Falçılıq, batil inanc və xürafələr
Parlaq fərdi keyfiyyətlərə malikdir, istedadlı və şöhrətpərəstdir. Xeyirxah və təmkinlidir, incə zövqü ilə fərqlənir. Hamını heyran qoyur və hamının etimadını qazanır. Maddi vəziyyəti yaxşı olur. Bu adamlar bəzən qeybət qırmağı xoşlayırlar, lakin nəzakətlidirlər, hirsli deyillər. Sevdikləri adamlarla incə rəftar edirlər, lakin yaxın qohumları ilə çox nadir hallarda sıx əlaqə saxlayırlar. Demək olar heç vaxt qızışıb özlərindən çıxmırlar, gözəl işgüzar keyfiyyətlərə malikdirlər. Vicdanlı və sözü bütövdürlər, lakin bəzən xırdaçı və vasvası olur, bəzən qəmginləşirlər. Əla oyunçu ola bilərlər, lakin mühafizəkar və ehtiyatlı olduqlarına görə nadir hallarda oynayırlar.
1.Dovşan ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Qoyun, Qaban, İt, Meymun, At ilində anadan olanlar.
2.Dovşan ilində anadan olan insanlara az-çox münasib insanlar: Siçan, Dovşan, Əjdaha, Pələng, İlan, Öküz ilində anadan olanlar.
3.Dovşan ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Xoruz ilində anadan olanlar.
Mənim ulduz falıma görə necə arıqlamaq olar
Meymun ili
Bunlar ən ətibarsız və ziddiyyətli adamlardır. Ağıllı, çevik, zirək və orijinaldırlar, ən mürəkkəb problemləri asanlıqla həll edirlər. Demək olar elə fəaliyyət meydanı yoxdur ki, orada əl-qol aça bilməsinlər. Lakin onları işlərindən ayırmaq və fikirlərindən daşındırmaq asandır. Onlar hər işi elə bu dəqiqə görmək istəyirlər. Ən yüngül maneə qanlarını qaraldıb planlarını poza bilər. Bir çoxları öz qətiyyətsizlikləri ilə fərqlənir. Onlar temperamentli və öz bildiklərini edən, tez qızışan lakin yola gələn adamlardır. Qərar qəbul etməyi bacarırlar, sağlam düşüncəyə mailkdirlər. Maneçilik olmadıqda bir çoxları şöhrət qazana bilərlər.
1.Meymun ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar:
Əjdaha, Siçan ilində anadan olanlar.
2.Meymun ilində anadan olan insanlara az-çox münasib insanlar:
Dovşan, Qoyun, İt, Meymun ilində anadan olanlar.
3.Meymun ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: İlan, Qaban, Pələng ilində anadan olanlar
Xoruz ili (1945, 1957, 1969, 1981, 1993, 2005, 2017)
Dərin düşüncəli mütəffəkirlər və istedadlı şəxsiyyətlərdirlər. Əməksevəndirlər, öz işlərinə sadiqdirlər, hətta qüvvələrindən xaric olan hər hansı bir vəzifəni də yerinə yetirməyə çalışırlar və baş tutmadıqda çox kədərlənirlər. Bəzən qəribəlikləri də olur, birdən-birə təmas yarada bilmirlər. Özlərini həmişə haqlı hesab edirlər və bəzən doğurdan da haqlı olurlar. Çox zaman tənha və qapalıdırlar. Qətiyyətli adam təsiri bağışlaya bilsələr də, təbiətcə cəsarətsizdirlər. Qurduqları planlar çox vaxt həyata keçmir, hisslərində kəskin eniş-yoxuşlar olur. Həyatda zaman-zaman gah uğurlar qazanır, gah da uğursuzluqlara məruz qalırlar. Xudpəsənd ola bilərlər, lakin həddən artıq açıq ürəklidirlər. Çılğın və cəsur hərəkətlərə qabildirlər. Həmişə maraqlıdırlar.
1.Xoruz ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Öküz, İlan, Əjdaha ilində anadan olanlar.
2.Xoruz ilində anadan olan insanlara az-çox münasib insanlar: Siçan, Xoruz, İt, Dovşan ilində anadan olanlar.
3.Xoruz ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Pələng, At, Meymun, Qoyun, Qaban ilində anadan olanlar.
