Meyvələrin söhbəti
Əlbəttə, riyaziyyatın çox böyük rol oynadığı sahələr var. Məsələn, oyunlarının yaradılması üçün ən azı minimal səviyyədə triqonometriya, matrislərlə işləmək və fizika bilmək lazımdır. Hazırda hamının daimi eşitdiyi süni intellekt, maşın öyrənməsi (bax: machine learning), verilənlər elmi (bax: data science) və onların alt bölmələri riyaziyyat tələb edən sahələrdəndir.
Bundan başqa, bir çox problemi daha asan həll etmək üçün, üçüncü tərəf kitabxanalar (third-party libraries) və pluginlər-dən istifadə edə bilərsiz. Riyaziyyat və ya fizika ilə bağlı əlavə məlumatlara ehtiyacınız varsa, xarici təlim, təhsil ala və ya kitablar oxuya bilərsiz.
Proqramlaşdırma haqqında bilməli olduğunuz 38 yanlış fikir
İnformasiya texnologiyaları hələ də çoxlu stereotiplərlə, yanlış fikirlərlə doludur. Bunu ölkəmizdə daha da aydın hiss etmək olur. “Mən proqramçıyam” deyən kimi “Facebook-un parolunu qıra bilirsən?”, “komputerim donur, format edərsən?”, “televizorun pultunu düzəldərsən?!” və başqa bu kimi sualları ilə üzbəüz qalırsan. Bunlardan əlavə proqramlaşdırma sahəsinə yeni başlamaq istəyənlərə və ya İT-dən uzaq şəxslərə bu sahə “çox çətindir” deyirlər, müxtəlif fikirlərlə qorxudurlar. Buna görə də, ən çox yayılan yanlış fikirləri, mifləri bir yerə yığıb, nəyin doğru, nəyin yanlış olduğunu izah etməyə çalışacam.
Mündəricat
- Proqramlaşdırma haqqında ümumi miflər (12)
- Proqramlaşdırma öyrənməklə bağlı miflər (10)
- Proqramlaşdırmada məhdudiyyətlərlə bağlı miflər (3)
- Proqramçıların bacarıqları haqqında miflər (2)
- Proqramlaşdırma dilləri və alətləri haqqında miflər (6)
- Proqramçının karyera və qazancları haqqında miflər (5)
Proqramlaşdırma haqqında ümumi miflər
1. Çox ağıllı olmaq lazımdır
Bu ən çox yayılmış miflərdəndir, proqramlaşdırmaya yeni başlamaq istəyənlərin çoxunda qorxu yaradır. Buna görə də çoxları özlərini proqramçı olmaq üçün kifayət qədər ağıllı hesab etmir. Lakin ilk baxışda göründüyü kimi, proqramlaşdırma öyrənmək elə də çətin deyil.
Proqramçılar – komputer proqramları, veb saytlar, oyunlar və mobil tətbiqlər yaratmaq üçün ehtirasları olan adi insanlardır. Kod yazmağa başlamaq üçün dahi olmaq lazım deyil. İntizamın, motivasiyanın, maraq və həvəsin olması kifayətdir. Əgər yeniliklərə açıq və öyrəndiklərinizi praktikada tətbiq etməyə hazırsızsa, proqramlaşdırmanı rahat öyrənəcəksiniz.
Əlbəttə, yalnız çox ağıllı insanların həll edə biləcəyi həqiqətən çətin tapşırıqlar var. Lakin belə ağıllı olmaq məcbur deyil, istisnadır.
2. Riyaziyyatı yaxşı bilmək lazımdır
“Proqramlaşdırmanı öyrənmək, güclü riyazi biliklər tələb edir?”. CodeBit-ə müraciət edən şəxslərin əksəriyyəti məndən bu sualı soruşurlar. Lakin proqramlaşdırmada müvəffəqiyyətli olmaq, birbaşa riyazi savaddan asılı deyil. Yaxşı riyaziyyat biliyinin olması həmişə üstünlükdür, lakin başlamaq üçün məktəb bilikləri də kifayət edir.
Formal olaraq, proqramlaşdırma – komputer üçün əmrlərin, təlimatların yazılmasıdır. Bunu tortun hazırlanması üçün resept kimi fikirləşin. İnqridientlərin çəkisini ölçmək, kalorini hesablamaq, yumru və ya düzbucaqlı formaya salmaq, əməliyyatlar ardıcıllığını düzgün etmək lazımdır. Bunun üçün isə ali riyaziyyat, inteqral və ya mürəkkəb düsturlar istifadə etmirik.
Əlbəttə, riyaziyyatın çox böyük rol oynadığı sahələr var. Məsələn, oyunlarının yaradılması üçün ən azı minimal səviyyədə triqonometriya, matrislərlə işləmək və fizika bilmək lazımdır. Hazırda hamının daimi eşitdiyi süni intellekt, maşın öyrənməsi (bax: machine learning), verilənlər elmi (bax: data science) və onların alt bölmələri riyaziyyat tələb edən sahələrdəndir.
Bundan başqa, bir çox problemi daha asan həll etmək üçün, üçüncü tərəf kitabxanalar (third-party libraries) və pluginlər-dən istifadə edə bilərsiz. Riyaziyyat və ya fizika ilə bağlı əlavə məlumatlara ehtiyacınız varsa, xarici təlim, təhsil ala və ya kitablar oxuya bilərsiz.
3. Proqramlaşdırma “komputer xəstələri” üçündür
Kinolarda proqramçılar iri eynəklə bir neçə monitora baxan, uzun saç-saqqallı biri kimi təsvir edilir. Buna görə də insanlar proqramlaşdırmaya başlayanda eyni olacağını düşünürlər, qadınlar isə bu sahəyə elə də maraqlı olmurlar. Əslində isə bu sadəcə stereotipdir.
Proqramçılar bütün günü komputer arxasında oturmurlar, onların da əlavə hobbi və məşğuliyyətləri var. Onların arasında musiqiçilər, rəqqaslar, idmançılar var. Buna görə proqramçıların digər peşələrdəki işçilərdən fərqli olduğuna inanmaq üçün heç bir səbəb yoxdur.
Qeyd: “komputer xəstələri” söz birləşməsi üçün daha yaxşı təklifləri şərhlərdə yaza bilərsiz.
4. Proqramlaşdırma darıxdırıcıdır
İşə qarşı maraq, o işə göstərdiyin münasibətdən asılıdır. Proqramlaşdırma üzrə həvəsli olan insanlar onu darıxdırıcı və cansıxıcı saymırlar. Yoxsa nəyə görə insan illərlə eyni işlə məşğul olsun? Bu hər bir işə aiddir: hər kəs özünə maraqlı və ya sıxıcı olan işi özü təyin edir.
Proqramlaşdırmada sizə maraqlı olan sahəni seçə bilərsiz: mobil telefonlar üçün tətbiqlər yaza, müxtəlif tipli veb saytlar hazırlaya, əməliyyatları avtomatlaşdırmaq üçün qurğulara proqram təminatları yarada bilərsiz və s.
