Avtomobil krediti – Maşın krediti Avto kredit veren banklar hansilardir
Ödənişlərin miqdarı dəyişərsə, bank sizə yenilənmiş qrafik göndərməlidir (çatdırılma metodu müqavilədə göstərilir). Yenisi alınana qədər köhnə qrafikə uyğun olaraq ödəniş aparılmalıdır. Bank ödəmə məbləğini retroaktiv (arxa tarixlə) dəyişdirə bilməz.
İpoteka krediti nədir və onu necə almaq olar?
İpoteka nədir, neçə növü var, bütün riskləri necə nəzərə almaq olar, ipoteka ilə alınan əmlak kimə məxsusdur və faizlər necə ödənilməlidir? Məqsədimiz ipotekanı götürməmişdən əvvəl və bu barədə qərar verdikdən sonra nə edəcəyinizi aydınlaşdırmaqdır.
İpoteka – əmlak girovudur. Yəni ipoteka krediti, bankdan faizlə (kredit) götürdüyünüz puldur. Pulu qaytaracağınıza zəmanət olaraq isə daşınmaz əmlakınız: ev, mənzil və ya torpaq çıxış edir.
İpoteka, adətən ev almaq üçün kredit kimi qəbul edilir. Bu halda girova – bankın verdiyi pulla alınan mənzil (ev) götürülür. Bu ipotekanın müxtəlif növlərindən yalnız biri olsa da, ən çox yayılanıdır. Azərbaycanda da ipoteka dedikdə, bir qayda olaraq bu növ ipoteka krediti nəzərdə tutulur.
Beynəlxalq təcrübədə ipotekanın digər növlərindən da aktiv istifadə olunur. Məsələn, şəxs, artıq özünə məxsus olan əmlakı girov qoyaraq yeni ev üçün ipoteka ala bilər. Bundan əlavə, ipoteka təkcə daşınmaz əmlak üçün deyil, təmir, tikinti və təyinatı göstərilməyən digər məqsədlər üçün də alına bilər.
İpoteka krediti bir və ya iki müqavilə ilə rəsmiləşdirilir: kredit müqaviləsi və daşınmaz əmlakın girov kimi bir banka verilməsi barədə ipoteka müqaviləsi.
Daşınmaz əmlak – zərər vurmadan daşınması mümkün olmayan torpaqla möhkəm bağlı obyektdir. Daşınmaz əmlaka həmçinin dövlət qeydiyyatında olan təyyarə və dəniz gəmiləri, daхildə üzən gəmilər və s. obyektlər aiddir.
İpoteka kreditini götürməzdən əvvəl nəyi aydınlaşdırmaq lazımdır?
Adətən, ipoteka üçün onilliklər ərzində ödəniləcək böyük bir məbləğ götürülür və bu kifayət qədər ciddi və uzunmüddətli öhdəlikdir. Buna görə, ipotekanı götürməzdən əvvəl aşağıdakı sualları cavablandırmalısınız:
1. İlkin ödəniş üçün nə qədər pulum var və kreditə nə qədər götürməliyəm?
Bir qayda olaraq, ipoteka krediti alarkən qiymətin bir hissəsini, yəni ilkin ödənişi özünüz ödəməlisiniz. Məsələn, mənzilin qiymətinin 30%-i öz hesabınızdan, qalan 70%-i bank tərəfindən veriləcəkdir.
2. Krediti ödəmək üçün hər ay qazancımın hansı hissəsini banka verməyə hazıram və bunu hansı müddətdə edə bilərəm?
- Gəlirinizi və qarşıdakı xərclərinizi təxmini qiymətləndirin.
- Kredit ödənişləriniz illik gəlirinizin ½-dən çox olarsa, krediti qaytara bilməmək riski var.
- Tələsməyin, ayıq olun və fərqli bankların təkliflərini müqayisə edin, müqavilə şərtlərini diqqətlə öyrənin. Hər məqamı başa düşdüyünüzə əmin olun. Sonrakı peşmançılıq fayda vermir.
Bütün ipoteka krediti müqavilələrində hər bir müştəri üçün individual kredit şərtlərini – xüsusən məbləği, valyutanı, kredit müddətini, faiz dərəcəsini, cərimələrin miqdarını və digər parametrləri göstərən qrafik olmalıdır.
Qrafikin quruluşu bütün banklar və mikromaliyyə təşkilatları üçün eynidır. Cəmi 16 xana var və onların heç biri boş olmamalıdır.
