Mənfəət və zərərin uçotu
Bundan başqa, müəssisələrin satışdan kənar əməliyyatlarından, daha doğrusu, məhsulların (işlərin, xidmətlərin) istehsalı və satışı ilə, əsas vəsaitlərin, mal-material qiymətlilərin, qeyri-maddi və digər aktivlərin satışından maliyyə nəticələri ola bilər. Onlar bilavasitə 80 «Mənfəət və zərərlər» hesabında müxtəlif hesablarla müxabirləşməklə uçota alınırlar. Bundan başqa, müəssisələr mənfəət hesabına malalanlardan və sifarişçilərdən tələb olunmayan borcların ödənilməsi üçün şübhəli borclar üzrə ehtiyatlar yarada bilərlər. Onlar hesabat ilinin sonunda mənfəət hesabına yaradılır. Təsərrüfat fəaliyyəti prosesində müəssisələrdə digər satışdan kənar gəlirlər və itkilər meydana çıxa bilər.
Mənfəət. Normal və xalis mənfəət.
Firmanın ümumi gəliri dedikdə, istehsal olunmuş məh-sul və xidmətlərin satışından əldə edilən pul vəsaiti nəzərdə tutulur. Gəlirin kəmiyyətinə aşağıdakı iki amil təsir göstərir; 1) istehsal edilmiş məhsulun həcmi; 2)qiymətlərin səviyyəsi.
Firma, azad rəqabət bazarında əmələ gələn qiymətlərlə bazarın imkan verdiyi qədər məhsul reallaşdıra bildiyinə görə ümumi gəlir (TR) istehsal edilmiş məhsulun dəyərinə (QP) bərabər olur.
Yəni:
TR=QP
Firmanın orta gəliri isə məhsul vahidinə görə belə mü-əyyən edilir:
TR:Q
Lakin xalis inhisar və oliqopoliya bazarlarında gəlirin müəyyən edilməsinə yanaşmada müxtəliflik vardır. Belə ki, xalis inhisarçı daha çox məhsul satmaq üçün qiymətləri aşa-ğı salmalıdır. Qiymət satışın həcmindən asılı olan dəyişən kə-miyyət olduğu üçün, aşağıdakı bərabərliyi yazmaq olar:
TR = P (Q)Q
Inhisarçının orta gəliri isə belə müəyyən edilir:
TR / Q
Məhsulun reallaşdırıldığı orta qiyməti inhisarçının şəxsən özü müəyyən edir. Başqa sözlə, inhisarçı satışın həcmini artırmaqla qiymətləri dəyişdirir (aşağı salır). Deməli qiymət sabit kəmiyyət deyildir.
Inhisarçının son gəliri onun əlavə daha bir məhsul va-hidinin satışından əldə etdiyi əlavə gəlir deməkdir
Firmaların fəaliyyətinə qiymət verərkən istifadə olu-nan göstəricilərdən biri də mənfəətdir.
Mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisidir. Mənfəətin aşağıdakı növləri vardır: 1) iqtisadi və ya xalis mənfəət; 2) normal mənfəət.
Bazar iqtisadiyyatı şəraitində ən mühüm anlayışlardan biri iqtisadi və ya xalis mənfəətdir. Iqtisadi mənfəət dedikdə firmanın ümumi gəliri ilə ümumi xərcləri (daxili və kənar) arasındakı fərq nəzərdə tutulur.
