Mübahisəyə necə başlamaq olar
Salam. 7aydır evliyik yoldaşımla mən boşanmaq isdəmirəm. Əyər o ərizə yazıbsa mən yazmadıqım müdətcə bizim boşanmaqmız mümkündür? Yoxsa mən ərizə yazmadıqım müdətcə məhkəmı bizi boşandıra bilməz?
Hüquqi yardım
Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir.
Boşanma prosesi haqqında ətraflı məlumat
Ər-arvad münasibətlərinin hüquqi tənzimlənməsi Azərbaycan hüquq sisteminin qarşısında duran ən mürəkkəb məsələlərindən biridir. Bu onunla bağlıdır ki, nikahın qeydə alınması ilə ər və arvadın bir-biriləri qarşısında əlaqəli hüquq və vəzifələri yaranır. Misal üçün: birgə əmlak hüququ, valdeynlik hüququ və s.
Bəzi hüquq və vəzifələr isə boşanma prosesi başa çatdıqdan sonra da davam edir (birgə nikahdan olan uşaqı saxlamaq vəzifəsi, uşaqla ünsiyyət hüququ).
Boşanma prosesi
Qanunvericiliyə əsasən nikah pozulmasının 2 qaydası var:
Nikahın Qeydiyyat Şöbəsində xitam verilməsi
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (burda Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri nəzərdə tutulur) xitam verilə bilər.
Bu halda tərəflərin hər ikisi ərizə ilə ya nikah bağlanan qeydiyyat şöbəsinə (məs: ASAN 3) ya da ki, onların birinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyat şöbəsinə müraciət edə bilərlər.
Nikahın pozulması zamanı nikahın bağlanması kimi hər iki şəxsin şəxsən iştirak etməsi tələb edilir.
Məhkəmə qaydasında boşanma (nikahın pozulması)
Boşanma prosesi uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur.
Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir. Boşanma prosesi həm ər, həm də arvad tərəfindən məhkəməyə boşanma ərizəsi verildikdə başlayır.
Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, nikahın pozulmasını istəyən şəxs məhkəməyə boşanma ərizəsi verməzdən əvvəl ərizə ilə Mediasiya təşkilatına müraciət etməlidir.
Mediasiya Şurası tərəfindən təyin edimiş mediator tərəfləri barışdıra bilmədiyi təqdirdə isə tərəf məhkəməyə müraciət etməlidir.
Boşanma prosesində nikahın pozulması ilə yanaşı məhkəmə növbəti məsələlərə baxır:
- boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması;
- uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması;
- ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlak bölgüsünün necə aparılması;
- ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarı müəyyən edilməlidir.
Boşanma ərizəsi
Boşanma ərizəsi yazılanda ərizədə boşanmanın səbəbi göstərilməlidir. Bundan başqa, boşanma ərizəsində tərəf boşanmadan sonra uşağın kimin yanında qalmasını və aliment məbləğini qeyd etməlidir. Sonuncu iki tələb qeyd edilmədiyi təqdirdə məslə hakimin mülahizəsinə əsasən həll edilir.
Boşanmaq üçün lazım olan sənədlər
- Nikah haqqında şəhadətnamənin əsli
- uşağın doğum haqqında şəhadətnaməsinin surəti
- tərəflrərin şəxsiyyət vəsiqələrinin surətləri
- İşin ilkin mediasiyada baxılmasını təsdiq edən sənəd
- dövlət rüsumunun ödənilməsi haqqında qəbz
Boşanma neçə ay çəkir?
Qeydiyyat Şöbəsində nikah tərəflər ərizə verdikdən 30 gün sonra pozulur.
Məhkəmə qaydasında boşanma prosessi 2 aydan 5 aya qədər çəkə bilər. Tərəflər boşanmaqa razı olduqları və digər məsələlərlə bağlı bir fikir ayrılığı olmayanda məhkəmə adətən 1 hazırlıq iclası və 1 baxış iclası təyin edərək yekun qərar çıxardır.
Tərəflərdən biri nikahın pozulmasına razı olmadığı təqdirdə isə məhkəmə ər və arvada 3 ayadək müddətdə barışıq üçün vaxt verə bilər.
Xaricdə bağlanılmış nikahın pozulması
Xaricdə nikah bağlamış Azərbaycan Respublikasının vətəndaşları Azərbaycanda boşana bilər. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 150.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər.
Nikah Müqaviləsi
Nikaha daxil olmazdan əvvəl tərəflərin Nikah müqaviləsinin bağlaması boşanma və əmlak bölgüsünün daha rahat keçməsinə zəmin yaradır.
Nikah müqaviləsi xüsusən də böyük sərvətlərə sahib olan ailələr üçün vacib əhəmiyyət kəsb edir. Belə hallarda ortaq biznes, bank depozitləri, qiymətli kağızlar, nəqliyyat və nikah zamanı əldə edilmiş digər əmlak ər-arvad arasında ədalətli şəkildə bölünməlidir.
Ər və arvadın birgə mülkiyyəti
Əgər ərlə arvad nikaha daxil olarkən və ya ondan sonra nikah müqaviləsi bağlamayıblarsa, onda nikahdan sonra onlar tərəfindən əldə edilən əmlak onların ümumi birgə mülkiyyəti sayılır
Boşanma ilə bağlı vəkil məsləhəti
Sonda onu qeyd edim ki, boşanma zamanı prosesin çətinliyi ər və arvadın hansı qaydada ümumi birgə əmlakı bölmək və uşağın saxlanılmaında iştirak etmək niyyətlərindən asılıdır. Çox təəssüf ki, əksər hallarda ər-arvadın hər biri öz əmlak iddialarını daha çox emosiyalara əsaslanaraq, hüquqi tənzimləmələri bilmədən özünəməxsus şəkildə qiymətləndirir. Buna baxmayaraq, bütün məsələlər tərəflərin maraqlarına xələl gətirmədən ciddi şəkildə qanun çərçivəsində həll oluna bilər və həll edilməlidir.
Peşəkar vəkil boşanma prosesi zamanı tərəfin hüququnun düzgün formada qorunmasına zəmanət verir. Hüquqşunas tərəfindən yazılan boşanma ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən boşanma prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məskəhəti almağınız tövsiyə edilir.
Şərhlər
Gulnar 2022-09-23 23:23:58
Salam sizdən bosanmaqla bağlı məsləhət vererdiz zehmet olmasa
Nigar Dadaşova 2022-10-05 14:18:01
Salam. Boşanmadan öncə qadın öz cehizlərini götürməsi nə qədər düzgündür?
Salam. Cehiz əmlakı evlilikdən əvvəl alındığı üçün arvadın mülkiyyəti sayılır. Bu səbəbdən istənilən vax ona məxsus əmlakla istədiyi cür rəftar edə bilər. Vəkil Qulam İsmayılzadə
Səfiyyə Salmanli 2022-10-06 18:43:42
Salam, men boşanmaq istəyirəm, nəzərinizə çatdırım ki, yoldaşım məhkumdu, 7 ildi cəza çəkir və 1 Yetkinlik yaşına çatan və 2 yetkinik yaşına çatmayan övladımız var. Proses necə olacaq bilmirəm. Mümkünsə ətraflı başa salardınız. Təşəkkürlər
Salam. Boşanma mediatordan müvafiq rəyi aldıqdan sonra yaşadığınız ünvan üzrə məhkəməyə müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
İradə musayeva 2022-10-15 18:50:04
Salam.Boshanma zamani məhkəmədə tərəflərdən birinin məhkəmə prosesində ishtirak etmədən boshama ucun raziliq məktubu gondərməsiylə boshanma prosesini həyata kecirmək mumkundurmu?
Salam. Bəli, boşanma üçün tərəflərin iştirakı zəruri deyil. Vəkil Qulam İsmayılzadə
Zulfiyye 2022-10-28 14:15:20
Salam.Men yoldasimla dalasaraq ayrilmisam.Ayrilib.atamin evime geldiyim gunu axsami yoldasimda arxamca gelib ve Oqlumu menden alib apardi.Qizim ise mendedi.Onu bilmek isderdimki bosanmaya erze veren gunu usaqimi o gunu ondan ala bileremi yoxsa.Bosanmani gozlemeliyem.
Salam. İlk növbədə boşanma zamanı müəyyən edilməlidir ki uşaq boşanmadan sonra kiminlə qalacaq. Əgər məhkəmə müəyyən etsə ki, uşaq sizinlə qalacaq onda icra məmurlarından uşağın alınaraq sizə verilməsini tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Amaliya Memmedova 2022-10-28 16:20:07
Salam men bisanmamisam ama qizilarma ve usagma aid ozme aid olan qizllara ha bele telefonma sexsi hedye kimi weyde alinir sehv elemiremse bunlara el qoylub ve geri verilmir egerki mehkemeye verdiyim dekdirde bele geri qaytarilmamasi mumkundurmu? Ve hedeleyerek cixib gedecem hec birni ala bilmeyeceksen sozlerler hedeleyirse? Ve bunlar sexxsen ozunde yox ailesindedirse bosanmada qizil ve telefonmu geri ala bilceyemi eger ciixb geder ve ya gizlenerse mesulleyet kimin uzerne dusur!?
Salam. Bəli siz sizə hədiyyə olan qızılları və telefonu məhkəmə qaydasında ərinizdən (və ya keçmiş ərinizdən) tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Arzu Aliyeva 2022-11-01 10:24:53
Salam.Men 5 illik evliliyimden sonra yoldasimdan bosanmaq isdeyirem.Ozu manupulyator ve sahibkar oldugu ucun.3 yasli oglumuz var.Evlilikden once ozu ev almisdi.Bosandiqdan sonra o ev bolunecek ya yox?
Salam. Birgə nikah dövrü ərzində alınmayan əmlak tərəflərin öz mülkiyyətləri sayılır ona görə də bölünmür. Vəkil Qulam İsmayılzadə
Kanan 2022-11-16 07:26:22
Qardaşım boşanır ve bilmək istərdim sizin xidmətiniz neçəyədir? Onun halında mediasiya lazım olmayacaq ona görə ki onlar artıq barışmayacaq. Yəni hər halda mediasiya lazım olur? 2 balaca övladı var. Mülk evlənmədən qabaq alınıb. Zəhmət olmasa email cavab yazın təcilidi
Salam. İlkin mediasiya hər bir halda tələb edilir. Vəkil Qulam İsmayılzadə
Xeyale 2022-11-19 22:42:22
Salam her iki teref razi olduqda nece vaxda bosanma heyata kecirilir.Yetkinlik yasina catmis usaqlardan her hansi bu prosesde isdirak edir?
Salam. Hər iki tərəf razıdırsa, uşaqlar yetkinlik yaşına çatıblarsa, nikah qeydiyyat şöbəsində pozula bilər 30 gün ərzində. Vəkil Qulam İsmayılzadə
Qadin 2022-11-23 21:02:40
Salam. Mən bir ildi evliyəm, işləyirəm. Bütün maaşımı ərimə xərcləmişəm, boşananda bunları geri ala bilərəm ? Boşanma səbəbim onun ikinci evliliyidir uşağı olmayacaq məndən gözlədib
Salam. Xeyr, birgə nikah dövrü ərzində ər və arvad xərclədiyi pulu bir-birindən tələb edə bilməz. Vəkil Qulam İsmayılzadə
Vessl 2022-11-27 14:46:25
Salam ,eger gəlin qaynanasının evinde qalırsa boşandıqdan sonra qadın mülkiyyət davası edə bilərmi ?
Salam. Evlə bağlı xeyr. Vəkil Qulam İsmayılzadə
Orxan 2022-11-28 23:02:09
Salam.Mən evimi nigahdan sonra 25 il müddətinə ipoteka ilə əldə etmişəm.İpotekanın bitməsinə hələ 15 il var. Eyni zamanda atam dünyasını dəyişdikdən sonra onun adına olan ev vərəsəliklə mənim adıma keçib. Həyat yoldaşımla boşanmaq üçün müraciət etmişəm.Burda əmlak bölgüsü necə olacaq? Xahiş edirəm cavabalmdırasınız.
Salam. Vərəsəliklə əldə etdiyiniz ev bölünməyəcək, lakin ipoteka ilə aldığınız ev birgə nikah dövrü ərzində alınan ev sayıldığından bölünəcək. Vəkil Qulam İsmayılzadə
Anonim 2022-12-03 20:07:08
Salam boşanma olub ev yarı bölünüb ancaq bir problem var ki menzil yeni tikli binadandı menzilin kupçası yoxdu bilmek isteyirem o menzilin bölgüsü nece oparılacaq?mehkeme menzili satışa çıxara biler?
Salam. MTK gərək ki müqavilədə hər ikinizi payçı kimi göstərsin. Bəli mümkündür. Vəkil Qulam İsmayılzadə
Səlimova Günay 2022-12-06 01:07:57
Boşanandan sonra az yaşli uşaqin atasiynan görüşmə vaxti necə saatti,yada gündü?o nədən asılıdı?
