Goodgame Empire
İlk öncə hazırlayacağınız oyunun hansı üslubda olacağını qərarlaşdırmalısınız. Oyun mühərrikini seçmədən əvvəl oyunun tipini bilməlisiniz. 3D və ya 2D oyun hazırlamağa başlayırsınızsa, bu PC/Konsol üçün, yoxsa mobil üçün olacaq? Əgər PC və konsol üçün olacaqsa, Unreal Engine 4 sizin üçün ən yaxşı seçimlərdən biri olacaq. Yox, mobil üçün sadə oyun hazırlamaq istəyirsinizsə Unity 5 mühərriki tam sizə görədir. Əsasən güclü oyunlar (AAA keyfiyyətində.) Unreal Engine 4 ilə hazırlanır, kiçik sadə oyunlar isə Unity 5 ilə. Bu o demək deyil ki siz Unity 5 ilə AAA keyfiyyətdə oyunlar hazırlaya bilməzsiniz. Lakin bu bir az çətin olacaq sizin üçün, əgər yeni başlamışsınızsa. Əlbəttə Unity 5 ilə PC və konsol üçün, Unreal Engine 4 ilə Mobil üçün oyunlar hazırlaya bilərsiniz. Bu sizin istəyinizə qalmış bir şeydir. Lakin AAA keyfiyyətdə oyunların çoxu Unreal Engine 4 ilə hazırlanmışdır (məs. Batman seriyaları.). Bu iki mühərrik də pulsuzdur (bəzi şərtlər daxilində.) Bu linkdən Unreal Engine 4, buradan isə Unity 5 haqqında ətraflı məlumat ala bilərsiniz. Daha sonra oyunun ideyasını komanda yoldaşlarınıza asanlıqla izah etmək üçün konsept şəklində çəkməyiniz lazımdır. Oyuna ad fikirləşməli və ona uyğun icon, logo və digər qrafik işlərini hazırlatmalısınız.
Tarixin ən güclü 5 imperiyası – ARAŞDIRMA
Dünyanın gəlmiş-keçmiş ən güclü imperiyaları hansılardır? Ümumiyyətlə, beş min il ərzində yaranmış yüzlərlə imperiya arasından beşini necə seçmək olar? Düzünü desək, “ən güclü beş imperiyanın” istənilən şəkildə tərtibi subyektiv xarakterli olacaq, çünki bütün imperiyalar özünə görə görkəmli və nüfuzlu olub.
Ancaq bəzi imperiyalar o qədər güclü, böyük və nüfuzlu olublar ki, hansı meyarların götürülməsindən asılı olmayaraq, onlar möhtəşəm imperiya adlandırılmağa layiqdirlər. Oxucular məqalədə müəllifin Çin və Hindistanda olan imperiyaların adının çəkilmədiyini görəcəklər. Müəllif özü də bu regionlardakı imperiyaların əhəmiyyətini və qoyduqları irsi qəbul etsə də, onların regional əhəmiyyət daşıdığını bildirir.
Əhəmənilər imperiyası
Təxminən e.ə. 550-ci ildə bu imperiyanın əsası şahənşah, yəni şahlar şahı ləqəbini daşıyan Böyük Kir tərəfindən qoyulub. E.ə. 330-cu ildə Makedoniyalı İsgəndər tərəfindən Əhəmənilər imperiyasına son qoyulsa da, imperiyanın davamlı irsi dünya sivilizasiyaları və gələcək imperiyaların sonrakı inkişafında özünü göstərib. Əslində, bu imperiya gələcəkdəkilər üçün imperiyanın nə demək olduğu standartını qoyduğuna görə mühüm əhəmiyyət kəsb edib.
Əhəmənilər imperiyasının mövcudluğu tarixin nadir bir dövrünə – əhalinin ən çox Yaxın Şərq və ya onun yaxınlığında məskunlaşdığı bir vaxta təsadüf edir. Buna görə də, Yaxın Şərqin əksər ərazilərini idarə edən Əhəmənilər imperiyası dünya əhalisinin digər imperiyalardan daha böyük hissəsi üzərində hakimiyyət sürüb. E.ə. 480-ci ildə imperiyanın əhalisinin sayı təxminən 49,4 milyon idi, bu da həmin vaxt dünya əhalisinin 44 faizini təşkil edirdi. Əhəmənilər imperiyası Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya, Hindistan və Aralıq dənizi ətrafı bölgələr daxil olmaqla dünyanın bir çox regionunu birləşdirən ilk imperiya oldu, Yunanıstan və Hindistan kimi yerlərə imperiya anlayışını gətirdi.