Iqtisadi mənfəətin müəyyən edilməsi nə qədər sadə görünsə də, onu normal mənfəətdən və ya sahibkar gəlirin-dən fərqləndirmək lazımdır. Artıq əvvəllərdə göstərildiyi ki-mi, daxili və ya kənar ödəmə olub olmamasından asılı olma-yaraq kapitala görə ödənilən faiz məbləği və iqtisadi renta kimi sahibkarın mənimsədiyi normal mənfəət də istehsal xərclərinə daxildir. Bazar nəzəriyyəsinə uyğun olaraq bütün istehsal amilləri (əmək, kapital, torpaq və sahibkarlıq qabi-liyyəti) yeni dəyər yaradır, onun konkret formaları (əmək haqqı, faiz məbləği, renta və sahibkar gəliri) isə həmin mül-kiyyət sahiblərinin gəlirlərini təşkil edir. Beləliklə, hər hansı bir sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və onu qoruyub saxlamaq üçün lazım olan mənfəət məbləğinə normal mənfəət deyilir. Normal mənfəət daxili xərclərin tərkib ünsürlərindən biridir. Normal mənfəət təmin olunmadıqda hətta bəzi hallarda muzdla işləməyə üstünlük verir.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi mənfəəti marksist siyasi iqtisaddakı üstəlik izafi dəyər anlayışı ilə mü-qayisə etmək olar. Lakin müasir bazar iqtisadiyyatı nəzəriy-yəsindəki üstəlik mənfəətin əmələ gəlməsi başqa cür aydın-laşdırılır. K.Marksın irəli sürdüyü üstəlik mənfəət məhsul vahidinin istehsalına sərf olunan xərclərin azaldılmasına imkan verən ən yeni texnika və mütərəqqi texnologiyaları tətbiq edən kapitalistin əldə etdiyi izafi dəyərdir. Əmtəələri az xərclə istehsal edən və bazar qiymətləri ilə reallaşdıran firmalar digər istehsalçılara nisbətən üstəlik mənfəət əldə edirlər ki, onun da mənbəyi muzdlu işçilərin əməyidir.
Inhisar mənfəəti ehtiyatlardan istifadə olunması və ya təbii ehtiyatların məhdudluğu şəraitində məhsullara yüksək inhisar qiymətinin müəyyən edilməsi nəticəsində əldə edilə bilər. Ehtiyatlardan istifadə olunması ilə əlaqədar məhdu-diyyətlərə patent və lisenziyaları misal göstərmək olar. Bu, imkanlı şirkətlərin yeni texnika və texnologiyalardan başqa-larının istifadə etməmələri üçün təzyiq göstərmələri for-masında həyata keçirilir. Təbii ehtiyatların məhdudluğuna gəldikdə, çox nadir ehtiyatları çox az olan nadir resurslar öz sahibinə yüksək mənfəət, renta, faiz və əmək haqqı əldə etmək imkanı verə bilər.
Beləliklə, mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisi olduğuna görə hər bir hüquqi və ya fiziki şəxs onun artırılmasına xüsusi diqqət yetirir və bu məqsədlə müxtəlif vasitə və yollardan istifadə edir. Görün-düyü kimi, mənfəət uğrunda mübarizə aparmaq və onu artırmaq üçün müxtəlif üsullardan istifadə etmək istehsalı təşkil edən hər bir sahibkarın başlıca məqsədidir. Və buna əsasən demək olar ki, mənfəət iqtisadi mexanizmdə çox mühüm rol oynayır. Bu isə onun yerinə yetirdiyi vəzifələrdən irəli gəlir.
Mənfəətin başlıca vəzifələrindən biri, onun istehsal-da əmək məsrəflərinə qənaət edilməsinin ölçüsü olmasıdır. Bu, mənfəətin digər vəzifələrinin yerinə yetirilməsi üçün əsasdır. Çünki mənfəət əməyə qənaət olunduqda–əmək məhsuldarlığı yüksəldikdə, buraxılmış məhsulların hər va-hidinə çəkilən xərc aşağı salındıqda, kapitalverimi artırıl-dıqda–mümkündür. Mənfəətin kütləsinə təkcə əməyə qəna-ət edilməsi deyil, istehsal olunan və satılan məhsulların həcmi də təsir göstərir. Buna isə həm işçilərin sayının artı-rılması (ekstensiv amil), həm də əmək məhsuldarlığının yüksəldilməsi (intensiv amil) yolu ilə nail olmaq mümkündür.
