Press "Enter" to skip to content

Mobil Telefondan Bir Banka Necə Pul Köçürmək Olar

– Komfortlu gözləmə yerləri
– İnternetə (Wi-Fi) çıxış
– TV, içki və qəlyanaltılar
– Reyslə bağlı məlumat əks olunan monitor, duş, kondisioner
Xidmətlər hava limanına görə fərqlənə bilər. Bütün xidmətlərin siyahısı ilə proqramın saytında və ya mobil tətbiqdə tanış olmaq olar.

“Miles&Smiles PAŞA Bank” kartları haqqında

İstənilən şəxs onlayn müraciətlə, pulsuz çatdırılma ilə “Miles&Smiles PAŞA Bank” kartlarını əldə edə bilər.

“Miles&Smiles PAŞA Bank” kartlarını necə əldə etməliyəm?

Aşağıdakı üsullardan biri ilə kartı asanlıqla əldə edə bilərsiniz:
– Veb-saytımızdan sifariş edə bilərsiniz: https://pshb.az/3Cn9RYM
– Sosial media kanallarımız vasitəsilə əlaqə nömrənizi qeyd edə bilərsiniz. Bu zaman əməkdaşlarımız sizdən sifarişi şifahi sorğunuz əsasında qəbul edəcək.
– Əlaqə mərkəzinə zəng edə bilərsiniz: *9123

18 yaşdan aşağı şəxslərin “Miles&Smiles PAŞA Bank” kartlarını əldə etməsi mümkündürmü?

Bəli, valideynlərin icazəsi ilə 18 yaşdan aşağı şəxslərin kartı əldə etməsi mümkündür.

“Miles&Smiles PAŞA Bank” kartlarının və millərin istifadə müddəti nə qədərdir?

Kartların və millərin istifadə müddəti 3 ildir. Məsələn, kartınızın bitmə tarixi 2022-ci ildirsə elə həmin ildə də qazandığınız millərin son istifadə tarixi 2025-ci ildir.

Kart kredit kartıdır?

Xeyr, kartlarımız debit kartlarıdır. Yəni, karta mədaxil etməklə kartdan ödəniş etmək mümkündür.

Kart neçə günə hazır olur?

Kart 5 iş günü ərzində hazırlanır.

Kartın çatdırılması necə həyata keçirilir?

Kart hazır olduqdan sonra kuryer vasitəsilə sizin ünvanınıza pulsuz çatdırılacaq.
Daha ətraflı: https://pshb.az/3yomMbW

Karta necə mədaxil edə bilərəm?

Karta vəsaiti asanlıqla mədaxil etmək mümkündür:
– Sizə yaxın filialın kassasından;
– Million və e-manat ödəniş terminalları vasitəsilə;
– ATM vasitəsilə;
– PAŞA Bank Mobil tətbiq vasitəsilə;
– Köçürmə yolu ilə.

“Miles&Smiles PAŞA Bank” kartlarının digər miles debet kartlardan fərqi nədir?

“Miles&Smiles PAŞA Bank” kartlarına məxsus bütün üstünlüklər barədə buradan ətraflı məlumat əldə etmək olar: https://pshb.az/3V3vAxH

Kartın istifadə müddəti bitdikdə toplanmış millər silinir?

Xeyr, millərin əldə edildiyi tarixdən etibarən 3 il müddətində istənilən zaman uçuş biletinə çevirmək mümkündür.
Daha ətraflı: https://pshb.az/3ymvN5c

“Miles&Smiles PAŞA Bank” kartlarını bir-birindən fərqləndirən cəhətlər hansılardır?

Buraya daxil olaraq kartlarımızın əsas xüsusiyyətlərini fərqləndirə bilərsiniz: https://pshb.az/3MddEfM

“Çatbot konsyerj” xidməti haqqında

Çatbot konsyerj xidməti nədir?

Səyahətlə bağlı bir çox sorğunuza “WhatsApp”, “Telegram”, “Viber” tətbiqindən dərhal cavab verəcək platformadır.
Daha ətraflı: https://pshb.az/3rCHktr

Necə istifadə edə bilərəm?

Bunun üçün “Miles&Smiles PAŞA Bank” kartını əldə etdikdən sonra sizə göndərilən müvafiq SMS vasitəsilə qeyd olunan tətbiqlərdən qeydiyyatdan keçərək istifadə edə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3rCHktr

“Lounge Key” xidməti haqqında

“Lounge Key” xidməti nədir?

