Press "Enter" to skip to content

Mən sən o və telefon hekayəsi

Şekspirin “Fırtına”, B.Brextin “Qalileo Qaliley” pyeslərini, R.Taqorun “Bağban” mənsur şerlərini, A.Blokun,V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şerlərini dilimizə çevirmişdir.

Dramaturgiya və teatr Dramaturqlar

Anar (Anar Rəsul oğlu Rzayev) 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olmuşdur. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir.

Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk Səhiyyə Naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur.

Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin Sədri seçilmişdir.

1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisininin ilk iclasını açmaq, aparmaq şərəfi Anara verilmişdir. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir. Anar Milli Məclisin Mədəniyyət Komissiyasının sədri seçilmişdir. O, Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvüdür. Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir.

1998-ci il martın 14-də Azərbaycan Prezidenti Anarı 60 yaşı münasibətilə ölkəmizin ən yüksək mükafatı, İstiqlal ordeni ilə təltif etmişdir.

Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlamış, ilk qələm təcrübələrini 1952-ci ildə Şuşada etmişdir.

1960-cı ildə “Azərbaycan” jurnalının dekabr nömrəsində çap olunmuş “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” ilk mətbua hekayələridir.

1964-cü ildən Yazıçılar İttifaqının, habelə Kinematoqrafçılar, Jurnalistlər və Teatr xadimləri ittifaqlarının üzvüdür.

Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır. “Ağ liman” povesti Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda (1972), Bolqarıstanda (1973), Türkiyədə (1991), Özbəkistanda (1978), Qazaxıstanda (1976), “Beşmərtəbəli evin altıncı mərtəbəsi” Moskvada (1980, 1988), iki dəfə, müxtəlif tərcümələrdə Türkiyədə (1994, 1995), Almaniya Demokratik Respublikasında (1979), Almaniya Federativ Respublikasında (1989), Çexoslovakiyada (1980-cı ildə çex, 1984-cü ildə slovak dillərində), Macarıstanda (1981), İsveçrədə (1992), Estoniyada (1989), Gürcüstanda (1997), “Əlaqə” povesti üç dəfə Moskvada, Polşada (1981), Macarıstanda (1982), Almaniyada (1986), Fransada (1995), Estoniyada (1981), “Dantenin yubileyi” üç dəfə Moskvada, Estoniyada (1975), Bolqarıstanda (1973), Tacikistanda (1977), “Dədə Qorqud” Moskvada (1980, 1988), İranda- böyük tirajlarla, nəfis şəkildə çap olunmuşlar. “Mən, sən, o və telefon” hekayəsi Moskvada “Nedelya” həftəliyində dərc olunandan sonra, ABŞ-da, Kanadada, Yaponiyada, Finlandiyada, ərəb ölkələrində və bir sıra başqa ölkələrdə çap olunmuşdur.

Mən sən o və telefon hekayəsi

Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.

“Ağ liman” povesti Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda(1972), Bolqarıstanda(1973), Türkiyədə(1991), Özbəkistanda(1978), Qazaxıstanda(1976), “Beşmərtəbəli evin altıncı mərtəbəsi” Moskvada (1980, 1988), iki dəfə, müxtəlif tərcümələrdə Türkiyədə (1994, 1995), Almaniya Demokratik Respublikasında(1979), Almaniya Federativ Respublikasında(1989), Çexoslavakiyada (1980-cı ildə çex, 1984-cü ildə slovak dillərində), Macarıstanda (1981), İsveçrədə (1992), Estoniyada (1989), Gürcüstanda (1997), “Əlaqə” povesti üç dəfə Moskvada, Polşada (1981), Macarıstanda(1982), Almaniyada (1986), Fransada(1995), Estoniyada(1981), “Dantenin yubileyi” üç dəfə Moskvada, Estoniyada(1975), Bolqarıstanda(1973), Tacikistanda(1977), “Dədə Qorqud” Moskvada (1980, 1988), İranda- böyük tiraclarla, nəfis şəkildə çap olunmuşlar. “Mən, sən, o və telefon” hekayəsi Moskvada “Nedelya” həftəliyində dərc olunandan sonra, ABŞ-da, Kanadada, Yaponiyada, Finlandiyada, ərəb ölkələrində və bir sıra başqa ölkələrdə çap olunmuşdur.

