Press "Enter" to skip to content

R haqqı

– Bunu tam məsuliyyətimlə deyə bilərəm ki, ağ yalandır. Murad bəy duel zamanı hansısa işçinin bizə yaxınlaşmağına icazə vermir. Bu rəqəmdi, kim inanmırsa gedib siyahını çıxardıb baxa bilər. Murad Dadaşov ölkədə ən bahalı layihənin rəhbəridir. Səs vermədə elə böyük məbləğ gəlmir ki, Murad bəy ondan nəsə də qazansın. Belə xırda söhbətlərin yeri yoxdur. Kaş ki, hər kəs Murad bəy kimi qədir bilən olardı.

“Məni şərləməklə maşını əldə etdiniz, sabah necə olacaq?” – MÜSAHİBƏ

Milli.Az xəbər verir ki, azxeber.com-un müsahibi ATV-də yayımlanan “Maşın şou”da ehtiraslı çıxış ilə yadda qalan telejurnalist Ülviyyə Alovludur.

– “Maşın şou”da iştirakınız birmənalı qarşılanmadı. Bu şouda nə qazandız, nə itirdiz?

-“İtirdiyim bir şey olmadı. Qazandığım şeylər çox oldu. Məni tanımayanlar da tanıdı. Bu şouda iştirak bir nömrəli reklamdır. Mən bu verilişə bundan öncə də dəfələrlə təklif almışdım amma bəzi səbəblərdən alınmamışdı. Murad bəy mənim verilişlərimdə sevə -sevə iştirak edib. Ona görə mən də bu dəfə onun şousuna qatıldım. Bəzən mənə deyirlər ki, oranı bəyənmirsənsə, niyə gedirdin? Sadəcə mən düşünmürdüm ki, belə dəhşətli bir komanda olacaq. Oyunda iki -üç sifətlik edənlər var idi. Mən onu edə bilməzdim. Bu da mənim prinsipimdir. İkinci qazancım isə o oldu ki, mən anladım ki, mənim orada rəqibim yoxdur. Yeganə rəqibim nəfisimdir, ona da Allaha şükür qalıb gəldim. Mən bütün oyunun gedişatını görürdüm. Əgər istəsəydim altdan-alta çox şey edərdim. Mən bu gün maşında uduza bilərəm amma mənəviyyatımı itirmədim. Yəqin tamaşaçılar gördü ki, mən heç İlkinlə mübarizə aparmadım”

– Şou zamanı ən çox danışan və qalmaqalla yadda qalan iştirakçılardan biri olduz. Bu nə ilə bağlı idi, təşkilatçıların tapşırığı idi, yoxsa təbiətcə belə aqressivsiniz?

– Belə görünməyimə səbəb haqsızlıq görməyim oldu. Mən əvvəlcə haqsız olan tərəfin yanında olmaq istədim, sonra gördüm ki, onlar da bunu anlamırlar. Anladım ki, haqqı ədaləti bərpa etmək qeyri-mümkündür, o zaman getmək istədim. Aqressiv deyəndə mən elə ona görə bu şoudan qorxurdum. Bilirdim ki, haqsızlıq qarşısında susa bilməyəcəm.

Bildiyiniz kimi telefonlarımız alınmışdı. Kənardan efiri görəndə anladım ki, ədalət naminə mübarizə apara-apara onlara oxşayıram. İlkin deyəndə ki, səni çıxarıram, heç bir etiraz etmədim. İstəsəydim fikrindən döndərib, istədiyim qədər qalardım. Təşkilatçılara qarşı hörmətsizlik edib, əlimi çəkə bilmədim və sona qədər səsvermənin nəticələrini gözlədim.

– Təşkilatçılar sizə təzyiq edirdi?

