Mənim 2 icbari sığortam var, necə ləğv edə bilərəm?
Həmçinin bildirilib ki, Qanununun 15-11.2-ci maddəsinə əsasən, sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq göstərilən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti, o cümlədən aşağıda göstərilən kateqoriyalara daxil olan şəxslər üçün sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
Avtomobillərin icbari sığortası: Şirkətlərin narazılıqları və real vəziyyət – ARAŞDIRMA
Avtomobillərin icbari sığortası: Şirkətlərin narazılıqları və real vəziyyət – ARAŞDIRMA Ötən il Azərbaycanda avtomobillərin icbari sığortası öz tarixində ilk dəfə olaraq zərərli sığorta növlərindən birinə çevrilməyə başladı. Bu il yol-nəqliyyat hadisələri azalmasa və ya sığorta haqqları artırılmasa, bu sığorta növü üzrə problemlər davam edəcəyi ehtimal olunur.
10 Fevral , 2020 15:25
https://static.report.az/photo/cc494281-477f-4b05-ac33-a3923b052fca.jpg
Ötən il Azərbaycanda avtomobillərin icbari sığortası öz tarixində ilk dəfə olaraq zərərli sığorta növlərindən birinə çevrilməyə başladı. Bu il yol-nəqliyyat hadisələri azalmasa və ya sığorta haqqları artırılmasa, bu sığorta növü üzrə problemlər davam edəcəyi ehtimal olunur. Demək olar ki, sığorta şirkətlərinin əksəriyyəti bu sığorta növü üzrə zərərdədirlər. Bunun səbəbi yol-qəza hadisələrinin sayının həddən çox olması, avtomobillərin ehtiyat hissələrinin bahalaşması, mövcud sığorta məbləğlərinin isə reallığa cavab verməməsidir. Əvvəllər bir hadisə vaxtı 200-300 manat xərc çıxırdısa, bu gün eyni hadisədə çıxan xərc min manatdır. Nəticədə sığorta şirkətləri yığdıqları sığorta haqqından daha çox sığorta ödənişi həyata keçirirlər. “Report” problemin səbəbini və onun aradan qaldırılmasının həlli yollarını araşdırmaq üçün ekspertlərə müraciət edib. Avtomobillərin icbari sığortası ilə bağlı ölkədəki vəziyyəti “Report”a şərh edən sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı bu sahədə vəziyyəti bir neçə parametr üzrə qiymətləndirilməsini lazım olduğunu bildirib:
“Avtomobilin icbari sığortası artıq sığorta şirkətləri üçün maraqlı bir sığorta növü deyil”
Xəyal Məmmədxanlı Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı
“Bunlardan birincisi, sözügedən sığorta növünə sürücülərin cəlb edilməsidir. Bu sahədə vəziyyət yaxşıdır. İcbari sığortanın təsir dairəsindən kənarda qalan avtomobillər çox azdır. Artıq vətəndaşlarımızda bu mədəniyyət formalaşıb və onlar bu sığorta növünün məcburi olduğunu anlayırlar. İkinci parametr isə, sığorta ödənişləri məsələsidir. Bu sahədə müəyyən problemlər var. Sığorta şirkətləri ödənişləri versələr də, müştərilər narazıdır. Bu narazılıqların da çox əsaslı səbəbləri var. İlk növbədə, qəzaların sayı həddən artıq çoxdur. Sığorta şirkətləri yığdıqları puldan daha çox ziyan ödəyirlər. Bəzi şirkətlər daha çox ziyana getməmək üçün müştərilərin ödənişlərini kəsməyə çalışırlar. Odur ki, avtomobilin icbari sığortası artıq sığorta şirkətləri üçün maraqlı bir sığorta növü deyil. Burdan sığorta şirkətləri demək olar ki, pul qazana bilmirlər. Ehtimal edirəm ki, yaxın gələcəkdə sığorta haqlarına yenidən baxılması məsələsi gündəmə gələcək. Sığorta haqlarının artırılması belə müzakirə oluna bilər. Demək olar ki, heç bir sığorta şirkəti bu sığorta növü üzrə müqavilə