Mənfəətin artırılmasının ikinci amilindən istifadə edilməsi iqtisadi cəhətdən daha sərfəlidir. Çünki işçilərin sayının artırılması müəyyən həddə qədər mümkündür, digər tərəfdən isə əmək məhsuldarlığının yüksəldilməsi, həm də istehsal olunan məhsulların miqdarının artırıl-masına və onların istehsalına çəkilən xərclərin aşağı salın-masına imkan verir.
Mənfəət həmçinin, yalnız kommersiya hesablı mü-əssisələrin kollektiv iqtisadi mənafelərini deyil, həm də ümumxalq mənafelərini ifadə edir. Deməli, onun hamısı müəssisənin sərəncamında qala bilməz, bir hissəsi ümum-dövlət pul vəsaitləri fonduna daxil olmalıdır. Bununla əlaqədar olaraq mənfəətin ikinci vəzifəsi–ehtiyatların alterna-tiv istehsal növləri arasında, habelə milli gəlirin bölgüsü və yenidən bölgüsünü həyata keçirmək vəzifəsi meydana çıxır. Başqa sözlə, mənfəət milli gəlirin dövlət büdcəsi vasitəsilə bölgüsü və yenidən bölgüsü, ehtiyatların istehsal sahələri arasında bölüşdürülməsü vəzifəsini yerinə yetirir.
Ölkəmizdə bazar münasibətlərinin formalaşması ilə əlaqədar mənfəətin bölgü funksiyasında müəyyən dəyişik-liklər baş vermişdir. Bu, öz ifadəsini hər şeydən əvvəl müəs-sisələrin əldə etdikləri mənfəətdən dövlətə verdikləri vergi-də tapmışdır.
Mənfəətin vəzifələrindən biri də stimullaşdırmadır. Bu, onun ilk iki vəzifəsi ilə ələqadardır. Mənfəətin bu vəzifəsi öz əksini onun müəyyən nisbətdə bölüşdürülməsin-də, cəmiyyətin və müəssisələrin mənafelərinin düzgün əla-qələndirilməsində tapır. Mənfəət cəmiyyətlə müəssisə arasında düzgün bölüşdürüldükdə əməyə qənaət olunur, istehsal xərclərinin azaldılması, istehsalın nəticələrinin yaxşılaşdırılması üçün kollektivdə stimul yaranır.
Dəyər kateqoriyası olmaqla, mənfəətin müəyyən çatışmazlıqları da vardır. Bunlardan biri ondan ibarətdir ki, mənfəətin artırılması iqtisadiyyatda istehsal şəraitinin dəyişməsi nəticəsində baş verə bilər. Başqa sözlə, mənfəət, qiymətlərin artması nəticəsində artırsa, bu, istehsalçı müəs-sisələrdə mənfəətin süni surətdə çoxalmasına, istehlakçı müəssisələrdə isə, əksinə, azalmasına səbəb olacaqdır. Bu isə o deməkdir ki, mənfəət müəssisələrin işinin səmərəliliyi göstəricisi kimi onu təhrif edəcəkdir.
Mənfəət, müəssisə qiyməti daha yüksək olan məh-sulların istehsalına «meyl» göstərdiyi hallarda da yanlış tə-səvvür yaradır
Mənfəət firmaların işini ifadə edən başlıca göstəri-cilərdən olduğuna görə onun artırılması amillərinin nəzərdən keçirilməsi böyük əhəmiyyətə malikdir.
Mənfəətin artırılmasına istehsal amilləri (əmək məhsuldarlığı, istehsal sahələrində çalışan işçilərin sayı, iş gününün uzunluğu, investisiya ehtiyatlarından istifadə dərəcəsi, istehsalın üzvi quruluşu və i. a.), bölgü (məsələn, əmək haqqının artım sürəti) və mübadilə şəraiti də (qiymətlərin səviyyəsi, təklifin tələbə nə dərəcədə uyğun gəlməsi və i.a.) təsir göstərir. Lakin bunların içərisində istehsal amilləri həlledici rol oynayır. Digər amillərə gəldikdə, onlar mənfəətin kəmiyyətinə yalnız pul ifadəsində təsir göstərə bilər. Çünki bölgü və mübadilə mərhələsində nə dəyər, nə də istehlak dəyəri yaranmır.