Belə böyük bir imperiya yalnız hərbi güclə yaradıla bilərdi, Əhəmənilər imperiyasının hərbi nailiyyətləri imperiya İsgəndərin orduları tərəfindən qəflətən süquta uğradıldığına görə çox vaxt unudulsa da, bu nailiyyətlər əhəmiyyətli idi. İmperiya apardığı əməliyyatlarla babillilər, lidiyalılar, misirlilər və indi Pakistan ərazisi olan şimal-şərqi hindu regionu daxil olmaqla, dünyanın inkişaf etmiş sivilizasiyalarının əksəriyyətini özünə tabe etməyi bacardı. Unudulmamalıdır ki, şişirdilmələrə və yanlış şərhlər verilməsinə baxmayaraq, farslar Yunanıstandakı məqsədlərinə çatdıqlarını və imperiyada daha çox yunanın yaşadığını düşünürdülər. Əhəmənilər imperiyasının hakimiyyəti Yaxın Şərqdə harmoniya və sülh dövründə 200 il sürdü, bu, nadir hallarda təkrarlanan bir qəhrəmanlıqdır.
Əhəmənilər imperiyasının imperiya ideyaları baxımından dünya üçün qoyduğu irsə yol şəbəkələri, poçt sistemi, idarəetmədə vahid bir dildən (arami dili) istifadə, müxtəlif etnik qruplara muxtariyyət verilməsi və bürokratiya daxildir. Farsların dini zərdüştlük azad iradə və iudaizm vasitəsilə İbrahimi dinlərdə cənnət və cəhənnəm anlayışlarının yaranmasına təsir göstərdi.
Roma İmperiyası
Bu imperiyanın güclü olduğu, yəqin ki, hamıya məlumdur. Roma imperiyası qərb aləmində uzun müddət ən mükəmməl imperiya olub. Ancaq onun əhəmiyyəti qərbdə ayrı-seçkilik kimi görülməməlidir, Roma imperiyası həqiqətən də tarixin ən möhtəşəm imperiyalarından biridir. Romalılar yüz, hətta min illərlə böyük əraziləri ələ keçirə bildiklərini göstəriblər. Ancaq imperiyanı saxlayan təkcə güc tətbiqi deyildi; işğal edilən ərazilərdə insanlar romalı “olmaq” üçün can atırdılar, çünki bu, inkişaf etmiş, mədəni, klassik bir mədəniyyətin üzvü olmaq demək idi.
Müasir dünyanın bir neçə önəmli xüsusiyyəti Roma imperiyasından qalıb. Romalılar yunan memarlığını, fəlsəfəsini və elmini gələcək nəsillərə ötürərək ellin mədəniyyətinə varis çıxıb onu yaydılar. Daha sonra xristianlığın Romada qəbul edilməsi bu dini kiçik bir təriqət səviyyəsindən dünyanın ən böyük dinlərindən biri səviyyəsinə qaldırdı.
Roma hüququ qərb ölkələrinin bütün hüquqi sistemlərinə təsir göstərdi. Burdakı qurumlar isə müasir demokratik hökumətlərin idarəetmə sistemlərini canlandırmağa kömək etdi. Yunanıstanın “”demokratiyanın yarandığı yer” reputasiyasını qazanmasına baxmayaraq, ABŞ-ın Qurucu Atalarına (baniləri) daha çox Britaniya və Roma demokratiyası təsir etmişdi. Əslində, onların bir çoxu Afinanın demokratiya təcrübəsini bəyənmədiklərini və Romanın monarxiya, aristokratiya və demokratiyanın hakimiyyəti bölüşdüyü qarışıq hökumət formasına olan heyranlıqlarından tez -tez danışırdı. Amerikanın hakimiyyətin ayrı-ayrı qollarından ibarət olan siyasi sistemi Romanın təşkilati bölgüsünə bənzəyir. Roma imperiyası respublikanı əvəzlədikdən sonra Sezarın ideyası və əzəməti gələcək hökmdarlar üçün ilham mənbəyi oldu.
Romalılar əzmli bir xalq olub. Onlar ağla sığmayan çətinliklərə baxmayaraq bir çox uğursuzluqlardan sonra özlərini ələ ala və düşmənlərini məğlub edə bilirdilər. Karfagen sərkərdəsi e.ə. 216-cı ildə baş verən Kann döyüşündə romalıları demək olar ki, məhv etmişdi, ancaq romalılar Karfagenə ordu çıxara bildilər və düz on dörd ildən sonra qalib oldular. Romanın legionları hərbi cəhətdən əsrlərlə üstünlüklərini saxladılar, bu da Romaya yüz illərlə Aralıq dənizi ətrafı və Yaxın Şərq regionlarında farslar istisna olmaqla demək olar digər bütün sivil xalqlar üzərində hakimiyyəti saxlamağa imkan verdi. İmperiyanın süquta uğramasının səbəbi isə alman qəbilələrin işğalından çox davamlı böhran və vətəndaş müharibəsi ilə əlaqədar idi. Şərqi Roma İmperiyası (Bizans) e.ə. 1453-cü ilə qədər davam etdi və Roma dövlətinin siyasi tarixində iki min illik iz qoydu.