İt ili (1946, 1958, 1970, 1982, 1994, 2006, 2018)
Bu adamlar ən yaxşı insani keyfiyyətlərə malikdirlər – sədaqətli, səmimi, vicdanlıdırlar, sirr saxlaya bildiklərinə görə etimad qazanırlar. Lakin bir qədər xudpəsənddirlər, qəribədirlər və ağlasğımaz dərəcədə tərsdirlər. Var-dövlətə çatmağa can atmırlar, lakin həmişə əllərində pul olur. Emosional cəhətdən soyuq və quru ola bilərlər. Çox şeyə tənqidi yanaşırlar, dilləri acıdir. Bu uğrunda mübarizə apardıqlarını bilir və həmişə ədalətin tərəfində dururlar. İşi axıra çatdırır və adətən qalib gəlirlər. Onların sırasından gözəl rəhbərlər yetişir.
1.İt ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar:
At, Pələng, Dovşan ilində anadan olanlar.
2.İt ilində anadan olan insanlara az-çox münasib insanlar:
Siçan, İlan, Meymun, İt, Qaban ilində anadan olanlar.
3.İt ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar:
Əjdaha, Qoyun ilində anadan olanlar.
Qaban ili (1947, 1959, 1971, 1983, 1995, 2007, 2019)
Bu insanlar öz cəsurluğu və özlərini qurban vermək qabiliyyəti ilə seçilirlər. Hansı işdən yapışırlarsa o işi var gücü ilə görürlər. Yalnız düz yolu qəbul edir, geri çəkilmək nədir bilmirlər. Olduqca saf, təmiz və mərddirlər. Çətin ünsiyyət tapırlar, lakin barmaqla sayılacaq dostlarına ömürlərinin axırınacan sadiqdirlər, dostlarını fəlakətdə qoymurlar. Az danışırlar, lakin hər şeyə böyük maraq göstərirlər. Çox oxuyurlar, yaxşı məlumata malikdirlər. Bəzən tez qızışırlar, savaşmağı və söz güləşdirməyi isə xoşlamırlar. Sevdikləri və tanıdıqları adamlara mehriban və diqqətlidirlər, hərçənd ailə işləri həmişə rəvan gətmir. Bütün münaqişələri ləğv etməyə və uzun inciliklərə yol verməməyə çalışırlar. Qarşılarına necə mürəkkəb problemlər çıxırsa çıxsın, bir anlıq həvəsin təsiri altında hərəkət etsələr də, heç bir zaman soyuyub əl-qollarını yanlarına salmırlar.
1.Qaban ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Dovşan, Qoyun ilində anadan olanlar.
2.Qaban ilində anadan olan insanlara az-çox münasib insanlar: Siçan, Pələng, Öküz, Əjdaha, Xoruz, İt ilində anadan olanlar.
3.Qaban ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: İlan ilində anadan olanlar.
Siçan ili (1948, 1960, 1972, 1984, 1996, 2008, 2020)
Bu işarə altında dünyaya gələn insanlar məlahətli və cazibədardırlar, məqsədə çatmağa can atırlar, əməksevərdirlər, var-dövlət qazanmağa çalışırlar. Qənaətcildirlər, pulu qənaətlə xərcləməyi xoşlayırlar. Yalnız məhəbbətin gücündən qənaətcilliyi unuda bilirlər. Sevdikləri adama səxavətlidirlər. Onlarda xırdaçılıq səviyyəsinə çatan səliqə var. Çox şeydə məntiqsizdirlər. Şöhrətpərəstdirlər. Adətən müvəffəqiyyət qazanır və istədiklərinə nail olurlar. Zahiri soyuqqanlılığı qoruyub saxlamağı bacarmırlar, tez hiddətlənirlər. Adətən təmiz və açıqürəklidirlər, lakin bir çoxu hərdən qeybət qırmağı da xoşlayır.
1.Siçan ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Əjdaha, Meymun, Öküz ilində anadan olanlar.
2.Siçan ilində anadan olan insanlara az-çox münasib insanlar: İlan, Pələng, İt, Qaban, Siçan ilində anadan olanlar.
3.Siçan ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: At ilində anadan olanlar.
