Adların mənşəyi və mənası
Amir “əmr edən, ixtiyar sahibi, hakim; əmir” deməkdir. Yüksək rütbəli adamlara münasibətlə amir və ya əmir işlənmişdir.
Mənası
N
Nabat – Yaşıllıq, bitki.
Nabil (Nabilə) – Nəcib, adlı-sanlı, tanınmış.
Nabix – Şanlı, tanınmış,nəcib.
Nabixə – Ağıllı.
Nabiyə – (Ər.) 1.Ulu, şərəfli kimsə. 2.Sonradan şair olan kimsə. 3.Xəbərçi, xəbər verən.
Naciyə – Dinc, təhlükəsiz, rahat.
Nadim – Sah sarayinda sənət işlərinə baxan.
Nadir (Nadirə) – 1.Yeganə,tək. 2.Az ələ düşən, az tapılan. 3.Qəribə, əcaib. 4.Qəribə, əcaib hekayə.
Nadiyə – (Ər.) 1.Qışqırıb çağıran, səslənən. 2.Yığıncaq, məclis.
Nafiq – (Ər.) Xeyir.
Nafilə – (Ər.) 1.Bihudə, hədər, boş yerə, nahaq, işə yaramayan, boş. 2.Artıqdan qılınan namaz və ya tutulan
oruc.
Nafis (Nafisə) – (Ər.) Gözəl, incə.
Nafiz (Nafizə) – (Ər.) 1.Deşən, deşib keçən. içəriyə girən, işləyən. 2.Təsir edən, sözü keçən.
Nagəhan – (Fars.) Qəflətən, birdən-birə.
Nagıi – Saf, pak, təmi.
Nahid – Gənc, yetişmiş.
Nahid (Nahidə) – 1.Venera (Zöhrə) planeti. 2.(Ərəb dilində) Gənc,yeni yetişən qız.
Nahirə – (Ər.) Ayın ilk günü ya da son gecəsi.
Naib – Köməkçi
Naib (Naibə) – (Ər.) 1.Vəkil, birinin yerinə keçən, qazi, vəkili, şəriətə görə hökm edən hakim. 2.Növbə çəkən,
Nail (Nailə) – (Ər.) Muradına çatan, istədiklərinə nail olan, çatmış, ələ keçirən, əldə edən, həyatdan həzz
alan.
Naim – (Ər.) 1.Xoşbəxt, bolluq içində yaşayan, bəxtəvər. 2.Sakit, dinc.
Naimə – (Ər.) Gözəl zərif qadın, nazlı böyüdülmüş qadın.
Nairə – (Ər.) Atəş, alov, istilik. od, şölə.
Naləzən – (Fars.) İnləyən, inildəyən.
Namal – (Tür.) Adın duyulsun, şöhrət qazan.
Namdar – (Fars.) Adlı-sanlı, məşhur.
Namiq (Namiqə) – (Ər.) Yazıçı, katib, yazar, qəşəng yazmaq,
Namiyə – (Ər.) Olma, yerdə bitmə, qüvvətli, inkişaf, yetişmə.
Namzəd – 1.Nişanlı,adaxlı. 2.Bir işə ,vəzifəyə təyin edilməsi və ya qəbul edilməsi nəzərdə tutulan adam.
Nardan – Atəş (od), canlılıq.
Nardanə – (Fars.) 1.Nar dənələri. 2.Gözyaşı damlaları.
Nardin – (Fars.) Bir sünbül növü.
Nargül – (Fars.) Atəş rəngində, qırmızı gül.
Narin – (Fars.) İncə, zərif quruluşlu, nəzakətli. Zəif, çəlimsiz.
Nariyə – (Ər.) Odla əlaqədar, cin pəri. – Ad olaraq istifadə edilməz.
Nasix – (Ər.) Məsləhətçi, dost.
Nasim – (Ər.) 1.Həll edən, yoluna qoyan, düzüb-qoşan. 2.Təmiz hava. 3.İlıq külək, zərif.
Nasir – (Ər.) 1.Köməkçi, kömək edən. 2.Yazıçı,ədib.
Nasirə – Qələbəni gətirən, kömək.
Naşir – (Ər.) Nəşr, paylayan, piyada.
Natalya – Mövlud günündə doğulmuş.
Natəvan – Bacariqsiz, taqətsiz, gucsüz, zəif, aciz.
Natiq (Natiqə) – (Ər.) 1.Söyləyən, danışan, nitq söyləyən. çıxış edən. 2.Düşünən. 3.Bildirən, bildirici. 4.Yaxşı
danışıq qabiliyyəti olan adam.
Navid – Xoşxəbər.
Nazdil – (Fars.) Könül nazı, könül cilvəsi.
Nazəndə – (Fars.) Naz edici, nazlı, xoş ədalı.
Nazənin – (Fars.) 1.Cilvəli, oynaq, çox nazlı, işvəli, yetişdirilmiş, ərköyün, naz-nemətə alışmış. 2.Zərif, incə
quruluşlu.
Nazim (Nazimə) – (Ər.) Tənzim edən, təşkil edən, sıra-sıra, səf-səf olan şey, inşa edən.
Nazir – (Ər.) 1.Nəzər edən, nəzarət edən, baxan, göz qoyan. 2.Vəkil. 3.Bacarıqlı. 4.Bir üzü bir tərəfə
istiqamətli olan. 5.Xəbərdarlıq edən.
Nazif (Nazifə) – (Ər.) Təmiz, pak, nəzakətli, zərif və qəşəng geyimli.
Nazik – (Fars.) 1.İncə, narın. 2.Tərbiyəli, hörmətli. 3.Gözəl zərif.
Nazil (Nazilə) – (Ər.) 1.Yuxardan aşağıya enən. 2.Bir yerə qoyulan, bir yerdə yerləşən.
Nazirə – (Ər.) 1.Nümunə cavab. 2.Mənzum əsərdə ayrı vəzin və kafiyədə bənzər olma halı.
Nazil – 1.Enən, yuxarıdan aşağı düşən. 2.Allah tərəfindən göndərilən.
Nazilə – Hadisə, vaqiə.
Nazim – 1.Nizama salan, tərtib edən. 2.Nəzmə çəkən, şair.
Nazir – 1.Baxan. 2.Nazirliyə başçılıq edən hökumət üzvü. 3.Xəbərdarlıq edən.
Nazirə – Qabaqcadan xəbər verən.
Naziyyə – Tam nikbin, tam ümidli.
Nazlan – (Tür.) Özünü bəyənmə, nazlı olma.
Nazlı – (Tür.) 1.Naz edən, qəmzəli, özünü ağır aparan, gözəl, incə. 2.Dəyər verilən sevimli.
Nazlıgül – (Tür.) ( Bax. Nazlı ).
Nazpəri – Nazlı pəri, gözəl.
Nejad – (Fars.) Soy, nəsil.
Neman – Xoşbəxtlik, səadət.
Nemət – 1.Yaxşılıq, hədiyyə, lütf. 2.Xoşbəxtlik, saadet. 3.Yemək, içki, azuqə.
Nemət – (Ər.) 1.Yaxşılıq, lütf, ehsan, bəxşiş. 2.Azuqə, yeməyə, içkiyə dair şeylər, ruzi, bərəkət, yeyilib içilən
hər şey. 3.Sərvət, dövlət, var. 4.Səadət, xoşbəxtlik. – Kişi və qadın adı olaraq istifadə edilir.
Nemətulla – (Ər.) Allahın neməti.
Nəba – (Ər.) Xəbər. – Kişi və qadın adı olaraq istifadə edilir.
Nəbanəddin – (Ər.) Dinin şanı və şərəfi.
Nəbat – 1.Bitki. 2.Şəffaf. kristal şəklində. 2.Şərq şırniyyatı.
Nəbi – (Ər.) 1.Xəbərçi, xəbər verən, peyğəmbər. 2.Yüksək, uca. 3.Böyük Türk şairidir. – 17. əsrin ikinci
yarısında yaşamıştır.
Nəcdət – (Ər.) Qəhrəmanlıq, igidlik. Qorxusuz olmaq.
Nəcəf – (Ər.) Üzərinə su çıxmayan yer, yüksək, təpə. Kufə ətraflarında Hz. Əlinin türbəsinin olduğu yer.
Nəci – Xilaskar.
Nəcib (Nəcibə) – (Ər.) 1.Nəcib mənşəli, əsli-nəsli olan, soyu təmiz, pak olan kimsə. 2.Gözəl əxlaq sahibi.
3.Yollara tikilən işarə daşı, bir yerə tikilən daş. 4.Pay, hisse, hörmətli, əziz, nəcib. 5.Zadəgan, qiymətli, üstün
6.Allahın qısmət etdiyii şey.
Nəcid – (Ər.). Yüksək yayla. Ərəbistanın sahil düzənliyinə və çuxur sahəyə zidd olan yüksək qisim. – Kişi və
qadın adı olaraq istifadə edilir.
Nəcil – (Ər.) Soylu, soyu təmiz, kişizade, əsl.
Nəclə – (Ər.) Uşaq, övlad, soy, nəsil.
Nəsli – (Ər.) Nəslə aid, soya aid.
Nəcməddin – İnamın ulduzu.
Nəcmi (Nəcmiyyə) – (Ər.) Ulduz. ulduzla əlaqədar. Nəcməddin: Dinin ulduzu. – Dilimizdə “Nəcməddin”
şəklində istifadə edilir.
Nəcvə – (Ər.) Yüksək yer.
Nədidə – (Fars.) Görülməmiş görünməmiş. Çox seyrək olan, çox qiymətli.
Nədim – (Ər.) 1.Məclis yoldaşı, sohbət yoldaşı, dost. 2.Böyükləri bənd və hekayələri ilə əyləndirən, gözəl
hekayələr izah edən, şirin danışan. – Nədim: Osmanlı şairlərindən. Əsl adı Əhməddir.- Lalə dövrü
şairlərindəndir.
Nədimə – (Ər.) (bax. Nədim) Zəngin və ya şərəfli, etibarlı bir qadının yoldaşı.
Nəfasət – (Ər.) Nəfislik, nəfslı olma halı. Qıymətlilik.