Ərəb Xilafəti
Xilafət (və ya xəlifəlik) olaraq da bilinən, müsəlman peyğəmbər Məhəmməd tərəfindən əsası qoyulan ərəb imperiyası peyğəmbər b.e. 632-ci ildə vəfat edənə qədər Ərəbistanın əksər ərazilərini əhatə edirdi. Bu imperiyanın müsəlman yox, ərəb imperiyası adlandırılması daha ağlabatandır, çünki islam dininin bu imperiya ilə yaranmasına və yayılmasına baxmayaraq, sonradan qanunla ərəb yox, ancaq müsəlmanlar tərəfindən idarə olunan imperiyalar yarandı.
B.e. 661-ci ilə qədər Məhəmməd peyğəmbərin yerinə ümumi razılıqla seçilən dörd xəlifə gəldi. Həmin ildən sonra isə b.e. 750-ci ilə qədər Əməvilər sülaləsi hakimiyyətdə oldu, sonra isə Abbasilər sülaləsi hakimiyyətə gəldi. Bu vaxta qədər artıq işğallar bitmişdi. Abbasilər b.e. 1258-ci ildə Bağdad monqollar tərəfindən dağıdılana qədər simvolik şəkildə dini xəlifə rolunu oynamağa davam etsələr də, Ərəb imperiyası təxminən b.e. 900-cü ildə tənəzzül etdi. B.e. 900-cü ildən sonra imperiya bir çoxu türk və fars əsilli olan rəqib sülalələrin, eləcə də, İspaniya və Misirdə rəqib xilafətlərin çıxması ilə siyasi cəhətdən tənəzzül etməyə başladı.
Bütün bunlara baxmayaraq, ərəb imperiyası öz vaxtında həm əldə etdiyi hərbi uğurlara, həm də qoyduğu irsə görə qeyri-adi bir imperiya idi. Təəccüblüdür ki, qeyri-mütəşəkkil, sivilizasiyadan kənarda qalmış qəbilələr Bizans imperiyasını məğlub edib, Sasanilər imperiyasını devirə bildilər. Ərəb işğalları bəzən bir ideologiyanın izlənilməsinin texniki və təşkilati çatışmazlıqları necə əvəz edə biləcəyinin yaxşı bir nümunəsidir. Bu dövrün ərəb sərkərdələri, xüsusilə on il ərzində Misirdən İrana qədər olan əraziləri ələ keçirmiş üçüncü xəlifə Ömər dünyanın ən böyük hərbi dahiləri arasında görtərilməyə layiqdirlər. Ərəb xilafəti ərazisini yüz il ərzində Roma imperiyasından bir neçə dəfə artıq olmaqla böyütdü. Ərəb imperiyası özündən əvvəlki Əhəmənilər imperiyası kimi coğrafi mövqeyinə görə Afrika, Avropa, Mərkəzi Asiya, Hindistan və Çində dünya sivilizasiyanın digər mərkəzlərini birləşdirdi. Nəticədə isə bu regionlardan gələn mallar və biliklər birləşərək cəbr kimi yeni anlayışların yaranmasına səbəb oldu. Təbii ki, ərəb imperiyasının başlıca mirası bu gün bir milyarddan çox davamçısı olan islam dini oldu.
Monqol İmperiyası
Monqol imperiyası bütün çətinliklərə baxmayaraq, özündən daha güclü və daha çox əhalisi olan düşmənlərini məğlub etmiş imperiyalardan biridir. B.e. 1206-cı ildə Çingiz xan ləqəbini götürmüş monqol sərkərdə Temuçin tərəfindən əsası qoyulan bu imperiya əvvəlcə Çindən ərazilər qoparmaqla böyüdü.
Monqol imperiyası üçün həlledici an elçilərinin İran, Əfqanıstan və Mərkəzi Asiya ərazilərindən ibarət qonşu Xarəzmşahlar imperiyasının başçıları tərəfindən öldürülmələri oldu. Bu, Çingiz xana ciddi bir təhqir hesab olundu və monqolların intiqamı Mərkəzi Asiyanı tamamilə dağıtdı, Qızıl Əsrə də son qoydu. Monqol işğalları Avropadan İpək Yolunun yanından keçən dəniz yollarının qurulması ilə birgə Mərkəzi Asiyanın önəmli bir region kimi əhəmiyyətini məhv etdi.