Proqramlaşdırma bacarıqları kənd təsərrüfatından başlamış, raket istehsalına qədər çox fərqli sahələrdə işləməyə imkan verir. Həmçinin, sizin hazırladığınız proqramların dünya üzrə milyonlarla istifadəçisinin olması mümkündür. Sizcə bu necə maraqsız ola bilər?!
5. İnsanlarla ünsiyyət qurmağı dayandıracaqsız
Digər çox yayılmış miflərdən biri də – proqramçıların günün böyük hissəsini komputer arxasında, insanlardan uzaq keçirməsidir. Əslində isə proqramçılar müxtəlif seminar, konfranslarda iştirak edir, tez-tez tanımadıqları insanlarla kiçik məclislər təşkil edərək texnologiya, maraqlı yeniliklər haqqında danışırlar. Digər peşə sahələrində belə hallar nadirən olur.
Mənim cavanlığımın misalında bunun şahidi ola bilərsiz =)
Baku GTUG (Google Technology User Group), Tural Bədirxanlı ilə görüş, International PHP Conference in Tbilisi, Baku Tech Talks, Django weekend, Seedstars, SUP, proqramçılarla ad günüm və hələ paylaşmadığım bir çox tədbirdən şəkillər.
Məni şəkildə tapın =)
6. Çoxlu kod əzbərləmək lazımdır
Xarici dildə normal başa düşmək üçün ən azı 2000 söz bilmək lazımdır. Proqramlaşdırma dillərinin əksəriyyətində isə sintaksis çox oxşayır və daimi istifadə etdikcə lazım olan 50-60 metod, funksiyanı avtomatik əzbərləmiş olursuz. Hətta yadda saxlaya bilməsəniz, internetdən və ya rəsmi dokumentasiyaya baxaraq xatırlaya bilərsiz. Ümumiyyətlə, hər kodu yadda saxlamaq lazım deyil. Onsuz da zamanla istifadə etmədiyiniz kodları unudacaqsız. Hətta tanınmış proqramçılar da, bəzən ən sadə alqoritmləri belə yadda saxlaya bilmədiklərini etiraf edirlər.
Kod yazmaq üçün istifadə olunan IDE, code editor-lar hazır şəkildə ipuclarını verirlər. Sizə sadəcə olaraq lazım olan kodu seçirsiz
7. Bütün alqoritmləri bilmək lazımdır
Alqoritmlər proqramlaşdırmanın əsasıdır. Bəziləri sadə, bəzilərini isə anlamaq üçün xüsusi bilik tələb edir. Ancaq onları əzbər bilməyə ehtiyac yoxdur. Proqramlaşdırmada bir tapşırığı müxtəlif alqoritmlərlə və fərqli variantlarda yazmaq mümkündür. Hər bir variantın isə üstün və mənfi cəhətləri olur.
Müasir proqramlaşdırmada daimi təkrarlanan əməliyyatları azaltmaq üçün yeni alətlər, kitabxanalar yaradılır. Bu da öz növbəsində proqram təminatlarının yaradılması müddətini azaldır, proqramçıları rutin işlərdən azad edir. Artıq proqramçılar həqiqətən lazım olan işlərlə məşğul olur, gündəlik istifadə olunan alqoritmlərə əlavə vaxt sərf etmirlər. Buna baxmayaraq, alqoritmik həllərin, bilklərin öyrənilməsi vacib məqamlardandır.
8. Çoxlu kod yazmağa səbrim çatmır
Professional proqramlar, on-yüz minlərlə sətir koddan ibarət olurlar. Bu isə yeni başlayanların bəzilərini qorxudur. Yuxarıda qeyd etdiyim kimi, proqramçılar bəzi işlər üçün adətən hazır həllərdən, eyni kod hissələrindən istifadə edirlər. Bunu xarici dil ilə müqayisə etsək: deyilənlərin 80%-ni anlamaq üçün 2000 söz (dildə olan 50.000 sözü bilməyə ehtiyac yoxdur) bilmək kifayətdir. Müxtəlif söz və ifadələri birləşdirərək hər kəslə danışa bilərsiniz. Proqramlaşdırmada da bənzər prinsipdir. Müəyyən kod həllərini bilməklə çoxlu sayda fərqli tapşırıqlara tətbiq edə bilərsiz.
Əlbəttə ki, yeni başlayarkən dəqiq işləyən böyük bir proqram yazmaq qeyri-mümkündür. Amma bacarıqlarınızı inkişaf etdirməklə bir gündə yazdığınız kodu artıq bir neçə saata yaza bilərsiz. Bir qədər praktika etdikdən sonra 10.000 sətir kod sizin üçün uşaq oyunu olacaq.
9. Güclü komputer lazımdır
Yeni başlayanlar proqramlaşdırma üçün güclü bir komputer və bir neçə monitorun lazım olduğunu düşünürlər. Bu belə deyil. Başlanğıc üçün adi komputer(2-3 RAM və i3 prosessor) də kifayət edir. Həmçinin, böyük ekrana və bir neçə monitora da ehtiyac yoxdur.
“Silikon Vadisi” serialından Gilfoyle və 7 monitoru
10. Kodları anlamaq çox çətindir
İlk baxışdan kodlar çox mürəkkəb və anlaşılmaz görünür. Onda Çin heroqliflərinə baxaq. Bilməyən şəxs onların içərisində yalnız işarələr görür, lakin dünyada 1,3 milyard insan asanlıqla Çin yazılarını oxuyur, yazır və anlaya bilir. Kodlar isə heroqliflərdən və digər xarici dillərdən daha sadədir. Bu dili eşitməyə və tələffüz etməyə ehtiyac yoxdur. Proqramlaşdırma dilləri baza üçün adətən əsas 50-100 metod, funksiyadan ibarət olur.
11. Veb sayt yaratdım, artıq “proqramistəm”
Veb saytların yaradılması dolayısı ilə HTML, CSS və ya ümumiyyətlə, proqramlaşdırma əsaslarını bilmək tələb etmir. Hazır şablon və sistemlərlə hər kəs sayt hazırlaya bilər. Lakin professional web proqramçılar müxtəlif texnologiyalar və proqramlaşdırma dillərini sərbəst şəkildə bilirlər. Web proqramlaşdırma kurslarının şüarlarına zidd olaraq 1-2 ay ərzində bu cür biliklərə sahib olmaq mümkün deyil, hələ digər mifik öyrənmə müddətlərini demirəm. CodeBit-də proqramlaşdırma və veb saytların yaradılmasının əsasları minimum 6 ay(3 ay frontend və 3 ay backend) davam edir.
HTML, CSS, PHP, JavaScript, verilənlər bazası, client-server texnologiyaları, SQL, Apache, NGINX, versiya nəzarət sistemləri web proqramçının gündəlik qarşılaşdığı texnologiyaların cəmi bir hissəsidir. Ancaq qorxmayın: bir az çalışqanlıq və həvəs göstərməklə funksional veb saytlar yaratmağı öyrənə bilərsiz.
