Məntiqi riyaziyyat
2. Aşağıdakı ardıcıllıqda, 1 milyonuncu həddi tapın.
Məntiq Sualları 121
- Aşağıdakı situasiyada, soldakı rəqəmləri boş xanalara elə yerləşdirin ki, bütün riyazi əməllər yerinə yetsin.
2. Cavab: 5 sm
5. Qutu A: 1 ağ top, Qutu B: 6 qara top, Qutu C: 2 qara top, 2 ağ top
Məntiq Sualları 120
1. Camal Ayşəyə baxmaqdadır, lakin Ayşə Qəhrəmana baxmaqdadır. Camal evlidir, lakin Qəhrəman isə evli deyil, subaydır. Evli adam subay adama baxmaqdadırmı? A) Bəli B) Xeyr C) Kifayət qədər məlumat yoxdur
2. Aşağıdakı ardıcıllıqda, 1 milyonuncu həddi tapın.
3. Aşağıdakı situasiyada, qıfılın kodunu tapmaq tələb olunur. İpuculardan istifadə edərək kodu tapın.
4. Beş oğlan meşəyə göbələk toplamağa gedirlər. Onlar bir yerdə toplam 14 göbələk yığırlar.Hər birinin ən azı bir göbələk yığdığı da məlumdur. Sübut edin ki, hansısa iki oğlan eyni sayda göbələk yığıb.
5. Bir qonaqlıqda, stolun üzərində 5 alma və 5 apelsin var. Ev yiyəsi qonaqlara deyir: “Qonaqlar bir cüt eyni meyvə yesələr, mən dərhal bir dənə yeni alma gətirəcəyəm. Bir cüt fərqli meyvə yesələr mən dərhal bir ədəd yeni apelsin gətirəcəyəm.” Bu məlumatdan istifadə edərək, ən son hansı növ meyvənin gətiriləcəyini tapın.
6. Dəryanın mənzilində 10 rozetka(ştepsel) var, lakin bu rozetkalar ona kifayət etmir.Buna görə də Dərya, troyniklərdən istifadə edir. Bir troyniki rozetkaya qoşanda, 3 yeni rozetka əmələ gəlir. Məlumdur ki, Dəryanın toplam 14 troyniki var. Dərya eyni anda şəbəkəyə ən çox neçə elektrik cihaz qoşa bilər ?
7.Aydın, Bəhram və Camal velosiped yarışçısıdırlar.Yarışda hərə öz velosipedini və formasını istifadə etmək yerinə, bir dostunun velosipedinə minib, digər dostunun formasını geyinir. Camalın formasını geyinən velosipedçi, Bəhramın velosipedinə minməkdədir. Buna görə, Aydının velosipedinə kimin mindiyini tapın.
Cavablar
1. Cavab A bəndidir.
2. 1414
3. Kod – 052-dir.
4. Tutaq ki, oğlanların hamısı fərqli sayda göbələk toplayıblar. O zaman onlar ən azı 1+2+3+4+5= 15 göbələk toplamış olarlar. Bu isə ola bilməz, çünki məlumdur ki, onlar 14 göbələk yığıblar. Deməli hansısa iki oğlan eyni sayda göbələk toplayıb.
5. Apelsin
6. 38 cihaz qoşa bilər
7. Aydının velosipedinə Camal minib.
Məntiq Sualları 119
1. Aşağıdakı situasiyada, sual işarəsinin yerinə nə gəlməlidir ?
2. Aşağıdakı situasiyada, ən yuxarıdakı kvadratdan ən aşağıdakı kvadrata gedən elə bir cığır(yol) tapın ki, doğru bir bərabərlik alınsın.
3. Aşağıdakı iki halların hansında liftin yuxarı, hansında isə aşağı getdiyini tapa bilərsinizmi ?
4. Üç tutuquşu var: Ququ, Kuku və Ruru. Bu tutuquşulardan biri hər zaman doğrunu deyir, biri hər zaman yalan danışır, biri isə hiyləgərdir: hərdən yalan danışır hərdən isə doğrunu deyir. “Kuku kimdir, hansı tipdir ?” sualına onlar belə cavab verirlər:
Ququ: – Yalançıdır.
