Press "Enter" to skip to content

Gedək biz olmayan yerə – Ramiz Rövşənin şeirləri

Təqdim etdi: Tural Adışirin
FAKTOR.AZ

Yer və göylər 6 yoxsa 8 gündə yaradıldı?

Quranda Yerin və göyün yaranması bəzi ayələrdə altı gün, bəzilərində isə səkkiz gün deyə keçir. Bu ayələr arasında ziddiyətin olduğunu göstərir.
Məlum ayələr:

Rəbbiniz, göyləri və yeri altı gündə yaradandır. (Ə’raf 54)

O, göyləri və yeri altı gündə yaradandır. (Hud 7)

Rəbbiniz, göyləri və yeri altı gündə yaradandır. (Yunus 3)

Bu ayələrdə isə guya 8 gündə yaradıldığı deyilir:

(Ya Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!

O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi. (Yaxud yerin və yer üzündə olanların neçə gün ərzində yaradıldığını soruşanlar bilsinlər ki, Allah onların hamısını birlikdə dörd gündə xəlq etdi).

Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər.

Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər cür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!”(Fussilət 9,10,11,12)

Burada ayələr arasında ateistlərin iddia etdiyi kimi heç bir ziddiyət yoxdur. “Qurani Kərimdə ziddiyət var” demək əslində boş bir iddiadan başqa bir şey deyil ! Diqqətlə fikir versəniz Fussilət surəsi 9-12 ci ayələrdə ateistlərin iddia etdiyi kimi 8 gün deyil, 6 gün keçir. YER VƏ ÜZƏRINDƏ OLANLARLA BIRLIKDƏ DÖRD GÜNDƏ TAMAMLANDI. Göylər də iki gündə cəmi altı gün edir. Bütün ayələrdə 6 gün keçir. Fussilət surəsində də həmçinin 6 günə yarandığı qeyd edilib . Bunun ikisi yer, ikisi yerin üzərində olanlar, iki gündə də göylər. Hamısı birlikdə altı gün edir.

Bakıdan Beyləqana 10 saata, Gəncəyə də 14 saata getdim dedikdə, Beyləqan- Gəncə arası məsafənin 14 saat olduğunu demək heç bir ağıla məntiqə sığmaz. Beyləqan Gəncə arası məsafə burada 14 -10 = 4 saat olduğu gün kimi aydındı. Ateistlərin iddia etdiyi kimi fikirləşsək əgər Bakı Beyləqan arası 10 saat , Beyləqan -Gəncə arası 14 saat olsa , Bakı -Gəncə arası məsafə cəmi 24 saat olar bu da ki ,ciddi bir səhvdi. Çünki Bakı ilə Beyləqan arası 10 saat , Beyləqan ilə də Gəncə arası isə 4 saatdı.

Eyni Fussilət surəsindəki məlum ayələrdə də vəziyyət belədi. İki gündə yeri, iki gündə yer yer üzərində olanlar (qidaları və s.) cəmi dörd gün edir,iki gün də göylər. Cəmi 6 gün. İddia edilən 8 gün hardan çıxdı bəs?

Necəki əsrlər öncə yaşamış Təfsir alimi Beydavi də belə açıqlayır:

Orada [yer üzündə hər məxluqatın] qidalarını [iki gün yerin yaradılışı ilə birgə cəmi] dörd gündə yaratdı.

Quranın Elmaili Hamdi Yazır təfsirində Fussilət surəsi 10-cu ayənin təfsiri:

“10- Hem onda üstünden baskılar yaptı; dağlar, yeryüzünün kabuğunu tabanına çiviler gibi kazıklar. Bu “vav”, istinafiyedir, fiiline atıf değildir, çünkü fasıl vardır. Ve onda bereketler meydana getirdi. Yeryüzünde hayır ve hayrata elverişli şeyler, sular madenler, doğma ve gelişme kuvvetleriyle bitkiler ve hayvanlar gibi feyz ve bereket kaynaklarını yetiştirdi. Ve onda azıklarını da takdir buyurdu, yani bitkilerin ve hayvanların yaşamak için muhtaç oldukları yağmur ve diğer hasılatı da miktar ve sayılarıyla tayin buyurup yeryüzünde biçimine koydu. Dört gün içinde, yani bütün bunları dört gün içinde yaptı. Yahut dört gün içinde olarak yaptı. Önceki “iki”de içinde dahil olmak üzere, “dört” ki, bunda da gösterdiğimiz şekilde öbürleri gibi iki mânâ vardır. Birisi, madenlerin ve dağların yaratılması nöbeti, biri de bitkilerin ve hayvanların yaratılması nöbeti ki iki önceki ile dört olur. Birisi de dan hal olmasıdır ki, dört mevsimi göstermiş olur, bu şekilde önceki iki burada dahil olmuş bulunur. Benim aciz anlayışıma göre burada bu mânâ, öbüründen daha ön plânda, ifadenin akışına daha uygundur. Çünkü yeryüzünün bereketleri ve rızıkları her sene bu dört mevsim içinde yetişir. Sayısı ve miktarı ile biçimini bunlar içinde alır, bu sebepten dolayı nin, ve fiillerine bağlanması dahi aynı mânâyı ifade edebilir. Ve bu mânâca şu kayıt da açık olur. Bütün araştıranlar için eşit olmak üzere dört gün, çünkü her yerde rızık isteyenlerin hepsinin rızkı bu dört mevsim içinde yetişir, rızıklar eşit olmazsa da günler eşittir. Dört mevsim hepsi için dörttür. Burada ye müteallık (bağlı) olmaması ve meseleyi soranlar mânâsına olması da düşünülebilir.”

Gedək biz olmayan yerə – Ramiz Rövşənin şeirləri

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.

Aradan nə qədər il keçib görən,
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!

“Ölmədim” deyirəm,
nə bilim axı,
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.

Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim,
nə sən indiki,
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin
bu ayın
bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.

…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz
ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına qatan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada,
Amma,
Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız
anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.

Bu yalan ömrümdə görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan,
bacımsan,
nənəmsən,
nəsən.
Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza
nə yol, nə körpü.
Ölüsən,
dirisən,
hər nəsən,
dayan!
Dayan, heç olmasa əlindən öpüm…

Deyirsən: “Ölüyəm, ölünü öpmə…”
Əlimin içində
soyuyur əlin.
Deyirsən: “Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir…”

QARA PALTARLI QADIN

Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!

Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə-döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.

Yeri-yeri,qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama…

İLAN BALASI

Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir,daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
… Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey…

Bu ilan balası bir vaxt
Canında
Gizlənən zəhərdən xəbər tutacaq.
Bəlkə qarğıyacaq
baxtını onda,
Bəlkə boğazını
qəhər tutacaq.
Ağlama, ağlama, ilan balası,
Baxtını qarğıma, ilan balası!
Bu da bir ömürdü,
dözəsən gərək,
Beləymiş taleyin əmri, buyruğu;
Döşünün altında –
sevən bir ürək,
Dişinin altında –
zəhər tuluğu.
Görənlər çığırar:
– İlan var, ilan.
Qovduqca qovarlar səni dünyada.
Hər yandan kəsilər
yolun-yolağın,
Tək bircə yol qalar sənə dünyada;
Başından
quyruğunacan,
Zəhərli dişindən
Quyruğunacan
Tək bircə yol qalar, –
o yol özünsən,
Özün öz yolunsan, ilan balası.
Özün bu dünyada öz əzizinsən,
Özün öz balansan, ilan balası.

Hara qaçacaqsan
göz qabağından,
Bu zalım dünyaya neyləyəcəksən?
Yüz yol çıxacaqsan
öz qabığından,
Özündən ayrıla bilməyəcəksən.
Öyrən,
yavaş-yavaş özünə öyrən,
Dünyanın hər cürə üzünə
öyrən.
Barış canındakı zəhərli dərdlə,
iyrənmə özündən, ilan balası.
Bəlkə də, ən acı həqiqət elə
sənsən yer üzündə, ilan balası.
Sənsən haqqın yolu bu yer üzündə,
tanrı özü seçib bu yolu bəlkə.
Yüz cür sifətiylə, yüz cür üzüylə
Dünya səndən keçib durulur bəlkə

TƏPƏDƏN DIRNAĞA HİRS İÇİNDƏYƏM

Təpədən dırnağa hirs içindəyəm
Dönmüşəm dustağa hirs içindəyəm.
Bu hasar içində, bu hirs içində
Ürəyim özünə yer tapa bilməz.

