Mənəvi xəzinələr
Bu gün Azərbaycanda 200-ə yaxın muzey var. İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb. AMEA-nın Tarix Muzeyi ötən əsrin 20-ci illərindən millətin ixtiyarına verilib. Maraqlıdır ki, bu muzey Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşir. Həmin binanın özü də Azərbaycan tarixinin keçmişindən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də Tarix muzeyinə bəzən “Muzey içində muzey” deyirlər. Fərəhli haldır ki, dövlətin xüsusi qayğısı nəticəsində bu qədim muzey də yüksək səviyyədə bərpa və təmir edilərək yenidən öz qapılarını seyrçilərin üzünə açmışdır. Ötən il ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, Tarix muzeyinin 90 illik yubileyi dövlət səviyyəsində qeyd edildi.
Xəzinələr xəzinəsi – FOTO
Tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinənin ünvanı muzeylərdir.
Muzey əslində elm, maarif müəssisəsidir. Ona, sadəcə olaraq, qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyildir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra muzeylərə münasibətdə də məhz bu mənada müsbət dəyişikliklər baş verib. “Muzey” yunan sözü olub “muzalar məbədi” deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunardı. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, tədqiq və təbliğ edən müəssisələr belə adlandırılmışdır. Dünyada ilk muzey Misirdə qədim İskəndəriyyə şəhərində yaradılmışdır. Dünyada məşhur muzeylər çoxdur. Parisdə Luvr, Londonda Viktoriya və Albert, İstanbulda Topqapı muzeyləri, eləcə də Sankt-Peterburqda Ermitaj.
Azərbaycanda muzey işi qədm dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçib. Mahiyyətinə görə muzeylər müxtəlif təmayüllü olurlar. Məsələn, dövlət, memorial, ədəbiyyat, incəsənət, tarix, musiqi, səyyar, qoruq və s. Qoruq muzeylər, adətən, açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar sayılır. Azərbaycanda belə möhtəşəm muzeylərə Şəki Xan sarayını, Qobustan qayalıqlarını, Şirvanşahlar kompleksini, Möminəxatın məqbərəsini, eləcə də Şuşa şəhərini göstərmək olar.
Ümummilli lider Heydər Əliyev həmişə muzey işinə xüsusi diqqət yetirərdi. Azərbaycanda cəmi üç şairin məzarı üstündə məqbərə ucaldılıb. Molla Pənah Vaqifin (Şuşada), Hüseyn Cavidin (Naxçıvanda) məzarları üstündə ucaldılan məqbərələr məhz ulu öndərin təşəbbüsü ilə yaradılıb. Eləcə də bir sıra memorial muzeylərin qurulması da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə muzey işinin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən də lazımi tədbirlər ardıcıllıqla görülür. Təkcə Bakıda deyil, bölgələrimizdə yerləşən muzeylərdə də əsaslı yenidənqurma və təmir işləri aparılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” 2006-cı il 18 dekabr və “Müasir İncəsənət muzeyinin yaradılması haqqında” 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Prezident milli mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə xüsusi diqqət göstərərək artan iqtisadi potensialın tempinə uyğun olaraq mədəniyyət sahəsində də yeni mərkəzlərin yaradılmasını, fəaliyyət göstərməsini, millətə xidmət etməsini zəruri sayır.
Prezident İlham Əliyevin 2007-ci il martın 6-da “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” imzaladığı sərəncamda deyilir: “Azərbaycanda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi həyatının inkişafı baxımından əhəmiyyətini və perspektivlərini nəzərə alaraq elmi və mədəni sərvətlərin hərtərəfli istifadə imkanlarını genişləndirmək üçün Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı hazırlansın”. Elə həmin sərəncama əsasən, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyinin müasir tələblərə, beynəlxalq standartlara cavab verməsi üçün yeni binada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edildi. 2010-cu ildə Dənizkənarı Milli Parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyinin təməlqoyma mərasimi oldu.
Bu gün Azərbaycanda 200-ə yaxın muzey var. İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb. AMEA-nın Tarix Muzeyi ötən əsrin 20-ci illərindən millətin ixtiyarına verilib. Maraqlıdır ki, bu muzey Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşir. Həmin binanın özü də Azərbaycan tarixinin keçmişindən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də Tarix muzeyinə bəzən “Muzey içində muzey” deyirlər. Fərəhli haldır ki, dövlətin xüsusi qayğısı nəticəsində bu qədim muzey də yüksək səviyyədə bərpa və təmir edilərək yenidən öz qapılarını seyrçilərin üzünə açmışdır. Ötən il ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, Tarix muzeyinin 90 illik yubileyi dövlət səviyyəsində qeyd edildi.
