Millət vəkili: “Biz öz həyatımızın müəllifləriyik” – FOTO
Tədbirin sonunda məktəbin direktoru Afaq Əliyevanın “Vaxtilə oxuduğunuz məktəbin məzunu kimi bu günü necə qiymətləndirdiniz?” sualına Novruz Aslanın “5+” cavabını məktəblilər alqışlarla qarşıladılar. “Siz bu gün xoşbəxt insanlarsız” deyə qonağın fikirləri uşaqlar üçün əsl motivasiya oldu:
Mən necə öz müdir ola bilərəm
Suriya şairi və esseisti Adonis (əsl adı, Əli Əhməd Səid Əsbər) dünya poeziyasının tanınmış nümayəndələrindən biridir. “Goethe” mükafatina layiq görülən Adonis bir neçə dəfə Nobel mükafatına namizəd olub.
Suriya Sosial Milli Partiyasının üzvü olduğuna görə 1955-ci ildə həbs olunub. Sonra Livana gedən şair 1985-ci ildə Fransaya mühacirət edib. Almaniyanın “FAZ” qəzeti hazırda Parisdə yaşayan şairlə ərəb ölkələrində, həmçinin vətəni Suriyada baş verən hadisələrlə bağlı müsahibəsini yayımlayıb.
– Ərəb baharı başlayanda siz demişdiz ki, Məsciddən başlayan inqilabda iştirak etmək istəmirəm. Bunun azadlıq və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Niyə bu qədər pessimistsiz?
– Bu, pessimizm yox, reallıqdır. Əgər bir siyasi sistem dini bazis üzərində qurulursa, demokratiya olmayacaq. Ya biz demokratiya və azadlıqda yaşamalıyıq, ya da dini sistemdə. Mən birinci variantı, demokratiya və azad olmağı seçirəm. Amma bu, o demək deyil ki, dinə qarşıyam. Sadəcə din bizi institut kimi idarə edirsə onda bu tiraniyadır. Həm də o səbəbdən ki, dindar olmayan və ya başqa dini inancı olan adamlar da var. Dini qaydaları və əsasları olan cəmiyyət mənim üçün diktaturadır. Və dini diktatura hərbi diktaturadan daha pisdir.
– Hərbi və dini diktatura arasında hansı fərq var?
– Hərbi diktatura sənin başını və siyasi fikirlərini idarə edir. Bu, dəqiq pisdir. Dini diktatura isə sənin başına, ürəyinə, ruhuna, bir sözlə, bütün bədəninə nəzarət edir. Şübhəsiz ki, hər ikisi qeyri-demokratikdir.
– Yəni dinlər o zaman antidemokratik olur ki, siyasi hakimiyyətə, dövlətə təsiri var?
– Dinlər cəmiyyətdə bütün qrupları eyni öhdəlikləri götürməyə çağırır, amma onların eyni haqqı olması ilə razılaşmırlar. Məsələn, niyə islam qaydalarına görə, müsəlman qadın xristianla evlənmə bilməz? Əksinə, bir xristian müsəlman olmadan bunu edə bilməz. Niyə islam şərtlərində formalaşmış müsəlman nazir kimi vacib postları tutur, xristianlar yox. Əgər siyasi hakimiyyət dini bazisə əsaslanırsa və cəmiyyət din naminə idarə olunursa vətəndaş haqları qüvvəsini itirəcək. Müsəlmanlar iddia edirlər ki, islam azadlıq üçün təminatdır. Din azadlığı təmin etmir, hər kəs üçün istisnasız olaraq. Yalnız insan haqları bəyannaməsi, konstitusiya bunu öz üzərinə götürə, azadlığa təminat verə bilər. Ərəb ölkələrində demokratiya yalnız vətəndaş cəmiyyətinə, vətəndaş haqlarının bərabərliyinə əsaslanarsa dünyəvi dövlət də mümkündür.
– Deməli, bütün problemin həlli dindən ayrı dövlətin qurulmasındadır?
– Onsuz müasir cəmiyyət qurula bilməz. Əgər bizim məqsədimiz demokratik və azad ərəb cəmiyyəti qurmaqdırsa, onda başqa cür düşünən azlığı qəbul etməliyik. Yalnız bu halda dünyaya açıq cəmiyyət qurmaq olar. Dünyəvi dövlət individual inanclara qarşı deyil. İnsanın istənilən dinə haqqı var və bu, onun fərdi azadlığıdır.
– Niyə indiyə kimi ərəb cəmiyyəti və dünyəvilik bir araya gələ bilmir?
– Çünki ərəblər hələ də xilafətin dilində danışır və işğalçılıq prinsipləri var. Bir cəmiyyəti hələ də dini nəzər nöqtəsinə əsasən dini çoxluğa və azlığa ayırmaq metodu qeyri-demokratik strukturun təsdiqidir.
– Ümumiyyətlə, ərəb cəmiyyətinin tarixində demokratiya olubmu?
– Yox. Biz ərəblər 1500 ildən bəri bir dairədə dövrə vururuq. Bu müddətdə bizim əsas işimiz cəmiyyətdə dəyişiklik etmədən, proqressivliyi düşünmədən siyasi hakimiyyəti ələ keçirmək olub. Heç kəs cəmiyyəti dəyişməyə cəhd eləmir. Kimsə mədəniyyətdə inkişaf və cəmiyyəti yaxşılaşdırmaq üçün yol axtarmır. Kimsə yol aramır ki, ərəbləri necə müasir insan etmək mümkündür.
– Suriya müxalifəti azadlığa və demokratiyaya çağırır. Bəziləri debatlarında vətəndaş cəmiyyəti ideyasını da təklif edir.
– Bu sözlərin əhəmiyyəti yoxdur. Yeni xilaskarlar indiyədək özlərinin siyasi proqramında bir dəfə də olsun dünyəvilik anlayışını qeyd eləməyiblər. Bu, necə inqilabdır ki, bir sözdən qorxur? Onların başında hələ də cəmiyyəti dini azlığa və çoxluğa bölən doqma hakimdir.