Salam. Müəyyən bir saat həddi yoxdur. Hər qərar uşağın yaşına, sağlamlıq durumuna və digər hallar nəzərə alınaraq qəbul edilir. Görüş adətən isə həftədə 2 dəfə bayram v günlərində təyin edilir. Vəkil Qulam İsmayılzadə
Nailə Əliyeva 2022-12-11 11:05:35
Salam.Qaynanamın adına olan evə özü qeydiyyata saldırıb.Boşanma olsa o evdən mənə pay düşür?Evdə ancaq mən qeydiyyatdayam
Salam. Xeyr bu halda sizə heç bir pay düşmür. Vəkil Qulam İsmayılzadə
Əsgərova Mehri 2022-12-11 11:18:53
Salam.Mən 2007- ci ildə ailə qurmuşam,yoldaşımın evi bağ evidir(sənədsiz).15- il ərzində evi öz hesabıma təmir etmişəm,evin heç qapı pəncərəsi belə yox idi.İllərlə işləməyib,onu və onun xəstə bacısını mən dolandırmışam.İndi boşanma mərhələsindəyik,səbəb isə onun illərlə mənə xəyanət etdiyidir.Bir evladımız var 11 yaşda.Sualım budur ki,mən ondan onun evinə xərclədiyim təmir pulu geriyə necə ala bilərəm,əgər evin mənə aidiyyatı yoxdursa,mən orda qeydiyyatda deyiləmsə?Özü etiraf edir ki evinə 12.000 man pul xəricləmişəm.
Salam. Məhkəməyə müraciət edib tələb edə bilərsiniz, cavabdeh etirafı məhkəmədə də etsə onda iş xeyrinizə həll olunacaq, etməsə onda sübutetmə vəzifəsi sizin üzərinizə düşür. Vəkil Qulam İsmayılzadə
Perisan Agayeva. 2022-12-12 08:17:33
Salam.menım medıasıyadan bosanma haqqında kagızım var ve medıasyanın rusumunuda odemısem.men ındı bosanma ucun hara muracıet ede bılerem? ve men bunu mehkeme ıle yox nıgah olan yerde elesem Onda ne sened yıgmalıyam ve rusum ne qeder odemelıyem?
Salam. İşin hallarına uyğun olaraq siz boşanma üçün həm məhkəməyə həm də qeydiyyat orqanınıa müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Nailə Əliyeva 2022-12-12 11:38:27
Salam.Qaynanamın adına olan evə özü qeydiyyata saldırıb.Boşanma olsa o evdə yaşamaq hüququda verilmir?
Salam. Qeydiyyatınız varsa istənilən halda evdən istifadə hüququnuz var. Vəkil Qulam İsmayılzadə
Günay 2022-12-12 22:05:31
Salam kebinim ola ola deyirler 2 ci qurupdu onan evliliyin saxdadı boşansan belə aliment ala bilməsən nə dərəcədə düzdü kəbin var
Salam. Rəsmi nikahdan kənar olan uşağ üçündə aliment tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Əhməd 2022-12-15 23:26:23
Salam.Mən 7 ildi ailəliyəm. Arvadmnan boşanmağ isdiyrəm 2 uşağımız var . Evin çıxarışı anamın adınadır yəni anamın evidir. Mən orda qeydiyyatdayam.Ama arvadm orda qeydiyyatda deyil.Biz ayrılsaq yoldaşımın o evdə nə hüququ var.? Anamda atamda məndə yoldaşımda o evdə yaşayırığ.
Salam. Evdən ona pay düşmür. Vəkil Qulam İsmayılzadə
Nazli 2022-12-17 01:30:47
Salam.Bosanmaq erefesindeyik,mediatorla görüşdük qarşı tərəf razı olmadı barışığa,ona göre de onun vəkili dedi məhkəməyə gonderecem erizeni,bunu demek istəyirdimki mən razı deylem boşanmağa,məhkəmədə ne qerar çıxara bilər bir teref razı olmayanda,birde bir şeylə maraqlanmaq istəyerdim,biz evli olan zaman evimize böyük mesiet əşyaları almışıq(TV,Paltaryuyan)yeni yoldaşım öz adına alıb,bunlar yoldaşıma çatir yoxsa mənə ve ya bölünməlidir?xahiş edirəm sizə zehmet cavablayardiz
Salam. Nikahı bir tərəfin iradəsi ilə də pozula bilər məhkəmə tərəfindən, yəni siz razı olub-olmasaz da məhkəmə nikahı pozacaq. Qeyd etdiyiniz əşyalar birgə mülkiyyət sayılır bu səbəbdən də bölünməlidir. Vəkil Qulam İsmayılzadə
Anonim 2022-12-17 17:37:37
Salam.Nigahdan əvvəl ipotekaya ev almışam.boşananda ev bölgüyə girir ?
Salam. Xeyr. Vəkil Qulam İsmayılzadə
Mehri Həsənova 2022-12-18 20:41:59
Salam. 30 ildir evliyik. Boşanmaq üçün ərizə yazmışam və mediasiyaya göndərilib. Oradan zəng gözləyirəm. Yaşadığımız ev 10 il əvvəl rəhmətlik atamdan mənə vəsiyyətnamə ilə qalıb. 2 il əvvəl yoldaşım evi təmir etdirərək bir otaq da artırdı və 3 otaq oldu. Evdə 2 29 və 28 yaşlı övladım və mən qeydiyyatdayıq. Kupça mənim adımadı. Yoldaşım isə rayonda anasının evində qeydiyyatdadı. 28 yaşlı oğlum da məni çox incidir və atası ilə arası yaxşıdı. Çox üzülürəm. Çox xahiş edirəm yazasınız, bilmək istəyirəm boşandıqdan sonra atamdan vəsiyyətnamə ilə qalan evdən yoldaşıma və oğluma pay düşürmü. Əvvəlcədən sizə təşəkkür edirəm
Salam. Oğlunuza heç bir pay düşmür, lakin əgər yoldaşınız sübut edə bilsə ki təmir işləri onun hesabına aparılıb onda evdən müəyyən pay tələb edə bilər. Vəkil Qulam İsmayılzadə
Tehran 2022-12-19 18:37:59
Salam axsaminiz xeyr menim bacim mehkemeye erze vermib bosanmaq ucun yoldasida defelerle tehdid etmisdiki hede üorxular gelmisdi. Cehiz barede heçne göture bilmezsen deye tehdid etmisdi qanunu nikahi (zaksi)var nikahdan sora ərinin bir apteki birde masin alib zehmet olmasa nece olmalidir nikahdan sora ne varsa adina beraber bölünmelidir ya yox
Tehran 2022-12-19 19:10:02
Ama onuda deyimki sehv etmiremse apteki öz adina deyil bibisinin adinadi sadece vöyünu var oda yeqinki əmlak kimi bölünmelidir
Salam. Birgə nikah dövrü ərzində əldə edilən əmlak tərəflər arasında bərabər payda bölünür. Bura yalnız tərəflərin adına alınan əmlak aid edilir (bağışlanmış və ya vərəsəlik yolu ilə keçmiş əmlaklar yox). VÖEN sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün fərdi sahibkara verilən identifikasiya nömrəsidir ona görə də onun bölünməsi mümkün deyil. Vəkil Qulam İsmayılzadə
Vusala 2022-12-20 21:25:14
Salam boşanma zamanı 10 yaşlı uşağın seçmə huququ var?Və Əgər kişi şizofren xəstəsidirsə boşanma necə olur?
Salam. 10 yaşlı yşağın fikiri mütləq nəzərə alınır. Xəstəliki olan şəxslə də nikahın pozuntusu ümumi qaydada həyata keçirdilir. Vəkil Qulam İsmayılzadə
Adsız Adsızov 2022-12-20 23:31:37
Heç bir məkəməyə ərizə verilməyib Qaynananm Qaynatam qoymur Ayləmi görüm Ayləmi görməyə haqqım var ? Məcbur görmək istəsəm harasa şikayət edə bilər ? Çox xaiş edirəm cavab yazın
Salam. Görüşünüz məhdudlaşırsa məhkəməyə müraciət edərək uşaqla görüş tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Adsız Adsızov 2022-12-21 16:58:59
Salam 17.12.2022 tarixinde məni MEDIASIYA veribler hansı tarixə çağırarlar ? Insanlar niyə bu qədər Boşanmağa sadə baxırlar. ?
Salam. Ərizə ilə mediasiya təşkilatına müraciət olunubsa adətən 10 gündən sonra ilkin mediasiya sessiyası təyin edilir. Vəkil Qulam İsmayılzadə
Şərti Ad 2022-12-23 20:43:00
Salam.2 azyaşlı qızım var . Boşanmağa ərizə verməliyik. Uşaqların atası da razıdır boşanmağa. Onsuz alınmır bizdə ailə olmaq. Evimiz yoxdur anasının evində yaşamışıq. Mən yox uşaqlar evə qeydiyyatdadır . Boşandıqdan sonra uşaqların artıq o evdə haqqı olmayacaqmı?
Salam. Ev qaynananındırsa həmin evdən uşaqlara pay düşmür. Vəkil Qulam İsmayılzadə
Əliyeva Nərgiz 2022-12-24 13:38:49
Salam. Boşanma neçə ay çəkə biler? Qarşı tərəf qadın boşanmaqa razı deyil?boşanma Məhkəməsi neçə prosesə boşanma qətnaməsi çıxarır? Zəhmət olmasa deyerdiz
Salam. Məqallədə bu barədə ətraflı məlumat verilmişdir. Vəkil Qulam İsmayılzadə
Məzahir Allahverdiyev 2022-12-25 09:34:30
Salam mən yoldaşımla dalaşmışam yoldaşım ayrılmaq istəyir 5 aylıq körpə övladımız var mən ayrılmaq isdəmirəm nə məsləhət verə bilərsiz
Salam. Məsləhətim odur ki barışmağa çalışın, boşanmadan ən çox əziyyət çəkən uşaqlar olur. Vəkil Qulam İsmayılzadə
Hüseynova ilhamə 2022-12-25 23:41:04
Salam.bacım yoldaşı ilə ayrılır.yoldaşı hərbçi olub.dövlət tərəfindən ev verilib.3oğlu var.1bacımla evlilikdən.digər ikisi o biri evlilikdən.3 uşağın metirkası ilə 3otaq verilib.boşanma vaxtı ev necə bölünür.qeyd edim ki.ev 2ildən sonra satılacaq.bacımın və oğlunun icazəsi olmadan ev satıla bilərmi.və satılmadan yaşama hüquqları varmı ?
Salam. Əmlakın hansı formada yoldaşında olmasından və birgə nikah dövründə alınıb alınmasından asılıdır. Əgər bacınız və uşağı orda qeydiyatdadılarsa onda mümkündür. Vəkil Qulam İsmayılzadə
Mur 2022-12-26 00:01:39
Salam. Boşandıqdan sonra uşaqlar anada qalmaq isteyir. kişi müntezem olaraq işlemir ise, dövlet terefinden heç bir geliri yox ise uşaq pulu ne qeder verilmelidir ? (Boşanma sebebi xeyanet). Zehmet olmasa meslehet verersiz ?
Salam. Məqalə uşaqpulu ilə bağlı deyil. Uşaqpulunun nə qədər olması ilə bağlı DSMF-dən maraqlana bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Fecr Bunecme 2022-12-29 04:25:39
Salam, xarici vətəndaşla boşanma zamanı 2azyaşlı (5 və yaşyarım) uşağın atasında qalacağı ilə bağlı söhbət gedir. Beləki onlar Səudiyyə Ərəbistanı vətəndaşıdırlar. Və boşanma zamanı dövlət öz vətəndaşlarını götürəcəyini bildirir. Ana Səudiyyə Ərəbistanı vətəndaşlığı alarsa, uşaqların onda qalması mümkündürmü? Dövlət nigah Azərbaycanda olub.
Salam. Nikah burda pozulsa uşaqlar ananın yanında qalacaq, bu digər demokratik respublikalarda da belə olur, lakin Saudiyyə krallıqdı orda qanunlar demokratik respublikalardan fərqli ola bilər. Vəkil Qulam İsmayılzadə
Anar 2023-01-02 03:02:29
Biz boşanmaq üçün məhkəməyə müraciət etmişik 4 övladımız var və adımada 850 manat kridit var uşaxlar ücün pul ayrılanda kridit nəzərdə tutulacaxmı?
Anar 2023-01-02 23:03:05
Salam, 2 sualim var, men russyadayam yoldasim ama azerbaycanda nece bosanaq? Ve 2ci sualimda sexsiyat vesiqemin vaxti gelen ay cixir men azerbaycana gele bilmeycem bosanma nece olacaq bes
Salam. Bəli boşana bilərsiniz vəkilə etibarnamə göndərsəniz, o sizin adınızdan bütün hərəkətləri edə bilər. Lakin etibarnaməni şəxsiyyət vəsiqəniz qüvvədən düşməmiş verməlisiniz əks təqdirdə gəlib yeniləməlisiniz. Vəkil Qulam İsmayılzadə
İsrafilov Bahar 2023-01-03 20:02:42
Salam men Rusiya ve Azerbaycan vetendaşıyam .Yoldaşım Rusiya ve Gürcüstan vetendaşıdı zaksmız da gürcüstan zaksıdı men Azerbaycanda boşanma aça bilerem ?