Ümumi şərtlər isə, məsələn, borcalanın və borc verən şəxsin hüquq və vəzifələri müqavilədə açıq mətnlə göstərilir.
Ödənişlərin miqdarı dəyişərsə, bank sizə yenilənmiş qrafik göndərməlidir (çatdırılma metodu müqavilədə göstərilir). Yenisi alınana qədər köhnə qrafikə uyğun olaraq ödəniş aparılmalıdır. Bank ödəmə məbləğini retroaktiv (arxa tarixlə) dəyişdirə bilməz.
Kreditin illik faizlə tam dəyəri və valyuta müqavilənin birinci səhifəsində göstərilir. Burda kreditlə bağlı bütün xərcləriniz əks olunur: əsas borc və kredit üzrə faizlər, eləcə də müqavilə üzrə banka ödəməli olduğunuz digər ödənişlər.
3. Krediti necə ödəyəcəm?
İpoteka krediti ödənişi iki hissədən ibarətdir: əsas kredit məbləği və kredit üzrə faizlər.
Digər xərcləri də unutmaq olmaz: ipotekanın dövlət qeydiyyatı üçün dövlət rüsumunu və girov qoyulmuş əmlakın sığortasını ödəməli olacaqsınız.
Bank öz maraqları üçün sizə göstərdiyi xidmətlərə görə ödəniş ala bilməz. Məsələn, kredit müraciətinə baxılması üçün.
İpoteka krediti diferensial və ya annuitet ödənişlər ilə qaytarılır. Tələsməyin – bu terminlərin izahı veriləcək.
Diferensial ödəniş – hər ay əsas borcun müəyyən bir hissəsini qaytarırsınız və əlavə olaraq borcun qalan hissəsi üçün faiz ödəyirsiniz. Hər keçən ay ödəniş azalır və annuitetlə müqayisədə bütün kredit müddəti üzrə faizlərə daha az xərciniz çıxır. Lakin bu halda müddətin əvvəlində ödəyəcəyiniz məbləğlər, sonundakı ödənişlərdən daha çox olacaqdır.
Annuitet ödənişi – hər ay bərabər miqdarda ödəniş edirsiz. Tədricən əsas borcunuzu bağlayırsınız: onun annuitetdə payı hər ay artır və buna uyğun olaraq növbəti ay üçün faizlər azalır. Annuitetlə büdcəni planlaşdırmaq daha rahatdır.
Ödəniş metodunu bank təklif edir və bunu müqavilədə göstərir – buna görə də müxtəlif bankların şərtlərini diqqətlə araşdırın və sizin üçün ən uyğununu seçin. Bank, həmçinin əsas borcun və faizlərin qaytarılma məbləğləri və ödəmə tarixləri (və ya onların müəyyənləşdirilməsi sxemi) haqqında məlumat olan bir cədvəl verməli və müqavilənin qüvvədə olduğu müddət üzrə ödənişlərin ümumi məbləğini göstərməlidir.
Diferensial və annuitet ödənişlərinin hesablanması nümunələri
Hesablamalar təxmini xarakter daşıyır. Dəqiq hesablama üçün faiz dövrü və təqvim ilindəki günlərin dəqiq sayı bilinməlidir.
Məsələn, illik 12% olmaqla 15 il (180 ay) müddətinə 50.000 manat məbləğində ipoteka krediti götürürsünüz. Birinci il üçün ödəniş cədvəli aşağıdakı kimi olacaq:
Qeyd: Birinci ilinin sonuna qalıq borc 46,666 manat təşkil edəcək.
Diferensial ödəmədə, kredit üzrə əsas borcun məbləği ümumən bərabər hissələrlə ödənilir (verilən misalda: 50.000 manat / 180 ay = ayda 277 manat). Kredit üzrə faiz qalıq borcdan hesablanır, borcun azalması ilə ödənişin məbləği də hər ay azalır. Yəni, kreditin ilk ayında faiz 50.000 manatdan, növbəti ayda – 49.723 manatdan (50.000 manat – 277 manat) hesablanır və beləcə davam edir.
Annuitet ödəniş (manatla)
Qeyd: Birinci ilin sonuna qalıq borc 48,730 manat təşkil edəcək. Annuitetdə hər ay eyni məbləğ ödənilir (600 manat). Kredit müddətinin əvvəlində əsas borcdan ödənişlər əhəmiyyətli dərəcədə azdır, sonda isə əksinə daha çoxdur.
