Avtovağzalda bölgələrə biletlərin rəsmi qiyməti – SİYAHI
63.Şəmkir – 6.16 AZn
Avtobus sürücüsü işləmək istəyənlər, İŞ VAR
Bakı şəhərinin ictimai nəqliyyatının təkmilləşdirilməsi ilə əlaqədar görülən zəruri tədbirlər çərçivəsində şəhərimizə gətiriləcək yeni 18 metrlik avtobuslarla sərnişinlərə xidmətin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir.
Agentlikdən Trend-ə verilən məlumata görə, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair ödənişli nəzəri və praktiki təlimlər həyata keçiriləcək.
Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər işlə təmin olunacaq.
Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:
1. Məhkumluq haqqında arayış (ASAN Xidmətdən);
3. “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsi;
4. Şəxsiyyət vəsiqəsi.
Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-ci kilometr 1 ünvanında yerləşən “Sürücü Təlim Mərkəzi” MMC-yə müraciət etməlidirlər. Əlaqə nömrəsi: (+994) 50 254 11 38
- müsabiqə
- sürücülər
- Bakı Nəqliyyat Agentliyi
Avtovağzalda bölgələrə biletlərin rəsmi qiyməti – SİYAHI
BAKU.WS mətbuat.az-a istinadən xəbər verir ki, ən çox şikayətlər sürücülərin özbaşına qiymət qoyması, bayram ərəfəsi yaranan sıxlıqla bağlıdır.
Sərnişinlər bildirirlər ki, kassaya yanaşdıqda onlara biletin olmadığını deyirlər. Halbuki avtobuslar tamamilə boş olur və sürücülər onlardan ikiqat qiymət alırlar.
Əksər sərnişinlərin isə biletlərin əsl qiymətlərindən xəbəri yoxdur. Buna görə də, sürücülərin süi-istifadəsinə göz yumub, az qala ikiqat məbləğ ödəyirlər.
Azərbaycanın bütün bölgələrinə gedən avtobus marşurutlarının biletlərinin qiymətlərini təqdim edirik:
1.Ağcakənd – 5.58 AZN
2.Ağcabədi – 4.90 AZN
3.Ağdaş – 4.24 AZN
4.Ağstafa – 7.07 AZN
6.Arabaçı – 7.73 AZN
7.Astara – 5.07 AZN
8.Balakən – 7.06 AZN
9.Beyləqan – 4.66 AZN
10.Bərdə – 4.88 AZN
11.Biləsuvar – 4.16 AZN
12.Böyük Qışlaq – 7.41 AZN
13.Çayrəsullu – 7.81 AZN
14.Cəlilabad – 3.38 AZN
15.Daş Salahlı – 7.52 AZN
16.Daşburun – 4.24 AZN
17.Daşkəsən- 6.18 AZN
18.Əhmədbəyli – 4.72 AZN
19.Gədəbəy- 6.91 AZN
20.Gəncə – 5.57 AZN
21.Goranboy – 5.01 AZN
22.Göyçay – 4.05 AZN
23.Göygöl- 5.72 AZN
24.Hacıhətəmli- 3.74 AZN
25.Həzrə- 3.76 AZN
26.Horadiz – 4.78 AZN
27.İmanqulukənd – 3.16 AZN
28.İmişli – 4.13 AZN
29.İsalı – 7.66 AZN
30.İsmayıllı – 4.16 AZN
31.İvanovka (Gədəbəy) – 7.63 AZN
32.Kəmərli – 8.24 AZN
33.Kürdəmir – 3.02 AZN
34.Lerik – 5.26 AZN
35.Lənkəran – 4.35 AZN
36.Mahrızlı – 5.92 AZN
37.Masallı – 3.78 AZN
38.Mingəçevir – 4.93 AZN
39.Nabran – 3.50 AZN
40.Naftalan – 5.22 AZN
41.Novosaratovka – 7.41 AZN
42.Oğuz – 5.57 AZN
43.Piral – 3.26 AZN
44.Qabaqçöl – 7.32 AZN
45.Qaradağlı – 6.26 AZN
47.Qaymaqlı – 7.68 AZN
48.Qazax – 7.26 AZN
49.Qəbələ – 5.04 AZN
50.Qəribli (Tovuz) – 7.62 AZN
51.Qırmızı Körpü – 7.90 AZN
52.Qızılağac – 4.13 AZN
53.Qoşabulaq – 7.39 AZN
54.Quba – 2.67 AZN
55.Qusar – 2.83 AZN
56.Quzanlı – 5.70 AZN
57.Saatlı – 3.06 AZn
58.Sabirabad – 2.82 AZN
59.Şabran – 1.95 AZN
60.Şamaxı – 1.86 AZN
62.Şəki – 5.63 AZN
63.Şəmkir – 6.16 AZn
64.Siyəzən – 1.60 AZN
65.Tərtər – 5.18 AZN
66.Tovuz – 6.78 AZN
67.Ucar – 3.76 AZn
68.Xaçmaz – 2.51 AZN
69.Xaçmaz (0ğuz) – 2.51 AZN
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ – Avtobus səfərləri üçün yaradılan portal işə düşdü
Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı yaradılan yolumuzqarabaga.az portalı bu gündən işə düşüb.
Bizim.Media xəbər verir ki, yolumuzqarabaga.az saytını Dövlət Turizm Agentliyi yaradıb.
18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı “Yolumuz Qarabağa” portalında qeydiyyatdan keçərək, təyin olunmuş istiqamətlər üzrə bilet ala bilər.
Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunacaq.
Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq.
İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra “ASAN login” vasitəsilə bilet ala biləcəklər.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.