Press "Enter" to skip to content

292 Mənbəşünaslıq, Tarixşünaslıq Tarix və onun problemləri

məlumatları yetərincə olmadığından Gilanın əsas sakinləri olan kadusilərin etnik

Mənbəşünaslıq

Azərbaycan musiqi elmində mənbəşünaslığın

əsasını qoyan ilk musiqişünas alim

Xalq mənəviyyatının, ruhi dünyasının açıqlanmasına, aşkarlanmasına həsr olunan ömür təqdirəlayiqdir. Hər hansı xalqı dərindən tanımaq, öyrənmək, duymaq üçün onun mədəni inkişafı naminə görülən iş onun əziyyətini çəkən şəxsiyyətin məqsədi, düşüncələri, arzuları ilə möhkəm bağlı olur . Bu gün haqqında söhbət açacağımız, ömrünü xalqının musiqi elminə, tarixinə, mədəniyyətinə həsr edən görkəmli musiqişünas alim , AMEA-nın müxbir üzvü , Əməkdar elm və mədəniyyət xadimi , professor Zemfira Səfərova da belə şəxsiyyətlərdəndir.

Hər hansı fənnin mükəmməl nəzəriyyəsini yaratmaq üçün onun tarixini öyrənmək, köklərini araşdırıb üzə çıxarmaq zəruridir. Tarixi bilmədən, tarixə istinad etmədən, onu tarixlə bağlamadan həmin fənnin nəzəri, estetik , fəlsəfi problemlərini də tədqiq etmək mümkün deyil .

Tarixi musiqişünaslıq elmi qədim mənbələrə – əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək dövrümüzə qədər gəlib çatmış musiqi sənətinin tarixi lə bağlı, onu açan müxtəlif yazılı və şifahi mənbələrə istinadən yaran ıb inkişaf edir . Görkəmli ingilis alimi , tarixçisi R.C.Kollinqvud bununla bağlı demişdir : ” Tarixçinin vəzifəsi nəyisə ixtira etmək deyil , onun əsas vəzifəsi olanları axtarıb tapmaqdır”. Keçmişin tarixi mənbələri, sənədləri, faktları olmadan hər hansı bir musiqişünaslıq tədqiqatı da ola bilməz. Bu mənada mənbəşünaslıq hər hansı bir elmin , o cümlədən də musiqi elminin tarixi aspektlərini araşdırarkən özül , təməl anlamına gəlir.

Qeyd etmək lazımdır ki , uzun illər ərzində bir sıra obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan musiqişünaslığında orta əsrlərin musiqi elmi tarixi , demək olar ki , öyrənilməmişdi və bu sahədə yaranmış böyük boşluq musiqinin ayrı-ayrı sahələri il ə məşğul olan mütəxəssislər qarşısında çətinliklər törədirdi. Azərbaycan musiqi elminin , tarixinin tam mənzərəsini vermək mümkün deyildi . Z.Səfərova bütün elmi yaradıcılığı boyu Azərbaycan musiqi elmi , musiqi tarixi sahəsində apardığı fundamental ciddi tədqiqatları ilə bu boşluğu doldurmuş və Azərbaycan musiqişünaslığının son dərəcə maraqlı və mühüm sahəsi olan Azərbaycanın musiqi elminin tarixini yaratmış, bu mövzu üzrə aparılacaq yeni tədqiqatlara yol açmışdır.

Azərbaycanın musiqi elmi sahəsindəki tədqiqatlar Z.Səfərovanı orta əsrlər və daha sonrakı dövrlərdə yaranmış qədim məxəzlərin araşdırılmasına, o dövrlərdə yaşayıb yaradan alimlərimizin həyat və yaradıcılığına, elmi irslərinə müraciət etməy ə sövq etmişdir . Zemfira xanımın bu baxımdan həyata keçirdiyi ilk layihə Mir Möhsün Nəvvabın ” Vüzuhül ərqam” risaləsi idi . O, Azərbaycan musiqişünaslığında mənbəşünaslığın əsasını qoyaraq , ilk dəfə olaraq XIX əsr alimi Mir Möhsün Nəvvabın ” Vüzuhül ərqam” risaləsini işləyib, nəşrə hazırlamış və 1989-cu ildə ön söz və elmi şərhlərini verərək ” Elm ” nəşriyyatında çap etdirmişdir . Ön sözdə Z.Səfərova alim , şair , rəssam və musiqişünas , ensiklopedik biliyə malik olan Nəvvabın qısa, lakonik , lakin çox iti və hərtərəfli portretini yaratmışdır. Burada Nəvvabın yaşadığı dövr , mühit , onun həyatı, maraq � dairəsi, çoxsahəli fəaliyyəti və yaradıcılığı müfəssəl nəzərdən keçirilmişdir . Səfərova alimin ” Vüzuhül ərqam” risaləsini təhlil edərək göstərir ki , bu risalə orta əsr risalələrindən fərqlənir və daha çox təcrübi məqsədə qulluq edir .

Qeyd etmək lazımdır ki , görkəmli musiqişünasın yaradıcılığına həsr etdiyi kitabçanı Z.Səfərova hələ 1983-cü ildə çap etdirmişdi ki , bu da XIX əsr mütəfəkkiri haqqında meydana çıxan ilk tədqiqat idi . “Vüzuhül-ərqam” risaləsində qaldırılan məsələlər maraqlı və qiymətlidir. Müəllif bu məsələləri bəzən dini haşiyəyə alır. Bu dini haşiyə isə M.M.Nəvvaba əsas niyyətinə, məqsədinə nail olmaq üçün lazım olan bir vasitə idi . Onun əsas məqsədi isə özünün qeyd etdiyi kimi , millətinin, xalqının savadlanması və musiqi elminin inkişafı idi “, – yazan Z.Səfərova Mir Möhsün Nəvvabın “Vüzuhül-ərqam” risaləsini yalnız Azərbaycanın deyil , ümumən Yaxın və Orta Şərq xalqlarının muğam sənətinin və ifaçılığının vacib məsələlərini araşdıran əsər kimi musiqi tariximizdə dəyərləndirmişdir. � Risalənin böyük hissəsi muğamlar və onların quruluşuna həsr edilmişdir ki , tədqiqatçı bunlarla bağlı verilən çoxsaylı cədvəlləri də diqqətdən kənarda qoymamış, onların açımını təqdim etmişdir . İlk dəfə Mir Möhsün Nəvvabın cədvəlind ə n alınmış muğam nümunəsi Səmərqənddə keçirilən II Beynəlxalq musiqişünaslıq simpoziumunda Z.Səfərovanın ” Mir Möhsün Nəvvabın “Vüzuhül-ərqam” risaləsi” məruzəsinə illüstrasiya kimi , daha sonra isə Bakıda M.M.Nəvvabın anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya və konfranslarda səslənmişdir.

Bundan sonra Azərbaycanın musiqi elmi ilə bağlı axtarışları Z.Səfərovanı XIII yüzilliyin görkəmli şəxsiyyəti, Azərbaycanın mütəfəkkir alimi Səfiyəddin Urməvinin elmi irsinə yönəldir. Musiqişünasın 1995-ci ildə çap etdirdiyi “Səfiyəddin Urməvi” monoqrafiyası Azərbaycan ictimaiyyəti, musiqi aləmi üçün növbəti əlamətdar hadisə oldu . Dövrünün qabaqcıl incəsənət və elm xadimlərindən olan Urməvinin çoxsahəli yaradıcı həyatını qələmə alan Z.Səfərova öz xalqına növbəti hədiyyəsini bəxş etdi . O, Urməvinin ” Kitabül Ədvar� və “Şərəfiyyə� risalələrini ilk dəfə olaraq ərəbcədən tərcümədə (şərqşünas-alim T.Həsənovun tərcüməsində) tədqiq, təhlil etmiş , ümumiləşdirmiş, nəzəri nəticələr çıxarmış və alimin yaşadığı dövrün tam mənzər əsini yaratmağa nail olmuşdur . Bu tədqiqat Azərbaycan musiqi elminin müəyyən dövrü haqqında ilk ümumiləşdirici əsərdir. Kitabda Səfiyəddin Urməvi məşhur alim , filosof , ” Sistemçilik məktəbinin” banisi , görkəmli bəstəkar, virtuoz ifaçı, ” müğni ” və “nüzhə” musiqi alətlərinin yaradıcısı kimi təqdim edilmişdir . � Z.Səfərova S.Urməvinin elmi irsinin ümumi xasiyyətnaməsini vermiş , risalələrdə qoyulmuş nəzəri, estetik problemləri araşdırmış, dünya musiqi tarixində oynadığı rolunu müəyyənləşdirmiş və Azərbaycan musiqişünaslığında onun yaradıcılığını təməl daşı, bünövrə kimi qiymətləndirmişdir . Z.Səfərova böyük alimin səs sisteminin nizamlanmasına gətirdiyi yenilikləri, onun dissonantlıq nəzəriyyəsini, ” iqa ” ritm nəzəriyyəsini, musiqidə nisbilik , ahənglik, harmoniya , uyumluluq konsepsiyasını və digər mühüm nəzəri məqamları ardıcıl tədqiq etmiş və nəticədə Urm ə vi yaradıcılığının nəinki Azərbaycan, habelə bütün Orta və Yaxın Şərq musiqi nəzəriyyəsinin və mədəniyyətinin inkişafında mühüm dövr olduğunu və Urməvidən sonra gələn ərəb, fars , türkdilli müəlliflərin, demək olar ki , ham ısının onun sələfləri olduğunu vurğulamışdır.