Öküz ili (1949, 1961, 1973, 1985, 1997, 2009, 2021)
Bu adamlar səbirli, azdanışandırlar, onlara etibar eləmək olar. Bəzən qəribəlikləri də ola bilər, özlərindən tez çıxdıqları hallar da baş verir. Bu məqamlarda ehtiyyatlı olmaq lazımdır. Öküzün qəzəbi hüdud bilmir. Adətən az danışan olsalar da, sevgililəri ilə danışdıqda bəlagətli olurlar. Gözəl əqli və fiziki kəyfiyyətlərə malikdirlər. Həlim adamlar kimi tanınırlar, lakin tez-tez tərslikləri tutur. Ziddiyyətləri xoşlamırlar. Bəziləri məhhəbətə idman kimi baxırlar ki, bu da yaxınlıq etdikləri adamlarla anlaşılmazlıqlara gətirib çıxarır.
1.Öküz ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: İlan, Xoruz, Siçan ilində anadan olanlar.
2.Öküz ilində anadan olan insanlara az-çox münasib insanlar: Əjdaha, Dovşan, Meymun, Qaban, Ökuz ilində anadan olanlar.
3.Öküz ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Qoyun ilində anadan olanlar.
Pələng ili (1950, 1962, 1974, 1986, 1998, 2010, 2022)
Bu işarə altında dünyaya gələn insanlar həssasdırlar, düşüncələrə dalmağa, mühakimələr yeritməyə meyl edirlər, lakin əsəbi olurlar. Adətən hörmət qazanırlar, lakin tez-tez yaşlılarla və rəislərlə münaqişəyə girirlər. Çox vaxt tələm-tələsik qərarlar qəbul edir və ya düzgün qərarlara çox gec gəlirlər. Bütövlükdə mərd və güclü adamlardır və bir qayda olaraq layiqincə qiymətləndirilirlər.
1.Pələng ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar:At, Əjdaha, İt ilində anadan olanlar.
2.Pələng ilində anadan olan insanlara az-çox münasib insanlar:Siçan, Öküz, Dovşan, Pələng, Qoyun, Xoruz, Qaban ilində anadan olanlar.
3.Pələng ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: İlan, Meymun ilində anadan olanlar.
Dovşan ili (1951, 1963, 1975, 1987, 1999, 2011, 2023)
Parlaq fərdi keyfiyyətlərə malikdir, istedadlı və şöhrətpərəstdir. Xeyirxah və təmkinlidir, incə zövqü ilə fərqlənir. Hamını heyran qoyur və hamının etimadını qazanır. Maddi vəziyyəti yaxşı olur. Bu adamlar bəzən qeybət qırmağı xoşlayırlar, lakin nəzakətlidirlər, hirsli deyillər. Sevdikləri adamlarla incə rəftar edirlər, lakin yaxın qohumları ilə çox nadir hallarda sıx əlaqə saxlayırlar. Demək olar heç vaxt qızışıb özlərindən çıxmırlar, gözəl işgüzar keyfiyyətlərə malikdirlər. Vicdanlı və sözü bütövdürlər, lakin bəzən xırdaçı və vasvası olur, bəzən qəmginləşirlər. Əla oyunçu ola bilərlər, lakin mühafizəkar və ehtiyatlı olduqlarına görə nadir hallarda oynayırlar.
1.Dovşan ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Qoyun, Qaban, İt, Meymun, At ilində anadan olanlar.
2.Dovşan ilində anadan olan insanlara az-çox münasib insanlar: Siçan, Dovşan, Əjdaha, Pələng, İlan, Öküz ilində anadan olanlar.
3.Dovşan ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Xoruz ilində anadan olanlar.
Əjdaha ili (1952, 1964, 1976, 1988, 2000, 2012, 2024)
Bu işarə altında dünyaya gələn insanlar gözəl sağlamlığa malikdirlər, çevik və diribaşdırlar, asanlıqla həyəcana gəlirlər, bəzən tərs və tünd olurlar. Təmiz, emosional və qabiliyyətlidirlər, onlara bel bağlamaq olar. Müstəqildirlər. Açıq danışırlar və rəyləri həmişə əsaslandırılmış olur. Qabiliyyətlidirlər, borc almağı və nitq söyləməyi xoşlamırlar. Ürəyi yumuşaqlılığa meyl edirlər. Təz-təz başqalarının onlara üstün gəlmələrinə imkan verirlər, yalnız qısa bir müddət üçün. Səhvlərini tez düzəldirlər. İlk gənclik çağında evlənir və ərə gedirlər, yaxud ümumiyyətlə evlənmir və ya ərə getmirlər. Ətrafdakıların məhəbbətini qazanırlar.
1.Əjdaha ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşi kimi uyğun olan insanlar: Siçan, İlan, Meymun, Xoruz ilində anadan olanlar.