4. Risklər nədir və onları necə azaltmaq olar?
Bir neçə əsas riskə toxunaq.
Gəlirin itirilməsi / azalması
İşinizi itirdiniz, maaşınızı azaltdılar, xərclər artdı – bu hər kəsin başına gələ bilər. Buna görə ipoteka üçün banka müraciət etməzdən əvvəl, uzunmüddətli maliyyə vəziyyətinizi diqqətlə qiymətləndirməlisiniz.
Yüksələn inflyasiya, ipoteka faiz dərəcələrinin və bu dərəcələrin bağlı olduğu bazar göstəricilərinin dəyişkənliyi də kreditinizi qaytarmaq qabiliyyətinizə təsir edə bilər.
Hər şeyi qabaqcadan görmək mümkün deyil. Ancaq ailənin 3-6 aylıq gəliri miqdarında maliyyə yastığı yarada bilərsiniz. Bu müvəqqəti maddi çətinliklərdən xilas olmağa və ya yeni şərtlərə uyğunlaşmağa kömək edəcəkdir.
Valyuta riski
Maaşınız və ipotekanız fərqli valyutadadır? Məzənnə kəskin şəkildə aşağı düşərsə, daha çox ödəyəcəksiz. Buna görə gəlir götürdüyünüz valyutada kredit götürməyə dəyər. Xarici valyuta ilə verilən kredit üzrə faiz dərəcələri manat kreditindən daha aşağı olsa belə. Bu tövsiyə bütün növ kreditlər üçün keçərlidir.
Girov qoyulmuş əmlakın qiymətinin düşməsi və ya zərər görməsi
Böhran vəziyyətində mənzil qiymətləri aşağı düşə bilər. Əgər birdən kredit üzrə ödəniş edə bilməsəz və girov qoyulmuş əmlakı satmalı olsaz, əldə olunan gəlir krediti bağlamaq üçün kifayət etməyə bilər. Yəni, həm əmlaksız, həm də bank qarşısında borclu qalmaq ehtimalı var.
Ən təhlükəlisi, mənzilin özünə nəsə olmasıdır, məsələn yanğın. Yalnız evinizi itirməyəcəksiniz, – eyni zamanda bank bütün krediti vaxtından əvvəl ödəməyinizi də istəyə bilər. Çünki, bu vəziyyətdə bankın pulunu geri alacağına dair zəmanəti olmayacaqdır.
Bu risklərdən yeganə qorunma yolu – sığortadır. Buna görə də, sığorta bütün hallarda ipoteka kreditləşməsinin vacib şərtidir.
5. Nədən sığortalanmaq olar?
Banklar adətən bir neçə sığorta növündə israr edirlər:
Girovun sığortası
Qanunla, ipoteka müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, əmlakı tam dəyəri məbləğində öz hesabınıza kreditorun (bankın) xeyrinə sığortalamalısınız. Əgər ilkin ödəniş etmisizsə, əmlak minimum kredit məbləği miqdarında sığortalanır.
Həyat və sağlamlıq sığortası
Bank, başınıza bir iş gəlsə belə, kiminsə krediti ödəyəcəyinə əmin olmaq istəyir. Buna görə də, tez-tez borcalanlara bədbəxt hadisədən sığorta təklif olunur. Sonra, borcalanın ağır xəstəliyi və ya ölümü halında, sığortaçı onun üçün krediti qismən və ya tamamilə ödəyəcək. Bu könüllü sığortadır, amma imtina etsəniz, bank ipoteka faizini artıra bilər və ya ümumiyyətlə kredit verməz.
Maliyyə riski sığortası
Girov qoyulmuş əmlakın satışından əldə olunan vəsait krediti qaytarmaq üçün kifayət etmədikdə, bank zərərin maliyyə riskini sığortalamaq hüququna malikdir. Lakin banklar bu hüquqdan həmişə istifadə etmirlər.
İpotekanı necə almaq olar?
Əvvəlki bölmədəki suallar heç bir çətinlik yaratmadısa, bütün riskləri qiymətləndirdiz və gəlirlə bağlı problem olduqda necə hərəkət edəcəyinizi dəqiq bilirsinizsə, ipoteka kreditinin rəsmiləşdirilməsinə keçə bilərik.