Kitabda sırf elmi-nəzəri problemlərlə yanaşı maraqlı və zəngin faktiki materiala (cədvəllər, dairələr, sxemlər) , onların açıqlanması və təhlilnə xüsusi yer ayrılmışdır. Urməvinin risalələrində olan ritm və lad dairələrinin, interval cədvəllərinin, ud alətinin simlərinin bölünmə cədvəllərinin, tetraxord dairələrinin açımı və təhlilini verməklə müəllif Azərbaycan musiqisinin nəzəri problemləri üzrə aparılan araşdırmalar üçün maraqlı tədqiqat materialı hazırlamışdır.

Z.Səfərova göstərir ki , S.Urməvinin melodiyalarının rəmzlərinin açılması ilə həm Qərbin, həm də Şərqin alimləri məşğul olmuşlar . Daha sonra o özünün musiqi nümunəsini – Səfiyəddin Urməvinin ilk melodiyası olan ” Novruz ” – “Rəməl”in not açımını oxuculara təqdim etmişdir .

Ud alətinin mahir ifaçısı olan Səfiyəddin bu aləti təkmilləşdirmiş və zənginləşdirmişdi. Səfiyəddin iki gözəl alətin ixtiraçısı olmuşdur . Onlardan biri “Ənnüzhət” və ya “Nüzhə” (Əyləncə) adlanan qanuna bənzər musiqi aləti, ikincisi isə “Əlmüğənnə” və ya ” Müğni ” ( Sövt verən) adlanan qövsi uddur . Çox önəmlidir ki , hal-hazırda Nüzhə aləti professor Məcnun Kərimi tərəfindən məhz Zemfira xanımın “Səfiyəddin Urməvi” kitabında verdiyi ətraflı məlumata əsasən bərpa edilmişdir .

Zemfira xanımın müraciət etdiyi növbəti görkəmli sima ” Sistemçilik məktəbinin” parlaq davamçısı olan Əbdülqadir Marağaidir . 1997-ci ildə onun , XIV-XV əsrlərin böyük musiqişünas alimi , bəstəkarı, şairi , ifaçısı, xəttatı Marağainin həyatı, dövrü , elmə gətirdiyi yenilikləri, musiqisi və şeirlərinin təhlilinə həsr edilmiş “Əbdülqadir Marağai ” kitabı nəşr edildi . Kitabwda alimin Urməvidən sonra elmə gətirdiyi yeniliklər açıqlanmış, musiqi əsərləri təhlil edilmişdir . Belə ki , Marağainin risalələrində ilk dəfə olaraq 24 şöbənin quruluşu və səs qatarı, o dövrün musiqi forma və janrlarının xasiyyətnaməsi verilmiş , ” iqa ” ritm nəzəriyyəsi ifadə edilmişdir . Çox önəmlidir ki , bu kitabda ilk dəfə olaraq Marağainin musiqi əsərləri �� t əqdim edilmiş , onların mətn və melodiyaları təhlil edilmişdir ki , bu da Azərbaycan musiqişünaslığı üçün yeni səhifədir.

Qeyd edək ki , Səfiyəddin Urməvidən fərqli olaraq Əbdülqadir Marağainin elmi əsərləri, risalələri ilə yanaşı, bu gün qonşu Türkiyədə bəstəkarın musiqisi də səslənir və yaşayır.

Təsadüfi deyil ki , Ə. Marağainin musiqi əsərlərini xalqına ilk dəfə televiziya vasitəsilə məhz Z.Səfərova çatdırmışdır. O, hələ 1990-cı illərdə Türkiyədən Əbdülqadir Marağainin bir sıra musiqi əsərlərinin notlarını və disklərini gətirmişdi. 1993-cü ildə ilk dəfə Azərbaycan televiziyasında Əbdülqadir Marağainin bu musiqi əsərləri Z.Səfərovanın Səfiyəddin Urməvi və Əbdülqadir Marağaiyə həsr etdiyi verilişində, onun Bakıya gətirdiyi disklərdən səsləndirilmişdi.

2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ” Muğam layihəsi” çərçivəsində Urməvinin “Kitabül-ədvar” və “Şərəfiyyə”, Fətullah Şirvaninin ” Musiqi məcəlləsi” risalələri nəfis tərtibatda nəşr edildi . Bu nəşrdə risalələri AMEA-nın Əlyazmaları İnstitutunun elmi işçiləri M.Payızov, M.Əzizov və Ə.Əmirəhmədov ərəb dilindən tərcümə etmişlər. Kitabların ixtisas redaktoru , ön söz və elmi şərhlərinin müəllifi də Z.Səfərova olmuşdur . Lakin qeyd etmək lazımdır ki , Zemfira xanım risalələrin tərcüməsi prosesində də şərqşünaslarla birgə işləmiş, lazımi məqamlarda spesifik musiqi terminologiyasına dair izahatlar vermışdir. Belə müştərək iş təcrübəsi bütün dünya miqyasında qəbul olnumuşdur . Belə ki , nümunə kimi Ə. Caminin ” Musiqi haqqında” risaləsini gətirə blərik. Bu risalənin də � tərcümə və tədqiqində görkəmli alimlər şərqşünas Boldırev və musiqişünas V.Belyayev birgə fəaliyyət göstərmişlər.

Beləliklə, Z.Səfərovanın bu dəfə müraciət etdiyi qiymətli tarixi məxəz Fətullah Şirvaninin ” Musiqi məcəlləsi” risaləsi idi . Kitaba yazılmış ön sözdə o , Fətullah Şirvaninin həyatı, dövrü , elmi irsi barədə məlumat verir , � alimin kəlam, təfsir, astronomiya , riyaziyyata dair əsərlərinin � siyahısını təqdim edir və yazır ki , Şirvaninin əsərlərinin çoxu şərh və izahat şəklindədir.

Daha sonra Z.Səfərova Fətullah Şirvaninin musiqi haqqında məlum olan yeganə risaləsi, ” Musiqi məcəlləsi” əsəri ilə bağlı qısa izahat verir . Risaləyə yazılmış şərhlərdə alim Fətullah Şirvaninin məqsədini belə qələmə almışdır: ” Şirvaninin məqsədi və qayəsi ortaya yeni musiqi nəzəriyyəsi qoymaq , kəşflər və ixtiralar etmək, yeni musiqi alətləri, ritmləri yaratmaq deyildi . F.Şirvaninin məqsədi özündən əvvəl gələn görkəmli sələflərinin əsərlərinə istinad edərək, sistemləşdirilmiş qanunlar külliyyatı və toplusunu yaratmaq idi . Lakin buna baxmayaraq , Fətullah Şirvaninin elmi əsəri qiymətli orta əsr qaynağı kimi neçə-neçə tədqiqatın yaranmasına səbəb olacaq və respublikamızda çoxşaxəli muğam layihəsinin uğurla həyata keçməsinə kömək edəcəkdir”.

Bütün ömrü boyu yaradıcılığını sevə-sevə tədqiq etdiyi dahi Ü.Hacıbəylinin musiqi və elmi irsi də daim alimin diqqət mərkəzində olub , müxtəlif baxış bucaqlarından əsaslı tədqiq edilib . � Azərbaycanın musiqisini , sənətini vətənindən kənarlarda da fəal təbliğ edən Z.Səfərova Tehranda keçirilən beynəlxalq konqresdə “Səfiyəddin Urməvinin “Kitabül-ədvar� risaləsi ilə Üzeyir Hacıbəylinin lAzərbaycan xalq musiqisinin əsasları� kitabının müqayisəli təhlili” adl ı məruzə ilə çıxış emişdir � Z.Səfərova hər iki alimin elmi əsərlərini mənbəşünaslıq prinsipləri əsasında araşdırarkən belə bir fikrə gəlmişdir ki , Səfiyəddin Urməvinin elmi irsinə yaxşı bələd olan Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabında , xüsusuilə də məqam sistemi nəzəriyyəsində, onun “Kitabül-Ədvar” əsərinin təsiri böyükdür . Üzeyir bəyin ” Xalq musiqisinin əsaslar”ı kitabı qaldırılan və həll edilən məsələlərə görə, quruluşuna görə “Kitabül-Ədvar” risaləsinə yaxındır.