2.Əjdaha ilində anadan olan insanlara az-çox münasib insanlar: Pələng, At, Qoyun, Qaban ilində anadan olanlar.
3.Əjdaha ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: İt ilində anadan olanlar.
İlan ili (1941, 1953, 1966, 1978, 1990, 2002, 2014)
Mürəkkəb adamlardır, anadangəlmə müdrikdirlər, qaradinməzdirlər. İşləri həmişə rəvan gedir, lakin çox vaxt xəsislik edirlər. Bəzən xudpəsənd və şöhrətpərəstdirlər. Lakin bəxti o qədər də gətirməyən həmkarlarına fəal kömək edə bilərlər. Çox zaman başqalarının fikirlərinə inanmamaqda, ancaq özlərinə güvənməkdə həddi aşırlar. Qətiyyətlidirlər. məqsədə çatmağa var qüvvə ilə can atırlar, uğursuzluqlardan çox məyus olurlar. Zahirən sakit olsalar da, əslində ehtiraslıdırlar. Adətən özlərinin daxili və xarici cazibəsi ilə fərqlənirlər.
1.İlan ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Öküz, Xoruz ilində anadan olanlar.
2.İlan ilində anadan olan insanlara az-çox münasib insanlar: Siçan, Dovşan, Əjdaha, At, İlan, Qoyun ilində anadan olanlar.
3.İlan ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Pələng, Qaban ilində anadan olanlar.
At ili (1941, 1953, 1966, 1978, 1990, 2002, 2014)
Çox məşhur adamlardır. Şən xasiyyətləri var. Pul xərcləməyi bacarırlar. Ağıllı və rəhmlidirlər, lakin bəzən həddən çox danışırlar. İstedadlıdırlar, işləri rəvan gedir, yaxşı geyinməklə və ya sərbəst davranmaqla diqqəti cəlb edirlər. Qüdrətli, öz qədrini biləndilər. Kişilər qadınlara laqeyd deyillər. Hissiyyatlarına toxunulduqda hər şeyi unutmağa qabildirlər. Özlərinə aid nə varsa hamısında, xidməti vəzifələrdən başqa, qüvvələrini və ehtiraslarını əsirgəmirlər. Əyləncələri və böyük məclisləri xoşlayırlar, hadisələrin mərkəzində olmağı sevirlər. Çox müstəqildirlər, məsləhətlərə nadir hallarda qulaq asır və öz bildikləri kimi hərəkət edirlər.
1.At ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Pələng, İt, Qoyun ilində anadan olanlar.
2.At ilində anadan olan insanlara az-çox münasib insanlar: Əjdaha, İlan, Meymun, Xoruz, Qaban ilində anadan olanlar.
3.At ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Siçan ilində anadan olanlar.
Qoyun ili (1943, 1955, 1968, 1980, 1992, 2004, 2016)
Bu işarə altında dünyaya gələn adamlar incəsənət sahəsində istedada malikdirlər. İlk baxışda belə görünür ki, onların bütün işləri başqalarınınkına nisbətən uğurlu olur. Lakin onlar tez-tez həyat qarşısında aciz qalırlar, çünki utancaqdırlar, bədbinliyə meyl edirlər, qətiyyətsizdirlər, müstəqil qərar qəbul etməkdə çətinlik çəkirlər. Adətən dindardırlar. Onların sırasından nadir hallarda rəhbərlər yetişir. Bəlagətli deyillər, lakin öz əqidələrini müdafiə edir və işlərini sevirlər. Adətən kifayət qədər pulları olur, pulla bağlı rahatlığı yüksək qiymətləndirirlər. Düşüncəli, yumşaq və xeyirxahdırlar. İncə zövqə malikdirlər.
1.Qoyun ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Dovşan, Qaban, At ilində anadan olanlar.
2.Qoyun ilində anadan olan insanlara az-çox münasib insanlar: Pələng, Əjdaha, İlan, Qoyun ilində anadan olanlar.
3.Qoyun ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Öküz, İt ilində anadan olanlar.
Falçılıq, batil inanc və xürafələr
Sual: Fal günahdırmı? Falçılıq və cadugərlik eyni şeydirmi?
