Press "Enter" to skip to content

Mənzilimi necə tez sata bilərəm

Hər büdcəyə uyğun ev və obyektlərimiz mövcuddur. Heydər Əliyev parkina yaxin ərazidə OBYEKT ucun yararli olan 42.kvm 2 otaq 1 metbexi olan ev satilir. Hamam isti pol və balkon istipoldur.

Mənzilinizi necə tez sata bilərsiniz?

Mənzilinizi satarkən həddən artıq tələsmək xeyir gətirmir. Evi necə sərfəli, amma tez satmaq olar? Bu mümkündürmü? Ümumən daşınmaz əmlak satışına üç yanaşma mövcuddur: özünüz, rieltor vasitəsi ilə və mülkün təcili olaraq daşınmaz əmlak agentliyi tərəfindən alınması.

Özünüz evi tez sata bilərsiniz?
Əgər mənzili öz gücünüzə satmaq istəyirsinizsə, bazarda təklifləri öyrənmək, lazımi sənədləri toplamaq və qaydaya salmaq, pulunuzu reklama xərcləmək, telefonlara cavab vermək, müştərilərlə məşğul olmaq kimi səbr tələb edən və vaxt aparan işlərə hazır olmalısınız.
Düşünün: «Bunları etməyə gücüm çatarmı?». Evi təcili satmaq lazımdırsa və müddət sıxırsa, risk etməyə dəyərmi?
Bəzi satıcılar ən yaxşı mənzilə sahib olduqlarını düşünür, elan verən kimi dərhal evlərinin alınacağını sanırlar. Bu özünü aldatmaqdan başqa bir şey deyil. Reallıqda hər şey daha çətindir.

Daşınmaz əmlakı özü satmağa çalışanların əsas səhvləri

1. Mənzilin satılması asan və tez həll olunan məsələdir. Rieltorun köməyi artıqdır. Təəssüf ki, bu belə deyil. Hazırda daşınmaz əmlak bazarı aşıb-daşır, yəni təklif tələbi dəfələrlə üstələyir. Bu baxımdan, asan və tez satış yalnız iki halda ola bilər: bəxtiniz gətirib və ya əmlakınızı bazar qiymətindən çox aşağı satırsınız. Əgər daşınmaz əmlak bazarının peşəkarı deyilsinizsə, satış asan məsələ olmayacaq.

2. Bir neçə reklam elanı verəcəm və mənə mütləq zəng edəcəklər! Əgər siz 2-3 internet saytda elan yerləşdirsəz, çox güman ki, onlar elə həmin gün analoji təkliflərin içərisində itib-batacaq. Tez satış ehtimalını qaldırmaq üçün reklama əhəmiyyətli dərəcədə resurslar xərcləməli və bunu düzgün etməlisiniz (məs. reklam platformalarının seçilməsi).

3. Mənim mənzilim ən yaxşısıdır və onu elanda göstərdiyim qiymətə alacaqlar. Bir çox satıcılar mənzillərini bazar qiymətindən çox baha satmaq istəyirlər. Mənzili belə yanaşma ilə tez satmaq alınmayacaq. Yüksək qiymət qoymaqla, öz alıcınızı uzun müddət gözləyəcəksiniz.
Sadalanan illüziyalardan qurtulduqdan sonra imkanlarınızı ayıq başla qiymətləndirərək mənzilinizi öz gücünüzə satmağa cəhd edə bilərsiniz. Proses zamanı öhdəsindən gələ bilmədiyiniz problemlər (zənglərin olmaması, sənədləşdirmə məsələsində çətinliklər) olarsa, peşəkarlara müraciət etməniz məqsədəuyğundur.

Mənzilinizi öz gücünüzə tez satmanız üçün 8 tövsiyə

Yaşayış yerində oxşar mənzillərin tələb və təkliflərini öyrənin. Bu sizə satış tezliyini proqnozlaşdırmaq və uyğun qiymət müəyyən etmək imkanı verəcək. Şəhərinizin (rayonunuzun) qəzet və internet saytlarında olan elanlara baxın və müqayisə aparın. Tənbəllik etməyin, gəzin, divarlara yapışdırılmış elanlara da baxın. Rəqib təklifləri müəyyənləşdirin. Müştəri adıyla həmin mənzillərə gedin. Rəqiblərin müsbət, mənfi cəhətlərini və qiymətləri öyrənməklə, əmlakınızın real qiyməti ilə bağlı təsəvvürünüz yaranacaq. Yadda saxlayın, ən çox müasir layihəli birotaqlı mənzillərə tələbat var. Üç və daha çox otaqlı mənzilləri tez satmaq çətindir. Rayonun prestiji də mühüm əhəmiyyətə malikdir (ekoloji vəziyyət, nəqliyyat və sosial infrastrukturun mövcudluğu).

