Hardan Bilirəm Ki, Kimsə Məni Axtarır
İnsan sosial varlıqdır. Qohumlar və qohumlar, dostlar, tanışlar və sadəcə tanışlar – həyatımızda bir gün belə onlarla ünsiyyət qurmadan keçmir. Ancaq bəzən elə olur ki, zaman keçdikcə və ya köçmə, yaşayış yerinin dəyişdirilməsi ilə əlaqəli köhnə dostluq və ailə bağlarımızı itiririk. Və həqiqətən itirdiyin dostluğunu bərpa etmək istəyirsən … Bir insanı itirmisənsə, o da səni itirdi. Birinin səni axtardığını necə bilirsən? Hardan bilirəm ki, kimsə məni axtarır
Qeybi kim bilir? Qurandan cavab.
Bu yazım Qeyb haqqındadır. Qeyb-ağıl və hiss yolu ilə haqqında bilik əldə etmək mümkün olmayan varlıq sahəsi deməkdir. Qeybə aid xeyli uydurma hədislər səhih adı ilə yayılmışdır. Hazırkı məzhəblərə görə övliya, şeyx də qeybi bilə bilər. Hətta Məhəmməd Peyğəmbərin də adına o qədər qeybi hədislər uydurublar ki, dini tamamilə anlaşılmaz hala gətiriblər. Quranda qeybə aid 39 ayə var. Bunları oxuyub görəcəyik ki, qeybi xəbəri kim bilir, kimlərə bildirilir və.s. Əvvəlcə Qeyb haqqında şərtləri yazım sonra ayələrə keçək.
- Qeybi yalnız Allah bilir.
- Allah qeybi öz seçdiyi bəndələrinə bildirir.
- Əgər hansısa Qeybi məlumat varsa bu Quranda öz əksini tapmalıdır.
- Quranda adı çəkilməyən qeybi məlumat uydurmadır.
- Çünki, Allah bəndələrinə verdiyi qeybi məlumatlar Quranda bildirilmişdir.
- Allahın verdiyi qeybi məlumat birbaşa vəhydir ona görə də Quranda olması şərtdir.
1. Qeybi yalnız Allahın bilməsi ilə əlaqəli ayələr.
Ənam 59. Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru yoxdur ki, açıq-aydın Yazıda olmasın.
Ənam 73. Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”–dediyi gün olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, Xəbərdardır.
Tövbə 94. Döyüşdən qayıtdığınız zaman sizdən üzr diləyəcəklər. De: “Üzr diləməyin. Sizə əsla inanmayacağıq. Allah sizin işlərinizdən bizi agah etmişdir. Əməllərinizi Allah da görəcək, Onun rəsulu da”. Sonra isə qeybi və aşkarı Bilənin dərgahına qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.
Yunus 20. Onlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.
Hud 123. Göylərin və yerin qeybi Allaha aiddir. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir.
Rəd 9. Allah qeybi v ə a ş kar ı Bil ə ndir , B ö y ü kd ü r , Ucad ı r .
Nəhl 77. Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.
Kəhf 26. De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir. Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz”.
Muminun 92. O, Qeybi və aşkarı Biləndir. Allah Ona qoşduqları şəriklərdən çox ucadır.
Nəml 65. De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər”.
Səcdə 6. Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur.
Səba 3. Kafirlər: “O Saat bizə gəlməyəcəkdir”–dedilər. De: “ Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haqlayacaqdır. Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda olmasın”.
Fatir 38. Şübhəsiz ki, Allah göylərin və yerin qeybini Biləndir. O, kökslərdə olanları da Bilir.
Zümər 46. De: “Ey göyləri və yeri Yaradan, qeybi və aşkarı Bilən Allahım, Qullarının arasında baş verən ziddiyyətlərlə bağlı hökmü yalnız Sən verəcəksən”.
Hucurat 18. Şübhəsiz ki, Allah göylərin də, yerin də qeybini bilir. Allah sizin nə etdiklərinizi görür.
Həşr 22. O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir.
Cümə 8. De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.
Təğabun 18. Allah qeybi də, aşkarı da Biləndir, Qüdrətlidir, Müdrikdir.