Mənbəşünaslıq sahəsində həyata keçirdiyi ən mühüm , gərəkli layihələrindən biri də dahi Ü.Hacıbəylinin musiqi irsinin nəşridir. Yüksək professionallığı, tələbkarlığı, hər bir işə xüsusi məsuliyyətlə yanaşmağı ilə seçilən Zemfira xanım Ü.Hacıbəylinin musiqi irsinin akademik nəşrinin (” Leyli və Məcnun” operasının partiturası – I cild , klaviri – II cild ; ” Koroğlu ” operasının partiturası – 3 kitabdan ibarət III cild .) bütün əziyyətini boynuna götürmüş , əsərlərin ilk dəfə tənqidi mətnlərinin hazırlanması işinə rəhbərlik etmiş , külliyyatın işıq üzü görən beş kitabdan ibarət üç cildinə ön söz və elmi şərhl ə r yazmışdır. Əsərlərin yaranma və ifa tarixinə, musiqi dilinin , ədəbi-bədii mətn əsasının dərin təhlilinə həsr edilmiş bu şərhlərdə müəllif nadir arxiv sənədlərindən, məktublardan, tarixi əhəmiyyət kəsb edən xatirələrdən geniş istifadə etmişdir . Nəticədə hər iki əsərin səhnə həyatının maraqlı tarixçəsi işıqlandırılmışdır.

Son dərəcə əhəmiyyətlidir ki , tədqiqat prosesində musiqişünas mənbəşünaslığın elmi prinsiplərinə uyğun ilk dəfə olaraq bu unikal elmi risalələrin və onların müxtəlif nüsxələrinin xarici ölkələrin kitabxana və arxivlərindən toplanması, tərcüməsi, şərhi ilə bağl ı, həmin mənbələrin saxlandığı kitabxanalar və şəxsi kolleksiyalar barədə ətraflı məlumat verilmişdir . Risalələrdə musiqi nəzəriyyəsinin, musiqi estetik fikrinin , demək olar ki , bütün problemləri tədqiq və təhlilə cəlb olunmuşdur .

Z.Səfərovanın mənbəşünaslıq elmi sahəsində apadığı qızğın elmi axtarışları, gərgin tədqiqatları nəticədə “Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)” kimi fundamental bir əsərin yaranması ilə zirvəyə çatdı. Məhz orta əsr və sonrakı dövr alimlərinin elmi irslərinin tədqiqi v ə təhlili alimə Azərbaycanın musiqi eliminin tədqiq olunan dövrünün tam və hərtərəfli mənzərəsini yaratmağa imkan verdi , bu sahədə aparılacaq yeni tədqiqtlara geniş yol açdı, onlar üçün tarixi , nəzəri, metodoloji təməl oldu .

Z.Səfərovanın Azərbaycanın musiqi elminin tarixi ilə bağlı fundamental araşdırmaları � bu yaxınlarda nəşrə təqdim olunmuş , AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsində, Z.Səfərovanın məsul redaktorluğu ilə hazırlanmış “Azərbaycanın musiqi tarixi ” (I cild ) � kitabının da , demək olar ki , əsasını təşkil edir . S.Urməvinin, Ə. Marağainin , F.Şirvaninin , M.M.Nəvvabın və digər musiqi alimlərinin elmi irslərinin, həyat və yaradıcılıqlarının icmalını Zemfira xanım mənbəşünaslıq elmi axtarışlarının nəticələrinə əsaslanaraq � yazmışdır. Beləliklə, uzun illərdən bəri nəşri gözlənilən “Azərbaycanın musiqi tarixi ” nin akademik nəşrinin işıq üzü görməsinə mane olan ” ağ ləkələr” məhz � bu qədim məxəzlərin üzə çıxarılması, öyrənilməsi, təhlili nəticəsində � silinmişdir .

Bütün ömrünü doğma xalqının mədəni irsinin , musiqi fikrinin , tarixinin öyrənilməsinə həsr edən Z.Səfərovanın tədqiqatlarını Azərbaycan musiqi elminin , musiqi fikir tarixinin yüksək nailiyyəti kimi qiymətləndirmək lazımdır. Hər xalqın musiqi tarixi onun mənəvi dünyasının, milli bədii təfəkkürünün tarixidir . Onun hər mərhələsi, bu mərhələləri təmsil edən hər klassiki xalqın tarixini , mədəniyyətini öyrənib dərk etmək üçün zəngin xəzinədir. Z.Səfərova əsrlərin qaranlığından bu xəzinəni çıxarıb yenidən xalqın istifadəsinə vermək kimi çox müqəddəs, ağır, məsul bir işi öz boynuna götürmüşdür . O, eyni zamanda çox xoşbəxt alimdir ki , musiqi nəzəriyyəmizin tarixindəki bu böyük missiyanı həyata keçirmək məhz ona nəsib olmuşdur . Zemfira xanımı yubileyi münasibətilə təbrik edir , yeni yaradıcılıq uğurları arzulayırıq!

Ülkər TALIBZADƏ,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Elm.- 2012.- 30 avqust.- S.10.

292 Mənbəşünaslıq, Tarixşünaslıq Tarix və onun problemləri

derbiklərin, kaspilərin vədigər tayfaların yaşadığını qeyd edirlər [1, 52, 169; 2, 144; 3, 144].

Antik yazarların fraqmentar məlumatları əsasında kadusi probleminin elmi araşdı-

rılması uzun bir dövrü əhatə edir. Hələ 1875-ci ildə B.Dorn kadusiləri müasir Gilan və

Deyləm vilayətlərinin qədim sakinləri kimi təqdim etmişdir [4].

Z.Yampolskiy məqaləsində diqqəti ona yönəldir ki, antik dövr müəllifləri bəzən kadusi-

ləri «Gel» və «Leq» adları ilə təqdim edirlər. Gel və Leq tayfaları Qafqaz Albaniyasının da

ərazisində qeydə alındığından, müəllif belə qənaətə gəlir ki, Albaniyanın (Azərbaycanın şi-

malı) və Atropatenanın (Azərbaycanın cənubu) əhalisini əsasən eyni etnoslar təşkil edirdi [5].

Kadusilərin məskunlaşdığı tarixi ərazi – Gilan V.Bartoldun tədqiqatlarında geniş əks

olunub. O qeyd edir ki, Gilanın Xəzər sahilindəki düzənlik ərazilərində kadusilər, dağlıq

bölgəsində isə deyləmlilər məskunlaşmışlar [6, 215-217].

İ.M.Dyakonov kadusiləri gellərdən fərqləndirir və onların Qızılüzən (və ya Səfidrud)

çayı boyunca Xəzər dənizinin cənub sahillərinə doğru uzanan ərazilərdə yaşadıqlarını yazırdı

İ.Əliyev də antik müəlliflərəistinad edərək kadusiləri «gel» və «leq» adı ilə tanınan

tayfalarla eyniləşdirir və onların nəinki Madada (sonralar Atropatenada), hətta Arazdan xeyli

şimalda, Albaniyada da yayıldıqlarını göstərir [8, 103-105].

Kadusilərin xatırlandığı yazılı qaynaqların bu tayfaların yayılma arealı, onların tarixi,

etnik kimliyi ilə bağlı məlumatları son 40 ildə işıq üzü görən tədqiqat əsərlərinin mövzusu

olmuşdur. Ən əsası odur ki, bu tədqiqatlarla e.ə. I minillikdə Ön Asiyanın hərbi-siyasi həya-

tında kadusilərin mövqeyini və rolunu təyin etmək mümkün oldu. E.ə. IX əsrdən etibarən ka-

dusilər hərbi münaqişələrə cəlb olunurlar. Siciliyalı Diodor özündən xeyli əvvəl yaşamış

Mənbəşünaslıq, Tarixşünaslıq

Tarix və onun problemləri,

Ktesiyə istinadən xəbər verir ki, Assur hökmdarı Nin kadusilərin və onların qonşuları tapir-

lərin torpaqlarını zəbt etmişdir. Nin əfsanəvi hökmdar sayılsa da, onun zövcəsi kimi təqdim

olunan Semiramida (assurca Şammuramat) tarixi şəxsiyyət olmuşdur. Mixikitabələrdə

bildirilir ki, Şammuramat Assur hökmdarı V Şamsi-Adadın zövcəsi olmuş və oğlu III Adadne-

rariyə qədər (təxminən e.ə. 810-805-ci illərdə) ölkəsini idarə etmişdir [7, 167-169]. Tarixi

sənədlərdən məlumdur ki, e.ə.823-810-cu illərdə V Şamsi-Adadın sərkərdələri Manna və

Maday torpaqlarına yürüşlər etmiş, hətta «Gündoğan dənizə» qədər (Xəzər nəzərdə tutulur)

gedib çıxmışlar [7, 164-165].