– Təşkilatçılar bizə deyirdilər ki, arqument gətirib oyun aparın. Maraqlı oyun göstərin. Murad Dadaşov dəfələrlə bizə yaxınlaşıb deyirdi ki, bir az sakit olun. “Maşın şou”dan öncə hər birimiz müqavilə imzalamışıq. Müqavilənin bəndində göstərilir ki, hər şey məxfi qalsın. Ona görə də çox şey deyə bilmərəm.

– Sizi şoudan uzaqlaşdıran İlkin Misgərli ilə dueliniz şounun ən maraqsız duellərindən oldu. İlkini çıxarmamağınızı kimə söz vermişdiz?

“Uzaqlaşdıran sözünə qarşıyam. Oyun zamanı Murad bəydən də xahiş elədim ki, desin İlkin Ülviyyəyə qarşıdı, Ülviyyə isə ona qarşı deyil. “Bozbaş Pictures”in rəhbəri İlkin Həsəniyə söz vermişdim. Şou vaxtı onu deməyim düzgün olmazdı. Şoudan öncə mənə zəng edib xahiş etdi ki, İlkin Misgərli ilə işin olmasın, ona qarşı oynama hətta ərkyanə dedi ki, gözün üzərində olsun. “Maşın” 10 gün sonra bitəcək amma münasibət davam edəcək. Günün sonunda ağlamağımın səbəb isə məğlub olmağım deyildi. Səbəb ordakı insanların vəziyyəti idi. Məni əzib tapdalamaq üçün hər yola gedən insanların ruhu üçün ağladım. Hətta ən sonda Murad Dadaşovu belə mənə qarşı qoymağa çalışdılar. İnsanların ruhunun qara olması mənə pis təsir edir. Bu gün məni əzib, şərləməklə maşını əldə etdiz. Bəs 10 gün sonra necə olacaq. İnsanlar bir birinin üzünə necə baxacaq?

Oyundan sonra baxdım ki, İlkin Misgərliyə “Bozbaş pictures”in uşaqlardan yalnız İlkin Həsəni səs istəyib. O biri uşaqlar səs istəməyib. Bu da mənə qarşı oyun idi.

Onlar “Axırıncı yol” filmində mənim müəllif olduğum mahnının məndən icazəsiz istifadə ediblər. Mən buna görə müəllif hüquqları agentliyinə müraciət edə bilərdim amma etmədim. İstəmədim desinlər ki, Ülviyyə bizim işimizin sayəsində özünə reklam qazanır. Bu hərəkətləri artıq ikinci dəfə idi. Yenə canları sağolsun. Anladım ki, insanlar pulla dostluğu qarışdırırlar.

– Veriliş haqda iddia var ki, Murad Dadaşov özü səsləri idarə edir və kimi istəyirsə çıxarır.

– Bunu tam məsuliyyətimlə deyə bilərəm ki, ağ yalandır. Murad bəy duel zamanı hansısa işçinin bizə yaxınlaşmağına icazə vermir. Bu rəqəmdi, kim inanmırsa gedib siyahını çıxardıb baxa bilər. Murad Dadaşov ölkədə ən bahalı layihənin rəhbəridir. Səs vermədə elə böyük məbləğ gəlmir ki, Murad bəy ondan nəsə də qazansın. Belə xırda söhbətlərin yeri yoxdur. Kaş ki, hər kəs Murad bəy kimi qədir bilən olardı.

– “Maşın”ı kimin udmasını istəyirsiz?

– Orada müqayisədə yeganə yalan danışmayan iştirakçı Xatundur. O xanımlarla qruplaşma da var və bunu da oyun zamanı göstərir. Xatun qalib olsa bilərəm ki, haqq-ədalət var. Bu bir oyundur. Hər kəs həyatda necədirsə, oyunda da onu göstərir. Yenə də Allah hər birin canın sağ eləsin.

Milli.Az

Ər haqqı

Sual: Kişinin xanımı üzərindəki haqqı nədir?