Rəqabətə davamlı qiymət müəyyən edin. Tələsirsinizsə, qiyməti qaldırmayın. Tez satılması üçün mənzilin qiyməti ucuz olmalıdır. Nə qədər ucuz? Hər şey sizin evinizə bazarda olan tələbatdan asılıdır. Hesab olunur ki, qiymətin 10% azaldılması satış tezliyinə müsbət təsir edir. Əvvəldə qiyməti oxşar təkliflərdən minimum 4-5 min manat aşağı göstərməniz məqsədəmüvafiqdir. Qiymətin azalmasının satışa təsirini gələn zənglərin sayı göstərəcək (əlbəttə ki, yaxşı reklam şərti ilə). Zənglər azdırsa, qiyməti yenə aşağı salmaq olar.

Reklama xüsusi diqqət yetirin. Elanı nə qədər çox adam görsə, bir o qədər yaxşıdır. Reklam üçün pul və vaxtınızı əsirgəməyin. Mümkün olan bütün kanallardan, o cümlədən internet saytlardan, sosial şəbəkələrdən, qəzetlərdən, məlumat lövhələrindən istifadə edin. Elanın məzmununda mənzilinizin bütün müsbət cəhətlərini göstərin. Saytlara kifayət qədər fotoşəkil yükləyin, xəritədə yerini düzgün göstərin. Bəzi saytlarda mövcud olan elanın siyahıda yuxarı qaldırılması xidmətindən də yararlana bilərsiniz.

Satış barədə tanışlara bildirin. Onların da alıcı tapması istisna deyil.

«Alıram» məzmunlu elanlara baxın. Potensial müştərinin «bu rayonda mənzil alıram» tipli elan verməsi istisna deyil. Belə elanlar binaların girişlərində, elan lövhələrində və ya internetdə ola bilər. Bu halda sizə yalnız görüş haqqında razılığa gəlmək qalır.

Mənzili nümayiş üçün hazırlayın. İlk təəssüratın mənzilin alınması barədə qərara çox böyük təsiri var. Xoş və rahat mühit yaradın. Evi təmizləyin. Mənzilin vəziyyəti ürəkaçan deyilsə, kosmetik təmir işləri aparın.

Mənzili düzgün təqdim edin. Mehriban olun və təkid etməyin. Əvvəlcədən alıcının bütün mümkün suallarına cavablar hazırlayın. Ən populyar suallar bunlardır: «Qonşularınız necədi?», «Evi niyə satırsız?», «Bütün sənədlər varmı?», «Qaz varmı?». Yaşlı insanlar üçün mənzilin sakit və dinc rayonda yerləşməsi vacibdir. Gənc cütlüyə yaxında olan uşaq bağçaları və məktəblər barədə məlumat verin. Nümayiş zamanı alıcılara bir fincan qəhvə təklif edə bilərsiniz.

Alqı-satqı üçün bütün zəruri sənədləri əvvəlcədən hazırlayın. Bütün sənədlər hüquqi cəhətdən «təmiz» olmalıdır. Sənədlər paketinin vaxtında hazırlanmaması satış prosesinin uzanmasına səbəb olan əsas amillərdən biridir. Mənzilə hüququ olan şəxslərin razılıq ərizələrini əvvəlcədən alın. Ola bilər ki, alıcı müqaviləni nümayişdən dərhal sonra bağlamaq istəsin. Mənzilin planını alıcıya verməniz də pis olmaz. Ona baxan alıcı, artıq xəyalən mənzildə öz mebellərini yerbəyer edəcək.

Rieltor mənzili tez sata bilərmi?