1. Bank seçimi
Müxtəlif bankların təkliflərini müqayisə edin. İpoteka üzrə yalnız faiz dərəcəsini deyil, həm də sığorta ödənişi və müstəqil qiymətləndiricinin xidmətləri kimi digər xərcləri də nəzərə alın. Ödənişlərin sizin üçün nə qədər rahat olacağını, onları hansı yollarla edə biləcəyinizi, bankın filial şəbəkəsinin və bankomatlarının mövcudluğunu, evinizə və ya işinizə yaxın olub-olmamasını öyrənin.
Nə qədər məbləğ götürə biləcəyinizi, lazım olan sənədləri və kreditin verilmə müddətini dəqiqləşdirin. Bəlkə də, əmlakınız ipoteka üçün yetərli olmayacaq və bank, sizdən zamin tələb edəcəkdir.
2. Əmlak seçimi
Adətən ən çox vaxtı bu mərhələ alır. Proses uzansa, banklar kredit üzrə faizləri, minimum ilkin ödənişi, maksimal kredit məbləğini, ödəniş qaydalarını və s. şərtləri dəyişdirə bilər.
İpoteka kreditinin faizi bir çox şərtlərdən, ilk növbədə inflyasiyadan və Mərkəzi Bankın əsas faiz dərəcəsindən asılıdır.
Əvvəllər banklar ilkin ödənişsiz ipoteka kreditləri verə bilirdilərsə, indi bunu etmirlər. Özünüz nə qədər çox ilkin ödəniş etsəniz, bank bir o qədər az risk altındadır. Əgər, daşınmaz əmlakın dəyərinin ən azı 10-15%-ni yığmağı bacarmısınızsa, çox güman ki, kredit üzrə ödənişləri də intizamla davam edə bilərsiniz. Gələcəkdə bankların ilkin ödənişin aşağı həddini artırmağa davam etməsi istisna olunmur.
Yeni yaşayış kompleksində ipoteka ilə mənzil alınması
Bəzi banklar inşa olunan binalarda mənzillərin alınması üçün ipoteka krediti verirlər. Bu zaman əksər hallarda tikintisi başa çatmış və mülkiyyət hüququ rəsmiləşdirilmiş digər yaşayış sahəsinin girov qoyulması tələb olunur. Bəzən isə almaq istədiyiniz və tikintisi başa çatmamış mənzilə mülkiyyət hüququ əldə edənədək, girov qismində ”Mənzil sertifikatı” qəbul edilir və girov müqaviləsi bağlanılır. Mənzilə mülkiyyət hüququ alındıqdan sonra girov dəyişdirilərək ipoteka qismində mənzilin özü rəsmiləşdirilir və yeni ipoteka müqaviləsi bağlanılır.
3. Sənədlərin hazırlanması
Standart tələb olunan sənədlərin siyahısı:
- ər/arvadın şəxsiyyət vəsiqəsi
- nikah haqqında şəhadətnamə və ya ər/arvadın ölüm haqqında şəhadətnaməsi (əgər varsa)
- yaşayış yerindən arayış
- ipoteka krediti üçün müraciət edənin ərizəsi
- əmək kitabçasının və ya əmək müqaviləsinin surəti, habelə gəlir barədə arayış
- satın aldığınız əmlakın qiymətləndirilmə hesabatı, çıxarış, kadastr və texniki pasportları
- satıcının şəxsiyyət vəsiqəsi və daşınmaz əmlaka hüququnu təsdiq edən sənədlər
Bank digər sənədlər də tələb edə bilər. Tam siyahını sizə əvvəlcədən təqdim etməlidir.
4. Rəsmiləşmə
Sənədlər toplandıqdan sonra yoxlama üçün banka aparılır. Əksər hallarda sənədlərin surətlərini elektron poçtla göndərmək və ofisə baş çəkməyə vaxt itirməmək olar. Bankın mütəxəssisləri bütün məlumatları yoxladıqdan sonra əməliyyatın keçiriləcəyi tarix razılaşdırılır. Sadəcə banka gələrək müqaviləni imzalamaq lazım olacaq.
Kredit almazdan əvvəl sığorta rəsmiləşdirilməlidir – ən azı mənzil girovu üçün. Özünüzü bədbəxt hadisədən də əlavə olaraq sığortalamaq qərarına gəlsəniz, kredit üzrə faiz daha aşağı olacaq (və ya olması gözlənilir – bankdan asılıdır).
Bundan sonra satıcı ilə alqı-satqı müqaviləsi və bankla müqavilə bağlanılır. Bəzən banklar eyni vaxtda iki müqavilə bağlamağı təklif edirlər: kreditin verilməsi və daşınmaz əmlakın girov qoyulması barədə.
