bilər

17:05 Sürücü yolu keçən piyadanı yumruqlayıb öldürdü

16:58 Yadplanetlilərin siqnallarının təyin edilə biləcək vaxtı açıqlandı

16:50 Hamilə Rihannadan açıq-saçıq FOTOLAR

16:43 Rəşad Dağlının qardaşı ifadə verdi: “Dedi ki, məni polisə apar”

16:35 Bahalı maşınla gəlib oğurluq etdilər – HADİSƏ ANI

16:33 Koronavirusdan yenə ölən var – SON STATİSTİKA

Related posts:

  1. Evimi nece tez sata bilerem
  2. Barlar siyahısında olub-olmadığımı necə yoxlaya bilərəm?
  3. Paypalla necə ödəyə bilərəm
  4. Laptopu televizora necə qoşa bilərəm

Comments are closed, but trackbacks and pingbacks are open.