Azərbaycanlı qadın: Qaynatam məni tuturdu ki, qaynım məni yaxşı… – FOTOLAR
– Fazil bəy artıq 4 çağırışdır ki, Milli Məclisin üzvüdür, tanınmış ictimai xadimdir. Kifayət qədər savadlı və mütailəli şəxsdir. Mən hər hansısa bir şəxsin tutduğu mövqeyi və onun səsləndirdiyi fikirləri təhlil etmək niyyətində deyiləm. Özümü də çox tənqid edənlər var. Milli Məclisdə isə bizim yanaşı oturmağımız məndən asılı olan bir şey deyil. Belə deyim, Fazil bəy partiya rəhbəridir, siyasətlə məşğul olur. Mənim sahəm isə tamam başqadır. Onu etiraf edim ki, mən siyasətçi deyiləm. Bir çox hallarda deyirlər ki, parlamentdə mütləq siyasətçi olmalıdır. Niyə də mütləq siyasətçi? Məsələn, Milli Məclisin səhiyyə komitəsi var. Orada siyasətçinin olmağının nə önəmi var ki? Orada mütəxəssislər olmalıdır. Və seçilmiş deputatlar içərisində həkimlər də var. Həmçinin də Elm və Təhsil komitəsi. Ona görə belə şeyləri çox da qabartmaq lazım deyil. Bismarkın çox maraqlı bir fikri var siyasət haqqında: “Siyasət elm deyil, sənətdir”. Yəni, elmlə buna çatmaq mümkün deyil. İnsanın buna bacarığı olmalıdır.
Məni necə qane edəcəyini bilmirsənsə
– Pandemiya bütün dünyanı karantin rejiminə keçirtdi. Mən də bu karantinə əməl edən insanlardan biriyəm. Bunun ümumi olaraq mənfi tərəfləri çoxdur. Məktəblər, universitetlər, ümumilikdə, təhsil ocaqları və digər müəssisələr bağlandı. Təbii, bunların fəsadları da oldu və mən də Milli Məclisin bir üzvü kimi çalışdım və çalışıram ki, maarifçilik baxımından əlimdən gələni əsirgəməyim. Hər halda bu gözlənilməz bir hadisə idi və heç kim istəməzdi belə olsun. Hamının da arzusudur ki, bu virus tezliklə çəkilib getsin. Amma əfsus ki, hazırda da yoluxmalar var. Bunun psixoloji təsirlərini aradan qaldırmağa da vaxt lazımdır. Biz yenə də çalışırıq ki, seçicilərlə görüşlər zamanı, videokonfranslar zamanı əhali arasında maarifçilik işləri aparaq. Əlbəttə ki, nə qədər məsuliyyət və intizamlı olsaq, bir o qədər virusla tez vidalaşa bilərik.
– Təhsil demiş, ölkəmizdə olan təhsilin səviyyəsindən razısınızmı? Düşünürsünüzmü ki, təhsil məhz belə olmalıdır? Həm pandemiya dönəmində, həm də adi vaxtlarda.
– Ümumiyyətlə, təhsil çox mürəkkəb bir sahədir. Ən çox islahatlar da məhz bu sahədə aparılır. Dəyişən dünyanın tələblərinə uyğun olaraq təhsil də dəyişir. Amma bir çox beynəlxalq göstəricilər var ki, biz geridə qalırıq və bu, məni də narahat edir. Təəssüf ki, bizim universitetlər dünya universitetləri reytinqlərində yer ala bilmirlər. Amma bununla yanaşı, bizim şagird və tələbələrin beynəlxalq yarışlarda təqdirəlayiq göstəriciləri var, müəyyən irəliləyişlər olur və bu da çox sevindirici haldır. Dediyim kimi, narazı olduğum bəzi məqamlar var. Regionlarda infrastrukturu normal olan məktəblərin sayı azdır. Təhsilin bütün pillələrində, o cümlədən ali məktəblərdə dərslik problemləri var. Bütün dünyada ən çox önəm verilən məktəbəqədər təhsilin vəziyyəti ürəkaçan deyil. Ölkənin 30 faiz yaşayış məntəqsində uşaq baxçaları yoxdur. Ölkə başçısı Cənab İlham Əliyevin imzaladığı Sərəncamlar əsasında təhsil sahəsində çox ciddi islahatlar aparılır, qərarlar qəbul olunur. Onlardan biri və ən mühümü “Təhsilin inkişafı üzrə dövlət strategiyası” sənədidir ki, icrası davam etməkdədir.