5. Satıcı ilə hesablaşma
Axırda alqı-satqı müqaviləsi üzrə satıcı ilə hesablaşma qalır. İpoteka zamanı bu da bank vasitəsi ilə həyata keçirilir – bank hesabı, akkreditiv və ya eskrou hesabdan istifadə etməklə. Hesablaşma üsulundan asılı olmayaraq, bank əməliyyatın etibarlı şəkildə aparılmasını təmin edir. Satıcı yalnız sizin üçün mülkiyyət hüququnu rəsmiləşdirdikdən sonra pulunu alacaq.
İpotekanı götürdükdən sonra nə etmək olar?
1. Mənzillə nə edə bilərəm?
Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bankın razılığı olmadan ipotekada olan mənzili satmaq, bağışlamaq və ya dəyişdirmək olmaz. Eyni zamanda, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, belə mənzili bankın razılığı olmadan kirayə verə bilərsiniz.
Mülkiyyətinizi vəsiyyət edə bilərsiniz, ancaq ipoteka yüklü mənzilin yeni sahibi onunla əlaqəli bütün girov öhdəliklərini də götürmüş olur.
2. Krediti vaxtından əvvəl qaytarmaq mümkündürmü?
Banka ən azı 30 gün əvvəl məlumat verməklə krediti vaxtından əvvəl tam və ya qismən ödəyə bilərsiniz. Müqavilədə daha qısa müddət göstərilə bilər.
Vaxtından əvvəl ödənildiyi təqdirdə faizlər yalnız kreditin istifadə müddətinə görə hesablanır.
Ödəniş cədvəlinə əməl etsəz də, aşağıdakı hallarda bank krediti vaxtından əvvəl ödəmənizi tələb edə bilər:
- müqavilə bağlanan zaman digər şəxslərin ipoteka yüklü əmlaka mülkiyyət hüquqlarının olduğunu (və ya bu hüququn gözlənildiyini) bilə-bilə xəbər etmədikdə;
- əmlakdan istifadə qaydalarını pozduqda: qanunsuz təmir halları və ya real ziyan riski yaratdıqda;
- girovu sığortalamadıqda;
- banka əmlakı yoxlamağa imkan vermədikdə;
- bankın razılığı olmadan mənzili satdıqda və ya bağışladıqda;
- cinayət törətdikdə və dövlət əmlakı müsadirə etdikdə;
- mənzil başqa borc verənə (məsələn, fərqli bir kredit üzrə başqa bir banka) girov qoyulduqda və həmin borc verən bu əmlakı satmaqla zərərlərini geri qaytarmağa qərar verdikdə.
Sadalanan hallarda krediti qaytarmaqdan imtina etsəz, bank mənzilin məcburi satılması yolu ilə zərərləri kompensasiya etmək hüququna malikdir.
3. Mənzilinizi itirə bilərsiz?
İpotekanı ödəyə bilməsəz, bank mənzilin satılması yolu ilə zərərlərini ödəmək üçün məhkəməyə müraciət edə bilər. Müvafiq mənzilin satışından əvvəl kredit borcunu ödəməyi bacarsaz, satış prosesi dayandırıla bilər.
Nəzərə alın ki, məhkəmənin qərarı əsasında girov qoyulmuş mənzil satıldıqdan sonra həmin əmlakdan istifadə hüququnuzu itirirsiniz. Yəni siz də daxil olmaqla orada yaşayan hər kəs yaşayış sahəsini boşaltmalıdır. Əgər bunu etməsəz, mənzilin yeni sahibi məhkəmə yolu ilə mənzilin boşaldılmasını tələb edə bilər.
İpotekanı hər-hansı mənzili almaq, onu əsaslı təmir etmək, habelə əvvəllər alınan oxşar kreditlərin qaytarılması üçün almış olsaz, kredit müqaviləsi çərçivəsində ödəniş şərtlərini yalnız sistematik olaraq (il ərzində 3 dəfədən çox) pozduğunuz halda mənzili əlinizdən ala bilərlər.
Qalan kredit borcunun məbləği həddindən artıq əhəmiyyətsiz və girov qoyulmuş əmlakın dəyəri ilə açıq-aşkar qeyri-mütənasibdirsə, məhkəmə girov qoyulmuş əmlakın satılaraq borcun ödənilməsi ilə bağlı bankın tələbini rədd edə bilər. Ancaq bu ipotekanı qaytarmamaq anlamına gəlmir – siz yenə də borclusuz.