Nəfi – (Ər.) Yararlı.
Nəfis (Nəfisə) – (Ər.) Bir xoş, çox xoşuna gələn, ən gözəl, çox bəyənilən, qiymətli.
Nəim – (Ər.) 1.Bolluqda yaşayış. 2.Cənnətin bir qisimi, cənnət.
Nəqşidil – (Ər.) Könül rəsmi, könül bəzəyi.
Nəmrud – (Ər.) Babilin qurucusu olduğu sanılan hökmdar. M. Ö 2640 -da yaşamış Hz. İbrahimi oda
atdırmışdır. Babil qülləsi onun zamanında tikildiyi deyilməkdədir. -Ad olaraq istifadə edilməz.
Nərgiz – (Fars.) 1.İri çobanyastığı formasında ortası yaşıl və ya sarı, yarpaqları boz və sarı bir çiçək. 2.Gözəl,
qürurlu
Nərim – (Fars.) Pəhlivan, igid, bahadır.
Nəriman – (Fars) Ruhu güclü, Igid, cəsur, qəhrəman.
Nərmi – (Fars.) Yumşaq, zəiflik.
Nərmin – (Fars.) 1.Yumşaq, incə, zərif. 2.Gül.
Nəsib – Pay, hissə, birinin əldə etdiyi şey, Allahın qismət etdiyi şey.
Nəsib (Nəsibə) – (Ər.) 1.Qismət, pay, bəxt. 2.Nəticə bəhrə. 3.Müyəssər. 4.Əsilli, soylu, əsli-nəsəbi olan.
5.Dik qoyulan daş. Yollara nişan üçün di qoyulan daş.
Nəsim (Nəsimə) – (Ər.) 1.Yüngül külək. 2.Xoş, mülayim insan.
Nəsimi – Nəsim, yel, meh,xəfif külək.
Nəsir – Kömək edən, xilaskar, müdafiəçi, köməkçi, yardımçı, dost. 2.Heyvan asqırması.
Nəsirə – Qalib.
Nəsligül – ( Ər.Fars.Tür.) Gül nəsli, gül kimi gözəl soydan gələn.
Nəsilxan – ( Ər.Fars.Tür.) Xan nəslinə aid, xanın nəslindən.
Nəsilşah – ( Ər.Fars.Tür.) Şah soyundan gələn.
Nəsrəddin – (Ər.) Din müdafiəçisi, din qoruyucusu, köməkçi, imdada yetişən.
Nəsrin – (Fars.) Yaban gülü, dağ cicəyi, avqust gülü, misir gülü, van gülü.
Nəsrullah – (Ər.) Allahın köməyi.
Nəşəcan – ( Ər.Fars.Tür.) Canın nəşəsi, mutluluğu.
Nəşəgül – ( Ər.Fars.Tür.) Nəşələndirən gül.
Nəşənur – (Ər.) Işıq saçan, nəşə, sevinç.
Nəşəvər – ( Ər.Fars.Tür.) Çox şən, çox nəşəli.
Nəşid (Nəşidə) – (Ər.) Mənzum şeir.- Atalar sözü dərəcəsində istifadə edilən məşhur beyt və ya misra.
Nəvaz – (Fars.) Oxşayan, oxşayıcı.
Nəşvə – (Ər.) Sevinç.
Nəvid – Xoş xəbər.
Nəyyir (Nəyyirə) – (Ər.) 1.Nurlu, parlaq. 2.Işıklı cisim. 3.Günəş.
Nəyzən – (Fars.) Ney çalan kimsə.
Nəzafət – (Ər.) Təmizlik, paklık.
Nəzakət – (Fars.) 1.Naziklik. 2.Zəriflik, incəlik. 3.Tərbiyə. 4.Əhəmiyyət.
Nəzər – Baxış, uzaqgörən, baxan, baxma, göz atma, düşünmə, göz dəymə.
Nəzih (Nəzihə) – (Ər.) Təmiz, pak.
Nəzirə – (Ər.) 1.Birini doğru yola (Sirat-ı Müstəqimə) yönəltmək üçün Allahın əzabı ilə göz dağı verərək
qorxutmaq. 2.Dilək, təsis. 3.Bənzətmə, nümunə,örnək. 2.Bir şairin şeirinə oxşadılaraq yazılan şeir.
4. Özünü Allah yoluna həsr edən adam.- Quranda 40 dan çox yerdə keçməkdədir.- Hz. Peyğəmbərin
adlarından.
Nəzmi (Nəzmiyyə) – (Ər.) Düzme, tərtib etmə, sıraya qoyma, sıra, tərtib. – Vəznlə, qafiyəli söz.
Nəzrət – (Ər.) 1.Təzəlik. 2.Baxma, baxış. 3.İdarə, rəislik. 4.Nazirlik. – Kişi və qadın adı olaraq istifadə edilir.
Nəzrin – Su zanbağı,tənha çiçək.
Nəzzam – (Ər.) Nizam verən, təşkil edən.
Nicat – (Ər.) 1.Arzu, murad. 2.Qurtulma, xilas olma, salamat qalma, qurtuluş, salamatlıq.
Nigar – 1.Gözəl, yaraşıqlı, sədaqətli. 2.Şəkil, surət.
Nihad – (Fars.) Təbiət xasiyyət, yaradılış, şəxsiyyət, struktur.
Nihal – İncə və düzgün bədənli, fidan kimi.
Nihalə – 1.Yeni yetişmiş, düzgün. 2.Ovçu qorxuluğu. 3.Döşəmə, döşənəcək şey.
Nihan – (Fars.) Gizli, tapılmayan, görünməyən.
Nilay – (Ər.) Seyhan və Ceyhan çayları. Fırat və Dəclə çayları.
Nilgün – (Fars.) Aciq rəngində, göy.
Nilhan – (Ər.) Nil hövzəsi xanlarından.
Nilsu – (Tür.) Nil ve su adlarının birləşməsidir.
Nilufər – (Fars.) Çiçək adı.
Niyaz – (Fars.) 1.Yalvarma, yalvarmaq, dua. 2.Bəzi təriqətlərdə kiçiyin böyüyə qarşı olan salamı, hörmət və
duası. 3.Ehtiyac, muhtaçlık.
Niyazi – (Fars.) (bax Niyaz). 2.Yalvarıcı, niyaz edici,sevgili.
Nisar – Bağışlanma.
Niyaz – 1.Mərhəmət. 2.Ehtiyac, xahiş, arzuolunan.
Nizam – (Ər.) 1.Sıra, quruluş, üsul, tərtib, yol, qayda. 2.Qanunlar. 3.Hindistandakı kiçik dövlətlərin
hökmdarlığı.
Nizami – (Ər.) 1.Üsuluna uyğun, tərkibli, nizamlı. 2.Qanun və nizama aid,- onunla əlaqədar. Nizami;
Azərbaycanın ən böyük şairlərindəndir, Gəncəlidir.
Nizami – Nizam, intizam.
Nizamuddin – Dinin nizamı. – Dilimizdə “Nizaməddin” olaraq istifadə edilir.
Nofəl – Alicənab, comərd.
Novcəvan – (Fars.) Gənc, dəliqanlı.
Novrəstə – (Fars.) Yeni yetişən, yeni bitən. – Kişi və qadın adı olaraq istifadə edilir.
Novsalə – (Fars.) Gənç, təzə, kiçik.
Novruz – Təzə gün.
Nuran – (Fars.) Işıqlı. Nurlu, nura aid.
Nurani – (Fars.) Işıqlı, işıq saçan, hörmət oyandıran, nurlu.
Nuratay – (Ər.) Nurlu, ışıq saçan tanınmış kimsə
Nuray – ( Ər.Tür.İbr.) İşıq saçan ay, ay Işığı, ışıqlı ay, ayın ən çox işıq saçdığı dövrü.
Nural – ( Ər.Fars.Tür.) Nur, işıq al, işıqlı ol.
Nuraləm – (Ər.) Kainatın nuru, aləmi işıqlandıran.
Nurbaki – (Ər.) Davamlı işıqlı olan, nurlu səhər.
Nurbanu – ( Ər.Tür.İbr.) Nur üzlü xanım, gəlin, şahzadə. – Nur və ba-nu’dan birləşmiş ad.
Nurbay – ( Ər.Tür.İbr.) Nurlu, işıqlı kimsə.
Nurcan – ( Ər.Tür.İbr.) Canlı, nəşəli, həyat dolu.
Nurcahan – ( Ər.Tür.İbr.) 1.Cahan nuru, işığı, dünyaya işıq saçan. 2.Türk-Hind imperatoru Cihangirin
arvadı.
Hurcəvan – ( Ər.Tür.İbr.) 1.Parlaq, şən, gənc. 2.Mərd, qorxmaz, gənc.
Nurçin – ( Ər.Tür.İbr.) Nur yığan, işıq yığan.
Nurdağ – ( Ər.Tür.İbr.) Nur dağı, Nurdan dağ.
Nurdan – ( Ər.Tür.İbr.) Nura aid, nurdan edilmiş.
Nurdanay – ( Ər.Tür.İbr.) Çox ışıqlı, çok parlaq.
Nurdanə – ( Ər.Tür.İbr.) Nurlu, parlaq və ışıqlı olan.
Nurdil – ( Ər.Tür.İbr.) Nurlu, işıqlı könül.
Nurdoğan – ( Ər.Tür.İbr.) Nurlu, parlaq biri şəkildə doğulan.
Murəddin – (Ər.) Dinin nuru (ışığı), inam işığı, dinin işığı.
Nurəfşan – ( Ər.Tür.İbr.) İşıqlıq verən, ortalığı işıq içində buraxan. – Nur və əfşan sözlərindən birləşmiş ad.
Nurəl – ( Ər.Tür.İbr.) Nurlu əl.
Nurər – ( Ər.Tür.İbr.) Nurlu insan.
Nurfidan – ( Ər.Tür.İbr.) Təzə və parlaq gənc, zərif xanım.
Nurgül – (Fars.) Gülün ən parlaq olanı.
Nurgün – ( Ər.Tür.İbr.) 1.Nurlu gün, işıqlı gün. 2.Günün və bütün həyatın nurlu, parlaq olması.