CAVAB

Kişinin də xanımı üzərində haqqı çoxdur. Qadın əri ilə yaxşı yola getməlidir! Hədisi-şərifdə buyuruldu ki:

“Qadının cihadı əri ilə yaxşı yola getməkdir.” [Tabərani]

Bir qadın ərini gözəl qarşılayar, gözəl sözlər söyləyərək məmnun salmağa çalışardı. Peyğəmbər əfəndimiz əleyhissəlam, qadının bu hərəkəti səbəbi ilə onun ərinə buyurdu ki:

“Xanımına salam söylə, yarı şəhid savabına qovuşduğunu xəbər ver!” [ Şira]

Qadınların Cənnətə düşmələri kişilərə görə daha asandır. Bir hədisi-şərif məalı:

“Qadın beş vaxt namazı qılar, orucunu tutar, özünü yadlardan qoruyar və ərinə itaət edərsə, Cənnətə girər.” [İbni Hibban]

Kişisini razı salan qadın üçün qorxu yoxdur. İki hədisi-şərif məalı belədir:

“Əri razı olduğu halda, ölən qadın, Cənnətə girər.” [Tirmizi]

“Ərinə məhəbbət göstərən, uşaq dünyaya gətirən, hirsləndiyi an və ya əri ona əsəbiləşdiyi zaman ərini razı edənə qədər yatmayan qadın Cənnətlikdir.” [Tabərani]

Qadina ziynət əşyası mübahdır (haladır). Ziynət almaq üçün ərini çətin vəziyyətə salmamalı, yadlara ziynətlərini göstərməməlidir! Belə olduqda ziynətləri Cənnətə girmələrinə mane olmaz. Bir hədisi- şərif məalı:

“Cənnətdə qadınların az olduğunu gördüm. Səbəbini soruşdum. “Onları qızıl və ziynət əşyası məşğul etdi.”dedilər”. [İ.Əhməd]

Əri ilə əlindən gəldiyi qədər gülərüzlü davranıb, sevgi göstərməli, dili ilə də onu incitməməlidir. Hədisi-şərifdə buyurulur ki:

“Qiyamətdə Allahu təala ərinə dili ilə əziyyət edən qadının dilini 70 arşın uzun edib, boynuna dolanar. Ərinə pis gözlə baxan qadını da başı kəsik və bədəni parçalanmış hala çevirər.” [Şira]

“Səndən nə gördüm” deyərək küfrani-nemətdə olmamalıdır. İki hədisi-şərif məalı belədir:

“Əgər ərlərinə qarşı küfrani-nemətdə olmasalar, namaz qılanlar dərhal Cənnətə girərdi.” [Şira]

“Cəhənnəm əhlinin əksəriyyətini qadınların təşkil etdiyini gördüm. Səbəbi də çox lənət edərlər və ərlərinə qarşı küfrani-nemətdə olarlar.” [Buhari]

Ərinə bir yaxşılıq etmişdirsə, başına qaxmamalıdır. Yemək və geyinmək kimi xüsuslarda ərini üzməməli, edə bilməyəcəyi şeyi ondan istəməməlidir! Ərinin şərəfini qorumalı, hər işdə onun rızasını qazanıb könlünü xoş etməyə çalışmalıdır! Hədisi-şərifdə buyurulur ki:

“Ərin xanımı üzərındəki haqqı, mənim sizin üzərinizdəki haqqım kimidir. O halda ərinin haqqına riayət etməyən, Allahu təalanın haqqına riayət etməmiş olar.” [Şira]

Qadın ərini incitməməlidir.

Bir gün Həzrəti-Fatimə ağlayaraq atasının yanına gəldi. Rəsulullah əfəndimiz buyurdu ki:

Ya Fatimə, nə üçün ağlayırsan?

İstəməyərək söylədiyim bir sözdən Əli mənə hirsləndi. Üzr istədim. Ancaq onu incitdiyim üçün ağlayıram.