Bir çiçək qoxusu, bir quş səsi də
Daha ürəyimə yol tapa bilməz.
Səpdim öz yarama mən öz külümü
Adam öz külünə bulanır belə.
Dişim parça-parça kəsir dilimi
Şeirim hecaya bölünür belə.

Mən belə adamam məndən uzaq gəz
Uzaq gəz xeyirimdən, şərimdən mənim
Daha bu qələmim çiçək bitirməz
Qızlar çələng hörməz şeirimdən mənim..

Qaçdım məni sevən gözlərdən daha
Hamının sevgisi gözündə qalsın
Ev tikən deyiləm sözlərdən daha
Qoy hamı o çölün düzündə qalsın.

Sən də daşlamağa özgəsini tap
Məni ömür boyu daşlayan adam
gilası mürəbbə quzunu kabab
Şairi heykəl tək xoşluyan adam.

Yox heykəl ummuram bu yer üzündə
Mənim daş olmağa yoxdu həvəsim.
Daş olub lap ulu Füzulinin də
Yanında durmağa yoxdu həvəsim.

Mən sənin yanında dururam
Sənin. küçənin tinində dilənən qarı
Başindan var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı.

Heç kəs sığal çəkməz düm ağ saçına
O gümüş telindən öpürəm sənin
Qorxma pul qoymuram sənin ovcuna
Əyilib əlindən öpürəm sənin.

MƏN KÜSÜB GEDİRƏM

Mən küsüb gedirəm. Qoy hamı qalsın.
Mən küsüb gedirəm bu yer üzündən.
Oğulam-Qoy dərdim anama qalsın,
Atayam-qoy balam küssün özündən.

Dünya ucuz saydı, ya baha bildi?!
Nə satan tapıldı, nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni.

İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən.
Dünyanın ən uzaq. ələ gəlməyən,
Boğazdan keçməyən tikəsi sənsən.

Mən sənin yanına uça bilərdim,
Uçmuram, beləcə küsüb gedirəm.
Mən sənin sirrini aça bilərdim.
Açmıram, beləcə susub gedirəm.

Yandırıb gedirəm bu varağı da,
Bu şerin külünü kim oxuyacaq?
Söndürüb gedirəm bu çırağı da,
Məni qaranlıqda itirmə ancaq.

İlahi, küssəm də, səninəm yenə.
Gözün axıracan üstümdə olsun.
Bu sonsuz dünyanın son nöqtəsinə
Gedib çıxanacan üstümdə olsun.

Orda-bu dünyanın lap qırağında,
Bir nəhəng boşluğun lap qabağında.
Oturub dincimi alaram bir az.
Boşluğa sallaram ayaqlarımı,
Uşaqtək yellərəm ayaqlarımı,
Uşaqtək sevincək olaram biraz.

Bir ölüm işığı gəzər üzümdə,
Boşluqdan səs gələr: “Yubanma, tez gəl!.
Sənə, çoxdandı ki, bu yer üzündə,
Hər şey maraqsızdı, ölümdən özgə.”

İlahi, gəlirəm, eşit səsimi,
Kimsəyə ümid yox, sən ovut məni.
Bu nəhəng boşluğa atdım özümü,
Sənə arxayınam, özün tut məni!

SON GÖRÜŞ

Bu vaxtsız sevginin əcəli yetdi,
Buydu qismətimiz – ya tez, ya da gec.
Hərə öz dərdini apardı-getdi,
Bəs niyə dərdimiz azalmadı heç?

Dünya dağılmadı biz ayrılanda,
Göylər bir az yağış çilədi ancaq.
Mən sənə xoşbəxtlik dilədim onda,
Sən mənə rahatlıq dilədin ancaq.

Rahatlıq dilədin ev-eşiyimə,
körpəmin beşiyinə.
Nəvəsi dizinin üstünə çıxan
atama, anama da.
Bir vaxt səndən qabaq rastıma çıxan,
məni səndən alan qadınıma da.