12. Proqramçılar hər şeyi sıfırdan yazırlar
Əgər proqramçılar bütün kodları sıfırdan yazsaydılar, biz bu qədər müxtəlif və faydalı proqramlar görməzdik. Müasir proqramlar yüz minlərlə kod sətrindən ibarətdir və onların əksəriyyəti daha əvvəl digər proqramçılar tərəfindən yazılmışdır. Proqramçılar tez-tez üçüncü tərəf kitabxanalar və digər layihələr üçün yazdıqları kodu istifadə edirlər. Bu, oyunlar, əməliyyat sistemləri daxil olmaqla, böyük proqramların yaradılmasını asanlaşdırır və sürətləndirir.
Proqramlaşdırma öyrənməklə bağlı miflər
13. Kurs bitdikdən sonra öyrənmək də bitir
Kursda proqramlaşdırma dilini öyrənməklə iş bitmir. Dilin əsas sintaksisini öyrənmək çətin deyil, praktikada necə istifadə etmək çətindir. Öyrənmə prosesi heç vaxt dayanmır: öyrənməyi dayandırsanız, bir müddət sonra öyrəndiklərinizi də unutmuş olacaqsız. Bunun üçün öyrəndiklərinizi praktiki məşğələlərlə gücləndirmək lazımdır. Buna görə də CodeBit-də veb proqramlaşdırma dərsləri 85% praktikadan ibarətdir. Xarici dillərin öyrənilməsində olduğu kimi, uzunmüddətli fasilələr də öyrənmə nəticəsinə mənfi təsir göstərir.
14. Proqramçı olmaq üçün universitet bitirmək lazımdır
Bu mövzu həmişə müzakirə olunur və fərqli düşünənlər çoxdur. Kimin nə düşünməsindən asılı olmayaraq, proqramçı olmaq üçün universiteti bitirmək vacib deyil. Bunu öz tanışlarımdan, tələbələrimdən, özümün və dünya təcrübəsinə əsasən deyirəm. Universitet oxumağın ziyanı yoxdur, lakin VACİB deyil. Lazımlı məlumatların çoxu internetdə – online dərslərdə, kitablarda, forumlarda, tematik saytlarda var. Bu mənbələrdən istifadə etməklə universitetdə keçiləndən daha artıq biliyi, daha qısa müddətdə öyrənmək olar. Hətta evdən çıxmağa belə ehtiyacınız yoxdur. Əlbəttə ki, köhnə sistemin tərəfdarları “baza bilikləri və riyaziyyatı universitetdə öyrənmək daha yaxşıdır” deyəcəklər. Amma daha əvvəl qeyd etdiyim kimi, proqramlaşdırmaya başlamaq üçün inteqral hesablamağa ehtiyac yoxdur.
4 il sərf etmək əvəzinə, daha qısa müddətə kursda və ya fərdi müəllimlə nəzəriyyə və praktika yığaraq öyrənmə prosesini sürətləndirə bilərsiz. Şirkət və müəssisələr komandalarında diplomlu bir mütəxəssis görmək istəsə də, işini bilən təcrübəli amma diplomsuz mütəxəssisdən imtina etmirlər.
15. Əvvəlcə dilin sintaksisini öyrənmək lazımdır
Sintaksis – proqramlaşdırma dilinin qaydalarıdır. Əlbəttə ki, sintaksisi bilmək proqramlaşdırma dilinin bütün imkanlarından istifadə etməyə şərait yaradır, amma onu bütünlüklə bilmək vacib deyil. Dilin əsas konstruksiyaları sadə proqramlar yazmaq üçün kifayətdir. İstənilən zaman dil haqqında biliklərinizi artıra bilərsiniz. Təcrübə göstərir ki, illər boyu kod yazmaq da dilin bütün özəlliklərinizi biləcəyinizə zəmanət vermir. Proqramlaşdırma dilləri sürətli şəkildə inkişaf edir, yeni xüsusiyyətlər, funksionallıqlar əlavə olunur.
16. Proqramçı olmaq asandır
Proqramçı dedikdə peşəkar, işini bilən və bu işə ürəkdən həvəslə çalışan şəxsləri nəzərdə tuturam. Belə mütəxəssis olmaq üçün isə hər kəsin iradəsi, səbri, biliyi çatmaya bilər. Bir proqramlaşdırma dilini bilmək də “proqramçıyam” demək deyil. Proqramçı olmaq üçün bir çox: komanda ilə işləmək, tapşırıqların struktrunu hazırlamaq, dokumentasiya yazmaq, kodu test etmək və s. kimi bacarıqlar tələb edir. Əsl peşəkar proqramçı olmaq üçün vaxt, əzmkarlıq tələb edən bir çox texnologiya və metodikaları da bilmək lazımdır. İstənilən peşədə olduğu kimi davamiyyət, intizamlılıq, motivasiya sizin əsas köməkçiləriniz olacaq.
17. Öyrənmək çox vaxt tələb edir
Başlayandan 2-3 dərs sonra ilk kodlarınızı yaza bilərsiniz. Əlbəttə ki, bu kodlar ilə pul qazanmaq mümkün olmayacaq, amma sadə problemlərinizi həll edə bilərsiz. Aydındır ki, dərhal ağır, yuxarı səviyyəli proqramlar yaza bilməyəcəksiz, ancaq bunun üçün illər deyil, aylar ərzində öyrənə biləcəksiz. Proqramlaşdırma öyrənməyə çox vaxt və səy göstərsəniz, daha qısa vaxta uğur qazana bilərsiz. Universitetdəki kimi 4-6 il oxumağa vaxt sərf etməyə ehtiyac qalmayacaq.
18. Ən yaxşı proqramlaşdırma kursunu və ya dərsliyini axtarıram
Online minlərlə, offline isə Bakıda onlarla kurs var. Bu resursların hər biri fərqli şəkildə öyrədir və hər birinin öz metodikası var. Amma yaxşı kurs, müəllim və ya kitab yoxdur, özünüz üçün uyğun olan kurs, müəllim və ya kitab var. Bir neçə resursdan qeydiyyatdan keçin, kitablara baxın, video dərslər izləyin, offline proqramlaşdırma kursları haqqında məlumat əldə edin, sınaq dərslərinə yazılın və sonra sizə ən uyğun olan təlim formatını seçin. Yəqin ki, bir neçə yol olacaq: online kurslar + kitab və ya fərdi müəllim + xüsusi saytlarda problemlərin həlli və s. Əsas odur ki, daha az reklamlara inanıb, daha doğru seçim, daha çox cəhd və praktika edəsiz.
19. Proqramlaşdırma öyrənəcəyəm, qısa müddətdə tətbiq/sayt yaradacam və varlanacam
Varlı olmaq əla hədəfdir və proqramlaşdırma bu hədəfə çatmaqda kömək edə bilər. Amma qısa müddətə varlanacağınızı, pul qazanmağı unudun!. Bill Geyts, Mark Zuckerberg, Pavel Durov və ya Sergey Brin – bir gündə milyarder olmayıblar. Onlar illərlə təhsil alıb və çox çalışaraq hazırki vəziyyətə çatıblar.