Assurluların, nisbətən sonralar isə urartuluların Xəzər sahillərindəki ərazilərə marağı

buradan keçən mühüm ticarət yoluna nəzarətə sahib olmaq iddiası ilə əlaqələndirilir. Urartu

hökmdarı II Argiştinin (e.ə.714-685-ci illər) bu istiqamətdəki hərbi səfərləri də bununla bağlı-

dır. Sarab yaxınlığından tapılan 3 urartu mətni burada, yəni Gilana gedən yolda bir neçə yaşa-

yış məskəninin (Arhu, Uşulu, Qirdu, Qituhani, Buku, Tuişdu) işğalından xəbər verir [9, 140].

Kadusilər Maday tayfa ittifaqına qatılmasalar da, qonşuları saklar və hirkanlılarla birgə

Assur dövlətinə qarşı müharibədə madaylara yardım edirdilər. Assur dövlətinin süqutundan

sonra Maday hökmdarları kadusilərin torpaqlarını istila etməyə çalışırdılar. İlk təşəbbüslər

uğursuz olsa da, Kiaksarın dönəmində (e.ə. 625-584-cü illər) kadusilərin məskunlaşdığı əra-

zilər Maday dövlətinin tərkibinə qatılır [3, 145-146]. Təxminən 70 illik əsarətdən sonra

kadusilər mərkəzi hakimiyyətə qarşı üsyan qaldırırlar. Ktesiy xəbər verir ki, üsyanı yatırmaq

üçün Maday hökmdarı Astiaq sərkərdəsi Kuruşu döyüşə yollayır. Lakin Kuruş kadusilərin

hökmdarı Onaferlə ittifaq yaradaraq Astiaqa qarşı çıxır və sonuncu Maday hökmdarını devirir

Kadusilərin Əhəməni hökmdarı II Kuruşla tərəfdaşlıq münasibətləri Babilistanla

müharibədə də ön plana çıxır. Ksenofant bildirir ki, bu müharibədə kadusilər Əhəməni ordu-

suna böyük qüvvə ilə – 20000 piyada və 4000 atlı ilə dəstək vermişlər [3, 147]. II Kuruş oğlu

Bardiyanı (Ksenofont onu Tanioksar adlandırır) kadusilərin, Madayın və Arminiyanın satrapı

təyin etmişdir [11, 27]. E.ə.522-ci ildə Bardiyanın öldürülməsi ilə Əhəmənilər imperiyasının

müxtəlif yerlərində mərkəzi hakimiyyətə qarşı üsyanlar baş qaldırır. Bu üsyanlarda kadusilərin

də iştirakı şübhə doğurmur, çünki Bardiyanın satrapı olduğu Madanı və Arminiyanı üsyan dal-

ğası bürümüşdü. Bisitun kitabəsi bu satraplıqlarda üsyanların yatırıldığını göstərsə də,

kadusilər barədə heç bir məlumat vermir. Digər tərəfdən, Əhəmənilər imperiyasına daxil olan

ərazilərin rəsmi siyahısında və Herodotun anoloji siyahısında kadusilər heç bir satraplığın

tərkibində göstərilməyiblər. Bu səbəbdən bir sıra tədqiqatçılar kadusilərin Əhəmənilərin

inzibati-ərazi bölgüsünə qatılmadıqlarını, yalnız siyasi təsirə məruz qaldıqlarını qeyd edirlər.

Bu nominal asılılığı aradan qaldırmaq üçün kadusilər Əhəməni hökmdarı II Artakserksə (e.ə.

404-359-cu illər) qarşıüsyan qaldırırlar. Hərbi əməliyyatları təsvir edən Plutarx xəbər verir ki,

kadusilərin başçısı Datam ilə döyüşdə Əhəməni ordusu xeyli canlı qüvvə itirmişdir [12, 245].

Kadusiləri işğal etmək üçün son təşəbbüs e.ə. 358-ci ildə Əhəməni şahənşahı III Arta-

kserks tərəfindən həyata keçirilir. Roma tarixçisi Yustin xəbər verir ki, kadusilərin cəngavə-

rinə qalib gələn Arsam Kodoman (sonralar Əhəməni hökmdarı III Dara) ordunun döyüş

ruhunu bərpa etdiyi üçün sonralar Arminiyanın satrapı təyin olunmuşdur [12, 249].

E.ə.331-ci ildə baş verən Qavqamela döyüşündə kadusilər Əhəməni ordusunu canlı

qüvvə ilə təmin edirdilər. Bu barədə məlumat verən Arrian qeyd edir ki, kadusilər albanlar və

sakesinlərlə birgə Madayın satrapı Atropatın ordusunda Makedoniyalı Aleksandra qarşı

döyüşürdülər. Bu döyüşdə Atropatın qüvvələri fərqli cinahlarda – kadusilər sol qanadda,

albanlar və sakesinlər isə mərkəzdə yerləşdirilmişlər [3, 150-151].

Mənbəşünaslıq, Tarixşünaslıq

Tarix və onun problemləri,

Əhəmənilərin süqutundan sonra da Atropatena dövlətində kadusi hərbi dəstələri aparıcı

qüvvə olaraq qalırdılar [10, 451-452]. Strabon qeyd edir ki, Atropatena ordusunda kadusi

piyadaları sayca yalnız ariyalılardan geri qalırdılar, onlar mahir sapand atıcıları idilər [3, 151-

Muzdlu kadusi hərbi dəstələri Selevki hökmdarlarının ordularında da iştirak edirdilər.

Polibiy yazır ki, kadusilər madaylar, karmaniyalılar vəkissiyalılarla birlikdə 5000-lik hərbi

dəstənin tərkibində Antioxun ordusunda döyüşmüşlər [3, 152].

Sasanilərin hakimiyyəti dönəmində etnonimin adında dəyişiklik baş verdiyindən mən-

bələrdə kadusilər «hun» adı ilə göstərilirlər. Məsələn, Antioxlu İohan məlumat verir ki, Sasani

şahı Perozun vəfatından sonra oğlu və varisi Kavad «hun» adı ilə tanınan kadusilərin yanında

sığınacaq tapmışdır [3, 153]. Görünür V əsrdən türk mənşəli hun tayfaları Gilanda geniş yayıl-

mışlar. Bununla belə, kadusilərin təsiri bəzi yerlərdə qalmaqda davam edirdi. Belə ki, B.Dorn

kadusilərin izlərinin Gilandakı Kadusera kəndinin adında qaldığını qeyd edir [4, 60].

Kadusilərin etnik mənsubiyyəti indiyədək mübahisə predmeti olaraq qalır. Tədqiqatçı-

ların bir qismi onları irandilli, digərləri isə qeyri-irandilli hesab edirlər. «Kadusi» etnoniminin

izahı əsasında problemin həlli perspektivsiz görünür. Belə ki, etnonim yalnız yadelli

qaynaqlarda qeydə alındığından onun həqiqətdə neсə səsləndiyini bilmirik. Problemin həllini

çətinləşdirən mühüm amil onamastik (şəxs adları) və toponimik (yer adları) materialın

olduqca azlığı ilə bağlıdır.

Antik yazarların təhrif olunmuş formadaqeydə aldıqları 5 kadusi şəxs adından üçünün

iranmənşəli olduğu şübhə doğurmur:

Persond. Ktesiy bu etno-antroponimi kadusilərin mifik hökmdarına (e.ə. VI əsrin

birinci yarısı) şamil edir. Ad onu daşıyanın fars (parsa) mənşəyindən xəbər verir.

Onafern. II Kuruşun müasiri olan (e.ə.VI əsrin ortaları) kadusi hökmdarı

olmuşdur. İsmin ikinci elementi (fern farna) qədimİran dillərində «səmavi nemət» anlamını

verir. Bu tip adlar qədim farslar üçün xarakterik idi (Vindafarna, Farnabaz, Farnak və s.).

Datam. II Artakserksin ordusuna qarşı döyüşən sərkərdə. Ad hərfən «Qanuni»

(qədim farsca data «qanun») və ya «Natiq» (qədim farsca datiy «söyləmək», «danışmaq»)

Digər iki isim – Alkavn və Rafin ehtimal ki, latın mənşəlidir.