“Miles&Smiles PAŞA Bank” kartları ilə biznes zallara pulsuz və limitsiz giriş imkanıdır.

“Lounge Key” xidmətindən necə istifadə edə bilərəm?

“Miles&Smiles Platinum” kart sahibləri “Lounge Key” biznes zallarına ildə 2 dəfə, “Miles&Smiles Black” kart sahibləri ildə 10 dəfə, “Miles&Smiles Elite” kart sahibləri isə limitsiz giriş edə bilər.
Daha ətraflı: https://pshb.az/3T6hEkq

“Lounge Key” biznes zallarında hansı xidmətlər təqdim olunur?

– Komfortlu gözləmə yerləri
– İnternetə (Wi-Fi) çıxış
– TV, içki və qəlyanaltılar
– Reyslə bağlı məlumat əks olunan monitor, duş, kondisioner
Xidmətlər hava limanına görə fərqlənə bilər. Bütün xidmətlərin siyahısı ilə proqramın saytında və ya mobil tətbiqdə tanış olmaq olar.

“Lounge Key” mobil tətbiqini buradan yükləyin:

“Android”: https://pshb.az/3zOj6Qr
“iOS”: https://pshb.az/3QsKc6o

”Lounge Key” zalını necə tapa bilərəm?

Hava limanlarında “Lounge Key” biznes zallarının loqotipi ilə göstəricilər yerləşdirilib.
Həmçinin, zalların yeri ilə bağlı informasiya ilə veb-saytdan və ya mobil tətbiqdən tanış olmaq mümkündür.
Daha ətraflı: https://pshb.az/3T6hEkq

“Lounge Key” biznes zalına keçmək üçün xüsusi kart lazımdırmı?

Xeyr, “Miles&Smiles PAŞA Bank” kartınız, minik talonu və şəxsiyyətinizi təsdiq edən sənəd kifayətdir. Həmçinin, “Lounge Key” biznes zalına daxil olmaq üçün veb-saytda heç bir qeydiyyata ehtiyac yoxdur.

“Lounge Key” biznes zalını kart sahibi olmayan ziyarət edə bilərmi?

Kart sahibini müşayiət edirsə, bəli. Bu zaman, kart sahibinin də orada olması mütləqdir.

Pulsuz ziyarətlər müşayiət edən şəxslərə aid edilirmi?

Xeyr, yalnız kart sahibinə aid edilir. Müşayiət edən şəxslərin “Lounge Key” biznes zalını ziyarət edə bilməsi üçün hər adama Mastercard üzrə 30 USD, Visa kartı üzrə isə 32 USD ödəniş etməsi lazımdır.

Kart sahibini neçə qonaq müşayiət edə bilər?

Orta hesabla, 4-6 nəfər. Qonaq sayı hər zalın qaydalarına uyğun təyin edilir.
Daha ətraflı: https://pshb.az/3T6hEkq

“Lounge Key” biznes zalında uşağa görə ödəniş etmək lazımdırmı?

Hər bir zalın daxili qaydasına əsasən dəyişə bilər.
Daha ətraflı: https://pshb.az/3PdWBdq

Pulsuz ziyarətlərin sayını necə öyrənmək olar?

Biznes zallarının ziyarət tarixçəsini veb-saytda qeydiyyatdan sonra və ya mobil tətbiqdə izləyə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3T6hEkq

Mil haqqında əsas məlumatlar

Mil nədir?

Mil – etdiyiniz nağdsız ödənişlər müqabilində toplanan və uçuş biletinə çevrilə bilən bonus növüdür.
1 mil qazanmaq üçün xərclənməli olan məbləğ:
“Platinum” kartı üzrə – 3 AZN
“Black” kartı üzrə – 2 AZN
“Elite” kartı üzrə – 1 AZN

Mil necə hesablanır?

“Miles&Smiles PAŞA Bank” kartları ilə nağdsız ödənişlər etdikdə hesablanır.
Qeyd: Gömrük ödənişlərində mil hesablanması üçün ödənişlər yalnız gömrükdə, POS-terminal vasitəsilə icra olunmalıdır. Onlayn həyata keçirilmiş gömrük ödənişlərinə mil hesablanmır.