– Bəs, mövcud vəziyyət davam edərsə, sentyabrdan başlayan dərslərin effektivliyi necə olacaq? Müəyyən fikirlər səslənir. Onlayn, distant təhsil. Hazırıqmı? Məsələn, ucqar kənddə, internetsiz yaşayan bir tələbə, şagird bu durumda necə təhsil almalıdır?
– Bu istiqamətdə çox ciddi müzakirələr aparıldı. Təhsil Naziri Emin Əmrullayevlə, Təhsil Nazirliyi yanında ictimai Şura, Milli Məclisin elm və təhsil komitəsinin üzvləri arasında görüş oldu. Kifayət qədər maraqlı təkliflər səsləndirildi. Müxtəlif dövlətlərin modellərini təhlil etdik. Elə ölkələr var ki, onlar təhsili ənənəvi formada davam etmək istəyirlər, baxmayaraq ki, orda virusun dinamikası yüksəkdir. Düşünürəm ki, biz kifayət qədər rasional qərar qəbul etdik.
– Bu yaxınlarda yeni Təhsil naziri təyin olundu. Əvvəlcədən gedən müzakirələrdə sizin də adınızı çəkirdilər ki, Etibar Əliyev nazir olsun. Bəs siz təhsil naziri olmaq istəyərdiniz? Əgər hazırda nazir olsaydınız, ilk atacağınız addım nə olardı?! Hazırkı təhsildə dəyişmək istədiyiniz nə var?
– Mənim təhsil naziri olmaq istəyim çox nisbi bir məsələdir. Bu, məsələ ölkə başçısının səlahiyyətindədir. Ola bilsin ki, ekspert kimi mənim və digər həmkarların adı hallanıb. Təşəkkür edirəm. Ancaq mən elə bu statusumda da təhsilə maksimal dərəcədə öz bilik və bacarıqlarımı verirəm, bu yöndə əlimdən gələn heç nəyi əsirgəmirəm və əsirgəməyəcəm də. Çünki Azərbaycan təhsili hamımızın ən başlıca problemidir. Mən 1992-ci ildən təhsil sistemində işləmişəm. Sizə də çox səmimi şəkildə deyirəm ki, təhsil nazirinin kim olmağından asılı olmayaraq, ona dəstək verməliyik ki, Azərbaycan təhsil sistemi önə çıxsın. Təhsil sistemi önə çıxdıqca, inkişaf etdikcə, onun digər sahələrə də təsiri özünü göstərir. Təhsil naziri məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, bu sahədə də gəncləşmə getməli idi və düşünürəm ki, baş tutdu. Yeni təyin olunmuş nazirin islahat kursunu davam etdirəcəyinə zərrə qədər şübhəm yoxdur. İslahatın alternativi də yoxdur.
– Təhsillə bağlı hazırda gündəmdə olan bir məsələ də var. DİM virusa yoluxmuş abituriyentlərə bu il imtahanların olmayacağını deyir. Həm də bir təhsil eksperti olaraq düşünürsünüzmü bu, həmin abituriyentlərin hüquqlarına ziddir? Onların əziyyəti yerə vurulur? Nə etmək lazımdı? Çıxış yolu nədir?
– Bilirsiz, mən hesab edirəm ki, müəyyən müddətdən sonra onlardan yenidən imtahan təşkil olunmalıdır. Bunların fonunda onu deyim ki, Dövlət İmtahan Mərkəzini də qınamaq olmaz, çünki imtahanların təşkili mürəkkəb prosesdir. Amma mən yenə də onlara görə təkrar imtahan keçirilməsinin tərəfdarıyam. Əziyyətləri yerdə qalmamalıdır. Onlar ta məktəbə gedəndən bitirənə qədər özləri də, valideynləri də, müəllimləri də əziyyət çəkir, bu günü gözləyir və kulminasiya nöqtəsində onlardan və valideynlərdən asılı olmayan səbəblərdən belə hal baş verirsə, düşünürəm ki, bu onlarda apatiya vəziyyəti yarada bilər. Yaxşı olar ki, təkrar imtahan keçirilsin.