Bütün dünyada təkcə iki milyon monqol olmasına baxmayaraq, onlar Çingiz xanın nəslindən olan hökmdarların başçılığı ilə Yaxın Şərq, Rusiya və Çinin əksər ərazilərini işğal etdilər. Ən parlaq dövrlərində Yaponiyanı işğal edə bilməmələri və b.e. 1260-cı ildə Əyn Cəllud döyüşündə məğlub olmaları istisna olmaqla o qədər də çox uğursuzluqla üzləşmədilər. Əhalinin az olmasına baxmayaraq, monqollar döyüşə böyük və çevik qoşunlar çıxarırdılar. Monqolların işğalları nəticəsində milyonlarla insan həlak olsa da, imperiyanın hər yerinə ticarət yayıldıqca qısamüddətli sülh və inkişaf dövrü yarandı. Ümumi götürdükdə isə monqollar imperiyanı idarə edə bilmədiklərini göstərdilər və imperiya sonda hər biri tənəzzül edən dörd xanlığa parçalandı.
Britaniya İmperiyası
Müasir dünyanı yaradanlar mahiyyət etibarilə britaniyalılar olub. Britaniyanın nümayəndəli demokratiya qurumları Monteskyö kimi fransız maarifçiliyinin nümayəndələrinin Avropanın digər müasir dövlətlərinə nüfuz etmiş müasir hakimiyyət nəzəriyyələrini yaratmalarına öz təsirlərini göstəribər. ABŞ-ın əsas xüsusiyyətləri – liberalizmə bağlılıq, qanunun aliliyi, vətəndaş hüquqları və ticarət – britaniyalılardan götürülüb və bütün dünyaya yayılıb. Bu xüsusiyyətlərin əksəriyyəti İngiltərədə uzun müddət ərzində böyük bir planın nəticəsi olaraq yox, təbii şəkildə inkişaf edib.
Bu xüsusiyyətlər Britaniya imperiyasının böyüyüb inkişaf etməsinə və nəzarətində olan əraziləri əlində saxlamasına da kömək etdi. Bundan başqa, imperiyanın nümunəsi istər maddi, istərsə də donanma gücünə görə bir çox yerlərdə təkrarlandı. XX əsrin əvvəlində zirvədə olan Britaniya imperiyası ərazisini bütün dünyanın demək olar ki, dörddə biri qədər böyütmüşdü, hələ tarixdə bu böyüklükdə ərazisi olan imperiya görülməmişdi. Bu nailiyyət böyük bir ordu vasitəsilə yox, daha çox təşkilati bacarıqlar və maddi güc hesabına əldə edilmişdi. Məsələn, Britaniyanın Hindistanı işğal etməsi Hindistanın öz qoşunları tərəfindən həyata keçirilmişdi, çünki onlar müntəzəm olaraq maaşlar verildiyinə və mənfəət götürdüklərinə görə Britaniyaya xidmət etməyi seçmişdilər. London bir vaxtda çox sayda müharibə apara biləcəyini də göstərərək diqqətəlayiq bir qabiliyyət nümayiş etdirdi və nadir hallarda bu müharibələrdə məğlub oldu.
Nəticə
Bəs ABŞ-ın bütün bu nəhənglərlə nə əlaqəsi var? ABŞ hərbi cəhətdən, şübhəsiz, dünyanın ən güclü ölkəsidir. Burda liberalizm və qitə miqyaslı resurslarla britaniyalıların ticarət fərasəti birləşir. ABŞ-ın romalılarda olduğu kimi cəlbedici mədəniyyəti var, monqollar kimi tam dağıntı yarada bilər, ərəblər kimi universal bir ideologiyanı bütün dünyaya yayıb, Əhəmənilər imperiyası kimi isə müxtəlif mədəniyyətləri və regionları birləşdirir.
Bütün bunlara görə, Amerikanın güclü bir qüvvə kimi gələcəyi qabaqdadır. Ancaq yenə də əvvəlki imperiyaların səhvlərini təkrarlamasa belə yaddan çıxarmamalıdır. Böyük hərbi gücü olmasına baxmayaraq, Roma süqut etdi. Daxili parçalanma və çəkişmələr ən güclü imperiyaları belə məhv edə bilər. Farslar zəif olduqlarına görə yox, rəhbərləri uğursuz olduğuna görə məğub oldular. Monqollar müharibələrdə qalib gələ bilsələr də, sülhə nail ola bilmədilər, buna görə də, daimiliklərini qoruya bilmədilər. Ərəblər uğurlu bir sivilizasiya yaratsalar da, yeni gələnlər onları itaətə məcbur etdi və bu sivilizasiyanın müsbət cəhətlərini məhv etdilər. Və nəhayət, Britaniyalılar öz maraqlarını, qlobal nizamı və Avropa sistemini qorumağa, eyni anda həddən artıq çox şey etməyə çalışmaqdan tükəndilər.