Nurhilal – (Ər.) (Bax.Nuray) İşıqlı ay.
Nurxan – ( Ər.Tür.İbr.) Nurun idarəçisi, hakimi.
Nurnisə – (Ər.) Nurlu qadın.
Nuri – (Ər.) İşıq, İşığa aid olan.
Nuridə – Gözümün işıgı.
Nuriyyə – (Ər.) Işıqlı, işıqdan gəlmə.
Nurqan – ( Ər.Tür.İbr.) Təmiz, aydın soydan gələn.
Nurqut – ( Ər.Tür.İbr.) (Bax. Nurqan) Işıqlı, aydınlıq.
Nurlan – Nur, işıq, nur saçan, parıldayan, işıqlandıran.
Nurmələk – (Ər.) (Bax. Mələk). Mələk kimi saf və təmiz gözəl.
Nurnigar – ( Ər.Tür.İbr.) İşıqlı, aydınlıq, sevgili.
Nurpəri – ( Ər.Tür.İbr.) Işıklı, pəri qədər gözəl.
Nursabah – (Ər.) Aydınlıq sabah.
Nursaç – ( Ər.Tür.İbr.) “Işık saç, aydınla” “işığ saçan” anlamında.
Nursal – ( Ər.Tür.İbr.) IşıQ saç, çevrəni aydınla.
Nursel – ( Ər.Tür.İbr.) Nur, işıq seli (axışı).
Nursevən – (Ər.) Aydınlığı, ışığı seven.
Nursev – ( Ər.Tür.İbr.) Işığı sev.
Nursevil – ( Ər.Tür.İbr.) “Parlaq, aydın gözəllər tərəfindən sevil” mənasında istifadə edilən bir ad.
Nursim – (Fars.) Aydınlıq və gümüş kimi parlaq.
Nursima – (Fars.) Işıqlı, aydın üz.
Nursinə – (Fars.) Işıqlı, aydın ürəklı.
Nursu – ( Ər.Tür.İbr.) Nurlu su.
Nursultan – Sultanın işığı.
Nursun – ( Ər.Tür.İbr.) Sən işıq, nur kimi aydınsan. – mənasında istifadə edilən bir ad.
Nurşah – (Fars.) Parlaq hökmündə.
Nurşən – (Fars.) Çox, çox ışıqlı, nəşəli insan.
Nurtac – ( Ər.Tür.İbr.) Nurdan tac.
Nurtək – ( Ər.Tür.İbr.) İşıq kimi, parlaq.
Nurtəkin – ( Ər.Tür.İbr.) (Bax Nurtək) Aydın və güvənilən, əmin. İşıq kimi.
Nurtən – Bədəni işıq kimi ağ olan.
Nurulla – (Ər.) Allahın nuru, Alllahın işığı.
Nurvəli – (Ər.) Müqəddəs.
Nurzad – (Tür.) Nurlu, aydın kimsə.
Nurzən – ( Ər.Tür.İbr.) Nurlu, ışıklı qadın.
Nurzər – (Ər.) Qızıl kimi parlaq ışıq, qızılı ışıq.
Nuşirəvan – ( Ər.Tür.İbr.) İranda 531-579 illər arasında hökmranlıq etmiş və doğruluğu ilə şöhrət tapmış
olan Sasani şahı, “ədalətli” ləqəbiylə tanınır.
Nübar – Məhsul, bar.
Nürəddin – İnamın (İlahi) işığı, dinin gətirdiyi nur.
Nüşabə – (Fars) 1.Agıllı və gözəl qadın. 2.İçənə ölümsüzlük verəcəyinə inanılan su, Bengi su, həyat suyu.
Nüsrət – (Ər.). 1.Kömək. 2.Allahın köməyi. 3.Zəfər, üstünlük qələbə, muvəffəqiyyət. – Kişi və qadın adı
olaraq istifadə edilir.
Nüsrəddin – (Ər.) 1.Dinin kömək etdiyi. 2.Dinin müvəffəqiyyətli nümayəndəsi.
O
Odxan – (Tür.) 1.Atəşli hökümdar. 2.Canlı, coşqulu kimsə. 3.Atəşqanlı. 4.Dəlisov, dəliqanlı.
Odman – (Tür.) Atəş kimi canlı, coşqulu, hərəkətli kimsə.
Oğuz – Böyük, davamlı, artan nəsil.
Oğuzbala – (Tür.) 1.Oğuz uşağı. 2Güçlü, qüvvətli uşaq.
Oğuzcan – (Tür.Fars) Oğuz can. Gerçək dost.
Oğuzər – (Tür.) Oğuz boyundan olan igid. 2.Güçlü, qüvvətli kimsə.
Oğuzxan – (Tür.) 1.İgid xan, xaqan. 2.Oğuz boylarının əfsanəvi qəhrəmanı.
Oğuzqan – (Tür.) Damarlarında Oğuz qanı daşıyan.
Oğuzman – (Tür.) Güclü, möhkəm, yaxşı ürəkli, dost kimsə.
Oğuztan – (Tür.) Görkəmli, işıqlı.
Oxdəmir – (Tür.) 1.Dəmir kimi möhkəm. 2.Gerçək, köklü dəmir. 2 Dəmirdən düzəldilmiş ox.
Oksana – Allah tərəfindən bəyənilmiş.
Oqtay – (Tür.) 1.Qəzəbli, əsəbi, hirsli. 2.Nəsildaş, eloğlu, hakim.
Olgunay – (Tür.) Ay oldun, Aya bənzədin.
Olgunər – (Tür.) Yetkin ər. Yetişmiş, yaxşı inkişaf etmiş kimsə. Yetişmiş, yaxşı gəlişmiş kimsə.
Omar – Uzun ömülrlü.
Orxan – (Tür.) 1.Şəhərin rəhbəri, hakimi, sərkərdə, basçı, xan qoşunları. 2.Orxan Qazi: Osmanlı
imperatorluğunun ikinci padşahı.
Orman – Meşə.
Osman – (Ər.) 1.Bir növ quş ya da əjdaha. 2.Hz. Məhəmməd (s.ə.s) -in kürəkəni və Hz. Ömərdən sonra
dövlət başçısı olan III. xəlifə. 3.Osmanlı dövlətinin qurucusu, Osman Qazi.
Ozan – Aşıq.
Ö
Ömər – Həyat, uzunömürlü.
Özbək – İgid, qəhrəman, mərd.
Ömər – (Ər.) İslam Dövlətinin II. Xəlifəsi Ömər b.Xə. Dünya durduqca ədalətliliyindən bəhs ediləcək.
Cənnətlə müjdələnmişdir. Haqq ilə Batili çox yaxşı ayırd edə bilən bir alim olduğu üçün Ömərül-Fərrux adını
almışdır.
Ömüral – (Ər.Fars.İbr) Uzun ömürlü ol.
Ömürcan – (Ər.Fars.İbr) Uzun ömürlü. Kişi və qadın adı olaraqistifadə edilir..
Önay – (Tür.) 1.İrəli get, lider ol mənasında. 2.Ayın ilk günlərindəki halı, hilal. – Kişi və qadın adı olaraq
istifadə edilir.
Önel – (Tür.) Bir işin tamamlanması üçün verilən müddət, vədə, möhlət. – Kişi və qadın adı olaraq istifadə
edilir.
Önər – Qabaqcıl, öndəgedən.
Öngay – (Tür.) Yupiter planeti. – Kişi və qadın adı olaraq istifadə edilir.
Öngül – (Tür.) 1.Müqavimət göstərən, inadçı kimsə. 2.Təşviq edən. 3.Bələdçi. – Kişi və qadın adı olaraq
istifadə edilir.
Örən – (Tür.) 1.Köhnə quruluş ya da şəhər qalığı. 2.Şəhər, kənd. 3.Bir ovalıq. 4.Meşəlik yer. – Kişi və qadın
adı olaraq istifadə edilir.
55
Örəngül – (Tür.) Yabanı gül.
Özaslan – (Tür.) Aslan kimi güclü, soylu kimsə.
Özbək – (Tür.) 1.İgid, cəsur, özü güclü. 2.Orta Asiyada yaşayan bir Türk boyu və bu boydan olan kimsə.
3. Dərə, çay. – Kişi və qadın adı olaraq istifadə edilir.
Özbən – (Tür.) “Gerçəkdən mən” anlamında istifadə edilən bir ad.
Özbir – (Tür.) Özü, sözü bir olan kimsə.
Özcan – (Tür.) Candan, səmimi, içdən, həqiqətən dost olan kimsə.
Özdəmir – (Tür.) Özü dəmir kimi güçlü.
Özəndər – (Tür.) Nadir tapılan, yaradılışda olan, qiymətli.
Özəngin – (Tür.) Özü sağlam, dürüst olan kimsə.
Özəngül – (Tür,) Özünə diqqət göstərən gözəl qadın.
Özənir – (Tür.) Çalışan, Cəhd göstərən, ən yaxşısını etməyə çalışan.
Özərxan – (Tür.) İgid, cəsur xan.
Özgənay – (Tür.) Özü geniş, rahat, sakit kimsə – Kişi və qadın adı olaraq istifadə edilir.
Özgür – (Tür.) 1.Öz-özünə hərəkət etmə, davranma qərar vermə, gücü olan. 2.Tutulmayan, azad.
Başqasının köləsi olmayan, müstəqil. – Kişi və qadın adı olaraq istifadə edilir.
Özgüvən – (Tür.) Özünə güvənən. – Kişi və qadın adı olaraq istifadə edilir.
Öznur (Tür.) Özü ışıqlı, aydınlı kimsə. – Kişi və qadın adı olaraq istifadə edilir.
Özpolad – (Tür.) Er. – Özü polad kimi sağlam olan.
P
Pakizə – (Fars.) Təmiz, pak, saf, xalis, ləkəsiz.
Parlanur – (Tür.) Nur kimii parla, parla nur.
Paşa – (Tür.) 1.Padşah. 2.General. 2.Osmanlı dövlətində yüksək rütbəli əsgərlərə verilən ad.
Peyman – (Fars.) Söz vermək, and, əhd, vəd, sözvermə.