Cin 26, 27, 28. O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz, razı qaldığı rəsuldan başqa. Həqiqətən, O, onların önündə və arxasında gözətçilər qoyur ki, onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin, onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”.
Ayələri diqqətlə oxuyanda görürük ki, qeybi ancaq Allah bilir. Daha imamın, şeyxin, övliyanın qeybi bilməsi nağıldır. Əgər qeyb məsələsi varsa bu mütləq Quranda öz əksini tapmalıdır. Bunun sübutu bu ayələrdir:
Ali İmran 44. Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin.
Yusif 102. Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin.
Hud 49. Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin ümmətin bilirdi. Səbr et. Şübhəsiz ki, aqibət mütəqqilərindir.
Bu ayələr bütün batil iddiaları rədd edir. Demək ki, qeybi xəbər ancaq və ancaq vəhylə bildirilə bilər. Hansısa şeyx, övliya qeybi bildiyini iddia edirsə demək ona vəhy gəldiyini iddia edir və bu Quranda öz əksini tapmalı idi. Cübbəli Əhmədin Mahmud əfəndisi haqqında danışdığı bütün nağılları bu ayə silib atır. Bizə aydın oldu ki, Quranda yer almayan bütün qeybi xəbərlər uydurmadır. Bu haqda bütün hədislər uydurmadır.
2. Allah qeybi dilədiyi şəxslərə verər.
Bəqərə 33. Allah dedi: “Ey Adəm, bunların adlarını onlara bildir”. O, bunların adlarını onlara bildirdikdə Allah dedi: “Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?”
–Bu ayədə Allah qeybi seçdiyi Rəsuluna bildirib, hansı ki, mələklər belə bilmirdi həmin məlumatları. Bu qeybi xəbər də Quranda yer alıb. Ali İmran 44-ün bir daha sübutudur ki, qeybi xəbər varsa Quranda yer almalıdır.
Ali İmran 179. Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz rəsullarından istədiyini seçər. Odur ki, Allaha və Onun rəsullarına iman gətirin. Əgər iman gətirib qorxsanız, sizə böyük bir mükafat verilər.
–Ayə bizə bu mesajı verir ki, Allah ancaq seçdiyi bəndələrinə qeybi bildirər. Yəni hər saqqallı adam çıxıb “Mən Allahla danışdım”, “Mən qeybi bilirəm” falan desə yalan deyir.
Hz Məhəmmədə Quranda bildirilən qeybi xəbərlər.
-Qadınına sirr verməsi və bu sirrin digər qadınına deyilməsi, Peyğəmbərin də bundan xəbərdar olması-Təhrim 3.
–Bizansın Sasaniləri məğlub etməsi-Rum 1-5.
–Mədinədə olarkən Məkkənin tezliklə fəth olunacağı xəbəri-Fəth 27.
–Yəhudilərin yenidən yüksəlişi-İsra 4-6.
Hz İsaya bildirilən qeybi xəbərlər.
-Özündən sonra Məhəmməd peyğəmbərin gələcəyini demək-Səf 6.
–Hz İsanın insanların yediklərindən xəbərdar olması-Ali İmran 49.
Hz Yusifə bildirilən qeybi xəbərlər.
-Yuxu yozumu bacarığı-Yusuf 6.
-Yuxu yozumu üçün yanına gələn adamlara nə yeyəcəklərini demək-Yusuf 37.
–Hz Yusifin atasının gözünü sağaldan köynəyi yollaması-Yusuf 93-96.
Bunlardan başqa Quranda digər peyğəmbərlərə bildirilən qeybi xəbərlər də var. Qeybi xəbər təkcə Peyğəmbərlərə bildirilmir. Allah istədiyi bəndəsinə bunu bildirər. Buna misal:
- Kəhf 60-82-ci ayələrdə Hz Musanın “yol yoldaşı” olan birindən bəhs edilir. O adam batini elmlə məşğul olduğunu deyir və bunların hamısının Allahdan olduğunu vurğulayır.
- Qəsəs 7-də Hz Musanın anasına suya buraxdığı uşağının yaşayacağını və peyğəmbər olacağı bildirilmişdir.
- Məryəm 16-26-da Allahın Məryəmi Hz İsa ilə müjdələməsi və oğlunun Rəsul olacağını bildirməsi.