İstədim son dəfə basım bağrıma,
Dedin: – Nəyə lazım, yox, yaxşı deyil.
Ağladın.Dedim ki, kiri, ağlama!
Dedin ki, yağışdı, göz yaşı deyil.

– Bu görüş sonuncu görüşdü daha,
bu gün ayrılırıq, – deyib gəlmişdin.
Bəs niyə mənimlə bu ayrılığa
ən gözəl donunu geyib gəlmişdin?

Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum – bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda
Gözəl qalmaq idi arzun – bilmirəm.

Bir sevgi yarımçıq qırıldı o gün,
Yağış da kəsildi, bulud da getdi.
Bir qızla bir kişi ayrıldı o gün,
Hərəsi bir yana üz tutdu-getdi.

…O qızdan gözəl qız tapılmaz daha,
Daha o kişidən igidi yoxdu.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdu…

KÖHNƏ MƏKTUBLAR

Xəbər gələr daha ömrün qışından,
Soyuyarsan –
saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən
Hərdən-hərdən
köhnə məktublar düşər.

Əyilərsən, götürərsən gizlicə,
boylanarsan –
arvad-uşaq görməsin.
Çəkilərsən otağın bir küncünə,
gizli-gizli oxuyarsan hər sözü.
Bu nə sevgi məktubudu, ilahi,
indiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı, ilahi,
Yaddan çıxıb sifəti də, üzü də.

Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən – qaşı düşər yadına,
Bir hərfdən – gözü düşər yadına.

O gözlərdən yadigartək varaqda
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini görərsən.

Diksinərsən, boylanarsan qapıya;
” o kölgəni arvad-uşaq gördümü?!”
Tez məktubu atarsan külqabıya,
yandırarsan hər sözünü, sətrini.

Sözlər yanar – kağızı da yandırar,
Sözlər yanar – o qızı da yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca –
basar səni soyuq tər.
Sıra-sıra qara qarışqalartək
Qaçıb gedər qara-qara hərflər.

Təkcə o qız qaça bilməz bu oddan.
Bir quş olub uça bilməz bu oddan.
O qız yanar o alovun içində,
Göyə qalxar o alovun dilləri.
O alovun dillərinə sarmaşıb
Yanar, yanar uzun-uzun telləri.

Yanar bir vaxt saçlarını oxşayan
Uzun-uzun barmaqları, əlləri.
O qız yanar –
ərşə çıxar tüstüsü,
Kağız yanar –
külqabıda küllənər.
Qəfil birdən
külqabının içindən
Yerə düşüb bir üzük diyirlənər.

Lap özünü itirərsən – baxarsan,
O üzüyü götürərsən – baxarsan;
Bu üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə heç.
Sən o qıza haçan üzük vermisən?

Ona üzük verməmisən bəlkə heç.
Arvadın da qəfil girər qapıdan:
– Əlindəki nədi? – deyər.
– Üzükdü.
– O üzüyü nə yaxşı ki, tapmısan,
neçə vaxtdı, itirmişdim, gəzirdim.
Sonra gələr, səndən alar üzüyü:
– Bunun rəngi niyə belə qaralıb?
Barmağına güclə salar üzüyü:
– Elə bil ki, bir balaca daralıb.

Külqabıdan tüstü qalxar hələ də,
o məktubun külü hələ işarar.
Maddım-maddım durub baxar arvadın,
o tüstüdən bir cüt gözü yaşarar.
– Heç olmasa pəncərəni aç, – deyər, –
burda necə oturmusan sən, necə?!
Bu nə yanıq qoxusudu, ilahi,
elə bil ki, adam yanıb indicə.

TOZ

Mən bir tozam
Göy üzündə
hərlənən bir tozam mən,
Göydən-yerə
Boylanan bir gözəm mən.
Mən bir gözəm
Kirpiyim yox, qaşım yox,
Mən bir gözəm,
Ayağım yox, başım yox.

Həsəd çəkib
İnsanına, heyvanına, quşuna,
Hərlənirəm bu dünyanın başına.
Bir nəhəng toz dənəsitək
Bu dünya da hərlənir
Min-min ulduz içində,
Bu dünyanın içi tozdu,
Bu dünya toz içində,
Aşağı da, yuxarı da
Tozdu, toz,
Bu dünyanın
əvvəli də,
axırı da
tozdu, toz.