Müasir elmi-texniki inqilab şəraitində mənfəətin artırılmasında başlıca rolu əmək məhsuldarlığının yüksəl-dilməsi oynayır.
Mənfəət və zərərin uçotu
l.Müəssisənin fəaliyyətinin son maliyyə nəticələrini onun pul yığımının həcmini xarakterizə edir. Mənfəətin həcmi aşağıdakılardan asılıdır: satılmış məhsulların həcmindən, məhsulların keyfiyyətindən, əsas fondlardan, maddi və əmək ehtiyatlarından səmərəli və faydalı istifadə edilməsindən (maya dəyərinin aşağı salınması), müəssisənin işinin keyfiyyətindən (malgöndərənlər, malalanlar, banklar qarşısında öhdəliyin yerinə yetirilməsi);
2.Mənfəət müəssisənin istehsal və sosial inkişafına məsrəflərin maliyyələşdirilməsinin əsas mənbəyi hesab olunur; mənfəətdən büdcəyə ödəmələr isə dövlət büdcəsinin gəlirlərinin mühüm elementi hesab olunur.
З.Bu о deməkdir ki, müəssisənin gəlirləri təkcə onun maliyyə tələbatını deyil, həm də ictimai istehlak fondlarına, elmin inkişafına, səhiyyənin, təhsilin inkişafına, ölkənin müdafiəsinə dövlətin tələbatının təmin etməlidir.
Bazar iqtisadiyyatına keçid şəraitində mənfəət istehsalın inkişafının həvəsləndirilməsində böyük rol oynayır. Müəssisələr təsərrüfat fəaliyyəti prosesində mənfəətlə yanaşı nəzərdə tutulmayan itkilərə də malik ola bilərlər. Həm mənfəət, həm də zərərlər uçotda hər bir maddə və bütövlükdə maliyyə nəticələri üzrə öz əksini tapmalıdır.
Hesabat ilində müəssisənin fəaliyyətinin son maliyyə nəticəsinin əmələ gəlməsi haqqında informasiyaları ümumiləşdirmək üçün 80 «Mənfəət və zərərlər» adlı aktiv-passiv adlı sintetik hesabı ayrılmışdır.
Bu hesabın krediti üzrə müəssisələrin mənfəəti (gəlirləri) debeti üzrə isə zərərləri (itkiləri) əks olunur. Xüsusilə, hesabat dövrü ərzində bu hesabda aşağıdakılar uçota alınır:
l.Hazır məhsulların (işlərin, xidmətlərin) satışından olan mənfəət və ya zərərlər.
2.Təchizat-satış və ticarət təşkilatlarında malların və taraların satışından olan ümumi gəlir;
3.Əsas vəsaitlərin satışından olan mənfət və ya zərər, sair çıxmalardan olan gəlirlər və itkilər;
4.Müəssisənin digər maddi qiymətlilərinin və sair aktivlərinin (qeyri-maddi aktivlərin, qiymətli kağızların və b.) satışından olan mənfəət və zərər.
5.Başqa müəssisələrdə pay iştirakından əldə edilən gəlirlər, səhmlər üzrə dividendlər və müəssisənin sahib olduğu istiqrazlar və digər qiymətli kağızlar üçün gəlirlər;
ö.Əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlər;
7.Alınması ümidsiz olduğu üçün əvvəllər zərərə silinən debitor borclarının ödənilməsindən daxil olan məbləğlər;
8.Təsərrüfat müqavilələrinin şərtlərini pozmağa görə, habelə vurulan zərərlərə görə məhkəmə tərəfindən hökm verilən və ya borclu tərəfindən etiraf edilən cərimələr, peşiman pulları və digər növdən olan sanksiyalar;
9.Hesabat ilində aşkar edilən, keçən illərin mənfəəti (keçən ildə alınmış və sərf edilmiş, xidmətlərə və maddi qiymətlilərə görə hesablaşmalar üzrə malgöndərənlərdən, habelə keçən ildə satılmış məhsula görə hesablaşmalar üzrə malalanlardan və sifarişçilərdən daxil olan məbləğlər;
10.Qiymətlilərin istifadəsi üçün yararlı olanların dəyərini çıxmaqla, təbii fəlakətin qarşısının alınması və nəticələrinin ləğv edilməsi üzrə məsrəfləri daxil etməklə, təbii fəlakətdə olan kompensasiya edilməmiş itkilər (istehsalat ehtiyatlarının, hazır məhsulların məhv olması və korlanması, istehsalın dayandırılmasından olan itkilər və b.