– Ərəb intellektualları ümumiyyətlə dəyişikliklərdə rol oynadımı?
– Təbii. Suriyada və başqa ərəb ölkələrində baş verənlər yaxşı bir həyat ideyasından meydana gəlib. Bu ideya birdən-birə heç nədən yaranmayıb. Bir çox ərəb intellektualları, yazıcıları azadlıq və demokratiyanı dəstəkləyirlər.
– Niyə siz inqilabın tərəfində deyilsiz?
– Axı, mən necə inqilabın tərəfində ola bilərəm. Məsələ onun siyasi proqramındadır. Əvvəldə o, azadlıq və demokratiya uğrunda dinc şəkildə mübarizəyə başlamışdı. Bu gün isə tamamilə zorakılıqdır, silahlı üsyandır. Müxtəlif islam ölkələrindən olan muzdlular inqilabın sıralarındadır. Qatar, Səudiyyə Ərəbistanı və Amerika onları silahlandırır. Bu, inqilab deyil. O, yalnız rejimi devirmək istəyən üsyançı qruplardan ibarətdir. Mən onu necə dəstəkləyim?
– Suriya böhranında Qərbin rolu nədir?
– Qərb Suriya məsələsində özünü bilgisiz, cahil kimi aparır. Baxmayaraq ki, onlara maariflənməkdə kömək edən ekspertləri az deyil. Hadisələrlə bağlı səthi informasiyaları var. Siyasət sahəsini nəzərdə tuturam. Bir çox Qərb intellektualları siyasətçilərdən daha yaxşı məlumatlıdırlar, amma onların siyasi gücü yoxdur. İndi Qərb iqtsadi böhran yaşayır. Ərəb dünyasının böyük hissəsi isə varlıdır. Ona görə də Qərb hər şey edir ki, öz iqtisadi problemini həll etsin, hətta dəyərlərinə qarşı gedərək, demokratik prinsipləri və insan haqlarını pozmaq bahasına.
– Mümkündür ki, böhran nəticəsində Suriya bir neçə dövlətə bölünsün?
– Hər şey mümkündür. Bu, dünya güclərinin Suriyadakı rolundan asılıdır.
– Bəzi qərb ölkələri Suriyanı hərbi müdaxilə ilə hədələyir.
– İnanmıram ki, müdaxilə baş versin. Suriyanın mürəkkəb strukturu var: Səudiyyə Ərəbistanı, Qatar və Türkiyə, Mərakeşdən tutmuş Pakistana kimi bir çox ölkələrdə mötədil islam bəhanəsi altında sünni hakimiyyətini gətirmək istəyirlər. Bir növ Aralıq dənizindən Qafqaza, Rusiya sərhədlərinə kimi vahid zona yaratmaq istəyirlər. Bir tərəfdən bu, Rusiyanın izolyasiyasına gətirəcək, digər tərəfdən şiələrin təsirinə mane olacaq. Həm də Rusiyada, Çində yaşayan müsəlmanları alətə çevirəcəklər. Bundan başqa Rusiya və Çinin Suriyada maraqları var. Ona görə konflikt mürəkkəbdir. Suriya Türkiyə, Aralıq dənizi, Liviya, İsrail və İordaniya ilə sərhəddir. Kürd bölgələri bilavasitə əlçatandır. İran, Fars körfəzi, Yunanıstan da uzaq deyil. Hərbi müdaxilə olarsa, Suriya çox güman ki, cihadçıların əlinə düşə bilər. Onların hakimiyyəti bütün bölgəyə təsir edəcək. Qərb doğrudanmı bununla barışacaq? İnanmıram.
- Onlar heç vaxt əvvəlki yerinə dönməyəcək
- “Murders in the Same Building” serialının üçüncü sezonu yayımlanacaq
- Orxan Mərdan: “Kino foruma dəvət olunmamağımın səbəbi mənim üçün aydın deyil”
Millət vəkili: “Biz öz həyatımızın müəllifləriyik” – FOTO
Millət vəkili, Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan vaxtilə təhsil aldığı Keşlə qəsəbəsindəki 201 saylı tam orta məktəbdə qonaq olarkən hisslərini belə ifadə etdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Kaspi” qəzeti ilə birgə həyata keçirdiyi “Məktəbdə” layihəsində qonaq olan millət vəkili illər sonra təhsil aldığı doğma məktəbinin dəhlizlərini, sinif otaqlarını gəzdi, ilk dəfə qədəm qoyduğu dərs otağına baş çəkdi, məktəb illəri, sevimli müəllimləri, sinif yoldaşları ilə bağlı xatirələrini yada saldı.
Novruz Aslan şagirdlər qarşısında millət vəkili kimi fəaliyyətindən, Qızıl Aypara Cəmiyyətindəki işindən, bəstəkar kimi yaradıcılığından söhbət açdı, məktəbliləri maraqlandıran sualları cavablandırdı.
“İlk dəfə bu məktəbə gəldiyim gün indiki kimi yadımdadır. Valideynlərimin hər ikisi işlədiyi üçün məni məktəbə dayım qızı gətirdi. Bakı Ət Kombinatının yanından hər gün bu məktəbə qədər 3 km yarım məsafəni qət etdim, bir o qədər məsafəni də geri qayıtdım. İndi o küçə atam Davud Aslanın adını daşıyır. Həm Keşlə kəndi, həm də bu məktəb mənim həyatımda önəmli yer tutur. Bu zalda bizim çoxlu görüşlərimiz, konsertlərimiz olub” – deyə qonaq xatırladı:
“Mən rus dilində oxumuşam. 1-ci sinifdə Olqa Zaxarovna adlı müəllimim vardı. O dünyasını dəyişəndən sonra başqa müəllimlərdən dərs aldım”.