3. Peyğəmbərlər qeybi bilməz, yəni əgər hədislə bir qeybi xəbər gəlibsə Quranda bu yoxdursa demək yalandır.
Ənam 50. De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”
–Ayəni ağıl ilə oxuyanda, təfəkkür edəndə görürük ki, Allahın Rəsuluna bir sıra tələblər irəli sürüb müşriklər: Ondan mələk olması tələb olunur, qeybi bilməsi tələb olunur, Qurandan əlavə sözlər deməsi tələb olunur. Bu ayə o tələblərə cavab verir. Bu ayə həm də bütün hədisçilərə qəti cavab verir ki, İslamın Qurandan başqa qaynağı yoxdur.
Əraf 188. De: “Mən, Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir camaat üçün qorxudan və müjdələyənəm”.
–Allahın Rəsulu qeybi bilmədiyini, hətta Allah istəməsə özünə fayda verə bilməyəcəyini deyir, amma Cübbəli kimi müşriklər, onun “ustadı” müşrik Mahmud havada uçur, təyyarələri əli ilə saxlayır, qeybdən xəbər verir, müridlərini cənnətlə müjdələyirlər.
Hud 31. Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə demirəm ki, Allah onlara əsla xeyir verməyəcəkdir. Onların canında nələr olduğunu Allah daha yaxşı bilir. Əks təqdirdə, sözsüz ki, mən zalımlardan olardım”.
–Məhəmməd peyğəmbər haqqında deyilən eynilə Hz Nuh haqqında da deyilir. Demək ki, müşriklərin bu iddiaları həmişə olub və olacaq.
4. Qeybi bildiyini iddia edənlərə də Quranda cavab verilib.
Tur 41. Yoxsa onlar qeybi bilir və yazırlar?
Nəcm 35. Məgər o, qeybi bilirmi ki, görsün?
Qələm 47. Yoxsa qeyb onların əlindədir və onlar da yazırlar?
Səbə 53. Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yerdən qeyb haqqında fikir yürüdürdülər.
Məryəm 78. Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Rəhmandan vəd almışdır?
Qeybi bildiyini iddia edənlərə Allah Quranda dəfələrlə sual verir. Hardan bilirlər onlar qeybi? Mənbələri nədir? Kim deyib onlara bu qeybi xəbərləri? Onlarla hədis var ki, qeybi məlumatlarla doludur. Sanki (haşa!) Allah Quranda yer tapa bilməyib hədislərdə verib o məlumatları.
5. Cinlər qeybi bilməzlər.
Bəzi insanlar cinlərin qeybi bildiyinə dair yalnış inanca sahibdirlər. Ancaq qeyb mövzusunda cinlər də eynilə insanlar kimi Allahın bildirdiyindən başqa hər hansı bir məlumata sahib deyildir. Qeybə dair söylədikləri isə bir zənn və təxmindən ibarətdir. Necə ki, əmrindəki cinlərin yerə yıxılana qədər Hz Süleymanın öldüyünü belə bilməmələri bu mövzudakı ən açıq dəlillərdən biridir. Quranda bu vəziyyət belə bildirilmişdir:
Səba 14. Süleymanın ölümünə hökm verdiyimiz zaman onun öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. Süleyman yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar.
6. Falçılar, kahinlər də gələcəyi, qeybi bilməzlər.
Gələcəkdən və ya keçmişdən xəbər verdiyini iddia edən kahinlər və falçıların da qeybi bilmələri mümkün deyil. Bu cəfəngiyat Allah inancı zəif olan bəzi insanlar üzərində təsirli ola bilər. Falçılıqla gələcəyə və keçmişə dair məlumatlar əldə edib bunlara görə hərəkət etməyin azğın və pis əxlaq xüsusiyyətlərindən olduğu bir ayədə belə bildirilmişdir:
Maidə 90. Ey iman gətirənlər, şübhəsiz ki, sərxoşedici maddələr də, qumar da, dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.
Fələq surəsində də bundan söz açılır:
1. De: “Sığınıram sübhün Rəbbinə.
2. Məxluqatının şərindən,
3. çökən zülmətin şərindən,
4. düyünlərə üfürənlərin şərindən
5. və həsəd aparan zaman paxılın şərindən”.