TK nömrəsi nədir?

Türk Hava Yollarının “Miles&Smiles” proqramı çərçivəsində təqdim etdiyi fərdi identifikasiya nömrəsidir. TK nömrəniz yoxdursa o, kartın sifarişi zamanı avtomatik olaraq yaradılacaq.

Digər mil kartının TK hesabına mil göndərə bilərəmmi?

Bəli, əgər hər iki tərəf millərlə 2 il ərzində ən azı bir uçuş həyata keçiribsə mümkündür.

Mili necə istifadə edə bilərəm?

Ödənişlər edərək topladığınız milləri 26 aviaşirkətdə (THY və “Star Alliance” üzvləri) uçuş biletinə dəyişə bilərsiniz.
Türk Hava Yolları üçün daxil olun: https://pshb.az/3SK5Epc
“Star Alliance” üzvləri isə aşağıdakılardır:
1. “Lufthansa”
2. “United Airlines”
3. “Air Canada”
4. “Swiss Airlines”
5. “Air China”
6. “Singapore Airlines”
7. “Turkish Airlines”
8. “LOT Polish Airlines”
9. “Scandinavian Airlines” (SAS)
10. “Shenzhen Airlines”
11. “Aegean Airlines”
12. “Air India”
13. “Air New Zealand”
14. “All Nippon Airways” (ANA)
15. “Asiana”
16. “Austrian Airlines”
17. “Avianca”
18. “Brussels Airlines”
19. “Copa Airlines”
20. “Croatia Airlines”
21. “EgyptAir”
22. “Ethiopian Airlines”
23. “EVA Air”
24. “South African Airlines”
25. “TAP Portgual”
26. “Thai Airways”

Milin hansı növləri var?

– Ödənişlər üzrə millər – Nağdsız ödənişlər zamanı “Miles&Smiles PAŞA Bank” kartı ilə ödəniş etdikdə hesablanan millərdir.
– “Xoş gəldin” milləri – yeni kart əldə etdikdə bank tərəfindən müştəriyə təqdim olunan millərdir.
Kartı əldə etdikdə dərhal əlavə şərtsiz “xoş gəldin” milləri qazanmaq mümkündür. Daha ətraflı: https://pshb.az/3McdPbt
“Miles&Smiles” müştərisi yeni kart əldə etdikdə və ya mövcud kartı yenilədikdə/ dəyişdirdikdə “xoş gəldin” milləri hesablanmır.
– Kampaniya milləri – Bank tərəfindən keçirilən kampaniyalar zamanı hesablanan əlavə millərdir.
– Əlavə millər – Partnyorlarımızda ödəniş etdikdə hesablanan əlavə millərdir.
Bütün partnyorlarımızı tanımaq və partnyorlardan millərin hesablanması qaydası ilə buradan tanış olmaq olar: https://pshb.az/3ypsJ8p

Millərin hesablanması qaydası

1000 AZN-lik bilet üçün nə qədər mil toplamalıyam?

Bir çox istiqamət üzrə nə qədər mil lazım olduğu haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz: https://pshb.az/3T0KuTs
Biletlərin qiyməti, nə qədər mil lazım olduğu mövsümdən, tələbdən asılı olaraq dəyişə bilər.

Hansı əməliyyatlara görə millər hesablanmır?

Aşağıda qeyd olunan əməliyyatlara görə millər hesablanmır:
– ASAN Ödənişləri;
– Dəmir yolları – yüklərin və sərnişinlərin daşınması;
– Sərnişin daşıması – bərə daxil olmaqla şəhərətrafı və yerli nəqliyyat xidmətləri;
– Avtobus xətləri;
– Pul köçürmələri;
– Mənzil-kommunal xidmətləri;
– Tütün mağazalarından ödənişlər;
– ATM və POS-terminal vasitəsilə nağdlaşdırma əməliyyatları;
– Kredit ödənişi, hesaba mədaxil əməliyyatları, pul köçürmələri;
– Maliyyə insitutları üzrə ödənişlər;
– E-cüzdan balans artırma və digər maliyyə xidmətləri
– Xidmətlərə görə ödəniş – pul köçürmələri
– Kartdan karta pul köçürmələri (yerli və ölkəxarici köçürmələr);
– Hökümət lotereyaları üzrə ödənişlər;
– Qumar ödənişləri;
– At/Tazı yarışları üzrə ödənişlər;
– Xeyriyyə və sosial xidmətlər üzrə ödənişlər;
– Siyasi və dini təşkilatlar üzrə ödənişlər;
– Uşaq dəstəyi, aliment ödənişi də daxil olmaqla qanuni ödənişlər;
– Cərimələr, girov və istiqrazlar üzrə ödəmələr;
– Vergi ödənişləri;
– Poçt xidmətləri.