“Yəqin sizin üçün maraqlı olar: mən necə şagird olmuşam?”- deyə qonaq davam etdi:
“Elə sizin kimi olmuşam. Əlaçı olmamışam. Amma təhsil prosesinə həmişə diqqətlə yanaşmışam, bacardığımı etmişəm. Xüsusən 8-ci sinifdən sonra qarşıma bir məqsəd qoydum: nəyəsə nail olmalıyam. Mənim üçün bir motivasiya da vardı: ilk məhəbbətim bu məktəbdə idi. Biz “necə edək ki, həyatda öz yerimizi tutaq” deyə fikirləşirdik. Sovet vaxtı institutu bitirməyən gənclərə qız vermirdilər. Bu da mənim üçün motivasiya oldu: ali təhsilim olmalıdır ki, gələcəkdə istədiyim qızla ailə qurum. Amma həyat öz diqtəsini edir. Bizdən asılı olmayan hadisələr də baş verir və bunlar bizim həyatımızı daha da rəngarəng və uğurlu edir. Yəqin sizin üçün maraqlıdır: sevdiyim insanla həyat qura bildimmi? Yox, qura bilmədim. Ondan sonra da sevdiyim xanımlar oldu. Amma qismət gətirib məni bir ailə sahibi etdi. Siz də böyüyəcəksiniz, sizin də öz qismətiniz olacaq. Hər kəs öz qismətinin üzərində daim çalışmalıdır. Ağlıma gəlməzdi ki, mən gələcəkdə millət vəkili, ictimai xadim və musiqiçi ola bilərəm. Amma bunlar oldu. Hər bir insanın taleyi öz əlindədir. Biz öz qismətimizin və həyatımızın müəllifiyik”.
“Millətin vəkili, yoxsa Qızıl Aypara Cəmiyyətinin prezidenti – hansı daha məsuliyyətlidir?” sualına cavab verən N.Aslan fəaliyyəti haqqında qısa və konkret danışdı:
“Hər ikisi məsuliyyətlidir. 1995-ci ildən Aypara Cəmiyyətindəyəm. Bu, insanlara yardımçı olmaqdır. Biz humanitar sahədə layihələr həyata keçiririk. Türkiyədə olan zəlzələdən sonra təşkilat böyük bir kampaniya həyata keçirdi. Biz artıq 400 minə yaxın vəsait toplamışıq. Bu, sizlərin vəsaitidir. Biz artıq o vəsaitləri Türkiyəyə yönəltmişik. Çalışdığımız qədər hər il hesabatlar hazırlayırıq. Gördüyümüz işlər çoxdur. Pandemiya vaxtı Qızıl Aypara könüllüləri qapıları döyür, insanlara ərzaq və dərmanlar aparırdılar. Fövqəladə Hallar Nazirliyi ilə razılaşmamız var. Tutaq ki, kiminsə evi yandı, dövlət işçiləri özlərini ora çatdırana qədər Qızıl Aypara işçiləri artıq orada olurlar. Dövlət qiymətləndirənə qədər biz artıq ilk yardımı edirik. Çadırdan ev qururuq, əşyalarla təmin edirik”. N.Aslan millət vəkili kimi öhdəliyindən danışaraq qeyd etdi ki, bu, çox ağır və şərəfli vəzifədir: “Çünki cəmiyyət və dövlət qanunlarla idarə olunur. Necə ki, məktəbin, yaşadığınız ailələrin öz qayda-qanunları var, dövlətin də öz konstitusiyası və qanunları var. O qanunlar mükəmməl olanda ölkə də, cəmiyyət də inkişaf edir. Mən hər dəfə qanunlara səs verərkən böyük məsuliyyət hiss edirəm”.
“Necə düşünürsünüz, bu gün dünyadakı proseslərin ümumi mənzərəsi fonunda humanizm dəyərlərinə sadiqlik arzuolunan səviyyədədirmi?” sualına qonağın cavabı fəlsəfi olduğu qədər də real səsləndi:
“Düşünürəm ki, yox. Mərhəmət hisslərinin formalaşması ailədən, insanın ətrafından, fəaliyyət göstərdiyi mühitdən çox asılıdır. Bir çox ölkələrdə müharibələr baş verir. Uşaqlar, yaşlılar həlak olur. Biz 30 il ərzində bunu gördük. Bizim 1 milyon qaçqın və məcburi köçkünümüz oldu. O mühitdə və şəraitdə yaşayan insan humanizm haqqında çox vaxt fikirləşmir. Amma bizi insan edən amal şüurumuz, zəkamızdır. Cəmiyyət əzazil olsa, onda humanist olmaq çox çətindir. Şükürlər olsun ki, bizim cəmiyyət çox humanistdir”.
“Qızıl Ayparanın prezidenti olaraq fəaliyyət, millət vəkili kürsüsü, yoxsa royal arxası? Novruz Aslan özünü daha çox harada tapıb? Hansı işdə daha rahatsız və özünüzü tam olaraq ifadə edə bilirsiniz?”- deyə məktəblilər maraqlandı:
“Mənim iş otağımda Qızıl Aypara Cəmiyyətindəki fəaliyyətim üçün masam, arxa otaqda səsyazma studiyası, yan tərəfdə də idman otağıdır. Bütün fəaliyyətimi bir yerdə cəmləşdirmişəm. Çalışıram ki, biri digərinə mane olmasın”.
Şagirdlərdən biri Novruz Aslanın bəstəkarlıq fəaliyyəti ilə maraqlandı:
“Gözəl musiqi əsərlərinin müəllifisiniz. Bəstəkarlıq sizin üçün sadəcə hobbidir, yoxsa daxili ehtiyac?” Novruz Aslan “Təbii ki, daxili ehtiyac. ” deyə cavab verdi:
“Hər bir insanın qəlbində bir musiqi var. Hər insanın səsində musiqi var. O musiqi varsa, demək insan o ali hisslərə artıq qovuşmuş olur. Musiqi mənim həm həyat tərzim, həm də daxili tələbatımdır. Musiqiyə ola bilsin, nə vaxtsa hobbi kimi baxırdım. Amma artıq musiqi mənim üçün yaradıcılıqdır, həyatımın böyük bir hissəsidir”.