Beləliklə, məhkəmənin qərarı ilə girov satılır və borcunuz satışdan əldə olunan vəsait hesabına ödənilir. Bu məbləğ kifayət etməsə, məsuliyyətinizin sığortası (və ya bankın maliyyə riskinin sığortası) müqaviləsi olmadığı təqdirdə borcun qalan hissəsi məhkəmə qərarı ilə digər əmlakınızın hesabına ödənilir.
4. İpotekanı ödəyə bilmədiyim halda nə etməliyəm?
Beynəlxalq təcrübədə əgər şəxsin maddi durumu pisləşərsə (məsələn, işin itirilməsi) ipoteka tətili almaq hüququ müəyyən edilib. Altı aya qədər ipoteka ödənişlərini azaltmaq və ya hətta dayandırmaq olar. Bu qanunla qorunan hüquqdur və bank bundan imtina edə bilməz.
Ancaq bu hüquq kredit müddəti ərzində yalnız bir dəfə və müəyyən şərtlər daxilində istifadə oluna bilər. Azərbaycanda belə bir hüquq təsbit olunmayıb.
Bununla belə, yenə də bankla danışıqlar aparmağa cəhd edə bilərsiz. Borcunuzun restrukturizasiyası, o cümlədən ödəmənin təxirə salınması, kredit müddətini artırmaqla aylıq ödənişlərin azaldılması, ödəniş valyutasının dəyişdirilməsi ilə bağlı müraciət edin. Bank razılaşmaq məcburiyyətində deyil, ancaq intizamlı və problemsiz müştərisizsə, müqavilənin şərtlərini dəyişdirə bilər.
Bundan əlavə, krediti yenidən maliyyələşdirə bilərsiniz. Yəni əvvəlki borcu ödəmək üçün eyni və ya digər bankdan daha məqbul şərtlərlə (daha aşağı faizlə və ya daha uzun müddətə) yeni bir kredit götürə bilərsiz.
İpoteka ilə bağlı bütün mübahisəli məsələlər məhkəmədə həll olunur.
5. İpoteka haqqında daha nə bilmək lazımdır?
İpoteka kağızı. Bankın ipoteka hüququ qiymətli kağız – ipoteka kağızı ilə təsdiqlənir. İpoteka kağızı borcun tam məbləğini ödəməzdən əvvəl istənilən vaxt tərtib edilə bilər.
Bank bu sənədi sizin razılığınız olmadan başqa bir hüquqi şəxsə sata və ya verə bilər. Narahat olmağa dəyməz (bəlkə də dəyər): sizin üçün yalnız ödəniş rekvizitləri dəyişəcək – kreditin və faizin miqdarı qanuna əsasən eyni qalacaq. Amma, ödənişlərdə problem yaranarsa, yeni kreditorun güzəştə gedən biri olduğuna əlbəttə ki, heç kim zəmanət verə bilməz.
Azərbaycanda güzəştli ipoteka kreditləri verilirmi?
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları”na əsasən gənc ailələrə və hərbi qulluqçulara yaşayış sahəsinin alınması üçün illik 4%-lə 30 il müddətinə güzəştli ipoteka kreditlərinin verilməsi nəzərdə tutulmuşdur. Güzəştli ipoteka kreditlərinin verilməsi dövlət vəsaiti hesabına Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu vasitəsilə həyata keçirilir.
Avtomobil krediti – Maşın krediti Avto kredit veren banklar hansilardir?
Avtomobil üçün krediti hansı bankdan almaq sərfəlidir?Avtomobil komfortunu heç nə əvəz edə bilməz. Sürətli şəhər həyatında bu sürətlə ayaqlaşmaq üçün şəxsi avtomobilinə ehtiyac duyursan. Avtomobil arzunuza gedən yol Yelo Bank-dan keçir. Yelonun təklif etdiyi nağd pul və ya avtomobil krediti əlçatmaz bir çox arzuları, o cümlədən, şəxsi avtomobil istəyini əlçatan edir. Elə avtomobil kreditinin də şərtləri əlçatandır: aşağı faiz dərəcəsi, ödəniş məbləğini qabaqcadan kredit kalkulyatorunda hesablamaq imkanı, kreditin onlayn sifarişi və kredit vəsaitinin ünvana kart şəklində pulsuz çatdırılması. Bu və digər üstünlüklər sayəsində Yelo Bank yüzlərlə vətəndaşımızı avtomobil arzusuna çatdırıb. Avtomobil və digər istehlak krediti tez və sərfəli əldə etməyin bir formulası var, o da Yelo Bank-dan onlayn kredit sifariş etməkdir. Ətraflı məlumat üçün bankın çağrı mərkəzinə zəng edə və ya rəsmi sosial media hesablarına yaza bilərsiniz.