Peymanə – (Fars.) Böyük qədəh, şərap badəsi.
Pəhləvan – (Fars.) 1.Güləşi. 2.Boy- buxunlu, cüssəli adam, güçlü kimsə, igid.
Pənah – Arxa, dayaq, havadar.
Pəri – (Fars.) Gözəl qadın şəklində mifik məxluq. 2.Gözəl, füsünkar, gözəl qadın və ya qız.
Pərizad – (Fars.) Anadan pəri kimi doğulan, gözəl.
Pərizə – (Fars.) 1.Qırmızı qızıl. 2.Odda bişirilən çörək.
Pərva – (Fars.) 1.Qorxu, çəkinməklik.
Pərvanə – Vəfali, sədaqətli.
Pərvər – (Fars.) Bəsləyən, bəsləyici, yetiştirən, yetiştirici, qoruyan, tərbiyə edən.
Pərvin – (Fars.) 1.Ülkər ulduzu. Yeddi (və ya altı) ulduzlardır ki; iki-iki qarşılıqlı dayanarlar və Ayın keçdiyi
yerlərə yaxın görünərlər. 2.Yeddi qardaş ulduzdan ən balacası.
Pərviz – (Fars.) 1.Üstün. 2.Ələk. Süzgəç. 3.Balıq. 4.Gğzəllik, cilvə. 5.İran hökümdarı Xosrovun ləqəbi.
6. Müzəffər, qələbə gətirən.
Pinar – Çeşmə, bulaq.
Piranə – (Fars.) Yaşlılara yaraşan şəkildə, olduqca tədbirli.
Pirayə – (Fars.) üzük, zinət.
Piruz – (Fars.) Kutlu, xeyirlı, uğurlu.
Piruzə – (Fars.) Ka. – Mavi rəngli və dəyərli bir üzük daşı.
Polad – (Ər.) Dəmir, polad. Güc, qüvvət.
Poladxan – (Tür.) Poladkimi qüvvətli xan.
Poladqan – (Tür.) Polad kimi güçlü soydan gələn.
Pünhan – (Fars.) Gizli.
Püstə – 1.Təpəcik,torpaq və ya qum yığını. 2.Subtropik ağac növü, ləpəsi yeyilən şəffaf qabıqlı meyvəsi
Püstəbadam – Püstə və badam sözlərindən ibarətdir
R
Rabi – (Ər.) Dördüncü uşaq.
Rabih – (Ər.) Yararlı, qazanclı, karlı.
Rabiqə – (Ər.) Peyğəmbərin dördüncü qızı.
Rabit – (Ər.) Rabitə ilə bağlı, bağlayan, birləşdirən. Nəfsini dünyadan mən edib axirətə bağlamış olan.
Rabitə – (Ər.) 1.İki şeyi birbirine bağlayan şey, bağ. 2.Münasibət, ilgi. 3 Bağlılık, mənsub olma. 4.Sıra, tərtib,
üsul, düzən.
Rabiyə – (Ər.) Uca, yüksək yer.
Raci – (Ər.) 1.Rica eden, yalvaran, diləyən. 2.Dönən, geri gələn. 3.Nisbət ve ilgisi olan, toxunan.
Racifə – (Ər.) Surun qıyaməttə bütün canlıları öldürəcək olan ilk üflənişi.
Racih – (Ər.) Dəyərli, üstün.
Raciyə – (Ər.) 1.Rica edən, yalvaran. 2.Ümüdlü.
Radi – (Ər.) Boyun əyən, qəbul edən, rıza göstərən.
Radif – (Ər.) Valideynlərdə son uşaq.
Radifə – (Ər.) Qiyamətdə üfürüləcək surun ikincisi.
Radiyə – (Ər.) Rıza göstərən, qəbul edən, boyun əyən.
Rafat – Ağilli, dərrakəli.
Rafet – (Ər.) Acıma, mərhəmətetmə, əsirgəmə anlamında.- Qur’an-ı Kərimdə Nur surəsi 2- ayət. Hədid surəsi
27- ayətdə keçir.
Rafi – (Ər.) Qaldıran, ucaldan, yüksədən. Allahın isimlərindəndir.
Rafiə – (Ər.) Yüksəldən, qaldırmaq üçün dəstək verən.
Rafih – (Ər.) Rahat və azad yaşayan.
Rafiq – Yoldaş, dost, xoşxasiyyət.
Rafis – (Ər.) Gözə çarpan, məşhur, gündəmdə olan.
Rafiz – (Ər.) 1.Tərk edən. 2.Yollayan. 3.Buraxan.
Rağib (Rağibə) – (Ər.) Arzulu, istəyən, rəğbət edən.
Rahdan – (Fars.) Yol bilən.
Rahə – (Ər.) Ovuc içi, əl ayası.
Rahi – (Ər.) Rahat, azad, dinc.
Rahib – Monastırda tərki-dünya yaşayan xristian (kişi).
Rahibə – Monastırda tərki-dünya yaşayan xristian (qadın).
Rahilə – (Ər.) Yolçu, səfərə çıxan.
Rahim (Rəhim) – (Ər.) Əsirgəyən, ağrıyan, qoruyan, mərhəmətli. – Quranda 220 yerdə zikr edilmişdir.
Allahın adlarından.
Rahim – 1.Rəhm olunmuş insan. 2.Rəhm edən,rəhimli,rəhvdil,mərhəmətli.
Rahimə – (Ər.) Yüngül səsli, lətif danışan qadın deməkdir.
Rahiyə – (Ər.) Bal arısı.
Raxil – (Qədim yəhudi) Qoyun (quzu).
Raid – Lider, birinci
Raif (Raifə) – (Ər.) Acıması olan, mərhəmətli.
Raik – (Ər.) Sadə, saf, xalis.
Raikə – (Ər.) Sadə, saf, qatışığı olmayan.
Rail (Railə) – (Ər.) Banis (Banisi).
Raisa – Ailəli qadin.
Raki – (Ər.) Namazda əyilən, rüku edən. – Quran-ı Kərimdə 4 yerdə bu mənada zikr edilmişdir.
Rakib (Rakibə) – (Ər.) Hər hansı bir sahədə üstün olmağa çalışan bir kəs.
Rakid – (Ər.) Hərəkətsiz, durğun, yavaş.
Rakidə – (Ər.) Durgun, səssiz, hərəkətsiz.
Rakim (Rakimə) – (Ər.) Yazan, çəkən.
Rakin – Ehtiramlı.
Rakiyə – (Ər.) İrəlidə gedən
Raqib – Arzulayan, rəğbət bəsləyən.
Ramazan – (Ər.) 1.Hicri (qəməri) ayların doqquzuncusu, oruc ayı. – Quranda Bəqərə surəsi 185. ayədə adı
keçən ay adı. 2.Orucluq ayı.
Rami (Ramiyə) Ox, güllə v.s. şeylər atan atıcı, atan, atıcı.
Ramil, Ramilə – (Ər.) 1.Rəml edən, uzaqgörən, her şeyi qabaqcadan düsünən. 2.Sehrli, ovsunlu, möcüzəli,
sehrli.
Ramin – Uşaq, övlad, oğul.
Ramis – (Ər.) Salçı, bərəçi.
Ramiz (Ramizə) – (Ər.) 1.Rəmz edən, dəlalət edən, işarətləyən. 2.Simvol. ,
Rana (Raniyə) – (Ər.) Gözəl..
Rasi – (Ər.) 1.Tərpənməyən, oynamayan, sabit, lövbər atmış gəmi dəmirləşmiş gəmi. 2.Ehtiras və tamah
edən.
Rasif – (Ər.) 1.Sağlam dayanıqlı. 2.Dənizin üzünə çıxmış qayalar. 3.Daş, əsas, sahil.
Rasifə – (Ər.) 1.Sahil. 2.Su içində edilən sədd.
Rasih (Rasihə) – (Ər.) 1.Sağlam, təməli güclü, dayanıqlı. 2.Bir elmdə, xüsusilə din sahəsində çox
dərinləşmiş olan (kimsə).
Rasix – (Ər.) Möhkəm, dayanıqlı.
Rasil – (Ər.) Göndərilmiş.
Rasim – (Ər.) Rəsm çəkən, rəssam.
Rasimə – (Ər.) 1.Adət. Mərasim, törən. 2. Rəsmiyyət.
Rasin – (Ər.) Sağlam, dayanıqlı, güclü.
Rasiyə – (Ər.) Böyük dağ.
Raşan – (Ər.) Titrəmə, titrəyiş.
Rəşid (Rəşidə) – (Ər.) 1.Yetkin, ağıllı. 2.Doğru yolda olan. 3.Haqq din olan İslamı qəbul edən.
Ratib – (Ər.) 1.Sıralayan, təşkil edən (kimsə). 2.Sabit, möhkəm, yerləşmiş. 2.Eyni ahəngli, müntəzəm.
Ratiq – Bitişik etmək, bitişdirmək, birlikdə etmək, qarışdırmaq. * Cırıq bir şeyin parçalarını bitişdirmək.
Rauf – (Ər.) Çox acıyan, çox mərhəmətli, ürəyiyumşaq, mehriban. – Allahın adlarından.
Raul – Ralf adından, canavarın məsləhətçisi(Fransiz)
Ravil – (Ər.) Cavan oğlan, yeniyetmə. 2. Səyahətçi.
Rayət – (Ər.) – Bayraq. – Kişi və qadın adı olaraq istifadə edilir.
Rayxan – (Ər.) Reyhan, həzz, səadət, mutluluq.
Rayihə – (Ər.) Gözəl iy (ətir,qoxu).
Rayixan – (Ər. Fars. İbr.) Xan bayrağı.
Razi – (Ər.) 1.Boyun əyən, qəbul edən, razılaşan. 2.Sirrə aid olan, sirli İslam dünyasında məşhur bir addır.
Razil – (Ər.) Seçiımiş.
Raziyə – (Ər.) Ağıllı, ismətli, gözəl.
Reyhan – (Ər.) 1.Gözəl qoxulu bir bəzək bitkisi. 2.Ruzi, keçimlik, rəhmət mənasına da gəlir.