“Martın 10-da Qızıl Aypara Cəmiyyətinin yarandığı gün, martın 22-də isə sizin doğum gününüzdür. Yaşanan illərin hesabatı özünüzü qane edirmi?”- deyə maraqlanan şagirdin sualına qonağın cavabı da maraqlı səsləndi:
“Əslinə qalsa, həyat elə bir şeydir ki, heç vaxt onunla qane ola bilməzsən. Nə qədər də xoşbəxt, uğurlu olsan, hesabatlılıq səni həmişə təzyiq altında saxlayır. Mən həyatımı pis yaşamamışam. “Siz necə insansınız?”- deyə sual verəndə birmənalı olaraq deyirəm:
“Pis insan deyiləm”. Bir neçə gündən sonra Qızıl Aypara Cəmiyyətinin 104 illiyini qeyd edəcəyik. Ondan bir neçə gün sonra mənim 60 yaşım olacaq. Bu günlərdə 12-ci kitabımı bitirdim. “İnsanlar niyə qəddar olur?”, “Bir-birlərini niyə öldürürlər?” kimi suallar yəqin hamınızı maraqlandırır. Bütün bu sualların cavabını tapmağa çalışdım, gedib çıxdım cənnətə – həm Adəmə, həm Həvvaya. Hər şey oradan qaynaqlanır”.
Tədbirin sonunda məktəbin direktoru Afaq Əliyevanın “Vaxtilə oxuduğunuz məktəbin məzunu kimi bu günü necə qiymətləndirdiniz?” sualına Novruz Aslanın “5+” cavabını məktəblilər alqışlarla qarşıladılar. “Siz bu gün xoşbəxt insanlarsız” deyə qonağın fikirləri uşaqlar üçün əsl motivasiya oldu:
“Siz müxtəlif siniflərdə oxuyursunuz. Əminəm ki, gələcəkdə uğurlu insanlar olacaqsınız. Öz üzərinizdə çalışın. Zaman gələcək, indi mənim durduğum yerdə – bu mərkəzdə dayanıb sizin kimi şagirdlərlə görüş keçirəcəksiniz”.
Mən necə öz müdir ola bilərəm
“Hal-hazırda İslam və terror eyni səsləndirilir”
Əslinə qalsa İslam budurmu? Bir çox müsəlmanlar da əsl İslamın bu olmadığını deyirlər. İslam, terror, xurafat. Quranda yazılıb və müsəlmanlar deyir Qurani-Kərimə dəyişiklik edilməyib. Bu kitabı Allah özü qoruyur. Bəs Müsəlmanlar bu kitabı oxuyurmu? Quran kitabdır, yoxsa bərəkət gətirən bir bəzək əşyası? Müsəlmanlar Qurani-Kərimi oxuyaraq müsəlman olur, yoxsa hansısa din alimlərinin fikirləri ilə?
İslamda, ümumiyyətlə dində mübahisəli mövzular çoxdur. Düzdür, bunun hamısını bir müsahibəyə sığdırmaq olmaz. İlahiyyatçı alim Elşad Miri Ölkə.Az-a müsahibəsində bir çox qaranlıq məsələlərə aydınlıq gətirməyə çalışıb.
“Quranı açıb oxumurlar. Sanki Quran öpülüb yuxarı yerə qoyulmaq üçündür. Bina yanır, insanlar ölür, bir jurnalist yanmayan Quranı götürüb deyir ki, Allah Quranı qoruyub, bu kitab yanmayıb. Allah qoruyan idisə, orada yanan uşağı qoruyardı. Arası açılmayan kitabdır, oksigen getmir deyə yanmır. Oxunmayan kitab niyə yansın ki. “
Ölkə.Az Elşad Miri ilə geniş müsahibəni sizə təqdim edir:
– Salam. Necəsiniz Elşad bəy?
– Yaxşıyam. Siz yaxşı olasınız.
– Öncə başlayaq dünyada baş verən proseslərdən. Dünyada gedən prosesləri Qiyamətin əlamətləri kimi qiymətləndirənlər var. Bu haqda nə deyə bilərsiniz?
– Əslində peyğəmbərimizdən sonra qiyamətin əlamətləri deyilən bir anlayış yoxdur. Allah Qurani-Kərimdə deyir ki, hətta Allah özündən də gizləyəcək Qiyamətin gününü. Allah bir şeyi ki özündənbelə gizləyəcəksə, bunu bu gün insanlara necə elan etmək olar ki, artıq qiyamətlərin əlamətləri görünür? 1400 ildir insanlar bunu gözləyir. Müəyyən hadisələr ortaya çıxır və onu Qiyamətin əlamətləri kimi təqdim edirlər. Qiyamətin əlaməti kimi qiymətləndirilən hadisələr ümumiyyətlə bəşər tarixi boyu həmişə baş verib. Baş verən hadisələri Qiyamətin əlamətləri ilə əlaqələndirmək mümkün deyil. Çünki Qiyamət əlaməti deyilib, o qədər bundan sui-istifadə olunub ki, insanlara tam açıqlamaq olmur. Qiyamətin əsas əlaməti sonuncu peyğəmbərin gəlməsi və Allahın sonuncu kitabının göndərilməsi idi. Bundan sonra Qiyamət gözləmək doğru deyil. Artıq bu məsələ bitib, qurtarıb.
– Suriyadakı müharibənin dinlə nə əlaqəsi var?