Salam. Bəli, boşana bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Əhməd 2023-01-03 21:32:10
Salam.Mənim adıma qardaşımın torpağı var.2006 dan belediyenin çıxarışı ilə adımdadır.2015 də ailə qurmuşam. 2014-15 arası menim adıma olan heyetde qardaşım ev tikib menim razılığım ilə.Və vergi torpağ kamunalı qardaşım ödüyür. Heyet senedsizdi sadəcə bələdiyyədən çıxarış var.7 ildi ailəliyəm 2 uşağm var boşanıram.Bilmək isdəyirəm boşansam bu həyətdən yoldaşıma pay düşer? Ama torpağ biz evlenmemişden evvel alınb adıma keçirilib və senedi yoxdu. belediyeden çıxarışı var sadece
Salam. Torpaq evlilikdən əvvəl alınıbsa ondan arvadınıza pay düşmür, lakin tikili ilə bağlı məsələ birəz mürəkkəbdir bu sırf sizin təqdim etdiyiniz sübutlar və məhkəmənin mövqeyindən asılı olan haldır. Vəkil Qulam İsmayılzadə
Könül 2023-01-04 13:46:38
Salam men mehkemeye vermisem bosanmaya orda alimentide yazmisam hele mehkeme olmuyub alimentden imtina ede bilerem mehkemede orda demek huququm var deyim ku men usaqlarin atasinnan railiqa gelmisem alimentden imtina edirem ede bilerem ele mene bi meslehet verin
Salam. Bəli edə bilərsiniz, amma etməyin oo pul uşaqların saxlanılması üçündür. Razılığınız varsa məhkəmə qərarı çıxandan sonra İcra şöbəsinə bu haqda müraciət edin onlar alimenti tutmasın. Vəkil Qulam İsmayılzadə
Əhməd 2023-01-05 22:40:48
Qeyd edimki torpağ nigahdan evvel alnb tikili ev 2015in yanvarndan etibaren tikilb.Yoldaşımla 2015 in oktyabrnda nigah olub.Düşecey ona pay?
Əgər hər şey siz dediyiniz kimidirsə onda düşmür. Vəkil Qulam İsmayılzadə
Rəna Babayeva 2023-01-08 00:46:25
Salam .əyər ərin adına mülk yoxdursa,amma valideyinlərinin varsa arvad mülk tələb edə bilərmi,və etsə ala bilərmi,qeydiyyatda olduğu evdən?
Salam. Xeyr tələb edə bilməz. Vəkil Qulam İsmayılzadə
Namiq 2023-01-09 13:14:13
Salam. 7 ci ile kecdik evliyem. 2 uwag var. Burinin 3 biri o biri 9 ayligdi. Ev mene vereselik yolu ile anamdan qalib. Yoldasim bu eve qeydiyyatda deyil. Bilmek isterdim bowanma zamani uwaglarin menfeetini nezere alarag qanun cercivesinde qarwi terefe yoldasima nese dusur?
Salam. Ev ananınızın adınadırsa heçnə düşmür. Vəkil Qulam İsmayılzadə
anonim 2023-01-10 09:47:52
Salam. 15 ildir evliyiəm ərimdən mənə xəyanət etdiyi üçün boşanmaq istəyirəm evi birlikde tikmişik ozümde işleyirem evi tikən zaman adıma 2 dəfə kredit götürüb 2 övladım var boşandıqa ev necə bölünəcək.
Nuray 2023-01-12 16:17:26
Salam 7aydi evliyəm ərimin xəyanətin tutsam məhkəmədə ona təzminat davasi aça bilərəm ?
Salam. Xeyr, xəyanətə görə təzminat tələb etsəz məhkəmə təmin etməyəcək. Vəkil Qulam İsmayılzadə
Nəbi 2023-01-13 21:19:36
Salam ..men 12 ildi evliyem uşaqimiz yoxdur yoldaşım rayon qeydiyatindadi xasiyətimizde uyqun gelmir boşanma isteyirem məhkəməyə ərizə yazib ayırmaq isteyirem .evlilikdən qabaq . 4 otaqlı heyət evim var anam mene hədiyyə edib . bilmək isteyirem yoldaşıma ordan pay düşür ya yox sizdən xahiş edirem bu barədə aydınlıq kətirərdiz əvvəlcədən Təşəkkür edirəm
Salam. Xeyr düşmür. Vəkil Qulam İsmayılzadə
Tamerlan Süleymanov 2023-01-15 23:40:28
Salam, hörmetli Ismayilzade, Menim iki usagim var. Siddetli anlasmazliq ve bezi aile problemleri üzünden yoldasimdan ayrilmaq isteyirem. Iki usaqla bu mene bir ata kimi olduqca cetin olsa da heyat yoldasim mene basqa secim sansi qoymur. Sualim bele olacaq. Bosanma prosesi bas tutduqdan sonra mehkemenin verdiyi qerara esasen alimentin teyin olunmasi nece hesablanir ?
Salam. Aliment gəlirinizə nisbətdə hesablanır. Məqallədə ətraflı yazılıbdır. Vəkil Qulam İsmayılzadə
Qərib Qəribzadə 2023-01-16 18:05:21
Salam boşanma ərizəsi Qadın tərfindən verilibsə və Ər ev aldıqdan bir neçə ay sonra nikaha giribsə o qadınla evdən pay düşür qadına ? Qadın öz başına evi tərk edibsə Kişinin xəbəri yoxdursa məhkəmə kimin əleyhinədi ? Yeni uşaq dünyaya gəlir Qadının işi yoxdur Kişi dövlət işində işdiyor və isdiyrki uşağ Qadınla yox Kişiylə qalsın bu necə olmalıdır
Salam. Bu əmlak bölünmür. Çox guman ki, uşaq körpə olduğu üçün ananın yanında saxlanılacaqdır ananın işləyib-işləməməsindən asılı olmayaraq. Vəkil Qulam İsmayılzadə
Əfruzə 2023-01-17 21:49:08
Salam.2ayn gelini olub yola getmyb munaqiseler yaranb ayrlmaq isdeyirik.biz erizeni nece vermeliyk Brde asan xidmetde yalniz erizemi verilir yalnz yoxsa boşanmagda mümkündümü
Salam. Uşaq yoxdursa ikiniz biryerdə qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək boşana bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Tehran 2023-01-18 23:01:40
Salam demeli hormetli vekil bosanma prosesi ən çox ne qeder muddet çəkə biler
Salam. Məqalədə bu barədə məlumat əks olunubdur. Vəkil Qulam İsmayılzadə
Valeh selimi 2023-01-19 00:46:39
Mən bisanmaqin vaxtını nə qədər uzada bilərəm və nece edə bilərəmki bosanmiyim
Salam. Əgər tərəflərdən biri boşanmaqda qətidirsə onda boşanma mütləq baş tutacaqdır çünki nikah könüllü əqdir və heç kimi məcburi nikahda saxlamaq olmaz. Vəkil Qulam İsmayılzadə
Qulam 2023-01-20 14:58:04
Salam , Bizim ailədə mən yoldaşım anam atam qalır Belə bir məsələ çıxıb ortaya ki yoldaşım anamla yola getmir yani getsə belə fikri ancaq ayrı yaçamaqdı mənimdə evim budu ayrı alınmır anam atam yoldaşım bu evdə indi yoldaşımda deyir ayrı qalmırsansa veşimi yığıb gedəcəm veşin yığıb getsə boşanmaya versə mən verməsəm istəməsəm necə olacaq bu proses zəhmət olmasa 2 yaşda uşaqmız var
Salam. Məqələdə bu barədə məlumat var, tanış ola bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Eli Qasimov 2023-01-21 23:48:12
Salam. Tərəflərin biri məhkəməyə boşanma.ərizəsi verib, digəri ərizə vermib. Amma məhkəmə kişiyə xəbərdarliq etmədən tərəfləri boşayib.. bu duzgundurmu.
Salam. Nikahın pozulması üçün hər iki tərəfin razılığına gərək yoxdur, bir tərəf də müraciət etsə məhkəmə nikaha xitam verə bilər. Vəkil Qulam İsmayılzadə
Karimova 2023-01-23 15:17:16
Salam biz boşanmışıq 2015 ci ildə evlənmişdik 2018 ci ildə yoldaşımın atası ona bizim yaşadıgımız heyet evini rayonda bagı onun adına keçirdib hədiyyə kimi biz 2022 ci ildə boşandıq hədiyyə olduguna görə mənə pay düşmür ordan deyirlər mən işləmirəm iki az yaşlı uşagım var və yoldaşım özü verib ərizə ayrılıb payın bölünməsi üçün məhkəməyə müraciət edə bilərəm?
Salam. Əgər əmlak bağışlama yolu ilə ərinizə keçibsə onda sizə ordan pay düşmür. Vəkil Qulam İsmayılzadə
Karimova 2023-01-23 17:03:11
Bir çox xəbər saytlarında bagışlanma yolu ilə keçən əmlakın bölünmədiyini lakin bəzi hallarda qadının öz müstəqil gəlirinin olmaması bütün mülklərin əri tərəfindən alınması və nigah dövründə ev təsərrüfatı , uşaqlara qulluq etməklə məşgul oldugundan öz gəliri olmayan arvadın belə ümumi əmlak üzərində eyni hüquqa malik oldugunu yazıblar bu nə dərəcədə düzgündür ?
Ümumi əmlak tərəflərin birgə nikah dövrü ərzində alqı-satqı müqaviləsi ilə əldə etdikləri əmlak sayılır. Vəkil Qulam İsmayılzadə
Zeyneb 2023-01-27 02:12:32
Salam,mehkeme fevral ayına mene çağırış mesajı göndərib,yeni qarşı tərəfin istəyi ilə qarşı tərəf boşanmaq istəyir,ama ilk mehkeme olacaq,ele ilk çağırışdan boşanmaq olarmı?ve birde menim o evde cehizim ve geyimlərim var,onları nezaman gedib çıxarda bilerem,boşanmanı gozleyim yoxsa istədiyim vaxt uyğundur ve ele bir şans ola bilerki qarşı tərəf geyimlerimi ve apardığım cehizleri vermesin?zehmet olmasa məlumat vererdiz komek ederdiz,bu haqda tam məlumatım yoxdur
Tural ibrahimov 2023-01-28 00:15:24
Salam . Men Beyleqsn rayonunda VVAQda weydiysta dusmusem. 2 uwagim var ve boşanmaq isteyirem. Bakıda bosana bilerikmi..10 yas ve 7 yas usaxlar mehkeme iclasına gelmelidirlermi. mediasiyadan biz de kecmeliyikmi?? Razilixli bosanmadi. cox tesekkurler
Salam. Bəli mediasiyadan keçməlisiniz, Bakıda yaşamağınızı təsdiq edən hər hansı bir sənəd varsa mümkündür. Vəkil Qulam İsmayılzadə
Subhan İsmayilov 2023-01-28 18:00:16
Salam uşağımın 1 yaşı yoxdu aliment verildiyim halda ana daye pulu teleb ede bilermi menden ?
Salam. Əlavə muavinat tələb edilə bilər uşağın 3 yaşı olana qədər. Vəkil Qulam İsmayılzadə
Məmmədov Ə. 2023-01-30 21:47:40
Salam Qulam məllim. Zəhmət olmasa deyərdiz. Mənim 2-övladım var.Birinin bu il yəni 2023-də.21-digərinin isə 19-yaşı olur.-19 yaşlı olan oğlumdu Hərbi akademiyada oxuyur. Biz boşanma üçün rayon Zaqs -şöbəsinə müraciət edib boşana bilərik ya yox.və yaxuddakı ASAN xidmətdə bu prossesi həyata keçirmək mümkündümü.Birdə evi atmın evini satıb qardaşlar arasında böldük.-Mənə düşən paydan özümə sənədsiz ev aldım.Torpaq sənədi var ancaq.-Kupça yoxdur.Bu evdən yoldaşıma pay düşür ?-Evli olduğumuz zaman baş veri bunlar hamısı. Bu başdan təşəkkür edirəm.
Salam. Bəliq qeydiyyat şöbəsində boşana bilərsiniz. Torpağınız birgə mülkiyyətdir ona görə bölünəcək aranızda tələb olsa. Vəkil Qulam İsmayılzadə
Xalid mdmmedov 2023-02-02 11:03:34
Salam bacm 5ildirki evlydi ve oglan poreblmi oldqi ucun uwaqlari olmur ve ve normal yasyrdiler sadece oglanin anasi hergun deyrdki ged hardan getrsen getir acaq uwaq olsun bu evde ve bu sozderi ewdim qebul ede bilmedymcun gedib bacmi getrdim ve indi oglann anasi mecbur edrki gel erze verin bowanin lakin bunu ne qiz isdiyir ne oglan ancaq arvad mecmur edir men ne ede bilerem 5 il bunun evnde elbil noker olub xayw edrem bir vol gosderesiz onceden tewkur
Nigar 2023-02-02 13:01:49
Salam. Bosanma prosesinde mehkemeye getmemek ucun hakimin adina nese teleqram vurulur ki mehkemede olan sertlere razilashma kimi. Zehmrt olmasa deye bilersiniz ne yazilmalidir hakimin adina? Ve poctda yazilmalidirm?
Salam. Sualınız aydın deyil. Vəkil Qulam İsmayılzadə
Məmmədov Ə. 2023-02-05 21:31:47
Axşamınız xeyirli olsun.Qulam məllim.Xahiş edirəm deyərdiz– ZAQS-şöbəsi vasitəsi lə boşanma üşün Dövlət rüsumu nə qədərdir.? ,Əvvəlcədən təşəkkür edirəm.