Kuku: – Mən hiyləgərəm.
Ruru: – Təmamilə doğru danışan tutuquşudur.
Bu tutuquşulardan hansı yalançı, hansı hiyləgərdir?
5. Bir- birlərinə oxşayan 6 topdan üçü ağır(eyni çəki), üçü isə yüngüldür(eyni). İki gözlü tərəzidən ən azı neçə dəfə istifadə etməliyik ki, ağır olan topları tapaq ?
6. Planı aşağıdakı kimi olan 6 otaqlı və 9 qapılı ofisdəsiniz. Siz sol yuxarı otaqdan başlayaraq bütün qapıları kilidləyib ofisdən çıxmalısınız. Hər qapıdan yalnız bir dəfə keçə bilərsiniz. Gedilməli olan trayektoriyanı tapın.
7. Aşağıdakı situasiyada, üzərlərində 1-dən 9-a qədər rəqəmlər yazılan doqquz torba xüsusi qaydada düzülmüşlər.Fikir verərsək, görərik ki, 7×28=196, lakin 34×5 196-ya bərabər deyil. Torbaların yerini elə dəyişdirin ki, sağ və sol tərəfdə yerləşən cütlüklərdəki ədədlərin hasili ortadakı üçrəqəmli ədədə bərabər olsun.(_ __ ___ __ _ )
8. Aşağıdakı situasiyada bir qəpik, kvadrat formasında olan lövhənin ətrafında döndürülərək , başladığı vəziyyətə gətirilmişdir. Məlumdur ki, qəpik pulun perimetri kvadratın bir tərəfinin uzunluğuna bərabərdir. Lövhə ətrafında bir tur gedən qəpik öz ətrafında neçə dəfə dönmüş olar ?
3.Sol lift aşağı, sağ lift yuxarı gedir.
4. Kuku yalançı, Ruru isə hiyləgərdir.
5. Üç dəfə istifadə etmək kifayət edir.
6.
7. Həllərdən biri: 2×78=156=39×4
8. Öz ətrafında 5 dəfə dönmüş olar.
Məntiq Sualları 118
1. Aşağıdakı situasiyada cəmi neçə ədəd 8 var ?
2. Aşağıdakı situasiyada saat neçəni göstərir ?
3. İkisi qırmızı, ikisi göy və ikisi sarı rəng olan altı ədəd eyni ölçülü top var. Bu topları elə yerləşdirin ki, hər bir top özündən fərqli rəngdə olan bütün digər toplara toxunsun.
4.Üzərlərində 1-dən 9-a qədər rəqəmlər yazılan kartlar üzü aşağı qoyulub.Onlar oxlarla elə birləşdiriliblər ki, oxlar kiçik ədəddən böyük ədədə doğru gedir. M və N kartlarındakı ədədlərin cəmi neçəyə bərabərdir ?
5.On komandadan ibarət olan futbol turnirində, hər komanda digər bütün komandalar ilə iki oyun oynayıb.Turnirin sonunda xal cədvəli araşdırılanda belə bir fakt ortaya çıxır: Bütün komandaların qalibiyyət sayının cəmi, bütün komandaların heç-heçə saylarının cəminə bərabərdir. Turnirdə neçə oyun heç-heçə ilə qurtarmışdır ?
6. Aşağıdakı situasiyada bir muzeyin planı təsvir edilmişdir. Bir qapıdan iki dəfə keçməmək şərti ilə, muzeyin bütün zallarını gəzmək istəyirik. Bu şərti ödəmək üçün, marşrutu muzeyin hansı otağında başlayıb, hansında bitirməliyik?