11. Konservasiya edilmiş istehsalat güclərinin və obyektlərinin saxlanmasına çəkilən məsrəflər (digər mənbələr hesabına ödənilən məbləğlərdən başqa);
12. İddia müddətinin vaxtı keçən debitor borclarının və tutulması qeyri-real olan digər borcların silinməsindən olan itkilər;
13. Günahkarları müəyyən edilməyən və ya cavabdehin vəziyyətinin yaxşı olmaması və onun əmlakının tutulmasının mümkün olmaması haqqında məhkəmə tərəfindən təsdiq edilən aktla birlikdə geri qaytarılmış icra sənədləri üzrə ya da tutulması digər sənədlər üzrə etiraz edilən və b. əsas vəsait obyektlərinin çatışmamasına və ya korlanmasına görə müəyyən edilmiş qaydada əvvəllər müəyyən edilmiş borclarm silinməsindən olan zərərlər;
14. Hesabat ilində aşkar edilən, keçən illərin zərərləri;
15. Ləğv edilmiş istehsalat sifarişləri üzrə məsrəflər, habelə sərf edilmiş maddi qiymətlilərin dəyərini çıxmaqla məhsul verməyən istehsala çəkilən məsrəflər (sifarişçilər tərəfindən ödənilən itkiləri çıxmaqla);
16. Başqa müəssisələrin, idarələrin və müəssisələrin xarici valyutalarının satılması və alınması ilə əlaqədar olan xərclər (hərrac rüsumu və i.a.);
17. Məhkəmə məsrəfləri və iqtisad məhkəməsinin xərcləri;
18.Vaxtı keçmiş qısamüddətli ssudalar üzrə, veksellərin diskontundan və digər borc öhdəlik əməliyyatlarına, habelə ortamüddətli və uzunmüddətli kreditlərə və b. bank kreditlərinə görə faizlər.
Hesabat ili ərzində göstərilən gəlirlər və itkilər 80 «Mənfəət və zərərlər» hesabında ilin əvvəlindən olan yekunla toplanır (toplanma prinsipi).
Müəssisələrin, onlara məxsus olan əsas vəsaitlərinin satışından və sair çıxmalarından (ləğv olunma, silinmə, əvəzsiz verilmə və b.) mənfəəti və ya zərərləri ola bilər. Göstərilən maliyyə nəticələri 47 «Əsas vəsaitlərin satışı və sair çıxmalar» hesabında müəyyən edilir. Müəssisənin malik olduğu mal-material qiymətlilərinin (dövriyyədə olan vəsaitlərin), qeyri-maddi aktivlərin, valyuta qiymətlilərinin, qiymətli kağızların və digər maliyyə qoyuluşlarının və i.a. satışından olan maliyyə nəticələri 48 «Sair aktivlərin satışı» hesabında müəyyən edilir.
Bundan başqa, müəssisələrin satışdan kənar əməliyyatlarından, daha doğrusu, məhsulların (işlərin, xidmətlərin) istehsalı və satışı ilə, əsas vəsaitlərin, mal-material qiymətlilərin, qeyri-maddi və digər aktivlərin satışından maliyyə nəticələri ola bilər. Onlar bilavasitə 80 «Mənfəət və zərərlər» hesabında müxtəlif hesablarla müxabirləşməklə uçota alınırlar. Bundan başqa, müəssisələr mənfəət hesabına malalanlardan və sifarişçilərdən tələb olunmayan borcların ödənilməsi üçün şübhəli borclar üzrə ehtiyatlar yarada bilərlər. Onlar hesabat ilinin sonunda mənfəət hesabına yaradılır. Təsərrüfat fəaliyyəti prosesində müəssisələrdə digər satışdan kənar gəlirlər və itkilər meydana çıxa bilər.