Salam. Mən bilən olmamalıdır. Daha dəqiq bilmək üçün zəng edib ordan soruşa bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Aytac 2023-02-06 12:32:24
Salam menim qardasim sentyabrda ərizə verib 2 dəfə məhkəmə olub 3 cü məhkəmədə martun 29 a təyun olunub.niyə bele uzanir bilmek olarmi?qeyd edimki qatşi tərəf razı deyil boşanmaya.yenə vaxt uzana biler?2yaşinda usaqda var
Salam. Məqallədə müddətlər barədə məlumat verilibdir. Vəkil Qulam İsmayılzadə
Ayten quliyeva 2023-02-09 00:32:25
Salam. Men boşanmaq isdeyirem. 1yaşına çatmamış övladım var. Yoldaşım razı deyil boşanmaya boşanma sebebi anlaşmazlıq aile münaqişelerinin tez tez olmadıdır. Men övladımı sakit mühitde böyütmek isdeyirem. Yoldaşım ise meni uşağı almaqla şantaj edir, . Men bu halda nece boşana bileremkı uşağımnan bir gün bele ayrı qalmıyım?
Salam. Sizin halda boşanma yalnız məhkəmə qaydasında olacaq. Vəkil Qulam İsmayılzadə
Revan 2023-02-09 14:15:49
Salam .Ikili vetendasa gore meselen ucun:Zakzi Rusiyada etsen amma gelib Azerbaycanda bosanmaq ucun mehkemiye vermek munkundur?Zaks Sadece Rusiya ucun kecerlidirse?
Bəli olar, nikahın bağlanma yerindən asılı olmayaraq Azərbaycanda boşanmaq mümkündür. Vəkil Qulam İsmayılzadə
Lale 2023-02-15 17:39:07
Salam.4 aydır evliyem.Heyat yoldaşımla ciddi anlaşmazlıq var aramızda.Psixoloji ve yüngül formalı fiziki şiddet de tetbiq edir.3aylıq hamileyem.Boşanma prosesi nece gedecek?Qeydiyyat şöbesinde erizeyle 1aya boşana bilerik,yoxsa mütleq mehkeme qaydasında baş tutmalıdır boşanma?Ve uşaq doğulduqda atanın uşağa verilme ehtimalı var?Heyat yoldaşım boşanmağa razı deyil ve uşağı menden almaqla tehdid edir.
Salam. Yalnız məhkəmə qaydasında boşana bilərsiniz uşaq isə sizinlə saxlanılacaqdır. Vəkil Qulam İsmayılzadə
Məmmədova 2023-02-16 15:42:34
Salam yoldaşimla 8 illik evliyik ve boşanmaq isteyirem bu evlilikden 3 az yaşlı övladim var. Heç bir halda ev pul aliment telebim yoxdu sadece övladkarimi isteyirem. Resmi gelirim iş yerim yoxdu. Bu halda mehkeme uşaqlari elimden alib qarşi terefe vere biler?
Bu uşaqların yaşından və onların kiminlə qalmaq istəməsi faktorundan asılıdır, qabaqcadan demək olmur. Vəkil Qulam İsmayılzadə
XALİDƏ. XANIM 2023-02-16 16:59:16
SALAM! 3.UŞAQLI.ŞİZOFRENİYA.XƏSTƏSİ.OLAN.QADINI. ƏRİ. BOŞAYIRSA, QADININ. HANSI. İMTİYAZLARI. VAR? BÖYÜK. QIZIN. 15, ORTANCIL. OĞLAN. 8., KİÇİK. QIZIN. 7.YAŞI.VAR.
Boşanma zamanı hər hansı bir tərəfə xüsusi güzəşt edilmir. Vəkil Qulam İsmayılzadə
Elməddin 2023-02-20 18:37:02
Salam. Ailə də 2 uşaq var. Əgər Ana da , ata da 750azn maaş alır, boşanma zamanı uşaqlar anaya verilirsə, ataya nəqədər aliment kəsilir? Ümumiyyətlə ataya aliment kəsiləcək?
Salam. Aliment təyin ediləcək məbləği məhkəmə müəyyən edir bütün hallar nəzərə alınmaqla. Vəkil Qulam İsmayılzadə
Elçin. 2023-02-20 18:46:13
Salam. 9 ildir evliyəm. Evlənəndən sonra heç bir mülk alınmayıb, lakin atamın köhnə evinə qeydiyyat düşdüyü üçün əmlakdan pay tələb bilər?
Salam. Xeyr. Vəkil Qulam İsmayılzadə
Meleyke 2023-02-20 22:03:27
Salam Qulam bey,mende qarşı tərəfin iddiası ilə boşanma ərizəsi gəlib e-mehkemeden mesaj şəklində telefonuma.Bu ayın axiri 1ci mehkemedir.Men mehkemeye getmesem ne kimi hallar olar,getmesem olar yoxsa vacib getməliyəm?bu arada yeni mən boşanmağa razı deyiləm,yeni necə etsem məsləhətli olar?xahiş edirəm mənə fikir komeyliyi ederdiz
Salam. Boşanma istəmirsinizsə onda getməyə bilərsiniz, məhkəmə barışıq üçün əlavə vaxt verəcək sizlərə. Vəkil Qulam İsmayılzadə
Sahil 2023-02-23 11:50:14
Salam yoldasim bisanma erizesi verib 3 ay olar 2 defe mediasiyadan zeng gekib 2 defe mehkemeden istirak eleye bilmemisem Bugun yene zeng geldi hakimle danisdim hakim erize ve senedleri poctla mehkemeye gonderin ama ne senedleri oldugunu demedi birdeki mene aliment ayirdi agda 125 manat
Firuze Aslanova 2023-02-24 12:28:37
Salam azerbaycan vetendasinin rasiya vetendasi ile bosanma prosesi nece olur zehmet olmasa deyerdiz.1qizim var oda rasiya vetendasidir.aliment nece teleb edee bilerem.yoldasim orda ozu bosayibsa
Salam. Burda boşana bilərsiniz alimenti de yerli məhkəmə təyin edə bilər. Vəkil Qulam İsmayılzadə
Ağayeva Fidan 2023-02-25 03:05:19
Salam. Men bilmek isteyirdim ,evlilikden sonra elde edilen daşinmaz emlakin senedleri qaydasinda deyilse yeni kupsiya yoxdursa, emlak bölgusu teleb ede bileremmi?
Baxır əmlakın növünə və qoyulan xərcə. Vəkil Qulam İsmayılzadə
ali musayev 2023-02-28 16:06:15
salam!boşanmaya 3 aydan yuxarırır ərizə vermişəm ordan cavab veriblər ki uşaq nə vaxt dunyaya gələcək və 1 yaşı tamam olduqdan sonra işinizə baxılaczq..xahiş edirəm ki bunun duzgun olub olmamasini mənə bildirəsiniz..
Memmedova Gülnar 2023-02-28 18:16:19
Salam men boşanmaq isteyirem her ikimizde razıyıq artıq 3 ildi onsuzdaki ayri yaşayiriq sadece bir prablem varki eks teref qacqındı men ise yerli ancaq 19 ildiki ailelıyem eyer boşansam mene ve uşaqlarıma ne kimi prablem olacaq 3 uşaqdı alımentde istemirem sadece bizden uzaq gezsin üc otaqlı qacqınlara verilmiş evde yaşayırıq o bizden ayri qalır meslehet vere bilersiniz !
Zəhra Mirzəyeva 2023-02-28 19:30:38
Salam boşanma zamanı gəlinə alınan qızıllar arvada qalır ya qarşı tərəf onu geri alır?
Salam. Arvada qalır hədiyyə olduğu üçün. Vəkil Qulam İsmayılzadə
Zaur 2023-03-01 11:01:25
Salam vaxtiniz xeyir olsun.1aydir ayri yasayiriq,və cehizlər sənədsiz evdədir higahin pozulmasi prossesi bitənə qədər verə bilərəm?sənədin əslini ozu ilə aparib nigah səhadətnaməsi olmadan ərizə verə bilərəm mi?3usaq yoxdur hər hansi 1yol ilə usaq əldə etsə və məndən oldugunu iddia etsə mən hansi formada subut edə bilərəm.
Bəli qaytara bilərsiniz, nikah şəhadətnaməsi olmadan da nikahın pozulması ilə bağlı müraciət edə bilərsiniz. Uşaq sizdən deyilsə DNK testinin keçirilməsini tələb edin. Vəkil Qulam İsmayılzadə
Reşo 2023-03-02 01:13:13
Salam. Mən boşanmaq istəyirəm. Yoldaşımda 1ciqrup gözdən əlildir. Bir evde yaşayırıq ama bir birimizle danışmırıq. Qadına layiq olmayan sözlər deyib. Üzr istəyirəm kişi qadın münasibəti 1ile yaxındır ki yoxdur. Ama menim danışdığım biri var. Boşansam problem ola bilərmi. Yeni uşaqlari ala bilərmi ? Birini. 5 birinin 6yasi var. 1ci qrup gözdən əlilə vererlermi uşaq.
Salam. Uşaqların kimin yanında qalmasını məhkəmə bütün faktorları müəyyən etməklə qərar verir. Vəkil Qulam İsmayılzadə
ali musayev 2023-03-04 21:36:24
evləndiyimdən 1 ay kecəndən sonra yoldaşim gedib ata evinə və gəlmək istəmir.boşanmaqa ərizə ilə\ məhkəməyə muraciyət etmışik..3ay kecdiyinə bazxmayayaraq məhkəmə deyir ki uşaqın olmasın və onun 1 yaşı olmasın gözləməlisiz..xahiş edirəm mənə bu barədə məlumat verəsiniz..
Uşağın 1 yaşına qədər arvadınızın razılığı olmadan boşana bilmərsiniz. Vəkil Qulam İsmayılzadə
tacir eliyev 2023-03-05 16:18:13
salam bosanmaqla bagli mediasiya falan hamisi teskil olunub prosesler bitib ve erize mehkemeye gonderilib mehkemenin tarixide bilinib mehkeme zamani iki terefde yeni er arvad her iksiide mehkemede istirak etmese proses nece olacax cox xahis edirem cavablayasjnjz mehkeme uzadilacax basqa vaxta salinacax yoxsa hansi halda legv olunar
İki tərəf də getməsə çox güman məhkəmə ərizəni baxılmamış saxlayacaq. Vəkil Qulam İsmayılzadə
Ayşən 2023-03-07 04:01:42
SALAM QULAM BƏY.Men qarşı tərəfin iddiası ilə boşanma üçün mehkemeye cagirilmisdim.Amma mən gedə bilmədim mehkemeye,sonra mənə e-mehkemeden 2ci defe mesaj geldi,yeni 10gun sonraya uzadıldı,mən yenə getmek istəmirəm.Bu defede getmesem problem olarmı?mehkeme mən olmada qərar vere bilərmi?yoxsa yenə hakim vaxtı başqa zamana keçirəcək?xahiş edirəm mənə bu barədə məlumat vererdiz, əvvəlcədən teşekkürler
Salam. Siz getməyə bilərsiniz, bu zaman məhkəmə boşanmanı 3 ay müddətinə təxirə salacaq. Vəkil Qulam İsmayılzadə
Rustem haciyev 2023-03-07 11:37:48
Salam menim 3 ovladim var birinin 7 yasi var birin 6 olacaq birinde 5 olacaq bosanma sebebi xeyanetle baglidi elimde whatsapla danisilan sozler cumleler ve ses yazilari var her wey fakt subutla telefonuda tutmusam ve men bu faktlarla usaqlari mehkemede anadan almaq huququm varmi ? ve bu faktlari ortaya qoyaraq mehkemede menim eleyhimi qerari ala bileremmi ? Yeni usaqlar anda yox atada qalmalarini teleb ede bileremmi ? Ve mehkemede usaqlarin atada qalmasi ucun bu faktlari esas tuta bilermmi ? Baxmayaraq ki usaqlar az yawlidi xais edirem bu suala bagli melumat vererdiz zehmet olmasa
Salam. Bu suala birmənalı cavab yoxdur, hər şey işin hallarından, ananın uşaqlara və uşaqların anaya münasibətindən asılıdır. Vəkil Qulam İsmayılzadə
Irane baxışzade 2023-03-10 12:17:57
Salam vekil,mediasiyaya özüm erize yazib gondere bilerem,yoxsa mütleq vekil lazimdir.?birde dövlət rüsumu nə qederdir?
Göndərə bilərsiniz. 50 manatdır. Vəkil Qulam İsmayılzadə
Sevinc 2023-03-11 08:58:28
Salam.Mən 3-cu məhkəmə iclasına gedə bilməmişəm.İddiachi tərəf mənəm.indi bilmək istərdim proses nə yerdə qalıb, mən boşanmış sayılırammi?Qərarı necə öyrənə bilərəm?
Salam. Məhkəmə ilə telefon vasitəsi ilə əlaqə saxlayıb oyrənə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
ali musayev 2023-03-11 17:47:46
cox hörmətli Qulam muəllim!mendən bir nəfər yoldaşin mualicəsi ucun2014 cu ilin axrinda 3000 borca pul alib və yazli 2015 ci ildə qaytarmaqını bildirib.lakin 2015 ildən rusiyaya qacıb və 2023 cu ilin mart ayında gəlin.məhkəməyə muraciyət etdım mənə dedilər ki uc il kecdikdən sonra onu tələbinə məhkəmə rədd cavabı verəcək..bu adam burda olmadıqı ucun mən ondan tələb edə bilmirdim..xahiş edirəm mənə nə etməyi məsləhət verəsiniz..təşəkkur edirəm..