Sonda bir məsələyə aydınlıq gətirim. Cin 26, 27, 28. O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz, razı qaldığı rəsuldan başqa. Həqiqətən, O, onların önündə və arxasında gözətçilər qoyur ki, onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin, onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”
Demək ayədən bildik ki, Allah qeybini kimsəyə açmaz, ancaq razı qaldığı, seçdiyi şəxslərdən başqa. Allahın sırf özünə aid qeybləri kimsə bilməz: Cənnət, Cəhənnəm, Axirət, Qiyamət saatı barədə məlumatlar. Bir də yuxarıdakı ayələrdə verdiyimiz Allahın bildirdiyi qeybi məsələlər. Yəni bu ayədən o anlaşılır ki, Allah rəsullarına hansı qeybi məlumatları veribsə Quranda o öz əksini tapıb.
Hardan Bilirəm Ki, Kimsə Məni Axtarır
İnsan sosial varlıqdır. Qohumlar və qohumlar, dostlar, tanışlar və sadəcə tanışlar – həyatımızda bir gün belə onlarla ünsiyyət qurmadan keçmir. Ancaq bəzən elə olur ki, zaman keçdikcə və ya köçmə, yaşayış yerinin dəyişdirilməsi ilə əlaqəli köhnə dostluq və ailə bağlarımızı itiririk. Və həqiqətən itirdiyin dostluğunu bərpa etmək istəyirsən … Bir insanı itirmisənsə, o da səni itirdi. Birinin səni axtardığını necə bilirsən? Hardan bilirəm ki, kimsə məni axtarır
Zəruri
İnternetə giriş
Təlimat
Addım 1
Birinin sizi axtarıb-axtarmadığını, qəribə bir şəkildə ağızdan bir sözlə kömək edəcəyini öyrənin. Dünyadakı bütün insanların bir-birlərini maksimum beş əl sıxışmasından sonra tanıdıqları bir nəzəriyyə var və bunun mənası var. Siz və itirilmiş bir qohumunuz və ya uşaqlıq dostunuz, varlığını hətta bilmədiyiniz qarşılıqlı tanışlıqlar vasitəsi ilə bir əlaqə qura bilərsiniz. Dostlarınızdan, tanışlarınızdan, uzaq qohumlarınızdan öyrənməyə çalışın – bəlkə də tanıdıqları insanlardan biri sizi tapmağa çalışdı və ya haqqınızda soruşdu. Əlbətdə ki, bir insanın kompozit eskizini və yazılı təsvirini tərtib edib sualla tanış olan hər kəsə göstərməyə dəyməz – bu adam səni axtarırdı? Mümkün axtarış dairəsini əvvəlcədən müəyyənləşdirin – sinif yoldaşları masadakı qonşunun sizi axtardığını və çoxdan köçdüyünüz bir şəhərdə yaşayan bir ananın – bir dostunuz sizi bir sandıqda tapmağa çalışdığını biləcəklər.
Addım 2
Hər növ sosial şəbəkələr də yaxşı bir xidmət təqdim edəcəkdir. Bəlkə də köhnə tanışlarınız sizi uzun müddətdir uğursuz bir şəkildə tapmağa çalışır. Bunlardan ən populyarına qeydiyyatdan keçin – bir aydan çox əvvəl olduğunuz bir qonaqdan və ya bir qonaqdan birinin yazması tamamilə mümkündür: Nəhayət səni tapdım! Sosial şəbəkələrdə qeydiyyatdan keçərkən sizi axtaranlara kömək edin – mümkün qədər özünüz haqqında məlumat verin – harada yaşadığınız və hansı məktəbdə oxuduğunuz, nə vaxt məzun olduğunuz və təhsilinizi harada davam etdirdiyiniz, indi harada və hansı şəhərdə işlədiyiniz barədə məlumat verin. Sən yaşayırsan. Veb saytında əlavə əlaqə məlumatı buraxın – mobil telefon nömrəsi, e-poçt ünvanı və s.