İ.Əliyev 1960-cı ildə kadusilərin qeyri-irandilli olduğunu iddia edərək Qafqaz mənşəli

hurri dilinə bağlayırdı [8, 103-104]. Növbəti monoqrafiyasında isə o, kadusilərin varisi olan

gellərin (gilanlıların) İran dialektlərinin birində danışdıqlarını əsaslandırmağa çalışır [13, 15-

Eyni ilə E.Qrantovskiy də filoloji araşdırma aparmadan kadusilərin iranmənşəli

olduğunu iddia edir [14, 374]. Q.Qeybullayev məsələyə daha həssaslıqla yanaşır və İran

tədqiqatçıları A.K.Təbrizi və M.C.Maşkura istinadən etno-toponimik araşdırma aparır. Bu

tədqiqatçılar hesab edir ki, «Kadusi» müasir «talış» (yerli dildə «qaluş») etnoniminin yunanca

ifadə forması olmuşdur [2, 178, 359-362].

R.Məlikov da kadusilərin varisləri olan gellərin İran dialektlərinin birində danışıqları

ideyasının tərəfdarıdır [3, 154].

Tədqiqatçıların digər bir qrupu kadusiləri qeyri-irandilli hesab edir. V.Bortalda görə

Xəzərin cənub-qərb sahiliboyunca məskunlaşan tayfalardan girkanlılar müstəsna olmaqla

anariaklar (hərfən «qeyri-arilər»), mardlar, tapirlər və onların qonşuları kadusilər irandilli

etnoslardan olmayıblar [6, 215].

Mənbəşünaslıq, Tarixşünaslıq

Tarix və onun problemləri,

Son zamanlar kadusiləri qeyri-iranmənşəli hesab edən tədqiqatçılar arasında iki fərqli

cərəyan kəskin şəkildə nəzərə çarpır. Tədqiqatçıların birqismi antik yazarların ziddiyyətli

məlumatlarına əsaslanaraq kadusiləri Qafqaz mənşəli hesab edirlər [5; 15, 380]. Buna səbəb

bəzi antik müəlliflərin leq və gel tayfalarının kadusilərlə eyniləşdirilməsi, digərlərinin isə bu

tayfaların Albaniyada məskunlaşması ilə bağlı məlumatlarıdır [1, 275].

Strabon Albaniyada 26 fərqli tayfanın yaşadığı barədə məlumat verir. Onların yalnız

Qafqaz və iranmənşəli olduğu fikri birmənalı qəbul olunmur. Məsələn, Ə.Ələkbərov ilk orta

əsrlərdə burada türkmənşəli etnosların da mövcudluğunu filoloji dəlillərlə əsaslandırmağa

çalışır və hesab edir ki, Gilanda məskunlaşan əhalinin bir qismi, o cümlədən kadusilər qədim

türk dialektlərindən birinin daşıyıcıları ola bilərdi [16, 18-19, 22, 23]. Ərəb müəllifi İbn

Xaukala istinadən V.Bartold gellərin fars arran və erməni dillərindən fərqli dildə danışdığını

qeyd edir [6, 217].

Əlbəttə, bütün bu deyilənlər Gilanda bizim eradan əvvəl iranmənşəli əhalinin, o

cümlədən talışların yaşamadıqları anlamına gəlmir. Belə ki, antik yazarlardan Qay Yuliy Solin

«Xəzərin sahillərindəki tayfalarla qonşuluqda yaşayan» tal tayfasının adını çəkir. K.Əliyev

onları talışlarla eyniləşdirməyin mümkünlüyünü qeyd edir [1, 174, 291]. Yazılı mənbələrin

məlumatları yetərincə olmadığından Gilanın əsas sakinləri olan kadusilərin etnik

mənsubiyyətini hazırkı mərhələdə təyin etmək imkansız görünür.

Kadusilərin tarixi və etnik mənşəyi ilə bağlı məsələlər İran tədqiqatçılarının da

əsərlərində nəzərdən keçirilib. Bu sahədəaraşdırmalar İran İslam inqilabının qələbəsindən

sonra geniş vüsət almışdır. İran tarixşünaslığında Gilanda qədim dövrlərdən məskunlaşan

tayfa və millətlərin kimliyi məsələsi mübahisə mövzusu sayılmır. Problemin tədqiqatçıları

Məhəmməd Cavad Maşkur və Əhməd Kəsrəvi kadusilərin Gilanda yerli əhali olduğunu ön

plana çəkir, «Kadus» və «taluş» terminlərinin genetik bağlılığına toxunaraq kadusi tayfalarını

müasir talışların əcdadı hesab edirlər [17, 248; 18, 286].

Gilanın erkən orta əsrlərdən müasir dövrəqədərki tarixini araşdıran Q.Faxtə vilayətin

əhalisinin etnik baxımdan dəyişməz qaldığının və siyasi-iqtisadi proseslərdə yaxından iştirak

etdiyi fikrinin tərəfdarı idi [19].

İstifadə olunmuş ədəbiyyat:

1.Алиев К. Древнегреческие и латинские первоисточники по истории древнего

Азербайджана (с примерами нового толкования). Б., 2010.

2.Гейбуллаев Г. К этногенезу азербайджанцев. Б., 1991.

3.Меликов Р. Этническая картина Азербайджана впериод Ахеменидского

владычества. Б., 2003.

4. Дорн Б. Каспий. СПб. 1875.

5. Ямпольский З. К вопросу об однаименности древнейшего населения

Атропатены и Албании // Труды Института истории и философииАН Азерб. ССР, том

6. Бартольд В. Сочинения. Том. VII, М., 1971.

7. Дьяконов И. История Мидии: от древнейших времѐн до конце IV в.до. н.э. М.-

8. Алиев И. История Мидии, Б., 1960.

9. Медведская И. Древний Иран накануне империй (IX-VI вв.до н.э.). История

Мидийскогоцарства. СПб. 2010.

Mənbəşünaslıq, Tarixşünaslıq

Tarix və onun problemləri,

10. Пьянков И. Борьба Кира II с Астиагом по данным античных авторов //

Вестник Древней Истории, 1971, №3, 16-37.

11. Струве В. Восстание в Маргиане при Дария I // Вестник Древней истории,

12. Дандамаев М. Политическая история Ахеменидской державы, М., 1985.

13. Алиев И. Очерки истории Атропатены, Б., 1989.

14. Грантовский Э. Ранняя история иранских племен Передней Азии. М., 1970.

15. Мамедова Ф. Кавказская Албания и албаны, Б., 2005.

16. Алекперов А. Один из древнейших тюркских этносов Передней Азии –

Кадусии //Azərbaycantarixqurumu. Tarixvə gerçəklik, 2010,№1.

17. M.C.Maşkur. İranqədimzamanlarda. Tehran, 1989 (farsdilində).

18. S.Ə.Kəsrəvi. Unudulmuş hökmdarlar, Tehran, 1999 (fars dilində).

19. Q.Faxtə. İslamdan sonra Gilan tarixi. Tehran, 2008 (fars dilində).

ДИРЕХШАН ИДАЕТИ ФАРД

Диссертант Института Рукописей им.М.Физули при НАНА

КАДУСИИ В ИСТОРИЧЕСКИХ ИССЛЕДОВАНИЯХ

По сведениям античных писателей воинственные племена кадусиев в I тыс до н.э.

проживали наюго-западной части Каспия, в современной иранской провинции Гилян.

Попытки по установлению их этнической принадлежности не дали ожидаемых

результатов. Одни исследователи счттают их ираноязычными и предками современных

талышей. Другие роднят их с Кавказоязычной частьно населения Азербайджанской

Албании. Существуют также сторонники идеи тюркоязычности кадусиев. К сожалению

языковые данные недостаточны для решения этой проблемы.

DIREKHSHAN HIDAYETI FARD

Dissertant of Institute of Manuscripts named after M.Fuzuli under NASA

KADUSSIANS IN HISTORICAL RESEARCHES

According in the Antic writers cadussians tribes lived in the south-west coast of

Caspian sea. Certains investigators considered that they had been ancestorstalyshians.

Anothers learneds cansidered theirs related on the tribes of Caucasian tongue in Azerbaijanian

Albania. Anothers supposed that cadussians talked in the one of dialects of ancient turkian

Rəyçilər: t.ü.f d. D.Əzimli, t.e.d.A.C.İsgəndərov

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının 21 dekabr 2012-ci il

tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№011).