Müraciət edə bilərsiniz məhkəməyə, iddia müddətinin keçib-keçməməsi məsələsinə məhkəmə qiymət verəcək. Vəkil Qulam İsmayılzadə
Məmmədov Ə. 2023-03-11 22:09:42
Axşamınız xeyir Qulam məllim .Əvvəla sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm-sizə uzun ömür can sağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Qulam məllim bizdə boşanma prossesi başa çatıb.Xahiş edirəm bir sualı cavablandırasız. Evim Bakı şəh-də həyət evidi. 2-sot orpağın içində 3-otaq .Torpağın sənədi var-amma evin yox. sənəd mənim adımadı.Yoldaşım rayon qeydiyyatında -özüm isə Bakı ş.Suraxanı ray-n Baş-polis idarəsində qeydiyatdayam.Evlilik vaxtı alınıb ev. Həmin bu evi məhkəmə məcburi satdıra bilər mənə ya yox- Mən ona 2-otağı verməyə hazıram .o isə istəmir.Övladlarımız yetkinlik yaşını keçiblər. Deyir sataq bölək. Mənsə satmaq istəmirəm dəyəri az olduğuna görə.Heç bir yerdədə adıma heçnə yoxdu.Özümdə müharibə veteranıyam.Hər hansı verilən cavabınıza görə təşəkkür edirəm.
Satdırmaq deyəndə, əgər torpağın 50% ona məxsus ola bilər iddia qaldırsa, onun üzərindəki tikiliyə gəldikdə isə yalnız tikinti xərclərinin yarısını tələb edə bilər sübuta yetirsə xrclərin miqdarını. Vəkil Qulam İsmayılzadə
Məmmədov Ə. 2023-03-12 23:51:47
Qulam məllim bağışlayın baş ağrısı olmasın.Evi hazır tikili vəziyyətdə almışdım öz pulumla.Bağışlayınki bunu qeyd etmək yadımdan çıxmışdı.Təxminən indiki 4000 man.Onlar tərəfindən heç bir maddi kömək olmadan.Ata evimizi satıb -bölüşdük qardaşlar arasında .Mənə düşən paydan bu evi aldım.
Fəridə Muradova 2023-03-15 07:28:50
Salam. 8illik evliyəm. 3yaşında oğlum var. Evləndikdən sonra daxili kreditlə mənzil alınıb (təmirsiz) hələ kupçası yoxdur. Yaşadığımız ev qaynanamın adınadır (qeydiyyatdayam) Yoldaşım dövlət işçisidir, qanunu aylıq gəri 300-400manat arasıdır. Ancaq əlavə gəliri çoxdur. Xəyatən etdiyi üçün ayrılmaq istəyirəm. Bilmək istərdim ki; 1. Uşağıma aliment qanunu gəlirinə görə hesablanıb veriləcək? 2. Kreditlə (bitməsinə 5ay qalıb) alınan mənzil yarı bölünəcək mi? 3. 3yaşlı oğlumun boşandıqdan sonra hansı valideyni ilə qalmaq üçün öz seçimi var mi? 4. Mənə yaşadığım evdən pay düşür mü və ya evdən çıxmamaq kimi şansım var mı? Təşəkkürlər…
Əlavə gəlirlərini sübut edə biləsniz əlavə gəlirdən də aliment tutulacaq. Daxili kreditə ödənilən pulun yarısını tələb edə bilərsiniz. Uşaqların fikri 7 yaşdan sonra nəzərə alına bilinər. Qaynananın evindən sizə pay düşmür. Vəkil Qulam İsmayılzadə
Gülnar 2023-03-17 14:23:59
Salam mən 5 illik evliyəm yoldaşım bir il ərzində 3 ay bizimlə yaşayır oda məcbur qalan ayları ukraynada olur heç cürə alınmır münasibətimiz 4 yaşında qızım var boşandıqda uşaq mənimlə qalacaq?
Çox güman ki, bəli. Vəkil Qulam İsmayılzadə
ELWEN 2023-03-22 22:45:14
SALAM YOLDAWIMLA BOWANMAQ ISDEYIREM adima mawin var o mulk kimi aramizda boluneceymi
Birgə nikah dövründə alınıbsa bölünə bilər. Vəkil Qulam İsmayılzadə
Togrul 2023-03-22 23:25:44
Salam 2ay qabaq yoldasim ayaq tromp amaliyyati adi ila atasi evina atasi ila gedib 2haftalik artiq 2ayi kecib halada geri galmir va bosanmaq istayir bizim 3usagimiz var( 2yas 7ay , 6yas 3ay, 9yas 3ay) balaca iusagi ozu ila aparib boyuk 2usaqlara maktaba gora man baxiram man va 3usaqlar anamin adina olan evda qeydiyyatdayiq yoldasim oz anasi evina qeydiyyatdadi sabab isa bos manasiz sabablar whatsap islatmaklar maqazina gedib galmaklar usaqlari maktaba aparib gatirmak istamaklardi mansa bunlara icaza vermiram cunki hamsini ozum ediram sualim budur 1-sual . bosanmaya getsa sohbat evdan yoldasima va yaxudda usaqlara pay dusur ana evimdan 2-sual . 2usagini maninla qoyub getmayina gora mahkamadan man oz xeyrima nasa cixara bilaram 3-sual . 1ci bosanmaq arizasini o versa manim xeyrimadi yoxsa man versam manim xeyrimadi 4-sual . Butun aila dayi bibi emi xaal daxil olmaqla manim uzarima dusublar bu na daracada dogrudur bunlardanda istifada edib oz xeyrima nasa cixara bilaram? 5-sual . Anamin adina masin var amma gen davernusla manim adimadi bundanda yoldasima pay dusur? Agar sada davernus olsa neCa yena dusacak? Cox xahis ediram suallarin hamsina cavab verin zahmat olmasa
Salam. Evdən və maşından yoldaşınıza pay düşmür. Uşaqların kimin yanında qalmasını isə məhkəmə ətraflı işn hallarına baxdıqdan sonra müəyyən edəcəkdir. Vəkil Qulam İsmayılzadə
Seide 2023-03-25 22:47:53
Salam.yoldasimla yola getmirik doyub meni qulagimin perdesini partladib. Defelerle davalar olub hamile olarken qapiya qoyub.5ayliq korpem var elimden alib meni evden cixarib. Men 5ayliq korpemi nece ala bilerem nece muddete mende ola biler ??
Salam. Məhkəməyə müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Ilham Quliyev 2023-03-26 13:35:05
Salam bilmek istediyirdi Azerbaycan vətəndaş olan ər və ərvad basqa bir olkede nikaha girib Azerbaycana gelib-arvad bir terefli bosana biler?
Bəli, boşana bilər. Vəkil Qulam İsmayılzadə
Azada 2023-03-28 08:02:03
Salam.Bilmek isteyirdim bowanandan sonra soyadi deyiwdirmeye bilerik?yeni qizliq yox nigahda olan soyadda qalmaq olarmi?
Bəli, dəyişməmək olar. Vəkil Qulam İsmayılzadə
Ferzeli Elnarə 2023-03-28 08:04:17
Salam. Boşanmadan aliment üçün hara müraciət edə bilerəm
Ferzeli Elnarə 2023-03-28 08:09:46
Boşanmaqa verilən zaman qarşı tərəfə neçə günə gedib çatır (xəbəri olsun)
Təqribən 10 günə. Vəkil Qulam İsmayılzadə
İslam Memmedov 2023-03-28 16:12:10
Salam, men heyat yoldaşımdan resmen boşanmışam. Hazırda heyat yoldaşım ve yetkinlik yaşına çatmayan iki qızım mene mexsus olan, vereselik yolu ile anamın vefatından sonra menim adıma keçirilən mənzildə yaşayır. Men hemin menzili satmaq isteyirem, kecmiş heyat yoldaşım menzilde qeydiyyatda olduğu üçün satışa razılıq vermir. Hansı hüququ addımlar atmalıyam ve menzilden ona düşən pay nədir?
Onları məhkəmə yolu ilə qeydiyyatdan çıxardıb sonra sata bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Abbas 2023-03-29 14:58:24
Salam ,məhkəmə böşanma haqqında qərar çıxarıb. Biz boşanma haqqında rəsmi sənədi hardan və hansı müddətdən sonra götürə bilərik.
Qeydiyyat şöbəsindən, qətnamə qanuni qüvvəyə mindikdən sonra. Vəkil Qulam İsmayılzadə
Tahire 2023-03-30 04:00:15
Salam. 18 ildi yoldaşımla evliyik 3 usağımız var. En böyüynün 17 yaşı var. Yoldaşım hem mene xeanet edib hemde uzun müddetdir ki mene şiddet gösterir. Boşanmaq isteyirem amma meni öldürmekle tehdid edir. Bu halda ne edə bilerem? Xahis edirem cavablayardınız
Sualınız qeyri müəyyəndir. Sizi öldürməklə təhdid edirsə polisə müraciət edin. Vəkil Qulam İsmayılzadə
Gülnarə Məlikova 2023-03-31 11:25:41
Salam uşağ yoxdu ve ayrılmaq isdiyirem bilməy isdiyirdimki bir tərəfli boşanma ərizəsi verende mehkeme müraciət etdikdə ne teleb olunur ne sənədlər ne lazım olur zəhmət olmasa cavab vererdiz
Məqalədə bunun qaydası göstərilmişdir. Vəkil Qulam İsmayılzadə
Lale 2023-03-31 11:53:53
Salam ekiz usaqlarim var 11 ayliq bosanmaq isteyirem alimentde versin isteyirem lakin yoldasim deyir vermeyecem nigah var kebin var lakin usaqlari eve qeydiyyata almir bunu mehkeme mecbur ede bilermi ona?ve siz qiymet deyerdiz bu isleri neciye gorusuz prablem yaransa müraciət etmek ucun bilim
Məhkəmə vasitəsi ilə uşaqların qeydiyyata alınması öhdəliyini ərinizin üzərinə qoyulması mümkün deyil. Vəkil Qulam İsmayılzadə
Nərgiz Quliyeva 2023-03-31 18:01:58
Salam 1 ildi evliyəm tək.terefli boşanmaq olur? Zaks kağızı olmadan boşanmaq üçün erze verilə.bilermi?
Bəli olur, qeydiyyat şöbəsinə müraciət edin. Vəkil Qulam İsmayılzadə
Namiq 2023-04-01 09:07:20
Salam yoldaşım xarici vətəndaşıdı.bosanmisiq aliment kəsilib 1usaq 100m.yenidən evləndim 2usaqim var.maaşimda rəsmi 500manatdi.iddiya qaldıra bilər?
Nə ilə bağlı iddia? Vəkil Qulam İsmayılzadə
Sebine Nebiyeva 2023-04-02 03:07:44
Salam men iki il evvel bosanmisam bir il bundan evvel qizillarin mueyyen pul mebleginde mene verilmesi barede qerar qebul olundu amma usdunden bir il kecsede qarsi teref pulu odemeyib men nece edim? hara muraciyhet edim? zehmet olmasa mene bununla bagli komey ederdiniz.Erize formasinda hara muraciyhet edmeliyem
Salam. Qərara dair icra sənədi olmalıdır, ona görə cavabdehin yaşayış yeri üzrə icra şöbəsinə müraciət edin. Vəkil Qulam İsmayılzadə
ləman 2023-04-03 14:34:54
Salam mənim yoldaşım Meditasiya Şurasına müraciət edib ilkin olaraq. Biz birlikdə ev almışıq, qanuna görə yarı bölünməlidi Bilmək istəyirəm ki ev alarkən yoldaşım atasından ona hədiyyə olan evi satıb evin yarısı qədər pulu birdəfəlik verib qalanını ikimizin ümumi puluna almışıq. Məhkəmədə o atasından qalma evi satıb verdiyi pulu da tələb edə bilərmi?Yəni tələb edə bilərmi ki həm evin yarsı həm də mənə düşən hissədən də birdəfəlik verdiyi məbləğ qədər? Və 16 yaşlı qızım var 18 yaşlı oğlum Məhkəmənin daha çox kimin xeyrinə bölgü aparmaq ehtimalı var Təşəkkürlər.
Sualınızı dəqiqləşdirib yazın, aydın deyil. Vəkil Qulam İsmayılzadə
Adsız 2023-04-04 14:08:58
Salam birtərəfli boşanma prosesində məhkəməyə neçə gün verdikdən sora qarşı terefe ərize xəbər verilir birde məhkəməyə gelmese boşanma olur ?
Təqribən 10 gün. Bəli. Vəkil Qulam İsmayılzadə
Eliyeva Arzu 2023-04-04 21:42:02
Salam. Yoldasimla bosanmamisiq bir usağım var, alimente vermek isteyirem. Bura vetandasiyam. Yoldasim uzun illerdi Rusiyada qalir ve ora vetandasidi.(Azerbaycan vetandasligi yoxdur). Resmi islemir. Alimente qerar verilse bu qerar gonderilir Russiya? Ola biler burda verilen qerarin Rusiyada bir hüquqi qüvvəsi olmasin? Ve eyer quvvesi olsa aliment meblegine gore etiraz edile biler? Cox saq olun.
Siz burda boşana bilərsiniz qərar isə icra olumnası üçün göndəriləcək Rusiyaya. Vəkil Qulam İsmayılzadə
Hidayetova Cəlalə 2023-04-06 08:45:36
Salam herbiciynen ailəliyəm üç uşağım var az yaşlı boşanmağa isteyirem hedeliyir meni.men necə hara müraciət edə bilərəm?