– Etibar bəy, cəmiyyətdə istər məmur olaraq, istərsə də siravi vətəndaş kimi zəngin mütailəli, savadlı bir şəxs tək tanınırsınız. Millət vəkili olmazdan əvvəl də, olandan sonra da ictimai şəxsləri tənqid edən bir adam kimi də tanınmısınız. Millət vəkili sizə bu cür davam etmək də maneə törədə bilərmi, bilirmi? Məsələn, elə bir hal, yaxud da şəxs olubmu ki, tənqid etmək istəmisiniz, amma millət vəkili olduğunuza görə susmusunuz?
– Maraqlı sualdır. Bilirsiz, cəmiyyət heç vaxt tənqidsiz ötüşə bilməz. Tənqid bir başa olaraq cəmiyyətin inkişafına töhfə verir. Tərif cəmiyyəti isə ümumiyyətlə, mümkün deyil. Amma məsələ bundadır ki, Orxan bəy, tənqid edən şəxs gərək şəxsi mənafeyini önə çəkməsin. Tənqid sağlam olmalıdır, şəxsi maraqlar üzərində qurulmamamlıdr. Mənim bir çox tənqidi məqalələrim var, özünüz də oxumusunuz. Hansı sahədə çatışmazlıqlar varsa, onları açıq şəkildə tənqid edirəm. Ancaq çox əfsuslar olsun ki, bizim cəmiyyətdə çox qəribə bir tendensiya formalaşıb ki, bunları qərəz kimi qələmə verirlər. Məsələn, düşünürlər ki, kimsə kimi tənqid edirsə, burda sifariş, yaxud başqa hansısa maraqlar var. Düşünmürlər ki, insanın öz düşüncəsi, şəxsi mövqeyi də ola bilər… Məsələn, bir universitet rəhbərliyini yol verdiyi qüsurlara görə tənqid edəndə dərhal deyirlər ki, qərəz var, sifariş var. Niyə? Niyə məhz belə düşünülür? Axı həmin universitetdə çatışmayan cəhətləri cəımiyyət görür və kimsə irəli çıxıb tənqid edir. Mən cəmiyyətin bütün üzvlərini tənqiddən çəkinməməyə çağırıram. Məhz sağlam tənqid bizi irəliyə, inkişafa aparacaq.
– Bir verilişdə demişdiniz ki, mən intiusiyama güvənib namizədlik vermişəm. Yəni, hiss elədim ki, deputat olacam, namizədliyimi verdim. Əvvəla, təbrik edirəm, güclü intiusiyanız var. Amma həqiqətən belədirmi? Yəni, bu yolla deputat seçilmək olarmı? Bu qədər asandırmı?
– Təbrik üçün çox sağ olun. Maraqlı sualdır. Bilirsiz, belə deyim. Mən seçkidə birinci dəfə deyil iştirak edirəm. Üç dəfə iştirak etmişəm. Seçki, seçkiyə qoşulan şəxslərdən cəsarət tələb edir. Sən burada açıq-aydın rəqibin gücünü, çatışmayan cəhətlərini görürsən. Bilirsən ki, sən harda üstünsən, o harda üstündür. Bəli, mən intuisiya ilə seçkiyə getmişdim. İndinin özündə də sizə deyirəm ki, ən təmiz mübarizəni mən aparmışam. Dairəmizdə ən çox görüşləri mən keçirmişəm, ən yaxşı təbliğatı da mən aparmışam. Cəmiyyət tərəfindən tanınıram, dairəmdə də məni yaxşı tanıyırlar. Belə olduğu halda niyə də seçilməyim ki? İntuisiya sözünü insanlar niyə pis qələmə verdi ki? Yəni, mən bir ziyalı olaraq qarşıma məqsəd qoymuşdum ki, seçiləcəm və seçildim. Bu gün də bu statusun mahiyyətini çox yaxşı dərk edirəm.
– Seçildiyiniz dairədə saxtakarlıq olduğu da deyildi sizin haqqınızda. Özünüz necə hesab edirsiniz, seçki tam şəffaf keçdimi?