CAVAB
Ulduz falı, qəhvə falı, əl falı kimi hər çeşid fal xürafədir. Hədisi-şəriflərdə buyurulur ki:
“Falçının, cadugərin söylədiklərinə inanan, Qurani-kərimə inanmamış sayılır.” [Tabərani]
“Fal baxdıranın, falçıya inanmasa belə, qırx gün namazı qəbul olmaz.” [Müslim]
Cindarlara və cadugələrin söylədiklərinə, etdiklərinə inanmaq, bəzən doğru çıxsa belə, Allahdan başqasının hər şeyi bildiyinə və hər dilədiyini edəcəyinə inanmaq olub, küfürdür. Cadu öyrənmək də, öyrətmək də haramdır. Müsəlmanları zərərdən qorumaq üçün öyrənmək də haramdır. Xeyirli iş görmək üçün də haram işləmək, cadu açmaq üçün cadu etmək də caiz deyildir. Cadu edərkən küfrə səbəb olan bir şey etmək küfürdür. Belə olmasa da böyük günahdır. Hədisi-şərifdə “Cadu edən və etdirən və bunlara inanan bizdən deyildir” buyuruldu. (Bəzzar)
Bürclərə görə fal açmaq da xürafədir. Hər bürcdə doğulan eyni xasiyyətə sahib olsa, bütün dünyadakı insanlar bürc sayı qədər, yəni cəmi 12 xasiyyətli olardılar. Eyni bürcdə doğulan iki insandan biri alim, digəri zalım, biri sərt, o biri mülayim ola bilər. İnsanların xasiyyətlərini bürclər təyin edə bilməz.
Siftə olaraq alınan pulu çənəyə sürtmək, göyərçinə kağız çəkdirmək, qonaq gedilən evi 3 gün süpürməmək, çərşənbə axşamı günü yola çıxmamaq, sabunu əldən ələ verməmək, pis bir şey söylənən vaxt əllə bir yerə taqqıldadaraq şeytan qulağı kar olsun, cənazədə kürəyi birinin əlinə verməyib yerə atmaq, lohusa qadının qırxı çıxana qədər çölə çıxmaması, həmişə yanında birinin olması, hətta yanına bir süpürgə də olsa qoymalıdır demək, qırxı çıxmamış iki uşağı bir-birinin yanına gətirməmək batil inanclardır.
Xıdrəlləzi, Novruzu, Miladı qeyd etmək, dərd və arzu-kam üçün övliya məzarlarının yanında olan ağaclara əski-üskü bağlamaq, türbələrə şam düzmək, cənazəni yüksək səslə təkbirlə və ya marşla aparmaq, matəm əlamətləri gəzdirmək, çələng aparmaq caiz deyildir.
Bidət olmayanlar
Bidət əhli aşağıdakıları da xürafə saymışsa da yanlış söylədikləri müxtəlif kitablarda yazılmışdır:
Quran və hədisdə olmayan, amma icma və ya qiyası-füqəha ilə meydana çıxan hökmlər bidət deyildir.
İki bayram arasında nikah etmək caizdir. Peyğəmbər əfəndimizdən Cümə gününə təsadüf edən bir bayram günü, namazdan sonra, nikah etməsi istəndikdə, “İki bayram arası nikah olmaz” buyurdu. Yəni vaxt azdır, bayramlaşdıqdan sonra təkrar Cümə namazı üçün məscidə gələcəyik demək istəmişdir.
Bədnəzər üçün qurğuşun tökmək, göz muncuğu taxmaq, tarlaya at kəlləsi qoymaq bidət deyildir. Bunlara baxanda gözlərdəki şüa əvvəlcə ilk oraya dəyər və nəzər dəyməsinin qarşısı alınar. (Hindiyə)
Ölü eşitdiyi üçün ölüyə təlkin vermək sünnətdir.
Dövr və isqat bidət deyildir.
Dəfndən sonra qəbirstanlıqda cənazə sahiblərinə baş sağlığı vermək bidət deyildir.
Peyğəmbər əfəndimizin adət olaraq etdiyi şeyləri etməmək [Məsələn, əntari geyinməmək] yaxud da etmədiyi şeyləri etmək, [Məsələn çəngəl-qaşıq istifadə etmək] bidət deyildir.