2 həftəlik tədrisdən sonra mobil tətbiq və ya vebsayt hazırlayıb, varlanmaq deyə bir düstur, formul yoxdur. Proqramlaşdırma tez və asan pul qazanmaq istəyənlər üçün deyil. Buna baxmayaraq, proqramlaşdırma həm karyera inkişafı, həm də öz biznesinizi yaratmaq üçün böyük imkanlar açır.
20. Çətin proqramlaşdırma dili ilə öyrənməyə başlamaq lazımdır
Birinci sinifdə heç kəs sizə inteqral öyrətmir. Hətta vurma-bölməni belə, bir müddət sonra öyrədirlər. Proqramlaşdırmada da eynilə belədir. Motivasiyanı saxlamaq və qısa zamanda nəticə əldə etmək istəyirsinizsə, JavaScript kimi sadə dillərlə başlayın. Proqramlaşdırma üzrə baza bilikləri öyrənəndən sonra, digər dillərə asanlıqla keçə bilərsiz.
21. Bütün proqramlaşdırma kursları eynidır
Xeyr, bütün kurslar fərqlidir, hətta tədris planındakı dərslər eyni olsa da. Kurslarda dərslər müxtəlif tədris metodlarından və materiallarından istifadə edən müxtəlif müəllimlər tərəfindən tədris olunur. Pis və ya yaxşı kurs yoxdur, sadəcə sizin üçün doğru olan kursu seçməlisiniz. Bunun üçün isə kursları araşdırmaq, ətraflı məlumat toplamanız lazımdır.
CodeBit olaraq seçiminizi daha da dəqiqləşdirmək üçün ödənişsiz sınaq dərsinə yazılmağı təklif edirik.
22. Proqramçı olmaq üçün gündə 30 dəqiqə sərf etmək kifayətdir
Təəssüf ki, bu kifayət deyil, hətta gündə 2 saat belə azdır. Bu templə tam öyrənmə müddətiniz uzana və çətin proyektlər etmək üçün uyğun səviyyəyə çatmaq daha çox vaxt tələb edə bilər.
Hobbi deyil, işində peşəkar olmağı qarşınıza məqsəd qoymusunuzsa, proqramlaşdırmanı həyat tərzinizə çevirməlisiz. CodeBit-ə müraciət edənlər üçün gündəlik minimum 3 saat, ortalama isə 5-6 saat kod yazmağa vaxt ayırmağı tövsiyyə edirəm.
Sağolsun “Facebook Memories” keçmişdə yazdıqlarımızı xatırladır. Vaxtilə mənim gündəlik hədəfim minimum 5-6 saat kod yazmaq idi, imkan düşdükcə də 7-9 saat məşğul olmağa çalışırdım. Buna görə də bu facebook post-dan 1 ay sonra, 2012-ci il mart ayında 3-cü kurs tələbəsi kimi yarımştat (part-time) iş tapmışdım. Sıfırdan online dərslərlə 3 ay öyrənərək iş tapmaq yaxşı göstəricidir. Nəzərə alsaq ki, online öyrənmək kursda öyrənməkdən daha çətindir. Qısa müddətə nəticə əldə etmək üçün gərək çox çalışasınız. Qeyd: İngilis dili biliklərinizi və stereotipləri də qıraraq daimi inkişaf etdirməyə çalışın.
2012-ci il yazdığım Facebook postu.
İndi oxuyanda adama gülməli gəlir =)
Proqramlaşdırmada məhdudiyyətlərlə bağlı miflər
23. Proqramlaşdırma öyrənmək üçün yaşım çoxdur, artıq gecdir
Proqramlaşdırma öyrənmək üçün nə yaşlı, nə də gəncsiz. Bu yalnız proqramlaşdırmaya aid deyil. İstənilən sahəni öyrənmək və uğur qazanmaq yaşla məhdudlaşmır. Öyrənmək arzusu və bu bilikləri praktikada tətbiq etmək istəyi yaşdan asılı olmayan amildir. Hər yaşda xarici dil öyrənə biləcəyiniz kimi, hər yaşda proqramlaşdırmanı da öyrənə bilərsiniz.
CodeBit-ə müraciət etmiş ən yaşlı tələbənin 41 yaşı olub. Digərləri bu yaşda həyatdan ümidlərini itirəndə, digərləri yeni səhifə açmağa çalışır. Yaş bəhanələrindən mümkün qədər uzaq olmaq lazımdır. İstək və məqsəd olduqca istənilən sahədə, istənilən yaşda uğur əldə etmək mümkündür
24. O, proqramlaşdırma öyrənmək üçün çox balacadır, gəncdir
Çox vaxt valideynlər uşağın proqramlaşdırma öyrənməyə uyğun olma vaxtını yaşa görə təyin edirlər. Əlbəttə, uşaqların və yetkinlərin tədris metodikalarında fərqlər var, ancaq yaş proqramlaşdırmağa başlamağa mane olmamalıdır. Necə ki, uşaqlar az yaşdan şahmata, üzgüçülüyə, futbola başlayırsa, proqramlaşdırmada da bunu tətbiq etmək olar.
8-9 yaşından sonra uşaqlar proqramlaşdırmanın əsas konsepsiyalarını yaxşı başa düşürlər. Onlar üçün ilk proqramlaşdırma dili kimi Scratch daha uyğundur.
25. Proqramlaşdırma qadınlar üçün deyil
İT sahələri üzrə kişilər üstünlük təşkil etsə də, bu qadınların proqramlaşdırma öyrənməyinə mane olmamalıdır. Hətta dünyanın ilk proqramçısı Ada Lovelace qadın olub. Marissa Mayer – Google-un 21-ci işçisi və ilk qadın proqramçısı idi.
Sadəcə kişilər parfümeriya sahəsi ilə maraqlanmadığı kimi, qadınlar da İT sahəsinə maraq göstərmirlər. Bu peşənin mürəkkəbliyi ilə deyil, əksinə, sosial-iqtisadi təzyiq və qadınların şəxsi maraqları ilə bağlıdır. Bir qadının proqramçı olmaması üçün heç bir obyektiv səbəb yoxdur. Kişi və qadınlarda proqramlaşdırma üzrə seçim və karyera yolları tamamilə eynidır.
Proqramçıların bacarıqları haqqında miflər
26. Bütün proqramçılar hakerdir
Əksərən proqramçıları hakerlərlə müqayisə edirlər. Haker-cinayətkarlar resurslara icazəsiz giriş əldə etməyə, adi proqramçılar isə məlumatların təhlükəsizliyini müdafiə etməyə çalışırlar. Həmçinin, proqramçılar Facebook, Instagram hesablarını sındıran “hakerlər” deyil və bu işlə də məşğul olmurlar.
27. Bütün proqramçılar texnika təmir etməyi bacarmalıdır
Əgər siz proqramçısınızsa, qohumlarınız, qonşularınız və dostlarınız belə sizin telefon, komputer, televizor kimi cihazların təmirini bildiyinizi düşünəcəklər. Printerin sazlanması, komputer formatı və yenisinin alınması deyiləndə siz yada düşəcəksiz.