7. Əli və Vəlinin sınıq bir saatı var. Bu saatın yalnız bir əqrəbi(oxu) var və bu ox saat 12-ni göstərir. Onlar belə bir oyun fikirləşirlər: Ikisi də sıra ilə oxu ya iki addım(saat), ya da üç addım saat əqrəbi istiqamətində irəli fırladırlar. Oxu saat 11-ə birinci gətirən oyunçu qalib hesab olunur. Əli oyuna birinci başlayır. O necə gedişlər etməlidir ki, mütləq qalib gəlsin?
Cavablar:
1. Doqquz ədəd 8 var.
2. Saat, yeddiyə on dəqiqə qalmışı göstərir.
3.
4. M+N=10
5. 30 oyun heç-heçə ilə qurtarmışdır.
6. 5 nömrəli otaqda başlayıb, 7 nömrəli otaqda qurtarmaq olar.
7. Əli, növbəti gedişləri edərək oyunu uda bilər: 3…8…1…6…11.
Məntiq Sualları 117
1.Hansı daha yüngüldür: bir kiloqram mismar yoxsa bir kiloqram lələk?
2. Rəhimin 4 torbası və 15 ədəd 1 manatlıq kağız pulu var. Rəhim bu 1 manatlıqları torbalara necə yerləşdirməlidir ki, 1 manatdan 15 manata qədər istənilən məbləği torbaların heç birini açmadan ödəyə bilməsi mümkün olsun?
3. Aşağıdakı situasiyada, hansı rəqəm daha uzun kağızdan düzəldilmişdir: 8 yoxsa 3 ?
4. Aşağıdakı variantlardan hansı, piramidanın yuxarıdan görünüşüdür?
5. Üç ədəd qutu var: Göy, sarı və yaşıl. Aşağıdakı ifadələrdən yalnız biri doğrudur: a) Göy qutu Vahid üçündür. b) Yaşıl qutu Vahid üçün deyil. c) Göy qutu Vahid üçün deyil. Tapın görək, hansı qutu Vahid üçün nəzərdə tutulub?
6.Aşağıdakı situasiyada, bəzi xanalar tanklar tərəfindən qorunur. Hansı bir ədəd tankın yerini dəyişməliyik ki, bütün xanalar tanklar tərəfindən qorunmuş olsun? (Tank döndərilə bilər, lakin digər tankları vura bilməz.Tank yerləşən xana qorunmuş hesab olunur.)
Cavablar:
1. Eynidirlər.
2. Rəhim dörd torbaya sıra ilə 1, 2, 4 və 8 manat qoymalıdır. O zaman 1-dən 15 manata kimi olan istənilən məbləğ bu torbalarla ödənilə bilər.
3. Hər ikisi eyni uzunluqdadır. (15 vahid kvadrat)
4. Cavab C bəndidir.
5. Yaşıl qutu Vahid üçündür.
6. İ xanasındakı tankı, Q xanasına yerləşdirməliyik.(yuxarı tuşlanmış şəkildə)
Məntiq Sualları 116
1.Aşağıdakı situasiyada rəngli xanaların yerinə elə ədədlər yazın ki, hər iki bərabərlik doğru olsun. Eyni rəngli xanalara eyni ədədlər yazılmalıdır.
2. Bir torbada 6 yaşıl, 5 qırmızı və 8 mavi top var. Bu torbanın içərisinə baxmadan ən azı neçə ədəd top götürməliyik ki, götürdüyümüz toplar arasında hər rəngdə topdan ən azı bir ədəd olsun?
3.Aşağıdakı şəkildə bir səhv var. Bu səhvi tapın.
4.Aşağıdakı cədvəldə sual işarəsinin yerinə hansı ədəd uyğun gəlir?
5.Aşağıdakı situasiyada, pələng dörd qapıdan birinin arxasındadır. Qapıların aşağısında yazılan dörd ifadədən üçü yalandır. Pələng hansı qapının arxasındadır?
