Press "Enter" to skip to content

Pərinuş Səni “Mənim Payım” ( Leyla Eyvazova )

Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .

Mənim payım

Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!

Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .

Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə

Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə

Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür…

Hazırda mühacirətdə yaşayan Pərinuş Səniinin “Mənim payım” avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur.

Pərinuş Səni “Mənim Payım” ( Leyla Eyvazova )

İran qadınlarının həyatı,məişətdə rolu,cəmiyyətdə mövqeyi daim mənim diqqətimdə olmuşdur.Buna görə də,bu kitabı gördüyüm zaman diqqətimi çəkdi..Kitab avtobioqrafik səciyyə daşıyır..Və Şəhla Lahicinin kitab haqqında olan bir ifadəsi məni dərin düşüncələrə apardı.”Daha qurban olmaq istəməyən bütün İran qadınlarının hayqırtısı…”
Kitabda əsas obraz 16 yaşlı Məsumə adlı bir qızdır. Kitab ailənin təsviri ile başlayır.Çox ciddi ailədə böyüyən Məsumənin həyatı Qum şəhərindən Tehrana köçdükdən sonra başlayır. Qardaşlarının narazılığına baxmayaraq,atasının razılığını alan bu balaca qız tək istəyi olan məktəbə gedir.Daha sonra isə yenə atasının ona olan sevgisindən istifadə edərək,razılıq alır və çarşabdan imtina edərək,yaylığa keçir.Və bu müddətdir Səid adlı birinə könül verir.Hadisələr bundan sonra daha da mürəkkəbləşir və qardaşları bundan xəbər tutur Məsuməyə işgəncələr verib,məktəbdən çıxarırlar.

Onu əxlaqsızlıqda ittiham edib,inqilabçı,ateist bir oğlanla məcburi kəbinini kəsirlər..Məsumənin ən böyuğük arzusu ali təhsil almaq olsa da,öz gözlərini açdıqda özünü evli və 3 uşaq sahibi görür..Həyat Yoldaşina daim dəstək olur və Xalq Düşməninin Xanımı adlanır.
Həqiqətən mənim üçün maraqlı olan odur ki,qadınların oxumasını namussuzluq sayan ailə üzvləri bu qənaətə nəcə gəlmişdilər?Qadının ayaq üstə sərbəst durması,çalışması nə zamandan əxlaqsızlıqdır? Məhz Məsumənin qardaşları onu varlı bir qoca insana ərə vermək istədiyi zaman xatirladım. Əxlaqsızlıq ali təhsil almaqlamı olur yoxsa pul xatirinə doğma bacını satmaqlamı olur?!
Əsərin sonuncu hissələrində isə Məsumə ilk sevgisi Səid ilə yenideğən qarşılaşır. Üstündən illər keçmiş, hər ikisi həyatın çətinlik girdabına girmişdi..Həyatlarında çox şey dəyişmişdi.. Bəs Məsumənin seçiimi necə olacaqdı? İllər öncə pak məhəbbətlə sevdiyi Səidmi, yoxsa onu illərdir həyatda tutan övladları, ailəsimi? Cəmiyyətin qınağını bu dəfə dəf edib,xoşbəxt olacaq yoxsa digər qadınlar karvanına qoşulacaq?!
Həqiqətən də bezmədən oxuyacağınız,zövq alacağınıiz bəzən də göz yaşlarınıza sahib ola bilməyəcəyiniz bir əsərdir..Qadınlar da cəmiyyətin bir üzvüdür.Onları çürükk meyvə bilib kənara atmayın. Qadın ən əvvəl Anadır..Cənnət isə Anaların ayaqları altındadır..
Xoş Mütaliələr.

SəNDƏn payim

Şəhid Hacı Səttar İbrahiminin, nəcabətli və dözümlü həyat yoldaşı Qədəmxeyir Məhəmmədinin müqəddəs ruhlarına və onların dəyərli övladlarına təqdim olunur!

Allah bu dözümlü və imanlı xanıma rəhmət eləsin! Allah o mücahid, ixlaslı və fədakar gəncə də rəhmət eləsin ki, sevimli yoldaşının çəkdiyi əzablar onu çətin cihadından döndərə bilmədi.

Bu iki böyük insanın övladlarının çəkdikləri əziyyətləri də dəyərləndirmək lazımdır.
Seyid Əli Xamenei, 2012

Ağa Teymur bir tabutu önümə qoyub dedi: “Səməddir”.

Hamı tabutun dövrəsinə yığışdı. Səmədin baş tərəfində mənə və uşaqlara yer qalmadı. Ayaq tərəfində oturub sakitcə ağladım və dedim: “Mənim səndən payım həmişə bu qədər olub; sonuncu adam, sonuncu baxış”.

. Həmişə xalqın idi. Onu aparırdılar; qüsülsüz-kəfənsiz. Dedim ki, uşaqlarımı gətirin. Onlar məndən atalarını istəyəcəklər. Qoyun görsünlər ki, ataları getdi və daha qayıtmayacaq!

Giriş

Dedim ki, bu qadının həyatını yazacağam. Artıq qərara gəlmişdim. Zəng vurdum. Dəstəyi özün götürdün. Yaşlı bir qadınla danışacağımı gözləyirdim. Lakin səsin çox gənc idi. Düşündüm ki, yəqin qızındır. Dedim: “Mən Hacı Səttarın xanımı ilə danışmaq istəyirəm”. Gülüb dedin: “Mənəm”.

Haqqında eşitmişdim. Hacı Səttarın şəhadətindən sonra əzab-əziyyətlə beş uşaq böyütmüsən.