Rəbab – (Fars.) 1.Kamançanın bir növü. 2.Ərəb dilində dostlar mənasını verir. – Hz. Hüseynin xanımının
adıdır.
Rəbi – (Ər.) Bahar, ilk yaz.
Rəbiyə – (Ər.) 1.Qış sonlarında edilən əkin. 2.Əvvəllər ozanların bahara girərkən böyüklərə təqdim etdikləri
qəsidə.
Rəbiyyə – Rəbbə yaxin olan.
Rəcəb – (Ər.) 1.Hicri qəməri aylarınin yeddincisi, üç ayların ilki. 2.Dəbdəbəli, heybətli.
Rəfahət – (Ər.) Bolluq.
Rəfail – Allah, ilahi.
Rəfaqər – (Ər.) Rəfiq, dostluq, yoldaşlıq.
Rəfəddin – (Ər.) İslam dininin vermiş olduğu acıma, əsirgəmə duyğusu
Rəfət – (Ər.) Acıma, mərhəmət etmə, əsirgəmə. – Quran-ı Kərimdə Nur surəsi ayə 2 və Hədid surəsi ayə 27
-də keçməkdədir.
Rəfxan – (Ər.) Varlıq içində yaşayan.
Rəfi – (Ər.) Yüksək, uca, hörmətli.
Rəfih (Rəfihə) – (Ər.) Bolluq ve rahatlıq içində yaşayan.
Rəfiq – (Ər.) 1.Yoldaş, yol yoldaşı, müavin, köməkçi. 2.Qoca. 3.Ortaq, şərik. 4.Peşəyə yeni girən kimsənin
rəhbər olaraq tanıdığı adam. – Quranda keçən bir addır.
Rəfiqə – Yoldaş,dost (qadının).
Rəfqət – (Ər.) Bələdçilik edən, yola salan, öötürən.
Rəftar – (Fars.) Yellənərək, ədalı gediş.
Rəğbət – (Ər.) 1.İstək, arzu. Istəklə qarşılama. 2.Bolluq rifah.
Rəğibə – 1.Arzu olunan şey. 2.Böyük hədiyyə,dəyərli sovqat.
Rəhbər – (Fars.) Yol göstərən, bələdçi.
Rəhamət – (Ər.) Səsin incə, yavaş və şirin olması.
Rəhasət – (Ər.) 1.Təzəlik, yumşaqlıq. 2.Ucuzluq.
Rəhilə – Allahin sevimlisi
Rəhim – 1.Rəhm edən,acıyan. 2.Anatomiyada; balalıq, uşaqlıq. 3.Qohumluq,qan qohumluğu.
Rəhman – (Ər.) Rəhmdil, şəfqətl, bütün canlılara mərhəmət edən, qoruyan.- Quran-ı Kərimdə 55-dən çox
yerdə zikr edilmişdir. Yenə Qurani-Kərimin 55. surəsinin adıdır. – Allahın adlarındandır.
Rəhmət – (Ər.) Acıma, əsirgəmə, qoruma. – Kişi və qadın adı olaraq istifadə edilir.
Rəhmərulla – (Ər.) Mərhəmətli Allah.
Rəhmli (Rəhmiyə) – (Ər.) Acıma ilə ilgili.
Rəxşən – (Fars.) Parıltılı. Işıltı.
Rəxşəndə – (Fars.) Parıldayan, parıldayıcı.
Rəid (Rəidə) – (Ər.) 1.Gurlayan, gululdayan. 2.Lider.
Rəqanət – (Ər.) Ciddilik, gururluluk.
Rəmidə – (Fars.) Hürkmüş, qorxmuş.
Rəmiz – (Ər.) l.İşarə, məramını, istəyini işarə ilə ifadə etmə. 2.Əlamət, emblem.
Rəmzi (Rəmziyə) – (Ər.) Rəmzlə əlaqədar, rəmzə aid, simvolik.
Rəna – (Ər.) 1.Gözəl, xoş lətif, parlaq, yaraşıqlı, incı, gözəl, xoş ətirli,gözəl bir gül. 2.Çox yaxşı, çox əla. Kişi
adı olaraq da istifadə edilir.
Rənan – (Ər.) İnləyən, zingildəyən.
Rəngidil – (Fars.) Türk musiqisində bir məqam.
Rəngin – (Fars.) 1.Rəngli, parlaq rəngli. 2.Gözəl, xoş, bəzəkli.
Rənginar – (Tür.) Nar rəngində olan.
Rəsanət – (Ər.) Sağlamlıq, mətanət.
Rəsan – (Fars.) Çatanlar, yetişənlər. – Kişi və qadın adı olaraq istifadə edilir.
Rəsanə – (Fars.) İntizar, həsrət.
Rəsanət – (Ər.) Möhkəmlik, dayanıqlılıq, məlanətlik.
Rəsfət – (Ər.) Möhkəmlik, dayanıqlılıq.
Rəsmi (Rəsmiyə) – (Ər.) 1.Dövlətlə bağlı olan. 2.Mərasimlə edilən. 3.Çox ciddi.
Rəsmigül – (Fars.) Gül kimi gözəl, gül formasında.
Rəsulxan – (Ər.Fars İbr.) Hökümdarların elçisi.
Rəsul – 1.Elçi, nümayəndə, səfir. 2.Peyğəmbər, nəbi
Rəşad – (Ər.) 1.Ağıllı, dərrakəli, doğru yolda, haqq yolda gedən. 2.Düşüncəlilik,fərasətlilik. 3.Sultan Rəşad;
Osmanlı son dövr padişahlarındandır.
Rəşadət – Hünər.
Rəşid – 1.Igid, qəhrəman. 2.Ağıl-kamal həddinə çatmış. 3.Düzgün,sağlam,doğru.
Rəşidə – Müdrik, yetişmiş
Rəvah – (Ər.) 1.Bir şeyi əldə etmədən doğan sevinc. 2.Günəş batdıqdan sonra gecə olana qədər keçən
zaman.
Rəvahi – (Ər.) Bal arıları.
Rəvahid – (Ər.) Gurluldayan buludlar.
Rəvan – (Fars.) 1.Gedən, axıcı. 2.Düz yer,hamar yer. 3.Diri,canlı. 4.Həyat, ruh, can. 5.Su kimi axıb gedən
gözəl söz. – Kişi və qadın adı olaraq istifadə edilir.
Rəvanə – (Fars) Gedən, yeriyən,göndərilən.
Rəvvani – (Ər.) 1.Allahla əlaqədar. 2.Özünü bütün varlığıyla Allaha təslim edən, bütlərə inancdan uzaq,
Rəyasət – (Ər.) Rəislik, başlıq, baş olma, prezident. – Kişi və qadın adı olaraq istifadə ediir.
Rida – (Ər.) Seçılmış.
Ridvan – (Ər.) 1.Rza, razılıq, razı olma. 2.Cənnət qapısında gözləyən mələk. – Quranda 10-dan çox yerdə
keçməkdədir.
Rifah – (Ər.) Bolluq, rahatlıq, çətinlik içində olmamaq.
Rihat – Yenilənən, yenidən doğulan.
Rifqət – (Ər.) Dostluq.
Riqqət – (Ər.) İncəlik, naziklik. Mehribanlıq, ağrıma duyğusu.
Rima – Ağ antilop.
Rimayət – (Ər.) Atıcılıq, ox, güllə, güllə kimi şeyləri almaqa usta.
Risalə – (Ər.) 1.Məktub. 2.Qısa yazılmış, kiçik kitab. 3.Jurnal, məcmuə.
Risaləddin – (Ər.) Dinin elçisi, peyğəmbəri.
Risalət – (Ər.) Elçilik, peyğəmbərlik.
Riyaz – Çəmənlər, bağlar.
Riza – (Ər.) Razılıq, razı olma, məmnuniyyət, məmnuniyyət, razılıq, qəbul. Bir şeyin olmasına razılıq etmə.
Qədərə müqəddərata boyun əymə.
Rizvan – 1.Cənnət, cənnətin gözətçisi və qapıçısı olan mələyin adı. 2.Razı qalma, xoşhallıq, məmnunluq
Roman – 1.Möhkəm, bərk (Yunancadan). 2.Rimli, Romalı (Latınca “romanius” sözündən).
Romeo – Zəvvar (Latın).
Roza – Zanbağ ve ya qızılgül (Macar), qirmızı gül.
Rövnəq – 1.Parlaqlıq,gözəllik, bəzək. 2.Müştərisi çox olan; rəvac. 2.Gülaçma çıçəklənmə.
Rövşən – İşıqlı, nurlu, aydın, açıq.
Röya – (Ər.) 1.Yuxu əsnasında görülən şey, arzu. 2.Xəyal, ümid.
Ruhan – (Fars.) Gözəl iy verən, gözəl qoxulu.
Ruhcan – (Tür.) Ruh və can adlarından mürəkkəb ad.
Ruhi – (Ər.) Ruhsal, ruhla ilgili.
Ruhiddin – (Ər.) Dinin ruhu, özü.
Ruhnəvaz – (Fars.) 1.Ruh oxşayan. 2.Türk musiqisində bir məqam.
Ruhnur – (Fars.Ər.Tür.) Nurlu, aydınlıq üzlü.
Ruhişən – (Fars.Ər.Tür.) Şən, nəşəli, canlı kimsə.
Ruhsal – (Tür.) Ruhla ilgili olan, ruhi.
Ruhugül – (Ər.) Gözəl, təmiz, lətif kimsə, gül ruhlu.
Ruhullah – Allahın ruhu.
Ruxsar (Ruhsarə) – (Fars.) Yanaq. üz, çöhrə.
Rumani – (Ər.) Nar dənəsi.
Rumiyə – Bizans imperiyası hökmdarının qızı.
Rumiyyə – Gözəl, incə qiz.
Ruslan – Şir, aslan.
Rusif – Bu adın mənasını tapa bilmədiyimdən öz şəxsi variantımla kifayətləndim. Farsca “ru”-nun mənası
“üz” deməkdir. “Sif” isə, birinci insan olan hz. Adəmin 3-cü övladının adıdır. Onda mənası belə olur: “Sifin
üzü” və ya “Sif üzlü”. Kimin bu adla məlumatı varsa, xahiş edirəm bu ünvana : [email protected] göndərsin.