Avtomobil kredit kalkulyatoru
Gedəcəyiniz ünvana nə qədər zamana çatacağınızı dəqiqliklə təxmin edə bilirsiniz? Bu suala fərqli insanlar fərqli cavablar deyə bilər, lakin biz dəqiqliklə deyə bilərik ki, yelo.az saytında avtomobil kredit kalkulyatoru zərgər dəqiqliyi ilə işləyir. Gələcək avtomobiliniz üçün almaq istədiyiniz kreditə aylıq nə qədər ödəniş edəcəyinizi avtomobil kredit kalkulyatorunda hesablaya bilərsiniz. Bu, necə çalışır? Çox bəsit – kreditlə bağlı məlumatları xanalarda doldurursunuz və aylıq kredit ödənişi avtomatik qaydada hesablanır. Bu proses üçün nə bank əməkdaşı ilə ünsiyyətdə olursunuz, nə də qəliz düstur və hesablama alətləri qarşısında baş sındırırsınız. Ağıllı kredit kalkulyatoru, avtomobil əldə etmək üçün kredit götürmək istəyən istənilən yaş müştərilərin asanlıqla istifadə edə biləcəyi rahatlığa sahibdir. yelo.az saytında avtomobil krediti ödənişinizi hesablayıb, dərhal saytı tərk etmədən onlayn kredit sifarişini gerçəkləşdirə bilərsiniz.
Avtomobil kredit şərtləri
Avtomobil əldə etmək istəsəniz, lakin vəsaitiniz çatışmasa, optimal variant təbii ki, pul kreditidir. Avtomobil almaq istəyən hər kəsi maraqlandıran əsas sual harada sərfəli kredit şərtlərinin olduğudur. Parlaq xidmət səviyyəsi və müasir rəqəmsal həlləri sayəsində çox diqqət cəlb edən Yelo Bank-ın avtomobil üçün kredit şərtləri ilə mütləq tanış olmalısınız. Nəyə görə müştərilər Yelo Bankı seçirlər? İlk növbədə aşağı faiz dərəcələri, daha sonra isə sürətli rəsmiləşdirmə proseduru. Kredit şərtləri bununla yekunlaşmır, avtomobil almağı planlayan şəxslər başqa məsələlər üçün tez-tez yollarda olurlar. Onları düşünən Yelo Bank filialda dəyərli vaxtlarını xərcləməmələri üçün onlayn kredit sifarişi xidmətini təqdim edir. Bu xidmətin adı da, özü də onlayndır. Krediti əldə etmək üçün filiala gəlməyə ehtiyac yoxdur, vəsait ünvana kart vasitəsilə çatdırılır. Artıq avtomobil üçün kredit şərtlərinin harada daha sərfəli olduğunu bilirsiniz.
Avtomobil krediti veren banklar
Avtomobil krediti veren banklar hansılardır? Təbrik edirik! Bu suala uğurlu cavab üçün doğru ünvandasınız. Sizi istənilən ünvana çatdıracaq şəxsi avtomobilinizlə Yelo Bank qovuşduracaq. Yelo Bank-da hər istəyə, hər ehtiyaca, ən əsası hər kəsə uyğun nağd pul krediti mövcuddur. Kredit müraciətinizi elə indi edin, yeni avtomobil planınızı ertələməyin. Avtomobil üçün kreditinizi onlayn sifariş edin, vaxtınıza qənaət edin. Şərtlər yeniləndi, Yelo Bankda kredit daha sərfəli oldu! Yeni avtomobiliniz üçün kredit əldə etmək istəyirsinizsə, filiala gəlməyə ehtiyac yoxdur, çünki sizə yaxın Yelo Bank elə telefonunuzdadır! Yelo App-də olduğunuz məkanı tərk etmədən online kredit sifaris ede bilersiniz. Yelonun avtomobil krediti ilə çatışmayan vəsaitinizi tamamlayın və arzunuzu reallaşdırın! Yaxşı yol!