Eləcə də maddi-mənəvi sərvətlərin başqa bir ünvanı sayılan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də indi özünün rezonans dövrünü yaşayır. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 70 illik yubileyini təntənə ilə qeyd edən bu möhtəşəm muzey də dövlətin qayğısı ilə fəaliyyətinin yeni mərhələsinə qədəm qoydu. Əsaslı təmirdən sonra fəaliyyətə başlayan muzeyin ekspozisiyası bütünlüklə təzələndi. Bu gün muzeyə dünyanın neçə-neçə ölkəsindən saysız-hesabsız qonaqlar gəlirlər. Təkcə Azərbaycanda deyil, dünyada yeganə muzeydir ki, elm ocağı kimi fəaliyyət göstərir. AMEA-nın mədəniyyət məbədi adlanan bu ünvanda söz sərvətimizi qədim dövrlərdən bu günə qədər əks etdirən mükəmməl ədəbiyyat, əlyazmalar və digər sənədlər saxlanılır.
Bakının Qala kəndində bir neçə il öncə istifadəyə verilmiş Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə açıq səma altında yaradıldı. Bu muzeydə Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanaraq bərpa olunub. Bu ərazidə eramızdan əvvəl III-II minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ibtidai görünüşündə olduğu kimi qurulub. Muzey kompleksi qədim və orta əsrlərdən üzübəri sakinlərin məişəti, təsərrüfatı, sənətkarları haqqında ətraflı məlumat almağa imkan verir. Burada fəaliyyətə başlayan Əntiq əşyalar muzeyi də öz gözəlliyi və zənginliyinə görə həm yerli, həm də xarici ölkə vətəndaşları tərəfindən maraqla seyr edilir.
Ölkə muzeylərinin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bu sahədə bir sıra əlavə tədbirlərin həyata keçirilməsi zərurəti də özünü göstərməkdədir. Bu, bir tərəfdən maddi-mənəvi abidələrin mühafizəsi üçündürsə, digər tərəfdən də inkişaf edən, gündən-günə gözəlləşən məmləkətimizin hər bir mədəniyyət ocağının dünya standartlarına uyğun şəkildə həyata qaytarılması, bərpa edilməsi və yaşamasıdır.
Dövlət başçısının sərəncamına əsasən, tikilən müasir İncəsənət muzeyinin 2009-cu ilin martında açılış mərasimi keçirildi. Bu muzeydə Azərbaycanın görkəmli, eləcə də gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanıb.
Paytaxtımızın özü də səma altında bir muzeyə bənzəyir. Qədim tarixi abidələr, binalar bərpa edilərək ikinci ömrünü yaşayırlar. Müxtəlif park və xiyabanlarda tarixi keçmişimizi əks etdirən eksponatların yerləşdirilməsi diqqət çəkir. Paytaxtın müxtəlif ünvanlarında qədim memarlıq üslubunda kiçik hasarların hörülməsi, ətrafında araba və küplərin düzülməsi, əkinçilik mədəniyyətini əks etdirən alətlərin nümayişi həm şəhər sakinlərinə, həm də qonaqlara xoş təsir bağışlayır. Hətta elə əşyalar var ki, onların öz görünüşü tarixin konkret məqamından xəbər verir. Daha əlavə izahata ehtiyac duyulmur. Bu mənada, qədimliklə müasirliyi özündə ustalıqla qovuşduran Bakı həm klassik, həm də modern görkəmli şəhərdir.
Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidələrimiz, muzeylərimiz işğalçı erməni quldurları tərəfindən zəbt edilərək ya qarətə, ya da dağıntıya məruz qalmışdır. Yeraltı, yerüstü sərvətlərimiz, var-dövlətimiz, tarixin daş yaddaşı sayılan abidələrimiz, muzeylərimiz, mədəniyyət ocaqlarımız, Azərbaycan qadınının duyğu və düşüncələrinin əksi olaraq qədim xalça məmulatları erməni talançılarının əlinə keçərək mənimsənilmişdir. İşğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını məhv etmişlər.
Bu gün dünya muzeylərin beynəlxalq mühafizəsindən söhbət açır. Təəssüf ki, ikili münasibətin nəticəsində məhv edilmiş, təmayülü dəyişdirilmiş, sıradan çıxarılmış bu maddi-mənəvi sərvətlərimiz ədalətdən, sülhdən, haqdan danışanların yadına da düşmür. Şuşada, Füzulidə, Ağdamda, Kəlbəcərdə elə muzeylər var idi ki, onlar dünyada yeganə sayılırdılar. Bu şəhərlərin elə özləri də “səma altında muzey” idilər. Yaradıcısı İlahinin özü idi. Onu sıradan çıxaran, dağıdan, talayan isə erməni adlı vəhşilər oldu. Muzeylərə həm də “xəzinələr xəzinəsi” deyirlər.