Addım 3
Birinin sizi axtarıb axtarmadığını öyrənməyin eyni dərəcədə təsirli yolu “Məni gözlə” TV proqramıdır. Həqiqətən bir TV ulduzu olmaq istəmirsinizsə, veb saytlarından istifadə edə bilərsiniz. Xüsusi bir axtarış çubuğunun köməyi ilə hər kəsin sizi tapmaq üçün bir müraciət edib etmədiyini tez və asanlıqla öyrənə bilərsiniz.
Mən kindleni hardan bilirəm
“. Təkcə göyüzünə qalıb pənahım,
Tək-tənha durmuşam ocaq başında.
Anladım, boz qurdun yoxdu günahı,
Tək ulamaq qalır ancaq bu yaşda. “
Dalidag.az Sevinc Qəribin təqdimatında tanınmış şair Mirzəcan Ağabalayevin şeirlərini oxucuların ixtiyarına verir:
QİSMƏTİM VƏTƏN
Bu ucsuz-bucaqsız uzanan çöllər,
Gözümdən boylanıb, sinəmdən keçib.
Kür-Araz çayları döyüşən əllər,
Mənə miras qalıb, dədəmdən keçib.
Uzaqdan gəl deyir gülü, çiçəyi,
İgidlər oylağı yanı, ətəyi.
Lalədən biçilib çox vaxt köynəyi,
Kədərdən adlayıb, dərd-qəmdən keçib.
Saz tutub, söz qoşub eli, oymağı,
Bağrından od düşüb yanıb çırağı.
Sinəsi allanıb hər qürub çağı,
Yüz-yüz qafil gəlib, bir həmdəm keçib.
Kövşənı yandırıb çölü bölüblər,
Köpüyü dağ boyda gölü bölüblər.
Ağlayan gözümü- eli bölüblər,
Bir sirdaş dayanıb, min sərsəm keçib.
Fırlandı bu dünya, yıxıldı çox taxt,
Ötənçün boylanma, gələn bəxtə bax.
Toplanıb, çıxılıb, cəmlənib bir vaxt,
Qismətim bu olub, bu cəmdən keçib.
Bu ucsuz-bucaqsız uzanan çöllər,
Bu dağlar,dərələr,çiçəklər,güllər,
Bayatı obalar, sədalı ellər,
Mənə miras qalıb, dədəmdən keçib
PAYIZ DUYĞULARINDAN
Bu necə sehr-tilsim, bu necə saray,
Fağır dərvışə də açılmır qapın.
Bir adam tapılmır, nə səc, nə haray,
Səndən xəbər tutum, əlindən öpüm.
Həsrət qanad çalıb üstümə gələr,
Salar kölgəsini salxım söyüdtək.
Qəmlə göndərdiyin sözlərin belə
Yataram içində şirin ümidtək.
Yanar həsrətindən sinəmdə ürək,
Gözümdən şeh düşər çiçək əlinə.
Sənə durna teli kim gətirəcək,
Yenə mən çəkərəm naxış telinə.
Yığıb xəzəllərdən bir çələng hörək,
Paylayaq tək qalan tənha, yalqıza.
Nisgildə qalmasın deyirəm ürək,
Sərhədi keçməyək, dönək payıza.
Gəl bir qapını aç, üzünü görüm,
Nişan ver, silkələ nəm budaqları.
Həsrət adlamağa tilsim bilirəm,
Özüm gələcəyəm, dur, sənə sarı.
EŞQ SEVDASI
Köçümü götürüb gəlirəm, vaxtdı,
Mən ki əmanətəm, bir az da gözlə.
Uçan ömür kimi uçurtdum taxtı,
Sübhüzü yoldayam ilahi sözlə.
Adamın çatlayır ürəyi, bağrı ,
Sözü bölüşməyə nə yaxşı dərd var.
Sinəndə uşaqtək güləndə ağrı,
Dərdlə güləşməyə nə yaxşı kənd var.
Sonsuzdu, genişdi bu yer, bu çöllər,
Nə qədər hay salsan cır səsin çatmaz.
Səsinə səs versə obalar, ellər,
Dərd kimi saralan nəfəsin çatmaz.
Sən mənə sevdasız xoşgəldin demə,
Torağaylı çöllər, yovşan bəsimdi.