Ölmüş övliyaya nəzir demək, yəni mübarək bir insanı vəsilə edib, Allahü təalaya yalvarmaq caizdir. Məsələn, “Xəstəm sağalarsa, savabı Seyyidət Nəfisə həzrətlərinə olmaqla, Allah üçün nəzir deyirəm, bir qoyun kəsəcəm” deməkdir. Burada Allahü təala üçün kəsilən nəzirin savabı Seyyidət Nəfisə həzrətlərinə bağışlanır, onun şəfaəti ilə Allahü təala xəstəyə şəfa verir, qəza-bəlanı uzaqlaşdırır. Qoyunu məzarın başında kəsmək haramdır. Bütə sitayiş edənlərin, bütün yanında kəsmələrinə bənzəmək olmaz. Türbənin həyəti genişdirsə, bir kənarda kəsmək olar.
İşləri Allahü təalanın etdiyinə inanaraq türbələrdəki övliyadan yardım istəmək, onların hörmətinə dua etmək də bidət deyildir. Həzrəti Mövlana, “Mən öldükdə məni düşünün, köməyinizə çataram” buyurdu. Deyləminin bildirdiyi “Qəbirdəkilər olmasaydı, yer üzündəkilər yanardılar” hədisi-şərifi də Allahü təalanın izni ilə ölülərin dirilərə yardım etdiyini sübut etməkdədir.
Fal və din istismarı
Şəhərdə uşaqlarla bir parkda oturmuşduq. Qarayanız bir qız yanımıza yaxınlaşıb, “Bu eynəyimi bir taxım, falınıza elə baxım. Necədirsə xalın, çıxsın falın” dedi. Mən də uzaqlaşdırmaq üçün, “Biz fala-mala inanmırıq” dedim. Dərhal, “Eybi yoxdur əmi, “Fala inanma, falsız da qalma” demirlərmi? Sən yenə də inanma. Falına baxaram, bədbinliyin keçər, rahatlığa çıxarsan” dedi. Falçını bir təhər uzaqlaşdırdıqdan sonra Peyğəmbər əfəndimizin, “Falçının söylədiklərinə inanan, Qurani-kərimə inanmamış sayılır” buyurduğunu oradakılara söylədim. Mənim hədisi-şərifdən bəhs etdiyimi görən, bidət saqqallı bir gənc adam yanıma yaxınlaşaraq, “Əmi, duamı almaq istəyərsizmi?” dedi. Onun nə demək istədiyini başa düşmədim. Əlimdəki quru çörəyi ona verib, “Dua edirsən et, məndən niyə soruşursan ki?” dedim. Əli ilə pula işarə etdi. Sonra anladım ki, “Pul ver, sənə dua edim” demək istəyirmiş. Halbuki dini alət etmək doğru deyildir. Çünki Allahü təala Adəm əleyhissalama, “Amandır, nəslin dini dolanışıq vasitəsi etməsin, din ilə dünya mənfəətini tələb edənlərə təəssüflər olsun!” buyurmuşdur.
Dini alət etmək
Malını müştəriyə göstərərkən tacirin Allah deməsi, Kəlməyi-tövhid oxuması günahdır. Bunları pul qazanmağa alət etmək sayılır. Müştəri cəlb etmək üçün dükanına dini lövhələr asmaq da dini ticarətə alət etmək sayılır.
İstər şəxsi, istər siyasi mənfəət və ya nüfuz qazanmaq üçün edilənlərə din istismarı deyilir ki, bunun dinimizdə adı riyadır. Məqam əldə etmək, alqış yığmaq, bir qrup insanı arxasınca aparmaq, hər hansı bir mənfəət kimi Allah rızasından başqa niyyətlərlə edilən hər iş riya sayılır. Riya çox böyük günahdır. İmam Qəzali həzrətləri buyurur ki: Yaxşı bil ki, riya haramdır. Peyğəmbər əfəndimiz, “Axır zamanda dünya mənfəəti üçün dini alət edən, göstəriş edən, sözləri baldan şirin adamlar çıxacaq. Bunlar quzu kürkünə bürünmüş qurdlardır” buyurdu. (Tirmizi)
Din alət edilərək əldə edilən mala şair lənət edərək deyir ki:
Lənət ola ol mala [vəzifəyə, şöhrətə] ki,
təhsilinə anın ya din ola, ya irz, ya namus ola alət.
Sual: Xalq arasında bir qadın öldükdə, saçları sinəsini örtəcək uzunluqda olmalıymış deyə bir inanc varmış. Bu doğrudurmu?
CAVAB
Doğru deyildir, əsli yoxdur.
Sual: Qulaq cingildəməsi pis əlamətdirmi? Cingildəyəndə oxunacaq dua vardırmı?