Mən bir tozam, –
kim nə bilir, axı hardan qopmuşam,
Ya əvvəldən,
ya axırdan qopmuşam,
Yorulmuşam toz olmaqdan, ilahi,
Bədənsiz, cansız olmaqdan, ilahi.

Mən bir qadın bətninə yığılmaq istəyirəm
Bu dünyada
İnsan kimi doğulmaq istəyirəm.
Özümə can istəyirəm ətdən-sümükdən
Göz yaşından,
tərdən,
qandan,
ilikdən.

Mən bir tozam, azadam göy üzündə,
Nə olsun ki,
Azad deyil bir adam yer üzündə,
Sən bu cansız azadlığı
Gəl, məndən al, ilahi,
Tez ol məni qəfəsə sal, ilahi!
Nəfəssizəm –
Tez ol, mənə nəfəs ver,
Nəfəsimə
bədən adlı qəfəs ver,
Mənə səs ver, –
Səsə qəfəs ağız ver.
Mənə söz ver –
Sözə qəfəs kağız ver.

İÇİNDƏN YIXILAR ADAM

Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.
Dünya qaçır ayağının altından –
yıxılmır,
Bu dünyanın ən dəlisov atından
yıxılmır,
Amma bir kəpənəyin qanadından,
bir otun ucundan yıxılır adam.
Gülmə hər yıxılana,
atam balası, gülmə, –
Elə bilmə
bu dünyada təkcə gücsüzlüyündən
ya da ki, acından yıxılır adam.

SƏNƏ BİR DAŞ ATAR YERİNDƏN DURAN

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daşqalaq eylər.
Bir əlində daş var,birində Quran,
Daş atan bilirmi nə günah eylər?!

Silərsən gözündən axan yaşları,
Öpüb əzizlərsən sən o daşları,
Deyərsən: “Var olun,qan qardaşlarım”,
Məni təzə daşa kim qonaq eylər?!

Hər daş özü boyda köz olub yanar,
Cana damga kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan başa çılçıraq eylər.

Bircə tilsimin var –
Sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?!
Tanrı Tanrıdırsa, öz elçisini
Min bir daş altında yenə sağ eylər.

Sən dözərsən ağrısına,
Daş dözməz,daş haray eylər.
O daşlardan Tanrı sənə
Bir ev tikər, saray eylər…

TABUT

Hələ çiyinlərdə gedir tabutun,
qəbrinin ağzı da açıqdı hələ.
Gözləyir o qəbrin dilsiz sükutu;
sənin sükut payın nə çoxdu hələ.

Ən rahat, qorxusuz yoldasan indi,
dünyanın ən təmiz, ağ donundasan.
Bircə Allah bilir hardasan indi;
ömrün əvvəlində, ya sonundasan.

Sən indi yumsan da gözünü, bəlkə,
o sönən ağlınla nəsə qanırsan.
Beşikdə bilirsən özünü, bəlkə,
astaca-astaca yırğalanırsan.

Bəlkə, sən deyilsən tabutda gedən,
bəlkə, doğrudan da körpə uşaqsan.
Tabutun qəbrinə çatana qədər
təzədən böyüyüb dil açacaqsan.

Hamı quruyacaq getdiyi yerdə,
sən axı onlara nə deyəcəksən?!
Bəlkə, bu dünyayla bir ayrı dildə
Danışıb dərdləşmək istəyəcəksən.

Heç kəs qanmayacaq dilini onda,
danışıb, danışıb yorulacaqsan.
Təzədən çatacaq ölümün onda,
təzədən tabuta qoyulacaqsan.

Sus daha. Susmağı öyrən bu başdan,
bəxtinə yazılıb bu sükut axı.
Nəyinə lazımdı hansı ağacdan,
kəsilib-düzəlib bu tabut axı.