İsti küləkləri çəkin üstümə,
Indi öz-özünə gülən səsimdi.
Şəkilli röyadır mənim hər gecəm,
Gücümü,eşqimi verdim özgəyə.
Gəlmişəm qoynuna,quruca səsəm,
Bir az ümidim var düşən kölgəyə.
Bəsdi ayaq üstə gəzdiyim, yetər,
Axı mən ölmüşəm, azan verən yox.
Sultan Pir tərəfdən yoxdu bir xəbər,
Buraxın gedirəm, bilən,görən yox.
Sonsuzluq içində təkəm, tənhayam,
Məndə damcı boyda səbir qalmayıb.
İndi mən özümə köhnə dünyayam,
Hər yan təzə məzar,
Bir köhnə, bir uçuq qəbir qalmayıb.
Təngiyir sinəmdə nə vaxtı ürək,
Yanına çağırır ulayan qurd da.
Pəncərəsi bağlı dustaq evitək,
Baxır gözlərimə xaraba yurd da.
Təkcə göyüzünə qalıb pənahım,
Tək-tənha durmuşam ocaq başında.
Anladım, boz qurdun yoxdu günahı,
Tək ulamaq qalır ancaq bu yaşda.
Əmanət qoymuşdum burda qəlbimi,
Hələ də boylanır yovşan içindən.
Kəndə də, şəhərdə olduğu kimi
Sərgərdan eşq üçün uluyuram mən.
MƏN HARDAN BİLƏYDİM.
Dalınca su atdım tez qayıdasan,
Gəlib isidəsən soyuq yuvamı.
Ay ötdü, il keçdi, dayandı zaman
Küləklər söndürdü əlimdə şamı.
Mən hardan biləydim nəymiş bu sevgi,
Gahdan öz-özünə dalınca axır.
Gözləri yol çəkən yolçudur sanki,
Gahdan gözü sulu boylanıb baxır.
Dalınca su atdım, varmı necəsi,
Varmı məndən başqa adını çəkən?!
Qızıl balıq kimi bir yaz gecəsi,
Sən üzü axara gələsən bəlkə.
Şəlalə yarandı atdığım sudan,
Gözüm dağ çayıyla qarışıq düşdü.
Nə ola, sevincək durub yuxudan
Görəm pəncərəmə bir işıq düşdü.
Yəqin buz bağlayar yollar da bu qış,
Ovsum da çat verər su daşımaqdan.
Sizin küçənizə yağırmı yağış ?-
Su damır payıma düşən günahdan.
Mən hardan biləydim gözlərim bulud,
Təzədən dolacaq su atdığım qab.
Səhərlər yaşadar məni bir ümid,
Gecələr öldürər bu dərd, bu əzab.
Daha nəyim qalıb, bir ovuc suyam,
Axır, ləpələnir sularda adın.
Mən elə bilirdim bəxtli ovçuyam,
Gülləmə tuş gəlib niyə gülmədin?!
. Eh, nə sən ov oldun,nə mən də ovçu,
Küləklər çırpdılar üzümə suyu.
***
Fəğan etmə qədərə,
qılınc çəkmə kədərə.
Bu hikmətə sorğu yox;
Gül açıbsa bir kərə,
quru kol da adamdı.
Dərd də bir cür yavanlıq,
ruh da geyilmiş canlıq,
dünya yuxudur anlıq.
Çək başına nə varsa,
ömür bir udum camdı.
Sevgi Tanrının əli,
baxt da ölüm kətili.
Mənə baxma, ay dəli,
bu dünyada hər adam
öz-özünə şamandı.
Qoltuğuna vurub kölgəsini,
üfüq üzükdən keçib,
ovcunda günəş qaşlı üzük,
Hər sabah
gəlir görüşə Allah,
açır bizə sevgisini.
. Qəlbimizə taxılmış üzükdü dünya,
üzükdən doğulmuşuq, yəni
üzükdür ana bətni.
Dünya da üzük kimi.
Bizə yol göstərən əldi üzük.
Dayanıb yolumuzda,
nişandı qolumuzda.
Dayanacağı olmayan
sonsuz yoldu üzük,
kim görsə dayanacaq.