Qızım bilmirsənmi ki, Allahu təalanın rızası ərin rızasından asılıdır.

Nə xoşbəxtdir o qadın ki, həmişə ərinin rızasını qazanmağa çalışar, əri ondan razı olar. Qadınlar üçün ən üstün ibadət, ərinə itaət etməkdir. Kişi xanımından razı olduqda, o qadın istədiyi qapıdan Cənnətə girməyə haqq qazanar. Ərini incidən qadın onu razı edənə qədər Allahu təalanın lənətində olar. [ R.Nasihin]

Ər haqqına riayət etmək qadına cihad etmiş kimi savab qazandırır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ər haqqına riayət, Allah yolunda cihad etmək kimidir.” [Tabərani]

“Qadın ərindən icazəsiz olaraq nafilə oruc tuta bilməz. Əgər tutarsa ac və susuz qalmış olar, savab qazanmaz. Ərindən icazəsiz evindən çölə çıxa bilməz. Çıxarsa, göydəki mələklər geri, evinə qayıdana qədər ona lənət edər.” [Tabərani]

“Bir kişi ehtiyacı olduğu üçün xanımını çağırsa, qadın təndir başında olsa da, dərhal ehtiyacına cavab versın!” [Tirmizi]

“Əri çağırdığı halda yatağa gəlməyən qadına mələklər sabaha qədər lənət edər.” [Buxari]

“İcazəsiz evdən çıxan qadına əri razı olana qədər günəşin və ayın doğduğu hər şey lənət edər.” [Deyləmi]

“Qadın ərindən icazəsiz [ana, ata, bacı, qardaşı xaric] heç kimi evinə qəbul edə bilməz, nafilə namaz qıla bilməz.” [ Tabərani]

“Qadınlarınıza bəzəkli geyinməyi qadağa edin! Bəni İsrail qadınları bəzəkli geyinib məscidə qürurlanaraq getdikləri üçün lənətlənmişdirlər.” [İbni Macə]

“Əri razı olana qədər qadının namazları və yaxşılıqlarının heç biri qəbul olmaz.”[Tabərani]

“Qadının namazları qəbul olmaz” demək, namaz borcunu ödəmiş olar, lakin namaz qılmaqla meydana gələcək böyük savaba nail ola bilməz deməkdir. Namazı hədər gedər demək deyildir.

Bir qadından əri razı olmazsa, qadın günahının cəzasını çəkdikdən sonra Cənnətə girər.

Cənnətə sadəcə kafirlər girməz. Müsəlmanın günahı çox olsa da axırda mütləq Cənnətə girər.

Ər, arvad yaxşı dolanıb, bir-birilərinin rızalarını almağa çalışmalıdır.

Sual: Ərimdən xəbərsiz mövlud üçün, söhbətə qulaq asmaq üçün, namaz qılmaq üçün məscidə, qonşuların evinə getməyim doğrudurmu?

CAVAB

Zəruri olan din elmlərini əri öyrətməyən qadın, münasib bir qadın müəllimədən bunları öyrənə bilmək üçün icazəsiz gedə bilər. Əriniz icazə versə belə qonşuda lazımsız şeylər danışılan yığıncaqlara getməyinizi tövsiyə etmirik. Qadınların məscidə də getməkləri uyğun deyildir. Bir neçə qadının yığılıb uyğun bir elmihal kitabı oxumaları çox yaxşı olar.

Sual: Bayıra çıxarkən hər dəfə ərimdən icazə almalıyammı ?

CAVAB

Bir dəfə icazə alınır. Yəni, mən istədiyim zaman bayıra çıxa bilərəmmi desəniz və razılıq verərsə hər zaman çıxa bilərsiniz. Çıxa bilmərsən desə, işə də gedə bilməzsiniz. Evdə ona aid malları da dilənçiyə və ya qonaqlara icazəsiz verə bilməzsiniz. Yəni qonağınıza bir stəkan çay da verə bilməzsiniz. Amma “İstədiyin şeyi istədiyin yerə xərcləyə bilərsən və istədiyin zaman istədiyin yerə gedə bilərsən” kimi izin alsanız, istədiyinizi istədiyiniz kimi xərcləyə və istədiyiniz yerə gedə bilərsiniz. İzinsiz etməmək lazımdır.