bağlamaq istəmir. Azərbaycanda bir ildə 100 mindən çox yol-nəqliyyat hadisəsi baş verir. Statistika göstərir ki, sığora şirkətləri yığdıqları hər 100 manatın müqabilində 130-140 manat pul ödəyirlər. Bundan başqa əvvəllər 100 manat sığorta haqqı ödəyən müştəri bu gün 65-70 manat ödəyir. Zərərlilik artır, sığorta haqqının məbləği isə aşağı düşür. Bu vəziyyəti düzəltməyin iki yolu var ki, bu da nəqliyyat hadisələrinin sayı azaldılması və ya da sığorta haqqının qaldırılmasıdır. Əks halda sığorta şirkətləri lisenziyalarını geri verəcəklər ki, biz bu sığorta növü ilə məşğul olmaq istəmirik. Belə vəziyyətin yaranması qaçılmazdır”. X.Məmmədxanlının sözlərinə görə, avtomobillərin icbari sığortası ilə bağlı bürokratik məsələlərdə isə ciddi irəliləmələr var: “Əvvəllər avtomobil qəzası zamanı sığorta ödənişi üçün “Forma 4” sənədinin alınması və digər məsələlər sürücüləri narahat edirdi. Hələ də ideal şəkildə olmasa da, artıq bu sənədin verilmə prosesin avtomatlaşdırılmaya başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsi ilə sığorta şirkətləri arasında məlumatlar elektron formada mübadilə edilir. Amma bu elektronlaşma hələ də bütün ölkəni əhatə etmir”.
Ekspert hesab edir ki, Azərbaycanda yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin hesablanmasında “Audatex” sisteminində uğrla tətbiq olunması mümkün olmayıb: “Çünki bizdə ehtiyyat hissələrinin orta qiymətlərində ciddi fərqliliklər var. Bir ehtiyyat hissəsinin müxtəlif variantları satılır. Ona görə də orta qiymət təyin etmək mümkün deyil. Sığorta şirkətləri düşünür ki, “Audatex”in çıxartdığı qiymətlər onların verdiyi real bazar qiymətindən baha olacaq, bu isə, onsuz da, zərərli vəziyyətdə olan bazarı daha da zərərli edəcək. “Audatex” Avropada tətbiq edilmiş bir sistemdir. Bazar araşdırması əsasında müxtəlif avtomobil markalarının ehtiyyat hissələrinin adları, qiymətləri, dəmirçi işi, boya işi və digər işlərin qiymətləri bu sistemə daxil edilir. Sığorta hadisəsi baş verdikdə siz həmin sistemdən görüləcək işləri və lazımi ehtiyyat hissələrini seçirsiz, sistem də onun əsasında orta bazar qiyməti və təmir xərci çıxardır. Bu orta qiymət isə çox zaman baha olur. Ona görə də şirkətlər bu sistemdən istifadə etmir və bildirirlər ki, onlar fərdi şəkidlə usta ilə danışıb daha ucuz qiymətə razılaşa bilərlər. Belə bir ortaq sisteminin tətbiq edilməsi yaxşı hal olar. Çünki sığortalı ilə sığortaçı arasında ən çox mübahisə doğuran məsələ hadisədən sonra zərərin qiymətləndirilməsi olur. Sığortalı daha çox pul almaq, şirkət isə daha az ödəmək istəyir. Ortaq məxrəcə gəlmək çətin olur. Amma bu sistem elə olmalıdır ki, hər iki tərəfi qane etsin. Mövcud vəziyyətdə tərəflərin hər iksini qane edəcək bir sistemin qurulması mümkün deyil. Bəzi şirkətlər istisna olmaqla heç bir şirkət bu sistemi istifadə etmir. “Audadex” şirkəti hələ ki, bütün sığorta şirkətlərini qane edən bir həll tapa bilməyib. Problem isə qiymətlərin yüksək göstərilməsi və ya düzgün göstərilməməsidir. Belə bir sistemin tətbiq olunduğu ölkələrdə sığorta ödənişlərinin orta məbləği 20%-ə qədər yüksəlmiş olur”. “Audatex Azerbaijan” MMC-nin direktoru Daşdəmir Niftəliyev isə təqdim etdikləri proqramın sığorta bazarı üçün üstünlüklərindən danışıb:
“Bizim təklif etdiyimiz sistem real qiymətləndirilməni təmin edir”
Daşdəmir Niftəliyev Директор ООО Audatex Azerbaijan Дашдамир Нифталиев:
“Avtomobillərin icbari sığortası sektorunun inkişafı üçün “Audotex” sisteminin bir sıra üstünlükləri var. İlk növbədə bu sistem real qiymətləndirilməni təmin edir. Digər tərəfdən, sığorta şirkətlərinə öz zərərlərini idarə etmək imkanı yaradır. Sığorta şirkəti qiymətləndirmə nəticəsində ödədiyi pulun reallığa uyğun olub-olmadığını təyin edə bilmir. Sığorta şirkətlərinin əlində bunu dəqiqləşdirmək üçün heç bir əsas yoxdur. Servis mərkəzləri isə onların əlində belə bir əsasın olmadığını bilərək artıq hesablamalar aparırlar. Bu isə sığorta şirkətinin zərərliyini artırır. “Audotex”dən istifadə etməklə sığorta şirkəti real qiymətlərdən xəbərdar ola və servis mərkəzi qarşısında müəyyən tələblər irəli sürə bilər. Nəticədə sığorta şirkəti həm xərclərinə qənaət edir, həm də müştəri məmnuniyyəti yüksəlir. Rəsmi dilerlər bizə ehtiyat hissələri barədə məlumatları təqdim edirlər, biz də bu məlumatları sistemə yükləyirik. Çünki dilerlər həmin ehtiyat hissələrinin öz stoklarında olmasına zəmanət verə bilirlər. “Aduotex”in işi təkcə ehtiyat hissələrinin siyahısını hazırlamaq deyil. Bu, bizim işimizin 10 %-ini belə təşkil etmir. Dünyada bizim kimi fəaliyyət göstərən 5-6 şirkət var. Onların heç birində ehtiyat hissələri fokus nöqtəsi deyil. Çünki ehtiyat hissələrinin qiymətləri ilə bağlı məlumatlar cəmiyyətə açıqdır. Bu gün siz istənilən bir ehtiyat hissəsinin qiymətini rahatlıqla hər hansı “ölüxana” və ya rəsmi distributora zəng vurub öyrənə bilərsiz. Bizim işimizdə əsas məsələ cəmiyyətə açıq olmayan məlumatların təqdim edilməsidir. Məsələn, avtomobilin hər hansı bir hissəsinin sökülüb-yığılması və ya rənglənməsi üçün nə qədər vaxt getməsi, nə qədər material sərf olunması və reallıqda bunların istehsalçı tərəfindən hansı normalarla təyin edilməsi cəmiyyətə qapalı olan məlumatlardır. “Audotex”i dəyərli edən də məhz bu məlumatların cəmiyyətə təqdim edilməsidir. Cəmiyyətə açıq olan məlumatları sığorta şirkəti özü də öyrənə bilər. Bir məsələni də qeyd edim ki, Audotex” hər hansı bir detalın təmirinin neçəyə başa gəldiyi deyil, həmin işi görmək üçün tələb olunan vaxt barədə məlumat verir. Sistem hər hansı bir detalın üzərində neçə saatlıq iş görülməli olduğunu istehsalçıların özlərinin verdiyi məlumatlara əsasən bildirir”. İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov isə hesab edir ki, Azərbaycanda bu sığorta növü hecdə zərərli deyil: “İcbari sığorta haqqında qanuna görə avtomobillərin icbari sığortası ilə məşğul olan şirkətlər İSB-nin üzvü olan və bununla bağlı lisenziya əldə edən şirkətlərdir. Bu şirkətlərin icbari sığortalar üzrə fəaliyyəti qanunla müəyyənləşdiirlib. İcbari sığorta ilə bağlı hər hansı vətəndaş bu şirkətlərə müraciət etsə, onlar sığorta etməyə məcburdurlar. Heç bir şirkət deyə bilməz ki, bu sığorta növü mənə maraqlı deyil, ona görə də sığorta etmirəm. Qeyd edim ki, Azərbaycanda icbari sığorta növləri heç də zərərli deyil. Bunu İSB-nin rəhbəri kimi yox, bir sığorta mütəxəssisi kimi deyirəm. Bəzi sığorta şirkətlərinin zərərə uğradıqları barədə sosial şəbəkələrdəki paylaşımları mən də oxuyuram. Amma düşünürəm ki, həmin şirkətlər öz xərclərini azaltmalıdırlar.