– Yoxlamalar aparılıb, dünyadakı müharibələr hansı formada şərh edilə bilər. Birinci və İkinci dünya müharibəsi oldu. Bunların heç biri İslamla əlaqəli bir müharibə deyildi. Tam əksinə özlərini xristian adlandıran dövlətlərin, qruplaşmaların müharibəsi idi. Suriya məsələsindən əvvəl baş verən hadisələr var idi. Məsələn Rusiyanın Əfqanıstana girməsi. Rusların Əfqanıstana girməsi SSRİ-nin dağılmasına gətirib çıxaran səbəblərdən biri oldu. Məsələyə bu cür yanaşmaq lazımdır. Bu gün texnologiya ABŞ və İngiltərənin əlindədir. Onlar baxdı ki, ən böyük neft ehtiyatlarına Səudiyyə Ərəbistanı, İraq və Yaxın Şərq dediyimiz ölkələr sahibdir. Onlar gördü ki, ABŞ ordusu gəlib o ölkələrdə savaş aparsa çox xərc lazım olacaq. Ona görə ən yaxşı seçim xaos planı oldu. Ölkələrin içərisindəki xaosdan yararlandılar. Suriyada Bəşər Əsəd tərəfə Rusiya və Çin silah verir, müxalifətə isə Qərb ölkələri silah verir. Nəticə etibarı il burada ən çox zərbə özünü müsəlman adlandıran şəxslərə dəyir. Öldürən Allahu Əkbər deyir, ölən də kəlmeyi şəhadətini deyir. Burada itirən ancaq müsəlmanlardır. Digər müsəlman ölkələrinin susmasına səbəb də müəyyən qrupların öz mənafeyini güdməsidir. Bəziləri istəyir hakimiyyətdən getməsin, bəziləri onlarda da eyni hadisələrin baş verməməsini istəyir, bəziləri isə “Ərəb baharı” deyilən anlayışın onların ölkələrinə sıçramaması üçün izləyici qalıblar. Keçmişdə müsəlman ölklərdə problemlər məzhəb məsələlərinə görə olub. Bu şiə-sünni məsələsi də ola bilər, daha çox isə özünü sünni adlandıran müxtəlif qrupların tərkibində elələri çoxdur. Tarixdə məzhəblər arasında problemələr olub, indi bunu yenidən gündəmə gətirdilər. Qərb çalışdı ki, din məsələsini elə bir halda təqdim etsin ki, İslam sanki terrordur. Əfqanıstanda Əl-Qaidə idi. Əl-Qaidəni nə qədər İslam terror təşkilatı kimi təqdim etsələr də, adında İslam yox idi. Suriyada İŞİD məsələsinədə isə İraq var, İslam var, Şam var. Qərb dünyası bunu etməklə “İslam = terror” anlayışını ortaya atmaq istəyir. Fransanın özündə baş verənlər, Suriyadan qaçan insanların Avropaya axın etməsi. Bəzi Avropa ölkələrində islamın daha çox yayılması siyasətçiləri narahat etdi və yeni bir düşmən obrazı formalaşdırılaraq dünyada bir xaos şəraiti yaradıb öz işlərini görməyə çalışırlar.
– İslamın hansı təriqəti əsl şəriətə uyğundur?
– Heç biri. Çünki, hər bir təriqət deyir ki, mən ən doğrusuyam. Təriqət və məzhəb fərqli şeylərdir. Əslinə qalsa ərəb dilində ikisi də yol deməkdir. Məzhəb iki cür anlaşılır. Biri var əməli məzhəblər, biri də var, etiqadi məzhəblər. Təriqətlər isə XI əsrdən ortaya çıxıb. Onlar daha çox sufiliklə bağlıdır, nəqşibəndilər, xəlvətiyyə və s. təriqətlərdir. Məzhəblərin isə əsas iki qolu var, şiə və sünni. Hər iki məzhəbin də qolları var. Hər bir təriqət və məzhəb özünün ən doğru olduğunu bildirir. Ən doğru olanı Qurani-Kərimə əsaslanan İslam anlayışıdır. Lazım olsa, peyğəmbərin dövründə də məzhəblər, təriqətlər ortaya çıxardı. Məzhəblərin özləri də öz həqiqətlərini peyğəmbər, İslamla əlaqələndirməyə çalışırlar və peyğəmbər dövründən çıxdığını iddia edirlər. Ona görə də, deyə bilərəm ki, bu gün demək olmaz məzhəb anlayışlarının hansısa doğrudur, hansınınsa arxasınca getmək olar. Bu gün məzhəblərə, təriqətlərə baxdıqda görürük ki, onlar müəyyən qrupların, şəxslərin arxasınca gedir. Özlərini onların davamçıları kimi aparırlar. Bəzi insanlar bilərəkdən və bilməyərəkdən bəzi ölkələrin və şəxslərin quluna çevrilmiş olur.
– Azərbaycanda kiminsə üzündə saqqal görəndə deyirlər, vəhabidir. Əgər həmin şəxs dindardırsa deyir ki, vəhabilik yoxdur, sələfiyəm. Vəhabilik və sələfilik nədir?
– Hindistanlılara hinduizim adını qoyan ingilislərdir. Hind çayı ətrafında yaşayan insanları adlandırdıqları bir addır. Biz onlara hindu deyirik, ancaq onlar özlərini tamam fərqli adlandırırlar. Bu gün özlərinə sələf deyən insanlara kənardan vəhabi deyirlər. Onlar da deyir ki, biz vəhabi deyilik, sələfiyik. Bu adlandırmalardan çıxan məsələlərdir. Vəhabi doğru deyil, çünki onlara Abdul Vahab desək düz olar. XVIII əsrdə Əbdül Vəhab hərəkatı yaranıb, onu nəzərdə tutmaq olar. Ancaq təkcə vəhabi deyəndə səhv çıxır, ona görə ki, Vahab allahın adıdır. Allahın adını yanlış bir şəkildə təqdim etmək doğru deyil. Faktiki olaraq belə bir problem var və onu heç kim inkar edə bilməz. Sələfilik əslində Səudiyyə Ərəbistanı ilə bağlıdır. Şiəlik İranla bağlıdır. İbadilik, Xəvaricin bir qolu isə Omanla bağlıdır.