6. Aşağıdakı situasiyada, sual işarəsinin yerinə hansı bənd uyğun gəlir?
7. Aşağıdakı situasiyada hansı bənd digərlərindən fərqlidir?
Cavablar:
1. Xanalara sıra ilə 1, 2, 3, 4, 5 yazsaq alınar.
2. 15 top
3. Kölgə düz düşməyib.
4. 63
5.Pələng D qapısının arxasındadır.
6. D bəndi doğrudur.
7. 4-cü əl fərqlidir. O sol əldir. Qalan bütün variantlarda sağ əl təsvir olunub.
Məntiq Sualları 115
1.Aşağıdakı bərabərliklərdən hansı doğru deyil?
2.İkirəqəmli ədədlərin çoxu bir neçə ardıcıl müsbət tam ədədin cəmi şəklində göstərilə bilər. Bəzi nümunələr aşağıda verilmişdir. Bəs bu şəkildə (ardıcıl müsbət tam ədədlərin cəmi şəklində) göstərilə bilinməyən ən kiçik ikirəqəmli ədəd hansıdır?
3.Aşağıdakı şəkildə 7 nöqtə və onlar arasında bəzi bağlantılar(xətlər) verilib. Bu situasiyada ən azı neçə bağlantı(xətt) əlavə etməliyik ki, yeddi nöqtədən hər biri digər nöqtələr ilə eyni sayda bağlantıya sahib olsun? (Bağlayıcı xətlər kəsişə bilər)
4.Kamil cəmləri 15-ə bərabər olan müsbət tam ədədlərdən ibarət bir sıra ədəd çoxluqları fikirləşir və bu çoxluqlardakı ədədlərin hasilini hesablayır. Məsələn 5+5+5=15 və 5*5*5=125 və yaxud 4+3+7+1=15 və 4*3*7*1=84. Kamilin vurmada əldə edə biləcəyi ən böyük ədəd hansıdır?
5. Aşağıdakı fiqurlardan hansı ikisini birləşdirib, 2x2x2 ölçülü tam dolu bir kub əldə etmək olar?
6. Bir oğru 1-ci (bazar ertəsi), 3-cü (çərşənbə), 5-ci (cümə) günləri doğru danışır. Həftənin qalan bütün günlərində isə yalan danışır. Bir gün oğru dedi: “Mən sabah doğru danışacam”. Oğru bu ifadəni həftənin hansı günü deyib?
2. Bu ədəd 16-dır.
3. Cavab: 9(doqquz) xətt kifayətdir.
4.Cavab 243-dür. 3+3+3+3+3=15 və burada 3*3*3*3*3=243. Digər bütün hallardakı alınan bütün ədədlər 243-dən kiçikdirlər.
5. Cavab: B+C. B və C fiqularını birləşdirərək tam dolu kub əldə etmək olar.
6. Cavab: Şənbə günü
Məntiq Sualları 114
- Aşağıdakı situasiyada, Əli son hədiyyə qutusunu(A) hansı yığına(1, 2, 3, yoxsa 4) qoyacaq?
- Bir ay cümə günü başlayıb, cümə günü də bitir. Bu, hansı ay ola bilər?
- İki maşın eyni anda A nöqtəsindən başlayıb, uzunluğu 2 km olan yol üzrə sabit sürətlə hərəkət edirlər. Maşınlardan biri digərindən daha sürətli olduğundan, sürətli maşın bəzi nöqtələrdə digər maşını ötəcək. İlk ötmə yeri A nöqtəsindən 150 metr məsafədə baş verir. İkinci ötmə A nöqtəsindən neçə metr uzaqlıqda baş verəcək?
- Kamil, Məlik və Abdulla bir neçə stolüstü tennis oyunu oynayırlar.Oyunu uduzan oyunçunun yerinə, növbəti dəfə bu oyunda iştirak etməyən şəxs oynayır.(Qalib gələn oyunçu oyunda qalır prinsipi ilə oynayırlar.) Sonda məlum olur ki, Kamil 8 oyunda, Məlik isə 17 oyunda iştirak edib.Beşinci oyunda kim uduzub?