Ruzgar – (Fars.) 1.Zaman, dövr. 2.Dünya, aləm. 3.Taleh.
Ruzi – (Fars.) 1.Gündüzə aid, gündüzlə əlaqədar. 2.Ruzi, azuqə, qismət, nəsib, tale, bəxt, bərəkət.
Ruziyə – (Fars.) Gündüzə aid, gündüzlə əlaqədar.
Rübeydə – Yumşaq addımlarla gedən.
Rüfət – Yüksək, uca, tanınmış.
Rüxsarə – Üz, sifət, yanaq.
Rüstəm – Enlikürək, boylu-buxunlu, çox böyük.
Rüveydə – (Ər.) Xoş, incə, nəzakətli, Rüveydə.
Rüveyhə – (Ər.) Zəriflik, incəlik.
Rza – Məmnuniyyət, razılıq.
S
Sabah – (Ər.) Gündüzün ilk saatları, günün başlanğıcı. – Kişi və qadın adı olaraq istifadə edilir.
Sabahəddin – (Ər.) Dinin gözəlliyi.
Sabahnur – (Ər.) Səhər işığı, nuru.
Sabbar – (Ər.) 1.Çox səbirli. 2.Atlas çiçəyi. – Kişi və qadın adı olaraq istifadə edilir.
Sabi – (Ər.) Yeddinci.
Sabih – (Ər.) Gözəl, şirin, qəşəng.
Sabihat – (Ər.) 1.Gəmilər. 2.Ulduzlar. 3. imanliların ruhları.
Sabihə – (Ər.) Gözəl, lətif, şirin.
Sabina – Qədim Italiya mədəniyyətinin nəticəsidir, Sabin tayfası(Latın).
Sabir (Sabirə) – (Ər.) 1.Səbr edən, dözən, təhəmmül edən, səbirli, çətinliyə qatlaçan. 2.Tələsməyən.
Sabit – (Ər.) 1.Dəyişməyən, tərpənməyən, möhkəm, igid, etibarlı. 2.Sübut edilmiş, aydın.
Sabitə – (Ər.) 1.Hərəkət etməyən ulduz, planet olmayan ulduz. 2.Riyaziyyat düsturunda dəyəri dəyişməyən
miqdar.
Sabiyə – (Ər.) Kiçik qız uşağı, kiçik qız.
Sadədil – (Ər.Fars,İbr.) 1. Təmiz ürəkli. 2. Saf, sadəlövh.
Sadəgül – (Ər.Fars,İbr.) Bir gül qədər sadə, təmiz və gözəl.
Sadəru – (Ər.Fars.İbr.) Gənc, dəliqanlı, sadəüzlü.
Sadiq(Sadıx) – 1.Doğruluq, səmimiyyət,doğru,düz. 2.Doğruçu düzdanışan. 4.İmam Cəfərin epiteti
Safi – (Ər) 1.Qatışıqsız, qatqısız, xalis, təmiz. ən yaxşı dost. 2.Yalnız, sadəcə, sırf. 3.Kəsintilərdən sonra
qalan qisim, dəqiq.
Safigül – (Ər.Fars,İbr.) Gül kimi, qatqısız, saf, duru, təmiz.
Safinaz – (Fars.) Çox nazlı, çox naz edən.
Safinur – (Ər.) Çox nurlu, çox işıqlı, təmiz kimsə.
Safir – (İbr.) Mavi rəngli, qiymətli bir bəzək daşı, meteorit. – Kişi və qadın adı olaraq istifadə edilir.
Safirə – (Ər.) 1.İncə, güzel səs. 2.fit.
Safiyə – (Ər.) Qatışıqsız, qatqısız, xalis, təmiz. Saf, xalislik.
Safiyət – (Ər.) Saf, təmizlik, məsumluq.
Safiyəddin – (Ər.) Dini təmiz, dini pak.
Sağcan – (Tür.) Sağlam kimsə.
Sahib – 1.Yoldaş.
Sahibə – (Ər.) 1.Yiyə, sahib. 2.Həmdəm. qoruyan, nəzarət edən. 3.Bir iş görmüş olan. 4.Hər hansı bir
xüsusiyyəti olan.
Sahin (Sahinə) – (Ər.) 1.Qadın. 2.Tez. 3.Qatı. 3.Çox.
Sahir – (Ər.) Gecə yatmayan, yuxusuz.
Sahirə – (Ər.) 1.Gecələri yatmayan, yuxusuz. 2.Cadugər, ovsunlayıcı gözəl.
Sahur – (Ər.) 1.Gecə oyanıqlığı, yuxusuzluq. 2.Ramazanda şəfəqdən əvvəl yeyilən yemək. 3.Ay
tutulmasının meydana gətirdiyi kölgə.
Sahurə – (Ər.) Sahur vaxtı doğulan qız uşaqlarına verilən bir ad. (Sahur – Ramazanda şəfəqdən əvvəl
yeyilən yeməkdir.)
Saxir – Ayıq, sayıq olan.
Sakib – Meteor, kameta, uçan ulduz.
Sakit (Sakitə) – (Ər.) 1.Hərəkətsiz olan, durğun, Sükut edən, səssiz, səssiz-səmirsiz, dinc, oynamayan.
2.Rəvan, öz halında yavaş olan. 3.Bir yerdə yerləşən, oturan. 4.Həyacanı ve ya qızğınlığı olmayan.
Saqir (Saqirə )- (Ər.) Uşaq, balaca.
Saqiyə – (Ər.) Diqqətli..
Salah – (Ər.) 1.Düzəlmə, yaxşılaşma, yaxşılıq. 2.Sülh, ədalət. 3.Dinə olan bağlılıq.
Salahəddin – (Ər.) Dininə bağlı kimsə, ədalət İnançı.
Salam – Sülh, salamatlıq.
Salamat – (Ər.) Sağlamlıq. Hər cür qorxu, dərd və təhlükədən uzaq, təhlükəsizlik içindəolma. Xilasolma,
qurtuluş. – Kişi və qadın adı olaraq istifadə edilir.
Salaməddin – (Ər.) Dinin qurtuluşu.
Salamullah – (Ər.) Allahın salamı.
Salatın – (Ər.) Sultan, səcdə olunan.
Salavat – Dualar.
Saleh – (Ər.) 1.Yararlı, yaraşan, əlverişli, uyğun. Səlahiyyəti olan, səlahiyyətli. 2.Dinin əmr və qadağanlarına
uyğun gələn, yaxşı əxlaq sahibi
Salih – Mömin.
Salihə – (Ər.) 1.Yaxşı, xoş. 2.Dinin əmr və qadağanlarına uyğun gələn, yaxşı əxlaq sahibi (qadın). – (Bax
Saleh).
Salman – (Tür.) 1.Özbaşına adam, sərbəst, azad. 2.Barış içində olmaq, dinclik, sülhsevər, sakit, dinc.
Sami – (Ər.) 1.Eşidən, duyan dinləyən, dinləyici. 2.Yüksək, uca.
Samid – 1.Yüksələn, başını qaldırıb sinəsini qabardan. 2.Heyrətdə qalan. 3.Qafil.
Samin – (Ər.) Səkkizinci.
Samir – 1.Səmərəli, bar verən. 2.Həmsöhbət, söhbəti dəstəkləyən. 3.Yol yoldaşı arxadaş.
Samirə – Dost, rəfiqə, yoldaş, həmsöhbət.
Samiyə – (Ər.) Yüksək, uca.
Samiyyə – Uca, hündür.
Samur – Birlik, güc.
Sani – (Ər.) 1. İkinci. 2.Edən, işləyən, meydana gətirən. 3.Təmtəraqlı. 3.Yaradan. Allahın adlarından.
Sanih (Sanihə) – (Ər.) Zehin və düşüncədə meydana gəlib çıxan, fikrdən doğulan.
Saniyə – (Ər.) 1.Bir dəqiqənin və ya dərəcənin altmışta biri. 2.İkinci dərəcədə mülki rütbə.
Sani – 1.Öyünən. 2.Parıldayan.
Sara – 1.Şahzadə xanım. 2.Var-dövlət. 3.Xalis, qatqısız, təmiz. 4.Rəngi dəyişmiş olan su. 5.Hz. İbrahimin
xanımı.
Sarac – (Ər.) 1.Qoşqu, yəhər düzəldən və ya satan kimsə. Meşin üzərində bəzək işləri görən kimsə. 2.Sirac
sözünün dəyişikliyə uğramış şəkli.
Sarıçiçək – (Tür.) 1.Sarı rəngli çiçək. 2.Artvində və ətrafında oynanan bir növ xalq oyunu.
Sarıgül – Sarı rəngli gül.
Sarvan – (Tür.) 1.Karvanbaşı,dəvənin başını çəkən,dəvə sürən. 2.Dəvə saxlayan, dəvəci. 3.Basçı, lider
Savalan – Əzəmətli, böyük.
Savər – (Tür.) Sağlam, gümrah, güclü kişi.
Sayğın – (Tür.) Hörmət görən, sayılan, xətirli. – Kişi və qadın adı olaraq istifadə edilir.
Saygül – (Tür.) Nadir, bənzərsiz gül, saylı gül.
Sayxan – (Tür.) Ədalətli rəhbər, hökmdarların ədalətlisi, ölçülüsü.
Seid – Ağa, basçı.
Selda – (Tür.) Sel, daşqın su.
Seldağ – (Tür.) Dağları aşan sel, coşğu.
Seldanur – (Tür.) Nur seli.
Selmi – (Ər.) Barışla ilgili, barışcıl.
Selmin – (Ər.) Sülh tərəfdarı, sülh və sevgi hissi ilə dolu.
Selnur – (Tür.) Nur seli, ışıq seli.
Selva – (Ər.) 1.Bal. 2.Böyük bildirçin. Tih çölündə olduqları müddətcə, İsrail Allah tərəfindən qüdrət halvasıyla
birlikdə, qarınlarını doyurmaq üçün göndərilən quş. 3.(İsp.) Ekvator da tez balta görməmiş meşə.