– Xəvariclər daha radikaldır?
– Peyğəmbərimizdən sonrakı dövrdə İmam Əlinin vaxtında Xəvariclər ortaya çıxdı. Onlar imam Əlini qəbul etmirlər. Ona görə ki, hakimlik anlayışna səhv fikir ortaya gətiriblər. Hətta imam Əlini kafir adlandırırlar. Xəvaric “xaric olunmuşlar, islamdan çıxmışlar” kimi qəbul olunan anlayışdır.
– Digər dinlərdə dövrə uyğun olaraq tənzimləmələr aparılır, din sadələşdirilir. Ancaq İslam yarandığı dövrdə olduğu kimi qalır. İslamda tənzimlənmə olmalıdırmı?
– Qərb və Şərq ölkələrində dinlərlə bağlı araşdırmalar aparan biri kimi deyə bilərəm ki, heç də belə deyil. İnsanları cəlb etmək üçün belə danışırlar. Bu da missionerliyin başqa bir metodudur. Onlar öz dinlərini günün tələblərinə uyğun olaraq təqdim etməyə çalışırlar. Xristian dünyası xristianlığı bazar günü kilsədə 2 saatlıq xütbə dinləmək kimi anlayır. Bir çoxu heç bunu da etmir. Bir çox xristianlar xristianlığı günah dini hesab edib, din xadiminin yanına gedərək günahını yumaq kimi başa düşür. Amsterdamda bəzi kilsələrin altında diskoteka düzəldirlər ki, gənclər diskotekaya gələndə heç olmasa kilsəni görsünlər. İngiltərədə kilsələr var ki, oraya gələn insanların sayı az olduğuna görə o kilsələri müsəlmanlara icarəyə verirlər və ora məscid kimi istifadə olunur. Bu gün Avropada, hinduizimdə dəyişən heç nə yoxdur. Hinduizimdə kişi ölərkən qadını da onunla bir yerdə basdırmağa çalışırdılar. Dövlət bunu qadağan etsə də bəzi yerlərdə bunu hələ də həyata keçirirlər. Qurandan əvvəl olan İncil İsa peyğəmbərə gələn İncilin özü deyil. İsa peyğəmbər ivrit dilində danışıb. Ancaq əlimizdə mövcud olan ən qədim ilk İncil yunan dilindədir.
Bu gün bizə təqdim olunan İslam Allahın bizə göndərdiyi İslam deyil. Biz Allahın endirdiyi dinə yox, insanların uydurduğu dinə baxırıq. Yaxınlarda Londonda oldum. Orada Əhmədiyyə deyilən bir qrup var. Onların dünyadakı mərkəzləri Londondadır. Oraya getdim. Mənə bir əsr əvvəlki liderləri ilə bağlı informasiya verməyə başladılar. Təsəvvür edirsiniz, Din qalıb bir yanda. İslam bu gün onların dediyi deyil. İslamın insanlara ilk əmri “Oxu!”dur. Allah deyir ki, başınızı qaldırın, səmaya baxın, yəni səmanı araşdır, astronomiyanı öyrən. Üzərinizə mindiyiniz dəvəyə baxın. Onlar onsuz da hər gün dəvəyə baxır. Yəni zoologiya elmini araşdırın. Ətraf mühitlə bağlı ayələr var, yəni, coğrafiya elmini araşdırın. İnsanın özü ilə bağlı ayələr var, yəni anatomiyanı araşdırın deməkdir bunlar. BMT-nin apardığı sorğuya görə, dünyada yazmağı və oxumağı bacarmayanların çoxluğu müsəlman ölkələrinin payına düşür. Bu gün müsəlman dünyası Quranın dediyini deyil, Allahın dediyini deyil, İslam adı altında insanların uydurduğu mövhümat və hurafatlara inanaraq bu günlərə qalıb. Bəzən nəyisə deyəndə cavab verirəm ki, Quranı düzgün tərcümə etməyiblər. O dəqiqə deyirlər, sən kimsən ki, belə deyəsən, onu akademik tərcümə edib.
Bəziləri ayə göstərir ki, qadını döy. Quran tərcümələrinin 99%-ni kişilər edib. Ona görə də, qadınların döyülməsinə yer veriblər. Quranı açaq baxaq. Orada qadını döy demir axı. Mən necə öz qızımın döyülməsinə razı ola bilərəm? Kiminsə qızı məndədirsə, onu nəyə görə döyməliyəm? Bunlar hamısı səhv tərcümədir. Qurani-Kərimdə daş-qalaq edilməsi barədə heç bir şey olmadığı halda deyirlər, daş-qalaq olar. Təzəlikcə bir videoçarx yayılıb ki, İslama girəndə aşağı kəsilir, çıxanda yuxarı. Aşağının kəsilməsi İslamın gətirdiyi adət deyil, yəhudilikdən gələn bir şeydir. Qurani-Kərimdə bir dənə də ayə yoxdur ki, dindən çıxanın başı kəsilsin. İŞİD bu gün elədiyi bütün cinayətlərə bir hədis gətirəcək. Ciddi deyirəm, İŞİD hər bir cinayətinin düz olduğunu sübut etmək üçün hədis gətirir. Hədis peyğəmbərin sözüdürsə, peyğəmbər heç vaxt Qurana zidd bir kəlmə danışa bilməz. Əməvilər peyğəmbərin adından istifadə edib hədislər uydurub, bizneslərini qurdular.
– Məkkədəki Qara daşın əhəmiyyəti nədir?
– Məkkədəki Qara daşın dini baxımdan heç bir əhəmiyyəti yoxdur. Qara daşın mənası odur ki, sadəcə orada biləsən ki, neçə dəfə təvaf edirsən. Adam var ki qızının paltarını qara daşa sürtür ki, qızının uşağı olsun. Bu İslam deyil axı.