– Baxın, bu seçki qədər nəzarət mexanizmi güclü olan ikinci bir seçki olmamışdı. Həm də, belə deyim. Bu, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlıdır. Əvvəllər belə deyildi. Mən konkret olaraq onu deyə bilərəm ki, bizim dairədə seçkilər tam demokratik keçirildi, hər şey şəffaf oldu. Bu, mənim özümün qənaətimdir. Heç kimin səsinə toxunulmadı. Amma buna baxmayaraq, aranı qatmaq istəyənlər oldu. Hansı məntəqədə qanunsuzluq olmuşdusa, o da ləğv oldu. Məsələn, bizdə iki məntəqədə qanun pozuntusuna görə Mərkəzi Seçki komissiyası həmin məntəqələrin nəticələrini ləğv etdi, mən də bunu təbii qəbul etdim.
– Milli Məclisdə Fazil Mustafa ilə yanbayan oturursunuz. Bu, necə bir hissdir? Məmnunsunuzmu? Fazil Mustafa da cəmiyyətdə birmənalı qarşılanmayan şəxsdir. Ümumiyyətlə, onun ictimai fəaliyyətinə münasibətiniz necədir?
– Fazil bəy artıq 4 çağırışdır ki, Milli Məclisin üzvüdür, tanınmış ictimai xadimdir. Kifayət qədər savadlı və mütailəli şəxsdir. Mən hər hansısa bir şəxsin tutduğu mövqeyi və onun səsləndirdiyi fikirləri təhlil etmək niyyətində deyiləm. Özümü də çox tənqid edənlər var. Milli Məclisdə isə bizim yanaşı oturmağımız məndən asılı olan bir şey deyil. Belə deyim, Fazil bəy partiya rəhbəridir, siyasətlə məşğul olur. Mənim sahəm isə tamam başqadır. Onu etiraf edim ki, mən siyasətçi deyiləm. Bir çox hallarda deyirlər ki, parlamentdə mütləq siyasətçi olmalıdır. Niyə də mütləq siyasətçi? Məsələn, Milli Məclisin səhiyyə komitəsi var. Orada siyasətçinin olmağının nə önəmi var ki? Orada mütəxəssislər olmalıdır. Və seçilmiş deputatlar içərisində həkimlər də var. Həmçinin də Elm və Təhsil komitəsi. Ona görə belə şeyləri çox da qabartmaq lazım deyil. Bismarkın çox maraqlı bir fikri var siyasət haqqında: “Siyasət elm deyil, sənətdir”. Yəni, elmlə buna çatmaq mümkün deyil. İnsanın buna bacarığı olmalıdır.
– Sizi ümumiyyətlə, tez-tez kimlərisə tənqid edən biri kimi tanıyırıq. Məsələn, Tağı Əhmədovu da tənqid eləmişdiniz. İndi də eyni fikirdəsinizmi? Həm də, bir ədəbiyyat sevər olaraq onun yaradıcılığına münasibətiniz necədir? Şeir yazır.
– Bilirsiz, indi şeir yazanlar çoxdu. Amma məsələn, mən tərəfdarı deyiləm ki, riyaziyyatçı, yaxud kimyaçı şeir yazsın. Riyaziyyatçı öz sahəsində elmi və populyar kitablar yazmalıdır. Öz sahəsinə maraq oyatmalıdır. Şeir yazmaq sadə iş deyil. Əgər belə olsaydı, almanların 6-dan çox şairi olmazdı. Baxın, almanların yüzlərlə fizik, kimyaçı, filosofu var. Bu xalq Nobel mükafatı laureatlarının sayına görə 3-cü yerdə durur. Ancaq 6-7 şairləri var. Və yəqin ki, Hötedən, Heynedən sonra o səviyyədə şeir yaza bilməyəcəklərini anlayıb öz işləri ilə daha yaxşı məşğul oldular. Bu, bir az da xalqın özündən, mədəniyyətindən asılıdır. Ona görə də Tağı müəllimin şeir yazması məndə bir qıcıq yaratmışdı və tənqid eləmişdim. Platon deyir ki, ədalətli cəmiyyət o cəmiyyətdir ki, orda hərə öz işi ilə məşğuldur.
– Bizə üç ən sevdiyiniz əsər adı deyin. Həm xarici ədəbiyyatdan, həm yerli ədəbiyyatdan. Müsahibəni oxuyanlar kitab zövqünüzü bilsinlər.