Sual: Qadın getdiyi yerdə qeybət edər, yalan söyləyərsə işlədiyi günahlar ərinə də yazılırmı?

CAVAB

Bilməsə yazılmaz. Günah işlədiyini bilərək göndərərsə yazılar.

Sual: Bir yerdə yaşayan bir qadın başqa şəhərdəki ərinin və ya məhrəm bir qohumunun yanına məhrəmsiz gedə bilərmi?

CAVAB

Bir yerdə yaşayarkən gedə bilməz. Səfərdədirsə gedə bilər. Məsələn, əri ilə Bakıda qalır. Birlikdə Gəncəyə gedirlər. Sonra əri Bakıya qayıdır. Qadın bir həftə sonra yanında məhrəmi olmasa da Bakıya, ərinin yanına gələ bilər.

Qadının cihadı

Sual: Qadının cihadı necə olur?

CAVAB

Riyadun Nasıhində buyurulur ki:

Rəsulullah əfəndimiz ev işlərini Həzrəti-Fatiməyə, çöl işlərini Həzrəti-Əliyə tapşırmış, bu xüsusda belə buyurmuşdur:

“Xanımının evdə oturması üçün işlərini görən, ehtiyaclarını qarşılayan, onu yad kişilərin görməsindən qoruyan ümməti, Muhammədin düşmənə əsir düşənlərini satın almış, azad etmiş kimi savaba qovuşar.”

“Ya Fatimə, nə xoşbəxtdir o qadın ki, əri ondan razı olar. Allahu təalanın fərz bildiyini etməkdən və ərinə itaətdən sonra qadınlar üçün yun əyirməkdən, iplik bükməkdən üstün iş yoxdur. Bir saat yun əyirmək, iplik bükmək və ya toxumaq qadınlar üçün bir il ibadət etməkdən daha savabdır. Toxuduqları hər ip üçün əməl dəftərlərinə bir şəhid savabı yazılır.”

“Beş vaxt namazını qılan, malının zəkatını verən, Ramazani-şərif orucunu tutan, ərinin günah olmayan işlərində ona itaət edən və təsəttürə əməl edən qadın Cənnətə istədiyi qapıdan girər.” (Ər-arvad haqları bəhsi)

Peyğəmbər əfəndimiz, öz qızına və digər qadınlara şəhid savabı qazanmaq üçün ev işləri ilə məşğul olmalarını əmr etmişdir. Başqa bir hədisi-şərifdə də, “Qadının cihadı, əri ilə yaxşı yola getməkdir.” buyuruldu. (Şira)

Dalaşqan ərin haqqı

Sual: Xasiyyəti pis olan ərlə də dinin əmr etdiyi kimi davranılmalıdır?

CAVAB

Zalıma da, məzluma da dinin əmr etdiyi şəkildə hərəkət edilir. Yaxşılıq edən, xanımını incitməyən ərin nəyinə səbir edilməz? Qadının xasiyyəti pis olarsa, əri səbir edər, ərinin xasiyyəti pis olarsa, xanımı səbir edər. Bu imtahanda səbir edən çox savab qazanar. Pislik edən, özünə edər.

Məzlumların, səbir edənlərin yardımçısı Allahdır. Allahu təala kimsənin haqqını kimsədə qoymaz. Səbir edənlərə saysız mükafat verər.