Proqramçıya – komputer də daxil olmaqla, texnikanı anlamaq məcbur deyil. Komputerə olan maraq proqramçıda sərt diskin dəyişdirilməsi, komputer formatı, proqramların komputerə quraşdırılması kimi bacarıqların yaranmasına səbəb olur, amma bu proqramçıların əsas işi deyil. Proqramçı kod yazaraq proqramları yaradır, texnika təmiri üzrə mütəxəssislər isə onları bərpa edir.
Proqramlaşdırma dilləri və alətləri haqqında miflər
28. Bir proqramlaşdırma dili digərindən daha yaxşıdır
Proqramçılar öz istifadə etdikləri proqramlaşdırma dilini tərifləməyi sevirlər. Buna görə də tez-tez həmin dilin digərindən daha yaxşı olduğunu iddia edirlər. Lakin hər dil müəyyən bir məqsədə xidmət edir və bir dilin başqa birindən yaxşı olduğunu iddia etmək doğru deyil. İtalyan və fransız dilinin hansının daha yaxşı olduğunu soruşsanız, cavab olduğunuz ölkəyə görə dəyişəcək. Proqramlaşdırmada da buna bənzər vəziyyətdir.
Yeni başlayanlar üçün daha rahat dillər var – məsələn, JavaScript. Amma bir qədər çətin Java, C# və ya C++ ilə də başlaya bilərsiniz. Bəzi dillər qurğu təminatı (hardware), bəziləri riyazi hesablamalar, bəziləri veb üçün daha yaxşıdır. Buna əsasən, vəziyyətdən asılı olaraq müəyyən bir proqramlaşdırma dilinin tapşırıq çərçivəsində daha yaxşı seçim olduğunu söyləmək olar. Adətən, tapşırıqların həlli üçün bir neçə dil istifadə edilir. Dillər isə birlikdə işləyərək bir-birlərini tamamlayırlar.
29. Bütün proqramlaşdırma dilləri eynidır
Adətən, bütün proqramlaşdırma dillərinin eyni problemi həll etdiyini düşünürlər. Ancaq bu həmişə belə deyil. Müxtəlif problemləri həll etmək üçün müxtəlif proqramlaşdırma dilləri istifadə olunur. Python tədris və məlumatların emalı üçün, PHP veb saytların yaradılması üçün, JavaScript veb saytlara dinamiklik qatmaq üçün, C++ performansın vacib olduğu qəliz proqram təminatları üçün, Swift iOS-a tətbiqlərin yazılması üçün istifadə olunur. PHP veb saytların yaradılması üçün ən populyar dildir. Gördüyünüz kimi, müxtəlif dillər müxtəlif tapşırıqları həll etmək üçün yararlıdır və peşəkar proqramçılar bunların bir neçəsini bilirlər.
30. Gənc proqramlaşdırma dillərini öyrənmək lazımdır
C dili 1972, C++ 1985, JavaScript və PHP isə 1995-ci ildə yaranıb. Ancaq bu onların köhnəlmiş və ya yeni yaranan dillərdən pis olması demək deyil. Proqramlaşdırma dilləri daim yenilənir, onlara yeni sintaktik konstruksiyalar əlavə olunur, kitabxanalar genişləndirilir. Bunu avtomobil kimi təsəvvür edin: Mercedes 92 il əvvəl (1926) yaradılmışdır, lakin hər il yeni modellər buraxılır.
Sadəcə olaraq, sizin tətbiq etmək istədiyiniz sahəyə uyğun dili öyrənmək lazımdır. Proqramlaşdırma öyrənmək üçün JavaScript, veb saytlar hazırlamaq üçün PHP, mobil tətbiqlər üçün Swift (iOS), Kotlin və ya Java (Android) öyrənə bilərsiz.
31. Əsl proqramçılar C/C++ ilə kod yazır
Əsl sürücülər də yalnız mexaniki sürət qutulu maşın sürürlər və həftədə bir dəfə qarajda avtomobilin mühərrikini söküb-yığırlar. Əlbəttə ki, bu belə deyil. “Əsl əjdaha” proqramçıları bəzi proqramlaşdırma dillərini lazımsız sayırlar. Məsələn, uzun müddət PHP-ni belə hesab edirdilər, indilərdə isə JavaScript-i server-side dil kimi zəif hesab edirlər. Buna baxmayaraq, PHP Facebook (HHVM), Vkontakte, Wikipedia və milyonlarla digər saytların yazıldığı güclü və məşhur bir dildir. Hazırda PHP 7.3.x versiyası ilə ən sürətli dillərdən biridir. Bəzi benchmark testlərə baxa bilərsiz: digər dillər ilə müqayisə və versiyaları arasında müqayisə.
Zəif və ya güclü dil yoxdur, xüsusi problemlərin həlli üçün daha uyğun dil var. Qalan hər söz boş danışıqdan başqa bir şey deyil.
32. HTML və CSS öyrənmişəm, artıq “proqramistəm”
Təəssüf ki, HTML və CSS proqramlaşdırma dilləri deyil. Amma bu onların web proqramlaşdırmada vacibliyinə təsir göstərmir. Bütün web saytların əsas görünüş və strukturu bu ikisinə bağlıdır.
Web proqramçı HTML və CSS-si ən azı baza səviyyəsində bilməlidir. Yeni web proqramlaşdırmaya başlayanlar üçün isə HTML və CSS öyrənmək rahatdır.
33. Professional proqramçı olmaq üçün bir proqramlaşdırma dili bilmək kifayətdir
Professional proqramçılar bir neçə dil və müxtəlif köməkçi texnologiyalar bilirlər. Bunlardan başqa, proqramçı yalnız proqramları yazmağı (kodlaşdırma) deyil, dokumentasiya və testlər yazma qabiliyyətinə, böyük tapşırıqları kiçik hissələrə bölmək, komanda işi və s. kimi çoxlu bacarıqlara malik olmalıdır. Kiçik bir veb saytı hazırlamaq üçün HTML, CSS, JavaScript, PHP və ya başqa bir server-side dili bilmək lazımdır. Bir tərəfdən, peşəkar proqramçıya bir dil bilməsi kifayət deyil. Digər tərəfdən isə, bir dili yaxşı biləndən sonra digər dilləri öyrənmək çox rahatdır.
Proqramçının karyera və qazancları haqqında miflər
34. Qısa müddətə çoxlu pul qazanacam
Peşəkar proqramçılar digər sahələrin işçilərinə görə adətən daha çox qazanırlar. Amma bu vəziyyət hər proqramlaşdırmaya başlayan üçün belə olacaq mənasına gəlmir. Aylıq ortalama 800-1200 AZN və daha artıq qazanmaq mümkündür, lakin bu dərhal baş vermir. Belə əmək haqqı üçün bir neçə il vaxt lazım ola bilər. Proqramçının əmək haqqı bacarıqları, təcrübə və portfelindən(portfolio) asılıdır, ancaq yeni başlayanda isə bunların heç biri olmur. Ona görə daha çox təcrübə qazanmaq üçün müxtəlif çətinlikli proyektlər etmək lazımdır.