Məhkəməyə müraciət edin. Vəkil Qulam İsmayılzadə
Nadirova Aynur 2023-04-12 05:36:24
Salam 7-8 ay once yoldasim bosanmaya vermisdi sonra barisdiq ve men bu gun bilmisem ki bosanmisiq. Menim hec bir yerde istirakim olmadan ve mene bosanmaqla bagli hec bir melumat verilmeden nece olur bu bosanma?
Sizin iştirakınız olmadan da olur boşanma. Vəkil Qulam İsmayılzadə
Nadirova Aynur 2023-04-12 05:37:11
Men nece oyrene bilerem bosanib bosanmadigimi?
Qeydiyyat şöbəsindən. Vəkil Qulam İsmayılzadə
Mushviq Kazimov 2023-04-12 10:58:01
Salam, Nigahdan sonra banka her ay pul qoyurduq. 4 ilden sonra elave men qohumlardan 20000 azn borc pul goturdum yigdigimiz meblege elave etdim. Bankdan birazda kredit goturub yigdigimiz pullara elave ederek ev aldiq. Veziyyet ele getir ki, evi qaynanamin adina kecirtmeli olduq muveqqeti. Bankdan 3 illik kredit goturmushduk. 1 il sonra menim telebimle evi qaynanam yoldahsimin adina kecirtdib lakin bagishlamayla. Bagishlama oldugunu bilmirdim mensiz getmishdiler. 1 oglumuz var 4 yashinda. Banka kreditimizin 3 ayi qalib. Kredit yoldashimin adinadir ve mende zaminem elavede ki, nigahdan evvel olan mashinimda girovdur bankda. Menim qeydiyyatimda hemen o evdedir. Cox xaish edirem bilmek isderdim ki, menzilin kreditini bir yerde vermishik deye boshandiqda, men odediyim pullari evi sataraq geri ala bilerem? Umumiyetle boshanma olduqda menim o evde qeydiyatim oldugu ucun menzilde yashama huququm var? Teshekur edirem onceden.
Əgər ev bağışlama yolu ilə arvadınızın adına rəsmiləşdirilibsə, onda heç bir pay tələb edə bilmərsiniz. Qeydiyyata görə yaşamaq hüququnuzun olması məsələsi birəz qəlizdir, lakin sübut edə bilsəniz bütün dediyiniz halları onda yaşamaq hüququ əldə edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Aynurə Paşayeva 2023-04-12 21:41:08
Salam.Yoldasim basqa ölkədə yasayir və biz boşanmaq istəyirik.2 yetkinlik yasina catmiş övladımız var.Yoldasim Azərbaycana gələ bilmir.O kiməsə etibarnamə verə bilər ki,onun əvəzindən boşanmaya muraciət etsin.Biz ňigah bagladimiz idarəyə muraciət etməliyikdə raziliqli bosanma oldugu ucun?
Bəli etibarnamə verə bilər, lakin özü iştirak edə bilməsə boşanma yalnız məhkəmı qaydasında həyata keçirilə bilinər. Vəkil Qulam İsmayılzadə
Nurşən 2023-04-17 21:45:19
Salam, axşamınız xeyir, Qulam bəy. Mən yoldaşımla boşanmaq istəyirəm. 9illik ailəliyəm. 8yaşında 1qız övladım var. Məhkəmədə uşaq məni seçsə. Hakim uşağın məndə qalmasına qərar verəcək? Şiddət var ailədə, uşaq atadan çox qorxur. Zəhmət olmasa cavablandırardız. Öncədən təşəkkürlər
Bəli bu haqda qərar qəbul edir məhkəmə ki, uşaq ananın və ya atanın yanında qalsın. Vəkil Qulam İsmayılzadə
Elnaz 2023-04-20 08:12:50
Salam oglumun 13 qizimin 9 yaşı var mehkemede onların fikri nəzərə alinacaq yoxsa hakim ozu qerar verecek
Bəli onların fikri nəzərə alınacaq. Vəkil Qulam İsmayılzadə
İlham 2023-04-25 14:33:20
Salam. Mən arvadımım mənə xəyanət etməsində şübhələnmişəm. Daha doğrusu əlimdə sübut olmasa da onun mənə iş yoldaşı ilə xəyanət etməsində əminəm. Düşünürəm ki, bunu yalnız onların telefon əlaqələri ilə sübuta yetirmək olar. Məhkəməyə müraciət etsəm onların biri-birinə etdikləri zəngləri ortaya çıxarmaq olarmı? Arvadım mənim adıma olan telefon nömrəsindən istifadə edir.
Məhkəmə bu məsələyə baxmır. Nömrə öz adınızadırsa onda özünüz çıxarda bilərsiniz şəbəkədən. Vəkil Qulam İsmayılzadə
Fidan Sireliyeva 2023-04-25 21:00:38
Salam. 7aydır evliyik yoldaşımla mən boşanmaq isdəmirəm. Əyər o ərizə yazıbsa mən yazmadıqım müdətcə bizim boşanmaqmız mümkündür? Yoxsa mən ərizə yazmadıqım müdətcə məhkəmı bizi boşandıra bilməz?
Əgər hamilə və ya 1 yaşınıza qədər uşağınız yoxdursa onda məhkəmə sizi boşayacaq. Vəkil Qulam İsmayılzadə
Vusalə Bagirli 2023-04-26 12:39:09
Salam.yazilan şerhlere cavab verdiyiniz ucun cox sagolun.men 12 illik evliyem 2 usağım var biri 12 biri 7 yasinda.torpaq qaynatamin adinadir men geldikden 2 il sonra ev tikmeye baslamisiq ve etdiyimiz her sey ortaqdir.qaynatamdan ayri yasayiriq.7 ildir oz evimizdeyik.yola getmediyimiz ucun bosanmaq isteyirem.mene mulkden nese dusurmu?
Evin tiikilməsinə xərclənmiş pulun yarısını tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Qadimov Elsen 2023-04-28 17:02:55
Salam mehkeme olmadan usaqlara aliment odenile bilermi ?
Əgər tərəflər mediasiyada razılaşıblarsa onda olur. Vəkil Qulam İsmayılzadə
Əliyeva Leyla 2023-05-02 15:42:42
Salam.2ildir evliyik bir qızımız var 2yasinda Boşanmaq isdeyirik ve her iki tərəf boşanmaya razıdır.Bosanan zaman nömrəde olan danışıqlar çıxarılır və boşanma 500azn’a başa gəlir deyə məlumat verilib bize bu ne derecede düzgündür ?
Yazılar çıxarılmır, boşanma prosesinin aparılmasının qiymətini hər vəkil özü müəyyən edir. Vəkil Qulam İsmayılzadə
Rzayeva 2023-05-05 19:36:52
Salam, mən 11 ildir ki evliyəm və yoldaşım mənimlə ayrılmaq istəyir səbəbi isə uyğunsuzluq görür iki azyaşlı 6-8 yaşlı uşağım var və mən boşanmaq istəmirəm,məndən öncə çörək sexi vardı və mənim adım orda işçi kimi gedir, məndən sonra aldığı iki maşın,üç otaqlı (kimin adına olduğunu bilmirəm)ev və qurduğu maşın biznesindən mənə nə dərəcədə pay düşür və hal hazırda yaşadığım evdə qaynana qaynata var tam dəqiq bilmirəm ev kimin adınadır əgər boşansam ya bu ev, ya da alınan evdə yaşaya bilərəmmi? Və uşaqlar mənimlə qalacaqmi, mən razı olmasam da bu proses baş tutacaq düzdürmü? Bəs mən hüquqlarımı necə öyrənə bilərəm yəni hansı qanunlardan istifadə edə bilərəm boşanmamaq üçün? Xahiş edirəm mənə yardım edin Öncədən təşəkkürlər!
Siz ən yaxşısı vaxt eləyib vəkil konsultasiyası alım, sizin verdiyiniz suallara cavab vermək üçün araşdırmaq lazımdır. Vəkil Qulam İsmayılzadə
Talıbova 2023-05-06 01:27:50
Nikah haqqında şəhadətnamənin əsli itib, surəti var boşanma prosesində problem yaradar?
Səadət 2023-05-06 12:00:55
Salam, mən boşanmaq istəyirəm 4 aylıq körpəm var, məhkəmə bosayacaq bizi?
Bəli, boşaya bilər. Vəkil Qulam İsmayılzadə
Fidan Memmedli 2023-05-06 23:55:25
Salam biz 5 ildi ailelik 2 azyasli ovladimiz var men bosanmaq isteyirem.Sebeb hem xeyanet hem de yoldasimin ailesinin bize mudaxile etmesidi.Men yoldasimi ataliq huququndan mehrum etmek isteyirem cunki bu 5 ilde tek usaq boyutmusem.Yoldasim bosanmaq istemir onun raziligi olmadan bosanma ola biler?Texminen ne qeder ceker
Bəli, onun razılığı olmadan da olar. 3-4 ay razılığı olmasa. Vəkil Qulam İsmayılzadə
Gulsen 2023-05-10 00:24:43
Salam. Yoldasim masin alvercisidi. Davernisle masin alib satir . Ele vaxt olurki oz adina kecirir masini. Bilmek istedirdimki bosanma zamani nese teleb ede bilerem? Hal hazirda elinde olan masin adinda deyil. Cox sagolun
İqbal 2023-05-12 15:13:42
Salam kəbinlə evlilidə gəlinə alınmış və toyda verilmiş qızıl-ziynət əşyaları boşanmadan sonra kimdə olmalıdır
Hədiyyədirdə gəlində. Vəkil Qulam İsmayılzadə
MEHERREM 2023-05-15 01:16:41
SALAM AXSAMINIZ XEYIR MEN AILEMDEN AYRILMAQ ISDEMIREM ONU COX SEVIREM . MUHARIBE ISDIRAKCISIYAM PISIXOLOJI PRABLEMLER YASAYIRDIM OLA BILER ONA QARSI HANSISA SEFLER ETMISEM SADECE BU AYRILMAGIM UCUN SEBEB DEYIL QAYNATAM HEYAT YOLDASIMI BOSANMAGA MECBUR EDIR QIZDA ONUN DEDIYINI DEYIR ARTIQ BIR DEFE MEHKEME OLUB MEN UZURLU SEBEBLERLE ISDIREK EDE BILMEMISEM ELIMDE SANTAJLA BAGLI SUBUTLAR VAR SES YAZISI BU MEHKEMEDE MENE KOMEK EDE BILERMI
Xeyr, nikah könüllü əqdir istənilən halda pozulacaqdır. Vəkil Qulam İsmayılzadə
Lale Ağayeva 2023-05-15 14:32:41
Salam vəkil.men boşanmaq üçün mediasiyadan müraciət etmişəm.lakin mənim və yoldaşımın qeydiyyatı Bakıya deyil nacxivanadir.ama hər ikimizdə Bakıda işləyirik və uşaq məktəbə gedir mümkündürmü ki bizim mediasiya prosesinin və mehkememiz Bakıda baş tutsun.eger yoldaşım mane ılık törətmək istəsəniz Naxçıvanda olsun o necə?
Bakıda keçirilməsi üçün gərək burda yaşamağınızı təsdiq edən sənədi təqdim edəsiniz. Vəkil Qulam İsmayılzadə
Xaqani 2023-05-20 16:29:50
Yoldaşaim menden bosanir 7 ayliq usagmiz var men raziliq vermirem prosses nece gedecek Qanun vericiliyde atanin usagin gormek huqquq varmir ? Ve usagi nece gun ve ya nece saat gore bilerem ? Uzag mesafelerde yasayiqir ana rayonda ata bakida Mehkemede hakimden teleb edneliyem mi men usag menin gostermeyi icin qerar versizin
Nikah sizin istəyinizdən asılı olmayaraq pozulacaq, ona görə ki bu könüllü əqdir. Uşaqla görüşlə bağlı ayrı iddiaya qaldırmalısınız çünki boşanmaya baxılan zaman uşaqla ünsiyyət məsələsinə baxılmır. Vəkil Qulam İsmayılzadə
Xaqani 2023-05-20 16:39:39
toydan qabag men Mehbeli evin esayalarin ozu vesayetinle almisam bu hallda bu mebel kim qaliri zehmet olmasa cavabladirasiz
Baba babayev 2023-05-21 10:04:58
Salam men 14 ildi evliyem yoldasmla yolasa bilmirk uzr isdyrem biraz cox dansqandi mende xesdeyem 3 qiz evladm var bacsi terefden yoldasmi doldrsa getrir men nece ede bilerem
Sualınızı dəqiq yazın və hüquqa aid olsun. Vəkil Qulam İsmayılzadə
Nuray Abdullayeva 2023-05-21 16:16:32
Salam vekil bey. Demeli men birseyi oyrenmek isteyiremki bosanmaq ucun erize vermek isteyirem ancaq meni evden doyerek agir tehqirlerle cixariblar 2 yasli usagim var doyerek elimnen aliblar men mehkeme proseslerinnen evvel usagi nece ala bilerem usagi ozum orda qoymamisam zorla elimnen aliblar. Zeng edirem ne danismaga icaze vermir erkm nede usagi gormeye nolar cavablandirin.