Mənəvi xəzinəmiz
Kainat kitabının tərcüməçisi Qurandır. Qurandakı həqiqətləri də təbiət kitabı açıqlayar. Fizika, tibb, astronomiya kimi elmlər, İslam şəriətini anladır. Çiçəklərin dili başqa, heyvanların dili başqa, dənizlərin, ulduzların dili başqadır. Hamısının tərcüməçisi isə Qurani Kərimdir. Kainatda maddi xəzinələr kimi mənəvi xəzinələr də var. İbrahim əleyhissalamı yandırmayan atəş ilə əlaqədar şərhlərdə “Allah sizin üçün bir maddə yaratmışdır; o maddəni atəş yandırmır. Bu maddəni tapın, çıxarın və bədəninizə sürtün” deyə maddi bir xəzinənin yolu göstərilərkən, ibadətlər kimi mənəvi xəzinələri də Quran bildirir. Harama əl uzatmayan insan pulunun bərəkətini görər. İşləyən qazanar, zəngin olar. Zəkat verən özünü fəlakətlərdən qoruyar.
Ulduzlar, planetlər fəzada heç nəyə söykənmədən dirəksiz dayanarlar. Astronomiya elmi olaraq bunları çox gözəl açıqlayır. Elmdən mənəviyyata keçdik, Allahın qüdrət sifətini anladıq. Quran, gizli həqiqətlərin altında inkişaf edən həqiqətlərin açarıdır. İnsan ölən birini görərkən “itirdik” deyir. Əslində itən bir şey yoxdur. İnsanın bədəni ölür, ruh əbədidir. Toxumu torpağa basdırdıq. Zamanı gələrkən cücərib yaşıllaşacaq. Qış gələrkən təbiət, kəfənini geyər və ölər, bahar gələrkən hər şey əskiksiz və səhvsiz yenidən dirilər. Təbiətdən həşir-nəşir həqiqətini anladıq.
Quran dünyanı və axirəti anladan bir kitabdır. Axirət bu dünyadadır! Necə? Çünki ruhumuz var. Ruh, axirətin azuqəsidir. Ölərkən bədənimiz öləcək, ruhumuz ölməyəcək. Bədənlə ruh necə bir yerdədirsə, dünya ilə axirət də eləcə bir yerdədir. İnsan hər zaman belə düşünür: “Çox gözəl bir evim olsa. Çox gözəl bir bağçam olsa. Çox da gözəl bir yoldaşım olsa. ” Qardaşım, sən axirəti istəyirsən, onlar dünyada deyil ki. Onları istəmək, axirəti hiss etməkdir. Quran, axirətin varlığını bizə dünyadaykən hiss etdirir, bildirir. Allah cənnəti Quranda müjdələyir. “Bu dünya pərdəsinin arxasında cənnət var”- deyir. Qurana tabe olanın dünyası və axirəti cənnət olar. Quran, Allahın kəlamıdır. Quran oxuyan Allahın sözünü təkrar edir. Allah bizə bunu Quranla nəsib edir. Quran Allahın məqamından gələrək bizim evlərə qonaq olur.
Lampa çöl dünyamızı aydınladır, Quran nuru daxili dünyamızı, haqqla batili göstərər. Quran insanların tərbiyəçisidir. Bizi Quran tərbiyə edib ki, spirtli içki içmirik, qumar oynamırıq, haramlardan uzaq dayanıb halallarla yaşayırıq. Qurandakı dəlillər sarsılmayan, yanlışı olmayan hökmlərdir. Hikmət, heç bir zaman təməli dəyişməyən hökmlərdir. Hər an üçün faydası var. Quranda bütün insanlıq üçün dəyişməyən, faydalı qanunlar var. Bir insandan, insanlıq adına nə gözlənilir, bütün o gözlənilənlər Qurandadır. Hər ağıldan bir fikir keçir dedikləri doğrudur, amma onların hansının doğru olduğunu da Quran göstərir. Quran, insanın mənəvi ehtiyaclarını qarşılayacaq bir sığınacaqdır. Quranın ən böyük xüsusiyyəti ona tabe olanların həyatını pislikdən yaxşılığa doğru aparmasıdır. Quran, insanların həyatını tamamilə dəyişdirmiş və dəyişdirməyə davam edir. Millətlərin, dövlətlərin həyatı Quranla dəyişmişdir. Quran elə bir bağçadır ki, hər kəs əlinin çatdığı qədər meyvə yığa bilər
Comments are closed, but trackbacks and pingbacks are open.