Toplanmış millər hesabda nə zaman əks olunur?

Ödənişdən sonra qazandığınız millər 15 gün ərzində hesabınıza köçürüləcək.

Millər hesablanmadıqda nə etməliyəm?

Topladığınız millər hesabınızda əks olunmadıqda *9123 nömrəsi ilə əlaqə saxlaya və ya customer.care@pashabank.az ünvanına müraciət edə bilərsiniz.
Hesablanmış millərin köçürülməsi bank tərəfindən tranzaksiyaların emalı əsasında aparılır. Daha ətraflı məlumat üçün *9123 çağrı mərkəzimizlə əlaqə yarada bilərsiniz.

Toplanılan millər barədə məlumatı haradan əldə edə bilərəm?

Mil balansınızı aşağıda göstərilən üsullarla izləyə bilərsiniz:
• “PAŞA Bank” mobil tətbiqi vasitəsilə: https://pshb.az/mobiltetbiq
• THY veb-saytından şəxsi kabinetə daxil olmaqla və ya THY mobil əlavəsindən: https://pshb.az/3CtdZXm
• Bankın Əlaqə Mərkəzinə müraciət etməklə: *9123

Millərin biletə çevrilməsi

Milləri necə biletə çevirə bilərəm?

Topladığınız milləri THY veb-saytı və ya mobil tətbiqi vasitəsilə aviabiletə çevirə bilərsiniz.
Daha ətraflı: https://youtu.be/R84vf-kdJ8M

Toplanmış millərlə hara uça bilərəm?

Topladığınız millərlə dünyanın bir çox istiqamətinə aviabilet əldə edə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3T0KuTs

Uçuş biletinin tam qiymətini millərlə ödəyə bilərəmmi?

Bəli, yalnız hava limanı üzrə vergi rüsumu ödənməlidir.
Qeyd: “Classic Plus”, “Elite”, “Elite Plus” status sahibləri vergi rüsumunu da millərlə ödəyə bilər.

Digər

Yüksək riskli ölkələrdə edilən əməliyyatlara aid

“Miles&Smiles PAŞA Bank” kartları ilə yüksək riskli ölkələrdə edilən əməliyyatlara müəyyən limitlər tətbiq olunur.
Həmin ölkələrdə məhdudiyyət yalnız ATM-lərdə nağdlaşdırma zamanı baş verir.
Onlayn edilən əməliyyatlara isə heç bir məhdudiyyət yoxdur. Yüksək riskli ölkələrin siyahısı ilə buradan tanışmaq olar. Limitin müvəqqəti aradan qaldırılması üçün sizə yaxın filialımıza və ya Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Mil hesablanmamasına aid

Nəzərə alın ki, topladığınız millərlə əldə etdiyiniz aviabilet üçün yenidən mil hesablanmır.

Səyahət sığortası

Sığorta təminatı hansı ölkələrdə keçərlidir?

Sığorta təminatı hər səfərin müddəti ardıcıl 60 gündən çox olmamaq şərtilə bütün səyahətlər üçün dünyanın istənilən yerində sizə təqdim olunur. Səfəriniz ardıcıl olaraq 60 gündən çox olarsa, səfərin hər hansı bir hissəsi üçün sığorta təminatı təmin edilməyəcəkdir. Sığorta təminatının maksimum etibarlılığı hər 12 aylıq dövr üçün ölkə xaricində 183 gündür. Səfərlər yaşayış ölkənizdə başlamalı və bitməlidir. Bir tərəfli uçuş bileti üçün sığorta təmin olunmur. Yaşadığınız ölkə ərazisində etdiyiniz səfərlər üçün sığorta təminatı yalnız evinizdən 100 km çox məsafəni qət etdikdə və əvvəlcədən hər hansı otel, motel, tətil evi, mini-otel, istirahət mərkəzi və digər oxşar ödənişli yaşayış yerlərində ən az iki günlük reservasiya etdiyiniz halda təqdim edilir.