Boşanmaya müraciət edin məhkəmə qərar qəbul edəcək ki, uşaq sizin himayənizdə qalsın, sonra icra məmuru uşağı alıb sizə verəcək. Vəkil Qulam İsmayılzadə
Mahmud 2023-05-23 16:44:20
Salam raziliqli bowanmada wertler ve qanunlar necedir?mulk filan her hansi bir emlak bolunurmu?
Məqalədə məlumat verilibdir. Vəkil Qulam İsmayılzadə
Nuray Abdullayeva 2023-05-23 16:45:12
Bes hormetli vekil. En tez usagi nevaxt yanima getire bilerem men mehkemeye versem usagi ne menle gorusdurmur nede danisdirmir atasi. Birdemki anada xetelik ruhi problemler birde yungul heyat terzi yoxdursa 100 faiz usag ana ile qalir??
Sevinc 2023-05-24 00:16:20
Salam Mən 3ildi evliyəm Yoldaşım xəyanət eydiyinə göre boşanmaq isteyirem. Çox şans verdim ama o,bildiyin edir.Üzür isteyirem uşaq yoxdu boşanmaq necə.keçirilir?Yani Məhkəmədə yoxsa Asand xidmətde?
Əgər o da razıdırsa onda ikiniz birlikdə yaxınlaşın ASAN=ın qeydiyyat şöbəsinə əgər razı deyils onda məhkəməyə müraciət etməlisiniz. Vəkil Qulam İsmayılzadə
Sevinc 2023-05-24 00:21:58
Birdeki mənim qizillarımı lambarda qoyub hamsın onu necə ala bilərəm?Birdü evləndiyden sonra maşında alıb ondan pay isteye bilərəm yoxsa yox?zəhmət olmasa deyerdiz
Bunların hamısını tələb edə bilərsiniz məhkəmə vasitəsi ilə. Vəkil Qulam İsmayılzadə
Vüsalə 2023-05-24 16:36:03
Salam. Mən boşanmaq istəyirəm. 1 azyaşlı uşaqım var. Yoldaşımla çox mübahisəmiz oldu. Atamın evinə gəldim. Gəlib söz verdiki düzələcəm apardı. Amma düzəlmədi. Ev və maşını nigahdan sonra almışıq. Mənə deyir sənə heçnə verməyəcəm. Buna ixtiyarı var? Bankda puluda var. Hazırda işləmir necə aliment verməlidir?
Vüsalə 2023-05-24 16:37:57
Nigahdan əvvəl gəlinə gətirilən qızıllar boşanmada bölünür?
Lale 2023-05-24 23:16:09
Salam vekil.men mediasiyaya erize vermisem qeydiyyatda qaynatamin evindeyik qizimda mende ama orda yasamiriq.kirayede qaliriq .men mehkemede ailmentle birge kirayede yasadigim ucunde kiraye pulu teleb ede bilerem?
Huseynova zeyneb 2023-05-25 01:10:59
Salam.9ildi evliyem ve artiq bosanmaqa qerar vermisem her ikimiz ayrilmaqa qerar vermisik.sebeb xeyanet şiddet artiq soz sohbetler. Mene toyumda alinan qizillari menden icazesiz alib satib 1manatda mene vermeyib.men bu qizillari teleb ede bilerem? 8yasli qizim var ozum islemirem anam gildeyem.ne qeder aliment duse biler usaqima?usaqimin haqqin isteyirem
Mübahisəyə necə başlamaq olar
Müzakirəni düzgün şəkildə açmaq izləyicilərinizi daha çox maraqlandıracaq və arqumentinizdə qalib gəlməyinizə kömək edəcək. Debatınızdan əvvəl insanları qazanacaq möhkəm açılışa hazırlaşmağa vaxt ayırın.
addım
Metod 1/3: Tamaşaçıların diqqətini cəlb edin
- Cazibədar bir hekayə danışın. Bu, mövzuya niyə ehtiraslı olduğunuza dair şəxsi lətifə, tamaşaçıların öyrənə biləcəyi başqa bir insan haqqında lətifə, müdriklik, nağıl və ya tarixi hadisə və ya mübahisənizin əsas məqamlarını özündə əks etdirən lətifə ola bilər.
- Hekayəniz mübahisənizin mahiyyətini tutmalıdır. Məsələn, o, mövzu ilə bağlı qarşılaşdığınız çətinlikləri, bu çətinlikləri necə dəf etdiyinizi və öyrəndiyiniz təcrübələri araşdıra bilər.
- Məsələn: “Təbii marixuana qıcolmadan əziyyət çəkən bir şəxs kimi xilasedici bir lütf idi. Mən və ailəm müalicə olunmaq üçün ölkəyə köçməli olduq, lakin bu riskə dəyərdi. Tutmalarım gündə beş tutmadan cəmi bir tutmaya düşdü. bir həftə nöbet.”
- Siz məs. Soruşun: “Sevdiyiniz bir insanın heç bir səbəb olmadan əziyyət çəkdiyini görmək istərdinizmi?”
- Məsələn, deyə bilərsiniz: “Hazırda okeanda bir milyard ton plastik üzür. Havay adaları boyda bir ada etmək üçün kifayət qədər plastikdir. Sonra problem haqqında danışmağa davam edin və dinləyicilərinizə həllinizin niyə ən yaxşı olduğunu izah edin.
- Məsələn, həyatda uğur qazanmaq üçün ali təhsilin niyə lazımsız olduğunu düşündüyünüz barədə danışdığınızı təsəvvür edin. Siz “Mark Twain bir dəfə demişdi” ilə başlaya bilərsiniz: “Məktəbin təhsilinizi pozmasına icazə verməyin. “”
- Məsələn, iqlim dəyişikliyinin real olduğunu iddia edirsinizsə, atmosferdə böyük miqdarda karbon qazının təsirinə məruz qalmış buzlaqın əvvəl və sonra şəklini göstərin.
Metod 2/3: Müzakirənin başlanğıcı
- Təriflər yaradın. Müzakirədə əsas sözlər birinci çıxış edən tərəfindən izah edilməli və müəyyən edilməlidir. Həmçinin tamaşaçıların çox yaxşı bilmədiyi əsas ifadələri müəyyənləşdirin.
- Arqumentinizdə əsas terminləri müəyyənləşdirin və bir sıra lüğətlərdə onların təriflərini tapın. Hər bir söz üçün ən uyğun tərifi seçin. Neytral və şərti bir tərif seçəcəksiniz.
- Tərifləriniz həm hərfi, həm də kontekstli ola bilər. Kontekstləşdirilmiş təriflər konsepsiyanın real dünyaya necə aid olduğuna dair nümunələr əlavə edir. Məsələn, pulun kontekstli tərifi pulun qida və qaz kimi xidmətlərin alınması üçün istifadə olunduğunu göstərəcək.
- Davanızın vəziyyətini ümumiləşdirin. Açar sözləri müəyyən etdikdən sonra auditoriyaya sizin və qrupunuzun nəyi və niyə müzakirə etmək istədiyinizi söyləyin. Mövqeyinizi müxtəlif yollarla təkrarlayaraq arqumentlərinizi gücləndirin.
- Məsələn, “Mən və komandam sizə tibbi marixuananın ehtiyacını, faydalılığını və faydalarını göstəririk. Birlikdə göstərəcəyik ki, minlərlə xəstə, o cümlədən tutmalardan əziyyət çəkən gənc uşaqlar tibbi marixuanada rahatlıq tapırlar. Araşdırmalar göstərir ki, tibbi marixuana tutma hallarını 80% azaldır. Bundan əlavə, tibbi marixuananın yan təsirləri, xüsusən də uşaqlar üçün tutmaları müalicə etmək üçün istifadə edilən ənənəvi dərman formaları ilə gələn yan təsirlər qədər ciddi deyil. Tibbi marixuananın xəstələr və onların ailələri üçün praktik, təhlükəsiz və qənaətcil bir həll olduğunu göstərmək istəyirik. ”
- Siyasəti müəyyənləşdirin. Komandanızın arqumentində müzakirə etdiyiniz problemin həlli ilə bağlı təklif olmalıdır. Müzakirə qrupları bunu qəbul etmək istədikləri siyasəti müəyyən etməklə edir. Birinci məruzəçi siyasətin təfərrüatlı izahından fərqli olaraq onun əsas komponentini təsvir etməlidir.
- Komandanızın siyasətinin işlədiyini nümayiş etdirmək üçün siyasətinizin əsası kimi artıq qəbul edilmiş siyasətlərdən istifadə edin. Məsələn, qeyd edə bilərsiniz ki, maşın sürərkən cib telefonlarından istifadəyə qoyulan qadağa avtomobil idarə edərkən içki içmək qadağasına bənzəyir.
- Siyasətin nə üçün zəruri olduğunu və ya dəyişdirilməsinin üç vacib səbəbinə diqqət yetirməyə çalışın.
Metod 3/3: Müzakirənin təqdimatı
- Tamaşaçıları salamlayın. Siz həmişə tamaşaçıya salam verməlisiniz. Tamaşaçıları salamlamaq, müzakirə etmək istədiyiniz mövzuya inamlı və ciddi olduğunuzu göstərir. Bu həm də izləyicilərinizin fikrinə hörmət etdiyinizi göstərir.
- “Sabahınız xeyir müəllim və heyət. Bugünkü müzakirənin mövzusu tələbə parkı ”və ya“ Sabahınız xeyir müəllimlər və tələbələr. Bu müzakirəyə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Bu gün mövzu tələbələrin parklanmasıdır. ”
- Səhifənizin nə üçün mübahisə etdiyini bildirin. Tamaşaçılarla salamlaşarkən, komandanızın arqumentini qısaca ifadə edin. Əgər ifadənizdə çoxlu sözlər varsa, tamaşaçıların diqqəti yayına bilər və ya marağını itirə bilər. Həmçinin dinləyicilərinizə natiqlərin rollarını izah edin.
- “Biz hesab edirik ki, qeydiyyatdan keçmiş tələbələr kampusda park etmək üçün park kartı üçün pul ödəməməlidirlər” və ya “Qeydiyyatdan keçmiş tələbələr kampusda park etmək üçün parkinq kartı üçün pul ödəməlidirlər” sözləri ilə səhifənizin nə ilə bağlı mübahisə etdiyini bildirin.
- Natiqlərin rollarını belə izah edin: “Birinci natiq kimi mən əsas terminləri müəyyən edəcəyəm və əsas arqumentimizi təsvir edəcəyəm. İkinci natiqimiz arqumentimizin əsas səbəblərini izah edəcək, üçüncü natiqimiz isə arqumentimizi ümumiləşdirəcək. ”
- Tamaşaçılarla göz təması qurun. Tamaşaçılardakı şəxslərlə göz təması qurmağa çalışın. Göz təması quraraq, üz ifadələrini oxuyaraq reaksiyalarını ölçə bilərsiniz. Siz həmçinin auditoriya ilə daha şəxsi səviyyədə əlaqə qura biləcəksiniz və beləliklə, arqumentinizi daha cəlbedici edəcəksiniz.
- Cümlənin sonunda auditoriya ilə göz təmasını saxlamağı unutmayın.
- Bir şəxslə cəmi üç-beş saniyə göz təmasını saxlayın, sonra digərinə keçin.
- Yavaş və aydın danışın. Danışarkən nəfəs almağı xatırlayaraq nitqinizi aşağı salın. Cümləni bitirdikdən sonra dərindən nəfəs alın və növbəti cümləyə keçin.
- Fasilələri də unutmayın. Fasilələr nəfəs almağa və bundan sonra nə deyəcəyinizi planlaşdırmağa imkan verir. Onlar həmçinin auditoriyanıza dediklərinizi emal etmək imkanı verir.
Debat Yardımı
Müzakirə başlamaq üçün diqqəti cəlb edən yollar
İcma sualları və cavabları
Orta məktəbə getsəm müzakirə etməyin nə əhəmiyyəti var?
Debat uşaqlarda öz fikirlərini başqalarının qarşısında ifadə etməkdə inamlı hiss etmələrinə kömək edə bilər ki, bu da özünə inamın inkişafında vacibdir.
Sözləri unutsam nə etməliyəm?
Əvvəlcə orada olan hər kəsi salamlayıb sabahınız xeyir olsun? Və/yaxud özümü təqdim edirəm?
Müzakirəmə təkliflə başlamalıyam, yoxsa tamaşaçıları salamlayıb təklifi əlavə etməklə?
Mənfi ilk danışan üçün yaxşı bir giriş nədir?
Debatda özümü necə təqdim edirəm?
İnterneti araşdırmadan debata necə başlamaq olar?
Onlayn alış-verişin əleyhinəyəmsə, nədən başlamalı və əsas məqamlar nə olmalıdır?
Şəkərlə duzu necə müzakirə edə bilərəm?
Kənd həyatının şəhər həyatından daha yaxşı olması ilə bağlı mübahisəyə necə başlayım?
Hər gün saat Sizi daha təhlükəsiz, daha sağlam və ya rifahınızı yaxşılaşdıran daha yaxşı həyat yaşamağınıza kömək edəcək təlimat və məlumat əldə etmək üçün çox çalışırıq. Hazırkı ictimai sağlamlıq və iqtisadi böhranların ortasında, dünya dramatik şəkildə dəyişdikcə və hamımız gündəlik həyatda dəyişiklikləri öyrəndik və onlara uyğunlaşdıq, insanların hər zamankindən daha çox ehtiyacı var. Dəstəyiniz daha ətraflı təsvirli məqalələr və videolar yaratmağa və etibarlı brend təlimat məzmunumuzu dünya üzrə milyonlarla insanla paylaşmağa kömək edir. Bu günə töhfə verməyi düşünün.