Amerikanın bu gün keçmiş imperiyaların qələbə və səhvlərindən öyrənməli olduğu dərslər var.
Goodgame Empire
Game online Goodgame Empire, oyunçu, onun eyni şəhərin ortasında onların ideal qala qurmaq onu qorumaq üçün bir ordu yaratmaq və yeni torpaqlar fəth imkan verən gözəl sosial, browser strategiya,. Simvol Variety oyun asan yumor, belə cansıxıcı bu lazım deyil gətirir.
No xüsusi sistem oyun üçün tələblər goodgame empire Xeyr, İnternet və brauzerinizin idi ki, əsas şey.
Up oyun Goodgame Empire asan
Oyun Goodgame Empire Giriş.
Ekranın ortasında bir boşqab daxil edin:
Oyun ölkə-in seçin, siz otuz iki ölkə seçə bilərsiniz.
Server seçin – Hər bir ölkənin öz server var. Rusiya seçerken, üç serverlər:
- Rusiya: 1
- International: 1
- International: 2
Goodgame Empire qeydiyyat başa çatdırmaq üçün, Go “böyük qırmızı düyməsini basın lazımdır! “.
Birinci Goodgame Empire , oyunçu Huts və istehsal, onun qalasını tikinti, o, oyun zamanı inkişaf edən bir kiçik qəsəbə, aldığı oyun gəldi mənzil.
Ilk bir neçə səviyyədə, oyun Goodgame Empire, informasiya, təlim və oyun elementləri anlamaqda yardım üçün onun köməkçiləri verir.
Goodgame İmperiyası pulsuz və qonaqlar bir sıra çıxış, onlar üçün mükafat almaq, və ya ən gözlənilməz yerlərdə xəzinələri tapmaq, son dərəcə uplifting.
Müstəqil knight olmaq, beşinci səviyyəyə çatdıqdan sonra, oyunçu ittifaqlar çıxış edir. Alliances bununla da onların ümumi gücü artır, müxtəlif qıfıllar, qarşılıqlı hərbi və iqtisadi məsələlər sahiblərinin diplomatik dərnək var.
Dörd meyarlara ən uyğun müəyyən etmək üçün zəruri olan ittifaq biri Qeydiyyat:
- Arasında Məsafə
- Qapıların sayı artıq indiki iştirakçıları
- Onur Points artıq əldə ittifaq
- Level əldə ittifaq
, siz bir adı, təsviri və pay əsas vermək lazımdır.
Kavgası əsgər və oxlar:
Bu iki növ muzdlu bilər olan əsgərlərin beş yarımnövü, ilə oyunçu təmin edir.
- Sərkərdəsi
- Gürz ilə Soldier
- Swordsman
- Halberdier
- Greatsword
- Archer
- Mahir atıcı
- Təzim ilə Soldier
- English oxatan
- Ağır Crossbowman
Inşa edilə bilər Siege və müdafiə silahları,
- Assault nərdivan
- Siege Tower
- Taxta ram
- Iron ram
- Taxta qalxan
- Düşmə üçün Stones
- Göyərmiş qatran ilə Boiler
- Qala qapısı gücləndirilməsi
- Qoruyucu mat
- Firebolt
Royal bazarında imperiyasının çiçəklənməsi üçün əlverişli olan əlavə simvol
- Merchant
- Architect
- Marauder
- Taskmaster
- Taxman
- Drillmasters
- Hunter
- Medic
Bu mübarizə, həm də bəzək deyil, yalnız Goodgame Empire oynamaq mümkündür. Bu build menyusunda, siz də ictimai asayiş və istehsal resurslarının təkmilləşdirilməsi, səltənət inkişafına qatqı təmin edən, dekorativ obyektlərin tapa bilərsiniz.
Play oyun Goodgame Empire online, yaxşı, biz həmişə məktublar qəbul, məktublar vasitəsilə hər hansı digər oyunçu ilə ünsiyyət bilər ki, oyunda sağ spyware və onun yoldaşları sistem.
Giriş
Salamlar! Mən Rüfət Məmmədli. THU Games’in ortaq qurucularından biriyəm. Hazırda Tussle isimli FPS, qorxu oyunu üzərində işləyirik. Bu layihədəki vəzifəm Project Management, ssenari müəllifi və Gameplay Programming’dir. Komandamızda 17 işçi var və əksəriyyəti xarici ölkə vətəndaşlarıdırlar (məs. Polşa, İtaliya, Amerika, İngiltərə, Matabeleland, Yunanistan, Türkiyə və Azərbaycan.). Bu məqaləmdə oyunların hazırlanma prosesi və komanda toplamaq barədə danışacam.