Beləliklə, 80 «Mənfəət və zərərlər» hesabının debetində müəssisənin zərərləri və itkiləri, krediti üzrə isə – mənfəəti (gəlirləri) əks olunur. Əgər müəssisə özünün fəaliyyəti nəticəsində mənfəət əldə edibsə, qalıq (son maliyyə nəticəsi) kreditdə və əgər müəssisə zərər əldə edibsə, debetdə ola bilər. Bu zaman mənfəət balansın passivində, zərərlər isə – aktivdə göstərilir.
Satışdan kənar əməliyyatlardan olan son nəticə onlardan əldə edilən gəlirləri itkilərlə müqayisə etməklə müəyyən edilir.
«Mənfəət və zərərlər» hesabı üzrə sintetik və analitik uçot 15 saylı jurnal-orderdə aparılır. Qeyd olunan jurnal-order mühasibat arayışının hesablaşma və sair hesablardan bankın çıxarışının məlumatları əsasında tərtib olunur.
Mənfəət və zərərlər haqqında
Mühasibat uçotu hər bir müəssisənin ən əs vacib biznes-proseslərindən biridir, və müəssisənin uğurlu olması o müəssisədə mühasibat uçotunun düzgün təşkilindən asılıdır.
Mühasibat uçotunun əsas məqsədləri: effektiv sənəd dövriyyəsinin təşkili, təsərrüfat əməliyyatlarının mühasibat uçotunda davamlı və əlaqəli əks olunması, müəssisənin bütün bölmələrinin aktual məlumatlar ilə təmin edilməsi, vergi uçotunun aparılması, təsisçilərin və investorların müəssisənin maliyyə vəziyyəri barədə məlumat ilə təmin edilməsi.
Müəssisələrdə mühasibat uçotunun düzgün və effektiv təşkil edilməsi üçün mühasib mütəxəssislərinin mühasibat uçotunun normativ-hüquqi bazası üzrə, bundan başqa, hər bir təsərüfat fəaliyyəti növünün uçotunun metodikası və qaydaları üzrə dərin biliklərinin olmasını zəruridir. Burada ilk öncə AR Vergi Məcəlləsi, AR Mülki Məcəlləsi, AR Əmək Məcəlləsi, AR Gömrük Məcəlləsi, AR İnzibati Xətalar Məcəllələri, Mühasibat uçotunun tənzimləyən AR Qanunları, AR Nazirlər Kabinetinin müvafiq Qərarları və s. qanunvericilik aktlarını misal gətirmək olar. Eyni zamanda, mühasib çalışdığı müəssisənin fəaliyyət sahəsinə aid istehsal prosesinin metodika və qaydalarını da yaxşı bilməlidir.
Sizə təqdim edilən bu elektron vəsaitdə məlumatların rahat mənimsənilməsi üçün bütün materiallar mühasibat uçotunun əsas bölmələri üzrə qruplaşdırılmış, hər bir materialda əsas normativ-hüquqi sənədlər, metodiki tövsiyyələr, normativ-hüquqi sənədlərdən çıxarışlar, misallar, nümunəvi müxabirləşmələr və ilkin sənədlərin formaları verilibdir.