- Aşağıdakı situasiyada, boş dairələrə 1, 2, 3, 4, 5 və 6 rəqəmlərini bir dəfə yazmaq tələb olunur. Yalnız bir şərt var: Düz xətlə birləşən dairələrdə qətiyyən ardıcıl ədədlər yerləşə bilməz. Məsələn 4 rəqəmi, 3 və ya 5 ilə düz xətlə bitişik ola bilməz. Dairələri doldurun.
- Mehman və Mahmud əkiz qardaşdırlar. Onlardan biri(bilmirik hansı) həmişə yalan danışır, digəri isə hər zaman doğrunu danışır. Onlardan birinə soruşuram: “Yalan danışan Mahmuddur?”. “Bəli”, o deyir. Mən Mehmanla danışdım yoxsa Mahmudla?
Məntiq Sualları 113
- Aşağıdakı situasiyada, eyni zərin müxtəlif görünüşləri təsvir olunub.Sonuncu görünüşdə, zərin bir üzü boşdur.Bu boş üzdə neçə ədəd nöqtə(xal) olmalıdır?
- Aşağıdakı situasiyada, kəndirin iki ucundan tutub dartsaq, düyün alınar yoxsa yox?
- Gölün ortasındakı bir adada bir traktor var. Traktor adaya gəmi və ya vertolyot ilə gətirilməyib. Həmçinin məlumdur ki, traktor adada düzəldilməyib. Bəs o zaman, traktor bu adaya necə gəlib çıxıb?
- Aşağıdakı situasiyada, 1-dən 9-a qədər rəqəmlərin hər boşluğa birini yazmaq lazımdır(hər birini yalnız bir dəfə).Şərtimiz budur: Gözlərdəki ədədlərin hasili başın üzərindəki ədədə bərabər olmalıdır. Həmçinin, hər bir gözlə ağızdakı ədədin hasili, üzün uyğun tərəfindəki ədədə bərabər olmalıdır. Boş xanaları doldurun.
- Aşağıda bir saat təsvir olunub. Gördüyünüz kimi, saatdakı bütün ədədlər götürülüb.Həmçinin məlumdur ki, saat öz mərkəzi ətrafında müəyyən qədər fırlanıb. Saatın göstərdiyi doğru vaxtı tapın.
Məntiq Sualları 112
- Aşağıdakı situasiyada, son budaqda neçə ədəd meyvə olmalıdır?
- Aşağıdakı situasiyada, 1-dən 8-ə qədər ədədləri (hər birindən yalnız bir dəfə istifadə etməklə) boş formalara elə yazın ki, hər bir kvadratda olan ədəd, ona qonşu olan iki dairədəki ədədlərin cəminə bərabər olsun.
- Aşağıdakı situasiyada, xanalara rəqəmləri elə yazın ki, horizontal yerləşən iki rəqəmli ədədlərin hamısı 7-yə, vertikal yerləşən iki rəqəmli ədədlərin hamısı 3-ə tam bölünsün.İki rəqəmli ədədlərin hər birindən yalnız bir dəfə istifadə etmək olar.
- Aşağıdakı situasiyada, sual işarəsinin yerinə hansı ədəd uyğun gəlir?
- Aşağıdakı situasiyada, üzərində rəqəmlər, çıxma və bərabərlik işarəsi olan kartlardan çıxma əməli düzəltməyə cəhd olunub.Lakin bu cəhd uğurlu alınmayıb, çünki 789 ilə 456-nın fərqi 123-ə bərabər deyil. Lakin, 7 ilə 3 kartını, sonra 3 ilə 4 kartını və nəhayət 9 ilə 6 yazılan kartları dəyişdikdə, 486-359=127 doğru bərabərliyi alınır. Aşağıdakı konfiqurasiyada, yalnız iki dəfə kartların yerini dəyişməklə doğru bərabərliyi necə əldə etmək olar?