Bilet “Black Edition” və ya “World Elite” kartı ilə ödənilməyibsə və ya qismən ödənilibsə, sığorta təminatı etibarlıdırmı?

Sığorta təminatı bütün xərclər sığortalanmış kart ilə tam ödənildiyi təqdirdə etibarlıdır.

Uçuş bileti bir neçə ay əvvəl alındığı halda, sığorta müddəti hansı dövrdən tətbiq olunmağa başlayır?

Sığorta səfərin ilk günündən qüvvəyə minir, eyni zamanda səfərin müddəti 60 gündən artıq olmamalıdır.

Sığorta hadisəsi baş verdiyi zaman kart sahibi ailə üzvlərinin yanında deyilsə, sığorta təminatı etibarlı sayıla bilərmi?

Sığorta təminatı yalnız kart sahibi ailə üzvləri ilə birlikdə səyahət etdiyi halda etibarlıdır.

Sığorta hadisəsi baş verdiyi zaman kart sahibinin üzərində kart yoxdursa, sığorta etibarlı sayıla bilərmi?

Sığorta təminatına dair şərtlər qarşılandığı təqdirdə kartın mövcudluğu mühüm deyil.

Baqaj itkisi sığorta təminatına daxildirmi?

Bu riskin ətraflı təsviri sığorta şərtlərinin 23-cü səhifəsində verilmişdir.

Sığorta hadisəsi baş verən zaman sığorta şirkətinin hansı əlaqə nömrələri ilə əlaqə saxlamaq lazımdır?

+90 212 922 04 25

Yeni səyahətlərə açarınız!

  • Kampaniyalar
  • Xəbərlər
  • Sənədlər
  • F.A.Q.
  • Partnyor olmaq
  • Mənə zəng et
  • Mil hesablanmayan ödənişlər

13, Yusif Məmmədəliyev küç., Bakı, AZ1005, Azərbaycan

Korporativ müştərilər üçün:
*8123 / (+994 12) 496 50 04

Fərdi müştərilər üçün:
*9123 / (+99 412) 496 50 00

Baş ofis:
(+994 12) 496 51 00
F: (+994 12) 496 50 10
E: customer.care@pashabank.az

Ən son məlumatları buradan izləyin:

© 2007-2022 PAŞA Bank

Bank Azərbaycan Respublikası Mərkəzi Bankının 250 saylı 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir

Mobil Telefondan Bir Banka Necə Pul Köçürmək Olar

İndiki çağ texnologiya əsridir. İnternet və mobil rabitə inkişaf edir. Bütün növ xidmətlər insan ehtiyaclarını ödəməyə yönəlib. Evdə pizza sifariş etməkdən və bir banka, bir bank hesabına və ya bir bank kartına pul köçürməklə bitməkdən tutmuş demək olar ki, hər şey İnternet vasitəsilə edilə bilər. Bu işdə mobil operatorlar Megafon və Beeline köməyimizə gəldi.

Mobil telefondan köçürmə

Təlimat

Addım 1

Megafon ən geniş yayılmış mobil operatordur. Bu operator müxtəlif tariflər, seçimlər və xidmətlər təqdim edir. Məsələn, mobil köçürmə və mobil ödəmə kimi. Əvvəlcə “Pul köçürmələri” xidmətini seçdiyimiz Megafonun rəsmi saytına getməlisiniz. Sonra saytda təklif olunanlardan lazımi kateqoriyanı seçirik. Bizim vəziyyətimizdə, bir mobil telefondan bir banka, yəni bir bank hesabına bir pul köçürməsi.

Addım 2

Növbəti səhifəyə keçin, burada açılan səhifəyə daxil edilməsi lazım olan bir şifrə ilə SMS mesajı alacaqsınız, telefon nömrənizi daxil etməlisiniz. Bu vəziyyətdə məktublar vəziyyətinə əməl edilməlidir.

Addım 3

İndi iş azdır, bank rekvizitlərini daxil edin, bu təfərrüatları daxil edərkən diqqətli olun, çünki banka pul köçürməsini ləğv etmək mümkün deyil.