Serfeli avtomobil krediti
Şəxsi avtomobil rahatlığını yalnız avtomobili olanlar bilər. Siz də onlarla eyni hissi bölüşmək istərdinizmi? Bəs serfeli avtomobil krediti üçün hara müraciət etmək olar? Axtarışlara son qoya bilərsiniz, çünki doğru ünvandasınız! Yelo Bank öz sərfəli kredit imkanları ilə çoxlarının avtomobil arzusunu gerçəkləşdirib. Siz də artıq sükan arxasına keçmək istəyirsinizsə, daha çox vaxt itirməyin və onlayn kredit sifariş edin. Kreditiniz olduğunuz yerə ödənişsiz çatdırılır. Serfeli tərəfi yalnız bu deyil, krediti banka gəlmədən və ya banka zəng etmədən yelo.az-daca hesablaya bilərsiniz. İstənilən model avtomobilə sahib olmaq Yelo Bank-la asandır. Şəxsi avtomobil rahatlıq deməkdir, eləcə də Yelo Bank-ın xidməti kimi! Sizi bu rahatlıqdan faydalanmağa və zövq almağa dəvət edirik. Sükanı belə saxlayın!
Masin krediti
Yelo Bank-da hər masin arzulayana kredit var! Aylıq ödənişi daha az kredit? Yelo Bank hər kəsin maşını olsun deyə kredit şərtlərini əlçatan və sərfəli etdi. Masin krediti üçün müraciətinizi onlayn edin ki, vaxtınız getməsin. Siz hətta kredit vəsaitini götürmək üçün də banka yaxınlaşmırsınız, vəsait özü ayağınıza kimi gəlir. Gün o gün olsun, bankımıza şəxsi maşınınızla gələsiniz. Yollarda tıxac sizi bezdirdiyi kimi Yelo-da növbə bezdirməyəcək, çünki onlayn sifariş zamanı növbədə həmişə siz birincisiniz. Masin almaq istəyirsiniz? Elə isə Yelo Banka gəlin və ipoteka krediti ilə ev, istehlak krediti ilə isə maşın arzunuzu gerçəkləşdirin. Hər ay nə qədər kredit ödəyəcəyinizi hesablamaq üçün banka gəlmək keçmişdə qaldı. Kredit kalkulyatorunun köməyi ilə sizə lazım olan masin üçün krediti hesablaya bilərsiniz. Krediti onlayn sifariş et və gələcək maşınındakı sürəti indidən hiss et. Hər ehtiyaclarınızı, o cümlədən masin hədəfinizi dəstəkləmək üçün parlaq həlləri ilə Yelo Bank sizinlədir!
Masin kredit kalkulyatoru
Masin krediti üçün aylıq ödənişi hesablayacaq pulsuz kalkulator xidməti Yelo.az saytında aktivdir. Bu xidmət nəyə görə faydalıdır? Şübhəsiz ki, kredit götürmək qərarı verən zaman növbəti aylarda sizi hansı ödənişləri gözlədiyini qabaqcadan bilmək istəyərdiniz. Avtomatlaşdırılmış kredit kalkulyatoru ilə masin, təmir, toy, səyahət və s. üçün götürəcəyiniz hər növ istehlak kreditini hesablaya bilərsiniz. Bu onlayn kredit kalkulyatorunda insan faktoru yoxdur,buna görə anındaca nəticəni ekranda əks etdirir. Sizə qalan kreditinizin xüsusiyyətlərini xanalarda doldurmaqdır. Masin kredit kalkulyatorunun sayəsində kredit ödənişini qabaqcadan hesablamaq və büdcənizə uyğun davranmağınız rahat olacaq. Bu onlayn kalkulyatordan həm planlaşdırdığınız, həm də artıq götürdüyünüz masin üçün krediti hesablaya bilərsiniz. Niyə masin kredit kalkulyatoru vacibdir? İlk növbədə aylıq kredit ödənişiniz haqqında təsəvvürünüz formalaşır. Onun dəyəri bir çox parametrlərdən asılıdır və bu parametrlərin mühüm qismini siz təyin edirsiniz. Maşın kreditinin onlayn hesablanması üçün bank əməkdaşından kömək istəməyə ehtiyac yoxdur, bunu özünüz, həm də tam məxfi şəkildə icra edə bilərsiniz. Bu və onlayn kredit müraciəti kimi rahat imkan yelo.az saytında hər kəsə təqdim olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.