Ər-arvad bir-birinin pis xasiyyətinə səbir etməlidir! Hədisi-şərifdə “Xanımının pis xasiyyətinə qatlanan kişi, bəlalara səbir edən Eyyub əleyhissəlam kimi mükafatlara qovuşar. Ərinin pis xasiyyətinə səbir edən qadın da Həzrəti-Asiyə kimi savaba qovuşar.” buyuruldu. (İ.Qəzali)

Qurani-kərimdə də Allahu təalanın səbir edənlərlə bərabər olacağı və səbir edənlərin mükafatlarının hesabsız veriləcəyi bildirilmişdir. (Ənfal 46, Zümər 10)

Yaxşı insan, yalnız başqalarına pislik etməyən kimsə demək deyildir. Başqalarından gələn pisliklərə də gözəl səbir edən kimsədir.

Sual: Ərin dinə zidd əmrlərinə tabe olmaq olarmı?

CAVAB

Heç bir kişi xanımına dinə zidd əmr verə bilməz. “İçki içəcəksən, namaz qılmayacaqsan, açıq gəzəcəksən “ deyə bilməz. Desə edilməz. Peyğəmbər əfəndimiz, “Yaradana üsyan olan işdə, qula itaət etmək olmaz” buyurur. (Hakim)

Ana-ata da desə, rəis də desə, edilməz. Lakin, yenə də gözəlliklə etməməyə çalışmaq lazımdır.

Kişinin haqqı çoxdur

Sual: Qadınların haqlarından bəhs etdiniz. Kişilərin haqqı yoxdurmu?

CAVAB

Kişinin xanımı üzərində haqqı çoxdur. Hədisi- şəriflərdə buyuruldu ki:

“Ərinin yatağından qaçan qadına mələklər sabaha qədər lənət edər.” [Buxari]

“Qadının üzərində ən böyük haqq sahibi əridir, kişinin də anasıdır.” [Hakim]

“Qadın ərinin haqqını ödəməyənə qədər Allahu təalanın haqqını ödəmiş olmaz.”[Tabərani]

Günümüzün iş şərtləri ağır, pul qazanmaq çox çətindir. İş əxlaqı, gözəl əxlaq yox kimidir. Kişi çox vaxt bu şərtlər qarşısında bezir, çox sıxıntı çəkir. Evinə əzilmiş şəkildə gəlir. Yorğundur, sinir sistemi pozulmuşdur. Bunu düzəltmək, sıxıntılarını unutdurmaq, onu şəndirmək, ona dəstək olmaq, kömək etmək qadına aiddir. Bu halda evə gələn ər, haqlı olaraq xanımından ən azından şirin dil, gülər üz və diqqət istər. Bunu da görməsə əhvalı daha da pozular. Sözləri və hərəkətləri normal olmaz. Xanıma aid olan vəzifə, bu sadalanları edə bilmirsə heç olmasa susub, onu daha artıq üzməməlidir. “Evində rahatlığı olmayan, zindandadır” buyurulur.

Bu qədər sıxıntıda olandan hər cür kobudluq gözlənilir. Qadın bardağı daşırdan son damcı olmamalıdır. Əksinə, həmin dövrəyə girməli, onu xoş görməli, idarə etməli, təsəllı etməlidir. Onun evde olduğu zamanda ev işi ilə məşğul olmayıb, onu şəndirməlidir. O, olmadığı zamanlar iş-gücü ilə məşğul olmalıdır. Qadınlara tövsiyəmiz budur: Bayır atəş, əxlaq, namus yox kimidir, ərinizə sahib çıxın, gözəl əxlaqla, şirin dillə, gözəl yeməklərlə, evinizin təmizliyi, intizamıyla və ya xoşladığı nədirsə, o üsulla ərinizi evinizə bağlayın. O, evə addımını atmaq üçün can atsın. “Yuvanı dişi quş qurar” deyərlər.