– Yusif Səmədoğlunun “Qətl günü”, İsa Muğannanın “İdeal” romanı. Mirzə Fətəli Axundovun bütün əsərləri. Belə deyim, son illər roman janrı bir qədər populyarlığını itirir. Texnologiyanın inkişafı da bunu sürətləndirir. İnsanlar artıq internet üzərindən daha kiçik həcmli nələrisə oxumağa meyillidir, buradan öyrənmək istəyirlər. Amma buna baxmayaraq, roman janrı süquta uğramayacaq. Xarici ədəbiyyatdan Servantesin “Don Kixot”u, Robert Muzilin “Xassəsiz insan”ı, Hermann Hessenin “Muncuq oyunu” əsərlərini təkrar oxuyardım. Bilirsiniz, belə bir şey də deyim. Ədəbiyyata meyl etmək, kitab oxumaq nizamlı olmalıdır. Kantın maraqlı bir fikri var, deyir, uşaqlara məhdud sayda ədəbiyyat oxutmaq lazımdır. Onları daha çox coğrafiyaya, təbiət elmlərinə yönəltməliyik. Yanlız müstəqil həyata qədəm qoyduqdan sonra onların seçim imkanları genişlənir.
– Etibar bəy, gənc yazarları oxuyursunuzmu? Sizi qane edirmi? Mütaliə edərkən kaş oxumazdım, dediyiniz gənc yazar var?
– Gənc yazarların içərisində Qismət Rüstəmovun və Şərif Ağayarın yaradıcılığı xoşuma gəlir. Amma digər müəllifləri bir o qədər oxumuram. Bu, birbaşa olaraq mənim ədəbiyyat baxışımla bağlıdır. Mən demirəm ki, mənim zövqümə uyğun olaraq yazmırlar, amma mənim baxış bucağım və yaşım tamam fərqli əsərləri oxumağa vadar edir. Bu, bir az da yazıçıların özü ilə bağlı bir şeydir. Məsələn, belə deyim. Davranış məsələsi. Yazıçının davranışı onun əsərlərinə çox ciddi təsir edir.
– Yəni, şəxsiyyət və sənət eyniliyi prizmasındanmı deyirsiniz?
– Bəli. Təəssüflər olsun ki, bir çox gənclərimiz xeyli istedadlı olsalar da, davranışları buna adekvat deyil və bu onların yaradıcılıqlarına da təsir edir. Məni həm də belə şeylər qane etmədiyinə görə onların əsərlərini oxumuram. Çoxu da sadə əsərlərdir. Sadə dialoqlar, əsərlər mənim təbiətimə uyğun deyil. Eyni zamanda da Qərbin gənc yazıçılarını da oxumuram. Bir yazıçını tanımaq üçün onun ilk və son əsərini tapıb oxuyuram, görüm ki, yazıçının dünayagörüşünün əsərinə təsiri olubmu? Məsələn, Knut Hamsunun “Aclıq” romanı onun ilk, “Torpaq şirəsi” isə son romanıdır. Hər ikisi mükəmməldir… Yenə deyirəm, istedadlı gənclər çoxdu. Aqşin Yeniseyi də misal gətirmək olar. Amma inciməsinlər, onları oxuya bilmirəm.
Azərbaycanlı qadın: “Qaynatam məni tuturdu ki, qaynım məni yaxşı…” – FOTOLAR
Hər bir insanın öz həyatı onun ömür kitabıdır. Bəzən insan ömür kitabını vərəqləyəndə onun acılı-şirinli xatirələrini təkrar xatırlayır. İnsan yaşadıqlarını yada saldıqca bəzilərinin peşmançılığını çəkir, bəzilərinə isə gecikdiyini dərk edir.
Eləcə də hər qadının həyatı onun xatirələrlə dolu bir kitabıdır: kimisi üçün xoş xatirə, kimisi üçünsə acı hekayə…
Beləcə, yenə də “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinə getməyə qərar verdik. Bu dəfə sığınacaqda ab-hava tam başqa cür idi, orada hər şey dəyişmişdi, daha doğrusu tam fərqli idi. Hər kəsin başı bir işə qarışmışdı. Böyükdən-kiçiyə hamı qarşıdan gələn Yeni il bayramına hazırlıq görürdü. Otaqları şar və zərlərlə bəzəmişdilər, böyük eyvanda küknar ağacı qurmuşdular. Sığınacağın əməkdaşları ilə həmsöhbət olduq və bir neçə gün ərzində yeniliklərlə bağlı maraqlandıq. Sığınacaqda olan iki qadın özləri bizə yaxınlaşaraq, danışmaq istədiklərini söylədilər. Mənsə söhbətimi yekunlaşdırıb, sakit bir otağa çəkilib, öncə onlardan biri, 35 yaşlı Kəmalə adlı qadınla danışmağa başladım.