CAVAB
Qulaq cingildilməsi pis əlamət deyildir. Çox kimsənin qulağı cingildəyir. Hədisi-şərifdə buyuruldu ki:
“Qulağı cingildəyən məni xatırlasın, mənə salavatı-şərifə gətirsin. Sonra da “Məni xeyirlə yad edənə Allah rəhmət etsin!” desin!” [Müslim]
Sual: Gözlərin səyirməsi pis əlamətdirmi?
CAVAB
Xeyr.
Sual: Gözü səyirən, bir şey olacağına inansa, günahdırmı?
CAVAB
Xeyr. Təfəül caizdir. [Yəni xeyrə yozmaq]
Sual: Qəzetlərdəki bürc səhifələrini oxumağın hökmü nədir?
CAVAB
Caiz deyildir.
Sual: İnsan xarakterləri bürclərə görədirmi?
CAVAB
Xalq arasında zodiak (bürc qurşağı) üzərində yer alan 12 qrup ulduz “bürclər” adlanır. Zodiak, göy üzündə günəş və əsas planetlərin yolunun üzərində təsvir olunan xəyalı bir qurşaqdır. Bürclər qurşağı olaraq da adlanır. Günəşin bürclərə qarşı olan vəziyyətinin dəyişməsinə görə dövrümüzdə bürclərdən heç biri öz adıyla qeyd olunan bölgədə yerləşmir. Ona görə də 20-ci əsrdə Günəş 1 Yanvarda Oğlaq bürcündə deyil Oxatan bürcündədir. Bu səbəbdən də bu bürclərdə doğulanların bəlli bir xasiyyətə sahibi olduğu söyləmək olmaz. Hər bürcdə doğulan insan eyni xarakterə sahib olsa, bütün dünyadakı insanlar 12 xarakterli olardılar. Eyni bürcdə doğulan iki insandan biri alim, digəri zalım, biri sərt, o biri mülayim ola bilər. İnsanların xarakterlərini bürclər təyin edə bilməz.
Sual: Gecə dırnaq kəsmək olmaz deyirlər. Nə vaxt kəsmək olar, dırnaq kəsməyin dinimizdə yeri nədir?
CAVAB
Dırnaq gecə və ya gündüz hər vaxt kəsilə bilər. Həftənin hər günü kəsilə bilər. Cümə günü, cümə namazından sonra kəsmək daha yaxşı olar.
Dırnağı uzun olanın ruzisi məşəqqətli, sıxıntı ilə hasil olur. Hədisi-şərifdə, “Cümə günü dırnağını kəsən, bir həftə bəladan əmin olar” buyuruldu. Cümə namazı üçün qüsl etmək, gözəl ətir vurmaq, yeni, təmiz geyinmək, saç, dırnaq kəsmək sünnətdir. Dırnaqları Cümə namazından əvvəl və ya sonra kəsmək sünnətdir. Namazdan sonra kəsmək daha yaxşıdır. (Dürrül-muxtar)
Hədisi-şərifdə, “Cümə günü dırnaq kəsmək şəfaya səbəbdir” buyuruldu. (E.Şeyx)
Başqa bir hədisi-şərifdə Peyğəmbər əfəndimizin Cümə günü namaza getmədən əvvəl dırnaqlarını kəsərdi. Cümə axşamı günü də dırnaq kəsmək caizdir. Kəsilən dırnaqları torpağa basdırmaq yaxşı olar. Hədisi-şərifdə buyuruldu ki:
“Saç və dırnağınızı toprağa basdırın, cadugərlər onlarla cadu edə bilməsinlər!” [Deyləmi]
Sual: Bir diləyin qəbul olması üçün Məkkə və ya Mədinədən gətirilən bir miqdar xəmir bir gecə evdə qaldıqdan sonra, bir fincan un, şəkər və süd qatılır. 10 gün bu xəmirin yanında hacət namazı qılınır. Sonra bu xəmir dördə bölünür. Bir parçası ilə şirniyyat hazırlayıb ev sakinlərinə verilir. Digər üç hissəsi qonşulara verilir. Onlar da eyni şeyləri edərək dilək tuturlar. Belə bir şeyin dinimizdə yeri vardırmı?
CAVAB
Bunların əsli yoxdur, uydurma şeylərdir. Dilək üçün müxtəlif dualar vardır. [Duanın əhəmiyyəti və müxtəlif dualar maddəsinə baxın.]