Kitabı yükləmək üçün şəkli sıx! Məzmun: Cavablı zəka sualları
Müəllif: Tərlan Nəzərov
Riyaziyyat haqqında deyilən məşhur sözlər
Riyaziyyatçılar aşiqlər kimidir.Onlardan birinə ən kiçik bir qanunu verin,o ondan bir nəticə çıxaracaq,təbii ki bu nəticəni qəbul etməniz lazım olacaq,o da bu nəticədən başqa bir nəticə çıxaracaq.
Bernard le Bove Fontenel
Riyaziyyatı istifadə etməyən elmlər, ələ aldıqları mövzularda ancaq xarici quruluşu araşdıra bilərlər;çünki riyaziyyatla dilə gətirdikləri, ancaq bəzi əlaqələrdir;bu əlaqələr isə əlaqədar ünsürlər arasında deyil,xarici görünüşlə əlaqədar nöqtələr arasında ola biləcəyindən, bir varlığın özünü,onun əslində nə olduğunu bizə verməkdən acizdirlər.
M.K.Atatürk
Riyaziyyat lazımlı nəticələri çıxaran bir elmdir.
Benyamin Piers
Riyaziyyat riyaziyyatçılar üçün yazılar.
Nikolas Kopernik
Həndəsə zəkanı işıqlandırar və ağılı doğru yola itəliyər.Onun bütün dəlilləri açıq və nizamlıdır.Çox yaxşı təşkil edildiyindən həndəsi məntiqin səhv etməsi haradasa qeyri-mümkündür.Bu səbəblə davamlı həndəsəyə müraciət edən bir ağılın səhvə yol verməsi çox nadirdir.Buna görə də həndəsə bilən adam zəka qazanar.Əflatunun qapısında aşağıdakı sözlərin yazılı olduğu nəql edilir:Həndəsəçi olmayan evimizə girə bilməz.
İbn Haldun
Riyaziyyatda böyük olmanın iki yolu vardır: birincisi hər kəsdən ağıllı olmaq, ikincisi də hər kəsdən axmaq,lakin təmkinli olmaq.
Raul Bott
Transendental ədədlərin həqiqi və ya kompleks ədədlər sahəsindəki yeri böcəklərin heyvanlar aləmindəki yerinə çox bənzər.Hər kəs onların ən izdihamlı sinif olduğunu bilər,ancaq çox az insan onların bir ya da ikisindən çoxunu adla tanıyar.
D.R.Nyuman
Kainat hər an müşahidələrə açıqdır;amma onun dilini və bu dilin yazıldığı hərfleri öyrənmədən,başa düşmədən izah edilə bilmir.Kainat riyaziyyat dili ilə yazılmışdır.Onun hərfləri üçbucaqlar,dairələr və digər həndəsi fiqurlardır.Bunlar olmazsa bir sözü belə başa düşülməz.Fiqurlarsız ancaq qaranlıq bir labirintdə gəzmək olar.
Q.H.Hardi
Riyaziyyatın elə bir budağı yoxdur ki,nə qədər mücərrəd olursa-olsun,bir gün yaşadığımız dünyada istifadə sahəsi olmasın.
İ.Nyuton
Riyaziyyatda bir şeyləri əsla anlamazsan, yalnız onlara alışarsan.
Lobaçevski
Riyaziyyat niyə danışdığımızı,nə də söylediymiz sözün doğru olub olmadığını bilmədiyimiz bir mövzudur.
Anonim
Bir teoremin zərifliyi onda görə bildiyin fikirlərin sayıyla düz,o fikirləri görə bilmək üçün xərclədiyin səylə tərs mütənasibdir.