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

XVII əsr mənbələri

XVII əsrə aid mənbələr müəyyən dərəcədə keçmiş dövr ənənələrinin davamı olmuşdur. Bu dövrdə əsasən Abşeron köhnə yaşayış məntəqələri, Buzovna, Maştağa, Mərdəkanda XVII əsrə aid məscidlər qalmışdır. Gəncədəki İmamzadə türbəsi (XIV-XVII əslər) bu dövrün ən önəmli dini tikililərindəndir. Üzərindəki kitabədə türbənin İmam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üzərində tikildiyi göstərilir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, karvansara tipli evlər, Alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmışdır. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu, XV əsrin əvvəllərində ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Gəncənin cümə məscidi (1606, memar Şeyx Bihaəddin) özünə məxsus memarlıq quruluşu, bayıra açılan, dərin tutumlu, başı tağlı eyvanları, dövrünə görə böyük diametrli gümbəzləri ilə diqqəti cəlb edir. Xalq arasında Şah Abbas məscidi kimi tanınan bu abidənin minbərinin üzərindəki oyma, bəzəkli ağac şəbəkələri, şəbəkəçilik sənətinin nadir nümunələrindəndir. Nardaran kəndindəki Baxışəli məscidində (1663, ustad Murad, bənna Əli) XVII əsr Abşeron dini tikililərinin özəllikləri əksini tapmışdır. XVII əsrdə daha çox 8 üzlü türbələr tikilirdi. Belə türbələrin yeraltı sərdabə bölməsi olmurdu. Dəfn yeri adi qəbir xarakteri daşıyırdı. Bu dövrdə daha az ömürlü türbə tipi gümbəzli sərdabələr olmuşdur. Naxçıvandakı İmamzadə türbəsi indiki Goranboy rayonunun Rəhimli kəndindəki Adıgözəl bəyin ailə türbəsi, Qusar rayonunun Həzirə kəndindəki Şeyx Cüneyt türbəsi, gümbəzli türbələr qrupuna daxildir. Şamaxı rayonunun Kəlləxana kəndindəki türbələr qrupu XVII əsr Azərbaycan gülləvari türbələrinin ən bitkin nümunəsidir (9 türbədən 8-i qalıbdır). Tovuz rayonunun Yanıqlı kəndindəki türbələr kompleksindəki türbələr kompleksində 3 türbə qalmışdır ki, XVII əsrə aid edilir.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

XVI əsr mənbələri

Plan:
XVI əsrdə Azərbaycan mədəniyyəti.
Bu dövrün abidələri.

XVI əsrdə Azərbaycan mədəniyyəti daha da inkişaf etmişdi. Bu dövrdə Azərbaycanda xeyli binalar, karvansaralar, hamamlar, körpülər, məqbərələr, məscidlər tikilmişdir. Bunlardan 1544-cü ildə tikilmiş Qusar rayonunun Həzirə kəndində Samur çayı sahilində, Şeyx Cüneyt məqbərəsini, Quba rayononun Ağbil kəndindəki məqbərəni, Naxçıvanın Qazançı kəndi yaxınlığındakı əlincə çayı üstündə tikilmiş körpünü, usta Əmirşah tərəfindən tikilmiş Bakının şərq darvazalarını, Ərdəbil, Təbriz, Gəncə şəhərlərindəki bir sıra abidələri misal göstərmək olar. Bu dövrdə Təbrizin, Bakının, Ordubadın cümə məscidində və digər tikililər üzərində I şah Təhmasibin və I şah Abbasın fərmanlarının həkk olunmuş nüsxələri qalmışdır. Həmin fərmanların əslinin günümüzə çatmasında bu abidələrin böyük əhəmiyyəti var. Şah Təhmasibin hökmünün daş nüsxəsi Bakıda, İçərişəhərdə, cümə məscidinin divarları üzərinə hörülmüşdür. XVI əsrin sonlarında Təbriz sənətkarlarının güləbətin tikmələri ilə bəzədikləri, Osmanlı sultanı III Murada hədiyyə göndərilmiş xalat indiyədək Topqapı saray muzeyinin qiymətli incilərindən sayılır. XVI əsrdə Azərbaycan xalçaçılığı xüsusilə inkişaf etmiş, bu dövrün ornamental xalçaları arasında 1530-cu ildə Ərdəbildə Şeyx Səfi məscidi üçün toxunmuş hazırda Nyu-Yorkun Metropoloten muzeyində saxlanılan xalını, 1539-cu ildə Təbrizdə yenə həmin məscid üçün toxunmuş və indi Londonda, Viktoriya və Albert muzeyində saxlanılan xalını misal göstərmək olar.
XVI əsrdən dövrümüzə qədər şəbəkəçilik (hazırlanmış kiçik taxta parçalarının bir-birinə bənd edilməsindən, nə mismardan, nə də yapışqandan istifadə olunmadan) sənətinin iki gözəl nümunəsi gəlib çatmışdır. Bunlardan biri Qusar bölgəsinin Həzirə kəndindəki Şeyx Cüneyt türbəsindəki sənduqə, o birisi isə Gəncədəki cümə məscidinin minarəsidir. Yazılı mənbələrə görə bu dövrdə ölkədə saxsı qabların, həm də memarlıq abidələrində tətbiq olunan kaşı məmulatı istehsalının əsas mərkəzləri Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Naxçıvan və Gəncə şəhərləri olmuşdur. Bu dövrün bədii keramika əsərlərinin gözəl nümunələri dünyanın bir çox tanınmış muzeylərində saxlanılmaqdadır.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

XVII əsr mənbələri

XVII əsrə aid mənbələr müəyyən dərəcədə keçmiş dövr ənənələrinin davamı olmuşdur. Bu dövrdə əsasən Abşeron köhnə yaşayış məntəqələri, Buzovna, Maştağa, Mərdəkanda XVII əsrə aid məscidlər qalmışdır. Gəncədəki İmamzadə türbəsi (XIV-XVII əslər) bu dövrün ən önəmli dini tikililərindəndir. Üzərindəki kitabədə türbənin İmam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üzərində tikildiyi göstərilir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, karvansara tipli evlər, Alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmışdır. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu, XV əsrin əvvəllərində ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Gəncənin cümə məscidi (1606, memar Şeyx Bihaəddin) özünə məxsus memarlıq quruluşu, bayıra açılan, dərin tutumlu, başı tağlı eyvanları, dövrünə görə böyük diametrli gümbəzləri ilə diqqəti cəlb edir. Xalq arasında Şah Abbas məscidi kimi tanınan bu abidənin minbərinin üzərindəki oyma, bəzəkli ağac şəbəkələri, şəbəkəçilik sənətinin nadir nümunələrindəndir. Nardaran kəndindəki Baxışəli məscidində (1663, ustad Murad, bənna Əli) XVII əsr Abşeron dini tikililərinin özəllikləri əksini tapmışdır. XVII əsrdə daha çox 8 üzlü türbələr tikilirdi. Belə türbələrin yeraltı sərdabə bölməsi olmurdu. Dəfn yeri adi qəbir xarakteri daşıyırdı. Bu dövrdə daha az ömürlü türbə tipi gümbəzli sərdabələr olmuşdur. Naxçıvandakı İmamzadə türbəsi indiki Goranboy rayonunun Rəhimli kəndindəki Adıgözəl bəyin ailə türbəsi, Qusar rayonunun Həzirə kəndindəki Şeyx Cüneyt türbəsi, gümbəzli türbələr qrupuna daxildir. Şamaxı rayonunun Kəlləxana kəndindəki türbələr qrupu XVII əsr Azərbaycan gülləvari türbələrinin ən bitkin nümunəsidir (9 türbədən 8-i qalıbdır). Tovuz rayonunun Yanıqlı kəndindəki türbələr kompleksindəki türbələr kompleksində 3 türbə qalmışdır ki, XVII əsrə aid edilir.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