Peşəkar rieltor mənzilin satış məsələsini çox tez bir zamanda həll edə bilər. Əgər daşınmaz əmlakın satışı üzrə bütün kompleks tədbirlərin həyata keçirilməsi üçün kifayət qədər vaxt və bacarığınız yoxdursa, ən yaxşısı bu işi peşəkara tapşırmaqdır.

Savadlı mütəxəssis sizin üçün bütün işləri görəcəkdir. Rieltorlar adətən işləri üçün satış məbləğini 2-3%-ni istəyirlər. Bəzi peşəkarlar xidmətlərinə görə 6% istəyə bilər. Bəzən bu daha böyük məbləğ ola bilər, amma təcili pul lazım olanda bu özünü doğruldur. İstənilən halda siz konkret qiymətdə təkid edə bilərsiniz.

Peşəkar rieltorun xidmətlərindən istifadənin əsas müsbət cəhətləri

Rieltor mənzili düzgün qiymətləndirməklə tez satılması üçün real qiyməti müəyyənləşdirəcək. Rieltorlar bazarın tendensiyalarını daim izləyirlər. Tələb və təkliflər barədə real vaxtda məlumatlı olmaları onlar üçün qiymətin düzgün müəyyənləşdirilməsi işini çox asanlaşdırır.

Sənədlərin hazırlanması ilə özünüz məşğul olmaq istəmirsinizsə, bu işi rieltora tapşıra bilərsiniz. Bunun üçün, rieltorun adına «sənədlərin toplanması üzrə etibarnamə» verməniz lazım olacaq.

Rieltorların reklam üçün effektiv və işlək sxemləri var. Onların əlinin altında onlarla reklam meydançaları var. Obyektlərin reklamı daşınmaz əmlak agentliklərində axına qoyulub, ona görə də peşəkar rieltora müraciət etməklə siz reklamdan narahat olmaya bilərsiniz. Sizin elan hər yerdə olacaq.

Rieltor bazarlığı və mənzilləri düzgün təqdim etməyi yaxşı bacarır. Demək olar ki, uğurlu satışın 50%-i mənzilin düzgün təqdimatından asılıdır. Alıcının nümayişdən əvvəl müəyyən şübhələri olsa belə, rieltorun müştərini inandırmaq sahəsində böyük təcrübəsi mənzilin satılmasına kömək edəcəkdir.

Yuxarıda sadalananlar müvafiq sahədə ixtisaslaşmış rieltorlara aiddir. Bu baxımdan, gərəksiz riskdən qaçmaq üçün çalışın nüfuzlu agentliklərə və rieltorlara müraciət edin. Hətta bəzən peşəkar rieltor çox faiz istəsə belə, sonda mənzilin tez satılması üçün razılaşmağa dəyər.

Mənzilin daşınmaz əmlak agentliyi tərəfindən alınması

Təcrübə göstərir ki, hətta qiymət xeyli ucuz olsa belə, həftə ərzində mənzil reallaşdırmaq çox çətindir. Belə olan halda, siz mənzilinizi daşınmaz əmlak agentliyinə təklif edə bilərsiniz. Bu prosedur özündə nəyi ehtiva edir? Əgər mənzilinizin satış üçün yararlı xüsusiyyətlərə (likvidliyə) malikdirsə, agentlik onu bazar qiymətindən 30-40% ucuz ala bilər. Daha sonra agentlik həmin mənzili tələsmədən aldığından xeyli baha qiymətə realizə edəcəkdir. Alınma proseduru cəmi bir neçə gün çəkir və xeyli vəsait itirsəniz belə, praktiki olaraq əmlaka görə pulu dərhal alırsınız. Qeyd edilməlidir ki, mənzillərin təcili alınmasını hər agentlik həyata keçirmir. Hər şey mənzilinizin cəlbediciliyindən və sizin nə qədər güzəştə getməyə hazır olmanızdan asılıdır.