Qeyd: Bu məqalənin sonunda sizə lazımlı olacaq bütün linkləri qeyd edəcəm.
Oyun bazarı
Bildiyiniz kimi yeni əyləncə növü olaraq bilinən oyunlar dünyada çox geniş yayılıb. Artıq bu bazar o qədər böyüyüb ki, bir çox yatırımcılar bu sektora yatırımlar edir. Oyun sektorundan çıxan böyük və uğurlu şirkətləri bilirik (EA, Ubisoft, Activision, Valve, CAPCOM, SEGA, Nintendo, Blizzard, Riot Games.). Bu şirkətlər fəaliyyətə başladıqları ilk zamanlar bu sektor çox da inkişaf etməmişdi. Sektor qədər onların ilk düzəltdiyi oyunlar da bəsit idi (2D və ya text əsaslı oyunlar.). Daha sonra PC və konsol oyunları partlayışa səbəb oldu. Əsasən də oyun konsolları və şəxsi kompüterlər bütün evlərə girdikdən sonra bu bazar çox dəyərli olmağa başladı. Bununla da bitmədi, mobil telefon bazarı yarandı. Mobil oyunlar son zamanlarda da ən çox qazandıranlar arasına girdi. Bu şirkətlərdən misal gətirərsək Supercell (Clash of Clans, Beach Boom.), Gameloft (Modern Combat seriyaları və digər oyunları.), Glu Games (Diner Dash, Contract Killer.), Zynga (FarmVille, Zynga Poker.) və King’i (Candy Crush.) bilirik. Mən sizlərə ilk öncə PC və konsol oyunları, daha sonra isə mobil oyunları haqqında danışacam.
Oyun necə olacaq və hansı texnologiyadan istifadə edəcəm?
İlk öncə hazırlayacağınız oyunun hansı üslubda olacağını qərarlaşdırmalısınız. Oyun mühərrikini seçmədən əvvəl oyunun tipini bilməlisiniz. 3D və ya 2D oyun hazırlamağa başlayırsınızsa, bu PC/Konsol üçün, yoxsa mobil üçün olacaq? Əgər PC və konsol üçün olacaqsa, Unreal Engine 4 sizin üçün ən yaxşı seçimlərdən biri olacaq. Yox, mobil üçün sadə oyun hazırlamaq istəyirsinizsə Unity 5 mühərriki tam sizə görədir. Əsasən güclü oyunlar (AAA keyfiyyətində.) Unreal Engine 4 ilə hazırlanır, kiçik sadə oyunlar isə Unity 5 ilə. Bu o demək deyil ki siz Unity 5 ilə AAA keyfiyyətdə oyunlar hazırlaya bilməzsiniz. Lakin bu bir az çətin olacaq sizin üçün, əgər yeni başlamışsınızsa. Əlbəttə Unity 5 ilə PC və konsol üçün, Unreal Engine 4 ilə Mobil üçün oyunlar hazırlaya bilərsiniz. Bu sizin istəyinizə qalmış bir şeydir. Lakin AAA keyfiyyətdə oyunların çoxu Unreal Engine 4 ilə hazırlanmışdır (məs. Batman seriyaları.). Bu iki mühərrik də pulsuzdur (bəzi şərtlər daxilində.) Bu linkdən Unreal Engine 4, buradan isə Unity 5 haqqında ətraflı məlumat ala bilərsiniz. Daha sonra oyunun ideyasını komanda yoldaşlarınıza asanlıqla izah etmək üçün konsept şəklində çəkməyiniz lazımdır. Oyuna ad fikirləşməli və ona uyğun icon, logo və digər qrafik işlərini hazırlatmalısınız.
Unreal Engine 4 ilə hazırlamış olduğumuz ArchViz layihəsinin demo videosu.
Qeyd: AAA oyunlarda ən yüksək səviyyə hesab edilir və bu oyunun keyfiyyətinin göstəricisidir. Ətraflı bu linkdə.
Komanda
Boom Beach oyununun komandası. (Supercell)
Hər bir layihədə, fərq etməz oyun, veb sayt və ya hardware işi olsun, sizə komanda lazımdır (əgər layihə həcmi böyükdürsə və ya tək gücünüz çatmırsa). Amma komandasız da kiçik işlər görə bilərsiniz (məs. Flappy Bird).
Bəs bu komanda yoldaşlarımı necə tapa bilər və öz işimə cəlb edə bilərəm?