Nə keçə bilərsən,
çata bilərsən nə də.
Ölüm də çata bilməz bu sonsuzluğa,
Yenə ayrılıq çatacaq ancaq.
Üzükdən başlayır sevgi,
üzükdü sanki.
Sehrindən çıxa bilməzsən
çilik-çilik olunca.
Bezsən də yalvarmaqdan
gözün qalacaq dalınca.
Üzükdü sevgi.
Karusel deyil,dayansın haçansa.
Darıxmaq deyil ki .
Sonsuzdu ayrılıq kimi.
Üzükdü sevgi;
Ayrılıq zümrüd qaşı,
Həsrət möhürbəndı,
Xatirə qan yaddaşı.
MEY SÜZ.
Dünya nimdaş, geyilmiş,
Xırsız mənlik deyilmiş.
Üzün bəri tut, ölmüş,
Su mənə neylər, mey süz.
İstəsən qarğış eylə,
Dünyanı yağış eylə.
Bayquş olmasam belə
Xaraba ev bil, vay süz.
Dünya fani-soyuqdu,
Bura evmi?- oyuqdu.
Tək eşq mənə dayaqdı,
Dur sən də eşqlə, əy süz.
“Qoy nəva ney tək edim”
Ölüm, gedim, tərk edim.
Dərviş tək yolda bitim,
Eyləmə yoldan, yey süz.
Bu yol çox uzun yoldu,
Nə ayaqdı, nə qoldu.
Eşq məni səndə buldu,
Dərviş olsam da mey süz.
Zalım, axır bir şey süz.
EVİN VƏTƏN OLSA
Başımın üstündə
bir yaşıl yarpaq,
Üzümə tökülsə
işıq kölgəsi.
Yaşımın üstündə
bir ovuc topaq,
gözümə tökülsə
ümid bəlkəsi.
Evim var,evim var,
evim var mənim.
Almasan kimsəni
saya,vecinə,
Bu dünya sitəmsiz
çətin keçinə.
Bir ilıq nəğməyə
büküb dərdimi
Ev kimi dünyanın
girsəm içinə-
Evim var,evim var,
evim var mənim.
Evim var,
ocağım olacaq,
Ocağım var,
torpağım olacaq.
Torpağım var,
vətənim olacaq.
Min il də
qəbirdə yatmaq olar,
Səndən sonra
evin vətən olsa!
SONUNCU MESAJ.
Dərindən nəfəs al.
döy
üçəcən, gücün çatar.
Qapıdı,
divar deyil,
açarsan,
gücün çatar.
Bir də bax,
uzaq deyil,
əlin sinəmə dəyir.
Söylə
sabahın xeyir,
necəsən?-
gücün çatar.
Eşqlə doluyam hələ,
Bolluqdan düşdüm dilə.
Eşq odunu mənimlə
içərsən,
gücün çatar.
Payız olsun, ya bahar,
dönməlidi bu qatar.
Aramızda bir yol var,
istəsən.
gücün çatar.
Qapı yox, döy könlümü,
pahatla, öy könlümü.
Gəl doldur mey könlümü,-
içəcəm,
gücüm çatar!
İLĞIM BAŞSALIĞI
Unutma, zalım,
ilğıma dönür hər şey-
itir yavaş-yavaş keçdiyimiz yol, iz,
görünmür sahillər,
hər yan su-dəniz.
Dəniz kimidi xatirə dolu yuxular,
üstündən küləklər əsir.
Hər gecə saçların dəyir üzümə,
dəli cənub küləyidir elə bil.
Təkcə saçlarının ətri ilğım deyil,
öldürür təzədən adamı
sevgi dolu qoxular.
Yuxuda da uçuq körpü,
bağlı qapı,
hər yer ilğım kimi.
Daha gücüm yox ilğım yollara baxmağa,
iş qalıb şeir yazıb, mədh edəm ilğım ayrılığı,
təsəlli versinlər bizə.
Nəyi var ayrılığın,
kimi var sevgimizin,
dost iki, düşmən iki,
bizə düşür başsalığı.
Mirzəcan Ağabalayev
Dalidag.az
Comments are closed, but trackbacks and pingbacks are open.