XI-XV əsr mənbələri

Plan:
Orta əsr mənbələri.
XII əsrə aid mənbələr.
XV əsrə aid sikkə qalıqları.
XI-XV əsrin əvvəllərində Azərbaycan mədəniyyəti öz inkişafının çiçəklənmə dövrünü keçirirdi. Bunu arxeoloji qazıntılardan tapılmış maddi mədəniyyət nümunələri sübut etmişdir. İstər yer üzərində dövrümüzədək qalmış memarlıq abidələri (Bakı – Qız qalası, Naxçıvandakı Möminə xatun və Yusif ibn Küseyir türbələri, Pirsaat çayı üzərindəki xanəgah və s.), istərsə də arxeolji qazıntılar zamanı aşkara çıxarılmış ictimai, dini, müdafiə və yaşayış tikintilərinin qalıqları onu göstərir ki, bu dövrdə tikinti texnikası xeyli təkmilləşmiş, tikintidə bədii üslublardan geniş şəkildə istifadə olunmuşdu. XI əsr dəmirçilik sənətinə nümunə kimi, hazırda Gürcüstanın Gelati monastrında bir tayı saxlanılan Gəncə darvazasını misal göstərmək olar. Onu 1063-də yerli dəmirçi İbrahim Osmanoğlu hazırlamışdı. XI əsrin əvvəllərinə aid mədəni təbəqələri, silah tapıntıları, Azərbaycandan XI əsrdən başlayaraq şirli qabları (bəzi qabların altında ustalar öz möhürlərini yerləşdirmişdilər). XI-XIII əsrin əvvəllərində maddi mədəniyyətin böyük bir qrupunu qəbir abidələri təşkil edirdi. Qəbirlərə əşya qoymaq yox dərəcəsinə çatmışdır. İslam dininin yayılması ilə əlaqədar, qəbirlərə əşya qoymaq mərasimi xeyriyyəçiliklə əvəz olunmuşdur. Şamaxıda XIII əsrə aid məscid qalıqları, Şamaxıda XI əsrə aid məscid qalıqları tapılmışdı. Bu dövrdə Bakıda Sınıqala adlanan məscidin də, köhnə məscidin üzərində tikildiyi müəyyən edilmişdi. Beyləqanda mil minarənin yeri müəyyənləşdirilmişdi. Sikkə qalıqlar XI-XIII əsrin əvvəllərində kütləvi şəkildə tapılan maddi mədəniyyət qalıqlarıdır. Sikkə qalıqları ən çox Beyləqan, Gəncə, Qəbələ, Bakı, Naxçıvan, Şamaxı, Şabran şəhərləri və Gülüstan qalasından tapılmışdır. Ən geniş yayılan Şirvanşahların və Eldənizlərin pulları olmuşdur. Bu dövrdə gümüş pullar demək olar ki, istifadədən çıxır. Onlar mis pullarla əvəz olunurdu. XIII əsrin əvvəllərində Azərbaycanda olmuş ərəb alimi Yaqut əl Həməvi burada çoxlu qalaların olduğunu xüsusi qeyd etmişdir. Bunlardan ən məşhuru Abşeron qalalarını, Naxçıvanın Əlincə qalasını, Xalxalın Firuzabad və s. qalalarını misal göstərmək olar. Kvadrat planlı Mərdəkan qəsri XII əsr, dairəvi baş bürclü Mərdəkan qalası isə XIII əsrə aiddir. XII əsrə aid türbələr aşağıdakılardır:
Marağada tikilmiş gülləvari “Qırmısı gümbəz” türbəsi (1148), Memar Əcəmi Əbubəkir oğlu NMR-nin Naxçıvan şəhərində tikdiyi “Atabəy” gümbəzi adı ilə qalan Möminə xatun türbəsi idi. Həmçinin Yusif ibn Küseyir türbəsi, Azərbaycanda ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü, Qazax rayonundakı “Qırmızı körpüdür”. XII əsrin yadigarı olan bu möhtəşəm abidə el arasında “Sınıq körpü” adı ilə tanınır. Londondakı “Viktoriya və Albert” muzeyində saxlanılan qartal təsvirli boşqab XI əsrə aid olunan Ağ kənd keramikasının gözəl nümunəsidir. Bakı şəhərinin sahil

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

AZƏRBAYCAN ƏRAZİSİNƏ QƏDİM ETNOSLAR

1) Azərbaycanda yaşayan əhalinin etnik tərkibi
2) Tayfaların etnik axını

1)Azərbaycanda yaşamış erkən əhalinin etnik tərkibini müəyyən etmək üçün əsasən yazılı qaynaqların məlumatları köməyə gəlir. Bu qaynaqlar dövr etibarı ilə 2 hissəyə bölünür: I dövr e.ə III-I minillikləri əhatə edir. Qədim dövr qaynaqlarının öyrənilməsi göstərir ki, o zaman Azərbaycan ərazisində türk dillərində danışan etnoslar yaşayır. Onlar II dövr qaynaqları eramızın I minilliyini əhatə edir.Qaynaqların öyrənilməsi göstərir ki, bir sıra eyni adlı etnoslar qədim və erkən orta əsrlərdə
Azərbaycan ərazisində məskunlaşmışdılar. Qədim və erkən orta əsrlər dövründə Azərbaycanda Alban, Sakasen, Uti, Kaspi, Müg, Kadusi, Qarqar, Amard tayfa adlarını daşıyan əhali yaşayırdı. Bu tayfaların etnik və dil mənsubiyyəti barədə dəqiq məlumat verilmir. Bəzi mənbələrdə göstərilir ki, bu tayfa adlarının bir qismi türk dillərində izah olunur və yaxud da türk mənşəli aran nəslinə mənsub olmuşdular. Azərbaycan ərazisində yaşayan bir neçə tayfalar isə pəhləvi və fars dillərində danışırdılar. Qalan etnosların isə (Müg, Kadusi, Udinlərin) mənşəyi və dil mənsubuyyəti məlum deyil. Udin adı ilk dəfə XVII əsrdə, Qafqaz dilli udinlərə və türk etnoslarına şamil edilmişdi. Azərbaycan əhalisinin əsas etnik tərkibi sabit qalırdı. Bununla yanaşı Azərbaycana başqa adlar daşıyan etnosların gəlməsi və burada məskunlaşması davam edirdi. Qaynaqlar qədim və erkən orta əsrlər dövründə iki böyük etnik axını qeydə almışdır. 1-ci axın kimmer-skif-sak tayfalarının. Azərbaycanda məskunlaşması 2-ci axın isə Hunların Azərbaycan ərazisində məskən salmasına şərait yaratdı. Türk tayfalarının Azərbaycana III axını orta əsrlərin başlanğıcında gəlmiş səlcuq oğuzlarının adı ilə bağlıdır. Yerdəyişmə nəticəsində Azərbaycana gələn etnoslar, yerli türk (Azərbaycanlı və Alban) əhalisiylə dil, din və müəyyən adət, etnik cəhətdən qohum idilər. Erkən orta əsrlərdə Azərbaycanın ərazisi ilə əlaqədar göstərilən etnoslardan başqa bir çox başqa tayfaların da adı çəkilmişdi. Massaget, Girdman, Hun, Şurovan, Amard, Gel, Kates, Kudet, Silv, Qarqar, Lipi və başqa adlı tayfalardan ibarətdir. Yad edilən tayfaların qismi Lipin, Kudet çox güman ki, Dağıstanın ləzgi etnosuna mənsub olmuş və Azərbaycanda baş verən siyasi hadisələrədə Alban hökmdarlarının müttəfiqi kimi iştirak etmişdir. Deməli Ləzgi tayfaları erkən orta əsrlərdən başlayaraq, tədricən Azərbaycanın aran hissəsində məskən salmaları müşahidə olunmur. Bəzi adlar kateş, gel yəqin ki, fars mənşəli atyfaların adlarını bildirmişdir. Kateş qədim Kadusi adının dəyişilmiş forması kimi qəbul edilir. Kateşlər cənubi Azərbaycanın şərqində, talış zonasında məskunlaşmışdılar. Talış adı isə IX əsrdə Talisand şəklində qeyd olunmuşdur. Talış dili gilan dili ilə yaxındır. Bu etnosa ərazinin adı ilə əlaqədar Talış adı verilir. Talışlar özlərini Çoleş, yaxud Qoleş adlandırırlar. Sasani şahalrı Azərbaycanın şımal hissəsində, pəhləvi, fars ləhcələrində danışan etnosların olduğunu qeyd edirlər. Bir qisim əhali özünün arzusu ilə bura köçərək məskən salmışdı. Bu əhali sonrakı dövr qaynaqlarında “tat” adlanırdı. Orta əsrlərdə formalaşmış tat dili, əslində pəhləvi dilinin ləhcələrindən biri idi. Tat məhfumu İrandan çıxmış əhaliyə aid edilirdi. Şimali Azərbaycana köçmüş və ya köçürülmüş tatların bir qismi iki dildə danışan, azəri türkləri idi. Yeni şəraitdə onlar tədricən tat dilini unutmuş və azərbaycan dilini saxlamışdılar. Azərbaycan dili indi də cənubda tatların ünsiyyət dili hesab olunur. Erkən orta əsrlərdə Azərbaycanda əsas etnik zəmini türk dilində danışan əhali təşkil edirdi. Bu etnik tərkibə yeni türk tayfaları əlavə olunurdu. Burada hun tayfa birləşmələrinə daxil olan etnik qruplar, etnoslar məskunlaşmışdılar. Qaynaqlar erkən orta əsrlərdə Azərbaycanda Hun, Peçenek, Heptal, Sabir, Xəzər və başqa türk etnoslarının məskən salması barədə məlumatlar vardı. Azərbaycan etnik və dil baxımından türk dilli areala daxil idi. Siyasi cəhətdən isə Sasani imperializminin tərkibi altında qalırdı. Ərəb qaynaqlarında qeyd edilir ki, ərəblərin Azərbaycana yürüşü zamanı onlara müqvimət göstərən, əsasən yerli türklər olmuşdur.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

Etnosların öyrənilməsi

Plan:
Aratta, Kuti, Lullubi etnoslarının yaranması.
Qonşu etnoslar.