35. Çox gec pul qazanacam
Yeni başlayanların əksəriyyəti yalnız professional olandan sonra pul qazana biləcəklərini düşünürlər. Ancaq bu tam olaraq belə deyil. Təcrübəli proqramçılar yaxşı qazanırlar, amma bu yeni başlayanların illərlə pul qazanmağa cəhd etməməsi anlamına da gəlmir.
Bəzən peşəkar proqramçılar üçün maraqsız, xırda freelance proyektlər olur. Belə fürsətlər yeni başlayanların özlərini sınamaq və ilk gəlirlərini qazanmaq üçün yaxşı təcrübədir. Zamanla bacarıqlarınız, təcrübəniz və portfolio-nuz böyüdükcə, daha mürəkkəb layihələr götürərək, daha çox pul qazana bilərsiniz. Alternativ variant kimi təcrübəçi (stajor) ya da kiçik proqramçı (junior) kimi iş tapıb, real layihələr üzərində işləyə və öyrənə bilərsiniz.
36. Qısa zamanda tez iş tapacam, çünki, proqramçılara təlabat yüksəkdir
Həqiqətən də yerli və xarici bazarda proqramçılara çox böyük tələbat var, lakin bu yeni başlayanlara tam olaraq aid deyil. Əksər şirkətlər minimum 2-3 il təcrübəsi olan proqramçılar axtarır. Buna görə variantlardan biri orta və ya böyük bir şirkətdə təcrübə keçmək və ya kiçik bir şirkətdə junior proqramçı olmaqdır.
Mən vaxtilə (2012-2013) bu yollardan keçmişəm. Lakin hazırda daha fərqli bir variantın tərəfdarıyam – özünüz və ya hansısa startup üçün müxtəlif tipli proyektlərdə çalışaraq yaxşı təcrübə toplamaq, sonra isə orta və ya yuxarı maaşa işlərə müraciət etmək. Hazırda texniki heyəti savadlı olan şirkətlər illərə görə deyil, görülən proyektlərin təcrübəsinə görə işçiləri qəbul edirlər.
37. Şirkətlər özləri məni tapacaq
Bir çox tələbə universitet və kurslardan məzun olarkən şirkətlərin onları tapacağına, yaxşı şərtlərlə işə qəbul ediləcəklərini gözləyirlər. Onlar gözləyən müddətdə digərləri biliklərini artırır, şirkətlərə CV göndərir, şəxsi veb saytlarını yaradır, GitHub layihələrinə qoşulurlar. GitHub – proqramçıların şəxsi mənbə kodlarını digər proqramçılarla paylaşdığı sosial şəbəkədir. Siz hər hansı bir layihəyə qoşula və onu təkmilləşdirə bilərsiniz. Şirkətlər bu cür kadrları yüksək qiymətləndirirlər.
Ən yaxşı universiteti və ya ən bahalı kursu bitirsəniz belə, iş axtarışında daim aktiv olmalısınız, yeni cəhdləri, axtarışları dayandırmamalısız.
38. Proqramlaşdırma bilikləri yalnız proqramçılar üçün lazımdır
Hazırki müasir dövrdə proqramlaşdırma haqqında minimum anlayışın olması belə çox vacibdir. Biznesdə, şəxsi işlərdə, qeyri-İT peşələrdə (marketoloq, satıcı və s.) proqramlaşdırma, ümumilikdə İT bilikərin olması həmişə xüsusi üstünlükdür. Bu işəqəbuldan, gündəlik şəxsi işlərin avtomatlaşdırılmasına kimi hər bir sahədə köməyinizə gələcək biliklər deməkdir.
Ümid edirəm ki, məqalə faydalı oldu. Əgər elədirsə, maraqlı olan dostlarınızla paylaşmağı unutmayın.
Meyvələrin söhbəti
Bahar fəsli idi. Çöllər, çəmənlər yaşıl don geymişdi. Qış yuxusundan ayılmış güllər, çiçəklər min rəngə çalırdı.
Lalə elə qızarmışdı ki, elə bil bağrına dağ çəkmişdilər. Nərgizgülü bağa girən kimi ətrafına baxıb özünü itirdi.
Bənövşə aciz- aciz boynunu əyib durmuşdu. Qönçələrin açıldığını görən şeyda bülbül sevinir, qızılgülə baxıb ah-naləyəbaşlayırdı. Çəmənlərdə yasəmənlərin xoş rəngi, ətri, gözəlliyi qəlbə fərəh verirdi.
Təbiətin belə gözəl çağında, meyvələrin dilini bilən bir nəfər arif adam bağa gəzməyə gəldi.
O, bağa girən kimi meyvələrin fəxr edib öyündüklərini gördü.
Alça deyirdi:- Dünyada mənim kimi gözəl meyvə hanı? Qızdırma xəstəliyinə tutulanların şəfası, ağzı acı olanların dəvası mənəm. Bütün həkimlərin dediyi kimi, mən başağrısının da dərmanıyam.
Alça sözünü deyib qutaran kimi Gavalı hirslənib özündən çıxdı və Alçaya dedi: — Ey əfəl, utanmırsan ki, belə fəxr edirsən? Turşuluqdan dişləri qamaşdırırsan, səni yeyən adam ya əzgin olar, ya da iflic. Meyvələr içində səndən yaramazı yoxdur. Mənim isə adımı Gavalı qoyublar. Yüz min tərəfə saçılan budaqlarım var, dür kimi saf, gah yaşıl, gah qırmızı, gah da zəfəran rənginə çalan meyvələrim var.
Gilas Gavalının səsini eşitcək ona belə tənə vurdu:
— Heç utanıb xəcalət çəkmirsən? Bəsdir özünü bu qədər tərif elədin. Sənin dadına
baxan adam gərək gündə üş dəfə bal yesin. Mənim əynimdəki gözəl libasım heç bir meyvədə yoxdur, dənələrim göydəki ulduzlara bənzəyir. Hər budağım bir sərv ağacıdır. Bütün gözəllər mənim həsrətimi çəkirlər.
Bu sözləri eşidən ərik qışqırıb dedi:
— Gör Gilas necə qudurub! Ey qarğa və sağsağanların yemi! Bu eybilə fəxr edib özünü öyürsən? Vücudun bir damcı su ilə sümükdən ibarətdir. Səni yeyən ziyandan başqa bir şey görməz. Səni bəsləyən bağban axırda zərərini çəkər. Mənim adımı Ərik qoyublar. Gah zümrüd kimi yaşıl, gah da qızıl suyuna salınmış kimi sarı oluram. Bağbanlar məni qurudurlar, karvanlar uzaq ölkələrə aparırlar. Hər yerdə məni əziz tuturlar, mən xörəklərin dadı, ləzzətiyəm.