Mən öz adıma danışsam əgər, Azərbaycanda yaşadığımdan burada bu sahədə təcrübəli şəxsləri tapmaqda çətinlik çəkdim. Bu sahədə olan təcrübəli şəxsləri axtarmaq məqsədi ilə internetdə hər yeri gəzdim (forumlar, qruplar və s.).
Tapdığım insanlara nə deyərək razı edib öz işimə cəlb etdim?
İlk öncə onlara oyun layihəmin detallarını izah etdim. Əgər qarşımdaki şəxsin layihəmə marağının artdığını gördümsə (bunu sizə verdiyi suallar ilə görə bilərsiniz.), həmin şəxsə “Mən təssüf ki sizə, maaş təklif edə bilməyəcəm, çünki biz indie qrupuq hazırda. Yalnız oyun çıxışında əgər uğurlu satış əldə edə bilərsə oradan sizə faiz verə bilərəm.” dedim. Bu təklifimi qəbul edənlər çox olduğundan hazırda komandamızda çox adam var. Əgər siz Kickstarter və ya Indiegogo kimi saytlarda kampanya açıb oradan “donate” almağı hədəfləyirsinizsə, aldığınız yardım məbləğindən satışların əvəzinə komandanızdakilara faiz verə bilərsiniz (mən belə etdim.). Əgər istəsəniz faiz yox, fix məbləğ də ödəyə bilərsiniz. Əgər o şəxs, məsələn, 3D Modeller’dirsə model başına $500 istəyə bilər və ya ümumilikdə bütün modellərinin qarşılığında bu məbləği istəyə bilər. Nəticə olaraq siz işə götürdüyünüz şəxslərə faiz və ya fix bir məbləğ təklif edə bilərsiniz.
Qeyd: Indie = independent yəni azad və asılı olmayan mənası verir. Indie Game Developers isə Asılı olmayan oyun təsisçiləri. Bu o mənaya gəlir ki, siz hansısa şirkətdən asılı deyilsiniz və azad şəkildə öz işinizi özünüz görürsünüz. Kickstarter və Indiegogo saytları sizə öz fikrinizi, ideyanızı hamıya açıqlayıb onlardan pul dəstəyi almağınıza kömək edir. Hədəflədiyiniz məbləğə (məs. $25.000) çatdıqda isə sizə bank və ya başqa üsullar ilə göndərilir.
Komanda strukturu necə olmalıdır?
- Layihə idarəçisi
- Hekayə yazan
- Environment (çevrə) modelləyən
- Organic modelləyən
- Texture üzrə çalışan
- 2D Qrafikaçı
- Level dizayneri
- Səs effektləri ilə çalışan
- Musiqi bəstələyən
- PR, Marketing üzrə çalışan
Sizin işiniz nə olacaq?
- Layihə Meneceri
Vəzifələriniz:
Layihə başlatma mərhələsi;
Layihə planlama və dizayn mərhələsi;
Layihə davam etdirmə və qurma mərhələsi;
Layihəyə nəzarət etmə mərhələsi;
Layihənin sonlandırılması.
Bu linkdən ətraflı baxa bilərsiniz. - Ssenarist
Filmlərdə olduğu kimi, oyunlarda da ssenarinin olması vacib amillərdən biridir. Hekayənizin qəliz və sirli olması oyunçuların oyununuzu sıxılmadan oynamasına kömək edir. Hekayə özünü təkrarlamamalı və bir başqa tanınmış hekayənin oxşarı olmamalıdır. Hekayənizi oyunçunun oyun içində verəcəyi qərarlara görə dəyişməsinə imkan yaradın. Bu oyunu daha da maraqlı edir.
Bu linkdən ətraflı baxa bilərsiniz. - 3D/2D Modelləmə və Texture
Layihədə modelləmə işinə siz baxırsınızsa, bunu bilməlisiniz ki, oyunun necə olacağı sizdən asılıdır. İşinizdə diqqətli və səliqəli olmaslısınız. Deyək ki, bu işə yeni başladınız, sizdə hansı biliklər olmalı və hansı alətlərdən istifadə etməlisiniz? Əgər heykəltaraşlıq bacarığınız varsa tez bir zamanda bu işdə professionallaşa bilərsiniz. Lakin heykəltaraşlıq bacarığı ilə birlikdə 3D proqramlarını da istifadə etməyi bilməlisiniz. Bəziləri soruşur həndəsi biliklər lazımdır mı? Xeyr. Artıq indiki dövrdə professional biliklər ilə yox fantaziyanız ilə mükəmməl işlər görə biləcəyiniz asanlaşdırılmış proqram təminatları mövcuddur. Bu sektorda ən çox istifadə edilən proqramlar 3Ds Max, Maya, Blender və ZBrushdır. Daha sonra modelinizi bitirdiyiniz zaman ona texture və material verməlisiniz. Texture üçün Photoshop istifadə edilir. Möhtəşəm materiallar hazırlamağınız üçün isə Substance adlı proqram təminatı sizə kömək olacaq.