Gedər əsə-əsə bu qara tabut,
qorxma, səni yolda salıb itirməz.
Yüz il bar gətirsə bu qara tabut,
bir də səndən gözəl meyvə bitirməz

NƏFƏS

Mənim bu dünyayla bir alverim var,
aldığım-verdiyim nəfəsdi, nəfəs.
Daha özgə bazar açan deyiləm,
ölüncə bu alver mənə bəsdi, bəs.

Aldım nəfəsimi quş dimdiyindən,
Ocaq tüstüsündən
çiçək iyindən.
Üzümə çırpılan yağışa-qara,
küləklərə verdim öz nəfəsimi.
Nəfəsim toxundu gül dodaqlara,
aldı neçə-neçə qız nəfəsimi.

Canavar ağzından keçdi nəfəsim,
İlan boğazından kecdi nəfəsim.

İlahi, nə yaman əliaçıqsan,
bir quru nəfəsi az bildin mənə.
Yarpaqladı, çiçəklədi nəfəsim,
ilahi, dil verdin, söz verdin mənə.
Sözlər nəfəsimi dərdi, apardı,
Sevinci apardı,
dərdi apardı.

Çiçəyi, yarpağı sovulub gedən
bir ağac kimiyəm bu yer üzündə,
Hələ ki, qorxmuram son nəfəsimdən,
hələ ki diriyəm bu yer üzündə.

Amma uzaq deyil ölüm xəbərim,
dünyanın havası cirklənir , Allah.
Dözmür bu havaya şair ciyəri,
Şairlər azalır, tükənir, Allah,

Artır canımın da hirsi-acığı,
bir az çirk qarışır hər nəfəsimə.
Yavaş-yavaş dünyanın çirki çıxır
bu şeirimə-sözümə.

İnsana, Heyvana, hər nəyə desən
son nəfəs vermisən axı, ilahi.
Qoyma, bu dünyanın çirki, deyəsən,
sənin nəfəsinə çıxır, ilahi.

Sən göydə, mən yerdə–
düşürük heydən,
Sən göydə, mən yerdə–
tək qalmışıq, tək.
Sоn şair boğulub öləndə,–
göydən
Ölü Allah düşəcək.

ÖZÜMÜ SEVƏ BİLMİRƏM

Üzümə qırışlar düşür,
üzümü sevə bilmirəm.
Bilmirəm, bu necə dərddi;
özümü sevə bilmirəm.

Haçan batdım günaha,
kim məni qarğışladı?
Yazdığım misralardan
deyəsən dərindi daha
alnımın qırışları.

Yola saldım gedənləri,
gələnlərdən xəbər yox.
Qabaqdan bir gecə gəlir,
arxasında səhər yox.

Yatıb qaldım, qapımızdan
ömür ötdü, gün ötdü.
İndən belə bircə qız da
ağlamaz məndən ötrü

Xəbərim yox, çöldə nə var…
Deyirlər ki, payızdı.
Dünya, səndən doydum daha,
Get, acları doyuzdur.

Hansı damdan gəlir, Allah,
o mollanın əzanı.
Qoyma, məni aparacaq
bu payızın xəzanı.

Neçə dondan-dona düşdüm,
bu sonuncu donumdu.
Bu üz mənim son üzümdü,
bu üz mənim sonumdu.

Son nəfəsim dodağımdan uçanda,
bu üz mənim
özgə əllə yuyulası üzümdü.
Bir il-beş il bundan sonra, haçansa,
tabutuma qoyulası üzümdü.
Bu üz mənim son üzümdü
son günümün yiyəsi.
Bu dünyadan gedən üzün
nə yaxşısı, nə pisi.

…Bu qırışan üzümü
sevməyə də mənə güc ver, ilahi!
Bu sifətdə, bu görkəmdə özümü
sevməyə də mənə güc ver, ilahi!
İndən belə heç kəs məni sevməsə,
yenə güc ver, özümü sevə bilim.
Ağac öz son yarpağını sevəntək
bu qırışan üzümü sevə bilim.

Ölüm nədi?
Hamının son vətəni…
Son yarpağı qoparan son küləkdi.
Bu dünyada
sevgilərin çətini
Qocalıqda özümüzü sevməkdi…

***
Bir vaxt daş kimiydi, kərpic kimiydi
sözlər əlimdə.
Mən şeir yazmırdım ki,
sözlərdən ev tikirdim.

Bir vaxt balta kimi, çəkic kimiydi,
sözlər əlimdə.
Mən şeir yazmırdım ki,
öz içimi-çölümü
dağıdırdım-tökürdüm.