Bir sıra başqa hekayələri, pyesləri, məqalələri də (“Keçən ilin son gecəsi”, “Asqılıqda işləyən qadının söhbəti”, “Gürcü familiyası”, “Yaxşı padşahın nağılı”, “Molla Nəsrəddin-66”), “Qaravəlli”, “Təhminə və Zaur” Moskvanın dövri mətbuatında, Türkiyə curnallarında, Almaniya, Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan dövri mətbuatında, Hindistanda və keçmiş SSRİ-nin bütün respublikalarında nəşr olunmuşlar. Jəlil Məmmədquluzadəyə aid “Anlamaq dərdi” essesi A.Tvardovskinin zamanında “Novıy mir” curnalında dərc olunmuşdu.

Anarın bir neçə şeri də var. Sözlərinə bəstəkarlardan E.Sabitoğlu, X.Mirzəzadə, Javanşir Quliyev mahnılar bəstələmişlər.

Şekspirin “Fırtına”, B.Brextin “Qalileo Qaliley” pyeslərini, R.Taqorun “Bağban” mənsur şerlərini, A.Blokun,V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şerlərini dilimizə çevirmişdir.

Anar 1970-72-ci illərdə Bakıda və Moskvada Rejissor emalatxanasında oxuyaraq kino rejissoru diplomu almışdır.

Bir sıra xarici ölkələrdə Anarın onlarla müsahibəsi, Anar və onun əsərləri haqqında yüzlərlə məqalələr, resenziyalar çıxmışdır. Onun haqqında S.Bəşirovun “Anar” adlı monoqrafiyası (1994), Nurlana Əliyevanın “Anar-şəxsiyyət və sənətkar” adlı kitabı nəşr olunmuş, haqqında iki hissəli “Anarla üz-üzə” televiziya filmi çəkilmişdir.

Anar Azərbaycanda və bir sıra xarici ölkələrdə təşkil olunan beynəlxalq tədbirlərdə- simpoziumlarda, konqreslərdə, konfranslarda, seminarlarda, qurultay və yubileylərdə iştirak, çıxış və məruzələr etmişdir. Ankarada Türk Dünyası Yazıçılarının I (1992) və II (1994) Qurultaylarında çıxış etmiş, bu qurultayların bir sıra mühüm sənədlərinin hazırlanmasında iştirak etmiş, 1996-cı ildə Bakıda Türk Dünyası Yazıçılarının III Qurultayını giriş sözü ilə açmışdır.

Mən sən o və telefon hekayəsi

Oktyabrın 7 və 8-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı Anarın eyniadlı əsəri əsasında hazırlanmış “Mən, sən, o və telefon” tamaşasının premyerası olacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Tamaşanı səhnələşdirmək üçün həmyerlimiz, istedadlı rejissor Ərşad Ələkbərov Sankt-Peterburqdan dəvət olunub, tamaşanın quruluşçu rəssamı Kristina Danilinadır.

Ərşad Ələkbərov Rusiya Dövlət İncəsənət İnstitutunun məzunudur. Azərbaycan, Rusiya və Qazaxıstanda tamaşalar səhnələşdirib. Bu, onun Rus Dram Teatrı ilə ilk əməkdaşlığı deyil. Bundan əvvəl A.Ələkbərov Yevgeni İoneskonun “Kral ölür” pyesi əsasında “Mərasim” tamaşasına quruluş verib.

Rejissorun sözlərinə görə, yeni “Mən, sən, o və telefon” tamaşası tamamilə hər yaşda olan tamaşaçıların başa düşə biləcəyi universal hekayədir. “Sizə deyə bilərəm ki, bu darıxdırıcı olmayacaq. Tamaşaçılar bir çox gənc aktyorları ilk dəfə görəcək, çoxlarını yenidən kəşf edəcək. Bir sözlə kəşflər tamaşası olacaq. Hekayənin intriqasının nə olduğunu anlamağın ən yaxşı yolu gəlib “Mən, sən, o və telefon” tamaşasına baxmaqdır”, – deyə Ərşad Ələkbərov bildirib.

Biletləri teatrın kassalarında və iticket.az saytında əldə etmək olar.

Comments are closed, but trackbacks and pingbacks are open.