Kəmalə zahirən gözəl qadın idi: alagözlü, yumrusifət, ağbəniz bir xanım…
-Kəmalə, necə olub bura gəlmisən?
– Mən bakılıyam. Həyat yoldaşım Ramin əslən Quba rayonundandır. 11 il bundan əvvəl Raminlə tanış olmuşduq və evlənməyə qərar vermişdik. Bizim 3 övladımız var: 2 oğlan, 1 qız. Biz ailə qurduqdan sonra qaynanamla Bakıda yaşayırdıq. Ramindən başqa ikinci qaynım da evlidir, o, ayrı yaşayır. Avqust ayı idi mən öz anamgilə getmişdim. Qaynatamgil mənə zəng edib evə gəlməyimi tələb etdilər. Mən də anamgildən çıxıb öz evimə getdim. Evə girəndə gördüm ki, qaynım sərxoş və nəşəlidir. O, mənimlə səbəbsiz yerə dava eləməyə başladı, mən ona fikir vermədim. Evdə qaynım, qaynatam və uşaqlarım idi, qaynanam isə o biri otqada idi. Heç vecinə də deyildi oğlunun mənimlə səbəbsiz yerə dalaşması…
Dava çox çəkmədi, qaynım qaynatamın yanında mənə bıçaqla hücum çəkib, 8 dəfə zərbə endirdi. Həmin hadisəni uşaqlarım da görmüşdü. Məni xəstəxanaya çatdırdılar. Bir neçə gün orda qaldım. Çıxandan sonra getməyə yerim olmadı.
– Sən xəstəxanada yatdığın müddətdə yoldaşın yanına gəlməmişdi?
– Yox. O heç bu gün də mənimlə maraqlanmır. Xəstəxanada bir qadın vardı, o, məni bu sığınacağa yönləndirdi. Mən də gəldim. Sağ olsun Mehriban xanm da məni qəbul etdi və baş verən hadisə ilə ətraflı maraqlandı.
– Qaynın səni heç bir səbəb göstərmədən, heç nədən bıçaqladı?
– Qaynımın heç ağlı öz başında idi ki, nəsə səbəb də desin? O bundan əvvəl də iki dəfə həbs olunub. İndi də məhkəmələrdə mənə deyirdi ki, “bilməmişəm, bir səhvdi eləmişəm, məni bağışla”.
– Həyat yoldaşınız bəs harda idi?
– Deyirsiniz ki, qaynatanız evdə olub. Bəs o, müdaxilə etmədi oğlu sizi vuranda?
– Yox… Qaynatam məni tuturdu ki, oğlu məni yaxşı vursun.
– Ramin bu məsələni biləndə nə dedi?
– Ramini indi də dindirəndə deyir ki, mən işdə olmuşam və heç nədən xəbərim yoxdu. Heç nə deyə bilmərəm. Məni də qəbul etmir. Boşanma ərizəsi yazmışam məhkəməyə, yanvarın 19-u məhkəmə olacaq. Anası imkan vermir bir yerdə yaşayaq. Qaynım mənə görə tutulub deyə, qaynanam da bunun heyifini çıxır məndən.
– Uşaqlarınız kiminlə qalır?
– Ataları ilə. Mənə vermirlər. Zəng edirəm, oğlanlarım danışmaqdan yaxın gəlmir, qızımsa danışır, deyir ki, “gəl, məni apar” (qızından danışanda ağlayır-red).
– Uşaqlarınızın neçə yaşı var?
– Böyük oğlumun 12, o birinin 10, qızımın isə 3 yaşı var.
– Oğlanlarınız artıq böyükdür. Bəs əmilərinin sizi bıçaqla vurmasına onlar bir söz demir?
– İkinci oğlum əvvəl-əvvəl deyirdi ki, “əmim türmədən çıxsın, mən onu özüm doğrayacam. Qaynanam indi uşaqların beynini “yeyib”, oğlanlarım məndən imtina edirlər. Onlar nənələrinə çox inanır.