“Bonus-malus sistemi ilə əlaqədar İSB ilə Mərkəzi Bank birlikdə bir sıra işlər həyata keçirir.”
Rəşad Əhmədov İcbari Sığorta Bürosunun icraçı direktoru “İnsanlar öz risklərinə biganə yanaşırlar”
2012-ci ildən etibarən bonus-malus sitemi ilə qəzasız keçən hər ilə görə müştərilərə endirimlər edilir. Hal-hazırda İSB Mərkəzi Bankla birlikdə bonus-malus sistemi ilə əlaqədar bir sıra işlər həyata keçirir. Hazırda bu istiqamətdə işçi qrupu çalışır və statistik məlumatlar toplanır. Bonus-malusun daha effektiv çalışmasının necə təmin edilməsi barədə stastistik göstəricilərə baxmaqla qərar vermək mümkündür. Burada hər dəfə eyni yanaşmanın tətbiq edilməsi doğru deyil. Statistik nəticələr nəzərə alınaraq müxtəlif təkliflər veriləcək. Bonus-malus sistemi hər il məlumatları yanvarın 15-də yeniləyir. Bu il də bu sistem yanvarın 15-dən işə düşüb. Məlumatlarda keçən il baş verən hadisələrə dair məlumatlara müvafiq olaraq sığorta haqlarında artım və ya azalma olduğu göstərilib. Keçən il qəza hadisəsi olmayan müştərilərin sığorta haqlarında azalma, qəza hadisəsi olanlarda isə artım olub. Bonus-malus sistemilə əlaqədar yanaşmanın dəyişdirilməsi bu statistikanın dəyərləndirilməsindən sonra mümkün olacaq”.
Mənim 2 icbari sığortam var, necə ləğv edə bilərəm?
Bəzi iddialara görə, əhalinin böyük həyəcanla gözlədiyi və ölkə üzrə 2020-ci il 1 yanvardan tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta Bakı və Sumqayıt şəhərlərinə hələlik şamil edilməyəcək. Həmçinin qeyd edilir ki, növbəti ilin ilk ayından etibarən işləyən vətəndaşların hər birinin əməkhaqqından 10 manat tutulacaq.
FED.az xəbər verir ki, məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta 2020-ci il 1 yanvardan etibarən bütün ölkə üzrə tətbiq ediləcək:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 20 dekabr 2018-ci il tarixli 418 №-li Fərmanına əsasən 1 yanvar 2020-ci ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.
Bu məqsədlə 28 dekabr 2018-ci il tarixində icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə şərait yaradan “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilib”.
Rəsmi məlumata görə, təqvim ili üçün adambaşına 120 manat ödəməklə icbari tibbi sığorta münasibətləri çərçivəsində tibbi xidmətlərdən istifadə edilir:
““Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-10.1.2.1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən, işləyən şəxslərə münasibətdə sığortalı tərəfindən-hesablanmış əməyin ödənişi fondunun 2 faizi tutulacaq. Sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2 faizi ödənilməklə, həmin qanunun 15-10.1.2.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və qeyd edilən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən təqvim ili üçün adambaşına 120 manat ödəməklə icbari tibbi sığorta münasibətləri çərçivəsində tibbi xidmətlərdən istifadə edilir”.
Həmçinin bildirilib ki, Qanununun 15-11.2-ci maddəsinə əsasən, sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq göstərilən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti, o cümlədən aşağıda göstərilən kateqoriyalara daxil olan şəxslər üçün sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
– “Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda:
– Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslər;
– peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları;
– “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;
– “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər;
– “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
– ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar”.
Comments are closed, but trackbacks and pingbacks are open.