“Şeytanlar kafirlərlə deyil, müsəlmanlarla məşğul olur” buyurulur. Həmçinin nəfsimiz qudurur. Nəyə qudurur, təsəttürə, namaza-niyaza, doğru etiqada qudurub durur. Şeytan adamlarını səhər yola salarmış, gecə hesabat alarmış. Biri namazını pozdurdum deyər, biri orucunu pozdurdum deyərmiş. Digəri haram yedirtdim deyər, hamısına “yaxşı” deyərmiş. Bir başqası da ər ilə xanımının arasını pozdum deyərmiş. Şeytan çox sevinər, afərin deyər, onu alnından öpərmiş, ən böyük işi bacardın, bu olanda hamısı zamanla pozular deyərmiş. Onun üçün həmişə tətikdə olmalı, şeytana, nəfsə bu fürsəti verməməlidir.

İslamiyyət sadəcə qadına və ya kişiyə gəlmədi. Təkcə anaya, ataya, övlada da gəlmədi, hər kəsə gəldi. Hər kəs əməl etməyə məcburdur. Kim əməl edərsə dünyada və axirətdə rahat olar, faydasını görər. Necə ki, maşının bir təkəri partlayanda maşın getmirsə, necə ki, saatın əqrəblərindən biri qırılarsa saat işləmirsə, ailədən birinin də səhvi, əksiyi bütün ailənin hüzurunu, nizamını poza bilər.

Buna görə hər kəs diqqət etməli, həddini və vəzifəsini bilməli, qüsurları üçün üzr istəyib, yeni bir səhifə açıb, yeni bir başlanğıcla həyata sevinclə davam etməlidir. Dinimizdə üzmək qadağan olduğu kimi, üzülmək də qadağandır. Müsəlmanı həmişə xoş görməli, qüsurunu örtməli, görməməzliyə vurmalıdır. Bilmədiyim üzrlü səbəbi vardır deyərək onu əfv etməlidir. Əfv edən əfv edilər, sevən sevilər.

Ərindən icazə almaq

Sual: Kişinin bir yerə gedərkən xanımından icazə almağı lazım deyilsə, qadının niyə ərindən icazə almağı lazımdır?

CAVAB

Dinimiz ən ağır məsuliyyəti kişiyə yükləmişdir. Kişinin vəzifəsi çalışıb evin dolanışığını təmin etmək, xanımını günahlardan və hər cür təhlükədən qorumaqdır. Qadın işləməyə məcbur olmadığı kimi, ev işlərini də etməyə məcbur deyildir. Ərinin işlədiyi günahlara da cavabdeh deyil. Lakin, kişi qadının işlədiyi günahlara cavabdehdir. Onun üçün, əri onun günah işlənən yerə getməsinə razılıq verə bilməz; verərsə özü də günaha girər. Bunun üçün qadın bir yerə gedərkən ərindən icazə almağa məcburdur.

Tərbiyəsizlik

Sual: Bir xanım ərinin yanında tərbiyəsizcə otura bilərmi?

CAVAB

Doğru olmaz. Rəsulullah əfəndimiz qızının yanında belə, ayaqlarını uzadıb oturmazdı.

Nafilə üçün icazə almaq

Sual: Nafilə namaz qılmaq, nafilə oruc tutmaq üçün qadının ərindən icazə alması lazımdırmı?

CAVAB

Namaz, oruc kimi nafilə ibadətlər üçün icazə lazımdır. İki hədisi-şərif məalı:

“Qadın ərindən icazəsiz oruc tuta bilməz.” [Buxari, Müslim]

“Qadın ərindən icazəsiz evə heç kimi qoya bilməz, [nafilə] namaz qıla bilməz.” [Təbarani]

Həzrəti Səfvanın xanımı, “Ya Rəsulallah, namaz qılanda ərim məni döyür” deyə şikayət etdi. Həzrəti Şəfvan isə, “O da, bir rəkatda uzun iki surə oxuyur. Halbuki mən bunu ona qadağan etdim”dedi. Rəsulullah əfəndimiz, o qadına, “Tək surə oxumaq bəs edər” buyurdu. (Əbu Davud)

Göründüyü kimi fərz namazını uzatması belə uyğun olmur. Bu hədisi-şəriflər göstərir ki, evdə hüzurun saxlanması üçün qadın ərindən xəbərsiz iş görməməlidir. Qadının əri ilə yaxşı dolanması nafilə ibadətlərdən daha üstündür, daha çox savabdır. Cihad savabı, fərz savabı alar.