Normativ-hüquqi aktlar:
- MÜHASIBAT UÇOTU
- QEYRİ-MADDİ AKTİVLƏR
- Qeyri-maddi aktivlərin tərifi
- Qeyri-maddi aktivlərin qiymətləndirilməsi
- Qeyri-maddi aktivlərin daxil olması
- Qeyri-maddi aktivlərin ayrıca əldə edilməsi
- Qeyri-maddi aktivlərin daxili imkanlar hesabına yaradılması
- Qeyri-maddi aktivlərin təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına daxil olması
- Qeyri-maddi aktivlərin hökumət subsidiyası hesabına əldə edilməsi
- Qeyri-maddi aktivlərin əvəzsiz alınması
- Qeyri-maddi aktivlərin aktivlərin mübadiləsi hesabına alınması
- Qeyri-maddi aktivlərdən istifadə hüququnun alınması
- Qeyri-maddi aktivlərin amortizasiyası
- Qeyri-maddi aktivlərin istifadə müddətinin təyin edilməsi
- Qeyri-maddi aktivlərin xaric olması
- Qeyri-maddi aktivlərin satılması
- Qeyri-maddi aktivlərin aktivlərin mübadiləsi ilə təqdim edilməsi
- Qeyri-maddi aktivlərin əvəzsiz verilməsi
- Qeyri-maddi aktivlərin başqa müəssisələrin nizamnamə kapitalına qoyulması
- Qeyri-maddi aktivlərə istifadə hüququnun verilməsi
- Qeyri-maddi aktivlərin silinməsi
- Torpaq, tikili və avadanlıqlar – tərifi
- Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi
- Torpaq, tikili və avadanlıqların daxil olması
- Torpaq, tikili və avadanlıqların daxil olması
- Təsisçilərdən pay qoyuluşu şəklində qəbul edilmə
- Digər müəssisə və şəxslərdən pulla alınma
- Təsərrüfat üsulu ilə tikili və avadanlıqların inşası (istehsalı)
- Başqa təşkilat və şəxslərdən əvəzsiz daxil olma
- Hökümət subsidiyaları hesabına alınma
- Uzumüddətli icarəyə götürülmə
- Digər aktiv və ya xidmət ilə mübadilə edilmə
- Torpaq, tikili və avadanlıqların xaric olması
- Ləğv edilib silinmə
- Satılma
- Əvəzsiz olaraq verilmə
- Digər müəssisələrə pay qoyuluşu şəklində verilmə
- Maliyyə icarəsinə verilmə (lizinq)
- Digər aktiv və ya xidmət ilə mübadilə
- Təbii fəlakət, invertarlaşma nəticəsində və başqa səbəblərdən əskik gəlmə
- Torpaq, tikili və avadanlıqların icarəsi
- Maliyyə icarəsi
- Əməliyyat icarəsi
- İcarəyə götürülmüş tikili və avadanlıqların təmiri
- Material ehtiyatları
- Mallar
- Hazır məhsul
- Ehtiyatların inventarizasiyası
- Əmək haqqı və onun ödənilməsi uçotunun təşkili
- İşçinin işə qəbul edilməsi
- İş vaxtının uçotu
- Əmək haqqının hesablanması
- Əmək haqqından tutulmalar
- Əmək haqqı və onun ödənilməsi
- Məzuniyyət
- Müavinətlər
- Təhtəlhesab şəxslər
- İşçinin işdən azad edilməsi
- Məsrəflər və xərclər
- Məsrəflər, xərclər və maya dəyəri
- Məsrəflərin və xərclərin təsnifatı
- İstehsalat məsrəfləri
- Əsas istehsalat məsrəflərinin mühasibat uçotu
- Birbaşa məsrəflər
- Dolayı məsrəflər
- İstehsalın idarəetmə məsrəfləri
- Köməkçi istehsalat məsrəfləri
- Xidmətedici istehsalat və təsərrüfatlar
- İstehsalat məsrəflərinin vergi uçotu
- Maya dəyərinin kalkulyasiyası metodları
- Mərhələ metodu
- Satışdan olan gəlirlər
- Satışdan olan gəlirlərlərin uçotu
- Barter əməliyyatında gəlirlərlərin uçotu
- Kreditlə satış
- Malların qaytarılması
- Verilmiş güzəştlər (endirim)
- Kassa əməliyyatları
- Kassa əməliyyatlarının aparılma qaydaları
- Nəğd vəsaitlərin kassaya mədaxili
- Nəğd vəsaitlərin kassada saxlanılması
- Nəğd vəsaitlərin kassadan verilməsi
- Pul vəsaitlərinin ekvivalentləri
- Kassanın inventarizasiyası
- NKA alınması və qeydiyyatı
- NKA istifadəsi ilə nəğd hesablaşmalar
- Mədaxil qəbzləri ilə nəğd hesablaşmalar
- Ödəmə kartların istifadəsi ilə hesablaşmalar
- Bankda hesabın açılması
- Hesablaşma hesabı ilə əməliyyatlar
- Korporativ kartlar
- Хarici valyuta əməliyyatları
- Akkreditiv nədir?