– Ramini bir kənara qoyuram. Bəs sizin ailəniz nə deyir bu məsələyə, sığınacaqda qalmağınızı bilirlər?
– Atam rəhmətə gedib, anam sağdır, qardaşımla qalır. Bacılarımın da hərəsi öz evində. Qardaşım deyir ki, qaynın səni bıçaqlayıb, mən səni qəbul edə bilmərəm. Gəlib, bizimlə yaşasan da evdən çölə çıxmayacaqsan, “ev dustağı” olacaqsan. Qardaşım mənə sahib çıxmır.
Kəmalə söhbət edə-edə boynunu büküb üzümə elə baxır ki, sanki mən onun sonuncu ümidiyəm. Mənim ona kömək edə biləcəyimə ümid edir.
-Ramin sizi qəbul etmir, bacılarınız qarışmır, qaynana tamamilə imtina edib, balalar istəmir, ana və qardaş da sahib çıxmır, sığınacaqdan nə zamansa çıxmalısınız. Nə düşünürsünüz, nə edəcəksiniz ?
– Onların heç birisini mənim harda qalacağım maraqlandırmır. Dəfələrlə qardaşımla danışdım, ancaq üstümə qışqırır. Ramin telefonu açmır, qaynanam uşaqlarla danışmağıma imkan vermir. Heç bilmirəm nə edim. Az qalıram özümü öldürüm, bezmişəm bu həyatdan. Dörd aydır ailəmdən, balalarımdan ayrılıb gəlmişəm kimsəsiz kimi küncə sıxılıb öz dərdimi “çalxalayıram”. Dörd ayım dörd il kimi keçir burda… Bir qadının ailəsindən uzaq olması çox çətindir. Bilmirəm balalarım nə yeyir, nə geyinir, necə məktəbə gedir. Əsas da qızımdan ötrü darıxıram, o körpədi, üçyaşlı uşağa ana qayğısı lazımdır. Balalarım ana nəvazişindən dörd aydır məhrum olunublar ( əlini üzünə sıxıb hönkürtü ilə ağlayır- red).
Sakitləşir və davam edir:
– Bayaq qaynanama zəng eləmişəm ki, uşaqlarnan danışım, yalandan deyir ki, burda deyillər. Sonra da qayıdıb mənə deyir ki, Ramin deyir “məni yığmasın, nə sözü var məhkəmədə deyər”. Ramin uşaqların bura gəlməsinə də imkan vermir ki, heç olmasa burda görüşüm. Vəkilim qaynanama deyir ki, sənin o biri oğlun da ailəlidir. Ancaq gücün bu oğluna çatır. Vəkilimə deyir ki, o biri gəlini qovuram da getmir, həyasızdı, üzünə salıb oturur. O, evinə, balasına sahib çıxmağı bacarır. Sonra da qayıdıb deyir ki, “mən öz uşaqlarımı istəmirəm. Onlar məni o qədər gözüyaşlı qoyublar, mən də heyifimi belə alıram”. Qaynanamın bu danışığından sonra başımı itirmişəm. Burdan çıxıb hara gedəcəm, nə edəcəm, heç bilmirəm. Gücüm yoxdu, əlacsızam, ümidim üzülüb. Qaynım evimi yıxdı, balalarımdan ayrı düşdüm. Ramin əvvəlki Ramin deyil. Ramindən əsər-əlamət qalmayıb, qaynanam onu məndən döndərib. Hətta razıyam ki, Ramin başqa yerdə ev tutsun balalarımı mənə versin, mən özüm də işləyərəm. Ancaq balalarım yanımda olsun. Qızımı çox istəyirəm (gözlərini yumub səssizcə gözündən yaş axıdır- red).
Kəmalə qızından danışarkən halı pisləşir, söhbəti yarımçıq saxlayıb, onu sakitləşdirməyə çalışıram. Sığınacaqda olan qadınlar onun yanına yığışır, dərman verib yardım göstərirlər. O, bir az özünə gəldikdən sonra mən 46 yaşlı Gülnarə adlı qadınla söhbət edirəm.
Gülnarənin taleyi Kəmalənin taleyindən daha çox acınacaqlıdır. Özü kimi bəxti də qaradır…
-Nə qədər müddətdir sığınacaqdasınız?