Ətrafa sıxıntı vermək

Sual: Qonşumuzun xanımı çox danışandır. Əri də, ətrafı da onun ədəbsizliyindən beziblər.Namaz da qılmır. Əri “Günah olmasa boşayaram” deyir. Belə bir qadını boşamaq günah olarmı?

CAVAB

Düzəlməsi və yaxşılıqla qalması mümkün deyilsə, qonşularına və ərinə sıxıntı verən və ya namaz qılmayan, digər fərzləri etməyən qadını boşamağın günah olmadığı din kitablarında yazılıdır.

Haramı halal etmək

Sual: Bəzi bacılar, “Bir qız evləndikdən sonra əri istəyərsə qaşını ala bilər, üzük, bilərazik kimi ziynətlərini bayırda taxa bilər” deyir. Bir ərin haramı halal etmək səlahiyyəti vardırmı?

CAVAB

Haşa, heç kimsə haramı halal edə bilməz. Ana, ata, ər və əmir dinə zidd əmr versə, bu əmrə tabe olunmaz, çünki Peyğəmbər əfəndimiz, “ Xalıqa üsyan olan işdə, qula itaət edilməz” buyurur. Məsələ onlar, “ İçki iç, namaz qılma, təsəttürsüz gəz!” desələr də haram olan şeylər edilməz. Qadınların qaş aldırması, üzük və bilərzik taxaraq, bunlar görünəcək şəkildə bayıra çıxmaları haram olduğu üçün heç kimsə bunlara halal deyə bilməz və bunları halal edə bilməz.

Mənim adımdan maşın necə silinə bilər?

Salam bilmey olar ki niva ili 2013 ada salmaq istiyirem yoldawimin adina menede qiymetle bagli meslehet verediz zehmet deyilse

Elvin 10 Dekabr 2020 21:12

Mende 1984 cu ilin vaz 2106 altsi var mawin ve men oz adma kecrmey isdrem mawin aformot yani.bilmey isdremki dolet rusumu ne qederdi??

Valeh 1 Sentyabr 2020 11:51

Salam/Sizi təzə alınan maşını öz adıma çevirmək üçün neçə manat Dövlət rusumu ödəməliyik?,xahiş edirik bizə bununla əlaqədar məlumat verməyinizi riça edirəm.Diqqətinizə görə çox sağ olun.

Anar 22 Avqust 2020 00:04

Salam mən masini öz adıma aformut etmək istəyirəm gen davernusun vaxtına 20 gün qalıb.is günləri nevaxtdi zehmet olmasa yazardiniz. Çox sağolun.

Sənan 21 Avqust 2020 21:47

Salam aftamabilimi adıma aformut etmek isdeyirem 1.6 tı müherrik il 1999 nece edebilerem rayon qeydiyatıyam aftamabilin nömresi Bakı qeydiyatıdı öz adıma etmek isdeyirem nömresi qalmaq şertiyle rusumuda bilmek isdeyirem mümkünse melumat vererdiz

Rustem 10 Avqust 2020 01:28

Salam C.Klass w202 ili 1998 Motor 2.4 Qeydiyyat nisani 99 dur Ozum rayon qeydiyyatiyam oz adimdan basqasinin adina kecirmek isteyirem. Ne etmeliyem qanuni olaraq. Dovlet rusumu ne qeder ve nece hara odemeliyem Bu haqda mene xahis edirem melumat veresiz.

Comments are closed, but trackbacks and pingbacks are open.