Əriyin dediyini eşidən Alma acıqlanıb qışqırdı:
— Ey qurdlu, vərəmli, yaxası yarıq! Sənin paltarın tozludur,özün də torpaq dadı verirsən. Xasiyyətini bilə-bilə özünü öyürsən. Səni yeyənin qarnı şişər, bəlaya düşər. Mənim isə adımı Alma qoyublar, üzüm al-qırmızıdır, paltarım atlazdandır. İki sevgilinin arasında hamıdan məhrəməm. Məclisdə heç kim məni qoyub, başqa meyvələrə əl vurmaz.
Alma bu sözlərlə öyünməkdə ikən Armud irəli çıxıb dede:
— Ey şeytan kimi fəsad törədən! Tərifə layiq olsaydın, adın alma yox, al olardı.
Mənim adımı isə Armud qoyublar. Yaxşı xasiyyətim var, nuşcanlıqla yeyərlər. Hər xəstəyə şəfa, hər dərdə dəvayam.
Armud özünü hey tərifləyirdi.
Birdən Üzüm onun səsini eşidib qəzəbləndi və Armuda belə dedi:
— Ey qarnının qurdundan rəngi saralmış, ey zəiflikdən başı yekəlmiş! Özün dərdli olduğun halda, özgələrə necə əlac edərsən? Keçəl dərman bilsəydi, öz başına
yaxardı. Əvvəlcə get öz dərdini sağalt, sonra da başqalarına şəfa ver. Mənim adımı isə Üzüm qoyublar. Səbz, kişmiş, mövüc məndən olur. Meyvələr içində mən hamıdan əzizəm. Turşu da məndən olur, halva da, şərab da. Kef məclislərinin ziynəti də mənəm, mən!
Heyva bu danışığı eşidən kimi hirsindən sapsarı sarldı.Üzümə dedi:
— Ağzını yum! Səndən hazırlanan şərabı içən adamın həm pulu gedər, həm abır- həyası, axırda hamının gözündən düşüb müflis olar, qəmə, qüssəyə batar. Ləzzət də desən məndədir,dad da, yaxşı ad da. Bütün bağ və bağçanı mənim ətrim bürüyüb: məni bəzək üçün taxtalara düzür, hər bir ölkəyə aparıb, gözəllərə töhfə verirlər.
Heyvanın öyündüyünü eşidən Narınc dilə gəldi:
— Ay yazıq, utanmırsan belə sözlər danışırsan? Özündən xəbərin yoxdur,
acığından rəngin saralıb? Hamı sənə rişxənd edir, sən isə özünü tərifləyirsən. Qarnın qurdla dolub, bədənin qurdlara məskən olub, mənim isə adımı Narınc qoyub, əynimə elə gözəl paltar geydiriblər ki, həmişə bu paltarımla fəxr edirəm. Elə bircə şəklimə baxanın xoşu gələr.
Turunc dilləndi:
— Ey ağılsız Paltar nədir ki, onunla fəxr edirsən? Eşşəyin üstünə zərli, naxışlı palan
qoymaqla çönüb adam olmaz. Rəngim həmişə yaşıldır, görkəmim təzə.
Bu sözləri eşidən Nar, Narınc ilə Turuncun fəxr etdiklərinə gülüb dedi:
— Bu mənasız danışıqlar, puç arzular nədir? Rəngə qalsa, mənim meyvəmin, çiçəyimin rəngi hamıdan əladır. Tərifəlayiq bir şey varsa, o da mənim turşaşirinliyimdir. Mən özümü tərifləyib deyirəm ki, Narınc ilə Turunc nökərim, heyva ilə Alma isə qulluqçularımdır.
Nar özünü bu cür tərif etməkdə ikən bağda Xurma bunları eşitdi. Narın üstünə qışqırıb dedi:
— Az təriflə özünü, sən buna layiq deyilsən! Amma mən bütün Ərəbistanda və sair yerlərdə məşhuram, məni Misir və Şam ölkələrindən hər yerə sovqat aparırlar. Məni o qədər xoşlayırlar ki, cürbəcür adlarla şağırlar.
Xurma özünü tərifləyib qutaran kimi, Badam qeyzlə nərə çəkib ona dedi:
— Ey səyyah Xurma, sənin pisliyin elə ondadır ki, heç vaxt bir yerdə qərar tutmursan, gah bağdadlı olursan, gah da isfahanlı. Sənin bu tərifini eşidib lap əridim. Mənim isə o qədər yaxşı xasiyyətlərim var ki, sadalamağa utanıram. Abinabat, noğul, halva məndən hazırlanır.
Püstə bunları eşidib ağzını açdı. Badama bu sözlərlə sataşdı:
— Ey kinindən ağzı yumulu, arından üzü örtülü Badam! Sənin səxavətin az,
xəsisliyin çoxdur. Minlərcə daş dəyməyincə sınmırsan. Mənim isə, qönçə kimi ağzım açıqdır. Məni yemək istəyən əziyyət çəkməz.
Bundan sonra Fıstıq, İydə, Şabalıd, Fındıq, İnnab, Tut, Albalı, Əncir, Zoğal, Qoz, Lumu sözə başlayıb hərəsi özündən bir əfsanə danışdı. Şaftalı deyirdi padşaham. Fıstıq deyirdi ki, ulduzlar içində Ayam. Qoz deyirdi mən şaham. Fındıq deyirdi şahənşaham. Lumu deyirdi mən bu bağın sevimlisiyəm. Şabalıd deyirdi pəhlavanam. Əncir deyirdi dünyada məhşuram. İnnab deyirdi gözələm. Zoğal deyirdi… Albalı da özünü tə”rifə başladı, Tut da tuti kimi dil-dil ötdü.
Dincəlib ləzzət almaq üçün bağa səyahətə gəlmiş arif adam bu səs-küyü eşidib orada qalmaq istəmədi, evinə qayıdarkən yolu bostana düşdü. O, bostanı elə bir vəziyyətdə gördü ki, az qaldı bağrı çatlasın.
Burada Xiyar özünü tərifləyir, təcürbə və bacarığından danışıb deyirdi: — Mən ürək yanğısının dərmanıyam, məni yeyənlərin ürəyini sərinlədirəm.
Bunu eşidən Gərmək üzünü Xiyara tutub dedi:
— Ay zalım, bu tərif nədir eləyirsən? Sənin bircə quru addan başqa nəyin var?
Camış əti səndən dadlıdar. Tərifə mən layiqəm ki, həm xəstələrə şəfa, həm ürəklərə səfa verirəm!
Gərməyin tərifini eşidən Qarpız el nərə çəkdi ki, dəniz kimi cuşə gəldi. O dedi:
— Məgər bu xasiyyətlər məndə yoxdur? Mən dərdlərə şəfa, gözlərə işıq verirəm.
Qızdırma və başağrısının dərmanıyam. Rəngim qırmızı, suyum saf və şirindir.
Bunları eşidən Qovun hiddətləndi. Qarpıza verdiyi vəzirliyi, Gərməyə verdiyi vəkillik mənsəbini əllərindən aldı. Xiyarı mülazim, Şamamanı xadim rütbəsindən qovdu və bostançıya əmr etdi ki, bunların cəzasını versin. Xiyarın qabığını soydurub, ixtiyarını əlindən aldı. Gərməyə bir neçə yerdən yara vurub parçalatdı. Qarpızı ortadan böldü,
Şamamanı bir kənara atıb dedi:
— Bu bostanda sizin şahınız mənəm! Ətrimin, dadımın tayı-bərabəri yoxdur!