Link 1 və Link 2’yə baxa bilərsiniz. - Level Dizayn
Yuxarıda 3D Modeller’in oyunun necə alınacağına təsir edəcəyini qeyd etdim. Level Dizaynda isə oyunçunun sizin oyunu necə qəbul edəcəyindən siz məsuliyyət daşıyırsınız. Level dizayn mərhələsində siz oyun üçün ən başda qərarlaşdırdığınız oyun mühərrikindən istifadə edəcəksiniz. Bütün oyun mühərriklərinin level dizaynı üçün tool’ları var. Bu işi görmək üçün oyun mühərriklərindən ən azı 1 və ya 2’ni yaxşı bilməlisiniz.
Bu linkə baxa bilərsiniz oyun mühərrikləri haqqında məlumat almaq üçün. - Səs
Film və oyunlarda əsas amillərdən biri musiqi və səs effektləridir. Hekayə ilə birlikdə oyun musiqiləri də oyunçulara xoş təsir bağışlayır. Oyununuzun konseptinə görə musiqilər və səs effektlərindən istifadə etməlisiniz. Əgər komandanızda səs effekti və ya musiqi bəstələyicisi üzrə çalışırsınızsa FL Studio kimi proqram təminatlarını çox yaxşı bilməlisiniz.
6. Tanıtım
Məhsulun keyfiyyəti kimi onun tanıtımının da güclü olması vacibdir. Sosial şəbəkələrdən güclü şəkildə istifadə etməyi bacarmalısınız. Marketinq sahəsində çox şey danışa bilməyəcəm, çünki təcrübəm yoxdur. Amma bu link’dən oyunların marketinqi haqqında çıxışı izləyə bilərsiniz.
Yayımlama (Publishing)
Fərz edək ki, artıq oyununuzun hazırlanma prosesi bitdi. İndi nə edəcəyik? Şəkildəki kimi GameStop mağazasında satışa buraxacayıq? Xeyr. İlk olaraq əgər indie game developersizsə buna gücünüz çatmayacaq. GameStop kimi fiziki mağazalarda indie oyunları çox çətin ki, satışa buraxılsın. Onlarla müqavilələr bağlamalı və ilkin ödənişlər etməlisiniz. Artıq demək olar ki, böyük şirkətlər belə oyunlarını virtual mağazalarda birbaşa satışa qoyur. Çox limitli şəkildə qutulu versiyalarını GameStop kimi mağazalarda satır. Bu dediklərim PC oyunları üçün keçərlidir. Lakin konsol oyunlarının hamısı demək olar ki, fiziki mağazalarda satılır. Biz indie game developer’lər olaraq oyunumuzu birbaşa əgər PC üçün hazırlanıbsa Steam, mobil üçün isə Google Play (Android) və ya AppStore (iOS)’da asanlıqla satışa çıxara bilərik. Steam üçün ilkin olaraq $100 ödəniş edib developer hesabı açırıq. Oyunumuzu Greenlight adlı səsvermə səhifəsində səs verməyə çıxarırıq. Əgər yetərli səs toplanarsa oyunumuz əsas mağazaya satışa əlavə olunur. Əgər səs toplaya bilməsək oyunumuz mağazada satışa çıxa bilmir. Amma mobil mağazalar üçün isə belə deyil. Appstore üçün $100, Google Play üçün isə $25 ödəniş edərək developer hesabı açıb oyunumuzu birbaşa satışa çıxara bilərik. Virtual mağazalara əlavə etdikdən sonra oyunumuz haqqında reklamlar yaratmalı və onu tanıtmalısınız. Amma oyununuz bənzərsiz fikirə və dizayna sahibdirsə, tanıtım və reklam etmək bəzən lazım olmur (bax. Flappy Bird.).
Məndən bu qədər… Ümid edirəm ki, yazımı bəyəndiniz. Əgər yenə belə yazılarımın gəlməsini istəyirsinizsə, bu məqaləmi sosial şəbəkələrdə paylaşın və dostlarınıza çatdırın (Recommend düyməsini sıxmağı unutmayın.)
Qeyd: Məqaləmi öz saytınızda yerləşdirmək istəyirsinizsə əvvəlcədən mənimlə əlaqə saxlayın. rufatmdl@gmail.com
Comments are closed, but trackbacks and pingbacks are open.