Quranı açıb oxumurlar. Sanki Quran öpülüb yuxarı yerə qoyulmaq üçündür. Bina yanır, insanlar ölür, bir jurnalist yanmayan Quranı götürüb deyir ki, Allah Quranı qoruyub, bu kitab yanmayıb. Allah qoruyan idisə, orada yanan uşağı qoruyardı. Arası açılmayan kitabdır, oksigen getmir deyə yanmır. Oxunmayan kitab niyə yansın ki. Quran bərəkət kitabı kimi evlərdə saxlanılır. Bunu deyəndə də məni qınayırlar. Quranı ilk yandıran müsəlmanların özləri olub. Niyə bir-birimizi aldadırıq. Müharibələrdə bədənlərinə Quranı yapışdırıblar ki, qarşı tərəf müsəlmanlar onları vurmasın. Bunu edən də müsəlmanlar olub.
– Ərəb qadınları İslamdan öncə də çadrada olub. Sırf təbii şəraitə görə, bu bir növ İslam yox, ərəb adətidir. Niyə görə ərəb yarımadasında olmayan ölkələr də çadraya bürünməlidir?
– Baş bağlanma həmişə olub. Təkcə ərəblərdə yox, bütün dünyada olub. Bu İslamın gətirdiyi yenilik deyil.
– Ancaq bu dəqiqə baş bağlamaq İslam əlaməti kimi görsənir.
– Xeyr. Xristian rahibələrinin də hamısının başı bağlı olur.
– Söhbət Azərbaycandan, xristian olmayan ölkələrdən gedir.
– Bəli, ümumi tendensiya budur. İslamda başörtüsü ilə bağlı gələn ayə İslamdan çox-çox sonralar gündəmə gətirilib. İçkinin özü də, İslamdan 19 il sonra qadağan edilib. Bu gün içən bir adama dərhal kafir demək olmaz. Heç kim belə bir ixtiyar da verməyib. Peyğəmbərə gəlib deyirlər ki, filan sahabə içir. Peyğəmbər deyir, ona toxunmayın. O, Allah və Rəsulunu çox sevir. Gedib bu söhbəti o səhabəyə danışırlar, o da deyir, bu sözdən sonra ağzıma içki vurmayacam. Tərbiyə, media budur. İslamı bu gün o qədər cılızlaşdırmışıq ki, namaz qılmaqla, oruc tutmaqla, baş örtməklə kifayətlənirik. Elə bilirlər bu dindir. Biri var özü istəyib başını örtür, biri də var ya çevrəsinə görə, ya da məcburiyyətdən örtür. Bəzi adamlar var ki, başını örtür, namaz qılır, namazdan sonra başını açır. Deyəndə ki, başını niyə bağlayıb namaz qılırsan, sonra açırsan? Deyirlər, Allahın qarşısına çıxırıq.
– Qadınlar başı açıq namaz qıla bilərmi?
– Başını örtür, deyir Allahın qarşısındayam. Adama deyərlər, başını açanda Allahın qarşısında deyilsən? Adam var ki namaz vaxtında deyirsən, gəl namaz qılaq, deyir baş örtüm yoxdur. Qadın başı açıq namaz qıla bilər. Hətta İslamda paltarın olmasa örtünüb namaz qıla bilərsən. Namaz qılmağı niyə çıxılmaz vəziyyətə salırlar ki?
– Demokratik adamsınız. İlahiyyatçı alimsiniz. Elə bilirdim ofisinizdə işləyən xanımlar hamısı başı bağlı olar, tamamilə yanıldım.
– Ofisdə yalnız bir nəfər başıbağlıdır. O da mənimlə eyni fikirdə olmayan insandır. Burada insanların dininə, düşüncəsinə görə yox, işinə görə qiymət verilir.
– Azərbaycanda insanların əksəriyyəti deyir, 40 yaşımdan sonra namaza başlayacam. Yəni, yeyib, içib, gəzib sonra.
– Öz həyatımdan bir şey danışım. Böyük əmim həmişə mənə dinlə bağlı çox yaxşı şeylər danışırdı. Bu da məni çox maraqlandırırdı. Öz oğlu çox maraqlanmırdı. Sonradan başladım namaz qılmağa. Əmimə dedim, sən nə zaman namaz qılacaqsan? Deyirdi 40 yaşıma çatanda. Deyirdim, niyə, 40 yaş? Deyirdi, peyğəmbər də 40 yaşında namaz qılmağa başlayıb. Əmim içən adam idi, ancaq yenə dinlə maraqlanırdı. 40 yaşı oldu. Ancaq onun 40 yaşı olmadan başqa bir əmim 23 yaşında Volqaqradda təhsil alarkən Volqa çayında batdı. Düzdür, özü bir neçə nəfəri xilas etmişdi, ancaq sonra özü çayda batmışdı. Əmimin öz cavan oğlu 28 yaşında vəfat etdi. Bu söhbətdən sonra dedim əmi, nə vaxt başlayacaqsan namaz qılmağa? Dedi, ürəyim xəstədir. Bir dəfə telefonla danışanda söhbət düşdü, dedim, əmi sən kişi adam deyilsən! Bu da yeganə qorxduğum əmimdir. Uşaq vaxtı məni ayağımdan asan əmimdir. Bu sözü deyəndən sonra fikirləşdim, məni harada tutsa çırpacaq. (gülürük) Dedi, o nə sözdür? Dedim, əmi kişi olsaydın, neçə illərdir deyirsən 40 yaşımda namaz qılacam, 40 yaş 50 yaş oldu. Qardaşın vəfat etdi, oğlun vəfat etdi. Dedim bəlkə bu söz ona təsir edər. Bir gün məni çağırdı. Ürəyimdə dedim, yaşıma baxmayacaq, məni çırpacaq. Mənə demədən, qardaşım da sağ olsun, qardaşımdan namazın sözlərini götürüb əzbərləyib və namaz qılmağa başlayıb. Mənə dedi, gör düz namaz qılıram, ya yox? Yaş öz sözün deyir, müəyyən sözləri yaxşı tələffüz edə bilmir. Dedim, sağ ol, kişi kimi namazını qılırsan.