Xülasə, Qovun özünü o qədər təriflədi ki, axırda özü-özünə hirslənib başını yardı.
Bunu görən səyyah bostanda qalmaq istəmədi.
Bu dünyanın işlərinə heyrət edib, lovğalananlara gülüb yoluna düzəldi.
Lətifələr
1.Loqopedin kabinetində:
– Həkim, mənim ərimin sağlamlığına söz ola bilməz.Ancaq bir balaca çatışmayan cəhəti var.
– Nədir ki, o ?
– O kəkələyir.
– Həmişə ?
– Yox, nə danışırsınız.Ancaq danışanda.
2.Mən əlimi yellədirəmsə, bu o deməkdir ki, mənim yanıma gəlməlisiniz !
– Başa düşdüm, cənab direktor ! Mən başımı yellədirəmsə bu o deməkdir ki, mən sizin yanınıza gəlməyəcəyəm.
3.Iki rəfiqə söhbət edir:
– Yuxuda görürəm ki, tamam çılpaq halda mərkəzi küçə ilə gedirəm. Ancaq başımda gülləri olan papaq var.
– Vay, Vay.. Bu ki, lap dəhşətdir, belə papaqlar çoxdan dəbdə deyil .
4.Mənim arvadımla heç vaxt mübahisəm duşmür.
– Niyə ?
– Ona görə ki, bütün vəzifələri bölüşmüşük.
– Necə ?
– Evin daxili işləri ilə arvadım məşğul olur, xarici işləri ile mən.
– Arvadın vəzifələrinə nə daxildir ?
– Evi yığışdırmaq, xörək bişirmək, bazarlıq etmək, paltar yumaq, uşaqların dərsine baxmaq və s.
– Yaxşı, Yaxşı bildim.. Bəs sənin vəzifənə nə daxildir ?
– Dünyada baş verən təbii fəlakətləri, siyasi məsələləri, futbol ve boks yarışlarını izləmək.
5.Bir nəfər polis idarəsinə zorla girərək qışqırmağa başlayır.
– Indicə məni soydular.
Polis:
– Üstünüzdən nəyinizi götürüblər ?
– Qızıl üzüyümü.
Polis:
– Bəs siz nə üçün köməyə heç kimi çağırmadınız ?
– Çünki mənim dişlərim hamısı qızıldandır.
6.Hirsli-hirsli qolundakı saatına baxan şef işçisindən soruşur.
– Hər gün gecikməyinizin səbəbini mənə necə izah edə bilərsiniz ?
Ancaq gic-gic uydurmalarınızı özünüzə saxlayın !
– Əlbəttə. Görürsünüzmü, aşağıdakı liftin yanına bir vərəq vurulub: “Ancaq 10 nəfər üçün”.Hər gün səhər doqquz adamın da yığılmasını gözləyərkən, bilirsinizmi, nə qədər vaxtım gedir.
7.Əzizim evimiz çox darısqaldır, bir gecə bizdə qalmaq istəyən dayın artıq bir aydan çoxdur ki, bizdə yaşayır. Buna son qoymaq lazımdır ! Xahiş edirəm, onunla danışasan.
– Mən niyə ?
– Bəs kim ? O, axı sənin dayındır !
– Necə yəni, mənim ? Mən isə elə bilirdim ki, o sənin dayındır !
8.Qız ile oğlan nişanlanırlar.Hamı onları təbrik edir, bircə nəfərdən savayı.
– Sən niyə təbrik etmirsən ?
– Təbrik eləyə bilmərəm.
– Niyə təbrik eləyə bilməzsən ?
– Mən gəlini tanımıram, ona görə bəyi təbrik edə bilmərəm. Ancaq bəyi yaxşi tanıyıram, ona görə də gəlini təbrik eləyə bilmərəm !
9.Qocalmış məşhur həkim öz işini oğluna həvalə edir.
– Ata, – deyə ilk iş gününden sonra evə qayıdan oğlu qapının astanasından sevinclə qışqırır.
– Mən sənin 30 il idi ki, müalicə etdiyin o milyonçunu bir günə sağaltdım.
– Axmaq, niyə sevinirsən ? – deyə atası təəccüblə başını bulayır – Mən bu xəstənin hesabına 30 il ailəmi dolandırmışam, sən isə bir günə bizi bundan məhrum etdin.
10.Bir uşaq məktəb yoldaşı olan dostuna qonaq gedir.
Qapı ağzında onu yekə bir buldoq iti qarşılayır.
– Keç içəri – deyə yoldaşı içəridən qışqırır.
– Itiniz qapmır ki ?
– Elə bu bizim üçün de maraqlıdır. Onu bu gün almışıq.
11.Bazarda bir nəfər özünə at almaq istəyir. Satıcı onu dilə tutur ki, boz madyanı alsın:
– Bu, məhz sizə lazım olan atdır ! 15 km dayanmadan çapır.
Alıcı:
– Yox, beləsi mənə lazım deyil. Men şəhərden 10 km uzaqda yaşayıram.
Hər dəfə şəhərdən evə gələndə 5 km ayaqla geri qayıtmaq istəmirəm.
12.Meyitxanada iki sanitar söhbət edir.
Biri deyir:
– Onlar mərc gəldilər ki, kim başını avtobusun pəncərəsindən daha çox çıxara bilər.
– Mərci kim uddu ?
– Sağ tərəfdə yatan.
13.Arvad ərinə:
– Bizim evimizə kimsə girib ! Eşidirsən ? Tez ol, oyan !
Ər:
– Mən nə etməliyəm ki ?
Arvad:
– Nə bilim heç olmasa iti oyat !
14.Bu nə görkəmdir ? Xəstə zad deyilsən ki ? Başına bir iş gəlib ?
– Gəlib özü də necə. Dünən biz bir məclisdə bərk içdik. Məclisdən sonra mən Tofiqi evinə apardım və astaca yatağına uzatdım, arvadının heç xəbəri də olmadı.
– Nə olsun ki ? Sən çox yaxşı iş görmüsən.
– Düz deyirsən. Ancaq bu gün mən öyrəndim ki, Tofiq ümumiyyətlə heç həmin məclisdə olmayıb.
15.Həkimin qəbulunda.
Həkim :
– Nədən şikayət edirsiniz ?
Xəstə :
– Mənə elə gəlir ki, mən dəli oluram.
– Bunu nə ilə izah edə bilərsiniz ?
– Öz özümə məktub yazıram.
– Axırıncı məktubu nə vaxt göndərmisiniz ?
– Bu səhər.
– Məktubda nə yazmışdınız ?
– Onu hardan bilə bilərəm ki, məktubu hələ almamışam.
Maraqlı Baxılıb: 6222 Tarix: 04 oktyabr 2009
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Comments are closed, but trackbacks and pingbacks are open.