Menziller

masazır mehli yaşayış kompleksinde 5 mərtəbəli binanın 3-cu mərtəbəsində tam təmirli 1 otaqlı mənzil satılır. mənzilin umumi sahəsi 42 kvm. ev əşyalı satılır. su, işiq, qaz daimidir. evdə surətli internet şəbəkəsi var

Xırdalan şəhərinin girişində yeni tikili binanın 11/4 mərtəbəsində tam təmirli isitmə sistemi kombili 3 oataga duzəldilmiş sənəd üzrə 88 m² ümumi 90 m² mənzil. Binanın altinda qaraj var. Kupça üçun asan xidmətə müraciət

Sabuncu r-n.Bakixanov ges.,Belediyenin yxinliginda 4/4 mertebesinde, orta blok,xruwov layiheli, sahesi 40 kv.m., ela temirli 1 duzelme 2 otaga menzil satilir. Butun infrastruktur etrafinda. Real muwteriye simvolik

Sabuncu r-n.,Bakixanov ges.,Sulh kucesinde, kohne Andromed Klinikanin yani,5/5 mertebesinde,cenub kunc olarag, sahesi 60 kv.m.,Leningrad layiheli,ela temirli, gonag otagin eyvanlari acilib otaga gatilib, merkezi istilik

Xırdalan şəhəri Heydər Əliyev parkı yaxınlığında yerləşir. Kupçası var. Yaxınlığında 3 məktəb, baxça, bazar, marketlər var. Qaz, su, işıq, internet daimidir. Tam təmirli və əşyaları ilə birlikdə. 5 mərtəbəli binanın

Xətai rayonu, 8 Noyabr prospekti, Nargilə kafesinin yanında yerləşən, 9 mərtəbəli “Eksperimental” layihəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m olan qanuni 2 otaqlı əla təmirli mənzil satılır. Qaz,

Xırdalan Mehdi Hüseynzadə Küçəsində, Texnikoma yaxın ərazidə, 12 mərtəbəli binanın 5-ci mərtəbəsində 2 otaqlı təmirli mənzil satılır. Mənzilin ümumi sahəsi 61 kv/m dir. Binada qaz, su, işıq daimidir. Sürətli internet

Ev 10-cu mikrorayonda, 24 və 28 saylı məktəblərə, o cümlədən ictimai nəqliyyata və Babək küçəsindəki iri alış-veriş mərkəzlərinə (Hippermarket, Kontakt Home və s.) yaxın yerləşir. Yaxınlıqdakı Green House restoranının

Nərimanovda “AZİNKONUN BİNASI”da Təcili! 4 otaqlı mənzil satılır Lahiyə: – Yeni Tikili Mərtəbə: – 9/19 Sahəsi: – 127kv.m. çıxarış üzrə – 117kv.m Otaq sayı: – 4 (3dən – 4ə düzəlmə) Ümumi: 3 otaq + 1studio

Vastəçilər və firmalar qəti zəng etməsinlər ! Mətbuat prospektində novostroykada 3 – otaqlı 18 \ 3 – cü mərtəbəsində ümumi sahəsi 117 kv . m . super təmirli mətbəx mebeli var . Təmirdən sonra mənzildə yaşayış olmayıb

Hər büdcəyə uyğun ev və obyektlərimiz mövcuddur. Heydər Əliyev parkina yaxin ərazidə OBYEKT ucun yararli olan 42.kvm 2 otaq 1 metbexi olan ev satilir. Hamam isti pol və balkon istipoldur.

Qaraçuxurda, Yeni Tikilidə 4 otaqlı mənzil Lahiyə: – Yeni Tikili Mərtəbə: – 3/16 Sahəsi: – 105 kv.m.(faktiki) Sahəsi: – 93 kv.m.(çıxarışda) Otaq sayı: – 4 (təmiz 3 otaq + 1 studio otaq əlavə.) Evin cəhəti

İNŞAATÇILAR m/st yaxınlığında. Asan Хidmətin yanında, Şarifzade küçəsində. Yaşayiş kompleksində.QAZ var. 5 otaqlı SUPER TƏMİRLİ DƏNİZƏ MƏNZƏRƏSİ İLƏ mənzil satılır. Mənzil Yelçəkəndir(skvaznoy). İstilik sistemi

Nizami rayonu Bəhruz Nuriyev küçəsi Xalqlar Dostluğu metrosu yaxınlığında 9 mərtəbəli Leninqrad layihəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m olan 2 otaqlı Yeni təmirdən çıxmış mənzil satılır. Mənzilin

Mənzil Yasamal parkının yuxarısında yerləşir.Qaz su işıq daimidir.Lifti var.Otaqları ayrı-ayrıdır.Hamam tualet ayrıdır.Radnoy 2 otaqdır.Ətraflı mməlumat üçün əlaqə saxlayın.