Bertrand Russell
Riyaziyyatçının naxışları rəssam və ya şairlərinki kimi gözəl olmalı, fikirləri rənglər və ya sözlər kimi bir-birlərinə ahənglə uyğun gəlməlidir.… Dünyada çirkin riyaziyyat üçün əsla daimi bir yer yoxdur.
Corc Poyla
İnsanın dəyəri bir kəsrlə ifadə ediləcək olsa surəti həqiqi şəxsiyyətini göstərər, məxrəci də özünü nə zənn etdiyini.Məxrəc böyüdükcə kəsrin dəyəri kiçilər.
Tolstoy
Başqa hər şey də olduğu kimi riyazi bir nəzəriyyə üçün də elədir; gözəllik qəbul edilə bilər lakin açıqlana bilməz.
Artur Kayley
Həqiqəti axtarmaq onu əldə etməkdən daha qiymətlidir.
Albert Eynşteyn
Həyat yalnız iki şey üçün gözəldir;riyaziyyatı kəşf etmə və öyrətmə.
Puasson
Tez-tez «riyaziyyat, teoremləri isbat etməkdən ibarətdir» sözünü eşidirik.Bir yazarın əsas işi cümlə yazmaq deyilmidir?
J.K.Rota
Axmaqların soruşub ağılı insanların cavab verə bilmədiyi bir çox sual vardır ki,onların da cavabını riyaziyyat verir.
Corc Poyla
Riyaziyyat ən aşkar olanı ən az aşkar yolla sübut etmə işidir.
Corc Poyla
Məntiqi olaraq düşünülə biləcək olanı məntiqi olaraq düşünmək-riyaziyyatçının məqsədi budur.
C. J. Keyser
Riyaziyyatdakı ən böyük irəliləmələrin bəziləri daha sonra açıqlanması zəruri hala gələn kiçik simvolların icadıyla olmuşdur.Mənfi işarəsindən bütün mənfi halların nəzəriyyəsi çıxmışdır.
Aldus Huksley
Hilbertin bir riyaziyyat şagirdi dərslərə davam etməməyə başlamışdı.Ona cavanın şair olmaq üçün ayrıldığını söylədilər.Hilbertin belə dediyi nəql edilir:mən onsuz da onun bir riyaziyyatçı olmasına çatacaq qədər təxəyyülə sahib olduğunu heç düşünməmişdim.
Corc Poyla
Kafi dərəcədə riyaziyyatla məşğul olan və saysız-hesabsız ola biləcək istisnaları görüb başı qarışana qədər hər kəs bir əyrinin nə olduğunu bilər.
Felix Klein
Riyaziyyatın yüksək vəzifəsi bizi əhatə edən qarmaqarışıqlıqlar içərisində gizlənən nizamı tapıb üzə çıxarmaqdır.
Pifaqor
Bir-biri ilə qarşılaşan ədədlər, fiqurlar və onların kombinasiyası bütün riyazi ideyaların mənbəyidir.
Pifaqor
Vaxtımı siyasətə və tənliklərə sərf edirəm.Zənnimcə tənliklər daha vacibdir,çünki siyasət yalnız həmin məqam üçün mövcud olduğu halda, tənliklər əbədidir.
Pifaqor
Riyaziyyatı qonşuya baxaraq öyrənmək olmaz.
A.Niven
Riyaziyyatçı olmayan qoy məni oxumasın.
Leonardo da Vinçi
İnsan kəşflərinin heç biri elmi həqiqət ola bilməz, əgər o, riyazi sübutlarla təsdiqlənmirsə.
Leonardo da Vinçi
Riyaziyyat öz-özlüyündə aydın olan elmlərdən biridir.
K.Yakobi
Riyaziyyat məntiqi fikirlərin vərdiş olunmasında əsas rol oynayır.
A.Sen-Simon
Məhz riyaziyyat bizi yalançı hisslərdən müdafiə edir.
Eyler
- Teqlər:
- məşhur sözlər
- , riyaziyyat
- , riyaziyyat haqqinda
Comments are closed, but trackbacks and pingbacks are open.