Addım 4

Sonra, daxil etməlisiniz:

– Vəsait köçürəcəyiniz bank;

– 20 rəqəmdən ibarət alıcının hesab nömrəsi;

“Pul köçürmə” düyməsini basın. Pul köçürməsi həm bir neçə dəqiqədən, həm də beş günə qədər edilə bilər.

Addım 5

Bənzər bir şəkildə, Megafondan daha az yaygın olmayan başqa bir Beeline operatorunu istifadə edərək bir mobil telefondan bir banka pul götürə bilərsiniz. Bunu etmək üçün bu mobil operatorun rəsmi saytına daxil olmalı, “Pul köçürmələri” səhifəsinə daxil olmalı, şəxsi hesabınızı daxil etmək üçün şifrə ilə SMS mesajı alacaq telefon nömrəsini (etibarlı) daxil etməlisiniz.

Addım 6

Sonra, aşağıdakıları edin:

– pul köçürməsinin məbləğini daxil edin;

– açılır siyahıdan tələb olunan bankı seçin;

– ödəməni köçürəcəyiniz hesab nömrəsini daxil edin;

Və “pul köçürmə” düyməsini basın.

Mobil telefonunuza müvəffəq pul köçürməsini təsdiqləyən bir mesaj alacaqsınız.

Mövzu ilə populyardır

Popular ismarıc

Uğursuzluq Psixologiyası. İdarəetmə şüuru, Biznesin Inkişafında əsas Amil Kimi

Beş Iş Qaydaları

1C Mühasibatında əvvəlcədən Bir Hesab-faktura Necə Hazırlanır 8.3

Ay üçün ən yaxşı Rəylər

Bir Otel Işini Necə Təşkil Etmək Olar

Məhdud Məsuliyyətli Cəmiyyət Necə Açılır

Bir Marka Mağazası Necə Açılır

Qatı Tullantıların çıxarılması üçün Necə Bir Müqavilə Bağlanacaq

Birjada Qazanc: Necə Oynamaq Və Qazanmaq

Kərpic Istehsalı üçün Nə Lazımdır

Bir Geyim Anbarı Necə Açılır

Bir Təhsil Müəssisəsi Necə Qeydiyyata Alınır

İstirahət Mərkəzi Necə Açılır

Dondurma Salonu Necə Açılır

Yük Daşınması Xidmətləri Necə Təqdim Olunur

Sizin Spa Açmaq üçün Necə

İnternetdə öz Işinizi Necə Qurmaq Olar

Tikişdən Necə Pul Qazanmaq Olar

Bir Məhsul Buraxılışını Necə Tapmaq Olar

Top məqalələr

2014-cü Ildə Sahibkarlar Pensiya Fonduna Nə Qədər ödəyəcəklər

Bir MMC-nin Qurucu Direktoru Necə Qeydiyyata Alınır

Öz Erkən Uşaqlıq İnkişaf Mərkəzinizi Necə Açmaq Olar

Bölmə

Top məqalələr

Avans Alındıqda Bir Avans Necə Nəzərə Alınır

Mühasibat uçotunda avans ödəmələri bir çox mühasib üçün olduqca mürəkkəb bir prosesdir. Müqavilənin şərtlərinə uyğun olaraq aparılmalı və müvafiq hesab-fakturalar tərəfindən tərtib edilməlidir. Avansların vergi uçotuna, xüsusən də alınan və verilmiş ödəmələrin mövcudluğuna xüsusi diqqət yetirilməlidir

2017-ci Ildə Hesaba Pul çıxarmaq

Müəssisədəki hər hansı bir nağd pul dövriyyəsi bütün mühasibat qaydalarına uyğun olaraq qeyd edilməli və müvafiq sənədlərlə təsdiqlənməlidir. Bir hesabata qarşı nağd pul vermə qaydası Rusiya Bankının təlimatlarında yazılmışdır və verilmiş məbləğlərin miqdarı və verilə biləcəkləri şəxslərin dairəsi hər şirkət üçün xüsusi olaraq müəyyən edilir və qaydada müəyyənləşdirilir

Əvvəlcədən Borc Verərkən Nişanı Necə Nəzərə Almaq Olar

Malların çatdırılması hesabına alınan avanslar və ya digər ödənişlər, bu mətndə təchizatçıların malların çatdırılmasından əvvəl əldə etdikləri pul vəsaitidir. Buradan belə çıxır ki, tədarükçülərin gələcək mal tədarükü hesabına əldə etdikləri vəsait, bu vəsaitlərin həqiqətən alındığı dövrün vergi bazasına daxil edilir