Nizami rayonunda Nefcilər, Xalqlardostluğu metrosunun aralığnda yerləşən Yeni tikili 13/4 cu mərtəbəsində yerləşən tam təmirli sahəsi103 kv metr olan 2 otaqlı mənzil satılır. Mənzildə təmirdən sonra yaşayış olmayıb

Təcili satılır! Kohnə tikili. 5mərtəbənin 5ci mərtəbəsi. Kupçalı.Kupçada sahəsi 42kv. Memar Əcəmi metrosundan Yeganə şadlıq sarayına duşən yolda.Konum olaraq çox gözəl yerdə yerləşir. Ətrafında butun infrastruktur

Təcili satılır ! Dəyərindən aşağı qiymətə tam təmirli satılır, əşyalı da razılaşma mumkundu. Xırdalan dairəsindən 800 m məsafədə səs kuydən uzaqda hazır təmirli mənzil satılır. Buludqaya MTK. Ətrafında

Xirdalan seherinin merkezinde H Eliyev parkina yaxin erazide sahesi 56 kv olan 2 otaqli tam temirli 16 ertebenin 10 cu mertebesindeki menzil satilir Qaz isiq sui daimidir

ELMLƏR AKADEMIYASI metro stansiyası. “MIRVARI PARK” elit kompleksində. Qaz var. Sənəd KUPÇA (ÇIXARIŞDIR). 3otaqlı təmirsiz- POD MAYAK mənzil satılır. ümumi sahəsi 163kv/m,13/19- ci mərtəbəsində, Əla

Təcili Satılır! Sizə şəhərin inkişaf etmiş və rahat yerində Nizami Rayonu , Bəkir Çobanzadə küçəsində , “MİNSK” binalarda geniş və rahat 2 otaqlı (1.2 düzəlmə ) mənzilin sahibi olmaq üçün unikal fürsət

Xətai metrosu Nəcəfqulu Rəfiyev küçəsi Babək körpüsünün yanında Bravo ticarət mərkəzi ilə üzbə-üz 15 mərtəbəli yeni tikili binanın 12-ci mərtəbəsində ümumi sahəsi 158 kv.m olan (kupçada 144 kv.m ) 4 otaqlı mənzil

Masazır q Qurtuluş 93 yaşayış kompleksi 6 mərtəbəli binanın 4-cü mərtəbəsində 1 otaq 53.3 m² sahəsi olan mənzil satılır.Eyvan.2 otağa rahat düzəlir.Mərkəzi istilik sistemi.Kompleksdə hər bir şərait var.Telfon, İnternet,

TƏCİLİ TARQOVU XƏQANİ küçəsi SAHİL metrosunun yanında,İtalyanka tipli,köhnə tikili mənzil satılır.Bina çöl tərəfdən 5 mərtəbə,iç tərəfindən 3 mərtəbədi və mənzil 1ci mərtəbədə yerləşir,ümumi sahəsi 60 kv.qanuni 3

Xətai rayonu Məhəmməd Hadi küçəsi Əhmədli metrosunun çıxışında 9 mərtəbəli Leninqrad layihəli binanın 3-cü mərtəbəsində sahəsi 120 kv.m olan Qanuni 4 otaqlı mənzil satılır. Qaz, su, işıq daimi, istilik sistemi Kombidir.

Mənzil Asan xidmətin yanında yerləşir.8 mərtəbəli binanın 1 ci mərtəbəsində yerləşir.Ümumi sahəsi 123 kvm-dir.Sənəd kupçadır.Qaz var.Ətraflı məlumat üçün əlaqə saxlayın.

Kupcali.Masazir qesebesi Yeni Baki seherciyinde 2otaqli Temirli 64kv Menzil satilir.Menzil orta menzildi.Menzilde qaz su isiq daimidir.lift islekdir.Qanuni 2otaqlidir.internet ktv telefon bir sozle Seherciyde her bir

BAZAR QIYMƏTINDƏN ASAGI Yasamal rayonu Yeni Yasamal qesebesi Bəyaz Marketin Vital Klinikanin yaxinliqinda yeni 18 mertebeli binanin 12 ci mertbesinde umumi sahesi 80kv.m olan qanuni 2 otaqlı temirsiz menzil wirket