E.ə III minillikdə Azərbaycanda yaşayan etnoslar haqda məlumatları etnonim və toponimlərdən alırıq. Bu səpgidə Aratta ölkə adı, Turukki etnonomi maraq yaradır. Aratta qərbi Azərbaycanın dağlıq ərazisinə verilən ad idi. Mənası dağ demək idi. Bu ad Şumerlər tərəfindən mənimsənilmişdi. E.ə VIII əsrdə urartu qaynaqları, keçmiş Aratta ərazisini “Alatey” adlandırmışdılar. E.ə III-II minilliklərdə Azərbaycan ərazisində türk etnosları yaşayırdılar. O dövrün siyasi hadisələrində yaxından iştirak edirdilər. Beləliklə Azərbaycanın ən qədim sakinlərindən biri “Prototürklər” olmuş və onlar hələ biri digərindən fonetik cəhətdən çox da fərqlənməmiş ümumi türk dilində danışırdılar. Prototürklər Azərbaycanın eləcə də, Anadolu yarımadasının və orta Asiyanın sakinləri olmuş, tədricən isə şimala doğru hərəkət etmişlər. Lullubilər e.ə. III-II minilliklərdə və sonra Azərbaycanın sakinləri kimi qeyd edilirlər. Lullubuilər Arattanın ərazisində yaşamışlar. Lulu adı əhalinin dilində tez-tez işlənən bir sözü yamsılama nəticəsində yaranmışdır. Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, qədim Azərbaycan maldarları mal-qaranı haraylayarkən lulu ifadəsini işlətmişlər. Bu ad həm də qədim dövrdə oyun və rəqs zamanı oxunan mahnının sözlərindən biri olmuşdur. Lullubinin Kassi və Elam, Qafqaz dili ilə qohum olması mülahizəsi ortaya atılmış, lakin bunu sübut edən dəlillər gətirilmişdir. Lulular ön Asiya ölkələrində igid döyüşkən və şücayətli bir etnos kimi tanınmışdır. Onlar Assuriyada məskunlaşmış və Hüri etnosları ilə ünsiyyətdə olmuşdular. Lullu , Hüri və Hettlər dövlət idarələrində işləyir, muzdlu döyüşçü kimi orduda iştirak edirdilər. Lullu tayfa ittifaqına qohum olan tayfalardan biri Turukkilər olmuşlar. Onlar Urmiya gölünün cənubunda, keçmiş Aratta ölkəsinin ərazisində yaşamışdılar. Lullu dövləti süquta uğradıqdan sonra Turukki tayfaları müstəqil siyasi qüvvə kimi çıxış etməyə başlamışlar. Onlar kuti və lullubilər kimi Assuriya və qədim Azərbaycan ərazisində, İkiçayarasında yerləşən torpaqlar uğrunda mübarizə aparırdılar. E.ə. III-II minilliklərdə Su tayfaları Zaqros dağlarında və Urmiya gölünün cənubunda yaşayırdıkar. Bu etnonomlərin ilkin forması “sub” olmuşdur. Ola bilsin ki, qədim zamanlarda su yaxud çay kənarında yaşayan tayfalar müvafiq surətdə yaşadıqları yerə uyğun adadlanırdılar. Qədim qaynaqlarda su ilə əlaqədar bir sıra ifadələr işlədilmişdir. Məs: Su ölkəsinə mənsub lullu; Su bar ölkəsinə mənsub lullu. Deməli lullular və sular qarışıq yaşamışdılar. Sular da turukki və lullubi tayfa birləşmələrinə daxil idilər. “Kuti” etnonimi e.ə. minilliklərə aid edilir. Kutilər Urmiya gölünün cənub və qərbində məskunlaşmışdılar. Kutilər bir tərəfdən turukkilər və lullubilərlə ittifaqa girmiş, digər tərəfdənsə Urmiya gölü hövzəsində məskunlaşmış Sabir, Subir tayfaları ilə ünsiyyətdə olmuşlar. Kuti dili prototürk dili kimi Hind-Avropa və başqa dillərlə yaxından təmasda olmuş və onlarla qarışılıqlı təsirə məruz qalmışdır. İkiçayarası qədim dövlətləri süquta uğradıqdan sonra Kuti etnonimi də artıq sənədlərdə işlədilmədi. Qədim Azərbaycan dövlətlərinin qonşuluğunda müxtəlif etnoslar yaşayırdılar. Hind-Avropa etnik qrupunun vətəni barədə müxtəlif fərziyyələr mövcuddur. İlk vətəni Balkan yarımadası, Qardəniz sahilləri, Ural və s. olmuşdur. E.ə. II minillikdə Hind-Avropa etnoslarının dili və leksik ünsürləri Ön Asiyada yaşayan Hettlərin mətnlərində Mitanni və Kassilərə mənsub yazılarda öz əksini tapmışdır. Şumerlər IV minilliyin əvvəllərində İkiçayarasında məskunlaşmışdılar. Şumer xalqı müxtəlif dillərdə danışan etnosların birləşməsindən yaranmışdır. Alman alimi Homer Şumerlərin Mərkəzi Asiyadan gəlməsi və şumer dilinin Altay türk dil ailəsi ilə qohum olduğunu söyləmişdir.
Sami tayfaları III minillikdə İkiçayarasında məskunlaşmış Şumerlərlə bilavsitə qonşu olmuşdurlar. Samilər Şumer mədəniyyətinə yiyələnmiş, Şumer dilinin işlənməsini məhdudlaşdırmışdılar. Şumer və Akkadlardan şimalda Subir və II minilliyin əvvəllərində Hüri tayfaları yaşamışlar. Akkadların şərq qonşuları Zaqros dağlarının İran hissəsində yaşayan Kassi tayfaları idi. Kassi sülaləsi II minillikdə Babilistanda hakimiyyətə gəlmişdir. Onlar hind-avropa dilləri ilə ünsiyyətdə olmuşlar. Bunu o dövrün qaynaqlarında bir sıra hind-avropa mənşəli sözlərin olması göstərir. İran yaylasının ən qədim sakinlərindən biri olmuş elamlar, şəkli və xətti yazını icad etmişlər. Onlar İkiçayarasında mixi yazı növünü mənimsəmişlər. Elam tipli dillər İran ərazisində geniş yayılmışdır. Çox güman ki, Urmiya gölü hövzəsində də elam dilli əhali məskunlaşmışdır.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

Mənbəşünaslığın təsnifatı

Plan:
Arxeoloji və etnoqrafik mənbələr.
Epiqrafik və numizmatik mənbələr.
Sənət xarakterli mənbələr.

Tarixi prosesi əks etdirən, cəmiyyətin keçmişini öyrənməyə imkan verən, sənət, əsər və s. tarixi mənbə adlanır. Bura xalqın mədəniyyəti, adət ənənəsi, dili ümumi etnoqrafiyası və s. daxildir. Buraya həmçinin maddi mədəniyyət nümunələri də aiddir. Bütün bunlar hamısı əsrlər boyu dildən dilə keçərək ibtidai icma quruluşundan indiyə qədər gəlib çatmışdır. Sinifli cəmiyyətin tarixinin tədqiqində əsas yazılı mənbələrdən istifadə edilir. Tarixi mənbələr, meydana gəlməsi, yaranma formasına, məzmun və məqsədinə görə fərqlənir və şərti olaraq aşağıdakı qruplara bölünür:
1)Yazılı mənbələr. 2) Maddi, əşyavi (arxeoloji) mənbələr. 3) Etnoqrafik mənbələr. 4) Dilçiliyə aid mənbələr. 5) Şifahi mənbələr. 6) Kino, foto sənədlər.
Bundan əlavə coğrafiya və antropologiya elmləri də mənbəşünaslıq baxımından dəyərlidir. Mənbə kimi istifadə olunan sənət xarakterli tarixi mənbələr, fərmanlar, aktlar, qanunlar və s. müəyyən zaman çərçivəsində tarixin dəqiq öyrənilməsinə imkan verir. Hekayə xarakterli şifahi mənbələr isə (salnamələr, tarixi dastanlar, rəvayətlər) tam şəkildə mötəbər mənbə kimi böyük imkanlara malikdir. Etnoqrafik mənbələr xalqların adət ənənəsini, məişətini öyrənir və bu baxımdan mənbəşünaslıq materilalı kimi çox qiymətlidir. Epiqrafik, numizmatik, topoqrafik mənbələr mənbəşünaslıq baxımından əvəzsizdir. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq yeni növ mənbələr yaranmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.