Dedim özüdür ki var; mən bu qadının həyatını yazacağam. Hər şey düzəldi. Dedin ki, mən söhbətcil adam deyiləm. Lakin ilk görüşün vaxtını təyin etdin: 21 aprel 2009-cu il.

Alça mövsümü idi. Evinə gəlib qarşında oturur, səsyazan cihazı işə salırdım, sən də xatirələrindən, ata-anandan, gözəl kəndinizdən, uşaqlığından danışırdın. Nəhayət, mövzu Hacı Səttara və müharibəyə çatdı. Bunlar bir-birinə bağlı mövzular idi. Müharibənin ağır yükü kiçik evinə, sənin – Qədəmxeyir Məhəmmədinin arıq çiyinləri üzərinə düşmüşdü. Və bunu heç kəs anlamadı.

Sən danışır, mən dinləyirdim; güləndə gülür, ağlayanda ağlayırdım. Ramazan ayında müsahibə bitdi. Sevinirdin ki, oruclarını tutacaqsan. Axırda dedin: “Bir şey danışmaq istəmirdim, amma deyəsən, hər şeyi danışdım”. Mən səndən də çox sevinirdim. Müsahibələri köçürməyə getdim.

Danışdıq ki, xatirələri yazıb hazırlayandan sonra sənə verim, yaddan çıxanları əlavə edək. Lakin onda hər şey qarışdı.

Eşidən kimi yanına gəldim. Lakin bu dəfə kağızla yox, bir neçə kompot və meyvə şirəsi ilə. 30 dekabr 2009-cu il idi. Gördüm ki, çarpayıya uzanmısan. Gözlərin açıq idi, mənə baxırdın, amma tanımırdın. Şok içində idim. Dedim: “Qurban olum, Qədəmxeyir, mənəm, Zərrabizadə. Yadındadır, alça mövsümü idi, sən danışırdın, mən də alça yeyirdim? Alçanın turşluğunu bəhanə edib gözlərimi yumurdum ki, göz yaşlarımı görməyəsən. Axı qəm-kədərlərini təzələməyə gəlməmişdim!”

Deyirdin: “Sevinirəm ki, bu qədər ildən sonra bir qadın gəlib qarşımda oturub və bütün bu illərin tənhalığını danışmağımı istəyir; heç kimə demədiyim tənhalıq hekayəsini”. Deyirdin: “Sizinlə Hacı haqda danışanda yadıma düşür ki, ona necə də darıxmışam. Onunla səkkiz il yaşadım, amma üzünü doyunca görmədim. Digər ailələr kimi bir-birimizin yanında deyildik. Aşiq idik, amma həmişə uzaqda. İnanın ki, bu səkkiz ildə bir neçə ay ardıcıl olaraq bir-birimizin yanında olmamışıq. Hacı mənim həyat yoldaşım idi, amma təkcə mənim deyildi. Uşaqlarım həmişə onu istəyirdilər; həm həyatda olanda, həm də şəhadətindən sonra. Deyirdilər ki, ana, hamının atası məktəbə gəlib uşağını aparır, bəs bizim atamız niyə yoxdur? Deyirdim ananız ki var. Beş uşağı arxama salıb Xədicəni məktəbə aparırdıq. Məsumə günortadan sonra oxuyurdu. Günorta olanda beşimiz Xədicənin ardınca gedib məktəbdən gətirir və altımız Məsuməni məktəbə aparırdıq. Axşamüstü bu vəziyyət yenə də təkrar olunurdu. Və hər gün beləcə. ”

Qarda evin damını və həyəti necə təmizlədiyini danışanda ağlayırdım.

Ey gözəl dostum! Uşaqlarını böyütdün, yeganə oğlunu evləndirdin, qızları bəxt evinə köçürdün. Sonuncudan nigaran idin.

Qalx, hekayən hələ bitməyib. Səsyazanı işə salmışam. Nə üçün danışmırsan? Niyə belə lal-dinməz mənə baxırsan?

Qızların ağlayırlar. Onlar deyirlər: “Biz yenicə öyrəndik ki, anamız son bir neçə ildə xəstə olub və narahat olmayaq deyə bizə heç nə deməyib. Deyirdi ki, siz indi rahat nəfəs alıb digərləri kimi yaşayırsız, mənim xəstəliyimə görə rahatlığınızın pozulmasını istəmirəm”. Bacın deyir: “Bu lənətə gəlmiş xəstəlik. ”

Yox-yox, Qədəmxeyirdən başqa heç kimin danışmasını istəmirəm. Qədəm can, belə olmaz, sən həyat hekayəni tamamlamalısan. Hacı haqqında hər şeyi danışdın, növbə öz dözümlülüyünə, cəsarətinə, hövsələnə və fədakarlıqlarına çatanda xəstələnib sükut edirsən. Nə üçün məni tanımırsan?! Qalx, bu hekayə deyilməlidir. Qalx, səsyazanı işə salmışam, qarşında oturmuşam. Mənə belə lal-dinməz baxma!

Ad: Qədəmxeyir Məhəmmədi Kənan

Təvəllüd: 07.05.1962, Həmədan şəhəri, Qayış kəndi

Ad: Hacı Səttar İbrahimi, Hüseyn köməkçiləri (Ənsarül-Hüseyn) diviziyasının 155-ci batalyonunun komandiri

Təvəllüd: 02.11.1956, Həmədan şəhəri, Qayış kəndi

Şəhadət: 03.03.1987, Şələmçə, Kərbəla-5 əməliyyatı

Comments are closed, but trackbacks and pingbacks are open.