– Bir ay 5 gündür. Çöldə qaldığım üçün bura üz tutmuşam. Qubalıyam, ordan gəlmişəm bura.
– Həyat yoldaşınız yoxdur ki, “çöldə qalmışam” deyirsiniz?
– Var… 29 il idi ailəli idim. Övladım olmurdu. Xeyli müalicələr etdirdik, 27 ildən sonra Allah mənə bir qız övladı nəsib etdi. Ancaq yoldaşım yaman içəndir. Nə evim var, nə də normal ərim. Payıma düşən bir körpəmdir, o da xəstə (gözləri dolur-red).
– Yox, xəbəri yoxdur. Amma mən axırıncı dəfə evdən çıxanda onu polisə verib çıxmışdım. Polis hələ də axtarır, tapa bilmir. Artıq bezmişdim; 29 ildir bu adam içir, gəlir evə, qırğın salıb məni döyür. İnsan da hər gün döyülərmi? 29 il ərzində bu adam il yarım içmədi, sonra yenə başladı… İçməyəndə adam balası kimi adamdı.
– Bəs niyə daha əvvəl polisə şikayət etmədiniz?
– Dəfələrlə şikayət etmişdim, heç bir xeyri də yox idi. Mən hər dəfə şikayət etdikcə, o, gəlib məni qayışla gömgöy edirdi. Hətta 8 ildir ki, mən onunla rəsmi olaraq boşanmışdım, ancaq bir yerdə qalırdıq. Əvvəllər deyirdim cəhənnəm, gedəsi yerim yoxdu, daha bu yaşdan sonra mənə yaraşmaz açıq edib getmək. Son vaxtlar daha da pisləşmişdi. Axırda dözə bilmədim. Artıq qızıma görə qorxurdum ki, içib məni döyən uşağa nə baxır. Uşağımı da vurar, yazıq balam ölər. Mən 29 ildə öyrəşmişdim onun işgəncələrinə. Elə evdən çıxmağım da qızıma görə oldu.
– Qubadan sığınacağa necə gəldiniz?
– Bir veriliş vardı, o verilişə çıxmışdım və oranın vasitəsi ilə bura gəldim.
– Yoldaşınız tərəfdən kiməsə demisiniz onun hərəkətlərini?
– Qaynım bilir, o da yaşlı adamdır bacarmır yoldaşımla. İçəndə onu da söyür. Yazıq qaynım neçə dəfə məni döyəndə gəlib görüb. Əlindən almaq istəyib, gücü çatmayıb. O, içəndə məni elə döyürdü, təsəvvür edin ki, elə bil adam çubuqla palaz çırpırdı. Yəni o vəziyyətdə məni döyürdü, mən onun əlində bir əşya idim, top kimi bu küncdən o küncə, o küncdən də bu küncə vururdu. İçəndə zalımın oğlu şirə dönürdü. Məni o vəziyyətdə döyən adam, uşağa nə baxır. Uşağı bir dəfə alıb başına, çırpsaydı yerə, onunla da mən məhv olardım, özüm-özümü öldürərdim (qızının üzünə baxır danışdıqca- red)
– Əgər yoldaşınız səhvini anlasa və söz versə ki, bir daha içməyəcək onunla barışarsınız?
– O sözlərdən çox olub. Yox, bu dəfə onu heç vaxt bağışlamaram. Çünki o, məni axırıncı dəfə döyməyi cəhənnəm, evin içində saçımdan tutub o qədər sürümüşdü ki, üzümün dərisi getmişdi. Elə adamı bağışlamaq olar?… Onun cəzaları hələ də canımda qalıb, bədənim sız-sız sızıldayır. İstəmirəm, qızımdan və məndən uzaq olsun onun heç nəyi bizə lazım deyil.
– Burdan çıxıb hara gedəcəksiniz?
– İş axtarıram… İş tapıb, qızımı baxçaya qoyub, özüm də işləyəcəm.
Gülnarə xanımla söhbət zamanı sığınacağa bir qadınla qızın gəldiyini gördüm. Sığınacağın əməkdaşları biz həmsöhbət olduğumuz otaqda ona yer ayırıb, sorğu-sual etdilər. Mən də söhbətimi yekunlaşdırıb, sığınacaqdan ayrıldım.yenicag
Comments are closed, but trackbacks and pingbacks are open.