Sonra muma döndü
ovcumda sözlər,
Yandırdım, hərəsi bir şama döndü,
o şamların işığında
dünyaya baxdım-getdim.

Sonra quma döndü
ovcumda sözlər,
Yavaş-yavaş
o quma qarışıb axdım-getdim.

ANALAR ALDATDI BİZİ

Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların gucağından
Bu dünyaya atdı bizi.

Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.

Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi.

DÜNYA

Mənim balam bu dünyayla oynama,
Sən cavansan dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadı…

Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən,
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadı.

Kim nə anlar bu zalımın işindən,
Çoxlarını keçribdi dişindən,
Möhkəm yapış papağından, başından,
Başdan papaq alıb qaçan dünyadı.

YAVAŞ-YAVAŞ SEVDİM SƏNİ

Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…

GEDƏK BİZ OLMAYAN YERƏ

Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.

Bir kimsə tutmasın xəbər
Gəl, çıxıb gedək birtəhər
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.

Atam oğlu, az çapala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar
Bu Ramiz olmayan yerə?!

ÖLMƏK

Bulud kimi ölmək
bir yaz yağışında.
Ümid kimi ölmək,
bir qız baxışında.

Bir yel qanadında
yarpaq kimi ölmək
Bir qəbir altında,
torpaq kimi ölmək.

Bir gül kimi ölmək,
bir güldan içində.
Bülbül kimi ölmək
bir hicran içində.

Bir səs kimi ölmək
bir kar qulağında.
Bir söz kimi ölmək,
bir lal dodağında.

Gündən günə ölmək,
Dönə-dönə ölmək.
Öldükcə dirilmək,
Sonra yenə ölmək.

YAĞIŞ YAĞIR,GÜN QURUDUR

Bu yerləri bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur.

Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur.

Gələn nədi, gedən nədi?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur, gün qurudur.

NƏ VAR ALLAHDAN YUXARI?

Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?

Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.

Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik…
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı…

SEVGİ AÇARI

Hər yolun öz sonu var,
hər evin öz açarı.
Ayrılığa dözməyi
hərə bir cür bacarır.

Çoxdu hirsi, acığı
yarı yolda sönənlər.
Bir vaxt çırpıb çıxdığı
qapılara dönənlər.

Səhər-səhər, obaşdan
qapıları döyənlər.
Pıçıltıyla yavaşdan:
– Aç, gəlmişəm, – deyənlər.

Sonra açılan qapı
və qapıda dayanan
bir köynəksiz, yad kişi.
Və onun arxasından

qorxa-qorxa boylanan
Bir vaxt hər kirpiyini
sevə-sevə öpdüyün
bir cüt gözün təşvişi.

. Yox, köhnə sevgilərə
qayıtmaq dəlilikdi.
Yatan evi yuxudan
oyatmaq dəlilikdi.

Çoxdandı ki, bu evdə
yoxdu səni gözləyən.
Şəklini tumarlayıb
körpətək əzizləyən.

Şəklin çoxdan cırılıb,
verilibdi yellərə.
Burda hər şey yaddı, yad;
kar qapı, kor pəncərə.

Girsən, səni tanımaz
bu evin bir güzgüsü.
Bu evdə gəzən indi
özgəsidi, özgəsi.

Daha burda
dayanıb-durmağa nə ehtiyac?
Bu qapıdan
başını birdəfəlik götür qaç.

“Hər yolun öz sonu var”, –
axı kim deyib bunu?
Kim nə bilir hardadı,
yolun əvvəli, sonu?

Bütün yollar qarışıb,
əriyib bir-birində.
Əvvəli, sonu yoxdu
bütün sevgilərin də.

Neçə ürəyə düşür
bir sevginin açarı.
Bir qapı bağlanırsa,
başqa qapı açılır.

İndi səni gözləyən
bir qapı var hardasa;
görmədiyin bir evin
sənə həsrət qapısı.

Orda bir qız darıxır, –
səni tanımasa da,
səni sevməkdən ötrü
tanrı seçib o qızı.