Sera – (Fars.) 1.Saray. 2.Böyük sahib. 3.Köşk.
Seval – (Tür) Sevərək al, həmişə sev.
Sevan – (Tür.) Sevərək al, saxla, xatırla. -Kişi və qadın adı olaraq istifadə edilir.
Sevay – (Tür.) Sevimli ay.
Sevcan – (Tür.) Sevimli insan, sevimli. – Kişi və qadın adı olaraq istifadə edilir.
Sevda – (Ər.) 1.Bir şeyə qarşı hiss edilən şiddətli arzu. 2.Şiddətli sevgi, məhəbbət, eşq. 3.Həddindən artıq
istək, həvəs. 4.Qara sevda, xülya. 5. Hüzn, kədər.
Sevəngül – (Tür.) Sevimli gül, sevgini xatırladan gül.
Sevər – Sevən.
Sevginaz – (Tür.) Çox nazlı, sevimli.
Sevil – (Tür.) Hər zaman sevilən, bəyənilən biri olmaq tmənnası. qoy məni sevsinlər.
Sevilay – (Tür.) Ay kimi hər zaman sevil.
Sevinc – (Tür.) Bir haldan məmnun olmanın doğurduğu həyəcan.
Sevnaz – (Tür.) Ka. – Çox nazlı sevgili.
Sevnur – (Tür.) Sevgi nuru, işığı, aygınlığı.
Seydulla – Məınim cənabım.
Seyfəddin – (Ər.) Dini qoruyan, dinin qılıncı. inamın qılıncı.
Seyfəl – Qılınc
Seyfi (Sefiyə) – (Ər.) 1.Qılıncla əlaqədar qılınc şəklində. 2.Əsgərliklə əlaqədar. Hərbi.
Seyful – Qılınc.
Seyfulla – (Ər.) Allahın qılıncı. – Əli (r.a.) -nin və Hz. Xalid b. Vəlidin ləqəbi.
Seyxan – (Ər.) 1.İordaniyanın kənarında Hz.Musanın məzarının olduğu şəhər. 2.Adana düzənliyini yararaq
İskəndərun körfəzinə tökülən çay. – Kişi və qadın adı olaraq istifadə edilir.
Seyidxan – (Ər.) Xanlar başı, rəhbər.
Seylab – (Fars.) Sel, sel suyu.
Seylan – (Ər.) Axma, axış. – Kişi və qadın adı olaraq istifadə edilir.
Seymur – 1.Xeyirxahlıq, nicat. 2.Sirləri üzə çıxaran, məxfi işləri açan.
Seyran – (Ər.) Gəzmə, baxıb seyr etmə. – Kişi və qadın adı olaraq istifadə edilir.
Seyyid (Seyyidə) – (Ər.) 1.Bir cəmiyyətin irəli gələn şəxsi, lider. 2.Hz. Peyğəmbərin nəslindən olan kimsə.
Sezən – O şəxs ki, hiss edir.
Sezgin – (Tür.) Sezmə qabiliyyəti olan, duyğulu anlayışlı. – Kişi və qadın adı olaraq istifadə edilir.
Sezginay – (Tür.) (Bax Sezgin). – Kişi ve qadın adı olaraq istifadə edilir.
Səadət – Xoşbəxtıik, bəxtiyarlıq.
Səba – (Ər.) Gündoğandan əsən yüngül külək. Türk musiqisinin ən köhnə məqamlarından.
Səbinə – Sabinyanok tayfasından.
Səbnur – Gecə nuru.
Səbri – (Ər.) Səbirlə əlaqədar, səbrə bağlı.
Səbrinnisə – (Ər.) Qadınların sabırlısı.
Səcid – Allaha pərəstiş edən.
Səda – 1.Səs,avaz. 2.Əks-səda.
Səda – (Ər.) Səs. Əks-səda.
Sədad – (Ər.) Doğruluq, haqq. Insaf, doğru və haqlı.
Sədaqət – Vəfa, etibar.
Səddam – Qarşi duran adam.
Sədəf – (Ər.) 1.Bəzi dəniz heyvanlarının sərt, ağ və parlaq qabığı. 2.Bu qabıqdan edilmiş və ya bəzənmiş
əşya.
Sədri – (Ər.) Birinci, baş.
Səfa – (Ər.) 1.Könül rahatlığı, xatircəmlik, rahatlıq, qayğısız və sakitolma. 2.Əyləncə, zövq, sevinc.
3.Saf,duru. 4.Tamaşa,seyr. 5.könülaçan.
Səfbəstə – (Ər.Fars.İbr.) Səf bağlanmış, sıra-sıra düzülmüş.
Səfər – (Ər.) 1.Bir yerdən bir yerə getmə, səfər, səyahət. 2.Döyüş hazırlığı,döyüşəgetmə. Hərb, döyüş.
3. Gəmilərin üzüb limana təkrar dönənə qədər etdikləri hərəkət. 4.Şəri baxımdan üç gün üç gecəlik (və ya on
səkkiz saatlıq) yol getmək üçün adamın olduğu yerdən ayrılması. 5.Dəfə, kərə. 6.Təmiz ürəkli, dürüst kimsə.
7. Hicri təqviminin ikinci ayı.
Səfinə – (Ər.) 1.Gəmi, qayıq. 2.Kosmosun cənub yarımı.
Səfir – (Ər.) Elçi. xarici diplomat.
Səfiulla – İlahi təmizlik.
Səftər – (Ər.) Düşmən səflərini yaran, igid.
Səfiyyə – Səmimi, seçilmiş dost.
Səfurə – Zərif, yaraşıqlı, incə.
Səhhət – Dürüstlük, doğruluq.
Səhra – (Ər.) Ucsuz-bucaqsız qum çöllüyü, çöl.
Səhran – (Ər.) Gecələri oyaq qalan.
Səhrə – (Ər.) Qaya. Kütlə.
Səxavət – (Ər.) Əl açıqlığı, comərdlik.
Səid (Səidə) – (Ər.) Xoşbəxt, mübarək, müqəddəs, uğurlu, məsud, savab qazanmış, Allah qatında məqbul
tutulmuş. – Səhabə adlarındandır.
Səkinə – (Ər.) Sakit olmaq, sükunət. Hüzur, könül rahatlığı.
Səid – Xoşbəxt.
Səkinə – Sakitlik, dinclik.
Səlahəddin – (Ər.) Dininə bağlı kimsə.
Səlihə – (Ər.) Ədalətli, mehriban.
Səlil – (Ər.) Yeni doğulmuş oğlan uşağı.
Səlilə – (Ər.) Yeni doğulmuş ilk qız uşağı.
Səlim (Səlimə) – 1.Qüsuru, nöqsanı olmayan, sağlam, gümrah doğru. 2.Təhlükəsiz, zərərsiz, xilas olmuş.
3.Təmiz,səmimi, sülhsevər, sakit, dinc.
Səlin – (Tür.) 1.Gur axan su. 2.Orta Asiyada yetişən, bəstəboy, davamlı yaşıl qalan bitki.
Səma – (Ər.) 1.Eşitmə, duyma, musiqi dinləmə. 2.Göy. 3.Fələk.
Səmayə – Uca, yüksək.
Səməd – (Ər.) Əzəli, əbədi və uca olan və heç kimə və ya nəyə ehtiyacı olmayan, mütləq, malik olan uca
Allah. – Allahın adlarındandır. (Əslində ad olaraq Saməd deyilməli – Səməd şəkilində səsləndirmək düzgün
deyil).
Səməndər – (Yunan) Əfsanəvi quş.
Səmih (Səmihə) – (Ər.) Əliaçıq, comərd.
Səmim (Səmimə) – (Ər.) Bir şeyin mərkəzi, içi, əsl qisimi.
Səmin (Səminə) – (Ər.) Bahalı, qiymətli. Çox qiymətli.
Səmir – (Ər.) 1.Rəfiq. 2.Xüsusiyyətli. 3.Yamac, dağ silsiləsi.4.Meyvəlı, yemişli meyvə verən.
Səmirə – (Ər.) Qaymağı çalxalayıb bir yerə toplamaqdan əvvəl üstündə görünən yağ parçaları.
Səmid – 1.Təmiz bişirilmiş olan kabab. 2.Təmizlənmiş, təmizlənmiş və pak olmuş. 3.Doldurulmuş bağırsaq.
4. Bir-biri üstünə yığılmış kirəmit.
Sənan – (Ər.) 1.Aşiq, məcnun, vurğun. 2.Işıqlı, parlaq.
Sənay – (Tür.) Ay kimisən sən – mənasında. – Kişi və qadın adı olaraq istifadə edilir.
Səncər – Şahzadə.
Sənəm – (Ər.) 1.Bütpərəstlərin sitayiş etdikləri heykəl, büt, put. 2.Çox gözəl qadın. 2.Sevgili – Ad olaraq
istifadə edilməz.
Sənər – (Tür.) Məşhur, tanınmış kimsə.
Səniyə – (Ər.) Yüksək, uca, ali.
Sənubər – 1.Ucaboylu, düzqamətli. 2.Gözəlin boyu,qaməti. 3.Şam ağacı. 4.Küknar ağacı.
Səran – (Ər.) Işıqlı, parlaq.
Sərcan – : (Tür.) Sevimli, sevilən.
Sərdar – (Fars.) 1.Baş komandan, rəhbər. 2.Canişin. 3.Səfər dövründə padşah yerinə ordunun başında
səfərə gedən vəziri azamlara verilən ad. – Sərdar-ı əkrəm.
Sərəngül – (Tür.) Baş gül. Güllərin birincisi.
Sərhad – (Fars.Ər.İbr.) Hudut, sərhəd, sınır başı; – iki dövlət arasındakı sərhəd boyu.
Sərxan – (Ər.) 1.Qurd, canavar. 2.Baş oxucu, müğənni başı. xanəndə, oxuyan. 2.Böyük xan.
Sərim (Sərimə) – (Ər.) Kəskin, kəsici.
Sərimər – (Tür.) Səbirli kimsə.
Səriyyə – (Ər.) 1.Gecə buludları. 2.Hz. Peyğəmbər (səs) -in olmadığı kiçik hərbi birliklərə verilən ad.