- Akkreditiv üzrə əməliyyatlar
- Maliyyə nəticələri
- Maliyyə nəticələri
- Gəlirlərin və xərclərin təsnifatı
- Əsas əməliyyat gəlirləri və xərcləri
- Satışdan gəlirlərin uçotu
- Satışdan vergilərin hesablanması
- Tikinti müqavilələri üzrə gəlirlər və xərclər
- Royalti gəliri
- Əməliyyat icarəsi üzrə gəlir
- Sair əməliyyat gəlirləri və xərcləri
- Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışı
- Yenidən qiymətləndirilmədən gəlirlər və zərərlər
- Qiymətdən düşmə üzrə xərclər
- Əvəzsiz olaraq alınmış aktivlər
- Cərimələr və digər oxşar ödənişlər
- Keçmiş illər üzrə gəlirlər və xərclər
- Ümidsiz borclar üzrə gəlirlər və xərclər
- Silinmiş ehtiyatların bərpası
- Məzənnə fərqləri üzrə gəlirlər və xərclər
- Qiymətdən düşmə üzrə xərclər
- Sair gəlirlər və xərclər
- Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər və xərclər
- Maliyyə gəlirləri və xərcləri
- Fövqəladə gəlirlər və xərclər
- Xalis mənfəətin (zərərin) formalaşması
- Vergi cərimələri
- Mənfəət vergisi
- Hesabat ilinin sonuna əməliyyatlar
- Xalis mənfəətin (zərərin) istifadəsi
- Dividentlərin ödənilməsi
- Ehtiyat kapitalının formalaşması
- Keçmiş illərin zərərlərinin bağlanması
- Bölüşdürülməmiş mənfəət
- Nizamnamə kapitalının artırılması
- Zərərin bağlanması
- Ümumi tələblər
- Prinsiplər
- Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri
- Maliyyə hesabatları elementlərinin qiymətləndirilməsi
- Mühаsibat balansı
- Mənfəət və zərər haqqında hesabat
- Kаpitalda dəyişikliklər hаqqındа hеsаbаt
- Pul vəsaitlərinin hərəkəti hаqqında hesаbаt
- Uçоt siyаsəti və izаhlı qеydlər
- Uçot siyasəti
- İlkin sənədlər
- Hesablar Planı
- Milli Mühasibat Uçotu Standartları
- Kommersiya təşkilatları üçün MMUS
- Büdcə təşkilatları üçün MMUS
- QHT üçün MMUS
- Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS)
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS)
- BMHŞK və Standartların Şərhlər Komitəsi (IFRIC & SIC)
- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün BMHS (IFRS for SMEs)
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları
- İnventarizasiya haqqında anlayış və ona hazırlıq
- Aktiv və öhdəliklərin inventarizasiyası
- İnventarizasiya cədvəllərinin tərtib edilməsi
- İnventarizasiyanın nəticələrinin tənzimlənməsi və sənədləşdirilməsi
- İnventarizasiya nəticələrinin uçotda əks etdirilməsi
- Vergi orqanları tərəfindən keçirilən inventarizasiya
- Məsuliyyət növləri
- Cinayət məsuliyyəti
- İnzibati məsuliyyət
- Vergi Məsuliyyəti
- Maddi məsuliyyət
- Əmək intizamı məsuliyyəti
- Mülki-hüquq məsuliyyəti
- Hüquqi şəxsin qeydiyyatı
MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.
Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı
Comments are closed, but trackbacks and pingbacks are open.