Sual: Mollalar Ulduznaməyə baxırlar, bu günahdırmı?
CAVAB
Ulduznamə fal kitabıdır, baxmaq və inanmaq haramdır, böyük günahdır, küfrə qədər apara bilər.
Sual: Yasin oxunub düyünlənir, qırx ədəd olanda qəbrə qoyulur, belə etmək doğrudurmu?
CAVAB
Doğru deyil, bidətdir.
Sual: Bəzi övliya məzarlarına pul atılır, bir zərəri vardırmı?
CAVAB
Məzarlara pul atmaq, ip bağlamaq kimi şeylər dinimizdə yoxdur. Bunların heç bir faydası olmadığı kimi, bidət olduğu üçün də zərərlidir.
Sual: Qayçı kimi iti alətlər əldən ələ verilməz deyirlər. Verilərsə o iki adam dava, mübahisə edərlər, deyirlər. Qayçı həmişə bağlı şəkildə olmalıdır, deyirlər. Açıq şəkildə olsa kəfən biçər deyirlər. Bunların əsli vardırmı?
CAVAB
Əsli yoxdur, xürafədir.
Xürafələrin mənşəyi
Sual: Tədqiqatlara görə xürafələr dini bilməyən və ya çox az bilən kimsələr, xüsusilə də qadınlar arasında çox geniş yayılmışdır. Bu xürafələri kimlər və nə üçün çıxarır?
CAVAB
Adətən bunları missionerlər çıxarırlar. Cahillərin əli ilə bunları yaymağa çalışırlar. Bunların məqsədləri Müsəlmanları öz uydurduqları xürafələrlə məşğul etmək və etiqadlarını sarsmaqdır. “Mədinədən gələn məktub”, “Məkkədən gələn mesaj”, “Yuxuda görülən dua” kimi xürafələr çıxarırlar, sonra da “Baxın, Müsəlmanlar xürafələrlə məşğuldurlar” deyirlər. “Bu duanı 7 nəfərə və ya 13 nəfərə göndərin, göndərməsəniz başınıza dəhşətli bəla gələr. Göndərən bir sürprizlə qarşılaşacaqdır” kimi xürafələr internetdə yayılmaqdadır. Bu işlərə alət olub, missionerlərin oyununa gəlməyək.
Xıdırəlləz nədir?
Sual: Xıdırəlləz nədir? Kimi, “Xıdırəlləz bir adətdir, qeyd etməyin heç bir zərəri olmaz” deyərkən, bəziləri də kafirlərin müqəddəs günüdür deyirlər. S. Əbədiyyədə isə “Novruz və Xıdırəlləz günləri kafirlər arasında dəyərli sayılır” yazılıb. Xıdırəlləzi qeyd etməkdə bir zərər vardırmı?
CAVAB
Adət demək səhv olar. Müsəlmanlıqda miladi aylar içərisində mübarək gün və gecə yoxdur. 6 May Xıdırəlləz günü Müsəlmanlıqla bağdaşmır. Həzrəti Xızırla Həzrəti İlyasın görüşdükləri gün deyə qeyd olunan bir xürafədir, qeyd etmək günahdır. O gün bir çox xürafələr görülməkdədir.
Körpənin hamam suyu
Sual: “Yeni doğulmuş körpənin ilk hamam suyunun torpağa tökülməsi lazımmış” deyirlər. Belə bir şey vardırmı?
CAVAB
Elə bir şey yoxdur.
Nübüvvət möhrü demək
Sual: Dairəvi möhür şəklində əl ilə yazılmış bir kəlmeyi-təvhidi nübüvvət möhrü deyə paylayırlar. Bir də düzəltdikləri o yazılı şəklə baxan adam üçün “O ilin içində ölərsə imanla axirətə köçəcək” deyirlər. Nübüvvət möhrü dedikləri bu yazını paylamaq doğrudurmu?
CAVAB
Elə yazıları da, paylamaqları da doğru deyildir. Müxtəlif fitnələrə səbəb ola bilər. Həmçinin etiqadı düzgün olmayan, dinin əmrinə uymayan bir adamın, kəlmeyi-təvhidə ildə bir dəfə deyil, min dəfə də baxsa, imanla öləcəyini söyləmək çox yanlış düşüncədir.
İmanla ölmək üçün nə etmək lazım olduğunu dinimiz bildirmişdir. Belə yazılara etibar edilməməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.