Bizdə o var ki, heç kimin toyuğuna kiş deməmişəm, ürəyim təmizdir. Adi evdə bir məsələyə görə uşaqlardan birini cəzalandırırsan, həmin vaxt uşağın yanında ən pis adam olursan. Ancaq onun könlünü alanda ən yaxşı insan olursan. Bir insanın hamıya görə yaxşı olması mümkün deyil. Deyirlər, peyğəmbər 40 yaşda namaza başlayıb. 40 yaşda peyğəmbərlik verilib. Peyğəmbərin yanında 10 yaşında da namaza başlayan olub.
Biz təklikdə qalanda düşünməliyik ki, bu dünyada niyə yaşayıram? Niyə bu dünyaya gəlmişəm? Yemək, içmək, işləməkdən başqa məqsədim nədir? Bəziləri karyera fikirləşir, karyeralarının ən yüksək həddində vəfat edirlər. Məni dinə gətirən, niyə bu dünyaya gəlmişəm? Niyə yaşayıram? sualları oldu.
– Dində reinkarnasiya var?
– Reinkarnasiya anlayışı Qurana uyğun deyil. Hinduizim, buddizm dinində reinkarnasiya anlayışının sadəcə idarəetmə metodu olduğu görünür. İnsanlar deyir ki, mən indi bu kasdadayamsa, yaxşı hərəkət etsəm yenidən dünyaya gələndə başqa kasdada doğulacam. Reinkarnasiya idarəetmə metodunun dinlə əlaqələndirilərək insanların idarə edilməsidir.
– İslamda həzrəti Mehdi deyilən bir anlayış var. Bəzi din alimləri deyir ki, bu anlayış əslinə qalsa yəhudilərdən İslama keçmədir. Xristianlıqda Məsih, İslamda Mehdi, hər ikisində “M”. Mehdini gözləmək acizlik deyil?
– Əslində özün öz sualına cavab verdin. (gülürük) Əslində Mehdi inancı da var, Məsih inancı da var. Bu İslamın özünün gətirdiyi bir anlayış deyil.
– Quranda var bu?
– Quranda Məsih sözü var, Mehdi sözü yoxdur. Mehdilik nədir? Sən mənə əzab verdin, mənim gücüm çatmır, deyirəm, gözlə, Mehdi gəlib gör neyləyəcək. Bu tənbəlləşdirməkdir. Mehdi hidayət olunmuş deməkdir. Müsəlmana deyirəm, özünü hidayət olunmuş hesab edirsən? Deyir, hə. Deyirəm onda Mehdisən də sən. Yəhudilərin gözlədikləri sonuncu peyğəmbərlə bağlı idi. Ancaq bu gün onlar Mirşiyah deyə Kral Davudun nəslindən gələcək bir şəxsi gözləyirlər. O, gələcək, Davudun dövründə olan hakimiyyəti bərqərar edəcək. Süleyman məbədi təkrar tikiləcək. Bu timsalla onlar yəhudi xalqını qoruyub saxladılar. İslam dünyasında şiəlikdə belə bir anlayış var ki, 12-ci imam gələcək. Halbuki, tarixi mənbələrdə də var ki, 11-ci imamın övladı olmayıb. Onu necə Mehdi olaraq təqdim edə bilirsən? Suriyada olan vaxtı, döyüşlərdən əvvəl haa, (gülürük) orada çox böyük əməvi məscidi var idi. Deyirdilər İsa peyğəmbər bu məscidin minarəsindən gələcək. İndi həmin məscid dağıdılıb. İndi o yazıx hara gələcək, hara düşəcək? Mehdi gəlib nəyi dəyişəcək? Quranımı dəyişəcək?
Xristianlıqda deyirlər İsa Məsih gələcək və bunu Qurana istinad edirlər. Ancaq Quran bunun əksini sübut edir. Quranda İsa peyğəmbərin gəlməsi ilə bağlı heç bir ayə yoxdur. Axırıncı peyğəmbər Məhəmməd peyğəmbərdir. Quranda Əl – Əzhab surəsinin 40-cı ayəsində yazılıb ki, Məhəmməd sonuncu peyğəmbərdir. Əgər sonuncu peyğəmbər Məhəmməd peyğəmbərdirsə, İsa peyğəmbər necə gələ bilər? Deyirlər, adi insan kimi gələcək. Adi insan kimi gəlib nə edəcək deyəndə, deyirlər xaçı ləğv edəcək, donuzu öldürəcək. Bir insana peyğəmbərlik verilibsə, peyğəmbərliyi əlindən alınan olubmu? Qurani-Kərimdə belə bir şey yoxdur. Peyğəmbərin dövründə donuz olub. Peyğəmbərimiz donuzu öldürün deyib ki? Donuz niyə öldürülməlidir? Heyvanın günahı nədir? Spirt var. Baxır o spirti necə istifadə edirik. Donuz var və ən gözəl təmizləyici heyvandır. Nə gəldi yeyir. Ancaq sən onu yemə. Yəni hər nə gəldi yemə, donuzlaşma.
– Cənnət və Cəhənnəm anlayışı var. Bəziləri deyir cənnətə ancaq müsəlmanlar gedəcək. Bu nə qədər məntiqlidir?
– Birinci özün getməyə çalış. Allah Qurani-Kərimdə kafirləri belə fərqləndirir. Xristianlar belə gedə bilər. Kimin yerini dar edir ora? Buna Allah qərar verir.
– Başa düşdük, xristianlar getməsin. Bəs bu yetim Afrikadakı qəbilələrdə yaşayan insanlar niyə getməsin. Onlar ki, İslamdan xəbərsizdir?
– Razıyam. Buna hökm verən Allahdır.
Comments are closed, but trackbacks and pingbacks are open.