Ömründə görmədiyin
o ev sənin evindi.
Get, o evdə yolunu
gözləyəni sevindir.

***
Bu sevgidi, mənim balam,
ömürlərdən uzun sevgi.
Bir əliylə
beşikləri yırğalayan,
Bir əliylə
qəbirləri qazan sevgi.

Bu sevgidi, mənim balam,
bir dəlisov kəhər kimi
dalımızca çapan sevgi.
Harda olsaq, əcəl kimi
gəlib bizi tapan sevgi.

Bu sevgidi, mənim balam,
min ildi ki- həmən sevgi.
Gözündən yaş damcılayan,
əlindən qan daman sevgi.

DARIXIR

Bu nə təhər darıxmaqdı,
Axı belə kim darıxır?!
Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır.

Darıxır qabım-qaşığım,
Darıxır yorğan-döşəyim.
Evdə qalsam, evim-eşiyim.
Yol getsəm, yolum darıxır.

Yoluma qızlar çıxsalar,
Gülüb üzümə baxsalar,
Yaxama bir gül taxsalar,
Yaxamda gülüm darıxır.

Hara atım bu kədəri?
Yox hesabı, yox qədəri,
Görünür məndən ötəri
Hardasa ölüm darıxır.

Təqdim etdi: Tural Adışirin
FAKTOR.AZ

Ağalar Bayramov Sən Hardan Biləsən B Vahabzadə – Скачать mp3 бесплатно

Для вашего поискового запроса Ağalar Bayramov Sən Hardan Biləsən B Vahabzadə мы нашли 50 песен, соответствующие вашему запросу. Теперь мы рекомендуем загрузить первый результат Ağalar Bayramov Sən Hardan Biləsən B Vahabzadə который загружен ������������ ������������ı размером 2.54 MB, длительностью 1 мин и 56 сек и битрейтом 192 Kbps.

Обратите внимание:

Перед загрузкой вы можете послушать любую песню, наведите курсор и нажмите «Слушать» или «Скачать» для загрузки mp3-файла высокого качества. Первые результаты поиска – с YouTube, которые будут сначала преобразованы, после чего файлы можно загрузить, но результаты поиска из других источников могут быть сразу же загружены в MP3 без какого-либо преобразования.

Слушают сейчас

Ağalar Bayramov Sən Hardan Biləsən B Vahabzadə

Детская Песня Про Огород

Элвин Грей Хагынам

Песня Музыка Для Души

Captain Jack Vorontsov D Remix

Там Скорость Под 200 Вы К Ним В Душу Не Лезьте

Carolina Prepelita Două Surori

Könul Kerimova Ay Gizim Yuklemek

Динамичная Фоновая Музыка Для Видео Подборок No Copyright Music About Vlog

Любишь Меня Да Да Да

Много Разговоров Говорю Ей Помолчи Спид Ап

Песни Для Вип Казахов

Шохидаи Само Биё

Эли Эли Де Лав Эли

Девушка Поет Про Войну В Украине

Ошнолар Куп Шухрат Шонинга

Bmw Vs Amg New Dance Music Super Bass

Колосилась В Поле Рожь Густая

Скачивают

Школа Школа Двери Распахни

Summer Walker White Tee Sped Up

Egzod Maestro Chives Ft Neoni Royalty Slowed Reverb

Лев Лещенко День Победы 1975

Веселая Фоновая Музыка Для Поздравления

Fnf Vs Impostor V4 Danger Fc

Kaysha Something Going On Kompa Gouyad Sped Up Mix

Крутая Музыка В Машину 2023 Самая Классная Музыка Бас Хиты 2023 Классная Подборка Музыки 2023

Shaman Моя Россия Музыка И Слова Shaman

Ау 10Age Ramil Speed Up

Where They Die Slowed

Афганские Песни 2021 Дилам Шикасти Ана Суруди Ошики

Tell Me U Want Me Too

1 Hour Army Phonk Album 2022 Nightmare Release

Dark Psycho Edit Audios That Ll Make You Feel Like A Villain

Metro Boomin Travis Scott Young Thug Trance Slowed 8D

Comments are closed, but trackbacks and pingbacks are open.