Bir Avans Necə Alınır

İşçilərə nağd ödənişlər ayda 2 dəfə hesablanmalı və ödənilməlidir. Əgər bu sizin müəssisənizdə baş vermirsə, bu birbaşa əmək qanunlarını pozur. Buna görə əvvəlcədən ödəniş hesablanmalıdır. Bu müxtəlif yollarla edilə bilər. Təlimat Addım 1 Bütün işçilər üçün sabit bir aylıq avans alın

Alış-veriş Kitabının əlavə Vərəqi Necə Veriləcək

Şirkətin satın alma kitabında dəyişiklik etmək üçün əlavə bir vərəq hazırlanmalıdır. Bu qayda, Rusiya Federasiyası Hökumətinin 30 May 2006-cı il tarixli 914 saylı Fərmanının yeni redaksiyası ilə tənzimlənir. Eyni zamanda, qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etmək lazımdır, əks halda vergi orqanları ilə problemləriniz ola bilər

Contact Təcili pul köçürmə sistemi indi DostBank-da!

Bütün dünyanın koronavirus pandemiyası ilə savaşdığı bu çətin günlərdə müştərilərinin rahatlığını düşünən və bank xidmətlərini daha əlçatan etməyə çalışan ölkənin innovativ bankı Bank of Baku, uzaq məsafələri onlar üçün daha yaxın etdi.

İndi, ölkə xaricində yaşayan yaxınlarına pul göndərmək istəyən şəxslər bunu Bank of Baku-nun DostBank mobil tətbiqində Contact Təcili Pul köçürmə sistemi ilə rahatlıqla həyata keçirə bilərlər.

Belə ki, Bank of Baku-nun müştəriləri DostBank mobil tətbiqi ilə bankın filiallarına yaxınlaşmadan və növbə gözləmədən bir neçə saniyə ərzində xaricə pul köçürə biləcəklər. Bunun üçün DostBank mobil tətbiqində “Köçürmələr” bölməsinə daxil olub.

  • “Contact Pul Köçürmə” düyməsini klik etməli;
  • Vəsaiti alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etməli;
  • Vəsaitin göndəriləcəyi ölkəni seçməli;
  • Köçürmə üçün istifadə olunacaq kartı seçməli (istər debet, istər taksit kartı)
  • Göndəriləcək məbləği daxil etməli;
  • Əməliyyatı təsdiq etməlidirlər.

Əməliyyat tamamlandıqdan sonra vəsaiti göndərən müştəri SMS ilə əldə etdiyi kodu qarşı tərəfə təqdim etməlidir. Pulu alan şəxs bu kod vasitəsilə “Contact” pul köçürmə sistemi olan istənilən bankdan göndərilən vəsaiti ala bilər.

Müştərilər DostBank mobil tətbiqi vasitəsilə Contact Təcili Pul köçürmə sistemindən istifadə edərək olduqları məkanı tərk etmədən və günün istənilən saatında vəsaitlərini aşağıdakı ölkələrə göndərə bilərlər:

  • Rusiya
  • Belarusiya
  • Gürcüstan
  • Qazaxıstan
  • Qırğızıstan
  • Moldova
  • Özbəkistan
  • Tacikistan

Qeyd edək ki, ölkədə ilk dəfə olaraq Contact Təcili Pul köçürmə sistemindən onlayn istifadə imkanını Bank of Baku yaratmışdır. Müştərilər DostBank mobil tətbiqi ilə yanaşı, Bankın İnternet Bankçılıq xidməti və ya ödəniş terminalları vasitəsilə də ölkəxaricinə pul köçürə bilərlər.

DostBank mobil tətbiqi müştərilərə zaman və məkan fərqi olmadan bank xidmət və məhsullarından onlayn formada istifadə imkanı verir. Bank of Baku-nun mobil tətbiqini yükləmək istəyənlər bu linklərə daxil ola bilərlər:

  • IOS üçün – https://apple.co/39NcpQL
  • Android üçün – http://bit.ly/2TMxWU1

Bank of Baku-nun bu və ya digər yenilikləri barəsində daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

Comments are closed, but trackbacks and pingbacks are open.