Sərqan – (Fars.Tür.İbr.) 1.Soylu qan, başçı. 2.Qovan.
Sərqız – (Fars.Tür.İbr.) Baş qız. Qızların, gözəllərin başı.
Sərməd – (Ər.) Əbədilik, əbədiyyət, sonsuzluq.
Sərmələk – (Fars.) Mələklərin başı, mələk qədər gözəl və yaxşı.
Sərmin – (Tür.) Nərmin, Şərmin kimi adlara bənzədilmişdir.
Sərnaz – (Fars.) Çox nazlı.
Sərnəvaz – (Fars.) Baş oxşayan (tumarlayan), mehriban.
Sərnur – (Fars.) Baş işıq. İlk işıq.
Sərpqan – (Tür.) Sərt, güclü soydan gələn.
Sərtac – (Fars.) Baş dacı, çox sevilən, sayılan.
Sərva – (Fars.) Söz, nağıl.
Sərvər – (Fars.) Baş, prezident, rəis, ulu.
Sərvət – (Ər.) Zənginlik, varlıq. Zənginliyi meydana gətirən mal, mülk, pul. – Kişi və qadın adı olaraq istifadə
edilir.
Sərvi – (Fars.) Tünd yaşıl yarpaqlı, incə uzun bir ağac növü. – Kişi və qadın adı olaraq istifadə edilir.
Sərvinaz – (Fars.) Uzun boylu, sərv kimi nazlı-qəmzəli, sevimli, İncə, sehrli, yaraşıqlı.
Səttar – (Ər.) 1.Örtən (eybləri), günahları örtən. 2.Bağışlayan Allah. – Allah’ın adlarındandır.
Səud – (Ər.) Xoşbəxt.
Səyyarə – Hərəkət, gəzinti.
Sibay – (Ər. Tür.) Sevgi və cavanlıq.
Sibel – (Tür.) 1. Buğda başağı. 2. Hələ yerə düşməmiş yağış damlası.
Sidqi (Sidqiyə) – (Ər.) Daxili, ürək təmizliyi ilə, düzgünlüklə əlaqədar..
Sima – (Fars.) 1.Üz, çöhrə, bəniz. 2.Kimsə, insan, tip. 3.Şərəf,ləyaqət.
Simay – (Tür.) Gümüşdən ay, gümüş kimi parlaq ay.
Simtən – (Fars.) Bədəni gümüş kimi gözəl, parlaq olan.
Simuzər – 1.Qızıl-gümüş. 2.Xəzinə, qızıl.
Sinan – (Ər.) Mizraq, nizə, süngü və s. silahların iti ucu.
Sincan – (Tür.) Şərqi Anadolu bölgəsində yetişən, qırmızı ya da qan kimi qırmızısı rəngdə çiçəkləri olan çox
illik ətırlı bir bitki.
Sirac – (Fars.) 1.İşıq, məşəl, şam, çıraq. 2.Nur saçan mənasında Rəsulullah üçün istifadə edilmişdir.
Siracəddin – (Ər.) Dinin şamı, dinin verdiyi aydınlıq, işıq, işıqlandıran, aydınladan. .
Siran – (Ər.) Qalalar, hasarlar.
Sirat – (Ər.) 1.Sırat köprüsü. 2.Yol. 3.Cəhənnəmin üzərində qurulmuş olduguna inanılan dar ve keçilməsi
çətin olan köprü. 4.”Parlaqlıq ver, işıqlıq gətir” mənasında istifadə edilən bir ad.
Siratulla – (Ər.) Doğru yol. Allahın yolu.
Sirazi – (Ər.) Məşəl, fakel.
Sirri (Sirriyə) – (Ər) 1.Sirrlə əlaqədar, sirrə aid. 2.Mistik.
Sitarə – (Fars.) Ulduz.
Sitəm – (Ər.) 1.Zülm və əzab. 2.Ad olaraq istifadə edilməsi uyğun deyil.
Siyami – (Ər.) Oruc tutan, oruclu, pislikdən uzaq.
Siyasət – (Ər.) 1.At idarəetmə, at işləriylə məşğulolma. 2.Məmləkət idarəsi. 3.Cəza, edam cəzası.
4. Siyasət, diplomatlık. – Kişi və qadın adı olaraq istifadə edilir.
Siyavuş – Qara atlı.
Sokrat – Hakimiyyət saxlayan.
Solmaz – (Tür.) Hər zaman təzə, körpə və gənc.
Sona – Gözəl.
Sonay – (Tür.) Ayın son günləri. – Kişi və qadın adı olaraq istifadə edilir.
Songül – Tür.) Son açan gül.
Songün – (Tür.) Sonuncu, son olan, meyl, qabiliyyət.
Sonnur – (Tür.) (Bax Sonay).
Sontac – (Tür.) Bənzərsiz tac.
Soyxan – (Tür.) Xan soyundan gələn.
Soyqan – (Tür.) Zadəgan soylu.
Soytəkin – (Tür.) Cəsur, igid.
Sönməz – (Tür.) Parlaqlığını, işığını heç itirməyən, hər zaman canlı. – Kişi və qadın adı olaraq istifadə edilir.
Sönməzay – (Tür.) İşığı heç sönməyən ay.
Spartak – (Yunancadan) Sparta sakini.
Suad – (Ər.) Xoşbəxtliklə, səadətlə əlaqədar, xoşbəxt.
Suat – Yaxşılıq, xeyirxahlıq
Suay – (Tür.) Suya düşən ay. – Kişi və qadın adı olaraq istifadə edilir.
Sufiyə – (Ər.) Pislik etməyən..
Suğra – (Ər.) 1.Ən kiçik, ən balaca. 2.Ən kiçik qız, Ən kiçik bacı.
Sultan (Sultanə) – (Ər.) Padşah, hökmdar.
Sunar – (Tür.) Hörmətli bir şəkildə verir, təqdim edir.
Sunay – (Tür.) Ayı sun (təqdim et), gətir. Sun (təqdim et), və ay kəlimələrindən birləşmiş ad. – Kişi və qadın
adı olaraq istifadə edilir.
Surxay – Bu ad iki hissədən ibarətdir. Farsca “surx”- “qırmızı” və “ay” isə türkcədir – qədim türkcə “gözəl
ay”, “qiymətli ay”, “müqəddəs ay”, “saf ay” və ya “parlaq ay” mənasını verir.
Susanna – (Ər.) Zanbaq.
Suzdil – (Fars.) 1.Türk musiqisinin Səd məqamlarından biri. 2.Könül atəşi, könül istiliyi.
Suzən – (Fars.) Yaxan, yandırıcı, yanan, yanıcı.
Suzi – (Fars. 1.Yanma, alovlanma ilə əlaqədar. 2.(Məcazi): Pulsuz kimsə.
Sübhan – Allahın adıdır.
Sübhi (Sübhiyə) – (Ər.) Səhər vaxtı, şəfəq ilə əlaqədar.
Sücəddin – Patriot, dostluq, yaxşılıq.
Süheyb – Dostluq, dostcasına.
Süleyman – (Ər.) 1.(İvrit) “Dinclik, sakitlik”. 2.Əmin-amanlıqda yaşayan, mühafizə olunmuş. 2.Quran-ı
Kərimdə adı keçən peyğəmbərdən biri. Ulu-l -Əzm peyğəmbərlərdəndir.
Sülünay – (Tür.) Ay kimi gözəl, uzun boylu, əndamlı.
Sülünbikə – (Tür.) Sülün (Qırqovul) kimi boylu əndamlı qadın.
Süməyya – Xüsusi ad.
Sünbül – Bir çiçək adı (Gözəllərin saçı ona bənzədilir).
Sürəyya – 1.Parlaq,incə. 2.Ulduz.
Süsən – Dağ laləsi.
Sveta – Işıq saçan (Rus).
K
Mənim oğlumun adı tunardi .Amma mənasını bilmirəm bilən varmı?
Anonim dedi ki:
Rebiyye adinin menasi nedir
Ayka dedi ki:
Tunar adinin menasi xaiw edirem deyinde nedir
Anonim dedi ki:
Menim adım Lauradır menasını bilen var?
Anonim dedi ki:
o deqiq adi
Pərvanə adının mənası nədi
Anonim dedi ki:
xeyale adinin menasi nedir
LEYLA dedi ki:
Salam necesiz menim
Anonim dedi ki:
Anonim dedi ki:
Anonim dedi ki:
Anonim dedi ki:
Türkel adinin menasi eziz ananim
han ga in dedi ki:
menim xalamin adi Tunzaledir. Bu adin menasi nedir?
Aləmşah Bəyim dedi ki:
Amir “əmr edən, ixtiyar sahibi, hakim; əmir” deməkdir. Yüksək rütbəli adamlara münasibətlə amir və ya əmir işlənmişdir.
Anonim dedi ki:
Amir yazdım məndə cixmadl(Adın mənası).
Anonim dedi ki:
Amir
Adının mənasın bilən var?
Anonim dedi ki:
Vurğun adinin menasi nedir? V herfinde yoxdur
Anonim dedi ki:
Qesey nicat da mənim adımdı
Anonim dedi ki:
Menimde İlkin
Anonim dedi ki:
Tunar adinin menasi nedir
Anonim dedi ki:
Subhan adinin menasi nedir ?
Anonim dedi ki:
Sülhanə adının mənası.
Tunar dedi ki:
Tunar adi gozel addi bu menim adimdi
Salam mene Sefa adinin menasini deyin. Yaziram glmir.
valide dedi ki:
validə adinin menasi nedi v herifinde yoxdu
Anonim dedi ki:
Coşqun adin menasi yoxdur
bilgibazarı dedi ki:
Salam, Hörmətli oxuyucu. Çosqun adının menası Azərbaycan dilində istifadə edildiyi şəkildədir. Yəni, ad Türk sözüdür və bu sözə yaxın mənalı söz kimi “coşqulu, həyəcanlı” sözərindən istifadə edə bilərik.
Anonim dedi ki:
cəmil adinin menasi və burda yaziram c herifində cixmir
Comments are closed, but trackbacks and pingbacks are open.