Boğazda qalan çöp. Azərbaycanlılara məxsus xəstəlik, yoxsa fırıldaqçılıq?- ARAŞDIRMA
“Oğlum təzə iməkləməyə başlamışdı. Yerdən nə tapırdısa, gözümüzdən yayınıb tez ağzına qoyurdu. Bir gün bərk xəstələndi – qızdırma, boğaz ağrısı, qusma, yeməkdən də tamam kəsilmişdi. Lap başımızı itirdik, həkimə apardıq, bir torba iynə-dərman yazdı. Heç nə kömək etmədi, əksinə, antibiotiklər onu bir az da əldən saldı. Həkimlər təcili xəstəxanaya yerləşməyimizi məsləhət gördülər. Qayınanam dedi ki, gəlin uşağı çöpçüyə aparaq, bəlkə, çöpü qalıb. Ora çatana qədər deyindim. Çöpçünün onu sağaldacağına inanmamağım bir yana, fikirləşirdim ki, əlini uşağın boğazına salıb ona infeksiya keçirəcək. Gözlərimi çöpçünün əllərinə zilləmişdim, bomboş idi. Uşağın burnunu üfürdü və ağzından gavalı çəyirdəyi, yemək qalığı, alma tumu – bir zibillik zibil çıxdı. Uşaq evə çatmamış yolda yuxuya getdi”.
Bu sözləri Publika.az-a həmsöhbətimiz Humay Məmmədova bildirib. Əvvəllər çöpçüyə getməyin qəti şəkildə əleyhinə olan qadın uşağının tez bir zamanda iynə-dərmansız sağaldığını görüncə fikrindən daşınıb.
Kiçik bir sorğu keçirdik və məlum oldu ki, sorğuda iştirak edən körpəsi olan anaların əksəriyyəti Humay xanım kimi çöpçünün xidmətindən istifadə edir. Lakin valideynlər bu məsələdə daha çox təcrübəli və bacarıqlı çöpçüyə getməyə üstünlük verirlər. Çünki valideynlərin zəif yeri olan uşaqlardan qazanc mənbəyi kimi istifadə edən fırıldaqçılar da tapılır. İki uşaq anası olan Sabirə Lətifovanın sözlərinə görə, bəzi çöpçülər uşağın burnunu asta üfürürlər ki, zir-zibil tamamilə təmizlənməsin. Bir neçə gündən sonra valideyn yenidən uşağın boğazında çöp qaldığını düşünüb onun yanına gəlir və çöpçü də ikiqat qazanmış olur.
Digər bir məsələ isə bəzi çöpçülərin uşağı çöpdən birdəfəlik xilas etmək üçün çöpü “bağlaması” ilə bağlıdır. Sabirə Lətifovanın sözlərinə görə, bunun üçün Sumqayıt şəhərində yaşayan Yeganə adlı çöpçü ondan 100 manat pul alsa da, uşağa heç bir xeyri olmayıb:
“Təxminən 10 il əvvəl böyük qızımı, demək olar ki, həftədə iki dəfə çöpçüyə aparırdım. Boğazında qəpikdən tutmuş çörəyə qədər hər şey qalırdı. Bir dəfə çöpçü dedi ki, gətir uşağın çöpünü “bağlayım”, yazıqdı, qızdırmadan əldən düşür. 30 manat verib çöpünü “bağlatdırdım”. Həqiqətən də, ondan sonra boğazında çöp qalmadı. Həmin çöpçü sonradan rayona köçdü və onu bir daha tapmadım. Ondan 5 il sonra kiçik oğlumun da çöpünü “bağlatdırmaq” istədim. Bu dəfə başqa bir çöpçü məndən 100 manat istədi. “Təki uşaq sağalsın” deyib pulu verdim. Çöpü “bağlayanda” dedi ki, uşaqda bir də çöp qalmayacaq. Əgər bağlamaq alınmasa, çöp qalsa, onu pulsuz çıxaracam. Amma oğlumun boğazında ondan sonra da çöp qaldı və həmin çöpçüyə aparanda iddia edirdi ki, çöp qalmayıb. Bu səbəbdən də hər dəfə uşağı başqa çöpçüyə aparmalı olurduq”.
Kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək çox çətin məsələdir. Amma görünən odur ki, burada tibb elminə məlum olmayan məqamlar var. Çöpçüləri jurnalist kimi danışdırmağın çətin olduğunu nəzərə alıb onların yanına uşaqla birlikdə müştəri kimi üz tutduq.
Uşaqlara 5 manat, böyüklərə 10 manat.
Çöpçü Məryəmi Sumqayıtda hamı tanıyır. Özünün dediyinə görə, bu, ona vergi kimi verilib. Zarafatla, “bunu bizə də öyrət, gecə vaxtı sizi narahat etməyək” – dedim. Amma çöpçü xanım bildirdi ki, bu, onun əlində deyil:
“Boğazdan çöp çıxarmaq bizdə vergidir və nəsillikcə gəlir. Bu verginin kimə ötürüləcəyini heç kəs özü müəyyən edə bilməz. Bu, Allah tərəfindən verilir. Mənim gözdən əlil qızım var, əgər bunu öyrətmək mümkün olsaydı, ona öyrədərdim ki, həmişə çörəkpulu olsun”.
Çöpçü Məryəmin sözlərinə görə, ona müraciət edənlər arasında uşaqlar çoxluq təşkil etsə də, bəzən böyüklərə də rast gəlinir. Artıq burada qiymət fərqli var. Əgər uşaqdan çöpü 5 manata çıxarırıqsa, böyüklər buna görə 10 manat verməlidirlər. Çöpü qalan adamın boğazına əlini vuran kimi bilir:
“Çox vaxt yanıma gətirilən uşaqların üzünə baxan kimi çöpü qalıb-qalmadığını bilirəm. Çöpü qalan uşaq burnunu ovxalayır, qızdırması olur, halsız olur. Belə uşaqlar çox vaxt işləmə-qusma ilə gətirilir. Adətən, çöpü qalan uşaq yemək yemir və gözləri də yığılır. Çöpünü çıxaran kimi isə dirçəlir və qızdırma düşür”.
Həkimlər də çöpçüyə gedir
Bakının böyük əksəriyyəti uşaqlarını “Şamaxinka” ərazisində yolun kənarında yerləşən məşhur evə – çöpçü Sahibənin yanına aparır. Evi tanımayan şəxs belə qarşıdakı maşınların tıxacından yeri ayırd edə bilər. Çöpçünün qəbuluna girmək üçün 15 dəqiqəyə yaxın gözləməli olduq. Çöpçü magistral yola birbaşa pilləkəni olan evdə xüsusi otaqda bizi qəbul etdi. Digər çöpçülərdən fərqli olaraq, burada uşaqların boğazından çıxan zibilləri atmaq üçün zibil qutusu da qoyulub. Uşağın burnunu üfürüb qida qalıqları çıxaran çöpçüyə 5 manatı uzadanda narazılıq edib, 10 manat istədi. Həftədə iki dəfə bu pulu verməyə imkan olmadığını deyib məbləğə etiraz etdikdə, “istəmirsiz, gedib başqasına çıxartdırınn, qiymət budur” cavabını eşitdik. Sahibə xanım bildirdi ki, buna da şükür edin, çünki axşam saat 22:00-dan sonra gələnlər 20 manat ödəyirlər.
Növbəti dəfə üz tutduğumuz çöpçü isə uzun illər bu işlə məşğul olan Rəsmiyə xanımdır. O da bizimlə söhbətində çöpçülüyün Allah vergisi olduğunu təsdiq etdi və bu işdə həkimlərin aciz olduğunu bildirdi. Onun sözlərinə görə, müştəriləri içərisində həkimlər də var: “Yanıma uşaq gətirən həkimlər çoxdur. Sonradan həkim olduqlarını deyirlər. Hərdən olur ki, onlar özləri valideynləri yanıma göndərirlər ki, aparın, bu uşaq çöpçülükdü”.
Çöpçülərin sözlərinə görə, uşağın boğazında çöpün qalması həm də boğazın quruluşundan asılıdır. Elə uşaq ola bilər ki, onun boğazında ümumiyyətlə çöp qalmasın. Bəs boğazda çöp niyə qalır və ya həqiqətən çöp qalırmı? Belə problemlə üzləşəndə çöpçüyə, yoxsa həkimə getmək lazımdır? Bu suallara çöpçülərin cavabları birmənalıdır. Sualları bu dəfə həkimlərə ünvanladıq:
Elmə bəlli olmayan problem
Həkimlər hesab edirlər ki, yad cisimlərin burunda, ağız boşluğunda, udlaqda, qırtlaqda, qida borusunda qalması hallarına rast gəlinir. Burun boşluğunda belə hallar uşaq yaşları üçün daha xarakterikdir. Həmin yaşlarda uşaqlar bəzən yediyi qidanı, yerdən tapdığı zir-zibili ağzına qoyur.
Qida qəbulu zamanı sivri yad cisimlər damağa, badamcığa və ya udlağa ilişərək orqanizmdə narahatlıq yaradır. Belə hallarda təbabətdə farinqoskopiya deyilən üsulla ağız boşluğu işıqlandırılır və yad cisim həkimin müdaxiləsi ilə götürülür.
Digər bir halda isə yad cisim qida borusu ilə tənəffüs yolunun arasında olan haçalanma nöqtəsinə düşə bilir. Yaşlı adamlar bunu tez hiss edirlər, uşaqlarda isə refleks zəif olduğuna görə yad cisim həmin nahiyədə xeyli müddət qalır. Mütəxəssislər hesab edirlər ki, onun orqanizmdən hər hansı ara həkiminin müdaxiləsi ilə çıxarılması mümkünsüzdür. Belə hallarda mütləq peşəkar həkim müdaxiləsi lazımdır.
Qulaq, burun, boğaz həkimi Məzahir Quliyevin sözlərinə görə, boğazda qalan yad maddəni böyüklərdə asanlıqla görmək olur. Uşaqlarda isə bu imkan bir az məhdud olur, çünki uşaqların boğazındakı boşluqlar bir az dərin olur:
“Lakin nə üçün yemək qalıqları və ya bəzi yad cisimlərin boğazın bir hissəsində qalması elmə bəlli deyil. Özüm də bu barədə maraqlanmışam, lakin səbəbini müəyyən edə bilməmişik. Boğaz ətrafında iltihablaşma olanda yediyimiz qidaların müəyyən hissəsi orada qalır, simptomatik müalicədən sonra qida öz-özünə təmizlənir. Qırtlağa balıq sümüyü, sancaq girsə belə həkimlər onu çıxara bilir. Çöpçülərin gördükləri iş elmə əsaslanmır və xəstələrimizi onların yanına göndərməyimiz düzgün deyil”.
Bəs boğazda çöp qalma yalnız bizim millətə xarakterik xüsusiyyətdirmi, yoxsa bu cür hallara digər ölkələrdə də rast gəlinir? Otolorinqoloq Faiq Abdullayevin Publika.az-a bildirdiyinə görə, uşağın boğazında qida qalıqları qala bilər, amma boğazda qəpik və s. kimi əşyaların qalması mümkün deyil:
“Qida qalıqları burun duşlarına düşür və həkimlər onları çıxara bilirlər. Xüsusi məşqlərlə də bu qalıqları çıxarmaq mümkündür. Amma bizdə insanların kütləvi şəkildə çöpçüyə üz tutması psixoloji təsirlərlə bağlıdır. Avropa ölkələrində kimsə çöpçüyə getdiyini desə, ona gülərlər”.
Mütəxəssislər hesab edirlər ki, yad cisim bədəndə heç də həmişə qızdırmaya səbəb olmur. Uşağı çöpçüyə aparmaqla onun qızdırmasını salmaq mümkün deyil. Çünki yad cismin ağız və ya burun boşluğunda qalması qızdırmaya səbəb olduğundan bu zir-zibil orada qalıb irinləməlidir. Bəzən çöpçü qırtlaq-udlaq nahiyəsində qalan hər hansı yad cismi masaj etməklə problemi aradan qaldıra bilər. Amma elə nahiyələr var ki, məsələn, bronxlara, qida borusuna düşən yad cisimləri təbabətdən bixəbər ara həkimi çıxara bilməz.
Göründüyü kimi, həkimlər heç də çöpçülüyü və çöpçüləri qəbul etmirlər. Amma onların çöpünü çıxardığı uşaqların sağalması fakt olsa da, o da faktdır ki, bu insanlar nəfəslə bir çox xəstəlikləri yaya bilərlər.
Doğrudur, boğazda qalan çöpü həkimlər ağız boşluğunu işıqlandırmaqla əksər hallarda çıxara bilirlər. İnsanların çöpçüyə müraciət etmələrinin digər bir səbəbi də maddi çatışmazlıqdır. Həkimə getməli, növbəyə durmalı, kifayət qədər pul köçürməlisən, ya da daha az vaxt və pul sərf etməklə çöpdən xilas ola bilərsən. Hər kəs seçimini özü edə bilər, həkim, ya çöpçü – çıxaran tapılacaq, təki boğazda qalan çöp olsun, söz olmasın.
Gülnar Əliyeva
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Comments are closed, but trackbacks and pingbacks are open.