Digər elanlar

Menziller

Menziller ilə bağlı ən son elanlar Tezbazar.az saytında! Həmin elanları görmək üçün sayta daxil olun.
Bundan sonra saytın axtarış bölməsində “menziller” sözünü yazmalısınız. Və ya saytda “Daşınmaz əmlak” kateqoriyasını seçməli, ardınca isə “Mənzillər” alt-kateqoriyasını klikləməlisiniz. Hər iki halda qarşınıza menziller haqda olan müxtəlif elanlar çıxacaq. Hər kateqoriyaya uyğun elanı onlayn tap az vaxt sərf et.
Elanlarda sizi maraqlandıran bütün lazımi məlumatlar qeyd olunub. Bundan əlavə, əlaqə nömrəsi yerləşdirilib və mənzillərin qiyməti qeyd olunub. Tezbazar.az saytında həm satışda olan, həm də kirayə verilən menzillerin elanlarını tapa bilərsiniz. Odur ki, vaxt itirmədən saytımıza daxil olun. Bizə etibar edin ki, sizə kömək edək!

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 TEZBAZAR.AZ | info [@] tezbazar.az | Bizimlə əlaqə

Mənzilimi necə tez sata bilərəm?

Bakıda bina tikintisi ilə məşğul olan “Sahil-S İnşaat” şirkəti ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Vətəndaş Sevil Əliyeva “Qafqazinfo”ya müraciətində bildirib ki, Yeni Günəşli qəsəbəsində 54 min 925 manat ödəyərək 84 kvadratlıq mənzil alıblar.

Onun sözlərinə görə, alqı-satqıdan 1 il 2 ay keçməsinə baxmayaraq, bina hələ də təhvil verilmir: “Hazırda binada heç bir inşa işləri aparılmır. Mən şəhid övladıyam, bu illər ərzində qəpik-qəpik yığmışam, bir evim olsun istəmişəm, ancaq “Sahil-S İnşaat” arzumuzu gözümüzdə qoymaqdadır. Pulumuzu ödəmişik, müqavilə bağlamışıq, amma nə pul qaytarılır, nə mənzil verilir. Bu fırıldağın üstü açılmalıdır, bizi aldadan şəxslər barədə ölçü götürülməlidir. Ümumiyyətlə, bizim şirkətin rəhbərliyinə heç bir inamımız qalmayıb, bəlkə də dövlət məsələni nəzarətə götürsə, problem həllini tapa bilər”.

Qeyd edək ki, S.Əliyeva I Qarabağ müharibəsində Füzuli istiqamətində şəhid olmuş Gülalı Əliyevin qızıdır. O, binada eyni mənzilin bir neçə adama satılması problemi olduğunu da bildirib: “Binada bir mənzilin 5-6 sahibi var. Düzdür, bizim mənzildə bu problem yoxdur. Amma qorxuram ki, hər an mənim də mənzilimi başqa adama sata bilərlər. Bilmək olmaz, birdən sabah başqa bir adam çıxıb deyər ki, sizin mənzilin yiyəsi mənəm. Satış ofisində hər gün onlarla vətəndaş yığışır, amma suallarımıza cavab verən yoxdur. Çünki orada bir səlahiyyətli şəxs yoxdur”.

Məsələ ilə bağlı “Sahil-S İnşaat” şirkətinin rəhbəri Taleh Allahverdiyevlə əlaqə saxlamaq mümkün olmadı. Onun qardaşı Şükür Allahverdiyev isə saytımıza bildirdi ki, binada hələ işlər gedir və təhvil veriləcək: “Bina tikilib qurtarıb, gəlib baxa bilərsiz. Sadəcə həyətində abadlıq işləri və bir sıra texniki işlər qalıb ki, onlar da görülməkdədir. İyun ayına bina tam olaraq təhvil veriləcək. Biz sifarişçiyik, tikintini görən şirkət başqadır”.

Ş.Allahverdiyev binada bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı iddiaların isə araşdırıldığını bildirib: “Düzdür, belə hal yaşanıb. Bu da sifarişçi ilə icraçı şirkət arasındakı anlaşılmazlıqdan irəli gəlib. Həmin məsələ araşdırılır, nəticəsini gözləyirik”.

Amin Nəzərli

Comments are closed, but trackbacks and pingbacks are open.